AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə9/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

130
pərakəndə satışı  qiymətlərində  aşağı enmə  halı  müşahidə  edilmişdir.  1950-ci  ildə
1947-ci  illə  müqayisədə  ümumi  pərakəndə  satış  qiymətləri  43  faiz,  ərzaq 
məhsulları  47  faiz,  sənaye  m allan  35  faiz  aşağı  düşmüşdü51.  Lakin  əhalinin 
alıcılıq qabiliyyəti hələ ki, lazımi səviyyədə deyildi.
1946-1950-ci  illərdə  DQMV-də  kənd  təsərrüfatmdakı  irəliləməbr  -  
istehsalm  artması,  heyvandarlıq  məhsulları  tədarükünün  mütləq  normalarının 
azaldılması,  kənd  təsərrüfatı  məhsullarınm  tədarük  və  satınalma  qiymətlərinin 
artırılması kolxozçularm maddi vəziyyətinin  yaxşılaşmasına kömək edirdi.  1950- 
ci ildə DQMV-də kolxozçularm pul gəliri  1940-cı ildəkindən  1,5 dəfə çox idi52.
1946-1950-ci 
illərdə 
DQMV-də 
nəqliyyat 
sahəsində 
də 
xeyli 
müvəffəqiyyətlər əldə edilmişdi.  Həmin dövrdə planda nəzərdə tutulmuşdu: «Yol 
azlığını  tamamilə  aradan  qaldırmaqdan,  hərəkət  surəti  artmış  olduğu  şəraitdə 
avtomabil  nəqliyyatı  vasıtəsilə  və  yükdaşmması  sahəsində  artan  tələbatı  ödəyə 
biləcək  təkmilləşdirilmiş  möhkəm  yollar  yaratm aq  üçün  yol  təsərrüfatım  əsaslı 
surətdə dəyişib yenidən qurmaqdan  ibarətdir».  Azərbaycan höküməti  DQMV-də 
yollarm  uzunluğunu  2  dəfə,  o  cümlədən  şosse  yollarmı  6  dəfə  artırmağı,  yeni 
dəmir  yolu  xəttini  çəkmək  və  Xankəndi  Yevlax  təyyarə  xəttini  açmağı  qarşıya 
məqsəd  qoymuşdu53.  Bütün  bunlann  həyata  keçirilməsi  üçün  dövtotimiz  1940-cı 
illə  müqayisədə  1946-cı  ildə DQMV-də  yol  tikinti  abadlıq  işlərinə 2,5  dəfə artıq 
vəsait  ayırmışdı.  Bəhs  etdiyimiz  dövrdə  H adruddan  Gizləyə  bərk  örtüklə  yol 
çəkildi.  Eyni zamanda Tərtər-İstisu yolunun inşasında xeyli  işlər görüldü.  1950-ci 
ildə  Yevlax-Xankəndi  dəmiryolu  çəkilib  istifadəyə  verildi.  Xankəndi-Yevlax 
təyyarə  xətti  açıldı.  Beləliklə,  1950-ci  ildə  DQMV-də yollarm  uzunluğu  1923-cü 
illə müqayisədə 2,2 dəfə, o cümlədən şosse yollanmn uzunluğu 7 dəfə artm ışdı54.
Beş  il  ərzində  vilayətdə  nəqliyyatın  təkmilləşdirilməsi  sayəsində  mühüm 
nailiyyətlər  qazanılmışdır.  1950-ci  ildə  avtomobil  nəqliyyatının  yük  dövriyyəsi 
1940-cı  ilə  nisbətən  3,5  dəfə,  ümumi  istifadədə  olan  avtomobil  nəqliyyatı  ilə 
səmişin daşmması isə 2 dəfə artdı.
1946-1950-ci  illərdə  DQMV-də radiorabitə  vasitələri  böyük  sürətlə  inkişaf 
edirdi.  1950-ci  ildə  vilayətdə  3  radioverilişi  nöqtəsi,  3  radioqovşağı  və  2705

radioqəbuledici  nöqtəfori  fəaliyyət  göstərirdi.  Ümumilikdə  Azərbaycanda 
radioqəbuledicilərin  sayı  181  minə  çatırdı.  Naxçıvanda  isə  bu  göstərici  1927-yə 
bərabər idi55. Əhalinin sağlamlığmın mühavizəsində sanatoriya-kurort müalicə və 
istirahət  evləri  mühüm  rol oynayırdı.  1950-ci ildə Azərbaycanda  38  istirahət  evi 
və  sanatoriya  fəaliyyət  göstərirdi  ki,  bunlardan  biri  də  Şuşa  şəhərinin  payına 
düşürdü.  Şuşa  şəhəri  özünün  təbii  mənərəsi,  gözəl  havası,  saf  suyu,  tərifü  İsa 
bulağı,  Turş  suyu  ilə  hammın  hörmətini  qazanmışdır.  Şuşa  Azərbaycanın  gözəl 
istirahət  şəhəri,  Sağlamlıq  və  gümrahlıq məskənidir.  1946-1950-ci  illərdə  Şuşada 
istirahət  və müalicə ocaqlarınm  sayı xeyli artmışdır.  Bəhs  etdiyimiz dövr ərzində 
respublikamızın  müxtəlif rayonlanndan  minlərlə insan  Şuşaya  istirahətə  gəlmiş, 
xəstələr burada şəfa tapmışlar.  1950-ci ildə Şuşada istirahət edənlərin sayı  1940-a 
illə  müqayisədə 3 dəfə çox  olmuşdur.  1947-ci  ildə  Şuşada Ümumittifaq maliyyə- 
bank  işçilərinin  sanatoriyasmda  420  nəfər respubiikamızın  vətəndaşları  istirahət 
etmiş  və  1948-ci  ildə  həmin  sanatoriya  istirahət  evinə  çevrilmişdir.  1950-ci  ildə 
həmin  istirahət  evində  1800  nəfər  istirahət  etmişlər.  Ümumilikdə  1950-ci  ilin 
yayında  Şuşada  2500  nəfər  insan  istirahət  etmişdir56.  Havasınm  və  suyunun 
təmizliyinə  görə,  1946-1950-ci  illərdə  Azərbaycanın  ayrı-ayrı  rayonlan  Şuşa 
şəhərində pioner düşərgələri açmışdılar.  Uşaqlarm sağlamlığını təmin etmək üçün 
Şuşada «Respublika sağlamlıq məktəbi» yaradılmışdır.  Həmin məktəbdə  1948-ci 
ildə  Azərbaycamn  3  rayonundan  gələn  160  uşaq  istirahət  edirdi,  İlbəil  həmin 
uşaqlann sayı artır.  Həmin məktəbdə uşaqlann təlim-tərbiyəsi  və sağlamlıq işləri 
üçün  1947-ci  ildə  1150000  m anat,  1948-ci  ildə  1406000  m anat  vəsait 
xərclənmişdirsə 1950-ci ildə həmin vəsait 1554000 m anata çatmışdır.
Bundan  əlavə  1946-1950-ci  illərdə  Şuşa  şəhərində  «Respublika.  Uşaq 
Sanatoriyası»da  fəaliyyət göstərirdi.  1950-ci  ildə  bu  sanatoriyada  olan  uşaqlarm 
sağlamlığı üçün 2340000 manat vəsait xərclənmişdir.
1946- 1950-ci  illərdə  Şuşadakı  «Xan  qızı»  və «Tətavüz»  su  kəmərləri  əsaslı 
təmir  edilib  istifadəyə  verilmişdir.  Təəssüflər  olsun  ki,  1992-ci  il  maym  8-dən 
basılmazlıq,  əyilməzlik  rəmzi  olan  qala  divarlan,  igidlər  oylağı  Cıdır  düzü, 
gözəllik  çələngi  Topxana  meşəsi,  həzin  zümzüməli  Daşaltı  çayı,  məşhur  İsa
132
bulağı,  min  bir  dərdin  dərmam  olan  yaylaqlarımız,  təbiətin  möcüzəsi  hesab 
olunan Xarı bülbül -  Qala adı ilə tamnan Şuşamız yad əllərdədir.
1946-1950-ci  illərdə  Xankəndinin  abadlaşdırılmasma  xüsusi  diqqət 
yetirilmişdir. 
Xankəndi  şəhər  zəhmətkeş  deputatları  Sovetinin 
icraiyyə 
komitəsinin  sədri  V.Stepanyanm  yazdıqlarına  görə,  «son  20  il  ərzində 
Xankəndinin  siması  əsaslı  surətdə  dəyişilib  tanmmaz  olmuşdur.  25  il  bundan 
öncə  bir 
neçə  evdən  və  zirzəmilərdən  ibarət  olan,  Q arabağ  xanlığının  axırıncı 
xanı 
Mehdiqulu  xanm  mülkü  olan  Xankəndi  Azərbaycan  dövlətinin  qayğısı 
sayəsirıdə 
respublikamızm mədəni və abad şəhərlərindən birinə çevrilmişdir»57.
Bir  həqiqəti  qeyd  etmək  yerinə  düşərdi  ki,  Azərbaycan  dövlətinin  başçısı 
Mir  Cəfər  Bağırov  bəhs  etdiyimiz  dövrdə  Xankəndinin  inkişafma  xüsusı  diqqət 
yetirmişdir.  Mir  Cəfər  Bağırovun  çıxışlarmdan  da  bunu  aydm  görmək  olar: 
«Keçmişdə  Xankəndi  adlanan  bugünki  Sovet  Stepanakertinə  bir  nəzər  salm. 
Doğrudur  onun  əhalisi  o  qədərdə  çox  deyil,  çoxmilyonlu  şəhərə  çevrilməyib, 
cəmi  15.000 əhalisi  var.  ancaq mən  arzu edərdim  ki,  İşverənin ən  gözəl  şəhəri  bu 
günkü  Stepanakertə  bənzəsin»58.  DQMV-nin  mərkəzinə  çevrilmiş  Xankəndi 
şəhərinin  necə  inkişaf  etdiyini  aşağıdakı  faktlardanda,  görmək  olar.  Belə  ki, 
1929-cu 
ildə 
Xankəndində 
ən 
yeni 
avadanlıqlarla 
təchiz 
olunub 
mexanikləşdiriimiş  böyük  ipək  sanma  fabriki  tikilmiş  və  40-cı  illərin  sonlarında 
burada  böyük  toxuculuq  kombinatı  da  tikilmişdir.  İpək  sarıma  fabrikinin 
yanmda  gözəl  ikimərtəbəli  evləri,  yaşıl  bağları  və  məktəbəqədər  tərbiyə  ocaqları 
olan  böyük  fəhlə  qəsəbəsi  tikilmişdir.  1946-1950-ci  illərdə  Xankəndi  şəhərində 
yerli  sənaye  və  sənət  kooperasiyası  şəbəkəsi  genişlənmişdir.  Burada  fəaliyyət 
göstərən  zavod  ildən-ilə  böyüyərək  DQMV-nin  kolxoz  və  müəssələrinin 
ehtiyaclarım  ödəyirdi.  Xankəndi  yerli  sənaye  fabrikası  özünün  zərif və  möhkəm 
mebeli  ilə  yalmz  DQMV-də  deyil  bütün  respublikada  şöhrət  qazanmışdır. 
Xankəndi  sənət  kooperasiyasmın  artelləri  əhalinin  ehtiyaclarmı  ödəmək  üçün 
çoxişlənən  mallar:  ayaqqabı,  üst  və  alt  paltarlar  trikotaj  malları,  qab-qacaq  və 
sair  buraxır.  1926,  1939  və  1959-cu  illərdə  əhalinin  siyahıya  almması  %manı 
məlum  olur  ki,  Xankəndi  şəhərində  əhalinin  sayı  çox  sürətlə  artmışdır.  Belə  ki,
133

həmin  illərdə  Xankəndi  şəhərində  əhalinin  sayı  6,2  dəfə  çoxalaraq  3,2  min 
nəfərdən  19,7  min  nəfərədək  yüksəlmişdir  (1926-1959-cu  illərdə).  Bəhs  edilən 
illərdə  isə  şuşa  şəhərində  əhalinin  sayı  5,1  min  nəfərdən  6,1  min  nəfərədək 
qalxmışdır59. (Artım 0,2 dəfə).
1940/1941-ci tədris  ilində DQMV-də  35  orta məktəb var  idi  ki,  bunun  5-i 
Xankəndinin  payma  düşürdü.  Burada  1946-1950-ci  illərdə  axşam  məktəbləri, 
kənd təsərrüfatı texnikomu, tibb və musiqi məktəbləri yaradılmışdır.  1947-ci ildə 
həmin  məktəblərdə  3500  nəfər  oğlan  və 
qız
  oxuyurdu.  Xankəndində  fəaliyyət 
göstərən  12  körpələr  evi  və  uşaq  bağçasında  500-ə  qədər  uşaq  tərbiyə  edilirdi. 
Burada  müalicəxana,  xəstəxana,  uşaq  məsləhətxanası  və  başqa  səhiyyə 
müəssisələri  yaradılmış,  əhaliyə  göstərilən  tibb  xidməti  yaxşılaşdırılmışdır. 
Xankəndində  fəaliyyət  göstərən  Maksim  Qorki  adına  dram  teatrı  burada 
yaşayan  əhalinin  böyük  rəğbətini  qazanmışdır.  Şəhərin  qış  və  yay  kino- 
teatrlannda əhali ölkəmizin ən yaxşt filmlərmə tamaşa edirdi.  1946-1950-d illərdə 
Xankəndi  şəhərinin küçələri qaydaya sahnmış,  ağaclar əkilmiş  və  başqa  abadlıq 
işləri  görülmüşdür.  Burada  yaradılmış  xəstəxanalann  ərazisində  yeni  parklar 
yaradılmışdır.
Xankəndində  mövcud  su-elektrik  stansiyasmdan  əlavə  400  kilovat-saat 
qüwəsində 
yeni 
stansiya 
1948-ci 
ildə 
işə 
sahnmışdır60. 
Şəhərin 
işıqlandırılmasında  həmin  stansiyanm  gücündən  geniş  istifadə  edilirdi.  Bütün 
bunlarla  yanaşı  Xankəndi  şəhərində  Azərbaycan  Elmlər  Akademiyasmm  və 
Yazıçılar  ittifaqımn  Xankəndi  fıliah,  pedaqoji  institut  və  istirahət  mərkəzi  də 
fəaliyyət  göstərirdi.  Beləliklə  DQMV-nin  Xankəndi  şəhərində  1946-1950-ci 
illərdə  böyük  dəyişikliklər  baş  verdi.  Yeni  yaşayış  binalan,  idman  qurğulan, 
klub,  kinoteatr  binalan  və  sair  tikilib  burada  yaşayänlann  istifadəsinə  verildi.
1946-1950-ci  illərdə  DQMV  kəndlərinin  siması  xeyli  dəyişmişdi.  Belə  ki, 
kəndlərin  əksəriyytəinə  yeni  yollar  çəkilmiş,  çoxlu  evlər  tikilmiş,  mağazalar, 
xəstəxanalar,  məktəblər  inşa  edilib  yerli  əhalinin  istifadəsinə  verilmişdir.  Lakin 
çox  təəssüflər  olsun  ki,  DQMV-də  azərbaycanlılann  yaşadıqlan  kəndlərə 
biganəlik  göstərilmiş  və  həmişə  məqsədli  şəkildə  diqqətdən  kənarda  qalmışdı.
134
Məsələn,  1300  əhalini  və  4  yaşayış  məskənini  özündə  birləşdirən  Xocalıda  orta 
məktəb  olmadığı  halda,  1  yaşayış  məskəni  və  500  nəfər  əhalisi  olan  erməni 
kəndlərində  nəinki  orta  məktəb,  hətta,  kitabxana,  uşaq  bağçalan,  müalicə 
profilaktika mərkəzləri, idman qurğuları, radioqovşağı və sair yaradılmışdı.
Beləliklə,  1946-1950-ci  illərdə  DQMV-nin  erməni  rahbərliyinin  həyata 
keçirdiyi  «kompleks  tədbırlər»  nəticəsində  vilayətdə  milliyyətcə  azərbaycanlı 
olanlar  sıxışdırılmağa  başlamış,  erməni  əhalisinin  maddı  rifah  halınm 
yüksəldilməsi  təmin  olunmuş,  onların  əmək  və  məişət  şəraiti  yaxşılaşmışdır. 
Ümumilikdə  isə,  sovet  imperiyasmm  DQMV-də  1940-1950-ci  illərdə  mədəni 
quruculuq  «siyasəti»  öz  bəhrəsini  verdi.  İlk  növbədə  DQMV-də  erməni  və  rus 
dilində  məktəblərin  geniş  şəbəkəsınin  yaradılmasma  nail  olundu.  Müxtəlif 
ixtisash  erməni,  rus  və  digər  millətlərdən  olan  kadrlarm  sayı  xeyli  artırıldı  və 
onların  yerləşdirilməsinə  «beynəlmiləlçilik»  pərdəsi  altmda  xüsusi  diqqət  verildi. 
Milliyyətcə qeyri-azərbaycanlılarm vilayətin  dövlət  idarə  orqanlarında  işlə təmin 
olunması 
Sovet 
imperiyasmın 
bölgədə 
dayaqlannm 
daha 
da 
möhkəmləndirilməsinə ciddi təsir göstərdi.
135

VIIFƏSİL
XX ƏSRİN 40-CIİLLƏRİNDƏ AZƏRBAYCAN SSR DQMV-DƏ 
ERMƏNİLƏRİN 
NÖVBƏTİ ƏRAZİ İDDİALARIVƏ NƏTİCƏLƏRİ
Azərbaycamn tarixi torpaqlan  hesabına özlərinə dövlət yaradan ermənilər, 
çox təəssüflər olsun ki,  bununla kifayətbnməyərək daxili və xarici havadarlanna 
arxalanaraq zaman-zaman, hissə-hissə Azərbaycan ərazisini işğal etmişdilər.  Belə 
mərhələlərdən  biridə ikind dünya  müharibəsindən  sonrakı  dövrə təsadüf olunur. 
Bəhs 
etdiyimiz  dövrdə 
ermənilər 
təkcə 
torpaqlanm ızı 
işğal 
etməklə 
kifayətlənmədilər.  Onlar  həm  də,  azərbaycanhları  min  illər  boyu  yaşadıqları öz 
doğma  tarixi  -   etik  torpaqlarından  didərgin  salaraq,  kütləvi  qətl  və  qırğmlara 
məruz  qoymuş,  xalqımıza  məxsus  minlərlə  tarixi-mədəni  abidə  və  yaşayış 
məskənlərini dağıdıb viran etmişdilər.
Vaxtılə  dünyanm  müxtəlif  dövlətlərindən  məqsədli  şəkildə  Azərbaycana 
köçürülərək,  hər cür şəraitlə təmin olunan  ermənilər,  sonralar  həmin torpaqlann 
onların ata-babalarına məxsus olması fıkrini irəli sürür və xalqımızı zorla,  kütləvi 
surətdə,  müxtəlif  vasitələrlə  öz  yurdlarmdan  köçürür  və  ya  köçməyə  məcbur 
edirdilər.  Belə  yerdə  müdriklərimizdən  birinin  dediyi  rəvayəti  xatırlamaq  yerinə 
düşərdi:  «Ermənilər  öz  hərəkətləri  ilə  Qu-quşunu  xatırladırlar.  Bu  quşlar  öz 
yum urtalanm   başqa  quşlann  yuvasına  qoyur,  həmin  yuva  sahibi  olan  quş,  qu- 
quşunun  yumurtasma  öz  yumurtası  kimi  baxır,  istidən,  soyuqdan  və  müxtəlif 
amillərdən  qoruyur.  Yum urtadan  çıxan  qu-quşlannm   balaları  yuva  sahibinin 
həqiqi  balalarını  hələ  gözü  bağlı  ikən  yuvadan  sıxışdırıb  yerə  atırlar.  Sadəlöv 
yuva  sahibləri  isə  yem daşıyaraq  qarmqulu  qu  quşlarının  balalannı  yemləyir  və 
onlar  öz  balaları  kimi  baxıb  böyüdürdülər.  Bir  müddətdən  sonra  qu  quşlan 
böyüdülər  və ağzında  onlara yem  daşıyan  yuva sahiblərini  «bu  yuva  mənimdir» 
deyib  onları  oradan  qovdular».  Doğrudan da  deyilmiş  yuxarıdakı  rəvayətdə bir 
hikmət  var.  Müxtəlif  vaxtlarda,  ayn-ayrı  bölgələrdən  torpaqlanm ıza  köçən
136
ermənilər  bu  gün  həmin  torpaqlarım ıza  sahib  dururlar.  O nlar  «Böyük 
Ermənistan» dövləti yaratm aq üçün müxtəlif yol və vasitələrdən istifadə edirdilər.
Bir  həqiqətidə  qeyd  etmək  yerinə  düşərdi  ki,  Azərbaycana  qarşı 
ermənilərin  ərazi  iddiaları  məsələsində  M oskova  hakimiyyətində  m araqh  idi. 
Vaxtılə  Azərbaycamn  9  min  kvadrat  kilometirlik  ərazisində  «Erməni  vilayəti» 
y aradan1  Rus  höküməti  gələcəkdə  dövlətimiz  üzərində  öz  hakim   mövqeyini 
saxlamaq  naminə  bölgədə  milli  münaqişə  ocağmı  qarışdırdı.  Məkirli  və  mənfur 
siyasət  sahibləri  XX  yuzilliyin  40-cı  iliərində  qondarm a  «D ağlıq  Qarabağ» 
konfliktini  suni  surətdə  daha  d a   kəskinləşdirmişdilər.  M oskovanm   fıtvası  və 
havadarlığı  ilə  mərkəzdəki  və  xarici  ölkələrdəki  lobbisinə  arxalanan  erməni 
millətçiləri,  kommunist  -   daşnaklar  Azərbaycamn  qədim  və  zəngin  torpaqları 
olan  Q arabağı  ondan  qoparıb  Erm ənistana  verilməsi  tələbi  ilə  çıxış  edirdilər. 
Hələ  1940-cı  illərdə  M oskovadakı  erməni  lobbisinin  başçısı  A.M ikoyamn 
təşəbbüsü  ilə  Ermənistanda  partiya  xadimlərinin  fəal  iştirakı  ilə  gizh  «Qarabağ 
hərəkatı»,  «Qarabağ  Komitəsi»  yaradılmışdı2.  Bəhs  etdiyimiz dövrdə  xalqımızm 
üzləşdiyi  ciddi  və  təhlükəli  problemlərdən  biridə,  azərbaycanlılarm  Ermənistan 
SSR-dəki  tarixi-etnik  ərazilərindən  zorla  sıxışdırıb  çıxanlması  -   deportasiyası 
olmuşdur.  1943-cü  ildə  ikinci  dünya  müharibəsinin  gedişi  dövründə  üç  dövlət 
başçılarınm  Tehran  konfransında  Sovet-İran  münasibətləri  müzakirə  edilərkən 
erməni  disporu  əlverişli  vəziyyətdən  istifadə  edərək  «köçürülmə  məsələsi»ni 
ortaya  atm ışdüar3.  Erməni lobbisi SSRİ  xarici  işlər  naziri  V.M olotova m üradət 
edib  xahiş  etmişdir  ki,  İranda  yaşayan  ermənilərin  SSRİ-yə  köçməsinə  icazə 
versinlər4. 
M olotov 
e b   oradaca  İ.Stalinlə  danışıqdan 
sonra 
onların 
köçürülməsinə  razılıq  vermişdir5.  Ermənistan  K(b)PM K -nin  birinci  katibi 
Q.H artyunov  bu  fursətdən  məharətlə  istifadə  etdi.  O,  xaricdəki  ermənilərin 
Erm əm stana köçürülməsi və  azərbaycanhlann  Ermənistandan  zorla  köçürülməsi 
barədə qərar verilməsinə nail olmuşdur.
1945-ci  ilin  payızında  Q.Hartyunov  başda  olmaqla  Ermənistan  rəhbərliyi 
növbəti  dəfə  OİK(b)P  M K  qarşısında  Azərbaycanm  Dağlıq  Qarabağ  M uxtar 
Vilayətinin  Ermənistana verilməsi məsələsini  qaldırır6.  Ermənistan K(b)P M K  və
137

XKS-nin  İ.V.Stalinə  ünvanlanmış  müraciəti  heç  bir  elmi,  tarixi  əhəmiyyəti 
olmayan  yalan  bir  uydurmadan  ibarət  idi.  Həmın  əsassız müddəada  göstərilirdi 
ki,  DQMV-nin  ərazisi  iqtisadi  cəhətdən  daha  çox  Azərbaycan  SSR-də  deyil, 
Ermənistan  SSR-lə  bağlıdır.  Onlar  coğrafi  məkan  yaxmlığını  əsas  götürərək 
Dağlıq  Qarabağı  Ermənistana  birləşdirməyi  vacib  məsələ  kimi  qaldırmışdılar. 
Ermənistanm  dövlət  başçısı  guya  belə  bir  faktı  əsas  gətirirdi  ki,  DQMV-də 
iqtisadi  və  mədəni  inkişafı  şərtləndirən  amil  Ermənistanm  bölgəyə  yaxından 
iqtisadi  köməyi  olmuşdur.  Lakin  tarixi  faktlar  göstərir  ki,  bəhs  edilən  dövrdə 
Ermənistan  SSR-in  nəinki  başqa  bölgələrə  kömək  etmək,  özünün  yardıma 
ehtiyacı  var  idi  və  Azərbaycandan  belə  bir  köməyi  alırdı.  Həmçinin  Mərkəzə 
ünvanlanmış müraciətdə belə bir ağ yalan  da  var idi  ki, guya DQMV-də yaşayan 
erməni  əhalisi  həmişə  Azərbaycan  rəhbərliyi  tərəfindən  sıxışdırıhr,  bölgəyə 
baxımsızlıq  və ögey  münasibət  göstərilir,  DQMV-nin  iqtisadi  və  mədəni  inkişafı 
Azərbaycanm  başqa  bölgələri  ilə  müqayisədə  geri  qalır.  Ona  görə  də  burada 
yaşayan  əhali  Ermənistan  SSR-ə  birləşməyi  daha  üstün  tutur.  Bəs  tarixi  faktlar 
nə  deyir?  Qərəzsiz  elmi  araşdırmalar  əsasmda  müəyyən  edilib  ki,  ermənilər 
Qarabağm  dağlıq  hissəsinə  köçürüldükdən  sonra  hər  cür  şəraitlə  təmin 
olunmuşlar.  Hətta  car  rusiyası  tərəfındən  verilmiş  fərmana  görə  onlarm  silah 
gəzdirmək  hüququ  belə  var  idi.  Həmçinin,  imperiya  rəhbərliyi  yerlərdə  öz 
dayaqlannı  möhkəmləndirmək  məqsədilə  din  qardaşlanm  mötəbər  vəzifələrdə 
yerləşdirmişdilər.  Sovet  hakimiyyəti  illərində  də  bu  hal  davam  etdirilmişdir. 
Dağlıq Qarabağa «ögey münasibət»i  isə aşağıdakı faktlardan aydm görmək olar. 
Hansı  dövrə  müraciət  etsək  dediklərimiz  tarixi  həqiqətləri  bir  daha  sübut  etmiş 
olarıq.  Məsələn,  1926-1927  tədris  ilində  Azərbaycan  üzrə  hər  1000  nəfərə  59 
müəllim  düşürdüsə,  DQMV-də  bu  rəqəm  199-a,  Naxçıvanda  46-ya,  qonşu 
Ağdam  rayonunda  38-ə  çatırdı7;  1927-1933-cü  illər  ərzində  Azərbaycanda  cəmi
11  dövlətə  məxsus  ipək  sənayesi  müəssəsi  yaradılmışdır  ki,  bunun  7-si  DQMV- 
nin  payına  düşürdü*;  1934-cü  ildə  DQMV-də  sovxoz  və  MTS-lərdə  çalışan 
qulluqçular  1058  nəfər  idisə,  bu  rəqəm  Naxçıvanda  383-ə çatırdı9;  1933-cü ildə 
DQMV-də  gücü  408  klovata  çatan  4  elektrik  stansiyası  fəaliyyət  göstərirdisa,
Naxçıvanda  gücü  181  klovata  çatan  1  elektrik  stansiyası  fəaliyyət  göstərirdi10; 
1926-1931-ci illərdə Xankəndində əhalinin sayı  3,4 mindən 4,9 minə (artım 54%) 
çatmışdırsa  Bakıda  454  mindən  589  minə  (artım  30%)  Naxçıvan  MSSR-də  isə 
artım  olmamışdır  (10,3  min  nəfər  =  10,3  min  nəfər)11;  1927/1928-d  təsərrüfat 
ilində  Mərkəzı  Dövlət  Bankmdan  abadlaşdırmaya;  Xankəndinə  60  min, 
Naxçıvan  MR-na  57  min,  Bərdəyə  20  min  vəsait  aynlmışdır12.  Yuxanda 
sadaladığımız və adlarmı çəkmədiyimiz yüzlərlə faktlar DQMV-i mövcud olduğu 
bütün  dövrlərdə  müşahidə  edilmişdir.  Məsələn,  1950-1951-ci 
tədris  ilində 
Azərbaycanda hər məktəbə orta  hesabla 7  müəllim, Naxçıvan  MR-də  6 müəllim 
düşdüyü halda  DQMV-də 9 müəllim  düşürdü13. Həmin ildə Azərbaycan üzrə hər 
24  nəfər  şagirdə  1  müəllim,  Naxçıvanda  20 nəfərə  1  müəllim,  DQMV-də  isə  17 
nəfərə  1  müəllim  düşürdü14.  1987-ci  ildəki  bəzi  faktlan  nəzərdən  keçirək:  Bəhs 
edilən  ildə  Respublika  üzrə  hər  adama  düşən  istehsal  məhsullarmın  həcmi  21 
manat idisə, DQMV-də  bu göstərici  30 manat olmuşdu.  Həmin  ildə Respublika 
üzrə adambaşma döşən mənzil  10,9 kvadrat metr ikən, DQMV-də hər adama  15 
kvadrat metr mənzil düşürdüıs.  Bu və ya buna bənzər tarixi faktlar sübut edır ki, 
DQMV-də  əhalinin  sosial-iqtisadi  vəziyyəti  Azərbaycanm  başqa  regionlan  ilə 
müqayisədə  üstün  olmuşdur.  Bütün  bunlarla  yanaşı  DQMV*də  yaşayan 
müsəlmanlar  həmişə  namərd  ermənilərin  mənfur  və  amansız  siyasətinin 
qurbamna  çevrilmişlər.  Yuxarıda  bu  haqda  qeyd  etmişik  və onlardan  bəzilərini 
bir  daha  xatırlamaq  yerinə  düşərdi.  1960-cı  illərdə  DQMV-nin  azərbaycanlılar 
yaşayan kəndlərdə məktəbəqədər uşaq müəssələri  10 faiz olduğu halda, ermənilər 
yaşayan  kəndlərdə 30 faizdən çox olmuşdur16. Tibb müəssələri, idman qurğuları, 
rabitə  xidməti  və  başqa  sahələrdə  də  bu  cür  bərabərsizlik  mövcud  idi. 
Azərbaycanhlar  yaşayan  kəndlərdə  iş  yerləri  olmadığı  halda,  ernıənilərin 
məskunlaşdıqlan  kəndlərdə sənaye  müəssisələrin  və fabriklərin  filiallan  açılırdı. 
İş  yerləri  olmadığmdan  azərbaycanlılar  yaşadıqlan  kəndlərdən  çıxıb  iş  dahnca 
başqa şəhəriərdə getməklə həmin kəndlər gflndən-günə boşalırdı.
Arxiv  materiallarmdan  birindən  Xınzırıstan  ipək  emalı  fabrikinin  bir 
briqadasmm  mükafatlandırma  cədvəlinə  rast  gəldik  və  oradan  oxuyuruq:  1.
139

Beqlaryan  Armenak  -   5229  manat;  2.  Mehdi  Kərbalayi  oğlu  -   42  manat;  3. 
Mextaryan  Baqdarsar  906  manat;  4.  Dadaş  Ağalar  oğlu  -   45  manat;  5. 
Kasparyan Karapet -  300 manat; 6. Dadaş Əsgər oğlu -  5 m anat17..... və sair.
Adicə  yuxarıdakı  bərabərsizlik  sitilində  yazılmış  cədvoli  nəzərdən 
keçirməklə erməni  rəhbərliyinin xalqımıza  qarşı  necə qəddar mövqe tutduğunun 
şahidi  oluruq.  Həm  də  gətirdiyimiz  bu  faktlar  erməni  daşnaklarının 
Azərbaycamn  qədim  və  bərəkətli  bölgəsi  olan  DQMV-nın  Ermənistana 
birləşdirmək məqsədilə ağ yalan uydurduqlarmı  bir daha təsdiq edir.
Q.Y.Harutyunovun Moskvaya ünvanladığı  müraciətin  başqa bir bəndində 
göstərilirdi  ki,  guya  DQMV-nin  Azərbaycan  SSR-dən  almıb  Ermənistan  SSR-ə 
birləşdirilməsi  fıkri  bölgədə 
yaşayan  bütün  əhalinin  rəyidir.Bu  da  tamam 
böhtandan  başqa  bir  şey  dyildir.  Ona  görə  ki,  ilk  növbədə  DQMV-də  əhalinin 
xeyli  hissəsinin  azərbaycanlılar  təşkil  etdiyini  və  onların  heç  vaxt  Ermənistan 
SSR-ə  birləşmək  fıkrinin  olmadığmı  demək  lazımdır.  Həmçinin  XX  əsrin  istər 
20-ci  illərində  istərsədə  40-cı  illədə  əhali  içərisində  aparılan  rəy  sorğusuna  görə 
DQMV-də  yaşayan  dinc  zəhmətkeş  erməni  əhali  bol  təbii  sərvətlərə  malik  olan 
Azərbaycan 
SSR-də 
qalmağa 
üstülük 
verdiklərini 
bəyan 
etmişdilər. 
Q.Harutynovun  boş  cəfəngiyyatla  dolu  olan  müraciətinin  mətni  ilə  ətraflı  tanış 
olan  İ.V.Stalin  həmin  məsələ  ilə  məşğul  olmağı 
ÜİK(b)  P  M K-nin  katibi
G.M.Malenkova  tapşırdı.  ÜİK(b)  P  MK-nin  katibi  G.M.Malenkov  dərhal 
məsələyə müsbət reaksiya verdi17.  O da Dağlıq Qarabağ məsələsində maraqlı idi. 
Məlum həqiqətdir ki,  XX yüzillik ərzində Azərbaycana  qarşı ermənilərin  əsassız 
ərazi  iddialarmda  daşnaklar  aysberqin  görünən  tərəfı  rolunu  oynayırdılar. 
Əslində bütün hadisələr dövlət səvıyyəsində hazırlanıb həyata  keçirilən tədbir idi. 
İblis  libası  geymiş  Moskvadakı  məmurlar  və  onlann  Zaqafqaziyadakı  yüksək 
rütbəli  nümayəndələri  ermənilərə  «Böyük  Ermənistan»  dövləti  yaratmağa  rəvac 
verən qüw ələr hesab olunurdular.
1945-ci  il  noyabrın  28  -   G.M.Malenkov  Ermənistan  dövlətinin  başçısı 
Q.Harutynovun  yazdığı  müraciətin  mətnini  Azərbaycan  K(b)  P  MK-nin  birinci 
katibi  M.C.Bağırova  göndərdi18.  M.C.Bağırov  məsələ  ilə  ətraflı  tamş  olduqdan
140
sonra  10  dekabr  1945-ci  ildə  G .M .M alenkova  cavab  məktubu  göndərdi. 
A panlan  tədqiqatlara əsasən  məlum  olur  ki,  M.C.Bağırov,  məktubu  tam  məxvi 
qriflə yazmışdır19.  Azərbaycan dövlətinin  başçısı M .C.Bağırovun cavab məktubu 
həm  çox  maraqlı,  həm  də  əhəmiyyətli  idi.  Ona  görə  m araqlı  idi  ki,  Sovet 
hakimiyyəti  illərində  ilk  dəfə  idi  ki,  Azərbaycan  dövlətinin  başçısı  tarixi 
Azərbaycan  torpaqları  problemini  qaldınrdı.  M əktubda  Dağlıq  Qarabağm 
tarixən Azərbaycan ərazisi olduğu elmi, sənədli faktlarla sübut edilirdi.  Həmçinin 
M.C.Bağırov  göstərirdi  ki,  Ermənistan  K(b)  P  M K   -   birinci  katibi 
Q.Harutynovun  Dağlıq  Q arabağla  bağlı  irəli  sürdüyü  bütün  iddiaların  heç  bir 
elmi, tarixi əsası yoxdur və orada yazılanlar şər və boş cəfəngiyyatdır. DQMV-də 
yaşayan  əhalinin  sosial-iqtisadi  vəziyyəti  barədə  sizin  məlumatınız  var  və  onlar 
nəinki  Azərbaycanın  başqa  bölgələrinin  hətta  Ermənistanm  əhalisindən  üstün 
yaşayış  tərzinə  malikdirlər.  Bölgədə  yşayan  dinc,  zəhmətkeş  ermənilər 
Ermənistana  birləşmək  fikrində  olmayıblar.  M.C.Bağırov  Moskvanın  yüksək 
rütbəli rəhbərinə tutarlı və obyektiv tarixi faktlar yazıb göndərmişdir.
Cavab  m əktubunda  daha  sonra  göstərilirdi  ki,  Ermənistan  dövlətinin 
Dağhq  Qarabağla  bağlı  ərazi  iddialanna  gəldikdə  isə  biz  aşağıdakı  şərtlərlə 
DQMV-ni Ermənistana güzəştə gedərik ki;
1. 
DQMV-nin 
Ermənistana 
güzəştə 
gediləcəyi 
təqdirdə, 
Azərbaycanlılarm  daha  çox  yaşadığı  Şuşa  rayonu  DQMV-nin  tərkibindən 
çıxarılmaqla Azərbaycamn tərkibində saxlanılsm;
2. 
Zəngəzur bölgəsi bütövlükdə Azərbaycana qaytanlsm ;
3. 
Müxtəlif 
vaxtlarda 
Azərbaycandan 
məcburi 
şəkildə 
almıb 
Ermənistana, Gürcüstana və Rusiyaya verilmiş bir çox tarixi ərazilər Azərbaycan 
SSR-ə qaytanlsın20.
Moskva  rəhbərliyi,  daşnak  liderlər  və  erməni  lobbisi  Azərbaycan 
rəhbərliyin  bu  səpgidəki  cəsarətli  cavabmı  gözləmirdi.  Belə  qətiyyətli  cavab 
erm ənibrin  «Böyük  Ermənistan»  dövləti  yaratm aq  kimi  mənfur  planlanm n 
pozulması demək idi.  Həmçinin  SSRİ  rəhbərliyi  səhf addım atdığmı  başa düşdü. 
Mərkəzi hökümət anladı ki, belə  bir addım  SSRİ-ni həm daxildən zəiflədər,  həm
141

də  beynəlxalq  aləmdə  nüfuzdan  salar.  Türkiyə  ilə  Azərbaycamn  əsas  ərazisi 
arasında yaradılmış  «erməni  ərazisi»  bununla  ləğv  edilirdi.  Belə  bir vəziyyət isə 
nə Sovet rəhbərliyini, nə də erməniləri qane etmədi.  Çünki bu hal Sovet höküməti 
üçün  sonsuz  fəlakətlər  yarada  bilərdi.  Rusiyamn  himayəsi  və  köməyi  ilə 
Azərbaycanm  tarixi  torpaqları  hesabına  yaradılmış  «Ermənistan  dövləti»nin 
varlığı  sual  altmda  qahrdı.  Belə  bir  təhlükənin  real  olduğunu  görən  mərkəzi 
hökümət  ermənilərin  Azərbaycana  qarşı  ərazi  iddialarını  rədd  edərək  məsələnin 
«arxivə  verilməsini»  tövsiyə  etdi.  Beləliklə,  Azərbaycanm  tarixi  torpaqları 
hesabma  özlərinə  dövlət  yaradan,  Türkmənçay  sülhündən  sonra  Dağlıq 
Qarabağda  məskunlaşan  ermənilər  1905-1906  və  1918-1920-ci  illərdə  həmin 
əraziləri  silahlı  müdaxilə  yolu  ilə  Ermənistana  birləşdirməyə  cəhd  etsələrdə, 
məqsədlərinə nail ola bilməmiş və XX yüzilliyin 40-cı illərində Moskvadakı erməı 
rəhbərliyinə  arxalanaraq  dinc  yolla  «Böyük  Ermənistan»  dövləti  yaratmaq 
arzusu  ilə  «Dağlıq  Qarabağ  məsoləsi»ni  yenidən  qaldırmış,  lakin  Azərbaycan 
rəhbərliyinin  qətiyyətli  mövqeləri  nəticəsində  ərazi  bütövlüyümüz  qorunub 
saxlanılmışdır.
Dağlıq 
Qarabağm 
Ermənistana 
birləşdirilməsi 
haqqmda 
erməni 
rəhbərliyinin  növbəti  təklifi  o  zaman  A.Mikoyanm  vasitəsilə  N.Xruşşovun 
rəhbərliyi  dövründə  qaldınlmışdır.  Həmin  dövrdə  DQMV-nin  Ermənistana 
birləşdirilməsi  məsələsinə  N.Xuruşşov  öz  fikrini  belə  ifadə  etmişdi:  «Mən 
Ermənistana  getmək  istəyən  qarabağh  ermənilər üçün  kifayət  qədər  yük  maşını 
aynlması  haqmda  sərəncam  verə  bilərəm».  Demək  olar  ki,  N.Xuruşşovun 
vicdanlı  qərarı  ilə «Dağlıq  Qarabağ  məsələsi»  müvəqqəti  olsada  bağlanmışdır21. 
«Böyük  Ermənistan»  dövləti  yaratmaq  xülyasmda  olan  ermənilər  Dağlıq 
Qarabağa  Azərbaycandan  qopara  bilmədikdə  başqa  bir  yola  əl  atdılar.  Belə  ki, 
Ermənistanda  qədimdən  yaşayan  azərbaycanlıları  öz  ata-baba  yurdlarmdan 
çıxarmaq  və  həmin  əraziyə  dünyanın  müxtəlif  ölkələrinə  səpələnmiş  erməni 
köçürmək  və  beləliklə  «Türksüz  Ermənistan»  dövləti  yaratm aq  planını  işləyib 
hazırlamışdılar.  «Daşnakstyun»  partiyası  bu məsələyə xüsusi  hazırlıq görmüşdü: 
Hələ  1943-cü ildə SSRİ Xarici İşlər Naziri V.Molotova müraciət edilmiş, o isə öz
142
növbəsində  İ.V.Stalinin  razılığmı  almışdı.  Yuxarıda  qeyd  olunan  məsələnin 
ermənilərin  xeyrinə həll  edilməsində  İ.Stalinə yaxm olan  Beriya və M ikayanında 
rolu  böyük  olmuşdur.  1946-cı  il  oktyabrın  19-da  SSRİ  Ali  Sovetinin  Rəyasət 
Heyəti  xarici  ölkələrdə  yaşayan  ermənilərin  Ermənistan  SSR  ərazisinə 
köçürülməsiilə  bağlı  Fərman  verdi22.  1947-ci  ilin  iyununda  «Daşnaksütyun» 
partiyasmın  XIV  konqrensində  «Azərbaycanlıların  yaşadıqları  Ermənistan  SSR 
ərazisindən  çıxarılması  və  Erm ənistan  SSR  sərhədlərinin  genişləndirilməsi 
haqqında» qərar çıxardı23.  Bu işdə Q riqorian kilsəsi də öz xeyir-duasmı vermişdi. 
Beləliklə  azərbaycanlılarm  Ermənistan  SSR  ərazisindəki  öz  dədə-baba 
torpaqlarm dan məcburi şəkildə qovulmasınm növbəti üçüncü mərhələsi başlandı. 
X atırladaq  ki,  birinci  mərhələ  1905-1906-cı  illərdə,  ikinci  mərhələ  1918-1920-ci 
illərdə,  üçüncü  mərhələ  1948-1953-cü  illərdə  olmuşdur.  1947-ci il  dekabrın  23-də 
SSRİ Nazirlər Soveti  «Ermənistan SSR-dən  kolxozçularm və başqa azərbaycanlı 
əhalisinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığma  köçürülməsi  haqqında  4083 
saylı  10 m art  1948-ci  il  tarixli 754 saylı  başqa  bir qərarmda isə konkret  tədbirlər 
planı müəyyən  edildi»24. Həmin plana görə  1948-1950-ci illər ərzində «könüllülük 
prinsipi  əsasmda»  Ermənistan  SSR-də  yaşayan  100  min  azərbaycanlı  əhali 
Azərbaycan  SSR-in  Kür-Araz ovalığına  köçürülməli  idi2S.  Ərazidən  deportasiya 
edilmiş  azərbaycanlıların  evləri  Ermənistana  müxtəlif  ərazilərdən  gətiriləcək 
ermənilərin  istifadəsinə  verilməsi  də,  SSRİ  Nazirlər  Sovetinin  diqqətindən 
yayınmamışdı. 
1948-1950-ci 
ilərdə 
Ermənistan 
SSR-də 
yaşayan 
Azərbaycanlüarm  150  min  nəfəri  doğma  yurdlarmdan  zorla  çıxarıldı.  Bu 
çıxarılmanın  adı  «könüllü»  ifadəsi  ilə  işlənsədə  əslində  150  min  azərbaycanlı 
Ermənistan  SSR  ərazisindəki  dədə-baba  yurdlarında  kütləvi  surətdə  və 
zorakılıqla sürgün  olundular26.  Deportasiya tədbirləri Ermənistamn 22 rayonunu 
əhatə edirdi,  hansıki həmin  rayonlarda  azərbaycanlılar yığcam  və ya  ermənilərlə 
qarışıq  halda  yaşayırdılar.  Ermənistanlı  soydaşlarımız  Azərbaycanın  Saatlı, 
Göyçay,.  Tərtər,  İmişli,  Əli-Bayramlı,  Zərdab,  Salyan,  Kürdəmir,  Xaldan, 
Sabirabad, 
Beyləqan, 
Yevlax, 
TJcar, 
Gədəbəy 
və 
Bərdə 
rayonlarm a 
köçürülmüşlər.  Köçürülmə  zamanı  insan  hüquqlan  kobudcasma  pozulmuşdur.
143

Minlərlə adam, xüsusilə uşaqlar və qocalar kəskin iqlim dəyişikliyinə dözməyərək 
həlak olmuşlar27.
Ermənistandan  deportasiya  olunanların  DQMV-də  yerləşdirilməsinə 
Azərbaycanda  köçürmə  komissiyasma  rəhbərlik  edən  erməni  Brretens  və 
Sevumyan  hər  vasitəsi  ilə  maneə  olmuşlar.  Aparılan  tədqiqatlar  nəticəsində 
məlum  olmuşdur  ki,  1948-ci  ilin  avqustunda  Ermənistan  SSR-dən  DQMV-nin 
Xocavənd  rayonuna  31  təsərrüfat  (570  nəfər)  gəlmişdir.  Onlardan  86  təsərrüfat 
(355 nəfər) Xocavənd rayonunun Qişi kəndində,  17 təsərrüfat (82 nəfər) rayonun 
Xunuşnak  kəndində 
məskunlaşmışdılar28. 
Ermənistandan 
köçürülənlərin 
DQMV-də yerləşdirilməsinə  Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında Köçürmə 
İdarəsinin nümayəndəsi Əbdürəhmanov və DQMV İcraiyyə Komitəsində işləyən 
Kərimov  kömək  etsələrdə  Azərbaycanda  yüksək  vəzifələr  tutan  Markaryan, 
Qriqoryan,  Yemelyanov,  Borşov  və  başqaları  köçən  azərbaycanlılarm  DQMV- 
dən  geri  qaytarmışdılar.  DQMV-nin  rəhbərliyidə  Dağlıq  Qarabağa  köçürülmüş 
erməniləri  hər  vasitəsi  ilə  sıxışdırmışlar.  Deyilənləri  aşağıdakı  faktlardan  da 
aydın  görmək  olar.  Belə  ki,  DQMV-də yaşayan  ermənilər Mərkəzə böhtan dolu 
məktub  yazaraq,  köçüb  gələn  azərbaycanlılann  ərazidə  özlərini  yaxşı 
aparmaması,  oğurluq  etməsi,  şuluqluş  salması,  dövlət  siyasəti  əleyhinə  təbliğat 
aparması, millətlər arasmda münaqişələr törətməsi və sair yalan xəbərlərlə onları 
gözdən  salırdılar29.  DQMV-nə  köçürülənlər  çox  dözülməz  şəraitdə  yaşayırdılar. 
Elə hallar  olurdu ki,  bir neçə  ailə bir  daxmada  daldalanır,  çox hallarda isə mal- 
qara  ilə  bir tövlədə  yaşayır,  yaşadıqlan  «evlərin»  isə  tavanı,  qapı-pəncərəsi  çox 
yarıtmaz  vəziyyətdə  idi.  «Gəlmələr»  arasm da  xəstəlik  halları  aşkar  edilirdisə 
dərhal  ərazidən  qovulurdular50.  Dövlət  tərəfindən  köçürülənlərə  ayrılan  vəsait 
vilayət  rəhbərliyi  tərəfindən  tamamilə  mənimsənilirdi.  Xocavənd  rayon  Xalq 
Maarif şöbəsinin  müdiri  Ulubabayan  «gəlmə»  azərbaycanlılara  həqarətlə  baxır, 
onlann uşaqlarının təhsilə cəlb olunması  üçün heç bir tədbir görmür, hətta buna 
maneə  olurdu.  Belə  ki,  Güney  Çartaz  kəndində  «Azərbaycan  dili»  dərsi  deyən 
müəlliməni  RTŞ-nin  müdiri  işdən  azad  etmiş  və  onun  yerinə  heç  bir  ixtisası 
olmayan,  sadəcə olaraq  oxuyub yazmağı  bacaran  şəxsi müəllim  təyin  etmişdir31.
Bu və ya  buna  bənzər faktlar arxiv sənədlərində, müxtəlif qəzet və jum allarda öz 
əksini tapmışdır.
DQMV-nə  köçən  soydaşlarımız  acmaeaqlı  vəziyyətdə  yaşadıqlarını  və 
təqiblərə 
məruz 
qaldıqlanm 
Respublika 
Nazirlər 
Sovetinin 
sədri 
İ.K.Abdullayevə 
ünvanladıqları 
məktubda 
bildirmişdilər. 
Azərbaycan 
hökümətinin  göstərişi  ilə  1949-cu  ilin  maymda  Azərbaycan  SSR  Köçürmə 
İdarəsinin  rəisi  N.Allahverdiyev  DQMV-də  vəziyyətlə  tanış  olmaq  üçün 
Xankəndinə  ezam  olunmuşdu.  O  doğrudanda  Xocavənd  rayonuna  köçürülmüş 
soydaşlanmızm  vəziyyətlərinin  son  dərəcə  acmacaqlı  olmasmm  şahidi  olmuş  və 
bu barədə mərkəzə məlumat vermişdir32.  Məlumatda belə bir əlavə də edilmişdir 
ki,  Xocavənddəki  «köçkünlərin»  adi məişət  şəraiti  yoxdur,  aclıq  və  xəstəlik  baş 
alıb  gedir,  yaxşı  olar  ki,  buradakı  məskunlaşan  ailələri  Ağdərə  rayonuna 
köçürək. 
Lakin 
DQMV-nin 
erməni 
rəhbərliyi 
Azərbaycan 
köçürmə 
komissiyasmm  rəhbərlərindən  olan  ermənilərin  /Brutens,  Sevumyan  və 
başqalarımn/ köməyindən istifadə edərək, müxtəlif bəhanələrlə DQMV-nin bütün 
ərazisində  məskunlaşmış  «gəlmələri»  çıxarıb  Yevlax,  Kürdəmir,  Ucar,  Bərdə, 
Beyləqan  rayonlarında  yerləşdirmişlər.  DQMV-də  azərbaycanlılann  sayının 
çoxalması  erməni  rəhbərliyinin  mənafeyinə  uyğun  deyildi.  Onlar  bölgədə  süni 
surətdə  ermənilərin  say  çoxluğunu  yaratmağa  çalışırdılar.  Ona  görə  də 
soydaşlarımızın  öz  dədə-baba  yurdlanndan  deportasiyası  zamanı  bir  nəfərdə 
olsun  azərbaycanlı  DQMV-nin  ərazisinə  buraxılmamışdı.  Əksinə  əvvəlki 
dövrlərdə  olduğu  kimi  1948/1950-ci  illərdə  daxili  qarışıqlıqdan  istifadə  edən 
Dağlıq  Qarabağ  rəhbərliyi  azərbaycanlıları  Vilayət  ərazisindən  çıxarıb 
köçürməyə  nail  olmuşlar.  Təkcə  1949-cü  ildə  «daxili  köçürmə»  adı  altında 
DQMV-dən  132  azərbaycanlı  ailəsi  (549  nəfər)  Azərbaycan  SSR  Xanlar 
rayonuna  köçürülmüşdür33.  Sonrakı  illərdə  bu  proses  davam   etdirilmişdir. 
DQMV-nin  azərbaycanlılar  yaşayan  kəndlərində  heç  bir  sosial-iqtisadi,  mədəni 
tədbir  həyata  keçirilməmiş,  süni  surətdə  aclıq,  yoxsulluq,  qıtlıq  yaradılmış  və 
soydaşlarımızı  öz  tarixi  torpaqlarından  köçməyə  vadar  etmişdilər.  İstər 
Ermənistan  SSR-dən  istərsədə  DQMV-dən  azərbaycanlılann  zorla  köçürülməsi
145

və  ya  köçməyə  məcbur  edilməsi  prosesi  vaxtı  xarici  dövlətlərdən  ermənilər  bu 
ərazilərə  gətirilmiş  və  boşaldılmış  azərbaycanlılarm  evlərində  yerləşdirilmişdilər. 
Beləliklə,  planlı  şəkildə  həmin  ərazilərdə  ermənilərin  sayı  artdı  və  Mərkəzi 
hökümətin  yeritdiyi  antiazərbaycan  siyasəti  nəticəsində  istər  Ermənistanda, 
istərsə  də  DQMV-də  qədim  Azərbaycan  toponimləri  erməniləşdirilməyə, 
azərbaycanlılara məxsııs abidələrin məhv edilməsinə rəvac verildi.  Azərbaycanın 
yeni  sənaye  mərkəzlərinə  -   Sumqayıt,  Əli  Bayramlı,  Mingəçevir,  Daşkəsən  və 
başqa  şəhərlərinə  xaricdən  ermənilər  köçürüldü.  DQMV-də,  Bakıda,  Gəncədə 
erməni  lobbisi  gücləndi.  Soydaşlanmıza  qarşı  mənəvi  terror  hərəkatma  geniş 
meydan  veriidi35.  40  ildən  sonra,  yəni  80-cı  illərin  sonlarında  isə  Ermənistanda 
bir nəfərdə olsun soydaşımız qalmadı.  1991-ci il avqustun  8-də Ermənistan SSR- 
də  sonuncu  azərbaycanlı  kəndi  olan  Nüvədi  kəndinin  boşaldılması  ilə 
azərbaycanhların  dədə-baba  torpaqlanndan  kütləvi  şəkildə  qovulmasmm 
sonuncu mərhələsi başa çatdı.
Sovet  rejimi  şəraitində  soydaşlarımızm  deportasiyası  adi  bir  dəyişiklik 
hesab  olunmuşdu.  Bu hadisələrə ilk dəfə olaraq siyasi qiyməti  millət  və xalqının 
qədrini  bilən,  ümummilli  liderimiz  H.Ə.Əliyev  vermişdi.  O,  1997-ci  il  dekabnn 
18-də «1948-1953-cü illərdə azərbycanlılann  Ermənistan  SSR  ərazisindəki tarixi- 
etnik  torpaqlarından  kütləvi  surətdə  deportasiyası  haqqmda»  fərman  imzaladı. 
Həmin  fərmanda  deyilirdi:  «Son  iki  əsrdə  Qafqazda  azərbaycanlılara  qarşı 
məqsədyönlü  şəkildə  həyata  keçirilmiş  etnik  təmizləmə  və  soyqırımı  siyasəti 
nəticəsində  xalqunız  ağır  məhrumiyyətlərə,  milli  faciə  və  məşəqqətlərə  məruz 
qalmışdır...  1948-1953-cü illərdə  150  mindən  çox  azərbaycanlı  Ermənistan  SSR 
ərazisindəki  dədə-baba  yurdlanndan  kütləvi  surətdə  və  zorakılıqla  sürgün 
olunmuşdur.  Minlərlə  insan  o  cümlədən  qocalar  və  körpələr  ağır  köçürülmə 
şəraitinə,  kəskin  iqlim  dəyişikliyinə,  fiziki  sarsıntılara  və  mənəvi  genosidə 
dözməyərək  həlak 
olmuşlar.  Bu  işdə  erməni  şovinist  dairələrinin  və  SSRİ 
rəhbərliyinin cinayətkar siyasəti mühüm rol oynamışdır. Təəssüf ki,  1948-1953-cü 
illərdə azərbaycanhlann Ermənistan SSR ərazisindən deportasiya olunması faktı 
ötən  50  il  ərzində  lazımmca  araşdınlmamış,  bu  hadisələrə  hüquqi-siyasi  qiymət
146
verilməmişdir...  Bu  gün  həmin hadisələr tədqiq edilməli  və dünya  ictimaiyyətinə 
çatdınlmalıdır»3s.  Bu fərman xalqımızın çoxdankı istəyini ifadə edən tarixi, siyasi 
və  hüquqi  sənəd  oldu.  Həmçinin  hərtıin  sənəd soydaşlarımıza  qarşı  soyqınm  və 
departasiya  siyasətinin  mürtəce  m^feiyyətinin  dünya  ictimaiyyətinə  çatdırılması 
baxımmdan çox böyük əhəmiyyətə malik idi.
147
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə