AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
_______________________________________________
NÜBAR HƏKİMOVA
AZƏRBAYCAN
XALQININ ƏNƏNƏVİ
BİLİKLƏRİ
BAKI – 2011
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
2
AMEA Folkor İnstitutu Elmi Şurasının
qərarı ilə nəşr olunur
ELMİ REDAKTOR: f.e.d., professor Hüseyn İSMAYILOV
RƏYÇİLƏR:
f.e.d., professor İsrafil ABBASLI;
f.ü.f.d. Ağaverdi XƏLİL;
b.e.d. professor Ədalət FƏRƏCOV
Nübar Həkimova. Azərbaycan xalqının ənənəvi
bilikləri, Bakı, “Nurlan”, 2011, -316 səh.
Yuxu, yuxugörmə, yorum-yozumları, türkəçarə, xalq deyimləri
(təbabəti) inam və etiqadlar hələlik ən az toplanıb çapa hazırlanan,
təhlil-tədqiq olunan sahələrdəndir. Biologiya üzrə fəlsəfə doktoru
N.M.Həkimova uzun illərdir ki, Azərbaycan, Gürcüstan, Orta Asiya
və digər qonşu respublikaların ərazilərində yaşayan azərbaycanlı
müdriklərindən, aqil-ağsaqqalarından, ağbirçəklərindən topladığı yu-
xu yorum-yozumlarını, türkəçarələri, inam və etiqadları qədirbilən
geniş oxucu kütlələrinə təqdim edir.
M
4603000000 Ãðèôëè íÿøð
Í-098-2011
© Фолклор Институту, 2011
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
3
ELMİ REDAKTORDAN
İnsan yer üzündə məskunlaşdığı andan etibarən mənsub
ərazidə yuxu yozumları, xalq təbabəti, elat inam və etiqadları
ona dörd ünsür – hava, su, od, torpaq kimi gərəkli olmuşdur.
"Azərbaycan xalqının ənənəvi bilikləri" kitabının müəl-
lifi N.M.Həkimovanın gözəl bir niyyətlə çapa hazırladığı bu
dəyərli kitabda tarixi çox qədim əsrlərlə səsləşən ulu, müdrik
xalqımızın milli-mənəvi özünəməxsusluq, özünütəsdiq, özü-
nüdərk fikir dünyası hələ işıq görməyən bol-bol faktlar, ma-
raqlı nümunələr ilə ön plana çəkilir və təsdiqlənir. Əsrlər
boyu xalqın ruhundan süzülüb gələn inamlara elat müdriklə-
rinin-aqillərinin ayrı-ayrı əsrlərdə, qərinələrdə yaşamaq hü-
ququ vermələri, bunları dövrümüzə qədər yaşatmaları təqdirə-
layiq sayılmalıdır. Kitabın "Müdriklərimizin yuxu yozumları"
bölümündə əzəli-ədəbi dünya yarandığı ilk vaxtdan bəşər öv-
ladının hər an təmasda olduğu, onu əhatə edən maddi varlıqda
və eləcə də insanın öz daxili aləmində, beynində baş verən fe-
nomenlərin sirli-sehirli duyumunu, anlamını imkanı daxilində
aşkarlamaq üçün saysız-hesabsız "niyələrin" səbəbini araşdır-
mağa çalışmasından bəhs edilir. Sözsüz, bu axtarışlar əsrlər
boyu gah uğurlu, gah da uğursuz olsa da, bu günə qədər öz
aktuallığını itirməmişdir. Mən əminəm ki, müəllifin gərgin
əməyi nəticəsində başa gələn bu kitab öz bəhrəsini verəcək,
bu sahədə çalışan psixoloqlarımız, fizioloqlarımız, təbiblə-
rimiz, folklorşünaslarımız sirli aləmin elmi açarını əldə edə-
cəklər. Yuxugörmə, türkaçarə təbabətinə vurulmuş mistik
inamsızlıq damğaları, yersiz böhtanlar ciddi araşdırmalar əsa-
sında aradan qaldırılaraq öz qanuni təsdiqini alacaqdır. Bu da
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
4
həqiqətdir ki, xalq ədəbiyyatının istər lirik, istər epik, istərsə
də epik-lirik janrlarında yuxu, yuxugörmə, türkaçarə, inam-
etiqadlar o qədər güclüdür ki, bu kitab təkcə təbiblərin, psixo-
loqların, fizioloqların deyil, filosofların, etimoloqların, folk-
lorşünasların, etnoqrafların da diqqətini özünə cəlb edəcəkdir.
Kitabda toplanan nümunələrdə müdrik loğman baba-
ların, nənələrin, rəmmal aqillərin intuitiv telepatik duyum-
deyimləri çox maraqlıdır. Müəllif haqlı olaraq kitabda ve-
rilən türkaçarələri loğmanlarla – həkimlərlə, məsləhətləş-
mədən qəbul etməni lazım bilmirlər. Məncə müəllif bu kitab-
da ən çox müdrik xalqımızın istedadlı, ağıllı fikir dünyasını
ön plana çəkmiş və haqlı olaraq belə bir qanaətə gəlmişdir
ki, yuxu yozumu, rəmmallıq, insanı əhatə edən maddi varlığa
inam-etiqadlar, türkaçarələr haqqında bu qədər incələmələr,
öyümlər, deyimlər xalqımızın bu regionda məskunlaşmaları,
ağıl dünyası haqqında psixoloqlarımıza, fizioloqlarımıza, tə-
biblərimizə, etimoloqlarımıza, filosoflarımıza, etnoqrafları-
mıza, folklorşünaslarımıza, tarixçilərimizə az şey demir. Bu-
rada aranıb-araşdırılmağa hələ ciddi ehtiyac duyulur.
Mən müəllifin uzun illərdən bəri səbrlə, təmkinlə uğur-
lu axtarışlarını, toplayıb tərtibetmə işlərini xüsusi dəyərlən-
dirməklə yanaşı, kitabın işıq üzü görməsini vacib sayıram.
Kitabın dili səlis, oxunaqlıdır. Bu sahə ilə bağlı alimləri-
mizin ixtisasca faydalana biləcəyi materiallar təqdim olunan
kitabda olduqca çoxdur. Elə bilirəm ki, bu toplu təkcə mü-
təxəssis alimlərimizin deyil, bütün geniş oxucu kütləsinin də
sevimli stolüstü kitabı olacaqdır.
H.İSMAYILOV
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
5
MÜƏLLİFDƏN
Əzəli-əbədi dünya yarandığı ilk vaxtdan bəşər övladı
hər an təmasda olduğu, onu əhatə edən maddi varlıqda və elə-
cə də insanın öz daxili aləmində, baş-beyində baş verən feno-
menlərin sirli-sehirli duyumunu, anlamını imkanı daxilində
aşkarlamaq üçün saysız-hesabsız "niyələrin" səbəbini araşdır-
mağa çalışmışdır. Sözsüz, bu axtarışlar əsrlər boyu gah uğur-
lu, gah da uğursuz olsa da, bu günə qədər öz aktuallığını itir-
məmişdir. Fenomenlərin belə sirli-sehirli möcüzələrinin elmi
əsasını şərh edərkən filosof, fizioloq, psixoloq, təbabət alim-
ləri əsasən iki baxımdan çıxış etmişlər. Belə ki, onların bəzisi
fenomenlərin sirrini arayıb-araşdırmada inama da olduqca sərt
mövqedən yanaşırlar. Onlar möcüzələrə inamı avamlıq,
nadanlıq, elmdə gerilik kimi qələmə verirlər. Bu xətt indi də
bəzi alimlər arasında davam etməkdədir. Bizə elə gəlir ki, bir
halda ki, alimlərin axtarışında bir-birini inkar edən, ziddiyyətli
fikirlər var, deməli, orada fenomenlərin elmi cəhətdən axtarı-
şına ciddi ehtiyac vardır. Müasir fizioloqlar, psixoloqlar, tə-
biətşünaslar, təbiblər, fenomenlərin sirrini öyrənib elm alə-
mində geniş yayılmış məntiqi mühakimlərdən kifayət qədər
dövri mətbuatda söhbət açmış və açırlar. Elə bilirik ki, bizim
fizioloqlar, psixoloqlar, təbabət sahəsində çalışan alimlərimiz
gələcəkdə tərəfimizdən tezisvari verilən bu informasiyalara
biganə qalmayacaqlar. Xüsusilə, yuxu, yuxugörmə yorumları
və yozumlarına aid müdrik xalqımızın şifahi xalq ağız
icadlarında olduqca zəngin materiallar vardır.
Elə bilirik ki, bizim fizioloq, psixoloq, və təbabət sahə-
sində çalışan alimlərimiz gələcəkdə verdiyimiz bu informa-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
6
siyalara biganə qalmayacaqlar.
Yuxu, yuxugörmə və onun yorumu-yozumuna hələ era-
mızdan çox-çox əvvəl başlansa da, bu günə qədər bir çox antik,
orta əsrlər və müasir alimlərin diqqətini özünə cəlb etsə də,
hələ də onun elmi əsasları kifayət qədər açılmamışdır. Yuxu-
görməyə tarixin müxtəlif kəsimlərində, müxtəlif dövrlərində
alimlər gah dini-mistik, gah da dünyəvi aspektdən yanaşmışlar.
Yuxugörmə daha çox (80-90%) səthi yuxu fazasından
oyanma vaxtı və ya həmin fazadan keçən bir neçə dəqiqə
ərzində baş verir. Yuxugörmə zamanı hiss və həyəcanların
xarakteri hər fərdin sinir sistemi tipindən, onun sağlamlıq
dərəcəsindən və s. asılıdır.
İndi yuxu və yuxugörmə problemləri təkcə psixologi-
ya, fiziologiya, təbiət, təbabət sahələrində çalışan alimləri
deyil, o həm də biokimya, etnoqrafiya, etimologiya mütəxəs-
sisləri və folklorşünas alimlərimiz tərəfindən də öyrənilir ki,
bu da öz növbəsində diqqətdən kənarda qala bilməz. Çünki
bir prosesin insanın özü ilə bağlı fizioloji əsasları mövcud-
dur. Yuxu prosesi insan orqanizmini tənzim və təmin etmə
prosesidir. Bunun elmi əsasları açılıb şərh edilməlidir.
Azərbaycan xalqının zəngin şifahi ədəbiyyatının epik
epik-lirik, lirik janrlarında, xüsusilə epik-lirik, dinamik-dram-
atik ünsürləri özündə birləşdirən çoxsaylı məhəbbət və
qəhrəmanlıq dastanlarımızda yuxu, yuxugörmə, həmçinin
dastanlarımızı düzüb-qoşan ustad aşıqlar haqqında işlədilə:
"haqq aşığı", "şeyx", "ürəkləri oxuyan", "bilici usta baba və
başqa bu kimi qəribə səslənən ad – titullara, ləqəblərə tez-tez
rast gəlirik. Bunlara təsadüfi ifa kimi baxmaq olarmı Qətiyyən
yox! Zəngin şifahi xalq ədəbiyyatımızda xalqımızın psixo-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
7
logiyası, onun yüksək psixi mədəniyyətini gözəl səciyyələn-
dirən psixoloji görüşləri özünün parlaq ifadəsini tapmışdır.
Uzun əsrlər yolçusu haqq aşıqlarına sözün əsl mənasın-
da insan sərrafları – psixoloqları desək səhv etmərik. Bu qəbil
oba-elat psixoloqlarında, müdrik ustad aşıqlarında telepatiya,
intuisiya, təlqin-təsiretmə qabiliyyəti olduqca güclüdür. Təsa-
düfi deyildir ki, xalq onları "ərşdən-gürşdən", "yerin altından-
üstündən", "gözəgörünməz aləmdən", "o dünyadan – bu
dünyadan" xəbər verən bilicilər kimi qələmə verir. Bu qəribə
ad-titul sahibləri yurdu qarış-qarış gəzir, xalqın əhvalını,
düşüncəsini, duyumunu toy-nişanlarda, xalq şənlikləri, el-oba
məclisləri və eləcə də yas mərasimlərində müşahidə edirlər.
Onlar özlərinin düzüb-qoşduqları epik, lirik, epik-lirik
əsərlərində sözün sehri ilə yaşadığı dünyanın gərdişindən,
vərdişindən söhbət açır, dinləyicilərin qəlbinə nüfuz edirlər.
Yuxu və yuxugörmə hallarının təfsiri, onların poetik
sözün işığında yozumları məhz ustad aşıqların epik-lirik das-
tan qəhrəmanlarının psixoloji aspektdən hiss-həyəcanının,
fikir oxunuşunun şərhi inandırıcıdır.
Bu baxımdan Azərbaycan şifahi xalq ədəbiyyatının
rəngarəng janrlarında, xüsusilə dastanlarda, nağıllarda, aşıq
şeir şəkillərində istənilən qədər zəngin materiallar vardır.
Bütün bu dediklərimizdən o da aydın olur ki, dastan söylə-
yən aşıqlarımız, nağıl deyən müdriklərimiz güclü, bədii tə-
fəkkürə malik xüsusi istedad sahibləridir. Başqa sözlə desək,
ustad-dədə, haqq aşıqlarında beyin öz inkişafının çox yüksək
mərhələsinə çatır ki, onların düzüb-qoşduqları, yaratdıqları
"möcüzələr" ilə psixi fəaliyyətlərinin bütün sahələrində
oxucusunu, dinləyicisini heyran qoyur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
8
Xalq ədəbiyyatında elə bir janr yoxdur ki, biz orada yu-
xu, yuxugörmə, fəhm, telepatiya, intuisiya kimi məsələlərin
bədii örtüyə bükülərək bir-birinə qovuşduğunu görməyək.
Haqq aşıqlarımız, el şairlərimiz yurdumuzda tarixin çox
qədim dövrlərində yuxu, yuxugörmənin mürəkkəb, anla-
şılmaz mexanizmini elat psixologiyası səviyyəsində olsa da,
onu özlərinə məxsus maraqlı şəkildə təsvir etmiş və məharətlə
yorub-yozmuşlar. Xüsusilə, ustad aşıqların ayrı-ayrı əsrlərdə
yaratdıqları rəngarəng dastan süjetlərində "aşiqin məşuqəsini
yuxuda görməsi", "buta alması" özünəməxsus psixoloji
reallıqla əsaslandırılır – desək fikrimizdə yanılmarıq. Dastan,
nağıl qəhrəmanları yuxuda gördükləri gözələ aşiq olub, buta
alırlar. Onların arxasınca ayaqlarında dəmir çarıq, əllərində
dəmir əsa el-el, oba-oba gəzib qəhrəmanlıqlar göstərirlər.
Sazın-sözün sirli-sehirli qüvvəsindən istifadə edib, min bir
əzab-əziyyətlərə qatlaşırlar. Nəhayət, xalq ədəbiyyatına xas
olan nikbinliklə aşiq məşuqəsinə qovuşur. Bu qəbil yuxu
gerçəkliyinə biz "Bənidaş şəhərinin sirri", "Al-dərviş"
nağıllarında, "Dan atma" xalq mərasimlərində, "Mehri-Mah",
"Məhəmməd-Güləndam", "Seyfəlmülk", "İvrahım", "Lətif
şah", "Əmrah", "Heydər bəy", "Nəcəf-Pərizad", "Qurbani",
"Abbas-Gülgəz Pəri", "Aşıq Qərib-Şahsənəm" və sayını daha
çox artıra biləcəyimiz dastanlarımızda da rast gəlirik. Fikri-
mizi qədirbilən oxucularıma çatdırmaq üçün dastanlarımızdan
bəzi detalları misal gətirməyi məqsədəuyğun hesab etdik.
"Qurbani" dastanında oxuyuruq:
"...Bəli, vaxt gəldi keçdi. Qurbani üçüncü günü ayılıb
gördü ki, başına çoxlu qız-gəlin yığılıb, dedi:
Ay dədə, xalxınkı burdadı, bəs mənimki hardadı?
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
9
Mirzəli xan dedi:
Oğul, ölmüsən o dünyadan danış, sağsan bu dünyadan.
Səninki, mənimki nədi? Qurbani dedi:
– Dədə, bir başı limcə, bir başı çömçə olsa, dərdimi
senə söyləyə bilərəm. Dədəsi dedi:
– Oğul, bir başı limcə, bir başı çömçə nə deməkdi?
Qurbani dedi:
– Dədə, ona həm dəm, həm de qəm çömçəsi deyərlər.
O, gahdan dəmə çalır, gahdan qəmə.
Beli, gətirdilər Qurbaniyə bir dənə saz verdilər. Qurba-
ni sazı aldı əlinə, öpüb gözünün üstünə qoydu. Zilini zil,
bəmini bəm eylədi, sinəsinə basıb görək nə dedi:
Yatmışdım, üstümə gəldi ərənlər,
Səfil, nə yatmısan, oyan dedilər.
Oyandım qəflətdən, açdım gözümü,
Al, abi-kövsərdən iç, qan dedilər.
Mirzəli xan dedi:
– Ay oğul, bir əməlli bizi başa sal, görək nə deyirsən?
Biz sənin sözündən heç zad başa düşmürük. Qurbani atasının
cavabında dedi:
– Dədə, qulaq as, bir ağız da deyim, bəlkə başa düşə-
sən..."
Bura qədər verdiyimiz parçanı Qurbaninin butası üçün
yuxugörmənin səbəbi adlandırsaq, bundan sonra verəcəyimiz
hissəni, sözün əsl mənasında, yuxugörmənin nəticəsi hesab
edə bilərik.
"...Aldı Qurbani:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
10
Bir kimsənə gəldi mənim üstümə,
Yazılı şəninə ya minəl-əta.
İmam ola, damad-Əhmədi-Mürsəl,
Doldurub camini eylədi ata.
Tərəhhüm eylədi abi-kövsərdən,
Onunçun keçmişəm can ilə sərdən.
İstədim mətləbim payi-Qənbərdən,
Kəramət elədi mənə bir buta.
Eşq əlindən namus-arım qalmadı,
Nə bir səbrim, nə qərarım qalmadı.
Qurbaniyəm, ixtiyarım qalmadı,
Dönmüşəm kamana, qəddimdi düta.
Mirzəli xan dedi:
– Hə oğul, indi başa düşdüm. Sənə buta veriblər. Ancaq
de görüm, butanı sənə harada veriblər və sən haraya gedə-
cəksən?
Qurbani dedi:
– Dədə, mən Gəncə şəhərinə gedəcəyəm. Gəncəli Zi-
yad xanın qızı Pəri xanımı mənə buta veriblər..."
Yaxud "Aşıq Qərib-Şahsənəm" dastanından Qəribin
butası Şahsənəm haqqında gördüyü yuxunun səbəb və nəti-
cəsinə diqqət yetirək:
"...Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində
behişt misallı bir bağdadı, bunun başının üstündə ceyran
misallı gözəl bir qız var. Qız nə qız – qaşlar kaman, gözləri
qan piyaləsi, burun hind fındığı, sinə Səmərqənd kağızı,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
11
baxanın ağlını aparır. Rəsul bir də baxıb gördü bu qızın
yanında bir dərviş var. Dərviş qızın əlini Rəsula uzadıb dedi:
– Rəsul (Qərib – M.H.), bu qız tiflisli Xoca Sənanın
qızı Şahsənəmdi. Bunu sənə buta verirəm..."
Yuxugörmənin telepatik baxımdan daha dəqiqliyinə
"İvrahım" dastanından bir parçaya diqqət yetirmək yerinə
düşərdi:
"...Ustadlar deyirlər ki, İvrahım günbəzdə yatıb, vağı-
yada gördü ki, Heratda Fətəli xanın qızı Hüreynisə xanımı
ona buta veriblər.
İvrahım başladı Herata getməyə. Bir qədər gedəndən
sonra yolda Xoca Hasan adında bir sövdayara rast oldu.
Xoca ona dedi:
Oğul, hara gedirsən?
İvrahım dedi:
Başına döndüyüm, bəzirgan xoca,
Xoca, bir yar deyim, ver nişan barı.
Malın qismət olsun, gedəsən Haca,
Xoca, bir yar deyim, ver nişan barı...
Aldı Xoca:
...Xoca Hasan xocaların gözüdü,
Aşıqların söhbətidi, sözüdü.
İndi bildim: Fətəli xan qızıdı,
Oğul sən adın de, mən nişan verim.
Xoca dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
12
– Oğul, mən də Herata gedirəm.
İvrahımı da dəvənin belinə mindirib apardı.
Hüreynisə xanım da vağıyada görmüşdü ki, İvrahım
dəvənin belində gələcək. Qızlara dedi:
– Qızlar, mən vağıyada (yuxuda – M.H.) gördüyüm oğ-
lan bu boyda, bu nişanda dəvənin üstündə gəlib buradan keçə-
cək. Kim görüb mənə desə, bu boyunbağımı ona verəcəyəm.
Qızlar yolun kənarında gözləyirdilər. Kök qızlar hamısı
gözlədi, yorulub yatdılar, amma cin qaravaş (arıx qız) bo-
yunbağının ucuynan barmağını yarıb içinə duz basdı, saba-
hacan yatmadı. Bir də gördü ki, sabaha yaxın qəflə-qatırın
ağzı açıldı. Qız o saat gedib xanıma xəbər verdi..."
Bu qəbil yuxugörmənin bədii təsdiqinə "Abbas-Gülgəz
Pəri" dastanından Gülgəz Pərinin yuxusuna diqqət yetirək:
"...Qulluqçular Abbasa dedilər:
– Bu küçə ilə getmək qadağandır. Bura Batmanqılıncın
bacısı Pəri xanımın küçəsidir.
Abbas dedi:
– Mən bu küçə ilə gedəcəyəm.
Pəri xanım Abbasın gəlməyini eşitmişdi. Ora-bura vur-
nuxub, Abbası görməyə çalışırdı. Evinin eyvanında, bağında
gəzib Abbası gözləyirdi. Həmin gecə o, yuxuda görmüşdü
ki, Abbas onun küçəsi ilə gedəcək. Odur ki, tezdən yerindən
durub bağa çıxmışdı. Çeşmənin başında oturub, əlləri
qoynunda Abbası gözləyirdi..."
Bu qəbil səbəbli, nəticəli yuxuları biz "Seyidi-Pəri",
"Muğumşah", "Abdulla-Cahan", "Məsim-Diləfruz", "Səy-
yad-Səadət", "Nəcəf-Pərzad", "Qul Mahmud", "Səlim və
şah", "Lətif şah", "Şahzadə Əbülfəz" və daha başqa məhəb-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
13
bət dastanlarımızda da rast gəlirik.
Göründüyü kimi, xalq ədəbiyyatı janrlarında yuxu,
yuxugörmənin yalnız səbəbi deyil, real nəticəsi də aydınca
aşkarlanır.
Dastan poetikasında yuxu, yuxugörmə və yuxuyoz-
maların özünəməxsus yeri var. Lakin şifahi xalq ədəbiyya-
tında çox təsadüf olunan yuxugörmə və yuxuyozmalarını
poetik baxımdan təhlil edərkən, onların dastan süjeti və
kompozisiyasındakı bədii funksiyası zəruri surətdə nəzərə
alınmalıdır. Bizim fikrimizcə, yuxugörmə və yuxuyozumları
psixoloji təhlil vasitəsi kimi özünü göstərir.
Qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatşünaslı-
ğında, eləcə də folklorşünaslığında psixoloji təhlil məsələləri
sistemli şəkildə öyrənilməmişdir. Son zamanlar Azərbaycan
ədəbiyyatşünaslığında bu məsələlərə müəyyən dərəcədə
diqqət yetirilsə də, folklorşünaslıqda dastan poetikasına, bu
mühüm məsələyə, mahiyyət etibarilə hələ də elmi-nəzəri
cəhətdən ciddi əhəmiyyət verilmir. Bu baxımdan bəzi
cəhətləri qeyd etməmək olmaz.
Dastanlarımızda nəzərdən keçirdiyimiz telepatik feno-
menlər psixoloji dəqiqliklə təsvir olunur. Dastan qəhrəmanları
bəynişan ərgən (subay) oğlan və qızlar uzunmüddətli yuxuya
– huşa getmişlər. Ayılandan sonra onlar özlərinəməxsus hallar
keçirirlər. Dastan qəhrəmanlarının gözləri yol çəkir, qulaqları
cingildəyir, güyüldəyir, gözləri səyriyir, dalağı sancır, sümüyü
üşürgəyir, ürəyinə nə isə damır... Bütün bunlardan başqa, on-
lar qəribə intuitiv duyumla da seçilirlər. Belə ki, baş verəcək
möcüzələri irəlicədən duyurlar. Öz sevgililərinin – butalarının
və eləcə də ünsiyyətdə olduqları hər kəsin fikirlərini heç bir
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
14
səhvə yol vermədən məharətlə oxuyurlar.
Fikrimizi təsdiq etmək üçün "Kitabi-Dədə Qorqud"
dastanından "Salur Qazanın evi yağmalandığı boyu bəyan
edər" boyundan aşağıdakı parçaya diqqət yetirək:
"...Məgər, xanım, ol gecə Qalın Oğuzun dövləti, Bayın-
dır xanın göyküsü, Ulaş oğlu Salur Qazan qara qayğılı vaqeə
gördi, sərmərdi urı turdı. Aydır: "Bilürmisən, ğarındaşım
Qaragünə, düşimdə nə göründi? Qara qayğılı vaqeə gördüm.
Yumrığımda taynan şahin bənim quşımı alur gördüm.
Kökdən ildırım ağ-ban evim üzərinə şaqır gördüm.
Düm pusarıq ardımın üzərinə tökülü gördüm. Quduz qurtlar
evimi dəlir gördüm. Qara dəvə ənsəmdən, qarvar gördüm.
Qarğu kibi qara saçım uzanır gördüm. Uzanıban gözümü
örtür gördüm. Biləngümdən on barmağımı qanda gördüm,
necə kim bu düşi gördüm, şundan bərü əqlim-usım dərə bil-
mən, Xanım qardaş, mənim bu düşimi yorğıl mana! – dedi."
Gətirdiyimiz parçanın Salur Qazanın qardaşı Qaragünə
tərəfdən yozum-yorumuna diqqət yetirək:
"Qaragünə aydır: "Qara bulıt dedigin sənin dövlətindir.
Qar ilə yağmur dedigin, ləşkərindir. Saç qayğudur. Qan qa-
radır. Qalanısın yora bilmən, allah yorsun" – dedi..."
Yuxunun qalan yorumuna isə Qazan xanın şəxsən özü-
nün təsdiqi baxımından diqqət yetirmək yerinə düşərdi:
"...Belə degəc Qazan aydır: "Mənim avımı bozma: ləş-
kərimi tağıtma! Bən bu gün Qonur ata qaqaram, üç günlük
yolı bir gündə aluram, evilə olmadın yurdum üstünə vara-
ram, əgər sağdır, əsəndir, axşam olmadın genə man sana gə-
lürəm. Ordım sağ – əsən dəgil isə başınuza çara edin. Mən
dəxi getdim" – dedi. Qonur atın mahmuzladı, Qazan bək
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
15
yola getdi. Gəli-gəli yurdının üzərinə gəldi. Gördi kim, uçar-
dı quzğun, tazı talaşmış, yurtda qalmış..."
Dastandan gətirdiyim nümunələrdə Qazan xanın təs-
diqli, möhürlü intuitiv duyumu inkarolunmazdır. Burada Də-
də Qorqudun deyimi-duyumu ilə, düzülüb qoşulan boy ilə
tanışlıq aydın göstərir ki, Qazan xanın intuitiv duyumu
zəngin, çoxçalarlı həyat təcrübəsinə söykənir.
Bu kimi halları nə ilə izah etmək olar? Onlar psixoloji
baxımdan nə dərəcədə əsaslıdır?
İnsan beyninin möcüzələri çoxdur. Dastanlarımızda
"ürəyə dammağın", "dalağı sancmağın", "gözləri səyrimə-
yin", "sümüyü sancmağın" özünəməxsus psixoloji yozumu
olsa da, istər fiziologiyada, istər psixologiyada onların ma-
hiyyəti nəinki elmi zəmindən təhlil edilmiş, hətta uzun
müddət birtərəfli aydınlaşdırılmışdır.
İndi yuxu və yuxugörmə problemləri həm psixologiya, fi-
ziologiya, təbabət sahələrində çalışan alimlər, həm də biokim-
ya, etnoqrafiya, etimologiya, folklorşünas alimlər tərəfindən
öyrənilir ki, bu da öz növbəsində diqqətdən kənar qala bilməz.
Bu baxımdan, A.M.Tsuzmer və O.L.Petrişinanın Azər-
baycan dilinə tərcümə olunmuş "İnsan, anatomiya, fiziolo-
giya, gigiyena" kitabında söylədikləri fikirlərlə çətin ki, razı-
laşmalı olaq. Kitabda deyilir: "Bəzi yuxu tormozlanması ha-
lında olan beyin qabığında ayrı-ayrı nahiyələr oyaq qalır.
Belə olduqda adam müxtəlif yuxular görür, qabıqda tam tor-
mozlanmaya mane olan qıcıqların törətdiyi duyğular baş
verir və o, surətlər görür. Üstü çox qalın örtülmüş adam yu-
xuda qızmar səhra görə bilər. Göy guruldadıqda çox vaxt yu-
xuda adam vuruşma və partlayışlar görür. Bəzən adama elə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
16
gəlir ki, onu boğurlar. Bu cür qarışıq yuxulara səbəb narahat
yataqda döş qəfəsinin basılması üzündən tənəffüs hərəkət-
lərinin çətinləşməsidir. Həmçinin, yatmazdan əvvəl möhkəm
yemiş adamlar da bu cür yuxular görürlər. Çünki diafraqma-
nın hərəkəti azaldıqda ağciyərlərin ventilyasiyası zəifləyir.
Çox vaxt yuxugörməyə səbəb adamı xüsusən çox məş-
ğul edən hadisələr olur. Adam mühüm bir xəbər gözləyir və
bu onun fikrini özünə cəlb edir. O, yuxuya getdikdə həmin
hadisə ilə əlaqədar olaraq oyaq qalan nahiyələrdən başqa be-
yin yarımkürələri qabığı tormozlanır. Odur ki, adam yuxuda
həsrətlə gözlədiyi xəbəri aldığını görür. Səhər yuxudan du-
randa nəhayət teleqram alır. Belə hadisələr haqqında mövhu-
matçı adamlar deyirlər: "Yuxum düz çıxdı".
Bəzən elə olur ki, adamlar özlərinə lazım olan şeyi hara
qoyduqlarını unudur və bu onların yuxusuna girir. Bu cür "düz"
yuxunun səbəbini başa düşmək çətin deyil. Gün ərzində baş
verən saysız-hesabsız sinir prosesləri həmin adam əşyanı giz-
lətdikdə onun beynində əmələ gələn əlaqələri tormozlamışdır.
Yuxu zamanı beyin qabığına tormozlanma yayılır. Lakin ola
bilsin ki, lazım olan əşyanın axtarılması ilə əlaqə dar olan
nahiyələr oyaq qalsın. Çünki adam itki ilə əlaqədar narahatdır.
Onda oyanma heç bir maneə olmadan qabıqda lazımi yollarla
keçir və yatan adam yuxuda əşyanın harada olduğunu görür.
"Yuxunun düz çıxması" haqqındakı fikirlər, belə yaran-
mışdır. Yuxulara inanan mövhumatçı adam isə gördüyü yuxunu
yozmağa çalışır: "Axı gün ərzində çox hadisə olur". Çox
fikirləşdikdən sonra yuxuda görülənə oxşar bir şey tapmaq olur.
"Yuxuların düz çıxmasına" inanmaq adamların iradə-
sini zəiflədir və hətta bu, bədbəxt hadisəyə də gətirib çıxara
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
17
bilər. Bəzən elə olur ki, mövhumatçı adam "pis" yuxu gör-
dükdə "Bədbəxtlik üz verəcək" deyir, qorxuya düşür, fikri
dağılır. Bu vəziyyətdə o, asanlıqla yanar, yıxılar, yaxud bərk
əzilə bilər. Onda belə adamlar "Yuxum düz çıxdı" deyərlər".
A.M.Tsuzmer, O.L.Petrişina kimi, L.P.Latoş və L.Q.
Kramanovada da yuxugörmə təxminən eyni aspektdə təhlil
olunur. Sözsüz, müasir dövrümüzdə, texnika əsrinin belə bir
dövründə yuxu, yuxugörməyə bu qədər səthi şərh vermək,
onu ilahi qüvvələrə bağlamaq, yuxuyozumunu "mövhu-
matla", yuxuya inananları "iradə zəifliyi" ilə damğalamaq sa-
dəcə səbatsızlıqdır.
Bu bir həqiqətdir ki, əsrlər boyu əzəli-ədəbi təbiətin öv-
ladı olan insanlaera yoldaşlıq edən zəngin, rəngarəng janrlı
şifahi xalq ədəbiyyatımızda dünyanın bütün xalqlarında ol-
duğu kimi, yuxu, yuxugörmə motivləri saysız-hesabsızdır.
Yurdumuzun ulu müdriklərinin yaratdıqları çoxşaxəli, çox-
saylı əfsanə, əsatir, nağıl, dastanlarda yuxunun yaranma sə-
bəbləri və nəticələri məntiqi cəhətdən bir-birini tamamlayır.
Ona görə də yuxunun, yuxugörmənin səbəblərini təsadüflərə
bağlamaq; kiminsə kimdən pis və ya şad bir xəbər gözləməsi
fikrini həmin hadisə ilə məşğul olmağa yönəltməsi, gizlətdiyi,
haradasa qoyduğu, itirdiyi əşyanı, yuxu, huşagetmə vasitəsilə
tapması və s. kimi inandırıcı olmayan gülünc yozumlara əl
atmaqla, "mövhumat", "cəhalət", "nadanlıq", "iradə zəifliyi"
ilə damğalamaqdansa, onu günün tələbi baxımından elmi-nə-
zəri cəhətdən aramaq-araşdırmaq daha düzgün olardı.
Müasir təbabət, psixologiya, fiziologiya elmlərində bu
sahədə artıq müəyyən addımlar atılmaqdadır. Hətta eksperi-
mental surətdə müqayisələr də edilmiş və edilməkdədir. Bu
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
18
bir həqiqətdir ki, hər hansı bir məsafədən müəyyən bir fikri
başqa bir adama təlqin etmək olar. A.A.Vasilyevin yazıların-
da buna aid çoxlu həyati misallar da göstərilir.
Onu qeyd edək ki, bu həyati misallarda öz əksini tap-
mış hadisələrin çoxu əslində bizim dastanlarımızda və ümu-
mən şifahi xalq ədəbiyyatımızın ayrı-ayrı janrlarında təsvir
olunmuş yuxugörmə və yuxuyozmaları ilə bilavasitə çox ya-
xından səsləşir. Bu nöqteyi-nəzərdən məsafəli təlqin proble-
mi sahəsində aparılmış tədqiqatlar dastan materialları əsa-
sında nəzərdən keçirdiyimiz yuxugörmə və yuxuyozumları
ilə müqayisəli araşdırılmaq üçün son dərəcə maraqlıdır.
Müasir təsəvvürlərə görə, beynin özünəməxsus bioloji
cərəyanları vardır. Hər hansı bir adam xüsusi həssaslıqla
onun üçün lazımi əhəmiyyətə malik olan şəxsin fikrini məhz
"bu bioloji cərəyanlar" vasitəsilə oxuya bilər. Bu qəbil bio-
loji cərəyanları diqqətlə təhlil etsək, o zaman aydın görərik
ki, xalq dastanlarımızda yuxugörmə halları məhz bu yozum-
da təsvir olunub. Haqq aşıqları xüsusi həssaslıq şəraitində
başqalarının, ilk növbədə, butalarının-sevgililərinin fikirlə-
rini müəyyən məsafədən asanlıqla oxuyurlar. Elə əslində
tərəf-müqabil dastan qəhrəmanlarının "ürəyinə damma",
"gözü yol çəkmə", "gözü səyrimə", "qulağı cingildəmə",
"qulağı güyüldəmə" və s. məhz bu kimi hallar ilə bağlıdır.
Yuxu, yuxugörmə ilə bağlı fizioloqlarımız, təbibləri-
miz, psixoloqlarımız kimi, folklorşünaslarımız da dastan ya-
radıcılığı araşdırmalarında öz fikirlərini söyləmişlər. Bu ba-
xımdan, professor M.H.Təhmasibin söylədiyi fikrə nəzər
yetirək. O, yazır:
"...Məhəbbət dastanlarımızın, demək olar ki, hamısının,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
19
"Kitabi-Dədə Qorqud" və "Koroğlu" kimi qəhrəmanlıq das-
tanlarımızın da bir sıra boy və qollarının əsas məzmunu, yəni
süjeti qəhrəmanın öz butasına çatmaq uğrunda apardığı
mübarizənin təsvirindən ibarətdir. Bu sujeti, macəranı, əhva-
latı əsasən dörd hissəyə bölmək olar:
1. Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi.
2. Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları.
3. Qabağa çıxan maneələr və onlara qarşı mübarizə.
4. Müsabiqə və qələbə.
M.H.Təhmasibin tədqiqatında diqqətimizi ikinci bir
bölgü də cəlb edir:
1. Qəhrəmanın hələ öz vətənində qarşılaşdığı maneələr.
2. Yol.
3. Butanın vətəninə çatdıqdan sonra macəralar.
Dastan süjetinin ikinci hissəsi "Butanın ortaya çıxması"
ilə başlanır. Bu "ortaya çıxıb", "süjetə daxil olmanın" əsas
formalarından biri yuxuda "buta almaq"dan ibarətdir ki, bi-
zim məhəbbət dastanlarımız üçün çox səciyyəvi olduğuna
görə, bu barədə bir qədər ətraflı danışmaq lazım gələcəkdir.
Qəhrəmanların bir-birini yuxuda görüb aşiq olmaları çox qə-
dim ədəbi priyomlardandır. Bu motivə hələ yeni eradan qa-
baqkı IV əsrin rəvayət-əfsanələrində də təsadüf edilməkdədir
deyən və araşdırmalarına düzgün başlayan alim nədənsə, bir
abzas sonra yazır: "Bunun dastanlarımızda xüsusi "buta ver-
mək" şəklinə düşməsi isə, bizcə daha sonrakı dini qanun-
qaydalarla, xüsusilə islamiyyətin gətirmiş olduğu hicabla
əlaqədardır… İslamiyyətin dini qanun şəklinə saldığı hicab
hətta oğlanın başqasının qızına baxmasını, qızın isə oğlanla
danışmasını, oğlan haqqında düşünməsini belə yasaq etmiş-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
20
dir. Bu hicab qızlarla oğlanlar arasında elə sonsuz bir uçu-
rum yaratmışdır ki, bu uçurum sahillərində dayananların bir-
birini görməsi, bir-birinə baxması, hətta baxmağa təşəbbüs
göstərməsi qeyri-mümkün olmuşdur. İslam qayda-qanunlu
Şərqdə, o cümlədən, bizim ədəbiyyatımızda sevgi lirikasının
bu qədər geniş vüsətlə yayılmasının və bu qədər uzun müd-
dət yaşamasının səbəblərindən də elə həmin bu hicab, onun
yaratdığı yasaqlar, məhrumiyyətlər idi.
İlk öncə, oxucuya həqiqət təsiri bağışlayan bu fikir oğ-
lanlarla qızlar arasında uçurum yaradan hicab, İslam dininin
yasaqları orta əsrlər dastanında özünü tam təsdiqləmir. Bir
neçə dastandan parçalara müraciət edək.
"Tahir və Zöhrə" dastanında oxuyuruq:
"...Nağıl dili yüyrək olar. Vaxt dolandı, il keçdi, oğlan-
la qız yeddi yaşa doldular. Bunlar elə gözəl idilər, gözəllikdə
bərabərləri yox idi. Əhməd vəzir Hatəm Soltana xəbər gön-
dərdi ki, uşaqların məktəb vaxtıdı, bir kamil molla tapıb,
uşaqları oxumağa qoymalıyıq. Hər ikisi də həmrəy olub,
uşaqları kamil bir mollaya tapşırdılar. Uşaqlar bir yerdə
məktəbə gedib-gəlir, bir oturub, bir dururdular. Oyun vaxtı
da uşaqlara qatışmayıb bir küncdə söhbət edirdilər.
Məktəbin həyətində bir sərv ağacı var idi. Hansı tez
gəlsə onun dibində oturub, o birini gözlərdi.
Deyirlər ki, bu məktəbdə bir keçəl də var idi. Bir kö-
nüldən min könülə aşiq olmuşdu Zöhrəyə. Amma nə qədər
əlləşirdisə, Zöhrə ona üz vermirdi. Bir gün keçəl yenə də
onları bir yerdə görüb, tez özünü yetirdi mollanın yanına:
– Molla, mənə de görüm, bura məktəbxanadı, yoxsa
lotuxana? Tahir ilə Zöhrə öpüşün səkkizini bir qara pul elə-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
21
yiblər, onu da alıb satan yoxdu.
Molla bunu eşidən kimi ayağa qalxdı, daban alıb Hatəm
Soltanın yanına getməkdə olsun, sizə kimdən xəbər verim
Tahirlə Zöhrədən. Tahirlə Zöhrə vədə yerində şirin-şirin söhbət
eləyirdilər. Molla özünü Hatəm Soltanın yanına salıb, Tahirə:
– Qızınız yekəlib, həddi-buluğa çatıbdı. Onu bir də
məktəbə buraxmayın. Mən gəlib evdə ona dərs deyərəm..."
Gətirilən nümunəyə diqqət yetirilərsə, sevən gənclərin
bəşəri eşqinə nə hicab, nə də İslam dininin yasaqları yox,
ancaq paxıllıq, hiylə mane olur.
Halbuki, M.H.Təhmasib yazır: "Lakin çətinlik bircə bu
uçurumun sahillərində dayananların bir-birini görə bilməsi
ilə qurtarmırdı. Onları bədii əsərlərdə belə, bir-biri ilə görüş-
dürmək təşəbbüsləri də din tərəfindən təqib edilirdi. Belə
görüşə din mütləq icazə verməli idi ki, bu da ancaq nikah,
kəbin şəklində rəsmiyyətə salına bilərdi."
"Abdulla və Cahan" dastanında bu fikrin təkzibinə
diqqət yetirək:
"...Cahan xanımdan qabaq qarı getdi, gördü burada bir
oğlan yatıb, xudavəndi-aləm buna yeddi yerdən qələm çəkib.
Qarı özünü saxlaya bilmədi, başladı Abdullaya yetim kalça
kimi baxmağa. Cahan xanım gəldi çatdı. Dəsmal çıxarıb,
oğlanın üzünün suyunu sildi, sonra qarıya dedi:
– Qarı nənə, qələmin varmı?
Qarı dedi:
– Ay bala, niyə yoxdu? Yeddi il koxa yanında mirzəlik
eləmişəm. Sən de, mən yazım.
Cahan xanım aldı görək asta-asta nə dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
22
Xab içində yatan bixəbər səyyad,
Tərlan mənəm, qeyri tərlan istəmə!
Mən səni sevmişəm, sən də sev məni,
Sev bu canı, qeyri canan istəmə!
Bizlərdə adətdir saza söz demək,
Qara bağrı kabab deyən közdəmək.
Məndən demək, səndən ilqar közdəmək,
Yüz il getsə əbrü kaman istəmə!
Zülfüm muyi səndə qaldı nişana,
Ayrılıq atəşi kar eylər cana.
Deyirlər ki, sevən gedər sevənə,
Yaxşısan, yaxşı sev, yaman istəmə!
Arayıb, axtarsan pünhanbapünhan,
Yerim Xançobandı, nişanbanişan.
Atam Camal bəydi, öz adım Cahan,
Cahan mənəm, qeyri Cahan istəmə!
Cahan xanım sözünü tamamlayıb qurtardıqdan sonra
üzüyünü çıxarıb, Abdullanın barmağına taxdı. Qarı da Cahan
xanımın dediyini bir kağıza yazıb, Abdullanın cibinə qoydu.
Cahan xanım özü də Abdullanın darağını götürdü..."
Gətirdiyimiz nümunədə tərəf-müqabillərin heç biri
İslam dini tərəfindən təqib edilmir. Əksinə, Cahan xanım
üzüyünü Abdullanın barmağına taxıb, məktub yazıb cibinə
qoymaqla, ünvanını da dəqiq göstərməklə, orta əsrlər İslam
zehniyyətini, dini yasaqları alt-üst edir, onun rəsmiyyətinə
qarşı çıxır. "Abdulla və Cahan" dastanından gətirdiyimiz bu
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
23
bədii parça həmçinin alimin: "Bizcə, dastan yaradıcıları bu
çətinliyi aradan qaldırmaq üçün çox düşünmüş, nəhayət, din-
dən icazə almaq yolu ilə işin içindən çıxmaq qərarına gəl-
mişlər ki, bunun üçün də qəhrəmanların bir-birini yuxuda
görməsi motivi ilə, onları bir-birinə "buta" eləmə priyomları
birləşdirilmişdir" fikrini də təkzib edir.
Əlbəttə, xalq ədəbiyyatındakı yuxu, "buta" məsələlərinin
bu cəhətini tamamilə inkar etmək olmaz. Lakin onu bütünlüklə
bədii priyomla bağlamaq, məncə o qədər də düzgün deyil.
Məlumdur ki, hər bir bədii priyomun özü həyat həqi-
qətlərinə söykənir. Burada canlı aləmin inkişaf pilləsində
insan beyni filogenetik cəhətdən çox yüksək səviyyədə da-
yanır. Belə bir inkişaf səviyyəsinə çatmaq, şübhəsiz, insan
təfəkkürünün fövqəladə yetkinliyi, milyon illər boyu forma-
laşmasının təşəkkül prosesinin məhsuludur. Funksional sir-
lərin aşkara çıxarılması üçün fizioloq, nevropatoloq, psixiatr,
filosof kimi mütəxəssislər uzun illər boyu müşahidə və
tədqiqat axtarışları aparmışlar. Bu məsələ ilə əlaqədar ça-
lışan hər bir klassik alim yaradıcılığı boyu insan beyni sir-
lərinin açılması uğrunda təbabətin ən mürəkkəb sahəsi olan
psixoloji aləmin aşkar edilməsi naminə bir sıra eyni və ya
oxşar, maraqlı təcrübələrin qoyulması baxımından çətinliklər
törədən «qapalı təfəkkür dünyasını» öyrənib-araşdırmaqda
bir çox müəmmalar ilə qarşılaşmışlar.
Dastanlarımızdan yuxu və yuxugörmə ilə bağlı yozum-
lara başqa nümunələrdə də diqqət yetirmək yerinə düşərdi:
"... Koroğlu yatmışdı. Yuxuda gördü ki, Çınqıllı dağda-
dır. Qançır olub, ağzından laxta-laxta qan gəlir. Hövlnak yu-
xudan oyandı. Elə bir dəli nərə çəkdi ki, elə bil göy gurul-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
24
dadı, ildırım çaxdı. Bir göz qırpımında dəlilər yaraqlı-yasaqlı
Koroğlunun əmrinə müntəzir dayandılar.
Koroğlu sazı sinəsinə basıb dedi:
... Koroğluyam, mən bilirdim işimi,
Yaxşı yatdım, yaman gördüm duşumu.
Gərək gətirəsiz düşmən başını,
Yaralıdı, bir Həsənim dardadı.
... Koroğlu Çınqıllı dağ deyib Qıratın cilovunu boşaltdı.
Qırat yel kimi götürüldü. Günə bir mənzil, teyi-mənazil Çın-
qıllı dağa yetişdi. Qırat Ərəbatın hənirtisini duydu. Ayağını
yerə döyüb kişnədi.
Koroğlu dedi:
– Axtarın ətrafı! Qırat boş-boşuna kişnəməz.
Dəlilər Çınqıllı dağı ələk-vələk elədilər. Bir də baxdılar
ki, budur, Sarı qayalıqda Ərəbat, yanında da bir at var ki,
göz istəyir tamaşa eyləsin. Koroğlu dəlilərlə kahaya endilər.
Baxdılar ki, bir qız Həsənin başını alıb dizi üstə, yarasına
məlhəm qoyur..."
Verdiyim nümunədə Koroğlunun yuxusunun çin çıx-
ması, neçə günlük məsafədə, Çınqıllı dağda oğlu Həsənin
ağır yaralı olması, Koroğlunun intuitiv duyumu ilə birbaşa
məhz Çınqıllı dağa gəlməsi və s. diqqətdən qaçırıla bilməz.
Yaxud "Durna teli" qolunda Koroğlunun yuxuda Eyva-
zın tutulub, darda olması səhnəsinə aid dediyi poetik təsdiqə
diqqət yetirək:
Xəbər verin dəlilərim oyansın,
Tutulubdu bir Eyvazım, əldədi!
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
25
Misri qılınc qızıl qana boyansın,
Tutulubdu bir Eyvazım, əldədi!
Yatmışdım, aşkara gördüm duşumu,
Əzəlindən mən bilirdim işimi.
Çəkin, yəhərləyin çərləmişimi,
Tutulubdu bir Eyvazım, əldədi!...
Nümunədəki: "Yatmışdım, aşkara gördüm duşumu,
əzəlindən mən bilirdim işimi" fikrinin təsdiqi diqqətdən kə-
nar qala bilməz. Yaxud bu qəbil möhürlü təsdiqlərə məhəb-
bət dastanlarımızdan aşağıda gətirəcəyimiz başqa nümunə-
lərə diqqət yetirək:
"...Dərvişlər bir-birilə himləşdilər ki, biz axşama kimi
boğazımızı yırtırıq, beş şahı qazana bilmirik. Bizə hörmət
qoyan yoxdu. Camaat aşıqlara hörmət qoyur, çox pul verir.
Gəlin bunu da özümüzə yoldaş eləyək. Elə ki, gəzdik, do-
landıq, qazandıq, sonra başını batırarıq, pulları götürərik...
Dərvişlərdən biri Qurbaniyə dedi:
– Oğlum, gəl sən də bizim oğlumuz ol. Bir yerdə kənd-
lərə gedək, məclis keçirək, pul qazanaq.
Qurbani haqq aşığı idi. O saat başa düşdü ki, dərvişlər
onu aldatmaq istəyirlər. Dedi:
– Baba dərvişlər, aman verin sazla bir neçə söz deyim,
sonra eybi yoxdu, yoldaş olarıq. Mən də çölçü, siz də çölçü.
Aldı Qurbani:
Fənd eləmə, felli dərviş,
Belə kar eləmək olmaz.
Yıxıban könül evini,
Mürğü-zar eləmək olmaz.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
26
Mahmud bəy aralıdan qulaq asırdı. Gözlədi ki, görsün
aşıq gerisini nə deyəcək.
Aldı Qurbani gerisini:
Söylə dərdin bilənlərə,
Dərd başına gələnlərə.
Hər üzünə gülənlərə
Etibar eləmək olmaz.
Qurbaniyə gətir məzə,
Dərd üstündən dərdim təzə.
Dərd biləni, dərd bilməzə,
Giriftar eləmək olmaz.
Söz tamama yetən kimi, Mahmud bəy atını dərvişlərin
üstünə sürüb dedi:
– Tez deyin, görüm, bu aşığa nə deyibsiniz ki, o belə
oxuyur. Siz aşığa bir söz deməsəniz, aşıq elə sözləri oxu-
mazdı. Hərgah düzünü deməsəniz, hamınızı qıracağam.
Dərvişlər dedi:
– Vallah, biz heç zad deməmişik.
Mahmud bəy Qurbaniyə dedi:
– Düzünü de görüm, o dərvişlər sənə nə dedilər ki, sən
o sözləri oxudun?
Qurbani dedi:
– Xan sağ olsun, onlar fikirləşdilər ki, məni işlətsinlər,
sonra da öldürsünlər..."
Bu qəbil intuitiv, telepatik sınaqlara biz nağıllarımızda,
əsatir-əfsanələrimizdə, dastanlarımızda da bol-bol rast gəli-
rik. Belə ki, Qurbaninin Qara vəzir və qızı Nigarın Ziyad xa-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
27
nın məclisində imtahan edilməsi, bütün imtahanlardan aşığın
alnıaçıq çıxması, eləcə də Abbasın, Qəribin və başqalarının
sınaqlardan dəqiq çıxmaları fikrimizin doğruluğunu təsdiq
edən faktlardır. Bu baxımdan, Qeysər şəhərinin paşası Sü-
leyman paşanın qızı Hüsniyə xanımın, vəzirinin Kərəmi in-
tuitiv, telepatik sınaqlardan çıxarmaları da çox maraqlıdır.
Onlardan bir nümunəyə diqqət yetirmək yerinə düşərdi.
"...Hüsniyə xanım dedi:
– Aşıq, qız tanımaqda mahirsən. İndi bir işimiz qalıb.
Bu gün səhər burada bir qərib ölüb. Yuyublar, kəfənləyiblər,
qalıb basdırmağı. Gedək ona bir namaz qıl, torpağa tapşıraq,
sonra sənin toyunu eləyək.
Kərəm dedi:
– Baş üstə!
Hüsniyə xanım fərraşlara əmr elədi ki, Kərəmi qəbiris-
tana aparsınlar. Elə ki, Kərəmi apardılar, Hüsniyə xanım
paşaya dedi:
– Ölüb eləyən yoxdu. Bu mənim axırıncı sınağımdı. Bir
diri adamı kəfənə tutdurub, tabuta qoydurmuşam. Durun, siz
də gedək. Əgər bu bilsə ki, kəfəndəki ölü deyil, tay haqq
aşığı olmağına heç kəsin sözü ola bilməz.
Hamı Hüsniyə xanımın bu tədbirinə afərin deyib, ayağa
qalxdılar, qəbiristana tərəf yola düşdülər. Elə ki, gəlib
çatdılar, Kərəm cənazəyə baxıb soruşdu:
– Deyirsiniz ki, mən namaz qılmalıyam. Ancaq bilmi-
rəm ölü namazı qılım, ya diri namazı?
Paşa qəsdən özünü qəzəbli göstərib dedi:
– Bu nə sözdü? Kərəm dedi:
– Bu o deyən sözdü ki, kəfəndəki hələ ölməyib, diridi.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
28
Hüsniyə xanım yerindən dik qalxıb dedi:
– Afərin sənə, aşıq! Daha mənim sənə sözüm yoxdu.
Sən doğrudan da, haqq aşığı imişsən. Qoy hamı bilsin ki, kə-
fəndəki, doğrudan da, ölü deyil, diridi..."
Deyilənlərdən aydın olur ki, dastan söyləyən aşıqları-
mız, nağıl deyən müdriklərimiz güclü bədii təfəkkürə malik
xüsusi istedad sahibləridir.
Azərbaycan dastanlarında yuxu və yuxugörmə feno-
menlərinin elmi cəhətdən təhlilinə çox güclü ehtiyac duyu-
lur. Xalqımızın elat müdriklərindən psixoloji görüşlərini öy-
rənmək üçün ayrı-ayrı dastanlardan gətirdiyimiz poetik təs-
diqlər mühüm əhəmiyyətə malikdir. Verilən nümunələrdən
aydın görünür ki, istər məhəbbət və istərsə də qəhrəmanlıq
dastanlarını təhlil edərkən tərəf-müqabillərin yüksək intuitiv
duyuma malik olduqlarına xüsusi diqqət yetirilməlidir.
Yeri gəlmişkən yuxu və yuxugörmənin elmi-nəzəri təh-
lilini verərkən bizə öz xeyirxah məsləhətlərini və real kö-
məkliyini əsirgəməyən respublikamızın görkəmli psixoloqu,
professor Ə.Əlizadəyə öz minnətdarlığımı bildiririk.
Mən respublikamızda və digər qardaş respublikalarda
yaşayan azərbaycanlılardan da öz məna-məramına görə diq-
qəti cəlb edən, xalqımızın dəfələrlə sınaqlardan çıxardığı yu-
xu və yuxugörməyə aid çoxlu nümunələr toplamışam. Əmi-
nəm ki, təqdim etdiyim bu yuxu və yuxugörmə yozumları
ulu müdriklərimizin inam-etiqadlarını araşdırmaq baxımın-
dan psixoloqlarımıza, fizioloqlarımıza, etimoloqlarımıza,
loğmanlarımıza, folklorşünaslarımıza yuxu və yuxugörmə ilə
əlaqədar elmi-nəzəri cəhətdən çox şeyi xatırladacaqdır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
29
Dostları ilə paylaş: |