AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə21/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

289

dağılmağa başlandı, əvəzmdə isə qaniçən erməni cəlladlarmın heykəlləri ucaldılır 
və ya başqa dövlətlərdən pulla alıb gətirdikləri, üzərində xaç nişanı olan  əşya ilə 
əvəzləşdirilirdi.
“Böyük  Ermənistan”  yaratm aq  ideyasilə  tarixi  və  tarixi  abidələri  zorla 
erməniləşdirənlərə,  hətta,  Tbilisinin  və  Gürcüstanm  qədim  erməni  əraziləri  elan 
edənlərə qarşı böyük  gürcü mütəfəkkiri  t.Q.  Çavçavadze “erməni  alimləri və göz 
yaşı tökən daşlar” kitabm da çox tutarlı cavab vermişdir.18
1964-cü  ildə  “Qarabağ  Komitəsi”nin  fəal  üzvlərində  oan  Maksim 
Hovonesyan 
yüzlərlə 
erməninin 
iştirakı 
ilə 
DQMV-nin 
ermənistana 
birləşdirilməsi üçün  SSRİ Ali Sevetinə müraciət ünvanladı.  Müraciətdə,  DQMV- 
də  çətin  iqtisadi  vəziyyətdə  yaşadıqlarından,  Azərbaycan  höküməti  tərəfindən 
sıxışdınldıqlarmdan  geniş  bəhs  olunm uşdur.19  1964-cü  ildə  SSRİ  Ali  Sovetinin 
sədri  A.İ.M ikoyan  DQMV-də  ermənilərin  yazdığı  müraciəti  N.S.Xuruşşova 
təqdim  edir.  Eyni  zamanda  təklif  edir  ki,  10  il  əw əl  Krımm  Ukraynaya 
müvəffəqiyyətlə  verilməsi  təcrübəsini  nəzərə  alaraq  Dağlıq  Q arabağ  M uxtar 
Vilayətini  Ermənistana  birləşdirsin.  Lakin  N.S.Xruşşov  başa  düşürdü  ki,  SSRİ 
məkanmda  30-a  qədər  milli  münaqişə  ocağı  var.  Əgər  “Dağlıq  Qarabağ 
məsələsi”ni  Ermənistanın  xeyrinə  həll  etsə,  onda  bu  arzuedilməz  nəticələr  verə 
bilər.  Həmin  vaxt  N.S.Xruşşov  A.İ.M ikayana  konkret  belə  cavab  vermişdi: 
“DQM V ermənilərini bir sutka ərzində Ermənistana köçürmək üçün  12 min yük 
maşını verməyə hazıram” .20
M oskvada  Dağlıq  Q arabağ  məsələsini  öz  xeyirlərinə  həll  edə  bilməyəh 
ermənilər  1960-cı  illərin  ortalarm dan  Ermənistan  SSR-də  növbəti  dəfə 
antiazərbaycan  hərəkatmı  qızışdırdılar.  Onlar,  1965-ci  ildə  uydurm a  “erməni 
genosidi” nin  50  illiyin  və  Azərbaycan  xalqının  qəddar  düşməni  cəllad 
Andronikin  anadan  olmasımn  100  illiyini 
erməni  diasporunun  təsiri  və 
A.M ikoyanın bilavasitə  köməyi ilə keçirilməsinə razılıq aldılar.  1965-ci  il aprelin
23  Yerevan  şəhərində  400  min  nəfərlik  erməninin  nümayişi  keçirildi.21 
Nümayişçilər  “Dağlıq  Qarabağ  bizimdir”,  “Naxçıvan  Ermənistan  torpağıdır”,
290
“Qərbi  Erm ənistan  (Yəni  Anadolu)  Ermənistana  birləşməlidir”,  “Ermənilər, 
1915-ci  ilin  qisasmı  alm aq  vaxtıdır”  və  sair  antitürk,  antiazərbaycan  şüarları  ilə 
çıxış edirdilər.22 H ər yerdə açıq fəaliyyətə başlayan Daşnaksutyun  partiyası bir il 
m üddətində  əhalini  dinc oturm ağa  imkan vermədi.  Azərbaycanlılar  öz ata-baba 
yurdlarından  yenidən  sıxışdırılıb  çıxarılmağa  başlandı. 
DQM V-də  isə 
Mərkəzdən  və  Ermənistandan güclü dəstək alan ermənilər azərbaycanlılara qarşı 
hər yerdə ayrı-seçkilik yaradır və sıxışdırırdılar. Azərbaycanlılar yaşayan kəndlər 
doğrudan  da  xarabalıqları  xatırladırdı.  Bütün  bünlar  Azərbaycan  hökumətinin 
gözləri  qarşısm da  baş  verirdi.  Vəziyyətə  nəzarət  etmək,  Dağlıq  Qarabağm  
Azərbaycanlılar  yaşayan  kəndlərinə  azda  olsa  kömək  etmək  məqsədilə 
Azərbaycan  hökuməti  1967-ci  ilin  yanvarmda  vəsait  ayırdı.  Bu  hadisəyə erməni 
lobbisi  ciddi  müqavimətlə  cavab  verdi.  H ətta  həmin  vaxt  Dağlıq  Q arabağ 
M uxtar  Vilayətində  bir  neçə  azərbaycanlı  qətlə  yetirildi.  Onlarla  həmvətənimiz 
bədən xəsarəti aldı.23
1965-ci  ilin  aprelin  23-25-də  istər  Ermənistanda,  istərsə  də  Azərbaycan 
SSR-in  DQMV-də  ermənilərin xalqımıza qarşı  başladığı növbəti antiazərbaycan 
hərəkatm a  siyasi  qiymət  verərkən  belə  qənaətə  gəlmək  olar  ki,  bu  hərəkat  dini 
zəmində  baş  verməmişdi.  Hərəkatın  başm da  katalikos  dayansa  da,  “gözə 
görünməyən” rəhbərlik M oskvada yüksək kresloda əyləşmişdi.  O vaxtkı nümayiş 
iştirakçıları, başıpozuq dəstə, qaba millətçilər “Böyük Ermənistan torpaqlarının” 
“geri  qaytarılm ası” ,  intiqam  almaq  hissləri  ilə  silahlanmışdılar.  Sovet 
hökum ətinin  tuğyan  etdiyi  bir  şəraitdə  hadisələrin  bu  cür  dərin  inkişafına 
M oskvanm  göz yumması bu hərəkatın elə onlarm   özləri  tərəfmdən  törədilməsini 
təsdiqləyir.  Azərbaycanm  ayrılmaz  hissələri  olan  DQMV  və  Naxçıvan  MSSR  -  
nın  Erm ənistana  birləşdirilməsi  kimi  bədnam  şüarlarımn  səslənməsi  ilə  bu  fıkir 
və  iddiaların  çox-çox əvvəllərdən qaynaqlandığmı  göstərirdi.  Əlbəttə M oskvanın 
“işə  qarışm ası”  ilə  1965-ci  ildə 
tuğyan  edən  ermənilərin  antiazərbaycan 
hərəkatınm  qarşısı almdı.
291

1965-ci 
ildən 
Azərbaycan 
SSR-in 
DQMV-də 
və 
Ermənistanda 
antiazərbaycan hərəkatı  özünü başqa form alarda  da,  göstərirdi.  Belə  ki,  1965-ci 
ildə  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Dağlıq  Qarabağın  Ermənistana  iltihaq 
edilməsi  barədə 45  min erməninin imzaladığı  petisiya  Moskvaya təqdim  olundu. 
Sov.  İK P   M K   katibliyi  “Dağlıq  Qarabağ  məsələsi”nin  Ermənistan  SSR-in 
xeyrinə  həll  edəcəyi  anda  ağır  nəticələr  verəcəyini  başa  düşüb  Ermənistan  və 
Azərbaycan  hökumətinə  bu  barədə  qəti  qərar  qəbul  etməyi  tapşırdı.  Ermənilər 
belə  hesab  etmişdilər  ki,  “Dağlıq  Q arabağ  məsələsi”nin  onlarm  xeyrinə  həll 
olmamasım M.Suslov yerinə yetirmişdir.24
“Qarabağ  Komitəsi”  və  onun  daşnak  üzvləri  DQMV-də  vəziyyəti 
gərginləşdirmək,  nifaq  salmaq  üçün  qurban  verməkdən  belə  çəkinmirdilər. 
Növbəti  obyekt  sadiq  dostlar  kimi  tam nan  Ərşad  və  Benikin  ailəsi  olmuşdur. 
Hadisə  1967-ci  ilin  iyununda  baş  vermişdir:  Azərbaycan  SSR-in  DQMV-- 
Xocavənd  rayonunun  K urapatkin  kəndində  erməni  Benikin  məktəbli  oğlu yoxa 
çıxır.  Az  sonra  uşağm  meyiti  Ələmşah  Mustafayevin  briqadasına  məxsus  olän 
sahədən  tapılır.  Bu  əsasda  briqadir  Ələmşah,  direktor  Ərşad  və  kənd  sakini 
Zöhrab  həbs  olunurlar.  Bundan  sonra  azərbaycanlıların  yaşadıqları  kəndlərə 
qarış  terror  aktları  törədilməyə  başlamhr.  Azərbaycalılardm  intiqam  almaq 
çäğırışları  DQM V-nin  hər  yerində  yayılırdı.  Ciddi məsələ  olduğundan  istintaqa 
mütəxəssis  kimi  Azərbaycan  SSR  Vəkillər  Kollegiyasının  və  Sovet  Beynəlxalq 
Hüquq  Assesosiyasmm  üzvü  A.Koçarov  da  dəvət  olunmuşdu.25  3  iyul  1967-ci 
ildə məhkəmədə Ələmşah, Ərşad və Zöhrabın günahları sübuta yetmədiyi üçün ı'ş 
yenidən istintaqa qaytarılır.
Lakin  Benikinin  başçılıq  etdiyi  erməni  dəstəsi  yolda  onların  hər  üçünü 
əsgərlərdən alıb qətlə yetirir və sonra isə od vurub yandm rlar.
1967-ci  ildə  Azərbaycan  SSR  Dövlət  Təhlükəsizlik  Komitəsinin  sədri 
vəzifəsinə  təyin  olıman  H.Ə.Əliyev  həyatını  risqə  ataraq  əsil  cinayətkan  aşkar 
etmək  üçün  DQMV-nə  gəlir  və  istintaqa  başlayır.  İstintaq  nəticəsində  məlum 
olur  ki,  həmin  uşağı  dayısı  öldürübmüş.  Benik,  törətdiyi  cinayətlərə  görə
292
güllələnmə  cəzasma  məhkum  edilir.  Qəribə  orasındadır  ki,  “güllələnmiş”  Benik
1975-ci ildə atasm ın dəfnində iştirak etmiş və yenidən “yoxa çıxmış”d ı r .26
1968-1969-cu  illərdə  Ermənistanın  Azərbaycana  qarşı  böyük  torpaq 
iddiaları  davam   etmişdir.  Bu  dövrdə,  Dağlıq  Q arabağda  “Daşnakstyun” 
partiyasının  antiazərbaycan  təbliğatı  daha  da  güclənmiş,  bölgədə  yaşayan 
müsəlmanlara  qarşı  təxribatlar,  terrorizm  genişlənmişdir.  Məsələn,  1969-cu  ilin 
aprelində  “erməni  genosidi”nin  əvəzini  çıxmaq  üçün  Xankəndi  şəhərində 
“Q arabağ” 
mehmanxanasının 
eyvanından 
atılmış 
qum bara 
onlarla 
azərbaycanlım  yaralamış  və  şikəst  etmişdir.  Təəssüflər  olsun  ki,  cinayəti 
törədənlərin  kimliyi məlum olsa da, bu dnayət də bağlı qalm ışdır27.
Ümumiyyətlə,  ermənilərin  Qarabağa  köçürülməsi  ilə  bu rad a  yaşayan 
müsəlmanların  qara  günləri  başlamış  və  XX  yüzillik  boyu  bu,  daha  da 
dərinləşmişdir.  M oskvanın  fitvası  və  havadarlığı  ilə  mərkəzdəki  və  xarici 
ölkələrin  lobbisinə  arxalanan  erməni  millətçiləri,  kommunist  -   daşnaklar  1968-
1969-cu  illərdə  azərbaycanlıları  Dağlıq  Qarabağdakı öz dədə-baba  yurdlarm dan 
müxtəlif  vasitələrlə  sıxışdırıb  çıxarmağa  və  “Böyük  E rm ənist^ı”  dövləti 
yaratm aq  məqsədilə  Azərbaycanın  Dağlıq 
bölgəsinin  Erm ənistana  verilməsi 
məsələsini  Sov.  İK P   M K  və  SSRİ Nazirlər  Soveti  qarşısında  mühüm  bir məsələ 
kimi qaldırdılar.  Həm in vaxt Ermənistan,  1938-ci  ildə Zaqafqaziya Kartoqrafiya 
idarəsinin  erməni  müəlliflərinin  yaratdıqları  xəritələrə  əsaslanaraq,  Azərbaycan 
SSR-in  Gədəbəy,  Qubadlı,  Laçın,  Qazax  rayonlarmın,  habelə  Naxçıvanın  bəzi 
sərhəd  kəndlərinin  bir  sıra  torpaqlarınm  Ermənistan  ərazisi  olm ası  haqqmda 
saxta iddialar irəli sürdülər28.
D ağlıq  Q arabağla  bağlı  ermənilərin  irəli  sürdükləri  böhtanlar,  yalan  və 
iradlar  vaxt  keçdikcə  ortaya  çıxır  və  aydmlaşır.  Hələ,  vaxtilə  Rusiyamn 
Ərzurum dakı  səfıri  işləmiş  Mayeviskinin  erməni  saxtakarlığı  haqqında 
dediklərini  xatırlam aq  yerinə  diişərdi:  “Erməni  müəllifləri  çox  ustalıqla  ’* 
həqiqətdən  qaçırlar.  Onlarda  hər  şey  faktlarm   üfürülüb  şişdirilməsi  əsasırida 
qurulub.  O nlarm   bütün  fəaliyyətləri  mövcud  olmayan  uydurm alar,  eşidilməmiç
293

qəddarlıqlar  əsasında  qurularaq  elə  şərh  edilib  ki,  bu  ermənilərə  mərhəmət, 
türklərə nifrət oyadır...M ən “türk vəhşiliyinə” heç yerdə rast gəlmədim.Türkləri 
gördükdən  sonra  məndə  beiə  bir  qəti  qənaət  yaranıb  ki,  türklər  vəhşiliklər 
törətməyə qadir deyiUər, lakin Şərqdəki xristianlar türkləri bu cür qələmə verir və 
özlərinin törətdiklərini, uydurduqlarını onların adına çıxırlar”29.
X IX  
əsrin  əvvəllərində  Rusiyanın  İrandakı  səfiri  A.S.Qriboyedovun  rus 
İm peratoruna  ünvaladığı  məktubu  nəzərdən  keçirmək  daha  maraqlı  olardı: 
“Əlahəzlər  ermənilərin  mərkəzi  rus  torpaqlarında  məskunlaşmasma  icazə 
verməyin.  O nlar elə  bir  tayfadırlar ki,  həmin  yerlərdə  bir  neçə  on  il  yaşadıqdan 
sonra  dünyaya  hay-küy  salaraq  bura  bizim  qədim  dədə-baba  torpaqlarımızdır 
deyəcəklər”30.  Doğrudan  da,  A.S.Qriboyedovun  bu  gümanı  həqiqətə  çevrildi. 
Ermənilərin Azərbaycanm Dağlıq Q arabağ torpaqlarına  qarşı  ərazi  iddiaları bir 
daha deyilənləri sübut etdi.
Rus  tədqiqatçısı  N.İ.Şovrov  1911-ci  ildə  yazmışdır  ki,  Hazırda  Cənubı 
Qafqazda yaşayan  1  milyon  300 min nəfər erməninin  1  milyondan  çoxu diyarın 
yerli  əhalisinə  məxsus  deyil  və  bizim  tərəfımizdən  buraya  köçürülmüşlər.  Şimali 
Azərbaycana  köçürülmüş  ermənilərin  Naxçıvan,  İrəvan 
və  Qarabağda 
yerləşdirilməsinə xüsusi diqqət verilmişdi31.
Erməni  müəllifləri  Arakel  Təbrizski,  B.İşxanyan,  S.T.Yeremyan  və 
başqalan öz əsərlərində göstərirlər ki, Dağlıq Q arabağda yaşayan ermənilərin bir 
hissəsi  qədim  albanlarm  nəsilləridir...  Bir  hissəsi  isə  İran  və  Türkiyədən  qaçıb 
gələnlərdir  ki,  onlar  üçün  Azərbaycan  torpağı  təqiblərdən  və  təhdidlərdə’n 
qorum aq  üçün  sığmacaq  olmuşdur32.  Rus  alimi  V.Veliçko  1904-cü  ildə  çap 
olunmuş  əsərində  yazırdı:  “Erməni  məhəlli  məktəblərində  şagirdlər  “Böyük 
Ermənistan”m  xəritəsini  öyrənirlər  ki,  onun  da  ərazisi  demək  olar  ki,  Voronejə 
qədər çatır və paytaxtı Tiflisdir”33.  Əlbəttə yazılan tarixi  həqiqətləri ermənilər nə 
qədər məhv etsələr belə, bu cür faktlar minləriədir və ermənilərin kimliyini bu cür 
həqiqətlərlə  müəyyən  etmək  olar.l938-ci  ildə  Zaqafqaziya  M İK -nin  nəzarəti 
altında  Azərbaycan,  Ermənistan  və  Gürcüstan  M İK-ləri  öz  inzibati  sərhədlərini
təsdiq edərək qonşu respublikalara ərazi iddialanndan əl çəksələr də,  1953-cü ilin 
dekabnnda  Ermənistan  SSR  Azərbaycanın  Gədəbəy  rayonunun  730  hektarlıq 
ərazisinin  onlara  (Ermənistana)  aid  olmasını  və  geri  qaytarılm asını  SSRİ 
hökumətindən  tələb  etdilər34.  Moskva  niimayəndələri  Azərbaycam n  Gədəbəy 
rayonunda  yoxlama  apararaq  müəyyən  etdilər  ki,  məkirli  niyyət  sahiblərinin 
ərazi iddiaları əsassız boş cəfəngiyyatdan başqa bir şey deyildir.
Gədəbəy  rayonunu  Tağlar  kəndinin  nə  DQM V  ilə,  nə  də  Ermənistanla 
tarixən  heç  bir  təmas  xətti  olmayıb.  Odur  ki,  “mübahisəli  ərazi”  hesab  olunan 
Gədəbəy  rayonun  tarixi  dədə-baba  torpaqları  SSRİ  K ənd  Təsərrüfatı 
Nazirliyinin  06  may  1954-cü  il  tarixli  136  saylı  əmri  ilə  Gədəbəy  rayonunun  3  . 
kolxozu  arasında  rəsmiləşdirildi35.  Lakin  13  il  sonra  1968-ci  ildə  ermənilər  bu 
məsələyə  bir də qayıdırlar.  Moskvadakı erməni lobbisinin təzyiqi ilə Azərbaycan 
SSR  Ali  Sovetinin  Rəyasət  Heyəti  1969-cu  il  7  may  tarixli  qərarı  ilə  2  min 
hektardan  çox  qədim  Azərbaycan  torpaqlarının  (Laçında  Qaragöl  yaylağı, 
Q ubadlıda Çayzəmin ərazisinin,  Qazağm  Kəmərli  kənd torpaqlarının  bir hissəsi, 
Kəlbəcərdə  Z od  qızıl  mədəni  və  sair  ərazilərimizin)  Erm ənistana  verilməsi 
haqqında  hələ  1938-ci  il  5  mayda  verilmiş  qərarı  təsdiq  etdi.36  Lakin  bəhs 
etdiyimiz  dövrdə,  Azərbaycan  SSR  Milli  Təhlükəsizlik  Nazirliyinin  sədri 
vəzifəsində  işləyən  H.Ə.Əliyev,  Azərbaycanm  Milli  düşüncəli  vətənpərvər 
ziyalıları  öz  ətrafm da  birləşdirərək,  Mərkəzə  təqdim  olunan  Azərbaycan 
xəritəsini  tədqiq  etməyə  başladı.  Məlum  oldu  ki,  M oskvaya  təqdim  olunan 
xəritələr  1953-cü  ildə  iki  erməni  -   Kələntərov  və  Qadaqçiyan  tərəfındən 
saxtalaşdırılan  xəritələrdir.  14  iyul  1969-cu  ildə  H.Ə.  Əliyevin  Azərbaycan  KP 
M K -nə  birinci katib təyin edilməsi ilə o dövrdə Erm ənistam n Azərbaycana qarşı 
ərazi iddialarına  son  qoyuldu.  H.Ə.Əliyev  “mübahisəli”  hesab olunan  ərazilərdə 
qanunu iş aparm aq üçün Azərbaycan K ənd Təsərrüfatı N azirinin birinci müavini 
N adir  Hüseynovun  rəhbərliyi  altm da  bölgəyə  ekspert  qrupu  göndərildi, 
A zərbaycan  nüm ayəndə  heyəti  Ermənistan  K P   M K-nm  birinci  katibi  və  onu ^ 
müşayət  edən  şəxslərlə  görüşürdülər.  1898  və  1903-cü  illərdə  tərtib  olunmuş
295

xəritələr  Erm ənistan  nümayəndə  heyətinə  təqdim  ohrndu  və  məlum  oldu  ki,
1968-ci 
ildə 
M ərkəzə 
təqdim 
olunan 
xəritə 
ermənilər 
tərəfindən 
saxtalaşdınlm ışdır.  Bununla  da,  2  min  hektardan  çox  Azərbycan  torpaqlarmın 
Erm ənistana  verilməsinin  qarşısı  H.Əliyev  tərəfindən  qətiyyətlə  almdı37.Bəhs 
etdiyimiz  dövrdə,  Ermənistanın  Azərbaycana  qarşı  əsassız  ərazi  iddiaları 
nümayiş,  mitinq,  terror  və  başqa  bəd  əməllərlə  yanaşı,  Qarabağın  qədim  tarixə 
malik  alban,  qarqar,  aran,  tərtər,  peçeneq,  katek  türk  mənşəli  tayfalarm 
toponimlərinin  qəddarhqla  dəyişdirilməsi  ilə  davam  etdirilmişdi.  Erməni 
daşnaklan  Dağlıq  Qarabağdakı  türk  mənşəli  yer  adlarını  müxtəlif  prinsiplərə 
əsaslanaraq,  çox  böyük  hiyləgərliklə  dəyişdirmişlər.  DQMV-dəki  bəzi  yer 
adlarm dakı  “böyük”,  “kiçik”,  “yuxan”,  “aşağı”  sözlərini  erməniləşdirməklə 
toponimləri  dəyişdirmişlər.  Məsələn, U lu Q arabağ “Medz-Şen”  adlandırılmışdır 
(“medz” ermənicə “böyük” deməkdir)38.  Bəzi adlardakı qədim türk sözləri şeen -  
“kənd”,  dvor -   “dərə”,  kyuğ -   “kənd”, hoğ -  “yer”,  “avan”  -  qəsəbə  və  başqa 
erməni sözləri ilə əvəz etməklə  həmin ərazilərin  onlarm dədə-babalarm a mənsub 
olmasını  sübut  etməyə  çalışmışlar.  Necə  ki,  A ğdərə-M ardaket,  A ğkənd- 
Spitakşen,  Qırmızı  kənd-K arm iravan,  Sarıkənd-Saruşen,  Daşaltı  -  Daşuşen, 
Ağdar  -   Ketuç  və  sair  erməni  adları  ilə  əvəzləşdirilmişdir39.  DQMV-dəki  bəzi 
toponimlər  isə  erməni  vandalları  tərəfindən  təhriflərə  məruz  qalmışdır.  Belə  ki, 
Azıx-Azok, 
Bənddərə-Banazur, 
Şuşakənd-Şuşukənd, 
Q arqar-H erher, 
Gülyataq-Kolataq,  Vənkli-Vanuklu,  M ehm an-M ehm ana  və  başqa  adlarla 
adlandırılmışdır40.  Ermənİ  millətindən  olan  ayrı-ayrı  yazıçı,  inqilabçı  və  başq’a 
“tarixi  şəxsiyyətlərin”  adını  əbədiləşdirmək  bəhanəsilə  Dağlıq Q arabağm   qədim 
toponimlərinin dəyişdirilməsi halları da müşahidə edilmişdir: Q arabağ xanlığınm 
axırıncı  xanı  olan  Mehdiqulu  xanın  doğulduğu  Xankəndinin  adınm   Stepan 
Şamuyanın  adma  uyğun  Stepanakert  adlandırılması  kimi.  Qədim  tarixə  malik 
Oğuz-türk  diyarımızın  yer  adlarmın saxtalaşdırılması  prosesi  bütün  XX  yüzillik 
boyu  davam  etmişdir. 
DQMV-dəki  türk  mənşəli  yer-yurd  adlarınm
296
erməniləşdirilməsi  1950-1960-cı  illər  ərzində,  dövlətdə  yaranmış  qarışıqlıqdan 
istifadə edən məkirli niyyət sahibəlrinin diqqətindən yayınmamışdır.
Ermənilərin  Dağjlıq  Qarabağda  yerləşdirilməsi  ilə  əlaqədar,  bölgədə 
yaşayan  azərbaycanlılar  öz  dədə-baba  yurdlarmdan  deportasiya  edilməyə 
başlamışdır.  Eyni  zamanda,  DQM V-də  müsəlmanlar  yaşayan  kəndlərdə  süni 
surətdə sosial  problem yaradılır,  yaşayış  məskənləri boşaldılır və  buradakı  kənd 
adları  ya  ermənicə  köklü  coğrafi  adlarla  əvəz  edilmiş,  ya  da  passiv  fonda 
keçirilmişdir.41
Xalqımızm  milli  varlıq  rəmzi  sayılan  Şuşadakı  “D aş  poema”lar  bizim 
keçmişimizin,  bu  günümüzün,  qədimliyimizin,  türkçülüyümüzün  sübutu, 
gələcəyimizə  təminatdır.  Buradakı  “daş  heykəllər”  özləri  “danışır”,  Oğuz-Türk 
diyarı  olduğunu  sübuta  yetirir.  Bütün  bunlar  bir  qrup  gəlmə  qonşulanm ızm  
diqqətindən  yaymmamışdır.  Həmin  tarixi  abidələrimiz  yeri  gəldikcə,  müxtəlif 
bəhanələrlə  ermənilər  tərəfindən  dağıdılmışdır.  Dağlıq  Qarabağm   şovinist 
erməni  rəhbərliyi  “Şuşa”  sözünü  dünya  xəritəsindən  silməyə  cəhdlər  etmişdilər. 
Məsələn,  Dağlıq  Q arabağ  M üxtar  Vilayət  Xalq  D eputatları  Sovetinin  1  yanvar 
1938-ci  il  qərarı  ilə  “Şuşa”  qəzetinin  adı  məqsədli  şəkildə  “Sosialist  maldarlığı”,
1963-cü ildə “Kolxoz bayrağı”,  1966-cı ildən isə Şuşa əhalisinin A K P Şuşa rayon 
komitəsinin tələbi ilə “Şuşa kurortu” adlandırılmışdır.42
1960-cı  illərdə Mərkəzdən dəstək alan erməni rəhbərliyi xalqımıza qarşt ən 
ağır  cinayəti  törətməkdən  belə  çəkinmədi.  Belə  ki,  DQM V-də  rayonlarm  
genişləndirilməsi  adı  aİtında  Vilayət  Partiya  Komitəsinin,  DQM V  XDS-nin  4 
yanvar  1963-cü  il  tarixli  q əran   ilə  Şuşa  rayonu  ləğv  edildi.  289  kvadrat 
kilometrlik  ərazi,  30  kənd  və  1' şəhər  X ankəndi  rayonuna  birləşdirildi.  Bu  cür 
atılan nam ərd addım  erməni ekstrimistlərinin xalqımıza qarşı növbəti fıtnəkarlığı 
idi.  Əlbəttə,  acgöz,  qədirbilməz,  yağı  düşmənin  m ənfur  siyasəti  Azərbaycanm 
mərd,  qorxm az  oğullarının  diqqətindən  yaym a  bilməzdi.  “Azərbaycan  Milli 
Azadlıq  Qərargahı”  bu  məsələyə  qəti  etiraz  edərək  öz  obyektiv  münasibə^ini 
bildirdi.  Sovet  İK P   İK-nm   1964-cü  il  14  oktyabr  plenum u  N.S.Xuruşşo\kı
297

vəzifədən  kənar  etdi  və  6  yanvar  1965-ci  ildə  Şuşa  rayonu  yenidən  bərpa 
olundu.43
Azərbaycan  SSR-in  DQMV-dəki  qədim  tarixə  malik  yer  adlarmın 
dəyişdirilməsi,  saxtalaşdırılması  prosesi  60-cı  illərdə  də  davam  etməkdə  idı. 
Dağlıq  Qarabağdakı  qədim yer adlarm ı  dəyişdirməklə,  ermənilər tarixən  həmin 
əraziləri  özününküləşdirməyə  çalışmışlar.  Halbuki,  qərərsiz  elmi  araşdırm alar 
nəticəsində  məlum  olur  ki,  XIX  əsrdə  Q arabağda  567  yaylaq  və  yurd  yerindən 
yalnız  2-si  erməni  dilinə,  1  toponim  isə  rus  dilinə  uyğun  gəlmişdır.  DQMV-nə 
köçürüldükdən  sonra  tarixi  yer  adlarını  nə  qədər  dəyişdirməyə  çalışsalar  da, 
aparrlan tədqiqatlar nəticasində məlum olur ki,  1970-ci ildə Dağlıq Qarabağdakı 
407  toponimin  309-u  şəffafdır  (76  faizi)  və  onlardan  67,3  faizi  sırf 
Azərbaycancadır43.  Rəqəmlərdən  göründüyü  kimi,  Dağlıq  Qarabağın  erməni 
rəhbəriiyi  oğuz-türk  mənşəli  toponimlərin  təxminən  33,7  faizini  erməni,  rus  və 
qarışıq toponimlərlə əvəz edərək saxtalaşdırmışlar.
Beləliklə,  1950-1960-cı  illərdə  SSRİ-də  totalitar  rejim  daha  d a  gücləndi. 
SSRİ-nin,  xalqları  qorxudub  mütiləşdirmə,  parçalama  siyasəti  fəallaşdı. 
Nəticədə,  Mərkəzin  bilavasitə  təhriki  və  təbliği  ilə,  əvvəlki  illərdə  olduğu  kimi, 
XX  yüzilliyin  50-60-cı  illərində  də  “Böyük  Ermənistan”  dövləti  yaratm aq 
məqsədilə,  Ermənistanm  Azərbaycana  qarşı  əsassız  ərazi  iddiaları  davam 
etmişdir.  Bəhs  etdiyimiz illərdə,  M oskvanın  köməyi və Azərbaycan rəhbərliyinin 
qətiyyətsizliyi  üzündən  Azərbaycanda  erməni  lobbisi  yaradıldı,  DQMV-də 
erməni millətçiliyi dərin kök saldı.  Buradä yaşayan yüzlərlə azərbaycanlı öz dədi- 
baba  torpaqlarm da  gizli  və  açıq  yollarla  sıxışdırılaraq  qovulmağa  başlandı. 
Onlarla  azərbaycanh  erməni  terrorunun  qurbanm a  çevrildi.  H ətta  azğınlaşmış 
erməni dəstələri qətillər törətməkdən belə çəkinmədilər.  DQM V ərazisində qədim 
tarixə  malik  Oğuz-Türk  mənşəli  toponimlərimiz erməni  adları  ilə  əvəzləşdirildi. 
Belə  bir  şəraitdə,  Respublika  rəhbərliyi  seyirçi  mövqeyı  tutaraq  “xalqlar 
dostluğunu”  möhkəmləndirmək  üçün  tədbirlər  görürdü.  Mərkəzin  təzyiqi  ilə 
Azərbaycan SSR Ali  Sovetinin  Rəyasət Heyəti  1969-cu il 7  may tarixli  qərarı ilə
298
2 min hektardan çox Azərbaycan torpaqlarının Ermənistana verilməsi haqqında 
qərarı təsdiq etsə də,  vətən, torpaq, millət qədri bilən dərin düşüncəli, uzaqgörən 
və m üdrik insan  H.Ə.Əliyevin  1969-cu ilin iyulun  14-də Azərbaycan K P  M K-nin 
birinci  katib  təyin  edilməsi  və apardığı  gərgin zəhmət nəticəsində həmin  qərarın 
icrasma  ım kan  vermədi.  1950-1960-cı  illərdə  Azərbaycanm  ərazi  bütövlüyü 
qorunub saxlamldı.
299

XIV  FƏSİL
AZƏRBAYCANDA İDARƏÇİLtYtN GÜCLƏNDİRİLM0Sİ VƏ 
DQMV-NİN SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİ YÜKSƏLİŞİ 
(1970-1985-Cİ İLLƏR)
Azərbaycan  K P   Mərkəzi  Komitəsinin  1969-ci  il  iyulun  14-də  keçirilən 
plenumunda Heydər  Əlirza oğlu Əliyev Azərbaycan K P  M K-nin  birinci  katibi 
seçildi.  1  Bu  hadisə  Azərbaycan  tarixində  böyük  əhəmiyyət  kəsb  edir.  Çünki,
1969-cu  ildən  Azərbaycan  tarixində  dönüş  mərhələsinin  təməli  qoyuldu  və 
Respublikamızm iqtisadi,  siyasi  və mənəvi  həyatında dinam ik  inkişaf baş verdi. 
Ümummilli  liderimiz  H.Ə.Əliyev  çıxışlarmdan  birində  həmin  dövrü 
belə 
qiymətləndirilmişdir; «1970-1985-ci illər AzƏrbaycanm quruculuq səlnaməsinə ən 
parlaq  səhifələr  kimi  daxil  olmuşdur.  Baş  verən  dəyişikliklərin  miqyasına, 
iqtisadi  və  sosial  sahələrdə  aparılan  dərin  sturuktur  islahatlannm   xarakterinə, 
xalqın  maddi  rifah  halının  keyfıyyətcə  yeni  mərhələyə  keçirilməsinə  görə 
doqquzuncu,  onuncu  və  on  birinci  beşilliklər  Azərbaycanın  yeni  tarixində  ən 
mühüm yerləri tutur...  Həmin dövrdə,  qəbul olunmuş proqram m   həlli  yollannda 
böyük  iş  aparm ağa  başlayan  fəhlə  və  kolxozçular,  respublika  ziyalılan 
iqtisadiyyat  və  mədəniyyətin  bütün  sahələrində  xalqın  maddi  və  mənəvi 
baxımmdan  artan  tələbatmın  təmin  olunması  işində  çox  yüksək  nəticələr  əldə 
etmişlər. Müharibədən sonrakı dövrlərdə, ilk dəfə olaraq, doqquzuncu və onuncu 
beşilliklər  üçün  xalq  təsərrüfatınm  inkişaf  planlan  vaxtından  əvvəl  yerinə 
yetirilmişdir»2.
1969-cu  il avqustun  5-də  H.Ə.Əliyev  Azərbaycan  K P  M K   Plenumundakı 
çıxışmda  respublikanıın  iqtisadiyyatım  dərin  və  hərtərəfli  təhlil  edərək, 
təsərriifata  rəhbərlikdə,  mədəni  quruculuqda,  ideoloji  işdə  ciddi  nöqsanlar 
olduğunu  qeyd  etdi  və onlann  aradan  qaldmlması  yollannı  göstərdi.  Plenumda 
dövlət  əmək  intizammı  möhkəmləndirmək  və  respublikadä  mənəvi  və-psixoloci 
sağlamlaşdırmaq  vəzifələri  irəli  sürüldü3.  Heydər  Əliyevin  rəhbərliyi  ältm da 
A zərbaycan KP-nin 28 (10-12 may  1971-ci il), 29 (28-30 yanvar  1976-ci il),  30-cu
(28-30  yanvar  1981-ci  il)  qurultaylannda,  M K-nin  pelenumlarında,  vaxtaşan 
çağnlan  müşavirələrdə  respublikamızm  ıqtisadi,  mənəvi  və  sosial-mədəni 
inkişafımn konkret vəzifələri, təşkilati tədbirlər müəyyən edildi4.
1970-ci  illərdə  A zsrbaycanda  idarəçilik  sistemi  xeyli  möhkəmləndi. 
K orrupsiyaya  və  rüşvətxorluğa  qarşı  ciddi  tədbirlər  görüldü.  Bəhs  etdiyimiz 
dövrdə  bütün  dövlət  hakimiyyət  orqanlarının  işi  xalqm  iqtisadi,  sosial-mədəni 
tərəqqisi  və  milli  oyamş  siyasətinin  reallaşmasına  yönəldi.  Heydər  Əliyevin 
xalqımız  üçün  ən  böyük  xidmətlərindən  biri  Azərbaycanda  xalq  təsərrüfatmm 
inkişafı üçün  ittifaq  fondundan külli m iqdarda vəsait ayrılmasına nail  olmasında 
idi.  H ətta  dövlət  başçımızın  bilavasitə  təşəbbüsü  ilə  SSRİ  rəhbərliyi  bəhs 
etdiyimiz  illərdə  Azərbaycanın  iqtisadi  inkişafı  üçün  5  mühüm  qərar  qəbul 
etmişdir5.  Heydər Əliyev hakimiyyətə gəldikdən sonra regionlann iqtisadi, sosial 
və  mədəni  inkişafma  qayğısı daha  da  artdı.  O  cümlədən  A zərbaycanm   aynlm az 
hissəsi  olan  D QM V  həmişə  uzaqgörən  dövlət  başçıımzm  diqqət  mərkəzində 
olmuşdur.  Şuşa  şəhərinin  inkişafı  üçün  Azərbaycan  K R  M K-si  bir  neçə  dəfə 
qərar qəbul etmişdir.  1970-ci ilin  əw əllərindən başlanyaraq Şuşa şəhənnin tarixi 
abidələrinin  bərpa  olunmasma,  yeni  binalarm  tikilməsinə  başlamışdır.  1980- 
1981-ci  illərdə M olla  Pənah Vaqifm qəbri üzərində böyük  məqbərə ucaldılmışdır. 
A zərbaycam n  qədim  mədəniyyət  mərkəzi  olan  Şuşa  şəhərində  Üzeyir 
Hacıbəyovun,  Bülbülün  ev  muzeyləri  açılmış  və  Xan  qızı  Nətavanın  heykəli 
qaldırılmışdır6.  Şəhərdə  böyük  mehmanxana,  çoxmərtəbəli  yaşayış  binalan, 
inzibati  binalar tikildi.  Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altm da 
həyata keçirilən tədbirlər nəticesində Şuşa ümumittifaq  səviyyəli kurort şəhərinə 
çevrildi7.  Dağlıq Q arabağda əhalinini təminatı həmişə A zərbaycan SSR üzrə orta 
göstəricilərdən  yüksəkdə  dayanmışdır.  Hansıki,  aşağıda  bu  barədə  geniş  bəhs 
ediləcəkdir.  1973-cü  ildə  Xankəndində  Azərbaycan  Pedaqoji  İnstitutunun  fılialı 
əsasında  Pedaqoji  Institut  açıldı.  1979-cu  ildə  Ağdamdan  Xankəndinə  dəmir 
yolu çəkildi8.  Heydər Əliyevin ağıllı və uzaqgörən siyasəti nəticəsində partiya və 
sovet orqanlan  ictimai təşkilatılar öz işini elə qurm uşdur ki, erməni separatçıları
301

açıq  çıxışlardan  çəkinirdibr.  1977-ci  ildə  Dağlıq  Qarabağ  məsələsi  növbəti  dəfə 
qaldırılsa da, qarşısı qətiyyətlə almmışdır9.
İqtisadi  inkişaf  1970-1985-ci  illər  Azərbaycanın,  o  cümlədən,  onun 
ayrılmaz tərkib hissəsi olan DQM V iqtisadiyyatı,  keçdiyi əw əlki inkişaf illəri ilə 
müqayisədə,  ən  əlamətdar və  böyük yüksəliş  dövrü kimi  tarixə daxil  olub.  1969- 
cu  ildə  Azərbaycan  K P  M K-nın  birinci  katibi  seçilən  H.Ə.Əliyevin  fədakar  və 
böyük  vətənpərvər  yaradıcı  fəaliyyəti,  başqa  sahələrdə  olduğu  kimi,  sosial- 
iqtisadi  tərəqqidə  də  əsl  dönüş  mərhələsi  yaratdı.  H.Ə.Əliyev,  həmin  dövrdə, 
iqtisadiyyatm  mövcud  şəraitində  mümkün  olan  ən  münasib  strateji  inkişaf 
məqsədlərini əzm və cəsarətlə müəyyən etdi10. 0 ,  müəyyən etdi ki, Azərbaycanda, 
xüsusilə, onun ayrılmaz hissəsi olan DQMV-də məhsuldar qüvvələrin inkişafında 
hökm  sürən  bir  sıra  yanlış  prinsiplərin  əksinə  olaraq,  onun  yüksəlişi  Dağlıq 
Qarabağm  böyük  imkanlannın  istifadəsinə  və  zəruri  tələblərinin  ödənilməsinə 
əsaslanmalıdır.  İqtisadiyyatın  nəzərdə  tutulan  böyük  miqyaslı  inkişafmın  sürətlə 
və  tələb  olunan  səviyyədə  genişləndirilməsi  məqsədilə,  ilk  növbədə,  yaranmış 
istehsal potensiyalından  tam istifadə edilməsi tələb olunurdu.  Bütün bunlar üçün 
isə ittifaq hökümətindən əlavə vəsait almaq lazım  idi.  H.Ə.Əliyevin təşəbbüsü ilə 
ŞSRİ  höküməti  Azərbaycanda  sənaye  və  kənd  təsərrüfatmın  intensiv  inkişafı 
üçün  5  xüsusi  qərar  qəbul  etdi,  xeyli  vəsait  və  maddi-texniki  resurslar  ayırdı.
1971-1985-ci  illərdə  Azərbaycanda  xalq  təsərrüfatmm  inkişafı  üçün  sərmayə 
qoyuluşunun  həcmi  32  mlyard  m anata  çatmışdır  ki,  bu  da  sovet  dövrünün 
əvvəlki 50 ilində istifadə edilən vəsaitdən 2,1  dəfə çox idi.
Azərbaycanm 
regionlannm  
inkişafı 
H.Ə.Əliyevin 
həmişə 
diqqət 
mərkəzində  olmuşdur.  Müasir  sənayeyə,  çoxsahəli  kənd  təsərrüfatma,  geniş 
sosial  strukturaya  malik  DQMV-nin  inkişafı  üçün  Azərbaycan  höküməti  1971- 
1985-ci  ildə  483  milyon  m anat  vəsait  ayırdı  ki,  bu  da  əvvəlki  on  beş  il  ərzində 
olduğundan  2,8  dəfə  çox  demək  idi11.  Aparılan  tədqiqatçılar  nəticəsində məlum 
olur  ki,  son  20  il  ərzində  (1965-1985)  adam başına  düşən  əsaslı  vəsaitin  həcmi  4 
dəfə artm ışdır. Bu rəqəm  1961-1965-ci illərdə 59 m anat olduğu halda,  1981-1985- 
ci  illərdə  226  m anata  çatmışdır.  1970-1985-ci  illərdə  DQMV-də  ümumi  dəyəri
470  milyon  m anat  olan  əsas  fondlar,  15  sənaye  müəssisəsi  və  başqa  istehsal 
sahələri istifadəyə verilmişdir.
A p anlan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1970-1985-ci  illərdə, 
ümumilikdə  Respublikamız  üzrə  regionlann  xalq  təsərrüfatma  aynlan  vəsaitin 
həcmi  nəzərdən  keçirilərkən  Bakı  və  Sumqayıt  şəhərlərindən  sonra  DQMV-ə 
ayrılan  vəsaitin  həcmi  sayca  3-cü  yerdə  dayanırdı.  Halbuki,  erməni  daşnaklan 
əsassız  ərazi  iddialarm a  haqq  qazandırm aq,  ictimai  rəyi  öz  tərəfınə  çəkmək, 
ənənəvi  əzabkeş  obrazı  yaratdırdilar  ki,  guya  respublika  rəhbərliyi  DQMV-ə 
diqqət yetirmir və bölgədəki iqtisadi inkişaf göstəriciləri başqa regionlardan aşağı 
səviyyədədir.  Bütün  bunlar isə əsassız boş cəfəngiyyatdan  başqa bir şey  deyildir. 
Çünki,  bəhs  etdiyimiz  illərdə  təkcə  adam başına  düşən  kapital  qoyuluşunun 
həcminə görə DQ M V  Resçpublikamızın başqa regionlannı arxada qoymuşdur.
Təkcə  bir  faktı  qeyd  etmək  yerinə  düşərdi  ki,  DQMV-də  yeni  sənaye 
müəssisələrinin  tikintisi üçün  1923-cü ildə əsaslı  vəsait qoyuluşu  1  milyon m anat 
idisə,  1970-1985-ci  illərdə  əsaslı  vəsait  qoyuluşu  30-35  milyon  m anata 
çatm ışdır12.
1970-1980-cı  illərdə  DQMV-də  sənaye  dinamik  inkişaf  etmişdir.  1980-cı 
illərin  statistik  m əlum atlanna  görə,  Dağhq  Q arabağda  52  müasir  sənaye 
müəssisələri  vardır  ki,  həmin  müəssisələr yüzlərlə növ  məmulat  buraxırdı13.  Bəhs 
etdiyimiz  illərdə,  D QM V  sənaye  müəssisələrində  ipək  məmulatları,  elektirik 
cihazlan,  lüminessent  lampaları,  kondensatorlar,  musiqi  alətləri,  mebel, 
dekorativ lövhə və suvenir m əmulatlan, tikinti m ateriallan, üzlük bəzək plitəbri, 
ayaqqabı,  tikili  m allar,  ət  və  süd  məhsullan,  qənnadı  və  un  m əmulatılan, 
konyak,  spirt,  şərab  və  başqa  məmulatlar  istehsal  olunurdu.  1980-cı  ilbrin 
ortalarm da  Dağlıq  Qarabağda  35  növ  sənaye  məhsuflarına  Dövlət  Keyfıyyət 
nişanı  verilmişdir  ki,  bundan  26-sı  xalq  istehlakı  m allan  idi14. 
1983-cü  ildə 
DQMV-də  sənaye  istehsahnın  həcmi  1923-cü  ildəkinə  nisbətən  912  dəfə 
a rtm ışd ır.. 
\
X X   yüzilliyin  70-80-cı  illərində  Azərbaycanda  218  yeni  sənaye  müəssisəsi 
istifadəyə verildi ki,  bundan  15-i DQM V-nin üzərinə düşürdü15.  Yaradılmış  yeni

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə