AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə10/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

V H IF Ə S İL
DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ İQTİSADİ HƏYAT.
SƏNAYENİN İNKİŞAFİ(1950-1960-CI İLLƏR)
1950-1960-cı illərdə Azərbaycanda xaiq təsərrQfatını, o ciimlədən, sənayeni 
inkişaf etdirmək  üçün  V,  VI,  VII,  VIII  bejillik  və  yeddiillik  (1959-1965)  plan 
qəbul  edilmişdir.  Həmin  planda .sənayedə  çətinliklər,  onun  aradan  qaldırılması 
yolları, qarşıdakı vəzifələr müəyyən edilmişdir. Ən başlıca vəzifə elektrik enercisi 
istehsalmın  artırılması,  yeni  sənaye  sahələrinia  yaradılması  və  inkişafı,  xalq 
istehlakı  malları  istehsal  edən  sənaye  sahələrinin  genişləndirilməsi  nəzərdə 
tutulmuşdu.
Azərbaycan SSR  DQMV-də çoxsahəli  kənd təsərrüfatmm  inkişafı, əsasən, 
kənd təsərrüfatı  xammalı emal edən sənayenin  inkişafına şərait yaratmışdır.  XX 
yüzilliyin  50-60-cı  illərində  bölgədə  yüngül  və  yeyinti  sənayesi,  ipəkçilik, 
şərabçılıq,  ağac  emalı,  mebel,  süd  emalı  müəssisələri,  elektrotexnika,  tikinti 
materialları kombinatı, istehsalat kombinatı, şərq musiqi alətləri fabriki və başqa 
müəssisələr fəaliyyət göstərirdi.1
İpəkçilik  Qarabağ  əhalisinin  qədim  sənəti  olmuşdur.  İstər  Çar  Rusiyası 
dövründə,  istərsə  də  sovet  hakimiyyəti  illərində  Mərkəz,  Azərbaycanda 
ipəkçiliyin  inkişafma  xüsusi  diqqət  yetirirdi.  Çünki,  ipək  parça  həm  xarici 
bazarlarda  baha  qiymətə satılırdı,  həm də Rusiya ərazisində ipəyə  böyük tələbat 
var  idi.  Bütün  bunları  nəzərə  alan  Azərbaycan  hökuməti,  mərkəzin  göstərişi  ilə 
“ipəkçiliyin  inkişafı  üçün  tədbirlər  planı”  işləyib  hazırladı.  Həmin  pianda 
göstərilirdi  ki,  XX-əsrin  50-60-cı  illərində  Azərbaycan  ərazisində  ipəkçiliyi 
inkişaf etdirmək məqsədilə əvvəlki dövrlə müqäyisədə qoyulan vəsaitin miqdarım
2  dəfə  artırmaq,  müəssisələrin  xammala  olan  tələbatını  ödəmək,  ipək  emalı 
müəssisələrinin  texniki  səviyyəsini  yüksəltmək,  yeni  toxuculuq  kombinatları 
yaratmaq,  idarə  sistemini  təkmilləşdirmək  və  məhsulun  maya  dəyərini  aşağı 
salmaq  məqsədilə  elmin  son  nailiyyətlərindənistifadə  etmək,  məhsulların
148
keyfiyyətini  və növlərin  təkmilləşdirməklə məhsulun  istehsalını  artırm aq  qarşıya 
məqsəd olaraq qoyulmuşdu.
Azərbaycan  SSR  DQMV-də  ipək  emalı  müəssisələrinin  xammala  olan 
tələbatını  ödəmək  üçün  1950-1960-cı  illərdə  barama  istehsalı  1940-cı  illə 
müqayisədə təxminən 70 faiz  artdı.  Belə ki,  1940-cı ildə  114 ton idisə,  1960-cı  ildə 
186  tona  çatdı.2  Lakin  bu  artım   Qarabağ  ipək  kombinatınm  xammala  olan 
tələbatını 
Ödəmirdi. 
Odur 
ki, 
Azərbaycanın 
ayrı-ayrı 
rayonlarmdan, 
Gürcüstandan,  Ukraynadan,  Özbəkistandan,  Tacikistandan  baram a  və  ya  iplik 
ahnırdı.3
Azərbaycan  SSR  DQMV-də  1950-ci  ildə  Kiyev mütəxəssislərinin  layihəsi 
əsasmda  ipək  emalı 
fabriki  tikilməyə  başlamış  və  1953-cü  ildə  başa 
çatdırılmışdır.  1954-cü  ilin  yanvarından  həmin  müəssisə  məhsul  istehsal  etməyə 
başladı.4  1959-1965-ci  illərdə  DQMV-nin  ipək  emalı  müəssisələrinin  sexləri 
yenidən qurularaq modemləşdirilmiş, onların mükəmməl avadanlıq  və cihazlarla 
təchiz  olunması  işi  davam  etdirilmişdir.  Sexlərdə  Bakı,  Moskva,  Leninqrad, 
Kuybışev, 
Tbilisi 
müəssisələrinin 
buraxdıqları 
ən 
yeni 
dəzgahlar 
quraşdırtlmışdır.  Toxuculuq  sənayesinin  yeni  korpusunda  isə  Çexoslovakiyada 
istehsal edilmiş “jakkard” dəzgahları işləyirdi.5  Həmçinin,  bəhs etdiyimiz dövrdə, 
Şəki ipək kombinatmın və Ordubad baramaaçma fabrikinin qabaqcıl iş təcrübəsi 
Dağlıq Qarabağda tətbiq olunurdu.
1950-1960-cı  illərdə Dağlıq  Qarabağm  İpək  emälı  müəssisələrində  ixtisash 
kadrların  saymda  artım   müşahidə  edilmişdir.  Belə  ki,  1945-ci  ildə  burada  1 
mühəndis, 
16  texnik  və  texnoloq  mütəxəssis  işləyirdisə, 
1970-ci  ildə 
mühəndislərin  sayı  100-ə  çatırdı.6  Həmin  mütəxəssislər  ipək  sənayesini  inkişaf 
etdirmək  məqsədilə  yeni  səmərələşdirici  təkliflər  irəli  sürür,  avtomatlaşdırma, 
mexanikləşdirmə,  yeni  avadanlıqlarm  mənimsənilməsi  işini  uğurla  davam 
etdirirdilər.  Məsələn,  1960-cı ildə müəssisələrdə 48 baram aaçm a avtom atı (SKE- 
4 BU) quraşdırıldı  ki, bu  qurğu məhsuldarlığı  25  faiz yüksəltdi.7 Hətnçinin,  yeni
149

tətbiq  edilmiş  dəzgahlar  nəticəsində  baram a  tullantılarm m təkrar  istehsah  ilə 
itgisiz və yüksək keyfiyyətli məhsul əldə etmək mümkün oldu.
1960-cı  ildə  Q arabağ  Ipək  Kombinatınm  ipəkburma  sexində  əlavə olaraq 
yeni  28  ipəkeşmə,  25  ipəksarıyan  dəzgah  quraşdırıldı.  “Yuri  Q aqarin”  adına 
sexdə quraşdırılan  dəzgahlar əmək məhsuldarlığmı  30  faiz yüksəltdı.8  Ona  görə 
də,  həmin  yeni  dəzgahlar  Dağlıq  Qarabağ  ərazisindəki  bütün  ipək  emalı 
müəssisələrində tətbiq olundu.  1965-ci ildə ipək parça istehsal olunan sexdə isə 72 
mexaniki  (ÇQSP-50),  123  avtom atik  (AT-100-5M)  dəzgahlar,  8  m akara  və  11 
çillə  maşınları  quraşdırılıb  işə  salındı.  Yeni  yaradılmış  fabrikdə  isə  569  müxtəlif 
nişanlı  parça  dəzgahı  (AT-2-120-M15,  AT-140-M15,  AT-100-5  M),  25  çillə  və 
makara,  2  şlixtləmə  (sap  yapışdıran)  maşın  quraşdırıldı.9  Yeni  avadanlıq  və 
dəzgahların  işə  salmması böyük səmərə vermiş,  xam  ipək  istehsalında  iri  həcmli 
artım   müşahidə  edilmişdir.  Belə  ki,  1970-ci  ildə  1  kombinatda  istehsal  edilən 
məhsulun  həcmi  1914-cü  ildə Qarabağın  36  fabrikində istehsal olunan məhsulun 
həcminə  bərabər  idi.10  1970-ci  ildə  yeni  dəzgahların  quraşdırılması  hesabına 
parça  istehsalı  artaraq  1  gündə  36  min  metrə  çatdı.  Parçalar  müxtəlif  adlarla 
krepdeşin,  zeps,  atlas,  şotlandka,  damasse,  alpak  və  başqa  ad  altında  istehsal 
olunurdu.
İpək sap  istehsal edən sexdə  58 ipəksarıyan maşın,  11136 fırlama deşici və
50  burucu  maşın  işləyirdi.  Həmin  sexdə  bir  gündə  300  kq  burulmuş  ipək  sap 
istehsal  olunurdu  ki,  bu  da,  1916-cı  illə  müqayisədə  4  dəfə  artıq  demək  idi.11 
Başqa sözlə desək, həmin dövrdə  10 ipək sap istehsal edən müəssisənin işini  1970- 
ci ildə 1  sex yerinə yetirirdi.
Azərbaycan hökuməti DQMV ipək emalı müəssisəsini hamişə yeni texnika 
ilə  təmin edirdi.  M aşm  və dəzgahlar Tbilisi,  Kamenski,  M oskva,  Şuiski, Vicuqi, 
Klima,  Kuybışev  zavodlarından,  kiçik  hissələr  və köməkçi  materiallar  Pavlovo- 
Posada  şəhərindən,  bəzi  avadanhqlar  isə  Gəncə,  Mingəçevir,  Tbilisi,  Çerkasov, 
Mogilyov şəhərlərindən alm araq DQMV-yə göndərilirdi.
150
XX  yüzilliyin  50-60-cı illərində  DQMV-də ipək  emalı müəssisəsi xam ipək, 
rənglənmiş  parça,  ipək  sap  istehsal  edirdi.  İstehsal  olunmuş  xam  ipəyin  bir 
hissəsi  M oskvaya  -  “Proletar  əməyi”  adlı  fabrikə  göndərilir  və  istehsal  prosesi 
axıra çatdırılaraq xarici dövlətlərə,  o cümlədən, Yaponiya, İtaliya, M acarıstan və 
başqa dövlətlərə  ixrac edilirdi. Xam  ipəyin bir hissəsi isə xariei dövlətlərə birbaşa 
göndərilirdi.  Q arabağ  İpək K om binatında  istehsal olunan  rəngsiz xam  parça  isə 
Şəki  ipək  emalı  müəssisəsinə  gətirilərək  rənglənir  və  satışa  buraxılırdı.  Bəhs 
etdiyimiz  dövrdə,  Qarabağ  İpək  Kombinatında  120  nəfər  fəhlədən  ibarət 
baramanın  növlərə  aynlması  sexi,  çeşidlərə  ayırma,  yükləmə,  mexaniki  təmir, 
qablaşdırma,  tökmə  və  ştamplama  şöbələri  fəaliyyət  göstərirdi.12  1930-cu  ildən 
Kombinatda  nəqliyyat  şöbəsi  yaradılmışdır.  Burada  25  yük  avtomobili  və  3 
avtobus  işləyirdi.  Bu  nəqliyyat  vasitələri  xammalı,  hazır  məhsulları  və  fəhlələri 
daşıyırdı.  Qarabağ  İpək sənayesinin  elektrik enercisinə  olan  tələbatı  Mingəçevir 
SES-nın  hesabına  ödənilirdi.  Kom binat  istiliyə  olan  tələbatı  isə  su  qızdırıcı 
katyollar  vasitəsilə  su  buxarı  ilə  qızdırılırdı.  Kombinatın  işığa,  istiliyə,  suya, 
elektrikə olan tələbatı lazımi səviyyədə ödənilirdi.
Bir  neçə  il  əw əl  kombinatda  32  kiloqramlıq  baram anı  fəhlələr  əllərində 
ikinci  mərtəbəyə və  başqa ərazilərə  daşıyırdılarsa,  1950-1960-cı  illərdə  burada  4 
qaldırıcı  maşm  (lift)  və  2  reislə  hərəkət  edən  bucurqad  (telfer)  işə  salındı.13 
Həmin  mexaniki  nəqliyyat  vasitələri  bir  dəfəyə  100-150  kiloqram  yükü  lazım 
olan yerə çatdırırdı. Təsadüfi deyildir ki,  1960-cı illərin  sonlarında Qarabağ İpək 
Kombinatı 
qabaqcıl 
texniki 
yeniliklərin 
tətbiqinə 
və 
yüksək 
əmək 
məhsuldarlığma  görə  SSRİ  Yüngül  Sənaye  Nazirliyinin  və  Həmkarlar  İttifaqı 
Komitəsinin  fəxri-fərmanı  ilə  təltif  olunmuşdur.14  XX  yüzilliyin  60-cı  illərində 
istehsalın  avadanhqlarla  təchizini  təkmilləşdirmək  məqsədilə  səmərələşdiricilik 
və  ixtiraçılıq  işi uğurla davam etdirilirdi.  1966-1970-ci illər ərzində Qarabağ  İpək 
Kombinatmda  175  nəfər  işçi  250  ixtira  etmiş  və  bununla  da  ipək  emalı 
sənayesinə  330  min  m anat  gəlir  gətirmişdir.15  1950-1960-cı  illərdə  qabaqcıl  iş 
təcrübəsinin  tətbiqi  nəticəsində  İpək  K om binatında  ehtiyat  hissələrinin
151

dəyişdirilməsində  böyük irəliləyiş  əldə  edilmişdir.  Nəticədə,  boş dayanma halları 
minimuma  endirilmiş  və  məhsuldarlıq  artmışdır.  Bunu  aşağıdakı  cədvəldən  də 
aydm görmək olar (saniyədə):16
SıraJV? İşin məzmunu
1952-ci il
1958-ci il
1968-ci il
1.
Toxucu  məkiyin  doldurulması 
(san.)
28
19
14
2.
Toxucu  qayığm  dəyişdirilməsi 
(san.)
20
12
7
3.
Ip 
sarınan 
qurğunun 
təmizlənməsi (san.)
30
22
16
4.
Ərişin 
dəyişdirilməsi 
və 
təmizlənməsi (san.)
152
78
50
5.
Qınlmış  sapın  yerinə  bərpası 
(san.)
58
39
23
6.
Cəmi (saniyə ilə)
28 8
170
110
Cədvəldən  göründüyü  kimi,  DQMV-nin  ipək  emalı  sənayesinin  texniki 
səviyyəsinin  təkmilləşdirilməsi  və  avtomatlaşdırılması  nəticəsində  1952-ci  ilə 
nisbətən  1968-ci  ildə  boş  dayanma  halları  2,6  dəfə  təxirə  salmmtşdı.  Lakin  bu 
son  hədd  deyildi.  Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  70-ci  illərin 
ortalarm da  yuxandakı  göstərici  3,3  dəfəyə  çatmışdı.  Nəticədə,  hər  bir  fəhlənin 
orta aylıq  istehsal həcmində sıçrayışlı inkişafı  baş  vermişdi.  Belə ki,  1913-cü ildə 
bu  göstərici  200  manat,  1940-cı  ildə  38!  manat,  1958-ci  ildə  852  manat 
olmuşdursa,  1968-ci  ildə  təxminən  2  dəfə  artaraq  1718  m anata  çatm ışdır.16 
Vilayətin ipək emalı müəssisələrində çoxdəzgahçılıq hərəkatı genişlənmiş, məhsul 
istehsalının həcmi artmışdır. O na görə də, hər  bır fəhlənin o rta  aylıq əmək  haqqı 
1958-ci  ildə  artaraq  200  manatı  keçmişdir.  1968-ci  ildə  isə  istehsahn  həcmində 
115  faiz  artım  müşahidə  edilmişdir  ki,  bunun  da  nəticəsinda  fəhlələrin  əmək
152
haqqı  1958-ci  ilə  nisbətən  112  faiz  qalxmışdır.  Sənayenin  avadanlıqlarla  lazımi 
səviyyədə  təchiz  edilməsi  ardıcıl  olaraq  istehsalm  həcmində  artım la  müşahidə 
edilmişdir kı, bunu aşağıdakı cədvəldən də aydın görmək olar:16
SıraM’ Istehsalm növu
Ölçü vahidi
1940-cı il
1-958-ci il 1968-ci
il
1.
Barama  açma  (hər  10 
alət 1  saatda)
Qram la
78
123
143
2_
İpək  sarıma (hər  1000  iy 
1  saatda)
Kiloqramla
1,9
2,6
3,7
3.
Parça  toxuma  (hər  1 
dəzgah  1  saata)
metrlə
1,24
2,26
2,89
Cədvəldən  aydm  göründüyü  kimi,  dövlətimizin  bölgəyə  dərin  qayğısının 
nəticəsi  olaraq,  Q arabağ  ipək  emalı  sənayesinin  texnikaya,  xammal  və 
avadanlıqlara  olan  tələbatı  tamamilə  ödənilmiş  və  məhsulun  istehsalı  artaraq 
keyfıyyət yaxşılaşmışdır. Təkcə  1966-1967-ci illərdə Q arabağ İpək Kom binatm da 
1  milyon  765  min  manatlıq  məhsul  istehsal edilmişdir.  1961-ci ildə  hazır məhsul 
istehsalmın  həcmi  1913-cü  ildəkindən  6  dəfə,  1940-cı  ildəkindən  7  dəfə  çox 
artmışdır.  İldən-ılə ayrı-ayrı  sahələr üzrə məhsul  istehsalındakı sıçrayışlı  inkişafı 
aşağıdakı cədvəldən də aydın görmək olar:17
SıraJM° Məhsulun
növləri
Ölçü
vahidi
19
13
1926
1940
1950
1958
1960
1968
1970
1
.
Xam ipək
Ton
12
0
12,3
99
120
117
121
116
124
2.
İpək sap
Ton
22
1,2
26
75
88
93
103
114
3.
İpək parça
M in
m 2
120
163
2079 2259 8297 9773
153

Cədvəldən  aydın  göründüyü  kimi,  60-cı  illərdə  DQMV-nin  ipək  emalı 
sənayesində  ipək  parça  istehsalı  4  dəfə  artmışdır.  Ümumrespublika  üzrə  isə 
sənaye məhsulu istehsalında 94 faiz artım müşahidə edilmişdir.
1960-cı ildə  ipək  emalı  müəssəsində  məhsulun  keyfiyyətini  yaxşılaşdırmaq 
və  maya  dəyərini  aşağı  salmaq  məqsədilə  “ümumi  tədbirlər  planı”  işlənib 
hazırlandı.  Həmin  “planda”  nəzərdə  tutulmuşdur:  əmək  məhsuldarlığmı  və 
məhsul  istehsalını  yüksəltmək,  xammala,  materiala,  istiliyə,  elektrik  enercisinə 
qənaət  etmək,  sexlərdə  və  ümumi  fabrikdə  vəsait  məsrəfini  qismən  azaltmaq. 
Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1968-ci  ildə  DQMV-nin 
ipəkçilik  sənayesində  xammal  və  materiallarm  maya  dəyəri  60  faiz,  ipək  emalı 
müəssələrində  isə  bu  göstərici  83  faiz  olmuşdur.  1959-1965-ci  illər  ərzində 
Qarabağ İpək emah  müəssəsi  1  milyon 44  min  m anata qənaət etmiş  və  273  min 
manathq gəlirlə işləmişdir.18
1964-cü  ildən  Qarabağ  İpək  Kombinatmda  yeni  məhsul  növü,  süni  lifdən 
ipək  parça  istehsalı  mənimsənilmiş  və  1965-ci  ildə  5  milyon  m etr  parça  istehsal 
edilmişdir.19
1970-ci ilin məlumatma görə,  Dağlıq Qarabağm İpək emalı müəssisələrində
3  min  nəfər  fəhlə  və  qulluqçu  işləyirdi  ki,  bundan  360  nəfəri  Kommunist 
Partiyasmın,  800 nəfəri  isə gənclər ittifaqının  üzvü idi.  Kom binatda  60 təbliğatçı 
fəaliyyət göstərirdi.
Kombinat həmişə  qəbul edilmiş  prespektiv  və cari  planları  qısa müddətdə 
yerinə yetirirdi.  Təkcə  1966-1968-ci il  planmı  5 ay tez,  beşillik  planı isə 4 il 2 aya 
yerinə  yetirmişlər.  Sözsüz  ki,  bütün  bunlar  əmək  haqqma  öz  müsbət  təsirini 
göstərirdi.  Belə  ki,1970-ci  ildə  fəhlə  və  qulluqçuların  əmək  haqqı  1940-cı  illə 
müqayisədə  2,7  dəfə,  1958-ci  illə  müqayisədə  isə  84  faiz  artrmşdır.  1969-cu  ildə 
Qarabağ  İpək  Kombinatmın  fəhlələri  337  min  manat  (bundan  günəmuzduçular 
105 min manat) mükafat almışdır.20
Kombinatın  işçilərindən  30  faizi  orta  və  ali  təhsilli  idilər  və  yenə  də 
təhsillərini  davam  etdirirdilər.  Kombinatın  işçilərinin  yaşayışı  üçün  Xankəndi
154
şəhərində  5  mərtəbəli  400  evdən  ibarət  14  yaşayış  binası  tikilib  istifadəyə 
verilmişdir.  Kom binatm   öz  daxili  vəsaiti  hesabma  Xankəndinə  içməli  su  xətti 
çəkilmişdir.  Kom binatın  işçilərindən  80-85  faizi  qadm lar  olduğundan  sənaye 
müəssisəsinin  yaxmlığmda  400  nəfərlik  körpələr evi  fəaliyyət  göstərirdi.  Burada, 
həmçinin,  hər  cür  avadanlıqlarla  təmin  olunmuş  klub,  kitabxana,  25  nəfərlik 
xəstəxana,  mədəniyyət  sarayı,  istirahət  mərkəzi,  Ballıcada  yay  pioner  düşərgəsi 
(400  nəfərlik)  ipək  kombinatı  işçilərinin  istifadəsində  idi.  K om binatda  məişət 
xidməti  lazımi  səviyyədə  idi. 
Yeməkxana,  ayaqqabı  və  p altar  təmiri 
emalatxanaları, ham am  və sair fəhlələrə xidmət göstərirdi.
Azərbaycan  hökuməti  və  Yüngül  Sənaye  Nazirliyi,  Q arabağ  Ipək 
Sənayesinin  gələcəkdə  daha  geniş  inkişaf etdirmək  üçün  xammala  olan  tələbatı 
ödəmək  məqsədilə  Özbəkistan  dövləti  ilə  müqavilə  imzalamış  və  yeni  boyaqçı 
sexin tikilməsini qərara almışdı.  Həmçinin, dövlətimizin dərin qayğısı nəticəsində 
işçilərin  məişət  şəraitini  yaxşılaşdırmaq məqsədilə  16  yeni  yaşayış binası  tikmək 
planlaşdınlmışdı.  K om binatın  yeni  texnikaya  olan  tələbatını  ödəmək  üçün 
dövlətimiz Tbilisi,  Çerkassov,  Mogilyov,  Klima,  Kuybışev,  M oskva  şəhərlərinin 
sənaye  müəssisələri  ilə  müqavilələr  imzalamışlar.  Respublikamızm  Ali  Təhsil 
müəssisələrində təhsil  almış  kadrların  Dağlıq  Q arabağ ipək  emalı müəssisələrinə 
göndərilməsi qərara alınmışdır.
Dövlətimizin  bölgəyə  dərin  qayğısmı,  yuxarıdakı  faktları  nəzərdən 
. keçirməklə,  aydm  görmək  olur.  Bütün  bunlar  yaxşı  haldır  və  məsələnin  zahiri 
görünüşüdür.  Gəlin  bir anlığa  məsələnin  inkişafını  dərindən nəzərdən  keçirək  və 
görünməyən  məqamları  izləyək:  DQM V-də  işləyən  ipək  emalı  müəssissləri  və 
onların fıliallarınm  yerləşdiyi ərazilərin adlarını nəzərdən keçirərkən məluro olur 
ki,  həmin  sənaye  mərkəzləri  ermənilərin  daha  çox  cəmləşdiyi  ərazilərdə 
tikilmişdir.  Dağlıq  Qarabağın  erməni  rəhbərliyinin  məqsədi  ermənilərin 
yaşadıqları  ərazinin  sosial-iqtisadi  inkişafmı  təmin  etmək  və  əhalinin  süni 
artım ına  nail  olmaq  olmuşdursa,  digər  məqsədləri  azərbaycanlıların  yaşadıqları 
ərazilərə  baxımsızlıq  göstərməklə  əhalinin  süni  sürətlə köçürülməsinə nail  olmaq
155

və  ermənilərin  say  çoxluğunu  yaratmağa  nail  olmaq  kimi  mənfur niyyətləri  var 
idi.  Ermənilər  bu  məsələni  əvvəlcədən  planlaşdırılmış  şəkildə  “DQMV-nin 
Qanunu”na  daxil  edərək  hazırlamışlar.  Beləki  həmin  “Qanun”un  19  və  20-ci 
maddələrinin  1-ci  bəndində  göstərilir  ki,  “DQMV  Xalq  Deputatları  Soveti 
Vilayət  tabeliyindəki  sənaye  müəssisələri  və  birliklərə  rəhbərlik  etməklə  onlarm 
yerləşdirilməsi  və  tikintisinə  nəzarət  edir.”21  Əlbəttə  belə  bir  “nəzarətin”  necə 
aparılması göz qabağmdadır.
Başqa  bir fakt “Qarabağ İpək emalı sənayesi işçilərinin  əmək qabaqcılları, 
onlarm  təltif və  mükafatlandırılması”  ilə  bağlıdır.  Qarabağ  İpək  Kombinatmm 
cari  arxivindəki  sənədlər nəzərdən  keçirilərkən məlum olur ki,  XX  yüzilliyın  50- 
60-cı illərində kombinatda əmək fəaliyyəti nəzərə alınaraq 4 nəfər əmək qabaqcılı 
SSRİ  Ali  Sovetinə  deputat,  4  nəfər  Azərbaycan  SSR  Ali  Sovetinə  deputat,  1 
nəfər  Azərbaycan  K P  MK-nm  Uzvü,  1  nəfər  Qırmızı  əmək  bayrağı  ordeni,  9 
nəfər  Xankəndi  şəhər  sovetinin  deputatı,  Vilayət  Xalq  Deputatları  Sovetinin 
deputatı,  1000  nəfər  orden  və  medal,  fəxri  fərman  və  “yarış  qabaqcılı”  kimi 
yüksək  fəxri  adlara  layiq  görülmüşlər.  Lakin,  təəccüb  doğuran  bir  məsələni 
təəssüflə  qeyd  etməliyik  ki,  sadalanan  bu  yüksək  adlara  layiq  görülən  əmək 
qabaqcılları  arasmda  1  nəfər də olsun  azərbaycanlı familiyası  yox  idi.  Bəlkə  bu 
fabrikdə 
azərbaycanh 
işləmirdi? 
Əlbəttə, 
kombinatda 
milliyyətcə 
azərbaycanlıların  işləməsini  arxivdə  rastlaşdığımız  13-cü  əmək  haqqı  cədvəlində 
izlədik.  Cədvəldə  elə  bir  bərabərsizliyə  rast  gəldik  ki,  erməni  rəhbərliyinin 
millətimizə  qarşı  düşmən,  şovinist  mövqeyini  sözlə  ifadə  etmək  çətindir.  Eyni 
fabrikdə,  bərabər  saatda,  recimdə  işləyən  azərbaycanlıya  500  manat,  erməniyə 
5000  manat  mükafat  verilmişdir.22  Bütün  dünyada  “əzabkeş  erməni”  obrazı 
yaratmağa  çalışan  separatçı  erməni  rəhbərlərinin  görünür  ağıllarma  gəlməyib 
ki, bu cür tarixi həqiqətlərlə nə vaxtsa rastlaşıb mətbuatda çap etdirə bilərik.  Əks 
halda  həmin  tarixi  faktları  da  məhv  edərdilər.  Əlbəttə  erməni  ideoloqlarının 
“Dağlıq  Qarabağda  əzilirik,  sıxışdırılırıq,  dayaqsız.  köməksiz,  zəif  və  kasıbıq” 
sözlərinin  ağ  yalan  olmasını,  bu  sözlərin  bölgədə  qədimdən  yaşayan  milliyyətcə
156
azərbaycanlılara  aid  olmasmı  görürük.  Bundan  əlavə,  1970-ci  ildə  ümumi 
Respublika üzrə fəhlə və qulluqçularm  əmək haqqı  109,6 m anat idisə, DQMV-də 
bu göstərici 200-350 m anata çatırdı.23
Azərbaycan  SSR  DQM V  çoxsahəli  sənayeyə  malikdir.  Bölgədə  sənayenin 
15  növü  xüsusi  olaraq  inkişaf etmişdir.24  Vilayətdə  ümumi  sənaye məhsullarınm 
60 faizini yeyinti sənayesi  verir.  Dağlıq Q arabağda yeyinti məhsulları  sənayesinə 
xas  olan  cəhətlərdən  biri  yüksək  mıhsuldarlıqdır.  Yeyinti  sənayesi  istehsal 
həcminə  görə  vilayətdə birinci yerdə dayanırdı.  DQMV-nin yeyinti sənayesi  əsas 
etibarilə  yerli  xammalla  işləyir.  Burada  yeyinti  sənayesinin  aparıcı  sahəsi 
şərabçılıq  olmuşdur.  Şərabçılığın  inkişaf səviyyəsinə  görə  1950-1960-cı  illərində 
DQM V ümumrespublika  üzrə  əhəmiyyətli yer  tutmuşdur.  Azərbaycan hökuməti 
DQMV-də  şərabçılığı  sənaye  əsasmda  qurmuşdur.  Dövlətimiz  vilayətdə 
şərabçılıq  sənayesinin  inkişaf  etdirmək  üçün,  ilk  növbədə,  zavodların  texniki 
səviyyəsini  yüksəltməyi  qərara  almışdı.  1955-ci  ildə  xarici  dövlətlərdən  alman 
yeni  dəzgahlar  Dağlıq  Qarabağ  şərab  emalı  zavodlarında  quraşdırılırdı.  Ötən 
illər  ərzində  Əskəranda  və  Qırmızı  Bazarda  konyak  spirti  istehsalı  üçün  bir sıra 
zavodlar,  habelə  Xankəndində  şərab-konyak  zavodu,  H adrud,  Metistağlar, 
Ağdərə,  Leninavan  və  Xocavənddə  şərabın  ilkin  emah  müəssisələri  və  başa 
şərab-spirt zavodları  tikilib istifadəyə  verilmişdir.  XX yüzilliyin  50-60-cı illərində 
DQMV-nin  Ağdərə  rayonunun  Partiyanm  X X II  qurultayı  adm a  sovxozunda 
gündə  200  ton  üzüm  emal  edən  ilkin  şərab zavodu və  H adrud  rayonun  H adrud 
sovxozunda konyak-spirti istehsal edən zavod tikilib istifadəyə verildi.25
Xammala olan tələbatı ödəmək məqsədilə üzüm əkini  sahəsi genişləndirildi 
və  üzüm  istehsalmda  yüksək  artım   müşahidə  edildi.  Belə  ki,  DQMV  ərazisində
1940-cı  ildə  1565  ton,  1950-ci ildə 3646 ton,  1960-cı ildə 8040 ton Uzüm yığılaraq 
dövlətə  təhvil  verilmişdirsə,  1970-ci  ildə  isə  axırıncı  rəqəm  təxminən  6  dəfə 
artaraq  54022  tona  çatmışdır.26  Bu artım , ilk növbədə, Azərbaycan  hökumətinin 
bölgəyə  yeni  növ  daha  məhsuldar  üzüm  tənəkləri  verməsi,  becərmə  işinin 
vaxtında  aparılması  üçün  maşın  və  traktorlarla  təmin  edilməsi,  zərərvericilərə
157

qarşı 
mübarizə 
məqsədilə 
gübrələrlə  təmin 
olunması, 
ixtisaslı 
kadr 
çatışmamazlığınm  aradan  qaldırılması  ilə  əlaqədar  olmuşdur.  Bütün  bunlarm 
nəticəsi  idi  ki,  Azərbaycan  SSR  DQMV-də  1950-1960-cı  illərdə  1940-cı  illə 
müqayisədə sıçrayışlı  inkişaf baş vermişdir ki bunu aşağıdakı cədvəldən də aydm 
görmək olar:27
Sıra
sayı
Məhsulun
növü
Ölçü
vahidi
1940
1950
1958
1960
1970
1
Şərab istehsalı
Min.dkl.
105
165
361
471
539
2
Konyak
istehsalı
Min.dkl.
1,2
6
6,7
11
11,4
3
Cəmi
Min.dkl.
106,2
171
367,7
482
550,4
Cədvəldən  göründüyü  kimi,  1940-cı  illə  müqayisədə  1970-ci  ildə  şərab  və 
konyak  istehsalı  təxminən  5,2  dəfə  artmışdır.  1970-ci  ildə  Qarabağ  Şərabçılıq 
Tresi  ümumi  sənaye  məhsullarının  34  faizini  verirdi.  DQMV-də  fəaliyyət 
göstərən şərabın ilkin emalı, şərab-konyak,  spirt və digər müəssisələri birləşdirən 
Qarabağ  Şərabçılıq  Tresti  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  Döviət 
Üzümçülük və Şərabçılıq İstehsalat Komitəsinin sisteminə daxil edilmişdir.
Qarabağ  Şərab  Trestinin  məhsullarına  təkcə  keçmiş  SSRİ  məkanında 
deyil,  xarici  dövlətlərdə  də  böyük  tələbat  vardır.  1958-ci  ildə  Budapeşt 
ümumdünya  sərgisində  “Qırmızı  M artuni”  süfrə  şərabı  gümüş  medala  layiq 
görülmüşdür.  DQMV-də  istehsal  olunan  “Qarabağ”,  “Qırmızı  Martuni”, 
“Xindoqni”,  “Çəhrayi  Qişi”,  ”Qarakənd”,  “Ağ  M artuni”,  “C artar”  markalı 
yüksək  keyfiyyətli  şərablar,  habelə  müxtəlif  növ  konyaklar  hər  yerdə  şöhrət 
qazanmışdır.  M acarıstanla imzalanmış müqaviləyə əsasən,  hər  il  Qarabağ Şərab 
Trestindən  120  min  dekalitr  məhsul  ixrac  olunurdu.28  Həmçinin,  Trestin 
məhsulları Çexslovakiya  dövlətinə də göndərilirdi.  Onu da qeyd  edək  ki,  1968-ci 
ildə  Qarabağ  Şərab  Trestinin  ehtiyat  pul  vəsaiti  1965-ci  ilə  nisbətən  36  faiz
158
artmışdı.  Bu artım Qarabağ İpək Kom binatm da 20 faiz, Yağ-pendir zavodunda 
6 faiz, Tikiş fabrikində 9 faiz,  Elektro  zavodda  16 faiz olmuşdur.  Bəhs  etdiyimiz 
illərdə, əmək məhsuldarlığı isə Qarabağ Şərab Trestində  150 faizə çatmışdır.29
Qarabağm  bol  xammala  (pambığa,  ipəyə,  yuna)  malik  olması  burada 
xalçaçılığın  inkişafı üçün  şərait yaratmışdır.  Gəbə,  kilim,  xalt toxumaq Qarabağ 
qadmlarının  qədim  sənəti  olmuş  və  həmin  sənətin  sirləri  qorunub  saxlanılaraq 
XX  yüzillik  ərzində  inkişaf  etmişdir.  Keçmiş  SSRİ  məkanında  və  dünyada 
Qarabağ xalçasma olan tələbatı nəzərə alaraq Azərbaycan hökuməti  1929-cu ildə 
Dağlıq Qarabağda xalçaçılıq fabrikini tikib istifadəyə vermişdir.30
Sonrakı dövrlərdə, həmin fabrikin Daşbulaq və Tağlar kəndlərində 2 filialı 
yaradıldı.  Həmin  müəssisələri  hər  birində  60  nəfər qadın  işləyirdi.  Dövlətimizin 
bölgəyə  dərin  qayğısı  nəticəsində  burada  istehsal  gündən-günə  təkmilləşir  və 
genişlənirdi.  Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1970-ci  ildə 
Qarabağ Xalçaçılıq  fabrikinin  buraxdığı məhsulların  85  faizi  keyfıyyət  nişanma 
layiq  görülmüşdür.  Oricinal  və  gözəl  naxışları,  əla  yaradıcıhq  üslubu,  müstəsna 
dərəcədə  davamhlığı,  naxış  incəliyi,  zənginliyi,  süjetli  kompozisiyası  Vilayətdə 
istehsal olunan xalçalara dünya bazarında,  müxtəlif beynəlxalq sərgilərdə  böyük 
müvəffəqiyyət  qazandırmışdır.  Azərbaycan  SSR  DQMV-də  istehsal  olunan 
xalçalara keçmiş SSRİ məkanmda, tngiltərədə, İtaliyada, İsveçdə, Danimarkada, 
Misir  Ərəb  Respublikasmda  böyük  maraq  göstərilir  və  bazarlarda  həvəslə 
alınırdı.  DQMV 
xalçaçıları  1970-ci  ildə  2000  kvadrat  metrlik  xalça 
toxumuşdular.  Dövlətə nəzərdə  tutulduğundan  10  min  m anatdan  artıq  məhsul 
satılmışdır.  Xalçaçılıq  sənayesini  gələcəkdə  daha  da  inkişaf  etdirmək  nəzərdə 
tutulmuşdu.
Dağlıq  Qarabağda  yerli  xammala  əsaslanan  və  inkişaf  etmiş  sənaye 
sahəbrindən  biri  də  tikinti  materialları  sənayesidir.  Buraya  ağackəsən 
(meşədoğrayan),  ağac  emalı  (taxta-şalban),  kərpic,  kirəmid,  əhəng  daşı,  daş 
yonan sexlər daxil idi. Ağac emalı, tikinti materialları istehsalı sənayesi  DQMV- 
nin  iqtisadiyyatında  mühüm  yer  tuturdu.  Ağac  emah  materialları  sənayesinin
159

əsas mərkəzi Xankəndi şəhəri və ona bitişik kəndlardə yerləşmişdi.  Beləki burada 
meşə  təsərrüfatları,  meşə  kombinatı,  tikinti  materialları  kombinatı,  istehsalat 
kombinatları,  mebel  fabriki  yerləşirdi.  Ağdərə  və  Hadrud  ərazilərində  də  belə 
kom binatlar var idi.31
1950-1960-cı  illər  ərzində  Azərbaycan  hökuməti  DQMV-də  tikinti 
materialları  sənayesini  inkişaf  etdirmək  məqsədilə  bölgəyə  12  mütəxəssis 
göndərdi.  Həmçinin  xarici  dövlətlərdən  alınan  kəsici  və  yonucu  dəzgahlar, 
alətlər,  yük  maşmları  verildi.  Aynlan  vəsaitin  həcmi  artırıldı.  Nəticədə,  asfalt- 
beton  zavodu  1966-cı  ildə  25  min  manatlıq,  meşə  sənayesi  104  min  manatlıq 
gəlirlə işləmişdır.51  Əmək məhsuldarhğımn  inkişaf tempi  1962-ci illə müqayisədə 
1963-cü  ildə  120,  1964-cü  ildə  141,  1965-ci  ildə  150  faiz 
artmışdır.33  Bəhs 
etdiyimiz illərdə, Xankəndində yaradılmış beton zavodu ildə tənəkləri qaldıruıaq 
üçün  3000  kubmetr  dəmir-beton  sütunlar  hazırlayırdı.34  1970-ci  ildə  isə  həmin 
göstərici  3  dəfədən  çox  artdı,  Xankəndi  kombinatınm  buraxdığı  mərmər 
bloklarmdan təkcə DQMV-nin ərazilərində deyil Bakı, Moskva, Kiyev, Daşkənd 
və başqa  şəhərlərdə  də  geniş  istifadə  olunurdu.  Kombinatm  daş karxanalarında 
5-6 çeşiddə əla növ mərmər məmulatı  buraxılırdı ki,  bu da keçmiş SSRİ-nin  160- 
dan  çox  şəhər  və  rayonlarına göndərilirdi.35  Kombinat mişar  daşı,  kərpic,  üzlük 
tavalar  da  istehsal  edirdi.  Ağdərə  rayonunun  Vənkli  sənaye  kombinatının 
istehsal  etdiyi  dəyirman  daşları  Sovet  İttifaqınm  bir  çox  respublikalarına 
göndərilirdi.  Ninki  kəndində  istehsal  olunan  kərpic-kirəmit  məhsullarına  isə 
dünya  bazannda  böyük  ehtiyac  var  idi.  Araçazorda  fəaliyyət  göstərən 
kombinatda  isə  çirkli  suları  təmizləyən  daşlar  hazırlayırdılar.  Kombinatm 
hazırladığı  materiallar təkcə  ittifaq ərazisində deyil  İran və Türkiyə bazarlannda 
da  satılırdı.  Yerli  xammala  əsaslanaraq  gəlirlə  işləyən  tikinti  materiallan 
sənayesində  istehsalm  həcmi  ildən-ilə  artırdı.  Bunu  aşağıdakı  cədvəldən  də 
görmək olar:36
160
Sıra
sayı
Məhsulun
növləri
Olçü
vahidi
1950
1958
1960
1965
1966 1967 1970
1 Taxta-şalban
Min
m3
2
6,9
11,7
10,1
13,5
14,5
15,9
2 Əhəng
Ton
1313
6274
7118 416Ü 5566 5244 7200
3 Kərpic
Min
ədəd
72
240
325
1365
1265 476
1413
4 Kirəmit
Min
m2
49,5
240
32,5
40,3
50,9
24,4
61,8
5 Yonulmuş daş
Min
m3
42,7
40
31,6
24,2
50,9
24,8
54,5
6 Mebel
Min
man.
173
669
876
1499
1543 1654 1891
Cədvəldən  göründüyü  kimi,  1950-ci  illə  müqayisədə  1970-ci  ildə  taxta- 
şalban  istehsalı  9  dəfə,  əhəng  istehsalı  5  dəfədən  artıq,  kərpic  2  dəfəyə  yaxm, 
kirəmit  təxminən  25  faiz,  yonulmuş  daş  30  faiz,  mebel  istehsalı  10  dəfədən  çox 
artdı.
Azərbaycan  hökuməti  DQMV-də  sənayenin  daha  da  inkişaf  etdirilməsi
üçün  50-ci  illərin  əwəllərində  daha  bir  sənaye  sahəsi  olan  tikiş  fabrikinin
tikintisinə başladı. Qısa bir müddətdə istifadəyə verilən həmin müəssisəyə Məşədi
Əzizbəyovun  adı  verildi  və  məhsul  istehsalı  ildən-ilə  artdı.  Belə  ki,  1958-d  illə
müqayisədə  istehsalın  həcmi  1959-cu  ildə  143,8  %,  1960-cı ildə  124,6%,  1961-ci
ildə  136,5%,  1962-d ildə  184,2%,  1963-cü ildə 229,8%,  1967-ci ildə 335,9%, 1970-
ci  ildə  402,4%  yerinə  yetirilmişdir.37  Fabrikdə  istehsal  olunan  çoxçeşidli
məhsullar nəinki respublikamızda, hətta ittifaq miqyasmda tanınır və bazarlarda
böyük  həvəslə  ahnırdı.  Xüsusi  olaraq,  fabrikdə  tikilən  uşaq  geyimləri  özünün
keyfıyyətinə  və  yaraşığına  görə  həmişə  alıcıların  diqqətini  cəlb  edirdi.  Onu  da
qeyd  etmək  yerinə  düşərdi  ki,  1965-ci  ildə  fabrikin  istehsal  etdiyi  məhsullar  1
milyon  377  min  m anata  satılmışdırsa,  1966-cı  ildə  1  milyon  654  min  manat,
161

1970-ci  ildə  isə  2  milyon  manatlıq  məhsul  satılmışdır.38  Xankəndi  şəhərində 
fəaliyyət  göstərən  tikış  fabrikinin  əməkdaşları  yüksək  əmək  göstəricilərinə  nail 
olduqları  üçün  dəfələrlə  Azərbaycan  hökumətinin  və  həmkarlar  təşkilatlarmm 
fəxri  mükafatlarına  layiq  görülmüşlər.  DQMV-də  tikiş  fabriki  ilə  yanaşı  fərdı 
paltarların  tikişi,  təmiri  emalatxanaları  da  fəaliyyət  göstərir  və  yerli  əhalinin 
tələbatını  ödəyirdi.  Dağlıq  Qarabağ  tikiş  fabrikinin  bölgədəki  ümumi  sənaye 
məhsullan  istehsalında yeri  1965-ci ildə 2,5 faiz,  1967-ci ildə 2,6 faiz,  1970-ci ildə 
isə  3,1  faiz  təşkil  edirdi.39  Faktlardan  göründüyü  kimi,  tikiş  fabrikinin  istehsal 
tempi ildən-ilə artırdı.
X X   yüzffliyin  50-60-cı  illərində  Dağlıq  Qarabağm  iqtisadiyyatmda 
Xankəndi elektrotexnika zavodu mühüm yer tuturdu. Həmin zavod əvvəlcə Baki 
elektrik  maşmqayırma  zavodunun  filialı  kimi  fəaliyyət  göstərirdi.  Bakı  elektrik 
maşmqayırma  zavodunun  vəsaiti  hesabına  50-ci  illərin  sonlarmda  tikilməyə 
başlayan  zavod  1962-ci  ildə  istifadəyə  verilmişdi.40  İlk  illərdə  zavod  212  min 
manatlıq  məhsul  buraxmış  və  sonrakı  dövrlərdə  bu  rəqəm  bir  neçə  dəfə 
artmışdır.  Məsələn,  1965-ci ildə zavodda  1  milyon 416 min manatlıq,  1966-cı ildə
4  milyon  148  min  manatlıq,  1967-ci  ildə  6  milyon  134  min  manatlıq  məhsul 
istehsal  olurımuşdutsa,  1970-cı  ildə  ıstehsal  həcmı’  7  mı'Iyon  550  min  manata 
çatmışdır.41  Xankəndi  Elektrotexnika  zavodunun  DQMV-nin  ümumi  sənaye 
məhsulları  istehsalında  yeri  1965-ci  ildə  3,6%,  1966-cı  ildə  8,1%,  1967-ci  ildə 
10,9%  olmuşdursa  I970-ci  ildə  14,5%-ə  qədər  qalxmışdır.42  Zavodda  əmək 
məhsuldarhğı  60-cı  illərdə  4  dəfədən  çox  artmışdır.  Xankəndi  Elektrotexnika 
məmulatları  zavodu  lampa  istehsalı  sahəsində  ixtisaslaşdırılmışdır.  Lüminissent 
lampaları  ictimai  binalarm  konstruktor  bürolarmın  və  məktəblərdə  sinif 
otaqlarını  işıqlandırmaq  üçün  nəzərdə  tutulmuşdur.  Zavodun  istehsaL  etdiyi 
məhsullar,  təkcə Azərbaycan  ərazisində deyil, o cümlədən, ittifaq miqyasında və 
xarici dövlətlərdə istifadə edilirdi. Belə ki,  Bratiski və Voljskin yeni tikintilərində, 
Rustavi,  Surqut,  Kama  zavodlarının  tıkinti  meydançalannda,  Manqışlağm  təzə 
salınmış  qəsəbələrində  və  ittifaqın  digər  şəhərlərində,  Xankəndində  istehsal
162
olunan  yüksək keyfiyyətli lampalar ətrafı işıqlandırırdı.  Misir Ərəb Respublikası 
və Əfqanıstan  Demokratik Respublikasında zavodun buraxdığı məhsullar böyük 
həvəslə  alınırdı.43  Bakı  elektrik  maşınqayıranları  vaxtaşırı  olaraq  Dağlıq 
Qarabağa  ixtisaslı  fəhlə  və  ustalar  göndərirdilər.  Paytaxtımızın  ali  təhsil 
müəssisələri  isə  zavoda  mütəxəssislər  göndərirdilər  ki,  onlar  yeni  qabaqcıl 
metodları,  səmərələşdirid  təklifləri  istehsalata  tətbiq  edib  yüksək  keyfıyyətli 
məhsul  əldə  edirdilər.  Təsadüfı  deyildir  ki,  Xankəndində  istehsal  olunan  yüksək 
keyfiyyətli  lüminissent  lampaları  Leypsik  yarmarkasında  böyük müvəffəqiyyətlə 
nümayiş  etdirilmişdir.  Müəssisənin  inkişafı  çox  sürətlə  getmişdir.  Təkcə  1970-ci 
ildə  477000  ədəd  lampa  istehsal  olunmuşdur.  Bu  əwəlki  ildən  35%  çox  idi.44 
Zavod  1970-ci  ildə  Azərbaycan  K P  MK-mn,  Respublika  Ali  Soveti  Rəyasət 
Heyətinin, Nazirlər Sovetinin və AHİŞ-nm fəxri fərmam ilə təltif olunmuşdur.
Dağlıq  Qarabağda  əsas  sənaye  sahələrindən  olan  yağ-pendir  və  çörək 
zavodları  da yerli xammala əsaslanırdı.  Bölgədə mal-qaranın  sayının  artması  və 
cinsinin  yaxşılaşması,  dövlətə  taxıl  tədarükü  satışının  ildən-ilə  genişlənməsi 
müxtəlif  çeşidli  un  məmulatlarmm,  mal-qara  yağınm,  pendir  və  yağlı  brınza 
istehsalınm  da  artmasına  şərait  yaratdı.  Həmin  artımı  aşağıdakı  cədvəldən  də 
görmək olar:45
Sıra
sayı
Məhsulun
növləri
Ölçü
vahidi
1950
1958
1960
1965
1966
1967
1970
1
M al-qara
yağı
Ton
62,3
262,2
345,6 496,9
512
530
550
2
Pendir 
və 
yağlı brınza
Ton
113,3
199,9 •268,3
280
302
391
557
3
Çörək
məmulatları
Ton
12,4
15,3
16,5
20
18,3
20
22
163

Yuxarıdakı  cədvəldəki  rəqəmlər  yalnız  zavodlarda  istehsal  olunan 
məhsullar idi. Vətəndaşların şəxsi istehsal etdiyi yağ pendir və çörək məmulatları 
buraya  daxil  deyildi.  Aparılan  hesablamalar  nəticəsində  məlum  olur  ki,  1970-ci 
ildə  Dağlıq  Qarabağ  Yağ-pendir  zavodunun  istehsal  etdiyi  məhsullar  ümumi 
sənaye məhsullannm 4 faizini, çörək zavodu isə 2 faizini təşkil edirdi.46
1950-1960-cı  illərdə Azərbaycan  SSR  DQMV-də sənayenin  başqa sahələri 
Məişət  xidməti  idarəsi,  Yerli  sənaye  müəssisəsi,  nəşriyyat,  Ərzaq  məhsullan 
müəssisəsi,  Asfalt-beton  zavodu,  9  saylı  Tikinti  tresti  də  fəaliyyət  göstərirdi. 
Dağlıq Q arabağda yerli sənaye müəssisəsi 4 kombinat -  Şuşa, Vənkli,  Ağdərə və 
H adrut  kom binatlannı  birləşdirirdi.47  Həmin  sənaye  müəssisələri,  sırf  yerli 
sənayeyə əsaslanaraq, getdikcə inkişaf edib daha da möhkəmlənirdi. Burada yerli 
materiallarmdan  müxtəlif musiqi  alətləri,  pambıq  parça,  tikinti  məmulatlan  və 
başqa  məhsullar  buraxılırdı.  Yerii  sənaye DQMV-nin  ümumi  sənaye  məhsulları 
istehsahnda yeri  1966-cı ildə  1,4 faiz,  1968-ci ildə isə  1,6 faiz təşkil edirdi.48
1965-1970-ci  illərdə  DQMV-nin  17  savxozunda  9  sənaye  müəssisəsi 
yaradıldı  ki,  bunlardan  6-sı  müstəqil,  2-si  isə  fılial  kimi  fəaliyyət  göstərirdi. 
Azərbaycan  dövləti  bu  zavodlan,  kombinləşdirmə 
metodunu  əldə  rəhbər 
tutaraq, daha çox üzümçülüklə məşğul olan kəndlərdə yaratmışdı.49
XX  yüzilliyin  50-60-ci  illərdə  Azərbaycanda energetika sənayesi  sahəsində 
çox  böyük  nailiyyətlər  əldə  edildi.  Belə  Ki,  150  min  kilovat  gücündə  “Şimal” 
elektrik  stansiyası,  600  min  kilovat  gücündə  açıq  tipli  Əli  Bayramlı  elektrik 
stansiyası,  75  min  kilovat  gücündə  1  saylı  Gəncə  elektrik  stansiyası  istifadəyə 
verildi  və  Azərbaycan,  Ermənistan,  Gürcüstanın  enerci  sistemləri  birləşdırildi.so 
Bütün  bünlar,  E)QMV-də  elektrik  enercisinə  olan  tələbatın  ödənilməsinə  təsir 
etdi.  50-ci  illərin  ortalarında  Ağdam-Xankəndi  yüksək  voltlu  elektrik  xətti 
çəkilib  qurtardı.  Mingəçevir  SES-nın  trubinlərində  istehsal  edilən  elektrik 
enerdsi  bu  magistral  xətlə  Dağlıq  Qärabağın  şəhər  və  kəndlərinə,  sənaye 
müəssisələrinə  və  tikintilərinə,  kolxoz  və  sovxozlanna  verildi.  Bundan  əlavə, 
Azərbaycan hökuməti  1928-1946-cı illərdə DQMV ərazisində bir neçə stansiya, o
164
cümlədən,  Madagiz,  Əskəran,  Sacan,  Xankəndi  və  başqa  elektrik  stansiyaları 
tikib  istifadəyə  vermişdi.51  1950-1960-cı  illərdə  Dağlıq  Qarabağda  elektrik 
enercisi istehlakı  təxminən  15 dəfə artmışdı.  Belə ki,  1950-d ildə bölgədə elektrik 
enercisi  istehlakı  4  milyon  669  min  kilovat,  1960-cı  ildə  13  milyon  880  min 
kilovat  idisə,  1972-ci  ildə  70  milyon  kilovata  çatmışdı.52  Onu  da  qeyd  edək  ki,
1971-ci  ildə  Naxçıvan  M R-da  5  milyon  kilovat  elektrik  enercisindən  istifadə 
edilmişdir.53  1970-ci  ildə,  demək  olar  ki,  DQMV-nin  bütün  ərazisində 
elektrikləşmə işi  başa çatmışdır.  Belə ki,  1950-ci ildə ərazinin yalnız  12%-i,  1960- 
cı  ildə  55%-i,  1965-ci  ildə  80%-i  elektrik  enercisindən  istifadə  edirdisə,  1970-ci 
ildə  ərazinin  99,5%-i  elektrikdən  istifadə  etməyə  başladı.54  Aparılan  tədqiqatlar 
nəticəsində  məlum  olur  ki,  elektrikləşməyən  ərazi  həmin  0,5%  azərbaycanlılar 
yaşayan  kəndlərin  payına  düşmüşdür.  Eyni  zamanda,  azərbaycanlılar  yaşayan 
kəndlərə  işıq  fasilələrlə  verilir,  sıradan  çıxan  elektrik  nizamlayıcıları,  dəyişən 
elektrik  cərəyanınm  artu-ıb-azaldan  aparatlar  süni  sürətdə  ləngidilir  və  aylarla 
verilmirdi.
1950-1960-cı  illərdə  Dağlıq  Qarabağ  sənayesi  4,2  dəfə,  1923-cu  illə 
müqayisədə  1950-ci  ildə  75%,  1960-cı  ildə  135%,  1970-d  ildə  316%  artmışdır.55 
Bəhs  etdiyimiz  illərdə,  vilayətin  bütün  sənaye  müəssisələri  gəlirlə  işləmişdi. 
Bölgənin  müəssisə və təşkilatlarının 2 illik maliyyə təsərrüfat fəaliyyətinin  başhca 
yekunlarını  nəzərdən  keçirməklə  bir  daha  yuxarıda  dediklərimizin  şahidi  olarıq 
(qazanc+; itgi-; min m anat hesabı ilə).56
Sıra
sayı
Müəssisə və təşkilatların adı
1966 
(min man.)
1967 
(min man.)
1
Q arabağ İpək Kombinatı
337
112
2
Q arabağ Spirt-Şərab Tresti
2922
3672
3
Elektrik məmulatları zavodu
801
1804
4
Mebel fabrıki
289
262
5
Q arabağ Yağ-pendir zavodu
308
262
165

6
Tikiş fabriki
103
130
7
Məişət xidməti müəssisəsi
83
119
8
16 saylı Cörək bişirmə zavodu
228
182
9
Yerli Sənaye müəssisəsi
26
55
10
Taxta-Şalban təsərrüfatı
191
143
11
5 saylı sənaye kombinatı
12
50
12
Nəşriyyat
36
36
13
Tikinti materialları kombinatı
-8
9
14
Ərzaq sənaye idarəsi
21
16
15
Xalçaçılıq fabriki
-10
-8
16
Kino verilişi idarəsi
16
19
17
Asfalt-beton zavodu
25
16
18
9 sayh Tikinti tresti
-221
71
19
Avtobaza
386
344
20
Vilayət Kommunal Xidməti idarəsi
203
183
21
Vilayət Təchizat idarəsi
62
29
22
Vilayət Satış müəssisəsi
541
638
23
Cəmi DQMV-i üzrə
6339
8144
Cədvəldən  göründüyü  kimi,  təkcə  bir  il  ərzində  DQMV  idarə  və 
müəssisələrinin  qazanc  fərqi  1  milyon  805  min  m anata  bərabər  olmuşdur. 
Sonrakı illərdə bu artım sürətlə davam etmişdir.
Bəhs  etdiyimiz  illərdə,  DQMV-də  sənayenin  bir  qolunu  təşkil  edən 
sənətkarlıq  da  mövcud  olmuşdur.  Burada  yun  emalı,  boyaqçılıq,  xalçaçılıq, 
keçəçilik,  şərabçılıq,  dəriçilik,  dərziçilik,  papaqçılıq,  kürkçülük,  sərraclıq, 
nalbəndlik,  daşişləmə  kimi  qədim  sənət  sahələri  fəaliyyət  göstərirdi.  Qədim 
yaşayış  məskəni  olan  Şuşa  şəhərində  sənətkarlıq  xüsusi  olaraq  inkişaf etmiş  və 
keçmiş  ənənəvi  xüsusiyyətlərini  qoruyub  saxlamışdır.  Təsadüfi  deyildir  ki,  son 
dövrlərə  qədər  Qarabağımızm  cənnət  məkanı  olan  Şuşa  şəhəri  özünün  keçmiş
J66
sənətkarlıq  adlarmı  -   dəmirçi,  boyaqçı,  misgər,  dərzi,  papaqçı,  başmaqçı  və 
başqa məhəllə adlarını qoruyub saxlamışdı.
Omumiyyətlə,  60-cı ilbrdə Azərbaycanda  ümumi  sənaye məhsulu  istehsalı 
94  faiz  artmışdır.  Həmin  dövrdə,  bu  göstərici  DQMV-də  181  faizə  çatırdı.  Bu 
yüksək göstəricinin ən başlıca amili Azərbaycan rəhbəriiyinin Vilayətə göstərdiyi 
qayğınm  nəticəsi  idi.  Təkcə  1950-1960-cı  illərdə  Azərbaycan  hökumətinin 
DQMV-də  xalq  təsərrüfatmın  inkişafına  qoyduğu  vəsait  20  dəfə  artmışdı  (1 
milyondan  20  milyona  qədər).57  Bölgə  ixtisaslı  kadr,  dəzgah  və  avadanhqlarla, 
xammalla tam  təmin edilmişdir.
Dağlıq  Qarabağ  sənayesi  özünün  çoxsahəliliyi  ilə  fərqlənirdi.  Burada 
istehsal  olunan  sənaye  məhsulları  dünyanın  bir  çox  ölkələrinə  ixrac  edilirdi. 
Lakin  50-60-cı  illərdə  Dağlıq  Qarabağda  sənayenin  inkişafma  baxmayaraq 
ziddiyyətli  anlar da  mövcud  olmuşdur.  Belə  ki,  müəssisələrdə  dövlət intizamınm 
pozulması,  köhnə  sahəbrin  yenidən  qurulması  prosesinin  ləngiməsi,  Dağlıq 
Qarabağm  erməni  rəhbərbrinin  ciddi  nöqsanları,  onların məhsulun  keyfıyyətinə 
yox  kəmiyyətinə  fikir  verməsi  rəhbərliyin  inzibati  amirlik  metodları, 
müəssisəbrdə  işləyən  az-çox  azərbaycanlı  fəhblərə  ögey  münasibət,  sənaye 
müəssisələrinin  yerbşdirilməsində  hökm  sürən  valyuntarizm  və  azərbaycanlılar 
yaşayan  kəndbrin  bu  siyahıdan  çıxarılması  və  başqa  bu  kimi  mənfı  hallar 
müşahidə  edilmişdir.  Həmin  dövrə  obyektiv  qiymət  verən  ümummilli  liderimiz
H.Ə.ƏIiyev  çıxışlarından  birində  göstərmişdir  ki,  1960-cı  ildə  Azərbaycan 
sənayesi  müharibədən  əvvəlki  səviyyəni  ötmüş,  40-cı  ildəki  sənayeni  2,8  dəfə 
üstələyən  məhsul  buraxılışma  nail  olunmuşdur.  1950-1960-cı  illərdə  yeni  sənaye 
sahələri  əmələ  gəlmiş,  energetika  və  su  təsərrüfatı  tikintiləri  genişlənmişdir. 
M üharibədən sonrakı beşilliklər ərzində Sovet Azərbaycanın keçdiyi tarixi yolun 
əhəmiyyətini azaltmadan onu da  qeyd etmək  vacibdir ki,  60-cı ilbrdə respublika 
iqtisadiyyatmın  inkişafında 
mənfı  m eylbr  də  özünü  göstərməyə  başlamışdı. 
Azərbaycan milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatında istehsalın 
həcminə, 
elmi-texniki  tərəqqinin  nailiyyətlərinin  mənimsənilməsinə,  ictimai
167

məhsuldarlığına  görə  ümumittifaq  göstəricilərindən  geri  qalırdı.  Bu  dövrdə, 
istehsal  qüvvələrinin  yerləşdirilməsi  işində  kobııd  yanlışlıqlara  yol  verilmişdi. 
Odur  ki,  yaranmış  vəziyyətdən  çıxış  yolu  tapmah,  gələcəkdə  iqtisadiyyatm 
inkişafı  üçün  prinsipial  cəhətdən  yeni  konseptual  yanaşma  yolları  işlənib 
hazırlanmalı,  xalq  təsərrüfatmda  köklü  struktur  dəyişikliklər  aparmalı, 
təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi.58
Beləliklə,  1950-1960-cı  illərdə  ziddiyyətli,  tərəddüdlərə  və  qeyri  sabit  olsa 
da,  Dağlıq  Qarabağda  yeni  sənaye  sahələri  əmələ  gəldi  və  bununla  da,  işsizlik 
problemi aradan götürüiməklə istehsal xeyli artdı.  Mərkəz isə öz iqtisadi təməlini 
möhkəmləndirmək  üçün  Azərbaycanı  öz  xammal  bazasma  çevirməklə  yeraltı  və 
yerüstü  sərvətlərimizin  talan  edilməsini  daha  da  sürətləndirdi.  İstehsal  olunan 
sənaye məhsulları Rusiyaya və Ermənistana daşınırdt.

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə