AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Tərəkəmələrin  inamına  görə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix26.12.2016
ölçüsü2,35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

Tərəkəmələrin  inamına  görə:  nəzərə  gəlmiş  adama 
üzərlik  tüstüsü  verib,  başına  duz  çevirəndə,  nəzər  ondan 
uzaq olar. 
Tərəkəmələrin  inamına  görə:  boş  beşiyi  tərpətmək 
pisdir. Uşaq ölər və ya ömürlük xəstə olar. 
Tərəkəmələrin  inamına  görə:  ana  uşağını  əmizdi-
rərkən döşünü görən olsa, südü quruyar. 
Tərəkəmələrin  inamına  görə:  toxumu  şuma  səpən 
adam  pak  olmalı,  toxumu  sağ  əli  ilə  səpməlidir.  Səpinçi 
bunları etməsə, taxılın bərəkəti olmaz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
88 
Tərəkəmələrin  inamına  görə:  ürəyində  niyyət  tutan 
qız, oğlan, arvad, kişi  təzə  Ay çıxanda, başına  ilk dəfə  təzə 
şal salıb, papaq qoyub Aya baxarsa, niyyəti baş tutar. 
Tərəkəmələrin  inamına  görə:  öz  əkin  yerini  səpmə-
miş  toxumluq  borc  verən  adam,  o  ili  borclu  qalar.  Evində 
bərəkə olmaz. 
Tərəkəmələrin  inamına  görə:  üzündə,  əlində,  bədə-
nində  dəri  xəstəliyi  olan  adam  ağ  tutun  şirəsini  gündə  üç 
dəfə hə min yerə sürtsə, sağalar. 
Tərəkəmələrin inamına görə: quru və göyöskürəkdən 
əzab  çəkənlərə  gündə  üç  dəfə  heyva  çöpü  və  yarpağını 
dəmləyil içirtmək məsləhətdir. 
Tərəkəmələrin  inamına görə: tez-tez hıçqıran adama 
yeddi qaşıq ilıq su içirtmək lazımdır. 
Tərəkəmələrin  inamına  görə:  göyöskürəkdən,  bəl-
ğəmdən əziyyət çəkənlərə bir stəkan süddə bir boşqab ənciri 
qaynadıb  bir  həftə  ərzində  gündə  üç  dəfə  –  səhər,  günorta, 
axşam yemək məsləhətdir. 
Tərəkəmələrin inamına görə: inək, qoyun, keçi sağı-
lan  zaman  uşaqlardan  kimsə  lalənin  qönçəsini  açıb,  zoğunu 
qırarsa, sağılan heyvanın südü kəsilər. 
Tərəkəmələrin  inamına  görə:  istər  atlı,  istərsə  də 
piyada bir kəs qəbiristanlıqdan keçərkən atdan düşməli, ayaq 
saxlayıb:  "Allah  yuxunuzu  şirin,  yerinizi  behiştlik  etsin",  – 
dedikdən sonra qəbiristandan keçib getməlidir. Həmin adam 
deyilənlərə  əməl  etməsə,  o  dünyada  cəhənnəm  odunda 
yanacaq, ona rəhmət oxuyan tapılmayacaqdır. 
Tərəkəmələrin  inamına  görə:  qaşları,  kirpikləri  sey-
rək  olan  və  ya  heç  olmayan  adamlar  paxıl,  ayaqaltı  eşən, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
89 
gözü-dar, heç kəsi istəməyən olurlar. 
Tərəkəmələrin inamına görə: hamilə qadın azad olar-
kən ata-anası, qaynatası-qaynanası, əri ürəyində niyyət tutub, 
göydə  quyruqlu  ulduzun  doğduğunu  görsə,  doğulan  uşaq 
əgər  oğlandırsa,  istedadlı,  güclü,  sağlam,  gümrah,  uzun 
ömürlü, ağıllı, qızdırsa dünyanın ən gözəl xanımı olacaq. 
Tərəkəmələrin  inamına  görə:  quyruqlu  ulduz  doğan 
günü  kim  ürəyində  niyyət  tutub  ulduzun  doğduğunu  görsə, 
bütün  arzu  və  istəkləri  yerinə  yetəcək,  ömrü  boyu  xeyir 
tapacaqdır. (Quyruqlu ulduz hər 30 ildən bir doğur). 
Tərəkəmələrin  inamına  görə:  su  içən  adamı  danış-
dıran, qəfil vuran cəhənnəmə gedər, xoşbəxt olmaz. 
Tərəkəmələrin  inamına  görə:  çərşənbə  günü  gözü 
səyriyən adamı uğur gözləyir. 
Tərəkəmələrin inamına görə: adam yatmazdan qabaq 
və  səhər  işə  gedəndə,  üzərlik  yandırıb  qoxularsa,  başına 
dolandırsa, xəta o adamdan uzaq olar, xeyir tapar. 
Tərəkəmələrin  inamına  görə: süfrə başında, əkin-bi-
çin zamanı pis söz danışmaq, söyüş söymək, qeybət qırmaq 
günahdır. 
Tərəkəmələrin  inamına  görə: gəlin köçən qızın bəxt 
güzgüsü sınarsa, o, xoşbəxt olmaz, ərdən boşanar. 
Tərəkəmələrin  inamına  görə:  yayda  əncir,  qoz  ağa-
cının kölgəsində yatan adamın başı ağrılı olar, xəstələnər. 
Tərəkəmələrin  inamına  görə:  qaranquş,  alabaxta, 
bülbül  öldürmək  günahdır.  Onları  öldürənin  ailəsi  dağılar, 
xoşbəxt olmaz. 
Tərəkəmələrin  inamına  görə:  il  quraqlıq  keçərsə, 
təzə süpürgəni təndirə atsan, yağış yağar. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
90 
Tərəkəmələrin  inamına  görə:  ulduzları  sayan,  öz 
ömrünü gödəldər. 
Tərəkəmələrin  inamına  görə:  yola  çıxan  adamın  atı 
kişnəyərsə,  xeyir  tapmaz,  onu  xata-bəla  gözləyir,  qayıtması 
məsləhətdir. 
Tərəkəmələrin inamına görə: uğura çıxan adamın qa-
bağına  boş  qabla  çıxılsa,  o,  xeyir  tapmaz.  Getdiyi  iş  düzəl-
məz, boş qayıdar. 
Tərəkəmələrin  inamına  görə:  evdə  bərəkət  olsun 
deyə,  ev  sahibi  xam  (təzə)  parçanın  içərisinə  qismət-çörək, 
duz  və  bir  parça  qənd  qoyar,  onu  evin  qibləsi  tərəfdən, 
divarın və ya pəncərənin bir yerindən asar. 
Tərəkəmələrin  inamına  görə:  ürək  döyüntüsündən, 
ağrısından  əziyyət  çəkənlərə  hər  dəfə  yeməkdən  qabaq  bir 
fincan ətirşah dəmləməsi içirdərlər. 
Tərəkəmələrin inamına görə: qızdırma, titrətmə xəs-
təliyinə tutulanlara tər qızılgül  yasəmən  ilə gülabı dəmləyib 
içirərlər. 
Tərəkəmələrin inamına görə: dəmrovdan əziyyət çə-
kən  adama  bir  həftə  ara  vermədən  qəlyan  çubuğunun  qara 
qatı  qatranını  gündə  üç  dəfə,  səhər,  günorta,  axşam  yaranın 
üstünə çəkmək məsləhətdir. 
Tərəkəmələrin inamına görə: əl, ayaq və başqa əzalar 
əzildikdə,  1015  gün  səhər  və  axşam  mal  ciyərini,  qoç 
quyruğunu  bağayarpağı  ilə  qarışıq  döyüb  həmin  yerə  yax-
maq məsləhətdir. 
Tərəkəmələrin  inamına görə:  yel xəstəliyindən əziy-
yət çəkənlərin qara qəlyan tənbəkisini  ya həvəngdəstədə,  ya 
da  ətçəkən  maşında  narın  döyüb  (çəkib),  bal  ilə  qa-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
91 
rışdırdıqdan sonra 10-15 gün ağrı verən oynaqlarına yaxılsa, 
ağrılar keçər. 
Tərəkəmələrin  inamına  görə:  cümə  günləri  qapı-
pəncərə,  süfrə  açıq  olmalıdır,  çünki  həmin  gün  ailədən 
ölənlərin ruhu evlərə qonaq gəlir. 
Tərəkəmələrin inamına görə: axşam-səhər evdən ba-
yıra xeyir iş üçün çıxan:  "Ya rəbbim axşamını, sabahmı sa-
lamlayıram"  –  deməsə,  işi  avand  olmaz,  arzusu  baş  tutmaz, 
niyyəti ürəyində qalar. 
Tərəkəmələrin inamına görə: uşaq gec yeriyəndə, qa-
bağınca  keçi  buraxıb,  arxasınca  yeri  təzə  süpürgə  ilə  sü-
pürərlər ki, tez yerisin. 
Tərəkəmələrin  inamına  görə:  gec  danışan  pəltək 
uşaqlara təzə bulama verər və sərçə əti yedizdirərlər ki, uşaq 
dil-dil ötsün. 
Tərəkəmələrin inamına görə: təzəbəy, təzəgəlin zifaf 
gecəsinin  səhəri  sağ  əlini  kimin  başına  çəkib  "Allah  istək-
arzuna  çatdırsın"  –  desə,  həmin  kəsin  bəxti  açılar.  Tezliklə 
qapısına elçi gələr. 
Tərəkəmələrin  inamına  görə: təzəbəy, təzəgəlin bar-
mağındakı nişan üzüyünü, qulağındakı sırğasını, boynundakı 
boyunbağını,  əynindəki  ilk  bəylik,  gəlinlik  paltarını 
geyinmək  və  ya  taxmaq  üçün  başqasına  verərsə,  onlar 
xoşbəxt olmaz, həmin evin bərəkəti yoxa çıxar. 
Tərəkəmələrin  inamına  görə:  təzə  gəlin  zifaf  gecə-
sindən  sonra,  səhər  tezdən  duranda  bir  qabda  təmiz  su 
götürüb  "Ey  Su  ilahəsi,  sən  bu  ailəyə  təmizlik,  xoşbəxtlik, 
gün  aydınlığı,  xoş  güzəran  gətir.  Pis  sözü,  pis  gözü  bu 
ailədən iraq eylə", – desə, həmin sudan evin hər küncünə üç 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
92 
qaşıq  çiləsə,  ərinin  və  özünün  sağ-sol  çiynindən  üç  dəfə 
damcı-damcı  atsa,  üz-gözünə  çiləsə,  uğurları  xeyir  tapar, 
həmin evdə bərəkət artar, söz-söhbət olmaz. 
Tərəkəmələrin inamına görə: zifaf gecəsindən sonra, 
yengə  bayıra  çıxanda,  rastına  qız  gəlsə  gəlinin  qızı,  oğlan 
gəlsə oğlu olacaqdır. 
Tərəkəmələrin inamına görə: şər qarışanda əlini qoy-
nuna  qoyub,  gözü  yol  çəkənin  evindən  bədbəxtlik  əksik 
olmaz. 
Tərəkəmələrin  inamına  görə:  kim  ilin  son  çərşənbə 
axşamı, il bərabərləşəndə pak olub, əl-ayağını axar suya sa-
laraq  üzü  qibləyə  dayanıb  ürəyində  nə  niyyət  tutsa,  niyyəti 
qəbul olunar. 
Tərəkəmələrin  inamına  görə: hamilə qadını  incidən, 
ona əl qaldıran kəs xeyir tapmaz, ailəsi xoşbəxt olmaz. 
Tərəkəmələrin  inamına  görə:  uşağı  olmayan  qadın 
ilin  son  çərşənbəsində  pak  olub,  gecə  ilə  gündüz  bərabərlə-
şən anda ayağını axar suya salıb, saçının ucu ağzında niyyət 
etsə, niyyəti baş tutar. 
Tərəkəmələrin inamına görə: zahı qadının döşəyinin, 
balıncının altına 40 gün  iynə,  təzə itilənmiş bıçaq, qayçı  və 
iri baş soğan qoysan, hal anası ona toxunmaz. 
Tərəkəmələrin  inamına  görə:  qaşınmadan  əzab 
çəkənlərə məsləhətdir ki, hər gün (10-15 gün) axşam yatma-
mışdan  qabaq  noxudu  qaynadıb,  suyunu  bədəninə  sürtsün. 
Bu, giciş-mənin qarşısını alar. 
Tərəkəmələrin  inamına  görə:  göyöskürükdən,  bəl-
ğəmdən əzab çəkənlərə məsləhətdir ki, yerkökünü süd ilə qay-
nadıb bir həftə, hər dəfə yeməkdən qabaq bir fincan içsin. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
93 
Tərəkəmələrin  inamına  görə: səhər  tezdən uğura çı-
xan adam sudan, su yanından keçərkən: "Pak üzün mübarək, 
su pərisi" – deməsə, həmin adamın uğuru xeyir tapmaz. 
Axşam  su  üzərindən  atlananda,  su  yanından  keçəndə: 
"Pak  üzünə  sabahlar  xeyirliklə  açılsın,  su  anası"  –  deməsə, 
həmin adama su anasından ziyan toxunar. 
Tərəkəmələrin  inamına  görə:  kim  axşam  yatarkən: 
"Yataram ya birdi bir olan Allah, qalxaram inşallah" – desə, 
şər  qüvvələr  onun  yatağından  uzaqlaşar,  pis,  qorxulu 
yuxulardan uzaq olar. 
Tərəkəmələrin  inamına  görə:  kim  səhər  tezdən  yu-
xudan  duranda  üzüqibləyə  dayanıb  təmiz  ağızla:  "Ya  birdi 
bir olan Allah sənin şəriksizliyini salamlayıram" – desə, uğu-
ru xeyir tapar, o günü işi avand olar, pis sözdən, pis gözdən 
uzaq olar. 
Tərəkəmələrin  inamına  görə:  təzəgəlinin  nişan  üzü-
yünü barmağından tez çıxarması yaxşı əlamət deyil. 
Tərəkəmələrin  inamına  görə:  axır  çərşənbədə,  gecə 
ilə  gündüz  bərabərləşəndə  anadan  olan  uşağın  taleyi  üzünə 
gülər,  xoşbəxt  olar,  ruzusu  bol  olar.  Allah  adamı  olan  belə 
uşaqlar, pislik, paxıllıqdan uzaq olar, hamının firavan dolan-
masını istəyərlər. 
Tərəkəmələrin  inamına  görə:  doğuş  ərəfəsində  ha-
milə  qadın  yatan  otağın  pəncərəsində  göyərçin  qonarsa,  o 
qadın  bəd-nəzərdən,  uzaq  olar.  Anaya,  doğulan  uşağa  hu-
rilər, pərilər pənah olar, şər qüvvələrdən onları qoruyarlar. 
Tərəkəmələrin inamına görə: kim ocağında əncir, çi-
nar, saqqız ağacı qalayarsa, o adamın ocağı kor olar, evində 
bərəkət  qalmaz,  belə  ailənin  ən  sevimlisi  ömrü  boyu  xəstə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
94 
olar, dərdinə əlac tapılmaz. 
Tərəkəmələrin  inamına  görə:  qurbanlıq  heyvan  üzü 
qibləyə  kəsilərkən,  onun  ağzına  nabat  qoyularsa,  qurbanlıq 
müqəddəs  sayılar.  Qurbanlıq  kəsildikdən  sonra  nabatı  onun 
ağzından çıxarırlar. 
Tərəkəmələrin inamına görə: günahkar adam, günahını 
yumaq  üçün  "Allahın  adı  ilə,  Allah  böyükdür,  ya  Allah!  Sən 
hər iki dünyada mənim günahımdan keç" – deyib niyyət edər-
sə, günah işlətdiyi günlərin sayı qədər oruc tutsa, yetim-yesirə, 
kimsəsizə, əlilə əl tutsa, günahı Allah tərəfindən bağışlanar. 
Tərəkəmələrin  inamına görə: əgər gəlin ər evində tez-
tez balınc üzərində oturarsa, çox çəkməz ki, qaynanası ölər. 
Tərəkəmələrin  inamına  görə:  il  təhvil  olunan  vaxt, 
yəni gecə ilə gündüz bərabərləşəndə, kim Novruzgülünü pak 
suya  salıb  üz-gözünə  çiləsə,  sonra  əzib  şirəsini  üz-gözünə, 
qaşına, dodağına sürtsə, nə niyyəti varsa  yerinə yetər, taleyi 
üzünə gülər. 
Tərəkəmələrin  inamına  görə:  axır  çərşənbə  axşamı 
süfrədə  hər  kəs  özünə  niyyət  şamı  yandırır.  Əgər  şam  sona 
qədər  yanıb əriyərsə, niyyət baş tutacaq. Əgər kiminsə şamı 
sona qədər əriyib yanmasa, o şəxsin başında bir qəza olacaq, 
bəxti üzünə gülməyəcək. 
Tərəkəmələrin  inamına  görə:  il  təhvil  olunan  vaxt 
kim bəxtini sınamaq məqsədilə bayıra çıxarsa, qarşısına kişi 
xeylağı  çıxsa  niyyəti  baş  tutacaq,  işi  avand  olacaq.  Qadın 
çıxsa işi bəd gətirəcək, xeyir tapmayacaq. 
Tərəkəmələrin inamına görə: əgər doğulduqdan son-
ra uşaq  yeriyə bilməsə, onu  yalquzaq südü ilə  əmizdirsələr, 
sümüyü bərkiyər, şikəstlikdən əsər-əlamət qalmaz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
95 
Tərəkəmələrin  inamına  görə: kişmiş ilə toğlunun əti 
şirin olar. 
Tərəkəmələrin  inamına  görə:  saçı  tökülən  adamlara 
10-15  gün  saçmı  çobanyastığının  qaynadılmış  suyu  ilə 
yumaq  məsləhətdir.  Bu  həm  də  saçların  dibini  bərkidir, 
başında kəpək yaranmasının qarşısını alır. 
Tərəkəmələrin  inamına  görə:  ağzı  yara  xora  olan, 
dişinin  dibi  şişən,  boğazı  gələn,  kəskin  sancı,  ürək,  qara-
ciyər,  öd  kisəsi  ağrılarından  əzab-əziyyət  çəkənlərə  15-20 
gün  müddətinə  hər  gün  yeməkdən  əvvəl  bir  fincan  çoban-
yastığı dəmləməsi içmək məsləhətdir. 
Tərəkəmələrin  inamına  görə:  yola çıxan adam səhər 
tezdən  itə  bir  tikə  qismət  (çörək,  ət)  atarsa,  xeyir  tapar,  işi 
avand olar. 
Tərəkəmələrin inamına görə: kim bahar gələndə dur-
na qatarını pozmaq üçün ayaqqabısını tərs geyib, üç dəfə sol 
tərəfə  fırlanarsa,  o,  günah  işlədər  ömrü  boyu  ruzi  tapmaz. 
Uşağı olanda tərs, sözəbaxmaz və çaş olar. 
Tərəkəmələrin  inamına  görə: xəbəri olmadan başına 
bir  azca  duz  tökülən  hamilə  qadın  əlini  başına  çəksə  qızı, 
ağzına-dodağına çəksə oğlu olar. 
Tərəkəmələrin  inamına  görə:  uşağı  olmayan  qadın 
müalicə məqsədilə yeddi həftə ardıcıl olaraq həftədə bir dəfə 
iri dəmir və  ya palıd çəlləkdə, çox da isti olmayan suda 40-
45  dəqiqə  ayaq  üstə  (boğazına  qədər)  durmalıdır.  Müalicə 
üçün  yaxşı  olardı  ki,  o,  andız  yarpağı,  kəndəlaş,  gülxətli, 
gicitkən,  quşotu,  moruq  kökü,  zirinc  kökü,  bağayarpağı, 
unnuca (yağlıca) və s. otlardan və köklərindən istifadə etsin. 
Tərəkəmələrin  inamına  görə:  yel  və  əzələlərin  qıc 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
96 
olmasından əziyyət  çəkən xəstələrə şan balını süzüb əritsin, 
içərisinə zəncəfil, darçın, zəfəran, xaş-xaş qabığı, qaraçörək 
(arpa, vələmir), reyhan, nanə (yarpız) töküb həll olana qədər 
qarışdırıb  tənzif  (cuna,  ağ)  üzərinə  yaxıb,  ağrılar  olan  yerə 
qoysun. Üç saatdan sonra sarğını açıb ağrılar olan  yeri keçi 
və toyuğun yağı ilə sığallayıb, sonra yun şal ilə bağlayıb isti 
saxlamaq  məsləhətdir.  Bu  müalicə  üsulunu  7  gün  dalbadal, 
sonra isə 15-20 gün günaşırı davam etdirmək yaxşı olar. 
Tərəkəmələrin  inamına  görə:  kəskin  mədə-bağırsaq 
ağrıları  zamanı  nanəni  (yarpız)  ətçəkən  maşından  keçirib 
tənzifdən  (cunadan)  süzüb,  şirəsini  10-15  gün  müddətində, 
hər  gün  yeməkdən  qabaq  üç  dəfə  yarım  fincan  içmək 
məsləhətdir. 
Tərəkəmə maldar-çobanlarının inamına görə: sağılan 
südün yanına qaymaq çiçəyi qoyanda, yığıntıya üz çox yığılır. 
Sonralar  bunu  günaşırı  axşam  yatmamışdan  əvvəl  və 
səhər tezdən acqarına 10-5 gün davam etdirmək yaxşı nəticə 
verər. 
Tərəkəmələrin  inamına  görə:  həftənin  günlərinin 
yozumu: 
Birinci gün: duz günü ağır – gündür.  
İkinci gün: xas günü – özünü yerə bərk bas.  
Üçüncü gün: çərşənbə günü – tərpənmə.  
Dördüncü gün: adına günü – işlərin avandına.  
Beşinci gün: cümə günü – bekar günü. 
Altıncı gün: şənbə günü – şikar günü. 
Bazar günü: boş bekar – azar günü. 
Tərəkəmələrin  inamına  görə:  bıçaq  ağzı  açıq,  üzü 
yuxarı  qoyularsa,  demək  o  ailədən  qurbanlıq  verilməlidir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
97 
Əgər qurban verilməsə (kəsilməsə) ailədən kimsə ölməlidir. 
Əgər bıçağın ağzı açıq bir başqasına verilərsə, o yaxşı əlamət 
sayılmır. Düşmənçilik kimi yozular. 
Tərəkəmələrin  inamına görə: evi süpürdükdən sonra 
süpürgəni  qapı  arxasında  dik  qoymaq,  düşmənin  yatmayıb, 
sui-qəsd  üçün  fürsət  gözlənilməsi,  ayaq  üstə  pusquda  dur-
ması kimi yozudur, süpürkə yanı üstə qoyulmalıdır.
1
 
Elat-tərəkəmə  bağban  aqillərinin  inamına  görə:  li-
mon  ağacının  kolu  quruyanda,  onun  dibinə  təzəcə  kəsilmiş 
heyvan  qanı  töküb,  torpağına  qarışdırdıqda,  o  yenidən 
göyərər və məhsuldarlığı çox olar. 
Tərəkəmələrin  inamına görə: hamilə qadının övladı-
nın  qız  və  ya  oğlan  olacağını  bilmək  üçün,  dərin  bir  cama 
pak  su  doldurulur.  Həmin  suya  üç  damcı  süd  damızdırılır. 
Əgər  süd  camın  dibinə  çökərsə  oğlan,  yox  camın  dibinə 
çatmamış suda həll olunarsa, qız olacaq.
2
 
İnama  görə:  yüksək  qızdırma  nəticəsində  sayıqlama 
artanda xəstəyə itburnu çiçəyinin şirəsi və mürəbbəsi ilə çay 
içmək məsləhətdir. 
                                                
1
 İnamları Azərbaycan Dövlət Texniki Universitetinin dosenti Səfə-
rov  Ağamoğlan  Hüseynalı  oğlu  1996-cı  ildə  bu  sətirlərin müəllifinə  təq-
dim etmişdir. İnamları vaxtilə mərhum atası – Hüseynalı Məşədi Ələsgər 
oğlundan və anası Sayad Ağahüseyn qızından yazıya almışdır. 

Elat-tərəkəmə  müdriklərinin  inamları  bu  sətirlərin  müəllifi  tərə-
findən  1977-ci  ildə  Qazax  bölgəsinin  92  yaşlı  sakini  Vəli  Mustafa  oğlu 
Mustafayevdən  (Vəli  baba  kənd  arasında  Tüyür  oğlu  Vəli  kimi  məşhur-
dur.  O,  xalq  ədəbiyyatını  sinədəftər  bilən  müdriklərdəndir),  onun  həyat 
yoldaşı 80 yaşlı Cavahir Məmməd qızının dilindən yazıya alınmışdır. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
98 
İnama  görə: bağırsaqlarda olan qurdları tökmək üçün 
xəstə gicitkənin kökünü dəmləyib 10-15 gün, gündə üç dəfə 
yeməkdən əvvəl içməlidir. 
İnama  görə:  saçı  tökülənlərə  gicitkən  kökünü  qayna-
dıb suyunda başı həftədə üç dəfə yumaq məsləhətdir. Bu, saç 
dibini də möhkəmlədir. 
İnama  görə: daxili qanaxmanı kəsmək üçün üzərliyin 
çiçəyini dəmləyib içmək məsləhətdir. 
İnama  görə:  əncir,  üzüm,  tut,  heyva,  bağayarpağını 
dəmləyib içmək şəkər xəstəliyini tənzimləyir. Bunların qarı-
şıq dəmləməsini 20-25 gün, gündə üç dəfə, yeməkdən əvvəl 
iki  fincan  içmək  məsləhətdir.  Bu  cür  müalicə  qan  təzyiqini 
də tənzimləyir. 
İnama  görə:  yaxşı  yuxunu  suya,  pis  yuxunu  zibilliyə 
söyləmək məsləhətdir. 
İnama  görə:  hamilə  qadın  doğuş  ərəfəsində  ilk  dəfə 
başını sağ çiyninə çevirsə oğlu, sol çiyninə çevirsə qızı olar. 
İnama görə: gecə-gündüz bərabərləşəndə kim, ayağını 
suya salıb niyyət etsə, niyyəti baş tutar. 
İnama  görə:  gecə-gündüz  bərabərləşəndə  axar  sudan 
su  gətirib  xəmir  yoğursa,  həmin  ailənin  unu-urvatlı,  çörəyi 
bərəkətli olar. 
İnama görə: gecə-gündüz bərabərləşəndə, kim yerdən 
daş götürüb axar suya atsa, qada-baladan uzaq olar. 
İnama  görə:  öd  kisəsində  daşı  olan  xəstələrə  yarpızı 
dəmləyib, hər gün acqarına üç dəfə,  yeməkdən  əvvəl içmək 
məsləhətdir. 
İnama  görə: qan təzyiqini aşağı salmaq üçün cəfərini 
ətçəkən  maşında  çəkib,  tənzifdən  keçirmək,  onu  təmiz  ban-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
99 
kaya yığmaq, sərin yerdə saxlamaq və 20-25 gün yeməkdən 
əvvəl, gündə üç dəfə yarım fincan içmək məsləhətdir. 
İnama görə: ürək ağrısından, köpdən, qaz yığılmasın-
dan əziyyət çəkən xəstələrə yarpızı, nanəni qaynadıb suyuna 
tənzifdən keçirib bankaya  yığmaq,  soyuduqdan  sonra 10-15 
gün  yeməkdən əvvəl gündə üç dəfə, bir fincan  qəbul etmək 
məsləhətdir. 
İnama görə: vərəm xəstəliyinə tutulan xəstələrə 20-25 
gün nar çiçəyini dəmləyib bir fincan yeməkdən əvvəl gündə 
üç dəfə içmək məsləhətdir. 
İnama  görə:  qızıl  yeldən  əziyyət  çəkən  xəstələrə  20-
25 gün zirinc şirəsindən, mürəbbəsindən istifadə etmək məs-
ləhətdir. 
İnama görə: şəkər xəstəliyi olanlara əzgil ağacının kö-
künü dəmləyib 20-25 gün yeməkdən əvvəl gündə üç dəfə bir 
fincan içmək məsləhətdir. 
İnama  görə:  ayağı  tez-tez  tərləyən  pis  qoxu  verən 
şəxslərə 15-20 gün dəvətikanı və qırxbuğum bitkilərini qay-
nadıb suyunda ayağı 30-35 dəqiqə vanna etmək məsləhətdir. 
İnama  görə:  ağzında  xora,  səpinti  olan  adamlara  ye-
məkdən  qabaq  hər  gün  gündə  üç  dəfə  tut  yarpağını  çey-
nəmək məsləhətdir. 
Kataloq: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu hacalı NӘCӘFOĞlu azәrbaycanda vә Türkiyәdә

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə