AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə2/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   41

tepresvyalaT 
tətbiq etməsidiı. O na gövədə xalq yenə hakimiyyətə inanmır32.
1920-ci  ilin  əvvəllərində  özlərinin  ən  «müqəddləs  arzu»larını  «Böyük 
Erhıənistan»  yaratm aq  kimi  bəd,  ədalətsiz  niyyəti ' -   praktiki  olaraq  həyata 
keçirməyə  çalışan  erməni  daşnakları  Dağlıq  Qarabağın  müsəlmanlar  yaşayan 
kəndlərində  dinc  əhaliyə  qarşı  təcavüzkarlıq  edir,  vahimə  salır,  qarətçilik  və 
zorakılıqla  məşğul  olur, onlara  ən  ağır cəza verməkdən  çəkinmir,  bütün  kəndləri 
yandıraraq  əhalinin  yaşadıqları  əraziləri  tərk  etməyə  məcbur  edirdilər33.  Aprel 
faciəsindən  sonra özlərinə güclü arxa tapan  təcavüzkarlann bəd əməlləri daha da 
artmış,  Dağlıq Q arabağda milliyyətcə ermənəilərdən ibarət ali  hakimiyyət orqanı 
yaradılmış,  onların  «sosializm  quruculuğu»  adı  altmda  apardıqları  siyasət,  həm 
mahiyyət  cəhətdən,  həm  də üsul  etibarilə  yuxarıdan,  zorakılıq  yolu  ilə,  şovinist 
mövqedən  yanaşm a  və  bu  və  ya  buna  bənzər  hallar  istər-istəməz  xalqımızın 
kütləvi  narazılığma  səbəb  olurdu.  Bu  narazılıqlar  isə  özünü  milli  müqavimət 
hərəkatı  və xalq üsyanları  şəklində göstərirdi.  O dövrdə M .Ə.Rəsulzadə  yazırdı: 
«İstiqlaldan  bir  ay  sonra  artıq  bütün  Azərbaycan  məmləkətinin  müdhiş  bir 
istilaya  məruz  qaldığını  acı  bir  surətdə  dərk  etmişdi...  Xalq  təhəmmül'etmədi, 
üsyan  etdi»34.  Həmin  vaxt  Azərbaycanda  olan  general  Veysəl  bəy  yazırdı  ki, 
«Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  ruslar  ikiüzlü  siyasət 
yeridirdilər.  Ermənilərə  hərtərəfü  kömək  göstərilirdi.  Şüurlu  xalq  bolşeviklərin 
şüarları ilə əməlləri arasındakı fərqi tezliklə dərk etməyə başladılar.  Xalq hər şeyi
16
dərk  etdiyindən  müqavimətə  başladı»35.  Dağlıq  Q arabağda  milli  müqavimət 
hərəkatmm  və  xalq  üsyanlarmm  baş  vermə  səbəblərini  müəyyənləşdirərkən 
aşağıdakıları  xüsusilə qeyd etmək lazımdır:
-  XX  əsrin  əvvəllərində  ərazi  iddiaları  məqsədilə  xalqımıza  qarşı  erməni 
cəlladlannm  -   Dro,  Nijde  və  Andranikin  törətdiyi  cinayətlər36.  Günahsız 
azərbaycanlıların güllələnməsi,  kəndlərin yandınlıb xarabalığa çevrilməsi, kütləvi 
qarətlər  xalqımmn  səbir  kasasmı  daşdırmış  və  Dağlıq  Q arabağda  milli 
müqavimət hərəkatmı doğuran əsas səbəblərdən birincisi idi.
-  Torpaqlann  müsadirəsi  haqqnıda  dekretdən  sonra  mülkədarlar  xalq 
içəricində  Qarabağda  ciddi-cəhdlə şayələr yaymağa  başladılar  ki,  «Qırmızı O rdu 
müsəlmanları bütövlükdə qırmaq üçün dəlirlər».  Onlar xalq  içərisində «müsəlman 
kommunistlərin  xəyanətkarlığı»,  «ümummilli  fəlakət»  və  sair  fikirlər  yayırdılar. 
Deməli  mülkiyyəti müsadirə edilənlər xalq içərisində yeni  hakimiyyətə qarşı güclü 
təbliğat aparır və bu hal istər-istəməz üsyanlara səbəb olurdu.
-  XI Qırmızı  O rdunun Azərbaycana daxil olmasından  qabaq  əhalinin böyiik 
bir  hissəsində  belə  bir  fikir  yaranmışdı  ki,  məhz  ruslar  Azərbaycanı  erməni 
təcavüzündən  və  daşnaq  dəstələrinin  təhlükəsindən  xilas  edəcəkdir.  Lakin  XI 
O rdunun 
dəstələri  Azərbaycan  sərhədlərini  möhkəmlətməyə  tələsmirdilər.  Eyni 
zam anda 
Azərbaycandakı  erməni  silahlı  dəstələrini  tərkisilah  etmək  üçün  ciddi 
addımlar  atmırdılar.  Əksinə  azərbaycanlılarm  ilk  üsyanlanndan  sonra  Qırmızı 
Ordu  hissələri  müsəlman  əhalisinin  tərki-silah  edilməsini  özlərinə  vəzifə  bildilər. 
Azərbaycan  Ordusunun  dağıldığı,  əhalinin  böyük  əksəriyyətinin  silahdan 
məhrum  edildiyi  bir  şəraitdə  azərbaycanlılar  ermənilərin  hücumları  qarşısmda 
aciz qalırdılar.  1920-ci ilin  ortalarm da erməni quldurları Q arabağda Xankəndini, 
Quşçuları,  Malıbəylini  və  başqa  azərbaycanlılar  yaşayan  kəndləri  darmadağm 
etdilər.  Tərkisilah edilmiş shali çox ağır məhrumiyyətlərlə üzləşdi.  B.Şahtaxtinski 
həmin  dövrü təhlil edərək  yazırdı  ki,  erməni vəhşilikləri  o dərəcəyə  çatmışdır  ki, 
bəzi  qəzalarda,  xüsusilə  Dağlıq  Q arabağ  ərazisində  məsələ  artıq  «müsəJman
əhalisinin  fıziki  mcv<}ndluğundan»  -gedirdi.  ■
Sözsüz  k 
Azərbaycan  Respublikası  Prezidentinin 
İşlər İdarəsi
PRE2İDENT KİTÄBXANASI
Dağiıq  Q arabağda

azərbaycanlılann  qayğılanna  bolşeviklərin  belə  münasibəti  haqlı  olaraq  etiraz 
dalğasınm güclənməsinə gətirib çıxartdı37.
-  Dağlıq  Qarabağda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  onun 
rəhbərliyinin  ermənilər tərəfindən  ələ  keçirilməsi  və  onlann  «sovet  hakimiyyəti» 
adı  altında  şovenist  mövqe tutaraq  antiazərbaycan  siyasəti  yeritməsi,  xalqımızm 
milli  mənafelərinin  nəzərə  alınmaması,  xüsusilə  onların  var-dövlətlərinin 
müsadirə edilməsi, mülkiyyətdən  məhrumetmə və torpaq məsələsinin  həllində  bu 
şovinist  siyasət  özünü  qabarıq  şəfcildə göstərirdi.  Şübhəsiz,  bütün  bu  ayrıseçkilik 
isə xalq üsyanlarına zəmin yaradırdı.
-  Azərbaycanda  sovet  hakimiyyəti  quruiduqdan  sonra  Azərbaycan 
Cümhuriyyəti  dövründə  Dağlıq  Q arabağda  hakimiyyətdə  olan  bəylər  və  xanlar, 
xalqımızın  görkəmli  şəxsiyyətləri,  dövlət  məmurları,  ictimai-siyasi  xadimlər  və 
elm  adamları,  ordu  başçıları  (sözsüz  ki,  bunlar  azərbaycanlılar  idi)  həbs  edilir, 
sürgün  edilir,  çox  hallarda  isə  sorğusuz-sualsız  güllələnirdilər.  Həmin  dövrün 
mənbələrindən  birində  göstərilirdi  ki,  «Ziyalılar  və  burjuaziya  nümayəndələri 
həbs  olunur  və  güllələnirdılər.  Onlar  demək  olar  ki,  yalnız  müsəlmanlar  idilər. 
Azərbaycan  K P  M K-nın başı üzərində dayanan güclü erməni qrupu  Azərbaycan 
xalqını  başsız  qoymaq  üçün  onun  ən  yaxşı  nümayəndələrini  məhv  edirdilər38. 
Bütün  bunlar  isə  həmin  şəxslərin,  onlarm   yaxmlannm  etirazlanna  -   xalq 
hərəkatının canlanmasına təkan verdi.
-  Dağlıq  Qarabağm  azərbaycanlılar  yaşayan  kəndlərinə  münasibətdə 
müstəmləkəçilik  siyasətinin,  ordunun  mərkəzi  və  yerli  ərzaq  orqanlannm  
kənddən  bütün  ərzaq  ehtiyatlarmı  daşıyıb  aparması  nətəicəsində  sovet 
hakimiyyətinə  qarşı  çox  böyük  narazılıq  doğurmuş,  yerlərdə  kəndlilərin 
narazıhğmm artm asına və üsyanlara səbəb olurdu39.

X I O rdunu iqtisadi cəhətdən təmin edilməsi xalqm çiynində ağır bir yükə 
çevrilmişdi.  Öz  ailəsini  yanac  dolandıran  kəndli  üçün  -   daşnak  hücumlan  ilə 
əlaqədar  torpağm   becərilməsi  çətin  olduğu  bir  vaxtda,  belə  bir  ödənci  vermək 
olduqca  acınacaqlı  idi.  Hələ  bu  az  imiş  kimi  XI  Qırmızı  O rdu  özünü 
müstəmləkəçi  kimi  aparır,  heç  kəslə  hesablaşmış,  müsadirəçiliklə  məşğul  ohır,
18
xalqımızm  milli  adət-ənənəsini  təhqir  edirdi40.  Ona  görə  də  Azərbaycan  İnqilab 
Komitəsinin  icazəsi  olmadan  XI  Ordunun  başçıları  olan  millətçi  rus  şovinistləri 
və erməni daşnaklarınm  özbaşmalıqları xalqımızmm etirazlarm a gətirib çıxanrdı.
-  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra,  qərb  dövlətləri 
sosializm  quruluşunu  məhv  etmək  və  Bakı  neftinə  yiyələnmək  üçün  vaxtilə 
smaqdan  çıxardıqları  «parçala  və  hökm  sür»  siyasətindən  istifadə  edərək 
Azərbaycanda  yaşayan  xalqları  bir-birinə  qarşı  qoydular.  Bu  işdə  ermənəilər 
o n k rın   «kanna»  gəldilər.  «Böyük  Ermənistan»  yaratm aq  fıkrində  olan 
erməniləri  ərzaqla  silah  və  sursatla  təmin  edib,  Azərbaycana  qarşı  yönəltdilər41. 
Qızışdırılan  və  hər  cür  şəraitlə  təmin  edilən  ermənilər  Dağlıq  Qarabağda 
ağlasığmaz fəlakətlər törətdilər.  Bu isə xalq üsyanlanna səbəb oldu.
-  Dağlıq  Q arabağda  özlərinə  daha  çox  tərəf  toplam aq,  ərazidə  yaşayan 
erməniləri  öz  dəstələrində  birləşdirmək  məqsədilə  erməni  daşnakları  xüsusi 
hazırlanmış təbliğatçı  dəstələr hazırlayıb Dağhq Qarabağa göndərdilər.  Armenak 
Ter-Daneliyan, 
Arsen 
Ter-Mikelyan, 
polkovnik 
Qazaryan, 
rotmister 
K.M artirosyan,  A.Tumanyan,  A.Avenesyan,  Keton  Arzumanyan,  Baxış 
Xoznavodski və başqaları  «Yeni quruluşun gələcəyinə inamsızlıq», «XI Ordunun 
tərkibinin  Denikin  ordusu  oIması»,  «Əgər  Dağlıq  Q arabağ  Ermənistana 
birləşərsə  ərzaq  bolluğu  olacaq»  və sair boş  cəfəng  xulyalarla  çıxışlar  edirdilər42. 
Çox  hallarda  isə  onlar  Öz  məqsədlərinə  nail  olurdular,  bu  isə  qarşıdurma 
yaradırdı.
-  Rus  imperiyası  diktaturanm  hakimiyyətini  möhkəmləndirmək  üçün 
özlərinin  tarixi  təcrübəsindən  istifadə  etdilər.  Onlar  bu  dövrdə  xalqı  qorxu 
içərisində  saxlamaq  üçün  terrorun  tətbiqinə  başladılar. 
Qayda-qanunu 
«pozanları»  ağır  cəza  gözləyirdi.  Terroru  həyata  keçirən  F K   üzvləri  milliyyətcə 
erməni  olduqlanndan  «şübhəli  ünsür»  adı  altında  keçmiş  azərbaycanlı 
sahibkarlar,  bəylər,  tacirlər,  ziyalılar  həbs  edilir  və  istintaqsız  güllələnirdilər43, 
v.18].  Bütün bunlar isə keçmiş mənsəb sahiblərinin etirazlarma səbəb olurdu.
Dağlıq 
Qarabağın 
erməni 
kommunistləri 
Dağlıq 
Qarabağın 
Azərbaycandan  ayrılmaması  uğrunda  xalq  içərisində  təbliğat  apanrdılar.
19

Vaxtaşırı edilən bu çıxışlar erməni daşnaklarımn törətdiyi daşnak terroruna qarşı 
qırmızı  terrorla  cavab  verilməsi  təbliğ  edilirdi.  Bu  isə  üsyanın  baş  vem əsi  üçün 
zəmin hazırlayırdı.
-  Yeni  hakimiyyətin  din  əleyhinə  davakar  hərəkətləri  -   məscidlərin 
dağıdılması,  din  xadimlərinin təhqir edilməsi  mollaların,  axundların heç  bir  əsas 
olm adan ittiham olunaraq kütləvi şəkildə güllələnməsi və sair hallar -  dindarlarm 
antisovet  təbliğatma  səbəb  oldu.  O nlar  hər  yerdə  əhalini  yeni  quruluşa  qarşı 
üsyana çağırırdılar44.
-  Bol  suyu,  münbit  torpaqları,  əlverişli iqlim şəraiti,  tükənməz sərvəti  olan 
Dağlıq  Qarabağda  xalqımızm  ehtiyac  içərisində  yaşamasma  onlar  dözə 
bilmədilər.  Aprel  faciəsindən  keçən  qısa  bir  müddətdə  bütün  Azərbaycan  xalqı 
müdhiş bir istilaya məruz qaldığını a a  bir surətdə dərk etdiyindən üsyana qalxdı.
-  Kommunistlərin  keçirdikləri  uğursuz  təcrübələr,  ordu  hissələrinin 
səhvləri,  torpaq  və  vergi  siyasətindəki  əyintilər,  xalqımızm  dini  mərasimlərinə 
qayğı ilə yanaşılmaması - Dağlıq Qarabağda üsyana səbəb oldu.
A panlan 
araşdırm alardan 
məlum 
olur  ki, 
Azərbaycanm 
başqa 
ərazilərindən  fərqli  olaraq  Dağlıq  Qarabağda  milli  müqavimət  hərəkatı  təkcə 
antisovet  xarakteri  daşımırdı.  Buradakı  hərəkat  həm  də  erməni  daşnaklarının 
törətdiyi  faciələrə,  günahsız  qırğmlara  qarşı  yönəldilmişdi.  Eyni  zamanda 
Z aqatala,  Naxçıvan  və  digər  üsyanlarda  üsyanın  əsas  qüvvəsini  dinc  əhalidən 
ibarət  müqavimət dəstələri  təşkil  edirdisə,  Dağhq Qarabağdakı  üsyançılann  əsas 
qüwəsi  hərbçilərdən  ibarət  idi.  Dağlıq  Q arabağ  üsyançıları  digər  bölgələrin 
üsyançılarından  daha  yaxşı  silahlanmışdılar  və  üstün  döyüş  təcrübəsinə  malik 
olmuşdular.
Aprel  çevrilişinin  ən  mühüm  nəticəsi  Azərbaycanın  dövlət  müstəqilliyinin 
itirilməsi  oldu.  Azərbaycan  yenidən  Rusiyanın  müstəmləkəsinə  çevrildi.  Bu 
hadisə isə Qərb dövlətlərini qane etmədi.  Həmin dövlətlər «parçala və hökm sür» 
imperiya siyasəti işlədib Qafqazda müxtəlif fıtnə-fəsaddan istifadə edərək burada 
yaşayan  xalqlan  bir-birinə qarşı  qoyurdular.  O nlar,  «buyruq  qulu»  olan  erməni 
agentlərinin gücündən  istifadə etdilər.  Böyük Britaniya,  Fransa,  Amerika hakim
20
dairələrinin  birinci  məqsədi  yeni  ictimai  quruluşu  məhv  etmək  idisə,  ən  başlıca 
məqsəd Bakı neftini ələ keçirmək olmuşdur.  1920-ci ilin maymda Bakıda 53 nəfər 
Böyük  Britaniya  hərbi  qulluqçusunun  antisovet  təbliğatı  aparması  aşkar 
edilmişdir.  Onlar  yeni  quruluşu  «ümummilli  fəlakət»  adlandırırdılar.  Dağlıq 
Qarabağda  isə  belə  şayə  yayırdılar  ki,  Qızıl  O rdu  «müsəlmanlan  bütövlükdə 
qırm aq üçün  gəlir».  Ona görə də  onları  əraziyə  buraxmaq  olmaz.  Digər tərəfdən 
isə  Qərb  dövlətləri  erməni  daşnaklarına  «Böyük  Ermənistan»  yaradılmasma 
müdafiəçi olacaqlarmı vəd etmişdilər.  Bu məqsədlə onları ərzaq, silah  və sursatla 
təmin  etdilər45.  Dağlıq  Qarabağda  daşnak  erməni  dəstələrinin  azğmlıqları 
yenidən başladı.
Bununla  yanaşı  yuxarıda  göstərdiyimiz  kimi,  Qırmızı  O rdu  hissələrinin 
işğalçılıq  hərəkətləri,  FK-mn  terrorçuluq  siyasəti,  kütləvi  qarətlər,  əhalinin  milli 
adət-ənənəsinə,  dininə  qarşı  təhqiramiz  hərəkətlər  və  sair  hallar  Dağlıq 
Q arabağda xalq üsyanlarma, milli müqavimət hərəkatma səbəb oldu.
Dağlıq  Qarabağda  yeni  yaradılmış  erməni  və  ruslardan  ibarət  bolşevik 
hakimiyyətinə, həm də erməni özbaşınahqlarma,  təcavüzkarlıqlarına qarşı  xalqm 
milli  azadlıq  mübarizəsi  başladı.  1920-ci  ilin  maymda  Azərbaycan  Milli 
Ordusunun  osas  hissələri  Qarabağ  bölgəsində  yerləşdirildi.  Əvvəlcə  ərazi 
bütövlüyümüzün  qorunması  uğrunda  mübarizə  məqsədilə,  D ro,  Nijde  və 
Andranikin  çirkin  əməllərinin qarşısım  almaq  üçün  Dağlıq  Qarabağa  daxii  olan 
Milli  O rdu  hissələri,  Qırmızı  Ordu  hissələrinin  və  yeni  hakimiyyətin 
özbaşınalığma  qarşı  da  biganə  qalmadı.  Azərbaycamn  Milli  Ordu  hissələrinə 
polkovnik  Zeynalov  başçılıq  edirdi.  Azərbaycan  xalqınm  çətin  günündə  onun 
dadına  çatan  Türk  generalı  N uru  paşa  da  öz  dəstəsi  ilə  Q arabağ  istiqamətində 
hərəkət  etdi.  1920-ci  il  mayın  axırlarında  Qarabağın  müxtəlif  yerlərində  Şəki, 
T atar,  Cavanşir,  Ağdam  süvari  alayları,  Bakı  piyada  alayı  və  Bakınm  2  topçu 
diviziyası  yerləşdirilmişdi46.  Xalq,  Milli  Ordu  hissələrini  çox  böyük  sevinclə 
qarşüadı.  Dağlıq  Q arabağa  nəzarət  Milli  Ordu  hissələri  və  onun  tərkibində 
vuruşan  xalqm  əlinə keçmişdi.  Milli  Ordu  hissələrinin  tərkibində  6  min  döyüşçü 
var  idi.  1920-ci  il  maym  25-də  Nuru  Paşanm  dəstəsi  Yevlaxdan  Əskarana,
21

oradan da  Şuşaya daxil oldu.  Zeynalovun Milli Ordu hissələri ilə birləşən hər iki 
ordu  hissələri  Dağlıq  Qarabağı X I  Ordu hissələrindən  və daşnak ermənilərindərv 
təmizlədilər47.  Ərazinin  daşnaklarından  təmizlənməsində  yerli  bəylərdə  fəal 
iştirak  etdilər.  Bəhs  etdiyimiz  dövrdə  Cavanşir  qəzasında  İnqilab  Komitəsinin 
sədri  Adil  Sultanovda  azərbaycanlılardan  ibarət  hərbi  hissələrüə  üsyançıların 
tərəfinə keçmışdi.  XI O rdunun 2-ci süvari korpusunun  32-ci atıcı  diviziyası güclü 
bombardmançı  təyyarələrdən  istifadə  edərək  iyunun  15-də  Dağlıq  Qarabağda 
baş  vermiş  üsyanı  yatırdı.  Bombardman  zamanı  yüzlərlə  ev  dağıldıqı  və  dinc 
əhali  qırıldı.  Bu  vaxt  N uru  Paşa  müqavimət  göstərməyin  mənasız  olduğunu 
görüb  Şuşam  tərk  etdi.  Lakin  Dağlıq  Qarabağda  Sultanbəy  Sultanov  hələ  də 
müqavimət  göstərirdi.  General  C.Şıxlinski,  Sultanbəy  Sultanova  kömək  üçün  8 
min  adam, 24 ədəd  plamyot,  10 ədəd  top və külli  m iqdarda  ləvazimat göndərdi. 
S.Sultanovun  dəstəsi  Andranikin,  D ronun  ən  güclü  qoşun  hissələrinə  böyük 
itgilər  vermiş  və  ermənilərin  «Böyük  Ermənistan»  yaratm aq  planlarmı  yarımçıq 
qoymuşdur.  Güclü  müqavimətə  baxmayaraq,  S.Sultanov  da  güclü,  nizami  XI 
Ordunun  hücumu qarşısmda aciz qaldı.  Çünki,  xalqmın  qədirbilən,  qeyrətli  oğlu 
başa  düşürdü  ki,  bombardmançı  təyyarələrə  müqavimət  göstərmək  ağılsızlıqdır. 
Bu döyüş minlərlə evin  dağılmasma, günahsız insanların məhvinə səbəb ola  bilər. 
Odur  ki,  S.Sultanov  1920-ci  il  iyunun  14-də  müqaviməti  dayandırdı48.  Lakin 
Mikoyanm  məxvi  tapşınğı  ilə  S.Sultanova  qəsd  təşkil  edildi.  Xoşbəxtlikdən 
atılan  güllə onun  başına  yox,  çənəsinə dəydi.  S.Sultanov  onu  salam at  buraxma- 
yacaqlarını başa düşüb Türkiyəyə mühacirət etməli olur.
Xalqımızm  erməni  daşnaklanna  və  yeni  yaradılmış  quraluşa  qarşı 
mübarizə  tarixində  Q arabağ  Fədailəri  xüsusi  yer  tutmuşlar.  Güclü,  hərbi  təlim 
görmüş,  təpədən-dırnaqadək  silahlanmış  erməni-rus  birləşmiş  nizami  ordusu 
1920-ci il iyunun  15-də hücum edib Dağlıq Qarabağdakı xalq üsyanlarım yatırdı. 
Həmin  vaxt  Q.G.Orcankidze  V.İ.Leninə  teleqramm  vurdu  ki,  «Qarabağda 
qiyam ləğv edilib. N uru Paşa başda olmaqla qiyam rəhbərləri qaçıblar»49.
Beləliklə,  Dağlıq  Qarabağda  xalqımızm  ərazi  bütövlüyü,  azadlıq  uğrunda 
apardığı  milli-azadlıq  mübarizəsi  qan  içində  boğuldu.  Azərbaycanlılar  yaşayan
22
kəndlər  cəhənnəmi  xatırladırdı.  Bütün  evlər  yandırılmış  və  dağıdılmışdır.  Milli 
müqavimət  hərəkatınm  məğlub  olması  səbəblərini  araşdırarkən  Azərbaycanm 
başqa 
bölgələrindən 
fərqli 
olaraq 
Dağlıq 
Qarabağda 
özünəməxsus 
xüsusiyyətlərinin  olmasım  aşkar  edirik.  Başqa  ərazilərdən  fərqli  olaraq  Dağlıq 
Q arabağ  üsyançılan  həm  ermənilərə  qarşı  ərazi  bütövlüyü  uğum da,  həm  də 
Qırmızı  Ordu  hissələrinə  qarşı  azadlıq  uğrunda döyüşməli  idilər.  Bu  isə qüvvələr 
nisbətini zəiflədirdi.
-  Üsyanm  gedişində milliyyətcə erməni  olan  kommunistlərin  öz silahlan  ilə 
birlikdə  daşnaklann  tərəfınə  keçməsi  faktları  aşkar  edilmişdir.  Məsələn,  1920-ci 
ilin  maymda  1200  erməni  kommunisti  onlara  verilmiş  tüfəng  və  patronlari  ilə 
birlikdə  Nijdenin  dəstəsinə  qoşulmuşlar30.  Bu  da  qüw ələr  nisbətinin  erməni  və 
ruslar tərəfdə olmasına şərait yaratmışdır.
-  Həm  XI  Qırmızı  O rdu  hissələri,  həm  də  Dro,  Nijde  və  Andranikin 
dəstələri  uzun  müddətli  müharibələr  apardıqları  üçün  böyük  döyüş  təcrübəsinə 
malik idilər.  Bu isə müharibənin gedişində özünü büruzə verirdi.
- Ordunun texniki cəhətdən təchiz edilməsində də fərq b r müşahidə edilirdi. 
Adicə  Qızıl  Ordu  hissələrinin  bombardmançı  təyyarələrdən  istifadə  etməsi, 
döyüşən  Milli  Ordunu psixaloji  cəhətdən  ruhdan  saldı  və məğlub olmasına şərait 
yaratdı.
-  Bəhs edilən dövrdə erməni daşnakları  Dağlıq Q arabağ bölgəsinə özlərinin 
xüsusi  hazırladıqları  «təbliğatçı  dəstələr»  göndərdilər.  O nlar  ərazidə  yaşayan 
erməniləri  öz  tərəflərinə çəkə  bildilər  ki,  bu  da  daşnakların  qüvvəbrini  artırırdı. 
Eyni  zamanda  1828-ci  ildən  Dağlıq  Qarabağa  köçürülərək  burada  yaşayan 
ermənilər yerli şəraiti yaxşı bilir və daşnaklara bələdçilik edirdilər.
-  Özlərinin gizli məqsədləri  olan  Qərb dövlətləri erməni daşnaklarından  bir 
alət kimi istifadə etməyə başladılar və onları ərzaq, döyüş sursatı və silahla təmin 
etdilər.  Həm də erməni daşnakları həmin  dövbtlər tərəfmdən  beynəlxalq aləmdə 
dəstəklənirdilər.
23

- Azərbaycanlılar içərisində də, «yeni quruluşun ədalətli gələcəyi»nə inanan 
qüvvələr  var  idi  ki,  onlarm  üsyançılarm  tərəfrado  olmaması  qüvvələr  nisbətini 
azaldırdı.
-  Dağlıq  Qarabağda  baş  vermiş  üsyanm  Gəncə,  Zaqatala,  Lənkəran, 
Naxçıvan  üsyanları  ilə  əlaqənin  olmaması  bu  üsyanların  müxtəlif vaxtlarda  baş 
verməsinə,  ayrı-ayrılıqda  onların  hər  birisinin  Qırmızı  O rdu  hissələri  tərəfindən 
asanlıqla məğlub edilməsinə səbəb oldu.
-  Üsyanı  idarə  etmək  üçün  vahıd  mərkəz  yaradılmamışdı.  Bu  isə  öz 
növbəsində üsyamn  müxtəlif vaxtlarda,  plansız  keçirilməsinə və kortəbiiliyin  baş 
verməsinə,  son  nəticədə  isə  ümumxalq  üsyanma  çevrilməməsinə  və  məğlub 
olmasma gətirib çıxarmışdır.
Dağlıq  Q arabağda  baş  vermiş  olan  1920-ci  il  milli  müqavimət  hərəkatı  və 
xalq  üsyanlanmn  qan  içində  boğulmasma  baxmayaraq,  çox  böyük  əhəmiyyəti 
olmuşdur.  Belə  ki,  bu  üsyan  Dağlıq  Q arabağda  yeni  hakimiyyətə  qarşı  milli- 
azadlıq  hərəkatmm  başlanğıcmı  qoyaraq  onun  ilk  parlaq  səhifəsini  təşkil  etdi. 
Eyni zamanda Dağlıq Qarabağı  işğal edən  qüvvələr -  erməni daşnaklarm a və XI 
O rdu hissələrinə əyani  sübut olundu  ki,  xalqımız öz  azadlıq  və ləyaqəti uğrunda 
mübarizə  iqtibarına  malikdir.  Üsyan  yeni  yaranmış  hakimiyyəti  sarsıdaraq,  xalq 
hərəkatmm  gələcəkdə  inkişafma  təkan  verdi.  Üsyan  nəticəsində  bolşevik 
hakimiyyətinin  siyasi  böhranı  daha  da  dərinləşdi.  Xalqın  qəzəbi  aşıb  daşırdı. 
Ermənilərin bolşevik hakimiyyəti ciddi  təhlükə altmda olduğundan, onlar ardıcıl 
olaraq 
müsəlmanlara  qarşı 
repressiyalara  əl  atdılar. 
Minlərlə  dövlət 
məmurlarımız, 
ictimai-siyasi 
xadimlərimiz, 
nüfuzlu 
elm 
adamlarımtz, 
ümumiyyətlə,  bütün  namuslu  və  qeyrətli  görkəmli  şəxsiyyətlərimizin  bir  hissəsi 
həbs  edildi,  sürgün  edildi,  istintaqsız  və  məhkəməsiz  güllələndi,  digər  qismi  isə 
vətənini tərk edib mühacir həyatı keçirməyə məcbur edildilər.
Azərbaycanı  bütövlükdə  öz  müstəmləkəsinə  çevirən  Rusiya,  artıq 
daşnaklann  Dağlıq  Qarabağdakı  qarətləri,  dağmtıları  ilə  barışm aq  istəmirdi. 
O dur  ki,  Qızıl  O rdunun  1-ci,  2-ci,  3-cü,  4-cü,  177-ci,  178-oi  polklan  və  1-ci 
Qafqaz  korpusu  1921-ci  il  iyulun  3-də  general  Nijdenin  qoşunlannı  məğlub
24
etdilər.  Nijde Qafan dağlarma çəkilib M iqridən  İrana  qaçdı51.  D aşnak qoşunları 
məğlub  olsa da,  ermənilərin  məkirli  ərazi  iddiaları hələ  də davam edirdi.  Dağlıq 
Q arabağda vəziyyət əvvəlki kimi böhranlı olaraq qalırdı.
2. 
Azərbaycan SSR-in ərazi bütövlüyünə yeni qəsd və qondarma 
Dağhq Qarabağ Muxtar Vilayətinin yaradılması (1920-1923-cü illər)
Ermənilərin  dünyanm  müxtəlif  bölgələrindən  Qafqaza  köçürülməsi  ilə 
burada  yaşayan  xalqlarm  çətin  və  məşəqqətli  günləri  başlamışdır.  Azərbaycanm 
qədım  tarixə  malik  torpaqlarını  zaman-zaman,  hissə-hissə  qoparıb  «Erməni 
Vilayəti»  yaradan  ermənilər  təəssüflər  olsun  ki,  bununla  kifyətlənmədilər.  O nlar 
dənizdən-dənizə  «Böyük  Ermənistan  dövləti»  yaratm aq  niyyətinə  düşdülər. 
Erməni daşnaklarımn  bu  mənfur,  bəd  və ədalətsiz niyyəti  1905-ci ildən  başlamış
1914-1915-ci, 
1918-1920-ci 
illərdə 
davam   edərək 
Azərbaycanda 
sovet
hakimiyyəti  qurulduqdan  sonra  çox  ciddi  və  kəskin  şəkildə  yenıdən  ortaya 
atılmışdır. Ermənilər açıq elan  edirdilər ki,  «Qafqazda  Gürcüstan və Azərbaycan 
ola bilməz, burada ancaq təkcə Ermənistan qalmalıdır. Qafqazm hamısı ya gərək 
Ermənistan  ola,  ya d a  Ermənistana tabe  kimi  bir şey  (yəni  müstəmləkə -  M .N.) 
olmalıdır52.
Azərbaycanm  tarixi  torpaqlarım   «mübahisəli  ərazi»yə  çevirən  erməni 
daşnakları  Respublikamızda  ağır  milli  problem  yarada  bilmişdilər.  Bir  məsələni 
xüsusi  qeyd  etməliyik  ki,  bu  problemin  inkişafı  və  «həlli»ndə  Azərbaycanda  ilk 
növbədə  özünün  hakim  millətçilik  niyyətlərini  ardıcıl  güdən  Rusiyanm  böyük 
rolu var  idi.  1920-1923-cü illərdə Azərbaycan və Ermənistan  arasm da mübahisəli 
ərazilər  kimi  əsasən  Naxçıvan,  Zəngəzur  və  Dağlıq  Qarabağm   adlan  çəkilirdi. 
Azərbaycandakı «ərazi  mübahisələri» təkcə Rusiya və Ermənistanın deyil həm də 
böyük Qərb dövlətlərinin  «parçala  və hökm  et»  əsiyasətini əldə tutaraq  müəyyən 
məqsədləri var idi və öz mənafelərini güdürdülər.
Azərbaycanda çox  mürəkkəb və gərgin  siyasi ziddiyyətlər şəraitində «Dağlıq 
Qarabağ  məsələsi»  gündəmə  gətirilmişdi.  Azərbaycan  ərazisinə  müxtəlif  vaxt-
25

larda  köçürülmüş  ermənilər ölkədəki  milli  azlıqlar  arasında  faiz  etibarilə  çoxluq 
təşkil  edirdilər.  Onların  böyük  əksəriyyəti  Dağlıq  Qarabağda  yığcam  şəkildə 
azərbaycanlılarla  qonşuluqda  yaşayırdılar.  Bir  məsələni  xüsusi  olaraq  qeyd  et- 
mək  lazımdır  ki,  Dağlıq  Qarabağda  yaşayan  əməkçi  erməni  icması  daşnakların 
fitnəkar  antiazərbaycan siyasətinə baxmayaraq Qarabağm  bölünməzliyinə qətiy- 
yətlə  tərəfdar  çıxırdılar.  Məsələn,  A.İ.Mikoyan  R K   (b)  PM K-ya  V.İ.Leninə 
yazdığı  22  may  1919-cu  il  tarixli  məktubunda  qeyd  edirdi  ki,  «daşnaklar 
Qarabağı  Ermənistana  birləşdirməyə nail  olmaq  istəyirlər,  lakin  Qarabağ əhalisi 
üçün  bu, özlərinin  həyat  mantpəyi  olan  Bakıdan  məhrum  olmaq  və heç  vaxt,  heç 
nə  ilə  bağlı  olmadıqları  İrəvanla  bağlamaq  demək  olardı.  Qarabağm  erməni 
əhalisi  beşinci  qurultayda  sovet  Azərbaycamnı  tanımağı  və  onunla  birləşməyi 
qərara  almışdır»33.  Bundan  əlavə,  1919-cu  ilin  aprelində  general  Tomsonun 
nümayəndəsi  Şatelvord  Bakıdan  Şuşaya  gələrək  ermənilərdən  Azərbaycan 
Respublikası  hakimiyyətini  qəbul  etməyi,34  yaxud  general  A.İ.Denikinin 
yazdığına  görə,  «Sultanovun  qanunu  hakimiyyətini»  tanımağı  tələb  etdi5’. 
Şuşada  ingilis  hərbi  missiyasınm  razılığı  ilə  general  qubem ator  X.Sultanov 
erməni  milli şurasının  başçılarmı  tutub  Şuşadan  qovdu56.  1919-cu  il  iyunun  6-da 
Yepsikop  Şahnazarov  və  erməni  icmasının  nümayəndələri  X.Sultanovla 
görüşərək, 
Azərbaycan 
respublikasmm 
hakimiyyətini 
qəbul 
etdiklərini 
bildirdilər.  İyulun  30-da  Şuşaya  gələn  baş  nazir  N.Yusifbəyov  və  hərbi  nazir 
S.Mehmandarov  erməni  kilsəsində  duz-çörəklə  qarşılandı.  Yepiskop  onlan 
Azərbaycan dilində salamladı. Müttəfıq dövlətlərin Zaqafqaziyada Ali Komissan 
Amerika  polkovniki  Haskel  Bakıda  N.Yusifbəyova  bildirdi  ki,  o,  «Qarabağm 
qəti olaraq Azərbaycana keçməsini zəruri hesab edir»37.
1919-cu  il  mətbuat  səhifələrində  yazılırdı:  «Qarabağda  ermənilərlə  azərbay- 
canlıların  münasibəti  çox  yaxşıdır.  Siyasətdən  uzaq  dinc  kəndlilər  səmimi  etiraf 
edirlər  ki,  Qarabağm  əsasən  ermənilər  yaşayan  dağlıq  hissəsinin  güzaranı  büs- 
bütün  onun  düzən  hissəsindən  asılıdır,  bu  səbəbdən  də  onlar  Qarabağm  bu 
şəkildə bölünməsini  təsəvvür edə  bilmirlər,  onlar  iqtisadi  və siyasi  əlaqləri  olma- 
yan İrəvanı heç vaxt görməmişlər»58.
26
1919-cu  il  vaqustun  15-də  Şuşada  keçirilən  Dağlıq  Q arabağ  ermənilərinin 
qurultayı  «Dağlıq  Q arabağ  ermənilərinin  Azərbaycan  hökuməti  ilə  müvəqqəti 
sazişi»ni  qəbul  etdi.  Həmin  sazişdə  göstərilirdi  ki,  «Qarabağm  dağlıq  hissəsi», 
ermənilər  yaşayan  Dizax,  Vərənd,  Xaçm  Carabet  rayonları  özünü  müvəqqəti 
olaraq Azərbaycan Respublikasmın hüdudlarında hesab edir»59.  Saziş, məsələnin 
Paris  Sülh  K onfransında həll  edəcəyi vaxta qədər qüw ədə qalmalı idi.  15  avqust 
sazişinin  qəbul  olunması  Ermənistanm  Dağlıq  Qarabağı  «Ermənistan  ərazisi» 
elan  etmək  siyasətinin  müəyyən  m ənada  iflası  idi60.  Bu  sazişin  əldə  edilməsində 
Q arabağ  general-qubem atoru  X.Sultanovun  böyük  xidmətləri  olmuşdur  və  bu 
sazişə çox yüksək qiymət vermişdir.
1919-cu il noyabrm  23-də Tiflisdə Azərbaycan ilə Ermənistamn baş nazirləri 
Yusifbəyov  və  Xatisov  Gürcüstan  xarici  işlər  naziri  Gekeçkorinin  və  Amerika 
polkovniki Ceymis Reyin  şahidliyi ilə sülh sazişi imzaladılar C.Rey hər iki tərəfin 
razılığı  ilə  «neytral  şəxs»  kimi  müəyyənləşdirildi.  Bütün  mübahisəli  məsələtori 
onun iştirakı  ilə həll etməli idilər.  Sülhə görə «mübahisəli sərhəd məsələsi»ni silah 
gücünə  yox  danışıqlar  yolu  ilə  həll  olunmalı,  həmçinin  qoşunlar  ərazidən  çıxa- 
rılmalı, heç bir halda silahdan istifadə edilməməli idi61.  Lakin daşnaklar Qarabağ 
sazişini  hər  vasitə  ilə  gözdən  salmağa,  heçə  endirməyə  cəhd  göstərirdilər.  Türk 
millətəinə  vəhşicəsinə  nifrət  bəsləyən  azğın  millətçilik  partiyası  regionda  sülhün 
bərqərar olmasmı qəbul edə bilmirdi.
Azərbaycan tərəfı  sülhün şərtlərinə əməl edərək qoşun hissələrini  Şuşadan və 
digər  ərazilərdən  çıxartdı.  Ermənistan  isə  sazişi  pozaraq  Qarabağa  qoşun  hıs- 
sələri  göndərdi.  O  zaman  Şuşa  və  Zəngəzurda  olmuş  ingilis jum alisti  Skotland- 
Liddel  Londona  məlumat  verərək  bildirirdi  ki,  «23  noyabr  sazişinin  ardm ca, 
ermənilər Azərbaycan qoşunlarınm getməsindən  istifadə edərək xaincəsinə Q ara- 
bağda  müsəlmanlar  üzərinə  hücuma  keçdilər  və  qırxa  qədər  müsəlman  kəndini 
dağıtdılar.  Londanda  erməni  bürosu  var.  Buna  bənzər  təşkilatlar  Fransada  da, 
ABŞ-da  d a  var.  Ermənilərin  ən  çox  sevdiyi  metod  ən  alçaq  reklam   üçün 
«Xzistian»  sözündən  ı'stifadə  etməkdir.  Zaqafqaziyada  həqiqəti  bilirlər,  əgər 
ingilis ictimaiyyəti bilmirsə də, ingilis nazirlikləri həqiqəti bilməlidirlər»62.
27

Ermənistanm  Azərbaycana  hərbi  təcavüzü  ilə  əlaqədar  olaraq  1919-cu  il 
dekabrm  30-da  Azərbaycan  hökuməti  Zaqafqaziya  Ali  Komissarı  Haskeldən 
erməni  təcavüzünü  dayandırmaq  üçün  təcili  tədbirlər  görməyi  tələb  etdi.  Xarici 
İşlər Naziri  F.X.Xoyski xüsusi nota  ilə  Ermənistan hökumətini xəbərdar  etdi  ki, 
dinc  əhaliyə  qarşı  hərbi  əməliyyatlar  dayandırılmazsa,  Azərbaycan  hökuməti  öz 
vətəndaşlarının  həyatını  və  əmlakmı  qurmaq  üçün  təxırəsalınmaz  tadbiriər 
görməyə  məcbur  olacaqdır.  Lakin  Ermənistan  bu  xəbərdarlıqlara  məhəl  qoy- 
madı, əksinə Dağlıq Qarabağda Ermənistamn təxribatı daha da gücləndi63.
Məsələyə  Ermənistanm  Tiflisdəki  nümayəndəsi  belə  bəyanat  verdi  ki,  «həm 
general  Andranik  həm  də  onun  dəstəsi  xüsusi  erməni  korpusunun  əmri  ilə  artıq 
çoxdan  erməni  qoşunlarınm  tərkibindən  və  siyahısından  çıxarılmışdır.  Onlar 
Ermənistan  hökumətini  tam m aqdan  imtina  ediblər.  Beləliklə,  Ermənistan 
hökuməti  general  Andranik  və digərlərinin  məsuliyyətsiz  fəaliyyətinə  cavab  verə 
bilməz^64.  Lakin  bəhs  edilən  dövrdə  general  Andranikin  yazdığı  məktub  yuxa- 
rıda deyilənlərə tamamilə ziddir və  Ermənistamn  məkrli  niyyəti  bir  daha səmimi 
etiraf edilmişdir.  Həmin  məktubdan  oxuyuruq:  «Zat-aliləri  general  Biçerakova. 
Zəngəzur  erməni  milli  şurasınm  üzvləri  Arşak  Şirinyan  və  Nikolay  Osipov 
Bakıdan  gələrək  mənə  1.000  000  manat  pul  verdilər.  Bu  haqda  onlar  Sizə 
iltizamnamə  veriblər.  Adı  çəkilən  Şura  üzvləri  mənə  dedilər  ki,  bu  pula  Siz 
general  Baqrationun  xahişi  ilə  vermisiniz.  Mənim  dəstəmi və  bədbəxt  qaçğınları 
unutmadığımz üçün  Sizə dərin  və səmimi təşəkkürümü bildirirəm.  General-mayor 
Andranik»65.  Ermənistan  hökuməti  Dağlıq  Qarabağı Azərbaycandan  qoparmaq 
üçün  belə  bir  mübarizə  taktikası  seçmişdi:  Dağlıq  Qarabağ  separatçılarım 
maliyyə cəhətdən tam  təmin etmək, bölgədə ermənilərin tam hakimiyyətini yarat- 
m aq,  Dağlıq Qarabağda təxribat  işini  tam  məxvi  aparmaqla  Ermənistanm  admı 
dilə gətirməməli  və Dağlıq Qarabağda gedən  prosesləri  Qarabağm  əhalisinin  adı 
ilə  bağlamalı.  Ermənistan  hökuməti  1919-cu  ilin  sonlarmda  Dağlıq  Qarabağı 
«azad  etmək  üçün»  19  milyon  m anat  pul  ayırmışdı66.  Ermənistandan  və  xarici 
dövlətlərdən  güclü  dəstək  alan  erməni  quldur  dəstələri  1919-cu  ilin  sonu  1920-ci 
ilin  əwəllərində  emissarların  və  separatçıların  təhriki  ilə  Dağlıq  Qarabağda  çox
28
böyük  qırqınlar  törətdilər.  1920-ci  il  m artın  22-də Dəli Q azann 4 minlik qoşunu 
Əskəranı  ələ  keçirdi.  Şuşa  və  Xankəndini  ələ  almaq  üçün  həmin  istiqamətdə 
irəlilədi67.  Lakin  1920-ci il aprelin 2-də Milli O rdu hissələrimiz general Səlimovun 
rəhbərliyi  altında  əks  hücuma  keçərək  Dəli  Qazarın  qoşunlarını  məğlub  etdi. 
Nəticə  etibarilə  bəhs  edilən  dövrdə  Dağlıq Qarabağı hərbi yolla Azərbaycandan 
qoparıb  Ermənistana  birləşdirmək cəhdi  boşa çıxdı68.  Lakin  Azərbaycanda sovet 
rejimi yarandıqdan  sonra Ermənistanın  Azərbaycana qarşı əsassız ərazi  iddialan 
və  Dağlıq  Qarabağı  Azərbaycandan  ayırıb  Ermənistana  birləşdirmək  cəhdləri 
yenidən  baş  qaldırdı.  Bunun üçün  erməni  daşnaklan  siyasi,  diplomatik  və  hətta 
hərbi yolla öz mənfur niyyətlərinə çatm aq istəyirdilər.  1920-ci illərdə «mübahisəli 
ərazi» kimi Dağlıq Q arabağ məsələsi çox ciddi və kəskin xarakter aldı. Aprel çev- 
rilişindən  sonra  «beynəlmiləlçilik»  bayrağı  altında  Azərbaycana  göndərəilən 
«kadrlar»  milli  kadrlanmızı  məhv etməklə,  ölkəni daxildən  parçalam aq və  istək- 
lərinə  maneəsiz  nail  olmaq  niyyətində  idilər.  Başğa  bir  tərəfdən  isə  erməni 
daşnakları  X I  Ordu  sıralanna  daxil  olub  əsgərləri  «təlimatlandırır»,  onlardan 
məqsədli  şəkildə  istifadə  edərək  müsəlman  əhalisinı  asıb-kəsir  və  kəndləri 
amansızcasma  dağıdırdılar69.  Bununla  yanaşı,  Moskvada  ərazi  məsələlərini  həll 
edən  Stalin,  Çiçerin,  Qaraxan,  Mirzoyan,  Dövlətov  və  başqalan  erməniləri 
dəstəkləyirdilər.  Eyni  zamanda  bütün  insanları  düzlüyə,  doğruluğa  səsləyən 
kilsələr silah  anbarları rolunu oynayır və kilsə xidmətləri silahlı dəstələri təlimat- 
landırırdılar70.
H ətta  erməni  daşnak  hökuməti,  yuxan  Zəngəzurda  fəaliyyət  göstərən  qon- 
darm a «Azad  Sünik hökuməti» ilə birlikdə öz məqsədlərinə çatm aq üçün  əvvəlcə 
Sultan  bəy  və  Xosrov  paşa  Sultanovlardan  istifadə  etməyə  cəhd  göstərdilər. 
Erməni  emissarlan  və  separatçılan  daşnak  qüvvələrini  Dağlıq  Qarabağa  burax- 
mayan  Sultanovlara  Sovet  rejiminə  qarşı  birgə  mübarizə  etməyi  təklif etdilər. 
Lakin rədd cavabı aldıqdan sonra onlara qarşı fıtnəkarlığa başladılar.
Güclü  dəstək  alan  və  silahlanan  general  D ronun  başçılığı  altında  erməni 
daşnakları  1920-ci  ilin  aprelində  Q arabağda  onlarla  azərbaycanlılar  yaşayan 
kənədləri məhv etmiş, yerli dinc əhalini güllələmişdir.
29

Həmin  vaxt  erməni vandalları  tərəfmdən  Şuşa, Qaryagin,  Cavanşir,  Zəngə- 
zur  qəzalarında  150-dən  yaxm  müsəlman  kəndi  dağıdılmış  və  qarət  olunmuş, 
külli  m iqdarda  qaçqın  arası  kəsilmədən  Ağdama  və  başqa  rayonlara  getmiş- 
dilər71.  Vəziyyətin  çətin  olduğunu  görən  Azərbaycan  İnqilab  Komitəsinin  sədri 
N.Nərimanov  Çeçerinə  və  Orconigidzeyə  Azərbaycanın  Qarabağ  və  Zəngəzur 
bölgələrində ermənilərin  törətdikləri cinayətləri  açıqlamış və əgər xalqımıza  qarşı 
törədəilən  faciələr bu cür davam edərsə,  Azərbaycan Respublikasmm  Ermənistan 
hökuməti  ilə  müharibə  vəziyyətində  sayılacağı  bildirilmişdir.  1920-ci  ilin  aprelin 
30-da  Azərbaycan  SSR  Xalq  xarici  işlər  komissan  M.Hüseynov  Ermənistan 
daşnak  hökumətinə  nota  göndərdi.  Həmin  notada  Zəngəzur  və  Qarabağdan 
erməni  silahlı  dəstələrinin  çıxarılması,  milli  qırğına  son  qoyulması  tələb 
olunurdu.  Əks  halda  Azərbaycan  Sovet  hökuməti  dərhal  tədbirlər  görəcəyi 
bildirilirdi.  Daşnak  hökuməti  Azərbaycan  hökumətinin  tələblərinə cavab vermə- 
di. Əksinə, erməni daşnakları müsəlmanlara qarşı sərt və amansız hərəkət edərək, 
azərbaycanlılar  yaşayan  kəndləri  qəddarcasına  dağıtmışdılar.  Ermənilərin 
törətdikləri vəhşiliklər o dərəcəyə çatmışdır ki,  onların yanında orta əsrin kədərli 
dəhşətləri solğun görünürdü. Adam inana bilmir ki, XX əsrdə bütün Avropada öz 
mədəniyyətindən  dəm  vuran  bir  xalq,  köməksız  dinc  əhaliyə  qarşı  vəhşiliklərin 
bütün  üsullarım  tətbiq  etmiş  olsunlar.  Vəziyyətin  çətin  olduğunu  görən  Mərkəz 
1920-ci  il maym  1-də  Orcanigidze,  Kirov  və  Levondovskinin  imzaları  ilə  Ermə- 
nistan  hökumətinə  Azərbaycan  ərazilərindən  qoşunlarımn  çıxarılması  radio- 
qramı göndərmişdir72.  Buna cavab olaraq Ermənistan  Xarici  İşlər Nazirliyi  1920- 
ci  il  maym  3-də  Leninə  və  Çeçerinə teleqram göndərərək  Dağlıq  Qarabağda  baş 
vermiş  bu  irimiqyaslı  hərbi  münaqişə  üçün  təqsiri  artıq  devrilmiş  Azərbaycan 
Cümhuriyyəti  hökumətinin  boynuna  atmağa  çalışdı.  Guya  Ermənistan  yox, 
Azərbaycan  hökuməti  Dağlıq  Q arabağ  erməniləri  ilə  1919-cu  il  avqustun  15-də 
bağlanan  müvəqqəti  sazişi  pozublar73.  Lakin  bu  iddianm  heç  bir  əsası  yox  idi. 
Məhz Ermənistan  Dağlıq Qarabağı Azərbaycandan  iddia etməklə məsələni hərbi 
yolla  həll  etməyə  girişmiş  və  qanlı  faciəyə  bais  olmuşdur.  Erməni  və  rus  müəl- 
liflərinin  əksəriyyəti  Dağlıq  Qarabağda  baş  verən  faciələrin  başlıca  səbəbkarı  və
30
təşkilatçısı  Ermənistan  hökuməti  və  daşnak  partiyası  olmasmı  səmimi  etiraf 
etmişdilər.  Məsələn,  1920-ci  il  aprelin  sonlarında  Qarabağ  təhsil  müəssisəsinin 
inspektoru  R.Şaxnazaryan  Bakıya,  erməni  yepiskopu  B aqrata yazmışdı:  «Qara- 
bağın səadəti A raratm  agentlərinin əməlləri  ilə məhv edilmişdir.  Yuxarı Qarabağ 
ermənilərinin  bədbəxtliyi  üçün  bütün  məsuliyyət  daşnak  hökumətinin  üzərinə 
düşür.  D aşnak vandallanm n hərbi kazarm alara və məntəqələr alçaq  və xain bas- 
qım  Şuşada,  Xankəndində və  bütün  xətt  boyu  eyni  vaxtda  baş  vermişdi.  Yepis- 
kop  həzrətləri,  bunu  bütün  həmyerlilərimizə  bildirmək  Sizin  borcunuzdur.  Bəd- 
bəxtliyin  qarşısmı  almaq  üçün  gördüyümüz  bütün  işlər  daşnaklarm   alçaqlığı  və 
siyasi  idiotazmi  ilə  puç  oldu.  Erməni  xalqı  bizim  dinc yaşayışımızı  pozub  məhv 
edənləri  tanımalıdır.  Qarabağ  qanlı  hadisələr  dairəsindən  kənarda  qalmalıydı, 
qala  bilərdi  və əgər daşnakların avantürası olmasaydı şübhəsiz qalardt...  Erməni 
xalqınm  düşmənlərinə  -   gözəl  və  dinc  Qarabağı  məhv  edən  daşnaklara  lənət 
olsun».  Tarixçi  V.Qurko-Kryajin  1926-cı  ildə  nəşr edilmiş  «Böyük  Sovet  Ensik- 
lopediyası»  nda,  1983-cü  ildə  M oskvada  nəşr  olunmuş  «Ensiklopediya»da  və 
digər əsərlərdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları  və bu məq- 
sədlə  Azərbaycana  qarşı  qanlı  hərbi  əməliyyata  başlaması  açıq  etiraf  olun- 
muşdu74.
1920-ci  ilin  mayında  Qarabağda  yerləşən  Azərbaycan  qoşun  hissələrinə 
hücumu  dayandırmaq,  əlverişli  mövqe tutaraq müdafiə  vəziyyətinə  keçmək əmri 
verildi.  Əmrdə  bildirilirdi  ki,  Ermənistan  ultimatumda  göstərilən  şərtləri  yerinə 
yetirməsə, Qırmızı O rdu Azərbaycan hissələrinə köməyə göndəriləcəkdi75.
1920-ci  il  maym  9-da  Bakıda  yaşayan  qarabağlı  və zəngəzurlu  azərbaycan- 
lıların  və  ermənilərin  həmrəylik  mitinqi  keçirildi.  M itinqdə,  mübahisəli  ərazi 
məsələlərinin dinc yolla, qan axıdılmadan nizamlanması qərara alındı76.
1920-ci  il  iyunun  əvvəllərində  N.Nərimanov  Moskvaya  göndərdiyi 
məlumatda  bildirmişdir  ki,  «Qarabağ  və  Zəngəzur  Sovet  Azərbaycamnın 
tərkibinə  daxil  olmuşdur.  Qəti  bildiririk  ki,  bu  yerlər  mübahisəsiz  olaraq 
Azərbaycanın tərkibində olmalıdır»77.
31

1920-ci  il  iyunun  ilk  günlərində  Qarabağda  olan  Q.K.Orcanigidze  Bakıya 
qayıtdıqdan  sonra  iyunun 
10-da  V.İ.Leninə,  İ.A.Stalinə,  G.V.Çiçerinə 
göndərdiyi  teleqramda  onuda  bildirdi  ki,  «Qarabağm  həm  erməni,  həm  də 
müsəlman əhalisi rus qoşunlarım sevinclə qarşılayırlar»78.  Q.K.Orcanigidze  1920- 
ci  il  iyunun  19-da  Vladiqafqazdan  teleqrafla  xəbər  verərək  bilbirdi  ki,  «Qarabağ 
və  Zəngəzurda  sovet  hakimiyyəti  elan  olunub  və  adı  çəkilən  ərazilər  özlərini 
Azərbaycan  Sovet  Respublikasınm  bir  hissəsi  hesab  edir.  Azərbaycan  heç  bir 
halda  Qarabağ  və  Zəngəzursuz  keçinə  bilməz.  Ermənistanla  müqavilə 
imzalanana  qədər  Azərbaycan  nümayəndəsini  Moskvaya  dəvət  edərək 
Azərbaycan  və  Ermənistana  aid  bütün  məsələləri  həmin  nümayəndə  ilə  birlikdə 
həll etməli79.  Bunu da əlavə etmək maraqlıdır ki,  Qırımızı Ordu Dağlıq Qarabağı 
daşnaklardan  təmizləyib  qurtardıqdan  sonra  daşnak  dəstəbaşçılarmdan  biri 
özlərinin  İrəvandakı  hökumətinə  xəbər  vermişdir  ki,  Dağlıq  Qarabağm  erməni 
kəndləri  bizim  hökuməti  («Daşnak»  hökuməti  -   N.M.)  tanımaqdan  imtina 
etdilər80.
1920-ci  il iyunun  20-də RSFSR-in diplomatik nümayəndələrinin  iştirakı ilə 
Azərbaycan  respublikası  hökuməti  ilə  Erməni  Daşnak  hökuməti  arasmda  rəsmi 
saziş  bağlandı81.  Lakin  Erməni  Daşnak  hökuməti  bağladığı  müqavilənin  şərt- 
lərinə  əməl  etmədi.  Azərbaycamn  şəhər  və  kənədlərinə  basqm  edərək  əhalini 
qarət  edir,  evləri,  təsərrüfat  sahələrini  dağıdıb  yandınrdılar.  Ona  görn  də 
M.D.Hüseynov  iyunun  25-də  Azərbaycan  dövləti  admdan  Daşnak  hökumətinə 
xəbərdarlıq edərək bağlanmış müqavilənin şərtlərinə əməl edilməsini tələb etdi82.
1920-ci  ilin  yay  və  payız  aylarmda  Ermənistanda  baş  verən  iqtisadi  və 
siyasi  böhran  daha da kəskinləşdi. Əhalinin  böyük bir hissəsi  öz yaşayış  yerlərini 
tərk  etməyə  məcbur  oldular.  Onların  bir  hissəsi  Azərbaycana  pənah  gətirdilər. 
Eyni  zamanda  erməni  bolşevikləri  də  Azərbaycana  və  o  cümlədən  Dağlıq 
Q arabağa  gəlməyə  başladılar,  1920-ci  ilin  oktyabr  ayında  olan  məlumata  görə 
cəmisi  son  iki-üç  ya  ərzində  Ermənistandan  Azərbaycana  20  min  nəfərdən  çox 
adam  gəlmişdi.  Azərbaycanda  fsaliyyət  göstərəən  rus  məmurları,  partiya,  sovet 
və  təsərrüfat  orqanlarm da  çalışan  erməni  nümayəndələri  gələn  həmin  erməni
32
ailələrini  Dağlıq  Qarabağda,  Gəncədə,  Şamaxıda  və  xüsusilə  Bakıda  işlə, 
mənzillə  təmin  edilməsi  üçün  tədbirlər  gördülər.  Köçürmədə  məqsəd  həm  də 
Dağlıq  Q arabağda  ermənilərin  say  çoxiuğunu  yaratm aq  olmuşdu  və  oldu.  Belə 
bir  dövrdə  D ro  və  Nijdenin  başçılığı  altmda  erməni  quldur  dəstələri  Qafan, 
Gorus  istiqamətindən  Azərbaycanm  şəhər  və  kəndlərinə  basqın  etdilər.  Erməni 
silahlı  dəstələri  quldurluqla  məşğul  olur,  kəndliləri  çapıb  talayır,  onların  mal- 
qaralarını,  qoyun  sürülərini  qarət  edirlər83.  Ermənistandan  köçürülən  ermənilər 
Dağlıq  Q arabağda  əhali  içərisində  böyük  təbliğat  işi  aparırdılar.  «Azərbaycan» 
qəzeti  8  iyul  1920-ci  il  tarixli  sayında  yazırdı  ki,  köçürülənlərin  hesabına  Dağlıq 
Qarabağda  ermənilərin  sayı  bir  qədər  də  artdı.  Burada  həmin  ermənilərə  xüsusi 
şərait yaradaraq səlahiyyətli vəzifələr verilirdi.  Hazırda Dağlıq  Q arabağda  bütün 
hakimiyyət  ermənilərin  əlindədir.  M.D.Hüseynov  N.Nərimanovun  həmin 
teleqramım  aldığmı  1920-ci  il  iyunun  21-də  Q.K.Orcanigidze  və  K.V.Çiçerinə 
bildirərək  Qarabağ  və  Zəngəzurun  Azərbaycana  birləşdirilməsi  haqqında 
teleqramda  deyilən  fıkrin  qüvvədə  qalıb-qalmadığı  xəbər  alırdı.  M əlum  olduğu 
kimi  Q.K.Orcanigidze  fıkrini  dəyişmişdi.  N.Nərimanovun  qəti  etirazlarına 
baxmayaraq  Azərbaycanla  bağlı  «mübahisəli  ərazi  məsələsini»  Azərbaycan 
nümayəndəsinin iştirakı olmadan mərkəz təkbaşına həll etdi84.
Moskvanın  və  Qərbi  Azərbaycanda  yeritdiyi  ikili  siyasət  bəhs  etdiyimiz 
dövrdə  Dağlıq  Qarabağda  Ermənistanm  təcavüzkarlığını  daha  da  artırdı.  Yeri 
gəlmişkən  bir  məsələni  xüsusi  olaraq  qeyd  etməliyik  ki,  Ermənistanda  sovet 
hakimiyyəti  qurulanadək  Daşnak hökumətinin  tərkibində RSFSR-in səlahiyyətli 
nümayəndəsi  B.V.Leqran  da  var  idi.  Ermənistan  hökuməti  istər  XI  Orduya, 
istərsədə  daşnaklara  silah  və  sursat  verməyi  öz  üzərinə  götürmüşdü85.  Əlbəttə 
həmin silah və sursat bəhs edilən dövrdə erməni vandallarımn karına çatdı.
1920-ci  il  iyulun  10-da  AK(b)P  M K  bürosu  XI  Qırmızı  O rdunun  siyasi 
şöbəsinin  nümayəndələrinin  və  RSFSR-in 
Ermənistandakı  nümayəndəsi 
B.V.Lerqanm  iştirakı  ilə  Qarabağ  Partiya  Təşkilatının  FK -nin  rəhbəri 
A.N.Karakozovun  məruzəsi dinlənildi. O çıxışında göstərdi  ki,  ingilislər regionda 
ikili  siyasət yeridirlər...  Qarabağ kommunistləri «Qarabağm Azərbaycana  birləş-
33

dirilməsini))  zənıri  sayır.  Qarabağm  ermənəilər  yaşayan  kəndləri  Ermənistanm 
tərkibinə daxil olmaq istəmirlər.  Hazırda müsəlman və erməni hissələrinin birləş- 
məsi prosesi baş verir86.
1920-ci  il  iyulun  10-da  Azərbaycan  inqilab  komitəsinin  sədri  N.Nəri- 
manov,  R K   (b)  P  Qafqaz  bürosunun  üzvü  B.Midvani,  AK(b)P  M K   üzvləri 
A.İ.M ikoyan,  V.Naneyşvili,  X I  Ordunun  HİŞ-nin  üzvləri  Vesnik,  Levondovski, 
Mixayılovun  iştirakı  ilə  R K (b)P  MK-ya  müraciət  göndərdilər.  Müraciətdə 
göstərilirdi:  «Zəngəzur və Qarabağ» məsələsi barəsində vahid rəyimizi biz MK-ya 
çatdırmağı  özümüzə  borc  bilirik.  Bu  məsələnin  həlli  Ermənistanla  damşıqlarda 
aralıq  məsələ  kimi  nəzərdə  tutulur  və  bu  hal  Qafqazda  inqilabın  mənafeyinə 
ziddir....  Əgər erməni  və gürcüləri  məzluma  çevirmək  istəmiriksə Qarabağ,  Zən- 
gəzur  məsələsində  Mərkəzi  tərəddüd  etməkdən  çəkindirməliyik.  Qarabağla  Zən- 
gəzur Azərbaycana birləşdirilməlidir»87.
1920-ci  il  iyulun  15-də  A K (b)P  M K   N.N.Nərimanovun,  Q.X.Orcanigid- 
zenin,  Y.D.Stasovanın, M.D.Hüseynovun,  D.X.Bünyadzadənin,  A.İ.M ikoyanın, 
XI  O rdunun  hərbi-inqilab  şurası  nümayəndələrinin  və  B.V.Leqramn  iştirakı  ilə 
Ermənistanla  sülh haqqm da  məsələni  müzakirə  edərək  qərara  aldı  ki,  «Qarabağ 
və Zəngəzur Azərbaycana birləşdirilməlidir»88.
1920-ci  il  iyulun  19-da  R SFSR   Xarici  İşlər  K om issan  G.V.Çiçerin  Ermə- 
nistanın  Xarici  İşlər  Nazirinə  xüsusi  teleqram  göndərdi  ki,  «Ermənistan  ilə 
Azərbaycan  arasında  «mübahisəli  ərazilər»  Rusiya  tərəfindən  tutulubdur». 
«Dinc  dostluq  münasibətləri  haqqnıda  müqavilə»  bağlam aq  üçün  B.V.Leqranı 
Yerevana göndərirəm»89.  Əlbəttə,  B.V.Leqra Moskvanın  inandığı və ermənilərin 
ümid bağladığı şəxs idi.
1920-ci  ilin  iyulunda  ermənilər  Qarabağda  «sifarişli»  daşnak  qiyamı 
qaldırdılar.  Məqsəd Qarabağı  Ermənistana  birləşdirmək  idi.  Həmin vaxt  erməni 
quldurları  azərbaycanlılar  yaşayan  bir  neçə  kəndi,  o  cümlədən  Xankəndini, 
Quşçulan,  Malıbəylini,  Xocalını  və  başqa  kəndləri  dağıtmış,  yerli  sakinlərin  bir 
hissəsini  qətlə yetirmiş, kəndləri qarət etmişdilər.
34
1920-ci  il  iyulun  20-də,  Qarabağ  ermənilərinin  XI  qurultaymda  bir  qrup 
erməni  Qarabağm  Dağlıq  hissəsinin  Ermənistana  birləşdirilməsi  haqqnıda  qərar 
çıxardı.  Lakin  bu  qərar  Qarabağ  əhalisinin  böyük  əksəriyyətinin  iradəsini  ifadə 
etmədiyindən  qəbul  edilmədi.  Hətta,  həmin  ilin  26  iyulunda  Qarabağm  mərkəzi 
olan  Şuşa  şəhəriəndə  əhali  arasında  keçirilən  rəy  sorğusu  zamanı  Qarabağ 
əhalisinin  hər  iki  millətə  mənsub  olunlarm  hamısı  Azərbaycamn  tərkibində 
qalmaq  arzularmı qəti  şəkildə birləşdirmişdilər90.
1920-ci  il  avqustun  10-da  Yerevanda  RSFSR  ilə  Ermənistan  daşııak 
hökuməti  arasmda  müqavilə  bağlandı.  Həmin  müqaviləyə  görə  Sovet  Rusiyası 
Ermənistamn  istiqlaliyyətini və müstəqilliyini  tanıdı.  Həmçinin Qarabağ,  Zəngə- 
zur,  NaxçıVan  «mübahisəli  vilayətlər»  elan  olundu.  Göstərildi  ki,  həmin  ərazilər 
Rusiya  tərəfındən tutulduğu üçün  Ermənistan  Respublikası və  Azərbaycan  SSR- 
in  həmin ərazilərin hüquqları haqqında məsələyə baxa  bilməzlər91.
1920-ci  ilin  avqustun  15-də  Sovet  Rusiyanını  təzyiqi  ilə  Azərbaycanla 
Ermənistan  arasında yenidən saziş bağlandı, erməni  basqınlanna son qoyulacağı 
barədə  razılıq əldə edildi.  Sazişə görə  Dağlıq  Qarabağa,  Zəngəzura  və  Naxçıvan 
ərazisinə  «nəzarət»  etmək  üçün  bu  yerlərə  rus  qoşunları  yeridildi.  Lakin  bu 
sazişin  də  ömrä  uzun  çəkmədi.  Belə  ki,  Daşnaq  hökumətinin  başçısı  Oqan- 
çanyanm  bilavasitə  göstərişi  ilə  avqustun  19-da  ermənəi  silahlı  dəstələri  Bazar- 
çayı  deyilən  ərazidən  Naxçıvan  üzərəinə  basqın  etdilər.  Erməni  silahlı  qüv- 
vələrinin  güclü  basqinlarına  məruz  qalan  70  min  nəfər  silahsız  azərbaycanhlar 
İrana  qaçmağa  məcbur  oldular.  Daşnaq  quldur  dəstələri  Zəngəzur  bölgəsində  8 
kəndi,  Dərələyəzdə  74  kəndi,  Şərurda  isə  76  kəndi  dağıtmış  və  yandırmışdılar. 
Qatı  şovinist  Sərkiz  Mikoyamn  başçılığı  altmda  erməni  quldur  dəstələri 
Qarabağm  azərbaycanlı  kəndlərinə  soxulmuş,  mal-qara,  paltar-palazla  bərabər 
qızıl,  gümüş  və başqa  qiymətli əşyalar qarət etmişdilər.  1920-ci  il  avqustun  18-də 
«Kommunist»  qəzetində  yazıhrdı:  «Qarabağm  Qoçəhmədli  kəndində  daşnaqlar 
70 nəfər  azərbaycanlını  güllələmişlər.  Tağ,  Tuğ,  Qaradağlı,  Sirik,  Qışlaq. Qarğa- 
bazarı  kəndlərində çoxlu ölən  və yaralananlar olmuşdur. Erməni  silahh  birləşmə-
35

ləri  Dağlıq  Qarabağı  Ermənistana  birləşdirmək  üçün  hər  cür  vasitələrə  əl 
atırlar92.
Beləiiklə,  X X   yüzilliyin  əvvəllərində  Azərbaycanın  Dağlıq  Q arabağ  bölgəsi 
müxtəlif partiyalann və siyasi qüvvələrin mübarizə meydanma çevrildi.  Yuxanda 
qeyd  etdiyimiz  kimi  Qarabağın  dinc,  əməkçi  erməni  əhalisi  Azərbaycanda 
qalmağa  daha  çox  üstünlük  verirdi,  nəinki  heç  bir  təsərrüfat  iqtisadi  əlaqələri 
olmayan Ermənistana birləşmək.
1920-ci  il  noyabrm   29-da  Ermənistanda  «inqilab»  baş  verdi.  Həmin  il 
noyabrm  30-da  AK(b)P  MK  Təşkilat  bürosu  və  Siyasi  büronun  birgə  iclası 
keçirildi.  İclasda  Ermənistanda  Sovet  hakimiyyəti  elan  olunması  Ermənistan 
İnqilab  Komitəsinin  teleqramı  nəzərdən  keçirilmiş  və  sovet  Ermənistanma 
«Bəyannamə»  ilə  müraciət  etmək  qərara  almmışdı.  Q ərarada  göstərilirdi:  «a) 
Sovet  Azərbaycanı  ilə  Sovet  Ermənistanı  arasında  heç  bir  sərhəd  mövcud 
deyildir;...  b)  Qarabağm  dağlıq  hissəsinə öz  müqəddəratmı  təyin  etmək  hüququ 
verilir;  c)  Sovet  Azərbaycanmı  Sovet  Ermənistanı  ilə  sıx  hərbi  və  təsərrüfat 
ittifaqı bağlayır»93.
Çox  təəssüflər  olsun  ki,  «qərar»m  birinci  bəndinə  xüsusi  don  geyindirərək 
«mübahisəli  ərazilorin»  Ermonistana  verilməsi  kimi  qiymətləndirmişlər.  Lakin 
Azərbaycan  hökuməti  həmin  bəndi  «ictimai  quruluşu  eyni  olan  dövlətlərin 
sərhədlərinin biri-birinin üzünə açıq  olması»  baxımından vurğulamışdır.  «Bəyan- 
namə»nin  müzakirəsində  N.Nərimanovla  birlikdə  Q.Kaminski  və  Q.K.Orcani- 
gidze də iştirak etmişlər.  «Bəyənnamə» Azərbaycan hökumətinin  başçısı N.Nəri- 
manov tərəfindən  1920-ci il dekabrm  1-də Bakı Sovetinin təntənəli  iclasında elan 
edilmişdir94.  Orcanigidze  «Bəyannamə»ni  A.M .Nazaretsyana  göndərmiş  və 
Ermənistanda d a müzakirə etməyi tövsiyyə etmişdir95.
Zaqafqaziyada  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  3  sovet  respub- 
likasının  ərazi  məsələləri  ilə yaxmdan məşğul  olmaq  mümkün oldu.  Lakin  1921- 
ci  ilin  əvvəllərində  Qarabağm  dağlıq  hissəsində  hələ  də  vaziyyət  gərgin  olaraq 
qalırdı.  Nijde,  Ruben kimi  cəlladlar Q arabağda günahsız azərbaycanlıların  qanı- 
nı  axıdaraq çox  ciddi  qarşıdurma  yaratmışdılar.  N.Nərimanov  AK(b)P  MK-nın
36
1921-ci il 5 fevral tarixli iclasında qeyd edirdi ki,  1200 kommunist onlara verilmiş 
tüfəng  və  patronlannı  da  götürüb  daşnakların  tərəfmə  keçmiş  və  inqilab  komi- 
tələri  ləğv  edilmişdir96.  Daşnak  erməniləri  zəhmətkeşlər arasında  qırğınlar törət- 
mişlər.  N.Nərimanov  Azərbaycan  İnqilab  Komitəsinin  7  m art  1921-ci  il  plemı- 
munda  «Qarabağ  məsələsi»ni  həll  etmək  üçün  belə  bir  təklif  irəli  sürür:  Azər- 
baycanla  Ermənistan  şəhərlərində  cəbhə  ləğv  edilsin,  silahlı  qarşıdurm a  dayan- 
dınlsın,  Hərbi  Komissarlıq  bu  sahədə  təcili  tədbirlər  görsün97.  1921-ci  ilin 
maymda  R K (b)P  MK-nm  Qafqaz  bürosu  Zaqafqaziya  Respublikaları  arasında 
sərhədləri  müəyyənləşdirmək  üçün  S.M.Kirovun  sədirliyi  ilə  Azərbaycan, 
Gürcüstan  və  Ermənistanm  nümayəndələrindən  ibarət  komissiya  yaratmağı 
qərara aldı.  Belə bir şəraitdə Dağlıq Q arabağa sahib  olmaq uğrunda  Ermənistan 
yeni genişmiqyaslı mübarizəyə başladı.
1921-ci  il  iyunun  3-də  RK(b)  P  MK  Qafqaz  bürosunun  plenumu  keçirildi. 
Plenumda  daşnak  qurplaşmasının  tezliklə  ləğv  olması  və  saxta  «dəlillər»ə 
əsaslanaraq  Ermənistan  hökumətinə  tapşırdı  ki,  öz  bəyyannaməsində  Dağlıq 
Qarabağm Ermənistana məxsus olduğunu göstərsin98.  Əlbəttə Qafqaz bürosunun 
yuxarıdakı  «qərarı»  siyasi  oyun  olmaqla  qərar  qəbul  edənlərin  qeyri-ciddilik 
əlamətlərini  göstərirdi.  Ermənistan  SSR  hökuməti  XKS-nin  sədri  A.Myasnikov 
və XKS-nin bütün üzvləri  1921-ci il iyunun  19-da bəyannamə imzaladılar.  Həmin 
bəyannaməyə görə «Dağlıq  Qarabağ Ermənistana  yenidən  birləşdirildi».  Bunun- 
la  əlaqədar  dekret  çap  olundu.  Dekretdə  deyilirdi:  «Azərbaycan  SSR  İnqilab 
Komitəsinin  bəyanatı,  Ermənistan  və  Azərbaycan  SSR  hökumətələrinin  sazişi 
əsasında  elan edilir ki, bu gündən etibarən  Dağlıq Qarabağ Sovet Ermənistanınm 
ayrılmaz hissəsidir»".
1920-ci  il  iyunun  20-də  Ermənistan  hökuməti  A.M aravyanı  Ermənistanın 
Dağlıq Q arabağda fövqəladə müvəkkili təyin etdi.
Ermənistan  hökumətinin  yuxarıda adı  gedən  «dekreti»  («yenidən»  birləşmə 
və  Azərbaycan  hökuməti  ilə  «razılaşma»)  yalan  və  uydurm adan  başqa  bir  şey 
deyildir.  Çünki  bütün  tarix  boyu,  bir gündə olsun  Dağlıq  Q arabağ  Ermənistanm 
tərkibində  olmamış  və  həmin  ərazinin  Ermənistana  verilməsinə  Azərbaycan
37

hökuməti  heç  vaxt  razılaşmamışdır.  N.Nərimanov  Ermənistan  hökumətinin 
qərəzli  «dekreti»nə öz  etirazmı  bildirmiş  və bu  barədo  Tiflisdə  olan  Xarici  İşlər 
Komissarı M.D.Hüseynova bəzi tapşırıqlar vermişdir.
1921-ci il iyunun 25-27-də Tiflisdə «Mübahisəli ərazi» məsələləri üzrə komis- 
siyanm  ıclası  keçirilir.  İclasda  Ermənistan  nümayəndəsi  Bekzadyan  bildirdi  ki, 
«Zaqafqaziyanın  inzibati  bölgüsü  ədalətsiz  aparılmışdır.  Əgər  dostcasına  yaşa- 
m aq  istəyiriksə  erməni  əhalisinin  yığcam  şəkildə  yaşadığı  ərazilər  Ermənistana 
güzəşt  edilməlidir».  O  eyni  zam anda  bildirdi  ki,  Stalin  M oskvada  onunla  və 
Myasnikovla  söhbət  zamanı  «bu fıkrə  tamamilə şərik  çıxmışdır»100.  Azərbaycan 
və  Gürcüstan  nümayəndələri əksinə,  hər hansı  ərazi  güzəştlərinin  yolverməzliyini 
bildirdilər.  Komissiyanın  sədri S.M.Kİrov da  onları dəstəklədi.  İclasda  müzakirə 
olunan  məsələ  həll  edilməmiş  qaldı  və  PK (b)R  M K-mn  Qafqaz  bürosunun 
müzakirəsinə verildi.
1921-ci  il  iyunun  25-də  A.M aravyan  Qarabağa  getmək  üçün  Tiflisə  yola 
düşdü.  Bu  zaman  N.Nərimanov  Ə.H.Qarayev  vasitəsilə  A.M aravyam  müəyyən 
məsələlərə  aydınlıq  gətirmək  üçün  Bakıya  dəvət  etdi.  A.M aravyan  bu  dəvətə 
məhəl  qoymadı  və  qasid  vasitəsilə  Q.K.Orcanigidzeyə  m əktub  göndərdi  ki, 
«Dağhq Qarabağ məsələsinin həllini sürətələndirsin».
1921-ci  il  iyunun  26-da  Q.K.Orcanigidze  və  S.M .Kirov  Tiflisdən  N.Nəri- 
m anova təcili teleqram göndərərək «Qarabağ haqqm da məsələ»ni dərhal AK(b)P 
siyasi  burosunda  və Azərbaycan  SSR  XKS-də  baxmağı xahiş  etdilər.  Onlar həm 
də  belə  bir  prinsip  irəli  sürdülər  ki,  «məsələ  müzakirə  edilərək  heç  bir  erməni 
kəndi  Azərbaycana  birləşdirilməməli  və  heç  bir  müsəlman  kəndi  Ermənistana 
birləşdirilə bilməz»101.
1921-ci  il  iyunun  27-də  N.Nərimanovun  Q.K.Orcanigidze  və  A.F.M yas- 
nikova  ünvanladığı  teleqram  nəzərə  almaraq  A.M aravyan  Q arabağdan  geri 
çağırıldı102.
A K(b)P  M K-nm  Siyasi  və  Təşkilat  büroları  1921-ci  il  iyunun  27-dəki  birgə 
iclasmda  «Qarabağ  məsələsi»ni  müzakirə  etdi.  İclasda  N.Nərim anov  başda 
olmaqla milliyyətcə azərbaycanlı olan  büro üzvləri birləşərək yekdilliklə obyektiv
38
qərar -  Ermənistanın, Qarabağm yuxarı hissəsinə iddialannı rədd etmək qərarmı 
çıxardıiar103.
1921-ci  il  iyunun  27-də  RK (b)P  M K -nm   Qafqaz  bürosunun  plenumu 
keçırildi.  Plenumda M .D.Hüseynovun  məlumatları dinlənildi.  Plenum  belə qərar 
qəbul  etdi  ki,  «respublikalann  sərhədlərini  müəyyənləşdirmək.üçün  PK(b)P M K  
Qafqaz  bürosunun  təcili  plenumu  çağınlsm;  N.Nərimanov  və  M.Myasnikov 
dərhal Tiflisə yola düşsünlər».
4  iyun  1921-ci  il  RK(b)P-nin  Qafqaz  bürosunun  plenumunda  Qarabağ 
məsələsinə yenidən baxıldı.  Həmin  plenumda N.Nərimanov, F.M axaradze, S.Or- 
canigidze,  S.M.Kirov,  A.F.Myasnikov,  M.Orxolaşvili,  V.Nazaretyan,  Fiqner, 
Stalinin  katibi  Breytman  və  Gürcüstan  K P   MK-nm  üç  üzvü  iştirak  edirdi. 
Moskvamn  himayəsi  nəticəsində  «Qarabağ  məsələsi»  Ermənistanın  xeyrinə  həll 
edildi.  Belə ki,  N.Nərimanovun etirazma baxmayaraq plenum «Dağlıq Qarabağı 
Ermənistan  SSR-ə daxil etdi»104.  Belə bir ədalətsiz qərarla razılaşmayan N.Nəri- 
manov  bəyanatla  çıxış  edib  bildirdi  ki,  «Qarabağ  məsələsi  Azərbaycan  üçün 
böyük əhəmiyyət  kəsb etdiyindən,  onun  haqqnıda daha obyektiv qərar çıxarmaq 
üçün həmin məsələnin RK(b)P M K -da keçirilməsini zəruri hesab edirəm»105.
Nərimanovun  ciddi  müqaviməti  və  prinsipial  qəti mövqeyi  nəticəsində  1921- 
ci  il  iyulun  5-də  RK (b)P  MK-nm  Qafqaz  bürosunda  «Qarabağ  məsələsi»nə 
yenidən  baxıldı.  Həmin  plenumda  Stalin  və  Azərbaycan  xarici  işlər  komissarı 
Hüseynov  da  iştirak  edirdilər.  Plenumda  qəbul  edilmiş  qərarda  göstərilirdi  ki, 
«azərbaycanlılar  və  ermənilər  arasında  milli  barışığm  zəruriliyini,  Qarabağm 
yuxarı və aşağı hissələri  arasında iqtisali əlaqələri, onun daim Azərbaycanla bağlı 
olduğunu  nəzərə  alaraq,  Dağlıq  Qarabağ  Azərbaycan  SSR-in  tərkibində  sax- 
lanılsm,  inzibati  mərkəz  muxtar  vilayətə  daxil  olan  Şuşa  şəhəri  olmaqla,  ona 
geniş  vilayət  muxtariyyatı  verilsin»106.  AK(b)P  MK-ya  tapşırıldı  ki,  «muxtar 
vilayətin  sərhədlərini  müəyyənləşdirsin və təsdiq olunmaq üçün  RK(b)P MK-nın 
Qafqaz  bürosuna  təqdim  etsin».  M uxtar  vilayətin  yaranması  qərarı  da 
Azərbaycan  ictimaiyyəti  tərəfindən  razılıqla  qarşılanmadı.  Ona  görə  də, 
Azərbaycan  M İK  Rəyasət  Heyətinin  19  iyul  1921-ci  ildə  keçirilən  iclasmda
39

«Dağhq Qarabağa daxili özünüidarə hüququ verilməklə Azərbaycanm  tərkıbində 
saxlanılmasmı zəruri hesab etdi»107.
AK(b)P  rəhbər  işçilərindən  Ə.Qarayev  və  L.Mirzoyan  vəziyyəti  öyrənmək 
üçün  Qarabağa  göndərildi.  L.Mirzoyan  Bakıya  qayıdarkən  Ə.Qarayevlə 
razılaşdırılmış  məruzə  gətirdi.  Həmin  məruzədə  deyilirdi.  «Hiss  olunurdu  ki, 
kənddə Qarabağ məsələsi mövcud deyildi.  Yalnız düzgün həll olunmayan tam bir 
sıra  praktik  məsələlər  vardır.  Mənim  dərin  əqidəm  belədir  ki,  həmin  xırda 
narazılıqlar  bir  tərəfdən  bizim  yuxarı  partiya  və  sovet  rəhbər  dairələrimiz 
tərəfmdən,  digər  tərəfdən  bir  sıra  millətçi  əhvali-ruhiyyəli  ziyalı  ermənilər 
tərəfmdən  yaradılmışdır  və  yaradılm aqdadır...  Xalis  şəkildə  Q arabağ  məsələsi 
yoxdur.  Erməni  kəndlisi deyir ki,  o  Bakı  ilə Ağdamla sıx  əlaqəsiz yaşaya  bilməz. 
Ona  yalnız  düzənlik  hissəyə  gedən  yolu  təhlükəsiz  etmək  və  mədəni  cəhətdən 
inkişaf  etməyə  imkan  vermək  lazımdır.  Azərbaycanm  tabeçiliyində  Dağlıq 
Q arabağ M uxtar Vilayətinin yaradılması əhalinin çox əksəriyyətinin fıkridir»108.
1921-ci  il  avqustun  1-də  Şuşada  keçirilən  fövqəladə  Sovetlər  qurultaymda 
Azərbaycan  SSR  tərkibində  m uxtar  vilayətin  yaradılması  məsələsi  müzakirə 
olunub  qərarın  düzgün  olması  qeyd  edildi109.  Lakin  Dağlıq  Qarabağ  M uxtar 
Vilayətinin  (DQMV)  yaradılması  haqqında  qərar  Azərbaycanm  heç  də  hər 
yerində və  ictimaiyyətin  nümayəndələrinin  hamısı  tərəfindən  razılıqla,  birmənalı 
qarşılanmadı.  O dur  ki,  1921-ci  il  avqustun  8-də  AK(b)P  M K -nm   Siyasi  və 
Təşkilat  bürosu  «Qarabağda  vəziyyət  haqqında»  L.İ.M irzoyan  və  Ə.H.Qara- 
yevin  məruzələrini  dinləyərək  Şuşa  qəza  partiya  Komitəsinin  yeni  tərkibini, 
habelə Ə.H.Qarayevi Qarabağ üzrə fövqəladə müvəkkil təsdiq etdi.
AK(b)P  M K-nın  Siyasi  və  Təşkilat  bürosu  26  sentyabr  1921-ci  il  iclasında 
Q arabağ  məsələsi  müzakirə  edilərkən  belə  bir  qərar  qəbul  olundu:  «Qafqaz 
bürosundan  xahiş  olunsun  ki,  Dağlıq  Qarabağın  muxtariyyat  vahidə  aynlması 
haqqında öz qərarına yenidən baxsın, buna qədər muxtariyyat elan etməməli»110.
Q arabağ  məsələsinə  dair  yeni  materialları  cəlb  etməklə  məsələni  bundan 
sonra  da  öyrənmək  üçün  Ə.H.Qarayev,  S.M.Əfəndiyev  və  D.X.Bünyadzadədən
40
ibarət xüsusi  komissiya yaratm aq qərara alındı. Komissiya dərhal Q arabağa yola 
düşməklə oradakı partiya Və sovet işçilərinə rəhəbərlik etməli idilər.
Bəhs  etdiyimiz  dövrdə  Azərbaycanm  hər  yerində,  o  cümlədən  Dağlıq 
Qarabağda aclıq  baş  verdi. Azərbaycan hökuməti  Qarabağm hər qəzası üçün bir 
milyard  m anat  pul,  paltar,  avadanlıq  dava-dərman  ayırdı.  Bu  zaman  partıya 
işçiləri  Q arabağa  ezam  olundu.  Eyni  zamanda  Azərbaycan  hökuməti  oraya  6 
min pud taxıl, düyü, alma, 23 min arşm parça yolladı111.
1922-ci il oktyabrın 30-da Azərbaycan K(b)P M K  Rəyasət  Heyəti Q arabağa 
Muxtariyyat  verilməsi  üzrə,  Ağamalıoğlu,  Karakazov  və  Siviridovdan  ibarət 
komissiya  yaratdı.  Eyni  zam anda  Azərbaycan  XKS  nəzdində  Dağlıq  Q arabağ 
işləri üzrə xüsusi komitə təşkil etdi112.
1922-ci  ilin  noyabrında  AK(b)P  Bakı  Komitəsinin  Plenumu  keçirildi. 
Plenumda  Dağlıq  Q arabağın  muxtariyyat  məsələsi  müzakirə  edildi.  Plenum 
AK(b)P Rəyasət  Heyətinə  tapşırdı  ki,  Dağlıq  Qarabağın  M uxtariyyat haqqm da 
məsələnin işlənib hazırlanm asm a dair komissiyanm qəti tərkibini təsdiq etsin.
1922-ci  il  dekabnn  5-də  RK (b)P  Zaqafqaziya  Ölkə  Komitəsində  (ZÖK) 
Dağlıq  Q arabağ  haqqm da  məsələ  müzakirə  edildi113.  Q ərara  alındı  ki,  Dağlıq 
Qarabağ  məsələsi  ilə  bağlı  ZÖK-nin  sədri,  7  üzvü  və  Şuşa,  Cavanşir,  Cəbıayıl 
qəzalarmdan  3  nəfər  daxil  olmaqla  Dağlıq  Qarabağ  işləri üzrə  Mərkəzi  Komis- 
siya  yaradılsm.  Həmin  qərara  uyğun  olaraq  1922-ci  il  dekabrm  15-də  AK(b)P 
MK-nın  Rəyasət  Heyəti  S.M .Kirov  başda  olmaqla  Azərbaycan  SSR  XKS 
yanmda  Dağlıq  Q arabağ  işləri  üzrə  Mərkəzi  Komissiyanın  və  A.K arakozovun 
sədirliyi  ilə  Dağlıq  Q arabağ  işləri  üzrə  komitənin  tərkibini  təsdiq  etdi.  Komis- 
siyaya  Şuşa,  Cəbrayü,  Cavanşir  qəzaları  icraiyyə  komitələrinin  sədrləri  də  daxil 
idilər.  Komitə həm də torpaq, təhsil və səhiyyə işlərinə rəhbərlik edirdi114.
1922-ci il  dekabrın  17-də AK(b)P M K-nm  Rəyasət  Heyəti  və XKS  «Dağlıq 
Q arabağ  haqqında  Azərbaycan  M İK   və  XKS-nin  layihəsi»ni  təsdiq  etdilər115. 
Dağlıq  Q arabağ işləri  üzrə komissiya K arakozovun sədrliyi ilə yerlərdə  vəziyyəti 
hərtərəfli öyrəndikdən  sonra Q arabağ məsələsinin həlli layihəsini təsdiq etdi.
41

AK(b)P  MK-nın  Rəyasət  Heyəti  Kirovun  sədrliyi  ilə  təqdim  olunmuş 
sənədləri  nəzərdən  keçirərək  20  iyun  1923-cü  ildə  qərara  aldı  ki,  Qarabağm  bir 
inzibati vahid şəkildə aynlması zəruridin)1'6.
1923-cü  il  iyunun  30-da  RK(b)P  ZÖK-nin  plenumunda  Dağlıq  Qarabağ 
işləri üzrə komissiyanm  rəyi əsasmda Qarabağ məsələsi yenidən müzakirə olundu 
və Dağlıq Qarabağ M uxtar Vilayətinin  (DQMV) ayrılması haqqında qərar qəbul 
edildi117.  Azərbaycan  K(b)P M K Rəyasət Heyətinin  1  iyul  1923-cü il  qərarı  bunu 
təsdıq  etdi118.  DQMV-nin  yaradılması  haqqnıda  Azərbaycan  M İK-nin  7  iyul 
dekreti verildi.  Dekretdə Vilayətin mərkəzi Xankəndi göstorilirdi"9.
Ermənistan  hökuməti  Dağlıq  Qarabağm  ali  hakimiyyət  orqanlannda 
möhkəmlənmək üçün  Dağlıq Q arabağda «kadr çatışmamazlığı»nı bəhanə edərək 
1923-cü  il  yanvann  22-də  S.Kirovun  və  A.Karakozovun  məktubtı  ilə  Ermə- 
nistandan  milliyyətcə  erməni  olan  6  nəfər  rəhbər  işçini  həmin  bölgəyə 
göndərdi120.  Bu «proses» sonrakı dövrlərdə də davam etdirildi.
DQMV-nin  yaradılması  haqqm da  layihə  hazır  olsa  da  məsələnin  qəti  həlli 
xeyli  uzandı.  Çünki  Azərbaycan  dövləti  daxilində  belə  bir  üzdəniraq  qurumun 
yaradılması  Azərbaycan  rəhbərliyini,  ilk  növbədə  N.Nərimanovu  qane  etmirdi. 
Onlar  başa  düşürdülər  ki,  bu  qondarma  qurum  Azərbaycan  üçün  gələcəəkdə 
böyük  fəlakətlər gətirəcəkdir.  Eyni  zamanda  partiya  və sovet  orqanları  məsələni 
dəfələrlə  müzakirə  edir  və  cürəbəcür  təkliflər  irəli  sürürdülər.  Məsələn,  1923-cü 
ilin  maymda  Karakozov  başda  olmaqla  4  erməninin  iştirak  etdiyi  Qarabağ 
Komitəsi  tam  öz  mənafelərinə  uyğun  belə  bir  layihə  hazırladılar:  «Qarabağ  2 
hissəyə  bölünsün:  a)  Şuşa  şəhəri  mərkəz  olmaqla,  Kürdüstanda  daxil  olmaqla 
Dağlıq Qarabağ; b) Mərkəzi Ağdam olmaqla Düzən Q arabağ»121.
1923-cü  il  iyulun  1-də  AK(b)P  MK-nm  Rəyasət  Heyəti  Q arabağa  Mux- 
tariyyat  barədə  dekret  verməyi  qərarlaşdırdı122.  Həmin  il  iyunun  20-də  isə 
Mərkəzi  Komissiyanın  təqdim  etdiyi  layihəni  nəzərdən  keçirən  Rəyasət  Heyəti 
Dağlıq Qarabağı inzibati vahid kimi yaratmağı  qərara aldı. Lakin Ə.H.Qarayevə 
tapşınldı  ki,  yaradılmış  komissiya  vasitəsilə  məsələni  ətraflı  öyrənib  təqdim 
etsin123.
42
1923-cü  il  iyunun  27-də  RK (b)P  ZÖK-nin  plenumunda  «Dağlıq  Q arabağ 
məsələsi»  ilə  əlaqədar  Qarabağ  Komitəsinin  məruzəsi  dinlənildi.  Plenumda 
«DQMV-nin  yaradılması  haqqında»  rəy  təsdiq  olundu124.  RK(b)P  M K   Rəyasət 
Heyətinin  1  iyul  1923-cü il  q əran   da  bunu təsdiq etmişdir.  Q rarda  göstərirdi  ki, 
«AM İK-ə  təklif  olunsun  ki,  Dağlıq  Q arabağa  muxtariyyat  verilməsi  barədə 
dekret  versin.  Xankəndi  mərkəzi  olmaqla  Qarabağ  M uxtar  Vilayəti  yaradılsın. 
İcraiyyə Komitəsi  yaradılanadək Vilayəti  idarə etmək üçün  5 nəfər üzvdən  ibarət 
İnqilab  Komitəsi  və  5  nəfər  üzvündən  ibarət  Vilayət  Partiya  Komitəsi 
yaradılsım /25.
Dağlıq  Q arabağ  muxtariyyatının  sərhədlərini  və  düzən  Qarabağm   hüdud- 
lannı  müəyyən  etmək  üçün  Ə.H.Qarayev,  A.N.Karakozov,  Ç.İ.İldırım, 
D.X.Bünyadzadə və Svirdovdan  ibarət Xüsusi Komissiya yaradıldı.
1923-cü  il  iyulun  7-də  Azərbaycan  SSR  M İK   «Dağlıq  Q arabağ  M uxtar 
Vilayətinin  təşkili  haqqm da»  dekret  verdi.  M İK-nin  qərarında  göstərilirdi: 
«Dağlıq  Qarabağm   ermənilər  yaşayan  hissəsində  Xankəndi  mərkəzi  olmaqla, 
Azərbaycan  SSR  tərkib  hissəsi  kimi  M uxtar  Vilayət  təşkil  edilsin.  M uxtar 
Vilayətin  idarəetmə orqanlan  Vilayət  İcraiyyə Komitəsi və yeni  yerli sovetlərdir. 
İcraiyyə  komitələri  yaradılanadək  müvəqqəti  inqilab  komitəsi  yaradılsın». 
M uxtar  Vilayətin  Əsasnaməsini  hazırlamaq  və  inzibati  vahidləri  ona  faktiki 
surətdə  vermək,  sərhədlərini  müəyyənləşdirmək  üçün  Dağlıq  Qarabağın,  Düzən 
Qarabağm,  Kürdüstanm  və Azərbaycan  SSR-in  mərkəzi hökumətinin  nümayən- 
dələrində ibarət qarışıq komissiya təşkil edildi126.
Beləliklə,  1923-cü il iyulun 7-də Azərbaycan M İK-nin dekreti ilə Azərbaycan 
SSR-in  tərkıbində  Dağlıq  Q arabağ  M uxtar  Vilayəti  (DQMV)  yaradıldığı  elan 
edildi127.
1923-cü  il  iyulun  14-də  AK(b)P  M K-nm  Rəyasət  Heyəti  Dağlıq  Q arabağ 
muxtariyyatı  konstitusiyasmın  (Əsasnaməsinin)  hazırlanmasma  dair  komis- 
siyanın  fəaliyyətini  müzakirə  etdi.  Komissiyaya  sədirlik  D.X.Bünyadzadəyə 
həvalə olundu128.
43

1923-cü  il  iyuiun  16-da  D.X.Bünyadzadə  RK(b)P  MK-nm  Rayasət 
Heyətində  komissiyanm  məruzəsi  ilə  çıxış  etdi.  O  bildirdi  ki,  Şuşa  şəhəri  və 
Skobelov  icmasma  daxil  olan  boş  qalmış  rus  torpaqları  DQMV-nin  tərkibinə 
qatmaq,  5  nəfərdən  ibarət  DQMV inqilab  komitəsi  və  9  nəfərdən  ibarət  Vilayət 
Partiya  Komitəsi  yaratm aq  lazımdır129.  D.X.Bünyadzadənin  irəli  sürdüyü  müd- 
dəalan Azərbaycan  M İK  və Azərbaycan  SSR  XKS  1923-cü  il iyulun 21-də birgə 
keçirdiyi iclasda təsdiq etdilər130.
Azərbaycan  XKS  yanmda  Dağlıq  Qarabağ  işləri üzrə Komissiya «DQMV-i 
haqqında  Əsasnamə»nin  son  variantmı  işləyib  hazırladı  və  RK(b)P  MK-nın 
Rəyasət  Heyəti  1923-cü  il  iyulun  23-də  həmin  «Əsasnamə»də  bəzi  dəyişikliklər 
aparıb  təsdiq  etdi131.  DQMV-də  Birinci  Sovetlər  Qurultayı  çağırılanadək 
Vilayətin  idarəçiliyi,  1923-ci  il  iyulun  24-də  Azərbaycan  SSR  M İK  və  XKS-nin 
birgəqərarı  ilə,  A.N.Karakozov  (sədr),  B.N.Bünyadov,  K.Kafıyev,  S.V.Manuk- 
yan və M.Çalyandan ibarət müvəqqəti  İnqilab Komitəsinə həvalə olundu132,
1923-cü  il  noyabnn  6-7-də  DQMV-nin  birinci  sovetlər  qurultayı  kesirildi. 
Qurultayda iştirak edən  132 nümayəndədən  116-sı erməni,  16-sı azərbaycanlı,  12 
-si  qadm  və  80  faizi  kommunist  idi.  Qurultayda  H.H.Sultanov,  Ç.İ.İldınm  və 
İ.İ.Dövlətov  da  iştırak  edirdi.  Qurultayda  A.N.Karakozov  Qarabağ  İnqilab 
Komitəsinin  fəaliyyəti  haqda  məruzə  etdi.  25  nəfərdən  ibarət  DQMV  MİK-nin 
tərkibi  seçildi.  DQMV  MİK-nin  Rəyasət  Heyətınin  tərkibi  A.Karakozov  (sədr), 
M.Çalayan,  B.Bünyadov,  S.M anukyan,  A.Ketkiyan  (katib),  M .Arzanyan  və 
başqalarından ibarət təsdiq edildi133.
1923-cü  il  dekabrın  11-də  «DQMV-i  haqqında  Əsasnamə»sinin  yenidən 
işlənməsi üçün  AK(b)P  MK-nın  Rəyasət  Heyəti  tərəfmdən  Komissiya  yaradıldı.
1924-cü  il  iyulun  3-də  xüsusi  komissiyanın  hazırladığı  «DQMV  haqqmda 
Əsasnamə»  RK (b)P  MK-nm  Rəyasət  Heyəti  və  Azərbaycan  M İK-nin  Rəyasət 
Heyəti  tərəfındən  bəyənildi  və  1924-cü  il  noyabnn  26-da Azərbaycan,  erməni  və 
rus  dillərində  m ətbuatda  dərc  edildi.  «Əsasnamədə»  göstərilirdi  ki,  «DQMV-i 
Azərbaycan  SSR-in  tərkib  hissəsidir.  DQMV-də  bütün  kərgüzarlıq, məhkəmə və 
məktəblərdə  tədris  ana  dilində  apanlır».  Əşasnamədə  DQMV-nə  daxil  olan
44
ərazilər  göstərilmiş,  yerli  hakimiyyət  orqanlannm   təşkili  form alan,  hüquq  və 
vəzifələrı  göstərilmişdir134.  Eyni  zam anda  «Əsasnaməyə»  görə  Şuşa  qəzasmdan 
Şuşa,  Xankəndi  və  115  kənd,  Cavanşir  qəzasmda  52  kənd,  Qaryagin  qəzasmda 
30 kənd, Qubadlı qəzasmdan isə Qaladərəsi DQMV-yə verildi135.
Azərbaycanm  ayrılmaz  tərkib  hissəsi  olan  Q arabağm .  dağlıq  hissəsinin 
muxtariyyətləşməsi  və  onun  ətraftnda  yaranan  məsələlərə  münasibət  AK(b)P 
M K-nm  birinci  katibı  S.M .Kirov  AK(b)P-nm  VI  qurultaym dakı  çıxışında 
yekunlaşdırmışdır:  «Bizim  bu  sahədə  ən  böyük,  nəzəri  cəlb  edən  nailiyyətimiz 
budur  ki,  «Qarabağ  məsələsi»  deyilən  məsələni  o  qədər  tam   olmasa  d a  xeyli 
dərəcədə...  axır ki, nəhayət həll edə bildik, şübhəsiz, tamamilə düzgün  iş gördük. 
Bu  məsələni,  əsasən,  yenidən  həll  etməyə  qayıtmayacağımıza  heç  b ir  şübhə 
yoxdur»136.
D oğrudanda,  Azərbaycanda  dövrünün  «birinci  şəxsiyyəti»  kimi  tanınan 
S.M .Kirovun  yuxarıdakı  nitqini  nəzərdən  keçirərkən  Azərbaycan  xalqma  qarşı 
əsil xəyanəti, fitnəkarlığı, namərdliyi, cinayəti görürük.
Kirov,  Mirzoyan,  Dövlətov  və  digər  obyektivlik  hissini  itirən,  simasız 
erməni  millətçiləri  özlərinin  alcaq  məharətlərindən  layiqincə  istifadə  edərək 
qondarm a  DQMV-nin  yaradılmasma  nail  olmaqla  Azərbaycan  millətinin 
mənafeyinə,  Vətənimizin  gələcəyinə  ciddi,  ağır  ziyan  vurdular  və  bu  saxta 
qurum dan  sonrakı  dövrlərdə  müsəlmanlara  qarşı  bir  «qaba  silah»  kimi  istifadə 
etdilər.
Beləliklə,  DQMV-nin yaranm ası  ilə o  illərin  Qarabağ  problemi  yekunlaşdı. 
Qərbin və Rusiyanm havadarlığı ilə Azərbaycan əraziləri hissə-hissə itirildi.  Dağ- 
lıq  Qarabağm   Azərbaycanın  tərkibində  qalması  Azərbaycanm  öz  torpaqlarınm  
qorunması  uğrunda  müvəffəqiyyəti  kimi  qiymətləndirilsədə,  vilayət  statusunun 
yaradılması  gələcəkdə ermənilərin  Azərbaycana  qarşı  məkrli ərazi  iddiası siyasə- 
tinin  mənbəyi,  xəyanətkarlıq  və nankor  qonşuluq  nümunəsi  olmuşdur.  DQMV- 
nin  yaranm ası  uzun  illər  boyu  erməni  millətçilərinin,  milli  təşkilatlarmm, 
Ermənistan  hökumətinin  planı  və  vahid  xətt  əsasmda  apardığı  siyasətin  həyata 
keçirilməsinin  nəticəsi,  Azərbaycana  qarşı  «parçala  və hökm  sür»  imperiya  siya-
45

sətinin  davamı  idi.  XX  əsrin  əvvəllərində başlanan  bu  siyasət  yüksələn  xətt  üzrə 
davam  edərək,  əsrin  sonlarına  yaxm  ərazilərimizin  20  faizinin  işğalı  ilə  nəticə- 
ləndi. Xalqjmız öz doğma torpağmdan didərginə, qaçqma,  köçkünə çevrildi.


Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə