AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
VƏFA İSGƏNDƏROVA
ƏNƏNƏVİ NAĞIL
FORMULLARI
(Azərbaycan və Türkiyə
nümunələri əsasında)
zjm t _
BAKI - 2014
REDAKTORU:
fıLü.f.d. Əfzələddin ƏSGƏR
RƏYÇİLƏR:
fıLü.f.d. İlkin RÜSTƏMZADƏ
fıLü.f.d. Oruc ƏLİYEV
Vəfa İsgəndərova. Ənənəvi nağıl formulları (Azərbay
can və Türkiyə nümunələri əsasında), Bakı, Elm və təhsil,
2014, 202 səh.
folklorinstitutu. com
İ 4603000000 Qnfii nƏşr
N-098-2014
© Folklor İnstitutu, 2014
MÜNDƏRİCAT
ÖN SÖ Z .............................................................................. 3
I FƏSİL: Başlanğıc formulları..........................................11
1.1. Zaman formulları........................................................ 17
1.2. Məkan formulları.........................................................38
II FƏSİL: Təhkiyə formulları...........................................53
2.1. Xarici təhkiyə form ulları............................................54
2.2. Daxili təhkiyə form ulları............................................ 68
III FƏSİL: Sonluq formulları...........................................105
Nəticə................................................................................... 133
İstifadə olunmuş ədəbiyyat.............................................139
Ə la v ə ................................................................................... 149
3
ÖN SÖZ
Məlum olduğu kimi, qohum xalqların bütün mədəni dəyər
ləri vahid mənbədən haçalanır. Bu baxımdan şifahi bədii yara
dıcılıq ənənəsi də istisna təşkil etmir. Bu günə qədər qohum türk
xalqlarının folkloruna aid çoxlu materiallar toplanmış və onlar
haqqında maraqlı araşdırmalar aparılmışdır. Qeyd edək ki, folk
lorun ən kütləvi janrlarından biri olan nağıllar da araşdırıcıların
diqqətindən kənarda qalmamışdır. Bu tədqiqatlarda konkret bir
xalqın nağıl yaradıcılığına daha çox diqqət ayrılır, yaxın xalqla
rın nağıllarının tipoloji müqayisələri isə bir çox hallarda kölgədə
qalır. Bu üzdən qohum xalqların folkloru, o cümlədən nağılları
arasında olan tipoloji cəhətləri ortaya çıxartmaq bütün aktuallığı
ilə qarşıda dayanır.
Bu araşdırma nağılların ifası zamanı söyləyicilərin istifadə
etdiyi ənənəvi formullara həsr olunmuşdur. Ənənəvi formul de
yərkən, epik təhkiyədə istifadə olunan qəliblənmiş söz, ifadə və
ya sözlər qrupu nəzərdə tutulur. Bir çox mənbələrdə fərqli şəkil
də izah olunan “ənənəvi formul” m üxtəlif terminlərlə ifadə olu
nur. Dilçilik lüğətində “formul” termini “frazeologizm”, “klişe”,
“ştamp”, “stereotip” terminləri ilə sinonim kimi verilir. Mövcud
məsələ ilə bağlı araşdırdığımız mənbələrdə aşağıdakı terminlərə
rast gəlinir: dayanıqlı yerlər, tipik yerlər, ənənəvi formullar, epik
formullar, tipik ifadələr, qəlib ifadələr, stereotiplər, ənənəvi yer
lər, klişelər, təkrarlamalar, daimi epitetlər, metrik söz qrupları,
şablonlar, tematik standartlar, dayanıqlı müqayisələr və məcaz
lar, hərəkətli hissələr, obrazlı stereotiplər, stilistik klişelər, da
yanıqlı söz kompleksləri, frazeologizmlər, kümə sözlər və s.
Məzmunca, əhatəlilik baxımından daha uğurlu, çox rast gəlinən
və kifayət qədər həcmli ifadə “ənənəvi formul” terminidir.
Ənənəvi formullar nağıl təhkiyəsinin tərkib hissəsidir və
üslubi xarakter daşıyır. Bununla yanaşı, onlar nağıl təhkiyəsinin
ən qədim ünsürləri sayılır. Bu isə onların qədim folklor ənənə
sindən süzülüb gəldiyini göstərir. Ona görə də nağıl ifaçılığı za
4
manı istifadə olunan ənənəvi epik formulların öyrənilməsi nağıl
ların poetik xüsusiyyətlərini üzə çıxarmaqla yanaşı, onların qə
dimliyini də ortaya qoymuş olur. Monoqrafiyada genetik baxım
dan qohum olan iki xalqın - Azərbaycan və Türkiyə xalqlarının
nağıllarında müşahidə olunan ənənəvi formulların tipoloji xüsu
siyyətləri öyrənilir. Bu xalqların nağıllarında müşahidə olunan
tipoloji cəhətlər dolayısı ilə onların vahid epik ənənə əsasında
yarandığını göstərir. Azərbaycan folklorşünaslığında bu istiqa
mətdə aparılan araşdırmalara böyük ehtiyac olduğunu nəzərə al
saq, mövzunun necə aktual olduğunu təsəvvür etmək çətinlik tö
rətməz.
Folklorda ənənəvi üslub məsələsinə ilk dəfə poetik dilin elə
formuldan ibarət olduğunu söyləyən A.N.Veselovski toxunmuş
dur. Onunla yanaşı, m üxtəlif dövrlərdə L.Uland, Y.Qrişmanın,
A.N.Afanasyev, F.İ.Buslayev kimi rus alimləri də folklorda for
mul məsələsini araşdırıblar.
A.N.Veselovski və V.Y.Propp “ümumi yerlər” adlandırdıq
ları formulları xalq yaradıcılığı və tətbiqi incəsənətdə öyrənil
məsi məsələsini qoymuşlar. Nağılı məhz ənənələr, miflər, ilkin
təsəvvür formalarının və bir sıra sosial institutların vasitəsilə
izahının mümkünlüyünü sübut edən V.Propp ənənəvi formul
lardan söz açılanda, onları arxaik mədəniyyət kontekstində an
lamaq lazım olduğunu bildirmişdir (133). Amerikan mədəniy-
yətşünası Con Kaveltinin artıq klassikaya çevrilmiş “Formul
nəqli incəsənət və populyar mədəniyyət kimi” əsəri də məhz
bunu isbat etmək üçün meydana çıxıb. M üəllif ədəbi formulu
çoxlu sayda əsərlərdə istifadə olunan təhkiyə və drammaturji
konvensiyaların strukturu kimi müəyyən etmişdir (134).
“Kitab eposunun abidələri” toplusunda üslub və tipoloji
xüsusiyyətlər, rituallar, formullar barədə araşdırmalar daha geniş
surətdə özünə yer tapıb. Belə ki, A.N. Veselovski, V.M.Jirmun-
ski, İ.İ.Tolstoy və başqaları məhz orta əsrlər kitab lirikasında
antikliyin və folklor ənənəsinin əksini görüblər. Lirikanın for
mulları haqqında araşdırmalar aparan “alman məktəbi”nin mü-
5
təxəssısləri A.Daura, O.Holtsapfel, Q.Poykert, P.Mayer, S.Bou-
ra, P.Kelli, S.Vanqa və D.Buxane isə formulluğu dünya xalq li
rikasının yaradıcı sisteminin qanunauyğunluğu kimi tədqiq et
mişlər (117, 54).
XIX əsrdə isə epik üslubun formulluq məsələsinə m üxtəlif
epik abidələrin toplayıcılan və araşdırıcıları münasibət bildir
mişlər. Parri-Lord nəzəriyyəsinə görə, formullar üslubu şifahi
improvizasiya şəraiti ilə izah olunur. Onlar ani bir fikri ifadə
etmək üçün müntəzəm işlənən söz qrupunu göz önünə gətirmiş
lər. Məhz bu alimlərin yaratdıqları məktəblərdə formul nəzəriy
yəsi haqqında çoxsaylı işlər görülmüşdür. Bunlar Qərbdə fəaliy
yətə başlayan Menendes Pidal və Milmann Parrinin məktəbləri
dir. Albert Lord və E.Hayts sonuncu məktəbin nümayəndələri
dir. Birinci məktəbin nümayəndələri ənənəviliyi, ikinci məktə
bin nümayəndələri isə şifahi təhkiyəni əsas götürürlər. Onlar cə
nubi slavyanların Yunats və Hayduts eposunun müasir söyləyi-
cilərini müşahidə edərək xalq ifaçı və söyləyicilərinin bədahətən
söyləmə mexanizmlərini, Homer eposlarının üslubi keyfiyyət
lərini, xüsusilə onun stereotiplərini araşdırıblar (117, 58).
Sözügedən məsələ haqqında E.M.Meletinski və P.A.Qrint-
ser Parri və Lordun təklif etdiyi metodikadan bəhrələnərək prin
sipial dəqiqləşdirmələr etmişlər. P.A. Qrintser “Sanskrit epo
sunda üslubi mövzu açıqlamaları” əsərində “Maxabxarata” və
“Ramayana”da formul
ifadəsinin
yollarım
araşdırmışdır.
C.Y.Neklyudov isə üslub təkrarlamaları və leytmotivlərin qədim
semantika ilə uyğunluğuna diqqət yetirmişdir. Formul anlamına
geniş mənada münasibət A.Virtin araşdırmaları üçün də səciy
yəvidir. V.Ferin formula həsr olunmuş əsərində də oxşar mənzə
rə ilə qarşılaşmaq olar (110, 28). Tanınmış rus tədqiqatçısı
O.M.Freydenberq də “Süjetin və janrın poetikası” və “Qədim
dövrün mifi və ədəbiyyatı” adlı əsərlərində məsələyə özünəməx
sus tərzdə toxunmuşdur.
Rus xalq nağıllarının ənənəvi formulları barədə yazan
Q.S.Maltsev ənənəvi formulları şifahi poetik mətnin kateqori
6
yası kimi təqdim edir. Q.S.Maltsevlə yanaşı, İ.A.Razumova da
rus xalq nağıllarının formullarına ayrıca araşdırma həsr etmişdir.
Ənənəvi formullar məsələsinə nağıl janrı haqqında araşdır
malar aparan bir sıra alimlər də müraciət ediblər. Məsələn,
L.Şeynyanu,
S.Savçenko,
P.Volkova,
İ.Bolte,
Q.Polivka,
V.P.Anikin, V.M.Sokolov, M.P.Ştokmar, F.İ.Buslayev, D.Frey-
zer, A.N.Afanasyev və başqa tədqiqatçıların sözügedən məsələ
yə həsr olunmuş əsər və məqalələri əsas etibarilə nağıl formulla
rının qeydə alınması və inventarlaşdırılmasına həsr olunmuşdur.
A.B.Mojarovski, A.N.Afanasyev, N.P.Kolpakov, A.J.Niki-
forov kimi bəzi rus araşdırıcıları ənənəvi formulları “usandırıcı”
nağıllar adlandırırlar (135). Onların fikrincə, bu tip nağıllarda
süjet illüziyalıdır, çünki onun məqsədi dinləyicilərə maraqlı bir
şey çatdırmaq deyil, texniki tərəfdən təhkiyənin fasiləsizliyini
təmin edən mexanizmi nümayiş etdirməkdir (135).
Göründüyü kimi, folklorşünaslıqda daha çox formulların
struktur-tipoloji aspekti araşdırılmışdır. Bu sahədə ən fundamen
tal nəzəri iş Rumıniya alimi N.Roşiyanuya məxsusdur. O, bir
sıra Slavyan, Qərbi Avropa və Şərq xalqlarının nağıl mətnlərinin
əsasında formulları, onların elementlərinin tərkibini öyrənmiş,
funksional xüsusiyyətlərini müəyyən etmişdir. N.Roşiyanunun
tədqiqatlarına əsaslanaraq, N.M.Gerasimova rus xalq nağılları
nın strukturunu araşdırmışdır. Bu problemin linqvistik yöndən
analizi isə O.A.Davıdovaya məxsusdur.
Formul nəzəriyyəsinə qismən “Dastan poetikasf’nda toxu
nan K.Vəliyev də formulun təsnifatının bilavasitə dil birliklərinə
uyğun olduğunu vurğulayır: 1) Söz-formulu (metafora); 2) Söz
birləşməsi-formulu (bədii vəsflər); 3) Cümlə-formulu (atalar
sözləri, hikmətli sözlər); 4) Mürəkkəb sintaktik bütünlük- for
mulu (şeir) (76, 143). Onun fikrincə, bu ümumi modellər öz
tərkib hissələrinə bölünür. Alqış, qarğış, bədii vəsf, paralel inşa
lar, atalar sözləri, təkərləmə ifadələri və s. uyğun modelin ünsü
rü kimi ortaya çıxır. Bu dil birliklərinin uyğun modellərinə
N.Roşiyanunun araşdırmasında da rast gəlinir.
7
Türkiyə folklorşünasları da nağıl janrı üzərində çoxlu sayda
araşdırmalar aparmışlar. P.N.Boratav, V.Eberhard, W.S.Uysal,
Z.Göyalp, T.Alangu, N.Tezel, E.C.Güney, S.Sakaoğlu, U.Gü-
nay, B.Seyidoğlu, sonrakı illərdə P.Boratavın rəhbərliyi altında
V.Volker, B.Volker, M.Tuğrul, Ə.E.Uysal və E.Artun və s. kimi
alimlər öz toplamalarında formullardan yararlanmış, əsərlərində
müəyyən qədər ənənəvi formullar məsələsinə toxunmuşlar.
Müasir dövrdə M.H.Yavuz, N.Taner, M.Gökçəoğlu xalq
nağılları üzərində çalışmalarım davam etdirirlər. Əsasən Kipr
nağıllarım toplayan müasir araşdırıcı M.Gökçəoğlu ənənəvi for
mulların “Kıbrıs türk küme sözler (formeller)” sözlüyünü hazır
lamışdır. Burada o, küme sözü altında ənənəvi tapmacaların, ata
lar sözlərinin, təkərləmələrin daxil olduğu bütün formulları təq
dim etmişdir (87,17).
Bu günə qədər Azərbaycanda nağıl janrına həsr olunmuş bir
sıra araşdırmalar mövcuddur. Ancaq onların heç birində nağıl
formulları xüsusi şəkildə araşdırmaya cəlb olunmamışdır. O.Əli
yev “Azərbaycan nağıllarının poetikası” adlı monoqrafiyasında
nağıl formullarından bir qədər ətraflı bəhs etmişdir. Ayrı-ayrı
dərsliklərdə isə nağıl formullarına ötəri şəkildə toxunulmuşdur.
Monoqrafiyanın predmeti Azərbaycan və Türkiyənin, həm
çinin Şimali Kipr Türk Cümhuriyyətinin müxtəlif bölgələrindən
toplanan xalq nağıllarıdır. Cənubi Azərbaycan və İraq-Kərkük
nağılları və internet səhifələrində yerləşdirilən bütün Azərbay
can və Türkiyə xalq nağılları da tədqiqata cəlb olunmuşdur.
Burada N.Roşiyanunun “Ənənəvi nağıl formulları” əsərinə
əsaslanaraq Azərbaycan və Türkiyə nağıllarının ənənəvi formul
ları araşdırılmışdır. Azərbaycan və Türkiyə xalqlarının formulla
rının oxşar və fərqli xüsusiyyətləri təhlil olunmuşdur. Monoqra
fiyada həmçinin P.N.Boratav, İ.Razumova, Q.Maltsev və A.Ge-
rasimova, P.N.Boratav, E.Artun və M.Gökçəoğlu kimi alimlərin
araşdırmalarından da istifadə olunmuşdur.
Əsas məqsədimiz Azərbaycan və Türkiyə nağıllarının ənə
nəvi formulları arasında müqayisələr aparmaq və bu yolla onla-
8
nn vahid epik ənənə əsasında yarandığını, yəni bir bütövün ayrı-
ayrı hissələri olduğunu əsaslandırmaqdan ibarətdir. Bununla əla
qədar qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
- Folklorda ənənəvi formullar məsələsinin qoyuluşu və
ətraflı öyrənilməsi;
- Xalq nağıllarında ənənəvi formullar məsələsinin araşdırıl
ması, bu sahədə mövcud təcrübənin mənimsənilməsi;
- Azərbaycan və Türkiyə nağıllarının ətraflı öyrənilməsi və
müqayisə olunması;
- Azərbaycan və Türkiyənin m üxtəlif bölgələrindən toplan
mış nağılların başlanğıc formullarının müqayisə olunması, ortaq
formulların aşkarlanması;
- Azərbaycan və Türkiyə nağıllarının təhkiyə formullarının
oxşar və fərqli cəhətlərinin müəyyən olunması;
- Azərbaycan və Türkiyə xalq nağıllarının sonluq formulla
rının oxşar və fərqli xüsusiyyətlərinin müəyyən olunması;
- Ortaq və fərqli formullar, onların meydana gəlmə səbəb
lərinin və nəticələrinin ümumiləşdirilməsi;
Monoqrafiya işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
- Araşdırma işində ənənəvi nağıl formulları haqqında
nəzəri düşüncə və təcrübənin mənzərəsinin yaradılmasına cəhd
edilmişdir.
- Azərbaycan nağıllarının ənənəvi formulları sistemli şəkil
də öyrənilmiş və bir çox ümumiləşdirmələr aparılmışdır.
- Türkiyə nağıllarının ənənəvi formulları toplanmış və
ümumiləşdirmələr aparılmışdır.
- Azərbaycan nağılları ilə Türkiyə nağıllarının formulları
müqayisə olunmuş və onların tipoloji xüsusiyyətləri üzə çıxarıl
mışdır.
- Azərbaycan və Türkiyə nağıllarının ənənəvi formullannm
kataloqu hazırlanmışdır.
- Monoqrafiyanın və formullar kataloqunun gələcəkdə bu
sahədə yeni-yeni araşdırmaların meydana çıxmasına təkan
verəcəyinə inanırıq.
9
Bir sözlə, monoqrafiyada ənənəvi formulların sistemli təhli
li ilə yanaşı, Azərbaycan və Türkiyə nağıllarının başlanğıc, təh
kiyə və sonluq formullarının müqayisə olunması, ortaq və fərqli
cəhətlərin tapılıb təhlil edilməsi folklorumuz üçün çox maraqlı
dır. Araşdırılan formulların çoxu yalmz nağıla deyil, digər ja n r
lara da aiddir. Tədqiqat işi həm Azərbaycan, həm də Türkiyədə
şifahi xalq ədəbiyyatı ilə maraqlananlar, yaxından məşğul olan
mütəxəssislər və ali məktəb tələbələri üçün faydalı ola bilər.
Monoqrafiyadan şifahi xalq ədəbiyyatına aid yeni dərsliklərin
hazırlanmasında da istifadə oluna bilər. Tədqiqatın aparılmasın
da və monoqrafiyanın hazırlanmasında mənə dəstək olan hər bir
kəsə təşəkkür edirəm.
10
I FƏSİL
BAŞLANĞIC FORMULLARI
Şifahi xalq yaradıcılığının ən qədim janrı olan nağıllar
müəyyən struktura və özünəməxsus dilə malikdir. Bütün dünya
xalqlarının nağılları üç bölümdən ibarətdir: nağılın əvvəli, özü
(əsas hissəsi) və sonu. Belə ki, nağıllar başlanğıc formulu ilə
başlayır, sonra əsas hadisələr cərəyan edir, sonda isə sonluq for
mulu ilə yekunlaşır. Bu bölümlər bir-birindən sabit, dəyişməz
qalan ənənəvi formullarla (başlanğıc, təhkiyə və sonluq) ayrılır.
Bu məsələ dünya şifahi ənənəsində, həmçinin Azərbaycan və
Türkiyə folklorunun nağıl janrında oxşardır.
Nağılların dilinin, formullarının və digər köməkçi vasitələ
rinin öyrənilməsi onların araşdırılması üçün vacibdir. A. Lorda
görə, formullar onların haqqında düşünüldüyü kimi donmuş kli-
şelər deyil, əksinə onlar dəyişə bilir və onlardan yeni formullar
yaranır (109, 14). Xalq ədəbiyyatının mühüm bir qismini təşkil
edən nağılın dərin bir fəlsəfəyə istinad etdiyini söyləyən
Y.V.Çəmənzəminli ənənəvi formulları nağılın zinəti hesab edir.
O qeyd edir: “Üsula gəldikdə nağıl ədəbiyyatının müəyyən üsu
lu var. Onları gözəl edən və süsləndirən müəyyən dil, tərkib və
cümlələrdir. Xalq ədəbiyyatı ilə maraqlananlar bu nöqtəni unu
darlarsa, çəkdikləri zəhmət hədər olar” (49, 69,277-278).
Xalq nağıllarında ənənəvi formulların iştirakı yalnız tədqi
qatçılar üçün deyil, söyləyicilər üçün də lüzumlu məsələlərdəndir.
Söyləyicilərin təhkiyəsini maraqlı və cəlbedici edən məhz ənənəvi
formullardır. Onlardan yararlanma texnikasının səviyyəsi peşəkar
nağılçılarda daha yüksəkdir. Formulların zənginliyi nağıl
auditoriyasından da çox asılıdır. Folklor toplayıcılanndan fərqli
olaraq, bir neçə dinləyicidən ibarət aktiv və həvəsli auditoriya
söyləyicidən daha zəngin və maraqlı təhkiyə tələb edə bilər. Yəni
qarşılıqlı əlaqə zamanı nağılçının yaddaşında olan yeni-yeni for-
11
mullar söylənilir. Peşəkar söyləyici dinləyicilərin yaşım, dünya
görüşünü, maraq dərəcəsini nəzərə alaraq öz təhkiyəsini qurur.
P.N.Boratav və V.Eberhard “Türk xalq nağıllarının tipi”
əsərində nağılların forma və üslubu barədə yazırlar: “Nağılların
başlanğıcında giriş formulu durur: “Bir varmış, bir yokmuş...”
Bu formul bir “təkərləmə” ilə davam edə bilər. Sonra əhvalatla
rın əsas hissəsinə keçməzdən əvvəl qəhrəmanın durumu, həyatı,
həmçinin doğuluşu və gəncliyinin təsvir olunduğu kiçik bir hissə
gəlir. Ardınca nağılın əsas hissəsi başlayır. Sonda isə sonluq for
mulu gəlir. Şər uduzur və ya qırx gün, qırx gecə davam edən toy
olur, yaxud digər xoşbəxt sonluqla yaxşı qəhrəmanlar və eyni
zamanda dinləyicilər sevinirlər. Burada dinləyici belə bir arzu
irəli sürür: “Onlar ermiş muradına, biz de erelim muradımıza”.
Bəzən söyləyici zarafatla, maraq üçün mükafatlandırılır: “Göy
dən üç alma düşdü. Sonra almaların üç nəfər arasında bölünməsi
gözlənilir, ancaq o, söylədiyi nağılın əvəzində almaların hər üçü
nü özünə götürür” (132, 11-12).
Bəzi Türkiyə araşdırıcıları ənənəvi formulların hamısını tə
kərləmə adlandırırlar. Onlardan biri olan Naki Tezel hesab edir ki,
nağıl üç bölümdən ibarətdir: Nağılın əvvəli, yəni təkərləməsi,
nağılın özü və nağılın sonu: “Həqiqi söyləyicilər təkərləmədən
sonra nağıla girərlər. Şəkil baxımından nağılın üçüncü bölümü,
sonundakı təkərləmədir. Buna “nağıl sonu” da deyə bilərik” (98,
3). Onun fikrincə, söyləyicilərin çoxu nağılı orijinal bir şəkildə bi
tirmək və anlatdığı hadisələrə həqiqət havası vermək üçün bir
təkərləmə deyirlər. Sanki o, anlatdığı əhvalatların içində yaşamış,
söz gəlişi qırx gün, qırx gecə sürən toyda iştirak etmişdir (98, 3).
Bəzən adlan fərqli olsa da, dünya folklorşünaslığında nağıl
janrı quruluş, mahiyyət etibarı ilə oxşardır. Türkiyə folklor nəzə
riyyəçisi Erman Artun nağılları quruluşca üç yerə aymr: 1.
Döşəmə; 2. Hadisə; 3. Dilək. Döşəmə adı verilən nağılın ilk bö
lümündə “təkərləmə” (sicilləmə) deyilən qəliblənmiş sözlərə yer
verilir. “Təkərləmə” kəlmə oyunlarından, bir-biri ilə əlaqəsi ol
mayan, dinləyicinin marağını nağıla çəkmək məqsədilə daxil
12
olan qəlib sözlərdir. Döşəmədə əsas məqsəd əlaqəsiz sözləri bir
araya gətirərək ahəngi saxlaya bilməkdir. Bu qəlib sözlər nağıl
dakı əsil əhvalatın başlanmasından əvvəl və olayın bitməsindən
sonra istifadə olunur. Nağılın hadisə bölümündə nağılda yer alan
əhvalatlar ifadə olunur (78, 117).
Kıbns folklorunun araşdırıcısı M.Gökçəoğlu dünya folklor
şünaslığında olduğu kimi, nağılları quruluş baxımından üç yerə
bölür və onların ənənəvi formullarla ayrıldıqlarını vurğulayır. O,
formulları təkərləmələrdən ayrı hesab edir və nağılların təkərlə-
mələrlə başlandığını qeyd edir: “Təkərləməsi olmayan nağıllar
isə formullarla sözün qapısını açırlar. Məlum olduğu kimi, for
mullar nağıllara bağlı olan ifadə növləridir. Nağıl dinləyiciləri
nin qulaqları simli alətlərin mizrabı kimi anladanın ağzından çı
xacaq sözləri gözləyir. Nağıl döşəndikcə döşənir. Anlatma anın
da çoxlu formullardan istifadə olunur” (85, 20).
Söylənildiyi kimi, xalq nağıllarını ənənəvi formullarsız tə
səvvür etmək olmaz. Ənənəvi formullar həmçinin bütün dövrlər
və bütün xalqların nağılları üçün stabildir, ənənəvidir. Nağıl
söyləyicilərinin düşünməyə, düşündürməyə və ironiyaya meylli
olmalarından irəli gələrək, dinləyicilərin diqqətini bütünlüklə
nağıla cəlb etmək üçün ritmli təhkiyə artıq üslubun bariz nümu
nəsinə çevrilir. Söyləyicilər nağılı öz biliyi, daxili zənginliyi, xə
yal dünyasından asılı olaraq anlada bilirlər. Həmçinin eyni möv-
zulu nağıllarda belə istifadə olunan formullar mövcud mədəni
şəraitə, zamana, məkana, adət-ənənəyə, söyləyicinin cinsinə uy
ğun olaraq dəyişir. Nağıl söyləyicisi bəzən təhkiyəyə səsinin
tonu, əl hərəkətləri, mimikalarla da zənginlik qata bilir. Bəzən
söhbətə təqlid oyunlarını da qatır. Sonra dinləyici ilə söyləyicini
anlatma prosesində bir-birinə yaxınlaşdıran bir sıra anlaşmalar
olur. Söyləyici dinləyicilərlə danışır, onlara suallar verir, onlar
dan qarşılıq alır, hərdən isə dinləyicilərin düşüncələrini, duyğu
larım üzə vurur. Türkiyə nağıllarından bir misal göstərək:
“- Ya varmış, ya yokmuş. Bir padişah varmış. Allahın
emriyle kimin günahı varsa, estağfürullah diyecek.
13
Dinleyiciler hep bir ağızdan:
- Estağfurullah.
Masal anlatıcısı:
- En büyük ağaç hangi ağaç?
Dinleyicilər.
- Çinar.
Masal anlatıcısı:
- Padişahın anası çeker, babası çeker, bu da Allahın emri
demiş.
Dinleyiciler:
- İyi ki biz padişah deyiliz.
Masal anlatıcısı:
- Susun! Şimdi, anlatak mı, dinletek mi?
Dinleyiciler:
- Anlat.
Masal anlatıcısı: Eger dinleyeceksiniz, oturun, kulaklarınızı
dikin. Yatacaksmız, yun döşek açın da içinde yatın” (78, 110).
Beləliklə, söyləyicinin ustalığı, istedadı ilə sıx bağlı olan
nəql prosesində daha yeni formulların yaranmasına sərhədsiz
imkanlar açıla bilər. “Söyləyicilərin nağıllarının bəlli yerlərində
yararlandıqları formullar nağılı bəzəyən ünsürlərdir. Xüsusən də,
nağılların başlanğıc və sonunda istifadə etdikləri ifadələr, söylə
yicilərin ustalıqlarını göstərmələri üçün bir fürsətdir” (97, 95).
Bu prosesi N.Roşiyanu aktiv mənimsəmə adlandırır. Yəni bu
zaman söyləyicilər özlərinin təxəyyüllərindən irəli gələn yeni
formul variantlarından yararlanırlar. Passiv mənimsəmədə isə
novatorluq istisna olunur. Nağılın məzmunundan və tipindən
asılı olmayaraq, bütün formullar ağızdan-ağıza bir söyləyicidən
digərinə ötürülür. Söyləyicinin şəxsi qabiliyyətinə, onun bədahə
tən söyləmə istedadına yeni çalarlar gətirməsinə baxmayaraq, o,
ənənə xaricində mümkünsüzdür. Ona görə də bir sıra fərdi üslu-
bi keyfiyyətlər üstün olsa da, söyləyicilər öz sələfləri tərəfindən
yaradılan ənənəvi fonddan yararlanmaya bilmirlər (121, 27).
Aydındır ki, bu fondda xüsusi yeri epik formullar tutur.
14
Araşdırıcılar təhkiyə zamanı formullardan yararlanmanın
müsbət və mənfi tərəflərini qeyd edirlər. Bəziləri düşünürlər ki,
üslubi üsulların və möhürlərin ənənəviliyi, dayanıqlığı, mühafi
zəkarlığı heç vaxt nağılçılara aydın, rəngarəng, maraqlı, canlı
nağıllar yaratmağa mane olmur. Bir sıra folklorşünaslar isə ənə
nəvi formullarla zəngin təhkiyəni nağıla zərər verən, mətnin əs
lini saxlamaqda; əsas olayları göstərməkdə mane olan ünsürlər
kimi dəyərləndirirlər. Onlara görə, ifa zamanı bu cür incəliklər
sözə dad verdiyi halda, yazıda gözü və qulağı bezdirir, cümlələ
rin oxunuşunu çətinləşdirir. Belə ki, bəzi nağıl toplayıcıları na
ğılları qələmə alarkən formulların çoxundan yararlanmırlar. Bu
isə ənənəvi formulların tədricən sıradan çıxmasına gətirib çıxa
rır. Bunu müasir dövrdə toplanıb nəşr olunan nağıllarda ənənəvi
formulların kasad olması da sübut edir. L. Süleymanova “Şəki
folklor mühiti” adlı monoqrafiyasında qeyd edir: “Şəki ərazisin
də başlanğıc, orta və son nağıl formullarının birgə işləndiyi bir
nağıla da olsun təsadüf etmədik. Müasir söyləyicilərin danışdıq
ları nağıllarda klassik nağıl formullarını işlətməmələri ərazidə
nağıldanışma ənənəsinin öləziməsi ilə bağlıdır” (71, 115). Bu
özünü Azərbaycanın digər yerlərindən və Türkiyədən toplanmış
xalq nağıllarında da göstərir.
V.M.Jirmunskiyə görə, “Formulların çoxluğu şifahi ifanı
asanlaşdırır, amma o, dərin bədii dünyagörüş və üslub xüsusiy
yətləri ilə izah olunur (139). V.Pomerantseva isə, nağılın ənənə
vi formullarını bir tərəfdən ona cəlbedici, bəzəkli xarakter verdi
yini, digər tərəfdən də onun nəqlinin yubadılması üsullarından
birinə xidmət etdiyini bildirir: “Belə ki, formullar funksional sə
ciyyə daşıyır, desək, yanılmarıq” (139). Yəni hadisələrin baş
verdiyi zamanın uzunluğu və bu hadisələr haqqında nəqlin sürət-
liliyi arasında uyğunsuzluq hiss olunanda bu formullar hadisələri
saxlamağa müvəffəq olurlar. Onlar ifa zamanı ilə hadisələrin za
manını eyniləşdirməyə xidmət edirlər. Zamanın vahidliliyinə
çatmaq qeyri-mümkündür, yalnız həmin hadisələrin uzunluğu və
onlar haqqında nəqlin ardıcıllığı arasında şərti tənasüblüyə nail
15
olmaq olar (139). Bir sözlə, tədqiqatçıların çoxu nağılın struktu
runu dediyimiz şəkildə qoyurlar. Artıq dünya folklorşünaslıq el
mində bu bir qanun kimi qəbul olunur.
Qədim tarixə və eyni kökə malik olan nağıllar folklor döv
riyyəsi nəticəsində bir bölgədən digərinə, bir məmləkətdən baş
qasına keçərək yayılıb. Bu mənada nağıl formullarını da qohum
hesab etmək olar. Ortaq tarixi yolu keçmiş, eyni kökə və soya,
ortaq dilə malik olan Azərbaycan və Türkiyə xalqlarının nağılla
rı isə daha doğma və yaxındır. Hər iki xalqın ənənəvi nağıl for
mullarının eyni formulların oxşar variantları olduğu nəzərə çar
pır. Bununla bərabər, ümumi fonddakı formullardan yararlanan
dünya nağıl söyləyiciləri kimi, Azərbaycan və Türkiyə söyləyi-
ciləri də özünəməxsus dil xüsusiyyətlərilə yanaşı, xüsusi təbirə
və şivəyə malikdirlər. Söyləyicilər oxucunun zövqünü oxşamaq
üçün istəklərinə uyğun olaraq, nağılın dilini, üslubunu dəyişdirə,
ənənəvi formullarla zənginləşdirə bilirlər. Bu zaman sözlü ənənə
ilə yanaşı, söyləyicinin çevrəsi, dünyagörüşü, bilik dairəsi, cinsi,
təhkiyə texnikası da önəmli hesab olunur. Ziya Göyalpm dediyi
nə görə, onlar ancaq ocaqdan yetişmə nağılçılardır: “Nağılçılar
qədim ozanlığm qadınlarda davam edən qismidir. Ozanlıq baba
dan oğula qaldığı kimi, nağılçılıq da anadan qıza keçər (97, 94).
Belə ki, peşəkar söyləyicilər söylədikləri nağıllarda ənənəvi for
mullardan geniş surətdə istifadə edirlər. Həvəskar nağılçılar isə
daha çox yayılmış, hər kəsə bəlli başlanğıc və sonluq formulla
rından yararlanırlar.
Qeyd etdiyimiz kimi, Rumıniya alimi Nikolay Roşiyanu ənə
nəvi formullar haqqında daha dəyərli və dərin araşdırmalar apar
mış, onun sistemli şəkildə izahını vermişdir. O hesab edir ki, hər
bir nağıl söyləyicisi öz nağılını hadisələrin “tarixdə möhür-
lənməsi”, “onun zamanda təsbit edilməsi” və “söyləniləcək
hadisələrin baş verdiyi yerin göstərilməsi ilə” başlayır. Araşdırıcı
“inisial” adlandırdığı başlanğıc formulunun iki tipini ayırd edir:
a) zaman formulu (“xronoloji”)
b) məkan formulu (“topoqrafik”)
16
/б
'У
З
?
Yəni bir qayda olaraq, söyləyici öz nağılım zamana (T) və
ya məkana (S), yaxud zamana və məkana (TS) yerləşdirir.
Başlanğıc (inisial) formulunun ilkin funksiyaları bunlardır (121,
18). Bu baxımdan alimlərin fikirləri üst-üstə düşmür.
Nağılları tarixi həqiqət və ya tam uydurma hesab edən folk-
lorşünaslar nağılların başlanğıc formulları barədə fərqli düşü
nürlər. Rusiya folklorşünası İ.Razumovaya görə, nağılların
bütün zaman - məkan xüsusiyyətləri sistemi ənənəvi formullar
da toplanır. Nağılların zaman - məkan formulları bütün formul
stereotipləri arasında birinci yerdə yerləşir, çünki onlar nağıl
dünyasının daha vacib koordinatları ilə bağlıdırlar (122, 71).
E.M.Meletinskiyə görə, nağıllarda uydurmaya və əfsanəviliyə
meyl məhz başlanğıc və sonda göstərilir. Bu qeyri-müəyyən za
man və məkan kateqoriyaları vasitəsi ilə formalaşır (122, 76).
P.Yakimov “Nağıllarda və bayatılarda bədii zaman” əsərində
qeyd edir: “Nağılları həqiqət dünyasından uzaq hesab edən araş
dırıcılar nağılların süjetindəki zaman və məkanın da həqiqətə
uyğun olmadığını hesab edirlər. Yəni nağıllar heç nə ilə, yəni za
man və hadisələrin yoxluğu ilə başlayır” (139). Fikrimizcə, za
man və məkan nağıllarda dəqiqliklə göstərilməsə də, sözügedən
formullarda müəyyən tarixi həqiqətlər tapmaq mümkündür. Na
ğılların zamanının və məkanının dəqiq göstərildiyini söyləyən
N. Roşiyanu onları aşağıdakı şəkildə göstərir:
Dostları ilə paylaş: |