AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə14/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

211

İLLƏR
üzrə  cəmi 
(minlərlə)
Şəhərdə
yaşayanlar
(min
nəfər)
Kənddə
yaşayanlar
(min
nəfər)
Şəhərdə
yaşayanlar
(faizlə)
Kənddə
yaşayanlar
(faizlə)
1939
150,8
15,9
134,9
10
90
1950
128,0
25,6
102,4
20
80
1959
130,4
27,0
103,4
21
79
1960
134,6
28,3
106,3
21
79
1961
139,0
39,8
99,2
37
63
1962
141,2
41,5
100,2
30
70
1963
142,5
42,6
99,9
31
69
1964
143,8
47,9
95,9
34
66
1965
145,2
49,4
95,8
35
65
1968
149,6
58,9
90,7
40
60
1970
150,3
57,3
93,0
38
62
1950-1960-cı  illərdə  D ağlıq  Q arabağda  əhalinin  sosial  strukturunda  olan 
dəyişikliklərdən  biri  də  fəhlə  sinifinin  kəmiyyət  və  keyfıyyətcə  artm ası  idi. 
Ümumiyyətlə, 
1940-cı 
illə  müqayisədə 
1970-ci 
ildə  DQM V-nin 
xalq 
təsərrüfatmda işləyən fəhlə  və qulluqçularm sayı  157 faiz artd ı14.  Bölgədə  1940-cı 
ildə  13,7  min  nəfər  işçi  var  idisə,  1960-cı  ildə  48  faiz  artaraq  20,3  min  nəfərə, 
1965-ci ildə  102 faiz artıb 27,7 min nəfərə,  1970-ci ildə isə  157 faiz artıb 35,2 min 
nəfərə  çatmaşdır.  1970-ci  ildə  DQMV-nin  sənaye  müəssisələrində  6543  fəhlə  və 
qulluqçu  işləyirdi  ki,  bu  da  1952-ci  illə  müqayisədə  71  faiz  çox  demok  idiıs.
212
Tikintidə çalışan fəhlə və qulluqçuların sayı  1952-ci ildəki 493 nəfərə qarşı,  1970- 
ci ildə 5 dəfə artaraq  2467 nəfərə çatmışdır16.
DQM V-də əhalinin sosial strukturunda işləməyən ailə üzvüləri ilə  birlikdə 
kolxozçularm payı  1939-cu ildə 54 faiz təşkıl edirdisə,  1959-cu ildə 42 faizə,  1970- 
ci ildə isə  16 faizə enmişdir17.
1965-ci  ildə  Dağlıq  Qarabağm  meşə  təsərrüfatm da  çalışan  fəhlə  və 
qulluqçulann  159  nəfərindən  1970-ci  ildə  298  nəfərə,  nəqliyyat  vasitələrində 
çalışanlar  1965-ci  ilin  1002  nəfərinə  qarşı  1970-ci  ildə  1647  nəfərə,  rabitə 
işçilərinin  sayı  müvafıq  illərdə  619  nəfərdən  861  nəfərə,  kom m unal  və  məişət 
xidməti  işçiləri  813  nəfərdən  1117  nəfərə,  ticarət,  iaşə,  texniki  təchizat,  tədarük 
orqanlannda  çalışanlar  1746  nəfərdən  2391  nəfərə  çatmışdı.  1952-ci  illə 
müqayisədə  1970-ci  ildə ticarət və  təchizat  idarəsində  işləyənlərin  sayı  95,4  faiz, 
nəqliyyat və rabitə xidmətlərində işləyənlər 255,3 faiz artm ışdır16.
DQM V-nin  müəssisələrində  istehsalm  həcminin,  texniki  səviyyəsinin 
artması,  elm,  təhsil  və  mədəniyyəin  yüksəlməsi  qulluqçuların  saymrn  davamlı 
olaraq  artm asm a səbəb  olmuşdu.  Əhalinin  siyahıya alınmasmın nəticəsinə  görə, 
1970-ci  ildə respublikamızda işləməyən ailə üzvləri ilə birlikdə  1  milyon  830  min 
nəfər  qulluqçu  var  idi19.  Həmin il Dağlıq  Qarabağın  xalq təsərrüfatmda  çalışan 
ali  və  orta  ixtisas  təhsilli  mütəxəssislərin sayı  8870 nəfərə çatırdı  ki,  bundan 465 
nəfəri  sənayedə,  631  nəfəri  kolxozda,  380  nəfəri  sovxozlarda,  200  nəfəri  kənd 
təsərrüfatı  baytarlıq  xidməti  idarəsində,  67  nəfər nəqliyyatda,  51  nəfər  rabitədə, 
161  nəfər  tikinti  trestində,  239  nəfəri  ticarət,  iaşə,  texniki  təchizat,  tədarük 
orqanlarm da,  153  nəfəri  idman,  səhiyyə,  sosial  təminat  müəssisələrində,  4014 
nəfər m aarif və mədəniyyət şöbələrində,  73  nəfər elmi idarədə, '85 nəfər kredit və 
sığorta  idarəsində,  571  nəfər dövlət  daxili  işlər orqanları,  kooperativ  və  ictimai 
orqanlarda  işləyirdi20.  1970-ci  ildə  Dağlıq  Qarabağın  xalq  təsərrüfatında çalışan 
qulluqçuların 3809 nəfəri ali təhsilli, 5061  nəfəri isə orta ixtisas təhsilli mütəxəssis 
idi.  A parılan tədqiqatlara əsasən  müəyyən  olunmuşdur ki,  1939-1959-cu illərdə 
DQM V-nin xalq  təsərrüfatında çalışan  qulluqçularm sayı  6 faiz artmışdır.  1959-
213

1969-cu  illər  əran d ə  ümumrespublika  üzrə  qulluqçulann  sayında  böyük  artım 
müşahidə edilməsədə,  DQM V-də  1966-1970-ci  illər  ərzində  1238  nəfər  qulluqçu 
artmışdır21.
1970-d il statistik məlumatma görə, DQMV-də çalışan mütəxəssislərdən 47 
faizini qadınlar  53  faizini kişilər təşkil edirdi.  Dağlıq Qarabağın  təsərrüfat,  idarə 
və  müəssisələrində  çalışan  qulluqçu  qadınlarm  41  faizi  ali  təhsilli,  57  faizi  orta 
ixtisas təhsilli, 2  faizi isə orta,  peşə təhsilli idilər.  1959-cu ildə Dağlıq Qarabağda 
yaşayan əhalinin  52 faizini qadm lar, 48  faizini kişilər təşkil edirdisə,  1969-cu  ildə
51 
faizi  qadm lar,  49  faizi  kişilər  təşkil  etmişdir22.  Dağlıq  Q arabağda  çahşan 
mütəxəssis  qadm lar  orta  ixtisas  təhsilli  mütəxəssislər  arasm da  elmi,  pedaqoji, 
kitabxana  sahəsində  ümumi  mütəxəssislərin  64,1  faizini,  tibb  işçiləri  arasmda
86.1  faizi,  plan-statistika  işçiləri  arasm da  39,4  faizini,  aqranom ,  zotexniklərdən
19,7  faizini,  texniklərdən  17,3  faizini,  ali  təhsilli  mütəxəssislər  arasında  — 
mühəndislərin  27,9  faizini,  aqranom ,  zootexnik  təsərrüfatı  işçiləri  arasm da  11,3 
faizini,  həkimlərin  (diş  həkimi  müstəsna  olmaqla)  59,6  faizini,  iqtisadçılarm  33 
faizini, elmi pedaqoci və kitabxana işçilərinin 45,9 faizini təşkil edirdi23.
1950-1960-cı illərdə Azərbaycanda əhalinin milli tərkibində də dəyişikliklər 
baş vermişdi.  1959-1970-ci illərdə respubükamızda Azərbaycanlılarm sayı 2494,4 
mindən  3776,8  minə,  rusların  sayı  501,3  mindən  510,1  minə,  ermənilərin  sayı
442.1 mindən 483,5 minə, ləzgilərin sayı 98,2 mindən  137,3 minə, yəhudilərin sayı
40,2  mindən  41,2 minə  çatmışdır.  Bəhs  etdiyimiz illərdə,  Azərbaycanm  ayrılmaz 
tərkib  hissəsi  olan  D ağlıq  Q arabağda  Azərbaycanlılarm  sayı  18  mindən  27,2 
minə, ermənilərin sayı  110 mindən  121,1  minə, ruslarm sayı  1,8 mindən  1,3 minə, 
ukraynalarm   sayı  0,2  mindən  0,3  minə,  digər  millətlər  0,3  mindən  0,4  minə 
çatdı24. Yeri gəlmişkən, m araqlı bir faktı qeyd etmək yerinə düşərdi:  1959-1970-ci 
illərdə  Yerevan  şəhərində  Azərbaycanlıların  sayı  3,2  mindən  2,7  minə  endiyi 
halda,  Bakı  şəhərində  ermənilərin  sayı  170  mindən  207,4  minə  qalxmışdır. 
Ermənilərin  saymın  və  xüsusi  çəkisinin  Azərbaycanda,  Bakı  şəhərində,  Dağlıq 
Qarabağ  bölgəsində,  Ermənistan  və  onun  paytaxtı  Yeravan  şəhərində  artması,
214
əksinə  Ermənistanda  (0,2  faiz)  və Yerevanda (0,3  faiz) azərbaycanlılarm sayının 
azalması  halları  müşahidə  edilmişdir25.  Azərbaycanlılar  öz  əzəli  torpaqları  olan 
Ermənistandan  departasiya  edilmiş,  sıxışdırılmış  və  qovulmuşdur.  Ermənilər 
üçün  isə  Azərbaycanda,  yaşayış  üçün  hər  cür  şərait  yaradılmışdır.  Bütün  bımlar 
isə ermənilərin çoxalmasma səbəb olmuşdur.
1950-1960-cı  illərdə  respublikamızın  Dağlıq  Q arabağ  bölgəsində  əhalinin 
təbii  artımı,  ölüm  hallarm m   azalması  və  doğulanlarm  saymın  artması  halı 
müşahidə edilmişdir ki, deyilənləri aşağıdakı cədvəldə də izləmək olar26:
İLLƏR
DQMV-də əhalinin hər 1000 nəfərinə nisbətən: 
(nəfərlə)
D oğulanlarm  sayı
Ölənlərin
sayı
Təbii artım
1940
35,2
13,5
21,7
1950
31,4
9,5
22,0
1960
36,5
7,6
28,9
1963
32,0
6,9
25,4
1965
34,6
6,6
28,0
1970
27,6
6,9
20,7
Yuxarıdakı  cədvəldən  aydın  göründüyü  kimi,  DQMV-də  1950-1960-cı 
illərdə  əhalinin  səviyyəsi  müxtəlif  dövrlərdə  fərqli  olmaqla  özünün  ən  yüksək 
nöqtəsinə  1960-cı  ildə  çatmışdır.  DQMV-də  bu  göstərici  36,5  nəfərə  bərabər 
idisə, Naxçıvan M SSR-da 54 nəfərə qalxmışdır. Əhalinin hər  1000 nəfərinə düşən 
ölüm  hallarıisə  Dağlıq  Q arabağ  1960-ciildə  müşahidə  edilmişdir (7,6 nəfər).
1967-ci  il  statistika  məlum atlarına  görə,  DQM V-də  əhalinin  həp  1000 
nəfərinə görə nigah bağlama halı boşanma hahndan 8 dəfə artıq olmuşdur.  Ayrı- 
ayrı  rayonlarda  bu göstəricilər  fərqli  müşahidə edilmişdir.  Bəhs  olunan  ildə,  ən 
çox  kəbin  Xankəndi  şəhərində  hər  1000  nəfərə  9  nəfər,  ən  aşağı  göstərici  isə
215

Ağdərə  rayonunda  —   hər  1000  nəfərə  o rta  hesabla  6,8  nəfər  kəbin  düşmüşdür. 
Boşanm a  hallarında  isə  ən  yüksək  göstərici  Şuşa  şəhərində  (hər  1000  nəfərə  2,3 
nəfər),  ən  aşağı  göstərici  Şuşa  rayonunda  (hər  1000  nəfərə  0,1  nəfər)  müşahidə 
edilmişdir.  1966-1967-ci  illərdə  DQMV-də  yaşayan  hər  1000  nəfər  əhaliyə  0,8 
nəfər  boşanm a  düşmüşdür.  Kəbinin,  nigahm  çox,  boşanm anın  aşağı  olması 
bölgədə əhalinin sayınm artm asına səbəb olmuşdur27.
1939-c*  ildə  respublikamızda  hər  kvadrat  kilometrə  37,1  nəfər,  onun 
ayrılmaz hissəsi olan  DQMV-də  34,3 nəfər,  1960-cı ildə 42,7 və 29,6,  1965-ci ildə 
isə Azərbaycanda 50,6 nəfər, DQMV-də 32,7 nəfər adam düşmüşdü28.
1950-1960-cı  illərdə  DQMV-də  istehsalın  ardıcıl  olaraq  artması  əhalinin 
gəlirlərinin  çoxalmasma  səbəb  olmuşdu. 
1945-1947-ci  illərdə  fəhlə  və 
qulluqçuların  orta  aylıq  əmək  haqqı  32,5  faiz  artmış,  1950-ci  ildə  isə 
müharibədən  əvvəlki  səviyyəni  80,7  faiz  ötüb  keçmişdir.  1948-ci  ildən  ərzaq  və 
sənaye  məhsullarmın  qiymətləri  aşağı  salındı.  A rtıq  1950-ci  ildə  qiymətlər  1947- 
ci  illə  müqayisədə  ümumilikdə  43  faiz,  o  cümlədən,  sənaye  məhsulları  üzrə  35 
faiz,  ərzaq  məhsulları  üzrə  47  faiz  aşağı  düşmüşdü29.  1950-1960-cı  ərzaq 
məhsullarmm qiyməti  3,2 faiz, qeyri-ərzaq məhsullarımn qiyməti isə 22 faiz aşağı 
düşmüşdü.  Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1951-1954-cü  illərdə 
ümumilikdə  qiymətlər  dörd  dəfə  düşmüşdür.  Həmin  dövrlərdə  ərzaq  məhsulları
30  faiz,  qeyri  ərzaq  məhsulları  19  faiz  aşağı  düşdü.  Vahid  qimətlərin  tətbiq 
edilməsi,  kartoçka  sisteminin  ləğvi  dövlət  və  bazar  qiymətləri  arasında  fərqin 
azalmasma  səbəb  oldu.  1950-ci  ildə  əhalinin  alıcılıq  qabiliyyəti  aşağı  idi. 
Qiymətlər nə  qədər aşağı  salınsa da,  pul  islahatı  keçirilsə  də  1950-ci  ildə  1940-cı 
ilə  nisbətən  qiymətlər  3  dəfə  yüksək  idi30.  Vəziyyəti  nizam a  salmaq  üçün 
Azərbaycan SSR  Nazirlər Soveti və Azərbaycan  K P M K   1956-cı il sentyabrm  8- 
də  azmaaşlı  fəhlə  və  qulluqçularm  əmək  həqqınm  1957-ci  il  bir  yanvardan 
qaldırılması haqqm da qərar verdi31.
Həmin  qərara  əsasən,  azmaaşh  zəhmət  adamlarının  əmək  haqqm m  
artırılması  ilə  yanaşı  ixtisas  səviyyəsindən,  iqtisadi  əhəmiyyətindən,  işin
216
mürəkkəbliyindən,  əmək  haqqm dan,  iş  şəraitindən,  coğrafı  və  iqlim  şəraitindən 
aslı  olaraq  fəhlə  və qulluqçuların  əmək  haqqı  tənzimiəndi.  1958-ci  ildən  1970-ci 
ilədək  fəhlə  vd  qulluqçularm  orta  aylıq əmək  haqqı  1,5  dəfə  artıb   109,6 m anata 
çatmışdı.  1965-ci  illə  müqayisədə,  1970-ci  ildə  DQMV-nin  xalq  təsərrüfatınm 
müxtəlif sahələrində çalışan fəhlə və qulluqçuların ümumi o rta  aylıq əmək haqqı 
artaraq  77  m anatdan  99  m anata  çatmışdır.  Həmin  illərdə  sənaye  sahəsində 
işləyən  fəhlə  və  qulluqçuların  əmək  haqqı  74  m anatdan  111  m anata,  nəqliyyat 
işçilərinki  83  m anatdan  103  manata,  poçt-teleqraf işçilərininki  64  m anatdan  81 
m anata,  tikintidə  işləyənlərmki 87  manatdan  123  m anata,  ticarət-iaşə  işçilərinki 
67 m anatdan  83  m anata, kommuna]  xidməti  işçilərinki 52 m anatdan  75 manata, 
səhiyyə  işçilərinki  74  m anatdan  79  manata,  m aarif və  mədəniyyət  işçilərinki  92 
m anatdan  100  m anata,  dövlət  kredit  və  sığorta  idarəsində  işləyənlərinki  80 
manatdan  90  m anata,  dövlət  və  təssərüfat  idarə  orqanlarm da  və  ümumi 
orqanlarda işləyən işçilərin əmək haqqı  87 m anatdan  105 m anata qalxmışdı.
1950-1960-cı illərdən Azərbaycanın DQMV-də kənd təsərrüfatı istehsalmm 
artması,  heyvandarlıq  məhsulları tədarükünün mütləq norm alarım n  azaldılması, 
kənd  təsərrüfatı  m əhsullannın  tədarük  və  satınalma  qiymətlərinin  artırılması 
kolxoz  və  savxozlarda  işləyən  zəhmət  adamlarının  m addi  vəziyyətinin 
yaxşılaşmasma  kömək  etdi.  1950-ci  ildə  DQMV-də  kolxozçuların  pul  gəlirləri
1940-cı  illə  müqayisədə  1,5  dəfə  çoxalmışdırsa,  1960-cı  ildə  2,6  dəfə  artıb  80 
m anata,  1970-ci  ildə  isə  təxminən  3  dəfə  artıb  90  m anata  çatm ışdır32.  Bəhs 
etdiyimiz  dövrdə,  DQ M V-də  əhalinin  pul  gəlirinin  artm asına  təsir  göstərən 
amillərdən  biri də A zərbaycan hökümətinin  1957-ci ildən əhaliyə məcburi verilən 
istiqrazlarm dayandırılmısı ilə bağlı olmasıdır.
Dağlıq  Q arabağda  fəhlə  və  qulluqçuların  fərdi  əmək  haqqm a,  həmçinin, 
kolxozçu  kəndlərin  gəlirlərinə  mühüm  əlavə  sosial-mədəni  tədbirlərə  sərf edilən 
Azərbaycanın  dövlət  xərcləri  idi.  1950-1960-cı  illər  ərzində  Azərbaycan 
hökümətinin  D QM V-nə  ayırdığı  vəsaitin  ildən-ilə  necə  artırdığını  aşağıdakı 
cədvəldən də görmək olar (min m anat hesabıilə)33:
217

İllər
Mədaxü Məxaric
o cümlədən,
(gəlir)
(xərc)
X alq
təsərrü
fatma
Maarifə Səhiy-
yəyə
Sosial
Təmina
t
şöbəsin
ə
Dövlət 
idarə or- 
qan- 
lan n a
1950
5121
6404
393
4078
1287
39
606
1955
8730
8263
1254
4430
1898
71
558
1960
11492
10115
2174
4904
2385
81
538
1965
20688
20595
3614
8825
3620
2186
675
1967
19333
18279
3619
9625
3988
131
780
1970
25159
23251
20257
11816
4681
125
913
Cədvəldən  göründüyü  kirai,  1970-ci  ildə  Azərbaycan  SSR-in  dövlət 
büdcəsindən DQM V-də sosial-mədəni tədbirlərə ayrılan vəsait  1950-ci ildəkindən
3,6  dəfə  çox  idi.  A parılan  tədqiqatlardan  məlum  olur  ki,  Dağhq  Qarabağda 
yaşayan əhalinin savadlanmasına və sağlamhğma, ayrılan  ümumi  vəsaitin böyük 
hissəsi  sərf edilmişdir.  Belə  ki,  1924-cü  ildə  həmin  sahəyə  ümumi  vəsaitin  56,3 
faizi,  1940-cı  ildə 67,2  faizi,  1950-ci  ildə 73,8  faizi,  1960-cı  ildə 72,1  faizi,  1965-ci 
ildə 60,5 faizi,  1970-ci ildə 70 faizi ayrılmjşdır34.
D Q M V -də  əhalinin  maddi  təminatmda  Azərbaycan  hökümətinin  ayırdığı 
təqaüdlərin  əhəmiyyəti  böyük  idi.  SSRİ  Ali  Soveti  14  iyul  1956-cı  ild.ə  “Dövlət 
təqaüdçüləri haqqm da Qanun” qəbul etdi ki, həmin qanuna əsasən qocalığa görə 
təqaüdlərin  həcmi  2  dəfədən  çox,  əlliliyə  görə  50  faiz,  ailə  başçısını  itirmiş 
ailələrin müavinətlərinə 60 faiz əlavələr edildi35.
D Q M V -də  təqaüdçilərin  saymda  ilbəil  xeyli  artım   müşahidə  edilmişdir. 
Belə  ki,1965-ci  ildə  burada  təqaüdçiilərin  sayı  22048  nəfər  idisə,  1968-ci  ildə 
24281-ə,  1970-ci  üdə  isə  artaraq  27778-ə  çatdı36.  1970-ci  ildə  bütövlükdə
Azərbaycanda cəmi 643 min təqaüdçü var idi.  Aparılan araşdırm alar nəticəsində 
məlum olur ki,  DQMV-də təqaüdçülərin  təxminən  50 faizi kolxozçularm üzərinə 
düşürdü.  Həmçinin,  1968-ci  Udə  Dağlıq Qarabağda  yaşayan  24281  təqaütçüdən 
6906 nəfəri qocalığa, əlilliyə görə,  2234 nəfəri ailə başçısmı itirmişlər, 2861  nəfəri 
keçmiş  hərbi  xidmətçilərin  ailələri,  12280  nəfəri  kolxozçu  pensiyaçılar  idi37. 
M araqlı  fakt  ondan  ibarətdir  ki,  1968-ci  ildə  Dağlıq  Qarabağda 
təqaüd 
alanlardan  30  faizi  Xankəndi  rayonunun  (7387  nəfəri),  29  faizi  Ağdərə 
rayonunun  (7283  nəfəri),  22  faizi  Xocakənd  rayonunun  (4716  nəfəri),  14  faizi 
H ad ru d  rayonunun (3527 nəfəri) və yalmz 5 faizi (1368 nəfəri) Azərbaycanlılann 
dah a  çox  yaşadığı  Şuşa  rayonunun  payma  düşmüşdür38.  Bu  isə  təsadüf deyildi. 
Çünki,  “Dağlıq  Qarabağ  M uxtar  Vilayəti  haqqm da  Azərbaycan  SSR 
Q anunu”nun  33-cü  maddəsinin  1-9-cu  bəndlərində  göstərir  ki,  “DQM V  Xalq 
D eputatları  Soveti  Vilayətdə  sosial  təminat  işinə,  Vilayət  tabeli  sosial  təminat 
idarəsi  və  təşkilatlarm ın  işinə  nəzarət  edir,  pensiya  və  müavinatların  təyin 
olunm ası  və  verilməsi  işini  təşkil  edir.  Həmçinin  yerli  əhəmiyyətli  fərdi 
pensiyalan müəyyən edir, respublika və ittifaq əhəmiyyəti fərdi pensiyalırın təyin 
edilməsi  haqqında  vəsatətlər qaldınr.  Kolxozçuların  sosial  təminatı  üzrə Vilayət 
Şurasmı  təşkil  edir  və  onun  fəaliyyətınə  nəzarət  edir.  Tibb-əmək  ekspertizası 
orqanlarım n  işinə  rəhbərlik  edir”39.  Əlbəttə,  DQM V  XDS-nin  ermənilərdən 
ibarət  deputat  qrupu  “sosial  təminat  sahəsində  səlahiyyət”Jərindən  çox 
“bacarıqla”  istifadə  etmiş  və  milliyyətcə  Azərbaycanlı  olanlara  qarşı  öz  şövinist 
mövqelərini bir daha nümayiş etdirmişlər.
1950-1960-cı illərdə respublikamızm ictimai istehlak fondlarm dan DQMV- 
nin  uşaqların  məktəbəqədər  tərbiyə  müə'ssisəsində  təm inatına,  uşaqlann  yay 
pioner  düşərgələrində  istirahətinin  təşkilinə,  çoxuşaqlı  və  tək  analara  yardım 
göstərilməsinə  xeyli  vəsait  ayrıldı.  Əmək  qabiliyyətini  müvəqqəti  itirən  fəhlə  və 
qulluqçular sosial  sığorta hesabma müavinat  alırdılar.  1957-ci  il  fevralın  1-dən, 
əmək  stacm dan  asılı  olmayaraq,  həmin  m üavinatlar  əmək  haqqınm   100  faizi 
həcmində  verilirdi40.  Azərbaycan  hökümətinin  ayırdığı  vəsait  hesabma  Dağlıq
219

Q arabağda  1950-ci  ildən  1970-ci  ildək  11  yeni  tipli  və  hər  cür  şəraitlə  təmin 
olunmuş  uşaq  bağçaları  və  körpələr  evi  tikilib  istifadəyə  verildi.  Bəhs  etdiyimiz 
illərdə,  Dağlıq  Q arabağda  məktəbəqədər  tərbiyə  müəssisələrinin,  oradakı 
uşaqlarm   və  tərbiyəçilərin  sayının  necə  artırıldığım  aşağıdakı  cədvəldən  aydm 
görmək olar41:
Illər
U şaq bağçajarı
Körpələr evi
Cəmi
Uşaqları
nsay ı
Tərbiyə-
çilərin
sayı
Cəmi
Bundan 
şəhər və 
qəsəbədə
Uşaqların
sayı
1950
24
694
56
20
5
563
1955
20
786
69
15
5
425
1960
21
905
71
17
9
500
1965
45
2434
176
12
5
360
1070
55
3495
224
9
5
173
Cədvəldən  göründüyü  kimi,  1950-1960-cı  illər  arzmdə  Dağlıq  Qarabağda 
uşaq  bağçalarınm   sayı  2,3  dəfə,  ordakı  uşaqların  sayı  4  dəfə  artdı.  Bəhs  edilən 
illərdə,  körpələr  evi  və  oradakı  uşaqların  sayında  azalma  halı  müşahidə 
edilmişdir.  Tədqiqatlardan  məlum  olur  ki,  həmin  azalan  11  körpələr  evi  və 
oradakı  azyaşlı  uşaqlar  yeni  tikilmiş  uşaq  bağçalarma  birləşdirilmişdir.  1950-
1960-cı  illərdə  Dağlıq  Q arabağ  M uxtar  Vilayəti  -  şəhər,  qəsəbə  və  kəndlərində 
həmişəlik,  yəni  uşaqları  birdəfəlik  saxlayan  uşaq  evləri  də  fəaliyyət  göstərirdi. 
Həmişəlik  uşaq  evlərinin  ayrı-ayrı  rayonlar  üzrə  yerləşməsi  cədvəlini'nəzərdən 
keçirərərkən məlum  olur ki,  1965-ci  ildə Xankəndi rayonunda  100  yerlik  4  belə 
uşaq evi,  Ağdərə  rayonunda 90 yerlik  3  daimi  uşaq  evi,  Xankənd rayonunda 90 
yerlik  3  daim i  uşaq  evi,  Xocavənd  rayonunda  20  yerlik  bir  daimi  uşaq  evi, 
H adrud rayonunda  30 yerlik bir daimi uşaq evi  var idi.  Şuşa rayonunda  bu tipli
220
uşaq  evi  1950-ci  ildə  3-ə  çatsa  da,  1965-ci  ildə  onların  hər  üçünün  fəaliyyəti 
dayandıri'm ışdır42.
Aparılan  araşdırmalar  nəticəsində  məlum  olur  ki,  DQM V  də  fəaliyyət 
göstərən  64  məktəbəqədər  uşaq  tərbiyə  müəssisələrindən  yalnız  3-ü  Şuşa 
rayonunun  payma  düşürdü,  qalan  61  uşaq  müəssisəsi  isə  ermənilərin  daha 
yığcam cəmləşdikləri rayonlarda və kəndlərdə tikilmişdi43.
1950-1960-cı  illərdə  Dağlıq  Q arabağda  yaşayan  əhalinin  sosial-iqtisadi 
vəziyyətinin  yaxşılaşmasım  bölgədə  əmanət  kassalarınm,  əmanətçilərin  və 
kassalarda  saxlanılan  əmanətlərin  sayının  xeyli  artm asından  görmək  olar.  Belə 
ki,  1950-ci  illə  müqayisədə  1970-ci  ildə  DQMV-də  əmanət  kassalarının  sayı 2,5 
dəfə,  əmanətçilərin  sayı  4,2  dəfə,  kassalarda  saxlanılan  əmanətlərin  miqdarı  isə 
64 dəfə artmışdı44.  1950-1960-cı illərdə DQMV-də əmanətlərin dinamik inkişafını 
aşağıdakı cədvəldən görmək olar45:
Illər
DQMV-də
əmanət
kassalarının
sayı
Əmanətçilərin  ; 
sayı
Kassalarda 
saxlanılan 
əmanətlər (min 
m anat)
1950
34
11237
492
1955
45
27552
3751
1960
59
29967
4776
1965
74
32952
8875
1970
88
47596
31497
1970-cı  il  məlumatma  görə,  DQMV-də  mövcud  olan  88  əmanət 
kassalarından  25-i  şəhər  və  qəsəbələrdə,  63-ü  kənddə  fəaliyyət  göstərirdi. 
Əmanətçilərin  sayı  və  saxlamlan  əmanətlərin  m iqdarm a  görə  isə  şəhər  və 
qəsəbələrdə  daha  üstün  olmuşdu.  Belə  ki,  47596  əmanətçidən  27596-1  şəhər  və 
qəsəbələrdə,  20000-i  kənddən  idi.  1970-ci  ildə  vilayətin  kassalannda  saxlanılan
221

31  milyon  497  m anatdan  19  milyon  143  min  m anatı  şəhər  və  qəsəbələrin,  12 
milyon 354 min m anatı kəndin payına düşmüşdür46.
A panlan  tədqiqatçılar  nəticəsində  məlum  olmuşdur  ki,  Xankəndi 
rayonunda  saxlanılan  əmanətlər,  ümumi  DQMV-üzrə  saxlanılan  əmanətlərin 
iiçdən  birini təşkil edirdi.  1970-ci  il  məlumatma görə,  ümumi respublikamız üzrə 
əmanət  kassalarınm  sayı 79 min,  orada saxlanılan  pulun m iqdan  isə  524 milyon 
m anat olmuşdur47.
1950-1960-cı  illərdə  Dağlıq  Q arabağda  sənaye  və  kənd  təsərrüfatmın 
istehsalının,  həmçinin,  əhalinin  real  gəlirinin  artması  dövlət  və  kooperativ 
ticarətdə pərakəndə mal dövriyyəsinin ümumi həcminin artm asm a səbəb oldu.
1970-ci  ildə  Azərbaycanda  ticarət  müəssisəsinin  sayı  15607-yə  çatdı  ki, 
bundan  618-i  Dağhq  Qarabağm  payma  düşürdü48.  DQMV-də  mövcud  618 
ticarət  müəssisələrindən  151-i  ixtisaslaşmış  ticarət  müəssisləri  idi.  A panlan 
tədqiqatlar  nəticəsində məlum  olur ki,  ixtisaslaşmış  ticarət  mərkəzlərindən  46-sı 
təkcə  Xankəndi  şəhərində,  105-i  isə  DQMV-nin  rayon,  kənd  və  qəsəbələrində 
yerləşirdi.  Azərbaycan  hökumətinin  dərin  qayğısı  nəticəsində,  DQMV-də,  təkcə 
10  il  ərzində  (1960-1970-ci  illərdə)  145  yeni  müxtəlif  ticarət  müəssisəsi  tikilib 
istifadəyə  verildi.  Bəhs  etdiyimiz  illərdə,  yeməkxana  və  restoranlarm   sayı  3,4 
dəfə,  ictimai  iaşə  müəssisələrinin  sayı  2,4  dəfə  artdı.  1970-ci  ildə  Dağlıq 
Q arabağda  78  yeməkxana  və  restoran,  126  qəlyanaltı  və  bufet,  2  univermaq,  7 
sənaye malları mağazası,  26 ərzaq malları mağazası, 233  ictimai  iaşə müəssisəsi, 
248  gündəlik 
təlabat  malları  mağazası,  7  kitab  mağazası,  380  xırda  satış 
müəssisəsi,  1  zərgərlik  m əm ulatlan  müəssisəsi,  parça, ayaqqabı,  alt və üst  geyim 
paltarları, radio, idm an malları, “uşaq aləmi”, un məmulatları, təsərrüfart mallan, 
kənd təsərrüfatı m əhsullan, ət, süd, şərab və başqa ticarət müəssisələri var idi49.
1947-ci  ild e k a b rm   14-də  ərzaq və  sənaye  mallarına  kartoçka  sistemi  ləğv 
edildi.  Həmin  vaxtdan  ərzaq  və  sənaye  malları 
vahid  dövlət  pərakəndə 
qiymətləri ilə satılm ağa başlandı.  Eyni zam anda pul islahatıda keçirildi ki, bu da 
respublikamızda  pul  sisteminin  möhkəmlənməsinə  imkan  verdi.  1948-ci  ildən

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə