AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə12/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

 
nəzarət güctandiriürdi.  Bəhs  etdiyimiz fflərdə,  ayrı-ayrı  təsərrüfatiar üzrə  istifadə 
olunan torpaq bölgüsü aşağıdakı qaydada aparılmışdır: (min hektarla)40
Sıra
sayı
Ulər
Bütün
torpaqlar
O cümlədən
Kolxozlann
torpağı
Sovxoz  və 
digər  dövlət 
təsərrüfat 
torpaqları
Dövlət meşə 
fondunun 
və 
torpaq 
fondunun 
torpaqları
Digər
istifadə
olunan
torpaqlar
1.
1940
468,8
339,4
7,9
115,4
6,1
2.
1950
480,3
340,6
8,1
115,9
16,7
3.
1960
496,7
371,4
9,9
U \,7
3,7
4.
1965
504,7
313,8
74,8
112,2
3,9
5.
1968
501,5
309,0
73,1
111,8
7,6
XX  yüzilliyin  50-60-cı  illərində  Azərbaycan  hökuməti  DQM V-nin  kənd 
təsərrüfatında  əkin  sahələrinin  məhsuldarlığını  artırm aq  məqsədilə  mədən 
gübrələrinin,  bitkiləri  xəstəlikdən  və  ziyanvericilərdən  qoruyan  kimyəvi 
vasitəbrin  tətbiqini  genişləndirdi.  Bölgənin  kənd  təsərrüfatmda  irriqasiya  və 
melorasiya,  mexanikləşdirmə  və  elektrikləşdirmə  işlərini  həmişə  diqqət 
mərkəzində  saxlayan  Azərbaycan  K P   M K   və  Azərbaycan  SSR  Nazirlər  Soveti 
D ağlıq  Q arabağın  təsərrüfatlarını  mədən  gübrələrlə  də-.təmin  olunmasını  öz 
üzərinə  götürmüşdür.  Bu  məqsədlə,  Azərbaycan  höküməti  Respublikamızın 
kəndlərinə  1966-cı ildə 285 min ton,  1970-ci fldə ısə 434 min ton mineral gübrə və
180
ziyanvericilərə  qarşı müxtəlif kimyəvi  m addələr göndərmişdi.41  Bundan  DQMV- 
nin  kənd  təsərrüfatında  istifadə  olunm aq  üçün  1966-ci  ildə  8,5  min  ton,  1970-ci 
ildə  isə  12,3  min  ton  verilmişdi.42  H ətta  DQMV-nin  kənd  təsərrüfatmın 
inkişafmda  Azərbaycan  hökumətinin  verdiyi  gübrələrin  əhəmiyyətini  erməni 
müəllifləri 
öz  əsərlərində  etiraf  edərək 
yazmışlar: 
“DQMV-nin  kənd 
təsərrüfatm da  taxıl,  pambıq,  üzüm  məhsullarmın  taleyı  həm  də  Sumqayıt 
superfosfat  zavodunun  sexslərində,  Sumqayıt  kimya  zavodunun  qurğularmda, 
Gəncə 
alüminum  zavodunda, 
RSFSR-nın, 
Ukraynanm, 
Belorusiyanın, 
Qazaxıstanm,  O rta  Asiyanm  kimya  müəssisələrində  həll  olunur.  Bakı,  DQMV- 
nin  kəndlərinə  fasiləsız  olaraq  mineral  gübrələr  göndərir.  Həmin  gübrələr 
möcüzələr  yaradır.  Əgər  superfosfatdan,  azot  selitrasından  və  digər  kimyəvi 
maddələrdən ağıllı surətdə istifadə etsək istənilən nəticəni əldə etmək olar”.43
Dövlətimiz, həm də Dağlıq Q arabağa təyyarələr vermişdir ki, bu təyyarələr 
vasitəsilə  əkinlərin  becərilməsində,  kənd  təsərrüfatı  ziyanvericilərinə  qarşı 
kimyəvi  mühafizə  vasitələrinin  və  mineral  gübrələrin  səpilməsində  istifadə 
olunurdu.
Azərbaycanm  ən  gözəl  və  bərəkətli  güşələrindən  biri  olan  DQMV-nin 
münbit  torpaqlara,  əlverişli  iqlimə,  bol  su  ehtiyatlarına  malik  olması,  eyni 
zam anda  dövlətimizin  dərin  qayğısı  nəticəsində  burada  çoxşaxəli  kənd 
təsərrüfatmın  inkişafına  zəmin  yaratmışdır.  1950-1960-cı  illərdə  DQMV-də 
bütün kateq.oriyalar üzrə ayrı-ayn kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsi 
aşağıdakı kimi olmuşdur: (hektarla)44
Sıra
sayı
Əkiiən bitkilərin adı
ILLƏR
1940
1950
1955
1960
1965
1970
Ümumi əkin sahəsi: 
O cümlədən,
81969
79152
93915
88225
54611
69996
1.
Dənli bitkilər
70609
67768
73272
60187
31996 42112
2.
Texniki bitkilər
4110
2441
3479
3718
2549
1613
181

3.
K artof, 
tərəvəz 
və 
bostan bitkiləri
2284
2203
2649
1778
1799
1637
O  cümlədən,  kartof 
ək'mi
1537
1431
1865
1001
886
897
4.
Yem bitkiləri
4966
6740
14515
22442
18267 24634
Cədvəldən  göründüyü  kimi,  1950-ci  ilə  nisbətən  1960-cı  ildə  DQMV-nin 
bütün  təsərrüfatlannda  əkin  sahəsi  9073  hektar  artmışdır.  Bu  artımm  xüsusi 
çəkisi  yem  bitkilərinin  üzərinə  düşmüşdür.  1950-ci  illə  müqayisədə  isə  1970-ci 
ildə  əkin  sahəsi  9156  hektar  azalmışdır.  Həmin  azalma  texniki  bitkilərdə  daha 
çox müşahidə  edilmişdir.  1970-ci ildə DQMV-nin ümumi  əkin  sahəsindən 22660 
(32  faizi)  suvanlan  torpaqlar  idi.  Bundan  1024  hektarı  illik  və  mövsümü  əkin 
sahəsinə,  8417  hektan  çoxillik  bitkilərin  əkin  sahəsi, 9633  hektarı  bağçılıq  əkini 
sahələrinə,  1272  hektarı  şəxsi  həyətyanı  sahələrinə düşürdü.45  Sonrakı  dövrlərdə 
suvarılan  əkin  sahələrinin  həcmi  xeyli  genişlənmişdi.  Çünki  suvarılan  bitkilərin 
məhsuldarlığı dəmiyə əkin sahələrindəkindən 2-3 dəfə artıq olurdu.
A parılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1968-ci  ildə  DQMV-nin 
kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsindən (75 559 hektardan) təxminən
26  faizi  (20073  hektarı)  Xankəndinin  kolxoz  və  sovxozlanna,  27  faizi  (20  832 
hektarı)  Ağdərə rayonuna,  30 faizi (22074 hektarı) Xocavənd rayonuna,  12  faizi 
(7780  hektarı)  H adrut  rayonuna,  5  faizi  (3641  hektarı)  Şuşa  rayonunun  payına 
düşürdü.46
DQM V-də  istehsal  olunan  kənd  təsərrüfatı  məhsullarmın  57  faizi 
bitkiçiliyin 43 faizi isə heyvandarlığın üz'ərinə düşür.47
Taxılçılıq  Dağlıq  Qarabağ əhalisinin qədim  peşələrindən  biridir.  Ayrı-ayn 
dövrlərdə  ümumi kənd  təsərrüfatı bitkilərinin əkin  sahələri nəzərdən  keçirilərkən 
dənli  bitkilər  əkininin  daha  üstün  olmasını  görürük.  Beləici,  1950-ci  ildə  ümumi 
əkin  sahəsinin  (79152  hektann)  85  faizini  (67768  hektarmı),  1960-cı  ildə (88225 
hektarm )  68  faizini  (60287 hektarmı),  1970-ci  ıldə isə (69996 hektarm ) 66 faizini
182
(42112  hektarmı)  dənli  bitkilər  təşkil  etmişdir.48  DQMV-də  buğda  və  arpa  həm 
payızda  həm  də  yazda  əkilirdi.  Buğda  əkinin  45  faizi  payızlıq  buğda  əkini  idi. 
Dağlıq  Q arabağ  şəraitində  “Qılçıqsız—1”  buğda  sortu  özünü  daha  yaxşı 
göstərmişdir.  Bu  sort  DQMV-nin  təsərrüfatlarında  yetişdirilən  bütün  sortlar 
arasında  birinci  yerə  çıxmışdır.  Təbiətin  hər  cür  şıltaqlıqlarına  davamlı  və 
m əhsuldar  olan  “Qılçıqsız-1”  sortu  60-cı  illərdə  vilayətin  bütün  ərazisində 
əkilməyə başlandı.  Bu sortdan  ən  çox payızlıq  buğda əkini vaxtı  istifadə edilirdi. 
DQMV-də  həmişə  taxıl  əkini  arpa  əkinindən  üstün  olmuşdur.  Məsələn,  Dağlıq 
Qarabağm   kolxoz  və  sovxozlarmda  1950-ci  ildə  39,7  min  hektar  sahədə  buğda, 
17,3  min  hektar sahədə arpa,  1960-cı ildə 39,4 min hektara qarşı  18,1  min hektar, 
1970-ci  ildə  isə  26,1  min  hektar  buğda  əkininə  qarşı  14,2  min  hektar  arpa 
əkilmişdir.43  Aparılan  hesablam alar  nəticəsində  məlum  olur  ki,  1950-1960-cı 
illərdə  DQMV-də  dənli  bitkilər  əkini  sovxozlara nisbətən  kolxozlarda  daha  çox 
olmuşdur.  Təkcə  60-cı  illərin  sonlarında  DQMV-nin  sovxozlarmda  arpa  əkini 
kolxozları üstələmişdir (3947 hektara qarşı 3652 hektar).
Azərbaycan  dövləti  50-60-cı  illərdə  DQMV-də  taxılçılıq  mədəniyyətinin 
yüksəldilməsinə,  dənli  bitkilərin  sort  tərkibinin  dəyişdirilməsinə,  əkin  və  biçin 
texnologiyasının yaxşüaşdırılmasına diqqətini  artırır və yüksək məhsuldar buğda 
sortları  ilə  təsərrüfatları  təmin  edirdi.  Dövlətimiz  bölgənin  kənd  təsərrüfatı 
texnikasma  olan  tələbatı  ödəmək  üçün  bütün  imkanlardan  istifadə  edir  və 
ərazinin  kolxoz  və  sovxozlarmda  işləyən  texnikanın  tam  tələbatını  ödəyirdi. 
Azərbaycan  Kənd  Təsərrüfatı  Texnikası  Birliyinin  5  müəssisəsi  DQM V-nin 
kolxoz  və  sovxoz  tarlalannda,  bağ  və  bostanlarında  işləyən  yüzlərlə  traktor, 
kombayn  və  digər  maşınların  texniki  təchizatını  təmin  edirdi.  Azərbaycan 
alimləri  tərəfmdən  DQMV-nin  enerci  ehtiyatları  aşkara  çıxarılır,  onlardan 
düzgün  istifadə  edilməsi  şərtləri  müəyyənləşdirilir,  mövcud  enerci  sistemlərinin 
səmərələşdirilməsi  üsulları  işlənib  hazırlanırdı.  Dövlətimizin  daxili  vəsaiti 
hesabına  DQMV-də  60-cı  illərin  sonlarm da  28  SES  və  İES-ları  fəaliyyət 
göstərirdi.  Bu  stansiyalar  Mingəçevir və  Tərtər  Su  Elektrik  Stansiyalarmm  gilcü
183

hesabına  işləyirdi.  Həmçinin,  bölgənin  özündəki  Madagiz  SES-nm  giicündən  də 
istifadə  olunurdu.  DQMV-nin  kolxoz  və  sovxozlarmda  su  vurulmasmda  və 
müxtəlif  əməliyyatların  yerinə  yetirilməsində  183  elektrik  mühərriki  işləyirdi.50 
Azərbaycamn  nəbatatçı  alımJəri  DQMV-nin  florasını  öyrənir,  kənd  təsərrüfatı 
bvXk'üər'mm  məhsuldarlığını  artırmağm  həllinə  köməklə  əlaqədar,  xüsusi 
o laraq  
dənli  bitkilərin yeni növlərini alm aq və mövcud növlərini dəyişdirmək  prosesinin 
öyrənilməsi sahəsində səmərəli işlər aparırdılar.
Azərbaycan  hökumətinin  gördüyü  müsbətyönümlü  tədbirlərin  nəticəsi  idi 
ki,  1970-ci ildə dənli  bitkilərin əkin sahəsi  1950-ci ildəkinə nisbətən  15656 hektar 
(25  faiz)  azalmasım  baxmayaraq  taxü  yığımı  1108  ton  artm ışdır.51  DQMV-də 
ilh rdə ayn-ayn kateqoriyafar üzrə dövlətə satılan dənli bitkilər əsas 
göstariciləri aşağıdakı cədvəldəki kim i olmuşdur. (toıvlar).52
Sıra
sayı
Kateqoriyaların adı
İllər
1950
1960
1965
1970
Ümumi yığım. 
O cümlədən,
7668
8660
2340
8776
1.
KoJxozlardan

6778
8648
1115
7330
2.
Sovxozlar və digər 
dövlət 
müəssisələrindən
890
12
1225
1446
Cədvəldən  göründüyü  kimi,  sovxozlar  dənli  bitkilərin  əkini  ilə  az  məşğul 
olmuşlar.  Sovxozlar  əsasən  üzümçülük,  donuzçuluq,  qoyunçuluq  və  quşçuluq 
sahələri  üzrə  ixtisaslaşmışlar.  DQMV-nin  kolxoz  və  sovxozlarmda  dənli 
bitkilərin  məhsuldarlığı  1960-cı ilda hər hektardan  11-13  sentiner,  1965-ci ildə 8- 
10  sentiner,  1970-ci  ildə  11-12  sentiner,  1975-ci  ildə  is?  1960-cı  il  səviyyəsini 
keçərək hər hektardan  13,5 sentiner buğda və arpa yığılmışdır.53
184
Ağdərə rayonundakı  “Puşkin”  və “Nizami” adm a, Xocavənd rayonundakı 
“Kirov”  və  “K .M arks”  adma  kolxozların,  Xankəndi  rayonundakı  “Oktyabr” 
kolxozunun  taxılçıları  ildə  hər  hektardan  orta  hesabla  18-20  sentiner  taxıl 
yığmışlar.54  Bütün bu müvəffəqiyyətin  əsas  səbəbi  qabaqçıl  aqrotexniki  üsullarm 
kolxoz və sovxozlarm təsərrüfatlarm da tətbiqi nəticəsində olmuşdur.
1950-1960-cı 
illərdə 
Dağlıq 
Q arabağm  
kənd 
təsərrüfatmm 
əsas 
sahələrindən  biri  üzümçülük  olmuşdur.  Bölgənin  əlverişli  təbii  coğrafi  mövqeyi 
təsərrüfatm  bu  sahəsinin  inkişafma  şərait  yaratmışdır,  1940-cı  ildən  başlayaraq, 
DQMV-də  üzümçülük  sahələrinin  genişləndirilməsi  üçün  qəti  tədbirlər  görüldü. 
Təsərrüfatlarm  iqtisadiyyatmda  üzümçülüyə  daha  geniş  yer  verildi.  Üzüm 
plantasiyaları  1940-cı  ildəki  1970  hektara  qarşı,  1950-ci  ildə  2408  hektara 
çatmışdır.  1957-ci  il  Dağlıq  Q arabağda  üzümçülüyün  inkişafmda  mühüm 
mərhələnin  başlanğıcı  olmuşdur.  Həmin  ildən  başlayaraq, DQMV-nin  kolxoz və 
sovxoz  təsərrüfatlannın  böyük  sahələrində  mexanikləşdırilmiş  üsulla  üzüm 
plantasiyaları salmmağa başlandı. Məsələn,  1958-ci ildə 646 hektar sahədə,  1959- 
cu  ildə  1024  hektar  sahədə,  1965-ci  ildə  2394  hektar  sahədə  yeni  üzüm  bağları 
əkilmişdir.55  1962-ci  ildə  DQM V  üzümçülük  təsərrüfatlarmm  gəliri  4,5  milyon 
m anat  olm uşdur  ki,  bu  da  Vilayətin  kolxozlarmın  bütün  pul  gəlirlərinin  33,5 
faizini  təşkil  edirdi.  50-ci  illərin  sonlannda  üzümçülük  təsərrüfatlarmm  əsas 
bağlarmm  yeriəşdiyi  Xocavənd  rayonunda  üzümlüklərdən  götürülən  gəlirlər 
kolxoz  və  sovxozlarm  bütün  gəlirlərinin  35  faizini  təşkil  etmişdir.  Hətta 
Xocavənd  rayonunun  Qarakənd  kəndinin  «Kirov»  kolxozunda  həmin  gəlir  41 
faiz,  Çartaz  kəndinin  “Kommunizm”kolxozunda  57  faiz  olmuşdur.  Gəlirli  sahə 
olduğunu  nəzərə  alan  DQMV-nin  kolxoz  və  sovxozları  üzüm  əkini  sahələrinin 
xeyli  genişləndirmişlər.  Məsələn,  Qarabağ  Şərab  Tresti  sistemində  1958-ci  ildə 
təşkil  edilmiş  3  saylı  Ağdərə  Şərab  Üzümçülüyü  Sovxozu  dincə  qoyulmuş 
torpaqlarda  4  il  ərzində  (1958-1962-ci  illərdə)  335  hektarlıq  üzüm  bağları 
salmışlar.55 Həmin sovxoz üzümçülüyün inkişafmda başlıca mövqe tutaraq  bütün 
üzümçülük  təsərrüfatlarına  nümunə  olmuşdur.  1950-1960-cı  illərdə  DQMV-nin
185

kolxoz  və  sovxozlarında  üzüm  əkini  sahələrinin  necə  inkişaf etdiyini  aşağıdakı 
cədvəldən də aydm görmək olar (hektarla):56
Illər
Ümumi üzüm 
əkini sahəsi
O cümlədən
Kolxozlarda
Sovxozlarda
1940
1970
1847
123
1950
2408
2302
106
1958
3836
3463
373
1959
4482
4052
430
1960
5406
4796
610
1965
9194
4391
4803
1970
10690
4440
6250
Cədvəldən  göründüyü  kimi,  DQMV-nin  kolxoz  və  sovxozlarmda  1950-ci 
illə  müqayisədə,  1970-ci  ildə  üzüm  əkini  plantasiyalan  8282  hektar,  başqa  sözlə
4,4  dəfə  artmışdır.  Müvafiq  illərdə  kolxozların  üzüm  sahələri  1,9  dəfə  (1138 
hektar) artdığı halda, sovxozlarda bu artım  58 dəfəyə (6144 hektara) qalxmışdır. 
Məhsuldarhğı  artırm aq  üçün  DQMV-nin  kolxoz  və  sovxozlarmda  qabaqcıl 
təcrübədən  və  aqrotexnikanm  nailiyyətlərindən  istehsalda  geniş  istifadə  edilirdi. 
X ankəndi  Q arabağ  Z ona  Təcrübə  Stansiyası,  Leninavan  Qarabağ  Elmi- 
eksperimental  bazası,  habelə  D aşbulaq  və  H arov  sortluq  məntəqələri  bu  işdə 
kolxoT, s-i sovxozlara böyük yardım  göstərirdilər.
1950-1960-cı  illərdə  DQM V-nin  təsərrüfatlarında  yerli  üzüm  sortları 
“Xidoqin”,  “Bayan  Şirey”,  “M arandəni”,  “İzabella”,  “Gəncə  ağ  süfrəsi”, 
”Tavakvari” və başqa məhsuldar sortlar əkilmişdir.
Azərbaycan  dövləti  DQMV-üzüm  sahələrini  gübrələrlə  təmin  etmək  üçün
10  min  tonlarla fasiləsiz olaraq  mineral gübrələr və ziyanvericilərə qarşı  kimyəvi 
m addələr göndərilmişdir.  Eyni  zamanda,  həmin gübrələr  və  ziyanvericilərə  qarşı 
kimyəvi  maddələr  üzüm  plantasiyalarm a  səpilməsində  Bakıdan  göndərilən
186
təyyarələrdən  geniş  istifadə  edilirdi.  Plantasiyalarda  işlərin  mexanikləşdirilməsi, 
aqrotexniki  qaydalara  ciddi  riayət  olunması  istənilən  nəticələri  verirdi.  1950- 
1960-cı  illərdə  DQMV-də  üzüm  istehsalı  10  dəfə  artmışdır.  1970-ci  ildə  Dağlıq 
Qarabağm  təsərrüfatları  58,4  min  ton  üzüm  əldə  etmiş  və  dövlətə  54  min  ton 
üzüm  satılmışdır.57  Həmin  vaxt  DQMV-də  adambaşına  - orta  hesabla  380 
kiioqram  üzüm  istehsal  edilmişdir.  Üzümdən  alman  pul  gəlirləri  kolxozların 
bütün  pul gəlirinin  üçdən  bir hissəsini,  bitkiçilikdən alınan gəlirin  68 faizini təşkil 
etmişdir.58  Əmək  məhsuldarlığı  isə  ildən  ilə  artmışdır.  Belə  ki,  1950-ci  illə 
müqayisədə  1960-cı  ildə əmək məhsuldarlığı  2,5 dəfə,  1965-ci ildə  3,7  dəfə,  1970- 
ci  ildo  isə  7,3  dəfə  artmışdır.  1950-1960-cı  illərdə  DQMV-nin  kolxoz  və 
sovxozlarında  hər  hektardan  götürülən  məhsulun  h x m i  təxminən  3  dəfə 
artmışdır.  1950-ci  ildə  hər  hektardan  27,5  sentiner  məhsul  götürülmüşdürsə, 
1960-cı  ildə bu göstərici 44,6 sentinerə,  1965-ci ildə 56,7 sentinerə,  1970-ci ildə isə
70,8  sentinerə  çatmışdır.59  Sonrakı  dövrlərdə,  bu  artım  sürətlə  davam  etmişdir. 
Dağlıq  Q arabağda  elə  sovxozlar  vardır  ki,  onlar  yüksək  aqrotexniki  qaydalara 
əməl  etməklə  daha  yüksək  məhsuldarlığa  nail  olmuşlar.  Məsələn,  Xocavənd 
rayonunda  1  Me-li  üzümçülük  sovxozu  1962-ci  ildə  hər  hektardan  156,3  sentiner 
məhsul götürərək,  4032,6  ton  üzüm  yığmış və üzərinə düşən  tapşırığı  artıqlaması 
ilə  yerinə  yetirmişlər.  Həmin  sovxozun  52  nəfər  üzümçüsü  öz  fədakar  əməyinə 
görə  Sovet  İttifaqının  müxtəlif orden  və  medallarına  layiq  görülmüşlər.  Həmin 
rayonun  “K urapatkin”  sovxozu  hər  hektardan  məhsuldarlığı  162  sentinerdən 
373  sentinerə  çatdırmışlar.  Sovxozun  üzümçüləri  dövlətə  3091  ton  üzüm  təhvil 
vermişlər.  Ağdərə  rayonunun  “X II  qurultay  adına  üzümçülük  sovxozu”  1970-ci 
ildə  dövlətə  9  min  ton  üzüm  təhvil  vermişlər.  Bu,  DQMV  üzrə  yığılan  ümumi 
məhsulun  8,6  faizi  demək  idi.  Həmin  sovxozda  əmək  məhsuldarlığı,  hər 
hektardan  orta  hesabla  96  sentinerdən  182  sentinerə  qalxmışdır.  Sovxozda 
çalışan  140  nəfər  üzümçüyə  müxtəlif  m ükafatlar  verilmişdir.  H ətta  həmin 
sovxozun başçısı S.V.Mamuns SSRİ Ali Sovetinə deputat seçilmişdir.
187

1950-1960-cı  illərdə DQM V kolxoz və sovxozlarında  üzümçülüyün  inkişaf 
dinamikasmı aşağıdakı cədvəldən də görmək olar (tonJa):61
Illər
DQMV-də 
ümumi üzüm 
yığımı (tonla)
O cümlədən,
Əmək 
məhsuldarlığı. 
1  hektara 
sentinerlə
Kolxozlarda
Sovxozlarda
1950
8400
5826
2574
22,3
1960
11000
9549
3451
44,6
1965
21100
13158
7942
56,7
1970
58400
22400
36000
70,8
Cədvəldən  göründüyü  kimi,  DQMV-də  1950-ci  ildən  1970-ci  ilədək 
üzüm  yetişdirilməsi  7  dəfə  artmışdır  (50  min  ton).  Müvafiq  illərdə,  Dağltq 
Qarabağm  sovxozlarında  məhsul  artımı  ümumi  göstəricilərdən  2  dəfə  çox,  yəni 
14  dəfə,  kolxozlarda  isə  3,9  dəfə  artıq  artım   müşahidə  edilmişdir.  DQMV-nin 
üzümçüləri  əldə  etdikləri  yüksək  göstəridlərə  görə  dəfələrlə  Sov.  İK P  MK-nın, 
SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin,  SSRİ  Nazirlər  Sovetinin,  UİHİM Ş-nm, 
Azərbaycan K P  M K -nm  mükafatlarına, orden  və medallarına layiq görülmüşlər. 
Təsadüfi deyildir ki,  1969-cu ildə  DQMV-nin 26 nəfər üzümçüsü  o  dövr üçün  ən 
yüksək ad olan Sosıalist  Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.62 Gələcəkdə 
üzüm əkin sahələrini daha da artırm aq nəzərdə tutulmuşdur.
1950-1960-cı  illərdə  DQMV-nin  kənd  təsərrüfatmın  kiçik  bir  hissəsini 
pambıqçılıq  və  tütünçülük  tuturdu.  Dağlıq  Qarabağ  ərazisinin  -təbii  coğrafi 
mövqeyi  pam bıqçıhq  üçün  çox  da  əlverişli  deyildir.  DQMV-nin  5  rayonundan 
yalnız  birində  (Ağdərə  rayonunda)  pam bıq  əkilirdi.  Xüsusi  olaraq,  Ağdərə 
rayonuna  qonşu  olan  Ağdam  və  Tərtər  rayonları  əhatəsində  olan  kəndlərdə 
pambıq  əkilirdi.  Pam bıq  əkinində  yalnız  1958-1963-cü  illərdə  artım   müşahidə 
edilmişdir.  Belə ki, həm in  illərdə Ağdərə  rayonunda  pambıq  əkin sahəsi  artaraq
188
3345  hektardan  3764  hektara  çatmışdır.  1950-1960-cı  illərdə  ən  aşağı  göstərici 
1950-ci ildə müşahidə edilmişdir  (1302 hektar).  1964-cü ildən başlayaraq, Dağlıq 
Qarabağda pam bıq əkinində tənəzzül dövrü başlamış və 70-ci illərin ortalarından 
tamamilə əkin dayandırılmışdır.  Belə ki,  1965-ci ildə 2268 hektardan  1970-ci  ildə 
1503  hektara  enmişdir.63  Bölgədə  pambıq  əkini,  xüsusi  olaraq,  kolxozların 
üzərinə  düşürdü.  Belə  ki,  Çaylı,  Aşağı  Orataq,  M arağa,  Talış,  Ağdərə, 
M arquşavan  və  Seysulan  kənd  sovetləri  daha  çox  pambıq  əkirdilər. 
Ümumiyyətlə,  pambıq Ağdərə rayonunun şərq yarısında becərilirdi.  1958-1962-ci 
illərdə  Dağlıq  Qarabağın  sovxozlarında  cəmi  2  hektardan  5  hektaradək  sahədə 
pambıq  əkilmişdir.  Yalnız  1964-cü  ildə  Ağdərə  rayonunun  sovxozlarında  əkin 
sahəsi  çox  olm uşdur  (1564  hektar).  1967-ci  ildə  isə  bu  göstərici  52  hektara 
enmişdir.64
1950-1960-cı  illərdə  DQMV-nin  təsərrüfatlarmda  tütün  əkinində  azalma 
halı  müşahidə  edilmişdir.  DQM V-nin  bütün  rayonları  bitkiçiliyin  bu  sahəsi  ilə 
məşğul  olurdular.  DQM V-də  1950-ci  ildə  297  hektar,  1960-cı  ildə  310  hektar, 
1965-ci  ildə  246  hektar,  1970-ci  ildə  isə  100  hektar  sahədə  tütün  əkilmişdir.65 
Ağdərə və X ankəndi rayonları  Dağlıq Qarabağın başqa rayonları  ilə müqayisədə 
daha  çox  tütün  əkirdilər.  X ankəndi  rayonunda  tütün  əkinində  azalma  (1950-ci 
ildəki  44  hektara  qarşı,  1967-ci  ildə  30  hektara  enmə),  Xocavənd,  H adrud  və 
Şuşa  rayonlarm da  isə  tamamilə  tütün  əkinini  dayandırm a  halı  müşahidə 
edilmişdir.  Xankəndi  və  H adrut  rayonlarının sovxozlannda  yalnız 2  il  -   1962-ci 
ildə  cəmi  21  hektarda,  1964-cü  ildə  22  hektarda  tütün  əkilmişdir.66  Baxmayaraq 
ki,  DQM V-nin  kolxoz  və  sovxozlarında  1950-1960-cı  illərdə  pam bıq  və  tütün 
əkini  sahəsi  azalmışdı.  Azərbaycan  hökumətinin  göstərdiyi  dərin  qayğısmın 
nəticəsində  ildən-ilə  məhsul  istehsalmda  və  əmək  məhsuldarlığmda  artım  
müşahidə edilmişdir. Bu artımı aşağıdakı cədvəldən də görmək olar:67
Illər
Pam bıqyığım ı
Pambığın
Tütün yığımı
Tütünün
(tonla)
məhsuldarlığı
(tonla)
məhsuMarlığı
189

(hər hektara 
sentinerlə)
(hər hektara 
sentinerlə)
1950
-
-
293
9,9
1960
6602
19,4
367
8,7
1965
4582
19,2
216
7,2
1970
2774
16,3
317
10,6
Cədvəldən  göründüyü  kimi,  1950-1960-cı  illərdə  DQMV-də  dövlətə 
pambıq satışı ıldən-ilə azalmışdır.  Belə ki,  1960-cı illə müqayisədə  1965-ci ildə  1,4 
dəfə  və  ya  30  vaiz,  1970-ci  ildə  ısə  2,3  dəfə  və  ya  60  faiz  aşağı  enmə  halt 
olmuşdur. Bəhs etdiyimiz illərdə, tütün istehsalında isə az da olsa artım  müşahidə 
edilmişdir.  İstər  dövlətə  tütün  satışında,  istərsə  də  hər  hektardan  götürülən 
məhsulların  həcmində,  1950-ci  illə  müqayisədə,  1970-d  ildə  xeyli  artım  var  idi. 
Onu  da  qeyd  edək  ki,  DQMV-nin  kolxoz  və  sovxozlarmda,  bitkiçiliyin  başqa 
sahələri  ilə  müqayisədə,  tütünçülük  daha  “cavan”  sahə  hesab  olunurdu.  Lakin 
DQM V ərazisində  tütünçülüyün  sirlərinə  yiyələnən  ustalar  yetişmişdir.  Umudlu, 
Çıldıran,  A terk  kəndlərində  tütünçülərin  müvəffəqiyyətləri,  xüsusilə,  böyük 
olmuşdur.  A dları  çəkilən  kəndlərin  tütünçüləri  kompleks  aqrotexniki  tədbirləri 
həyata  keçirməklə,  tütün  plantasiyalarına  qayğı  və  torpağa  qulluq  etməklə  hər 
hektardan  20-25  sentiner  məhsul  götürərək yüksək nəticələr əldə etmişlər.  Tütün 
əkən  kolxozlarm  pul  gəlirləri  ildən-ilə  artırıhrdı  ki,  bu  da  maddi  marağın 
yüksəlməsinə və məhsulun keyfıyyətinin ildən-ilə yaxşılaşmasına gətirib çıxarırdı. 
Belə  ki,  1950-ci  ildə  DQMV-nin  tütünçülərinin  illik  pul  gəlirləri  125  min  manat 
idisə,  1965-ci ildə 2 dəfə artaraq 252 min m anata,  1970-ci ildə isə  300 faiz artaraq 
336 min m anata çatmışdır. Sonrakı illərdə bu artım  davam etmişdir.
Azərbaycan  SSR  DQMV-də  əhalinin  qədimdən  məşğul  olduğu  təsərrüfat 
sahələrindən  biri  də  kartofçuluq  və  tərəvəzçilikdir.  ~Aparılan  tədqiqatlar 
nəticəsində məlum olur ki,  1950-1960-cı illərdə təsərrüfatın  bu sahəsi ilə bölgənin 
bütün  rayonları  məşğul  olurdu.  H ətta  burada  yaşayan  əhaH  öz  şəxsi
190
təsərrüfatlarında  kartof,  bağ  və  bostan  bitkiləri  əkirdilər.  Bəhs  etdiyimiz  20  il 
ərzində,  DQMV-nin  bütün  təsərrüfatlarında  kartof  əkinində  40  faiz  (1431 
hektardan  859  hektara)  azalma  halı  müşahidə  edilmişdir.68  K a rto f  əkini 
sahəsində DQM V üzrə ən yüksək göstərici Xankəndi rayonunun payma düşürdü. 
Belə  ki,  1950-ci  ildə  ümumi  k arto f əkin  sahəsinin  30  faizi,  1970-ci  ildə  39  faizi 
Xankəndı  rayonu  kolxoz,  sovxoz  və  başqa  dövlət  müəssisələrinin  üzərinə 
düşmüşdü.69  DQMV-nin  sövxozları  əkinin  bu  sahəsinə  az  diqqət  yetirirdilər. 
Xüsusilə, ən aşağı göstərici Şuşa və Xocavənd  rayonlarının sovxozlannm üzərinə 
düşürdü (orta hesabla  1  hektardan 3 hektaradək).
XX  yüzilliyin  50-60-cı  illərində  DQMV-nin  bütün  rayonları  tərəvəzçiliklə 
məşğul  olmuşlar.  Bəhs  etdiyimiz illərdə, bölgənin  kolxoz,  sovxoz və digər dövlət 
müəssisələrində  tərəvəz  əkin  sahəsində  cüzi  də  olsa  artım  müşahidə  edilmişdir. 
Yəni  1950-ci  ildəki  568  hektara  qarşı  1970-ci ildə  626 hektar.70 Ümumi  DQMV- 
nin  rayonlarının  kolxoz  və  sovxozlarının  tərəvəz  əkini  sahəsi  üzrə  ən  yiiksək 
göstərici,  kartofçuluqda  olduğu  kimi,  Xankəndi  rayonunun  üzərinə  düşmüşdür 
(təxminən  30  faiz).  K arto f əkin  sahəsi  ilə müqayisədə  Dağlıq  Qarabağm  sovxoz 
və təsərrüfatlarında ümumi tərəvəz əkininin  17  faizi müqabilində bostan bitkiləri 
əkmişdilər (106 hektarda).
1950-1960-cı 
illərdə, 
DQMV-nin 
bütün 
kateqoriyalarmdan 
olan 
təsərrüfatlarında  k arto f  və  tərəvəz  bitkilərinin  əkin  sahələri,  ümumi  məhsul 
yığımı,  hər  hektardan  götürülən  karto f  və  tərəvəzin  məhsuldarlığt  haqqında 
aşağıdakı cədvəldən məlumat əldə etmək olar.71
Məhsulun növləri
Ölçü vahidi
Illər
1950
1960
1965
1970
K arto f  (bütün 
kateqoriyalar üzrə)
191

1.  Əkin sahəsi
2.  Yığılan məhsul
3.Məhsuldarlığı
Hektarla 
Min ton 
H ər hektardan 
sentinerlə
1431
9,8
56
1001
8,5
44,6
886
9,5
88,9
859
6,8
5,2
Tərəvəz (bütün 
kateqoriyalar üzrə)
1.  Əkin sahəsi
Hektarla
568
594
619
626
2.  Yığılan  məhsul
Min ton
3,2
5,2
6,4
6,6
M əhsuldarlıq
Hər hektardan 
sentinerlə
62,8
78,3
100,2
105,8
Cədvəldən  göründüyü  kimi,  DQMV-də  1950-1960-cı  illər  ərzində,  kartof 
əkini  sahəsində  olduğu  kimi,  yığılan  məhsulun  ümumi  həcmində  də,  hər 
hektardan  götürülən  məhsuldarlıqda  da  azalma  halı  müşahidə  edilmişdir. 
Bölgədə  kartofun  məhsuldarlığınm  azalması  hər  şeydən  öncə  aqrotexniki 
qulluğun  düzgün  aparılmaması  ilə  bağlı  olmuşdur.  K arto f  əkini  sahələrindən 
yxğılan  məhsulların  çoxu  yerli  əhalinin  tələbatmm  ödənilməsinə  sərf  olunurdu. 
Az  bir  hissə  isə  dövlətə  satılırdı.  Məsələn,  1950-ci  ildə  Dağlıq  Qarabağm 
təsərrüfatlanndan  yığılan  9,8  min  ton  kartofdan  dövlətə  yalnız  564  ton  kartof, 
1960-cı  ildə  8,5  min  tondan  2,4  min  tonu,  1965-ci  ildə  isə  6,8  min  tondan  328 
tonu satılmışdır.  Təsərrüfatlardan yığılan kartof yerli əhalinin tələbatmı ödəyirdi.
Tərəvəzçilikdə isə kartofçuluqdan fərqli olaraq, əkin sahələrində də yığılan 
məhsulun  həcmində  də  (100  faiz),  hər  hektardan  götürülən  tərəvəzin 
məhsuldarlığında da (40 faiz) artım  müşahidə edilmişdir. DQMV-nin tərəvəzçilik 
təsərrüfatları,  ilk  növbədə,  yerli  əhalinin  tələbatım  ödəyir,  qalan  hissəni  isə 
dövlətə satırdı.  Məsələn,  1950-ci ildə dövlətə 544 ton,  1960-cı  ildə  1050 ton,  1970- 
ci  ildə  1707  ton  tərəvəz  satılmışdır.72  Ümumi  tərəvəz  məhsulunun  həcmi  ilə 
müqayisədə  müvafiq  illərdə  əhalinin  istifadə  etdiyi  məhsulu  faizlə  hesabladıqda
70-80 faiz olduğunu müşahidə edirik.
192
DQM V-nin  mənzərəsi  üçün  ən  səciyyəvi  cəhət  yaraşıqlı  meyvə  bağlarınm 
bolluğudur.  Bağçılıq  Q arabağ  əhalisinin  qədim,  ənənəvi  məşğuliyyəti  olmuş  və 
burada  yaşayanlarm  iqtisadi  həyatmda  mühüm  rol  oynamışdır.  Dağlıq 
Q arabağın hər yerində bağçılıqla məşğul olmuşlar.  Bağlarda üzüm, alma, armud, 
qoz, findıq,  nar,  əncil,  qaragilə,  zoğal, şahtut  və başqa  ağaclar əkilirdi.  Üzüm  və 
tııt  (çəkil)  bağları  müstəsna  olmaqla,  60-cı  illərdə  Dağlıq  Qarabağın  kolxoz  və 
sovxozlarmdakı  meyvə  bağlarınm  əkin  sahəsində,  məhsuldarhqda  və  məhsul 
yığımında azalm a halı  müşahidə edilmişdir.  Belə ki,  1965-ci  ildə əkin sahəsi  1146 
hektardan  988  hektara,  hər  hektardan  götürülən  məhsuldarlıq  29,8  sentinerdən
9,5  sentinerə,  ümumi  yığılan  məhsul  3403  tondan  1020  tona,  tədarük  olunan 
məhsul isə 86 tondan 27 tona enmişdir.73
Bəhs  etdiyimiz  dövrdə,  DQMV-də  kənd  təsərrüfatmda  bağçılıqda  ümumi 
əkin sahəsinin  15 faiz, məhsuldarlığm  3,1  dəfə, ümumi məhsul  yığımmm  3,3 dəfə 
azalması  səbəblərini  araşdırarkən  məlum  olur  ki,  60-cı  illərdə  köhnə  bağlar 
yeniləri  ilə  əvəzləndirmək  üçün  məhv  edilmişdir.  Yeni  bağları  yaratm aq  işi  isə 
ləngiyirdi.  Qoz,  fmdıq  və  digər  qiymətli  oduncağa  malik  ağaclar  ağac  emalı 
müəssisələrinin  işçiləri  tərəfındən  doğranırdı.  Bəzi  yaşlı  ağaclar  isə  qanunsuz 
olaraq  yanacaq  məqsədilə  kəsilirdi.  Eyni  zamanda,  meyvə  bağlarm a  qarşı 
DQM V  rəhbəri  tərəfmdən  laqeyidlik,  biganəlik  göstərilirdi.  Təsərrüfat  başçıları 
aqrotexniki  qaydalara  əməl  etmirdilər.  Bütün  bunlar  isə  1960-cı  illərdə  DQM V 
meyvə bağlanm n  157 hektar ixtisarma səbəb olmuşdu.
DQM V-də  bitkiçiliyin  mühüm  sahələrindən  birini  tutçuluq  tuturdu. 
Bölgədə  tutçuluq  2  istiqamətdə  inkişaf  edirdi.  Bunlardan  bıri  meyvə  verən 
misilsiz dada və müalicəvi  əhəmiyyətə malik tu t  bağları  idi.  tkindsi isə,  DQMV- 
də İpək Emalı Sənayesini xammalla təmin edən çəkil bağları hesab olunurdu.
Dağlıq  Qarabağda  yaşayan  əhali  şah  tut  ağacını  qədimdən  əkirdilər. 
Ecazkar  qüvvəyə  malik  olan  şahtutu  «ömür  ağacı»  adlandırırdılar.  Şəkərliliyin 
miqdarı  37  faiza  çatan  şahtutun  bəhrəsi  misilsiz dada  və  müalicəvi  əhəmiyyətə 
malikdir.  Şahtutdan  bəhməz  və  irçal  hazırlanır,  qurudularaq  ilin  bütün
193

fəsillərində  yeyilir.  Müalicəvi  əhəmiyyətə  malik  olan  tu tu   adi  halda  yedikdə 
insanda  gumrahlıq,  dinclik  yaranır.  T utdan  istehsal  olunan  spirt  isə  tibbı 
nöqteyi-nəzərdən  böyük  əhəmiyyətə  malikdir.  Oduncağmdan  ağac  emalı 
sənayesində  qiymətli material  kimi istifadə edilir.  Dozümlü vs quraqlığa davamlı 
olan  şahtutun  bəhrəsi  ildə  8  dəfə  yığılır.  Aparılan  araşdırm alar  nəticəsində 
məlum  olur ki,  Dağlıq  Qarabağdakı  şahtut ağaclarının bəzilərinin  ömrü  150-200 
ilə  çatır.  Bütün  yuxarıda  dediklərimiz  müsbət  cəhətləri  nəzərə  alan  Dağhq 
Qarabağ  əhalisi  tu t  əkini  sahələrini  ilbəil  genişləndirirdilər.  Məsələn,  Dağhq 
Qarabağm kolxoz və sovxozlarında  1950-ci ildə  1794 hektar (bundan  598 hektarı 
çəkil  1196  hektarı  şahtut  tut  bağı  var  isə,  1955-ci  ildə  bu  rəqəm  1838  hektara 
(bundan  613  hektan çəkil,  1226 hektarı şah  tut),  1971-ci ildə isə təxminən  2  dəfə 
artaraq  2400  hektara  (bundan  800  hektarı  çəkillik,  1600  hektarı  şah  tut) 
çatmışdır.  1971-ci  ildə  Datlıq  Qarabağın  təsərrüfatlarında  əkilən  2400  hektar 
çəkil  və  tu t  bağlarından  1139  hektarı  kolxozların  1261  hektarı  sovxozlann 
payma  düşürdü.74  1965-1970-ci  ı'llərdə DQMV-nin sovxozlartnda yeni  tu t bağları 
salınmış,  lakin  həmin  ağaclar  balaca  olduğundan  lazımi  səviyyədə  məhsul  verə 
bilməmiş,  bu  isə  öz  növbəsində  hər  hektardan  götürülən  məhsuldarlığın  aşağı 
düşməsinə  səbəb  olmuşdur.  Belə  ki,  1955-ci  ildə  hər  hektardan  götürülən 
məhsuldarlıq  61,2  sentiner  olmuşdursa,  1965-ci  ildə  54,7  sentinerə,  1970-ci  ildə 
isə 41,8 sentinerə enmişdir.  Bəhs etdiyimiz dövrdə, şəxsi həyətyanı təsərrüfatlarda 
da,  şah  tu t  ağact  əkilirdi.  Şəxsi  təsərrüfatlardan  yığılan  məhsullar  istisna 
olmaqla,  D ağhq  Qarabağm   kolxoz  və  sovxozlanndakı  tut  bağlaruıdan  1953-cü 
ildə  11800  ton,  1960-cı  ildə  15600  ton,  1970-ci ildə  isə 23400 ton  tu t  yığılmışdır. 
1970-ci  ildə yığılan  ümumi  tu t məhsulundan  3758  tonu  kolxozlann,  19642  tonu 
sovxozların  payına  düşürdü.75 M əhsul yığımı  1950-ci  ilə nisbətən  1960-cı  ildə 25 
faiz  artm ışdırsa,  1960-cı  illə  müqayisədə  1970-ci  ildə  50  faiz  artım   müşahidə 
edilmişdir.  DQM V-nin  Xocavənd  və  Xankəndi  rayonlarrtutçuluqla  daha  geniş 
məşğul  olurdular.  BöJgədəki  ümumi  tu t  bağlarının  təxminən  80-90  faizi  bu  2 
rayonun paytna düşürdü.
194
1950-1960-cı  illərdə  DQM V-də  heyvandarhğı  inkişaf etdirmək  məqsədilə 
onun  yem  bazasınm  inkişafı  ön  planda dayanmışdır.  Çünki apartlan  tədqiqatlar 
nəticəsində məlum olur ki, XX yüzilliyin əwəllərində heyvandarlıq məhsullarmın 
aşağı  səviyyədə  olmasının  əsas  səbəbi  yem  bazasının  zəifliyi  ilə  bağlı  olmuşdur. 
Yəni  həmin  dövrdə əsas  yem  təbii  biçənəklərdən  yığılan  ot,  saman  və  ləmbədən 
ibarət  idi.  Azərbaycan  hökuməti  DQM V-də  heyvandarlığı  inkişaf  etdirmək 
məqsədilə  onun  yem  bazasımn  təkmilləşdirilməsi  üçün  1939-cu  ildən  Sünjen 
İstinad Məntəqəsini  yaratdı.  50-60-cı  illərdə həmin  Məntaqəyə aynlan vəsait 40- 
cı  illə  müqayisədə 2,5 dəfə artırıldı.77  Günəbaxan,  Sarqo  və  qarğıdalı  bitkilərdən 
daha  çox məhsuldar  olan qarğıdalı  bitkisi (hər hektardan  316 sentiner)  DQMV- 
nin təsərrüfatlarında geniş sahələrdə əkilməyə başlandı.
1950-1960-cı  illərdə  DQM V-nin  ayrı-ayrı  rayonlarınm  kolxoz  və 
sovxozlarında  yem  bitkilərinin  əkin  sahələrinin  necə  artdığını  aşağıdakı 
cədvəldən də görmək olar (hektarla):78
İllər
Bütün
DQMV-
üzrə
O cümlədən, rayonlarda
Xankəndi
Ağdərə
Xocavənd Hadrud
Şuşa
1940
4966
1491
1842
762
646
225
1950
6740
1349
3410
1028
782
171
1960
22442
4901
6993
6050
3650
848
1970
24680
8100
7450
5930
2440
460
Cədvəldən göründüyü kimi,  1970-ci ildə Xankəndi və Ağdərə rayonlarm da 
əkilən  yem  bitkiləri  bütün  DQMV-də  əkilən  ümumi  yem  bitkilərinin  61  faızini 
təşkil edirdi. Əkilən yem bitkilərinin 75 faizi kolxozlarm üzərinə düşürdü.
1970-ci  ildə  DQMV-nin  kolxoz  və  sovxozlannda  yem  əkin  sahəsi  1950-ci 
illə  müqayisədə  3,6  dəfə  artmışdır.  Qış  yem  bazası  hazırlığında  isə  orta  hesabla
38,5  faiz artım   müşahidə edilmişdir.  Bu artım   quru ot  yığımmda  50  faizdən  çox
195

idisə,  küləş  və  saman  toplamşmda  12,5  faiz,  silos  hazırlığında  10  faiz  və  sair. 
DQM V-də yığılan  yem,  yerli tələbatın yalnız 70 faizini verirdi.  Qalan  30 faizi isə 
kəpək,  çiyid,  müxtəlif  qatışıqlı  yem  şəkilində  Azərbaycan  hökuməti  tərəfmdən 
göndərilmişdir.  Yem bitkilərinin isə hər hektanndan əldə edilən  məhsuldarlıq da, 
qənaətbəxş deyildir. Otlaqların hər hektarından 28 sentiner quru ot,  qarğtdalmm 
hər hesktanndan  63  sentiner qarğıdalı silosu,  hər hektardan  100  sentiner meyvə 
köklü  bitgilər  (çuğundur  və  s.),  15  sentiner  arpa  yığılmışdır.79  DQMV-də  yem 
əkini  sahələrinin  dəfələrlə  genişlənməsinə  baxmayaraq,  məhsuldarlığm  aşağı 
düşmə  səbəbləri  araşdırılarkən  məlum  olur  ki,  yem  əkini  sahələrinin  adi 
şumlanması tələbata uyğun deyildi. Məhsul yetişdirilərkən aqrotexniki qaydalara 
düzgün  əməl  edilmirdi.  Məhsul  yığımmda,  saxlanılmasında  təsərrüfat  qaydaları 
pozulurdu.  Bütün  bunlara  baxmayaraq,  Azərbaycan  hökuməti  bölgədə 
saxlanılan  heyvanlarm  tələbatı  müqabilində  DQMV-nin  təsərrüfatlarmı  yem 
məhsulları ilə təmin edirdi.
Heyvandarlıq  DQMV-nin  qabaqcıl  kənd  təsərrüfatı  sahələrindən  biridir. 
Bölgənin 
zəngin  biçənəkləri 
və  yaylaqlan, 
ümumiyyətlə  təbii 
şəraiti 
heyvandarlığm  bütün  sahələrinin  inkişafına  əlverişli  şərait  yaratmışdır.  1941- 
1945-ci  illəri  əhatə  edən  müharibə,  başqa  sahələrdə  olduğu  kimi,  heyvandarlığa 
da, ağır zərbə vurmuşdur.  1946-1950-ci  illərdə Azərbaycan hökumətinin  gördüyü 
tədbirlər  nəticəsində  mal-qaranm  ümumi  sayında  15  faiz  artım   müşahidə  edilsə 
də,  1940-cı illə müqayisədə  1950-ci ildə qoyunlarm sayı  1,5 dəfə, keçilərin sayı  1,3 
dəfə  azalmışdır80.  M al-qaranm  cins  tərkibi  pis  olduğuna  görə  heyvandarlıqda 
məhsuldarlıq 
yüksək 
deyildir. 
Heyvandarlıq 
məhsullarınm 
satmalma 
qiymətlərinin  aşağı  səviyyədə  olması,  rəhbərliyin 
azərbaycanlı  zəhmət 
adam larına  laqeyid  münasibəti,  maliyyələşmə  və  kreditləşmə  əməliyyatında 
Dağlıq  Qarabağ azərbaycanlı kəndlərinə qarşı  mənfur siyasət  və başqa  obyektiv 
və  subyektiv  amillər  DQMV-nin  heyvandarlıq  sektoranda  dd d i  problemlər 
yaratmışdı.  Bütün bunlar isə Mərkəzi qane etmirdi.  O dur ki, Sov. İK P  M K   1953- 
cü  ilin  sentyabrında  plenum  keçirdi  və  mövcud  vəziyyəti  təhlil  etdi.  Həmin
196
plenumda  kənd  təsərrüfatınm,  xüsusilə,  ontxn  aparıcı  sahələrindən  biri  olan 
heyvandarhğm  inkişafı  haqqm da  qərar qəbul  olundu.  Qərara  əsasən  kəndlilərin 
quş,  xırdabuynuzlu  mal-qara  saxlaması  üçün  onlara  həvəsləndirmə  prinsipləri 
tətbiq edildi.  Kolxoz və sovxozlara mal-qaramn sayını planlaşdırmaq, torpaqdan 
səmərəli  istifadə  üçün  becərilən  bitkinin  növünü  müəyyənləşdirmək  hüquqları 
verildi.  Həmçinin,  dövlət  tərəfindən  heyvandarlıq  məhsullarının  satmalma 
qiymətləri artırıldı.
SSRİ  Nazirlər  Sovetinin  və  Sov.  İK P  M K -nm   31  iyul  1954-cü  il  “ 1955-
1960-cı  illərdə  Azərbaycan  SSR-nin  kənd  təsərrüfatmı  daha  da  inkişaf etdirmək 
tədbirləri  haqqm da”81  və  1957-ci  il  iyulunda  “Azərbaycan  SSR-in  dağlıq, 
dağətəyi  və  sərhəd  rayonları  kolxozlarma  kömək  göstərmək  haqqında” 
qərarları82 da, heyvandarltğm inkişafına təkan verdi.  Çünki həmin qərara əsasən, 
Azərbaycanın iqtisadi cəhətdən  zəif olan kolxozlarmm hesabmdan heyvandarlıq 
məhsullarmın  məcburi  tədarükü  üzrə  olan  borcları  silindi.  Həmin  kolxozlar  5  il 
müddətinə gəlir vergisi ödəməkdən azad edildi.
Azərbaycan  hökuməti,  DQMV-də  maldarlığı  daha  da  inkişaf  etdirmək 
məqsədilə,  1960-cı illərdə əsaslı vəsait  sərfıni artırdı.  Belə ki,  1961-1964-cü illərdə 
DQMV  m al-qara  tövlələrinin  tikintisi  üçün  443  min  m anat  vəsait  ayrılmışdırsa, 
1965- 1967-ci  illərdə  bu  rəqəm  2,5  dəfə  artırılaraq  1  milyon  119  min  m anata 
çatmışdır83.  1960-cı  illərdə  mal-qaranm  cins  tərkibini  yaxşılaşdırmaq  və  yeni, 
m əhsuldar heyvanlar almaq üçün 419 min m anat, yem bitkilərinin əkini üçün 679 
min  m anat,  əmtəəlik  fermalarmm  təşkili,  onlarrn  mexanikləşdirilməsi,  texniki 
avadanlıq və maşınların alınması üçün Azərbaycan hökuməti tərəfındən 3 milyon 
125 min m anat vəsait ayrıldı.  1950-1960-cı illərdə Azərbaycan hökuməti DQMV- 
də  ictimai  fermalann  tikintisini  genişləndirdi.  Belə  ki,  1953-1971-ci  illərdə 
iribuynuzlu  mal-qara  üçün  56,5  min  yerlik,  donuzçuluq  üçün  29  min  yerlik, 
qoyunçuluq  üçün  173,3  min  yerlik,  quşçuluq  üçün  364,2  min  yerlik  əmtəəlik 
heyvandarlıq fermaları tikildi84.  Həmin fermalarda mexanikləşdirmə işləri həyata 
keçirildi.  Yemin hazırlanması  və  mal-qaraya  verilməsi,  mal-qaranın  su  ilə təmin
197

edilməsi  və  pəyələrin  təmizlənməsi  kımi  çox  əmək  tələb  edən  işlər  avtom at 
qurğular  vasitəsilə  yerinə  yetirilirdi.  Heyvandarlıq  fermaları  işini  yaxşı  bilən 
mütəxəssislərlə  təmin  olundu.  Hansı  ki,  bu  mütəxəssislər  m al-qaranm   düzgün 
yedizdirilməsində,  xəstəliklərə  qarşı  mübarizədə  maşm,  aqriqat  və  elekürik 
avadanlıqlarmm 
qaydasmda 
işləməsində, 
heyvanlarm 
cins 
tərkibinin 
yaxşılaşdırılmasmda xeyli işlər görmüşdülər.
Hələ,  1920-1940-cı  illərdə  Azərbaycan  hökuməti  tərəfındən  DQMV-nin 
Şuşa  ərazisində  baytarlıq  məntəqəsi,  Xankəndində  M ərkəzi  Aqroməntəqə, 
“Turşsu”  damazlıq  sovxozunda  D iaqnoz  Kabinəsi  və  başqa  baytarlıq 
müalicəxanalarmın təşkili m al-qara arasm da  xəstəliklarin aradan qaldırılmasına 
böyük təsir göstərmişdir.  1958-ci ildə isə DQM V ərazisində R ayonlararası Dövlət 
Damazlıq  Stansiyası  yaradılmışdır85.  Bu  stansiyada  inəklərin  süni  sürətdə 
mayalanması  işi  həyata  keçirildi.  Bu  tədbir,  Vilayətdə  mal-qaram n  cins 
tərkibinin yaxşılaşdırılmasına imkan vermişdir.
Bəhs  etdiyimiz  dövrdə,  DQMV-dəki  mal-qara  sürülərində  yerli  cınslər 
üstünlük təşkil edirdi.  Qaramal  içərisində “Şits”, “Lebedinski”,  “Q onur K arpat”, 
“Q onur  Latviya”  cinsləri  üstünlüyə  malikdir.  Qoyunlarda  isə  “Sovet  merinosu”, 
“Azərbaycan  dağ  merinosu”,  “Qroznı  merinosu”,  “Q afqaz”  və  “ ISalski” 
merinosları geniş yayılmışdır.
Eyni  zam anda,  yay  dövründə  yaylaqlardan  səmərəli  istifadə  olunması 
məsələsi  də  qaydaya  salındı.  Belə  ki,  qonşu  Kəlbəcər,  Laçm,  Qubadlı, Zəngilan 
rayonlarınm   otlaq  sahələrindən  DQMV-nin  qoyunçuluqla  məşğul  olan 
təsərrüfatları istədikləri kimi istifadə edirdilər.
Azərbaycan  hökumətinin,  DQMV-ə  göstərdiyi  qayğınm  nəticəsi  olaraq, 
1950-1960-cı  illərdə  bölgədə  bütün  kateqoriyalardan  olan  təsərrüfatlarda  mal- 
aranın  və  quşların  sayı  xeyli  artdı.  Həmin  artımı  aşağıdakı  cədvəldən  də  aydm 
görmək olar (bütün kateqoriyalar üzrə; dekabr məlumatı; min baş ilə)86.
İllər
İri buynuzlu
Qoyun və
Donuzlar  | 
Quşlar (şəxsi
198
m al-qara
keçilər
təsərrüfatlarsız)
1950
85,9
203,1
31,7
62,3
1960
84,2
300,7
48,0
85,4
1965
88,0
291,0
43,9
89,9
1970
86,4
266,3
60,4  .
162,2
Cədvəldən  göründüyü  kimi,  I950-1960-cı  illərdə  DQMV-nin  bütün 
kateqoriyalardan  olan  təsərrüfatlarmda  iribuynuzlu  mal-qaranm  sayında 
təxminən  0,5  faiz,  qoyun  və keçiləri  sayında  31  faiz, donuzlarm  saymda  93  faiz, 
quşlarm  saym da  160  faiz artım  müşahidə edilmişdir.  1970-ci  il məlumatına görə, 
DQ M V   ərazisində  saxlanılan  iribuynuzlu  mal-qaranm  32  faizi  Ağdərə 
rayonunun, 23 faizi Xankəndi rayonunun, 22 faizi Xocavənd rayonunun,  14 faizi 
H adrud  rayonunun,  9  faizi  Şuşa  rayonunun  payma  düşürdü.  tribuynuzlu  mal- 
qaram n  54 faizi (47 min  başı) kolxozlarda,  14 faizi  (12 min başı) sovxozlarda, 32 
faizi (27 min başı)  şəxsi təsərrüfatlarda saxlanıhrdı87.
Azərbaycan  K P   M K  -n m   və  Azərbaycan  SSRİ  Nazirlər  Sovetinin  “şəxsi 
təsərrüfatlardan  alman  kənd  təsərrüfatı  vergilərinin  azaldılması”  və  “kənddə 
yaşayan  fəhlə  və  qulluqçuların  həyətyanı  təsərrüfatlann  artırılması”  haqqında 
qərarlarının  DQMV-də  tətbiq  edilməsi  nəticəsində  1950-1960-cı  illər  ərzində 
bölgədə fərdi təsərrüfatlardakı iribuynuzlu mal-qaram n sayı 2,8 dəfə artm ışdır.
1950-1960-cı  illərdə,  Azərbaycanın  digər  rayonları  ilə müqayisədə,  Dağlıq 
Q arabağda  donuzçuluq  daha  çox  inkişaf  etmişdir.  DQMV-də  donuzçuluq, 
heyvandarlığmm  ən  məhsuldar  sahəsinə  çevrilmişdir  və  ümumi  m əhsulun 
həcminə görə  heyvandarlığın  bütün  sahələri arasında ikinci yeri tuturdu.  Burada 
84  təsərrüfatdan 
70-i 
donuzçuluqla 
məşğul 
olurdu88. 
1960-cı 
illərdə 
donuzçuluğun  məhsııldarlığı  56  faizədək  yüksəlmişdir.  Donuzların  cins 
tərkibinin yaxşılaşdırılması ilə  fermalarda ağır çəkili, çox m əhsuldar və d ah a çox 
bala  verən  donuzlar  əldə  edilmişdir.  H ətta  çox  hallarda  hər  100  doğar  donuz 
1500-2200  çoşka  vermişdir.  Nəticədə,  1950-1960-cı  illərdə  donuzlarm   sayında
199

böyük  artım  müşahidə edilmişdir.  1950-ci ildəki  31749-a  qarşı  1970-ci ildə 60383 
başa  çatmışdır.  1970-ci  ildə  kolxozlarda  37394  baş,  sovxozlar  və  digər  dövlət 
müəssisələrində  10487  baş,  şəxsi  təsərrüfailarda  isə  12502  baş  donuz 
saxlanılırdı89.  DQMV-nin  5  rayon  arasm da  Ağdərə  rayonu  təsərrüfatlannda 
donuzçuluqla  daha  çox  məşğul  olurdular.  Dekabr  1970-ci  il  məlumatma  görə, 
Dağlıq  Qarabağın  donuzçuluq  üzrə  ümumi  göstəricilərin  31  faizi  (19  min  başı) 
Ağdərə  rayonunun  payma  düşmüşdür.  70-ci  illərdə  donuzçuluğun  inkişafına 
xüsusi  diqqət  yetirilmiş  və  DQMV-də  mexanikləşdirilmiş  kökəltmə  donuzçuluq 
məntəqələri yaradılmışdır.
Q arabağ  əhalisi  qoyunçuluqla  qədimdən  məşğul  olmuşlar.  XX  yüzilliyin 
birinci  yarısmda  DQMV-də  qoyunçuluğun  inkişafına  Azərbaycan  hökumətinin 
diqqəti  daha 
da 
artmışdır. 
Qoyunlarm 
cins 
tərkibi  yaxşılaşdırılmış, 
mexanikləşdirilmiş  iri  Qoyunçuluq  Əmtəə  Fermaları  yaradılmışdı.  1950-1960-cı 
illərdə  DQMV-də  qoyunçuluq  təsərrüfatı  sənaye  əsasında  inkişaf  etmişdir. 
Burada  saxlanılan  heyvanlardan  yarısı  sırf  zərifyunlu  heyvanlardır.  Bölgədə 
xəstəliyə, soyuğa,  istiyə,  aclığa  və sair  çətin  vəziyyətə davamlı,  yağlılığı  və çəkisi 
çox  olan  ətlik-südlük  növlər  də  vardır.  Fermaların  əksəriyyətində  hər  100 
qoyundan  110  quzu  əldə  edilmişdir.  Görülən  tədbirlərin  nəticəsində,  DQMV 
bütün kateqoriyalardan olan təsərrüfatlarında qoyun və keçilərin sayı  1950-ci illə 
müqayisədə  1970-ci  ildə  təxminən  24  faiz  artaraq  203148  başdan  266281  başa 
çatmışdır.  Aparılan  tədqiqatlar nəticəsində məlum olur  ki,  iribuynuzlu mal-qara 
və  donuz  saxlamlmasmda  olduğu  kimi,  qoyunçuluğun  da  inkişafında  Ağdərə 
rayonu 
yenədə  birinciliyi  əldə  saxlamışdır.  Belə  ki,  1970-ci  il  statistik 
məlumatları  nəzərdən  keçirilərkən 
məlum  olur  ki,  DQM V-nin  bütün 
təsərrüfatlarında  saxlanılan qoyun  və  keçilərin  31  faizi  və ya  85853  başı  Ağdərə 
rayonunun payına düşmüşdür.  1970-ci  ildə  DQMV-də qoyun və keçilərin  129449 
başı  kolxozlarda,  36148  başı  sovxozlarda,  100684  şaxsi 
təsərrüfatlarında 
saxlanılırdı90.

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə