AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə18/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

257

Əgər  faktları  nəzərdən  keçirsək,  Azərbaycanın  başqa  əraziləri  ilə  miiqayisədə 
Vilayətdə  klubların  sayının  çox  olmasının  şahidi  olarıq.  Məsələn,  1%1-ci  il 
yanvar məlumatına  görə  Bakıda  117,  Naxçıvanda  122  klub  var  idisə,  Vilayətdə 
170  klub  (bundan  161-i  kənddə)  fəaliyyət  göstərirdi37.  Bəhs  etdiyimiz  illərdə, 
Ağsuda  18, Cəbrayılda  18, Zərdabda 20, Qaxda 23, Kəlbəcərdə  19, Mingəçevirdə 
13,  Tərtərdə  24  klub  var  idi.  DQMV-nin  rayonlarındakı  klubların  sayına 
gəldikdə isə qədim tarixə malik Şuşa şəhəri  və onun kəndlərindəki klubların  sayı 
qonşu Xankəndi rayonundakı klubların sayından 3 dəfə az idi.
1950-1960-cı  illərdə  Vilayətdə  kino  qurğularınm  saymda  da  artım 
müşahidə edilmişdir.  Belə ki,  1940-cı ildə burada kinoqurğulann sayı 22,  1950-ci 
ildə  38,  1960-cı  ildə  71-idisə,  1970-ci  ildə  kinoqurğuların  sayı  2  dəfədən  çox 
artaraq  153-ə  çatmışdır.  Bundan  8-i  səyyari,  145-i  stasionar  quraşdırılmış 
kinoqurğu  idi38.  Azərbaycan  hökumətinin  qayğıst  nəticəsində  Vilayətin  kino 
işçiləri  ildən-ilə  şəhər  və  kənd  əhalisinə  kino  xidmətini  getdikcə  yaxşılaşdırırdı. 
Belə ki,  1950-ci  ildə  287  min  kinoseans göstərilmişdirsə,  1960-cı ildə onların  sayı 
1431  minə,  1967-ci  ildə  isə 2521  minə çatmışdır.  1968-ci  ildə Vilayətin  kinoseans 
planı  127 faiz, tamaşaçılarla əhatə edilmə planı  108 faiz olmuşdur.39
Yuxarıdakı  faktlardan  aydın  göründüyü  kimi,  ,bəhs  etdiyimiz  illərdə, 
DQMV-də kino  xidməti  işi  xeyli  yaxşılaşmış,  geniş və rahat  qış  və yay kinoteatr 
müəssisələri tikilib istifadəyə verilmişdir.  Aparılan tədqiqatlar nəticəsində məium 
olur  ki,  kinofılmlərə  tamaşa  edən  insanların  sayına  və  kino  seanslarının  sayına 
görə  DQMV  keçmiş  ittifaq  miqyasında  ən  yüksək  yerlərdən  birini  tutmuşdur. 
Məsələn,  kino  qurğularının  sayma  görə  hər  1000  nəfərə  ittifaq  məkanında  5,4, 
Ermənistanda  2,9,  ümumi  respublika  miqyasında  3  qurğu  düşdüyü  halda 
DQMV-də bu göstərici  11,2-yə bərabər idi40.
1947-ci  ildən  Azərbaycanda  yaranan  Azərbaycan  Siyasi  və  Elmi  Bilikləri 
Yayan  Cəmiyyət  respublikamızm  hər  yerində,  o  cümlədən,  DQMV-də  mədəni- 
maarifin  inkişafında  xeyli  işlər  görmüşdür.  Həmin  cəmiyyət  öz  sıralarında  2,2 
min  ziyalını  və  istehsal  qabaqcılmı  birləşdirmişdir.  Vilayətdə  yaşayan  əhalinin
mədəni  səviyyəsinin  yüksəldilməsində  1958-ci  ildə  yaradılmış  Dağlıq  Qarabağ 
Dövlət  M ahnı  və Rəqs  ansam bhnın  xidmətləri  böyük olm uşdur.  Ansambl  1959- 
cu 
ildən  fəaliyyət  göstərməyə  başlamışdır.  Ansamblın  repertuarı  zəngin  və 
rəngarəng 
idi41.  O nun  repertuarında  keçmiş  SSRİ  xalqlarının  mahnı  və  rəqsləri 
miihüm 
yer  tuturdu. 
Kollektivə  Petrosyan  Svetlana  rəhbərlik  edirdi. 
Konsertlərdə  qədim  Azərbaycan  m ahnılarmın  erməni  dilində  səslənməsi  halları 
müşahidə  edilmişdir.  Qədim  Azərbaycan  el  havaları  və  m ahnılarım n  erməni 
dilində  oxunm ası 
təsadüfi  hadisə  deyildi.  Onların  məqsədi  bir  neçə  ildən  sonra 
həmin 
qədim el mahnılarımızı özününküləşdirmək olm uşdur və sonrakı hadisələr 
bir daha deyilənləri sübut etdi.
XX  əsrin  50-60-cı  illərində  DQMV-də  mədəni-maarif  işinin  inkişafında 
muzeylərin rolu böyük olmuşdur.  1959-cu ildə Şuşa şəhərində böyük Azərbaycan 
bəstəkarı  Ozeyir  Hacıbəyovun  ev  Muzeyi,  Sovet  İttifaqı  Qəhrəmanı  general- 
palkovnik  Mixail Parseqovun  Kolxozçu kəndində ev muzeyi,  Boqdan  K unçants 
adm a  muzey  yaradılmışdır.  Bundan  əlavə,  Xankəndi  Vilayət  və  ölkəşünashq 
muzeyi,  bəhs  etdiyimiz  dövrdə  Şuşa  şəhər  tarixi  muzeyində  fəaliyyət  göstərirdi. 
Muzeylərdəki  daim   yeniləşən  tarixi  eksponatlar  tam aşaçılarm   diqqətini  cəlb 
edirdi.  Muzey  daxilində  keçirilən  elmi-kütləvi  iş,  habelə  muzeylərin  təşkil 
etdikləri  ekskursiyalar,  səyyar  sərgilər,  müharibə  veteranları  və  əmək 
qəhrəm anları  ilə  görüşlər  əhali  arasm da  rəğbətlə  qarşılanırdı.  1970-ci  ildə 
Azərbaycanda 
cəmi 
27 
muzey 
var 
idi.42  Azərbaycanm 
rayonlarınm  
əksəriyyətində  muzey  olmadığı  halda  DQMV-də  bir  neçə  müxtəlif  muzey 
fəaliyyət göstərirdi. Bunlardan ən böyüyü isə Xankəndində yaradılmışdı.
Azərbaycan  SSR  DQM V-də  yaşayan  əhalinin  maariflənməsində,  ictimai- 
siyasi fəaliyyətinin artm asında m ətbuat əhəmiyyətli rol oynayırdı.
1960-cı  ildə  Azərbaycanda  107  qəzet  çıxırdı  ki,  bundan  1-ci  Naxçıvan 
M SSR-nin,  3-ü  DQM V-nin  paym a  düşürdü.43  1969-cu  ildə  isə  onlarm   sayı 
üm umrespublika  üzrə  118-ə  çatdı  ki,  bundan  5-i  D QM V-də  nəşr  olunurdu. 
Qəzetlərin  tiracında d a  böyük irəliləyiş müşahidə edilmişdir.  Belə ki,  1960-cı ildə
259

DQMV-də  qəzetlər  9,3  min  tirajda  buraxılırdısa,  1969-cu  ildə  24,3  min  tiraja 
çatmışdı.44 Vilayətdə  nəşr  olunan  qəzetlərdən  1-i  Azərbaycan dilində,  qalanları 
erməni  dilində  buraxılırdı.  Bundan  əlavə,  Vilayətdə  rus  dilində  “Sovetski 
Karabax” adlı qəzetdə nəşr olunurdu.  1923-cü ildən Xankəndində erməni dilində 
nəşr olunan “Sovetakan K arabax” (“Sovet Qarabağı”) qəzeti  1968-ci ildə ümumi 
Vilayət üzrə buraxılan  qəzetlərin birdəfəlik tiracma bərabər idi (13,5  min nüsxə). 
Ağdərə  rayonunda  1932-ci  ildən  nəşr  olunan  “Barekamutyun”  (“Dostluq”) 
qəzeti,  1966-cı  ildən  “Sosializmin  iqi”  (“Sosializm  yolu”)  adı  aitm da  çıxmağa 
başladı.45  1968-ci  ildə həmin qəzetin birdəfəlik tiracı  3,3 min nüsxəyə bərabər idi. 
Vilayətin  Xocavənd  rayonunda  1932-ci  ildən  “Aşxatanq” (“Əmək”)  qəzeti  çıxır. 
Həmin  qəzet  1966-cı  ildən  “Kommunizm”  adı  ilə  nəşr  edilmişdir.  1968-ci  ildən 
həmin  qəzetin  ümumi  tiracı  3  min  nüsxəyə  bərabər  idi.46  H adrud  rayonunda 
1933-cü  ildən  nəşr  olunmağa  başlayan  “Koltnteskan”  (“Kolxozçu”)  qəzetinin
1968-ci  ildə  birdəfəlik  tiracı  2,2  min  nüsxəyə  çatm ışdı47  Şuşa  şəhərində  1932-ci 
ildən nəşr  olunan  “Şuşa”  qəzeti,  1938-ci  ildə  “Sosialist  maldarlığı”,  1963-cü  ildə 
“Kolxoz bayrağı”,  1966-cı ildən  isə “Şuşa kurortu” adlandırılmışdır.  1968-ci ildə 
həmin qəzetin ümumi tiracı 2,3 min nüsxəyə çatmışdı.48
DQMV-də  mədəni-maarif  işi  Azərbaycanın  başqa  regionları  və  SSRİ-də 
yaşayan  digər  xalqlarla  mədəni  əməkdaşlıqla  inkişaf  edirdi.  Bölgədə  yaşayan 
mədəni-maarif işçiləri  Ermənistan SSR ilə daha yaxm əməkdaşlıq  edirdilər.  1950 
və 
1959-cu 
illərdə 
Moskvada 
Azərbaycan 
Ədəbiyyat 
və 
İncəsənəti
ongünlüklərində  Vilayətin  mədəniyyət  işçiləri  də  iştirak  etmişlər.  Bəhs  etdiyimiz 
dövrdə,  DQMV-də  kütləvi  çap  olunan  “Sovetakan  K arabax”  qəzeti  “Şərq 
qapısı”  qəzeti 'ilə  səhifələr mübadiləsi  aparırdı.  1963-cü  ilin m artm da  Moskvada 
Dağlıq  Qarabağ  ədəbiyyat  və  incəsənət  xadimlərinin  də  iştirak  etdiyi  görüşün 
mədəni-maarifm  inkişafına  təkan  verdi.  Çünki  vilayətin  ədəbiyyat  və  incəsənət 
xadimləri müsbət təcrübəsini öyrənir və bölgədə tətbiq edirdilər.
1950-1960-cı  illərdə  Dağlıq  Qarabağın  sənaye  müəssisələrində,  kolxoz  və 
sovxozlarında  iqtisadiyyat  öyrədilən  dərnəklər,  seminarlar  və  məktəblər
260
yaradılmışdır.  Vaxtaşırı  olaraq  vilayətin  istehsalat  qabaqcılları  ilə  müşavirə  və 
konfranslar keçirilir,  adlı-sanlı adamların təcrübəsinə dair vərəqlər və bülletenlər 
buraxılırdı.  Bütün  bunlar  isə  vilayətdə  yaşayan  əhalinin  mədəni  səviyyəsinin 
ümumi yüksəlişinə səbəb olurdu.
Bəhs  etdiyimiz  dövrdə,  bölgədə  yaşayan  ermənilərin  təşəbbüsü  ilə 
Mədəniyyət  Universitetləri  də  yaradılmışdır.  Arxiv  m ateriallarında  həmin 
Universitetlərin 
ermənilərin 
daha 
çox 
cəmləşdiyi 
ərazilərdə, 
xüsusilə, 
Xankəndində,  H aterkdə,  Çartazda,  Talışda  və  başqa  kəndlərdə  fəaliyyət 
göstərməsi  faktları  vardır.  Buradan  belə  bir  nəticə  çıxır  ki,  həmin  “Xalq 
Universitetləri”  burada  yaşayan  erməniləri  gələcəkdə  “Böyük  Em ıənistan” 
yaratm aq  kimi  bədnam   ideoloci  iş  aparmışdır  və  əsrin  sonlarında  baş  verən 
hadisələr  bir  daha  deyilənləri  sübut  etdi.  H ətta,  həmin  dövrdə  erməni 
məktəblərinin  nəzdində belə valideyin  Universitetləri  yaradılmışdı.  Universitetin 
lektorları  “xüsusi təlim” keçmiş, milliyyətcə erməni olan ziyalılar idi.
XX  yüzilliyin  50-60-cı  illərində  vilayət  əhalisinin  mədəni  və  ümumi  təhsil 
səviyyələrinin  yüksəldilməsində  radio  mühüm  rol  oynamışdı.  1933-cü  ildən 
Xankəndində yerli radio verilişi studiyası fəaliyyətə başlamış və XX yüzilliyin 60- 
cı  illərində  DQM V-nin  4  rayonunda  radio  verilişləri  studiyası  yaradılmışdı.49 
Belə  ki,1962-ci  ildə  H adrud  və  Xocavənd,  1965-ci  ildə  Şuşada,  1966-cı  ildə 
Ağdərədə  yerli  radio  verilişləri studiyası  fəaliyyətə başlamışdır.  İlk  yaranan vaxt 
vilayətdə  20  radio  nöqtəsi  fəaliyyət  göstərirdisə,  60-cı  illərin  sonlarında  radio 
nöqtələrinin  sayı  23  minə,  radioqəbuledicilərin  sayı  6  minə  çatdı.50  Aparılan 
tədqiqatlara  əsasən  müəyyən  edilmişdir ki,  adam başm a düşən  radio nöqtələrinin 
və 
radioqəbuledicilərinin  .  sayrna 
görə 
DQM V-də 
ümumrespublika 
göstəricilərindən 2 dəfə çox idi.
Beləliklə,  1950-1960-cı  illərdə  Azərbaycan  hökumətinin  böyük  qayğısı 
nəticəsində  D Q M V -də  mədəni-m aarif və  m ətbuat,  mürəkkəb  və  ziddiyyətli  hal 
müşahidə  edilsə  belə,  çox  mühüm  irəliləyiş  olmuşdur.  Vilayətdə  m ədəni-maarif 
müəssisələrinin sayı ilbəil çoxalırdı. Onlarla yeni kitabxanalar təşkil edilmiş, kino
261

qurğuları  istifadəyə  verilmişdir.  Bölgədə  yeni  klublar,  mədəniyyət  sarayları 
yaradılmış, mtızeylər açılmışdı.  Bəhs edilən illərdə DQMV-də qəzetlərin nəşri 2,7 
dəfə  artmış,  4  yeni  yerli  radio  verilişləri  studiyası  yaradılmışdı.  20  il  ərzmdə 
vilayətin  radio verilişlərinin  məzmunu dəyişərək  daha  cəlbedici  olmuşdu.  Bütün 
bunlar  isə  DQMV-də  yaşayan  əhalinin  mədəni  və  ümumi  təhsil  səviyyələrinin 
yüksəlməsinə müsbət təsir göstərmişdir.
T
əd
ri

il
i
DQMV-nin
bütün
məktəblərində
Bundan
İbtidai
məktəblər
Yeddillik 
və səkkizlik 
məktəb
Orta
məktəblər
M
ə
k

b


ri

sa
y
ı
Ş
a
g
ir
d


ri

sa
y
ı
M
ü
ə
ll
im


ri

sa
y
ı
m
ə
k

b

r
Ş
a
g
ir
d

r
1
M
ü
ə
ll
im

r
m
ə
k

b

r
Ş
a
g
ir
d

r
&
|
:zs
s
m
ə
k

b

r
Ş
a
g
ir
d

r
M
ü
ə
ll
im

r
1940-
196 40766 1696 45
1907 98 116
20264
908 35
18595 690
1941
1950-
7.06 33690 197.9 54 2000 111 111
15940
1001 40
15631 860
1951
1960-
7,08 26965 2662 46
1000 98 108
10088
112( 54
15877
1444
1961
1967-
215 36974 3030 48
1340 112 112
13751
135‘ 55
21883
1559
1968
1941-1961-ci  illərdə  Naxçıvan  M uxtar  Respublikasmda  məktəblərin  sayı 
196-dan  198-ə,  müəllimlərin  sayı  isə  1039-dan  2018-ə  çatdı.  Həmin  illərdə 
Naxçıvanda  2  məktəb,  Bakı  şəhərində  8  məktəb  tikilmişdirsə,  DQMV-də  10 
məktəb  tikilib  istifadəyə  verilmişdir.  1960-1961-d  tədris  ilində  Azərbaycanda 
300 səkkizillik  məktəb tikilmişdir ki,  bundan  13-ü  Naxçıvan  MSSR-nın  24-ü  isə 
DQMV-nin payına düşürdü.  Bəhs etdiyimiz tədris ilində, DQMV-də hər məktəbə
13  müəllim  düşürdüsə  Naxçıvan  M uxtar  Respublikasmda  b u   göstərici  11-ə
262
çatırdı.  Həmçinin  ümumrespublika  üzrə  bu  göstərici  11-ə  bərabər  idi.  Diqqəti 
cəlb  edən  məsələlərdən  də  biri  ondan  ibarətdir  ki,  arxiv  m ateriallarında, 
yaradılmş  məktəblərin  yerləşdiyi  ərazilərin  hamısı  ermənilərin  cəmləşdiyi 
kəndlərdə  olması  faktları  müəyyənləşmişdir.  DQM V-də  bütün  kargüzarlıq, 
məhkəmə işləri, erməni məktəblərində təhsil erməni dilində aparılırdı. DQM V-də 
idarə  orqanlarında  az-çox  çalışan  azərbaycanlılar  erməni  dilində  danışmalı, 
dövlət  sənədləri,  rəsmi  yığmcaqlardakı  mühazirələr  və  sair  erməni  dilində 
aparılırdı.  H ər  yerdə  erməni  daşnakları  tərəfmdən  məqsədli  şəkildə  Azərbaycan 
dili sıxışdırılır, tariximiz, ədəbiyyatımız yaddaşlardan silinirdi.
DQM V-də  gənclərin  və  yaşlılarm  istehsalatdan  ayrılm adan  təhsil  alması 
üçün  1967-1968-ci  dərs  ilində  22  ümumtəhsil  məktəbi  fəaliyyət  göstərirdi.  Bu 
məktəblərdə  1360  istehsalatçı  təhsilini  artırırdı.  Bölgədə  yeddillik  və  o rta qiyabi 
axşam  məktəbləri  də  fəaliyyət  göstərirdi  ki,  onların  sayı  ümümrespublika 
səviyyəsindən  çox-çox  yüksəkdə  dayanırdı.  Məsələn  1950-51-ci  tədris  ilində 
A zərbaycanda belə məktəblərin sayı  140-a çatırdısa,  bundan  6-sı Naxçıvan MR- 
da,  17-si  D QM V-də  fəaliyyət  göstərirdi.  Şagirdlərin  sayında  isə  Naxçıvana 
nisbətən  (182  nəfər),  DQM V-də (384 nəfər) 2  dəfədən  çox  şagirdin təhsil  alması 
halı  müşahidə  edilmişdir.
DQM V-də  1950-1960-cı  illərdə  məktəbəqədər  və  m əktəbdənkənar  uşaq 
müəssisələri  şəbəkəsi  genişləndi.  Belə  ki,  1950-ci  ildə  vilayətdə  694  uşağı  əhatə 
edən  24  uşaq  bağçası  fəaliyyət  göstərirdisə,  1968-ci  ildə  uşaq  bağçalarmın  sayı 
55-ə.  uşaqların  sayı  3495-ə,  tərbiyəçilərin  sayı  isə  56-dan  214-ə  çatmışdı.  Bəhs 
etdiyimiz ildə N axçıvanda 22, Bərdədə  1, Cəbrayılda  1,  Füzulidə 2, Zəngilanda 2 
uşaq bağçası var idi.  Çox m araqlı faktlardan biri də ondan ibarətdir ki, DQMV- 
dəki  hər  1  uşaq bağçasına təxminən 4 tərbiyəçi düşdüyü halda, başqa ərazilərdə 2 
tərbiyəçinin  düşməsi  faktları  vardır.  Əksər  uşaq  bağçalarının  nəzdində  körpələr 
evləri  də  fəaliyyət  göstərirdi.  1968-ci  ildə  DQMV-də  173  uşağı  əhatə  edən  9 
əlahiddə körpələr evi var idi.
263

1970-ci  ildə  Azərbaycan  Respublikası  üzrə  172  məktəbdənkənar  uşaq 
müəssısəsi,  pioner  və məktəblilər sarayı,  gənc texniklər,  təbiət  stansiyaları,  park 
və  idman  məktəbləri  vardır  ki,  bundan  27-si  DQMV-nin,  12-si  isə  Naxçıvan 
MSSR paym a düşürdü.
DQMV-dəki  müəllimlər  Respublika  və  Bakı  müəllimləri  təkmilləşdirmə 
institutlannda  elmi  və  metodiki  cəhətdən  öz  bilik  səviyyələrini  yüksəldirdilər. 
Təsadüfı  deyildir  ki,  DQMV-də  1940-cı  illə  müqayisədə  1961-ci  ildə  ali  təhsilli 
müəllimlərin  sayı  2  dəfə  artaraq  1094  nəfərə  çatmışdır.  Bu  DQMV 
müəllimlərinin  ümumi  saymm  41  faizi  demək  idi.  Naxçıvan  M uxtar 
Respublikasmda  isə  bütün 
müəllimlərin  29,9  faizi  (597  nəfəri) 
ali  təhsil 
almışdılar.  Bu  hal  Azərbaycan  hökümətinin  DQMV-nə  göstərdiyi  qayğmın 
nəticəsi  kimi  qiymətləndirilməlidir.  Ümumrespublika  üzrə  bu  göstərici  38,9  faiz 
təşkil edirdi.
XX  yüzilliyin  50-60-cı  illərində  DQMV-də  təlimin  məzmununda  bəzi 
dəyişikliklər edildi.  VIII-X siniflərdə erməni dilinin tədrisinə həftədə  1  saat əlavə 
vaxt  ayrıldı.  Rus  dili  və  erməni  düinə ciddi  fıkir  verilir,  rus  dili  müəllimlərinin 
hazırlanması  genişləndirilirdi.  1950-ci  ildən  II-X  siniflərdə  rus  dili  və 
ədəbiyyatının tədrisinə tədris  planlarmda həftədə  5-6 saat ayrıldı.  Erməni  və rus 
ədəbiyyatı,  habelə  Qərbi  Avropa  ölkələri  ədəbiyyatınm  tədrisinə  xüsusi  diqqət 
yetirilirdi.  1958-1959-cu  tədris  ilində  orta  məktəblərdə  «Azərbaycan  tarixi»nin 
tədrisinə  həftədə  1  saat  ayrılsa  da,  həmin  fənn  tədris  edilmirdi.  1960-1961 -ci 
tədris  ilindən  o rta   məktəblərin  tədris  plamna  «İctimaiyyət»  fənni  də  əlavə 
olundu.  1949-1950-ci  illərdə  DQMV-də  üm um l  yeddillik  təhsil,  1959-1960-cı 
illardə  isə  icbari  səkkizillik  təhsil  tətbiq  olundu.  1966-cı  ildən  orta  təhsil- 
ümumtəhsil elan edildi.  DQMV-də məktəblərin şəbəkəsi genişləndi və  1950-1951- 
ci tədris  ilində məktəblərin sayı müharibədən əw əlki səviyyəni ötüb keçdi.  Artıq 
1970-1971-ci  tədris  ilində  bölgədə  67  orta,  107  səkkizillik  və  40  ibtidai  məktəb 
fəaliyyət  göstərirdi.  Həmin  tədris  ilində  şagirdlərin  sayı  40281-ə  (bundan  24452 
kənddə),  müəllimlərin  sayı  2322-yə  çatdı.  Bəhs  etdiyimiz  dövrdə  DQMV-də
264
politexnik  təlimə  diqqət  artırıldı.  M əktəblərin  nəzdində  tədris  emalatxanaları, 
kənd  məktəblərində  isə  məktəb  nəzdində  tədris-təcrübə  sahələri  yaradılırdı. 
M əktəblərdə  istehsalat  təliminin tətbiqi  ilə vilayətdə  minlərlə  ixtisash mütəxəssis 
hazırlanmışdır. A parılan tədqiqatlar nəticəsində məlum olur ki, XX yüzilliyin 50- 
60-cı  illərində  DQM V-nin  ipək  kombinatının,  elektrotexnika  məmulatları 
zavodunun,  ayaqqabı  fabrücinin  və  digər  müəssisələrin  istehsal  etdikləri 
məhsulların  keyfıyyəti  əvvəlki  dövrlə  müqayisədə  xeyli  yüksəlmişdir.  Bu  onunla 
izah  edilir  ki,  zavod  və  fabriklərə  yüksək  texniki  və  ümumtəhsil  hazırlığı  olan 
yeni  nəsil  gəlmişdir.  Texniki  peşə  məktəblərini  bitirən  gənclər  müəyyən  əməli 
vərdişlərə  yiyələnmişlər.  Təkcə  Xankəndi  peşə  məktəbi  xalq  təsərrüfatı  üçün  3 
min nəfərdən çox müxtəlif ixtisaslı fəhlə hazırlamışdır.
DQM V-də  o rta   məktəbi  bitirən  məzunların  3-dən  1-i  öz  təhsillərini 
Azərbaycan,  Ermənistan,  Moskva,  Leninqrad,  Kiyev,  M insk,  Riqa,  Daşkənd 
universitet  və  institutlannda  davam  etdirirdilər.  A rtıq  70-ci  illərin  sonlarında 
DQM V-nin  xalq  təsərrüfatmda  çalışan  mütəxəssislərin  sayı  8  m in  nəfəri 
keçmişdi.
İkinci  dünya  müharibəsindən  sonrakı  illərdə  Azərbaycanm   hər  yerində,  o 
cümlədən,  DQM V-də  ali  təhsil  daha  da  inkişaf etdi.  1938-ci  ildə  Xankəndində 
Müəllimlər 
institutunun  yaradılması 
Vilayətin  məktəblərini 
ali  təhsilli 
mütəxəssislərlə  təmin  etməkdə  böyük  işlər  gördü.  İlk  yaranan  vaxüar  15 
müəllimi,  150 tələbəni birləşdirən  İnstitutun  1950-ci ildə daha  3  şöbəsi yaradıldı. 
1940-1950-ci illər ərzində Xankəndi Müəllimlər İnstitunda tələbələrin sayı 450-yə 
müəllimlərin  sayı  60-a  çatdı.  İnstitutda  erməni  dili  və  ədəbiyyatı,  rus  dili  və 
ədəbiyyatı,  fızika-riyaziyyat,  tarix,  təbiət  və  coğrafiya  şöbələri  fəaliyyət 
göstərirdi.  Sonrakı  illərdə  Vilayətin  Müəllimlər  İnstitutunun  yeni  fakultələri 
(ibtidai  təhsilin  pedaqoqikası  və  metodikası,  Ümumi  texniki  fənlər)  yarandı. 
1970-ci  ildə  Xankəndi  Müəllimlər  İnstitutunun  həm   müəllimlərinin,  həm  də 
tələbələrinin sayı  1950-d illə müqayisədə 2 dəfə artdı.
265

XX  yüzilliyin  50-60-cı  illərində  orta  ixtisas  təhsilli  müəssisələrin  sayı  da 
artırdı.  Həmin  təhsil  ocaqlarmda  sənaye,  tikinti,  nəqliyyat  və  kəed  təsərrüfatı 
mütəxəssisləri  hazırlanırdı.  Belə  ki,  1927-ci  ildə  DQMV-də  436  tələbəsi  olan  2 
texnikum  fəaliyyət  göstərirdisə,  1940-cı  ildə  texnikumlarm  sayı  4-ə,  orada 
oxuyanlarm sayı 879-a çatdı.  60-cı illərdə Vilayətdə daha bir texnikum yaranmış, 
artıq  1970-ci ildə texnikumlarda oxuyanların sayı 2357-yə,  oranı bitirənlərin sayı 
390-a çatdı.
DQMV-nin  məktəblərin  orta  ixtisas  təhsilli  mütəxəssislərlə  təmrn 
olunmasında  Şuşa  Mədəni  M aarif  Məktəbinin  böyük  rolu  olmuşdur.  Həmin 
təhsil müəssisəsi  1921-ci ildə  Şuşa Müəllimlər Seminariyası  kimi təşəkkül tapmış,
1931-ci  ildən isə pedaaoci  texnikum adlandırılmışdır.  1927-1928-ci tədris  ilindən 
texnikumda erməni bölməsi də fəaliyyətə başlamışdır.  1931-ci ildən  Şuşa Mədəni 
M aarif  Məktəbi  adlanan  texnikuma  1938-ci  ildə  M.Əzizbəyovun  adı  verilib. 
Texnikum  ibtidai  sinif müəllimləri,  kitabxana  və  mədəni-maarif işçiləri,  pioner 
baş  dəstə  rəhbərləri  hazırlayırdı.  XX yüzilliyin 70-ci  illərində həmin texnikumda 
500 tələbə təhsil alırdı.  Müəllimlərin sayı  isə 60-a çatırdı.  Bəhs  etdiyimiz dövrdə, 
Xankəndində  və  Şuşada  Kənd  Təsərrüfatı  Texnikumu,  Xankəndində  tibb  və 
musiqi məktəbləri, habelə inşaat məktəbi var idi.
1969-cu  ildən  ali  məktəblərin  yanmda  fəhlə,  kolxozçu  və  ordudan  tərxis 
edilənlər üçün hazırlıq şöbələri yaradılmışdı.
Beləliklə 
1950-1960-cı 
illərdə, 
Azərbaycanın 
başqa 
bölgələri 
ilə 
müqayisədə, DQMV-də təhsil  səviyyəsi üstün idi və sürətlə inkişaf edirdi.  Həmin 
dövrdə  yeddillik,  səkkizillik  və  orta  icbari  təhsilə  keçid  baş  verdi.  Ali  təhsilin 
şəbəkəsi  genişləndi  və  DQMV-də  müxtəlif  ixtisaslı  erməni,  rus  və  digər 
millətlərdən  olan  kadrlarm  sayı  xeyli  artdı.  Eyni  zamanda,  həmin  kadırların 
yerləşdirilməsinə  “beynəlmiləlçilik”  pərdəsi  altm da  xüsusi  diqqət  yetirildi. 
Vilayətin  idarə  orqanlarında  qeyri-azərbaycanlıların  yerləşdirilməsi  sovet 
imperiyasının  bölgədə  dayaqlarınm  daha  d a  möhkəmlənməsinə  ciddi  təsir 
göstərdi.  Istər  mərkəzdə,  istərsə  də  DQMV-də  təhsil  işinə  rəhbərlik  edən  qeyri-
266
azərbaycanlılar  «Azərbaycan  dilində  təhsilin  gələcəyinin  olmadıgı»  iddiası  ilə 
gördükləri  tədbirlər  nəticəsində  DQMV-də  azərbaycanlılar  yaşayan  kəndlərdə 
tədris  işlərinə  ağır  zərbə  vurmuşdular.  Həmçınin,  azərbaycanlılar  yaşayan 
kəndlərə  biganə  münasibət  həmin  kəndlərin  süni  surətdə  boşalmasma  şərait 
yaratdı.
i
267

xn 
FƏSİL.
AZƏRBAYCAN SSR  DAĞLIQ QARABAĞ MUXTAR VİIAYƏTİNDƏ 
ELM, ƏDƏBtYYAT VƏ İNCƏSƏNƏTİN tNKtŞAFI 
(1950-1960-CIİLLƏR).
1950-1960-cı  illərdə  bütövlükdə  Azərbaycanda,  o  cümlədən,  DQMV-də 
elm  böyük  uğurla  inkişaf  edirdi.  Hələ  XX  yüzilliyin  40-cı  illərinin  ortalarında 
yaradılmış Azərbaycan  SSR  Elmlər  Akademiyasmm  Dağlıq  Qarabağ  fıliah  qısa 
bir  müddətdə  xeyli  işlər  görmüşdür.  1950-ci  ildə  DQMV-nin  Leninavan 
qəsəbəsində  daha  bir  elmi  mərkəz  “Azərbaycan  SSR  Elmlər  Akademiyası 
Genetika və Seleksiya İnstitutunun Q arabağ Elmi təcrübə bazası” açılmışdır.1
Azərbaycan  Elmlər  Akademiyasmın  Dağlıq  Q arabağ  Filialı  və  Qarabağ 
Elmi  Təcrübə  Bazası  öz  fəaliyyətlərini  inkişaf  etdirir,  müxtəlif  problemlərin 
öyrənilməsini  daha  da  dərinləşdirir,  istehsalatla  əlaqələri  genişləndirir,  elmi 
kadrların  hazırlanması  işinə  xüsusi  diqqət  yetirirdi.  XX   yüzilliyin  50-60-cı 
illərində DQMV-də elmi kadrlann sayı 8 dəfə artmışdı.2
XX  yüzüliyin  50-60-cı  illərində  ictimai  və  hum anitar  elmlər  sahəsində 
mühüm  nailiyyətlər  əldə  edilmişdi.  Azərbaycanm  bir  çox  ərazilərində,o 
cümlədən,  DQMV-də arxeoloji  qazmtı işləri aparılmış və  bölgədə qədim və orta 
əsrlər tarixinin  bir  çox  öyrənilməmiş  məsələlərini  işıqlandıran  m araqlı  arxeoloji 
materiallar  tapılmışdır.  Bu  işdə  M.M.Hüseynovun,  Ə.Q.Cəfərovun  bölgədə 
apardıqları  arxeoloji  elmi-tədqiqat  işləri  mühüm  əhəmiyyətə  malik  idi.  1964-cü 
ildən  Azərbaycan  SSR  DQMV-nin  H adrut  rayonu  ərazisində  Tağlar 
mağarasımn  öyrənilməsinə  başlanmışdır.-1  Tağlar  m ağarası  bir-biri  ilə  bağlı 
salonlardan  ibarətdir.  Buradakı  Şərq  salonunda  ibtidai  insanlar  yaşamış, 
müxtəlif təbii amillərdən, təhlükələrdən qorunm uşdur.  Salofi  gilli  torpaqla əhatə 
olunduğundan  ilin  soyuq  vaxtlarında  burada  yaşamaq  daha  əlverişli  idi.  Açıq 
qayalıqdan ibarət qərb saloniından isə ibtidai insanlar müxtəlif məqsədlərlə, həm 
də  qonşu  tayfalann  hücum lanndan  müdafiə  olunm aq  məqsədilə  istifadə

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə