AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

120
V I F Ə S İ L
MÜHAKIBƏDƏN SONRAKIILLƏRDƏ DQMV-DƏ M ƏDƏNİ 
QURUCULUQ  (YANVAR1946- DEKABR 1950).
1946-1950-ci illəri əhatə edən bərpa dövründə sənaye və'kənd təsərrüfatı ilə 
yanaşı  mədəni  quruculuq  sahəsində  də  bir  sıra  vəzifələr  müəyyənləşdirildi. 
Azərbaycanm  hər  yerində,  o  cümlədən  DQMV-də  xalq  maarifı  şəbəkəsinin 
tədris-maddi  bazasım  möhkəmləndirmək,  məktəbləri  pedaqoji  kadrlarla  təmin 
etmək,  təlim  və tərbiyə sistemini  yaxşılaşdırmaq,  tədrisin  səviyyəsini  yüksəltmək 
üçün  əməli  tədbirlər  həyata  keçirmək  və  sair  nəzərdə  tutulmuşdu.  1946-cı  ilin 
avqust  ayında  Azərbaycan  müəllimlərinin  III  qurultayı  keçirildi.  Həmin 
qurultayda  1946-1950-ci illər üçün  yeni dövrün tələblərinə uyğun xalq maarifmin 
vəzifələri tam  müəyyən edildi. H əm in planda DQMV-də məktəblərin sayını 200-ə 
məktəblilərin  saymı  33,5  minə,  müəllimlərin  sayını  2000-ə  çatdırm aq,  ali  təhsilli 
müəllimlərin  sayını  artırmaq,  yaşlı  nəsil arasında savadsızlığı ləğv  etmək,  bütün 
məktəbləri  texniki  təlim  vasitələri  və  dərs  vəsaitləri  ilə  təmin  etmək  və  sair 
planlaşdırılmışdı1.
1946-cı  ildə  DQMV-də  mədəni  inkişafa  25  milyon  428  min  m anat  vəsait 
ayrıldı  ki,  bundan  7  milyon  570  min  m anatı  orta  ixtisas  məktəblərinin 
genişləndirilməsinə sərf edilməli idi2.
Plana  uyğun  olaraq  Azərbaycan  hökümətinin  ayırdığı  vəsait  hesabma 
1946-1950-cı  illərdə  DQMV-də  10  yeni  məktəb  binası  tikilib  istifadəyə  verildi3. 
Köhnə  məktəblərdə isə təmir  -  abadlıq  işləri  aparıldı.  1940/1941-ci  tədris  ilində 
DQMV-də  196  məktəb  var  idisə,  1950/1951-ci  tədris  ilində  bu  rəqəm  206-ya 
çatmışdır4.  Burada  təhsil  alan  şagirdlərin  sayı  isə  son  25  ildə  7  dəfədən  çox 
artaraq  36000  nəfərə  çatmışdır5.  Həmin  məktəblərdə  isə  dərs  deyən müəllimlərin 
sayı  2000-i  keçmişdir6.  DQMV-də  m aarif sahəsindəki  böyük  nailiyyətlərdən  biri 
də Xankəndində müəllimlər institutunun  açılması ilə bağlıdır.  1938-ci ildəaçıimış 
bu institut DQMV-dəki yeddillik məktəblərini hazırlıqlı müəllimlərlə təmin edir.
121

1940-cı  ildə  institutun  iki  (Azərbaycan  və  erməni)  bölmələri,  15  müəllimi, 
150  tələbəsi  var  idi7.  Sonralar  bu  institutu  2  müstəqil  instituta  bölündü. 
Xankəndində  Azərbaycan  Müəllimlər  İnstitutu  yarandı.  1950-ci  ildə  Xankəndi 
Müəllimlər  İnstitutu  genişlənərək  daha  3  şöbəsi  yarandı.  Artıq  İnstitutun  5 
şöbəsi8:  erməni  dili  və  ədəbiyyatı,  rus  dili  və  ədəbiyyatı,  fizika  riyaziyyat,  tarix, 
təbiət  və  coğrafiya  şöbələri  fəaliyyət  göstərir.  1950-ci  ildə  burada  450  nəfərdən 
artıq tələbə oxuyurdu.  İnstitut hər il respublikamızm məktəbləri üçün  60-a qədər 
müəllim  buraxırdı.  1950-ci  ildə  İnstitutda  6  nəfər  elmlər  namizədi  admı  almış 
alim  var  idi9.  İnstitut  DQMV-də  fəaliyyət  göstərən  məktəbləri  ali  təhsilli 
mütəxəssislərlə  təmin  olunmasmda  xüsusi  əhəmiyyətə  malik  idi.  Belə  ki, 
1923/1924  tədris  ilində  DQMV-də  1  nəfər  ali,  24  nəfər  orta  təhsilli  müəllim  var 
idisə  1950/1951-ci  ildə  məktəblərdə  dərs  deyən  ali  təhsilli  müəllimlərin  sayı  212- 
yə,  orta-ali  təhsilli  müəllimlərin  sayı  isə  1949  nəfərə  çatmışdır10.  Azərbaycan 
höküməti DQMV-də  işləyən yaxşı müəllimlərin  əməyini yüksək  qiymətləndirmiş, 
onlardan  13  nəfəri  əməkdar  müəllim  adma  layiq  görülmüş,  onlarla  müəllim  isə 
orden  və  medallarla  təltif  edilmişdir11.  Hətta  DQMV-nin  müəllimləri  arasında 
«Şərəf nişam»  ordeninə  layiq  görülən,  Azərbaycan  SSR  Ali  Sovetinə,  SSRİ  Ali 
Sovetinə  deputat  seçilən  müəllimlərdə  vardır.  Lakin  çox  təəssüflər  olsun  ki, 
yüksək  ada  layiq  görülən  müəllimlər  arasmda  bir  nəfərdə  olsun  azərbaycanlı 
familiyasma rast gəlmədik.
1950-ci  ildə  DQMV-də  4  texnikom  fəaliyyət  göstərirdi. 
Həmin 
texnikomlarda oxuyan tələbələrin sayı 827-yə, oranı qurtaranların sayı isə 227-yə 
çatırdı (1950-ci ildə)12.
Böyük  Vətən  Müharibəsində  əhalinin  müharibəyə  səfərbər  edilməsi  ilə 
əlaqədar  azyaşlı  uşaqlar  arasmda  azalma  halı  müşahidə  edilmişdir.  1940-cı  illə 
müqayisədə  1950-ci  ildə  DQMV-nin  uşaq  bağçalarında  uşaqların  sayı  1221-dən 
694-ə, tərbiyəçi müəllimlərin sayı 95-dən 56-ya,  uşaq  bağçaJannm  sayı isə 35-dən 
24-ə enmişdir.  Bəhs etdiyimiz illərdə uşaq evlərində  uşaqlann  sayı  1183-dən 563- 
ə,  uşaq  evlərinin  sayı  isə  33-dən  20-dək  azalmışdı13.  A panlan  araşdırmalar 
nəticəsində  müəyyən  edilmişdir  ki,  DQMV-i  ərazisində  1946-1950-ci  illərdə
122
fəaliyyət  göstərən  44  uşaq  bağçası  və  evlərindən  yalnız  2-si  Şuşada  fəaliyyət 
göstərirdi.  Qalan  42  uşaq  müəssisəsi  ermənilərin  daha  çox  cəmləşdiyi  kəndlərdə 
yaradılmışdır.
Bəhs  etdiyimiz  dövrdə  DQM V-də  fəhlə  və  kəndli  gənclər  məktəbləri  də 
yaradılmışdı.  1946-1950-ci  illərdə  burada  321  şagirdi  olan  3  fəhlə  gənclər 
məktəbi,  473  şagirdi  olan 
17  qiyabi  yeddillik  və  orta  yaşlılar  məktəbi 
yaradılmışdı14.  Bəhs  etdiyimiz  dövrdə  Bakıda,  Naxçıvan  M R -da  isə  6  qiyabi 
yeddillik  və orta yaşlılar məktəbi  var idi15.  Əlbətdə axırıncı müqayisəni  nəzərdən 
keçirərkən  Azərbaycan  hökümətinin  DQM V-nə nə dərəcədə qayğı  göstərdiyinin 
şahidi oluruq.
1940-1950-ci  illər  ərzində  Azərbaycan  SSR  DQM V-də  təhsilin  və  təlim- 
tərbiyə müəssisələrinin necə inkişaf etdiyini aşağıdakı cədvəldən də aydın görmək 
olar:
T
əd
ris
 
il
i
Ü
m
u
m

h
si

1
 mə
ktəblərinin 
sa
y
ı
Ş
a
g
ir
d

ri
n
sa
y
ı
M
ü
ə
ll
im

ri
n
sa
y
ı
F
əh

 
g
ə
n
c



ktəblərinin 
sa
y
ı
O
ra
d
a
k
ı 

şa
g
ird

ri
n
 
sa
y
ı
T
e
x
n
ik
o
m
la
n
 


sa
y
ı
T
ə

b
ə

ri
n
sa
y
ı
U
şa
q
 
bağç
ala
rmın 
sa
y
ı
U
şa
q
la

n
sa

c
o>
a>
>>  -  
O,  U3
K
ö
rp
ə
b

ev
in
in
 
sa

K
ö
rp
ə.


e
v
in
d
ə
k

u
şaq
lar
ın
 
sa

19
40/
41
196
4
0
7
6
6

1696
30
13
90
OO
00
1
35
1
2
2
1
!
95
 
!
33
118
3
1
1
9
5
0
/5
1
 
:
90Z
3
3
6
9
0
1
1929
3
6
1
00
3
rj*
8
27
2
4
6
94
56
2
0
5
63
Yuxarıdakı  cədvəldən  aydm  göründüyü  kimi  1940-1950-ci  illərdə  DQMV- 
də təhsilin inkişafı inkaredilməz bir həqiqətdir.  Lakin  bununla yanaşı  DQMV-də 
erməni,  rus  millətçiliyi,  yerli  idarə  orqanlarm da  çalışan  erməni  mütəxəssisbrinin 
şovinist  siyasətləri,  sovet  rejiminə  «sədaqətlə  qulluq  edən  adamlar»m  böhtançı 
tədbirləri məktəb quruculuğu işlərinə,  m ədəni-maarif müəssisəbrinin  fəaliyyətinə
123

ciddi  mane  olurdu.  DQMV-nin  partiya,  sovet  orqanlarmda,  rnədəni  maarif 
müəssisələrində  çalışan  erməni,  rus  mütəxəssisbri  proletar  beynəlmiləlçiliyi  şuarı 
altmda  azərbaycanlı  mütəxəssislərə  qarşı  gizli  mübarizə  aparırdılar.  Bu 
«nəzəriyyə» ayrı-ayrı sovet orqanlarmda çalışan bir qrup adamlarda, o cümlədən 
DQMV-  təhsil  işçilərinə  bilavasitə  rəhbərlik  edən  Ter-Karapetrov,  Baqdatyan, 
Babayan,  Arustamova  və  başqaları.  «Azərbaycan  dilində  təhsilin  gələcəyinin 
olmadığı»  iddiası  ilə  gördükləri  tədbirlər  vilayətdə  azərbaycanlılarm  yaşadıqları 
kəndlərdə tədris işlərinə böyük zərbə vurmuşlar.
Azərbaycan  SSR  Elmlər  Akademiyasmm  1944-cü  ildə  təşkil  olunmuş 
Dağlıq  Qarabağ  şöbəsi  DQMV-nin  tarixində  böyük  və  mühüm  bir  hadisə 
olmuşdur16.  Xankəndində  yaradılmış  bu  elmi  mərkəzin  qarşısından  duran  ən 
mühüm  vəzifələrdən  birı  1946-1950-ci  illərdə  xalq  təsərrüfatımn,  xüsusilə 
vilayətin  kənd  təsərrüfatmm yüksəldilməsi  ışinə kömək  edə  bilən  elmi  tövsiyələr 
irəli  sürməli  idilər.  Bəhs  edilən  dövrdə  Akademiyamn  elmi  işçiləri  bir  sıra  elmi 
tədqiqat  əsərlərini  başa çatdırdılar və həmin  əsərlər praktikada  tətbiq  olunmağa 
başlandı.  Belə  ki,  həmin  əsərlər  sırasmda  «Dənli  bitki  toxumçuluğu  və  onun 
DQMV  rayonları  arasmda  bölüşdürülməsi»,  «Meyvə  verən  3  növ  tut  ağacmın 
biokimyəvi  xüsusiyyətləri»,  «Kiçik  Qafqaz  sıra  dağlarındakı  yaylaqlar  və 
bunlardan  Lisaqorsk sovxozunda  istifadə etmək haqqmda»,  «Şahtut ağaclan və 
bunların  DQMV-də  yetişdirilməsi»,  «DQMV-nin  qabaqcıl  kolxozlarmın 
iqtisadiyyatı»,  «DQMV-də  ipəkçilik  sənayesinin  yerləşməsi  və  inkişafı», 
«Cəkilliklərin və yay otlaqlarımn  yaxşılaşdınlması»,  «Spirt  çəkildikdən sonra tut 
tör-töküntüsündən yem hazırlamaq üsulları» və başqa mövzular var idi17.
Elmi  işçilər  təkcə  elmi  əsərlər  yazmaqla  kifayətlənmirdilər.  Onlar  eyni 
zamanda  vilayət  zəhmətkeşlərinə  otlaqlardan  yaxşı  istifadə  olunması,  mal- 
qaranın  otarılmasının  düzgün  təşkil  edihnəsi,  əməyin  təşkili  və  heyvandarlıq 
məhsullarmın  hesaba  alınması,  ot  çalımı  və  yem  basdınlması,  bağ-bostanlara 
xidmət  və  sair  bu  kimi  müxtəlif məsələlər  üzrə  məsləhətlər  də  verirdilər.  Onlar 
təkcə  1950-ci  ildə  DQMV-nin  müxtəlif  idarə  və  müəssisələrində  40-a  qədər 
mühazirə  oxumuş,  yerli  m ətbuatda  və  respublika  qəzetlərində  elmi-kütləvi
124
məqalələrlə  çıxış  etmişdilər.  Vilayətin  elm  mərkəzinin  elmi  işçiləri  öz  işlərini 
DQMV-nin xalq təsərrüfatınm əməli məsələləri ilə sıx əlaqələndiridilər.
DQMV-də  fəaliyyət  göstərən  elm  mərkəzinin  bölgədə  xalq  təsərrüfatınm 
bərpa və inkişafı üçün  irəli sürdükləri elmi tövsiyyələr yüksək qiymətləndirilsə-də, 
burada  mənfı  hallarda  mövcud  olmuşdur.  Belə  ki,  aparılan  elmi  araşdırm alar 
nəticəsində 
məlum 
olur 
ki, 
Xankəndində 
fəaliyyət 
göstərən 
Elmlər 
Akademiyasınm bütün  heyyət üzvləri (işçiləri) hamılıqla milliyyətcə ermənilərdən 
ibarət  idi.  Həmçinin  Azərbaycan  SSR  EA-nm  Xankəndi  şöbəsinin  elmi  katibi 
Q.A.Mıkırtıçıyamn  yazdığma  görə  burada tədqiq  olunan  əsərlər  erməni  dilində 
çap  edilir,  yalnız  DQMV-  ərazisində  və  Erm ənistanda  yayılırdı18.  Bu  fakt  isə 
erməni alimlərinin nə dərəcədə «humanist» olduqlarm ı sübut edir.
1946-1950-ci  illərdə  DQMV-də  inkişaf  edən  sahələrdən  biridə  mədəni- 
m aarif müəssələri  olmuşdur.  Hələ  1945-ci  ilin  sonlarm da  Azərbaycan  XKS-nin 
nəzdində  yaradılmış  Mədəni  M aarif  Müəssələri  Komitəsi  Vilayətdə  mədəni- 
m aarif işinin  inkişafı  üçün  tədbirlər  planı  işləyib  hazırlandı.  İlk  növbdə  DQMV 
İcraiyyə  Komitəsi  nəzdində  Mədəni  M aarif  İşləri  şöbəsi  yaradıldı19.  Mədəni- 
m aarif müəssələri içərisində  kitabxanalarm   inkişafı xüsusi  əhəmiyyət kəsb edirdi. 
1946-1950-ci  illər  üçün  qəbul  edilmiş  «Mədəni  m aarif  müəssələrinin  bərpa  və 
inkişafma  dair  beşillik  plan»a  uyğun  olaraq  1950-ci  ilədək  DQM V-də  kütləvi 
kitabxanaların  sayınm  116-ya,  bütövlükdə  isə  kitabxanaların  sayını  265-ə 
çatdırm aq  proqram ı  tərtib  edilmişdi20.  Azərbaycan  höküməti  DQM V-də 
kitabxanalann  maddi-texniki  bazasına  əsaslı  vəsait  qoyuluşunu  1940-ci  illə 
müqayisədə  2  dəfə  artırdı.  DQM V-də  1950-ci  ildə  təkcə  kitabxanadarın 
kompleksləşməsinə  qoyulan  vəsait  166 m in m anat idi21.  İlk  növbədə DQM V-də 
1946-1950-ci  illərdə  İ17  yeni  kitabxana  yaradılmışdı.  1940-ci  ildə  vilayətdə  66 
kitabxana  var  idisə  1950-ci  iliıı  sonlarm da  bu  rəqəm  183-ə  çatdı.  Bundan  1 
vilayət  kitabxanası,  3  şəhər,  5  rayon,  38  kənd,  4  uşaq,  74  klub,  55  kolxoz,  3 
həm karlar ittifaqı kitabxanaları və 47 qiraət koması  idi22.  Halbuki əhalisinin sayı 
DQMV-dən  çox  olan  Naxçıvan  M R -da  1  Respublika,  5  uşaq,  124  kənd 
kitabxanası  (cəmi  130  kitabxana)  42  qiraət  koması  fəaliyyət göstərirdi23.  1950-ci
125

ildə  DQMV-də  kütləvi  kitabxanalann  kitab  fondu  150  min  nüsxəyə  çatdı. 
Vilayətdə  hər  1000  nəfərə  2  kitabxana,  hər  bir  sakinə  18  kitab  düşürdü.  Kənd 
kitabxanalarının  fondunda  isə  98  min  nüsxə  müxtəlif ədəbiyyat  var  idi25.  Lakin 
bütün bunlarla yanaşı vilayətin erməni rəhbərliyi yeni kitabxanalann açılmasmda 
və  kitablarm  komplektiəşməsində  azərbaycanlılar  yaşayan  ərazilərə  ögey 
münasibət 
göstərmişdilər. 
Kitabxanalar 
yalmz 
erməni 
dilli 
kitablarla 
zənginləşdirilirdi.  Belə ki,  apanlan  tədqiqatlar nəticəsində məlum olur  ki,  1951- 
ci  ildə  DQMV-nin  H adrut  rayonunda  48,  Xocavənd  rayonunda  47,  Ağdərə 
rayonunda  59,  Xankəndi  rayonunda  50  kitabxana  olduğu  halda,  əsasən 
azərbaycanhlar yaşayan Şuşa rayonunda cəmi  8 müstəqil dövlət  kitabxanası və 6 
klub  kitabxanası  fəaliyyət  göstərirdi26.  Xankəndi  rayonun  ermənilər  yaşayan 
bütün  kəndlərində  kitabxanalar  olduğu  halda,  rayonun  azərbaycanlılar  yaşayan
10  kənddən  yalnız  Kərkicahan  və  Kosalarda  kitabxana  var  idi.  DQMV-nin 
azərbaycanlılar yaşayan  kəndlərdəki  kitabxanalar erməni  dilində olan  ədəbiyyat 
daha  çox  gətirilirdi.  Məsələn,  təkcə  1950-ci  ildə  Xocavənd  rayonunun  Muğanlı 
kənd  kitabxanasına  daxil  olan  249  nüsxə  ədəbiyyatm  200  nüsxəsi  erməni,  27 
nüsxəsi  rus,  yalnız  22  nüsxəsi  Azərbaycan  dilində  olmuşdu.  Bütün  bunlara 
baxmayaraq Azərbaycan höküməti DQMV-də mədəni-maarif işinin inkişafı üçün 
öz qayğısını davam etdirirdi.
Mədəni-maarif işinin  ən  kütləvi  vasitələrindən  biri  kino  idi.  1946-1950-ci 
illərdə  Azərbaycan  höküməti  DQMV-nə  16  yeni  kinoqurğusu  göndərdi. 
Bölgədəki  kino qurğularınm  sayı  1923-cü  ildə  1,  1940-cı  ildə 22  ədəd idisə,  1950- 
ci  ildə  artırılaraq  38-ə  çatdı27.  Bu  kinoqurğulardan  24-ü  stasionar,  14-ü  isə 
səyyari  idi.  Vilayətdə xalqm  mariflənməsi  işində kinolann  rolu böyük  olmuşdur. 
1950-ci  ildə  DQMV-i  ərazisində  göstərilən  kinoların  sayı  288000-ə  bərabər  idiki 
bu da  1940-cı ülə müqayisədə 35 faiz artıq demək idi28.
Azərbaycanda  1946-1950-ci  illərdə  mədəni-marif  işini  inkişaf  etdirmək 
məqsədilə  1947-ci  ildə  «Azərbaycan  Siyası  və  Elmi  Birlikləri  Yayan  Cəmiyyət» 
yaradıldı29.  Həmin  Cəmiyyət  1947-1949-cü illərdə  öz sıralannda  2,2  min  ziyalmı 
və  istehsalat  qabaqcıhnı  birləşdirmişdi50.  Cəmiyyətin  DQMV-də  də,  fılyalı
126
yaradılmış  və  əhali  arasm da  mədəni-marif  işinin  apanlm asında  xeyli  işlər 
görmüşdü.  Xalqm mariflənməsi işində teatrın rolunu xüsusi qeyd etmək lazımdır. 
1950-ci  ildə  Azərbaycanda  cəmi  9  teatr  fəaliyyət  göstərirdi  ki,  bunlardan  biridə 
DQMV-nin  payma düşürdü31.  M .Q orki adına Xankəndi Dövlət D ram  T eatn XX  
əsrin 20-ci illərində həvəskar dram  dəməyi şəklində fəaliyyətə başlamış və  1932-ci 
ildən  dövlət  teatrı  kimi  təşkil  edilmişdir32.  D ram   Teatrı  1946-1950-ci  illərdə 
DQMV-nin  kəndlərində  səyyari  tam aşalar  göstərirdilər.  Aparalan  araşdırm alar 
nəticəsində  məlum  olur  ki,  tam aşalar  yalnız  ermənilər  yaşayan  kəndlərdə 
nümayiş  etdirilirdi.  Bunun  əsas  səbəbi,  bir  tərəfdən  azərbaycanhlar  yaşayan 
kəndlərdə  tam aşanın  göstərilməsi  üçün  yer  problemi  ilə  bağlı  idisə,  ikinci  bir 
tərəfdən  teatr  truppasının  tərkibinin  sırf  ermənilərdən  ibarət  olması  ilə  əlaqəli 
olmuşdur.  XX   yüzilliyin  40-cı  illərinin  sonlarmda  Dağlıq  Q arabağ  rəhbərliyi 
xalqımıza  qarşı  öz  «etibarlılığını»  bir  daha  nümayiş  etdirdi.  Belə  ki,  əsası 
Ə.Haqverdiyev  tərəfmdən  X IX   əsrin  sonlarmda  qoyulan  Şuşa  Teatrı  namərd 
«gülləsinə» tuş gələrək bağlandı33.
1946-1950-ci  ıllərdə  DQM V-də  klubların  saymda  da  35  faiz  artım 
müşahidə  edilmişdir.  Belə  ki,  vilayətdə  1927-ci  ildə  28,  1933-cü  ildə  83  (80-ni 
kənddə),  1940-cı  ildə  151  (147-si  kənddə) klub fəaliyyət  göstərirdisə,  1950-ci ildə 
klublann  sayı  artaraq  204-ə  (bundan  193-ü  kənddə)  çatmışdır34.  Klublar 
yaradılarkən də azərbaycanlılar yaşayan kəndlər diqqətdən kənarda qalmışdır.
1950-ci  ildə  DQMV-də  əhali  arasm da  mədəni-maarif işi  aparan  2  muzey 
fəaliyyət  göstərirdi.  Bu  muzeylərdən  biri  1946-1950-ci  illərdə  Xankəndində 
yaranmış  ölkəşünaslıq  muzeyi  idi.  1950-ci  ildə  DQMV-də  muzeylərə  gələnləri 
sayı  12000  nəfər  olmuşdu35.  Muzey  daxilində  keçirilən  elmi-kütləvi  iş,  habelə 
muzeylərin  təşkil etdikləri  ekskursiyalar,  səyyar sərgilər,  müharibə veteranlan  və 
əmək  qəhrəmanları  ilə  görüşlər  əhali  arasında  rəğbətlə  qarşılanırdı.  Lakin 
mədəni-maarif  idarələrinın  fəaliyyətində  formalizm  və  rəsmiyyətçilik  kimi 
ünsürlər  qalm aqda  idi  və  xalqm  lazımi  qaydada  tərbiyələnməsı'ndə  həmin 
müəssisələrin gücündən kifayət qədər istifadə edilmirdi.
127

Bəhs  etdiyimiz  dövrda  DQMV-də  Azərbaycan  Sovet  Yazıçılar  İttifaqmm 
Xankəndi  şöbəsi,  120  mədəniyyət  evi,  istirahət  və  mədəniyyət  parkları  və  sair 
fəaliyyət  göstərirdi.  1946-1950-ci  illərdə  DQMV-də  mətbuat  və  radio  verilişi 
sahəsində  böyük  müvəffəqiyyətlər  əldə  edilmişdir.  Vilayətdə  6  adda  qəzet  nəşr 
olunur ki,  bunlarda 4-ü erməni dilində,  1-i Azərbaycan dilində,  1-i  isə  rus  dılində 
buraxılır36.  Xankəndində  buraxılan  qəzet  «Sovetakan  Karabax»  («Sovet 
Qarabağı»)  adlanır  və  erməni  dilində  nəşr  edilir.  Sonralar  Xankəndində 
«Sovetskiy  Karabax»  qəzeti  nəşr  edilməyə  başlanmışdır.  Ağdərə  rayonunda 
«Barekamutyun» 
(«Dostluq»), 
Hadrut 
rayonunda 
«Koltntesekan» 
(«Kolxozçu»),  Şuşa  rayonunda  «Şuşa»  qəzeti  (sonralar  bu  qəzetin  adı  məqsədli 
şəkildə  dəyişdirilib  «Sosialist  maldarlığı»  adlandırıldı)  Xocavənd  rayonunda  isə 
«Aşxatanq»  («Əmək»)  qəzeti  nəşr  edilirdi.  Lakin  əvvəlki  dövrlərlə  müqayisədə 
DQMV-də  qəzetlərin  illik  tirajmda  azalma  halı  müşahidə  edilmişdi37.  Məsələn, 
1937-ci  ildə  15,2  min  tirajla,  1940-cı  ildə  18,4  min  tirajla  buraxılırdısa,  1950-ci 
ildə bu rəqəm  11,8  minə enmişdi38.  Bəhs  etdiyimiz dövrdə «Sovetakan  Karabax» 
qəzeti bütün qəzetlərdən  10 dəfə artıq tirajla nəşr edilir və yayılırdı.
1946- 
1950-ci  illərdə  DQMV-də  xalq  təsərrüfatı,  mədəniyyət  və  maarifin 
inkişafı  ilə  yanaşı  səhiyyənin  də  inkişafmda  irəliləyiş  diqqəti  cəlb  edirdi.  Dağhq 
Qarabağda  insanlara  tibbi  xidmət  ilbəil  yaxşılaşır,  əhalinin  sağlamhğjnm 
mühafızəsinə  sərf edilən  vəsait  artır,  müalicə-profilaktika  müəssisələrin  şəbəkəsi 
genişlənirdi.  Belə  ki,  1913-cü  ildə  Dağlıq  Qarabağa  daxil  olan  ərazilərdə  30 
çarpayılıq  xəstəxana,  1926-cı  ildə  150  çarpayılıq  5  xəstəxana,  1940-cı  ildə  372 
çarpayıhq  15  xəstəxana  olduğu  halda,  1950-ci  ildə  587  çarpayıhq  16  xəstəxana 
var  idi3&.  Bu  zaman  Azərbaycanda  cəmi  12  min  çarpayısı  olan  222  xəstəxana 
fəaliyyət göstərirdi40.
Həkimlərin  və orta tıbb işçilərinin sayı  da durmadan artırdı.  Belə  ki,  1913- 
cü  ildə  bölgədə  cəmi  2  həkim  olduğu  halda,  1940-cı  ildə  həkimlərin  sayı  86-ya 
(bundan  46-sı  kənddə),  1950-ci  ildə  isə  təxminən  2  dəfə  artaraq  153-ə  (bundan 
64-ü  kənddə)  çatmışdı41.  Bundan  əlavə DQMV-də 42  hərbi  həkim  var  idi.  Ayrı- 
ayrı  ixtisaslar  üzrə  həkimlərin  sayı  1950-ci  ildə  aşağıdakı  kimi  olmuşdur.
128
Cərrahlar  20  nəfər  can  həkimi  58  nəfər,  qadm  həkimi  15  nəfər,  uşaq  həkimi  30 
nəfər,  göz  həkimi  5  nəfər,  yolxucu  xəstəliklərə  qarşı  mübarizə  həkimi  16  nəfər, 
burun,  qulaq,  boğaz  lıəkimi  3  nəfər,  əsəb  xəstəlikləri  həkimi  3  nəfər,  vərəm 
həkimi  9  nəfər,  Dəri-zöhrəvi  xəstəlikləri  həkimi  5  nəfər,  rentgen  şüalan  ilə 
müalicə  həkimi  6  nəfər,  Ağız  boşluğu,  çənə  ilə  bağlı  olan  xəstəliklərə  qarşı 
mübarizə həkimi  11  nəfər, diş həkimi  14 nəfər42.
1932-ci  ildə  Xankəndində açılan  tibb  məktəbi  DQMV-nin  xəstəxanalarım 
ixtisaslı  mütəxəssislərlə  təmin  etməkdə  böyük  işlər  görmüşdü.  1940-1950-ci  illər 
ərzində orta tibb işçilərinin sayında çox böyük irəliləyiş müşahidə edilmişdir.  Belə 
ki,  1940-c  ildə  Dağlıq  Q arabağ  müalicə  müəssisələrində  260  orta  tibb  işçisi  var 
idisə  (bundan  160-ı  kənddə),  1950-ci  ildə  onların  sayı  621-ə  (bundan  356  nəfər 
kənddə) çatmışdır.  1950-ci ildə Xankəndində daha bir xəstəxana tikilib istifadəyə 
verilmişdir.  200  çarpayılıq  bu  xəstəxanada  cərrahlıq,  daxili  xəstəliklər,  əsəb 
xəstəlikləri,  mamaçalıq,  qadm  xəstəlkləri,  uşaq  xəstəlikləri,  yoluxma  xəstəlikləri 
şöbələri  təşkil  olunmuşdur.  Burada  aptek,  laboratoriya  və  müxtəlif  kabinələr 
yaradılmışdır.  Vilayətin  bütün  rayonlannda  xəstəxanalar  fəaliyyət  göstərirdi. 
Şuşada  2,  Ağdərədə  5,  H adrudda  3,  Xocavənddə  2,  Xankəndində  4  xəstəxana 
var  idi.  Bundan  başqa  1950-ci  ildə  DQMV-də  8  polilklinika,  6  qadın  və  uşaq 
məsləhətxanası,  68  feldşer  -   analıq  məntəqəsi  və  amblatoriyalar  fəaliyyət 
göstərirdi43.
1940-1950-ci  illərdə  Azərbaycan  SSR-də  əhalinin  artım   tempi  aşağı 
düşmüşdü.  Bunun  ən  başlıca  səbəbi  ikinci  dünya  müharibəsində  xalqımızm 
iştirakı  və yüz  minlərlə  insamn  dünyasmı  dəyişməsi  və müharibədən  sonrakı  ilk 
ağır  illərin  iqtisadi,  sosial  və  mənəvi  çətinlikləri  ilə  bağlı  idi.  1940-cı  ildə 
Azərbaycanda 3 milyon 205 min nəfər əhali yaşayırdısa  1950-ci ildə bu göstərici 2 
mlyon 859 minə enmişdi44. Azərbaycanın hər yerində o cümlədən DQMV—də bu 
cür  azalma halı  müşahidə  edilmişdir.  Belə  ki,  DQMV-də  1950-ci  ildə  1940-cı  ilə 
nisbətən 22 min nəfər azalmışdı. Dağlıq Q arabağda əhalinin sayı  1940-cı ildə  150 
min,  1945-ci  ildə  135  min,  1950-ci  ildə  128  min nəfər  olmuşdur45.  Bəhs etdiyimiz 
dövrdə  əhalinin  sosial  strukturunda  da  dəyişikliklər  müşahidə  edilmişdir.  Fəhlə
129

sinifımn  vo  qulluqçuların  saymda  nisbi  irəliləmə  halları  müşahidə  edilmişdir. 
Məlum hadisələrlə bağlı kişilərin sayı qadm lardan aşağı idi.  Səhiyyənin  vilayəldə 
inkişafj  ilə  bağlı  əhali  arasıııda  ölüm  halları  əvvəlki  illərlə  müqayisədə  aşağı 
düşmüşdü.  Məsələn,  1940-cı  ildə  hər  1000  nəfər  13,5  nəfər  ölüm  olmuşdursa, 
1950-ci ildə bu rəqəm  9,5 nəfərə enmişdi.  DQMV-də  1940-cı ildə hər  1000 nəfərə 
artım  35,2  nəfər  idisə,  1950-ci  ildə  bu  rəqəm  31,4  nəfər  olmuşdu.  Naxçıvan 
M uxtar  Respublikasmda  müvafiq  illərdə  bu  göstərici  30,9  və  30,2  arasında 
dəyişmişdir46.
Dünya  müharibəsi  əhalinin  həyat  səviyyəsinin  aşağı  düşməsinə  səbəb 
olmuşdu.  Əhalinin  ərzaq  məhsullarma  olan  tələbatmı ödəmək üçün  dövlət  1944- 
cü  ildən  kommersiya  ticarətinə  icazə  verdi.  Kommersiya  ticarətində  mallar 
kartoçkalarla,  lakin  yüksək  qiymətlərto  satılırdı.  Kommersiya  ticarəti  kolxoz 
bazartnda  qiymətlərin  aşağı  düşməsinə  kömək  edir  və  azad  ticarətin  inkişafma 
təkan  verirdi.  1940-cı  illə  müqayisədə  1950-ci  ildə  DQMV-də  illik  mal 
dövriyyəsində  böyük  irəliləmə  müşahidə  edilmişdir.  Belə  ki,  müvafıq  illərdə 
5950000-dən  12770000-ə  qalxmışdır47.  Bundan  kommersiya  ticarətinin  illik  mal 
dövriyyəsi 4255000-dən 8835000-ə, dövlət ticarəti mal-dövriyyəsi isə  1695000-dən 
3935000-ə çatmışdır48.
M üharibə  illərində  şəhər  əhalisinin  mühüm  ərzaq  və  sənaye  malları  ilə 
təchizi  üçün  kartoçka  sistemi  tətbiq  edilmiş,  1947-ci ilə isə ləğv  edilərək,  onlann 
vahid  dövlət  pərakəndə  qiymətləri  ilə  satışma  keçirilmişdir.  Bəhs  etdiyimiz 
dövrdə  pul  islahatı  da  keçirilmişdir  ki,  bu  da  kənddə  pul  sisteminin 
möhkəmlənməsinə imkan  vermişdir.  İstehsalm  ardıctl  olaraq  artması  DQMV-də 
əhalinin gəlirlərinin çoxalmasma səbəb olmuşdur.  1945-1947-ci illər ərzində fəhlə 
və qulluqçularm orta aylıq əmək haqqı 3 faiz artmışdırsa,  1950-ci  ildə isə  1940-cı 
illə  müqayisədə  81  faizi  ötüb  keçmişdir49.  Vilayətdə  əhalinin  gəlirlərinin 
çoxalmasmı əmanət  kassalarının və əmanətçilərin saymuı artması  faktlarında da 
görmək  olar.  Belə  ki,  1950-ci  ildə  Vilayətdə  əmanət  kassalarının  sayı  34, 
əmanətçilərin sayı isə  11237-ə çatırdı.  Bu isə əw əlki dövrlərlə müqayisədə 2  dəfə 
artıq  demək  idi.  1948-ci  ildən  başlayaraq  ərzaq  və  qeyri-ərzaq  məhsullarının

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə