Azərbaycan qəzeti
2006
Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət
İnstitutu
ümummilli lider Heydər Əliyevin ədəbi obrazı
yaradılmıs əsərlərin beynəlxalq müsabiqəsini keçirir
Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərən
Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu
ümummilli lider Heydər Əliyevin ədəbi obrazını əks etdirən
əsərlərin beynəlxalq müsabiqəsini keçirir.
Qaydalara əsasən müsabiqəyə indiyə qədər çap edilməmiş
nəsr əsərləri təqdim olunmalıdır. Müəlliflər əsərlərini sentyabrın
1-dən 2007-ci il sentyabrın 1-dək az.hkd@web.de elektron
ünvanına göndərməlidirlər.
Əsərə müəllif və onunla əlaqə vasitəsi haqqında məlumat və
əlavə olunmalıdır.
Müsabiqənin qalibinə əsərinin kitab halında Almaniyada
alman və Azərbaycan dillərində çap olunması şərti ilə 3 min avro
mükafat veriləcəkdir. İkinci və üçüncü yerlərin sahibləri isə
əsərlərinin Azərbaycanda çap olunması şərti ilə müvafiq olaraq
1500 və 500 avro alacaqlar.
Münsiflər heyətinin tərkibinə Almaniya universitetlərinin
professorları, parlamentin üzvləri, tanınmış alman yazıçıları və
tənqidçiləri daxildir.
Azərbaycan.- 2006.- 12 avqust.- S. 1.
Heydər Əliyev Muzeyinin açılışı
Noyabrın 1-də Şəmkir şəhərində Heydər Əliyev Muzeyinin
açılışı olmuşdur.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və
muzeylə tanış oldu.
Muzeyin direktoru Fəxri Yusibov dövlətimizin başçısına
məlumat verdi ki, ümumi sahəsi 567 kvadratmetr olan
ikimərtəbəli binanın birinci mərtəbəsində linqafon kabineti,
inzibati otaqlar və arxiv yerləşmişdir. İkinci mərtəbədə isə iki
ekspozisiya salonu və elektron kitabxana zalı vardır.
Heydər Əliyev Fondunun verdiyi tərtibat əsasında
hazırlanmış ekspozisiyada ulu öndərin uşaqlıq və gənclik illərinə,
milli təhlükəsizlik orqanlarında çalışdığı illərə, respublikamıza
rəhbərliyinin hər iki dövrünə, Azərbaycanın yeni neft
strategiyasının hazırlanması və həyata keçirilməsinə, ordu
quruculuğu sahəsindəki fəaliyyətinə, xarici ölkələrə səfərlərinə
aid fotoşəkillər, müxtəlif kitablar nümayiş etdirilir. Ulu öndərin
həyat və fəaliyyəti ilə bağlı materiallar kompyuterlərin yaddaşına
və disklərə yazılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə
muzeydə rayonun ən fəal gəncləri, məktəbliləri üçün xüsusi
kurslar da açılacaqdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəssam
Afaq Kərimovanın üzərində ulu öndərin ayrı-ayrı sahələr üzrə
tarixi xidmətlərini nümayiş etdirən "Heydər Əliyev və
Azərbaycan xilaskarı" adlı rəsm əsərinə maraqla tamaşa etdilər,
muzeyin ekspozisiyasına, o cümlədən əbədiyaşar Prezidentin
1972, 1979, 1998 və 2000-ci illərdə Şəmkirə səfərlərini və burada
keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə, ümummilli liderin
xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış büstünə
baxdılar.
Prezident İlham Əliyev gənclərin bu cür muzeylərdən
mərkəz kimi istifadə edərək Heydər Əliyevin zəngin irsini
öyrənməsinin əhəmiyyətli olduğunu bildirdi.
Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək
sözlərini yazdı.
Azərbaycan.-2006.- 4 noyabr.- S. 2.
2007
Xəlilzadə F.
Ənənələrə sadiqlik
Ümummilli liderimiz Heydər Əliyev mədəniyyət və
incəsənət işçilərinə xüsusi diqqətlə yanaşar, onlara maddi və
mənəvi dəstək göstərər, öz qayğısını əsirgəməzdi. Bu sahənin
adamları da həmişə ulu öndərin bu həssas münasibətini ehtiramla
xatırlayar, öz məhəbbətlərini bildirərdilər. Cənab İlham Əliyev də
bu ənənəni ləyaqətlə davam etdirərək ölkənin mədəni həyatının
daha yüksək səviyyədə olması üçün köməyini əsirgəmir. Ötən ilin
mədəni hadisələrinə nəzər saldıqda biz bunun bir daha şahidi
olduq. Elə bir mədəniyyət və incəsənt xadimi yoxdur ki, ölkə
başçısı tərəfindən əməyi müxtəlif yöndən qiymətləndirilməsin.
Təkcə insanlar deyil, mədəniyyət ocaqları da diqqət mərkəzində
saxlanılıb. Ölkə başçısının göstərişi ilə iki muzey - Azərbaycan
Tarixi və Ədəbiyyat muzeylərində ikinci ildir ki, təmir-bərpa
işləri yüksək səviyyədə aparılır. Bununla bağlı teatrların da təmir
olunmasına start verilmişdir. Opera və Balet, Milli Dram, Rus
Dram, Kukla, Gənc Tamaşaçılar teatrları, eləcə də Heydər Əliyev
adına Saray yenidən qurulacaqdır. İncəsənət muzeyində də təmir
işləri getməkdədir. Muğam mərkəzi tikilir. Xalça muzeyini daha
gözəl görünüşlü etmək üçün yeni layihələr hazırlanmışdır. Bu cür
bərpa işləri təkcə Bakıda deyil, bölgələrdə də start götürüb. Gəncə
şəhərində Filarmoniyanın, teatrın yenidən bərpasına başlanacaq.
O cümlədən, Lənkəranda, Naxçıvanda bir sıra mədəniyyət
ocaqları yenidən qurulacaq. Ölkə başçısının digər bir sərəncamı
ilə əlaqədar olaraq Bakıda Müasir İncəsənət muzeyinin
yaradılması danəzər dətutulub. Ötən ilin mədəniyyət sahəsi ilə
əlaqədar yadda qalan mühüm hadisələrdən biri də ölkə başçısı
cənab İlham Əliyevin Rəssamlar İttifaqının 65 illik yubileyilə
bağlı tanınmış rəssamlarla görüşü olmuşdur. Dövlətimizin başçısı
görüşdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin
R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində yaradılmış
xatirə otağında oldu. Görüş zamanı geniş nitq söyləyən möhtərəm
Prezidentin hər kəlməsi rəssamlar tərəfindən rəğbətlə qarşılandı.
Ölkə Prezidenti böyük ehtiram və məhəbbətlə söylədi:
"Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır -
alimlərimiz, rəssamlarımız,
şairlərimiz, yazıçılarımız,
bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar
Azərbaycan cəmiyyətinin aparıcı təbəqəsidir, cəmiyyətin
elitasıdır. Bütün cəmiyyətlərin və ölkələrin inkişafı müəyyən bir
qrup insanın fəaliyyəti ilə bağlıdır. İstər siyasi müstəvidə, istərsə
də mədəniyyət, incəsənət sahəsində. Bəzi başqa ölkələrin tarixinə
nəzər salanda görürük ki, kim yadda qalır. Şəxsiyyətlər yadda
qalır, iqtisadi göstəricilər yadda qalmır. Yaxud da hansısa konkret
bir xarakter daşıyan uğurlar yadda qalmır. İnsanlar yadda qalır,
əməllər yadda qalır".
Vaxtilə Azərbaycan rəssamları unudulmaz Heydər Əliyevi
özlərinin ən yaxın dostu adlandırırdılar. Rəssamlar İttifaqının
sədri, xalq rəssamı Fərhad Xəlilov görüş zamanı bu hadisəni
xatırlayaraq məmnunluğunu bildirdi ki, ulu öndərdən qalan gözəl
ənənələr bu gün də yaşadılır. Buna sübut üçün İlham Əliyevin
ölkə rəssamlarına, sənətkarlara göstərdiyi böyük diqqət və
qayğıdan söz açıldı. Ulu öndərin qoyub getdiyi ənənə bu gün
nəinki uğurla davam etdirilir, həm də daha da genişləndirilir.
Rəssamlar İttifaqının 65 illiyi ilə əlaqədar bir sıra rəssamların
əməyini müxtəlif orden və medallarla, fəxri adlarla
qiymətləndirən İlham Əliyev təsviri sənətin nümayəndələrini
əlamətdar ildönümü münasibətilə təbrik edərək dedi: "Sizi bu
gözəl yubiley münasibətilə təbrik edirəm. Bu yubileylə əlaqədar
burada nümayiş etdirilən sərgi də çox təəssürat bağışlayır. Bu, bir
daha göstərir ki, Azərbaycanın incəsənəti, rəssamlıq məktəbi çox
zəngindir, çox dərin köklərə əsaslanır və eyni zamanda, indi artıq
gənc nəsil də öz yerini tutmaqdadır. Bu da çox vacibdir. Yəni bu
əlaqələr qırılmır, bu gözəl ənənələr davam edir. Xüsusilə onu
qeyd etmək istəyirəm ki, Rəssamlar İttifaqının fəaliyyəti və
peşəkarlığı, rəssamların gördüyü işləri nəticəsində Azərbaycanda
bütövlükdə rəssamlıq məktəbi son illər ərzində xeyli dərəcədə
güclənmişdir. Bunu Azərbaycan ictimaiyyəti də görür və xarici
mütəxəssislər də seyr edirlər".
Rəssamlarla söhbət zamanı ölkə başçısının bir fikri də fırça
ustalarının ürəyincə oldu. Öz milli ənənələrimizə sadiq qalaraq
dünyada gedən proseslərə açıq gözlə baxmağı, ən müsbət, ən
mütərəqqi yenilikləri Azərbaycanda tətbiq etməyi məsləhət görən
cənab İlham Əliyev bu baxımdan bütövlükdə ölkənin mədəni
həyatının çox böyük diqqətdə olduğunu bildirdi. "Mən Prezident
kimi çalışıram ki, bu sahə diqqətdən kənarda qalmasın...
Azərbaycanın mədəni həyatı həm də onun siyasi səviyyəsini əks
etdirir". Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsi və
zənginləşməsi başqa sahələrdə olduğu kimi, mədəniyyət
məsələlərinin də
həllini asanlaşdırır.
Bu görüşün yadda qalan məqamlarından biri də bu oldu ki, ölkə
başçısı rəssamların görüşünə məmnuniyyətlə gəlmişdi. Prezident
hər bir rəssamı dinləmək, onu narahat edən problemləri həll
etmək niyyətində olduğunu bildirdi. "Yaxşı olardı bilim ki, sizi ən
çox narahat edən məsələlər hansılardır və biz onları operativ
qaydada həll edə bilərik". Bu cür səmimi münasibət, diqqət və
qayğı fırça ustalarını həqiqətən riqqətə gətirdi. Onlar bildirdilər
ki, özlərini çox bəxtiyar sanırlar. Vaxtilə ümummili liderimiz
Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün belə hərtərəfli
inkişafdadır. Görüşün sonunda Rəssamlar İttifaqının 65 illiyi ilə
əlaqədar ilk dəfə olaraq təsis edilmiş qızıl medalın ilk nümunəsi
ölkə Prezidenti cənab İlham Əliyevə və tanınmış rəssamlara
təqdim edildi. Rəssamlar İttifaqının bu münasibətinə öz
təşəkkürünü bildirən İlham Əliyev dedi: "Bu medal mənim üçün
əzizdir". Rəssamlar İttifaqının tarixində unudulmaz bir səhifəni
təşkil edən bu görüşdə fırça ustaları ölkə başçısı ilə xatirə şəkli
çəkdirdilər. Unudulmaz görüşdən yadigar olaraq ulu öndərin çox
sevdiyi rəssam Səttar Bəhlulzadənin əsərini Prezidentə təqdim
etdilər. Azərbaycan rəssamlıq məktəbinin
ən dəyərli
nümayəndələrindən biri olan Səttar Bəhlulzadə haqqında maraqlı
fikirlər söyləyən İlham Əliyev bildirdi ki, Azərbaycan
rəssamlarının əsərləri təkcə öz məmləkətimizdə deyil, dünyanın
neçə-neçə möhtəşəm sərgi salonunun bəzəyidir. Əzim Əzimzadə,
Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Vəcihə Səmədova,
Elmira Şahtaxtinskaya, Tahir Salahov, Hüseyn Əliyev, Qəzənfər
Xalıqov... kimi rəssamları olan bir xalqın mənəviyyatı həmişə
yüksəkdir. Çox yaxşı haldır ki, bu ənənəni davam etdirən yeni
nəsil də sənətə gəlməkdədir. Ölkə başçısının söylədiyi nitqdə bu
məsələ də öz əksini tapmışdır: "Azərbaycan rəssamları dünyada
tanınır. Müxtəlif şəxsi kolleksiyalarda, kataloqlarda Azərbaycan
rəssamlarının işləri vardır. Siz bizdən də yaxşı bilirsiniz ki,
Azərbaycan rəssamları bu gün doğrudan da, çox böyük şöhrət
qazanıblar. Bu, çox sevindirici haldır və onu göstərir ki,
Azərbaycan hərtərəfli inkişaf edir".
Təbii ki, hər bir dövlətdə hökumətin fəaliyyəti iqtisadi artım,
siyasi məsələlərin həlli, təhlükəsizliyin təşkil olunması ilə ölçülür.
Həmişə iqtisadi uğurlardan daha çox danışılır. Maraqlıdır ki, ölkə
başçısı dəfələrlə vurğuladı: "Ancaq bununla bərabər, hər bir
ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu
sahəyə daha da böyük diqqət göstərilməlidir". Bu parlaq fikir
deməyə əsas verir ki, Azərbaycanda milli ənənələrə sadiqlik
yüksək səviyyədə davam etməkdədir.
Azərbaycan.- 2007.- 8 fevral.- S. 6.
Heydər Əliyev. Xronologiya (1923-2003)
Prezident Kitabxanasında Heydər Əliyevin həyat və
fəaliyyətinin xronologiyası tərtib edilmiş və onun
elektron versiyası hazırlanmışdır
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünü
əhatə edən mərhələ, Vətənimizin ictimai-siyasi, iqtisadi və
mədəni həyatının bütün sahələrindəki dirçəliş illəri Heydər Əlirza
oğlu Əliyevin adı ilə bağlıdır. Bir qərinəlik bu dövr Azərbaycan
tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Bu
illərdə Heydər Əliyevin dəst-xətti ilə Azərbaycanın quruculuq
salnaməsinə ən parlaq səhifələr yazılmışdır. Azərbaycanda
dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib
zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi
inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə
artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün
olmuşdur. Heydər Əliyev müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi,
qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi
kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə
çevrilmişdir.
Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş
Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir.
Heydər Əliyevin gerçəkləşdirdiyi quruculuq salnaməsinin,
dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən
öyrənilməsi üçün öncə onun həyat və fəaliyyətinin bütün
sahələrinin araşdırılmasına ehtiyac vardır. Bunları nəzərə alaraq
Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin Prezident
Kitabxanası Heydər
Əliyevin həyat və
fəaliyyətinin
xronologiyasını tərtib etmiş və onun elektron versiyasını
www.preslib.az saytı vasitəsilə istifadəçilərə təqdim etmişdir.
Prezident Kitabxanası yarandığı vaxtdan etibarən
ümummilli liderin həyat və fəaliyyətinin bütün sahələrinə dair
sənədlərin toplanması və həmin sənədlərin elektron variantının
hazırlanması istiqamətində sistemli iş aparır. Ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü
ərəfəsində istifadəçilərə təqdim edilən bu xronologiya
kitabxananın əməkdaşlarının üzərində işlədikləri "Heydər
Əliyevin həyat və fəaliyyətinin salnaməsi" adlanan böyük bir
layihənin birinci mərhələsini əhatə edir.
Xronologiyanın hazırlanması zamanı ümummilli liderimizin
ötən əsrin 80-ci illərində SSRİ rəhbərliyində təmsil olunduğu və
90-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasına
rəhbərlik etdiyi dövrlərdə həyat və fəaliyyətinin ən önəmli
məqamlarına diqqət yetirilmiş, müstəqil Azərbaycanın Prezidenti
olduğu dövrdə (1993-2003-cü illər) isə onun gündəlik
fəaliyyətinin tam xronologiyası öz əksini tapmışdır.
Layihənin ikinci mərhələsi ümummilli liderin Prezidentliyi
dövründə fəaliyyətinin mühüm sahəsi olan xarici ölkələrə
səfərləri, keçirdiyi çoxsaylı görüşləri və qəbulları zamanı,
həmçinin müxtəlif tədbirlərdə etdiyi çıxışların, nitqlərin,
məruzələrin, bəyanatların, müsahibələrin tam mətnlərinin elektron
versiyasının hazırlanmasını nəzərdə tutur. Bu istiqamətdə xeyli iş
görülmüş, həmin sənədlərin elektron mətnlərinin bir hissəsi artıq
kitabxananın saytında yerləşdirilmişdir. Heydər Əliyev irsinin
toplanıb saxlanılmasını, gələcək nəsillərin ondan istifadəsini
təmin etmək məqsədilə kitabxananın kollektivi bütün səylərini
səfərbər etmişdir.
Azərbaycan.- 2007.- 9 may.- S. 5.
Cabbarov S.
Ulu öndərin xatirəsinə dərin ehtiram
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin
inzibati binasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər
Əliyevin büstünün açılış mərasiminə həsr olunmuş tədbir
keçirilib. Tədbirdə komitənin işçiləri, Milli Məclisin üzvləri
iştirak edirdilər. Açılış mərasimində çıxış edən komitənin sədri
Kərəm Həsənov qeyd etdi ki, 30 ildən artıq bir dövr ərzində
ölkəmizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyev Azərbaycanın
məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və bir millət
kimi tarixin sınaqlarından çıxaran nadir rəhbər, vətəndaş və
şəxsiyyətdir ki, vaxtında onun gördüyü bütün işlər indi bizim
ümummilli sərvətimizdir. "Bilirəm ki, 30 ildən artıq Azərbaycana
bəxş etdiyim töhfələr - zavodlar, buruqlar, binalar, obyektlər,
abidələr, yeni qəsəbələrE mən həyatda olmayanda da Heydər
Əliyevin izləri kimi yaddaşlarda yaşayacaq" deyən ulu öndər heç
də yanılmamışdır. Bu gün hər bir azərbaycanlı müstəqil
Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu fəxrlə
qeyd edir. Komitə sədri bildirdi ki, anadan olmasının 84-cü
ildönümü ərəfəsində ulu öndər Heydər Əliyevin büstünün açılışı
ilə komitənin kollektivi ümummilli liderin hər bir azərbaycanlı
üçün örnək olacaq həyat və fəaliyyətini yad etmək və onun
xatirəsi üçün kiçik bir töhfə verməklə qürur duyur. Azərbaycanın
cari siyasi tarixinin son 35 ili Heydər Əliyevlə, onun çoxtərəfli
genişmiqyaslı zəngin əməli-nəzəri və siyasi fəaliyyəti ilə bağlı
olmuşdur. Çətin günlərdə həmişə xalqla bərabər olan,
dövlətçiliyimizin memarı, xalqımızın xilaskarı, ulu öndər 1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə
tüğyan edən siyasi və iqtisadi böhranın qarşısını qısa müddət
ərzində almaqla yanaşı, müasir dövlətçiliyimizin əsasını
qoymuşdur. Həmin dövrdə siyasi müstəqilliyin bünövrəsi sayılan
iqtisadi siyasət düzgün qurulmadığından, Azərbaycanın nəinki
suveren dövlət, hətta adi coğrafi məkan kimi mövcudluğu təhlükə
altında qalmışdır. Belə ağır bir zamanda ulu öndərimiz bütün
çətinliklərə, maneələrə mətinliklə sinə gərərək xalqımızı vətəndaş
qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən
qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı kimi daxil
oldu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi həm də
siyasi aləmdə ölkəmizə inamın, iqtisadiyyatda inkişaf meyillərinin
bərqərar olması, qısa müddətdə respublikada azad sahibkarlıq və
biznes fəaliyyətinin genişlənməsi, ölkəyə investisiya axınının
güclənməsi, neft strategiyasının reallaşmağa başlaması ilə
nəticələndi. Bütün bunlar böyük siyasətçi Heydər Əliyevin
dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi
qüdrətinin artırılması, xalqımızın həyat səviyyəsinin
yaxşılaşdırılması kimi mühüm amilləri ehtiva edən müdrik
siyasəti idi. Komitə sədri onu da vurğuladı ki, Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ardıcıl və səmərəli islahatlar
hesabına formalaşdırdığı inkişaf potensialı bu gün cənab
Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində
reallığa çevrilmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuş yeni neft strategiyasının inkişaf etdirilməsi,
Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyinin
qorunması, iqtisadiyyatın müxtəlif sahələrinə yönələn
sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru
istiqamətləndirilməsi,
əhalinin sosial rifah halının
yaxşılaşdırılması ölkədə həyata keçirilən iqtisadi islahatların
prioritet istiqamətini təşkil edir. Bu gün Azərbaycan ümumi daxili
məhsulun artım tempinə görə lider dövlətdir. Cənab İlham
Əliyevin Prezident seçildiyi vaxtdan 535 min yeni iş yeri
açılmışdır ki, bunun da 83 faizi regionların payına düşür.
K.Həsənov sonda tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, bu
iqtisadi yüksəliş strategiyasının mühüm hissələrindən biri olan
dövlət əmlakının idarə edilməsi sahəsində də müvafiq uğurlar
qazanılıb.
Tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, Milli Məclisin
İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad
Səmədzadə və Milli Məclisin üzvü Xanhüseyn Kazımlı çıxış
etdilər.
Azərbaycan.-2007.-10 may.-S.12.
Milli parkda Heydər Əliyevin doğum günü şərəfinə
Gül bayramı keçirilmişdir
Ümummilli liderimiz Heydər Əliyevin doğum günü şərəfinə
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 10-da
Milli parkda ənənəvi Gül bayramı keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov,
ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev adına
Sarayın qarşısındakı parka gələrək müstəqil dövlətimizin xilaskarı
və qurucusunun, xalqımızın dahi oğlunun əzəmətli abidəsi önünə
əklil qoymuş, gül dəstələri düzmüş, xatirəsinə sonsuz
ehtiramlarını bildirmişlər. Sonra Milli parkda - Paraşüt qülləsinin
önündə Gül bayramının rəsmi açılışı olmuşdur.
Bayramda ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun
nümayəndələri, tanınmış ziyalılar, şəhərimizin sakinləri iştirak
etmişlər. Ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli siyasi
fəaliyyətindən danışan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov iftixar və inamla bildirmişdir ki, qədirbilən
xalqımız dahi rəhbərimizin xidmətlərini heç vaxt unutmayacaq.
İnsanların Heydər Əliyevə olan sonsuz məhəbbətini müxtəlif
formalarda nümayiş etdirdiklərini diqqətə çatdıran natiq qeyd
etmişdir ki, Gül bayramında iştirak edən yaradıcı şəxslərin, tələbə
və məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də
xalqımızın böyük oğluna olan tükənməz sevgisinin bariz
nümunəsidir. Baharın bu gözəl çağında Bakının hər bir rayonu
parkda ayrıca təmsil olunmuşdu. İlk qarşılaşdığımız Səbail Rayon
İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova
bildirmişdir ki, bağça uşaqlarının, məktəblilərin, müəssisə və
şirkətlərin nümayəndələrinin, şəhərimizin sakinlərinin müxtəlif
çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları
rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə seçilir, uşaq
təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş
ovqat yaradır.
Milli parkda dünyanın müxtəlif yerlərindən gətirilmiş,
respublikamızın təbiətində təsadüf edilməyən güllər də az deyildi.
Təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz
istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar.
Onlar bayram iştirakçılarının gözü qarşısında asfalt və kağız
üzərində gözəl lövhələr yaratmışdılar. Ümummilli liderimiz
Heydər Əliyevin və Zərifə xanım Əliyevanın portretlərinə
güllərdəın toxunmuş xalçanın qarşısında xeyli tamaşaçı
toplaşmışdı. Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini
Xeyrulla Hüseynli bildirmişdir ki, xalçanın müəllifi memar Camal
Rəşidəlizadədir. Qaradağ rayonu ərazisində məskunlaşmış
məcburi köçkünlərin əl işləri də tamaşaçılar tərəfindən maraqla
qarşılanmışdır. Rayon icra hakimiyyəti başçısının müavini
Zemfira Şıxəliyeva qeyd etmişdir ki, dahi rəhbərimizin siyasi
xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri
nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq və xalqımız
ən möhtəşəm Gül bayramını Azərbaycanın dilbər güşəsi olan
Şuşada keçirəcəkdir. Gül bayramı uşaq bədii-özfəaliyyət
kollektivlərinin rəngarəng konsert proqramları ilə davam etmişdir.
Dostları ilə paylaş: |