AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə15/28
tarix02.12.2016
ölçüsü3,1 Mb.
#665
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

V mətn

Birdən çox quraxlığ olsa, isdiyirsən ki, yağsın da, onda da iki Roza (iki eyni adlı qadın – top.) bir eşşəh tutup qoyarıx qabağımıza, töh, Roza, eşşəyin başına suyu (gülür – top.) Belə-belə, onda yağır. İki eyni addı adam eşşəyin başın yuyullar, neynillər. Biri su tökür, o birisi deer, su töh, yağış yağsın, su töh, yağış yağsın, eşşəyim, su gəti, eşşəyim, su gəti, onda yağır.


VI mətn

Bizdə bir arvat varıdı, quraxlıx keçəndə gedirdi kanala daş atırdı, sora yağış başdıyırdı, kəsmirdi. Hey deyirdilər ki (adı Kəhliyidi), Kəhlih kanala daş atıp, onçün kəsmir yağış. Deyir ki, daş atırdı ki, yağış yağsın. Həqqi də, nə bilim, indi yalanmı-gerçəhmi, yağırdı.


YAĞIŞ KƏSMƏ
I mətn

Çox yağanda qurban tükün yandırallar. İsmayıl qurbanının tükünnən. Küləy əsəndə də heylə eliyillər.



II mətn

Dolu yağanda dəmir tulluyurdux qavağna. Maşa demirəm, çəkiş demirəm. Əlimizə keçən dəmiri atırdıx. O sahat da kəsirdi.


III mətn

Ananın ilk övladı dəmir parçası atır, deyif:

Anamın ilkiyəm,

Ağzı qara tülküyəm.

Mən kəsdim,

Sən də kəs.

Yağış kəsir.
IV mətn

Yağış yağanda bir quru daş deyir, götürürsən, daşın üsdün belə tüpürcəhliyirsən, üsdünə də bir quru daş qoyuf qoyursan bir yerə, kəsir.


V mətn

Yağış heylə bərh yağanda incir ağacına nəzir bağlıyırıx, yaylıx bağlıyırıx, yaxut da ki, bir belə lenta olsun, bağlıyırıx. İncir ağacı ojaxdı, harda varsa, ojaxdı. Bağlıyırsan, o sahat yağış kəsir.


VI mətn

Yağış yağır e, onda yağanda deyillər, keçəl düyax, qırt dənə. Bax belə qatma götürürsən, deyirsən, bax bu filankəs keçəldi, düy. Qırxın da düyürsan. Deyirsən, belə ağzında saxlıyırsan, deyirsən ki, gün olmasa səni, keçəl, atajam ojağa, yanasan. Onda səhər gün olur.


YEL BABA
I mətn

Xırman sorurdular e, o samanı atanda deyirdilər:

– Yel baba, gəl, samanıı apar, Yel baba, gəl, samanıı apar.
II mətn

Yel bava, gəl, Yel bava, gəl! Vallah, mahnısı yadımnan çıxıv e. Həylə bir mahnı da deyirdilər, oxuyurdular. Xırman döyürdülər, xırman döyəndi, o gəm deyillər da. Gəm də deyillər, vəl də deyillər. Taxılı tökürdülər xırmana, öküzü qoşurdular, o hərrənirdi. O üyüdürdü, deməh, əzirdi, onda da küləyi çağırırdılar ki, Yel bava, gəl, Yel bava, gəl! Qanadın belə olsun, yaxşı olasan. Deyən gunu da küləh gəlirdi, onu soruf taxılın çıxardırdılar.


III mətn

Xırman ki döyürduğ e ha, küləh gəlmiyəndə nə deyirdıx?

Yel bava, gəl, Yel bava,

Qızıl atı min gəl,

Kəhər atı min gəl!

Yel bava, gəl, Yel bava, gəl,

Kəhər atı min, gəl!
BƏDNƏZƏR
I mətn

Bəd nəzər var. Bəd nəzər də Allahın bir bədbaxçılığıdı da, bir söznən desəm. O da özünnən asılı döyül. Qətiyən özünnən asılı döyül. Şirin göz də var. Bir ana, ya ata övladın sevsə, uşağın çox sevsə, ona ziyannığ olur, ona bir xətər dəyir. Buna deyillər şirin göz. Şirin göz də var, qorxulu göz də var. Həə. Deyillər, biri saa çox baxsa, özün hiss eliyirsən də, burnunun üjünə baxasan gərəh, öz burnunun üjüna. Bir də tüpürüf yerə, əyaxliyəsən. Onda onun gözün qırmış olursan. Onu dindirəsən. Onnan söz soruşasan gərəh. Bir bəd nəzəri deyijem. Mən kəntdə – bir kəntdə ferma müdürü işdiyirdim. Həm də kalxozda partiya təşgilat katibiydim. Bir gəlinin deyirdilər ki, gözündə var. Gəlin də bir şaxsiyətdi gəlindi. Gözünə də baxırdın, deyirdin, bının gözündə nə olar ki? Deyillər ki, bının gözü atır. Bir qonşu gəlini də qapıda inəh sağır. Bı da boş sənəhnən suya gedir – o gözündə olan. Gəldi belə böyründə baxdı, gəlin – inəh sağan gəlin vedrənin birin dolduruf, ikinci vedriyə sağır. Bı, bına təsir elədi, bı pis gözə. Bına qəsdən baxdı. Ki vedrənin biri doluf, birini də yarı eliyir. Onda gördux kü – iki nəfəridıx, dedim, baxır, görağ o, nəyə baxır? İnəh qalxdı, gəlini əyaxladı, qavırğaların qırdı, süt töküldü. İnəh də bağıra-bağıra getdi, öldü. Ta bını gülləynən vıran yoxudu, bını ağaşnan vıran yoxudu, gözümüzün qavağında. Gəldim onu danışdım. Doxdir İslam eşitmisiz? Hə, kəlvəjərridi o, bizə əmoğluydu. Baş həkim işdiyirdi onda. Dedim, doxdur, belə bir hadisə oldu. Dedi kin, Nəvi, o gözün özündə şüa var. O şüa dedi, keçiv o inəyə. Gəlinə keşmiyif, inəyə keçiv, inəh dedi, qalxıf gəlini əyaxlıyıf.


II mətn

Deməh, bizdə də o vaxdı mən cücələr saxlıyırdım. O boydalardan da bax (həyətdəki cücələri göstərir – top.), belə yekə-yekə olanda boşduyurdum çölə. Saxlıyıf bılları boşdamışam çölə, bir də gördüm, aaz, yeyiv-içən cücələr... Onda mən görmüşəm e, bəd nəzər, inanırsan? Yeyiv-içən cücələr bax bı boyda hündürüyündə cücə hopbulur göyə, düşür yerə. Üş-dört dəfə hopbulur, düşür, orda da ölür. Ayə, bı nə işdi, mənim başıma gəldi? Beşi, altısı, deməh, heylə ölüfdü. Qonşumuzda da, Allah isdədi ki, bi dənə seyit qızı varıydı, gözü koruydu, görmürdü da, gəlini saxlıyırdı.Tez yüürdüm, bilmirəm arvadın – qızın adı nəyiydi, yadımnan çıxdı. Ay xala, dedim ki, cücələrim belə oluf, bı nədi? Gəlin tutdu qolumnan gətidi, çatan kimi dedi ki, bala, bırda bəd nəzər var. Heç onun gözü görmürdü. Gətidi tez üzzəriyi qoydu, üzərriyin üsdünə duz töhdü, elə o cücənin içində ha, inanırsan? Onu orda oddadı. O odu yandırannan soora cücələr sakitdəşdi, otudu. Oxudu da, nəysə oxudu da. Mən onu bilmirəm haa, o, nəysə oxudu.


III mətn

Bir-iki söz deyillər, ancax mən deyə bilmirəm. Mənimnən bı Şahvəllidən adam yatırdı. Deyirdi, Roza xala, əvaa bir adam girdi, malıı gördü, uşağıı gördü, onnan soorasına bir yararrı şeyıı gördü, bir çimdih duzdu, denən fılankəsin, məsələn, Rozanın gözü bax bırda yansın de, at pilətiyə, ojağa. Nəzarını yandır oynan, duznan.


IV mətn

Pambıxnan üzərriyi götürürsən. Bayax bədnazar biri görüf səni, o ağlında qalıf, narahatsan. Deyirsən, filankəs görüf məni, onun nişanasınnan qoyursan qəşəh. Qatmasını çəkirsən. Qayırdıxca duz da qoyursan üsdünə, hərriyirsən başına, aparıf közü qoyursan üsdünə deyirsən: “Yad göz, yangınan, qoy gözdəriniz pırttasın orda”. Çırthaçırt yanajax o üzərrih. Birini də buraxmaz, közü yaxşı qoysan. Üzərrih yalan dəyil, bədnəzər də yalan dəyil.


V mətn

Deer ki, yazıx Tamara deyirdi onu, üzərriyi uşağın başına hərriyirdi. Deerdi:

Çıxdım üzərrih dağına,

Baxdım üzərrih bağına.

Dedim, üzərrih, sən havasan,

Hər dərtdərə davasan.

Mənim balama pis baxanın gözdərini ovasan.

Sora onu – üzərriyi yandırıllar, hə uşağın da başına hərriyillər. Elə göörsən, onun iyi də malicədi. Adamın başın ağrısı kəsir. İndi onu yəqin o iyinə görədi. Hə, atıllar ojağa, yandırıllar, külünnən götürüv alına çəkillər.

Duz, üzərrih, soğan qabığı, sarımsax qabığı, pişih tükü, nəvilim ... Yandırırsan, o üzərrihnən baravar yandırırsan. Deyirsən, göy göz, qara göz, ağ göz, hamsı balama dəyən göz, bırda yansın. Hə, Allah hakqı elə deyirsən. Elə adam var ki, ad da çəkir. Fılankəsin gözü, bilir ki, fılankəsin gözü dəyəndi.
VI mətn

Üzərrihnən birgə kimə ki, göz dəyirdi ona “Göz-göz” də köməy olurdu. Onu unnan suyu qatıp balaca xamır eliyirdih. Duz atmırdıx. Onu xəsdənin başına çəkirdih, boynuna çəkirdih, oynaxlarına çəkirdih, soora onu balaca-balaca eliyirdih. Ocağı yandırırdıx, közü düşürdü. O qırdığımız xamırrarı atırdıx közə. Deyirdih: “Göz-göz”. Belə ocağa vururdux, döyürdüh. “Nəzərriyən gözə çöp”, o da ocaxda partdıyırdı. Ya da xamırı suya salırdıx. O da olurdu “Göz-göz”.



VII mətn

Göz muncuğu asırdılar uşaxların üsdünə, qoluna bağlıyırdılar. Ya da duz atarlar ojağa, “çırt-çırt”, görürsən yanır. Üzərrih verərih, onu da bəzəynən (üzərlik yandıranda oxunan şeyiri nəzərdə tutur – top.) verirdi dayna. Üzərrih, pambıx, duz közün üsdə qoyardıx, belə onu tutardığ o azarrıyanın qavağına. Deyirdih:

Üzərrihsən, havasan,

Həzər dərdə davasan,

Səni bu evimə verirəm, balalarıma verirəm,

Bəd nazarın qavasan.

Üzərriyim çırtdasın,

Yaman gözdər pırtdasın.

Soğan kimi soyulsun,

Pambıx kimi oyulsun.


ÜZƏRLİK


  1. Üzərrihsən, havasan,

Hər dərtdərə davasan,

Üzərrih dənə-dənə,

Dən düşər dənə-dənə.

Qohum olsa, dost olsa,

Kimin gözü balama dəysə,

Gözü odda yana.




  1. Üzərrih dənə-dənə

Çəkilsin hərzə çənə.

Qohum olsun, yad olsun,

Gözü bu odda yansın.


  1. Çıxdım Üzərrih dağına,

Dedim Ya Əli!

Dedi: Nədi biçarə?

Dedim: Dərdimə bir çarə.

Atım göydü, üzərrih,

Donun göydü, üzərrih.

Müşgül işim düşüpdü,

Bodu, bodu üzərrih.

Hodu, hodu, üzərrih.

Qohum olsun, yad olsun,

Gözü bu odda yansın.

Qanqal qovuş,

Xata sovuş.

Bunu belə eliyirsən, belə, atırsan ocağa, közün üsdünə. Üzərriyi kimə ki yandırırsan, onun kürəyinə vurup, soora ocağa atırsan.


  1. Göz dəyməsin deyə üzərrih yandırılırdı.

Üzərrihsən, havasan,

Yaman dərdə davasan.

Tökülsün o göz ki,

Bizdərə balasan33.




  1. Üzərrihlər çırtdasın,

Yaman gözdər pırttasın.

Göydüsə, göy göz pırttasın,

Qaradısa, qara göz pırttasın.
SÜDDƏN NƏZƏRİN QAYTARILMASI
İnəyə göz dəyəndə südünnən nəfəs iyi gəlir. Onnan mamam bilirdi ki, inəh kiminsə nəfəsinə düşüp. Onda mamam inəyin südünü dağlıyırdı. İnəyi sağırdı. Qazana töküb ocağa qoyurdu. Soora şişi közdə o ki var qızdırırdı. Qıpqırmızı olana kimi. Onu gətirip südün içində o yana, bu yana çəkirdi. Onun sözdərini də deyirdi, ama yadımda döyül. Şişi südə vuran kimi süd ora-bura çırtdıyırdı. Onda bilirdi ki, mala göz dəyip. Soora həmən südü təmiz yerə, nə bilim, gülün dibinə, agacın dibinə tökürdü. Hərdən də təmiz suya, axara axıdırdı. Bunan soora inəyi sağanda taa onun südünnən nəfəs iyi gəlmirdi. Bilirdih ki, inəyin südünün nəfəsi dağlanıp. Yəni kimin heyvanda gözü, nəfəsi varıymışsa, dağlanıb onun gözü, nəfəsi.
NƏZƏRÇİ
Mənim özüm kimə əl çəkirəmsə, o nəzər gedir. Nənəmin oluf. Qoja nənəm nəzərçi oluf. Anamın anası səndə nəzər varsa, bəridən səni görəndə başdıyırdı ağlamağa.

Söhbətimiz bitdikdən sonra mənim də nəzərimi götürdü. Çiyin damarlarımı tutduqdan, kürəyimi masaj etdikdən sonra dedi ki, gərək üç gün kimsə səni, sən də kimisə öpməyəsən. Nəziri isə xırda pul, konfet, şirniyyat, bir sözlə, kimin imkanı nəyə çatırsa, o ola bilər – top.
GÖZÜN ATMASI
Sağ göz atanda, bir qırmızı sap tapıb döyən gözün üsdünə qoyup deyəllər:

Uğurru olursan at,

Uğursuz olursan yat.
TOY ADƏTLƏRİ
I mətn

Eldə, obada nişan qoyanda, toy eliyəndə qız-gəlin yığışıf mahnı oxuyuv, mahniynən bir-birin təbrik eliyiv, alqış eliyillər. Ama bir kətdə, bizdə bir kətdə belə bir mod varıdı. İndi ki, qızı sevir də, ata deer ki, filankəsin qızı yaxşıdı. Oğluna deer ki, onu alarsammı? Deer ki, alaram. İrazılıx verir ki, alaram. İndi bir toyda gedillər, bir şirin məclisdə, onda ata qıza zakaz verir ki, o qız oynasın. Qız subaydı. Qız oynasın deyəndə, camahat durur ki, bı qoja kişi bı qızı niyə oynədir? Onda kişi durur qıznan oynüyür. Qızın yaylığın üjünə, ya bir abbasi pul bağliyir, ya qızıl qoyur, ya üzüh. Hər nəsə. Bını qız oynadığı yerdə yaylığının üjünə düür. Məclis bağlanannan sora gəlillər evə. Qız deer ki, a qızım, fılan kişi sənin yaylığın üjünə nəsə düydü. Onu aş, baxax görax nədi. Baxıllar ki, ya qızıldı, ya nədi, ya hər nədi? Deer, qızım, o, oğluna isdiyir səni. İndi razısanmı getmağa? Ya razıdı, ya razı dööl. Onda ona yedəhləmə də deermişdər, quyruxlama da dermişdər. Bax o, yoxdu indi. Ona həm quyruxlama deermişdər, həm yedəhləmə. Deməh, razıdısa, o (yaylığının üjünə düydüyü şey), qalırmış bir həfdə. Bir həfdə qalırmış. Bir həfdiyə qayıtdı, qayıtdı, qayıtməsə, bil ki, razi deyil ki, boşda getsin. Bir həfdə qalanda elçilər gedirmiş. Qalası döyülsə, həmən günü gətirif verirmişdər sahabına. Bax o yoxdu. Bı nişannarda, toylarda deyillər, o yoxdu. (Söyləyici bu adətin Kəlbəcərin konkret hansı kəndində olduğunu dəqiq xatırlaya bilmədi – top.).


II mətn

İndi o vaxdı maşın nə gəzir, atınan gətirirdilər. O vaxlar atınan gəlin gəlirdi. Onu da gərəh atın üzəngisi, yəhərin üzəngisinnən dayna, belə bir adam tuteydi. Onun üzəngisinnən bir şey keçirsən, o gəlin xoşbaxd olmurdu. Elə bir düşmən ola, da elə bil bı adama rəqib kimi. O gələ üzəngidən bir şey keçirə, ayınnan-oyunnan da bir daşdan-qayadan, zirdən-zivildən, onu deyirdilər, gəlin gedən qız xoşbaxd olmur. Onun üzəngisinnən tuturdular. Gəlinin də başına qırmızı atırdılar o vaxdı. Gətirirdilər, gərdəh qururdular. Gəlin bir neçə, elə bil ki da, bax illafca yaşdanıf bir beş il-on il keçincən elə o gərdəyin dalında yatıf dururdu. Elə bil uşağı-zadı olanda, o gərdəyin dalında saxlıyırdı. Misalçun, qaynateynan danışmırdı, qayınnan danışmırdı. Ta ki, qojalıncan e, illaf belə.

Aşığ olurdu, aşıx çalırdı. Bizdə elə bil üş gün, üş gecə aşıx çalırdı. Onda da resdaran yoxudu ki, dəəsən. Gedirdih malın damında elə bil bəziyirdilər-eliyirdilər, palaz-zad tuturdular, düzəldirdilər, o aşıxlar bırda çalırdı. Gejə savaxhen çalıf oxuyurdular, elə həylə yuxulaşa-yuxulaşa qulağ asırdıx. Dasdan oxuyurdular. Şah Abbasdan oxuyurdular, onnan soora, Abbas-Gülgəzdən danışır, oxuyurdular. Onnan soora, nəvilim, belə-belə dayna, hamısınnan, hansı olurdu.

III mətn

Bizdə adət vardı, gəlin gələn vaxdı, bir atdı gediv onun gərdəyin götürürdü. Gəlinə gərdəh qurulurdu atası evində ipəhdən, məxmərdən. Gəlin onun dalında olardı, heç kəs görməzdi. Gəlin qapıdan çıxan vaxdı, bir adam gediv əlli manatı, yüz manatı verif gərdəyi alırdı. Alırdı, çıxırdı əvindən, atı minirdi. Atdıya baxırdın, əlli atdı, atmış atdı, yetmiş atdı düşürdü arxaya, gərdəh də qabaxda. Kim qabaxca gedəjəh, nəmərin alajax. Toy qapısına girəndə buna nəmər verəjəhlər. Yaylıx verillər, papax verillər, təzə tikilmiş xrom sapox verillər. Xələti birinci gətirənə. Əyər gərdəh aparanın atı birinci gessə, gərdəyin xələti ayrıdı.


IV mətn

Bizdə toyda paltarkəsdi eliyirdih. Gəlinə iynədən tutmuş sapa kimi hər şey alınırdı. Bir nəlbəki götürülürdü, sooralar torba da götürən oldu. Nəlbəkiyə konfet, peçeniya, noğul qoyurdular. Məsələn, sən gəlmisən mənim paltarkəsdimə. O vaxları pul-zad yoxuydu. O vax stəkan-nəlbəki gətirirdilər. Bu da qıza cehizdi. Qabax kasıbçılığ olubdu. Mən sənin qızaa iki dənə stəkan-nəlbəki gətirmişəm. O stəkan-nəlbəkini qoyurdun, onu da ev yiyəsi yazırdı. O nəlbəkidəki şirniyyatı verirdilər sənə, sən də onu büküp götürürdün, aparırdın evinə. Soora yeyib-içməh olurdu. Soora həmin o paltar gösdərən çıxırdı uca bir yerə, stulun üsdünə ki, hamı onu görsün. Bir-bir gösdərir, məsələn, bu, gəlinin damaşniki. Allah qismət eləsin. Bu, bunun kofdası, qızılları... hər bir şeyin gösdərirdilər. Həm də bunu elə-belə demirdilər. Məsələn, deyirdilər ki, gəlinimizə qaynanası hamam dəsdi alıpdı. Getsin girsin hamamda çimsin, damaşnikin geysin, qaynanasının qabağında hərrənsin, qaynatanın qabağına çay qoysun. Bax belə sözdər deyirdilər. Onda qıza toy eləmirdilər. Onda toy üç gün olurdu. Məsələn, beşinci gün axşam toy başdıyırdı. Altıncı gün də qonax gəlirdi, yeyirdi, içirdi. Sahat birnən dört arası gedirdilər gəlingilə. Üş-dörd sahat orda yeyirdilər, içirdilər. Gəlini götürüb gəlirdilər. Soora altı-bazar bir də toy olurdu. Xınayaxdı toydan bir gün qabağ olurdu. Qız toyu da, oğlan toyu da elə həmin gün olurdu. On-on iki nəfər qız-gəlin, bir-iki də oğlan gəlirdilər. Xınanı götürüp gəlirdilər. Qız evi yeməh bişirmirdi. Şirniyyat stolu açırdılar. Qız da başda otururdu. Dəsmal aparırdılar əyağının altına, əlinə xına çəkirdilər. Xınanı cavan gəlin gətirip açırdı, onu açmağa qızın anası pul verirdi. Şirinnih qoyurdu. Deyirdi, xına açılmır. Xına açılannan soora birinci gəlinin ayağına qoyurdular, əllərini basırdı. Onnan soora ətrafa verirdilər. Məsələn, mən xınadan götürdümsə, öz nəmərimi qoymalıydım ora. O, pul ola bilməz. Nəsə, pay ola bilər. Sooralar pul da ola bilərdi. Ancağ lap qabaxlar pul verilmirdi. Ancağ əşyaydı. Məsələn, çay dəsmalı verirdilər, balınc üzü verirdilər. Kimin nəyi varsa. Xınadan götürürdü, payın qoyurdu, bir-iki dənə də şirinnih götürürdü.

Gəlini qaynata, ya da evin ağsakqalı sayılan bir nəfər gəlib aparırdı. O ağsakqal gəlməsəydi o qapıya, gəlini vermirdilər. Orda gəlinin belini bağlamax mərasimi də gedirdi. Qaynata gəlini gətirirdi. Evə gələn gəlin oturmurdu. Onda qaynata, ya da qaynana gəlirdi, deyirdi ki, ay qızım, saa bir dənə qızıl verirəm, ya da saa bir dənə camış verirəm. Səə bir ev tikəcəm və s.

Bizdə toyda yeməhlər bişirdi. Bir-iki yeməy olurdu. Plovuydu. Özü də biz maşdı plov bişirirdih. Sooralar dəyişdi o. Soora əti bozartma kimi eliyirdilər. Onu verirdilər. Yeməh verilən zaman pover deyirdi ki, qazan açılmır. Onda oğlanın atası gətirib qazana pul qoyurdu ki, aç. O da qazannan bir çömçə götürüb qoyurdu qaba, həmin adama verirdi. Soora yeməh paylanırdı.

Toyda xərc verməyin anlamı budur ki, sən bu qızı böyüdüpsən, əzyət çəkipsən. İndi o qızı verirsən mənim üçün işdiyəcəh, mənə nəvə dünyaya gətirəcəh. Burda da bir halallıx məsələsi varıydı.

O vaxlar qız ər evinə yorğan-döşəh – onda yatacax, stəkan- nəlbəki – onda çay içəcəh, qazan – yeməh bişirəcəh, başqa təmtərax aparmırdı. Çırax aparırdı. Birinci, çırax gedirdi. Çırax aparırdı ki, çırağın yandırsın. Qızı atnan aparırmışlar.

Qızı aparanda üzünə qırmızı örtüy örtürdülər ki, onu birinci dəfə əri görsün. Başqa heç kim görməsin. Qırmızı kəlağayı atırdılar.

Mamam deyirdi ki, anasının iki dənə qardaşı varıymış. Evlən-evlən deyirmişlər. Mamam deyir, anam deyirdi ki:

Qardaş, qardaş, qadan alım,

Qızlara daş at, qadan alım.

Qızlar səni bəyəmməsə,

Birin götür qaç, qadan alım.


V mətn

Kəntdəki toy adətdərinnən biri qıza xərc gətirməhdi. Başqa rayonlarda başlıx pulu alırdılar. Bizdə o yoxuydu. Bizdə qıza gətirirdilər, məsələn, yeddi qoyun gətirirdilər, bir tay un gətirirdilər, bir tay qənd gətrirdilər, bir tay pesok gətirirdilər, bir karopka yağ gətirirdilər. Ona xərc deyirdilər. Oğlan evi qız evinə bunnarı gətirirdi. Qızın toyun deməh olar ki, oğlan evi eliyirdi. Qoçun başına da qırmızı bağlıyırdılar. Bir gün qabağ o ərzaxlar gəlirdi qız evinə.

Əvvəllər gəlin gərdəhdə saxlanırdı. Qırmızıdan gərdəh düzəldirdilər. Gərdəyin də üsdündən belə işdəməli naxışdar sallanırdı. Gərdəyin dalında gəlin saxlanılırdı.
VI mətn

Qırım deyirdilər bizdə. Qadınlar yığışardı, o vax da şamaxı, onnan sora yaylıx, nə bilim paltar-zad olardı. Bax belə bir qadın olardı, çağırardı. Filankəs bunu gətirif, filankəs bunu. O vaxdı heyvan gətirməh modudu. Hərə bir görürdün erkəh gətidi, burasına da qırmızını sürtüf, lent bağlıyıf gətirirdilər. Yəni toy olmurdu. Toyumuz da olmurdu.


QƏBİR ÜSTƏ ÇIXMA
I mətn

Əvvəllər bayram qavağı qəvirsannığa gedəndə hər şey pişirirdih, hər şey. Yeməh də aparırdıx. İndi o adət yoxdu. O vaxdı eşitdiyimə görə, həmin o qəvirsannığa gedəndə, qəvirrərin üsdünə hər bir şey (yeməh də) qoyuf gəlirmişdər. Səməni, qoz-fındıx, indi adətimiş də. Onun içində ölüyə ən yaxşı olanı səmənidi. İndi biz aparıf qəvir üsdə qoyurux, qırmızı güllər. Bu, düzgün döyül. Ora qoymax lazımdı ölüyə yaraşan güllər. Qırmızı yox! Bədrəng güllər var ey, onnardan. Bu, həqiqətən də uyğun döyül. Bu, belədi.

Bir də orda götürüf, qəvirin üsdünə qoyulmuş yeməhlərdən nəsə götürüf yeyirsənsə, bu, özü saa suafdı. Kimsə də gəliv olardan yığıv aparırdısa, o, özü də suaf qazanır. Ona görə ki, həmin qəvirin üsdünə qoyulan yeməh yeyildi, qalmadı. Onnarı quşdar gəliv aparır, nə bilim, nə aparır.
II mətn

Erməniləri qabırrarınnan olsunnar. Camahat qabır üsdə çıxanda, bax bı qapıda gəzinirəm. Məliyə-məliyə gəzinirəm ki, ay Allah, hamıdan qabağ üş qazan yeməh bişirif mən balamın qavırının üsdünə gedirdim. Kətdə aparırdılar. Aparırdığ, orda paltar sərirdih, hamı sırfa sərirdi, məsələn, sən elə bil dolma bişimisən, mən aş bişimişəm, mən belə eləmişəm. Hammız yığırdıx, hammızın yeməyinnən qoyurdux, mən səninkinnən yeyirdim, sən mənimkinnən yeyirdin, hebelə. Qalanın da heylə tökürdüy ora, qarqa, quş yeyirdi. Onnan soora üsdərinə ayın-oyun qoyurdux. Bizdə o ilin axır çərçəmbəsi olur, elə bil ki, çıxırdılar qəbir üsdünə. İndi də çıxıllar e. Mollanı da aparıf Quranın oxudurdux, heylə. Ollar da (erməniləri nəzərdə tutur – top.) balasınnan didərgin düşsün, nətəər biz qavırımızdan, balamızdan didərgin düşmüşüh. Vallah. Ordan-ora köç, bırdan-ora köç. Orda biraz sığın, bırda biraz sığın. Ölün öldü, bı yurtda bir qəbir qoy, o yurtda bir qəbir qoy. Qəbirsannığ üsdünə getməh gələndə bı camahat bilmir ki, neçə yerə qəbir üsdünə getsin. Biri Biləsuvara qaçır, biri İsmayıllıya qaçır, biri Beyləqana gedir, biri Qaradizə gedir. Biz də qaldıx belə ki, hara gedəh, ya Rəbbim, ya Rəsulallah, həənə gedəh? Nolsun, get beş maat ver, Quran oxutdur, bir qazan da yeməh bişir, əvində ye. Oldu qavırüsdü? Okqədərə, Vallah, ciyarımızda dağ var, heş bilmirih ki, hara haradı?



ÖLÜYƏ XƏTM OXUNMASI
Cəbrayılda olan yas, bu yas yeri ha, heç bir zonada yoxdu. Cəbrayıl ağısı, yanı Cəbrayılda deyilən kimi, heş yerdə yoxdu. Ola bilər, bəlkə də Şəki zonasında ola. Bizim zonada ölünü tamam başqa cür götürüllər. Çox yaxşı, təmtəraxlı. Ağı deməh baxımınnan, ölüyə hörmət baxımınnan. Hərtərəfli. Yanı belə deyəh də, müqəddəsdərin, imamnarın da adı çəkilir orda. Bir ölüyə yeddi xətm oxudurmuşdar. Bi xətmi də deyir nə qədərə bir ilə, nə bilim, nə qədər vaxa başa gəlir. Neçə mollalar yığışırmış deyir, bir cümə axşamı oxuyurmuş ki, bir xətm başa çatsın. Ölü üçün hədiyə edirmiş. Əvvəl elə bil yığışıv oxuyurdular, qom halında. İndi kimdi guya onu yığışan, oxuyan, təh-təh? Əvvəl ölən az-az olardı. Bu ölünün ilinədəh bi-iki dənə ya olardı, ya olmazdı. İndi o qədər ölən var ki, hansına oxusunnar?
NİYƏ İMAM EHSANINDA HƏDİK BİŞİRİLİR?
İmamnarın qırxında mənim gəlinim həmişə hədih bişirər. Uşağın dişi çıxanda da bişir, imamnarın qırxında da əsas hədihdi. Mən eşitdiyimə görə, guya ki, imamnar ac-susuz, yavannıxsız qırılıf da. Çöllühdə qırılanda orda deyir, qurban olduxlarımızdan biri yerdən elə bil qarğudalı tapıf. Sahəymiş, boş sahə. Biri biraz buğda tapıf, biri biraz nəysə. Nə bilim nə atmırıx? Noxut tapıf da. Çölçüymüş. Bılları gətiriflər, atıflar suya topa. Bını atıflar ki, bir yerdə qaynasın, bişsin ki, bıllar ajdı da, yesinnər. Ona görə də indi imamnara ehsan kimi hədih verillər ki, elə bil ki, imamnar aj olan vaxdı. Adın eşidərsən, Heyran məllim deyillər e, şəhərdə. Kətdəndi. Rayonda ikinci katibidi. Bax o kişinin xalası qızı. İlimiz on iki ay onun anası hədih bişirərdi ehsan kimi. Bişirirdi, məsələn, qonuma-qonşuya, elə bil, qabda qoyurdu, verirdi. Məsələn, halva çalınır, yeməh pişirilir. Ancax ki, hədih gərəh bişirəsən. Mənim gəlinim Gülbəniz də Çərəkənni qızıdı, həmməşə hədih bişirir. Həzrət Əli yerin, göyün pəhlivanıdı. Deyir ki:

Dadıma yet, ya Əli,

Şiri-xuda, ya Vəli.

Həm Əlisən, həm Vəli,

Yerin, göyün ləngəri.
QASIM OTAĞI” ŞƏBEHİ
“Qasım otağı”nı qırmızı bəziyirdilər. Gərəh onu qəlbiynən aparasan. Çıxırdı, kejavanın içində iki dənə qız otururdu. Niyətdiyirdilər onnarı.

Mənim yadımdadı, birində Səkinə oturmuşdu. Birində də Ziba xalanın qızı vardı – Nərminə, o oturmuşdu. Nəysə, bunu (kəjəvəni) evin başıynan fırrıyırdılar, gəzdirirdilər. Qızdarı hərriyirdilər ki, sağalsınnar, nə bilim, onnan sora baxtları açılsın. Qırmızı kejavadı, deyirdilər ki, “Qasım otağı”dı. Bax onnarı oreynən gəzdirirdilər.

Sora biri şikast gəldi. Biri şikast gələndə, Bəyim ağa kəsdi qavağını. Dedi ki, mən ona söz vermirəm o düzələ. Heş düzəlmədi də. Mən onu söz vermirəm o düzələ. O sooradan oluf, anadangəlmə döyül. O, sooradan oluf, ona iynə vuruflar, onun qılçası quruyuf, şikasd oluf. Onu mən söz vermirəm. Həmin qız bu sahat da durur.

Adam yaman çox gedirdi, ey, ora, məhərrəmlihdə. Elə bil məhərrəmlih orda çıxırdı, orda keçirdi. Şaxsey vuran kim, başına döyən kim, bax heylə şəbeh çıxardırdılar.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin