AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə32/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

oldu. 
Sovet  rəhbərliyinin  SSRİ-ni  qoruyub  saxlamaq  cəhdləri  heç  bir  nəticə 
vermədi.  1991-ci  il  avqustun  23-də  SSRİ-nin  birinci  və  axınncı  prezidenti 
M .Q orbaçov  Kommunist  Partiyasının  buraxılması  tələbini  qəbul  etdi.  Bundan 
sonra,  Azərbaycanda  siyasi  vəziyyət  daha  da  gərginləşdi.  Azərbaycan  xalqı 
keçmiş 
rejimi 
saxlamağa 
çalışan 
Respublika 
rəhbərliyinə 
və 
siyasi 
mühavizəkarlara  qarşı mübarizəyə başladı.  Mitinqçilər fövqəladə vəziyyətin  ləğv 
edilməsini,  DQMV-də Azərbaycanm suveren  hüquqlannın  təmin  olunması üçün 
qəti tədbirlər görülməsini,  Azərbaycanda prezident seçkilərinin dayandınlmasını, 
KP-nin  ləğv  edilməsini,  parlamentin  buraxılması  və  yeni  parlament  seçkiləri 
keçirilməsini tələb cdirdilər.  Xalqın tələbi  ilə çağrılmış Azərbaycan  Respublikası 
Ali  Sovetinin  növbədənkənar  sessiyası  1991-ci  il  avqustun  30-da  «Azərbaycan 
Respublikasınm  dövlət  müstəqilliyini  bərpa  etmək haqqmda  Bəyannamə» qəbul 
etdi.
Ölkədə  yaradılmış  qarışıqlıqdan  istifadə edən  Dağlıq  Qarabağın  separatçı 
erməniləri  Azərbaycanm  parçalanmasına  yönəlmiş  addım  ataraq  1991-ci  i) 
sentyabrm  2-də  burada  qeyri-qanuni  bir  qurum-oyuncaq  «Dağlıq  Qarabağ 
Respublikası»nm  yarandığı  və  müstəqilliyini  elan  etdilər.39  Bölgədə  keçirilən 
«referendium»da  erməni  icması  bu  bədnam  quruma  tərəfdar  olduqlanm 
bildirmişdilər.  Üzdəniraq  «Respublika»nm  iyrənc  «ali  soveti»nə  «seçkilər»  də 
keçirilmişdir.  Bədniyyət ermənilər qondarma «Dağlıq Qarabağ Respublikası»na, 
təkcə  Yuxarı  Qarabağı.  birləşdirməklə  kifayətlənmədilər,  onlar,  həm  də 
Goranboy  ərazisinin  bir  hissəsini  də  buraya  daxil  etdilər.  Tezliklə,  Yuxan 
Q arabağda  «Arsax  Xalq  Azadlıq  Ordusu»  təşkilati  cəhətdən  formalaşmağa 
buşlandı.  1991-ci  il  oktyabrın  29-da  üzdəniraq  «respublika»nın  «Arsax  Xalq 
Cəbhəsi» yaradıldı.
Rusiya  Federasiyası  1991-ci  il  avqust  qiyamından  sonra  Ermənistan- 
Azərbaycan, 
Dağhq 
Qarabağ 
münaqişəsinin 
nizamlanması 
prosesinə
451

başlamışdır.  Rusiya  və  Qazaxıstan  rəhbərliyinin  birgə  vasitəçilik  missiyası  bu 
istiqamətdə atılan ilk cəhd olmuşdur.  Azərbaycan  və erməni  tərəfınin  razılığı ilə 
hər  iki  dövlət  (Rusiya  və  Qazaxıstan)  vasitəçilik  missiyasını  öz  üzərlərinə 
götürürlər.  1991-ci  il  sentyabrm  20-23-də  Rusiya  prezidcnti  Boris  Yeltsinin  və 
Qazaxıstan  prezidenti  Nursultan  Nazarbayevin  başçılıq  etdikləri  vasitəçilik 
missiyası  Bakı,  Gəncə,  Xankəndi  və  Yerevan  şəhərlərində  oldular.  Dağlıq 
Qarabağ  münaqişənin  nizamlanması  istiqamətindəki  vasitəçilik  səylərinin 
nəticəsində  Şimali  Qafqazın  kurort  şəhəri  Yeleznovodskda  dördtərəfli  birgə 
koomunike  imzalanır.  Koomunikeni  Rusiya  tərəfdən  B.Yeltsin,  Azərbaycan 
tərəfdən A.Mütəllibov, Qazaxıstan  tərəfdən  N.Nazarbayev,  Ermənistan  tərəfdən 
isə L.T.Petrosyan imzalamışdılar.40
İmzalanmış  koomunikeyə  görə  tərəflər  aşağıdakıları 
münaqişənin 
nizamlanmasımn  zənıri  və  məcburi  şərtləri  kimi  qəbul  etdilər:  Atəşin 
dayandınlması,  Azərbaycan-Ermənistan,  Dağlıq  Q arabağa  dair  bütün  qeyri- 
konstitusion aktlann  1992-ci  il yanvann  1-dən  ləğv  edilməsi,  qanuni  hakimiyyət 
orqanları  səlahiyyətlərinin  tanınması,  SSRİ  D İN   Daxili  qoşunlarınm  və  SSRİ 
Müdafiə Nazirliyinin hissələri istisna olmaqla münaqişə bölgəsindən bütün silahlı 
dəstələrin  çıxarılması,  tərəflər  deportasiya  olunmuş  əhalinin  öz  yerlərinə 
qayıtmasını təmin etməli, girovların azad edilməsinə başlamalı,  nəqliyyat, rabitə, 
kommunikasiya  sistemlərinin  normal  fəaliyyətini  təmin  etməyi  öz  öhdələrinə 
götürdülər.  Eyni  zamanda,  Azərbaycan  və  Ermənistan  ali  dövlət  hakimiyyət 
orqanları  daimi  əsasda  dərhal  ikitərəfli  danışıqlar  prosesinə  başlamaq  üçün 
səlahiyyətli  nümayəndə  heyətləri  təyin  etməli  idilər.  Bu  tədbirlərin  icrası 
məqsədilə  Rusiya  və  Qazaxıstanın  səlahiyyətli  nümayəndələrindən  ibarət 
müvəqqəti  işçi  müşahidəçilər  qrupunun  yaradılması  nəzərdə  tutulmuşdu.  Lakin 
ermənilər  tərəfındən  münaqişənin  gərginləşməsi  səbəbindən  Jeleznovodsk 
kommunikesinin müddəalannın reallaşması olmadı.41
Yuxarı Qarabağda erməni  silahlı  birləşmələrinin  vəhşilikləri  davam edirdi. 
Azərbaycanda könüllülərdən təşkil edilmiş özünümüdafiə batalyonları pərakəndə 
fəaliyyət  göstərir,  hərbi  əməliyyatlar  əlaqələndirilmirdi.  Düşmən  hücumlarıntn
452
qarşısını  alm aq  üçün  dövlət  səviyyəsində  lazımi  tədbirlər  görülmürdü.  On 
minlərlə dinc əhali öz yurdundan qaçqın və köçgünə çevrildi.
1991-ci  il  oktyabrın  18-də Azərbaycan  xalqının  tələbi ilə Azərbaycan  SSR 
Ali 
Soveti  «Azərbaycan  Respublikasmm  dövlət  müstəqilliyi  haqqında 
Konstitusiya  Aktı»nı  qəbul  etdikdən  sonra  erməni  silahh  dəstələrinin  Yuxan 
Q arabağda  yerləşən  Sovet  Ordu  hissələri  şəxsi  heyətinin  və döyüş  texnikasımn 
köməyi  ilə  azərbaycanlılara  qarşı  irimiqyaslı  hərbi  əməliyyatlara  başladılar.42 
Azərbaycanlılar 
öz 
torpaqlarından 
qovulub  çıxanlmağa, 
kəndlər 
isə 
yandırılaraq  viran  edilməyə  başlandı.  1991-ci  il  oktyabnn  28-də  Tuq,  31-də 
Salaket kəndləri ələ keçirilib yandmldı.  1991-ci il noyabnn ortalannda Xocavənd 
qəsəbəsini  mühasirəyə  alan  erməni  hərbi  birləşmələri  noyabnn  19-da  güclü 
artilleriya  atəşindən  sonra  müdafıəçilərin  müqavimətini  qınb qəsəbəni  tutdular. 
Erməni  faşistləri  Xocavənd  qəsəbəsində  2  sakini, 
0
  cümlədən,  bir  yaşlı  körpəni 
diri-diri  yandırdılar,  onlarla  evin  külü  göyə  sovruldu.  1991-ci  il  noyabnn  20-də 
Lamzur,  23-də  Əmiranlar  kəndləri  zəbt  edildi.  Dekabrın  23-də  isə  azğmlaşmış 
erməni  silahlı  birləşiələri  Meşəli kəndində dinc,  köməksiz əhalini gülləboran etdi. 
Bu  zaman  33  nəfər  öldürüldü,  3  ailə  isə evindəcə yandınldı.  1992-ci  il  yanvarın 
13-də  Meşəli  kəndi  tamamilə  darmadağın  edilmişdi.  1991-ci  ilin  dckabrmda 
Daşbaşı,  Axullu  kəndləri erməni  faşistləri  tərəfmdən  ələ keçirildi və evlər odlara 
qalandı.43
Yuxarı  Qarabağda  erməni  silahlı  birləşmələrinin  törətdiyi  cinayətlər, 
qondarm a  «Dağlıq  Qarabağ  Respublikası»nın  yaradılması  Azərbaycan 
hökumətinin,  xalqımızın  mənafeyinə  uyğun  deyildi.  Ona  görə  də,  1991*ci  il 
noyabrm  26-da  Azərbaycan  Respublikası  Ali  Soveti  «Azərbaycan  və  erməni 
xalqları arasında milli ədavəti  yaratmaq və dərinləşdirmək faktoru kimi» Dağlıq 
Qarabağm   Vilayət  statusunu  ləğv  edən  qanun  qəbul  etdi  və üzdəniraq  «Dağlıq 
Qarabağ  Respublikası»nı  tanımadığmı  bildirdi.44  Lakin  səhəri  gün  -   1991-ci  il 
noyabrın  27-də  SSRİ  Dövlət  Şurası  DQMV-nin  statusunun  ləğv  olunmastnın 
SSRİ  Konstitusiyasına  zidd  olduğunu  yada  salaraq,  Azərbaycan  rəhbərliyindən 
Dağhq  Q arabağa  yenidən  «Vilayət» 
statusunun  qaytanlmasını  tələb  etdi.45
453

Rusiyanın  etirazı  başa  düşülən  idi.  Çünki,  vaxtılə  Sovet  Rusiyası  və  SSRİ 
hökuməti  Dağlıq  Qarabağa  M uxtar  Vilayət  statusu  verməklə  ondan  bir  qaba 
silah  kimi  istifadə  edəcəkdi  və  etdi  də.  Xalqımız  üçün  «zərərli  virus»  rolunu 
oynayan  DQMV-nin  1991-ci  ildə  ləğvi  Rusiyanm  mənafeyinə  uyğun  edildi. 
Çünki,  DQMV-nin  ləğvi  Rusiyanın  «parçala  və  hökm  et»  siyasətinə  maneə  ola 
bilərdi.  1991-ci il noyabrın 27-də SSRİ  Dövlət Şurası  «DQM V-də Azərbaycan və 
Ermənistan  Respublikalarınm  sərhədyanı  rayonlarında  vəziyyəti  sabitləşdirmək 
tədbirləri haqqmda» qərarını qəbul  etdi.  Qərarda  Azərbaycan  və  Ermənistan Ali 
Sovetlərinə təklif olunurdu  ki,  DQMV-nin  statusunun  dəyişdirilməsinə yönələn 
bütün  qərarlan  ləğv  etsin,  münaqişənin  siyasi  yolla  nizama  salınmasına  şərait 
yaratmaq üçün  dövlət başçıları səviyyəsində birbaşa  danışıqlar davam etdirilsin. 
Eyni  zamanda,  hər  iki  respublika  prezidentinə  tövsiyyə  edilirdi  ki,  atəşin 
dayandınlması  və  münaqişə  bölgəsindən  bütün  qanunsuz  silahlı  birləşmələrin 
çıxarılmasmı  təmin  etsinlər.  Qərarın  sonunda,  SSRİ  D övbt  Şurası  Azərbaycan 
Ali  Sovetinə  müraciət  edərək,  vəziyyətin  bütün  kəskinliyinə  baxmayaraq 
Ermənistanla  dəmiryolu  və  qaz  blokadasını  dərhal  bərpa  etməyə  çağırırdı.46 
Ümumiyyətlə,  SSRİ-nin  Dağlıq  Q arabağ  məsələsi  ilə  əlaqədar  qəbul  etdiyi  bu 
son  qərar  prinsip  etibarilə  əvvəlki  qərarlardan  hcç  nə  ilə  fərqlənmirdi  və 
hadisələrin  gedişi  bu  sənədlərin  də  heç  bir  hüquqi  qüvvəsi  olmadığmı  göstərdi. 
Qərarın  axınncı  bəndi  isə  SSRİ  hökumətinin  sırf  Ermənistanı  müdafıə  etdiyini 
bir daha sübut edirdi.
1991-ci  il  dekabnn  8-də  Rusiya  Federasiyası,  U krayna  və  Belarusiyamn 
liderləri  1922-ci  il  ittifaq  müqaviləsinin  fəaliyyətinin  dayandınlm ası  və Müstəqil 
Dövlətlər Birliyi yaratmaq  niyyətini  bildirdilər.  D ekabrın  25-də  Qorbaçov istefa 
verdi  və  SSRİ  dağıldı.47  SSRİ-nin  dağılması  ilə  postsovet  məkanmda  yeni 
geopolitik  şərait  əmələ  gəldi.  Ermənistan  faktiki  olaraq  Azərbaycana  qarşı 
müharibəyə başladı.
SSRİ-nin  dağılması  ilə  Sovet  O rdusu  sıralarında  qulluq  edən  erməni 
zabitləri və keçmiş sovet  hərbi  hissələri  azərbaycanlılara  qarşı  birləşdilər.  SSRİ 
dağıldıqdan  sonra  erməni  hərbi  birləşmələrinin  döyüş  texnikası  da  gücləndi.
454
Çünki,  onlar  yaranmış  boşluqdan  istifadə edib lazımınca  silah,  sursat və döyüş 
texnikası  ələ keçirdilər,  DQMV-də fəaliyyət göstərən hərbi  hissənin zabiti  mayor 
Yuri  Gerçenkonun  yazdığına  görə:  «Hərbi  hissələrimiz  döyüş  sursatlannı 
ermənilərə qoyub gedirdilər.  Çünki ermənilərə müharibəni davam etdirmək lazım 
idi.  Biz  isə,  yalançı  akt  tərtib  edərək  texnikanı  satırdıq.  Bunu,  nəinki,  4-cü 
ordunun  komandirləri,  hətta  Zaqafqaziya  hərbi  dairəsinin  komandanhğt  da 
bilirdi».4S  Bu,  rus  zabitinin  səmimi,  lakin  xalqımız üçün  acı  olan  bir  etirafı  idi. 
Artıq  erməni  silahlı  birləşmələri  güclü,  yüksək  döyüş  texnikasına  malik  bir 
orduya  çevrilmişdi.  Əvvəllər  sovet  və  MDB  silahlı  qıwələrindən  hərbi  dəstək 
olan  erməni  silahlı  quldurları  bu gün  rus hərbi  qüvvələrinin güclindən  məharətlə 
istifadə edərək Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirmiş, bir sıra 
əlverişli strateji mövqeləri tutmuş, azərbaycanhları buradan qovub çıxarmışdılar.
1991-ci  ilin  dekabrın  29-da  Ermənistanla  Rusiya  arasında  «Dostluq, 
əməkdaşlıq  və  qarşılıqlı  təhlükəsizlik  haqqında  müqavilə»nin  bağlanması 
Rusiyaya, 
Dağlıq  Q arabağ  ermənilərini  Azərbaycana  qarşı  açıq-aşkar 
silahlandırmaq  imkanı  verdi.49 Beynəlxalq  ictimaiyyət  tərəfındən  demək  olar ki, 
heç  bir  müqavimətə  rast  gəlməyən,  Rusiyanm  himayəsini  açıq-aşkar  hiss  edən 
erməni millətçiləri və separatçıları daha da  azğınlaşdılar.
Beləliklə,  Dağlıq  Qarabağ  hadisələrinin  başlanğıcından  SSRİ-nin 
süqutuna  qədər  keçək  dövr ərzində (1988-1991)  Ermənistan-Azərbaycan, Dağlıq 
Q arabağ münaqişəsi  get-gedə daha da kəskinləşdi,  onu nizama  salmaq  mümkün 
olmadı.  Əksinə,  ittifaqın  müəyyən dairələri və xarici dövlətlərdəki erməni  lobbisi 
tərəfındən  himayə  edilən  erməni  millətçiləri  Azərbaycana  qarşı  əsassız  ərazi 
iddialarmı  irəli  sürərək,  açıq-aşkar  təcavüzkarlıq  siyasəti  yeritmiş,  nəticədə,  514 
nəfər  azərbaycanlı həlak  olmuş,  1318  nəfər ağır bədən xəsarəti almış,  1253 ev və 
ictimai  obyekt  dağıdılmış,  viran  edilmiş  və  yandırılmışdı.10  Artıq,  Ermənistan- 
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müharibəyə çevrilmişdir.
455

XIX FƏSİL.
AZƏRBAYCANDA HƏRBİ-SİYASİ BÖHRANIN DƏRİNLƏŞMƏSİ, 
YUXARIQARABAĞDA ERM ƏNİ VƏHŞİLİKLƏRİ: XOCALI  FACİƏSİ, 
ŞUŞA VƏ LAÇININ İŞĞALI (1992-C IİL)
Azərbaycan  dövbti  müstəqillik  əldə  etdikdən  sonra  digər  dövlətlərlə 
münasibətlərini  dövlət  sərhədlərinin  toxunulmazlığı,  ərazi  bütövlüyü,  mübahisəli 
məsələlərin  dinc  yolla  nizama  salınması,  başqa  dövlətlərin  daxili  işlərinə 
qanşmamaq  prinsipləri  əsasında  qurdu.  Ali  hakimiyyət  orqanları  dünyanın  iri 
dövləUərinin  maraqlarını  təmin  edə  biləcək  tarazlı  siyasət  yeridə  bilmədiyindən 
Dağlıq Qarabağ probleminin  vaxtında  həlli üçün  ona  lazımi  dəstək  verə bilmədi. 
Eyıii  zamanda,  oyuncaq  «Dağlıq  Qarabağ  Respublikası»nın  elan  olunması, 
beynəlxalq  birliyin  buna  loyal  münasibəti  erməni  separatçılarını  şimikləndirmiş 
və  Rusiya  ilə  Ermənistan  arasm da  «Dostluq,  əməkdaşlıq  və  qarşılıqlı  təhlü- 
kəsizlik  haqqnıda  müqavilə»  bağlanması  Daqlıq  Q arabağ  ermənilərinin  silah- 
lanmasına şərait yaratmış, nəticədə qədim Azərbaycan torpaqları erməni vandal- 
larının  müharibə  meydanma  çevrilmişdir.  Xarici  hərbi  və  siyasi  qüvvələrin 
yaxmdan  köməyilə  ermənilər  Yuxarı  Q arabağda  irimiqyash  hərbi  əməliyyatlar 
keçirmiş bir sıra əlverişli strateji mövqeləri tutm uş, azərbaycanlıları öz dədə-baba 
yurdlarından  qovub  çıxarmışdılar.  Ermənistamn  Azərbaycana  qarşı  apardığı 
əsassız  ərazi  iddiaları  əvvəlcə  özünü  nümayiş,  tətil,  münaqişə  şəklində 
göstərirdisə,  artıq  1991-ci  ilin  sonlarında  elan  olunm am ış  müharibəyə  çev- 
rilmişdi.
1991-ci il dekabrm 27-də başdan ayağadək silahlanmış  300 nəfərlik erməni 
faşist  birləşməsi  ağır  texnikadan  istifadə  etməklə  K ərkicahan  istiqamətində 
hücum  etdilər.  Kərkicahanın  müdafıəsində 
M ehman  Hüseynovun  başçılığı 
altında  22  nəfərlik  könüllü  dəstə  döyüşürdü.  Bu  kiçik  dəstənin  mühasirəyə 
düşməsinə  baxmayaraq  8  saat  düşmənə  m ətanətlə  müqavimət  göstərdilər. 
Kərkicahan  döyüşündə  ilk  dəfə  olaraq  erməni  faşistləri  odatan  silahlardan
456
istifadə  etdilər.1  Canlı  ordunun  və  silahlann  qeyri  barabərliyi  Kərkicahan 
döyüşündə  azərbaycanlıların  məğlubiyyəti  ilə  nəticələndi.  Yaralı  vəziyyətdə ələ 
keçirilmiş  döyüşçülərə  namərd  ermənilər  tərəfmdən  dəhşətli  işgəncələr  venlərək 
öldürülmüşdü.  Çox  çətinliklə cəsədi geri alınan Fərhad  Atakişiyevin üzərində 75- 
dən  çox  işgəncə  izi  aşkar  edilmişdi.2 1991-ci  ilin  sonlannda  azğınlaşmış  erməni 
silahlı  birləşmələri  rusların  köməyilə  Dağlıq  Qarabağın  Xocavənd,  Əmiralılar, 
Meşəli,  Daşbaşı,  Axullu  kəndlərini  də  ələ  keçirib,  qələbələrdən  şimikərak 
Malıbəyli  və  Quşçular  kəndlərini  mühasirəyə aldılar.  1992-ci  ilin  yanvarm  21-də 
Qaybalı,  fevralın  12-də  Malıbəyli,  Aşağı  Quşçular,  Yuxan  Quşçular  kəndləri 
düşmən  əlinə keçərək tamamilə yandınldı.3 Erməni vandallan heç kəsə -  qocaya, 
qadına,  uşağa,  xəstəyə  aman  vermədən  məhv  edirdilər.  Xocalı  və  Şuşanm 
mühasirəsi 
getdikcə 
daralırdı. 
Azərbaycan 
silahlı 
qüwələrinin 
hərbi 
uğursuzluqlarınm  mühüm  səbəblərindən  biri  ordu  quruculuğunda  ciddi 
nöqsanlara yol verilməsi idi.
Azərbaycan Respublikası Ali Soveti  1991-ci il oktyabrın 9-da «Azərbaycan 
Milli  özünümüdafıə qüvvələri haqqmda» qanun qəbul etmişdi.4 Bu qüwələrin ilk 
hissələri  dekabrm   8-də cəbhəyə  yola  salmmışdı.s İlk  vaxtlar  könüllülük  əsasmda 
qurulm uş,  təcrübəli  hərbçiləri  az  olan  orduda  ciddi  nizam-intizam  yaratmaq 
mümkün  deyildi.  Hərbi  hissələrə müxtəlif  siyasi qüvvələrin təsiri böyük  idi.  Bəzi 
ictimai  təşkilatların,  məsələn,  AXC-nin,  hətta  ayn-ayrı  şəxslərin  hərbi  dəstələri 
var idi.
1991-ci  ilin  noyabnnda  Azərbaycanın  Yuxarı  Qarabağ  və  Ermənistanla 
sərhəd  22 rayonunda  şəhər özünümüdafıə  taburunun yaradılması  haqqında əmr 
verildi.6 1992-ci  ilin  fevralında isə ərazi özünümüdafıə taburlan və xüsusi təyinath 
reyd  dəstələri  yaradıldı.  Bu  dəstələrin  tərkibi  yerli  əhalidən  ibarət  idi  və 
müvəqqəti  hesab  olunaraq  yerli  imkanlar  hesabına  saxlanılırdı.  Orduda  hərb 
sənətini  mükəmməl  bilən  sərkərdələr çatışmırdı.  Azərbaycanlıların hərb sənətini 
zəif  bilməsi,  vaxtilə  hərbi  xidmət  keçərkən  «tikinti  batalyonları»nda  («Stroy- 
bat»da)  xidmət  etm əbri  ilə  əlaqədar  idi.  Həmin  batalyonlarda  xidmət  etmə- 
yimizin  bir  səbəbi  bizim  özümüzdən  asılı  idisə,  əsas  səbəb  sovet  hərbi  koman-
457

danlığının  türk-islam  gənclərini  texnikaya,  silahlara  yaxm   buraxmaması  ib 
əlaqədar  idi.  1992-ci  il  yanvann  14-də  Türkiyə  ib   Azərbaycan  arasında  hərbi 
təlim sahəsi üzrə əməkdaşhğa dair  ilk  razılıq  sənədi  im zalandı.7 O rduda  silah  və 
sursat çatışmırdı.
Yeni  yaradılmış  özünümüdafıə  taburlarınm   kom andirləri  və  onlann 
müavinləri rayon hərbi komissarları tərəfindən  seçilir,  icra hakimiyyəti başçısının 
razılığı  ilə  Müdafiə  Nazirliyi  tərəfindən  təsdiq  edilirdi.  T ab u r  komandirləri  icra 
hakimiyyəti  başçısmın  müdafiə  məsələləri  üzrə  müavinləri  idi.  Hərbi  hissələrə 
rəhbərlikdə  ikili  mövqe  yolverilməz  hal  idi  və  bu  hərbi  işin  inkişafma  mane 
olurdu. Burada məqsəd, Prezidentin  İcra  Hakimiyyəti  vasitəsilə hərbi  hissələri öz 
əlində saxlaması olmuşdur.8
1992-ci  ilin  fevralında  Y uxan  Qarabağm   azərbaycanlılar  yaşayan  kənd- 
lərində  yerli  əhalidən  ibarət  müstəqil  hərbi  hissələr  təşkil  olundu.9  Lakin 
Azərbaycanda  yaradılmış  hərbi  hissələrin  döyüş  qabiliyyəti  və  təehizatı  lazımi 
səviyyədə deyildi.
■Orduya rəhbərlik  tez-tez dəyişdirilirdi.  Baş  qərargahın  işi  pis  qurulmuşdu. 
Hərbi  hissələrə  pozuculuqla  məşğul  olan  satqm lar  soxula  bilmişdi.  Güclü hərbi 
informasiya  axınma  yol  verilirdi.  Hərbi  hissələrdə  silah,  sursat,  yanacaq 
oğurlanır, hətta düşmənə də satılırdı.  Fərariliyə qarşı ciddi mübarizə aparılmırdı. 
Respublikamız  dərin  siyasi  böhran  içərisində  idi.  Hakimiyyət  uğrunda  kəskin 
mübarizə gedirdi.  Xalqm  gücünü bir  yerdə  cəmləşdirmək  mümkün  deyildi.  Yağı 
düşmən isə Azərbaycanda  yaranmış çətin vəziyyətdən məharətlə istifadə etdi.
1992-ci  ilin  əvvəllərində  Şuşa  və  Xocalı  erməni  vandalları  tərəfindən 
mühasirəyə ahnmışdı.  Azərbaycamn  qədim  yaşayış  məskəni olan  Şuşaya  2  əsas 
yol  gedirdi.  Ağdam-Şuşa  yolu  Xankəndindən  keçdiyi  üçün  bu  yol  bağlanmışdı. 
Şuşa-Laçın yolu isə erməni quldurlarıntn cəmləşdiyi  Daşaltı kəndinin ərazisindən 
keçirdi və həmin  yolu  yalnız gecə,  işıqsız  vəziyyətdə  keçmək  olurdu.  Şuşa-Laçın 
yolunda cəmləşən  erməni  quldur  yuvasını  məhv  etmək  üçün  1992-ci  il  yanvarın 
23-də  Azərbaycan  Respublikası  Müdafiə 
Naziri  Tacəddin  Mehtiyev  Şuşa 
şəhərinə gəldi.  Şuşanı  mühasirədən  xilas  etmək  üçün  məxvi  «Daşaltı  əməliyyatı»
458
planı  hazırlandı.  Həmin  «Plan»a  görə  1992-ci  il fevrahn  25-də gecə Azarbaycan 
ordu  hissələri  D aşaltı  kəndində  hərbi  əməliyyat  keçirməklə  şəhərdən  Laçına 
gedən  yolu  açmalı 
idilər.  Lakin  həmin  «p]an»  da,  satğınlığın  «qurbam»na 
çevrildi.  A rtıq 
yanvarın  24-də  rus  agentləri  «Daşaltı  əməliyyatı»  planını 
ermənilərə  çatdırdılar.  Kəndə  giriş  yollan  minalandı  və  gizli  pusqu  qurukJu. 
Azərbaycanın  ordu  hissələrinin  1992-ci  il  yanvarın  25-dən  26-a  keçən  gecə 
keçirdiyi  hərbi  əməliyyatlar  bu  səbəblərdən  uğursuzluğa  düçar  oldu.  Satqın 
bələdçilər  isə  əsgərləri  və  zirehli  maşmları  «lazım  olan  istiqamətə»  yönəldilər. 
Ordu  böyük  tələfat  verdi  -   33  nəfər  həlak  oldu,  34  nəfər  itgin  düşdü,  36  nəfər 
yaralandı.10
Şuşanın 
mühasirəsini 
Daşaltı 
istiqamətində 
yarmaq 
mümkün 
olmadığından  Ağdam  istiqamətində  «Xramod-Xanabad  əməliyyatı» hazırlandı. 
Lakin  təəssüflər  olsun  ki,  bu  plan  da  əlaqəsizlik  və  satğınlıq  üzündən  baş 
tutm adı."
1992-ci  ilin  əvvəllərində  erməni  terrorçuları  azərbaycanlılara  qarşı  qanlı 
terror  aksiyalarını  daha  da  genişləndirdilər.  Təkcə,  1992-ci  ilin  yanvannda 
erməni  terrorçulan  Azərbaycanda  2  böyük  terror  törətmişdilər.  1992-ci  il 
yanvarm  8-də erməni  terrorçuları  «Krasnovodsk-Bakı» dəniz səmişin  bərəsində 
partlayıcı  qurğu  vasitəsilə  partlayış  törətdilər.  Partlayış  nətəicəsində  25  nəfər 
öldü, 88 nəfər isə ağır yaralandı.12
1992-ci  il  yanvarın  28-də  isə  «Ağdam-Şuşa  marşurutu  ilə  uçan  mülki 
vertalyot  erməni  terrorçuları  tərəfindən  vuruldu.  Əsasən  qadın,  uşaq  və 
qocalardan ibarət 47 nəfər azərbaycanlı parça-parça olub yerə töküldü. Vertalyot 
necə  partlamışdısa  həlak  olunlann  şəxsiyyətini  müəyyən  etmək  belə  mümkün 
olmadı.13
Azərbaycan  ordusunun  uğursuz  hərbi  əməliyyatları  Respublikamızın  Ali 
Sovetini  yeni  qərarlar  çıxarmağa  vadar  etdi.  Ali  Sovetin  30  yanvar  1992-ci  il 
tarixli  iclasında  Yuxarı  Qarabağ  üzrə  qərargah  yaradılması,  qərargahın  rəisi 
vəzifəsinə  Rəhim  Qazıyevin  təyin  edilməsi  qərara  alınır.'4  Eyni  zamanda,
459

Rusiyaya məxsus 366-cı motoatıcı alayın Y uxan Q arabağ ərazisindən çıxarılması 
haqqmda qərar qəbul edildi.15
Bəhs  etdiyimiz  dövrdə,  dünyanın  aparıcı  dövlətlərinin  və  nüfuzlu 
beynəlxalq  təşkilatların  Azərbaycana,  onun  ayrılm az  hissəsi  olan  Yuxarı 
Qarabağa  və  orada  Ermənistanın  həyata  keçirdiyi  təcavüzkarlıq  siyasətinə 
münasibətləri necə idi?
Azərbaycanın  bol yeraltı  və təbii  sərvətlərə  malik  olması  həmişə dünyanın 
aparıcı  dövlətlərinin  dtiqqətində  olmuşdur.  Rusiya  Federasiyası  keçmiş  SSRt 
dağıldıqdan  sonra  Azərbaycanda  öz  təsir  dairəsini  qoruyub  saxlamağa  cəhd 
edirdi.  Dünyanm  super  dövlətləri  isə  yeni  satış  bazarları  və  xammal  mənbələri 
əldə  etmək  istəyi  ilə Azərbaycanla münasibətlər yaratm aq  niyyətində idilər. Qısa 
bir  müddətdə  Azərbaycanın  dövlət  müstəqilliyini  dünya  dövlətlərinin  əksəriyyəti 
tanımışdı.  Müstəqil  Azərbaycan  dövlətini,  ilk  olaraq  Türkiyə,  sonra  isə 
Rummiya,  Pakistan,  Isveçrə,  İran,  ABŞ,  Rusiya  və  digər  dövlətlər  tanıdılar.16
1991-1992-ci 
illərdə  İslam  Konfransı  Təşkilatına, 
İqtisadi  Əməkdaşlıq 
Təşkilatma,  Ümumavropa  təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatına,  ATƏM-ə, 
BMT-yə  üzv qəbul olundu.17
Ermənistan-  Azərbaycan,  Dağlıq  Q arabağ  münaqişənin  nizama  salınması 
yolunda  ilk  addımı  ATƏM  atmışdır.  Belə  ki,  1992-ci  ilin  fevral  aymdan 
başlayaraq  Ermənistan-  Azərbaycan,  Dağlıq  Q arabağ  münaqişəsi  ATƏM-in 
diqqət  obyektinə  çevrildi  və  qurum un  xüsusi  missiyası  Azərbaycana  gəldi. 
Münaqişə  bölgəsinə  gedən  ATƏM -in  nümayəndələri  vəziyyətlə  yerində  tanış 
oldu.  1992-ci  il  fevralın  27-də  ATƏM -in  Yüksək  Vəzifəli  Şəxslər  Komitəsinin 
(YVŞK)  Praqada  keçirilmiş  7-ci  iclasında  münaqişə  bölgəsində  olan  missiyanın 
məruzəsi  dinlənildi.  İlk  dəfə  olaraq,  Beynəlxalq  Təşkilatlarda  Dağlıq Qarabağın 
Azərbaycan  Respublikasma  m ənsub  olmasmı  təsdiq  edən  sənəddə,  sərhədlərin 
dəyişdirilməməsi  şərti  ilə  münaqişənin  sülh  yolu  ilə  həllinə  çağırış  öz  əksini 
tapdı.18 Azərbaycan-Ermənistan,  Dağlıq  Q arabağ münaqişəsi  ikinci dəfə yenə də 
ATƏM-in  YVŞK-nin  m artın  13-14-də  Helsinkində  keçirilmiş  8-ci  iclasmda 
müzakirə  edildi. 
İclasda,  yenə  də  sərhədlərin 
dəyişdirilməməsi  şərtilə

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə