1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU
ƏLİZADƏ ƏSGƏRLİ
MİLLİ İDEAL
MÜCAHİDİ
BAKI-“ELM”-2005
2
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutu Elmi Şurasının 12 dekabr 2005-ci il tarixli (protokol
№7) qərarı ilə çap olunur
Ön söz müəllifi: akademik
B.Ə.Nəbiyev
Elmi redaktor:
professor T.Ə.Əhmədov
Rəyçilər:
Azərbaycan MEA-nın müxbir üzvü,
professor
N.Q.Cəfərov
f.e.d. N.Ə.Qəhrəmanlı
Əlizadə Əsgərli. Milli ideal mücahidi, Bakı, “Elm”, 2005, səh. 419
İSBN 5-8066-1780-7
Kitab müəllifin uzun illər “XX əsr Azərbaycan ədəbi-bədii fikrində milli ideal
və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)” mövzusunda
apardığı tədqiqatların əsasında hazırlanmış monoqrafiyadır.
Əsərin birinci fəslində X.R.Ulutürkün milli özünüdərkinin şüur və məfkurə
qaynaqları tarixi ədəbi proseslə birlikdə ideoloji-bədii olaraq aydınlaşdırılmışdır.
Bu fəsildə X.R.Ulutürkün milli mənlik şüurunun xüsusiyyətləri, İstiqlalçılıq,
Türkçülük, Vətənçilik, Xalqçılıq və geniş surətdə Azərbaycançılıq baxışları tədqiq
olunmuşdur.
İkinci fəsildə X.R.Ulutürkün ictimai-siyasi lirikasının təkamülü və onun fərdi
müəyyənlik xüsusiyyətləri, poemalarının tarixə baxış keyfiyyətləri, tarixi
gerçəklik zəminində sənətkarın milli xarakterinin təkamülü (lirik “Mən”, lirik
qəhrəman, lirik şəxsiyyət, milli xarakter) izlənilmişdir.
Üçüncü fəsildə sənətkarın ədəbi-tənqid, bədii tərcümə, publisistika və elmi-
tarixi memuarlarının millilik və bəşərilik xüsusiyyətləri ehtiva olunmuşdur.
Monoqrafiyada ümumən Azərbaycan ədəbiyyatının milli ideal və xalq taleyi
təcrübəsi ümumtürk ictimai-ədəbi fikri zəminində bir sənətkarın yaradıcılığı
əsasında ümumiləşdirilmişdir.
Kitab xalqımız, millətimiz və ədəbiyyatşünaslıq elmi fikrimiz üçün nəzərdə
tutulmuşdur. Monoqrafiyadan tələbələr, aspirantlar və dissertantlar ciddi surətdə
faydalana bilər.
Ə
2005
)
07
(
65
4603000000
−
3
O illər - 60-70-ci illərdə Azərbaycanda
dissident axtarsaydıq, onlar çox idi... Xəlil
Rza da ən böyük dissidentlərdən biri idi.
Çünki onun əsərləri həqiqəti deyirdi. Amma
bu həqiqət o vaxtkı kommunist ideologiyasına
zidd idi və buna görə də onlar dissident idilər.
Ancaq biz Xəlil Rzanı da qoruduq, saxladıq.
...Xəlil Rzanı da həbs etmək məsələsini
qoymuşdular. Onu da mən qoymadım, xilas
etdim. Neçə-neçə belələrini xilas etdim.
Heydər Əliyev
4
ULU MİLLƏTİMİN ADINA BAĞIŞLAYIRAM
Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən böyük və müəbbəd bir ölkədir: Turan!
ZİYA GÖYALP
Turana qılıncdan daha kəskin, ulu qüvvət –
Yalnız Mədəniyyət, Mədəniyyət, Mədəniyyət!
HÜSEYN CAVİD
Biz Türkləriz... Vətənimiz - başdan-başa Yer kürəsi.
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi!
XƏLİL RZA ULUTÜRK
5
İSTİQLAL ŞAİRİ VƏ ONUN HAQQINDA YENİ
TƏDQİQAT ƏSƏRİ
Xəlil Rza Ulutürk keçən əsrin 50-ci illərində yaradıcılığa
başlamış, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşmiş, 80-90-cı
illərdə Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizəni
yaradıcılıq və vətəndaşlıq amalına çevirmiş görkəmli xalq şairidir.
X.Rzanın yaradıcılığı ilk illərindən ədəbi ictimaiyyətin diqqətini
cəlb etmiş, Məmməd Arif, Məmmədcəfər Cəfərov, Yaşar Qarayev,
Əkbər Ağayev, Qulu Xəlilov, Şamil Salmanov, bu sətirlərin
müəllifi və digər alimlər, onun əsərləri haqqında əsasən təqdiredici
elmi qənaətlərini söyləmişlər. M.A.Dadaşzadə hələ 1954-cü ildə
nəşr olunmuş “Yeni nəsil” adlı məqaləsində Xəlili “ciddi gənc
şairlərdən” biri kimi təqdir etmiş, onun “Tarla yolunda” adlı şerini
“səmimi hisslərin ifadəsi” kimi qiymətləndirmişdi. F.e.n. Mail
Dəmirli “Xəlil Rzanın poeziyası” (1996), akad. B.Nəbiyev “İstiqlal
şairi” (2001) adlı monoqrafiyalar yazmış, prof. Yavuz Axundlu isə
“İstiqlal
şairləri” (2002) adlı kitabında X.R.Ulutürk
yaradıcılığından geniş bəhs etmişdir.
Xəlil Rza oğlu Xəlilov 1933-cü il, oktyabr ayının 21-də Salyan
bölgəsinin Pirəbbə kəndində anadan olmuşdur. Babası Xəlil kişi
1933-cü ildə “tovariş”lər tərəfindən qara maşına basılıb gedər-
gəlməzə göndərilmişdir. Ailənin ağır məişət qayğıları o zaman
şairin atası Rza kişinin çiyinlərinə düşmüşdür. Əkin yeri əlindən
çıxan ailə güzəran ardınca Salyana köçmüşdür. Xəlil 2 nömrəli
şəhər orta məktəbinin birinci sinifinə qəbul edilmişdir. İkinci
Dünya müharibəsi başlayanda atası Rza kişi orduya çağırılmışdır.
O, 1941-1942-ci illərdə Moskva ətrafındakı döyüşlərdə fədakarlıq
göstərmişdir.
Xəlilin üzünü görmədiyi babası Rüstəm kişi “əkin üstə”
bolşeviklər tərəfindən güllələnmişdir. 20-ci illərin sonu, 30-cu
illərin əvvəllərində Azərbaycan torpaqları
6
pambıqçılığın meydanına çevriləndə Xəlilgilin babadan qalmış
bağları da əllərindən alınmış, şumlanıb yerinə çiyid səpilmişdir.
X.Rza 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin
jurnalistika şobəsinə daxil olmuşdur. Tələbəlik illərində o, əvvəlcə
prof. Cəfər Xəndanın, sonra isə şair Bəxtiyar Vahabzadənin
başçılıq etdikləri ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən
olmuşdur. Şerləri dövrü mətbuatda müntəzəm çap olunan gənc şair
1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilmişdir,
elə həmin ildə X.Rza ali məktəbi yüksək qiymətlərlə bitirmişdir. O,
“Azərbaycan qadını” jurnalının redaksiyasına ədəbi işçi
götürülmüş, iki il orada çalışmış, jurnalın səhifələrində öz şerlərini
də dərc etdirmişdir.
1957-1958-ci dərs ilində Xəlil Rza Azərbaycan Yazıçılar
İttifaqının tövsiyəsi ilə Moskvaya, M.Qorki adına Ədəbiyyat
İnstitutu nəzdində fəaliyyət göstərən Ali Ədəbiyyat kurslarına
göndərilmişdir. N.Xəzri, Ə.Kürçaylı, Qabil, M.Araz, S.Tahir,
Ə.Əylisli, Fikrət Qoca, A.Mustafazadə, S.Məmmədzadə və
başqaları da həmin təhsil ocağında oxumuşlar. Bu kurslarda
müxtəlif illərdə Çingiz Aytmatov, Rəsul Həmzətov, Yevgeni
Yevtuşenko, David Kuqultinov və başqaları da təhsil almış,
görkəmli yazıçılar Pablo Neruda, Romen Rollan, Nazim Hikmət və
başqaları ilə kursun müdavimlərinin maraqlı görüşləri
keçirilmişdir. X.Rza Pavel Antokolskinin sinfində oxumuşdur.
1959-cu ildə təhsilini bitirib Bakıya qayıdan şair bir müddət
Azərbaycan Dövlət Pedaqogi İnstitutunda çalışmış, oranın aspirantı
olmuş, 1963-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Şair elə o vaxtdan nitqində yersiz olaraq əcnəbi (rus) sözü
işlədənləri hər yabançı kəlmə üçün 5 qəpik cərimə edir,
danışığından məmnun qaldığı soydaşlarını isə bir manat
məbləğində mükafatlandırırdı. X.Rzaya qarşı başlamış təqib
kompaniyasının bir səbəbi də bununla bağlı olmuşdur. Onun
Yazıçılar İttifaqı xəttilə ke-
7
çirilən görüşləri məhdudlaşdırılmış, institutdakı dərs saatları
azaldılmışdır.
Türkiyədə nəşr olunmuş “Ana dili” şerindən sonra Yazıçılar
İttifaqının rəhbərliyində də şairə qarşı soyuqluq, etimadsızlıq
yaranmışdır. Onun M.P.Vaqifin 250 illik yubileyinə gəlmiş
qonaqlarla öz şerlərini Türkiyəyə göndərmək təşəbbüsü də boşa
çıxmışdı. Bütün bunlar İnstitut partiya təşkilatında müzakirə edilib
pislənmiş, şair məlum təzyiqlər nəticəsində işdən azad olunmuşdur.
O, “Bilik” cəmiyyəti xəttilə rayonlara gedib mühazirələr oxumaqla
ailəsini dolandıranda da “dinc durmamış”, vətənpərvərlik,
azərbaycanlılıq təbliğatını davam etdirmiş, bu səbəbə görə “Bilik”
cəmiyyətindən uzaqlaşdırılmışdır.
Uzun get-gəldən sonra Xəlil Rza Nizami adına Ədəbiyyat
İnstitutuna baş elmi işçi vəzifəsinə qəbul edilmişdir. O, Mirzağa
Quluzadə, Əziz Mirəhmədov kimi görkəmli alimlərin, demokratik
fikirli ziyalıların direktor olduğu həmin İnstitutda çalışarkən
yaradıcılığını davam etdirmiş, doktorluq dissertasiyası yazmağa
başlamış, tərcüməçiliklə məşğul olmuşdur. 1984-cü ildə X.Rzanın
“Ömürdən uzun gecələr” və “Qardaşlıq çələngi” kitabları
Azərbaycan SSR Dövlət mükafatı almaq üçün irəli sürülsə də
məlum səbəblərə görə mükafat məsələsi baş tutmamışdır. 1985-ci
ildə X.Rza “Məqsud Şeyxzadənin bədii yaradıcılığı və
Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri”
mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
1988-ci ildə Azərbaycan milli azadlıq hərəkatı başlayanda X.Rza
da öz ictimai-siyasi fəaliyyətini genişləndirmişdir. O, respublikanın
bir çox bölgələrində siyasi təbliğat işi aparmış, “Azadlıq”
radiosuna intervülər vermiş, 20 Yanvar hadisələri haqqında
həqiqətləri dünya ictimaiyyətinə bəyan etmiş, “Qanlı cəllad Mixail
Sergeyeviç Qorbaçova” şeri ilə Qorbaçov və mənfur imperiyanın
törətdiyi dəhşətli cinayətləri, onların mahiyyətini xalqa
çatdırmışdır.
8
26 yanvar 1990-cı ildə Xəlir Rza hebs edilmişdir. Guya milli
ədavəti qızışdırdığına görə Azərbaycan SSR cinayət məcəlləsinə
əsasən ona cinayət işi açılmışdır. Şair 1990-cı ilin 26 yanvarından
4 oktyabrına qədər Moskvanın Lefortovo zindanında
saxlanılmışdır. Azadlığa buraxıldıqdan sonra 1991-ci il aprel
ayının 15-də Rəfiq Zəka Xəndanla birlikdə Türkiyəyə getmişdir.
Ömrünün son illərində şair müalicə məqsədilə Türkiyə, Almaniya
və Fransada olmuş, 21 iyun 1994-cü ildə şəkər xəstəliyindən vəfat
etmişdir. O, Bakıdakı Fəxrı Xiyabanda dəfn olunmuş, qəbri
üstündə əzəmətli heykəli ucaldılmışdır. Şair 1995-ci ildə
(ölümündən sonra) ümummilli liderimiz Heydər Əliyev tərəfindən
Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilmişdir.
***
Xəlil Rza Ulutürk də qələm yoldaşları kimi gənc sovet şairi
olaraq fəaliyyətə başlamış, bir müddət kommunist ideallarının
tərənnümçüsü olmuşdur. “Bahar gəlir” adlı birinci kitabındakı
(1957) bəzi şerləri nəzərə alınmazsa, əsərləri, o zamanın ən çox
dəbdə olan mövzularına həsr edilmişdi. Məlumdur ki, Oktyabr,
Lenin, 26-lar, o vaxt təkcə Azərbaycanda yox, bütün sovetlər
ölkəsində tanınmış qələm sahiblərinin yarış mövzularından idi.
Xəlil Rzanın yaradıcılığında ilk məzmun dəyişiklikləri 1960-cı
illərdən başlamış, sonra getdikcə güclənmişdir. Həmin
dəyişiklikləri təmin edən başlıca cəhətlər özünə və ictimai həyata
tənqidi münasibətinin güclənməsi, lirik qəhrəmanın inadkarlığının
artması, şairin həqiqəti tapmaq uğrunda qızğın idrakı fəaliyyəti və
bunların nəticəsində sovet ehkamlarından qurtulması ilə bağlı
olmuşdur. Hələ “Sevən gözlər” (1959) lirik şerlər məcmuəsinin
əsasını şairin daxili yaşantıları, şəxsi fikir və duyğuları təşkil
etmişdir. “Şairin cavabı”, “Üç yarpaq”, “Tamam doğmayan
9
günəş”, “Təbəssüm”, “Ağ saçlı, cavan Xəzər”, “O qızın dedikləri”
və digər əsərlərdə təsvir olunan hadisə və insanlara incə, lirik
münasibət, fərdi duyum üstün kefiyyət olmuşdur. Onun 60-cı illər
şerlərinin başlıca mövzularını təbiət lövhələri təşkil etmiş, təbiət
hadisələri əsasında şair milli duyğu və düşüncələrini ifadə etməyə
çalışmışdır.
Xəlil Rzanı kifayət qədər oxumayanlar, şairin əsərlərinə
dərindən bələd olmayanlar bəzən onun millilik, türkçülük,
azərbaycançılıq haqqında şerlərində yanlış notlar axtarmış, şairi
şovinizmdə günahlandırmışlar. X.Rza isə orijinal bədii əsərləri,
elmi-tənqidçilik fəaliyyəti, publisist çıxışları, xüsusən, bədii
tərcümələrilə Azərbaycanı ürəkdən sevən, həm də beynəlmiləlçi
xalq ziyalısı olduğunu dönə-dönə sübut etmişdir.
“Mən günəş ürəkli Xəlil Rzayam, Yer boyda, göy boyda
təbiətim var. Reyhan yarpağından qarışqayacan yurdumda hər kəsə
məhəbbətim var”
- misraları şair üçün sadəcə deklarasiya, şüar olmamışdır. O,
Azərbaycanda məskunlaşmış azsaylı qardaşlarımıza bəslədiyi
səmimi məhəbbəti həmişə ürəkdən tərənnüm edirdi.
Lahıc da, ləzgi də, tat da, talış da,
Kürd, udin, rutul da var-dövlətimdir.
Azərbaycanımın qucaqladığı,
Bağrına basdığı can sərvətimdir.
Fəxrim, qol-qanadım, şan-şöhrətimdir!
SSRİ-də yeridilən antitürk, antiazərbaycan siyasətinə züy tutan
o zamankı Bolqarıstanda türklər əleyhinə aparılan şovinist siyasət
də bu baxımdan şairin nəzərini cəlb etmiş və o, “Sən alçaqsan!”
adlı şerində bu antihumanist siyasətə qarşı kəskin etirazını
bildirmişdi.
X.Rzanın poetik manifesti olan “Azadlıq” şeri ilk dəfə
“Ədəbiyyat və incəsənət” qəzetinin 24 dekabr 1960-cı il tarixli
nömrəsində məlum senzor basqını nəticəsində “Afrikanın səsi” adı
ilə dərc edilmişdir. 70-ci illərin sonları, 80-ci illərin əvvəllərində
onun sovet mövzularından uza-
10
qlaşmaq meylləri daha da qüvvətlənmişdir. “Bir cüt göyərçin
kimi”, “Ömrüm”, “Tufanda”, “Mində bir”, “Qasırğa”,
“Şəhriyarım”, “Gül yastıq”, “Min yaşlı çinarlar” və başqa şerləri
fikir və duyğular sərbəstliyinin, qurub-yaratmaq əzminin, əxlaqi-
mənəvi dəyərlərimizin, təbiətin fəal vətəndaş mövqelərindən
tərənnümü baxımından fərqlənirdi. Onun siyasi cəhətdən “arzu
olunmaz” şerlərinin kütləvi ədəbi məclislərdə, yubiley gecələrində
oxunmasına icazə verilməmişdir. Şair “Söz kürsüsü” şerində bu
barədə yazır:
Sənə söz kürsüsü verilməyəndə,
Bəzən qərq olursan qəmə, qüssəyə.
Mənsə özgəyəm.
...Avtobus. Çimərlik. Təyyarə. Qatar.
Gör mənim nə qədər kürsülərim var...
Xəlil Rza Azərbaycanın Rusiya və İran tərəfindən parçalanması
faciəsini ürək ağrısı ilə qələmə almışdır:
Bir yanda şahənşah, hir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını.
Tikanlı məftillə sarıdı onlar,
Böyük bir millətin yaralarını.
Rəsmi təbliğat o vaxt bar-bar bağırırdı ki, guya Azərbaycan
vaxtilə Rusiya imperiyasının tərkibinə könüllü daxil olmuşdur.
X.Rzanın böyük xidmətlərindən biri bu tarixi ədalətsizliyi poetik
sözün gücü ilə xalqa çatdırıb, onun vətəndaşlıq duyğularını
oyatmasında idi:
Gürşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al qan oldu,
O sahildə, bu sahildə.
Ölkə yandı, vətən yandı,
Qızıl pul tək xırdalandı.
Dövlət getdi, var talandı,
O sahildə, bu sahildə.
Xəlil Rzanın “Taparam səni” (1980) kitabının başlıca ideya-
məzmunu vətənsevərliyin, humanizmin və şair mən-
11
liyinin daha parlaq, emosional biçimdə təsdiqindən, meşşanlığa
qarşı mübarizənin daha qətiyyətlə ifadəsindən ibarətdir. Kitabın
başlıca pafosu insan uğrunda mübarizədir. Bu baxımdan Xəlil Rza
klassik poeziyamızın enənələrini ləyaqətlə davam etdirmiş,
antihumanizmin ən kiçik təzahürlərinə belə dözməmiş, bu sahədə
heç kimə güzəştə getmədən qələm çalmışdır. “Gedəcəksən
baharda” adlı lirik poemasındakı “Yalnız özüm üçün yaşasam əgər,
bu gündən qazılsın məzarım mənim” beyti şairin bütün yaradıcılıq
qayəsini yaxşı səciyyələndirirdi.
Vətənsevərlik, humanizm, tərəqqi uğrunda ardıcıl mübarizə,
fəal vətəndaşlıq mövqeyi Xəlil Rzanın 80-ci illər poeziyasında
xüsusi bir qüvvətlə, zəngin boyalarda meydana çıxmışdır. Yaradıcı
insanın gərgin mənəvi axtarışları, özünə inamı, öz mənliyinə
güvənməsi, Araz problemi, Cənub həsrəti, ümumən Azərbaycanın
milli-mənəvi bütövlüyünün təsdiqi “Ömürdən uzun gecələr”
kitabındakı şerlərin başlıca pafosunu təşkil edir.
Xəlil Rza dramatik poeziya ustasıdır. O, buna həyatın sərt
həqiqətlərini, ziddiyyət və münaqişələrini dərindən öyrənməklə,
onlan çəkinmədən şerə gətirməklə, can yanğısı sərf etməklə, ilham
odu, daxili enerji xərcləməklə nail olmuşdur. Şairin lirik qəhrəmanı
böyük və cəsur insandır. O, həyatı sadəcə olaraq seyr etmir,
yenidən yaradır. Şair cəsarəti həyatı yaxşı bilməklə, dürüst ideya,
məfkurə mövqeyi seçməklə, tərəqqi uğrunda mübarizənin ön
cərgəsində getməklə, nəhayət, öz bədii istedadına güvənməklə
şərtlənir.
Xəlil Rza tribun olmuşdur. Onun köksü geniş, ürəyi alovlu idi.
İctimai ideallarını aşkarlayan şerlerinin çoxu yollarda yaranmış,
mübarizənin gedişində yetişmişdir. Hələ “Bilik” cəmiyyəti xətti ilə
rayonları gəzən, görüşlər keçirən, mühazirələr oxuyan şairin
özünün dolğun bədii surətini işıqlandıran “Mənə bənzər!” şeri bu
cəhətdən tipik idi. “Bir cüt limon” şeri insan uğrunda, kamil
azərbaycanlı
12
uğrunda mübarizənin qayəsini düzgün nişan verir: “Mən çağırdım
yüz-yüz, min-min sütül gənci Elbrusdan uca duran bir amala!”. Bu
amalın adı Azərbaycanın milli-mənəvi bütövlüyü uğrunda
mübarizədir. Təbriz radiosunun farsca bir verilişini dinləyən şairin
həyəcanları, fikir təlatümləri “Səsin gəlsin, Təbrizim!” şerində
məhz böyük amal səviyyəsində bədii ifadəsini tapmışdır. “O qədər
doğmasan ki, hətta, yadlar dilində doğmalığın bilinir. Radionu az
qala söykəyirəm köksümə. Dinlədikcə səsini, işıq gəlir gözümə.
Nəfəsindən güc alır qolum, qanadım, dizim. Bəs niyə özgə dildə,
canım, gözüm, Təbrizim?!” Şer yanıqlıdır. Ümumən, Xəlil Rza
poeziyası üçün səciyyəvidir.
Sənətkar öz lirik qəhrəmanının qüvvəsinə inanmışdır.
İnanmışdır ki, bir fərd öz xalqının mədəniyyət tarixinə işıq sala
bilər, cəmiyyətə yaşayıb-yaratmağın yeni etalonunu təqdim edə
bilər. Buna görə o, təklənməkdən, yalqız qalmaqdan qorxurdu.
“Birsən... yüz min olmalısan. Fərdsən... Vətən olmalısan! Gülsən...
bahar olmalısan. Kəsafəti alt-üst edən təzə rüzgar olmalısan”
“Ömürdən uzun gecələr” kitabı müəllifin poetik nəfəsinin
dərinləşməsindən, genişlənməsindən, bədii dil sənətkarlıq cəhətdən
xeyli püxtələşməsindən, zənginləşməsindən xəbər verirdi. Bu
zənginlik məhəbbət şerlərində xüsusilə parlaq biçimdə ortaya
çıxırdı. Xəlil Rzanın məhəbbət şerləri də təravətlidir, yenidir. Bu
şerlərdə həyatın mənasını sevməkdə, özünü başqasına həsr
etməkdə görən lirik qəhrəmanın mənəvi həyatı verilir. Sevgi
şerlərinin hər iki qütbü: aşiq də, məşuq da fəaldır, yaradıcı
insandır, tərəqqi uğrunda mübarizdir. Ən başlıcası - xarakter
sahibidir.
“Hara gedir bu dünya?..” kitabı X.Rzanın yaradıcılıq intibahının
sanballı göstəricisi olmuşdur. Bu toplu o vaxta qədər heç bir
Azərbaycan şairinin kitabında olmadığı dərəcədə milli istiqlal,
cəsurluq, qəhrəmanlıq yükü ilə yüklənmişdi. 80-ci illərin ortalarına
qədər şairlərin rəsmi ideologiya çərçivələrini dağıdan, milli
müstəqillik ehtirası
13
ilə aşılanmış əsərlərini nəşr etdirməsi müşkül məsələ idi. Ona görə
də X.Rza bəzi hallarda istiqlal ruhlu əsərlərini çətinliklə də olsa, ya
əyalət mətbuatında (bəzi rayon qəzetlərində) buraxdırmaq, ya da
xaricə göndərməyə təşəbbüs etməklə təskinlik tapmış, hər iki halda
rəsmi inzibati orqanlar tərəfindən cəzalandırılmış, daha ağır
qadağalara məruz qalmışdır.
“Davam edir 37...” (1992) kitabı X.Rzanın ən sanballı
kitablarındandır. Burada şairin qiymətli siyasi lirika nümunələri
toplanmışdır. Onun siyasi lirikası məzmunca yeni olmaqla yanaşı,
öz hərarəti, gərgin dramatik özəyi, münaqişə ruhu, odu-alovu,
daxili yanğısı etibarilə seçilirdi. 70-ci illərin sonlarında başlayan,
80-ci illərdə vüsətlənən, 90-cı illərin əvvəllərində kulminasiya
nöqtəsinə çatan Azərbaycan azadlıq hərəkatında X.Rzanın fəal
iştirakı, siyasi şerləri, publisistikası çağdaş gəncliyin milli
ideologiyanı başa düşüb qavraması, onunla silahlanması və milli
özünüdərkində bir məktəb olmuşdur. Kitabın adına çevrilmiş
“Davam edir 37...” X.R.Ulutürkün proqram şerlərindən biri və ən
qüvvətlisidir. Şerdəki bu qüvvət vətəndaş şairin daxili aləmindən,
onun sarsılmaz iradəsindən, inam və cəsarətindən mayalanmışdır.
Azərbaycanın qırmızı imperiya tərəfindən işğalından bu şerin
yazılmasına qədər keçən az qala yetmiş il ərzində sovet
hakimiyyəti, onun antixalq, antibəşər, totalitar siyasəti, ölkəni
bürümüş həbs düşərgələrinin dəhşətləri, Azərbaycanda xüsusi
canşəfanlıqla həyata keçirilən antiazərbaycan, antitürk, antiislam
tədbirləri, doğma dilimizin inzibati idarələrin qapıları dalında
boynu bükük vəziyyətdə qalması heç bir şairin əsərində bu qədər
kəskin və amansızlıqla yüksək bədii səviyyədə ifşa edilməmişdir.
Şeir yaddaş mövzusu ətrafında şairin poetik gəzişmələri ilə
başlanır. Tarixi yaddaş motivini 30-cu illərin sovet repressiyasına
bədii surətdə bağlayan şair xalq yaddaşını ayıq-sayıq olmağa
çağırır.
14
Yox,
unuda
bilmərik biz xeyir cildi geyən şəri,
Yüzminləri qanunsuz və məhkəməsiz
gülləbaran edənləri.
Miz üstündə yetim qalmış qələmə, kağıza istinadən, repressiya
olunmuş ədib və şairlərimizin pak ruhunu dindirmək üçün şair bu
poetik vasitədən istifadə edərək yazmışdır:
Xəyanətə qurban getdi tər bənövşə, bahar Müşfiq,
Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq.
Xəyanətə qurban getdi neçə igid,
Pensneli,
zər əsalı, nur heykəli ulu Cavid.
Qurban
getdi
dağ bülluru Yusif Vəzir,
Yalçın qaya - Əhməd Cavad,
Qoç
Koroğlu - Sanı oğlu Hacı Kərim,
Ulduzları salxım kimi göydən dərən
Çobanzadə Bəkirimiz,
Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.
Müəllif ölkənin bütün qeyrətli vətəndaşlarını azadlıq
mübarizəsinə qoşulmağa çağırır, rəsmi dövlət siyasətinə qarşı öz
iradlarını bildirmək üçün onları meydanlara səsləyir. Qarabağdakı
xəyanətin, Sumqayıtdakı fəlakətin əsl səbəbkarlarını sərrast
ifadələrlə ifşa edən sənətkar Azərbaycanın azadlığı uğrunda
mübarizənin həm tarixinə, həm də coğrafiyasına müxtəsər poetik
ekskurs etmişdir. “Davam edir 37...” şeri siyasi lirikanın çox
əhəmiyyətli nümunələrindəndir.
80-ci illər ədəbiyyatının nadir poetik hadisəsi olan “Silahları!”
(1988) əsəri də Xəlil Rzanın ən kəskin siyasi şerlərindəndir.
Ermənilər gen-bol silahlanıb torpaq iddiasilə hərbi müdaxiləyə
hazırlaşanda, soydaşlarımızın isə ov tüfəngləri də əllərindən
almanda Xəlil Rza xalqa müraciətlə “Silahları!” demişdi. Hökumət
dairələri, rəsmi təbliğat, dövrü mətbuat, televiziya və radionun
düşmən tərəfini saxladığı bir vaxtda tribun şair cəsarətlə deyirdi:
15
Nə qəm, kinlə silahlan,
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü
Qeyrətinlə silahlan!
Dəyənəklə, kürəklə, daş-kəsəklə silahlan,
Nuş et ildırımları, sən şimşəklə silahlan!
O zaman silahlanmaq üçün imkanı olmayan Azərbaycan xalqını
huşyar olmağa, “laylalara yatmamağa” çağıran bu qüdrətli səs hər
bir vətəndaşı silkələyir, daha çətin sınaqlara sesləyir, məşəqqətli
günlər qarşısmda mənəvi birliyə çağırırdı. “Davam edir 37...”,
“Yaşasın Xalq Cəbhəsi”, “Silahları!”, “Qorxaqlıq, cəsurluq”,
“Səlahiyyət istəyirəm” kimi şerlərin mayasında xalqın taleyi, onun
faciəli, məşəqqətli həyatı dururdu.
“Səlahiyyət istəyirəm!” şeri şairin mücadilə ruhlu əsərlərinin ən
yaxşı nümunələrindən biridir. X.Rza Azərbaycanın istiqlaliyyəti
uğrunda güclü, təsiredici sözü, şeri, yorulmaq bilməyən ictimai-
siyasi fəaliyyətilə ardıcıl mübarizə aparmış vətəndaş qələm sahibi,
90-cı illərin əvvəllərində isə əqidəsi yolunda imperiya məhbəsində
can çürütmüş ilk və yeganə Azərbaycan şairi olmuşdur. Onun üçün
Azərbaycanın istiqlaliyyətindən, həmvətənlərin azadlığından,
ölkəmizin dövlət müstəqilliyindən əziz və qiymətli heç nə
olmamışdır. Xəlil Rza Ulutürk də M.Hadi, Ə.Cavad kimi istiqlal
şairimizdir. Bu bir həqiqətdir ki, yaradıcılığının son illərində
(1988-1994) X.Rzanın baş mövzusu Azərbaycanın istiqlaliyyəti və
onun taleyi məsələsi olmuşdur.
“Hara qaçırsan, dayan!” əsəri qaldırdığı problemin vacibliyi,
əhatə dairəsinin genişliyi və kəskin ideya-məzmunu baxımından
lirik poema təsiri bağışlayır. Bəzi gənclərin doğma torpağını,
xalqının taleyini çətin vəziyyətdə qoyub, Azərbaycanın
istiqlaliyyətini qorumaq əvəzinə fərarilik etməsi, ordu sıralarından
qaçması dözülməz idi. Bu səbəbdən də şair xitablar, suallar edir:
“Yaxşı, tutaq ki,
16
sən qaçdın. Bəs sabah arvad-uşağının üzünə necə baxacaqsan? Bəs
Məzahir Rüstəm, Seymur Məmmədli, Təbriz Xəlilbəyli kimi şəhid
qardaşlarının, fədakarlıqla həlak olmuş milli qəhrəmanlarımızın
xatirəsi qarşısında nə cavab verəcəksən?” Vətənin taleyi üçün
ömrünü şam kimi əridən, ağır xəstəliklərə düçar olan, imperiya
zindanlarının küncündə əzablara qatlaşan, sinəsinə çalın-çarpaz
oğul dağı çəkilən Xəlil Rza poemada məhz bu səlahiyyətlərinə
görə vətən adından amiranə danışır:
Nə qədər ki, gec deyil, qayıt bu yoldan, qafil,
Ləyaqətlə ölməyi ömrün hünər tacı bil!
X.Rzanın çox şerləri ilk növbədə kütlə qarşısında oxunmaq,
adamları böyük ideallar üçün səfərbərliyə almaq məqsədilə qələmə
alınmış, buna görə də publisistik ruhda olub və cidd ictimai-siyasi
pafosu özündə əks etdirmişdir. Vətəni Ana timsalı kimi
cilvələndirən şair ona müraciətlə demişdir:
Ordan-burdan pay ummaq, yurdum, yaraşmır sənə.
Yumruğunu bərk sıxıb hökmünü bildirsənə!
Zirvədədir bayrağın, bayrağı şərəf, ad san.
Son öz istiqlalım qorumağı bacarsan,
Ehtiyac zəncirini həlqə-həlqə qoparıb
Tamam qıra bilərsən!
Şairin lirik qəhrəmanının səciyyəvi xüsusiyyəti özünü ötüb-
keçmək, bunu gündəlik mübarizə amalma çevirməkdir. Onun lirik
qəhrəmanının dili ilə ürəyi arasında məsafə yoxdur. Şairin
poeziyasında “lirik qəhrəman” sözün əsl mənasında milli
qəhrəman, milli xarakterdir.
X.Rzanın lirik qəhrəmanı öz antipodları ilə mübarizədə bütün
əzəmətilə canlanır. Bəzən bu qəhrəman öz antipodunu istintaq edən
amansız müstəntiqə çevrilir, tərəf müqabilinin mürtəce mahiyyətini
yerli-yataqlı, “konkret faktlar” əsasında açıb ifşa edir. “Nə cür
baxacaqsan gözlərimə sən?!” şerinin ifşa hədəfi, respublikamızın
90-cı illərin əvvəllərindəki rəhbərləri olmuşdur. Şerdə X.Rza
Azərbaycan
17
xalqının başına gətirilən böyük müsibətlərı canlandırır,
soydaşlarımızın doğma torpaqlarından qovulub çıxarılmasından,
qocaların, körpələrin qarlı dağ aşırımlarında həlak olmasından,
Bakı küçələrinə sovet tanklarının od-alov yağdırmasından,
günahsız həmvətənlərimizin kütləvi qırğınından bəhs edir. Bəzi
rəhbərlər vəzifəsini, titullarını, deputatlığını, avtomobilini itirmək
qorxusunu vətənin başına gətirilən faciələrlərdən ağır hesab edir.
Şerdə meydana qoyulan həqiqətlərin fonunda “Cınqırın çıxdımı
barı bircə yol?!” ittihamı çox tutarlı səslənir və ifşa hədəfi olan
namərd, nakəs, xain başçıları biabır, rüsvay edirdi.
X.Rzanın həbsiyyə şerləri “Xüsusi təyyarədə” (28 yanvar 1990-
cı il) ilə başlayıb “Poeziya hökmdarı” adlı şeri ilə (sentyabr 1990-cı
il) tamamlanır. Şair “Davam edir 37...” kitabındakı bu qəbildən
olan əsərləri “Qıfılı o üzdən qapılar” başlığı ilə çap etdirmişdir.
“Həbsiyyə”yə daxil olan şerlərdəki fikir və qənaətlərin
konturlarına, ilk cizgilərinə X.Rzanın həbsxana gündəliklərinin
ayrı-ayrı qeydlərində rast gəlirik. “Yox, mən qaça bilməzdim”,
“Dustaq”,
“Təbrik, Nelson Mandela”, “Salam, Boris Pasternak!”,
“Bakıdan gələn bağlama” və onlarca digər şeri göstərir ki, X.Rza
onu mütəəssir edən hadisə, əhvalat, fakt, görüş, söhbət və xatirəni
dərhal gündəliyində qeyd etmiş, sonra şerlərinin yazılmasında
onlardan faydalanmışdır. “Həbsiyyə” şerlərinin ümumi mövzusu
azadlıq, istiqlaliyyət olsa da onların həyat materialı çox genişdir.
Bu əsərlərdə cənublu qardaşlarımızın azadlıq savaşma, fransız
müqavimət hərəkatına, Vyetnamın ABŞ-a qarşı azadlıq
mübarizəsinə dair maraqlı hadisə və insanlarla da qarşılaşırıq. Şair
bütün bunları özünün zindan həyatı, məhbus duyğuları ilə üzvi
surətdə birləşdirib oxucuya təqdim etmişdir. “Qara hədəfə atəş”
silsiləsi ictimai satiranın Mirzə Ələkbər Sabir, Rəsul Rza
ənənələrinə söykənən poetik nümunələridir. Xəlil Rzanı bu ustad
şairlər ilə bağlayan başlıca cəhət satiranın
18
ictimai məzmunudur, məfkurəsinin xalq mənafeyinə tabe
tutulmasıdır. Şer atəşinə məruz qalan qara hədəflər Xəlil Rzanın
ictimai düşmənləridir. “Qara hədəfə atəş” silsiləsində gərgin döyüş
gedir. Bu döyüş tərəqqi ilə irtica, düzlük ilə yalan, cəsurluq ilə
qorxaqlıq, yurdsevərlik ilə milli satqınlıq, zəka ilə nadanlıq
arasındadır.
“Məndən başlanır vətən” (1988) kitabındakı satirik şerlərə
X.Rza “Ələkbər Sabir işığında” adı vermişdir. Satirik ruh,
zəmanədən şikayət, cəmiyyətdəki neqativ hadisələrə kəskin tənqidi
münasibət və bunların satirik vasitələrlə təqdimatı həmin kitabdakı
şerlər üçün səciyyəvidir. “İftiraçıya”, “Heç bir ehtiyat!”, “Verin
mənim haqqımı!”, “Sənin ölümünü gözləyənlər var”,
“Toxunmadım ilana” kimi əsərlər satirik boyalarının həyatiliyi ilə
diqqəti daha çox cəlb edir.
Keçən əsrin 90-cı illərində X.R.Ulutürkün “Ayla Günəş
arasında” (1992), “Uzun sürən gənclik” (1994), “Mən Şərqəm”
(1994), “Azadlıq” (1998) və başqa şer kitabları çap olunmuşdur.
Sədaqətli zövcəsi Firəngiz xanım Ulutürk şair dünyasını
dəyişəndən sonra onun irsini səhmana salmış, ondan artıq şer,
poema və
tərcümə kitablarını, bəzi elmi əsərlərini,
gündəliklərindən nümunələri nəşr etdirmişdir.
Uyarlı dövlət sərəncamlarına əsasən X.R.Ulutürkün iki cildlik
və beş cildlik seçilmiş əsərləri nəşrə hazırlanmışdır.
* * *
X.R.Ulutürk onlarla irili-xırdalı poemanın müəllifidir. O,
poemanı poeziyanın seçmə janrı hesab edirdi. Belinskinin: “Poema
həyatı onun ən mühüm məqamlarında ehtiva edir” - fikrini izah
edərək, yazırdı ki, həyatdakı hər şey poema üçün mövzu və bədii
material ola bilməz. “Poema mütləq qəhrəmanlıq, nəciblik, ləyaqət,
vətənpərvərlik, fədakarlıq ruhu ilə dolu olmalıdır. Hətta, poemada
müsbət qəhrəman olmasa belə, müsbət ideal mütləq olmalıdır”.
19
X.Rzanın poemaları epik vüsətə malikdir. Brest qalası
qəhrəmanı Əliheydər İbrahimovun şücaətlərinə, onun sevgilisi
Asya xanımın fədakarlığına həsr olunmuş “Məhəbbət dastanı”,
ataların mübarizə və hümanizm estafetini davam etdirən oğullara
dair “Atalar-oğullar” poeması, Söhrab Tahirə xitabən yazılmış “Az
ömürlü ağ günlər”, Xəzər qasırğalarında vəzifə başında həlak
olmuş qəhrəmanların xatirəsini əbədiləşdirən “Tufandan güclülər”
- geniş epik təsvir və təhkiyəsi ilə seçilən bədii nümunələrdir.
Şairin ilk sanballı poemalarından biri “Hara gedir bu dünya?”dır.
Bu əsər Azərbaycanı ikiyə bölən, bəşər mədəniyyətinə dahilər
vermiş bir xalqı
əslindən-kökündən,
ənənələrindən,
mənəviyyatından qoparmağa çalışan qara qüvvələrə qarşı poema-
pamfletdir. Əsər ekspozisiya və doqquz bölməsindən ibarətdir. “İki
qardaşın söhbəti” adlı bölmə tariximizin parlaq və şərəfli
səhifələrindən biri olan Cənubi Azərbaycanda milli demokratik
hökumətin bərqərar olması mövzunun və ideyanın predmetinə
çevrilmişdir. Cənubda azadlıq uğrunda mübarizə tarixinin ən
mühüm mərhələləri, həmin mübarizənin Firudin İbrahimi kimi
tanınmış öndərləri, təmənnasız qəhrəmanları, cəsur fədailəri, milli
hökumətin qurulması, torpağın kəndlilərə paylanması, ana dilində
məktəblərin açılması, ilk Ana dili dərsliyinin işıq üzü görməsi ideal
qardaşları olan Söhrab Tahirlə şairin söhbətində ifadə edilmişdir.
Qalx ayağa, Vətənim!
Bu xoşbəxt ölümümlə nümunəyəm mən sənə.
Səs ver mənim səsimə Xəzərin ciyərilə.
Bütün Babəklərinin, bütün Kərəmlərinin,
Bütün Nəbilərinin birləşmiş hünərilə!
Bu gün mənim ölməyim, mənim qanlı köynəyim
Sənin mübarizənin başlanğıcıdır hələ.
Hələ dağ başındadır işıqlı mərhələ.
O işığın uğrunda mən ölümə gedirəm.
Al, sənə bəxş edirəm,
20
Qızıl bayrağın olsun
Güllədən deşik-deşik al qırmızı bədənim!
Qalx ayağa, Vətənim!
Qalx ayağa Vətənim!
Qəhrəmanlığın fəcilik ilə vəhdəti və qələbəsi poemanın bu
misralarında çox zəngin boyalarla canlandırılmışdır. Şairin SSRİ
rejiminə qarşı ağır ittihamnamə kimi səslənən ən təsirli
poemalarından biri “Sumqayıt dastanı”dır. Əsəri oxuyarkən bir
daha görürsən ki, 1988-ci il fevral ayının 28-də və 29-da ağır
iqtisadi, siyasi, ictimai, mənəvi vəziyyətlərinə etiraz əlaməti olaraq
küçələrə çıxmış sumqayıtlıların geniş miqyaslı aksiyasından sui-
istifadə edən daşnaklar milli münaqişə zəminində iblisanə
təxribatlar törətmişdilər. “Adımız, soyadımız” poemasında şair çox
aktual, ictimai əhəmiyyətə malik olan bir problem üzərində də
düşüncələrini ifadə etmişdir. Məsələ qaldırmışdır ki, Azərbaycan
adlarının çoxu ərəb adlarıdır, soyadımızın ifadə forması isə ov/ova
kimi rus şəkilçiləri ilə əmələ gəlmişdir. O, əcnəbi kəlmələri doğma
sözlərimizlə əvəz etməyi məsləhət gorürdü. Bu baxımdan ədəbi
dilə yeni, milli sözlərin daxil olmasında Xəlil Rzanın tarixi
xidmətləri həqiqətən böyük olmuşdur.
“Əlvida, Azərbaycan!” ponoram-poeması mövzusu, motivləri,
həyat materialı etibarilə X.Rzanın “Qanım bayrağımdadır!”
poemasının başlanğıcıdır. Əsərdə 20 Yanvar faciəsinin yüzlərlə
dəhşətli epizodlarından birinin fonunda sovet imperiyasının
Azorbaycan xalqına qarşı törətdiyi genosid aktının ifşası
verilmişdir. Şairin oğlu Təbriz Xəlilbəylinin Qarabağ döyüşlərində
böyük fədakarlıq göstərərək həlak olması, ölümündən sonra ona
Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi,
Azərbaycan Respublikasının müstəqillik əldə etməsi, şairin zindan
həyatının təsirli epizodları bu panoram poemanın əsas materialını
təşkil edir. Əsər zindanın təsvirilə başlanmış, ondakı bütün
hadisələrə də elə bu daş qəfəsdən baxılmışdır:
21
Kameraya sığınıram, kameramız kiçik, dar,
Qıy vursam qəzəbimdən yer də, göy də dağılar.
Addımlarım altında taxta, qırmızı taxta,
Bəlkə donub, bərkiyib qızıl qan laxta-laxta.
Şair əsərdə al qanları küçə və meydanlara axıdılmış igid oğul və
qızlarımızı ağuşuna alan Şəhidlər xiyabanının poetik mənzərəsini
yaratmağa çalışmış, sanki hər bir şəhidin obraz-xatirəsini
canlandırmaq istəmişdir. Nəfəs genişliyi - poetik cümlənin
sanballı, əhatə dairesinin vüsəti X.Rza yaradıcılığı üçün
səciyyəvidir. Şairliyin atributlarından olan özünü ötüb keçmək və
bunu daimi, gündəlik mübarizə aktına çevirmək həmişə Xəlil Rza
istedadının, onun lirik qəhrəmanının başlıca əlaməti olmuşdur.
***
X.Rzanın əsərləri təkcə onların əks etdirdikləri fikir və ideyalar,
məqsəd və arzularla deyil, sənətkarlıq baxımından da çox zəngin
və qiymətlidir.
Şair Azərbaycan folklorunu yaxşı bilmiş, “Kitabi-Dədə
Qorqud”dan “Qaçaq Nəbi”yə qədər dastanlarımızı, Xaqanidən,
Nizamidən, Nəsimidən başlamış S.Vurğuna, M.Müşfiqə və
R.Rzayadək klassik şerimizə dərindən bələd olmuşdur. Onun bədii
yaradıcılığı zəngin milli və bəşəri qaynaqlara malikdir. “Yox, mən
qaça bilməzdim” şerində sevgilisi şəhid olmuş gəlinin ərinin
xatirəsinə müraciətlə dediyi sözlər “Kitabi-Dədə Qorqud”
dastanında Dəli Domrulun halalının ona dediklərini xatırladır:
Qarşı yatan şiş dağları
Səndən sonra mən neylərəm?
Yaylarsam, qəbrim olsun.
Soyuq-soyuq bulaqları
Səndən sonra mən neylərəm?
İçərsəm zəhərim olsun!
Tövlə-tövlə köhlənləri
Səndən sonra mən neylərəm?
22
Minərsəm tabutum olsun!
Sonuncu sükutum olsun!
X.Rza klassik irsə yaradıcı münasibəti ilə fərqlənən
sənətkarlardandır. M.Füzulinin “Məni candan usandırdı, cəfadan
yar usanmazmı?” mətləli qəzəli ilə onun “Apardı sellər Saranı” şeri
arasındakı səsləşmə bu baxımından çox maraqlıdır. Çar Rusiyası
ilə İran monarxiyası arasında bağlanmış bədnam “Gülüstan
müqaviləsi” (1828) nəticəsində Azərbaycan xalqının başına gəlmiş
ağır tarixi faciənin şiddətini ifadə etmək məqsədilə X.Rza heca
vəznində yazdığı şerə Füzuli eruzunun ahənginə uyuğun olaraq,
səkkiz hecalı dördlüklər peyvənd etmişdir:
“Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım”
O sahildə, bu sahildə.
...Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də!
Bu baxımdan digər bir nümunə S.Vurğunun “Azərbaycan”
şerilə ilgilidir:
“El bilir ki, sən mənimsən,
Yurdum-yuvam məskənimsən”
Bəs nə üçün namərdlərə
Yer verirsən qoynunda sən?!
X.Rza real bədii təsvirə, obrazlı düşüncəyə, ifadə vasitələrinin
təravətinə həmişə üstünlük verirdi. Sözün qüdrətilə mənzərə
yaratmaq, bədii surətin portretini çəkmək onun şerləri üçün
səciyyəvidir.
Ey ovcu qabarlı, başı vüqarlı,
Alnı muncuq tərli həmvətənlərim,
Sevincli, ümidli, qəmli, qüdrətli,
Mantyor paltarlı Prometeylərim!
“Aşıq Talıb” şerində X.Rza 100 yaşlı Aşıq Talıbın
23
(Aşıq Ələsgərin oğlunun) canlı portretini yaratmışdır:
Qırış-qırış sifəti
Doğma torpağa bənzər.
Dağ başına dırmaşıb
Çiynindəki nəvələr
Əlləri- kotan ağzı,
Boyu çinardan uca
Götürəndə sazını
Cavanlaşır bu qoca.
X.Rza irsinin başlıca poetik keyfiyyətlərindən biri bədii forma
əlvanlığına malik olmasıdır. Məlumdur ki, heca vəzninin onbirlik
bölgüsü Azərbaycan şerinin geniş imkanlı ölçülərindəndir. Lakin
şair bununla bərabər, heca vəzninin başqa bölgülərindən və
əruzdan da ustalıqla faydalanmışdır.
Onun poeziyasında vəzn baxımından maraqlı hadisələr
müşahidə olunur. Şair sərbəst vəznə də biganə deyil. Lakin yeri
gələndə, buna xüsusi bədii ehtiyac olduqda, eyni mətn daxilində
bunların üçündən də istifadə etməyi bacarır. “Hara gedir bu
dünya?...” poemasının “İki qardaşın söhbəti” bölməsində Milli
Hökumətin yaradılması münasibətilə çağırılmış qurultayın təsvirini
verən hissədə belə bir parça var:
Açılır ilk qurultay! Açılır səhər.
Açılır arzuların yolu.
Açılır arzulardan dügünlər.
Açılır
Min il nisgilli qalan könüllər.
Açılır
Bağlarda, çəmənlərdə, könüllərdəki güllər.
Güllər və könüllər,
Könlümdəki sellər.
Buludu yarıb çıxan al qırmızı günəş tək
İşıqladır salonu bir kəlmə söz:-Azadlıq!
Burada sərbəstdən (ilk altı misra) əruza (onların ardınca
24
gələn üç misra) və əruzdan hecaya (son iki misra uğurlu) vəzn
keçidləri vardır.
X.Rzanın dördlükləri arasında istər mövzusu, qaldırdığı
problem, istərsə də problemin poetik həlli baxımından klassik
rübailərimiz səviyyəsində duran nümunələr var:
İlbiz işıldayır, nur yaya bilməz,
Rütbə düşgünləri parlaya bilməz.
Yalnız stolunu qoruyan gəda
Xalqın şərəfini qoruya bilməz.
Neçin ağacları çox istəyirəm?
Ağac əllərimə bənzəyir onlar.
Bütün sərvətini bəsəriyyətə
Təmənnasız verən ürəkləri var.
Sənətkar təkcə şerlərində deyil, bəzi poemalarında da ədəbi
təcrübədə nisbətən az işlənən beş misralıq bəndlərdən istifadə
etmişdir. “Türkel balam” poeması başdan-başa beşlik formasında
yazılmışdır. 52 bənddən ibarət bu əsərin qafiyə quruluşu aaabb
şəklindədir:
Səsin, ünün qayaları tərpədir.
Kim deyir ki, mənim balam körpədir?
O, Sabahkı qasırğadan ləpədir,
Qasırğamsan, tufanımsan Türkelim,
Ehkamları yıxanımsan, Türkelim!
Onun şerlərindo a b v b b şəklində qafiyələnən beşliyin -
Vurğun bəndlərinin də maraqlı nümunələri vardır:
Başımın altında Savalan, Sayan:
Fikir ver qanımda qaynar axına.
Yerindən qaldırıb Qoşqar dağını
Qoşmaq istəyirəm Ural dağına,
Fikir ver qanımda qaynar axına!
Hecanın on beşliyi ilə əruzun uyarlı bəhrinin hüdudlarına gəlib
çıxan belə şerləri də az deyil:
Yenə qarşıda mənəm, bircəciyim, tək gözəlim,
Mən ata, sən ana bülbül, sarıköynək gözəlim.
25
Öz əlim, öz darağım qoy darasın saçlarını
Oxşayım busəm ilə kirpiyini, qaşlarını.
“Ay aman!” şerini isə şair təzad formasında qələmə almışdır.
Bu az işlənən forma əsrarəngiz məhəbbət duyğularının bəkarətini,
paklığını əks etdirməkdə şairə yaxşıca kömək etmişdir:
Biz ikimiz çıxdıq dəniz seyrinə,
Axdıqca axdıq.
Suda gümüş ayın qızıl şövqünə
Baxdıqca baxdıq.
.. Göz gözü oxşadı, göz gözü duydu.
Sözsüz sorğusuz.
Başımı çiynindən köksünə qoydum,
Dinmədi o qız.
Dözmədim... alışdı təryanaqları,
Elə bax, bu an
Bircə yol açıldı gül dodaqları,
Dedi: -ay aman!
Bu səs məhəbbətin ürəyə dolan
Öz səsiydimi?
Yoxsa ilk busədən qəfil məst olan
Qız səsiydimi?...
Möhtərəm oxucu fərqinə varmamış deyil ki, bu miniatür
müstəzadı xələldar etməmək üçün onun tam mətnini verməli olduq.
X.Rzanın poeziyasında son dərəcə əlvan qafiyə sistemi
mövcuddur. “Gəlir böyük Azərbaycan” şerindəki qafiyə bolluğu
diqqəti xüsusilə cəlb edir:
Zirvələrdən üzü bəri
Gəlir məğrur Azarbaycan!
Gəlir cəsur Azərbaycan!
Nur və büllur Azərbaycan!
26
Aşağıdakı bənddə misraların dördü də həmqafiyə sözlərlə
müzəyyəndir:
Gəl gəzə-gəzə
Qalxaq
Kəpəzə,
Dünya
təptəzə,
Dünya
möcüzə!
Məna ardıcıllığı və təbiiliklə yanaşı qafiyənin gözəlliyi və “z”
səsinin yaratdığı ailiterasiya da burada misraların ahəngdarlığını
təmin etmək üçün öz işini görmüşdür.
“Azərbaycan” şerində şair misrabaşı qafiyələndirmədən çox
məharətlə istifadə etmişdir:
Xəlil Rza atılsa da
Bucağına zindanların,
Azərbaycan sığa bilməz
Qucağına zindanların.
Aman dostlar, siz gəlməyin
Ayağına zindanların,
Lənət deyin qan-qırmızı
Bayrağına zindanların
Altı misralıq bəndlərdən ibarət “Dünya gözəli” şerində bəndləri
təşkil edən altı misranın hamısı həmqafiyədir:
Hansı on beş yaşlı qız çata bilər də, sənə?
Həqiqəti car çəkib özün ərzə desənəl
Yüz ilimi verərəm bircə şirin busənə,
Bənzətmərəm hüsnünü nə gülə, nə süsənə,
Çünki
camalla
birgə kamaldır qismət sənə.
Bu iki gözüm qurban məndən umub-küsənə.
Azərbaycan şerinin məcazlar sistemində təşbeh geniş yer tutur.
Orijinal təşbehlər sistemi X.Rza şerinə də xüsusi rövnəq və bədiilik
vermişdir.
Qarabağ - ürəyimdir, Şuşa - gözüm giləsi,
Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi.
X.Rzanın təşbeh yaratmaq üsulları son dərəcə əlvan və zəngindir.
Bəzən o, real həyat hadisələrini əks etdirən misralarla yanaşı, onların
fonunda elə misra-təşbeh işlədir
27
ki, bu da öz növbəsində obrazlı ifadənin təsir qüvvəsini qat-qat
artırır. Qobustan qayalarından bəhs edən “Yaşamaq üçün” şerində
əcdadlarımızın həyat problemlərindən, məişət çətinliklərindən söz
açan şair yazır ki, onlar:
Halal bir ruzu üçün
Yer
qazıb, dağ yarıblar.
Daşdan çörək çıxarıb,
Daşdan od çıxarıblar.
***
Xəlil Rza Ulutürk tanınmış ədəbiyyatşünas-alim kimi sənətə
dair məsələlərlə də ciddi məşğul olmuşdur. Şairin folklor, aşıq
yaradıcılığı, klassik və müasir ədəbiyyat, lirika, nəsr, dramaturgiya
və teatra dair maraqlı məqalələri vardır. O, S.Vurğun, M.Müşfiq,
R.Rza, B.Vahabzadə, Rəfiq Zəka haqqında elmi kitabların,
H.Cavid, R.Rza, M.Şəhriyar, Ə.Kərim, M.Araz, S.Tahir, Ə.Tudə,
Ə.Vahid, M.Şeyxzadə, Ə.Cəfərzadə, İ.Şıxlı, N.Həsənzadə, Qabil,
C.Novruz, H.Arif, Q.Qasımzadə və başqalarının yaradıcılığı
haqqında ədəbi-tənqidi məqalələrin müəllifidir.
“Bədii sözün tanrısı” (1987) X.Rzanın ədəbiyyatşünaslıq
sahəsində nəşr edilmiş ən bitkin əsərlərindən biridir. Məqalə
Nizami Gəncəvinin 100 cildlik “Dünya ədəbiyyatı kitabxanası”
düzümündən 1988-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən buraxılmış
bircildliyə müqəddimə kimi yazılmışdır. Bu cilde Nizaminin
lirikası, “Sirlər xəzinəsi” və “Şərəfnamə”əsərləri daxil edilmişdir.
Həmin məqalədə Nizaminin lirik şerlərinin təhlili xüsusi yer tutur.
X.Rza göstərir ki, Mütəfəkkir sənətkarın lirikasında sevgi dünyanı
idrak vasitəsidir, sevgisiz həyat mənasızdır. Ən böyük fədakarlığın,
qəhrəmanlığın əsasında məhz məhəbbət durur. İnsanlığı sevmək
fərdi sevməkdən başlanır. Fərdi sevə bilməyən milləti, bəşəri də
sevə bilməz. Nizami lirikası gözələ eyb gətirən cəhətləri, yaramaz
ictimai münasibət-
28
lərin doğurduğu eybəcərlikləri, alçaq ehtirasları insan varlığından
qoparıb atmaq, könülləri saflaşdırmaq uğrunda mübarizə
vasitəsidir.
X.Rza “Sirlər xəzinəsi”ndə mərkəzi problemin insan problemi
olduğunu etiraf edirdi. Nizamiyə görə pl anetləri kəşf edib ucalara
qalxmaq iqtidarında olan insan məğmun olmamalıdır. O, məğrur,
azad, qüdrətli ikən, miskin, aciz və müti hala salınmışdır. Bunun
bir səbəbi ictimai quruluşla insan nəfsinin birliyindədir. İctimai
quruluşun yaramazlıqları haqqında fikirlərini Nizami fələk, çərx,
qəza, tale, div, şeytan, iblis məcazları ilə xatırlatdığı kimi, insanın
qüsurlarını da onun nəfsində, tamahında, sərvət və şöhrət
düşgünlüyündə görmüşdür.
“Xəmsə”də X.Rzanı daha çox düşündürən əsər “İskəndərnamə”
olmuşdur. Nizami ideallarının daşıyıcısı olan İskəndəri çox
bəyənən X.Rza hesab edirdi ki, başda Ərəstu olmaqla alimlərlə
dostluq edən, məzlum misirliləri zahm zəngibarların əsarətindən
qurtaran, ciddi ixtilafları qızıl, söz, elm, nəhayət, peyğəmbərlik və
tanrıya yalvarış gücünə həll etməyə çalışan, yeri gələndə silah
işlətməyə məcbur olan, qalib gələndə öyünməyən, vuruşa-vuruşa
düşünən, düşünə-düşünə vuruşan İskəndər ədalət və zəka
timsalıdır. O, Nizaminin bu dünya ölkələrində görmək istədiyi
hökmdar idealıdır!
X.Rzanın təqdimində və şərhində Bəxtiyar Vahabzadənin
lirikası dramatik özəyə malikdir... O bütün həyat hadisələrinə fəal
şair münasibətini bildirən, yanan, yaradan sənətkar, milli ənənələrə
söykənən novator şairdir. Bu keyfiyyət onun həm dilində, həm yazı
və düşüncə tərzində, həm də əsərlərinin məzmununda aydın gözə
çarpan məziyyətlərdir. X.Rzaya görə B.Vahabzadə öz əsərlərində
bədii-fəlsəfi mühakiməyə üstünlük verən fikir şairidir... Şərq
şerinin, klassik Azərbaycan poeziyasının ən dərin qatlarından
süzülüb gələn bu keyfiyyət Bəxtiyar yaradıcılığında yeni
keyfiyyətlə də üzə çıxır.
X.Rza 60-cı illərin əvvəllərindən başlayaraq ədəbi tənqid-
29
lə də müntəzəm məşğul olmuş, “Müharibədən sonrakı Azərbaycan
sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda
namizədlik dissertasiyası yazıb müvəffəqiyyətlə müdafiə etmişdir.
Bu əsərində alim poema janrının inkişafı üçün təməl olan
mənbələri göstərmiş, Xaqani Şirvani, Nizami Gəncəvi, Arif
Ərdəbili, Füzuli, Saib Təbrizi poemalarının zəngin yaradıcılıq
xəzinəsi olduğundan bəhs açmış, bu sahədə “Abbas və Gülgəz”,
“Şəhriyar” və “Qaçaq Nəbi” dastanlarının rolunu xüsusi qeyd
etmişdir. Tədqiqatda XX əsrin Azərbaycan poeziyasında ilk poema
nümunələrinin meydana gəlməsi və inkişafı araşdırılmış, Cəfər
Cabbarlının “Qız qalası”, Hacı Kərim Sanılının “Köç”, Hüseyn
Cavidin “Azər” ponmaları, xüsusən M.Müşfiqin “Qaya”, “Səhər”,
“Sındırılan saz” əsərləri əsaslı surətdə bədii təhlinin predmetinə
çevrilmiş, janrın inkişafında onların rolu obyektiv
qiymətləndirilmişdir. X.Rza poemada lirik qəhrəman problemini
qaldırmış, S.Vurğunun “Muğan”, “Bakının dastanı” poemalarını
diqqət mərkəzində saxlayaraq, onların orijinal bədii forma
xüsusiyyətləri, ideya-məzmunu və milli koloritindən danışmışdır.
X.Rza “Məqsud Şeyxzadə poeziyası və Azərbaycan-özbək
ədəbi əlaqələrinin aktual problemləri” adlı doktorluq əsərində,
habelə, 1980-ci ildə “Elm” nəşriyyatı tərəfindən buraxılmış
“Məqsud Şeyxzadənin bədii yaradıcılığı” və daha əvvəl nəşr
etdirdiyi “Məqsud Şeyxzadə” (1978) kitablarında, habelə, bir sıra
məqalələrində iki xalqın övladı, görkəmli sənətkar-alimin
çoxcəhətli yaradıcılığı, xüsusilə, onun ədəbi əlaqələr sahəsindəki
müstəsna rolunu geniş elmi tədqiqat obyektinə çevrmişdir.
1970-1980-ci illərdə X.Rza ruhən özünə yaxın sənətkarların
bədii yaradıcılığını ciddi təhlildən keçirmiş və Əli Kərim, Qabil,
Fikrət Sadıq, Hüseyn Arif, Məstan Günər, Nəriman Həsənzadə,
Cabir Novruz və başqaları haqqında təravətli ədəbi-tənqidi məqalə
və resenziyalar yazmışdır. Onun 2003-cü ildə çap edilmiş “Ədəbi
tənqid” kitabında folklor, klassik irs, müasir ədəbiyyat (lirika, nəsr,
dramaturgiya), teatr və nəzəriyyəyə
30
aid məqalələri toplanmışdır.
* * *
X.R.Ulutürk çox məhsuldar tərcüməçi idi. Keçən əsrdə
Azərbaycanda milli ədəbi tərcümə məktəbinin formalaşmasında
onun tarixi xidmətləri vardır. X.Rza tərcümənin elmi-nəzəri
problemlərinə də diqqət yetirmiş, bu sahəyə aid “Şairlik və bədii
tərcümə”, “Bədii tərcümə milli mədəniyyətin ayrılmaz hissəsi
kimi”, “Bədii tərcümə bədii kəşf olmalıdır”, “Tərcümə və bədii
dil”, “Poetik tərcümədə şairliyin elmi filoloji əməyə arxalanması
zərurəti” və başqa qiymətli məqalələrini yazmışdır. Tərcüməçilik
X.Rzanın oxumaq, öyrənmək, biliklərini zənginləşdirmək, bədii
zövqünü dünya ədəbiyyatının yüksək səviyyəli nümunələri
əsasında tərbiyə etmək zərurətindən doğmuşdur desək yanılmarıq.
1970-ci illərdən başlayaraq dövrü mətbuat səhifələrində səpələnmiş
tərcümələrin əbədi ictimaiyyətdə oyatdığı uğurlu təəssürat
nəticəsidir ki, onun 1982-ci ildə “Qardaşlıq çələngi”, 1984-cü ildə
“Dünyaya pəncərə”, 1992-ci ildə “Turan çələngi”, 1994-cü ildə
“Qutadqu-bilik”, 2000-ci ildə “Yeddi gözəl”, 2002-ci ildə isə
“İsgəndərnamə” poeması kimi sanballı tərcümə kitabları nəşr
edilmişdir.
“Qardaşlıq çələngi”ndə şairin keçmiş SSRİ xalqlarının poeziya
xəzinəsindən dilimizə çevirdiyi nümunələr toplanmışdır.
Tərcüməçi Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Gürcüstan, Moldova, Tacikistan, Türkmənistan,
Estoniya, Latviya, Litva xalqlarının yüzdən çox şairinin əsərlərini
ana dilimizdə səsləndirmişdir. “Dünyaya pəncərə” adlı tərcümə
kitabında isə yunan, macar, bolqar, çex, alman, fransız, ingilis,
italyan, əfqan, hind, yapon, zair və başqa xalqların (28 xalqın)
poeziya dünyasından seçmələr tərcümə edilmişdir. Madaqaskar,
Mozambik, Filippin, Fil Dişi Sahili kimi ölkələrin şer gülüstanı ilə
Azərbaycan oxucuları ilk dəfə X.Rzanın tərcümələrində tanış
olmuşlar.
31
X.Rzanın tərcümə kitabları arasında ən sanballısı “Turan
çələngi”dir. 1992). O, həmin kitabı 90-cı illdərin başlanğıcında,
milli azadlıq uğrunda mübarizənin genişləndiyi bir vaxtda tərtib
edib Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutu xəttilə nəşr etdirmişdir. 800 səhifəlik kitabın adı onun
mahiyyətini dürüst ifadə edir. Şair türk dünyasının min ildən artıq
zaman vüsətində yaranmış qiymətli poeziya nümunələrindən
həqiqətən də gözəl bir çələng hazılayıb oxuculara təqdim etmişdir.
Həmin şerlərin bir qismini X.Rza türkcə, özbəkcə, qazaxca və
tatarcadan dilimizə uyğunlaşdırmışdır. Əfzələddin Xaqani, Nizami
Gəncəvi, Nəsirəddin Tusi, Saib Təbrizinin əsərlərini farscadan,
Mirzə Şəfi Vazehin şerlərini isə ruscadan birbaşa tərcümə etmişdi.
“Turan çələ-ngi”ndə təmsil olunan şairlər arasında türk xalqları
ədəbiyyatlarının sütunları olan Yusif Xac Hacib, Əlişir Nəvai,
Babarəhim Məşrəb, Çolpan, Məqsud Şeyxzadə, Qafur Qulam,
Zülfıyyə, Abdulla Arif, Əsəd Muxtar, Oljas Süleymenov, Abdulla
Tukay, Yəhya Kamal, Məhməd Akif Ərsoy, Qətran Təbrizi və
Şəhriyar kimi sənətkarlar da vardır.
X.Rzanın rus dilindən tərcümələrində çox ciddi yaradıcılıq
zəhməti, ardıcıl fikir, bədii axtarış, mütərcimin həmin axtarışlara
qanad verən məqsəd ucalığı və böyük məhəbbəti vardır. Onun ən
yaxşı tərcümələrində orijinala sədaqət canlı fikir üçün buxova
çevrilmədiyi kimi yaradıcılıq sərbəstliyi də mütərcim
özbaşnalığından uzaq olmuşdur. Şairin Puşkin, Lermontov,
Nekrasov, Blok, Luqovskoy, Yevtuşenko, Voznesenski,
Rojdestvenskidən tərcümələri xüsusilə
uğurludur və
ədəbiyyatımızın qarşılıqlı əlaqələrinin xəritəsini əlvan boyalarla
zənginləşdirmişdir.
X.R.Ulutürkün ədəbi irsinin geniş bir hissəsi hələ də çap
olunmamışdır. Onun zəngin arxivindəki 200-dən artıq qovluqda
qiymətli publisist əsərləri - gündəlikləri öz araşdırıcısını və nəşrini
gözləyir.
Görkəmli şair, mütəfəkkir, şəxsiyyət, istiqlal mücahidi və
ictimai- siyasi xadim olan Xəlil Rza Ulutürkün xalqımızın və
32
ədəbiyyatımızın tarixində çox mühüm yeri vardır.
* * *
Xəlil Rza Ulutürkün zəngin yaradıcılıq irsi elmi
ictimaiyyətimizi yaxından düşündürməkdə, sistemli tədqiqat
obyektinə çevrilməkdədir. Hazırda şairin ədəbi irsi elmi-pedaqoji
sahədə çalışanların da güclü maraq dairəsindədir.
Təbii ki, X.R.Ulutürk haqqında ardıcıl elmi məqalələr
yazılmaqda, monoqrafıyalar nəşr edilməkdədir. Yuxarıda qeyd
edildiyi kimi bu sahədə ilkin olaraq bu sətirlərin müəllifinin
“İstiqlal şairi”, prof. M.Dəmirlinin “Xəlil Rza Ulutürkün
poeziyası” monoqrafiyaları qeyd oluna bilər.
Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı
elmi işçisi, filologiya elmləri namizədi Əlizadə Bayram oğlu
Əsgərlinin “Milli ideal mücahidi” adlı monoqrafiyası Xəlil Rza
irsinin öyrənilməsində uğurlu addımdır. Bu monoqrafiya onun
“XX əsr Azərbaycan ədəbi-bədii fikrində milli ideal və xalq taleyi
problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)” mövzusunda
yazdığı doktorluq dissertasiyası əsasında hazırlanmışdır. Ə.Əsgərli
tədqiqatla bağlı olaraq dövri mətbuatla, arxiv sənədləri, özəlliklə də
şairin gündəlikləri ilə yaxından tanış olmuş, X.Rzanın
yaradıcılığını dərindən öyrənmiş və özünün bu sanballı tədqiqat
əsərini ortaya qoymuşdur. Onun monoqrafiyasının aktuallığı, elmi
yeniliyi həm də ondadır ki, tədqiqatçı Xəlil Rza Ulutürk irsinə
mövcud ənənəvi, sosioloji təhlil üsulu ilə deyil, bir qədər başqa
cür, yəni ideoloji-nəzəri təhlil səviyyəsində problemi araşdırmağa
nail olmuşdur. Əlbəttə, belə bir təhlil yönü problemin
mövzusundan irəli gəlmişdir.
Ə.Əsgərlinin
əsəri azərbaycançılıq ideologiyasının
zənginləşməsi sahəsində qiymətli mənbədir. İstiqlalçılıq,
Türkçülük, Azərbaycançılıq, Dövlətçilik məfkurəmizin
möhkəmləndirilməsində, gəncliyimizin, vətəndaşlarımızın milli
şüur və məf-
33
kurəcə yetişməsində bu tədqiqatın əhəmiyyəti şübhəsizdir.
Əlizadə Əsgərli monoqrafiyada ideoloji məsələlərlə bərabər,
ədəbi-bədii problemlərin izahında da orijinal elmi-təhlil bacarığı ilə
seçilir. O, X.R.Ulutürkün ictimai-siyasi lirikasının təkamülünü
milli ideal və xalq taleyi zəminində yeni bədii təhlil sferasında
oxuculara çatdırır.
“Milli ideal mücahidi” adlı monoqrafiya sistemli tədqiqat
əsəridir. Ə.Əsgərli həm də X.R.Ulutürkün ədəbi irsinin tənqid,
tərcümə, publisistika, memuar yaradıcılığını milli və bəşəri
keyfiyyətlər baxımından tədqiqata cəlb etmişdir.
Ə.Əsgərli X.R.Ulutürkün onlarla kitablarına redaktorluq etmiş,
şair haqqında ön sözlər yazmışdır.
Biz inanırıq ki, “Milli ideal mücahidi” kitabı ədəbiyyatımız,
Ulutürkşünaslığımız üçün qiymətli töhfə olacaq, milli
ideologiyamız, şüur və məfkurəmizin zənginləşməsinə kömək
edəcək və müəllifinə yeni yaradıcılıq uğurları gətirəcəkdir.
Dostları ilə paylaş: |