AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   2   3   4   5   6   7   8   9   ...   49

BÜTPƏRƏSTLƏR –  Allahla yanaşı
başqa tanrıların varlığına inanan və onlara
tapınan insanlardır. Bütpərəstlər yaradanı
yaradılmışdan ayrılmış, ondan uzaqlaşmış
hesab edirlər. Onlara görə, Yaradanla dünya
arasında əlaqəni yalnız vasitəçilər qura bilər.
Bu vasitəçilər də, sayları çox olan tan-
rılardır(Quran, 39: 3). 
İslam alimlərinin çoxu başqa tanrılara
tapınanları bütpərəst hesab edir və buna dəlil
kimi Quranın (9: 30) ayəsini gətirirlər. İs-
lamda bütpərəstlər ən böyük günahkarlar
hesab olunurlar. Onlar bu inanclarına görə
tövbə etməsələr, Allah onları əsla bağışlamaz
(Quran, 4: 48). Hətta, Quranın (9: 113) ayəs-
inə görə Allaha bütpərəstlərin bağışlanması
üçün dua etmək belə yol verilməzdir. 
Quran (9: 28) ayəsinə görə bütpərəstlərin
Məkkədə  müqəddəs məkanlardan hesab
edilən  Məscidül-Harama girməsi qadağan
olunmuşdur. Ancaq, bu ayəni başqa cür təfsir
edənlər, onların ora girməsində heç bir prob-
lemin olmadığını qeyd edirlər. Bütpərəstlərin
başqa məscidlərə girmələri haqqında isə
müxtəlif hökmlər vardır. Bəzi alimlər onların
başqa məscidlərə girmələrini də eyni dəyər-
ləndirmiş və bunun haram olduğunu iddia et-
mişlər. Bəziləri isə buna icazə verərək burada
heç bir problemin olmadığını qeyd etmişlər. 
Müsəlmanlar özlərini bütpərəstlərə
bənzətməməli, onlar kimi yaşamamalı, on-
ların 
adətlərini
mənimsəməməlidirlər.
Müsəlman alimlərinin əksəriyyətinin fikrinə
görə Allah bütpərəst olan yetkinlik yaşına
çatmamış, müstəqil düşüncəsi olmayan
uşaqları cəzalandırılmayacaq, onları
bağışlayacaqdır (Quran, 17: 15).
32
BÜT

C
CABİR İBN ABDULLAH (77/696 ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Xəzrəc qə-
biləsindən olan Cabir Mədinə şəhərində
doğulmuşdur. Cabir ibn Abdullahın atası İs-
lamı 
qəbul edərək müsəlmanların
mübarizəsində iştirak etmişdir. O, Uhud
döyüşündə 95 yaşında şəhid olmuşdur. Cabir
ibn Abdullah digər müsəlmanlarla bərabər
peyğəmbərin sağlığında 19 döyüşdə iştirak
etmişdir. Əlinin xəlifəliyi dövründə onun
tərəfində olsa da, onun vəfatından sonra
Müaviyəni xəlifə kimi tanımışdır. 
Cabir ibn Abdullah eyni zamanda hədis
ravilərindən biri olmuşdur. Onun rəvayət et-
diyi 1500-dən artıq hədis vardır. Cabir ibn
Abdullah İslamı yaxşı bilən bir şəxs kimi
Mədinədə Məscidün-Nəbəvidə müsəlmanlara
elm öyrətmişdir. Ayrıca, Cabir ibn Abdullah
ən son vəfat edən səhabələrdən biri olmuş-
dur. 
CADU  –  müxtəlif vasitələrlə insanın
ruhuna, bədəninə və həyatına təsir edən
fövqəltəbii bir güc və ya sehrdir. Sehr hələ
ən qədim zamanlarda müxtəlif ölkələrdə is-
tifadə edilirdi. Bu işi daha çox Babil və Misir
kahinləri həyata keçirirdilər. Quranda (2:
102) sehrin Babildən gəlməsi göstərilir. İs-
lamda  isə cadu və ya sehr, fal oxları kimi
məsələlər qadağan edilmişdir. Cadu ilə
məşğul olan insanların şeytanlarla bağlı-
lıqlarının olduğu iddia edilir. İmanlı insanlar
cadu ilə məşğul olanların yanına getməməli,
onlara inanmamalıdırlar. 
CAHİL –  Allahı tanımayan, İslamın
əmr-lərindən xəbərsiz olan insandır. Daha
geniş mənada bu söz avam, elmsiz, məlumat-
sız kimi mənalarında istifadə edilir. Cahil
həqiqəti bilmədiyindən, qarşısındakı insana
düşmən kəsilir və zidd hərəkət edir. İslamda
cahillik ən aşağılanmış anlayışlardan biridir.
Quranda (2: 67) Musa peyğəmbər “Cahil-
likdən Allaha sığınıram” demişdir. 
CAHİLİYYƏT –  İslamöncəsi dövrü
əhatə edir. Bu söz Quranda da anılmaqdadır
(5: 50). Bu termin daha çox ərəblərin İslama
qədərki bütpərəstlik dövrlərinə aid edilir. İs-
lamdan əvvəlki dövrdə insanlar Allaha üsyan
etmiş, öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş
edərək Allahın hökmlərinə qarşı çıxmışdırlar.
Onlar doğulan qız uşaqlarını diri-diri torpağa
basdırmış, istədikləri qədər qadınlarla evlən-
miş, bir-birləri ilə aramsız müharibələr
aparan cəmiyyət olmuşdurlar. Ancaq daha
geniş mənada, cahiliyyət bilgisizlik və
nadanlıq anlamlarında da istifadə edilir. 
CAİZ –  İslam hüququnda edilməsinə
icazə verilmiş əməldir. Müsəlman o əməli
edib-etməməkdə sərbəstdir və hər iki halda
doğru hərəkət etmiş olur. Bu qəbildən olan
işlərin görülməsi qadağan olunmasa da,
edildiyi təqdirdə də Allah qarşısında üstünlük
verilmir. Bəzən caiz termininin yerinə
səhih” terminini də istifadə edilir.
CALUT_–_Misirlə_Fələstin_arasında__yaşamış_Amalika_qəbiləsinin_başçısı_olmuş-__dur.'>CALUT –  Misirlə Fələstin arasında
yaşamış Amalika qəbiləsinin başçısı olmuş-
dur. İsrail oğulları onlara məğlub olanlardan
sonra, onlar İşmail peyğəmbərin məsləhəti ilə
Talutu özlərinə kral seçmişdirlər. Talut da
hakimiyyətə gələn kimi amalikalıların
üzərinə yürüş etmişdir. Ancaq, yəhudilərin
bir çoxu onlardan qorxmuş, yürüş zamanı or-
dunu tərk edərək geri çəkilmişlər. Qalan
döyüşçülər isə yürüşü davam edərək ama-
likalılarla qarşılaşmış, onlara qalib gələ
bilmişdirlər. Bu döyüşdə İsrailin sonrakı kralı
Davud Calutu öldürmüşdür. Bu hadisələr
Quranda (2: 246-252) anılmaqdadır. 
33
CALUT

CAMİ – bax: MƏSCİD.
CARİYƏ –bax: MƏMLÜKLƏR (I)
CAZİBƏ – sufilikdə Allahın öz qulunu
özünə doğru çəkməsidir. Sufizmə görə Allah
istədiyi insanı özünə doğru yönəldə bilər.
Allah istəsə özü ilə qulunun arasında olan
pərdəni aradan götürərək onu mənəvi yetkin-
liyin ən yüksək məqamına yüksəldər. Allahın
cazibəsi və sevgisini özündə duyan qul, vəcd
halına girir və öz varlığını itirərək içdən
gələn sevgi ilə Ona doğru yönəlməyə
başlayır. Sufilər cazibəyə dəlili kimi bu
Quran (42: 13) ayəsini gətirirlər.
CƏBRAİL  –  Allaha ən yaxın dörd
mələkdən biridir. Onun vəzifəsi Allahın
vəhylərini  peyğəmbərlərinə çatdırmaqdır.
Məhəmməd peyğəmbərə Quran Cəbrail va-
sitəsi ilə nazil olunmuşdur (Quran, 2: 97).
Cəbrail sözü iki qədim sami sözlərindən
yaranmışdır: “Cibr” (kölə) və “İl” (Tanrı).
Birlikdə səslənəndə bu sözlər “Allahın
köləsi” mənasını verir. Quranda Cəbrail –
Ruh və ya Müqəddəs Ruh kimi sözlərlə anıl-
maqdadır. O, Allahın peyğəmbərləri
qarşısında müxtəlif şəkillərdə görünə bilirdi.
CƏBRİLƏR – İslamda ortaya çıxmış ilk
dini dünyagörüşünə sahib cərəyanlardan
birinin davamçılarıdırlar. Onlara görə, Allah
hər bir insanın qədərini öncədən təqdir edir.
Buna görə insanın öz seçimi, azad istəyi yox-
dur və ya bu istək əhəmiyyət kəsb etmir. Hər
bir insan öz seçimini deyil, yalnız Allahın
ona təqdir etdiyini icra edir. “Cəbr” sözü də
zor işlətmə, basqı deməkdir.
Cəbr məktəbi Əməvilərin hakimiyyəti
dövründə yaranmışdır. Tarixi xronikalara
görə onun ilk təmsilçisi və ideoloqu Səd ibn
Dirhəm olmuşdur. Onun təlimi ilk olaraq
Bəsrədə yayılmışdır. İbn Dirhəmin tanınmış
tələbələrindən biri Cəhm ibn Səfvan olmuş-
dur. O təkcə seçim azadlığı ilə bağlı prob-
lemlə deyil, başqa ideyalarla da çıxış etmiş
və cəbriliyi inkişaf etdirmişdir. Onun iddi-
asına görə, cənnət və cəhənnəm sonlu yer-
lərdir. İnsanlar orada sonsuz olaraq
qalmayacaqlar. Quranın əzəliliyini (yaradı-
lışdan öncədən var olduğu inancını) doğru
hesab etməyən İbn Səfvan, onun Allah
tərəfindən yaradıldığını iddia etmişdir. Eləcə
də o, möminlərin cənnətdə Allahı görəcək-
lərini inkar edirdi. Onun davamçılarını “cəh-
milər” adlandırmışlar. Hüseyn ibn
Məhəmməd Nəccar və Dirar ibn Əmirin
davamçıları olmuş dirarilərlə nəccarilər də
cəbrilər hesab olunurlar.
CƏDƏL  –  kəlam (I) elmində məntiqə
əsaslanan dialektik metodlarla aparılan
müzakirə və mübahisələrdir. Quranda
peyğəmbərlər öz qövmləri ilə çoxsaylı müza-
kirələr aparmışdırlar. “Cədəl” sözü Quran
(43: 58) ayəsində zikr edilməkdədir. 
CƏFƏR İBN ƏBU TALİB (8/629 ildə
həlak olmuşdur) – Məhəmməd peyğəmbərin
əmisi Əbu Talibin oğludurMəkkədə doğul-
muşdur. İslamı ilk qəbul edənlərdən biri ol-
muşdur. Müsəlmanlar təqib edilən dövrlərdə
Cəfər ibn Əbu Talib digər müsəlmanlarla bir-
likdə Həbəşistana hicrət etmişdir. 
Həbəşistan  nəcaşisi (kralı)  Əshəmənin
yanına hicrət etmiş müsəlmanları geriyə qay-
tarmaq üçün iki tanınmış məkkəli - Abdullah
ibn Rəbiə və Əmir ibn As – getmişdirlər. Nə-
caşi də onların istəklərini yerinə yetirmək
istəmişdir. O müsəlmanları öz yanına çağır-
mış, onlara Məkkəyə qayıtmaq əmrini ver-
mişdir. Bu zaman Cəfər ibn Əbu Talib çətin
vəziyyətdən çıxmaq üçün Məkkədən gəlmiş
elçilərə üz tutub, onlara Həbəşistana sığınmış
müsəlmanların qüreyşlilərin kölələri olub-ol-
madıqlarını və ya Məkkədə hər-hansı bir
cinayət törədib-törətmədikləri sualını ver-
mişdir. Qüreyşlilərin elçiləri bu insanların
34
CAMİ

arasında kölələrin olmadığını, onların cinayət
törətmədiklərini bildirmişdir. Onlar yalnız
müsəlman olduqlarına görə təqib olun-
duqlarını bildirdilər. 
Bunu eşidən nəcaşi Cəfər ibn Əbu Talib-
dən müsəlmanların inancları haqqında
soruşdu. Cəfər də qısaca İslamın nə olduğunu
anlatmışdır. Quranın “Məryəm”, “Ənkəbut”,
“Rum”, “Kəhf” surələrindən ayələr oxumuş,
Nəcaşi İslam dininin əsaslarının Xristianlığa
yaxın olduğunu anladı və bundan sonra
müsəlmanları Məkkəyə qaytarmamaq
qərarına gələrək onları dəstəkləmişdir. Bəzi
rəvayətlərə görə sonra o, İslamı qəbul et-
mişdir. 
Hicrətin 7-ci ilində Cəfər ibn Əbu Talib
və onun dostları Həbəşistandan Mədinəyə
gəlmişdirlər. O zaman Məhəmməd peyğəm-
bər öz qoşunu ilə Xeybərdə döyüşürdü. Bu
döyüşü qazandıqdan sonra peyğəmbər savaş-
dan alınmış qənimətin bir hissəsini Həbəşis-
tandan gələn müsəlmanlara vermişdir.
Hicrətin 8-ci ilində təxminən 40 yaşlı Cəfər
ibn Əbu Talib Muta döyüşündə igidcəsinə
vuruşmuş və orada şəhid olmuşdur. 
CƏFƏR SADİQ (80/699 – 148/765) –
dini və ictimai xadim olmuşdur. Cəfəri
məzhəbinin adı onunla bağlıdır. Cəfər Sadiq
oniki-imamçı şiələrinin altıncı imamı sayılır.
Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn ibn
Əli  və onun ailəsi Kərbəlada qətl
edilmişdirlər. Bundan sonra Xilafətdə bu
ailənin nümayəndələri siyasi səbəblər
üzündən təqib olunurdular. Buna görə də on-
ların bir çoxu (xüsusən də Mədinədə
yaşayanlar) siyasətdən uzaqlaşaraq elmlə
məşğul olmuşdurlar. Onlar İslam mirasının
qoruyucuları, biliciləri, hədis raviləri, Quran
təfsirçiləri idilər. 
Cəfər Sadiq bir-çox tanınmış alimlərin
müəllimi olmuşdur. Məsələn, Əbu Hənifə
ondan islami elmləri öyrənmiş, ondan
öyrəndiklərini isə öz tələbələrindən olan Əbu
Yusiflə Məhəmməd ibn Həsən Şeybaniyə
ötürmüşdür. Malik ibn Ənəs də Cəfər Sadiqin
tələbəsi olmuşdur. 
Öz ailə ənənələrinə sadiq olan Cəfər
Sadiq erkən yaşlarından İslam elmlərinin
öyrənilməsinə böyük səylər göstərmişdir.
Onun müəllimləri babası Əli Zeynül-Abidin
və atası Məhəmməd Baqi olmuşdurlar. Ümu-
miyyətlə, Cəfər Sadiq İslam hüquq elminin
yaradıcılarından biri hesab edilə bilər. O,
İslam hüququnun metodlarını sistem-
ləşdirdikdən sonra, digər hüquqçular bu
metodları daha da inkişaf etdirmişdirlər. 
Cəfər Sadiqin dini dünyagörüşü və
düşüncəsi tələbələrinin yazılarında yer
almışdır. Tələbələrindən biri Mufəddəl ibn
Əmir olmuşdur. O, öz kitabında töhviddən
yazarkən ustadının dini dünyagörüşünə xü-
susi yer vermişdir. Allahın varlığını və bir-
liyini dəlilləri ilə isbatlamağa çalışmışdır. 
Cəfər Sadiq irsinin davamçılarından biri
də Cabir ibn Xəyyan olmuşdur. O, müəllim-
ini təkcə hüquqçu kimi deyil, həm də təbiət
elmlərində və kosmoqoniya sahəsindəki
işləri ilə tanıtmışdır. Ancaq, Cabir ibn
Xəyyamın fikirlərini şübhə ilə qarşılayan
tənqidçilər də olmuşdur. 
Şiə etiqadına görə din haqqında bütün
məsələləri  Məhəmməd peyğəmbər öz əhli-
beytinə ötürmüşdür. Onların inanclarına görə
bu bilgilər bir imamdan digərinə ötürülürdü.
Şiələrə görə Cəfər Sadiq bütün elmlərin ən
mahir bilicisi və dövrünün ən yaxşı alimi ol-
muşdur. “Cəfr” adlanan bu elm, gizli və
müqəddəs hesab edilirdi. Şiə alimi Məhəm-
məd ibn Yaqub Küleyni (238-ci hicri ilində
ölmüşdür) əsərində “Cəfr” elmi haqqında
məlumat vermişdir. 
Məlumdur ki, Cəfər Sadiq hakimiyyətə
gəlmək fikrində olmamışdır. Bəlkə də, Zeyd
ibn Əlinin faciəli ölümü, onun bu fikrə
gəlməsinə təsir etmişdir. Onun qeyd etdiyinə
görə bir çox insanlar sözdə əhli-beyt tərəfdar-
ları olmalarını iddia etsələr də, əslində onlar-
35
CƏFƏR SADİQ

dan üz çevirmişdirlər. Məsələn, onlar
müəyyən dövrlərdə Əli ibn Əbu Talibi, sonra
Hüseyn ibn Əlini, daha sonra Zeyd ibn Əlini
özlərinə rəhbər seçsələr də, onlardan üz çe-
virdikləri tarixi salnamələrə həkk olunmuş-
dur. 
Bundan başqa Cəfər Sadiq, Abbasi
xəlifəsi Əbu Cəfər əl-Mənsurun əhli-beyti
necə təqib etdiyinin şahidi olmuşdur. Bu
xəlifə ona qarşı üsyan etmiş Həsən ibn Əlinin
soyundan olan Məhəmməd ibn Abdullahı,
eləcə də onun qardaşı İbrahimi edam et-
dirmişdir. Sonra əhli-beytdən olan digər in-
sanlara qarşı da təqiblər davam etmişdir.
Buna görə də Cəfər Sadiq siyasətlə məşğul
olmamağa qərar vermişdir. 
Qeyd etdiyimiz kimi oniki-imamiyyə
şiələri Cəfər Sadiqi öz imamları hesab
edirlər. Onların inanclarına görə, Allahın
istəyini həyata keçirən bir imamın dünyada
olması hər dövrdə vacibdir. O, siyasi
hakimiyyətə can atmasa da, bu məqsədlə in-
sanlara çağırışlar etməsə də o, yenə də
imamdır. Ancaq, zeydi şiələri siyasi rəhbər
olmayan insanı imam hesab etmədiklərinə
görə Cəfər Sadiqi imam kimi tanımamışdır-
lar. 
Oniki-imamiyyə şiələri Cəfər Sadiqin
siyasi passivliyini, onun təqiyyədə olduğu ilə
izah etmişlər. Onlara görə o, gizli olaraq
doğru inancda olmuş, sadəcə təqiblər
səbəbindən fikirlərinin ayrı-ayrı məqamlarını
gizlətməli olmuşdur. Xəlifə Əbu Cəfər əl-
Mənsur bir zaman Cəfər Sadiqi də təqib et-
mişdir. Ancaq, sonra onun siyasətə
qarışmadığına tam əmin olduqdan sonra
buna son qoymuşdur. 
Cəfər Sadiqin fiqh elmi haqqındakı
düşüncələrinə gəldikdə isə deyə bilərik ki o,
müxtəlif problemlərin həllini açıq-aydın
Quran  ayələri və hədislərdən çıxarırdı. O,
bəzən rəy metodunu da istifadə edirdi. Ancaq
o, qiyas və istihsan metodlarından istifadə et-
məmişdir. O, Quran və hədislərdə anlaşıl-
mayan problemlərin həllində qiyasa deyil,
əqli dəlillərə üstünlük vermişdir. Düşüncəyə
xüsusi əhəmiyyət verən Cəfər Sadiqə görə
hər bir insan bir şeyin yaxşı və ya pis
olduğunu anlayırsa, deməli reallıqda da bu
belədir. 
CƏFƏRİ MƏZHƏBİ – şiəliyin ən geniş
yayılmış fiqhi məzhəbdir. Bu məzhəbin adı
Cəfər Sadiqlə bağlıdır. O, müxtəlif problem-
lərin həlli yollarını Quran və hədislərdən ax-
tarıb tapmışdır. O, bəzən rəy metodunu da
istifadə edirdi. Ancaq bunu edərkən o, qiyas
və istihsan metodlarından istifadə etməmiş,
əqli dəlillərə üstünlük vermişdir. Əqli dəlil-
lərə üstünlük verən Cəfər Sadiqə görə hər bir
insan bir şeyin yaxşı və pis olduğunu an-
layırsa, deməli reallıqda da bu belədir. Cəfəri
məzhəbinin davamçıları müctəhidlərin
hökmlərini təqlid etməlidirlər. Müctəhidlər
şiə məzhəbində böyük rol oynayırlar. Şiə-
likdə imamların günahsız olması inancının
olduğuna görə onların hər bir buyruğu Allah-
dan gəlmiş əmr kimi dəyərləndirilir. Buna
görə də şiə inancında Quranı yalnız imamlar
doğru təfsir edə bilərlər. Yəni, yalnız onlar
müqəddəs kitabı doğru anlamağa qadir ol-
muşdurlar. Bundan başqa şiələr Quran
ayələri və hədislərin gizli və açıq mə-
nalarının olduğuna da inanırlar. 
Cəfərilərin ən tanınmış Quran təfsirləri
bunlardır: 
1.  Hicri təqvimi ilə III - IV əsrlərdə
yaşamış Əli İbrahim Qumminin “Təfsirül-
Qummi” kitabı; 
2. Əbu Cəfər Məhəmməd ibn Həsən
Tusinin (460/1068-ci ildə vəfat etmişdir)
“Tibyan” (Anlatma) kitabı; 
3. Əbu Əli Təbərsinin (548/1153-cü ildə
vəfat etmişdir).  “Məcmuil-Bəyan fit-Təf-
sirül-Quran” (Quran yozumu üçün yığılmış
anlatmalar) kitabı.
Cəfərilərdə hədislərin seçilmə üsulu və
onların təsnifi bir çox məqamlarda digər
36
CƏFƏRİ MƏZHƏBİ

məzhəblərin üsulları kimidir. Ancaq, onların
arasında fərqlər də vardır. Məsələn, cəfərilər
yalnız Məhəmməd peyğəmbər və  Əli ibn
Əbu Talibin soyundan olan günahsız əhli-
beytin həyatını təsvir edən rəvayətləri hədis
hesab edirlər. Onlar digər məzhəblərdə
olduğu kimi peyğəmbərin səhabələrinin, on-
ların davamçılarının, onlara yaxın olan insan-
ların rəvayət etdikləri hadisləri şəriət
problemlərində dəlil (hüccət) kimi istifadə et-
mirlər. 
Cəfərilərə görə Məhəmməd peyğəmbərin
sağlığında müsəlmanlar arasında onun həyat
yolu haqqında səhih rəvayətlər yayılmışdır.
Onları peyğəmbərə yaxın olan səhabələri rə-
vayət etmiş və yazmışdırlar. Ancaq peyğəm-
bərin vəfatından sonra bir neçə onilliklər
boyu hədislərin yazılması qadağan
edilmişdir. Cəfərilər hesab edirlər ki, bunu
edən müsəlman hökmdarları yanlışlığa yol
vermişdirlər. Çünki, onların fikirlərinə görə
Məhəmməd peyğəmbər bütün Quranı təfsir
etmişdir. Rəvayətlərdə əks olunan bu təfsir-
ləri bilmədən Quranı əsl mənada anlamaq
mümkün deyildir. Elə buna görə də, İslamda
çoxlu təriqətlər yaranmışdır. Bundan başqa
hədislərin yazılmasının qadağan edilməsi
Məhəmməd peyğəmbərin buyruqlarına zid-
dir. Hədislərin yazılması qadağan edildikdən
sonra Əli ibn Əbu Talib peyğəmbərin hədis-
lərinin bilicisi və qoruyucusuna çevrilmişdir.
Bu vəzifəni ona peyğəmbərin özü həvalə et-
mişdir. Çünki o, rəvayətlərin gələcəkdə
qadağan ediləcəyini bilirdi. 
Əli ibn Əbu Talib bu hədisləri öz soyun-
dan olan imamlara, onlar isə xalqa ötür-
müşlər. Əli isə bütün səhih rəvayətləri bir
kitabda toplamışdır. Cəfəri inancına görə ilk
xəlifələr hədislərin yazılmasını qadağan et-
sələr də, peyğəmbərin əhli-beytinin
davamçıları İslam tarixinin ən erkən dövr-
lərindən bəri onları qorumağa çalışmışlar. İlk
hədis kitabını Əli ibn Əbu Talib yazmış,
Məhəmməd peyğəmbər də onu bəyənmişdir.
Ümumiyyətlə, cəfəri ənənəsində ən etibarlı
mənbə hesab edilən ilkin kitabları bunlardır:
dünyanın bütün qanunauyğunluqlarını açan
“Cəfr və Camiyyə”, şəriət problemlərini
əhatə edən “Fəraiz” (dinin əsasları), fiqhi
məsələləri izah edən “Əbvabül-Fiqh”, eləcə
də Məhəmməd peyğəmbərin qızı Fatimənin
hifz etdiyi “Müzhaf”.
Cəfərilərə görə yuxarıda adları çəkilən
kitablar yazıldıqdan sonra Məhəmməd
peyğəmbərin başqa səhabələri də hədisləri
toplamağa başlamışlar. Bunlar da Əbu Rəfa
(Məhəmməd peyğəmbərin azad etdiyi qulu
olmuşdur), Səlman Farisi və Əbu Zər Ğəffari
olmuşdurlar. Hədislərin yazılması işini
Əsvaq ibn Nəbati, Əbu Rəfanın oğulları
Heybulla və Əli, Həras ibn Abdullah Əvari
Həmdani, Rabiyə ibn Səmi, Süleyman ibn
Qeysi kimi səhabələr davam etdirmişlər. 
Bu silsilədə daha sonra “Səhifeyi-Səc-
cadiyyə” və “Risaleyi-Hüquq” kitablarının
müəllifi imam Zeynül-Abidin, onun tələbələri
Zuhri, Nafi Vakidi, Məhəmməd İbn İshaq,
eləcə də davamçıları Cabir ibn Abdullah Ən-
sari, Əbu Tüfeyl Əmir ibn Vail, Səid ibn
Müseyyib, daha sonra ikinci nəsildən olan
Səid ibn Cübeyr, Əbu Həmzə, Tavus, Zeyd
olmuşlar. Üçüncü nəslin nümayəndələri isə
imam Bagir və onun tələbələri Yəhyə ibn
Qasım, Zürərə, Məhəmməd ibn Müslim,
Mütəlləb ibn Zühri və Müaviyə ibn Əmmar
olmuşdurlar. 
Cəfərilər hər hansı bir peyğəmbər hə-
disini qəbul etmək üçün müəyyən şərtlər irəli
sürürlər. Onlardan bəziləri aşağıdakılardır: 
1. Hədislər Quran ayələrinə və məntiqə
zidd olmamalı; 
2. Bütün hədislərin ravilər silsilələri
Məhəmməd peyğəmbər və şiə ənənəsində
günahsız hesab edilən Əli ibn Əbu Talibin
soyundan gələn imamlara (əhli-beytə) gedib
çıxmalı; 
3. Məhəmməd peyğəmbərin səhabələ-
rinin söylədikləri hədislər, onun əhli-
37
CƏFƏRİ MƏZHƏBİ

beytindən olan günahsız imamların rə-
vayətlərinə zidd olmamalıdırlar. Belə olarsa
onlar dəlil kimi qəbul edilmirlər; 
4. Fiqhi problemlərin çözülməsində
səhabələrin deyil, əhli-beytinin təfsiri dəlil
kimi əsas götürülməli; 
5. Din və onun əsasları ilə bağlı məsələlər
yalnız mütəvatir xəbərlərin əsasında qurulur; 
6. Səhih olan əhəd xəbərlər yalnız fiqhi
məsələlərdə dəlil kimi tanına bilər; 
7. Hədisin ravisi yalnız şiə ənənəsində
tanınan səhabə olmalıdır. 
Cəfərilər səhabələrin bir çoxundan rə-
vayət edilən hədisləri qəbul etmirlər. Çünki,
onlar digər insanlar kimi günahkar olmuşlar.
Yalnız əhli-beytə yaxın olan Əbu Zər Ğəffari,
Səlman Farisi, Əmmar ibn Yasir kimi bəzi
səhabələrin hədisləri qəbul edilir. Buna görə
də başqa məzhəblərdə səhih kimi qəbul
edilən bir çox hədislər cəfərilər tərəfindən
şübhə ilə qarşılanır. 
Cəfərilər bütün hədisləri aşağıdakı kate-
qoriyalara bölürlər: 
a) Səhih hədislər - bu kimi hədisləri nəql
edən səhabənin silsiləsi əhli-beytə gedib çıx-
malı və onların bütün raviləri isna-əşəri
şiələri olmalıdırlar; 
b)  Həsən hədislər - bu kimi hədis rav-
ilərinin silsiləsi də günahsız şiə imamlarına
gedib çıxmalı, onların bütün ötürücüləri də
etibarlı isna-əşəri şiələr olmalıdırlar. Ancaq,
bəzi məqamlarda bu kimi rəvayətlər səhih
hədislərdən fərqlənir. Məsələn, həsən hədis-
lərin ravilərinin nə dərəcədə inanclı olduqları
haqqında məlumat olmaya bilər;  
c) Müvəssəq hədislər - bunlar etibarlı rav-
ilərin söylədikləri hədislərdir. Onlar da
imamlara gedib çıxır. Ancaq, onların raviləri
arasında şiə olmayanlar da vardır; 
ç) Zəif hədislər - bunlar səhih, həsən və
müvəssəq hədislərin qarşısında qoyulmuş
tələblərə cavab verməyən rəvayətlərdir.
Şiəlikdə ən tanınan hədis məcmuələri
aşağıdakılardır: 
1. Əbu Cəfər Məhəmməd Küleyninin
(329/941-ci ildə vəfat etmişdir) “Kitabül-
Kafi” kitabıdır ki, orada on altı min hədis
vardır; 
2. Məhəmməd ibn Əli Babaveyh
Quminin (Şeyx Səduqun) “Mən lə Yəhzu-
ruhul-faqih” kitabıdır ki, hüquq məsələləri
üzrə dərslik olan bu kitabda 6000-ə yaxın
hədis toplanmışdır; 
3. Məhəmməd ibn Həsən Tusinin “Təhzib
əl-Əhkam” kitabıdır. Hansı ki burada 14000-
ə yaxın hədis toplanmışdır; 
4. Şəriətin müxtəlif məsələləri üzrə 6000-
ə yaxın hədisi toplamış Məhəmməd ibn
Həsən Tusinin “İstibsar”; 
5. 
Məhəmməd Bagir
Məclisinin
(505/1111-ci ildə vəfat etmişdir) “Biharül-
Ənvar”; 
6. Məhəmməd ibn Mürtəzanın
(484/1091-ci ildə vəfat etmişdir) “Əl-Kafi”; 
7. Məhəmməd ibn Həsən Şeyx Hürr
Amilinin (500/1104-cü ildə vəfat etmişdir)
“Vasailüş-Şiə” kitablarıdır.
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin