AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏRKƏZİ ELMİ KİTABXANA
CAVİD CƏFƏROV
KİTABXANA-İNFORMASİYA
XİDMƏTİNDƏ ELEKTRON
KATALOQ
Monoqrafiya AMEA MEK-in
Elmi Şurasının qərarı ilə çap olunur.
Bakı-Proqres-2012
_
İA zo ri..ıy G a ı. R e s p u b lik a s ı P re z ıd e .ıtin m
ı
İ
m
İ
s i
' idarosi
i PRS
ı
EZİ OENT K İ T A L X A N A S I
%h,%0
UOT 025:004
Elm i redaktor:
A buzər X ələfov
Əməkdar elm xadimi, tarix
elmləri doktoru, professor
Elm i rəyçilər:
Redaktor:
A ybəniz ƏIiyeva-K əngərli
AMEA MEK-in direktoru,
fılologiya elmləri doktoru,
R asim Əliquliyev
AMEA-nın müxbir üzvü, AMEA
İTİ-nin direktoru, texnika elmləri
doktoru, professor
H əbib H üseynov
AMEA MEK-in “Kitabxana
prosesbrinin avtomatlaşdırılması’'
şöbəsinin müdiri, fəlsəfə doktoru
Cəfərov Cavid. Kitabxana-informasiya xidmətində elek-
tron kataloq. Bakı: Proqres, 2012, 224 s.
İnformasiya işçiləri və kitabxanaçılar üçün nəzərdə tutulmuş monoqrafıya
növündən və təyinatından asılı olmayaraq bütün kitabxanalanmızda sahəvi ədəbiy-
yat kimi istifadə oluna bilər. Həmçinin ali məktəblərin “Elektron kataloqlann yara-
dılması”, “Kitabxana proseslərinin avtomatlaşdınlması”, “Kitabxana informatikası”,
“Kitabxanalarda İKT-nin tətbiqi” və “Elektron kitabxanalarm yaradılması” adlı
ümumi kurslarmda monoqrafiyadan faydalanmaq mümkündür.
Xahiş olunur, tə k lif və iradlannızı M EK-in və ya müəllifin elektron poçtuna
ünvanlayasınız: b ib iio_az@ yah oo.com və ca v id @ lit.a z.
ISBN: 978-9952-8142-8-6
MÜNDƏRİCAT
GİRİŞ.......................................................................................................... 5
I FƏSİL: AZƏRBAYCAN VƏ DÜNYA
KİTABXANALARINDA ELEKTRON KATALOQLARIN
YARADILM ASI TARİXİ......................................................................13
1.1. Elektron kataloqların yaradılması sahəsində dünya təcrübəsi.. 15
1.2. Azərbaycan kitabxanalarında elektron kataloqların
yaradılması və inkişafı (1973-2011-ci illər)................................ 31
1.2.1. Azərbaycan kitabxanalarında elektron
kataloqlardan istifadə......................................................... 31
1.2.2. Kitabxanalarda biblioqrafik yazıların
elektronlaşdırılması və elektron kataloqun
xarici informasiya ilə təmin olunması vəziyyəti.............61
1.3. Milli elektron kataloqlann linqvistik təminatı
və interpretasiyası........................................................................... 77
1.3.1. Süni intellekt vasitəsilə elektron
kataloqun linqvistik təminatı.............................................. 77
1.3.2. İnformasiya mühitində elektron kataloqun
interpretasiyası..................................................................... 92
II FƏSİL: KOMMUNİKATİV FORMATLARIN VƏ
AKİS-lərin TƏŞƏKKÜL TARİXİ VƏ MÜASİR VƏZİYYƏTİ.... 97
2.1. Kommunikativ formatlann yaradılması və
müasir vəziyyəti: (MARC, UNIMARC, USMARC,
RUSMARC və digər formatlar üzrə)........................................... 99
2.2. AZMARC Milli biblioqrafık yazı formatının
yaradılmasının tarixi zəruriliyi.....................................................109
Kitabxana-irıformasiya xidmətində elektron kataloq
| 3
2.3. Azərbaycan kitabxanalarında istifadə olunan AKİS-lər
(“İRBİS-64” və “VTLS”-in nümunəsində):
mövcud imkanlar və problemlər................................................ 121
III FƏSİL: MÜASİR KİTABXANALARIMIZDA
ELEKTRON KATALOQ SİSTEMLƏRİNİN İNKİŞAF
PERSPEKTİVLƏRİ............................................................................ 135
3.1. Elektron kataloqlu kitabxanalar İnformasiya
cəmiyyəti şəraitində....................................................................
137
3.2. Elektron kataloqlar elektron kitabxanalara
əsas əlyetərlik vasitəsi kimi........................................................ 145
3.3. Elektron kataloq sistemlərinin inkişafperspektivləri:
yeniliklər və təkliflər................................................................... 156
NƏTİCƏ................................................................................................190
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT............................................198
4
|
C.A. Cəfərov
GİRİŞ
Elm, təhsil və mədəniyyətimizin aynlmaz tərkib his-
səsi olan kitabxanalarımız çoxəsrlik tarixi inkişaf yolu
keçməklə milli-mənəvi dəyərlərin qorunub inkişaf etdiril-
məsində əhəmiyyətli rol oynayıblar. Maddi-mənəvi irsimi-
zin qoruyucusu və təbliğatçısı hesab edilən bu elm, təhsil,
mədəniyyət məbədləri-kitabxanalar əsrlər boyu nəsillərin
bilik mənbəyi rolunda çıxış edib və öz humanist mahiyyə-
tini zəngmləşdirib.
İlk yaranış dövründən, uzaq V-VI əsrlərdən bugünə-
dək kitabxanalanmız daim inkişaf edərək hazırda gördü-
yümüz forma və məzmunda, başqa sözlə, həm ənənəvi ki-
tab saxlancı, həm hibrid informasiya mərkəzi (yarım elek-
tronlaşdırılmış), həm də elektron kitabxana (tam elektron-
laşdırılmış) şəklində oxucularımıza xidmət edir.
Müasir dövrdə kitabxanalar ənənəvi, təcrübədə öz
təsdiqini tapmış xidmətlərlə yanaşı, informasiya və kom-
munikasiya texnologiyalanna (İKT) əsaslanan xidmətlər
də təqdim etməklə biliklər iqtisadiyyatmm apancı qüvvə-
sinə çevrilirlər.
Postsənaye, başqa sözlə, informasiya cəmiyyəti döv-
ründə dövlət tərəfmdən kitabxana işi sahəsinə diqqət artı-
rılır, bu sahəyə intellektual və maddi investisiyanm həcmi
günü-gündən çoxalır. İKT-nin kitabxana işi sahəsinə
tətbiqi nəticəsində ortaya bir çox yeni tələblər çıxır. Oxu-
culara xidmətin səviyyəsini yüksəltməklə bilavasitə uz-
Kitabxana-irıformasiya xidmətində elektron kataloq
| 5
laşan həmin tələblər, yekunda informasiyanın daha opera-
tiv çeşidlənmə, toplanma və ötürülməsinə təkan verir. Be-
ləliklə, əsas məqsədə-oxucuya real vaxt kəsiyində ən mü-
nasib xidməti, məlumatı, sənəd kütləsini təklif etmək və-
zifəsinə daha asan yolla nail olmaq üçün elektron katalo-
qun yaradılması zərurəti meydana gəlir.
Elektron kataloqlarm ilk nümunələrinin yaradılması-
na ötən əsrin 60-cı illərində Amerika Birləşmiş Ştatlarında
başlanılıb. Həmin dövrdən keçən yarıməsrlik zaman ərzin-
də elektron kataloqun yaradılması metodologiyası həm
forma, həm də məzmun baxımmdan əsaslı modifıkasiya-
lara uğrayıb. Lakin ötən illər ərzində kitabxanalarda xid-
mət və innovasiya prosesini inkişaf etdirmək üçün yaradı-
lan və daim yenilənən elektron kataloqlar öz funksiya və
məqsədlərini dəyişməyib. Belə ki, biblioqrafık yazı və təs-
virlərin elektronlaşdırılması bütün dövrlərdə oxucu-fond
münasibətlərini inkişaf etdirmək, birincinin ikincidən daha
sürətli, həm də zaman və məkan fərqi olmadan istifadəsini
təmin etmək məqsədi daşıyıb. Bu mənada, elektron kata-
loqlar müasir kitab fondlarmdan çoxistifadəliliyi təmin et-
məklə istifadəçi kontingentini dəfələrlə artırmağa, ənənəvi
kataloqun zamana və məkana görə dəyişən əlyetərlik prin-
sipini yaxşı mənada pozmağa xidmət edir.
Elektron kataloqlarm yaradılması məsələsi həm də
ona görə aktualdır ki, prosesin kitabxanalar üçün iqtisadi
səmərəsi olduqca böyükdür. Ənənəvi kataloqu elektronlaş-
dırmaqla onu qlobal şəbəkədə dərc edən kitabxanalar, ilk
6 |
C.A.Cəfərov
növbədə ödənişli xidmət üçün real imkanlar əldə etmiş
olurlar. Çünki bütün dünyada qəbul olunan standartlar
üzrə elektron sənədlərin istifadəçiyə elektron poçtla və ya
informasiya daşıyıcısmda çatdınlması üçün kitabxana ilk
növbədə elektron kataloq sisteminə malik olmalı, istifadə-
çisinin seçim imkanlarmı genişləndirməlidir. Kitabxana-
larda sözügedən prosesləri həyata keçirə bilməküçün güc-
lü maddi-texniki bazaya, makroinformasiya mühitinə, el-
mi-təcrübi proqramlara, proqram xarakterli vəsaitlərə, kö-
məkçi vasitələrə böyük ehtiyac vardır. Həm kitabxana pro-
seslərinin avtomatlaşdırılması, həm də biblioqrafık təsvir-
lərin-ənənəvi kataloq sisteminin elektronlaşdmlması ki-
tabxananm müvafıq istiqamətli proqramlara nə dərəcədə
əməl etməsindən bilavasitə asılıdır.
Bugün inkişaf etmiş dünya ölkələrində elektron kata-
loqlarm ən yeni formada realizə imkanları və gələcək
perpektivləri əsaslı şəkildə təhlil edilir, lazimi nəticələrin
almması üçün prosesə yüksəkixtisaslı kadrlar, modem
texnika və texnoloji vasitələr, külli miqdarda vəsait cəlb
olunur.
Ölkəmizdə də kitabxanaçılıq sahəsi dövlətin diqqət
və qayğısı ilə əhatə olunub. 20 aprel 2007-ci il tarixdə
Prezident cənab İlham Əliyev “Azərbaycanda kitabxanala-
rın fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncam
[12] imzalayaraq 2008-2013-cü illərdə Azərbaycanda ki-
tabxanaların inkişafı, o cümlədən elektron kataloqun yara-
dılması ilə bağlı müvafıq göstərişlərini verib və bunun nə-
Kitabxana-irformasiya xidmətində elektron kataloq \
7
ticəsi kimi “Dövlət Proqramı”nm [13] icrasma başlamlıb.
Proqram çərçivəsində Azərbaycan kitabxanalarında elek-
tron kataloqlann və elektron kitabxanalarm yaradılması,
milli irsin rəqəmsallaşdmlaraq qlobal şəbəkədə təbliğ
olunması, kitabxana-biblioqrafiya proseslərinin avtomat-
laşdırılması və s. önəmli məsələlər öz əksini tapıb.
Sərəncamda və Dövlət Proqrammda qarşıya qoyulan
tələblər imperativ xarakter daşıdığmdan (belə də olmalı-
dır), başqa sözlə, müvafıq strukturlardan qarşıya qoyulan
vəzifələrin icra olunmasım tələb etdiyindən, elektron ka-
taloqlarm və elektron kitabxanalarm yaradılması mexaniz-
mi, metodları, texnologiyası məhz kitabxanaçılar, kitabxa-
naçılıq üzrə mütəxəssislər tərəfindən müəyyənləşdirilməli,
ən yaxın gələcəkdə Azərbaycan kitabxanalarmda ənənəvi
kataloq sistemi tamamilə elektronlaşdırmalıdır.
Dövlət başçısmm məsələyə bu cür diqqətlə yanaşma-
sı və kitabxanalanmızı ən modem formada görmək istəyi
oxuculanmızm müasir tələbləri ilə üst-üstə düşür və elek-
tron kataloqlann yaradılması məsələsini xeyli aktuallaşdı-
rır. Bu isə öz növbəsində milli elektron kataloqlarm yara-
dılması sahəsində elmi tədqiqatlarm meydana gəlməsini
zəruri edir.
Elektronlaşdırma prosesini həyata keçirmək üçün
kitabxanaçılarımız əvvəlki illərdə müxtəlif təcrübələr əldə
etsələr də, Azərbaycan kitabxanalarmda elektron kataloq-
larm yaradılması prosesi elmi-nəzəri cəhətdən, tarixi nöq-
teyi-nəzərdən yetərincə araşdınlmayıb. Kitabxanalarda
8 |
C.A.Cəfərov
elektron kataloqlarm və elektron kitabxanalarm yaradıl-
ması ilə bağlı vahid elmi araşdırmalarm, fundamental təd-
qiqatlarm yoxluğu, nəticə etibarilə ölkə kitabxanaları üzrə
toplu elektron kataloqun, milli elektron verilənlər bazası-
mn, milli AKİS (MAKİS), AZMARC kommunikativ stan-
dartınm hazırlanmasmı, milli rəqəmsal kitabxanalarm in-
kişafmı əsaslı surətdə ləngidir.
Başlıca məqsədimiz bu boşluğu doldurmaq, Azər-
baycan kitabxanalarında elektron kataloqlarm yaradılması
tarixini araşdırmaq, bu sahədəki cari vəziyyəti, kitabxana-
larımızm hazırki maddi-texniki durumunu öyrənmək,
problemləri aşkarlamaq, elektron kataloqlann inkışaf pers-
pektivlərini müəyyənləşdirmək, prosesin sürətlənməsi
üçün zəruri olan yenilikləri təklif etməkdən ibarətdir. Bu-
nun üçün aşağıdakı vəzifələr müəyyənləşdirilib:
- Müvafıq sahədə dünya təcrübəsini öyrənmək və
paralellər aparmaq.
- Azərbaycan kitabxanalannda kommunikasiyalaşma
və kompyuterləşmənin forma və səviyyəsini aşkara çıxar-
maq;
- Azorbaycan kitabxanalarında elektron kataloqlarm
yaradılması tarixini, mexanizmini, prinsip və metodlarmı
araşdırmaq, meydana gələn problem və nöqsanları müəy-
yənləşdirib aradan qaldırmaq;
- Ənənəvi kataloq sisteminin elektronlaşdırılmasmın
perspektivlərini müəyyənləşdirmək, prosesin elmi-nəzəri
konsepsiyasmı hazırlamaq;
Kitabxana-informasiya xidmətındə elektron kataloq
j 9
- Kitabxanalarm hibridləşməsində elektron kataloq
sisteminin rolunu müəyyənləşdirmək;
- AZMARC-m yaradılması işini sürətləndirmək;
- Elektron kataloqlann inkişafma nail olmaq üçün
kitabxanalarda RFID (radiotezliklə identifikasiya) və Mo-
bil texnologiyaların tətbiqinin zəruriliyini əsaslandırmaq;
- Ölkə üzrə toplu elektron kataloqun yaradılması yol-
larmı müəyyənləşdirmək, oxucularm rəqəmsal imkanlarmı
bərabərləşdirmək üçün təcrübi və nəzəri təkliflər irəli siir-
mək;
- MAKİS-in yaradılması üçün tövsiyələr vermək;
- Nitqin mətnə çevrilməsi sistemi ilə elektron katalo-
qun yaradılmasmı təşkil etmək;
- Mətnin nitqə çevrilməsi sistemi ilə kor və görmə
qabiliyəti zəif olan oxucularm elektron kataloq və elektron
kitabxanaya əlyetərliyini təmin etmək.
Azərbaycan kitabxanalarında elektron kataloqlann
yaradılmasmın tarixi, müasir vəziyyəti və inkişaf perspek-
tivlərinin öyrənilməsində elmi-nəzəri ədəbiyyatm təhlili
apanlıb, kitabxanaların müvafıq sahədəki işləri barədə
müfəssəl məlumatlar toplanaraq təhlil edilib, nəticələr mü-
qayisə olunub, ümumiləşdirilib, yaxm gələcəkdə kitabxa-
nalarımızda tətbiq oluna biləcək texnologiyalann imkana-
ları öyrənilib, təhlil metodu ilə kitabxanaların və kitabxa-
naçılarm bu kimi innovasiyalarm tətbiqinə hazırlıq səviy-
yəsi müəyyən edilib. Əldə olunan nəticələr kitabxanaşü-
naslıq tələbləri və normalan əsasmda tədqiq edilib, ənənə-
10 |
C.A.Cəfərov
vi kitabxanalarımızda elektron kataloqun yaradılması, hib-
rid kitabxanalarımızda isə inkişaf etdirilməsi üzrə təkliflər
irəli sürülüb. Bu işlər üçün elmi-təsviri, müşahidə və mü-
qayisəli-təhlil metodları əsas götürülüb
Monoqrafıyada ilk dəfə olaraq Azərbaycan kitabxa-
nalarında elektron kataloqlarm yaradılması tarixi əsaslı
şəkildə araşdırılıb, iri kitabxanalarımızm müvafıq sahədə-
ki təcrübəsi öyrənilərək ümumiləşdirilib, elektron kataloq-
larm yaradılması üçün yeni mexanizmlər və metodlar tək-
lif olunub, prosesə çəkilən xərclərin və itirlən vaxtm azal-
dılması üçün səmərəli təkliflər irəli sürülüb.
Aparılan tədqiqat nəticəsində aşağıdakı elmi yenilik-
lər əldə olunub:
Elmi-təsviri və müqayisəli-təhlil metodlarından
istifadə etməklə Azərbaycan kitabxanalannda elektron ka-
taloqlarm yaradılması tarixi və inkişaf mərhələləri öyrəni-
lib;
Azərbaycan kitabxanalarmda istifadə olunan
AKİS-lərin qarşılıqlı inteqrasiya problemləri müəyyənləş-
dirilib və problemin həlli yollan göstərilib;
Milli elektron kataloqlarm yaradılmasınm linq-
vistik təminat məsələsi araşdırılıb, linqvistik problemlərin
aradan qaldırılması üçün təkliflər verilib:
Elektron kataloqun yaradılması və inkişafı üçün
yeni və daha səmərəli metodlar təklif olunub (Nitqin ta-
nınması sistemi ilə elektron kataloqun yaradılması; RFID
texnologiyasınm elektron kataloqla uzlaşdırılması, AZ-
Kitabxana-informasiya xidmətində elektron kataloq
| 11
MARC-m yaradılması, səs vasitəsilə elektron kataloqun
kor və görmə qabiliyyəti zəif olan oxuculara çatdınlması
və s.);
Oxucularm (istifadəçilərin) elektron kataloqdan
istifadəsini asanlaşdırmaq üçün yeni əlyetərlik formaları
(3G-mobil əlyetərlik, Web 3.0 platforması əsasmda əlye-
tərlik və s.) irəli sürülüb;
Monoqrafıyada Azərbaycan kitabxanalarmda elek-
tronlaşdırma sahəsində apanlan işlərin nəticələri ümumi-
ləşdirilib, elektron kataloqlann yaradılmasmm yeni metod
və üsulları müəyyənləşdirilib, kitabxanalarımızda müxtəlif
AKİS-lərin tətbiq sahələri təsbit olunub, meydana gələn
problemlərin həlli yolları göstərilib, elektron kataloqu
yaradan kitabxanaçı-kataloqlaşdırıcılara tövsiyələr verilib.
Kitabxanalararası informasiya mübadiləsinin inkişa-
fında, kitabxanalarımızm beynəlxalq informasiya məkanı-
na inteqrasiyasında, oxucularm informasiya təminatmm
yaxşılaşdmlmasmda elektron kataloqun rolu monoqrafıya-
da tam aydmlaşdırılıb. Tədqiqat Azərbaycan kitabxana-
larmda elektron kataloqlarm yaradılması, inkişaf etdiril-
məsi və kitabxanalarm avtomatlaşdırılması işinin tarixinə
yenilik gətirilməsi baxımından nəzəri və təcrübi əhəmiy-
yətə malikdir.
12 |
C.A.Cəfərov
I FƏSİL:
AZƏRBAYCAN VƏ DÜNYA
KİTABXANALARINDA ELEKTRON
KATALOQLARIN YARADILMASI
TARİXİ
1.1. Elektron kataloqların
yaradılm ası sahəsində dünya təcrübəsi
İnkişaf etməkdə olan digər ölkələrdə olduğu kimi,
Azərbaycanda da dünyəvi elmi-texniki tərəqqinin nailiy-
yətlərindən geniş şəkildə istifadə olunur. Qabaqcıl ölkə-
lərdə meydana gələn belə nailiyyətlərin idxalı nəticəsində,
“istehlakçı” ölkələr sonradan “istehsalçı” ölkələrə çevrilir-
lər. Belə texnoloji inteqrasiya, intellektual idxal, milli elm
seqmentdəki üstünlüklərin və çatışmazlıqlarm daha aydın
görünməsini təmin edir.
Ölkəmizdə bir çox sahələrdə, o cümlədən kitabxana-
çılıq sahəsində tətbiq olunan yeniliklərin, texnologiyalarm
da istehsalçısı məhz texnoloji cəhətdən inkişaf etmiş ölkə-
lərdir. Qərbdən, Rusiyadan, Yaponiya və Cənubi Koreya
kimi dövlətlərdən idxal etdiyimiz kitabxana texnologiya-
ları, ideya və informasiya məhsullarmm üstünlüyü danıl-
mazdır. Lakin təcrübə göstərir ki, bu cür yeniliklərdən
passiv yararlanma nəticəsində milli kitabxana seqmentinin
adekvat sahələri inkişaf etsə də, milliləşmir, əksinə ümu-
mun içinə qarışaraq beynəlmiləlləşir ki, bu da bir sıra
obyektiv problemlərə yol açır.
Azərbaycan kitabxanalarmda istifadə olunan texno-
logiyaların milli istehsal məhsulu olmaması, Qərb və Ru-
siya istehsalı olan texnologiyalarm kitabxanalarımızda tət-
biqi MAKİS-in yaradılmasmı, AZMARC milli kommuni-
kativ formatımn hazırlanmasmı, EK sistemlərinin linqvis-
Kitabxana-informasiya xidmətində elektron kataloq
| 15
tik təminat məsələsini ləngidir. Bütün bunlara baxmaya-
raq, beynəlxalq elmi-texniki tərəqqinin nailiyyətlərindən
istifadə etmək məsələsi öz aktuallığmı itirmir və bizdən,
bu yenilikləri aktiv şəkildə mənimsəyərək öyrənmək, tət-
biq etmək və yalnız bundan sonra “özümüzkünü” yarat-
maq tələb olunur. Bu nöqteyi-nəzərdən, Azərbaycan kitab-
xanalarmda elektron kataloqlann yaradılmasmdan, onun
tarixindən, inkişaf yolundan damşarkən bu tip sistemlərin
yaradılması sahəsində dünya təcrübəsinin araşdırılması,
ümumiləşdirilməsi zərurəti meydana gəlir. Kitabxanalan-
mızda yaradılan elektron kataloqlarm mənşəyini, işləmə
mexanizmini, sosial-kommunikativ funksiyasını anlamaq
üçün indiyəqədərki elmi araşdırmaların, təcrübələrin, elmi
nəticələrin öyrənilməsi olduqca vacibdir. Məhz bu prinsip-
dən çıxış edərək, I fəslin müvafiq bölməsində elektron ka-
taloqun yaradılması tarixinə, inkişaf mərhələlərinə yerli və
xarici mənbələrin tarixi xronotipindən nəzər salacaq, elmi
ədəbiyyatm təhlili əsasmda elektron kataloqun mənşəyini
araşdıraraq paralellər aparacağıq ki, bu da monoqrafıya
boyunca bəhs etdiyimiz mövzunun tam açılmasma, nəticə-
lərin müqayisə olunmasma şərait yaradacaq.
Həmçinin, təcrübə məqsədilə səfər etdiyimiz Fransa,
İtaliya, Çex Respublikası, Litva, Rusiya, Türkiyə, Tunis
və s. ölkələrin kitabxanalarmda topladığımız təcrübəyə və
əldə etdiyimiz məlumatlara da bu bölmədə yeri gəldikcə
istinad edəcəyik.
16 |
C.A.Cəfarov
/f
&
f
Beləliklə, ilk növbədə qeyd etməliyik ki, elektron
kataloq admdan da göründüyü kimi, ənənəvi kataloqun rə-
qəmsallaşdırılmış, genişləndirilmiş, müasirləşdirilmiş və
təkmilləşdirilmiş texniki formasıdır və onun yaradılması
kitabxanaçılıq sahəsində bilavasitə informasiya texnologi-
yalarmm tətbiqi ilə bağlı olan çoxfunksiyalı və ağır zəh-
mət tələb edən proseslərdən biridir.
“Elektron kataloq” anlayışı ötən əsrin 60-cı illərin-
dən müasir dövrümüzədək bir sıra terminlərlə ifadə olu-
nub. Onu “maşmlaoxunan kataloq” (machine access rea-
dable catalogue-MARC), “kompyuter kataloqu” (com-
puter catalogue), “onlayn kataloq” (online public access
catalog-OPAC), “e-kataloq” (e-catalogue), şəklində elmi
ədəbiyyatda istifadə ediblər [185, s. 391].
Azərbaycanda isə müasir EK-lərin prototiplərinin
ilkin adı “biblioqrafık-sənədli avtomatlaşdınlmış informa-
siya-axtarış sistemi” olub. Hələ Sovet hakimiyyəti illərin-
də rus filosoftı Delir Qasemoviç Laxuti SSRİ, o cümlədən
Azərbaycan kitabxanaçıları tərəfindən istifadə olunan bu
anlayışı qeyri-interaktiv, birtərəfli prosesin təcəssümü ki-
mi tənqid obyektinə çevirib [128. s. 75-76].
1966-cı ildə-ABŞ Konqres Kitabxanasının əməkdaş-
ları ənənəvi kitabxana-biblioqrafıya proseslərini avtomat-
laşdırmaqla elektron kataloqun ilk prototipini-maşınla-
oxunan kataloq formatmı (MARC) yaratmağa nail oldular
[157, s. 120]. Maşmlaoxunan kataloqun yaradılmasında
məqsəd oxuculara xidmət işinin keyfıyyətini yüksəltmək
Kitabxana-infoım,QSj.y#xifim3lindd ele
i P R E 2 İD E N T KİTABXANASI
ktron kataloq
Dostları ilə paylaş: |