AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə16/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

233

kvadratmetrlik  sahəsi  olan  32  ailəlik  yaşayış  evləri,  Azərbaycan  hökümətinin 
dəfələrlə  xəbərdarlıq  etməsinə  baxmayaraq,  istifadəyə  verilməmişdir88.  60-ci 
illərdə  tikilərək  istifadəyə 
verilmiş  mənzillərin  çoxu  dövrün 
tələbləri 
səviyyəsindən  aşağı  idi.  Bunların  çoxunda  keyfıyyətsizlik,  dzayn-arxitektura 
işinin  zövqü  oxşamaması,  kommunal  xidmətin  tam   səviyyədə  olmaması  halları 
var idi.  Mənzil  tikintisi sahəsində  Dağlıq  Q arabağ rəhbərliyinin  yaratdığı  bu və 
ya  buna  bənzər  süni  narazılıqlar  Azərbaycan  rəhbərliyinin  diqqətindən 
yayınmamış,  dəfələrlə  müzakirə  edilib  əməli  tədbirlər  həyata  keçirilməsi  üçün 
istiqamətlər  müəyyənləşdirilmişdir.  Lakin  Vilayət  rəhbərliyi  “öz  məqsədlərinə 
çatmaq”  üçün  bu  istiqamətdə  olan  nöqsanları  aradan  qaldırm aq  məqsədilə  heç 
bir  əməli  tədbırlər  görmədi.  Bütün  bunlara  baxmayaraq,  1950-1960-cı  illərdə 
Azərbaycan höküməti hər il ardıcıl olaraq DQM V-nin şəhər, qəsəbə və kəndlərin 
abadlaşması,  küçə  və  parkların  sahnması,  yenidən  qurulması  və  kommunal 
xidməti  müəssisələrinin  təmiri  və  yenidən  qurulması  üçün  dövlət  büdcəsindən 
böyük  məbləğdə  vəsait  ayırdı.  Təkcə,  1959-1965-ci  illərdə  Dağlıq  Qarabağm 
şəhər və  rayon  mərkəzlərində  hamam,  kanalizasiya,  yaşayış  evlərinin  istilik,  işıq 
və  başqa  kommunal xidmətləri  üçün  22,6 milyon  m anat  vəsait ayırmışdır ki,  bu 
d a  1955- 1958-ci  illərə  müqayisədə  2,2  dəfə  çox  idi89. 
1960-ci  ildə  dövlətimiz 
tərəfindən  ayrılan  vəsait  hesabına  460  hektar  sahə,  küçə  və  meydan 
yaşıllaşdırılmış,  7,2 hektar sahədə park və bulvarlar salmmış,  küçələrin  kənarına 
10 mindən çox ağac əkilmiş və 263,8 hektar sahədə meşə zolağı sahnmışdır90.
DQM V-də  şəhər,  qəsəbə  və  kəndlərin  abadlaşdırılması,  kommunal  məişət 
xidmətinin  genişlənməsi  də  əhalinin   həyat  şəraitinin  yaxşılaşmasına  çox  kömək 
edirdi.  1970-ci  ildə  DQMV-də  şəhər ümumi  ictimai mənzil  fondunun  93  faizi  su 
kəmərləri,  89  faizi  kanalizasiya  93  faizi  mərkəzi  isitmə  və  buxardan  istifadə 
sistemi  ilə  təchiz  edilmişdi.  Bəhs  etdiyimiz  dövrdə,  ümumrespublika  üzrə  bu 
göstəricilər: su kəmərləri 81  faiz, kanalizasiya 79 faiz, mərkəzi isitmə və buxardan 
istifadə  sistemi  54  faizə  çatmışdır91.  Faktlardan  göründüyü  kimi,  DQMV-də
234
kommunal-məişət 
xidməti 
sahəsində 
olan 
göstəricilər 
ümumrespublika 
səviyyəsindən yüksəkdə dayanmışdır.
1950-1960-cı  illərdə  DQMV-də  qəsəbələrin  sayı  sürətlə  artmışdı.  Belə  ki,
1959-cu  ildə  Dağlıq  Q arabağda  qəsəbələrin  sayı  2-yə  catırdısa,  1970-d  ildə 
artaraq 7-yə qalxmışdır92.  Aparılan araşdırm alar nəticəsində məlum olur ki, yeni 
yaradılan  və tikinti abadlıq işləri aparılan həmin qəsəbələr — Əskəran, Madagiz, 
Leninavan,  Qırmızı-Bazar,  Xocavənd  — ermənilərin  kom pakt  şəkildə  cəmləşib 
yaşadıqları kəndlər olmuşdur93.
1950-1960-cı  illərdə  DQMV-də  Xankəndi  şəhərinin  siması  tamamilə 
dəyişmişdir.  Vaxtilə  40-50  evdən  ibarət  Xankəndi  sürətlə  böyüyərək  32  min 
əhalinin  yaşadığı  böyük  şəhərlərdən  birinə  çevrilmişdir.  Son  dövrlər,  burada 
yaraşıqlı və  uca inzibati  idarə binaları, kinoteatrlar,  məktəblər,  mehmanxanalar, 
mədəniyyət  evləri,  kinoteatrlar,  məktəblər,  mehmanxanalar,  mədəniyyət  evləri, 
teatr  binası,  yaşıl  meydançalı  stadion,  elektrotexnika  məmulatları  zavodu, 
Q arabağ  İpək  kombinatmm  toxuculuq  fabriki,  ayaqqabı  fabriki,  yağ  zavodu, 
çörək  zavodu,  yeni  yaşayış  binaları  və  başqa  obyektlər  tikilərək  əhalinin 
istifadəsinə  verilmişdir.  Dövlətimizin  dərin  qayğısı  nəticəsində  Xankəndi  şəhəri 
böyük  fəhlə  dəstəsi  olan  sənaye  şəhərinə  çevrilmişdir.  Burada  ipək  parçalar, 
lampalar, ayaqqabı,  mebel, xalça, dəmir beton məmulatları, kərpic, asfalt, çörək, 
pendir,  yağ,  şərab,  konyak,  spirt  və  başqa  müxtəlif  çeşidli  məhsullar  istehsal 
olunurdu.  Xankəndi,  təkcə  sənaye  və  inzibati  mərkəz  deyildi.  Burada  Pedaqoji 
İnstitut,  Müəllimləri  Təkmilləşdirmə  İnstitutu,  texnikumlar,  musiqi,  tibb,  kənd 
təsərrüfatı,  texniki-peşə  məktəbləri, dram   teatrı,  Vilayət m ahm   və rəqs  ansanblı, 
ölkəşünaslıq  muzeyi,  kitabxanalar,  erməni  dilində  “Sovetakan  K arabaq” 
qəzetinin  mətbəəsi  fəaliyyət  göstərirdi.  Xankəndinin  bütün  küçə  və  meydanları 
müxtəlif növ  ağaclarla  yaşıllığa  bürünmüşdür.  Təsadüfı  deyildir  ki,  Xankəndini 
“oksigen  fabriki”  adlandırırdılar.  Şəhər  özünəməxsus  iqlim  şəraiti,  təzyiq  və 
tem pratur arasında kəskin fərqlərin olması ilə seçilirdi94.
235

Azərbaycanm  qədim  yaşayış  məskəni,  Oğuz-Türk 
diyarımız,  gözəl 
Qarabağımızm  gözü  sayılan  Şuşa  şəhərində  də  1950-1960-cı  illərdə  tikinti  və 
abadlıq  sahəsində  müəyyən  işlər  görülmüşdür.  60-cı  illərdə  Şuşa  şəhərində 
aparılan  tikinti-abadlıq  işlərinə  8  milyon  740  min  m anat  vəsait  sərf edilmişdir. 
Lakin  çox  təssüflə  qeyd  etməliyik  ki,  Şuşada  aparılan  yenidənqurma,  tikinti- 
abadlıq işləri  qədim tarixi abidələrin dağıdılması  üzərində  qurulmuşdur.  Hər  bir 
daşmda,  qayasm da türkçülük duyulan, respublika səviyyəsində qeydə alm an  198 
qədim  tarixi  abıdəyə,  549  qədim  binaya,  16  şərq  hamamma,  sutunlu,  tağlı,  hər 
birinin  uzunluğu  1203  m etr  olan  daş  döşənən  küçələrə,  18  məhəllə  bulağına,  15 
məscidə,  6  karvansaraya,  3  türbəyə,  2  mədrəsəyə  və  başqa  sənət  əsərinə  malik 
ata-babalarım ızın  yadigan  olan  Şuşamız  “yenidənqurma”,  “abadlaşdırma”  adı 
altında  erməni  vandalları  tərəfındən dağıdıldı95.  30-cu  illərdə  bəylərə,  varlılara, 
sahibkarlara,  din  adam larına 
qarşı  mübarizə  adı  altm da  onların  əmlakı, 
dəyirmanlar,  hamamlar,  dükanlar,  fabriklər,  evlər,  məscidlər  ermənilər 
tərəfindən  dağıdılmağa  başlamış,  salamat  qalanlardan  isə  anbar,  emalatxana, 
kinoteatr  kimi  istifadə  edilmişdir.  Müharibə  dövründə  nəzarətsizlikdən  istifadə 
edən  Dağlıq  Q arabağ  rəhbərləri  qədim  evlərin  memarlıq  abidələrini, 
pətıcərələrini,  qapıları,  döşəməni  dağıdıb  yanacaq  kimi  istifadə  edirlər.  Həmin 
vaxt  İbrahim   xanm  “Xəzinə  qayası”nda  inşa  etdirdiyi  saray,  hərəmxana,  tövlə, 
hamam,  qoşun  sığmcağı  üçün  kompleks,  binalar  tamamilə  dağıdıldı.  50-60-cı 
illərdə  Şuşa  şəhərinin  bərpa  edilməsi  baş  plana  salındı.  Erməni  vandalları  bu 
“Plan”dan  da  məharətlə  istifadə  etdilər.  1960-cı  ildə  Şuşa  şəhərində  kiçik  bir 
yeməkxana  tikmək  üçün  bir  neçə  qədim  yaşayış  evi,  gözəl  üslubda  inşa  edilmiş 
yaraşıqlı  dükanlar  və  em alatxanalar  dağıdıldı96.  1965-ci  ildə  isə  Şuşamn  Lenin 
küçəsində  dördbloklu,  dördmərtəbəli  bina  inşa  etmək  üçün  2  və  3  mərtəbəli 
qədimdən tikilmiş 7 böyük sarayı, 2 kommunal təsərrüfat binasmı, 3 şəxsi yaşayış 
evini,  bir  qədim  hamamı, 

karvansara  binasını,  onlarla  mağazanı, 
emalatxananı,  bövük su ehtiyatına malik  11  qədim su quyusunu,  yüzlərlə meyvə 
verən  bar  ağaclarını,  sutunlu-tağlı  və  yeri  daşla  örtülü  küçələri  dağıdılmışdı.97
236
ayaqqabı,  sabun,  metal  çarpayı,  mebel,  metal  və  şüşə büllur  qablar  istehlakında 
isə artm a halı müşahidə edilmişdir.
1950-1960-cı illərdə DQMV-də dövlət və kooperativ ticarət müəssisələrinin 
pərakəndə mal dövriyyəsindəki həcmi nəzərdən keçirilərkən məlum olur ki,  1950- 
ci  ildən  1970-ci  ilədək  kopperativ  müəssisələr  birinciliyi  ələ  almmışdır.  Dövlət 
ticarət  müəssisələrinin  illk  mal  dövriyyəsində  payı  1940-cı  ildə  28,8  faiz  təşkil 
etmişdirsə,  1950-ci  ildə  30,5 faizə,  1960-cı ildə  36,7 faizə,  1970-ci  ildə isə  1,7  dəfə 
artaraq 50,5 faizə qalxmışdır. M anatla ifadə edildikdə isə  1940-ci  ildə  1,7 milyon 
manatlıq  mal  dövriyyəsi  olmuşdursa,  1970-ci  ildə  bu  göstərici  26,9  milyon 
m anata  çatmışdır65.  1940-cı  ildən  1970-ci  ilədək  olan  dövrdə  Dağlıq  Qarabağda 
dövlət və kooperativ ticarət müəssisələrinin  mal dövriyyəsinin dinamik  inkişafını 
aşağıdakı cədvəldən də izləmək olar: (milyon manatla)66.
İLLƏR
DQMV-i üzrə 
pərakəndə mal 
dövriyyəsi 
(mln..man.)
O cümlədən,
Dövlət ticarəti
Kooperativ
ticarət
1940
5,9
1,7
4,2
1950
12,8
3,9
8,9
1960
23,7
8,7
15,0
1965
33,5
15,1
18,4
1970
53,7
26,9
26,4
1950-1960-cı  illərdə  DQM V  fəhlə  və  qulluqçuların,  həmçihin,  onlarm 
ailələrinin  ərzaq məhsulları  ilə təm inatı xeyli yaxşılaşdı.  A parılan tədqiqatlardan 
məlum  olur  ki,  D Q M V  fəhlə  və  qulluqçuların  ərzaq  məhsulları  ilə  təchizatı 
ümumrespublika üzrə olan göstəricilərdən təxminən  10-15 faiz, Naxçıvan M uxtar 
Respublikası  ilə  müqayisədə  isə  17  faiz  yüksək  olmuşdur.  Lakin  Dağlıq 
Q arabağda  hələ  də  bəzi  məhsullarm  (şəkər,  yumurta,  balıq,  çay  və  digər  ərzaq
227

növlərinin)  istehlakı  kifayət  qədər deyildi.  Bəzi  ərzaq məhsullarımn  kefıyyəti  isə 
norm adan aşağı idi.
Azərbaycan  hökuməti  DQMV-də  fəhlə  və  qulluqçuların  əmək  şəraitinin 
yaxşılaşdırılmasma  böyük  qayğı  göstərirdi.  Dağlıq  Q arabağ  təsərrüfatiarınm 
bütün  sahələri  yeni  texnika  ilə  təchiz  edilir,  mexanikləşdirmənin  və  elmin 
naliyyətlərinin  istehsalata  tətbiqi,  ağır,  çox  zəhmət  tələb  edən  işlərin 
avtomatlaşdırılmasından  qismən  istifadə  burada  işləyən  işçilərin  əmək  şəraitinin 
yaxşılaşdırılmasma səbəb olmuşdur.  SSRİ Ali Sovetinin  1956-cı il  26 m art tarixli 
Fərm am  ilə  ana-qadm lar əlavə  112 günlük  (56 gün  doğumdan  qabaq  və  56 gün 
doğumdan  sonra)  pul  ödənilən  məzuniyyət  ahrdılar67.  1950-1960-cı  illərdə 
DQMV-də çoxuşaqlı anaların saymın sürətlə artm ası prosesi baş vermişdir ki, bu 
da  təsadüfü  hadisə  olmayıb  dövlətimizin  bölgəyə  göstərdiyi  dərin  qayğmm 
nəticəsi  idi.  Təkcə,  1968-ci  illə  müqayisədə  1970-ci  ildə  Dağlıq  Qarabağda 
çoxuşaqh  anaların  sayı  2,7  dəfə  artaraq   2253  nəfərdən  6189  nəfərə  çatmışdır.  3 
və 4 uşaqlı  anaların sayı 435-dən  1734-ə,  6 uşaqlı  anaların sayı 215-dən  894,7-yə 
və daha çox çoxuşaqlı analann sayı 218-dən 752-yə qalxmışdır68.  DQMV ümumi 
göstəricilər rayonları üzrə olan göstəricilərdə Şuşa rayonu  11  faiz,  H adrut rayonu 
12  faiz,  Xocavənd  rayonu  23  faiz,  Xankəndi  rayonu  26  faiz,  Ağdərə  rayonu 28 
faiz  təşkil  etmişdi69.  Azərbaycan  hökumətinin  DQMV-dəki  çoxuşaqlı  analara 
göstərdiyi  qayğmı  çox  böyük  həcmdə  maddi  yardım  ayırmasında  görmək  olar. 
Təkcə,  1968-ci  ildə  Dağlıq  Qarabağda çoxuşaqlı  analara  bir  ayda  423000 m anat 
müavinat verilmişdir70.
Azərbaycan  höküməti  Dağlıq  Q arabağdakı  yeniyetmə  və  gənclərin  iş 
şəraitini və  mühavizəsini  yaxşılaşdırmaq üçün mühüm tədbirlər görmüşdü.  SSRİ 
Ali Soveti Rəyasət Heyətinin  1955-ci il 15 avqust tarixli Fərmanma uyğun olaraq 
Azərbaycanm  hər  yerində,  o  cümlədən,  DQMV-də  14-16  yaşlı  şagirdlər  üçün 
istehsalatda  4  saatlıq  iş  günü  tətbiq  edildi.  Həmçinin,  1956-cı  ildən  16-18  yaşlı 
fəhlə və qulluqçular üçün 6 saatlıq iş  günü miiəyyən  olundu.  Bundan əlavə, çətin 
şəraitdə  işləyən  fəhlələr  üçün  əlavə  məzuniyyət  və  qısaldılmış  iş  günü  tətbiq
22S
DQMV-nin  uca  dağlarm da  yerləşən  gözəl  yaylaqlarla  Kür-Araz  ovalıqlarmda 
yerləşən geniş qışlaqları arasında rabitənin yaradılmasında istifadə olunmuşdu.
DQM V  yaxşı  yol  şəbəkəsinə  malikdir.  Ərazidəki  şosse  və  qrunt  yolları 
Dağlıq  Qarabağın  şimal  və  o rta  hissəsini  Yevlaxla  əlaqələndirir.  Bölgənin 
yüklərinin çox hissəsi Xankəndi —  Ağdam —  Bərdə,  Ağdərö — Tərtər —  Bərdə 
yolları  ilə  Yevlağa  daşımr.  Cənub  hissədən  Bakı  —  Cülfa  dəmir  yolu  keçir. 
Burada  əsas  şosse  yolu  Xocavənd  —   Fizuli  —   Cəbrayıl  yoludur.  Yevlax, 
Xocəvənd, Füzuli və eləcə də, Naxçıvan MSSR-ə gedən yollar (Şuşa — Laçm — 
Gorus  yolu)  Dağlıq  Q arabağm   mərkəzi  Xankəndindən  keçir.  Bəhs  etdiyimiz 
illərdə,  H adrud  Güzdək  yolu  tamamlandı.  Eyni  zamanda,  Ağdərənin 
mərkəzindən  keçməklə  ümumittifaq  əhəmiyyətli  Bərdə —  Tərtər —  Ağdərə  — 
İstisu  yolu  istifadəyə  verilmişdi.  Təkcə,  1965-1970-cı  illərdə  Dağlıq  Qarabağ 
ərazisində  229,5  klometr  uzunluğunda  yol  çəkildi.  Həmin  vaxt  DQMV-də  əsas 
yollarm  uzunluğu  712  km-dən,  941,5  km  çatdı.  Ümumiyyətlə,  1950-1960-cı 
illərdə DQMV-də yolların çəkilişi 2 dəfə artdı.  Ümumrespublika  üzrə bu göstərici
1,9 dəfəyə bərabər idi.
DQMV-də yük dövriyyəsi sürətlə inkişaf edirdi.  Belə ki, Dağlıq Qarabağda 
yük  dövriyyəsi  1953-cü  ildəki  2464,2  min  ton  klometr  müqabilində,  1970-ci  ildə
12,2  dəfə  artaraq  30025  min  ton  km  olmuşdu103. 
Müvafıq  illərdə 
ümumrespublika  üzrə  bu göstərici  7,1  dəfə  artaraq  522 milyon ton  km-dən  3709 
milyon  tona  qalxmışdır.  DQMV-də  səmişin  daşınması  1953-cü  ildəki  70,8  min 
nəfərdən  1970-ci  ildə  5776  min  nəfərə  qədərə  artmışdır.  1950-1970-ci  illərdə 
ümumrespublika  üzrə  bu  göstərici  11  milyon  nəfərdən  3345  milyon  nəfərə 
çatm ışdır104.  Rəqəmlərdən  göründüyü  kimi,  səmişin  daşmması  ümumrespublika 
üzrə 34 dəfə artmışdırsa, DQMV-də 82,5 dəfə artım  müşahidə edilmişdir.  1953-cü 
ildən  1970-ci  ilədək  DQMV-də yük dövriyyəsi  və  səmişin daşmmasmm  dinamik 
inkişafmı aşağıdakı cədvəldən də görmək olar105.
İllər
Yük
Yük
Səmişin
Səmişin
239

dövriyyəsi. 
(M in ton 
klometr)
daşmması 
(Min tonla)
dövriyyəsi. 
(Min səmişin, 
km)
daşmması 
(min nəfər)
1953
2464,2
48,1
2598,5
70,8
1958
7075,8
186,7
15610,1
937,4
1960
14008,0
368,7
22448,0
2305,6
1965
21868,9
521,8
41517,8
3436,7
1870
30025
719
76173
5776
Ə w əlki  illərdə  olduğu  kimi,  1950-1960-cı  illərdə  də  Azərbaycan  höküməti 
DQM V əhalinin avtomabilə olan tələbatmı ödəyirdi.  Avtomabillərin əsaslı təmiri 
və  yeni  avtomabillərin  Dağlıq  Qarabağa  göndərilməsi  işi  ilbəil  artırılırdı. 
Məsələn,  1940-cı ildə DQMV-də 27 yük avtomabili var idisə,  1950-ci ildə onların 
sayı  154-ə,  1960-cı  ildə  381-ə,  1965-ci  ildə  762-yə,  1970-ci  ildə  isə  (1940-cı  illə 
müqayisədə) 28  dəfə artaraq 757-yə çatmışdır.  Yeri gəlmişkən  onu da qeyd edək 
ki,  A zəıbaycan  dövlətinin  ayırd\ğı  xüsusi  vəsait  hesabma  Dağlıq  Qarabağda 
traktorların  sayı  1940-cı  illə  müqayisədə  1970-ci  ildə  199-dan  1269-a,taxılyığan 
kom bayınlarm  sayı 33-dən 239-a çatdı.
1950-1960-cı  illərdə  DQMV-də  yaşayan  əhalinin  maddi  rifah  halının 
yaxşılaşması  və  gəlirlərinin  ilbəil  artması  şəxsi  avtomobil,  motosiklet  və 
motorelilərin  sayının  artmasma səbəb oldu.  Təkcə,  1964-cü ildə Dağlıq Qarabağ 
sakinləri  5  avtom obil  102  motosiklet  və  motorella  almışdı.  Sonrakı  illərdə  bu 
artım  davam  etmişdi.  Belə ki,  1965-ci ildə yerli əhali  11  avtomobil,  128 motorella 
və motosikl,  1966-cı ildə 17 avtomobil,  142 motorella və motosikl  1967-ci ildə isə
12  avtomobil,  165  motorella  və  motosikl  almışdılar108.  A parılan  tədqiqatlardan 
məlum  olur  ki,  1964-1967-ci  illərdə Dağlıq  Qarabağ sakinləri tərəfındən  alman 
avtomobillərin  539-dan,  358-i  kənd  əhalisinin  üzərinə  düşmüşdür.  Bu  faktm  özü 
isə  kənd  əhalisinin  m addi  rifah  halının  şəhərdə  yaşayan  əhaliyə  nisbətən  üstün
240
olmasını göstərir.  D QM V-də hava nəqliyyatmdan əkinlərin becərilməsində, kənd 
təsərrüfatı ziyanvericilərinə qarşı mübarizə işində istifadə edildi.
Çox  təssüflə  qeyd  etməliyik  ki,  DQMV XDS-nin  nümayəndələri  “DQMV 
haqqında  Q anun”un  II  fəslinin  23-cü  maddəsinini  əldə  rəhbər  tutaraq  vilayət 
daxiiindəki  bütün  yolların  planmı  özləri  tərtib  .və  təsdiq  etmiş  və  öz 
“məharətlərini” 
bir  daha  yol  çəkilişində  də  göstərmişlər109. 
Bölgənin 
azərbaycanlılar  yaşayan  kəndlərinə  yol  çəkmək  tamamilə  unudulmuşdu.  Həmin 
kəndlərdə  yenə  də,  keçmişdə  olduğu  kimi,  minik  və  qoşqu  kimi  atlardan, 
öküzlərdən,  kəllərdən,  xışdan,  furqonlardan,  arabalardan  istifadə  edilirdi. 
Azərbaycanlılar  yaşayan  kəndlərin  heç  birində  minik  avtomobili,  motosiklet, 
matorella  olması  faktı  qeydə alınmamışdır.  Azərbaycanlının  onu almağa  imkanı 
olsaydı  belə  yollar  yox  səviyyəsində  olduğundan  avtomabil  alm aq  onlar  üçün 
m araqlı deyildi.
1950-1960-cı  illərdə  Dağlıq  Qarabağda  yaşayan  insanların  məişətinə 
paltaryuyan  m aşınlar,  soyuducular,  tozsoranlar,  tikiş  maşınları,  elektrik 
çaynikləri,  radiopriyom nik,  televizor,  pionino,  elektrik  ütüləri  geniş  daxil 
olunmağa  başladı.  M əişətdə  istifadə  olunan  həmin  sənaye  məhsulları,  nəinki 
şəhər və qəsəbələrdə,  hətta  kənddə əhalinin daimi istifadə etdiyi gündəlik  tələbat 
mallırı  sırasma  daxil  olmuşdu.  Bəhs  edilən  illərdə,  sənaye  və  kənd  təsərrüfatı 
istehsalının, eləcə də əhalinin real gəlirinin artmasına müvafiq olaraq, DQMV-də 
əhalinin  məişət  elektrik  avadanlıqları  almasma  şərait  yaratmışdır.  Təkcə  4  il 
ərzində pərakəndə ticarət müəssisələrində satılmış gündəlik məişət avadanlıqların 
sayım  nəzərdən  keçirməklə  bir  daha  yuxarıda  deyilənlərin  şahidi  oluruq. 
Məsələn,  təkcə  1964-1967-ci  illərdə  DQM V  ticarət  obyektlərində  3242  tikiş 
maşını  (bundan  2727-si  kənd  əhalisi  tərəfindən  alınmışdır),  2097  paltaryuyan 
maşın  (bundan  1442-si  kənd  əhalisinə),  2510  soyuducu  (bundan  1629-u  kənd 
əhalisinə),  192  tozsoran  maşın  (bundan  4 kənd  əhalisinə),  72 döşəmə  silən,  7908 
radiopriyomnik  (bundan  5673-ü  kənd  əhalisinə),  3627  televizor  (bundan  1683-ü
241

kənd  əhalisinə),  6 milyon  360  min  m anatlıq mebel  (bundan  2  milyonu 228  mini 
kənd əhalisinə) satılmışdıno.
1950-1960-cı  illərdə  Azərbaycanda  poçt  rabitəsi  sürətlə  inkişaf  edirdi. 
1960-cı  illərin  əvvəllərində  bütün  rabitə  agentlikləri  rabitə  şöbələrinə  çevrildi. 
Bakıda rabitə  kontoru əvəzinə  poçtam t,  DQMV-də isə  rabitə  qovşağı  yaradıldı. 
Azərbaycan  hökuməti  başqa  sahələrdə  olduğu  kimi  Dağlıq  Qarabağda  rabitə 
müəssisələrinin  —   poçt,  telefon  teleqraf,  radiolaşdırma  və  televizyanın  inkişafı 
üçün  1961-1965-ci illərdə 621  min m anat,  1966-1970-ci  illərdə  isə  146 min manat 
vəsait  ayırdı111.  Bununla  belə,  bölgəyə  ixtisaslı  mütəxəssislər  və  avadanlıqlar 
göndərildi.  Ayrılmış vəsait hesabma DQMV-də  1962-1970-ci illər ərzində 42 yeni 
poçt,  teleqraf  və  telefon  müəssisəsi  açıldı.  Bununla  da,  1962-ci  ildə  Dağlıq 
Q arabağda  56  poçt,  teleqraf və  telefon  stansiyası  var  idisə  1970-ci  ildə  onlarm 
sayı  98-ə  çatdı.  1970-ci  ildə  ümumrespublika  üzrə  bu  göstərici  1555-ə  çatırdı112. 
1960-cı illərin sonlannda DQMV-də şəhər telefon stansiyalarmın sayı 9-a çatırdı. 
1970-ci  ildə  ümumrespublika  üzrə  şəhsr telefonlarmm  sayı  132  ədəd  idi.  1950-ci 
ildən  1970-ci  ilədək  olan  dövrdə  Azərbaycända  ATS-lərin  sayı  6-dan  84-dək 
çoxalmışdı.  Müvəfiq  illərdə,  DQMV-də  ATS-lərin  sayı  1-dən  3-dək  artm ışdı113. 
1970-ci ilədək ermənilərin kom pakt şəkildə yaşadığı bütün kəndlər, sovetliklər və 
kolxozlar  tam am   telefonlaşdırıldı.  Şuşa  rayonunda  bir  neçə  kənd,  Xankəndinə 
bitişik  bir  iki  kənd  müstəsna  olmaqla  Azərbaycanlılar  yaşayan  kəndlər  yenə  də 
“yaddan  çıxdı”  və  heç  bir  rabitə  xidməti  ilə  təmin  olunmadı.  Dövlətimizin 
bölgəyə  göstərdiyi  dərin  qayğı  nəticəsində  Dağlıq  Q arabağda  yaşayan  əhaliyə 
poçt,  teleqraf və  telefon  xidməti  dah a  d a  yaxşılaşdı.  Rabitə  xidmətində  çalışan 
fəhlə və qulluqçuların  sayı  1965-ci ildəki 619 qarşı,  1970-ci ildə 861  nəfərə çatdı. 
Müvafiq  illərdə  Dağlıq  Qarabağın  rabitə  xidmətində  çalışan  qadmların  sayı  53 
faizdən  63  faizə qalxdı114.  Rabitə xidmətində çalışan fəhlə və qulluqçuların aylıq 
əmək  haqqında  da  xeyli  artım   müşahidə  edilmişdir.  Belə  ki,  1965-ci ildə  Dağlıq 
Q arabağ  rabitə  işçilərinin  əmək  haqqı  64  m anat  idisə,  1970-ci  ildə  artaraq  81 
m anata çatm ışdırlıs.
242
1962-ci  ildən  1970-ci  ilədək  olan  dövrdə  DQMV-də  ATS-lərdə  daxil 
olmaqla  telefon  nömrələrinin  sayı  2100-dən  4022-yə,  telefon  aparatlarının  sayı 
3599-dan  8286-ya,  göndərilən  məktubların  sayı  1  milyon  156 mindən  5  milyon 
100  minə,  göndərilən  bağlam alann  sayı  26  min  ədəddən  70  min  ədədə,  alınan 
qəzet və jum alların  sayı  3 milyon  128  mindən 26 milyon  670 minə, şəhərlər arası 
telefon  danışıqlarınm  sayı  123  mindən  401  minə,  evə  göndərilən  təqaüdlər  267 
mindən  476 minə çatm ışdır116.  A parılan tədqiqatlardan məlum olur ki,  DQMV- 
də əhalinin rabitə xidməti  ilə təminatı ümumrespublika şəxsiyyətindən  30-40 faiz 
artıq olm uşdur117.
1950-1960-cı  illərdə  Azərbaycanda  radiorabitə  vasitələri  böyük  sürətlə 
inkişaf etmişdir.  Azərbaycan hökümətinin ayırdığı xüsusi vəsait hesabına  1966-cı 
ildə  Bakı-Şuşa,  1969-cu  ildə  Şuşa-Naxçıvan  radiorele  xətti  istifadəyə  verildi118. 
Bu  hadisə  DQM V-də  radiorabitənin  və  televiziya  verilişlərinin  inkişafma  daha 
da təkan verdi.  60-cı illərə qədər DQMV-də təkcə Xankəndi şəhərində yerli radio 
verilişləri  redaksiyası  fəaliyyət  göstərirdi.  Bu  vaxt  DQMV  üzrə  19242  radio 
qəbuledici  nöqtə  var  idi  (bundan  12246-sı  kəndin  payma  düşürdü).  1962-ci  ildə 
H adrud  rayonunda,  1965-ci  ildə  Şuşa  şəhərində,  1966-cı  ildə  isə  Ağdərə  və 
Xocavənd  rayonlarm da  yerli  radio  verilişləri  redaksiyası  yaradıldı119.  Ərazinin 
radiolaşması  ilə  əlaqədər  1970-ci  ildə  radioqəbuledici  nöqtələrin  sayı  artaraq 
24261-ə  (bundan  15143-ü  kənddə  fəaliyyət  göstərirdi)  çatdı.  1970-ci  ildə 
A zərbaycanda cəmi  1  milyon 701  min radioqəbuledici nöqtə var idi120.
1956-cı ildən  Bakıda Azərbaycan televiziya mərkəzi öz fəaliyyətinə başladı. 
1970-ci  ildə  isə  radiorele  xətii  vasitəsilə  Bakı  televıziya  stansiyası  ilk  dəfə 
M oskvadan rəngli televiziya proqramlarını göstərmək imkanı əldə etdi. A rtıq 60- 
cı  illərdən  bütün  DQM V-in  ərazisində  televiziya  vasitələri  yayımlanmağa 
başlamışdır.  Aparılan  hesablam alara  görə,  təkcə  1964-1967-ci  illərdə  Dağlıq 
Q arabağda yaşayan əhali D QM V ticarət mərkəzlərindən 7908  televizor (bundan 
5673-ü  kənddən)  almışlar.  1965-ci  ildə  bütövlükdə  DQMV-də  10  milyon 
radioqəbuledici,  16  min  televizor  var  idi.  1970-ci  ildə  onların  sayı  2  dəfə

artm ışdır121.  Lakin  bütün  bunlara  baxmayaraq,  DQMV-də  rabitə  şəbəkəsinin 
inkişaf  səviyyəsi  və  sürəti  (xüsusi  olaraq,  azərbaycanlılar  yaşayan  kənd 
yerlərində) əhalinin durm adan artan təlabatm dan hələ də geridə qalırdı.
Azərbaycan  höküməti  D QM V  də  əhalinin  sağlamlığının  qorunmasını 
həmişə diqqət mərkəzində  saxlamışdır.  DQMV-də həkimlərin  və tibb  işçilərinin 
sayını  artırm aq,  müalicə-proflaktika  müəssisələrinin  şəbəkəsini  genişləndirmək, 
tibb müəssisələrinin dərm an pereparatları və ləvazimatlarla təmin  etmək əhalinin 
sağlamhğı  mühavizəsi  üçün  sanatoriya,  kurort  müalicə  və  istirahət  evlərinin 
saymı artırm aq, ümumiyyətlə vilayət əhalisinə tibbi xidməti  ilbəil yaxşılaşdırmaq 
məqsədilə  Azərbaycan  höküməti  mühüm  tədbirlər  həyata  keçirdi.  İlk  növbədə, 
bu  sahəyə  böyük  məbləğdə  vəsait  ayırdı  və  həmin  vəsaitin  m iqdannı  ildən  ilə 
artırdı.  Belə ki,  Azərbaycan  hökuməti  Dağlıq  Q arabağda əhaliyə  tibb xidmət və 
sağlamlığın  mühavizəsi  üçün  1950-ci  ildə  1  milyon  287min  m anat  vəsait 
ayırmışdırsa,  1960-cı  ildə  2  milyon  385  min  m anata,  1965-ci  ildə  3  milyon  620 
min m anata,  1967-ci  ildə  3  milyon  988  min m anata,  1970-ci ildə  isə artırılaraq 4 
milyon  78  m anata  çatdırılm ışdır'22.  Ümumiyyətlə,  1950-ci  ildən  1970-ci  ildək 
Azərbaycan  höküməti  DQMV-də  səhiyyənin  inkişafına  42  milyon  351  min 
m anat vəsait ayrm ışdır123.
Bundan  əlavə,  Azərbaycan  höküməti 
1966-1970-ci  illərdə  Dağlıq 
Qarabağın  kolxozlarına,  mədəni-məişət  obyektləri,  o  cümlədən,  xəstəxanalar 
tikmək  üçün  991  min  m anat  uzunmüddətli  kredit  verdi124. 
Bəhs  etdiyimiz 
dövrdə,  DQM V-də  səhiyyə  işlərinə  ayrılan  vəsait  Naxçıvan  MSSR-na  ayrılan 
vəsaitdən  2,7  dəfə  çox  idi.  DQM V-də  böyüməkdə  olan  nəslin  tərbiyəsı  və 
səhətinin  qorunması  üçün  dövlətimizin  sərf  etdiyi  vəsait  adam başına  1965-ci 
ildəki  49,3  m anatdan,  1969-cu  ildən  54,9  m anata  çatmışdı.  DQMV-də  əmək 
qabiliyyətini  itirmiş  valideyinlərin  hər  bir  ailə  üzvünə  1965-ci  ildə  27  m anat  pul 
ayrılırdısa,  1970-ci  ildə  40,6  m anata  qalxmışdır.  Müvafiq  illərdə,  təkcə  əhalinin 
sağlamlığının  qorunm ası  və  istirahət xərcləri  üçün  ayrılan  vəsait  40,2  m anatdan
44,3 m anata yüksəlmişdir.
1950-ci  ilin  yanvarında  Dağlıq  Qarabağ  Vilayət  Partiya  komitəsində 
mövcud  vəziyyət  təhlil  edildi  və  həmin  ilin fevralında  D QM V  XDS-nin,  Vilayət 
Partiya  Komitəsinin,  Şuşa,  Ağdərə,  Xocavənd,  Xankəndi,  H adrud  partiya 
komitələrinin  birgə  iclası  keçirildi.  Iclasda  DQMV-də  Səhiyyə  idarəsinin 
şəbəkəsinin  inkişafı,  tikiləcək  səhiyyə  ocaqlarınm  Vilayət  ərzində  yerləşdiriməsi, 
yolxucu  xəstəliklərə  qarşı  mübarizə,  müalicə  proflaktika  idarələrinə  dərman  və 
tibbi  məmulatlarının  paylanması,  qadınlarm  və  uşaqların  mühafızəsi  sahəsində 
vəzifələr,  kurortlarm   mühafizəsi,  bərpası,  genişləndirilməsi  və  başqa  məsələlər 
müzakirə  edildi.  Azərbaycan  hökümətinin  ayırdığı  vəsaitin  istiqamətləri 
müəyyənləşdirildi.
Azərbaycan  hökümətinin köməyi nəticəsində,  1950-1960-ci  illərdə DQMV- 
də  yeni  səhiyyə  müəssisələri,  müalicə  proflaktika  idarələri,  dispanserlər, 
sanitariya-m aarif evləri, sanitariya-epidamoloci stansiya, qanköçürmə stansiyası, 
uşaq  xəstəxanaları,  doğum   evləri,  polikninika  və  amblotoriya  tikilib  istifadəyə 
verilmişdir.  1950-ci  ildən  1970-ci  ildən  DQMV  ərazisində  988  çarpayılıq  22  hər 
cür avadanlıqlarla təchiz olunm uş xəstəxana tikilib istifadəyə verildi.  Bəhs edilən 
illərdə,  Dağlıq  Q arabağda  xəstəxanaların  sayı  16-dan  38-ə,  qadm  və  uşaq 
məsləhətxanalarının  sayı  3-dən  11-ə,  “feldşer-mama” məntəqələrinin  sayı  68-dən 
120-yə,  sanitar-epidamoloci  stansiyaların  sayı  1-dən  5-ə  çatdı125.  Ümumiyyətlə 
bəhs  edilən  illərdə,  DQM V-də  səhiyyə  müəssisələrinin  sayı  88-dən  174-ə  qalxdı. 
1940-1970-ci  illərdə  ümumrespublika  üzrə  xəstəxanaların  sayı  222-dən  779-a 
onlardakı  çarpayılarm   sayı  12,6  mindən  48,8  minə,  am bulator-polikninika 
müəssisələrinin  və  qadın  məsləhətxanalarınm  sayı  1097-dən  1388-ə  qədər 
artm ışdı126.
1970-ci ildə D Q M V  -d ə  fəaliyyət göstərən  1575 yerlik  38  xəstəxananın,  17- 
si  (1160  yerlik)  şəhərin,  21-i  (415  yerlik)  kəndin  payına  dürüdü.  Dağlıq 
Qarabağm  mərkəzi  xəstəxanalarında  255  yerlik  (bundan  152-si  kənddə,  103 
şəhərdə)  uşaqlı  və  hamilə  qadınlar  üçün  yer  ayrılmışdı.  1970-ci  ildə  Dağlıq 
Q arabağda  fəaliyyət  göstərən  qadın  və  uşaq  məsləhətxanalarından  11-də  şəhər,

rayon  mərkəzi  və  qəsəbələrin  payına  düşürdü.  1950-d  ildə  6  qadın  və  uşaq 
məsləhətxanalarından 3-ü şəhərin  3-ü kəndin üzərinə düşürdüsə, kənddə fəaliyyət 
göstərənlərin  sayı  1960-a  ildə  azalaraq  2-yə,  1962-d  ildə  1-ə  və  1963-cü  ildə  isə 
tamamilə  ləğv  edildi127. 
Ərazidə  fəaliyyətdə  olan  bütün  qadın  və  uşaq 
məsləhətxana  və  am bulatoriyalar  şəhərdə,  rayon  mərkəzlərində  və  qəsəbələrdə 
yerləşdirilmişdi.
Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1950-1960-cı  illərdə 
DQM V-də yaradılmış 22 böyük həcmli xəstəxanaların yerləşdirilməsində DQMV 
XDS  ikili  mövqe  tutm uşdur:  Xankəndi  rayonunda  1950-ci  ildə  10  yerük  1 
xəstəxana  var  idisə,  1970-ci  ildə  artıq  xəstəxanaların  sayı  5-ə,  yerlərin  sayı  isə 
165-ə  çatdı.  Ağdərə  rayonunda  5-dən  (82  yerlik)  11-ə  (303  yerlik),  Xocavənd 
rayonunda  2-dən  (45  yerlik)  5-ə  (240  yerlik),  Hadrud  rayonunda  3-dən  (65 
yerlik),  7-yə  (180  yerlik),  Azərbaycanlılarm  daha  çox  yaşadığı  Şuşa  rayonunda 
isə 3-dən (110 yerlik), 4-ə (170 yerlik) qalxmışdı.  1950-1960-cı illərdə yeni tikilmiş
22  xəstəxananın  yalnız  1-i  Şuşa  rayonunun  payına  düşmüşdü.  Yerdə  qalan  21 
xəstəxananm  hamısı  ermənilərin  daha  çox  cəmləşdiyi  ərazilərdə  yerləşmişdir128. 
Azərbaycanhlar yaşayan  kəndlərin  demək olar  ki,  heç birində,  nəinki,  xəstəxana 
heç am ölator mərkəz belə yox idi.
1950-1960-eı  illərdə DQMV-də, xəstəxanaların saymda  artım  olduğu kimi, 
ali  və  orta  ixtisas  təhsilli  mütəxəssislərində  saymda  xeyli  artım  müşahidə 
edilmişdir.  1950-ci ildə Dağlıq Q arabağda 86 həkim var idisə,  1970-ci ildə onlarm 
sayı  240  nəfərə  çatmışdır.  Həmin  illərdə  orta  tibb  işçilərinin  sayı  621  nəfərdən 
1502 nəfərə qədər qalxmışdır. Tibb işçiləri və həkimlərin 40 faizi kənddə,  60 faizi 
şəhərdə  işləyirdi129. 
Azərbaycan  höküməti,  Dağlıq  Qarabağa  mütəxəssislər 
göndərməklə  yanaşı,  Xankəndində  1932-d  ildən  fəaliyyətə  başlayan  tibb 
məktəbinin  inkişafına  şəsait  yaratmış  və  buranı  bitirən  orta  ixtisas  təhsilli  tibb 
işçiləri  D ağlıq  Q arabağın  səhiyyə  ocaqlarında  işləyirdilər.  DQM V-nin  səhiyyə 
müəssisələrində  işləyən  ali  və orta,  natam am  orta təhsilli həkim,  tibb işçisi, xəstə 
baxıcılarımn  (sanitarların)  sayının  ilbəil  artması  ilə  yanaşı 
onların  aylıq

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə