AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu


XVIIFƏSİL SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN «AZƏRBAYCAN DQMV-



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə31/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

XVIIFƏSİL
SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN «AZƏRBAYCAN DQMV- 
D Ə  XÜSUSİ İDARƏ FORMASININ TƏTBIİQİ HAQQINDA» QƏRARIVƏ 
ONUN XALQIMIZ ÜÇÜN AĞIR NƏTİCƏLƏRİ (1989-CU İL)
1989-cu  ilin  əvvəllərində  Ermənistanın  Azərbaycana  qarşı  əsassız  ərazi 
iddiaları  dah a  kəskin  xarakter  almaqla  davam  etməkdə  idi.  Moskvanın  Dağlıq 
Q arabağdakı səlahiyyətli  nümayəndəsi  A.Volskinin iki xalq arasında kompromis 
y aratm aq  adı  altm da  ermənipərəst  missiyası  vəziyyəti  daha  da  gərginləşdirdi. 
X ankəndində  tətil  və  nümayişlər  ara  vermir,  erməni  silahh  quldur  dəstələrinin 
azərbaycanlıların  yaşadıqları  evlərə  hücumu  genişlənirdi.  Azərbaycanda  1988-ci 
ilin  sonlarında  baş  verən  xalq  hərəkatı  Mərkəzi  «tədbirlər»  görməyə  vadar etdi. 
Xalqımızın  milli  oyanışı,  həm  də  erməni  millətçilərinin  iyrənc  planlarının 
reallaşmasına maneə ola bilərdi.  Ona görə də, Sov  İKP MK-da məsul vəzifələrdə 
işləyən  17  daşnak  erməninin  təhriki  ilə  M.Qorbaçov  1988-ci  il  dekabnn  15-də 
«Azərbaycan  SSR  və  Ermənistan  SSR-in  bəzi  vəzifəli  şəxslərinin  qanunsuz 
hərəkətləri  haqqında»  qərar  verdi.'  Əslində  Mərkəz,  adı  gedən  qərarla 
Azərbaycanda  Moskvanın  hiylələrini  başa  düşən,  xalqı  öz  arxasınca  aparmağa 
qadir  olan  qüvvələri  aradan  götürmək  kimi  mənfur  məqsədi  güdürdü.  1989-cu 
ilin  əvvəllərində  Azərbaycanda,  yuxarıda  adı  gedən  qərar  «layiqincə»  yerinə 
yetirildi.  Erməniləri sıxışdırdıqlarına,  xalq  hərəkatına  başçılıq etdiyinə, mərkəzin 
hiylələrini  xalq  içərisində  bəyan  etdiyinə  görə  1989-cu  ilin  yanvarında 
A zərbaycanda  2532  nəfər  məsuliyyətə  cəlb  edildi.  Bundan  222  nəfər  məsul 
vəzifələrdə çalışan  şəxslər  idi  ki,  onları  nəinki  vəzifədən azad etmək,  hətta  onlar 
haqqında  «cinayət  işi»  də açılmışdı.  «Gözdən pərdə»  asmaq  üçün  Ermənistanda 
da  Sov.  İK P  MK-nın  «qərarı»na  «əməl  edildi».  «Böyük  Ermənistan»  yaratmaq 
ideyasının  reallaşmasında  fəaliyyətsizliyinə  görə 
Ermənistanda  24  nəfər 
vəzifədən azad edildi, 69 nəfərə «xəbərdarlıq» elan olundu. Əlbəttə, bütün bunlar
433

çox  təzadlı  faktlardır.  Cinayəti  törədənlər  erməni  millətçiləri  və  Ermənistan  KP 
MK işçiləri olduğu halda, cəzaya məhkum edilənlər azərbaycanhlar oldu.
SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  Dağhq  Q arabağda  vəziyyəti  «nizama 
salmaq»  üçün  Azərbaycanm  hüquqlarını  yenidən  kobud  surətədə  və  bilərəkdən 
pozaraq  1989-cu  il  yanvarın  12-də  «Azərbaycan  SSR-in  DQMV-də  Xüsusi 
İdarəçilik formasının tətbiqi haqqında» qərar qəbul etdi.2
Həmin qərara əsasən  birbaşa  M oskvaya tabe olan  müvəqqəti  Xüsusi  İdarə 
Komitəsi  (XİK)  yaradıldı. 
XİK-nə  M oskvanın 
Xankənədində  əyləşən 
nümayəndəsi  ermənipərəst  Arkadi  Volski  rəhbər  təyin  edildi.  Komitənin 
tərkibində  5  nəfər  rus,  2  nəfər  erməni,  yalnız  1  nəfər  Azərbaycanlı  var  idi.3 
A.İ.Volski  Azərbaycanın  deputatı  olsa da  və nəzəri  cəhətdən  separatizmi  tənqid 
etsə  də,  praktiki  olaraq  erməni  millətçilərinin  çirkin  planlarını  həyata  keçirirdi. 
Moskva  XİK-ni  yaratmaqla  Azərbaycandan  DQMV-nin  prinsp  etibarilə 
aynlmasının  əsasını  qoydu.  Çünki  Komitə  yarandığı  gündən  Azərbaycan 
qanunları  burada  işləmədi  və  Azərbaycan  ictimai  orqanlarının  Dağlıq 
Qarabağda  səlahiyyətləri  dayandırıldı.  DQMV  XDS  və  icraiyyə  komitəsinə 
böyük hüquqlar verildi. O nlann  fəaliyyəti M oskvanın qanunlanna tabe edildi.4
XİK  Dağlıq  Q arabağ  M uxtar  Vilayətində  qayda-qanunu  bərpa  etmək 
əvəzinə  onu  Azərbaycana  bağlayan  iqtisadi  əlaqələrinin  tam  qırılmasma, 
azərbaycanlıların  buradan  qovulmasma,  ermənilərəin  silahlanmasına  və  quldur 
dəstələrdə birləşməsinə şərait yaratdı.
1989-cu  il  yanvarın  28-də  A.İ.Volski  Erm ənistana  gedərək  erməni 
millətçiləri  ilə  gizli  danışıqlar  apardı.  A.Volski  Ermənəistandan  qayıtdıqdan 
sonra  Dağlıq  Qarabağm   Ağdərə  rayonu  ərazisində  təyyarə  meydanı  düzəltdirdi. 
Gizli  təyyarə  meydanma  külli  m iqdarda  müasir  tipli  silahlar  və  sursat  daşındı. 
Eyni  zam anda,  DQMV-nin  ermənilərin  daha  çıx  məskunlaşdığı  ərazilərində 
silah və sursat cəbbəxanaları yaradıldı.5
Ermənipərəst  A.İ.Volski  «təhlükəsizliyi  təmin  etmək»  adı altında yaratdığı 
«Xüsusi  dəstə»  ilə  azərbaycanhlar yaşadıqları  kəndlərdə  odlu  silahların  yığılması 
üçün  reydlər  keçirdi.  Adi  ov  silahları  belə  müsadirə  edildi.  Apanlan
434
tədqiqatlardan  məlum  olur  ki,  1989-cu  ilin  əvvəllərində  azərbaycanhlardan  18 
min  ov  silahı  ahnmış  və  onlar  yaxşı  silahlanmış  qəddar  düşmən  qarşısında 
əliyalm,  müdafıəsiz  vəziyyətə 
salınmışdılar.6  A.Volski  Dağlıq  Qarabağda 
azərbaycanhlara qarşı «faşist recimi» yaratmışdı.  Erməni millətçiləri  1989-cu ildə 
Dağlıq  Q arabağ  ərazisinə  təkcə,  silah  və  sursat  gətirməklə  kifayətlənmədilər. 
Onlar,  həm  də  «xüsusi  təlim»  keçmiş  «təbliğatçı»  dəstələrinin  də  bölgəyə 
gətirilməsinə  şərait  yaratdılar.  Belə  ki,  aprelin  2-də  Rusiyanın  deputatı,  qatı 
millətçi Qalina Starovoytovanın başçılığı ilə Ermənistandan Dağlıq Qarabağa 40 
nəfərlik  təbliğatçı  gəldi.7  O nlar  öz  üzərlərinə  düşən  «vəzifələri»  layiqincə  yerinə 
yetirdilər.  Nəticədə,  1989-cu  il  mayın  4-5-də  Dağlıq  Qarabağın  bütün  erməni 
partiya,  sovet  rəhbərlərinin  və  deputatlannm  imzası  ilə  M.Qorbaçova  «açıq 
məktub»  göndərildi.  M əktubda  yeni  yaradılmış  «Volski  reciminin»  yaxşı 
cəhətləri  vurğulanır,  buna 
görə  ona  minnətdarlıq  bildirilir  və  DQMV-nin 
Ermənistana  birləşdirilməsi  xahiş  edilirdi.  Əlbəttə.  erməni  millətçilərinin  böyük 
«qardaşı» M .Qorbaçov  onların məktubuna öz əməli hərəkətləri  ilə  canfəşanlıqla 
«cavab»  verdi.  M .Qorbaçovun  diqtəsi  ilə  SSRİ  Nazirlər  Sovetində  erməni 
millətçilərinin  yazdıqları  «məktuba»  cavab  olaraq  6  may  1989-cu  il  qərarı  ilə 
DQMV-dəki  idara  və  müəssisələr  Azərbaycan  SSR-in  tabeçiliyindən  çıxarıldı.8 
SSRİ  Nazirlər  Soveti,  SSRİ  hökuməti  və  dövlət  başçısı  M.Qorbaçov  bu 
«qərarla»  öz  mövqelərini  bəyan  etdilər.  Həmin  «qərar»dan  sonra  Dağlıq 
Qarabağda 
azərbaycanlılarm 
yaşadıqları  ərazilərin  ermənilər  tərəfındən 
blokadasma imkan yarandı.
M .Qorbaçov  öz  «sözü»nü  SSRİ  deputatlarının  dili  ilə  də  dedizdirmək 
niyyətində  idi.  O na  görə  də,  1989-cu  il mayın  25-də SSRİ  Xalq  Deputatlarının  I 
qurultayı  keçirildi.  Qurultayın  «ssenarisi»  əvvəlcədən  hazırlanmışdı.  Dağlıq 
Q arabağla  bağlı  məsələlərin  müzakirəsi  zamanı  yalnız ermənilərin  sözünü deyən 
deputatlara  söz  verildi.  M.Qorbaçov  azərbaycanlı  deputatlann  danışmasına 
şərait  yaratmadı.  Ona  görə  də,  SSRİ  Xalq  Deputatları  Sovetinin  I  qurultayı 
«Dağlıq Qarabağ məsələsi»ni erməni millətçilərinin xeyrinə həll etdi.9
435

M-Qorbaçov 
XİK-ni 
yaratm aqla 
Dağlıq 
Qarabağdakı 
erməni 
millətçilərinə  çox  böyük  sərbəstlik  bəxş  etmişdi.  Xüsusi  olaraq,  ermənilərin 
mənəafeyini  tam 
müdafıə  edən  A.Volskinin  mövqeyi  onlardan  «Böyük 
Ermənistan» yaratmaq ideyasmın teziiklə reallaşacağına tam  əminlik  yaratmışdı. 
Azərbaycanm  DQMV  ərazisindəki  sərbəstlikdən  istifadə  edən  Ermənistandakı 
«Qarabağ  təşkilatı»nın  üzvləri  1989-cu  ilin  iyununda  Dağlıq  Q arabağa  gəldilər. 
İyunun  8-9-da  DQMV-dəki  «Qarabağ  hərəkatı»  ilə  Ermənistanın  «Qarabağ 
təşkilatı»  Xankəndində  birgə  iclas  keçirirlər.  İclasda,  Azərbaycan  əleyhinə  bir 
sıra  məsələlər  müzakirə edilməklə  yanaşı,  günün  ən  vacib  məsələsi  kimi  DQMV 
ərazisində yaşayan  azərbaycanlılan bir nəfər kimi qovub çıxarmaq, çıxmayanlara 
qarşı zor tətbiq etmək qərara alınmışdı.10
DQMV-də XİK-nin  yaratdığı  şərait  nəticəsində  1989-cu  ilin  iyunun  13-də 
azərbaycanlılar  yaşayan  məntəqələr  blokadaya  alındı.  Sovet  ordu  hissələrinin 
köməyi  ilə  erməni  quldurları  -   «saqqallılar» 

Xankənlindən  bütün 
Azərbaycanlıları -   14 min nəfəri döyülüb təhqir edərək,  ayaqyalın  başaçıq şəkildə 
qovub  çıxardılar." 
Bütün  bunlar  A.Volskinin  rəhbərlik  etdiyi  XİK-nin 
«millətlərarası  münasibətləri  daha  da  kəsikinləşməsinin  qarşısını  almaq  və 
DQMV-də vəziyyəti sabitləşdirmək» süarı altm da həyata  keçirildi.12
Namərd  A.Volskinin  rəhbərlik  etdiyi  X İK-nin  «fəaliyyəti»  nəticəsində 
DQMV-də  azərbaycanlılarm  vəziyyəti  gündən-günə  pisləşirdi.  Onların  digər 
rayonlarmdan  təcrid  olunması  iqtisadi  cəhətdən  çətin  vəziyyətə  düşməsi  demək 
idi.  Moskva  isə  A.Volskinin  mahir  «məharətini»  alqışlayırdı.  Hətta,  iş  o  yerə 
çatmışdı  ki,  SSRİ  Plan  Komitəsinin  hesabat  sənədlərində  DQMV  16-cı 
respublika  kimi  əlahiddə  göstərilirdi.  A.Volskinin  iyrənc  siyasətinin  nəticəsi 
olaraq,  DQMV  İcraiyyə  Komitəsinin  binası  üzərində  dalğalanan  Azərbaycan 
bayrağı çıxanlıb Ermənistanın  bayrağı  iləəvəzləşdirilmişdi.13
Silahlı  erməni  faşistləri  1989-cu  il  iyulun  7-də  növbəti  hücumu 
Azərbaycanm 
qədim 
yaşayış 
məskəni 
olan 
X ankəndi 
yaxınlığındakı 
azərbaycanlılar yaşayan Kərkicahan kəndinə etdilər.  Erməni vandallan kəndi hər
436
tərəfdən  od  vurub  yandırdılar.  Əhali  çox  acmacaqh  vəziyyətdə  döyülüb,  təhqir 
edilmiş şəkildə kəndlərini tərk etdi.14
1989-cu  il  iyulun  8-də Xankənlində  millətçi  erməni  liderlərəinin  konfransı 
keçirildi.  K onfransda,  bir  sıra  məsələlərlə  yanaşı,  «Miasum»  («Birləşmə») 
hərəkatmm  yaradıldığı  elan  edildi.  Hərəkatm  sədri  vəzifəsinə  Robert  Koçaryan 
təyin olundu.15
Dünyanın  erməni  lobbisi  və  SSRİ  rəhbərliyi  tərəfındən  dəstəklənən,  heç 
bir təzyiqə və təsirə məruz qalmayan azğın erməni millətçiləri artıq Azərbaycamn 
Dağlıq Q arabağ ərazisində özlərəini aynca bir dövlət kimi aparırdılar. Hətta, iş o 
yerə  çatdı  ki,  1989-cu  il  avqustun  16-da  Xankəndində  separatçı  ermənilərin 
«qurultayı»  keçirildi  və həmin qurultayda DQMV «Müstəqil  ittifaq ərazisi» elan 
edildi.  Q urultayda  334  millətçi  erməni  lideri  iştirak  etdi  və  79  nəfər  dələduz 
ermənidən  ibarət  bədnam  «Milli  Sura»  yaradıldı.  «Qurultay»da  12  nəfərlik 
«Fədakar»  ermənidən  ibarət  Rəyasət  Heyətinin  yaradıldığı  bəyan edildi.16Bütün 
bunlar,  Azərbaycanm  Konstitusiyasma  və  Beynəlxalq  hüquq  normalarına  zidd 
bir hərəkət idi.
Artıq,  DQM V -də  ermənilərdən  ibarət  yaradılmış  bədnam  Milli  Şura 
qərarlar  çıxarır,  qanunlar  verirdi.  1989-cu  il  avqustun  20-də  erməni  Milli 
Şurasının  və  Rəyasət  Heyətinin  çıxartdığı  qərara  görə,  Dağlıq  Qarabağda 
ermənilərdən  ibarət  «Milli  Müdafiə  Dəstələri»  yaradıldı.  17  yaşmdan  50 
yaşmadək  bütün  ermənilər  həmin  «ixtisaslaşdmlmış»  dəstələrə  cəlb  olundular.17 
Dəstəyə  daxil  olanlarm  ailəsinin  iqtisadi  cəhətdən  tam  təmin  edilməsi  haqda da 
qərar çıxarıldı.  Volskinin rəhbərlik etdiyi XİK-nin nəzarəti altmda hər cür silahla 
silahlanmış xüsusi təlim görmüş erməni quldur dəstələri yaradıldı.
1989-cu  ilin  avqustunda  azğınlaşmış  erməni  quldur  dəstələri  Dağlıq 
Qarabağda  azərbaycanlılann  qədim  yaşayış  məskənlərini  -   Cəmilli,  Həsənabad 
və  Daşbulaq  kəndlərini  hər  tərəfdən  mühasirəyə  aldılar.  Müasir  silahlarla 
silahlanmış  nam ərd  erməni  «saqqallıları»  əliyalın  dinc  əhalinin  çoxunu  məhv 
etdi.  Kəndlər  od  vurulub  yandm ldı.'8  Erməni  cəlladlarınm  məqsədləri  həmin 
qədim yaşayış məskənlərini dünya xəritəsindən silmək olmuşdur.
437

Ermənistanda  yaşayan  həmvətənbrimizin  kütləvi  deportasiyası,  DQMV- 
də  yaşayan  azərbaycanlılann  erməni  vandalları  tərəfındən  soyqırıma  məruz 
qalması, A.Volski  başda olmaqla X İK-nin  ermənipərəst  mövqe tutması, bədnam 
erməni  Milli  Şurasımn  yaradılması  və  onun  özbaşına  qərarlar  qəbul  etməsi  və 
digər  Azərbaycanm  dövlətçiliyi  əleyhinə  baş  verən  neqativ  hadisələr  mərkəzin 
gözləri  qarşısmda  baş  verməsinə  baxm ayaraq  özunü  «görməməzliyə»  vurması 
Azərbaycanda  demokratik  qüvvələrin  etirazına  sobəb  oldu.  Azərbaycan  Xalq 
Cəbhəsi  xalqm  önündə  gedən  siyasi  bir  qüvvəyə  çevrildi.  1989-cu  il 
iyulun  29-dan  avqustun  6-dək  Bakıda  yüz  m in h r b   insanm  qatıldığı 
mitinqlər keçirildi.  12  avqustda  mitinqçilərin  sayı  200  minə,  14 avqustda  isə 500 
minə  çatdı.19  Mitinqçilər  DQMV-də  X İK-nin  ləğv  edilməsini,  Qarabağda 
Azərbaycan  hakimiyyətinin  yenidən  qurulmasını  və  Azərbaycanda  müstəqil 
hakimiyyətin elan olunmasını tələb edirdilər.  Çox  keçmədon  A/.ərbaycan SSR Ali 
Soveti 23 sentyabr  1989-cu ildə belə bir qanun  qəbul etdi  ki,  DQMV-də XİK ləğv 
edilir və Qarabağda idarəçilik Azərbaycana məxsusdur.20
DQMV-də  hadisəbrin  gərginləşdiyi  bir  vaxtda  erməni  separatçıları 
Azərbaycanda  daha  bir  təhrikçi  akt  həyata  keçirdibr.  1989-cu  ilin  avqustunda 
Şaumyan  rayon  Xalq  D eputatları  Sovetinin  erməni  deputatları  «sessiya» 
adlandırdıqlan  yığıncaqlannda  həmin  rayonun  Dağlıq  Qarabağ  Muxtar 
Vilayətinə  birləşdirilməsini  Azərbaycan  SSR  Ali  Sovetindən  xahiş  etdilər.21 
Azərbaycan  SSR  Ali  Soveti  isə  həmin  «xahişi»  qeyri-qanunu  hesab  edərək  rədd 
etdi.
M araqlı  cəhət  ondan  ibarətdir  ki,  1989-cu  ildə  DQMV-də  baş  verən 
fitnəkar,  qanuna  zidd  hadisələr  1989-cu  il  19  iyul  ABŞ  konqresində  müsbət 
qarşılanmış  və  dəstəklənm işdir."  Bu  isə  səbəbsiz  deyildi.  Hər  şeydən  öncə, 
Amerikada  güclü  erməni  lobbisi  fəaliyyət  göstərirdi  və  onlar  yuxan  orqanlara 
təsir  etmək  qabiliyyətinə  malik  idi.  Eyni  zam anda,  erməni  millətçiləri  güclü 
təbliğat  maştnına  malik  olm aqla  bütün  dünyada  özləriənə  qarşı  müsbət  rəy 
yarada  bilmişdilər.  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət  Heyəti  ABŞ 
Senatmın  erməni  millətçilərinin  xeyrinə  olan  və  Azərbaycanm  daxili  işinə
438
müdaxilə  hesab  edilən  qətnaməsinə  qarşı  22  iyul  1989-cu  ildə  özünün  etiraz 
bəyanatını verdi.
Bəhs etdiyimiz dövrdə, erməni  terror təşkilatlannın qanlı əməlləri daha  da 
genişləndi.  1989-cu  il  sentyabrın  16-da  erməni  cəsuslan  Tiflis-Bakı  avtobusunu 
partlatdılar.  Q anlı  terror nəticəsində  5  nəfər öldu, 25 nəfər yaralandt.  Oktyabnn 
7-də  terrorçu  A.A.Abram yan  tərəfmdən  Şuşantn  Xəlifəliçay  körpüsü,  terrorçu 
Q.V.Sarkisyan  isə Əsgəran-Ağdam körpüsünü partlatmışlar.23
DQM V-də  yaşayan  Azərbaycanlıların  döyülüb  təhqir  edilərək  ərazidən 
çıxarılması,  evlərinin  yandırtlmast,  terrorçulann  törətədiyi qanlı  əməllər  1989-cu
il sentyabrm  sonlarında  Bakt və Gəncə şəhərlərində xalqın mitinq və nümayişinə 
səbəb  oldu.  H ətta,  iş  o  yerə  çatmışdır  ki,  Ə.X.Vəzirov  vəziyyətə  nəzarət  edə 
bilmədiyindən  M oskvadan kömək istəmişdi.
Azərbaycan  demokratik  qüvvələrinin  təkidli  tələbi  ilə  SSRİ  Ali  Soveti
1989-cu il noyabrın  28-də Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləqv etdi.24 
DQMV-nin  idarəsi  SSRİ  Ali  soveti  xüsusi  komissiyastnın  nəzarəti  altmda 
Azərbaycan  SSR  Təşkilat  Komitəsinə  tapşırıldı.25  Azərbaycan  SSR  Ali  Soveti 
Rəyasət  Heyətinin  6 dekabr  1989-cu il  tarixli  qərarı  ilə DQMV  üzrə  Respublika 
Təşkilat  Komitəsi  yaradıldı.  Komitəyə  Azərbaycan  KP  MK-nın  ikinci  katibi 
V.P.Polyaniçko  rəhbər  təyin  edildi.  Erməni  millətçilərinin  təhriki  ilə  DQMV-də 
5000  nəfərlik  Sovet  hərbi  qüvvələri,  onların  silah,  sursat  və  texnikalan 
saxlanıldı.26  Moskvanın,  ermənilərin  qanlı  əməllərinə  qarşı  qəti  tədbirlər 
görməməsi onları yeni təhrikçi hərəkətlərə şirnikləndirdi.
Ermənistan  SSR  AIı Soveti Beynəlxalq Hüquq Normalannı pozaraq  1989- 
cu il dekabrm   1-də «Ermənistan SSR-ə Dağhq Qarabağı birləşdirmək haqqnıda» 
qeyrı-qanuni  qərar  qəbul  etdi.27  Xankəndində  isə  Ermənistan  bayrağı  qaldırıldı. 
DQMV-də  idarəçilik  işləri,  müəssisələr  Ermənistamn  nazirlik  və baş  idarəbrinə 
tabe  edildi.  DQMV-nin  sosial  iqtisadi  inkişaf  planı  Ermənistan  SSR-in  dövlət 
planına  daxil  olundu.  Hətta,  Azərbaycan  SSR-in  DQMV-də  Ermənistan  SSR 
Xalq  deputatları  seçkiləri  üzrə  qeyri-qanuni  seçki  dairələri  təşkil  edildi  və 
«deputatlar» seçildi.28
439

Beləliklə,  DQMV-də  məqsədli  şəkildə  yaradılmış  X İK   fəaliyyət  göstərdiyi 
dövr ərzində erməni millətçilərinin qarşıya qoyduqları «planı» reallaşdırdı.
XİK  vilayətdə  qayda-qanutıu  bərpa  etmək  əvəzinə  onu  Azərbaycana 
bağlayan  iqtisadi  əlaqələrin  tam   qırılmasma,  azərbaycanlıların  buradan 
qovulmasına, ermənilərin silahlanmasma və quldur dəstələrində birləşdirilməsinə 
şərait yaratdı.  Bütün bunlar isə, Azərbaycan Konstitusiyasına,  Beynəlxalq hüquq 
norm alanna  zidd  akt  kimi  qiymətləndirilməlidir.  Təəssüflər  olsun  ki,  həmin 
dövrdə,  Beynəlxalq  Təşkilatlar  və  dünyanın  aparıcı  dövlətələri  Azərbaycanm 
ərazi bütövlüyünün  pozulmasına haqq qazandırmadılar.
440
X V in FƏSİL.
ER M BN t SİLAHLIQULDURLARININ BİRLƏŞMİŞ HƏRBİ 
HİSSƏLƏRİNİN DAĞLIQ QARABAĞDA İRİMİQYASLIHƏRBİ 
ƏMƏLİ YY ATLARININ DAVAMI, OYUNCAQ «DAĞLIQ QARABAĞ 
RESPUBLİKASI»NIN YARADILMASI  VƏ AĞIR NƏTİCƏLƏRİ
(1990-1991)
1990-cı  ildə  DQMV-də vəziyyət son dərəcə gərgin xarakter almışdı.  Çünki 
XİK-nin  Təşkilat  Komitəsilə  əvəz  edilməsi  idarəçilikdə  ad  dəyişməkdən  başqa 
bir  şey  deyildi.  Dağlıq  Q arabağda  təşkilat  Komitəsi  yaradıldıqdan  çonra 
Xankəndində  Ermənistan  bayrağı  qaldırıldı,  Vilayətdə  idarəçilik  işləri, 
müəssisələr  Ermənistanın  nazirlik  və  idarələrinə  tabe  edildi,  DQMV-nin  sosial- 
iqtisadi  inkişaf planı  Ermənistamn dövlət  planma daxil olundu və bölgədə qeyri- 
qanuni deputat  seçkiləri  keçirildi.  Bir sözlə,  1989-cu il dekabrın  1-də  Ermənistan 
SSR  Ali  Sovetinin  «Ermənistan  SSR-ə Dağlıq Qarabağı birləşdirmək haqqında» 
qərarı  ilə  DQM  V-nin  iqtisadi-siyasi  və mədəni  həyatı  birbaşa  Ermənistana  tabe 
edildi.1 Erməni  miilətçilərinin təhrikçilik hərəkətləri, Azərbaycanm  Ermənistanla 
sərhəd  kəndlərinə,  DQM V-də  azərbaycanlılar  yaşayan  kəndlərə  və  Dağlıq 
Qarabağa  bitişik  yaşayış  məntəqələrinə  qanunsuz  erməni  silahlı  dəstələrinin 
basqmları  isə  getdikcə  artırdı.  Dağlıq  Qarabağ  və  onun  ətrafmda  baş  verən 
hadisələrə Azərbaycanm digər regionlarında demokratik hərəkatm canlanmasına 
səbəb  oldu.  İran  və  'lurkiyə  sərhəd  qurğularının  mərkəzi  qane  etmədi.  Türk- 
müsəlman dünyasınm  birliyi  Moskvamn  məkirli niyyətini poza  bilərdi.  Ona görə 
də,  M oskva  dem okratiya,  suverenlik uğrunda mübarizə aparan  və torpaqlannın 
müdafıəsinə  qalxan  xalqa  divan  tutmağa  hazırlaşırdı.  Sərhədlərin  dağıdılması, 
hazırlanan qanlı faciəyə bəraət ola bilərdi.
1990-cı  il yanvarın əvvəllərində SSRİ  Müdafıə Naziri  D.Yazov gizli olaraq 
Gəncəyə  gəlmiş  və  Azərbaycanda  demokratik  qüvvələri  məhv  etmək  üçün 
«Tayfun» 
adlı 
qanlı 
əməliyyat 
planını  hazırlamışdı.2  Yanvann  9-da
441

M.Qorbaçovun göstərişi ilə Sov.  İK P M K   katibi  A .N .G irenko  və SSRİ  Millətlər 
Sovetinin sədri  R.P.Nişanov  Dağlıq  Q arabağa  gəldilər.  O nların  gəlişində erməni 
separatçılannm  mənafeyinə  uyğun  olmayan  «maddə»lər  olduğundan  Sov.  İKP 
MK-nın  səlahiyyətli  nümayəndələri  erməni  millətçiləri  tərəfındən  Xankəndinə 
buraxılmadılar.3
Ermənistan  SSR  Ali  Sovetinin  Azərbaycanm  
DQM V-nin  ondan 
qopanlması  üçün  verdiyi  qeyri-qanuni  qərarlar  Azərbaycan  xalqını  daha  çox 
hiddətləndirmişdir.  Ona  görə  də,  M oskva  «DQM V  haqqında»  verdiyi  növbəti 
«qərarı»  nisbətən  yumşaltmalı  olmuşdu.  1990-cı  il  yanvarın  10-da  SSRİ  Ali 
Soveti Rəyasət Heyəti «Dağlıq Qarabağ barəsində  Erm ənistan  SSR  Ali Sovetinin
1989-cu  il  dekabrm  1-də  və  1990-cı  il  yanvarın  9-da  qəbul  etdiyi  aktların  SSRİ 
Konstitusiyasma  uyğun  olmaması  haqqm da»  qərar  qəbul  etdi.  Burada 
göstərilirdi  ki,  Ermənistan  SSR  Ali  Sovetinin  «Erm ənistan  SSR-ə  Dağlıq 
Qarabağı  birləşdirmək  haqqmda»  1989-cu  il  7  dekabr  tarixli  və  «1990-cı  ildə 
DQMV-nin  sosial-iqtisadi  inkişaf  planını  Ermənistan  SSRi-in  iqtisadi  və  sosial 
inkişafına dair  dövlət  planına  daxil  etmək  haqqm da»  1990-cı  il  9  yanvar  tarixli 
qərarlan SSRİ Konstitusiyasına uyğun deyildir və SSRİ  Konstitutsiyasının 74-cü 
maddəsinə  əsasən  respublika  ərazisində  qüvvədə  ola  bilməz.4  Lakin  Mərkəzin 
aldadıcı  «siyasi  oyunları»  Azərbaycanda  dem okratik  hərəkatın  qarşısını  ala 
biimədi.  Qızışdırıcı  mövqedən  çıxış  edən  qüvvələr  Azərbaycanda  «demokratik 
hərəkatı» boğmaq üçün müvafiq  vaxt yetişdiyini nəzərə  alaraq  1  nəfər erməninin
2 Azərbaycanlım öldürməsi ilə vəziyyət gərginləşdi.5Təhrikçi qüvvələr fəallaşaraq 
«vəziyyət»dən istifadə etdilər.  Bu vaxt  56 nəfər öldürüldü,  112 nəfər xəsarət aldı.6 
Vəziyyəti «nizama salmaq» üçün  SSRİ DİN-nin  12 minlik silahlı qüwəsi «döyüşə 
hazır» vəziyyətə gətirilmişdi.7  1990-cı il  fevralın  13-18-də Ə.Vəzirovun  təşəbbüsü 
ilə  Azərbaycan  K P   M K-da  büro  iclasları  keçirildi.  Xalq  hərəkatmdan  qorxan 
Ə.Vazirov  iclasda  Azərbaycanda  «Vəziyyəti  nizama  salmaq»  üçün  Moskvadan 
«kömək»  almaq  qərəarını  qəbul  etdirmişdi.  Azərbaycan  kimi  «yağlı  tikə»nin 
əldən  çıxmasını  Mərkəz  qətiyyən  istəmirdi.  Ona  görə,  Moskvadakı  hakim 
dairələr də Bakıda xalqın gözünü qırm aq üçün güc tətbiq etməyi qərarlaşdırmışdı.
442
Azərbaycanda  dem okratik  qüvvələrə tutulacaq divana hüquqi don  geyindirmək 
üçün  fovqəladə  vəziyyət  elan  olunması  vacib  idi.  Ə.Vəzirov  yanvarın  14-də 
A zərbaycan  K P   M K-nın  bürosunda  müzakirə  etdikdən  sonra  keçirdiyi 
Azərbaycan  SSR  Ali  Soveti  Rəyəsət  Heyəti  iclasında  «Azərbaycan  SSR-in 
vəziyətin  norm allaşdırılm ası  sahəsində təxirəsalınmaz  vəzifələr haqqmda»  qərar 
qəbul  edilməsinə  nail  oldu.  Qərarda  DQMV  və  zəruri  olarsa,  ona  bitişik 
rayonlarm da  və sərhəd  boyunca fövqəladə vəziyyət elan olunması və mərkəzdən 
lazımi  köməklik  göstərilməsi  üçün  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinə  müraciət 
olunm ası nəzərdə tutulrudu.8
SSRİ  hökumətinin  həyata  keçirdiyi  «tədbirlər»,  verdiyi  «qərar»lar 
Azərbaycan  SSR  DQMV-də  vəziyyətin  müsbət  istiqamətdə  irəliləyişinə  təsir 
etmədi.  Əksinə,  1980-ci  ilin  yanvarmdan,  istər  Azərbaycanm  Ermənistanla 
həmsərhədd  olan  kəndlərinə,  istərsə  də  DQMV-nin  sərhəddində  yerləşən 
azərbaycanlılarm  yaşadıqları  məntəqələrə  silahlı  quldur  erməni  basqınları  daha 
da  artdı.  Bölgədə  vəziyyət  gündən-günə  daha  gərgin  xarakter  alırdı.  Belə  bir 
şəraitdə,  1990-cı  il  yanvarm  15-də  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti  «Dağlıq 
Qarabağ  M uxtar  Vilayətində  və  bəzi  başqa  rayonlarda  fövqəladə  vəziyyət  elan 
edilməsi  haqqında»  qərar  qəbul  etdi.9  Həmin  qərara  əsasən,  DQMV-nin, 
Azərbaycanın  Dağlıq  Qarabağa  bitişik  rayonlannın,  Ermənistanın  Gorus 
rayonu  ərazisində,  habelə  Azərbaycan  SSR-in  ərazisinin  keçmiş  SSRİ-nin  dövlət 
sərhəddi  boyunca  sərhədyanı  rayonlarda  fövqəladə vəziyyət elan  edildi.  Maraqlı 
cəhət  ondan  ibarətdir  ki,  Moskva,  DQMV-ni  ayrıca  ərazi  vahidi  kimi  qeyd 
etmişdir.  Dərin  düşüncəli  dünya  siyasətçisi  H.Ə.Əüyev  çıxışlarmdan  birində 
Mərkəzin  15  yanvar  1990-cı  il  «Fərmanı»nı  bu  cür  qiymətləndirmişdir:  «1990-cı
il  yanvann  15-də  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  «Dağlıq  Qarabağ  Muxtar 
Vilayətində  və  bəzi  digər  rayonlarda  fövqəladə  vəziyyətin  elan  olunması 
haqqında»  fərmam  ilə  əslində  Azərbaycanlıların  Dağlıq  Qarabağdakı  ev 
eşiklərinə  qayıtmaq  ümidlərinə  son  qoydu.  Fərmanın  başlığından  göründüyü 
kimi  M uxtar  Vilayətin  və  bəzi digər rayonlarm kimə mənsub  olması  məsələsi  də 
artıq sual altına qoyulurdu».10
443

1990-cı  ilin  yanvar  ayında  Erm ənistan  hərbi  birləşmələri  Azərbaycan 
ərazisinə basqınlarını davam etdirirdilər.  Naxçıvan  M SSR   Erm ənistan  tərəfındən 
blokadaya  ahnmış,  Kərçi  kəndi,  X anlar  rayonunun  Q uşçu  kəndi,  Qazax 
rayonunun  Bağanis-Ayrım  kəndlərəinə  qeyri-qanuni  silahlı  erməni  faşistlərinin 
vertalyot,  tank  və  digər  texnika  vasitəsilə  hücum  edib  dinc  əhaliyə  vəhşicəsinə 
divan  tutulmuş,  yüzlərlə  qadm lara,  qocalara  və  uşaqlara  işgəncələr  verilərək 
məhv  edilmiş,  evlər  talan  edilərək  yandırılm ışdır."  Bəhs  etdiyimiz  dövrdə, 
Azərbaycanm  sərhəddində  irimiqyash  hərbi  əməliyyatları  aparm ağa  qadir  olan, 
hər  cür  silahla  və  texnika  ilə  silahlanmış,  xüsusi  təlim  keçmiş  10  minlik  erməni 
silahlı ordusu cəmləşmişdi.12
1990-cı  il  yanvarın  15-də  Ermənistanın  Azərbaycana  qarşı  əsassız  ərazi 
iddialarınm  «uğurla  reaalaşması»  üçün  mübarizə  aparan  terrorçu  «Qarabağ»  və 
«Krunk»  təşkilatları 
birləşib  «Erməni 
Ümummilli 
Hərəkatı»nı  (EÜN) 
yaratdılar.13  Artıq  hər  cür  zorakılıq,  terror  və  vəhşilik  törətməyə  qadir  güclü, 
müasir silahlarla  təchiz  edilmiş  Erməni  Milli  Ordusu  formalaşdırılmışdı.  EÜH- 
na  əvvəllər  DQMV-də  məsul  vəzifələrədə  çalışan  millətçi  L.T.Petrosyan  başçılıq 
edirdi.  Aparılan  araşdırm alar  nətəicəsində  məlum  olur  ki,  1990-cı  ilin 
əvvəllərində  Ermənistandan  DQMV-nə  1500  nəfərdən  çox  hərbi  təlim  keçmiş 
gənc erməni köçürülmüşdülər.  Eyni zam anda,  DQMV A qrar Sənaye Komitəsinin 
rəhbəri R.Ayriyanın təşəbbüsü ilə bölgədə «dərin şum işləri aparm aq» adı altında 
Rusiyadan  T-54  tipli  40  ədəd  «çıxdaş»  edilmiş  tank  Dağlıq  Qarabağa 
gətirilmişdir.14  Torpaqlanm ızm   20  faizinin  işğal  edilməsində  erməni  cəlladlan 
həmin tanklardan çox məharətlə istifadə etmişdilər.
Ermənistanm 
Azərbaycana 
qarşı 
əsassız  ərazi 
iddialarının  geniş 
məkanı  əhatə  etməsi,  M oskvanın  müxtəlif  yollarla  erməni  millətçilərini 
dəstəkləməsi,  DQM V-də azərbaycanlılara divan tutulması  1990-cı  il yanvann  17- 
də  Azərbaycan  K P   MK-nin  binası  qarşısında  Azərbaycan  xalqınm  mitinq  və 
tətilinə səbəb oldu. Tətilçilər tələb etdilər ki,  Moskva  Ermənistanın Azərbaycana 
qarşı  ərazi  iddialanna  qəti  son  qoysun,  İmperiyanın  Bakıya  və  onun  ətrafma 
yığdığı qoşunlar Dağlıq Q arabağ M uxtar Vilayətinə və daim erməni basqınlanna
444
məruz  qalan  sərhəd  bölgələrinə  göndərilsin.15  Mitinq  iştirakçılan  Ə.Vəzirovun 
istefasını təkidlə tələb edirdilər.
Beləliklə,  M oskva  özünün  radikallaşmağa  məcbur  etdiyi  xalqa  divan 
tutm aq  üçün  m ünasib  şərait  yarada  bildi.  1990-cı  il  yanvarın  19-da  SSRİ  Ali 
Soveti  Rəyasət  Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan  yanvarın 20- 
də  saat  00-dan  «Bakı  şəhərində  fövqəladə  vəziyyət  tətbiq  edilməsi  haqqmda» 
fərman  verdi.'6  Xalqı  qəfildən  yaxalamaq  ona  divan  tutmaq,  qırğın  törətmək 
məqsədilə  fövqəladə  vəziyyətin  elan  olunduğu  vaxt  gizli  saxlamldı.  Fövqəladə 
vəziyyətin,  kom endant  saatının  vaxtının  əvvəlcədən  elan  edilməsi  Moskvanın 
qanlı  planlanm   poza  bilərdi.  Piketçilər,  Moskvanın  Bakıya  göndərdiyi 
emissarlarm  -   SSRİ  Ali  Sovetinin  sədri  Y.Primakov,  Sov.  İKP  MK  katibi 
A.Girenko  və  respublikanm  səlahıyyətli  nümayəndələrinin  «ordunun  şəhərə 
girməyəcəyi» haqqm da dofələrlə təkrar etdikləri vədlərə inanmışdılar.17
Fövqəladə  vəziyyət  yanvarm  20-də saat  00-da  başlanmasma  baxmayaraq, 
qoşun  hissələri  yanvarın  19-da saat 21-də Türkan-Qala  tərəfdən  şəhərə yeridildi. 
«Bakı  əməliyyatı»na  SSRİ  müdafıə  naziri  D.Yazov  şəxsən  rəhbərlik  edirdi. 
Həmin  gecə dinc əhaliyə divan tutuldu,  131  nəfər öldürüldü, 744 nəfər yaralandı. 
400  nəfər  həbs  edildi,  4  nəfər  itgin  düşdü.18  «Qara  yanvan>a  etiraz  olaraq  40 
günlük ümummilli tətil başlandı.
Yanvar  faciəsinin  ertəsi  günü  bundan  xəbər  tutan  Heydər Əliyev  həyatını 
təhlükə  altmda  qoyaraq  Azərbaycanm  Moskvadakı  daimi  nümayəndəliyinə 
gedərək  imperiyanm  Azərbaycana qoşun  yeritdiyini, xalqa  təcavüz olunduğunu, 
günahsız əhaliyə divan tutulduğunu bütün dünyaya bəyan etdi.19
Gizlincə 
respublikadan 
qaçan 
Ə.Vəzirovun 
yerinə 
Azərbaycan 
Respublikası  Nazirlər  Sovetinin  sədri  A.Mütəllibov  Azərbaycan  KP  MK-nın 
birinci  katibi  təyin  edildi.  Yerlərdə  Kommunistlərin  hakimiyyəti  ordunun 
köməyi ilə yenidən bərpa edildi.
Çox  təssüflər  olsun  ki  uzun  müddət  xalqımıza  qarşı  törədilən  bu  qanlı 
faciəni  lazımınca  qiymətləndirmək  yolunda  ciddi  addımlar  atılmamışdı. 
Ümummilli  liderimiz  H.Ə.Əliyev  5  yanvar  1994-cü  il  tarixli  fərmanı  ilə  Milli
445

Məclisə  20  yanvar  hadisələrinə  tam   siyasi-hüquqi  qiymət  verməsini  tövsiyyə 
etmişdir.  Azərbaycan  Respublikası  Milli  Məclisi  həmin  məsələyə  xüsusi  sessiya 
həsr  edərək  bir  neçə  gün  davam  edən  iclaslannda  Yanvar  hadisələrinin  əsl 
səbəblərini açıqlamış, həqiqi  günahkarları  aşkar etmişdir.  1990-cı  il  yanvann 20- 
də törədilmiş fəciəli hadisələrə  Milli  Məclisin  29  m art  1994-cü  il  tarixli  qərarı ilə 
siyasi-hüquqi  qiymət  verilmişdir.20  H.Əliyev  çıxışmda  qcyd  etmişdir  ki,  «Dağlıq 
Qarabağ  hadisələrinin  ilkin  mərhələsində  ölkənin  ali  partiya  -  siyasi  rəhbərliyi 
tərəfindən  vaxtmda  zəruri  tədbirlər  görülsə  idi,  gərginlik  indiki  hala  çatmaz 
tərəflər  itgilərə  məruz  qalmaz,  başiıcası  isə  1990-a  il  yanvarın  19-dan  20-nə 
keçən  gecə  çoxlu  insan  qırğını  ilə  nəticələnən  hərbi  müdaxilə  üçün  zəmin 
yaranmazdı.21
İmperiyanın  şovinist  rəhbərliyi  qanlı  əməlləri  ilə  Azərbaycan  xalqmın 
iradəsini  qıra  bilmədi,  özünün  dayağı  olan  K om m unist  Partiyasını,  Sovet 
hakimiyyətini xalqm gözündən  daha da  saldı,  «yenidənqurma»ya  olan  ümid puç 
oldu.  20  yanvar  faciəsi  sübut  etdi  ki,  suverenliyin  yeganə  yolu  imperiyanın 
dağıdılmasmda,  müstəqilliyin  bərqərarlaşm asındadır.  «Başımıza  gələnlər  tatn 
açıq göstərdi ki, bizim ümum ittifaqdan nicatımız yoxdur!!».:2
20  yanvar  faciəsi  ərəfəsində  Ermənistanda,  Azərbaycan  torpaqlarını  işğal 
etmək  üçün  «tsrail  variantı»  adlı  plan  hazırlanmışdı.  Həmın  plana  görə  ölkədə 
qanşıqlıq  yaranan  kimi  erməni  hərbi  hissələri  sərhəddi  keçərək  Azərbaycana 
hücum  edir  və  müəyyən  əraziləri  ələ  keçirir;  tutulan  ərazilərdəki  müsəlmanlar 
oradan  «təmizlənir»;  Ermənistanm  «yeni  xəritə»si  çəkilir,  həmin  xəritədə  zəbt 
edilmiş  ərazilərə  və  yaşayış  məntəqələrinə  yeni,  erməni  adları  verilir,  sərhədd 
xətləri  dəyişdirilir.23  Göstərilən  planın  ilkin  mərhələsi  kimi  Azərbaycanm  işğal 
olunmuş Kərki kəndini göstərmək olar.  Elə bunun  ardınca erməni  millətçilərinin 
geniş planlı işğalçılıq siyasəti hissə-hissə həyata keçirilməyə başlandı.
DQMV 
ərazisində 
toplaşan 
silahlı 
erməni 
quldur 
dəstələrinin 
azərbaycanhlara  qarşı  cinayət  əməlləri  gündən-günə  genişlənirdi.  Aparılan 
tədqiqatlar nətic^ində  məlum  olur  ki,  təkcə  1990-cı  ilin  yanvar-fevral aylarında 
Dağlıq  Qarabağ  ərazisində  erməni  vandallan  tərəfindən  Azərbaycanlılara  qarşı
64  cinayət  hadisəsi  baş  vermişdir.24  Xalqımıza  qarşı  ermənilər  tərafındən 
törədilən  ən  təhlükəli  cinayətlərdən  biri  erməni  terroru  idi.  Bu  qanlı  terror  isə, 
təkcə  DQM V  ərazisində  deyil  Azərbaycanm  bütün  ərazisində 
törədilirdi. 
Məsələn,  1990-cı  il  fevralm  13-də  Şuşa-Bakı  avtobusunun  erməni  terrorçulan 
tərəfindən  partladılması  nəticəsində  13 nəfər  ağır  yaralanmış  və onlannda çoxu 
ömürlük  şikəst  olmuşdur.  1990-cı  ilin  iyulun  11 -də  Tərtərdən  Kəlbəcərə gedən 
maşın  karvanına  qəfl  erməni  terrorçularının  basqını  olmuş  və  14  nəfər 
Azərbaycanlı  öldürülmüş,  35  nəfər  isə  ağır  yaralanmışdır.  Həmin  ilin  10 
avqustunda  isə  17  nəfərin  Ölümü,  26 nəfərin  yaralanması ilə nəticələnən  Şəmkir- 
Gəncə  avtobusu,  elə  həmin  gün  20  nəfərin  ölümü,  30  nəfərin  yaralanması  ilə 
nəticələnən 
Tiflis-Ağdam 
avtobusu 
erməni 
terrorçuları 
tərəfindən 
partladılm ışdır.25
1990-cı  il  sentyabrın  15-də  erməni  terrorçuları  DQMV-nin  tele-radio 
mərkəzini  partlatdılar.  Terrorçular, həm də hərbi hissələrə də basqınlar edirdilər. 
Belə  ki,  1990-cı  ilin  avqustunda  erməni  terrorçu  dəstəsi  Yerevanda  yerləşən 
Rusiya  hərbi  hissəsinə  «hücum»  edərək  165  ədəd  reaktiv  «oqnemyotu»,  675 
siqnal  raketi,  çoxlu  silah  və  sursatı  aparmışlar.26  Apanlan  araşdırmalardan 
məlum olur ki, bu «hücumu» həmin hərbi hissədə xidmət edən erməni zabitləri və 
onların  «dostları»  əvvəlcədən  planlaşdırmışdılar.  Çünki  böyük  bir  hərbi  hissəyə 
bir neçə erməni  terrorçusunun  hücumu  və külli  miqdarda silah, sursat aparması 
çox  təəccüb doğurur.  Həmin silahlı «basqın» zamanı heç bir ölüm va yaralanma 
halı  qeydə  ahnmamışdır.  Bütün  bunlar  isə  inandığımız,  arxa  çevirdiyimiz  rus 
ordusunun kimə xidmət etdiyini bir daha sübut edir.
Azğmlaşmış  erməni  terrorçu  dəştələri  təkcə  evlər,  körpülər,  avtobuslar 
partlatm aqla  kifayətlənmirdilər,  onlar həm  də «lazımlı» adamlan  girov götürür, 
onları  güllələyir,  çoxlu  mal-qara,  qiymətli  əşyalar  qarət  edirdilər.  Məsəlsn, 
Ağdorə  Rayon  Partiya  Komitəsinin  II  katibi  Arif  Əliyev  və  2  nəfərin  girov 
götürülməsi,  Şuşa,  Kəlbəcər,  Laçm  və  digər  sərhəd  rayonlarmdan  erməni 
terrorçulan  tərəfındən  naxırçıların  öldürülməsi  və  10  minlərlə  mal-qaranın 
Erm ənistana  aparılması  adi  hal  almışdı.  Erməni  terror  dəstəsinə  başçılıq  edən
447

Q.V.Sarkisyan,  A.Avanesyan,  M .Tatovosyan  və  digərlərinin  cinayət  əməlləri 
Mərkəzə  məlum  olsada  onlar  haqqında  qəti  im kan  tədbirləri  həyata 
keçirilmirdi.27
Bəhs  edilən  dövrdə,  Ermənistan  silahlı  birləşmələrinin  Azərbaycanın 
sərhəd  bölgələrinə  hücumları  genişlənir,  Dağlıq  Q arabağda  qanunsuz  silahlı 
quldur  dəstələrinin  sayı  artır,  azərbaycanlılara  qarşı  hər  cür  qanlı  əməllər 
güclənirdi.  Bütün  bunlar,  Azərbaycan  xalqının  narazılığına  səbəb  olurdu. 
Bölgədə vəziyyəti  «nizama salmaq» məqsədi  ilə SSRİ  AIi  Soveti  1990-cı il martın 
5-də  «Azərbaycan  SSR-də  və  Ermənistan  SSR-də  vəziyyəti  və  şəraiti 
normallaşdırmaq tədbirləri haqqında qərar» qəbul etdi.28 Lakin  əvvəlki dövrlərdə 
olduğu  kimi,  bu  qərar da,  Azərbaycan  xalqının  haqq  işi  uğrunda  mübarizəsində 
dönüş  yaratmadı.  Hətta  Ermənistan  hökuməti  SSRİ  Ali  Sovctinin  qəbul  etdiyi 
qərarlara zidd qanunlar qəbul  etmişdi.  Belə  ki,  Erm ənistan  SSR  Ali Soveti  1990- 
cı il  iyulun  31-də «SSRİ  qanunvericiliyində  nəzərdə tutulm am ış  silahlı  dəstələrin 
yaradılmasını  qadağan  etmək  və  silahlart  qanunsuz  saxladığı  halda  onu  geri 
almaq  haqqında»  1990-cı  il  25  iyul  tarixli  SSRİ  dövlət  başçısının  fərmanının 
Ermənistan və DQMV-də qüw ədə olmadığını elan etm işdir.29
SSRİ  Ali  Soveti  «DQMV  və  qonşu  rayonlarda  (ovqəladə  vəziyyət  elan 
etdikdən sonra, Azərbaycan SSR Ali Soveti  1990-cı il iyunun  11-də Ermənistanla 
sərhəd  boyu  (975  km)  fövqəladə  vəziyyət  elan  etdi.  Ermənistanla  sərhədlər 
mühəndis  qurğularla  möhkəmləndirildi.30  Respublika 
Təşkilat  Komitəsi 
sərhədlərimizi  qorumaq üçün  Xüsusi  Təyinatlı  Milis  Dəstələri  (OMON) yaratdı. 
Xüsusi  Təyinatlı  Milis  Dəstələri,  hərbi  kom endatura  həm  də  DQMV-də 
Azərbaycanlıların  yaşadıqlan  kəndlərin  blokadasını  açmalı,  Ermənistandan 
vilayətə silah daşınmasımn qarşısını almalı idi.31
1991-ci ilin əwəllərində DQMV-də təyyarə m eydanına nəzarət Azərbaycan 
milisinə  verildi.32  Lakin  1991-ci  ildə  bölgədə  vəziyyəti  gərginlaşdirmək  üçün 
erməni terrorçulan hər vasitədən istifadə etmişdilər.  Erməni  vandalları daha çox 
azərbaycanlı  məhv  etmək  üçün  nəqliyyat  vasitələrində  böyük  həcmdə  terror 
törətmişlər.  Məsələn,  1991-ci  il  mayın  30-da 
Moskva-Bakı  qatarmın
448
partladılm ası  ilə  12  nəfər  ölmüş  22  nəfər  yaralanmışdı.  İyunun  19-da  Yevlax- 
Laçm  yolunda  avtomobilin  partladılması  3  nəfərin  ölümü,  3  nəfərin  ağır 
yaralanması  ilə  nəticələndi.  1991-ci  il  iyulun  31-də erməni  terrorçulan  Moskva- 
Bakı  sərnişin  qatannda  böyük  partlayış  törətdilər.  Nəticədə,  15  sərnişin  həlak 
olda,  16  nəfər  ağır  yaralandı.  1991-ci  il  avqustun  2-də  Hadrud-Dolanlar 
avtobusunun,  avqustun  21-də  Hadrud-Sadaxt  avtobusunun,  avqustun  23-də 
Şuşa-Cəmilli  avtobusunun,  8  sentyabrda  Ağdam-Xocavənd  avtobusunun, 
Ağdam-Qaradağlı 
avtobusunun, 
26  sentyabrda 
Yevlax-Laçın 
yolunda 
avtom obilin, 
19  oktyabrda  Ağdərə-Sırxavənd  yolunda  avtomaşınm  erməni 
quldurları  tərəfındən  partladılması  və  güllə-boran  edilməsi  nəticəsində  88  nəfər 
dinc Azərbaycanlı öldürülmüş və  150 nəfər yaralanmışdır.33
1991-ci 
ildə, 
əvvəlki 
illərlə 
müqayisədə, 
Azərbaycan 
ərazisində 
azərbaycanlılara qarşı erməni terrorizmi daha geniş və amansız xarakter almışdı. 
Bu dövrdə, erməni terrorçulan namərdcəsinə elə cəsusluqlar törədirdilər ki, sanki 
azərbaycanlılann  «qanına  susamış»dılar.  Məsələn,  9  yanvar  1991-ci  ildə  Laçm- 
Şuşa  yolunda  5  nəfər erməni  terrorçusunun  «Molodyoj  Azərbaycaıja» qəzetinin 
müxbiri  Salatın Əsgərovanı, podpolkovnik S.M.Larionovu,  mayor  İ.U.İvanovu, 
18  apreldə  terrorçu  O.V.Sarkisyanın  dəstəsi  Xocavənd  rayonunda  3  nəfər 
azərbaycanlı  milis  işçisini,  9  mayda  DQMV  Təşkilat  Komitəsinin  rəhbəri 
V.P.Polyaniçkonu,  27  iyunda  Xocavənddə  (Qaradağlı  kəndində)  6  nəfər  kənd 
sakini,  23 dekabrda Meşəli  kəndindən  6 nəfər azərbaycanlını erməni terrorçulan 
vəhşicəsinə qətlə yetirmişdilər.34
Ermənilər  Azərbaycanda,  onun  ayrılmaz tərkib hissəsi  Dağlıq  Qarabağda 
törətdiyi  qanlı  terror  əməliyyatı  yüzlərlədir.  Bunların  içərisində  Xocavənd 
rayonunun  Qarakənd  kəndində  1991-ci  il  noyabrın  20-də erməni  terrorçulannın 
«Mİ-8»  vertalyotunu  vurması  daha  dəhşətli  idi.  Çünki  vertalyotda  olan  22 
nəfərin  cəsədi  parça-parça  olmuş  və  yanaraq  tanınmaz hala  düşmüşdür.  Həmin 
dəhşətli 
partlayış  nəticəsində  respublikanın  dövlət  katibi  T.lsmayılov, 
respublikanm  baş  prokroru  İ.Qayıbov,  Dövlət  Müşaviri  M.Əsədov,  Baş  nazirin 
müavini Z.Hacıyev, SSRİ xalq deputatları V.Məmmədov, V.Səfərov, Respublika
449

Melerasiya vəsu təsərrüfat nazirinin birinci  müavini  Q.Namazəliyev,  Respublika 
prezident  aparatınm  şöbə  müdiri  O.Mirzəyev,  Dövlət  katibinin  köməkçisi 
R.Məmmədov,  Azərbaycan  Televiziyasının  müxbiri  A.M ustafayev,  operator 
T.Şahbazov, işıqçı A.Hüseynzadə və başqaları həlak oldular.35
Apanlan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1988-1991-ci  illər ərzində 
Dağlıq  Qarabağda  erməni  vandalları  tərəfindən  2559  toqquşm a,  315  silahlı 
basqm,  1388-dəfə  ara  vermədən  top  və  tüfəngdən  atəşə  tutm a  hallan  qeydə 
alınmışdır.  Bunlann  nətəicəsində  isə,  514  nəfər  həlak  olmuş,  1318  nəfər 
yaralanmışdır.  Erməni  silahlı  dəstələri  həmin  m üddətdə  Dağlıq  Qarabağda 
azərbaycanlı  yaşayış məntəqələrində  119  obyekt  və  1134  yaşayış  evləri  dağıtmış, 
yandırmışlar.36
Sovet  imperiyasmın  silahlı  qüvvələri  SSRl-nin  saxlanılmasına  münasibət 
haqqında  1991-ci  ıl  martın  17-də  Ümumittifaq  referendum unda  iştirak  etməyən 
Ermənistana  «dərs  vermək»,  habelə.  Azərbaycandakı  kommunist  rejimini 
dəstəkləmək üçün erməni quldurlarına  köməyi  nisbətən  azaltdı.  1991 -ci  il martın 
20-öə M .Qorbaçov Azərbaycan xalqına  İT A R   T A S S  Agentliyı  vasitəsiJə  bildirdi 
ki,  «Yuxarı  Qarabağ  Azərbaycanm  bir  parçasıdır.  Bölgədə  SSRİ  Konstitusiyası 
ilə 
birlikdə 
Azərbaycan 
Konstitusiyası 
da 
qüwododir. 
Qarabağda 
azərbaycanlılarla  ermənəilərin  birlikdə  yaşayıb  yaratdıqları  tarixin  yaratdığı  bir 
gerçəklikdir  və  bu  gerçəklikdən  qaçmaq  olm az».37  Lakin  SSRİ  rəhbərlərinin  bu 
bəyanatı  «arxadan  atılan  daş»a  bənzəyirdi,  çünki  ermənilər  həmin  bəyanatdan 
sonra  bu  yolda  daha  da  fəallaşdılar.  H ətta  rus  zabiti,  baş  leytenant  Yuriy 
Qirçenkonun  yazdığma 
görə  Qorbaçovun  yuxarıdakı  bəyanatından  sonra 
Ermənistandan  Dağlıq  Q arabağa  gələn  «boyeviklər»,  nəinki,  azərbaycanlıları, 
hətta rusları da «girov» götürüb bizdən silah, sursat aldıqdan sonra qaytanrdılar. 
Erməni  cəlladlarının  ruslara  qarşı  olan  mövqeyi  Dağlıq  Qarabağdakı  rus 
əşgərlərinin  narazılığına  səbəb  olmuş  və  hərbi  hissələrdən  qaçmasına  gətirib 
çıxarmışdır. Təkcə bir gündə batalyondan  15 rus həbiçisi qaçmışdı.38
Eyni  zamanda,  bəhs  etdiyimiz  dövrdə,  DQM V-də  erməni  silahlı  quldur 
dəstəsinin içərisində muzdlu zənd hərbçilər də var idi.
450
Ölkədə dərinləşən  sosial-iqtisadi və  siyasi  böhran  SSRİ-nin  dağılmasını 
sürətləndirdi.  Mərkəzin,  xüsusilə  M.Qorbaçovun  razılıqı  ilə  Azarbaycanın 
DQM V-də  başlanmış  separatçılıq  hərəkatı  SSRİ-nin  dağılmasının  başlanğıcı 

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə