AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix26.07.2017
ölçüsü3,41 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
 
 
 
 
 
 
 
 
 
 
DƏDƏ QORQUD 
 
 
 DADA GORGUD
 
 
 
 
Elmi-ədəbi toplu 
 
İldə 4 sayı buraxılır
 
 
 
 
IV (53) 
 
 
 
 
BAKI - 2014 

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         2 
 
 
Toplu Azərbaycan Milli Elmlər Akademiyası 
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
 
 
 
 
Baş redaktor: Tofiq HACIYEV 
 
Redaksiya heyəti: 
Kamal  Abdulla,  Anar,  Şükrü  Haluk  Akalın  (Türkiyə),  Amanmırat 
Baymıradov  (Türkmənistan),  Nizami  Cəfərov,  Paşa  Əfəndiyev,  Əfzələddin 
Əsgərov,  İsa  Həbibbəyli,  Muxtar  İmanov,  Kamran  Əliyev,  Hüseyn 
İsmayılov,  Tofiq  Məlikov  (Rusiya),  Elxan  Məmmədli,  Törə  Mirzəyev 
(Özbəkistan), Qara Namazov, Oljas Süleymenov (Qazaxıstan), Osman Fikri 
Sərtqaya (Türkiyə), Sadık Tural (Türkiyə), Fikrət Türkmən (Türkiyə)  
 
 
 
Baş redaktorun müavini:  
Seyfəddin Rzasoy 
Məsul katib:    
 
Tahir Orucov 
 
 
İngiliscəsinə məsul:    
Seyran Əliyev 
Ruscasına məsul:  
 
Aslan Məmmədli 
 
Nəşrinə məsul:  
 
Əziz ƏLƏKBƏRLİ 
 
 
 
“Dədə  Qorqud”.  Elmi-ədəbi  toplu,  IV.  Bakı,  “Nurlan”  nəşriyyatı, 
2014 
 
 
 
 
 
ISSN 2309-7949 
 
 
 
 
© Folklor İnstitutu, 2014 

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         3 
 
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
 
 
Aynur MƏMMƏDOVA 
Bakı Dövlət Üniversiteti Filologiya fakültəsinin 
“Azərbaycan dilinin tətbiqi məsələləri” 
 ETL–nin kiçik elmi işçisi 
e-mail: yunur77@gmail.com 
 
“DƏDƏ QORQUD KİTABI” MOTİVLİ ÇAĞDAŞ BƏDİİ 
ƏSƏRLƏRDƏ OMONİM VƏ ÇOXMƏNALI SÖZLƏRİN ÜSLUBİ 
XÜSUSİYYƏTLƏRİ 
Xülasə 
Məqalə  DQK  və  eyni  motivli  çağdaş  bədii  əsərlərin  dilində  işlənmiş  omonim  vahidlər 
arasında oxşar və fərqli cəhətlərin araşdırılmasına həsr olunub. Xüsusən də, dastanın dilində iş-
lənmiş  omonimlərin  müasir  əsərlərdəki  işlənmə  xüsusiyyətlərinə,  onlardakı  gizli  və  aşkar  mə-
qamları  açmağa  və  eləcə  də  üslub  xüsusiyyətlərinin  mənzərəsinin  aydınlaşdırılmasına  xidmət 
edir. 
Açar sözlər: omonim, çoxmənalılıq, polisemiya, məcazi məna, arxaik məna, semantika 
 
HOMONYM AND POLYSEMANTIC WORDS IN THE MODERN ARTISTIC 
WORKS CREATED ON THE BASIS OF THE MOTIVES OF THE EPOS “THE BOOK 
OF DEDE KORKUT” 
Summary 
The pecualiarites of homonym’s usinq in the works of art written on the motives of “The 
Book  of Dede Gorkut” are researched in present papaer. Latent and obvious motives  of homo-
nyms are also examined. And this research is held in chronological order and held in comparati-
ve  and  private  aspects.  Besides  this, he reasons  of  the  similarity  and  differencies  between  lan-
guage’s allegory  as  well  between  the  units  of  the  same  branch  of  the modern  language  are re-
vealed. 
Key  words:  homonym,  polysemantic,  polysemy,  figuratively,  archaic  meaning,  se-
mantics 
 
ОМОНИМЫ И МНОГОЗНАЧНИЕ СЛОВА В СОВРЕМЕННЫХ 
ХУДОЖЕСТВЕННЫХ ПРОИЗВЕДЕНИЯХ ПО МОТИВАМ ЭПОСА «КНИГИ 
ДЕДЕ КОРКУТА» 
Резюме 
В  данной  статье  исследуются  особенности  употребления  омоним  художественных 
произведениях «Книги Деде Коркут» древнего периода, созданных по мотивам этого пам-
ятника. B ходе исследования рассматриваются скрытые явные признаки омонима. Причем 
исследование  это  проводится  в  хронологическом  порядке  и  ведется  как  в  частном  виде, 
так  и  в  сравнительном  аспекте.  Кроме  того,  выявляется  причины  сходства  и  различий 
между  системой  иносказаний  языка  и  «Книги  Деде  Коркут»  и  единицами  того  же  яруса 
современного языка. 
Ключевые  слово:  омоним,  многозначность,  полисемия,  образно,  архаичный 
смысл, семантика
 
 

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         4 
 
 
Məsələnin  qoyuluşu:  Məqalədə  “Dədə  Qorqud”  dastanlarının  motivləri 
əsasında qələmə alınmış çağdaş ədəbi əsərlərin dil və üslub xüsusiyyətləri araş-
dırılır. Materialın  linqvopoetikası  yeri gəldikcə  “Dədə Qorqud kitabı”nın dil  və 
üslub xüsusiyyətləri ilə müqayisə edilməklə oxşar və fərqli cəhətləri aşkara çıxa-
rılır.  Tədqiqatın  mənbələrini  DQK  və  onun  motivləri  əsasında  Nəbi  Xəzrinin, 
Anarın,  Səhəndin,  Altay  Məmmədovun  qələmə  aldığı  əsərlər  təşkil  edir.  İşdə 
həmçinin DQK motivli başqa əsərlərə də müraciət edilmişdir. Bu mənbələrlə ya-
naşı,  bəzi  məsələlərin  aydınlaşdırılması  və  şərhi  zamanı  folklor,  aşıq  yaradıcı-
lığı, eləcə də klassik ədəbiyyata aid nümunələrdən də istifadə edilmişdir. 
İşin məqsədi: Məqalədə əsas məqsəd “Dədə Qorqud” dastanlarının müasir 
ədəbiyyatda tarixi-üslubi fonununu yaradan
 
omonim və çoxmənalı sözlərin həm 
“Dədə Qorqud kitabı”nda, həm də DQK motivli çağdaş bədii ədəbiyyatda işlən-
mə xüsusiyyətlərini araşdırmaqdır. Tədqiqat işində müəllif sənətkarların bu söz-
lərin ilk baxışdan görünməyən semantik yaxınlığından ustalıqla bəhrələnmə tex-
nikasını araşdırmaqla yanaşı, bu leksik üslubi vasitələrin semantik imkanlarının 
DQK ilə müqayisədə gerçəkləşdirilmə səviyyəsini, onların üslubu rolunu müəy-
yən etmək kimi vəzifələri qarşısına məqsəd qoymuşdur. Dilin fikri bədii şəkildə 
ifadəetmə  imkanlarını  açmaq  baxımından  bu  leksik-üslubi  vasitələrin  müxtəlif 
kontekstlərdə müqayisəli araşdırılması xüsusilə böyük maraq doğurur. 
 
 
Polisemiya və ya çoxmənalılıq bir sözün bir neçə mənanı ifadə etməsi ha-
disəsidir. Sözün bu mənalardan hansını bildirməsi onun başqa sözlərlə birləşmə-
si  nəticəsində  təyin  edilir.  Bəzi  hallarda  təyinetmə  üçün  kifayət  qədər  böyük 
kontekst  tələb  olunur.  Çoxmənalı  sözün  mənaları  arasında  müəyyən  semantik 
əlaqə olur. Bu semantik əlaqə həmin mənalar arasında əsas kimi çıxış edir, müx-
təlif  mənalar onunla  bağlılığı  ilə seçilir. Çoxmənalı  sözlərin  mətndə  işlədilməsi 
tələbatı  onların  ifadə  etdiyi  müxtəlif  mənaların  verilməsi  ehtiyacından  doğur. 
Eyni kontekst, xüsusi  halda  bir cümlə daxilində çoxmənalı sözün  müxtəlif  mə-
nalarda  işlənməsi  deyiliş  təkrarına  səbəb  olur.  Bu  sözün  təkrarı  nəticəsindəki 
tavtologiya ilə eyniyyət təşkil etməsi də, mətnin səslənməsi, canlandırılmasında 
yeknəsəqlik yaradır. Bədii dildə həm tavtologiya, həm də çoxmənalı sözlərin ey-
ni  kontekstdə  işlənməsi  qüsurlu  cəhət  sayılır.  Üslubi  mahiyyət  daşıyan  leksik 
təkrarlar  istisna  təşkil  edir.  Ona  görə  də  çoxmənalı  sözlər,  eləcə  də  omonimlər 
bir  cümlə,  həmçinin  ardıcıl  cümlələr  daxilində  az  işlənir.  Bu  cəhət  çoxmənalı 
sözlərin eləcə də omonimlərin bədii dildə az işləkliyinə dəlalət etmir. 
Həm DQK-də, həm də bu motivdə yazılmış əsərlərdə çoxmənalı sözlər və 
omonimlər kifayət qədər qeydə alınır. Çoxmənalılıq dildə tarixən sonrakı dövr-
lərdə yaranmışdır. Dil yaranışından bu və ya digər vahid çoxmənalı ola bilməz-
di. Müəyyən denotatı adlandırmaq üçün işlədilən söz işarəni fonomorfoloji qabı-
ğını dəyişmədən başqa bir məfhumla da əlaqələnməsi olduqca mürəkkəb psixo-

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         5 
 
loji  və qnoseoloji aktdır ki, dilin öz təbiətində  var olan xüsusiyyəti üzə çıxaran 
bu  proses  insanın  müəyyən  intellektual  səviyyədə  dayanmasını  tələb  edir  (1, 
153). 
DQK-də bədən üzvlərini bildirən sözlərdə bəzi sifət və feillərin çoxməna-
lılığı  özünü  göstərir.  DQK  ilə  müqayisədə  müasir  ədəbi  əsərlərdə,  o  cümlədən 
də DQK motivli əsərlərdə çoxmənalı sözlər və omonimlər daha işləkdir ki, bu da 
dilin inkişafı ilə bilavasitə bağlıdır. 
Dildə  omonimlərin  mövcudluğu,  omonimləşmə  prosesinin  davam  etməsi 
dilin qədimliyindən xəbər verdiyi kimi, onun zənginləşməsi və inkişafını da təs-
diqləyir. Dilin qədim qatlarına aid sözlərdə çoxmənalılıq və omonimlik hadisəsi 
daha  aşkardır.  Əlbəttə,  bir  sıra  sözlərin  omonim  mənaları  müasir  dildə  qalma-
mışdır.  DQK  motivli  əsərlərdə  sözlərin  bu  cür,  omonimlik  təşkil  edən  mənala-
rından istifadə edilmişdir: 
   
 
 
“Ağ meydanda buğa basıb, 
   
 
 
Onun adı “Buğac” olsun!” (2, 102). 
   
 
 
“Ağ saqqalı qocaların 
   
 
 
Ağzın söymüş 
   
 
 
Ağbirçəkli qarıların 
   
 
 
Südün söymüş” (2, 102). 
   
 
 
“Qara bulud dövlətindir, 
   
 
 
Hara gedir görən belə, 
   
 
 
 hara bulud” (3, 91). 
   
 
 
“Qara-qara 
   
 
 
Kür suların  
   
 
 
gəmisi ağac” (3, 98). 
 
Ağ və qara sözlərinin dilimizdə tarixən müxtəlif mənalarda, hətta antonim 
mənalarda  işlənməsi  bəllidir.  DQK  motivli  əsərlərdən  seçdiyimiz  misallarda 
müasir dildə rəng bildirən «ağ» və «qara» sözlərinin «böyük» mənası da özünü 
göstərir. «Ağ meydan» birləşməsində «ağ» «böyük» mənasındadır. «Qara-qara» 
qoşa sözünün tərkibində «qara» sözü «böyük, nəhəng» mənasında işlədilmişdir. 
İstər  Səhəndin,  istərsə  də  Nəbi  Xəzrinin  DQK  motivi  əsasında  qələmə  aldığı 
əsərdə  «ağ»  və  «qara»  sözlərinin  «böyük»  mənası  məhsuldardır.  Bu  cəhət  das-
tandan irəli gəlir. Sənətkarlar bir çox hallarda dastandakı deyim tərzini və ifadə 
vasitələrini saxlamağa çalışmışlar. 
   
 
 
«Ala ləşkər 
   
 
 
Ala dağa sürdü atı…» (3, 63) 
   
 
 
«Altındakı boz ürgəni 
   
 
 
 
 
nə öyərsən? 
    
 
 
Ala başlı oğlağımca 
   
 
 
 
 
gəlməz mənə» (3, 78). 

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         6 
 
Birinci  misrada  «ala»  sözü  «böyük,  saysız-hesabsız»,  ikinci  cümlədə  isə 
«uca»  mənasındadır.  Sonuncu  cümlədə  bu  söz  müasir  dildəki  mənasında  işlən-
mişdir. 
«İndi bu yekə loxmanı ağzına tıxayıb, üstündən də barmağıyla basırdı, az 
qalırdı, nəfəsi kəsilə» (4,12). 
«Oğlan qaçıb mağaranın ağzına gəldi» (4, 22). 
Ağız  sözü  istər  müasir  dildə,  istərsə  də  dilimizin  qədim  dövrlərində  çox-
mənalılığı ilə seçilmişdir. Ağız sözü omonimləşmiş sözdür. DQK-də «ağız» sö-
zü  «sərhəd»  mənasında  işlənmişdir.  Omonimləşmə  müəyyən  qanunauyğunluq 
əsasında  baş  verir.  Dilin  qədim  dövrlərinə  aid  sözlərin  bəzi  mənaları  arasında 
konkret əlaqə tapmaq çətindir. Belə sözlərin dəqiq semantik-etimoloji təhlili on-
ların  nə  vaxtsa çoxmənalıdan omonimliyə doğru inkişafını,  mənaları arasındakı 
əlaqəni aşkara çıxmağa  imkan verə bilər. Bu baxımdan, ağız sözünün «sərhəd» 
mənasının  əmələgəlmə  yolu  bir  qədər  qaranlıq  qalır.  Sözün  müasir  mənası  ilə 
«sərhəd» arasındakı əlaqə aşkar görünmür. İ.Teymuroğlu göstərir ki, DQK-dəki 
«Bu  yanda  bazirkanlar  kəlibəni  Qara  Dərvənd  ağzına  qonmuşlardı»  (5,  44); 
«Amma  sası  dinli  Gürcüstan  ağzında  oturursan,  ordun  üstünə  kimi  qorsan»  (5, 
29) cümlələrindəki «ağız» sözünün işlənmə mövqeyi onu omonim hesab etməyə 
əsas vermir. Çünki bu söz polisemiya üçün ümumi hesab edilən spesifik seman-
tikalı  vahidlərlə  (toponimlərlə:  Dərbənd,  Gürcüstan)  əlaqələnmə  sayəsində  bu 
mənanı ifadə edir. Müəllif «ağız» sözünün fonetik ekvivalenti kimi «ağaz» feili-
ni  qeyd  edir,  «sərhəd»  mənasının  formalaşması  əsasında  «ağaz»  feilindən  olan 
«başlanğıc» seminin durduğunu söyləyir (1, 55).  
Müasir  Azərbaycan  dilində  omonimlərin  beş  növünü  ayırırlar:  1)  leksik-
semantik omonimlər; 2) morfoloji omonimlər-omoformlar; 3) leksik-qrammatik 
omonimlər;  4)  fonetik  omonimlər,  yaxud  omofonlar;  5)  omoqraflar  (6,57-58) 
Müasir  Azərbaycan  dilində  omonimlərin  leksik  və  qrammatik  olmaqla  iki  əsas 
qrupa bölünməsi, omofon  və omoqrafların  yarımçıq omonim olması qeyd edil-
mişdir (7, 178). Müasir Azərbaycan ədəbi dili üçün omoqraf və omofonlar çox 
səciyyəvi deyildir. 
Ağac sözü də polisemantikdir. Söz DQK-də müxtəlif mənalarda işlənir: 1) 
ağac: Gəl bu ağac dibində enəlim, yeyəlim, dedi (5, 46); 2) taxta, ağac materialı: 
Ağac gəmiləri oynadan su (5, 44); 3) məsafə ölçüsü: Kafərlər yedi ağac yer qar-
şu  gəldilər  (5,  87).  DQK  motivli  əsərlərdə  «ağac»  sözü  həm  «ağac»,  həm  də 
məsafə anlamında işlənmişdir.  
Çobanı  yaxaladı,  Bir  ağaca  bağladı  (2,181);  Canlı  qaba  ağacı,  kəl  kimi 
burxdu, dartdı, yerli-dibli qopartdı (2, 181); 
   
 
Şah Təkurun atlıları 
   
 
Yeddi ağac qarşı gəldi (2, 129). 
İkinci nümunədə «ağac» məsafə ölçüsü kimi verilmişdir. «Çoban bu səfər 
ağacdan  oxlar  yondu,  ucuna  əski  bağladı,  əskini  odladı  (4,  57).  Bu  cümlədə 

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         7 
 
«ağac»  sözü  ağac  materialını  bildirir.  Yeddi  ağac  yolu  yeddi  göz  qırpımında 
keçdi (4, 54); Ağacın budaqları arasından onun gövdəsinə bərk-bərk bağlanmış 
Qaraca  Çoban  görünmürdü  (4,  67);  Qaraca  Çoban  həmlə  edirdi,  örkəni  qıra 
bilmirdi, amma qaba gövdəli ağacı əsdirirdi (4, 67). 
Sözlərin çoxmənalılığı kontekst daxilində aşkara çıxır. Əsərdə eyni sözün 
müxtəlif mənalarda işlənməsinə aid bəzi nümunələri nəzərdən keçirək. 
«Omonim sözlər ədəbi-bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə 
vasitələrindən  biridir.  Böyük  sənətkarlar  omonimlər  vasitəsi  ilə  dildə  gözəl 
ahəngdarlıq, musiqililik yaradır, dili daha da bədii şəklə salırlar» (8, 334). DQK 
motivli əsərlərdə də omonimlərdən istifadə olunması bir sıra məqamlarda ahəng-
darlığı,  musiqililiyi  artırır.  Ümumiyyətlə,  DQK-də  «Azərbaycan  dilinin  leksik-
semantik və qrammatik inkişaf tarixi ilə bağlanmayan heç bir detal yoxdur» (9, 
183). Dastanlarda omonim sözlərdən də geniş  istifadə olunmuşdur. R.Məhərrə-
mova DQK-də istifadə edilmiş omonim cərgələrin hamısını müəyyənləşdirməyə 
çalışmışdır. O, leksik və leksik-qrammatik omonimləri ayrı-ayrılıqda təhlilə cəlb 
etmişdir. Tədqiqatçı leksik omonimlər kimi ağ, ağac, ağız, ağır, axır, al, ala, aş, 
ay, aya, ayaq, ayna, bağ, ban, bərü, boğaz, boy, boz, din, dövlət, dün, düz, el, eş, 
əl, ər, gen, gəz, gög, gün, həlal, xatun, kişi, qağan, qalın, qara, qat, qızıl, qoyun, 
qu, qol, mal, ox, ocaq, sağ, say, sancaq, sarı, soy, var, ya, yaxa, yalnız, yan, yaş, 
yay,  yüklü  sözlərinin  omonim  cərgəsini  qurmuş,  mənaların  izahını  vermiş, 
nümunələr  gətirmişdir.  Müəllif  at,  aş,  daş,  din,  düz,  qaç,  qazan,  qır,  qız,  min, 
sürü,  ud,  üz,  var,  yaz,  almaq,  bitmək,  çapmaq  kim,  ol,  yüz  leksik-qrammatik 
omonimləri də təhlilə cəlb etmişdir
 
(10, 143-164). 
H.Həsənov  DQK-də  işlənmiş  omonimlərin  sözlüyünü  tərtib  etmişdir. 
Onun  sözlüyündəki  bəzi  omonim  sözlər  (məs.,  aya,  ayna,  alp,  alçaq,  ara  və  s.) 
R.Məhərrəmovanın tədqiqat işində yer almamışdır (11, 288-298). 
Təbii  ki,  DQK-də  qeydə  alınan  omonimlərin  hamısı  DQK  motivli  əsər-
lərdə  istifadə  edilməmişdir.  Bununla,  belə  həmin  omonim  sözlərin  az  olmayan 
bir hissəsinə DQK motivli müxtəlif əsərlərdə rast gəlinir. DQK motivli əsərlərdə 
istifadə olunmuş çoxmənalı və omonim sözlərin bəzilərini nəzərdən keçirək.  
«Qara»  çoxmənalı  sözdür.  Azərbaycan  dilinin  izahlı  lüğətində  «qara» 
sözünün 14 mənası verilmişdir: 1) rəng; 2) cəm şəkilçisi ilə bir yerdə isim kimi 
qaralar; 3) çirkli, kirli; 4) yazı, xətt, hərf; 5) bir yazının qaralaması; 6) ağır, mən-
hus,  pis,  kədər  gətirən,  qəm  doğuran,  qorxulu;  7)  cinayətkar,  mənfur,  mürtəce, 
fitnəkar; 8) yas, matəm mənasında; 9) qoşulduğu sözlərə mənfilik mənası verir; 
10)  cəmiyyətin  yuxarı  siniflərinə  mənsub  olmayan;  11)  öz  xüsusi  mülkiyyəti 
olmayan; 12) ixtisası olmayan, ağır  işdə  işləyən; 13) dəyərsizlik, əhəmiyyətsiz-
lik; 14) bəzi bitki və heyvan adlarının tərkib hissəsi kimi. Bundan başqa «qara» 
sözü  bir  sıra  frazeoloji  birləşmələrin  tərkibində  istifadə  olunur  (12,  425-427). 
Qara sözünün arxaik mənalarından biri «böyük»dür. «Qonağı gəlməyən qara ev-
lər  yıqılsa,  yeg!»  (5,14).  R.Məhərrəmova  göstərir  ki,  «Kitabi-Dədə  Qorqud»da 

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         8 
 
qara  müqəddəslik,  böyüklük,  əzəmətlilik  və  s.  kimi  məna  çalarları  ilə  müxtəlif 
heyvan adlarına, toponimlərə də qoşularaq mürəkkəb adların yaranmasında əsas 
komponent kimi çıxış edir: Qara Arslan, Qarabudaq, Qara Buğa, Qaradərə, Qa-
ragünə və s.» (10, 14). 
DQK-nin  izahlı  lüğətində «qara» sözünün  müxtəlif  mənaları  verilir  və bu 
sözlə  əmələ  gəlmiş  bəzi  birləşmələr  (məs.,  qara  bulut,  qara  qaplan,  qara  otaq, 
qara polad və s.) şərh olunur (13, 53-54). 
DQK  motivli  əsərlərdə  də  «qara»  sözünün  müxtəlif  mənalarda  işlənməsi 
özünü göstərir. 
Qara saçlı başım qurban, Ağ köpüklü suyum sənə (3,64). 
DQK-də «qara başım» ifadəsi işləkdir. Məsələn, Qara başım qurban olsun, 
oğul, sana!» (5, 39). R.Məhərrəmova «qara baş» birləşməsini «gənc ömür, gənc-
lik həyatı» kimi izah edir (10, 15). N.Xəzridən götürülmüş nümunədə söz məhz 
belə  bir  ətrafda  işlənir.  Lakin  kontekst  daxilində  (qara  saç)  birbaşa  məna  rəng 
anlamını verir. Baxmayaraq ki, qara saç gənc yaşlar üçün səciyyəvidir.  
Sınır qaranlığın, Qara qanadı, Əriyir dağların bəyaz qarında (3,95); Yed-
dicə min el düşməni, Gəlib qara ayağıyla, Tapdaladı bəyaz düzü (NX 64); Gəldi 
namərd qatar-qatar, Qara fikir bəllidir ki, Qaranlıqda ayaq tutar (NX 64); Qara 
düşmən fikirlidir, Ürəyindən nələr axır, nələr gedir (3, 67); Qara gözlü qaranlığa 
qarışaraq  (3,  68);  Qara  çovğun  çuğlayıb  yer  üzünü  (3,  90);  Hanı  igid  Qara 
Çoban? (3, 94). 
Qəhrəman elivi  nə günə salmış, Gör bu qara  dövran, gör bu ruzigar!  Ağ 
saçlı analar qara geyinib; Bilirəm yanında qaradır üzüm ; Qara dəvə boynunda, 
Qarıcıq anan keçdi; Büküldü qara başım, Öldü iki qardaşım (1,160). 
Omonim sözlər bədii dilin poetikliyini, obrazlılığını təmin edən  vasitələr-
dən biri kimi çıxış edir. Onların üslubi rolu sinonim və antonimlərlə müqayisədə 
məhduddur.  Omonimlər  daha  çox  təcnislərdə  işlənir.  Folklor  nümunələri  olan 
bayatılarda da omonimlər işləkliyi ilə seçilir. Altay Məmmədovun qələmə aldığı 
«Dəli Domrul» əsərində bayatılardan  istifadə olunmuşdur. Bu bayatılarda omo-
nim sözlərdən istifadə edilmişdir.  
    
 
Geymisən alaçanı 
    
 
Mənsurun alacanı
    
 
Aşıq o gündən qorxar 
    
 
Əzrayıl ala canı (14, 246). 
    
 
 
Əzizim qalasız 
     
 
Bürc olmaz qalasız
     
 
Mən ki, getməli oldum, 
     
 
Sağlıq ilə qalasız (14, 263). 
 
Əlimdən yarım alma, 
    
 
Yeməyi yarım alma. 

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         9 
 
    
 
Dedim ki, qanlı fələk, 
    
 
Canım al, yarım alma (14, 264). 
  İkinci nümunədə sözün şəkilçi qəbul etməsi nəticəsində omoforma əmələ 
gəlmişdir. 
Yaman.  Bu  sözün  omonim  kimi  işlənməsi  DQK  motivli  əsərlərdə  qeydə 
alınır.  Məsələn,  yaman  çalırsan.  Yaman  çətin  can  verirsən  (14,  236-237);  Əzi-
zim yaman olur, Ayrılıq yaman olur (14, 253). 
Ayaq. Azərbaycan dilinin izahlı lüğətində bu sözün 11 mənası verilmişdir. 
Onun  əsas  mənası  bədən  üzvü  ifadə  edən  mənasıdır.  Ayaq  frazeoloji  birləşmə-
lərin tərkibində də çox  istifadə edilir (12, 67-70). Ayaq sözünün arxaik  mənası 
«qədəh»dir.  Mahmud  Kaşğaridə  «çanaq,  kasa,  piyalə,  qədəh»  kimi  izah  olunur 
(15, 59). Bu sözə klassik ədəbiyyatda (XVII əsrədək), folklor və aşıq yaradıcılı-
ğında da «qədəh» mənasında təsadüf olunur. «Dastani-Əhməd Hərami»də, «Əs-
rarnamə»də, Nəsimi, Xətai, Kişvəri və Füzulinin dilində işlənmişdir. Aşıq Ələs-
gərin qoşmalarında vardır: 
Bir sirr gördü heyran qaldı Ələsgər 
Ayaq oda yanmır, başı yandırır. 
Çağdaş dildən fərqli olaraq «ayaq» sözü Dədə Qorqud dastanlarının dilin-
də  iki  mənada  –  bədən  üzvü  və  qədəh  mənalarında  işlənmişdir:  ayağının  sın-
dığını kimsəyə demədi (DQK 106); Altun ayaq sürahilər düzülmüşdü (DQK 42). 
DQK  motivli çağdaş ədəbiyyatda da «ayaq» sözünün hər  iki  mənada  isti-
fadə olunması qeydə alınır. 
Yerə düşdü heybətindən 
    
 
Əlindəki qızıl ayaq (1, 80). 
    
 
Yıxılıban qaba leşi 
    
 
Xan Bəkilin ayağının 
    
 
Üstə düşdü 
    
 
Sağ ayağı sınar oldu, 
    
 
Ala gözü yaşla doldu (1, 210). 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə