AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix28.04.2017
ölçüsü0,6 Mb.
1   2   3   4   5   6

                                                                                    Cədvəl 3.1.4. 

qtisadiyyata yönəldilən investisiyalar 

(milyon manat) 

 

2005 



2010 

2011 

2012 

2013 

nvestisiya  qoyuluşları  bütün 

mənbələr üzrə (daxili və xarici 

investisiyalar 

6733,4 

14118,9 


17048,8 

20250 


21974 

1. Azərbaycanın statistik göstəriciləri. Bakı, 2014. 

 

Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların həcmi ildən-ilə artır ki, 



bunu yuxarıdakı cədvəl məlumatları xarakterizə edir. Belə ki, iqtisadiyyata qoyulan 

investisiyaların həcmi 2005-ci ildə 6733,4 milyon manat olduğu halda, bu məbləğ 

2010-cu ildə 14118,9 milyon manatı, 2013-cü ildə isə 21974 milyon manatı təşkil 

etmişdir.  Müqayisə  ilə  götürülsə  isə  2005-ci  ilə  nisbətən  investisiyanın  həcmi 

2013-cü ildə 15240,6 milyon manat artmışdır. 

Dövriyyə  vəsaiti,  debitor  və  kreditor  borclarının  idarəolunması  siyasəti.  Bu 

istiqamətdə  maliyyə  siyasəti  hazırlanan  zaman  burada  əsaç  problem  maliyyənin 

idarəolunmasıdır. Deməli, müəssisədə maliyyə fəaliyyətinin idarəolunması sistemi 

səmərəli  təşkil  olunarsa,  o  zaman  xüsusi və  borc  alınmış  vəsaitlərdən  də  effektiv 

istifadə olunar. 

Müəssisədə maliyyə siyasəti hazırlanan zaman dövriyyə vəsaitindən səmərəli 

istifadənin əsas amili olan dövriyyə vəsaitinin dövriyyəsi əsas problem kimi nəzərə 

alınır. 

Müəssisədə  dövriyyə  vəsaitindən  səmərəli  istifadə  bir  sıra  göstəricilərlə 

müəyyən  edilir:  dövri  sürəti  (bir  dövriyyənin  gün  hesabı  ilə  müddəti);  dövretmə 

ə

msalı  (satılan  məhsulun  həcminin  hər  bir  manat  dövriyyə  vəsaitinə  nisbəti) 



dövriyyənin  yüklənməsi  əmsalı  (hesablnmış dövr  ərzində  dövriyyə  vəsaiti  ilə baş 

verən dövriyyənin sayı). 



 

75

Dövriyyə vəsaitinin dövriyyəsi satışdan əldə edilən gəlir (plan və ya hesabat 



dövrü  üçün)  və  plan  ili  üçün  dövriyyə  vəsaitinin  ortaillik  qalığı  əsasında 

hesablanılır. 

Plan  və  faktiki  dövriyyəni  müqayisə  etməklə  dövriyyə  vəsaitinin 

dövriyyəsinin  sürətlənməsi  və  ya  yavaşılması  müəyyən  edilir.  Nəticədə 

dövriyyədən vəsaitlərin mütləq və nisbi azad olması baş verir. 

Dövriyyədən  vəsaitin  nisbi  azad  olmasının  haqq-hesabı  aşağıdakı  kimi 

aparılır: 

 

(min manat) 

 

Göstəricilər 

Ə

vvəlki il 



Hesabat dövrü 

1. 


Satılan məhsulun maya dəyəri 

10000 


11000 

2. 


Dövriyyə  vəsaitinin  orta  illik 

qalığı 


2000 

2100 


3. 

Dövretmə əmsalı 

5,24 


4. 

Bir  dövriyyənin  uzunluğu  (gün 

hesabı ilə) 

72 


68,7 

  

Beləliklə,    hesabat  dövründə  dövriyyə  vəsaitinə  olan  tələbat  (əvvəlki  ilin 



dövriyyəsindən asılı olaraq – 5) 2200 min manat (11000:5), faktiki olaraq isə 2100 

min manat olmuşdur. Deməli, burada nisbi azad olma (qənaət), (2100-2200)=100 

min manata bərabərdir. 

Bazar  münasibətləri  şəraitində  dövriyyə  vəsaitindən  istifadənin  keyfiyyətinin 

xarakteristikası kimi aşağıdakılardan istifadə edilir: 

- xüsusi dövriyyə vəsaitinin mövcudluğu; 

- xüsusi dövriyyə vəsaiti ilə təmint əmsalı. 

əssisənin  maliyyə  fəaliyyətinin  idarəolunması  siyasətinin  mühüm  tərkib 

hissəsini uçot siyasətinin hazırlanması təşkil edir

Müəssisədə  uçot  siyasətini  işləmək  üçün  birinci  növbədə  müəssisənin 



maliyyə-iqtisadi  vəziyyəti  təhlil  olunmalı  və  təhlilin  nəticələrinə  əsasən  uçot 

siyasətinin  bir  neçə  variantının  əsasları  hesablanılır.  Uçot  siyasəti  ilə  əlaqədar 



 

76

seçilmiş  variantda  qəbul  edilən  qərarlardan  birbaşa  aşağıdakı  göstəricilər  asılı 



olacaq: 

- büdcəyə ödəniləcək vergilərin miqdarı; 

- büdcəyə ödəniləcək vergilərin məbləği; 

- büdcədənkənar fonda (DSMF) ödəniləcək vergi və ayırmalar; 

- DSMF ödəniləcək vəsaitin məbləği; 

- müəssisənin mühasibat balansının quruluşu; 

- bir sıra əsas maliyyə-iqtisadi göstəricilərin əhəmiyyəti. 

əssisədə  uçot  siyasəti  müəyyən  edilən  zamn  aşağıdakılardan  da  istifadə 

edilir: 

- xammal və materialların istehsal silinməsi metodlarının seçilməsi; 

- azqiymətli, tez k.hnələn predmetlərin silinmə variantları; 

- bitməmiş istehsalın qiymətləndirilməsi metodları; 

- sürətli amortizasiyanın tətbiqi. 

 


 

77

§3.2. Müəssisənin maliyyə siyasətinin təkmilləşdirilməsi 



 

Bazar  iqtisadiyyatı  şəraitində  Azərbaycan  Respublikasında  həyata  keçirilən 

iqtisadi  islahatlar  ölkədə  sahibkarlığın  davamlı  inkişafına  əlverişli  şərait 

yaratmışdır.  Belə  ki,  bu  islahatlar  nəticəsində  ölkədə  sahibkarlıq  fəaliyyətini 

tənzimləyən, sahibkarlıq fəaliyyətinin, o cümlədən sahibkarlığın inkişafına dövlət 

himayəsinin  gücləndirilməsi,  sahibkarlığın  inkişafına  manne  olan  müdaxilələrin 

qarşısının  alınması,  dövlət  əmlakının  özəlləşdirilməsinin  sürətləndirilməsi, 

lisenziya  verilən  fəaliyyət  növlərinin  sayının  azaldılması  və  buk  imi,  digər  vacib 

məsələlərin  tənzimlənməsi  ilə  əlaqədar  mütərəqqi  hüquqi-normativ  baza, 

institutsional  və  iqtisadi  mexanizmlər  yaradılmış  və  onların  müntəzəm  olaraq 

konkret  şəraitin  tələbləri  nəzərə  alınmaqla  təkmilləşdirilməsi,  sahibkarlığın, 

xüsusilə  kiçik  və  orta  sahibkarlığın  inkişafının  dəstəklənməsi  üzrə  kompleks 

siyasət  tədbirlərinin  o  cümlədən,  konkret  dövrlər  üçün  qəbul  edilən  dövlət 

proqramlarının  həyata  keçirilməsi  və  işgüzar  mühitin  yaxşılaşdırılması 

istiqamətində məqsədyönlü, ardıcıl və sistemli iş təşkil olunmuşdur. 

Ölkədə  həyata  keçirilmiş  iqtisadi  islahatlar  nəticəsində  Azərbaycanda 

sahibkarlar təbəqəsi formalaşmış, ÜDM-da özəl bölmənin payı artmış (80% qədər), 

sahibkarlıq  fəaliyyəti  cəmiyyətin  inkişafında  əhəmiyyətli  rol  oynamağa 

başlamışdır. 

 

                                                                                   Cədvəl 3.2.1. 



Kiçik müəssisələrin sayı 

(yanvarın 1-nə)

 

 



2011 

2012 

2013 

2014 

Cəmi 


77225 

60223 


62899 

69219 


O cümlədən: 

 

 



 

 

Kənd təsərrüfatı 



9940 

9177 


8725 

8764 


Mədənçıxarma sənayesi 

690 


639 

644 


669 

Emal sənayesi 

6206 

4765 


4758 

5008 


 

78

Elektrik enerji 



127 

119 


116 

121 


Tikinti 

9264 


7853 

8369 


8699 

Ticarət 


29746 

15588 


20721 

22430 


Nəqliyyat 

1329 


1170 

1246 


1321 

1. Azərbaycanın statistik göstəriciləri. Bakı, 2014

 



Cədvəl  məlumatları  Azərbaycan  iqtisadiyyatında  fəaliyyət  göstərən  kiçik 

müəssisələrin  2011-2014-cü  illərdə  ümumi  və  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində 

sayını xarakterizə edir. 

Yuxarıdakı cədvəl məlumatlarından göründüyü kimi, kiçik müəssisələrin sayı 

2011-ci  ildən  77225-dən  2014-cü  ildə  69219-a  düşmüşdür  ki,  belə  vəziyyəti  də 

qənaətbəxş  hesab  etmək  olmaz.  Bu  tendensiya  iqtisadiyyatın  bütün  sahələrinə 

aiddir. 

Qeyd etmək lazımdır ki, ölkədə sahibkarlığın inkişafı sahəsində əldə olunmuş 

nailiyyətlərin  möhkəmləndirilməsi  və  artırılması  üçün  biznes  mühitinin 

ə

lverişliliyinin artırılması və kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi 



siyasəti davam etdirilməlidir. 

Cəmiyyətdə 

sahibkarlığın 

inkişafı 

məqsədilə 

biznes 


mühitinin 

yaxşılaşdırılması,  yerli  və  xarici  investisiyaların,  müasir  texnologiyaların, 

idarəetmə  təcrübəsinin  cəlb  edilməsi  və  bu  yolla  yüksək  keyfiyyətli,  rəqabət 

qabiliyyətli məhsulların istehsal edilməsi dövlət tərəfindən müəyyən edilən iqtisadi 

inkişaf strategiyasının əsas istiqamətlərindəndir. 

Gələcəkdə  sahibkarlığın  inkişafı  sahəsində  dövlətin  iqtisadi  siyasətinin,  o 

cümlədən,  müəssisələrin  iqtisadi-maliyyə  siyasətinin  aşağıdakı  istiqamətlər  üzrə 

həyata keçirilməsi nəzərdə tutulur: 

- iqtisadiyyatın dövlət tənzimlənməsinin səmərəliliyinin artırılması; 

- sahibkarlığın maliyyə tənminatının təkmilləşdirilməsi; 

- müəssisələrdə alternativ maliyyə mənbələrinin daha da aktivləşdirilməsi üzrə 

zəruri mühitin yaradılması; 

- kiçik və orta sahibkarlığın maliyyəyə çıxış imkanlarının daha da artırılması; 



 

79

-  müəssisələrə verilən  kreditlərin  sığortalanması  mexanizminin  formalaşması 



üçün müəyyən qərarların qəbul edilməsi; 

-  kapital  qoyuluşlarının  maliyyələşməsi  üçün  uzunmüddətli  kreditlərə  çıxış 

imkanlarının genişləndirilməsi; 

- müəssisələrin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsi; 

- özəl bölmənin ixrac qabiliyyətli sahələri üzrə məhsul istehsalı, onun dünya 

bazarlarına çıxardılması və rəqabət qabiliyyətinin yüksəldilməsi; 

-  mili  istehsalçıların  xarici  bazarlarda  mövqelərinin  möhkəmləndirilməsi 

istiqamətində müvafiq tədbirlər qəbul edilməli və həyata keçirilməli; 

- müəssisələr innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli 

sənaye  istehsalının  inkişafı  üçün  əlverişli  münbit  şəraitin  yaradılması  üçün 

müəyyən tədbirlər qəbul etməlidirlər; 

- istehsal sahibkarlığının dəstəklənməsi üzrə təşkilatı modellərin, o cümlədən, 

sənaye  parklar,  biznes  üçün  inkubatorlar  və  s.  yaradılması  tədbirlərin  qəbul 

edilməsi məqsədəuyğundur. 

Müasir dövrdə Azərbaycan Respüblikasında dövlətin iqtisadi siyasətinin əsas 

məqsədlərindən  biri  ölkədə  iqtisadi  artım  bazasının  yaradılması,  inkişafı  və 

keyfiyyətcə  yeniləşdirilməsi,  iqtisadiyyatın  dünya  təsərrüfatına  səmərəli 

inteqrasiya  olunan  rəqabət  qabiliyyətli  strukturun  formalaşması  məqsədi  ilə 

ölkənin  resusr  potensialının  iqtisadiyyatın  sahələri  arasında  və  hər  bir  sahənin 

daxilində  bölgüsünə  istiqamətlənmiş  məqsədəuyğun  və  kompleks  tədbirlər 

sistemindən ibarət olacaqdır. 

nnovasiya 

yönümlə 

texnologiyaların 

tətbiqinin 

stimullaşdırılması 

müəssisələrin  maliyyə  siyasətinin  əsas  bölmələrindən  biri  olan  investisiya 

siyasətində mühüm yer tutmalıdır. 

Müəssisələr  standartlaşma  siyasəti  çərçivəsində  beynəlxalq  standartların 

tətbiqi ilə əlaqədar tədbirləri işləyib hazırlamalıdırlar. 

qtisadiyyatda  struktur  siyasəti  istehsalın  texniki  cəhətdən  modernləşməsinin 

stimullaşdırılmasını nəzərdə tutur. 



 

80

Müəssisələrdə struktur siyasəti çərçivəsində daxili bazarın tələbatının ödəyən 



və ixracı mümkün olan innnovasiya əsaslı məhsul və texnologiyaların yaradılması 

ilə əlaqədar qərarların qəbul edilməsini əks etdirir. 

stehsal  müəssisələrində  qəbul  edilən  bütün  proqramm  və  konsepsiyalarda 

yüksək texnoloji və elmtutumlu istehsal sahələrinin inkişafı investisiya siyasətinin 

ə

sas  istiqamətlərindən  birini  təşkil  edir.  Müəssisələrin  texniki-texnoloji  cəhətdən 



yenidən qurulması, müasir idarəetmə metodlarının tətbiqi ilə bağlı tədbirlər həyata 

keçirilməlidir. 

Müəssisələrdə xərclərin idarəolunması siyasətində əsas istiqamətlərdən birini 

innovasiya-investisiya  prosesləri,  enerji  və  resursa  qənaət  edən,  ekoloji  təmiz 

texnologiyaların tətbiqi prioritet istiqamətlərdən birini təşkil etməlidir. 

Müəssisələr  investisiya  mənbələrinin  müəyyənləşdirilməsi  və  səmərəliliyinin 

artırılması istiqamətində də qərarlar qəbul etməlidir. 


 

81

NƏT CƏ VƏ TƏKL FLƏ

 

Dövlətin  maliyyə  siyasəti  Azərbaycan  Respublikasının  artamüddətli  iqtisadi 



siyasətinin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və 

proqnoz  göstəricilərinə  və  2014-2017-ci  illər  üçün  iqtisadi  inkişaf  üzrə  Dövlət 

Proqramına uyğun olaraq hazırlanmışdır. 

Maliyyə  siyasətini  istiqamətləndirən  makroiqtisadi  göstəricilər  mövcud 

maliyyə-kredit sisteminin daha da təkmilləşdirilməsini, büdcə və vergi siyasətinin 

iqtisadiyyatın  idarə  olunmasındakı  birbaşa  iştirakının  və  təsirinin  daha  da 

artırılmasını,  çevikliyinin  təmin  edilməsini,  sahibkarlığın  inkişafını,  maliyyə 

intizamının  gücləndirilməsini  və  şəffaflığının  təmin  edilməsini,  inflyasiyanın 

artmasına yol verilməməsini və digər tədbirləri özündə əks etdirir. 

Bazar  iqtisadiyyatı  şəraitində  maliyyə  siyasəti  işlənilən  zaman  mülkiyyətin  

müxtəlif formalarının inkişafı, kapital bazarının genişləndirilməsi, əmtəə bazarının 

fəaliyyətinin inkişafı və s. buk imi məsələlər nəzərə alınır. 

Dövlətin  sosial-iqtisadi  siyasətinin  tərkib  hissəsini  təşkil  edən  müəssisənin 

maliyyə 


siyasətini 

hazırlamaqdan 

məqsəd 

müəssisədə 



maliyyəsinin 

idarəolunmasının səmərəli istsemini təşkil etməkdir. Maliyyə siyasəti müəssisənin 

fəaliyyətində strateji və taktiki məqsədələrə çatmağa istiqamətləndirilir. 

Müəssisənin  maliyyə  siyasətinin  strateji  vəzifələrinə  daxildir;  mənfəətin 

artırılması;  müəssisənin  kapitalının  strukturunun  optimallaşdırılması;  müəssisənin 

maliyyə sabitliyinin təmin edilməsi; müəssisənin investisiya cazibədarlığının təmin 

edilməsi;  müəssisənin  idarəolunmasının  effektili  mexanizminin  təşkili;  maliyyə 

vəsaitlərinin cəlb edilməsində bazar mexanizmindən istifadə edilməsi və s. 

Müəssisənin  maliyyə  siyasətinin  işlənilməsinin  əsas  istiqamətlərinə 

aşağıdakılar daxildir: 

- müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili; 

- uçot və vergi siyasətinin işlənilməsi; 

- kredit siyasətinin işlənilməsi; 

- dövriyyə kapitalının idarəolunması siyasəti; 



 

82

- debitor və kreditor borclarının idarə edilməsi; 



- xərclərin idarəolunması; 

- amortizasiya siyasətinin idarəolunması; 

- dividend siyasətinin seçilməsi; 

- investisiya siyasətinin işlənilməsi; 

- sair. 

Müəssisənin 

maliyyə 

siyasətinin 

işlənilməsinin 

strateji 

vəzifələri 

aşağıdakılardır: 

- müəssisənin mənfəətinin maksimumlaşdırılması; 

- müəssisənin kapitalının optimallaşdırılması; 

-  investorlar,  kreditorlar  və  müəssisənin  sahibi  üçün  onun  iqtisadi-maliyyə 

vəziyyətinin şəffaflığının əldə olunması; 

- müəssisənin investisiya təminatının genişləndirilməsi; 

- müəssisənin idarəolunmasının səmərəli mexanizminin təşkili; 

-  maliyyə  resurslarının  cəlb  olunmasının  bazar  mexanizminin  müəssisə 

tərəfindən istifadə olunması. 

Yuxarıda  qeyd  olunan  vəzifələr  çərçivəsində  müəssisədə  maliyyənin 

idarəolunması sahəsində aşağıdakı taktiki hərəkətləri həyata keçirmək lazımdır: 

1.

  Aktivlərin bazar qiymətinin müəyyən edilməsi; 



2.

  Büdcəyə  və  büdcədənkənar  fondlara  borclar  üzrə  ödəmələrin 

təkmilləşdirilməsi; 

3.

  Müəssisənin  bazardakə  vəziyyətinin  təhlilinin  aparılması  və  müəssisənin 



inkişaf strategiyasının hazırlanması; 

4.

  Müəssisənin  əmlakının  investarlaşdırılması  və  əmlak  kompleksinin 



təkmilləşdirilməsi. 

Müəssisələrdə 

maliyyə 

fəaliyyətinin 

idarəolunması 

siyasətinin 

təkmilləşdirildməsiü çün aşağıdakı tədbirlərin irəli sürülməsi məqsədəuyğundur: 

1.

  innovativ sahibkarlığın inkişaf etdirilməsi; 



2.

  nvestisiya qoyuluşlarının genişləndirilməsi; 

3.

  Sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması; 



 

83

4.



  Müəssisədə  vergi  yükünün  genişləndirilməsi  üçün  tədbirlər  qəbul 

etməlidir; 

5.

  Müəssisələrdə 



korporativ 

idarəetmə 

standartlarının 

tətbiqinin 

genişləndirilməsi üçün qərarların qəbul edilməsi; 

6.

  nvestisiyaların qeyri-neft sektorunun inkişafına yönəldilməsi; 



7.

  nvestisiya  layihələrinin  müəssisənin  inkişaf  məqsədlərinə  və 

prioritetlərinə uyğunlaşdırılması: 

-  müəssisələrin  investisiya  cəlbediciliyinin  daha  da  artırılması  məqsədilə 

müvafiq tədbirlərin davam etdirilməsi; 

-  yüksək  keyfiyyətli,  rəqabət  qabiliyyətli  məhsulların  istehsalının 

stimullaşdırılması üçün qərarların qəbul edilməsi; 

- müəssisələrdə kapital qoyuluşlarının maliyyələşdirilməsi üçün uzunmüddətli 

kreditlərə çıxış imkanlarının genişləndirilməsi ilə əlaqədar tədbirlərin hazırlanması; 

-  özəl  sektorun  müəssisələrində  ixrac  qabiliyyətli  sahələr  üzrə  məhsul 

istehsalı,  onun  dünya  bazarlarına  çatdırılması  və  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi,  xarici  bazarlarda  mövqelərinin  möhkəmləndirilməsi  üçün  müvafiq 

qərarların qəbul edilməsi; 

- investisiya-innovasiya prosesləri, enerji və resursa qənaət edən, ekoloji təmiz 

texnologiyaların tətbiqini stimullaşdırmaq üçün tədbirlərinin qəbul edilməsi; 

-  investisiya  mənbələrinin  müəyyənləşdirilməsi  və  səmərəliliyinin  artırılması 

istiqamətində qərarlar qəbul etmək; 

-  istehsalın  inkişaf  tempinin  və  əmək  məhsuldarlığının  yüksəldilməsinin 

prioritetliyinin təmin edilməsi məqsədilə tədbirlər hazırlamaq; 

-  müəssisələrdə  beynəlxalq  əlaqələr  sahəsində  tədbirləri  genişlənmək  və 

məhsulların ixracının stimullaşdırılması üçün tədbirlər qəbul etmək. 


 

84

Ə



DƏB YYAT S YAHISI 

 

1.



  Azərbaycanın statistik göstəriciləri. 2011. 

2.

  Azərbaycanın statistik göstəriciləri, 2014. 



3.

  Vergi Məcəlləsi, 2000. 

4.

  «Müəssisələr haqqında» Azərbaycan Respüblikasının Qanunu. 1999. 



5.

  « nvestisiya  fəaliyyəti  haqqında»  Azərbaycan  Respüblikasının  Qanunu, 

1995. 

6.

  «Müəssisələrdə  məhsulun  maya  dəyərinə  daxil  edilən  xərclərin  tərkibi 



haqqında» Əsasnamə. Bakı, 1996. 

7.

  «Qiymətli kağızlar haqqında» Azərbaycan Respüblikasının Qanunu. 1999. 



8.

  «Səhmdar  cəmiyyəti  haqqında»  Azərbaycan  Respüblikasının  Qanunu, 

1994. 

9.

  «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respüblikasının 



Qanunu, 1992. 

10.


 « flas  və  müflisləşmə  haqqında»  Azərbaycan  Respüblikasının  Qanunu, 

1995. 


11.

 «Sahibkarlıq  fəaliyyəti  haqqında»  Azərbaycan  Respüblikasının  Qanunu, 

1992. 

12.


  D.A.Bağırov «Vergi nəzarəti» Bakı, 2006. 

13.


  D.A.Bağırov «Vergi auditi», Bakı, 1999. 

14.


  D.A.Bağırov, M.X.Həsənli «Maliyyə». Dərslik. Bakı, 2010. 

15.


  D.A.Bağırov,  M.X.Həsənli,  P.H.Quşxani  «Korporativ  maliyyə».  Dərs 

vəsaiti. Bakı, 2010. 

16.

  Həsənli M.X. Maliyyə, Bakı, 2006. 



17.

  T.Ə.Hüseynov «Müəssisələrin iqtisadiyyatı», Bakı 2005. 

18.

  T.Ə.Hüseynov «Firmanın iqtisadiyyatı» Bakı, 2009. 



19.

  Б.С. Карелин «Финансы корпораций», Москва, 2005. 

20.

  П.Н.Шуляк «Финансы предприятий», Москва, 2004. 



21.

  Н.В.Колчина «Финансы организаций», Москва, 2004. 



 

85

22.



  В.В.Ковалев, Вит В.Ковалев «Финансы организаций». Москва, 2006. 

23.


  Maliyyə. Bakı, 2001. 

24.


  С.В.Большаков «Финансы организаций», Москва, 2005. 

25.


  А.М.Бабич «Финансы», Москва, 2000. 

26.


  Л.А.Дробозина «Финансы», Москва, 2001. 

 


 

86

РЕЗЮМЕ



 

 

Предприятия



,  являясь  хозяйствующими  субъектами,  располагают 

собственными

  финансовыми  ресурсами  в  вправе  определять  свою 

финансовую

 политику. 

Финансовая

  политика  предприятия  –  это  совокупность  методов 

управления

  финансовыми  ресурсами  предприятия  направленных  на 

формирование

,  рациональное  и  эффективное  использования  финансовых 

ресурсов


Целью


  разработки  финансовой  политики  предприятия  является 

построение

 эффективной системы управления финансами.

 

 



 

 

 



 

 

 



 

 

 



Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə