AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏ RBAYCAN DÖVLƏ T QT SAD UN VERS TET
MAG STRATURA MƏ RKƏ Z
ə lyazması hüququnda
Mustafayeva Amalya Saleh qızı
“RƏ QƏ MSAL QT SAD YYATA KEÇ D N ÖZƏ LL KLƏ R VƏ
DETERM NANTLARI” mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın ş ifri və adı
060509
Kompüter elmlə ri
xtisaslaş ma
M020004
darə etmə nin informasiya
texnologiyaları
Elmirə hbə r:
dos.A.A.Quliyeva
Magistr proqramınınrə hbə ri:
f.-r.e.n., dos. T.Ə .Ə liyeva
Kafedra müdiri: akad.Ə.M.Abbasov
BAKI -2016
MÜNDƏ R CAT
REFERAT ..................................................................................................................... 3
G R Ş ............................................................................................................................. 6
I Fəsil. Rəqəmsal iqtisadiyyatın konseptual anlayışları və üstünlükləri ...................... 9
1.1. Rəqəmsal iqtisadiyyata keçid və onun ənənəvi iqtisadiyyatdan fərqi ................. 9
1.2.”Şəbəkə və ya internet iqtisadiyyatı” .................................................................... 14
1.3.Qlobal informasiya uçurumu.Dünyada və şərqdə rəqəmsal uçurum .................... 22
II Fəsil. Rəqəmsal iqtisadiyyatda biznes, dövlət və yerli özünüidarəetmə formaları 31
2.1. Elektron kommersiya ........................................................................................... 31
2.2.Elektron hökümət anlayışı ,qurulması və tətbiqi ................................................ 43
2.3. Azərbaycanda Elektron bələdiyyə anlayışı ......................................................... 51
III Fəsil. Rəqəmsal iqtisadiyyatda KT ...................................................................... 57
3.1.Azərbaycanda KT və onun Azərbaycan iqtisadiyyatının inkişafına təsiri ....... 57
3.2. Rəqəmsal iqtisadiyyatın tətbiqi proqramları: Amazon, E-bay auksion ............... 64
NƏT CƏ VƏ TƏKL FLƏR ........................................................................................ 76
Ə
DƏB YYAT S YAHISI ........................................................................................... 78
3
REFERAT
Mövzunun aktuallığı: nformasiya kommunikasiya texnologiyalarının, o cümlədən
də internetin təsiri ilə bir çox sferada olduğu kimi, iqtisadi mühitdə də ciddi
dəyişikliklər baş verir, yeni münasibətlər, sahələr,reallıqlaryaranır.
Qloballaşma prosesində, nformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir
dövrdə, bir sıra ictimai həyat təcrübələri elektron və rəqəmsal mühitlə əvəz
olunmuşdur.Belə ki, KT və şəbəkə texnologiyalarından istifadə nəticəsində iqtisadi
ə
laqələrin qurulması, lokal və qlobal şəbəkələrdən istifadə, iri müəssisələrdə
korporativ şəbəkə və sistemlərin yaranması və s. bu kimi məsələlər iqtisadiyyatın bir
sahəsi olan rəqəmsal iqtisadiyyatın yaranmasına səbəb oldu. Bunun əsasında inkişaf
edən informasiya texnologiyaları cəmiyyətə e-kommersiya, e-Ticarət, e-Demokratiya,
e- darəetmə və e-hökumət kimi anlayış və faktları özü ilə bərabər gətirmişdir.
Qeyd etdiyimiz kimi rəqəmsal iqtisadiyyatın təşəkkülü və sürətli inkişafı ənənəvi
iqtisadiyyatda bir çox dəyişikliklərin,yeniliklərin də yaranmasına gətirib çıxardı.
Rəqəmsal mühitin yaradılmasının əsasını dövlət orqanları, vətəndaşlar, o cümlədən
biznes qurumları arasında səmərəli münasibətlərin formalaşdırılması təşkil edir.Belə
ki, əsas xidmətlərin, yəni, şəxsi sənədlərin, sertifikatların, gəlir vergisi və əməklə
bağlı olan xidmətlərin vətəndaşlara online formada təqdim edilməsi dövlət
orqanlarına vətəndaşlaraxidmət göstərilməsində kömək edir. Bundan başqa şirkətlərin
qeydiyyatdan keçirilməsinin, sosial təminatın, korporativ verginin həmçinin ədv-lə
ə
laqədar olan xidmətlərin də biznes qurumlara online formada təqdim edilməsi dövlət
orqanlarına vətəndaşlaraxidmət göstərilməsindəkömək edir.
Rəqəmsal iqtisadiyyat anlayışının mahiyyətinə nəzər saldıqda onun sərhədsiz
olduğunu qeyd etmək olar, ancaq Avropa Rəqəmsal Vahid Bazarıhələki parçalanmış
vəziyyətdədir və fərqli milli bazar təcrübələri ilə xarakterizə edilir. Beləliklə, Avropa
“Rəqəmsal Vahid Bazarı”nı bütünlüklə inkişaf etdirərək 2020-ci ildə 500 mld Avro
4
gəlir qazana bilər. Dövlət orqanlarına məxsus olan informasiyaların yenidən istifadə
olunması, e- identifikasiya,e-imza və s. təkliflər daxil edilməklə, qalan maneələri
aradan qaldırmaq,problemləri həll etmək Avropa Rəqəmsal Gündəliyinin əsasını
təşkil edir[31].
Tədiqatın məqsədi:Tədqiqatın əsas məqsədi rəqəmsal iqtisadiyyatın yaranması
səbəblərinin,inkişaf xüsusiyyətlərinin araşdırılması və informasiya texnologiyalarının
rəqəmsal iqtisadiyyatın inkişafına təsir imkanlarının öyrənilməsindən ibarətdir.
Tədiqatın
predmeti:Tədqiqatın
predmeti
kimi,informasiya
cəmiyyəti,rəqəmsaliqtisadiyyat,informasiyavəkommunikasiyatexnologiyalarınıniqtisa
diyyatda tədbiqistiqamətlərinintədqiqiçıxışedir.
Tədqiqatın nəzəri əsaslarınıMüasir Qərb iqtisadçılarının əsərləri iləyanaşı
müasir dövrdə rus və Azərbaycan iqtisadçı alimlərinin tədqiqatları təşkil edir.Magistr
dissertasiyasının
yazılmasında
informasiya
iqtisadiyyatı,
informasiya
cəmiyyəti,rəqəmsal
iqtisadiyyat,
internet
iqtisadiyyatı
vədigərelmlərin
müddəalarından geniş istifadə edilmişdir.
Tədqiqatın
metodoloji
bazasınıinformasiya
cəmiyyəti
vərəqəmsal
iqtisadiyyatınəsaslandığıelmitədqiqatmetodlarıvətədqiqatmetodlarınıngenişspektrivə
problemin tədqiqində elmi abstraksiya, tarixi və məntiqi əlaqə, induksiya, deduksiya,
analiz və sintez metodlarından istifadəedilməklə faktlar yığılıb- ümumiləşdirilmiş,
onlar arasında qanunauyğun vətəsadüfi əlaqələr müəyyənləşdirilmiş xarakterik
ə
lamətlər aşkara çıxarılmış, həmçinin müasir inkişaf xüsusiyyətlərini vətəmayüllərini
izahedən bir çox xarici ölkəalimlərinin elmi mülahizələri vənəticələri təşkil edir.
Elmi yenilik: magistr dissertasiyasının elmi yeniliyi rəqəmsal iqtisadiyyatın və
informasiya
cəmiyyətinin,elektron
ticarətin,
elektron
hökümətin,elektron
bələdiyyələrin formalaşması xüsusiyyətləri, rəqəmsal iqtisadiyyatın tətbiqi
proqramları, KT-nin iqtisadi inkişafda rolunun artırılması istiqamətləri barəsində
təklif və tövsiyyələrin hazırlanmasından ibarətdir.
5
Nə zə ri və tə crübi ə hə miyyə ti:aparılan tədqiqatın əsasını nəticə və
elmimüddəalar,təklif və tövsiyyələr, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, KT-
nin tətbiqinin perspektivləri təşkil edir.
nformasiya mənbəyi:internet resurslarının, elektron kitabxanaların, Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron hökümət
portalının, müxtəlif beynəlxalq təşkilatların dövri nəşrlərinin,məqalələrinin
məlumatlarından təşkil olunmuşdur.
ş
in həcmi və strukturu:Verilmış dissertasiya işi girişdən, üç fəsil, nəticə və
təkliflər və ədəbiyyatsiyahısından təşkil olunmuşdur .
Magistr dissertasiya işinin giriş hissəsində mövzunun aktuallığından və tədqiq
ediləcək problemlərdən bəhs olunur.
Magistr dissertasiya işinin birinci fəslində rəqəmsal iqtisadiyyata keçid,onun
ə
nənəvi iqtisadiyyatdan fərqi,internet iqtisadiyyatı və qlobal informasiya uçurumu
anlayışları təhlil olunur.
Dissertasiya işinin ikinci fəslində rəqəmsal iqtisadiyyatda biznes,dövlət və yerli
özünüidarəetmə formalarının sistemli təhlili aparılmışdır.
ş
in üçüncü fəslində rəqəmsal iqtisadiyyatın tətbiqi proqramlarının iş prinsipləri
öyrənilmişdir.
Dissertasiya işinin sonunda nəticə vətəkliflər ,ədəbiyyat siyahısı qeyd edilmişdir.
Dissertasiyanın tərkibində həmçinin 4 Şəkil və 1 Cədvəl vardır.
6
G R Ş
nformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə
verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fənndən, nəinki
texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya
prosesləri haqqında olan fundamental elmə çevirdi. nformatika həmçinin elmlər
sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin
yaranmasına və inkişafına səbəb olmuşdur. nformatikanın çox tətbiq olunan
sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox
informasiyaların emalına xüsusi ehtiyac yarandığından informatika ilə iqtisadiyatın
çox cəhətli qarşılıqlı əlaqələrinin öyrənilməsi digərlərinə nisbətən daha vacib hesab
olunur. Belə ki,burada iqtisadiyyat elminin nümunəsində nformatikanın tətbiqi
məsələlərinin təhlili nəzərdən keçrilir.
nformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakterə
malikdir. Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan
verir və iqtisadi informatika yaranır.Bundan başqa, informatika elmi və müasir
informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat
özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki,
informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni
iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni
forma və məzmun kəsb etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına
müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır. Yeni
iqtisadiyyatın mərhələsi olan rəqəmsal iqtisadiyyat yeni iqtisadiyyat və onun
sərhədləri kimi özünün müxtəlif inkişaf mərhələlərini keçir. Texnoloji inqilab
nəticəsində dünyada rəqəmsal keçid mərkəzlərinin, rəqəmsal robotların,
layihələndirmə üçün virtual mühitin, sürətli prototip sistemlərinin yaradılması baş
verdi. Texnoloji inqilabın özü dördüncü sənaye inqilabı kimi qəbul edilir hansıki
üçüncüdən yaranıb və “rəqəmsal “ adlandırılır.2016-ci il Davos formunda professor
Ş
vab 4-cü sənaye inqilabının seçilməsinin əsas səbəblərini göstərmişdir.Birinci bu
7
inkişaf sosial iqtisadi sferada baş vermiş dəyişiliklər,ikincisi onun həcmi,üçüncüsü isə
nəticələrin sistem xüsusiyyətləri kimi başa düşülür.Texnoloji inqilab rəqəmsal
iqtisadiyyatın əhatə dairəsini genişləndirdi.”Rəqəmsal iqtisadiyyat” termini (müəllifi
Nikolas Neqroponte) 1995-ci ildə meydana gəlmişdir.
Son dövrlərdə Azərbaycanda aparılan uğurlu islahatlar, yenidənqurma işləri,
iqtisadiyyatda əldə edilən uğurlar, qeyri-neft sektorunun inkişafı və s. işlər müsbət
nəticələrə gətirib çıxarmış və regionların sosial-iqtisadi inkişafı, vətəndaşın sosial
vəziyyətinin
yaxşılaşdırılması
istiqamətində
lazımi
tədbirlər
həyata
keçirilməkdədir.Dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil və
mədəniyyət sferasına göstərilən qayğının ardıcıl formada davam etdirilməsi hesab
olunur.Bura eyni zamanda elmi-texniki potensialın qorunması, elm və təhsil
istiqamətində yüksəkixtisaslı kadrların hazırlanması və onlara qayğı göstərilməsi,
ölkədə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların
qəbul edilməsi daxildir[32].Bütün bunlar hazırda dünya iqtisadiyyatında baş verən
yeniliklər,yeni informasiya cəmiyyətinin təşəkkülü və inkişafı ilə əlaqədar rəqəmsal
iqtisadiyyatın yaranması və bu iqtisadiyyatın xarakterik cəhətlərinin dünya əhalisinin
inkişafına olan özəl təsiri ilə bağlıdır.
Rəqəmsal mühitin yaradılmasının əsasını dövlət orqanları, vətəndaşlar, o
cümlədən biznes qurumları arasında səmərəli münasibətlərin formalaşdırılması
təşkil edir.Belə ki, əsas xidmətlərin, yəni, şəxsi sənədlərin, sertifikatların, gəlir
vergisi və əməklə bağlı olan xidmətlərin vətəndaşlara online formada təqdim edilməsi
dövlət orqanlarına vətəndaşlaraxidmət göstərilməsində kömək edir. Bundan başqa
ş
irkətlərin qeydiyyatdan keçirilməsinin, sosial təminatın, korporativ verginin
həmçinin ədv-lə əlaqədar olan xidmətlərin də biznes qurumlara online formada
təqdim edilməsi dövlət orqanlarına vətəndaşlaraxidmət göstərilməsində kömək
edir.Böhran vaxtlarında isə hökümət orqanları daha səmərəli formada fəaliyyət
göstərməli və vətəndaşlar ilə həmçinin biznes qurumlar ilə sabit əlaqələri təmin
etməyi bacarmalıdır. Bir qayda olaraq online xidmətlər istiqamətində innovasiyalara
8
qoyulan kapital hər zaman geri qayıdır. Bununla da, E-hökümət orqanları idarəetmə
xərclərini 15-20% azalda biləcəkdir[31].
9
I Fə sil. Rə qə msal iqtisadiyyatın konseptual anlayış ları və üstünlüklə ri
1.1. Rə qə msal iqtisadiyyata keçid və onun ə nə nə vi iqtisadiyyatdan fə rqi
XX əsrin sonlarından etibarən nformasiya kommunikasiya texnologiyalarından,
şə
bəkə texnologiyalarından istifadənin genişlənməsi rəqəmsal vasitələrdən istifadə
olunmasına gətirib çıxardı. Böyük həcmli informasiya materiallarının, rəsmlərin,
videoların, müxtəlif animasiya tipli məlumatların, filmlərin və s. ötürülməsi üçün
qısa bir müddətdə multimediya vasitələri yarandı.Onlar geniş şəkildə tətbiq olunmağa
başladı. Bu yeniliklərdən istifadə iqtisadiyyata öz təsirini göstərməyə başladı. Şəbəkə
texnologiyalarından istifadə nəticəsində iqtisadi əlaqələrin qurulması, lokal və qlobal
şə
bəkələrdən istifadə, iri müəssisələrdə korporativ şəbəkə və sistemlərin yaranması
və s. bu kimi məsələlər iqtisadiyyatın bir sahəsi olan rəqəmsal iqtisadiyyatın
yaranmasınasəbəb oldu.Rəqəmsal iqtisadiyyat rəqəmli hesablama texnologiyalarına
ə
saslanan iqtisadiyyat sahəsi hesab olunur və bəzən onu inernet iqtisadiyyat və ya
yeni iqtisadiyyat adlandırırlar.Rəqəmsal iqtisadiyyat termini 1997-ci ildə Don
Tapscottun ”Rəqəmsal iqtisadiyyat:şəbəkə intellektinin mənfi cəhətləri və
üstünlükləri”(“The Digital Economy: Promise and Peril in the Age of Networked
Intelligence”) kitabında işlədilmişdir [8].Rəqəmsal iqtisadiyyat adlanan bu kitabda
internet vasitəsilə kommersiyanı dəyişdirməyin yolu göstərilmişdir.
Thomas Mesenbourga görə “Rəqəmsal iqtisadiyyat” konsepsiyasını aşağıdakı 3
komponentlə eyniləşdirmək olar:[20]
• nfrastrukturun dəstəklənməsi (kompüter avadanlığı, proqram təminatı,
telekommunikasiya, şəbəkə və s.)
• E-biznes (təşkilat hər bir prosesi kompüter şəbəkələri üzərindən aparır)
• E-kommersiya (malların transferi, məsələn onlayn kitab satışı və s.)
10
Lakin Bill mlahın şərhində bu sərhədlər daha da genişləndirilir. O buraya başqa
komponentləri məsələn, sosial media və internetdə axtarışı da əlavə edərək
mürəkkəbliyi artırır.Bu yeni iqtisadiyyatda rəqəmsal şəbəkə və rabitə infrastrukturu
qlobal platforma üzərində insanlar və təşkilatlar üçün strategiyalar hazırlamağa,
ə
məkdaşlıq etməyə, ünsiyyət yaratmağa, informasiya axtarışına və s. imkan verir.
Rəqəmsal iqtisadiyyatın daha aydın xarakteristikasının müəyyənləşdirilməsi
ə
nənəvi iqtisadiyyatla bağlıdır.Belə ki,rəqəmsal iqtisadiyyat “yeni iqtisadiyyat”ın,
“informasiya iqtisadiyyatı”nın və informasiya cəmiyyətinin əsasında duran başlıca
vasitədir. Rəqəmsal iqtisadiyyatın təşəkkülü və sürətli inkişafı ənənəvi iqtisadiyyatda
bir çox dəyişikliklərin,yeniliklərin dəyaranmasına gətirib çıxardı. Rəqəmsal
iqtisadiyyatın üstünlükləri rəqəmsal texnologiyanın malik olduğu üstünlüklərə
ə
saslanır. Belə ki, rəqəmsal texnologiya - xüsusi kodlaşdırma, mübadilə və istifadə
qaydalarına əsaslanaraq informsiya proseslərinin yerinə yetirilməsi zamanı
yəni,informasiyanın saxlanması, daşınması və ötürülməsində yüksək sürətin,
operativliyin və yaddaşa qənaət etməklə daha çox məlumatın əldə olunmasını təmin
edir. Rəqəmsal texnologiya informasiya emalı prosesində dəqiq riyazi üsulların
tətbiqinə və o cümlədən informasiya ilə müxtəlif manipulyasiyaların həyata
keçirilməsinə imkan yaradır.
11
Rəqəmsal iqtisadiyyatın yaranması əvvəldədə vurğuladığımız kimi ənənəvi
iqtisadiyyatda dəyişikliklərin baş verməsinə səbəb oldu.Klassik yəni,ənənəvi
iqtisadiyyatda kapital maddi formada qəbul edilir. Bunlara adətən maşınlar, qurğu və
binalar, torpaq və s. aiddir. Zaman keçdikcə iqtisadiyyatda pulun rolu daha da
möhkəmləndi və kapitalı pul formasında qəbul etməyə başladılar. Nəticədə məhz pul
kütləsi vasitəsilə əmək alətləri və vasitələrini əldə etmək mümkün olurdu. Rəqəmsal
iqtisadiyyatın meydana gəlməsi nəticəsində isəəsas təyinedici rol,funksiya
informasiyaya verildi. Beləliklə informasiya kapitalı meydana gəldi.
Kapitalın effektivliyinin təhlilinin aparılması aktivlərin müxtəlif növlərinin
fərqləndirilməsinə şərait yaratdı. Buraya cari aktivlər (dövriyyə vəsaitləri), əsas
fondlar, investisiyalar(istiqraz aksiyaları), qeyri-material aktivlər daxildir(qeyri
material aktivləri dedikdə ticarət nişanı, patentlər, müəliflik hüququ, işçilərin
yaradıcılıq potensialı və s. digər aktivlər). Müasir dövrdə müəssisələrdə gələcək üçün
alıcılıq qabliyyətinə malik tələbləri proqnozlaşdıran, müəssisələrin maliyyə və
təşkilati strukturunu planlaşdıran, gəlir əldə olunmasını təmin edən aktiv kimi
informasiya kapitalını qəbul etmək olar. nformasiya kapitalının yaranması,
dövriyyəsi və istifadəsi, qiymətləndirilməsi və təhlili proseslərini rəqəmsal
texnologiyalar olmadan təmin etmək mümkün deyil. Rəqəmsal texnologiyaların
tətbiqi bu kapitaldan istifadənin səmərəliliyinin təmin olunmasına imkan verir .
Rəqəmsal iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqli və üstün cəhətləri
mövcuddur. Bunlardan ən əsası ondan ibarətdir ki, burada məhsul, daha doğrusu
informasiya məhsulu, yəni kapitalı hərəkətdə və dövriyyədə daha aktivdir. Yüksək
texnologiyanın tətbiq edilməsi və qlobal əlaqələrin mövcud olması qısa zamanda
məhsulun istehsalının həyata keçirilməsini təmin edir. Başqa sözlə, məhsulun satışı
üçün bazarın axtarılması və seçilməsi, satışa görə ödəmələrin gecikdirilmədən həyata
keçirilməsi, o cümlədən yeni növ və çeşidlərin müəyyənləşdirilməsi və alıcıya təklif
olunması, rəqabətin gedişatının daimi olaraq nəzarətdə saxlanılması mümkündür.
Rəqəmsal iqtisadiyyat texnologiyaların təminatı baxımından böyük xərclərin və
12
genişmiqyaslı əlaqələrin qurulmasını tələb etməsinə baxmayaraq əhatə dairəsi və
fəaliyyət zonasına görə çox geniş ərazini tutur. Ənənəvi iqtisadiyyatda isə indiki
dövrdə mövcud olan ən əsas problemlərə bunlar daxildir: məhsulun saxlanması,
qablaşdırılması, düzgün marketinq,reklamın təşkili, sifarişçiyə məhsulun vaxtında
çatdırılması və s. Ənənəvi iqtisadiyyatla müqayisədə rəqəmsal iqtisadiyyatda bu
problemlərin əksəriyyəti çox aşağı səviyyədədir. Beləliklə,rəqəmsal iqtisadiyyatda
inkişaf prosesi,yeni layihələrin hazırlanması, istehlakçı ilə birbaşa əlaqələrin
yaradılması, məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin sifarişçinin istəklərinə
uyğun olması daha effektiv şəkildə həyata keçirmək mümükündür.
Bütün bu üstünlüklərə baxmayaraq rəqəmsal iqtisadiyyat dünya səviyyəsində
elə də geniş yayılmamışdır. Bunun isə başlıca səbəbi rəqəmsal iqtisadiyyatın
yaranmasında başlıca rol oynayan KT-nin müxtəlif ölkələrdəki inkişaf səviyyəsində
mövcud olan fərqlərləəlaqədardır.Digər tərəfdən rəqəmsal iqtisadiyyatın bir sıra
çatışmamazlıqları da onun dünya miqyasında geniş yayılmasına mane olur.
Rəqəmsal iqtisadiyyat müxtəlif iqtisadi sahələrin qarşılıqlı əlaqəli inkişafı
ə
sasında yaranmış informasiya iqtisadiyyatının inkişafında da mühüm rol oynayır.
Beləliklə məhz bu cür qarşılıqlı inkişaf müasir informasiya cəmiyyətinin
formalaşmasının əsasını təşkil edir.
Rəqəmsal iqtisadiyyat inkişaf etmiş dünya ölkələrində həmçinin adi məişət
proseslərinin və müxtəlif xidmətlərin həyata keçirilməsində də mühüm rol oynayır.
Buraya məhsulların satışı və xidmətlərin göstəriməsinin pərakəndə şəkildə həyata
keçirilməsini və s. daxildir.Bundan başqa iri market və ticarət mərkəzlərindən
malların alınması, onların sifarişçiyə çatdırılması, ödənişlərin həyata keçirilməsi,
müxtəlif kommunal xidmətlərin, tibbi, səhiyyə xidmətlərinin göstərilməsi, təhsil və
tədrisdə, iş axtarışında, müxtəlif məlumatların əldə olunmasını və s. qeyd etmək
olar.Rəqəmsal iqtisadiyyatı ənənəvi iqtisadiyyatdan fərqləndirən cəhətlərdən biri də
istehsalda proqnozların verilməsi, gələcək planlaşdırma, tələb və təklif arasındakı
asılılıq və münasibətlərin araşdırılması prosesində təkcə müəssisənin özü iştirak
13
etmir.Burada müxtəlif şirkətlərin, institutların, fərdlərin birbaşa iştirakı mümkündür.
Belə ki,bütün bunlar bir sıra problemlərin yaranmasına əsas verir. Bu problemlər
məsələlərin həllinə aidiyyatı olmayanların yersiz müdaxiləsi, ümumi şəbəkədə əmələ
gələn xaos və s. nəticəsində yaranır.
Rəqəmsal iqtisadiyyatın malik olduğu bu üstünlükləri müasir dövrdə
idarəetmədə, biznesin təşkilində, baş müəssisə ilə onun tabeçiliyində olan müəssisələr
arasındakı münasibətlərin qurulmasında, yeni istehsal sahələrinin açılmasında
effektivliyi təmin edir.
Əgər rəqəmsal texnologiyaların mövcud olan üstünlükləri və imkanları
məqsədəuyğun,düzgün şəkildə istifadə edilərsə,bu cəmiyyətdə hərtərəfli tarazlığın
yaranmasına şərait yaradar. Rəqəmsal iqtisadiyyatın əhatə dairəsinin genişlənməsi,
onun daha çox dünya ölkələrini əhatə etməsi rəqəmsal fəzanın istifadəsi
səviyyəsindən asılıdır [18].
Rəqəmsal imkanlar müasir dövrdəkino sənayesində, müxtəlif festivalların
,toplantıların keçirilməsində, böyük idman yarışlarının təşkilində, konfransların,
beynəlxalq görüşlərin keçirilməsində, dünyəvi problemlərin həllində, ümümdünya
məlumatlarının çatdırılmasında böyük rola malikdir. Beləliklə bu texnologiyaların
tətbiqi idman, incəsənət, turizm və s. sahələrdəyeni gəlir gətirən sahələrin açılmasına,
böyük həcmdə investisiya qoyuluşlarına, dünya miqyasında reklamların təşkilinə o
cümlədən,bu işdən külli miqdarda gəlir əldə olunmasına şərait yaratmaqdadır.
Dostları ilə paylaş: |