AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


LOĞMAN VƏ AQİLLƏRİN İNAMINDAN



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix26.12.2016
ölçüsü2,35 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   21

LOĞMAN VƏ AQİLLƏRİN İNAMINDAN 
 
Aqillərin  inamına  görə:  yastığının  (balıncının)  altına 
qızıl  qoyulan  adamı  qara  basmaz,  yuxusu  şirin  olar.  Yuxu-
dan duranda şən-şux, gümrah, uğuru xeyir olar. 
Aqillərin  inamına  görə:  kim  arzu-istəyinə  çatmaq 
istəyirsə, uğura çıxmazdan əvvəl başı nəzir dediyi qoçun-qo-
yunun kəsilmiş dal qıçının üstünə qoyub  yatarsa, arzu-istəyi 
çin olar, uğuru xeyir tapar, əhdinə qovuşar. 
Aqillərin  inamına  görə:  bədən  üzvlərindən  sınıq, 
əzik,  kəsik  ağrılarını  –  küt  ağrıların  qarşısını  almaq  üçün 
erkək  qoçun  ətini  əzib  (döyüb)  ağrılar  olan  yerə  təpitmə 
etmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qan  təzyiqindən  əziyyət  çə-
kənlər  çəpiş  ətindən  tez-tez  istifadə  etmək  məsləhətdir.  Bu, 
qan təzyiqini tənzimləyir. 
Aqillərin  inamına  görə: tez-tez ürəyi keçənə, huşunu 
itirənə,  əl-ayağı,  qabırğası  qıc  olan  adamlara  at  südü  içmək 
məsləhətdir. 
Aqillərin inamına görə: astma, bronx xəstəliklərindən 
əziyyət çəkən xəstələrə eşşək südü içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qaraciyəri  soyuqlayan,  küt  
verən,  mədə-bağırsaq  xəstəliyinə  tutulanlara  qara  ç"-və  ya 
arpa, buğda, çovdar, qarğıdalı unundan bişirilmiş rək yemək 
məsləhətdir. 
Aqillərin  inamına  görə: uzun  sürən kəskin başağrısı: 
baş  beynində  sinir  pozuntusu,  yuxusuzluq  xəstəliklərinə 
tutulanlara  bir  ay,  gündə  üç  dəfə  yeməkdən  əvvəl 
moçuçiçəyi dəmləyib içmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
118 
Aqillərin  inamına  görə: sarı çiçək dəmləməsi soyuq-
dəymənin,  zökəmin,  bəlğəmin,  sinə  ağrılarının,  qan  təzyi-
qinin qarşısını alır və normallaşdırır, xüsusilə qadın xəstəliyi 
olan qanaxmanın qarşısını alır. 
Aqillərin inamına görə: üzünün sağ tərəfində xal olan 
adamın  ömrü  uzun,  sol  tərəfində  xah  olanlar  bəxti  açıq, 
xoşbəxt  olur.  Hər  iki  tərəfdə  xah  olan  adamlar  isə  uzun 
ömürlü və ailədə, həyatda xoşbəxt olurlar. 
Aqillərin  inamına  görə:  yuxuda  sığırçın  görənin  ev-
eşiyində,  qohum  əqrəbasında  şadlıq,  toy-düyün  yasa  dönər, 
uğuru xeyir tapmaz. 
Aqillərin  inamına  görə: çoban iti zingildəyib, quyru-
ğunu arxasınca qısıb, aramsız ulayanda, çoban bilməlidir ki, 
sürünün yaxınlığında yalquzaq və ya canavar sürüsü var. 
Aqillərin inamına görə: ağıllı və dünyagörmüş adam-
lar  içkiyə  meyl  etməz.  Bununla  belə,  şərabın  bəzi  xəs-
təliklərə xeyri də var. Belə ki, yemək zamanı bir qədəh şərab 
mədə-bağırsağı  möhkəmlədir,  böyrəkdə  daş,  qum,  kirəc-
ləşməni əridir. Adamda gümrahlıq şən əhvali-ruhiyyə oyadır. 
Yeməyin  həzmini  asanlaşdırır.  Sidik  kisəsini  möhkəmlədir. 
Baş  beyində  qarışıq  fikirləri  tənzimləyir.  Saçın  vaxtından 
əvvəl ağarmasını qarşısını alır. 
Aqillərin  inamına  görə:  balıq  ətinin  soyutması,  balıq 
kababından sonra qatıq, ayran içmək, yemiş, bal yemək olmaz. 
Aqillərin  inamına  görə:  piylənmədən,  kökəlmədən, 
böyrək  ağrılarından,  iştahasızlıqdan  əziyyət  çəkən  adamlara 
hər  dəfə  yeməmişdən  və  həmçinin  yatmazdan  əvvəl  bir-iki 
fincan (stəkan) kəmşirin limonlu çay içmək məsləhətdir. 
Aqillərin  inamına  görə: qəhvə  insanı ətalətdən, süst-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
119 
lükdən,  çox  yatmaqdan  azad  etmək  üçün  ən  yaxşı  müalicə 
üsuludur.  Qəhvə  insanı  gümrahlaşdırır,  əzələlərə  qüvvət 
gətirir, hər iki cinsi fizioloji cəhətdən aktivləşdirir. 
Aqillərin  inamına  görə: qəhvə həmçinin şiddətli qarın, 
mədə-bağırsaq, ishal xəstəliklərinin müalicəsi üçün də əhəmiy-
yətlidir.  Ürək  ağrısından,  yuxusuzluqdan  əziyyət  çəkən  xəstə-
lərə günorta və  ya gün batmamışdan əvvəl çox da tünd olma-
yan bir fincan südlə qarışdırılmış qəhvə içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qanlı  bəlğəmdən,  göy  öskü-
rəkdən əziyyət çəkənlərə şomunun (ispanağın) sıxma pencə-
rini qatıqla  yemək, üstündən də bir  fincan (stəkan) həlimini 
içmək məsləhətdir. Bu, bəlğəmi və sinəni təmizləyir, həm də 
göy öskürəyin qarşısını alır. 
Aqillərin inamına görə: böyrəyində ağrılar, daş, qum 
olan xəstələrə hər gün yemək vaxtı çoxlu yarpız, turp, şüyüd, 
reyhan, tərə, xiyar yemək məsləhətdir. 
Aqillərin  inamına  görə:  gözünə  mirvari  suyu  gələn 
xəstələrə  15-20  gün,  gündə  üç  dəfə  tənzifi  (cunanı)  köhnə 
zeytun yağında isladıb gözün üstünə qoymaq məsləhətdir. 
Aqillərin  inamına görə: isti xörəyi yeyərkən, çayı içər-
kən onu üfürmək günahdır. Bu, evdən bərəkəti qovmaqdır. 
Aqillərin  inamına görə: şəkk-qısqanclıq dostu-dostdan, 
yoldaşı-yoldaşdan,  qardaşı-qardaşdan,  əri-arvaddan  ayırar. 
Şəkk-qısqanclıq olan yerdə şübhə artar, səmimiyyət olmaz. 
Aqillərin inamına görə: hər şey həyatda bölünər, ailə 
sədaqəti, səmimiyyəti bölünməz. 
Aqillərin  inamına  görə:  səadət,  səmimiyyət  harada, 
ailə xoşbəxtliyi də orada. 
Aqillərin  inamına görə: adam şərəfli elm dalınca ge-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
120 
dər, şərəfsiz ölüm dalınca getməz. 
Aqillərin inamına görə: kişi gözlərinə inanar, hər ye-
təndən eşitdiyi sözlərə inanmaz. 
Aqillərin inamına görə: Allaha, peyğəmbərə, Qurana, 
qibləyə inamsız olan, imansız olar (ölər). 
Aqillərin  inamına  görə: elmə zalım olandan alim ol-
maz. 
Aqillərin inamına görə: tamahına təh deməyən, halalı 
söyər, haram yeyər, hamıya böhtan deyər. 
Aqillərin  inamına  görə:  ayaqqabını,  corabmı  taykeş, 
tərs geyinənin uğuru xeyir tapmaz, işi tərsinə dönər. 
Aqillərin inamına görə: oruc tutan, namaz qılan azar-
bezarsız yüzü haqlayar. 
Aqillərin  inamına  görə:  bütün  fəsillərdə  ağsoğlaq, 
sarımsaqlı  sıxma pencər, tünd sarımsaqlı xəngəl, başayaq,  sa-
rımsaqlı qatıq, sarımsaq turşusu-tutması yeyən adamın göz na-
hiyəsində  qızartı  olmaz,  dişləri,  diş  yuvaqlarının  əti  şişməz, 
ağrımaz, ağız nahiyəsində xora, səpinti olmaz, mədə-bağırsağ-
da  qurd  olmaz,  yaman-şiş  (xərçəng)  xəstəliyinə  tutmaz.  Dır-
naqları qırılmaz, iştahası, görmə qabiliyyəti artar, canı sağlam 
olar, boy vəziləri inkişaf edər, saçı gec ağarar, tez tökülməz. 
Aqillərin inamına görə: murdar olmuş ət yeyən adamı 
qurdeşənək (etzema) tutar. 
Aqillərin  inamına  görə:  baş  saçında  bit,  sirkə,  sinək 
olanın  başını  bir  həftə,  gündə  bir  dəfə  çuğundur  suyu  ilə 
yuyub-daramaq məsləhətdir. 
Aqillərin  inamına  görə:  saç  dibinin  möhkəm  olması 
üçün üç gündən bir gicitkəni qaynadıb, suyu ilə başı  yumaq 
məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
121 
Aqillərin  inamına  görə:  saçın  uzun  müddət  qara 
qalması,  ağarmaması  üçün  qatıq-ayranla  saçı  üç  gündən  bir 
yumaq məsləhətdir. 
Aqillərin  inamına  görə:  ananın  südü  halal  olanda, 
övladının dolanışı cah-calal olar. 
Aqillərin  inamına  görə:  ananın  südü  haram  olanda, 
övladının ürəyi vərəm olar. 
Aqillərin  inamına  görə: anaya əl qaldıran, üzərinə el 
qaldırar. 
Aqillərin  inamına  görə: ata-anasını söyən övlad, ata-
ana olanda peşman olub başına döyər. 
Aqillərin  inamına  görə:  ata-anasını  yerli-yersiz  mə-
yus edən övlad, dəyyus olar. 
Aqillərin  inamına  görə:  ailədə,  cəmiyyətdə  ilahi  ix-
tiyar sahibi olan ananın övladı bəxtiyar olar. 
Aqillərin  inamına  görə:  qadın  ərini  bəy,  övladlarını 
öy edər. 
Aqillərin  inamına  görə:  ailədə  nikahı  olmayan  qadı-
nın gördüyü hər iş günahdır. 
Aqillərin  inamına  görə:  qadın  ev-eşikdə  qoçaq  olsa, 
əri evdən qaçaq olmaz. 
Aqillərin inamına görə: yaxşı ər-arvad halal zəhmətlə 
yaşayar, pis ər-arvad tənə-töhmətlə. 
Aqillərin  inamına  görə:  yaxşı  ər-arvad  ailədə  bir-
birinə yoldaş-sirdaş olmalıdır. 
Aqillərin inamına görə: ər-arvad ailədə bir-birilə xoş-
rəftar olmasa, ailə üzvləri bir-birilə bədrəftar olar. 
Aqillərin  inamına  görə:  qadın-ana  cəmiyyətin  dərs 
kitabıdır, tənə-tərs kitabı deyildir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
122 
Aqillərin  inamına  görə:  başmağı  cüt  olmayan  qadı-
nın, kündəsi küt olar. 
Aqillərin inamına görə: ana qədrini bilməyənin, məh-
şər gününə qədər üzü gülməz. 
Aqillərin  inamına  görə:  qadın  ərinin  başına  gül  də 
tökə bilər, kül də. 
Aqillərin  inamına  görə:  süfrə  başında  əlini  çörəyə 
uzadan bismillah" deyərsə, işi avand olar. 
Aqillərin inamına görə: ağıllı adam ailəsini dolandır-
maq üçün qəpik-quruşa çalışar, axmaq-ağılsız adam çəpiyə. 
Aqillərin  inamına  görə:  hər  deyilən  sözə  inanan,  el-
obada qınanar. 
Aqillərin  inamına  görə:  həqiqət  harada,  ədəb-ərkan, 
ləyaqət də orada. 
Aqillərin  inamına  görə:  insan  dünyanın  gəlimli,  ge-
dimli,  son ucu ölümlü olduğunu  bilsə də,  yenə də tikir-qurur, 
tikdiyi abidələr gələcək nəsillər üçün əvəzsiz töhfə kimi durur. 
Aqillərin inamına görə: sərxoşluğa qoşulub içki içən, 
var-dövlətinin, ismət-qeyrətinin başından keçər. 
Aqillərin  inamına  görə:  yaxşı  qadın  evin  istisi,  pis 
qadın göz tökən tüstüsüdür. 
Aqillərin  inamına  görə:  ananın  baş  ləçəyi,  ağbirçəyi 
müqəddəsdir, qan yatızdırar. 
Aqillərin inamına görə: ağbirçək baş şalını, ağsaqqal 
çəliyini ən ağır döyüşdə, dava-dalaşda qan töküləndə, ortaya 
– tərəflərin ayağı altma atarsa, mütləq hər şey sülh ilə bitər. 
Nə şalın, nə çəliyin üzərindən addamazlar, tapdalamazlar. 
Aqillərin  inamına  görə: kim əncir, xan çinar  ağacla-
rını  ocaqda  yandırarsa,  onun  uğuru  xeyir  tapmaz,  çörəyinin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
123 
bərəkəti  olmaz,  ailə  qan-qarğışa  səbəb  olar.  Ailədə  yeddi 
arxadan  dolananın  biri  mütləq  kor  olar.  Bu  ağaclar  elat 
aqillərinin təsəvvüründə ocaq – müqəddəs sayılır. 
Aqillərin  inamına  görə: kəskin sinə, oynaq ağrıların-
dan,  qan  təzyiqi  yuxarı  olub,  əziyyət  çəkənlərə,  görmə  qa-
biliyyəti  zəif  olanlara,  tez-tez  ürək  döyüntülərindən  əziyyət 
çəkənlərə  1  kq  qoz  ləpəsini,  1  kq  bal,  1  qram  zəfəran,  0,5 
qram  sarı-kök,  hil,  mixək  və  3-4  hind  qozunu  əzib  yarım 
stəkan  qaynadılmış  suda  qarışdırıb  hər  gün  (15-20  gün) 
səhər-səhər  acqarına  bir  qaşıq  udmaq  məsləhətdir.  Bu  həm 
də qadın və kişiləri fizioloji cəhətdən aktivləşdirir. 
Aqillərin  inamına  görə:  24  ədəd  limonu,  200  qram 
sarımsağı  ətçəkən  maşından  keçirməli  (qədimlərdə  bu  hə-
vəngdəstə  ilə  döyülərdi),  sonra  onu  iri  bankaya  doldurmalı, 
ağzını  qapayıb  qara  parçaya  bükməli,  soyuducunun  alt 
gözündə  10  gün  saxlamalı,  hər  gün  səhər-səhər  acqarına 
ondan  bir  çay  qaşığı  udmalı.  Bu  şiş-xərçəng-yaman,  daxili 
hillət,  oynaq  (qol-qıç,  əl-ayaq  bel)  ağrılarını,  həddən  çox 
piylənməni müalicə edir və qarşısını alır. Qadın və kişilərdə 
fizioloji aktivliyi artırır. 
Aqillərin inamına görə: yel xəstəliyindən, oynaqların-
da  küt  ağrılar,  sızıntılar  olan,  ürək  döyüntülərindən  əziyyət 
çəkənlərə  məsləhətdir  ki,  alma  sirkəsini  adi  qaynanmış 
soyuq  su ilə qarışdırıb hər gün (10 gün)  yeməkdən qabaq 1 
stəkana  10  çay  qaşığı,  sonra  (10-15  gün)  isə  alma  sirkəsi 
olan 1 stəkana 5 çay qaşığı qarışdırıb içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  yarım  litr  arağı  tən  yarı  bö-
lüb, onun qalan yarımçığını sarımsaq dişlərini tən yarı bölüb 
ağzına qədər doldurub, normal otaq havası şəraitində 21 gün 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
124 
qaranlıq  yerdə,  qara  parçaya  büküb  saxladıqdan  sonra  hər 
gün yeməkdən əvvəl, 3 dəfə, 20-25 gün bir çay qaşığı içmək 
lazımdır.  Bu  müalicə  üsulu  qaraciyər,  öd  kisəsində,  qan 
damarlarında qanın qatılaşmasının qarşısını alır-tənzimləyir. 
Həmçinin  mədə-bağırsaq,  qan  təzyiqi,  şəkər  xəstəliyinin  də 
müalicəsi üçün çox faydalıdır. Bu həm də qadın və kişilərdə 
fizioloji aktivliyi artırır. 
Aqillərin  inamına  görə:  xəmiri  tez  acıyan  qadını  əri 
çox sevər. 
Aqillərin  inamına  görə:  günvuran  adamın  başgicəl-
lənməsinin müalicəsi üçün üzüm şirəsini qaynadıb, başa tən-
ziflə təpitmə qoymaq məsləhətdir. 
Aqillərin  inamına  görə:  küt  başağrılarından  əziyyət 
çəkən  xəstələrə  şiddətli  ağrıların  qarşısını  almaq  üçün  zəfə-
ranı  sirkə  ilə  qarışdırıb,  başın  ağrıyan  yerlərinə  təpitmə 
qoymaq məsləhətdir. 
Aqillərin inamına görə: 10-15 gün təzə kirpi ətini həll 
bişirib,  həlimi  ilə  birlikdə  ağciyər  xəstəliyinə  tutulanlara 
yedirtmək məsləhətdir. 
Aqillərin inamına görə: şiddətli böyrək xəstəliyindən 
əziyyət  çəkən  xəstələrə,  hər  gün  3  dəfə  yeməkdən  əvvəl 
turpu  ətçəkən  maşından  keçirib,  bir  fincan  şirəsini  içmək 
məsləhətdir. 
Aqillərin inamına görə: böyrəklərində daş olan xəstə-
lərə  15-20  gün  xiyarı,  şüyüdü,  yarpızı  ətçəkən  maşından 
keçirib,  alman  şirəni  hər  gün  yeməkdən  əvvəl,  üç  dəfə  bir 
fincan qəbul etmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qaraciyəri  şişənlərə  15-20 
gün,  hər  gün  yeməkdən  əvvəl  üç  dəfə  çobanyastığını  dəm-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
125 
ləyib bir fincan içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  iştahasızlıqdan  əziyyət  çə-
kənlərə  10-15  gün,  hər  dəfə  yeməkdən  əvvəl  bir  fincan  ağ 
üzüm ilə limonun şirəsini içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  iştahası  olmayan  adamlara 
hər  gün  yeməkdən  əvvəl  təzə  yetişmiş  şaftalı  yemək  və  ya 
fincan şaftalı şirəsi içmək məsləhətdir. 
Aqillərin inamına görə: diş ağrısından əziyyət çəkən-
lərə tütun yarpağı və kök qabığım (gövdə qabığı də olar) həll 
qaynadıb  hər  gün  üç  dəfə  yeməkdən  əvvəl  ağzını  qarqara 
etmək  məsləhətdir.  Bu  həm  də  dişdibi  yuvalarını  bərkidir, 
ağızda əmələ gələn xoraları və pis qoxunu da müalicə edir. 
Aqillərin  inamına  görə:  quru  öskürək  və  sinə  ağrı-
larından əziyyət çəkənlərə banan yemək məsləhətdir. 
Aqillərin  inamına  görə:  səsi  tutulan  və  xırıldayan 
adamlara  10-15  gün  təzə  kəsilmiş  beçə-fərə  ətinin  həlimin-
dən, kəmşirin edilmiş, təzə sağılmış süddən bir fincan və ilıq 
bişirilmiş yumurta sarısından hər gün üç dəfə, istifadə etmək 
məsləhətdir. 
Aqillərin  inamına  görə:  ürək  döyüntüsündən  əziyyət 
çəkən  xəstələrə  almanın  cecə  hissəsini  bıçaqla  ovub  çıxar-
dıqdan  sonra  ora  zəfəran  doldurub,  tez-tez  qoxulamaq 
məsləhətdir. 
Aqillərin inamına görə: sarılıq xəstəliyinə tutulanlara 
15-20 gün, gündə  yeməkdən əvvəl üç dəfə təzə süd, badam 
yağı,  turş,  şirin  nar,  cır  alma  şirəsini  və  həmçinin  bağa-
yarpağı dəmləməsi içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  həddindən  artıq  arıq,  cılız 
adamların  kökəlməsi  üçün  25-30  gün  lobyanı  duzu  az 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
126 
olmaqla  zeytun  yağında  bişirib,  gündə  üç  dəfə  yemək 
məsləhətdir. 
Aqillərin  inamına  görə: öd kisəsi, qaraciyəri  ağrıyan 
adamlara  mütəmadi  tut  bəkməzi  və  şərbətindən  istifadə  et-
mək məsləhətdir. 
Aqillərin  inamına  görə:  ağız  boşluğunda  qaynaşma, 
muçuc ar, xoralar əmələ gələndə 10-15 gün hər dəfə, yemək-
dərs əvvəl palıd qabığının dəmləməsi ilə qarqara etmək məs-
ləhətdir. 
Aqillərin  inamına  görə:  saçın  dibi  hədsiz  dərəcədə 
kəpək olanda, saçtökülməsi başlayanda 15-20 gün, gündə bir 
dəfə,  axşamlar  yatmamışdan  əvvəl  saçbidini  soğan  suyu  ilə 
sürtmək  və  gicitkənin  qaynadılmış  suyu  ilə  yumaq 
məsləhətdir. 
Aqillərin  inamına  görə:  mədə-bağırsağı  soyuqlayan 
və küt ağrılar verən xəstələrə 10-15 gün, hər gün bir dəfə ye-
məkdən  əvvəl  bir  fincan  əməköməci  həlimini  qəbul  etmək 
məsləhətdir. Bu, həm də bağırsaqları yumşaldır. 
Aqillərin inamına görə: tez-tez sinə ağrısından, ürək-
döyüntülərindən  əziyyət  çəkən  xəstələrə  mütəmadi  olaraq 
moruq şirəsini bal ilə qarışdırıb, hər gün yeməkdən əvvəl bir 
fincan içmək məsləhətdir. 
Aqillərin inamına görə: təngnəfəs (astma) xəstəliyin-
dən  əziyyət  çəkənlərə  hər  gün  yeməkdən  əvvəl  üç  dəfə,  bir 
fincan dəvə südü içmək məsləhətdir. 
Aqillərin inamına görə: ağciyər ağrısına, vərəmə, qı-
zılca xəstəliklərinə məruz qalanlara uzun müddət eşşək südü 
içmək məsləhətdir. 
Aqillərin inamına görə: həddindən çox fındıq yemək 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
127 
adamda başağrısı, ümumi halsızlıq və yuxusuzluq yaradır. 
Aqillərin inamına görə: ümumi halsızlıq, yuxusuzluq, 
əsəb xəstəliyinə tutulanlara yatağında heyva saxlamaq, çoxlu 
heyva iyləmək məsləhətdir. 
Aqillərin inamına görə: gözü ağrıyan, zığ gətirən xəs-
tələrə narın (gülöyşə narının) dənələrini həvəngdəstədə əzib 
və  ya  ətçəkən  maşında  çəkdikdən  sonra  çiyid  qarışığını  hər 
gün yatmamışdan qabaq gözə təpitmə etmək məsləhətdir. 
Aqillərin inamına görə: ağızda, damaqda, dişdibi yu-
valarda xoralar əmələ gəldikdə və ağızdan pis qoxu gəldikdə 
yarpızı  dərib  çiynəmək,  dəmləməsi  ilə  hər  gün  (10-15  gün) 
yeməkdən əvvəl üç dəfə ağzını qarqara etmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  müezzin  azan  çəkəndə,  kim 
iş  gördüyü  zaman  əyləşib  üzünü  qibləyə  çevirsə,  ömrü  qırx 
gün uzanar. 
Aqillərin  inamına  görə:  heyva  çöpünü  kəsib,  cümə 
günü yaxasına tikən adama göz dəyməz. 
Aqillərin  inamına  görə: ağız boşluğundan pis iy, qo-
xu  gələn  adamlara  hər  gün  yeməkdən  əvvəl  hil  və  mixək 
dəmləyib içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  kəskin  mədə-bağırsaq  ağrı-
larından  əziyyət  çəkən  xəstələrə,  əvəliklə  yarpızın  qarışıq 
dəmləməsini hər gün yeməkdən əvvəl içmək məsləhətdir. 
Aqillərin inamına görə: həddindən artıq yemək adam-
da təngnəfəslik xəstəliyi yaradır. 
Aqillərin inamına görə: bağırsaqlarında səpgi, şiş, so-
yuqdəymə  olan  xəstələrə  çobanyastığı  dəmləməsindən  tez-
tez istifadə etmək məsləhətdir. 
  Aqillərin  inamına  görə:  göz  nahiyəsində  şiddətli 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova ___________________________________  
 
 
128 
ağrılar, qızartılar və şiş olan xəstələrə hər axşam bir  yumur-
tanın ağını gülabla qarışdırıb tənziflə gözün üstünə qoymaq 
məsləhətdir. Bu, ağrıların azalmasına, gözün tez sağalmasına 
kömək edir. Müalicə azı 10 gün davam etdirilməlidir. 
Aqillərin  inamına  görə:  ağzında  yara  olan  adamlara 
hər gün, axşam-səhər təzə sağılmış çiy süd ilə qarqara etmək 
məsləhətdir. 
Aqillərin  inamına  görə:  ağzından  pis  qoxu  gələn 
adamlara  hər  gün  (bir  ay  müddətində)  yeməkdən  əvvəl  üç 
ədəd şax (ağ) tut yarpağı çeynəmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  cılız,  arıq  uşaq  və  yaşlı 
adamlara az duz vurulmuş lobyanı zeytun  yağı ilə qaynadıb 
yemək məsləhətdir. Bu, bədəni gümrahlaşdırır və kökəldir. 
Aqillərin  inamına  görə:  mədə  soyuqlamasından,  göy-
öskürəkdən, qanlı bəlğəmdən əziyyət çəkən xəstələrə zəncəfili 
balla  qarışdırıb  hər  axşam-səhər  bir  çay  qaşığı  udmaq  məs-
ləhətdir. Bu, əhvali-ruhiyyəni yüksəldir. Həzmi də asanlaşdırır. 
Aqillərin inamına görə: zökəm olan və mədə-bağırsaq 
ağrılarından əziyyət çəkən xəstələr axşam-səhər armud yemək 
məsləhətdir. Bu, xəstəni sağaldır, mədəni qüvvətləndirir. 
Aqillərin  inamına  görə:  ürəyi  ağrıyan,  ürəkdöyüntü-
ləri çox olan xəstələrə innabı kəklikotu ilə birlikdə dəmləyib 
hər  dəfə  yeməkdən  əvvəl  bir  fincan  içmək  məsləhətdir. 
Müalicə olduqca əhəmiyyətlidir. 
Aqillərin  inamına  görə:  iflic  olan,  göyöskürəyə  və 
bəlğəmə  tutulan  oynaq  və  bel  ağrılarından  əziyyət  çəkən 
xəstələrə çoxlu xurma yemək məsləhətdir. 
Aqillərin inamına görə: ürək ağrısı, ürəkdöyüntüsü və 
yel  xəstəliyindən  əziyyət  çəkənlərə  reyhanı  şəkər  və  ya  bal 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 
 
 
129 
ilə qarışdırıb 20-25 gün, gündə 30 qram içmək  məsləhətdir. 
Müalicə əhəmiyyəti olduqca böyükdür. 
Aqillərin  inamına  görə:  saç  töküldükdə,  yumurtanın 
ağını ayı qanı ilə həll edib bir müddət axşamlar yatanda başa 
yaxmaq  məsləhətdir.  Bu  qəbil  müalicə  üsulu  həm  də  başa 
təzə tük gətirir. 
Kataloq: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu hacalı NӘCӘFOĞlu azәrbaycanda vә Türkiyәdә

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə