AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə13/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

200
DQMV-də  başqa  təsərrüfat  sahələrinə  nisbətən  daha  cavan  təsərrüfat 
sahəsi olan quşçuluq  1950-ci  ildən sürətlə inkişaf etməyə başladı.  Belə  ki,  1940-cı 
ildəki  19532 quşa qarşı  1950-ci ildə 3,7 dəfə artaraq 62350-yə çatmışdır.91
Azərbaycan  hökuməti  tərəfmdən  ildən-ilə  quş  fermalarımn  tikintisinin 
genişləndirilmişdir.  1953-1955-ci illərdə 68,1  min yerlik quş ferması,  1956-1960-cı 
illərdə  105,9 min yerlik,  1961-1965-ci illərdə  113,2 min yerlik,  1966-1970-ci illərdə 
isə  76,7  min  yerlik  quş  fermaları  tikilmiş  -   quş  fermaları  lazımi  avadanlıqla 
zootexnik  xidmətilə,  elektriklə,  istiliklə,  tələb  olunan  səviyyədə  yemlə  təmin 
olunmuş və quşların cins tərkibi yaxşılaşdırılmışdır.92 Bütün bunlar isə öz müsbət 
nəticələrini  vermişdir.  Belə  ki,1970-ci  ildə  DQMV-nin  kolxoz  və  sovxozlarmda 
quşların sayı  1940-cı illə müqayisədə 8,3 dəfə,  1950-ci illə müqayisədə isə  160 faiz 
artmışdı.
Arıçılıq  D ağlıq  Qarabağ  əhalisinin  qədim  məşğuliyyətlərindən  biri 
olmuşdur.  Buradakı  məhsuldar torpaq,  əlverişli  iqlim şəraiti  və  havanın  xoşluğu 
arıçılığı  inkişaf  etdirmək  üçün  gözəl  şərait  yaradırdı.  Ona  görə  də  Dağlıq 
Qarabağın  təsərrüfatlarmda  bu  sahəyə daha yaxından  fikir verilirdi.  A rtıq  60-cı 
illərdə  arıçılıq  Dağlıq  Qarabağm   kolxoz  və  sovxozlarının  gəlirli  sahələrindən 
birinə  çevrilmişdi.  Burada  arıçılıq  sürətlə  inkişaf edirdi.  1963-cü  ildə  DQM V-də 
78  Əmtəə  Arıçılıq  Ferması  fəaliyyət  göstərirdi.  Burada az təsərrüfat  tapılardı  ki, 
arıçılıqla  məşğul  olmasm.  Arıçılığın  ən  böyük  təsərrüfatları  Kərkər,  Ballıca, 
Zamzur,  Qazançı və başqa  kəndlərdə yerləşirdi.  Vilayətdə hər  100 hektar sahəyə
27  arı  ailəsi  düşürdü.  Vilayətdəki  arı  fermalarmdan  50-si  orta  hesabla  hər 
pətəkdən  25-35  kq  əmtəəlik  bal  verirdi.93  Azərbaycan  hökümətinin  apardığı 
tədbirlər  nəticəsində,  DQMV-də  1941-1961-ci  illərdə 
arı  ailələrinin  saymda 
artm a  halı  müşahidə  edilmişdir.  1961-1971-ci  illərdə  isə  müəyyən  obyektiv  və 
subyektiv  səbəblər  ucbatından  arı  ailələrinin  sayı  xeyli  azalmışdır.  Bu  azalmaya 
səbəb  bir  tərəfdən  hava  şəraiti  ilə  bağlı  olmuşdursa,  ikinci  bir  tərəfdən  həmin 
sahəyə  baxımsızlıq  halları  müşahidə  edilmişdir.  1940-1960-cı  illərdə  DQM V-də 
bütün  kateqoriyalardan,  ayrı-ayrı  rayonlar  üzrə  arı  ailələrinin  inkişaf  tempi
201

barədə  məlumatı  aşağıdakı  cədvəldən  əldə  etmək  olar  (arı  ailələri:  1  yanvar 
məlumatı)94.
Rayonlar
ILLƏR
1941
1951
1961
1966
1971
DQMV-i 
üzrə 
cəmi:
O cümlədən,
4944
9972
9964
6565
6559
Xankəndi
1908
3097
2374
1842
3406
Ağdərə
943
2372
2078
1446
1050
Xocavənd
939
2433
2644
1301
889
H adrud
140
1475
2225
1533
903
Şuşa
414
595
643
443
311
Cədvəldən  göründüyii  kimi,  1941-ci  illə  müqayisədə  1951-ci  ildə  arı 
ailələrinin  sayı  101  faiz  artmışdır.  1952-1959-cu  illərdə  a n   ailələrinin  saymda 
çoxalma tempi müşahidə edilmişdir.  Belə  ki, dekabr  1959-cu il məlumatma görə, 
DQM V-nin təsərrüfatlarında 11182 arı ailəsi var idi.  1960-cı ildən başlayaraq, arı 
ailələri  azalmışdır.  1961-ci  illə  müqayisədə  1971-ci  ildə  arı  ailələri  34  faiz  aşağı 
düşmüşdür.  Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  Dağlıq  Qarabağm  
sovxozlarmda  1960-cı  illərin  ortalarından  arı  saxlanılmağa  başlanmışdır.  Şuşa 
rayonu  sovxozlarında  arı  saxlanılmırdı.  Ağdərə  rayonu  sovxozlarında  isə  a n  
ailələrinin sayı çox cüzi idi (1971-ci ildə 46 arı ailəsi).
Beləliklə,  1950-1960-cı  illərdə  Azərbaycan  hökuməti'nin  DQM V-də  kənd 
təsərrüfatlarını  inkişaf etdirmək  sahəsində həyata  keçirdiyi  tədbirlər  nəticəsində 
bütün  kateqoriyalardan  olan təsərrüfatlarda  heyvanlarm  sayı  çoxaldı  və  onların 
cins  tərkibi  yaxşılaşdırıldı.  Heyvandarlıq  m əhsullannın-istehsah  və  tədarükü 
artdı.  Dağlıq Q arabağda  1950-1960-cı illərdə dövlətə heyvandarlıq məhsullarınm 
satışı vəziyyətini aşağıdakı cədvəldən görmək olar:93
202
Məhsulun növləri
Ölçü
vahidi
ILLƏR
1940
1950
1960
1970
M al-qara  və  quş 
əti (dizi çəkidə)
Ton
1427
2480
4794
7157
Süd 
və 
süd 
məhsulları
M in ton
2,6
5,1
10,3
16,2
Yum urta
M in ədəd
289
1857
4326
7767
Yun
Ton
109
206
610
494
Cədvəldən göründüyü kimi, DQMV-də  1940-cı illə müqayisədə  1970-ci ildə 
ət ıstehsalı 5 dəfə, süd və süd məhsulları istehsalı 6,2 dəfə, yum urta 26,8 dəfə, yun 
istehsalı  4,5  dəfə  artmışdı.  Dövlətə  ət  satışı  göstəricilərinə  görə  Xocavənd 
rayonunun  kolxoz  və  sovxozları  daha  üstün  mövqeyə  malik  olmuşdur.  Belə  ki, 
DQM V-də  1970-ci  ildə dövlətə satılan  ümumi m al-qara  və  quş  ətinin  1108  tonu 
Xocavənd  rayonunun  kolxoz və sovxozlarının payına düşmüşdür.Ət istehsalmda 
qaram alm  xüsusi çəkisi 45 faiz təşkil edirdi.96
1950-1960-cı  illərdə  D QM V  heyvandarlığında  satlıq  süd  istehsalı  başlıca 
yer  tuturdu.  Pul  gəlirinə  görə,  o  yalnız  üzümçülükdən  geridə  qalırdı.  Aparılan 
araşdırm alara  əsasən məlum olmuşdur ki, Dağlıq Qarabağın  bütün kolxozları və
12  sovxozu  satlıq  süd  istehsalı  ilə  məşğul  olmuşlar.  1958-ci  ildə  DQMV-də 
R ayonlararası  Dövlət  Damazlıq  Stansiyasının  açılması  mal-qaranm  cinsinin 
yaxşılaşmasma  və  məhsuldarlığın  artmasına  kömək  etmişdir.  1953-cü  ildə  hər 
inəkdən ildə orta hesabla 498 kiloqram süd sağılmışdırsa,  1%5-ci ildə təxminən 2 
dəfə  artaraq   1032  kiloqrama,  1970-ci  ildə- isə  3  dəfə  artaraq  1497  kiloqrama 
çatmışdır.  1970-ci  ildə  Xocavənd  rayonunda  il  ərzində  hər  inəkdən  2119 
kiloqram  süd  sağılmışdır.  Şuşa  rayonunun  “Turşsu” sovxozunda isə bu  göstərici 
2618  kiloqram a  çatmışdır.  Nəticədə,  1940-1960-cı  illərdə  DQMV-nin  kolxoz  və 
sovxozlarında  dövlətə  süd  satışı  dəfələrlə  artmışdır.  Belə  ki,  1940-cı  illə
203

müqayisədə  1950-ci  ildə  1,5  dəfə,  1960-cı  ildə  3,9  dəfə,  1970-ci  ildə  isə  6,2  dəfə 
artım  müşahidə edilmişdir.97
Dağlıq  Qarabağın  təbii  coğrafi  mövqeyi  qoyunçuluğun  inkişafına  şərait 
yaratmışdır.  Ərazidə saxlanılan  qoyunlar ətlik-südlük və yunluq cins  idi.  Burada 
bəslənən  qoyunlar  boz,  qumral  və  sarımtıl  rəngdə  olduğundan  yunu  boyamaq 
asan  idi.  Dünya  bazarında,  Rusiya  sənayesində  və  yerli  bazarlarda  yuna  böyük 
tələbat  var  idi.  Çünki  yun  xalça  istehsalı  üçün  başlıca  xammal  mənbəyi  hesab 
olunurdu.  O dur  ki,  bu  sahəyə  dövlətimiz  xüsusi  diqqət  yetirir  və  qoyunçuluq 
ferm alannın  saymı  artırırdı.  Belə  ki,  1953-1955-ci  illərdə 46,3  yerlik,  1956-1960- 
cı illərdə 58,1  min yerlik,  1961-1965-ci illərdə 37,5 min yerlik Qoyunçuluq Əmtəə 
F erm alan  (QƏF)  tikilmişdi.98  Azərbaycan  hökuməti  yaratdığı  bu  fermalarda 
mexanikləşmə,  elektrikləşmə  işlərini  həyata  keçirmiş,  qoyunçuluğun  yem 
bazasım  yaxşılaşdırmışdır. 
1950  -  
1960-cı  illərdə  Dağlıq  Qarabağda 
qoyunçuluğun  inkişafı  sahəsində  Azərbaycan  hökumətinin  həyata  keçirdiyi 
tədbirlər  öz müsbət  nəticəsini  verdi.  Belə  ki,  1940-cı  illə  müqayisədə  1950-ci  ildə 
qoyunlarm   sayı  1,5  dəfə,  1960-cı  ildə  2,7  dəfə,  1970-ci  ildə  2,4  dəfə  artdı. 
Qoyunlarm sayındakı  çoxalma  dövlətə yun satışmda da artım a səbəb olmuşdur. 
1950-1960-cı 
illərdə 
DQMV-nin 
müxtəlif 
kateqoriyalarından 
olan 
təsərrüfatlarm dan  dövlətə  yun  satışınm  artım   tempini  aşağıdakı  cədvəldən  də 
görmək olar (tonla):99
K ateqoriyalar
ILLƏR
1940
1950
1960
1965
1970
DQM V-nin 
bütün 
təsərrüfatlanndan:
O cümlədən
109
206
610
487
494
Kolxozlarda
109
189
580
298
285
Sovxozlarda
-
-
-
61
60
Şəxsi təsərrüfatlarda
-
17
30
128
179
204
Cədvəldən  göründüyü  kimi,  DQM V-də  1970-ci  ildə  dövlətə  təhvil  verilən 
yunun  52  faizi  kolxozların,  12  faizi  sovxozların,  36  faizi  şəxsi  təsərrüfatların 
payına  düşürdü.  Şəxsi  təsərrüfatlardan  əldə  edilən  yunun  bir  hissəsi  Şuşa, 
Ağdam,  Bərdə  bazarlarında  satılır  və  ya  yerli  əhali  tərəflndən  xalça  toxunması 
işinə sərf edilirdi.
1950-1960-cı  illər  DQMV  ərazisində  quşçuluqda  sürətlə  inkişaf  etmişdi. 
Bölgədə  quşlarm  sayı  8,5  dəfə  artmışdı.  Bu  artımın  səbəbləri  hər  şeydən  öncə 
Azərbaycan  hökuməti  tərəfındən  Quşçuluq  Əmtəə  Fermalarmm  yaradılması, 
Dağlıq  Q arabağa  yeni  daha  m əhsuldar  quş  növlərinin  verilməsi,  quşçuhıqda 
tələb  olunan  yem  bazası  ilə  təmin  olunması,  quşçuluq  fermalarımn 
mexanikləşdirilməsi və elektrikləşməsi ilə əlaqədar olmuşdur.  1953-1955-ci illərdə 
DQM V-nin  kolxoz  və  sovxozlarında 68,4  min  yerlik,  1956-1960-cı  illərdə  105,9 
min  yerlik,  1961-1966-cı  illərdə  113,2  min  yerlik,  L966- 1970-ci  illərdə  76,7  min 
yerlik quş fermaları  tikilmişdir.100  1950-1960-cı  illərdə Dağlıq Qarabağın  kolxoz, 
sovxoz  və  digər  dövlət  təsərrüfatlarmda  bütün  növlərdən  olan  quşların  sayının 
necə artdığım  aşağıdakı  cədvəldən aydın görmək olar:101
Rayonlar
İLLOR
1940
1950
1960
1965
1970
D QM V üzrə cəmi: 
O cümlədən
19532
62350
85034
89912
162173
H adrudda
3824
12626
8997
7701
15897
Ağdərədə
6581
24921
22300
21066
40777
XocaVənddə
3411
11775
27855
25307
44856
X ankəndində
4881
10856
20405
32725
57137
Şuşada
835
2172
5477
3115
3506
1961-ci  ilə  qədər Dağlıq Qarabağm  sovxozlannda  quş saxlamlrmrdı.  1961- 
ci  ildə isə  DQM V-nin sovxozlarında  cəmi 453  quş saxlanılmışdı.  Dekabr  1970-ci
il  m əlum atlarm a  görə,  DQMV-nin  sovxozlarında  quşçuluq  əmtəə  fermalarmın
205

yaradılması ilə əlaqədar, quşların sayı 39807-yə çatmışdı. Şəxsi təsərrüfatlarda da 
quş  saxlanılırdı  ki,  bu  yerli  əhalinin  tələbatmm  ödənilməsinə  istiqamətlənmişdi. 
Dağlıq  Q arabağda  saxlanan  quşlar  həm  ətlik  üçün  istifadə  edilirdi,  həm  də 
yum urta  vermək  qabiliyyətinə  malik  idi.  Bəhs  etdiyimiz dövrdə,  toyuqların  illik 
yum urta verməsində artım  müşahidə edilmişdir.  Belə ki,  1960-cı ildə o rta hesabla 
hər  toyuq  60  yum urta  verirdisə,  1965-ci  ildə  66-ya,  1970-ci  ildə  isə  73-ə 
qalxmışdı.  1950-1960-cı  illərdə  dövlətə  ümumi  yum urta  satışında  böyük  artım 
müşahidə  edilmişdir.  1940-cı  illə  müqayisədə,  1970-ci  ildə  yum urtanm   sayı  13 
dəfə  artmışdı.  Dövlətə yumurta satışı  1940-cı ildə  589 min,  1950-ci ildə  1  milyon 
857 min,  1960-cı ildə 4 milyon 326 mi,  1965-ci ildə 5  milyon 749 min,  1970-ci ildə 
isə artaraq  7 milyon 767 minə çatm ışdır.102
X X   yüzilliyin  50-60-cı  illərində  DQMV-nin  kənd  təsərrüfatlarında  yüksək 
gəlirli  sahələrdən  biri  ipəkçilik  olmuşdur.  Q arabağ  İpək  emalı  sənayesinin 
xammala  olan  tələbatını  ödəmək  məqsədilə  baram a  istehsalını  artırm aq  tələb 
olunurdu.  1950-1960-cı  iDər  ərzində  Dağlıq  Qarabağda  baram a  qurdunun  yem 
bazasmın  bərpası  və  genişləndirilməsi  məqsədilə  Azərbaycan  hökuməti  mühüm 
tədbirlər  həyata  keçirdi.  İlk  növbədə,  kum xana  (baram a  qurdu  saxlanan  yer) 
tikintisinin  genişləndirdi.  Barama  qurdu  xəstəliklərini  vaxtmda  aradan 
qaldırm aq məqsədilə  Bakıdan mütəxəssislər göndərildi.  1950-1960-cı illər ərzində 
çəkil  bağlarının  əkini  5  dəfədən  çox  artdı.  Əkilən  yeni  çəkil  bağlarmda  əsasən 
yüksək  keyfıyyətli  enli  yarpaqlı  sortlar  becərilməyə  başlandı.  Nümunəvi  barama 
qurdu  məntəqələri  yaradıldı.  Qabaqcıl  iş  təcrübəsi  bölgədə  tətbiq  edildi. 
Nəticədə,  1950-1960-cı  illərdə  DQMV-nin  bütün  kateqoriyalardan  olan 
təsərrüfatlarından  dövlətə  quru  baram a  satışı  xeyli  artdı.  Belə  ki,  1940-cı  ildə 
dövlətə  114 ton  baram a  satılmışdırsa,  1950-ci  ildə  152 ton,  1960-cı  ildə  185  ton, 
1970-ci  ildə  isə  188  ton  barama  istehsal  olunm uşdur.103  1924-cü  illə müqayisədə 
hər baram a qutusundan götürülən məhsuldarlıq 2,5 dəfə artm ışdır.104
Beləliklə,  1950-1960-cı  illərdə  Azərbaycan  hökumətinin  Dağlıq  Qarabağ 
M uxtar  Vilayətinin  kənd  təsərrüfatım  inkişaf  etdirmək  sahəsində  həyata
206
keçirdiyi  tə d b irb r  kolxoz  və  sovxozlarm  maddi  texniki  bazasını  nisbətən 
möhkəmləndirdi.  Kolxozlar  iri çoxsahəli təsərrüfatlara çevrildi.  Sovxozlann  sayı 
və onların təsərrüfatları genişləndi.  Dövlətimizin dərin qayğısı nəticəsində Dağlıq 
Q arabağda kənd təsərrüfatj məhsullannm  istehsalı və tədarükü artdı.  1950-1960- 
cı  illərdə  bütövlükdə  Azərbaycan  üzrə  kənd  təsərrüfatınm  ümumi  məhsulu  1,9 
dəfə  çoxalmışdırsa,  Respublikamızın  məhsuldar torpağa,  əlverişli iqlim  şəraitinə 
və  bol  su ehtiyatlarm a  malik  Dağlıq Qarabağ bölgəsində bu  göstərici  4,5 dəfəyə 
qalxm ışdır.'05
Bütün  dünyada  ictimai  rəyi  öz  tərəflərinə  çəkmək məqsədilə  tarixi  faktları 
saxtalaşdıran  erməni  siyasətbazları  əzabkeş  obrazından  çıxış  edərək  pis 
yaşadıqlarından  şikayət  etməyə  başlamışdılar.  Halbuki  aşağıdakı,  1950-1960-cı 
illərə  aid  rəqəmlər  erməni  yalanını  bir  daha  sübut  edir.  Belə  ki,  aparılan 
müqayisəli  araşdırm alar  nəticəsində  məlum  olur  ki,  yanvar  1970-ci  ildə  hər  bir 
adam  gününə düşən ümumi məhsul,  Respublikamızın kolxozlarında o rta hesabla
4,7  m anat  təşkil  etmişdir.  Bu  göstərici  Lənkəran  -  Astara  zonasında  1,9  m anat 
Naxçıvan  M SSR-də  3,5  manat,  Gəncə-Qazax  zonasmda  3,8  m anat,  Şirvan 
zonasmda  4,8  m anat idisə,  DQMV-də  5,9 m anata  çatmışdır.106 Ən  yüksək  əmək 
məhsuldarlığı  səviyyəsinə  malik  olan  Dağlıq  Q arabağda  Lənkəran-Astara 
zonasmdakı  nisbətən  3,1  dəfə  artıq  olmuşdur.  Həmin  vəziyyət  hər  100  hektar 
kənd  təsərrüfatına  yararlı  torpaq sahəsinə düşən  ümumi  məhsulun  dəyərində  də 
müşahidə  olunur.  Məsələn,  ümumrespublika  üzrə  bu  göstərici  13,1  min  m anata 
bərabər  idisə,  Naxçıvan  MSSR-də  12,2  min  m anat,  Q arabağ  -   Mil  zonasında
12,6 min  m anat,  Gəncə-Qazax  zonasında  9,4  min  manat,  Lənkəran  -   Astara 
zonasında 3,9 min manata, DQMV-də isə  17,4 min m anata çatırdı.107
1969-cu  ildə  Azərbaycanda  hər  bir  kənd  təsərrüfatında 
işbyən 
kolxozçuların  aylıq  qazancı  orta  hesabla  143  m anat  idi.  Aparılan  araşdırm alar 
nəticəsində məlum olur ki,  Azərbaycanın ayrı-ayn zonaları arasında bu göstərici 
DQMV-də  daha  üstün  olmuşdur.  Belə  ki,Lənkəran  -   Astara  zonasm da  77 
m anat,  Naxçıvan  MSSR-də  129  manat,  Gəncə-Qazax  zonasm da  123  m anat,
207

Şirvan  zonasmda  149 manat,  Muğan-Salyan zonasmda  136  m anat  olmuşdursa. 
Dağlıq  Qarabağ  Mxıxtar  Vilayətində  161  m anata  çatmışdır.  Aparılan 
araşdırm alardan  məlum  olur  ki,  hər  bir  kolxozçuya  düşən  əsas  istehsa] 
zonalarmm  dəyərinə  görə  DQMV  birinci  yerdə  dayanmışdır,  Belə  ki,bəhs 
etdiyimiz ildə,  Naxçıvan MSSR-də bu göstərici  594,8 m anat,  Lənkəran -  Astara 
zonasmda  366,3  m anat,  Gəncə-Qazax  zonasmda  523,1  m anat  olmuşdursa, 
DQMV-də  1  milyon  574,2  m anata  çatmışdır.  Eyni  vəziyyət  kolxoz  və 
sovxozlarda becərilən çoxillik bitkilərin əkinində də özünü göstərmişdir. Məsələn, 
Naxçıvan  M SSR-də  bu  göstərici  5,2  faiz,  Qarabağ  Mil  zonasında  5,2  faiz, 
Muğan-Salyan  zonasında 
1,6  faiz,  Lənkəran-Astara  zonasm da  2  faiz 
olmuşdursa,  DQMV-də  11,1  faizə  çatmışdır.108  Əlbəttə,  bu  və  ya  buna  bənzər 
faktlar  minlərlədir.  Bütün  yuxarıda  sadalanan  yüksək  iqtisadi  göstəricilər  hər 
şeydən  öncə  Azərbaycan  hökumətinin  DQMV  göstərdiyi  dərin  qayğısının 
nəticəsi idi.
1950-1960-cı  illər DQMV-də  kənd təsərrüfatımn  inkişafı sahəsində Vilayət 
rəhbərliyinin  kəndlərdə  həyata  keçirdiyi  tədbirlər  nəzərdən  keçirilərkən  məlum 
olur ki, Vilayət Partiya Komitəsi  və Vilayət  İcraiyyə hakimiyyəti azərbaycanlılar 
yaşayan  kəndlərə  ögey  münasibət  göstərmişlər.  Əliqabarlı  azərbaycanlı  zəhmət 
adam larınm   ağır  əməyi  heç  vaxt  qiymətləndirilməyib  və 
həmişə  diqqətdən 
kənarda  qalıb.  Azərbaycanlılar  yaşayan  kəndlərdəki  əkin  üçün  yararlı  torpaq 
sahələri vaxtaşırı qeyri kənd təsərrüfatı məqsədlər üçün istifadə edilmiş, məqsədli 
şəkildə  müxtəlif  yerlərdə  qazıntı  axtarış  işləri  aparm aqla  əkin  yerləri  yararsız 
hala  salınmışdır.  Burada  məkirli  niyyət  sahiblərinin  yeganə  mənfur  siyasəti, 
qədimdən  Dağlıq  Q arabağda  yaşayan  azərbaycanldarı  bezdirib  ata-baba 
yurdundan çıxarm aq  və süni  surətdə  ermənilərin  say çoxluğuna  nail  olmaq  kimi 
xəyanətkar  məqsədləri  var  idi  və  çox  təəssüflər  olsun  ki,  bir  qrup  gəlmə 
“qonşularım ız”  həm  də,  bizim  təvazökarlığımızdan,  ürəyitəmizliyimizdən,  eyni 
zam anda  laqeydliyimizdən  istifadə  edib,  iyrənc  məqsədlərinə  nail  oldular. 
Zam an-zam an  DQM V-də  azərbaycanlılara  qarşı  məqsadyönlü  şəkildə  həyata
208
keçirilən  etnik  təmizləmə  siyasəti  nəticəsində,  xalqımız  ağır  məhrumiyyətlərə 
məruz  qaldı  və  hissə-hissə  min  illər  boyu  yaşadıqları  öz  doğma  tarixi  etnik 
torpaqlarından didərgin düşdülər.
Beləliklə,  1950-1960-cı  illərdə  Sov.  İK P   M K-nm  Azərbaycanda  aqrar 
sahədə  həyata  keçirdiyi  bir  sıra  islahatlar  nəticəsində  kənd  təsərrüfatı  əvvəlki 
dövrlərlə müqayisədə inkişaf etdi və Respublikamızm kənd təsərrüfatı məhsulları 
vaxtaşırı  olaraq  Ermənistana,  Rusiya  və  onun  ucqar  ərazilərinə  daşınmağa 
başlanıldı.  Lakin  aqrar  bölmənin  inkişafma  maneə  olan  bəzi  amillər  hələ  də 
qalmaqda davam edirdi.
1950-1960-cı  illər  Azərbaycanda  kənd  təsərrüfatmın  ümumi  inkişaf 
məsələlərinə  qiymət  verən  ümummilli  liderimiz  H.Ə.Əliyev  öz  fikrini  belə  ifadə 
etmişdir:  “ 1940-cı  illə müqayisədə  1960-cı ildə Azərbaycanda kənd təsərrüfatmm 
məcmu  məhsulu  2  dəfə,  bütün maliyyələşdirmə  mənbələri  üzrə  kapital  qoyuluşu
3,8  dəfə  artmışdır...50-60-cı  illərdə  qazanılan  nailiyyətlərin  əhəmiyyətini 
azaltm adan  onu  da  qeyd  etmək  vacibdir  ki,  həmin  dövrdə  Respublikamızın 
iqtisadi inkişafmda bir sıra mənfı meyillər də özünü göstərməyə başlamışdır. Belə 
ki,  60-cı  illərdə  Azərbaycanda  kənd  təsərrüfatında  istehsalın  həcmi,  ictimai 
əməyin  məhsuldarlığı 
ümumittifaq 
göstəricilərindən  geri  qalırdı...Kənd 
təsərrüfatında meleirasiya və dəmyə torpaqların suvarılması işində nöqsanlar var 
idi.  Kənd  təsərrüfatı  işlərinin  mexanikləşdirilməsi  aşağı  səviyyədə  idi. 
Aqrotexniki  qaydalarm   pozulması  üzündən  taxılın,  pambığm,  tərəvəzin...  və 
başqa  bitkilərin  məhsuldarlığı  istənilən  səviyyədə  deyildi.  Istehsal  qüwələrinin 
yerləşdirilməsi  işində  kobud  yanlışlıqlara  yol  verilmişdi...  struktur  dəyişiklər 
aparmalı,  yeni həvəsləndirmə  metodları  tətbiq  etməli  və  kənd təsərrüfatmı  daha 
da inkişaf etdirmək lazım idi.’’109
209

X  F Ə S İL
DAĞLIQ  QARABAĞ  MUXTAR VİLAYƏTİNDƏ SOSİAL  HƏYAT 
(1950-1960-Cİ İLLƏR).
1941-1945-ci  illərdə  yüz  m inbrlə  Azərbaycan  döyüşçüsünün  öz  dünyasmı 
dəyişməsi  və  m üharibədən  sonrakı  ilk  ağır  illərdəki  iqtisadi,  sosial  və  mənəvi 
çətinliklər Respublikamızda əhali artımının ləng getməsinə səbəb olmuşdu.  1950- 
ci  ildə Azərbaycanda 2 milyon  859  min nəfər  əhali  yaşayırdı  ki,  bu da  1940-ci  il 
dəkindən  415  min  nəfər  az  idi1.  1950-1960-cı  illərdə  Azərbaycanda  əhalinin 
sayında  xeyli  artım   müşahidə  edilmişdir.  Belə  ki,  1960-cı  ildə  Azərbaycanda 
əhalinin  sayı  3  milyon  816 min,  1970-ci ildə  isə  artaraq  5  milyon  117  m in  nəfərə 
çatmışdır2.
Azərbaycan  SSR  Dağlıq  Q arabağ  M uxtar  Vilayəti  1950-1960-cı  illərdə 
bəzi  özünəməxsus  demoqrafik  inkişaf xüsusiyyətlərinə  malik  olmuşdur.  1950-ci 
illərdə  DQMV-də  128  min  nəfər  əhali  yaşayırdı  ki,  bu  da  1940-cı  ildəkindən 22 
min nəfər  az  idi3.  L akin  1970-ci  ilədək  Dağlıq  Qarabağda  əhalinin  sayı  artaraq 
1940-cı  il  səviyyəsinə  çatmışdır.  Bəhs  etdiyimiz  20  il  ərzində  (1950-1960-cı 
illərdə), DQMV-də əhalinin sayı  15  faiz artara q   150,3 min nəfərə  olmuşdur4.  Bu 
artımın  ən  başlıca  amili  1950-1960-cı  illərdə,  Azərbaycanın  hər  yerində  olduğu 
kimi,  DQMV-də də  əhalinin doğum,  ölüm  və  təbii  artım  göstəricilərində  müsbət 
dəyişikliklərin  əldə  edilməsi  ilə  bağlı  idi.  1950-1960-cı  illər  ərzində,  DQMV-də 
şəhər  əhalisinin  sayı  artmış,  kənd  əhalisinin  xüsusi  çəkisində  azalm a  halı 
müşahidə  edilmişdir.  Belə  ki,  15  yanvar  1950-ci  il  siyahıyaalmmasma  görə, 
Dağlıq  Qarabağda  əhalinin  79 faizi  kənddə,  21  faizi  şəhərdə  yaşayırdısa  1970-ci 
ildə  isə əhalinin  62  faizi  kənddə,  38  faizi  şəhərdə  məskunlaşmışdılar5.  Naxçıvan 
MSSR-da  isə  1970-ci  ildə  əhalinin  75,2  faizi  (154,7  min  nəfəri)  kənd  yerlərində,
24,8 faizi (51  min nəfəri) şəhərdə yaşamışdır6.  Ümumrespublika üzrə  bu göstərici 
1950-ci ildə 44 faiz şəhərdə,  56 faiz kənddə və  1970-ci ildə isə hər ikisində 50 faiz 
təşkil  etmişdir7.  Statistik  məlumatlara  əsaslanaraq  əhalinin  tərkibindəki  sosial
210
dəyişikliklərlə  bağlı  şəhər  əhalinin  artması  faktını  araşdırarkən  belə  bir  maraqlı 
müqayisə  aşkarlanur:  1950-1960-cı  illərdə  Ümumrespublika  üzrə  şəhər  əhalisinin 
saymın  artm ası  6  faiz,  Naxçıvan  M SSR-da 0,7  faiz təşkil  etmişdirsə,  DQM V-də 
bu  göstərici  18  faizə  çatmışdır8.  DQMV-də  şəhər  əhalisinin  Azərbaycamn  başqa 
əraziləri ilə müqayisədə çox artması səbəblərini araşdırarkən ilk öncə Azərbaycan 
hökümətinin  bu  bölgəni  daim  diqqət  mərkəzində  saxlaması  və  bütün  sahələrə 
ayrılan  vəsaitin  dəfələrlə  üstün  olmasında  axtarm aq  lazımdır.  DQMV-nin 
şəhərləri,  rayon mərkəzləri və qəsəbələrində, xüsusilə, Xankəndində  yeni fabrik, 
zavod  və  müəssisələrin  tikintisi,  yeni  iş  yerlərinin  açılması,  yeni  mədəni-məişət 
obyektlərinin istifadəyə keçirilməsi, əhalinin mənzilə olan təlabatmm ödənilməsi, 
şəhər  əhalisinin  m addi  durum unun,  güzəranının  yaxşılaşması,  onların  ərzaq 
məhsulları  ilə  tam   təm in  edilməsi  və  sair  am illər  əhalinin  şəhərə  axm ına  səbəb 
olmuşdur.  Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  DQM V-nin  şəhər, 
qəsəbə  və  rayon  mərkəzlərində  əhalinin  artm ası  tempi  daha  çox  Xankəndi 
şəhərində  müşahidə  edilmişdir.  Belə  ki,  1926-cı  ildə  Xankəndində  əhalinin  sayı
3,2  min nəfər idisə  1968-ci  ildə 8,9 dəfə artaraq 28,4 min nəfərə çatdı.  Qədimdən 
Qarabağın  mərkəzi  olan  Şuşa şəhərində isə b u   artım   1,4 dəfə olmuşdur (5,1  min 
nəfərdən  7,3  min nəfərə qalxmışdır)9.  Bəhs edilən dövrdə, Azərbaycanın paytaxtı 
Bakı  şəhərində  bu  artım   2,4  dəfəyə,  Ermənistanm  mərkəzi  İrəvan  şəhərində  isə
12  dəfəyə  çatm ışdır10.  Həmçinin,  bir  acı  həqiqəti  də  qeyd  etməliyik  ki, 
Xankəndində  əhalinin  bu  cür  dinam ik  artım ı  yalnız  milliyyətcə  ermənilərə  xas 
olmuşdur.  Bu  erməni  siyasətbazlarmın  və  lobbisinin  növbəti  hücum  dalğası  idi. 
Bir  neçə  evdən  ibarət  Xankəndi  kəndinin  sonralar  Vilayət  mərkəzinə 
ÇEVRİLMƏSİ  və  əhalinin  (xüsusi  olaraq,  ermənilərin)  saymın  süni  sürətdə 
artırılması gələcəkdə dövlətimizə qarşı bir “m ina” rolunu oynayajaqdı və oynadı. 
1950-1960-cı  illərdə  DQMV-də əhalinin dinam ik inkişafmı  aşağıdakı cədvəldən 
də aydm izləmək olar (min nəfərlə)11.
DQM V
o cümlədən,
Yekuna  nisbətən faizlə

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə