AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu


qətnamələrinin  heç  birinə  məhəl  qoymayaraq  onlan  yerinə  yetirmədi  və



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə34/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

470
qətnamələrinin  heç  birinə  məhəl  qoymayaraq  onlan  yerinə  yetirmədi  və 
təcavüzkar əməllərini  azğınlıqla davam etdirdi.65
Belə  bir  çətin  vəziyyətdə Azərbaycan  Respublikasımn  Prezidenti  H.ƏIiyev
1993-eü  il  noyabrm   2-də  radio  və  televiziya  vasitəsilə  xalqa  müraciət  edib onu 
ana  torpağı  yağı  düşməndən  müdafıə  və  azad  etmək  üçün  birləşməyə,  səfərbər 
olmağa  çağırdı.66  Bu  çağırış  xalqda,  xüsusilə,  gənclərdə  hərbi  vətənpərvərlik 
əhvali-ruhiyyəsini  xeyli  artırdı,  orduya  axm  gücləndi.  Təcrübəli  döyüşçülərdən 
ibarət  könüllü  hərbi  hissələr  yaradıldı.67  Orduya  xalq  yardımı  genişləndi. 
Səfərbərlik  nəticəsində  milli  ordunun  sıralan  artdı.  Ziyalılanmız  cəbhə 
bölgələrinə  gedərək  əsgərləri  qələbəyə  ruhlandırdılar.  Silahlı  qüwələrin  maddi- 
texniki bazası möhkəmləndirildi.
1994-cü 
ilin 
əvvəllərində  Azərbaycan  Ordusunun 
müvəffəqiyyətli 
əməliyyatı  nəticəsində  Fizuli  rayonunun strateji əhəmiyyətli  Horadiz qəsəbəsi və 
22  kəndi,  Cəbrayıl  rayonu  ərazisində bir neçə kənd, Kəlbəcər rayonunda  Bozlu, 
Təkəraya,  Babaşlar,  Qanlıkənd,  Çənli,  Susuzluq,  Qasımbinəsi,  Yanşaqbinə, 
Yanşaq,  Bağırsaq,  Qamışlı,  Bağırlı  yaşayış  məntəqələri,  Çiçəkli  dağı  və  digər 
strateji  yüksəkliklər  ələ  keçirildi,  Kəlbəcər-Ağdərə  yolunun  Tunelə  qədərki 
hissəsini  nəzarət  altına  aldı.68  Döyüşlərdə  erməni  faşistəlri  və  onlann  tərəfındə 
vuruşanlar ağır itki verdilər.  1993-cü ilin dekabr -   1994-cü il yanvar döyüşlərində 
düşmən  4  min  əsgər  və  zabit,  50  zirehli  texnika,  15  artilleriya  qurgusu  və  sair 
itirdi.69
Azərbaycan  Milli  Ordusunun  möhkəmlənməsi,  NATO-ya  tərəf  atılan 
əməli  addım lar  Respublikamızda  müstəqilliyin  əbədiliyinə şərait  yaratdı.  Bu  isə, 
imperiyanm  mənafeyinə  uyğun  deyildi.  Azərbaycanı  zəiflədib  özündən  asılı 
vəziyyətə salm aq üçün Rusiya-Ermənistana hərbi yardımını daha da artırdı. Milli 
O rdumuzun  qəhrəmanlıqla  vuruşmasma  baxmayaraq  1994-cü  ilin  avvəllərində 
Kəlbəcər,  Ağdam,  Ağdərə  istiqamətində  gedən  döyüşlərdə  Rusiyanın  böyük 
hərbi  texnikası  ilə hücum edən  düşmən bir neçə kəndi yenidən  işğal etdi. Tərtər- 
Bərdə  istiqamətində  hücuma  keçən  birləşmiş  erməni  quldur  dəstələrinin 
hücumlarının qarşısı alındı.70
471

Beləliklə,  Azərbaycan  torpaqlannın  20  faizi,  qeyri-qanuni  olaraq, 
Ermənistan  tərəfındən  əla  keçirildi.  «Torpağı  viran  qoymaq»  taktikasmdan 
istifadə  edən  ermənilər 
işğal  etdikləri 
ərazilərdə 
evləri, 
müəssisələri, 
koomunikasiya  vasitələrini,  təbii  sərvətləri  talan  edir,  dağıdır  və  yandırırdılar. 
Müharibədə 20 min  Azərbaycanlı  şəhid  olmuş,  100  min  nəfər  yaralanmış,  5 min 
nəfər  əlilə  çevrilmişdir.  Qaçğın  və  məcburi  köçgünlərin  sayı  1  milyon  nəfəri 
keçmişdir.  Erməni  işğalçıları  tərəfindən  4861  nəfər  Azərbaycanlı,  o  cümlədən, 
314 qadın, 58 uşaq, 255 qoca Əsir və girov götürülmüşdür. Girov götürülənlərdən 
İ357  nəfəri  əsirlikdən  azad  edilmiş,  783  nəfəri  isə  bu  gündə  əsir  qalmaqdadır. 
Beynəlxalq  Qırmızı  Xaç  Komitəsinin  məlumatına  görə  439  nəfər  azərbaycanlı 
əsirlikdə  ağır  işgəncələrələ  öldürülmüşdür.71  Erməni  faşistləri  əsiriərin  sayını 
beynəlxalq  təşkilatiardan  gizlədir,  onları  alçaldır,  təhqir  edir  və  qul 
kimi 
işlədirdilər.  Əsirlərin  gözlərinin  çıxarılması,  dım aqlarının  çəkilməsi,  bədən 
əzalannm-üzvlərinin  kəsilməsi,  dərinin  soyulması,  dam ğa  vurulması,  erməni 
qəbirləri üzərində başların kəsilməsi adi hala çevrilmişdi.
Tədqiqatlar  göstərir  ki,  işğal  nəticəsində  Azərbaycana  ciddi  maddi  ziyan 
dəymışdir.  Hərbi təcavüz nəticəsində respublikamızm  17 min  kvadrat kilometrlik 
ən  mahsuldar  torpağı  işğal  edilmişdir.  Ermənistanm  işğal  etdiyi  ərazilərdə  900 
yaşayış  məntəqəsi,  7  min  sənaye  və  kənd  təsərrüfatı  obyekti,  131  min  ev,  1025 
məktəb, 798 səhiyyə ocağı,  800  km  avtomobil  yolu,  160 körpü,  23  min  km su və 
15 min  km elektrik  xətləri  təcavüzün  qurbanı  olmuşdur.  Bundan  əlavə,  280  min 
hektar  meşə  1200  irriqasiya  sistemi  işğaJçıların  əlinə  keçmişdir.  Təcavüzkarlar 
işğal  edilmiş  ərazilərdə  olan  22  muzeyi,  4  rəsm  qalareyasmı,  tarixi  əhəmiyyəti 
olan  9  sarayı  qarət  etmiş  və  yandırmışdılar.  N adir  tarixi  əhəmiyyətli  40  min 
muzey sərvəti  və ekspanatı  talan  olunmuş,  44  məbəd  və 9  məscid  dağıdılmışdır. 
927 kitabxanada 4,6 milyon  kitab və qiymətli  tarixi əlyazm alar  məhv  edilmişdir. 
İşğalçılar  tərəfindən  220  min 
baş  iribuynuzlu 
m al-qara 
Ermənistana 
apanlmışdır.72
Ümumiyyətlə,  sonadək  dəqiqləşdirilməmiş  m əlum atlara  görə  mənəvi- 
psixoloji zərbələrdən əlavə, Azərbaycan öz iqtisadi potensialının  16 faizini itirmiş
472
və  ölkəmizə 60 milyard ABŞ  dollarjndan artıq ziyan dəymişdir.73 Ogurlannuş və 
məhv  edilmiş  tarixi-mədəni  sərvətlərimizin  dəyərini  isə  pulla  qiymətləndirmək 
mümkün  deyildir.  Təssüflər  olsun  ki,  Ermənistan  bu  gün  də  işğal  etdiyi 
Azərbaycan  torpaqlarından  yeraltı  və  yerüstü  təbii  sərvətlərimizi  qəddarcasına 
talam aqda davam etdirir.
Ermənistanın  Azərbaycana qarşı təcavüzünü, ilk dəfə, açıq şəkiidə tanıyan 
və  pisləyən  beynəlxalq  təşkilat  İslam  Konfransı Təşkilatı (İKT) olmuşdur.  İKT- 
nın  1992-ci  ilin  iyun  ayında  İstanbulda,  1993-cü  il  aprelin  25-29-da  Pakistanın 
Kəraçi  şəhərində  keçirilmiş  konfranslarmda  və  1994-cü  il  dekabnn  13*14-də 
Mərakeşin 
Kasabulanka 
şəhərində  keçirilmiş  7-ci  zirvə  toplantısında 
Ermənistanm  Azərbaycana  qarşı  təcavüzü  və  Azərbaycan  ərazisinin  işğab 
qətiyyətlə  pislənmiş,  BMT  Baş  Katibinin  TŞ-nın  Sədrindən  Azərbaycanın  işğal 
edilmiş  ərazilərinin  qeyri-şərtsiz  boşaldılması  haqda  qətnamə  qəbul  edilməsi 
xahiş edilmişdir.74
1993-1994-cü  illərdə  Ermənistan  -   Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin  nizamlanması  istiqamətində  2  mühüm  vasiətçi  -   ATƏM  və 
Rusiyanın  rolunun  artması  özünü  daha  qabarıq  şəkildə  göstərirdi.  Rusiya 
münaqişəsinin  «nizamlanması»  planına  daha  çox  üstünlük  verir  və  canfəşanlıq 
edirdi.  1994-cü  il  fevralm  18-də  Moskvada  Rusiya,  Ermənistan  və  Azərbaycan 
numayəndələrinin  görüşündə  Rusiyanın  hazırladığı  plan  müzakirə  edildi. 
Rusiyanın təklif etdiyi «Silahlt münaqişəyə  son qoymaq və onun nəticələrini ləğv 
etmək  haqqm da»  saziş  tərəflərin  müzakirəsəinə  verildi.75  Sənədin  əvvəlində 
«tərəflərin  BMT TŞ-nm  822,853,874,884 saylı qətnamələrinin tamamilə həyata 
keçirilməsinə kömək göstərmək» nəzərdə tutulurdu. Sənəddə  deyilirdi ki, Dağlıq 
Q arabağın  hüququ  statusu  güzəştli  zəmində  sonralar  müəyyən  ediləcəkdir. 
Sənədin,  işğal  olunmuş  ərazilərin  boşaldılması  ilə bağlı  olan  hissəsində  Şuşa və 
Laçının  adı  çəkilmirdi.  Boşaldılmış  ərazilərə  «nəzarət»  Rusiya  Müdafıə 
Nazirliyinin  nümayəndəsinin  başçılıq  etdiyi  Birləşmiş  Qərargaha  həvalə 
olunurdu.  Rusiyanın  erməniləri  dəstəkləməsi,  həm  də  özünü  onda  göstərdi  ki,
473

«sülh haqqında»  danışıqlarda  Ermənistan və  Dağlıq  Q arabağın  da  nümayəndəsi 
iştirak etməli idi.76
1994-cü  il  mayın  4-5-də  MDB  Parlamentlərarası  məclisinin  təşəbbüsii  ilə 
Bişkekdə  Ermənistan-Azərbaycan,  Dağlıq  Q arabağ  münaqişəsinin  nizamlan- 
masına  dair  növbəti  görüş  keçirildi.  M aym  8-də  Azərbaycan  tərəfi  Bişkek 
protokolunu  imzaladı.  Dağlıq  Qarabağm   erməni  icması  sənədə  imza  atsada, 
Azərbaycanlı  icmasına bu hüquq  verilmədi.77  1994-cü  il  mayın  12-dən  ATƏM-in 
Minsk  Qrupu  ilə  birgə  əməkdaşlıqla  Rusiyanın  vasitəçiliyi  ilə  razılaşdırılmış 
atəşkəs  qüvvəyə  mindi.78  Uğurlu  xarici  siyasət  nəticəsində  Azərbaycanm 
daxilində sabitliyin  möhkəmləndirilməsinə şərait  yarandı.  H.Əliyev  çıxışlarından 
birində  göstərirdi  ki,  «Ermənistan-Azərbaycan  müharibəsində  atəşkəsə  nail 
olunması  ölkəmiz  üçün  çox  böyük  həyati  əhəmiyyət  kəsb  edirdi.  Çünki, 
müharibənin  dayandırılması  daxili  vəziyyətin  nizamlanmasmı,  ictimai-siyasi 
sabitliyin  möhkəmləndirilməsini  və  regionda  Azərbaycanla  qonşu  dövlətlər 
arasında  yaranmış  gərginliyin  normal  məcaraya  salınmasını,  Azərbaycanm 
müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirdi».79
474
NƏTİCƏ
Azərbaycan  tarixinin  tərkib  hissəsini  təşkil  edən  DQMV-nin  1923-1991-ci 
illər tarixi,  Mərkəzin  diktəsinə əsasən məqsədli şəkildə RK(b)P-nin  1923-cü il 27 
iyun, Azərbaycan  M İK-nin  1923-cü il 7 iyul tarixli qərarları ilə Azərbaycan SSR- 
nin  tərkibində  DQM V-nin  yaradılması,  dövlətimizin  dərin  qayğısı  nəticasində 
bölgənin  irimiqyaslı inkişafı, müxtəlif dövrlərdə Ermənistanın Azərbaycana qarşı 
DQM V-i ilə bağlı əsassız ərazi iddiaları və onun xalqımız üçün acı nəticələri, son 
nəticədə  isə  Azərbaycan  Respublikası  Ali  Sovetinin  1991-ci  il  26 noyabr  tarixli 
qərarı  ilə  qondarm a  DQM V  statusunun  ləğv  etməsi,  bölgədə  mühiim  prinsipal 
əhəmiyyət  kəsb edən mürəkkəb və çox ziddiyyətli, sosial-iqtisadi, ictimai-siyasi va 
digər proseslərlə zəngin olan hadisələrə həsr edilmişdir.
Ümummilli  liderimiz  H.Ə.Əliyev  yeni  2001-ci,  yeni  əsr  və üçüncü  minillik 
münasibətilə  Azərbaycan  xalqına müraciətində bəhs edilən dövrü səciyyələndirə- 
rək  demişdir:  «1922-1991-ci  illər  Azərbaycanda  sovet  hakimiyyətinin  qurulması 
və  70  il  ərzində  Azərbaycanm  sovet  hakimiyyəti,  sovet  dövləti  çərçivəsində 
yaşaması  dövrünü  əhatə  edir.  Bu  illərdə  Azərbaycanda  çox  zəngin  iqtisadi  və 
intellektual  potensial yaranmışdı...  1920-1991-ci illərdə Azərbaycan iqtisadiyyatı 
ilə yanaşı  təhsili,  elmi  və mədəniyyəti  də  böyük  inkişaf yolu  keçmişdir...  Məhz
70 ildə ölkəmizdə savadsızlıq  ləğv olunmuş,  tam orta icbari təhsil tətbiq edilmiş, 
təhsil  müəssisələrinin  inkişaf  etmiş  şəbəkəsi  yaranmış,  Elmlər  Akademiyası 
formalaşmış,  qadınların  hüquqlarının  qorunması  və  sosial-iqtisadi  həyatda  fəal 
iştirakı  təmin  olunm uş,  teatr,  kino  inkişaf  etmiş,  minlərlə  qəzet,  jurnal  çap 
olunmağa  başlanmışdır.  Təəssüflər  olsun  ki,  həmin  dövrdə yaradılmış  bu böyük 
potensial  hərc-mərclik  illərində  dağıntılara məruz  qaldı.  Dağlıq Qarabağ faciasi 
vəziyyəti daha da gərginləşdirdi».
Bəhs  etdiyimiz  dövrün  20-30-cu  illərinin  tədqiqi  göstərdi  ki,  bu  illərdə 
DQMV-də  ali  hakimiyyət  orqanlarınm  xalqımıza  qarşı  repressiyaları,  təzyiqləri 
ilə yanaşı, xalq təsərrüfatınm inkişafmda, mədəniyyətin yüksəlişində, elmi-texniki 
potensialm  tərəqqisində  köklü  tarixi  uğurlar  əldə edilmişdir.  Dağlıq  Qarabağda
475

1920-ci  il  may  çevrilişindən  sonra  hakimiyəti  ələ  keçirən  qeyri-azərbaycanlılar 
tərəfmdən  bölgədə  yayşayan  müsəlmanlar  nəinki  kütləvi  şəkildə  həbs  olunur  və 
güllələnirdilər,  habelə qarət və talan  olunur,  var-yoxdan  çıxarılırdılar.  Həmçinin 
Mərkəzin  «sifarişli»  erməni  qiyamı,  erməni  quldurlarınm   bölgədə  törətdiyi 
cinayət hərəkətləri  Dağlıq Qarabağda  milli  -  müqavimət  hərəkatına  səbəb oldu. 
Qüvvələr nisbətinin  qeyri-bərabərliyi üsyanlann məğlub olması ilə nəticələnsə də, 
polkovnik  Zeynalovun,  general  Nuru  Paşanın,  S.Sultanovun,  A.Sultanovun 
adları  Azərbaycan  xalqının  istiqlal  və  azadlıq  mübarizəsi  tarixində  çox  mühüm 
yer  tutmuş  və  gələcək  nəsillərə  ömək  olmuşdur.  Dağlıq  Q arabağ  üsyanlan 
xalqımızm  istiqlal  ideyalarmm  hələ  sönmədiyini,  onun  azadlıq  uğrunda  ölümə 
getmək əzmində olduğunu nümayiş etdirdı.
Xalqımızın tarixinə və taleyinə qara hərflərlə yazılan  7  iyul  1923-cü il tarixi 
-   qondarma  DQMV-nin  yaradılması  ərazi  bütövlüyümüzə  yeni  qəsd  olmaqla, 
Azərbaycan  dövlətinə  qarşı  «parçala  və  hökm  sür»  imperiya  siyasətinin  davamı 
idi.  DQMV-nin  yaradılması,  gələcəkdə  Ermənistanm  və  onu  himayə  edənlərin 
Qarabağ  kartından öz məqsədləri üçün istifadə etmələrinə im kan  verdi.  XX əsrin 
sonlannda baş verən hadisələr bunu tamamilə təsdiq etdi.
Dövlətimizin  dərin  qayğısı  və  zəhmətkeş  xalqm  gərgin  əmoyi  nəticosində 
20-30-cu  illərdə  DQMV-nin  iqtisadi  və  mədəni  həyatında  böyük  uğurlar  əldə 
edilmişdir.  Təkcə  1923-1941-ci  illərdə  DQMV-də  42  sənaye  müəssisəsi  işə  düş- 
müş,  yeni  sənaye  sahələri  tikilmiş,  texniki  cəhətdən  yenidən  qurulm uş,  elektrik- 
ləşmə  müvəffəqiyyətlə  həyata  keçirilmiş,  yüngül  və  yeyinti  sənaye  məhsullarının 
həcmi artmışdır.  Bu dövrdə fəhlə sinifı kəmiyyət və keyfıyyətcə dəyişilmişdir.
DQMV-nin  kəndi  də  ciddi  dəyişikliyə məruz  qalmışdır.  Zorakılıq  və  inzi- 
batçılıqdan  istifadə etməklə, əzablı  və dəhşətli  yollarla  bölgədə  «aqrar  inqilab» - 
kollektivləşdirmənin  həyata  keçirilməsi  nəticəsində  1930-cu  illərin  sonlarmda 
bütün  torpaqlar  ictimailəşdirilmiş,  1940-cı  ildə  DQM V-nin  kəndlərindəki  təsər- 
rüfatlann  98  faizini  birləşdirən  199  kolxoz,  habelə  4  sovxoz  təşkil  edilmişdi.
1939-cu  ildə  DQMV-də  158  traktoru,  88  avtomaşmı,  450  kotanı,  24  kombaynı, 
yüzlərlə  toxumsəpəni  özündə  birləşdirən  3  MTS  fəaliyyət  göstərirdi.  Kənd  təsər-
476
rüfatında  texnikadan  istifadə  istehsalı  artırırdı.  1940-cı  ildə  DQMV-nin  2968 
hektar  to rp aq   sahəsində  pambıq  əkilmiş  və  həmin  ildən  çiyid  səpini  mexanik- 
ləşdiıilmişdi.  Tədricən  ixtisaslı  mütəxəssislərin  sayı artmış,  məhsuldarbq yüksəl- 
miş  və  sənayeni  canlandıra  bilən  xammal  mənbəyi  yaradılmışdır.  Əmək  düşər- 
gəsini xatırladan  kolxozlar xalqımızm milli-mənəvi dəyərlərinə yad bir qurum ol- 
m aqla dinsizlik simvolu  və  qadmlanmız üçün  əzablı  bir əmək düşərgəsi idi. Kol- 
xoz üzvlərinin  maddi-marağmı  yox  edən,  insan  şəxsiyyətini alçaldan kolxoz qu- 
ruluşu sosial-iqtisadi və inzibati sistem olmaqla Azərbaycan kəndlisinə yad bir si- 
yasət idi.
1920-1930-cu  illərdə  böyük  çətinliklərə,  səhvlərə,  bürokratiya  və  inzibati- 
amirlik  sisteminin  təsirinə  baxmayaraq,  xalqm  ağır zəhməti  və quruculuq qabi- 
liyyəti  hesabm a  DQMV-də  kütlovi savadsızlıq  problemi əsasən  həll edilmiş, yeni 
təhsil  sistemi  yaranmış,  elm,  ədəbiyyat  və  incəsənət  inkişaf etmişdir.  Bu dövrdə 
mədəni  inkişafın  mühüm  xüsusiyyətlərindən  biri  Azərbaycan  mədəniyyətinin 
burada yaşayan  bütün  xalqların mədəni əməkdaşlığı zəminində inkişaf etmasində 
idi.  Yeni  yaranan  mədəniyyət  kommunist  ideologiyasının  tələbləri  əsasında 
qurulduğundans  ciddi  çətinlikləri,  səhvləri,  əyintiləri dəf edərək təşəkkül tapırdı. 
DQM V-də  xalqımızm  milli-mənəvi  dəyərlərini  öldürmək  məqsədilə  xalq 
musiqisinə,  musiqi  alətlərinə,  çadraya,  papağa,  dilə,  dinə  qarşı  çox  böyük 
mübarizə  kompaniyası  başlamış,  bu  isə  mədəni  inkişafa  öz  mənfı  təsirini 
göstərmişdir.  Bütün  bu  və  ya  digər  çətinliklərə  və  məşəqqətlərə  baxmayaraq 
1941-ci  ildə  DQM V-də  təhsil,  elm  və  mədəniyyət  yüksək  səviyyəyə  qalxdı  və 
zəhmətkeş xalq müasir modəniyyət yaratdı.
Bəhs olunan dövrdə bolşeviklərin «mədəni inqilab» siyasətinin tərkib hissə- 
sindən biri də dinə qarşı mübarizə, ateizmin təbliği olmuşdur. Təkcə 1928*1931-ci 
illərdə  D Q M V-də  24  məscid  bağlanmış  və  yüzlərlə  din  xadimi  təqiblərə  məruz 
qalmışdı.
1920-1930-cu  illərdə DQMV-də geniş müalicə-profılaktika  müəssisələri şə- 
bəkəsinin  yaradılması,  ana  və  uşaqlara  qayğı  göstərilməsi  nəticəsində,  yiiksək 
doğum  və  ölüm  hallarının  azalması  ilə  səciyyələnmiş,  bütün  bunlar  isə əhalinin
477

artımına səbəb olmuşdur.  1926,1939-cu illər siyahıya alınmasına görə DQMV-də 
əhali 20,4 faiz artaraq  125,3 min nəfərdən  150,8 min  nəfərə çatmışdı.  DQMV-nin 
şəhər  və  kəndlərinin  xarici  görkəmi  dəyişir,  elektrik  stansiyaları,  klublar,  mək- 
təblər,  xəstəxanalar,  uşaq  bağçaları,  körpələr  evi,  ham am lar,  ticarət  və  digər 
mədəni-məişət  müəssisələri  tikilirdi.  Bütün  bunların  nəticəsində,  repressiya  və 
zorakılıqlara  baxmayaraq,  xalqm  yaradıcı  əməyi  ilə  müşayət  olunan  totalitar 
bürokratik rejim yaradıldı.
1941-1945-ci  illərdə  bütün  Azərbaycan  xalqı  kimi  DQM V-nin  də,  əhalisi 
SSRİ  tərəfindən  faşizmə  qarşı  mübarizədə  həm  ön,  həm  də  arxa  cəbhədə  böyük 
fədakarlıq göstərmiş, bütün maddi və mənəvı sərvətlərini, xüsusilə qəhrəman oğul 
və qızlannı  qələbə üçün  səfərbər etmişdir.  Dağlıq Q arabağdan  45  min nəfər cəb- 
həyə  getmiş  və  22  min  nəfər  sakin  vətənin  azadlığı  uğrunda  döyüşlərdə  qəhrə- 
manlıqla həlak olmuşdur.  DQMV-də anadan  olmuş  15  min  döyüşçü müxtəlif or- 
den  və  medallarla  təltif edilmiş,  18  nəfəri  Sovet  İttifaqı  Qəhrəmanı  kimi  yüksək 
ada layiq görülmüşdür.  Qələbənin  əldə edilməsində DQMV-i  əhaHsinin də, əməyi 
olmuşdur.
1946-1950-ci  illərdə  DQMV-nin  xalq  təsərrüfatı  bərpa  edildi.  1940-cı  illə 
müqayisədə  1950-ci  ildə  ümumi  məhsul  istehsalı  sənayedə  74  faiz,  kənd  təsər- 
rüfatmda  32  faiz artdı.  Dağlıq Qarabağm  erməni rəhbərliyi  siyasi  rejimi  daha da 
möhkəmləndirdi.  Azərbaycanlılar  sıxışdırılır,  ermənilərə  isə  hər cürə şərait yara- 
dılırdı.
1945-ci  ilin  ortalarında  Sovet  dövləti  özünün  «parçala  və  ağalıq  et»  siya- 
sətini  işə  salaraq,  Ermənistan  vasitəsilə  Azərbaycana  qarşı  əsassız  ərazi 
iddialarını  yenidən  qızışdırdı.  1945-ci  ilin  payızında  Ermənistan  rəhbərliyi 
tərəfındən  növbəti  dəfə  DQMV-ni  onlara  vermək  haqqında  Sovet  hökuməti 
başçıları  qarşısmda  məsələ  qaldırıldı.  M.C.Bağırov  əhalinin  əksəriyyəti 
azərbaycanlılardan  ibarət  olan  Şuşa  rayonundan  başqa,  Yuxarı  Qarabağın 
Ermənistana  veriltnəsinə  bir  şərtlə  razıhq  verdi  ki,  Zəngəzur  bölgəsi  bütövlükdə 
Azərbaycana  qaytanlsın.  Buna  isə,  nə  Sovet  rəhbərliyi,  nə  də  ermənilər  razı 
olmadılar,  çünki  Türkiyə  ilə  Azərbaycanm  əsas  ərazisi  arasm da  yaradılmış
478
«erməni  ərazisi»  bununla  ləğv  edilirdi.  Bununla  da  «Dağlıq  Qarabağ  məsələsi» 
müvəqqəti olsa d a bağlanmışdı.
XX  yüzilliyin  50-60-cı  illərində  Azərbaycan  hökumətinin  həyata  keçirdiyi 
kompleks  tədbirlər nəticəsində  DQMV-də  sənaye,  kənd  təsərrüfatı,  mədəniyyət 
sürətlə  inkişaf etdi  və  əhalinin  maddi  rifah  halı  yaxşılaşdı.  1950-1960-cı  illərdə 
Azərbaycan  hökuməti  DQM V-də  xalq  təsərrüfätım  inkişaf  etdirmək  üçün  20 
milyon  m anat  vəsait  ayırmış,  5  milyon  manat  uzunmüddətli  kredit  vermişdir. 
Nəticədə,  DQMV-də  sənaye məhsulları  istehsalı  1950-ci  ildən  1969-cu  ilədək  4,2 
dəfə  artdı.  Elektrikləşmə  isə  1950-ci  ildəki  12  faizə  qarşı,  1970-ci  ildə  99,5  faizə 
çatdı.  DQM V-də  fəhlə  və  qulluqçuların  əmək  haqqı  ümumrespublika  göstərici- 
lərini  təxminən  3  dəfə  üstələmişdi.  Kənd  təsərrüfatmda  üzümçülük,  tərəvəzçilik, 
heyvandarlıq  inkişaf etmişdi.  1950-ci  ildən  1970-ci  ilədək  kənd  təsərrüfatı  məh- 
sulları  istehsalı  4,5  dəfə artmışdı.  1970-ci  ildə  DQMV-də  70  kolxoz,  12  TTS  var 
idi.  O nlar 977  traktora,  227 taxılyığana, 703 yük  maşımna malik olmuşlar.  1950- 
1960-cı  illərdə  DQM V-də elm,  təhsil, əbədiyyat,  incəsənət və kütləvi  informasiya 
vasitələri  «kommunizm»  idealogiyasının  təzyiqi  altında  olmada  xeyli  inkişaf edə 
bilmişdi.  1950-1968-ci  illər  ərzində  DQMV-də  19  yeni  tipli  məktəb  tikilmiş, 
kitabxanalarm  sayı  187-yə, klublar  190-a, kinoqurğular  150-yə çatmışdır.  1960-cı 
illərdə  Vilayətdə  4 radio  verilişləri studiyası yaradılmışdı.  Qəzetlərin  nəşri isə 2,7 
dəfə  artmışdır.  1950-1960-cı  illərdə  yeddillik,  səkkizillik  və  orta  icbari  təhsilə 
keçid  baş  verdi.  Ali  təhsilin  şəbəkəsi  genişləndi  və  DQMV-də  müxtəlif ixtisaslı 
erməni,  rus  millətindən  olan  kadrların  sayı  xeyli  artdı.  Vilayətin  idarə  orqan- 
larmda  qeyri-azərbaycanlılar  yerləşdirildi  ki,  bu  da  Mərkəzin  bölgədə  dayaqla- 
rının  daha  da  artm asına  təsir  etdi.  «Milli  bərabərlik»,  «beynəlmiləlçilik»dən 
danışan  Mərkəzin  şovinist  rəhbərləri  azərbaycanlılara  qarşı  diskriminasiya 
siyasəti  həyata  keçirir,  DQMV-i  ərazisində yaşayan  azərbaycanlıların  dədə-baba 
torpaqlarm dan deportasiyasma, əksinə  bölgədə ermənilərin  sayının  artmasına və 
onlarm daha firavan yaşamasma şərait yaradırdılar.
1970-1985-ci illər vətənimizin tarixinə milli oyanış,  iqtisadi və sosial tərəqqi 
dövrü  kimi  daxil  olub.  Çünki  1969-cu  ildə  müdrik  siyasətçi  H.Ə.Əliyevin
479

hakimiyyətə gəlişi  ilə  idarəçilik  möhkəmləndirildi,  işdə  qanunlar öz yerini  tutdu 
və korrupsiyaya qarşı ciddi mübarizə başlandı.  Dərin  düşüncəyə, orjinal  təfəkkür 
tərzinə  malik  H.Əliyevin  hakimiyyəti  dövründə  Azərbaycanın  hər  yerində  və 
bütün  sahələrdə  irimiqyaslı  inkişaf baş  vermişdir.  Xüsusilə  DQMV-nin  inkişafı 
həmişə dövlət başçısmm diqqət mərkəzində olmuşdur.  1971-1985-ci  illərdə Azər- 
baycan  hökuməti  tərəfındən  DQMV-nin  xalq  təsərrüfatm m   inkişafına  483 
milyon  manat  vəsait ayrılmışdır.  Bu,  son  15  ildəkindən  2,8  dəfə artıq  demək idi. 
Həmin  vəsait  hesabına  DQMV-də  15  yeni  sənaye  müəssisəsi  tikilmiş  və  məhsul 
istehsalı  1923-cü  illə  müqayisədə  912  dəfə  artm ışdır.  Kənd  təsərrüfatımn 
inkişafına  isə  171  milyon  manat  vəsait  ayrılmış,  24  milyon  803  min  manat 
uzunmüddətli  kredit verilmişdir.  1985-ci ildə  DQMV-də 40  sovxoz,  33  kolxozun 
1269  toraktoru,  250  taxılyığan  kombaynı,  1096 yük  avtom obili  var  idi.  DQMV- 
nin  iqtisadi və mədəni  inkişafını  daim diqqət  mərkəzində saxlayan  milli  təssüfkeş 
və müdrik insan  H.Ə.Əliyev Şuşa şəhərinin  inkişafı üçün  bir neçə qərar vermişdi.
H.Əlıyevin  təşəbbüsü  və  bilavasitə  rəhbərliyi  altında  həyata  keçirilmiş  tədbirlər 
nəticəsində Şuşa ümumittifaq  səviyyəli  kurort  şəhərinə  çevrilmişdir.  1973-cü ildə 
Xankəndində  APİ-nin  fılialı  əsasında  Pedaqoji  İnstitut  açılmış,  1979-cu  ildə 
Ağdam-Xankəndi  dəmiryol  xətti  çəkilmişdir.  H.Əliyevin  ağıllı  və  uzaqgörən 
siyasəti  nəticəsində  partiya  və  sovet  orqanlan,  ictimai  təşkilatlar  öz  işini  elə 
qurmuşdur  ki,  erməni  separatçıları  açıq  çıxışlardan  çəkinmişdilər.  1977-ci  ildə 
«Dağlıq  Qarabağ  məsələsi»  növbəti  dəfo  qaldırılsa  da,  qarşısı  qətiyyətlə 
ahnmışdır.
2000-cü  ilin dekabrında Azərbaycan  xalqına  müraciətində ümummilli  lide- 
rimiz H.Ə.Əliyev öz çıxışında, bəhs etdiyimiz dövrə bu cür qiymət vermişdir: «Bu 
gün  tam  əminliklə  söyləmək  olar  ki,  Azərbaycanın  dövlət  suverenliyi  və  iqtisadi 
müstəqilliyi,  sistemli  şəkildə artan  xarici  iqtisadi  əlaqələri,  dünya  iqtisadiyyatına 
get-gedə  daha  dərindən  inteqrasiya  ohınması  hələ  1970-1985-ci  illərdə  təməli 
qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır».
1986-1987-ci  illərdə  Azərbaycan  hökumətinin  D Q M V -də  həyata  keçirdiyi 
kompleks  tədbirlər nəticəsində, özülü  1970-1985-ci  illərdə  qurulan  sosial-iqtisadi
və mədəni həyat sahələri öz əvvəlki  inkişaf tempini qoruyub saxladı.  Lakin  1988- 
ci  ilin  qışmdan  başlayaraq  DQM V-də  Ermənistanm  Azərbaycana  qarşı  növbəti 
ərazi  iddiaları  qızışdırıldı.  Erməni  millətçilərinin  təhriki  ilə  Dağlıq  Qarabağda 
ermənilərin mitinq,  nümayiş  və  küçə yürüşlərı başladı.  Bütün  bunlar  isə  DQMV- 
nin  iqtisadi,  siyasi  və  mədəni  həyatmda  böhranlı  vəziyyət  yaratdı.  1988-ci  ildə 
SSRİ rəhbərliyinin antiazərbaycan siyasəti nəticəsində milli-münaqişə ocağı daha 
d a  alovlandı.  1988-ci  il  azərbaycanlıların  kütləvi-etnik  təmizləməsi  əməliyyatma 
hazırlıq  dövrü  olmuş  və  ermənilərin  separatçılıq  hərəkətləri  geniş  xarakter 
almışdı,  Mərkəzin  planı  əsasmda  1989-cu  ildə  DQMV-də  A.Volskinin  rəhbərliyi 
altm da  X İK   yaradıldı  və  bununlada  DQMV-nin  Azərbaycanla  əlaqələri  kəsildi, 
azərbaycanhlar  bölgədən  qovuldu,  quldur  dəstələri  silahlandırıldı.  1990-1991-ci 
illərdə  erməni  silahlı  birləşmələri  açıq  hərbi  əməliyyatlara  başladılar.  1991-ci  il 
sentyabrm   2-də erməni separatçıları  Yuxan  Q arabağda  qeyri-qanuni  bir qurum, 
oyuncaq  «Dağlıq  Qarabağ  Respublikası»mn  yarandığmı  və  müstəqilliyini  elan 
etdilər.  Buna  cavab  olaraq  1991-ci  il  noyabrın  26  Azərbaycan  Respublikası  Ali 
Soveti  Dağlıq  Qarabağm  Vilayət  statusunu  ləğv  etdi  və  «Dağlıq  Qarabağ 
Respublikası»nı.;tanımadığmı bildirdi.  1992-ci  ildə isə  erməni silahlı  birləşmələri 
Y uxarı  Qarabağda  irimiqyaslı  hərbi  əməliyyatlara  başladılar.  Erməni  cəlladları 
tərəfındən tarixdə misli görünməyən Xocalı soyqırımı, Şuşa faciəsi törədildi.
Q arabağ  müharibəsi  maraqlı  dövlətlərin  Azərbaycanda  mənafelərinin 
toqquşm ası,  həmçinin  Ermənistanın  Azərbaycana  qarşı  ərazi  iddiaları  ilə  çıxış 
etməsi  səbəbindən  baş  verdi  və  xalqımızı  faciəyə  düçar  etdi.  Azərbaycan  bu 
müharibədə  20  mindən  çox  övladını  itirdi.  Ərazilərimizin  20  faizi  düşmən  əlinə 
keçdi.  Bir milyondan artıq Azərbaycan  vətəndaşı öz vətənində qaçqınlıq həyatını 
yaşamalı  oldu.  Ermənistanın  işğal  etdiyi  Azərbaycan  torpaqlarm da  900-ə  yaxın 
yaşayış  məntəqəsi,  2389  sənaye  və  kənd  təsərrüfatı  obyekti,  131  min  ev,  1025 
məktəb, 798 səhiyyə ocağı təcavüzün qurbanı  olmuş,  280 min  hektar meşə,  1  mil- 
yon  hektar  məhsuldar  torpaq,  1200  km  irriqasiya  sistemi,  220  min  baş 
iribuynuzlu mal-qara düşmən əlinə keçmişdir.  Erməni  vandalları mədəni irsimizə 
dağıdıcı zərbə vuraraq 927 kitabxanam,  100 arxeoloji abidəni, 454 tarixi abidə və
481

muzeyi,  40  min  muzey  eksponatım  qəddarcasma  məhv  etmişlər.  İşqal  olunmuş 
ərazilərdə  nadir  flora  və  faunaya  malik  meşə  sərvətləri  və  çox  qiymətli  su 
mənbələri amansızcasma qarət edilərək Ermənistana daşmır.  İlkin hesablamalara 
görə  işğal  nəticəsində  Azərbaycan  öz  iqtisadi  potensialınm  16  faizini  itirmiş  və 
ölkəyə  60  milyard  ABŞ  dollannda  ziyan  dəyişmişdir.  Oğurlanmış  və  məhv 
edilmiş tarixi mədəni sərvətlərimizin  dəyərini isə pulla qiymətləndirmək mümkün 
deyildir.  Ermənistan bu gün də, Dağlıq Q arabağ ərazisındə öz işğalçılıq siyasətini 
davam  etdirir.  Onlar  işğal  olunan  ərazilərədə  yanğmlar  törədir,  narkotik 
maddələr  yetişdirir,  yeraltı  və  yerüstü  sərvətlərimizi,  mənimsəyirlər.  Təkcə 
Kəlbəcər  rayonu  ərazisindəki  «Söyüdlü»  qızıl  mədənindən  çıxarılaraq  satılan 
sərvətin  dəyəri  600  milyon  ABŞ. dollarmdan  çoxdur.  Əlbətdə  bütün  bunların 
kökünü,  Ermənistanm  Azərbaycana  təcavüzü  zamanı  Azərbaycanda  mövcud 
olan  daxili  çəkişmələrdə,  hakimiyyət  uğrunda  gedən  mübarizədə,  müxtəiif 
qüvvələrin 
təxribatlarında, 
Milli 
O rdunun 
olmamasmda, 
sərıştəsizliyin 
mövcudluğu və birliyin olmamasmda axtarm aq lazımdır.
1991-1993-cü  illərdə  Azərbaycanda  tez-tez  dövlət  cevrilişinə  cəhd  baş 
vermiş və terror hadisələri törədilmişdir.  Xalqm təkidli tələbi  ilə Heydər Əliyevin 
yenidən  Azərbaycana  rəhbərliyə  qayıdışı  daha  böyük  faciələrin  qarşısım  aldı, 
müstəqil  dövlətçiliyimizin  itirilməsi  təhlükəsini  aradan  qaldırdı.  Döyüş  meydan- 
larında atəşkəs elan edilməsi, düşünülmüş tarazlı xarici siyasot aparılması, aparıcı 
dünya  dövlətləri  ilə  fəal əməkdaşlıq  yaradılması  dövlətçiliyimizi  qorudu,  inkişaf 
etdirdi  və  Azərbaycan  dünya  birliyndə  layiqli  yerini  tapdı.  Dövlətimizdə  siyasi 
sabitliyini əldə edilməsi, iqtisadi tənəzzülün  qarşısını  aldı və əhalinin  maddi-rifah 
halı artaraq milli-mənəvi dəyərlərimiz bərpa və  inkişaf etdi.
Bu  gün  Azərbaycan  dövləti  etibarlı  əllərdədir.  Heydər  Əliyevin  zəngin 
idarəçilik və siyasi məktəbini keçmiş layiqli davamçı, xalqın və dünyanm razılıqla 
qarşıladığı  istedadlı  dövlət  xadimi,  dərin  biliyə,  geniş  dünyagörüşünə,  yüksək 
idarəetmə  qabiliyyətinə  malik  gənc  və  istedadlı  lider  İlham   Heydər  oğlu  Əliyev 
atasımn  siyasi  xəttini  inamla  davam  etdirir.  İ.H.Əliyev  prezident  seçildiyi 
vaxtdan  keçən  dövr ərzində Azərbaycan  həm  siyasi,  həm  sosial-iqtisadi,  həm də
482
beynəlxalq  münasibətlər  sahəsində  yeni-yeni  nailiyyətlor  qazanmışdır.  Həmçinin 
prezidentimiz  İlham  Əliyevin  xarici  siyasəti  sahəsində  fəaliyyətinin  əsas 
istiqamətlərindən  biri  «Dağlıq  Qarabağ  problemi»nin  sülh  yolu  ilə  həll  edilməsi, 
Azərbaycanm  ərazi  bütövlüyünün  bərpa  edilməsi  uğrunda  mübarizə  təşkil  edir. 
İ.H.Əliyev çıxışlannda  dəfələrlə  bəyan  etmişdir ki,  «Azərbaycan dövləti  və xalqı 
Dağlıq  Q arabağ  məsələsini  ədalətlə,  sülh  yolu  ib   həll  edilməsinin  tərəfdarıdır. 
Lakin  sülh  imkanlarmm  tükənməsi  Azərbaycanı  silahlı  yolla  azad  etmək 
hüquqlarından  istifadə  etmək  məcburiyyətində  qoya  bilər.  Güclü  orduya  malik 
Azərbaycan  dövləti  buna  qadirdir.  Biz  heç  vaxt  imkan  verə  bilmərik  ki, 
Azərbaycan  ərazisində  ikinci  bir  Ermənistan  dövləti  yaransın».  Nicatımız 
birlikdədir,  Azərbaycan  xalqı  prezidentin  ətrafında  sıx  birləşərək  ərazi 
bütövlüyünü bərpa edə bilər və edəcəkdir!!!
483
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə