AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə17/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

246
qazancında  d a  irəliləmələr  müşahidə  edilmişdir.  Belə  ki,  1965-d  ildə  səhiyyə 
işçilərinin  əmək  haqqı  74  m anat  idisə,  1970-d  ildə  79  m anata  qalxmışdır130. 
Aparılan  hesablam alara  görə,  DQMV-nin  xalq  təsərrüfatında  çalışan  ümumi 
fəhlə  və  qulluqçulann  içərisində  səhiyyə  işçiləri  29,2  faiz  təşkil  edirdi131. 
Dövlətimiz  Dağlıq  Qarabağın  səhiyyə  müəssisələrini  -vaxtaşırı  olaraq  aü  təhsilli 
mütəxəssislərlə təm in edirdi.  Belə ki,  1968-d il yanvar m əlumatına görə, DQMV- 
nin xəstəxanalarında 20 cərrah,  58  can həkimi,  15 qadın həkimi,  30 uşaq həkimi, 
5  göz  həkimi,  18  yolxucu  xəstəliklərə  qarşı  mübarizə  həkimi,  3  burun-qulaq- 
boğaz  həkimi,  3  əsəb  xəstəliklərinə  qarşı  mübarizə  həkimi,  5  dəri  zöhrəvi 
xəstəlikləri  həkimi,  6  rentgen  həkimi,  11  ağız  boşluğu,  çənə  və  o na  yaxm 
orqanların  həkimi,  14 diş həkimi var idi132.  Aparılan  hesablam alara görə,  1923- 
cü  ildə  hər  10000  nəfərə  1,1  həkim  düşürdüsə,  1940-cı  ildə  bu  göstərici  5,1-ə, 
1965-ci  ildə  14,9-a,  1970-d  ildə  isə  15,8-ə  çatmışdır.  X əstəxanalarda  hər  10000 
nəfərə  düşən  çarpayıların  sayı  isə  1923-cü ildə  7,6,  1940-cı  ildə  23,4,  1965-d ildə 
9 4 ,7 ,1970-ci ildə isə artaraq  103,6-ya çatmışdır133.
İstər  əhalinin  həkimlərlə təminatı  səviyyəsini,  istərsədə çarpayılann hər  10 
min  nəfərə  düşmə  səviyyəsini  tədqiq  etsək  görərik  ki,  DQM V-dəki  göstəricilər 
istər  ümum respublika  üzrə,  istərsə  də  Naxçıvan  MSSR  ilə  müqayisədə  daha 
üstün  mövqeyə  m alik  olmuşdur.  Məsələn,  1965-d  ildə  hər  10  min  nəfərə  düşən 
xəstəxana  çarpayılarm ın  sayına  görə,  ümumrespublika  üzrə  85,7-i  Naxçıvan 
MSSR  üzrə  83,5  ədəd  düşürdüsə,  yuxarıda  qeyd  etdiyimiz  kimi  DQM V-də  94,7 
ədəd  çarpayı  düşmüşdür.  Bundan  əlavə,  hər  10  min  nəfərə  düşən  orta  tibb 
işçilərinin sayı ümumrespublika üzrə 67,4 nəfər, Naxçıvan MSSR üzrə 57,7 nəfər, 
DQMV-də isə 88,6 nəfər düşmüşdür.  Bütiin ixtisaslardan olan həkimlərlə təminat 
(hər  10 min nəfərə) Naxçıvan MSSR-da 12,3 nəfər, DQMV-də  14,9 nəfər idi134.
Ə w əlki  illərdə  olduğu kimi,  1950-1960-cı  illərdə də,  Azərbaycan  höküməti 
DQMV-nin  xəstəxana  və  müalicə  müəssisələrini  hər  cür  avadanlıqlar  və 
invertarlarla  təmin  etmişdir.  Xəstəxanalar  müasir  tipli  cihazlarla  təchiz  edilmiş, 
rentgen,  fızioterapiya  kabinləri və labarotoriyalar yaradılmışdır.  Bunun nəticəsi
247

idi ki, DQM V-də yolxucu xəstəliklərin — xüsusilə qızdırma, tif, traxom a və digər 
infeksion  xəstəiiklərin  kökü  kəsilmiş,  dizenteriya  və  brüselleoz  xəstəlikləri  xeyli 
azalmışdır.  1950-I960-cı  illərdə  əhalinin  sanitariya  gigiyena,  bilikləri  artmışdı. 
Vilayətdə uşaq  sağlamlıq  mərkəzi,  uşaq  sanatoriyası,  uşaq  bağçalan  və  körpələr 
evi, qadın və uşaq məsləhətxanaları işləyirdi.
1950-1960-cı  illərdə  DQM V-də  əhalinin  sağlamlığımn  mühafizəsində 
sanatoriya  kurart  müalicə  və  istjrahət  evləri  mühüm  rol  oynayırdı.  1968-ci  ildə 
DQM V-də  250  yerlik  1  sanatoriya,  275  yerlik  1  müalicə  və  istirahət  evi,  485 
yerlik  1  ponsionat  fəaliyyət  göstərirdi.  1970-ci  ildə  Azərbaycanda  cəmi  99 
istirahət  evi  və  sanatoriya  var  idi135.  Şuşa  şəhəri  Azərbaycanın  ən  gözəl  kurort, 
turizm ehtiyatlarına malik müstəsna əhəmiyyətli sağlamlıq ocaqlarından  biridir.
Hələ  X IX   əsrin  50-60-cı  illərində  Şuşa  şəhərini  kurort  şəhərinə  çevirmək 
ideyası  irəli  sürülmüşdür.  M əşhur  klimatoloqlar,  fıtizatorlar  və  mikrolioloqlar 
dəniz səthindən  1403 m etr hündürlükdə yerləşən  Şuşanm iqlim şəraitini, fauna və 
florasını  dəqiq  yoxladıqdan  sonra  mülayim  təbiətli  şəhərin  vərəm,  malyariya, 
isitmə,  qızdırma,  göy  öskürək  və  digər  xəstəliklərə  qarşı  böyük  müalicəvi 
əhəmiyyəti  olduğunu  söyləmişdilər.  1854-cü  ildə  Şuşanın  cənubunda,  18  km 
aralıda  Turşsu  deyilən  səfalı  güşədə  birdən-birə  güclü  təkanla  fəvvarə  vuran 
mədən  suyunun  çıxması  da  alimlərin  mülahizələrini  doğrultdu.  Ürək-damar 
sistemini,  mədə  və  bağırsaqların  fəaliyyətini  tənzim  edən  bu  suyun  müxtəlif 
növlərindən  istifadə  olunm aq  məqsədilə  həmin  yerdə  müalicə  otaqlarm dan,  su 
kanallarından  ibarət  ham am   tikildi.  Bu  cür  suyun  sorağını  alanlar  yaz-yay 
aylarında  Şuşaya  gəlir  və  tibb  işçilərinin  nəzarəti  altmda  müalicə  olunurdular. 
Dirlik,  sağlamlıq çeşməsi  olan  Turşsuda  hər il  yüzlərlə  xəstə  sayılıb  şəfa  tapırdı. 
Vaxtilə  Şuşanı  gəzən  xalq  şairi  Səməd  Vurğun  Şuşanın  şərəfli  tarixindən  söz 
açaraq  yazırdı  ki,  “Şuşa  təkcə  öz  füsünkar  təbiəti  ilə  deyil,  həm  də  poetik  və 
musiqi  mədəniyyəti  ilə  şöhrət  qazanmışdır.  Şuşa  Qafqazm  sənət  məbədi, 
Azərbaycan musiqisinin beşiyi olmuşdur”.
248
Çox  təssüflə  qeyd  etməliyik  ki,  gözəl  iqlimə  malik  kurort  şəhəri  olan  Şuşa 
1920-1950-ci  illərdə  erməni  vandalları  tərəfmdən  dağıdılmış  və  yaddaşlardan 
silinməyə cəhdlər göstərilmişdir.
Azərbaycan  höküməti  10  sentyabr  1968-ci  ildə  “Şuşa  şəhərində  kurort 
kompleksini  inkişaf  etdirmək  tədbirləri  haqqında” ■
  q əran   Şuşa  kurortunun 
inkişafı  üçün  əhəmiyyətə  malik  oldu  136.  Şuşanın  ümumittifaq  əhəmiyyətli 
sanatoriyaya  çevrilməsi  işi  ümumilli  liderimiz  H.Ə.Əliyevin  adı  ilə  bağlıdır. 
Burada  sağlamlıq  ocaqları,  istirahət  evləri,  çoxmərtəbəli  yaşayış  binaları  inşa 
edilmiş  və  növbədə  650-700  adam   dinjəlmişdir.  Şuşanın  havasını  İsveçrənin 
“Davos”  kurortu ilə  müqayisə edənlər yanılmırlar,  çünki Şuşanm havası və suyu 
xroniki  bronxit,  yuxarı  tənəffüs  yollarının  katarı,  ağ  ciyər  enfiziomasmm 
başlanğıc forması, bronxial astmanın başlanğıc forması, pleverit, qan azlığı, əsəb 
xəstəlikləri,  çox  yorğunluq,  kəskin  infeksion  xəstəlikləri  və  başqa  xəstəliklərin 
müalicəsi  üçün  əhəmiyyətə  malik  idi.  Şuşada  çox  böyük  müalicəvi  əhəmiyyəti 
Turşsu  ilə  yanaşı,  yel  xəstəliklərinin  dərmanı  olän  “Dəmirsu”,  “Köhnə  şir” 
dağımn  ətəyində  “Xəlfəli”  çayla  “Sarı  baba”  bulağmın  qovuşduğu  yerdə  mədə- 
bağırsaq  xəstəliklərinin  dərmanı  “Şirlan  suyu”  və  başqa  kaliumlu-karbonatlı 
bulaqlar  da  vardır.  Çox  təssüflər  olsun  ki,  zəngin  və  tayı  bərabəri  olmayan, 
kurort  turizm  ehtiyatlarına  malik  Şuşa  şəhəri  1992-ci  ildə  erməni  faşistləri 
tərəfmdən  ələ  keçirilmiş,  tarixi  abidələrimiz  dağıdılmış,  yandırılmış,  Şuşanı 
təmiz,  səfalı  dağ  havası,  meşələri  müalicəvi  əhəmiyyətli  mineral  bulaqları, 
mənzərəli  alp  çəmənlikləri  bir  qrup gəlmə  ermənilərin  yaşayış  kurort  mərkəzinə 
çevrilmişdir137.
Azərbaycan hökümətinin  1950-1960-cı  illərində DQM V-də əhalinin kütləvi 
istirahət  zonalarm dan  düzgün  istifädə  etməsi  üçün  şərait  yaratması,  vaxtında 
yolxucu  xəstəliklərin  qarşısmı  alması,  Vilayətin  əhalisinə  lazım  olan  səviyyədə 
müalicəvi  əhəmiyyəti  dərman  və  tibb  məmulatları  ilə  təmin  etməsi,  səhiyyə 
idarələri  şəbəkələrinin  genişləndirmək üçün  ilbəil  vəsaitin miqdarını  artırması  və 
sair  tədbirlər  həyata  keçirməsi  ölüm  hallarımn  azalmasma,  uzunömürlülüyə
249

səbəb  olmuşdur.  1960-cı  il  məlumatına  görə,  DQMV-də  85-89  yaşında  olanlar 
996  nəfər,  90-99  yaşında  olanlar  708  nəfər,  100  yaşa  yaxın  və  yüzü  keçənlər  isə 
188 nəfər olm uşdu138.  1970-ci il məlumatında isə yuxarıdakı göstəricilər təxminən 
20-30  faiz  artm ışdır.  Məsələn,  1970-ci  il  məlumatma  görə  təkcə  yaşı  100-ü 
keçənlərin  sayı  239  nəfəri  keçmişdir.  Uzunömürlülərin  70  faizindən  çoxu 
qadm ların üzərinə düşmüşdür139.
1970-ci  il  m əlumatına görə,  Azərbaycanda orta ömür  72  il  olmuşdursa,  bu 
göstərici  respublikamızın  ən  səfalı  güşələrindən  biri  olan  DQM V-də  75  ilə 
çatm ışdır140.  DQMV-dən  uzunömürlülərin  çoxu  dağlıq  və  dağətəyi  ərazilərdə 
gözəl  havası,  suyu  olan  kəndlərdə  yaşamışlar.  Məsələn,  Tuğ,  Çapar,  Ksabed, 
M etistağlar,  Azıx  və  başqa  kəndlərdə  uzunömürlülər  daha  çox  sayda  idi.  Yer 
üzərində  əsrarəngiz  təbiətinə  görə  tayı  bərabəri  olmayan  Şuşa  şəhərində  1950- 
1960-cı illərdə yaşı  100-ü keçənlərin sayı 20 nəfər qeydə alınmışdır.  Bunlara misal 
olaraq,  133  yaşlı  Səlim  Hüseynovun,  109  yaşlı  Zəhra  Cabbarovanı,  138  yaşlı 
Zərifə  Quliyevanı  və  başqalarmı  göstərə  bilərik141.  DQMV-nin  hər  kəndində, 
qəsəbəsində  uzunömürlüllərə rast gəlmək mümkündür.  Uzunömürlülüyün sayına 
görə,  Dağlıq  Qarabağ,  nəinki,  Azərbaycanda  hətta  Şərq  ölkələrində  və  dünyada 
məşhurdur,  Məsələn,  1950-1970-d  illər  statistik  məiumatlarına  istinadən  deyə 
bilərik ki,  keçmiş SSRi-də yaşı  100 və  100-dən yuxarı olanların  sayı  hər  100 min 
nəfərə  10-12  nəfər,  o  cümlədən,  Ukraynada 
6  nəfər,  Belarusiyada  13, 
Özbəkistanda 
10, 
RSFSR-də 
8, 
Qazaxıstanda 
10, 
Gürcüstanda 
51, 
Azərbaycanda 84,  Azərbaycanm  DQMV-də isə  144 nəfər təşkil  etmişdir.  İnkişaf 
etmiş  dünya  dövlətlərindən  ABŞ-da  bu  göstərici  1,5  nəfər,  Fransada  0,7  nəfər, 
İngiltərədə 0,6  nəfər təşkil  etmişdir142.  Statistik  məlumatlardan  göründüyü  kimi, 
yer üzərində uzun ömürlülüyünə görə Azərbaycanm Dağlıq Q arabağ bölgəsi öndə 
dayanmışdır.  Keçmiş  SSRİ  m əkanm da  isə  Azərbaycan  SSR-in  DQM V  birinci 
yerdə idi.  Bütün bunlar xain qonşularımızın diqqətindən  yayınmamışdır.  Vaxtilə 
dünyanm  müxtəlif  dövlətlərindən  Azərbaycana  köçürülən  ermənilərin  Dağlıq 
Qarabağı  yaşayı  yeri  kimi  seçməyi  təsadüfi  hadisə  deyildi.  Əlbəttə,  bölgənin
yeraltı və yerüstü təbii sərvətləri, saf suyu, təmiz havası, çıxılmaz meşəlikləri, min 
bir dərdin dərmanı olan meyvə bağları, sərin bulaqları —  zəngin flora və faunası 
bütün tarixi dövrlərdə məkirli və bic, bir qrup gəlmə ermənilərin ərazi iddalarına 
səbəb  olmuşdur.  Acgöz  və  bədniyyət  qonşularımız  müvəqqəti  də  olsa  XX  əsrin 
80-cı  illərinin  axırı,  90-cı  illərin  əvvəllərində  Azərbaycanm  qədim  yaşayış 
məskəni,  gözəl  səfa  güşəsini  işğal  etdilər.  İşğal  edilmiş  ərazilərimizdəki  təbii 
sərvətlərimiz qəddarlıqla xarici dövlətlərə və Ermənistana daşınır.
DQM V-də  insanların  sağlamlığının  möhkəmlənməsində,  onların  əmək 
qabiliyyətinin  saxlanılmasmda  bədən  tərbiyəsi  hərəkatı  mühüm  rol  oynayır. 
Azərbaycan  höküməti  başqa  sahələrdə  olduğu  kimi,  DQM V-də  bədən  tərbiyəsi 
və  idmanı  inkişaf etdirmək məqsədilə  1950-1960-cı  illərdə  xeyli  m iqdarda  vəsait 
ayırdı  və  həmin  vəsaitin  həcmini  ildən-ilə  artırdı.  Belə  ki,  həmin  məqsədlə 
DQM V-nə Azərbaycan  höküməti  1961-ci  ildə 20980  m anat  vəsait  ayrılmışdırsa, 
1965-ci  ildə  bu  rəqəm  27779  m anata,  1970-ci  ildə  isə  1,6  dəfə  artaraq  34300 
m anata qalxmışdır143. Sonrakı illərdə, bu artım, davam etdirilmişdir. Azərbaycan 
hökümətinin  ayırdığı  vəsait  hesabma  Dağlıq  Qarabağda  idman  qurğuları  və 
binalarm  şəbəkəsi  genişləndirildi.  1966-1970-ci illərdə  Şuşa şəhərində 28, Ağdərə 
rayonlannda  20,  Xocavənd  rayonunda  22,  H adrut  rayonunda  20  idman  zalı  və 
meydança  tikilib  Dağlıq  Qarabağ  sakinlərinin  istifadəsinə  verildi144.  Bəhs 
etdiyimiz dövrdə,  Xankəndi şəhərində  15  min  nəfərlik  stadion,  “dinam o”  idman 
kompleksi  və digər  idman qurğuları  tikilib  şəhər sakinlərinin  istifadəsinə verildi. 
D ekabr  1970-ci  il  məlumatına  görə,  DQMV-i  ərazisində  43  fudbol  meydançası, 
277-i voleybol, tennis bosketbol meydançaları  fəaliyyət göstərirdi145.  Azərbaycan 
höküməti  Dağlıq  Q arabağda  yaradılmış  idman  mərkəzini  idman  qurğuları, 
lazımı avadanhqlarla təmin edirdi.
1950-1960-cı  illərdə  Dağlıq  Qarabağda  bədən  tərbiyə  və  idmanın  inkişafı 
üçün  bədən  tərbiyəsi  və  idm an  kollektivləri  yaradılması  işi  ildən-ilə 
genişləndirilmişdi.  Məsələn,  1960-cı  ildə  12  min  445  idmançmı  birləşdirən  172-i 
bədən  tərbiyəsi  və  idm an  kollektivi  var idisə,  1965-d  ildə  18  min  615  idmançmı
251

birləşdirən  210  bədən  tərbiyəsi  kollektivi,  1970-ci  ildə  isə  24896  idmançmı 
birləşdirən  317 bədən tərbiyəsi və idman kollektivi yaradılmışdır146.  1950-1960-cı 
illərdə  DQMV-də əhalinin  18  faizindən  çoxu  bədən tərbiyəsi  və  idmanla  məşğul 
olmuşlar.
Azərbaycan  höküməti  Dağlıq  Q arabağda  bədən  tərbiyə  və  idman  inkişaf 
etdirmək üçün  1960-cı  ildə  56,  1970-ci ildə  isə 96 ali  və orta  ixtisas təhsilli  bədən 
tərbiyəsi  və  idman  mütəxəssisi  göndərilmişdi146.  Bədən  tərbiyəsi  və  idman 
sahəsində məşğul olan işçilər aylıq əmək haqqı  1965-ci ildə 74 m anat,  1970-ci ildə 
isə  artırılaraq  79  m anata  çatmışdı147.  Dağlıq  Q arabağ  M uxtar  Vilayətində 
idman  oyunları,  yarışlar  və  sportagiadalar,  bədən  tərbiyəsi  hərəkatının  geniş 
yayılması  böyük  əhəmiyyət  kəsb  edirdi.  DQMV-də  bədən  tərbiyə  və  idmanın 
inkişafı  üçün  könüllü  idman  cəmiyyəti  minlərlə  oğlan  və  qız  arasında  müntəzəm 
idman  işi  aparırdılar.  Bununla  yanaşı,  Dağlıq  Qarabağm  pioner düşərgələrində, 
əmək  və  istirahət  düşərgələrində,  idman  tipli  düşərgələrində  bədən  tərbiyəsi  və 
idman  yarışları  keçirilir və  burada  yaşayan gənc nəslin  sağlamhğmm  qorunması 
üçün  böyük  əhəmiyyətə  malik  olurdu.  Dağhq  Q arabağ  idmançıları  rayonlar 
arası,  respublika  və  ittifaq yarışlannda  iştirak  edirdilər.  1971-ci  ildə  DQMV-də 
32 nəfər  idmançı yanşlarda  göstərdikləri  yüksək  nəticələrə görə,  birinci dərəcəli 
idmançı,  3550  nəfər  idmançı  isə  göstərdikləri  nəticələrdən  aslı  olaraq  II  və  III 
dərəjəli idmançı və “gənc idmançı” adına layiq görülmüşlər148.
Beləliklə,  1950-1960-cı  illərdə  Azərbaycan  hökümətinin  həyata  keçirdiyi 
kompleks  tədbirlər  nəticəsində,  DQMV-də  milliyətcə  erməni  əhalisinin  maddi 
rifah  halınm   yüksəlməsi  təmin  olunmuş  və  onların  əmək,  məişət  şəraiti 
yaxşılaşmışdır.  Azərbaycan  DQM V  ərazisində  məskunlaşan  ermənilərin  maddi 
rifah  halı  və  məişət  şəraiti,  istər  ümumrespublika  şəxsiyyətindən,  istərsə  də 
Naxçıvan M SSR və digər rayonlardan dəfələrlə yüksəkdə dayanmışdır.  Aparılan 
hesablam alara  görə,  1960-cı  ildən  1970-ci  ilin  əvvəllərinədək  olan  dövrda 
adam başına  düşən  məhsul  istehsalınm  həcmi  ümumrespublika  üzrə  140,5  faiz, 
DQM V-də  250  faiz  artmışdır.  Həmçinin,  sənaye  məhsulları  istehlakçmm  həcmi
252
ümumrespublika üzrə 229  faiz,  DQMV-də 281  faiz, kapital xərcmin artım  həcmi 
ümumrespublika  üzrə  219  faiz,  DQM V-də  417  faiz,  ticarət  m al  dövriyyəsinin 
həcmi  ümumrespublika  üzrə  240  faiz,  DQMV-də  279  faiz,  məişət  xidməti  işi 
ümumrespublika üzrə 540 faiz, DQMV-də 550 faiz artım  olm uşdur149.
Bunanla  yanaşı,  Dağlıq  Q arabağda  azərbaycanlılar  yaşayan  kəndlərə 
erməni  rəhbərliyi  tərəfındən  ögey  münasibət  göstərilmiş,  demək  olar  ki,  heç  bir 
kənddə  sosial  obyekt  tikilməmiş,  nəticədə  onlarla  müsəlman  kəndləri  boşalıb, 
doğulmışdı.  1950-1960-cı  illərdə  Dağlıq  Qarabağda  yaşayan  Azərbaycanlılarm 
maddi  həyat  tərzi  aşağı  səviyyədə  qalmaqda  davam  edirdi.  Onların  əldə  etdiyi 
məvacib dolanışığm minumum həddindən aşağı idi.
253

XIFƏSİL
DAĞLIQ QARABAĞ MUXTAR VtLAYƏTİNDƏ MƏDƏNİ Y Y ƏTİN 
İNKİŞAFl TƏHSİL, MƏDƏNİ-MAARİF VƏ MƏTBUAT 
(XX YÜZİLLİYİN 50-60-CIİLLƏRİ).
Sovet  Rıısiyası  Azərbaycanda  öz  hakimlik  mövqeyini  daim   saxlamaq 
məqsədilə  süni  sürətdə  1923rcü  ildə  “Dağlıq  Qarabağ  M uxtar  Vilayəti”nin 
təşkilinə nail oldu. Bu “xəyanətkar səxavətlilik” Azərbaycanm  Milli mənafeyinə, 
Vətənin  gələcəyinə  ciddi,  ağır  ziyan  vuran  bağışlanılmaz  cinayət  idi.  Çünki 
Muxtar  Vilayət  yarandığı  gündən  özünü  Azərbaycanın  qanunlarm a  tabe 
olmayan  dövlət  içərisində  dövlət  kimı  aparırdı.  Həmçinin,  Ermənistan  və  onu 
himayə  edən  qüw ələr  “Qarabağ  kartı”ndan  öz məqsədləri  üçün  istifadə  etməyə 
şərait  yaratdı.  Bütün  XX  yüzillik  ərzində  Qarabağı  Ermənıstana  birləşdirməyə 
cəhd  edən  ermənilər  faktları  saxtalaşdıraraq  ictimai  rəyi  öz  tərəfmə  çəkmək 
məqsədilə əzabkeş obrazmdan çıxış edərək pis yaşadıqlanndan şikayət etməyə və 
Azərbaycan  höküməti  tərəfindən  erməni  kəndlərinə  biganəlik  göstərilməsi  kimi 
böhtançt fıkirlər yaymağa başladılar.  Halbuki, tarixi faktlar rəhimsiz ermənilərin 
tamamilə  yalan  və  böhtan  dediklərini  sübut  edir.  Bu  gün  kimliyindən  asılı 
olmayaraq, hər bir Azərbaycan ziyalısı yaramazların saxta mülahizələrinə biganə 
qalmamalı,  mötəbər  tarixi  mənbələrə  əsaslanaraq  əsl  həqiqəti  oxucuların 
nəzərinə  çatdırmalıdır.  XX  yüzilliyin  hansı  dövrünə  müraciət  etsək  Azərbaycan 
hökümətinin,  Azərbaycanm  başqa  əraziləri  ilə  müqayisədə  DQMV-nə  üstün 
münasibətinin  şahidi  olur,  Dağlıq  Qarabağ  rəhbərliyinin  isə  bölgədə 
azərbaycanlılar yaşayan  kəndlərə  məqsədli  şəkildə  biganəlik,  laqeyid  niünasibət 
bəslədiklərini  görürük.  1950-1960-cı  illər  Azərbaycan  SSR  DQMV-nin  mədəni 
quruculuq  tarixini  nəzərdən  keçirməklə  bir daha  yuxanda  dediklərimizin  şahidi 
olarıq:  M üharibədən  sonrakı  illərdə  Sovet höküməti  kommunist ideologiyasının 
hakim   mövqe  tutması  siyasətini  davam  etdirirdi.  İnsanlarm  şüuruna  sosializm 
cəmiyyətinin  ədalətli,  xalqm  azadlıq  və  səadətini  təmin  edən,  millətlər  arasında
254
dostluq və qardaşlığın qarantı olması ideyası yeridilirdi. Həmin ideyaların həyata 
keçirilməsində m əktəblər əsas rol oynayırdı. Bu dövrdə təhsil sahəsində qarşıdakı 
ən 
başlıca 
vəzifələr 
xalq 
maarifi 
şəbəkəsinin 
tədris-maddi 
bazasmı 
m öhkamləndirmək,  məktəbləri  pedaqoji  kadrlarla  təmin  etmək,  təlim-tərbiyə 
sistemini yaxşılaşdırm aq və tədrisin səviyyəsini yüksəltmək üçün əməli tədbirlərin 
həyata  keçirilməsi  müəyyən  edildi.  Belə  ki,  DQMV  m aarif  şöbəsinin  24  mart 
1965-ci  il  tarixli  “DQM V -nin  məktəblərini  pedaqoci  kadrlarla  təmin  etmək  və 
xalq  maarifi  şəbəkəsinin  tədris-maddi  bazasını  möhkəmləndirmək  tədbirləri 
haqqında”  qərarı  qəbul  edildi.  Təkcə,  1965-ci  ildə  Azərbaycan  höküməti 
tərəfmdən  D QM V-nin  xalq  təhsili  müəssisələrinin  təmirinə  181  min  manat 
məktəblərin  tədris  texniki  vasitələrilə  təmin  olunmasına  70  min  manat, 
laboratoriyalarına  və  kitabxanalarına  82  min  m anat  vəsait  ayrıldı.  Sonrakı 
dövrlərdə Azərbaycan höküməti  DQMV-də maarifın  inkişafına qoyulan  vəsaitin 
miqdarmı  artırdı.  Belə  ki,  1930-cü  ildə  DQMV-nin  xalq  maarifınə  ümumi 
vəsaitin  38,5  faizi  ayrılmışdırsa,  1950-ci  ildə  bu  rəqəm  63,7  faizə  (4078  min) 
qalxmışdı.  1967/1968-ci  tədris  ilində  ayrılan  vəsaitin  həcmi  təxminən  2  dəfədən 
çox  artaraq  9  milyon  625  min  m anata  çatmışdır.  Bu  Naxçıvan  M uxtar 
Respublikası  maarifinə  ayrılan  vəsaitdən  25  faiz  çox  dem ək  idi.  Nəticədə, 
bölgədə  tədris-tərbiyə  müəssisələrinin  şəbəkəsi  tədricən  genişlənir,  şagirdlərin 
sayı  artırdı.  Belə  ki,  1940-1960-cı  illərdə  DQMV-də  19  yeni  m əktəb  tikilib 
istifadəyə  verildi.  Bəhs  edilən  illərdə,  müəllimlərin  sayı  1696-dan  3030-a  çatdı, 
şagirdlərin  sayı  isə 40766-dan  36974-ə qədər azaldı.  Azərbaycan  SSR  DQM V-də
1940-1960-cı illərdə ümumtəhsil məktəblərinin, orada dərs deyən  müəllimlərin  və 
şagirdlərin artım dinamikasını aşağıdakı cədvəldən də aydın görm ək olar:
Müharibədən  sonrakı  dövrdə  Azərbaycan  SSR  DQM V -də,  başqa 
sahələrdə  olduğu  kimi,  mədəni-maarif və  m ətbuatın  inkişafm da  da  çox  böyük 
tərəqqi müşahidə edilmişdir.
1950-1960-cı  illərdə  Azərbaycan  hökuməti  DQ M V -də  m ədəni-m aarif 
müəssisələrini  inkişaf  etdirmək  üçün  bütün  lazımi  tədbirləri  həyata  keçirirdi.
255

Mədəni-maarif müəssisələri  içərisində  kitabxanalar,  əwəlki  illərdə  olduğu  kimi, 
bəhs  etdiyimiz  dövrdə  də,  Azərbaycan  hökümətinin  xüsusi  diqqət  mərkəzində 
olmuşdur.  Belə ki,  1950-ci ildə Azərbaycan höküməti  DQMV-də kitabxanaların 
komplektləşdirilməsi  üçün  166  min  m anat  vəsait  ayırdı23.  1953-cü  ildə  isə 
Azərbaycan  höküməti  DQMV-in  İcraiyyə  Komitəsi 
nəzdində  mədəniyyət 
idarəsi  təşkil  etdi.  Həmçinin,  yeni  kitabxana  binalarınm  tikilməsi,  mövcud 
kitabxana binalarının əsaslı təmjr edilməsi  və Vilayətdəki kitabxanalarm maddi- 
texniki  bazasının möhkəmləndirilməsi məqsədi  ilə 632 min m anat vəsait ayırdı24. 
Kitabxana  işçilərinin  ixtisasını  artırmaq  üçün  Şuşa  şəhərində  ixtisasartırma 
kursu  təşkil  edildi.  Təkcə  1958-ci  ildə  M.Qorki  adına  Vilayət  kitabxanasmın 
maddi-texniki  bazasmın  inkişaf  etdirilməsi  məqsədilə  Azərbaycan  Mədəniyyət 
Nazirliyi  tərəfindən  186  min m anat  pul  ayrılmışdır25.  Bölgəni  ixtisaslı  kadrlarla 
təmin  etmək  məqsədilə  1958-ci  ildə  DQMV-ə  Bakıdan  4  ali  təhsilli  mütəxəssis 
göndərildi26.  1960-1962-ci  illərdə  Vilayətdə  kitabxana  xidməti  ilə  təmin 
olunmayan  kənd  və  qəsəbələrdə  yeni 
müstəqil  kitabxanaların  və  səyyar 
fondların təşkili, fəaliyyətdə olan kitabxanalann yeni ədəbiyyatla təmin edilməsi, 
kitabxanalarm  yeni  bina,  avadanhq  və  bəzi  texniki  vasitələrlə  təchizi  sahəsində 
böyük  işlər  görüldü.  Azərbaycan  hökümətinin  gördüyü  bütün  bu  və  ya  digər 
tədbirlər öz müsbət  nəticəsini  verdi.  Belə  ki,  DQMV-də  1940-cı  ildə  66  müstəqil 
kitabxana  var  idisə,  1950-ci  ildə  onlarm  sayı  160-a,  1967-ci  ildə  isə  187-yə 
çatmışdı27.  Həmçinin  həmin  kitabxanalarda  olan  kitab  fondu  1940-cı  ildə  54 
min,  1950-ci ildə  150 min,  1960-cı ildə 857 min,  1970-ci ildə isə  1157 min nüsxəyə 
çatdı28.
Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur 
ki, 
DQMV 
istər 
kitabxanaların  sayma  görə,  istərsə  də  kitab  fondu  cəhətdən  ümumrespublika 
səviyyəsindən  çox  böyük  üstünlüyə  malik  olmuşdur.  Məsələn,  1961-ci  il  yanvar 
məlumatma görə Naxçıvan MSSR-da  135, A starada 20, Bərdədə 27, Saatlıda 22, 
Mingəçevirdə  18 kitabxana olduğu halda, DQMV-də bu göstərici  166-ya bərabər 
idi29.  Bu  vaxt  Bakı  şəhərində  172  kitabxana  fəaliyyət  göstərirdi30.  Həmçinin,
256
kitab  fondunda da  bu üstün  mövqe Vilayətdə mövcud olmuşdur.  Belə ki,  həmin 
ildə  kitab  fondu  Naxçıvanda  596  min  nüsxə  olduğu  halda,  DQM V-də  857  min 
nüsxəyə  bərabər  idi31.  Bu  vaxt  Bərdədə  128  min,  Ağcabədidə  169  min, 
Mingəçevirdə  103  min  kitab  oxucuların  istifadəsində  olm uşdur32.  Bütün  bunlar 
Azərbaycan hökümətinin Vilayətə göstərdiyi diqqət və qayğının nəticəsi idi.
Tədqiqatlar  nəticəsində  həm   də  bir  acı  həqiqət  aşkarlanm ışdır  ki,  Dağlıq 
Q arab a ğ  
rəhbərliyinin  diktəsi  ilə  Bakıdan  alınan  kitablär  Ermənistan  SSR-nin 
M yasnikov 
adm a  kitabxanasm a  verilir  və  oradan  erməni  dilində  kitablar 
ahnırdı. 
Həmin  kitablarda  isə  xalqımızm,  Qarabağm   tarixi  haqqında  təhrif 
olunm uş 
şəkildə  materiallar  verilmişdir.  Bununla  yanaşı, bəhs  etdiyimiz dövrdə, 
Vilayətin  erməni  rəhbərliyi  azərbaycanlılar  yaşayan  kəndlərə  biganə  münasibət 
göstərmişdi.  Belə  ki,  1951-ci  ildə  Vilayətin  H adrut  rayonunda  48,  Xocavənd 
rayonunda 47, X ankəndi rayonunda 50, Ağdərə rayonunda 50 kitabxana olduğu 
halda,  Şuşada  cəmi  8  kitabxana  fəaliyyət  göstərirdi33.  Xankəndi  rayonunun 
ermənilər 
yaşayan 
kəndlərində 
mədəni-maarif 
müəssisələri 
(xüsusilə 
kitabxanalar)  olduğu  halda,  həmin  rayonun  azərbaycanlılar  yaşayan  10 
kəndindən  yalnız  ikisində  (Kərkicahan  və  K osalarda)  kitabxana  var  idi.  Başqa 
kəndlərin  heç  birində  mədəni-maarif  müəssisələri  yox  idi.  Hələ  bu  azmış  kimi 
Vilayətin  azərbaycanlılar  yaşayan  kəndlərinin  kitabxanalarındakı,  onsuzda  az 
olan  kitabların,  demək  olar  ki,  10  faizi  Azərbaycan  dilində,  70  faizi  erməni 
dilində,  20  faizi  rus  dilində  idi34.  Məkirli  siyasət  sahiblərinin  xalqımıza  qarşı  bu 
cür “səxavətliliyi” sonrakı dövrlərdə də davam  etdirilmişdir.
M ədəni-m aarif işinin ən  kütləvi vasitələrindən biri də kino idi.  Azərbaycan 
hökuməti  1950-1960-cı  illərdə  DQMV-də  klublarm   şəbəkəsinin  genişləndirilməsi 
üçün  xeyli  vəsait  ayırmışdır.  Məsələn,  1950-ci  ildə  bu  sahəyə  393  min  manat 
vəsait  aynlm ışdırsa,  ildən-ilə  həmin  vəsait  artırılaraq  1960-cı  ildə  2  milyon  174 
min  m anata,  1968-ci  ildə  3  milyon  619  m anata  çatmışdır35.  Nəticədə,  Vilayətdə 
klubların sayı xeyli artmışdır.  1927-ci ildə burada 28  klub,  1940-cı ildə  151  klub 
var idisə,  artıq  1968-ci  ilin yanvarında  DQM V-də  190 klub fəaliyyət göstərirdi36.

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə