1
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏ RBAYCAN DÖVLƏ T QT SAD UN VERS TET
«MAG STRATURA MƏ RKƏ Z »
Ə
lyazması hüququnda
Rüstə mova Günay Süleyman qızı
(Magistrantın soyadı, adı və atasının adı)
«Dövlət büdcəsinin idarə olunmasında xəzinədarlığın rolunun artırılması»
Mövzusunda
MAG STRD SSERTAS YASI
xtisasın şifri və adı __060403 “Maliyyə”_
xtisaslaşma “Maliyyə nəzarəti və audit”
Elmi rəhbər:
Magistrproqramının rəhbər
i.e.n. dos. R.N.Quşxani
i.e.n. prof. A.M.Kərimov
(А.S.А., elmidərəcə və elmi ad)
(А.S.А., elmidərəcə və elmi ad)
Kafedra müdiri (А.S.А., elmidərəcə və elmi ad) :
i.e.d. prof. M.X. Həsənli
BAKI - 2 015
2
MAG STR D SSERTAS YASININ Ş PLANI
Magistr dissertasiyasının adı: «Dövlət büdcəsinin idarə olunmasında
xəzinədarlığın rolunun artırılması»
Giriş ....................................................................................................................3
Fə sil 1. Dövlə t büdcə sinin idarə olunmasında xə zinə darlığ ın nə zə ri və metodoloji
ə
sasları...........................................................................................................5-27
1.1
Dövlət büdcəsinin nəzəri əsasları.........................................................................5
1.2
Dövlət büdcəsinin idarə olunmasının ənənəvi metodları.....................................14
1.3
Dövlət büdcəsinin idarə olunmasında Xəzinədarlıq Agentliyinin rolu...............24
Fə sil 2. Dövlə t büdcə sinin idarə olunmasında xə zinə darlığ ın rolunun müasir
və ziyyə ti.................................................................................................... 29-50
2.1
Dövlət büdcəsinin xərclərinin idarə olunması prosesində xəzinədarlıın
fəaliyyətinin təhlili.........................................................................................29
2.2
Dövlət büdcəsinin icrasında Xəzinədarlıq Agentliyinin fəaliyyəti.....................36
2.3
Dövlət kreditinin və büdcə kəsrinin istifadə və idarə olunmasının səmərəliliyinin
artırılması məqsədilə xəzinədarlıq sistemində nəzarət sisteminin fəaliyyətinin
təhlili......................................................................................................................43
Fəsil 3. Dövlət büdcəsinin idarə olunmasında xəzinədarlığın rolunun artırılması
istiqamətləri....................................................................................................51-74
3.1
Dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlar üzrə maliyyə əməliyyatlarının
müvafiq uçot qaydalarının təkmilləşdirilməsi.................................................51
3.2
Dövlət büdcəsinin xərclərinin idarə olunması prosesində Xəzinədarlıq
Agentliyinn işinin səmərəliliyinin artırılması.................................................. 60
3.3
Dövlət Büdcəsinin darə edilməsində yeni texnologiyaların tətbiqi.................. 68
3
Nəticə və təkliflər...........................................................................................75
Ə
dəbiyyat siyahısı..........................................................................................77
Xülasə.............................................................................................................79
Summary........................................................................................................80
Rezume..........................................................................................................81
Magistrant Rüstəmova Günay Süleyman qızı
(A.S.A.)
Elmi rəhbər i.e.n. dos. R.N.Quşxani
(A.S.A., elmi dərəcə və elmi ad)
4
G R Ş
Tə tqiqatın aktuallığ ı.Müasir dünya iqtisadiyyatında qlobal meyillərin
dərinləşdiyi bir dövrdə dövlətin milli maraqlarının və möqeyinin
möhkəmlənməsinə təsir gostərən əsas faktorlardan biri düzgün dövlət büdcə
siyasətidir. Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan Respublikasında
aparılan iqtisadi islahatların mühüm istiqaməti ölkə iqtisadiyyatının fiskal
siyasətinin prioritetlərinin müəyyənləşdirilməsindən ibarətdir. Keçid iqtisadiyyatlı
ölkələrdə dövlət büdcəsi sosial problemlərin həllinə və nəticə etibarı ilə sosial
ə
dalətin bərpasına yönəldiyi üçün dövlət büdcəsinin idarə edilməsi və son illərdə
Xəzinədarlıq Agentliyinin büdcə idarə etməsinin təkmilləşdirilməsində rolunu
öyrənmək müasir dövrdə obyektiv zərurətdən irəli gəlir.
Tə tqiqat iş inin öyrə nilmə sə viyyə si. Dövlət büdcəsinin idarə edilməsi
məsələsinin öyrənilməsi çox qədim tarixə malikdir. Bu məsələnin tədqiqatı ilə
A.Smit, D.Rikardo, C.Keyns və digər iqtisadçılar məşğul olmuşlar. Qeyd olunan
alimlərin tədqiqatları şübhəsiz boyük elmi dəyərə malikdir, amma onu da nəzərə
almaq lazımdır ki, müasir maliyyə bazarları çox mürəkkəb və dəyişkəndirlər,buna
görə də sürətlə dəyişən iqtisadi mühitə adekvat olaraq uyğun təhlillərin aparılması
elmi nəzəriyyənin daimi yenilənməsini və təkmilləşdirilməsini tələb edir.
Bir sıra ölkələrdə dövlətin agentlik və institutları büdcə siyasətinə birbaşa
təsir etmək iqtidarına malikdirlər.
Azərbaycan Respublikasının büdcəsinin icrasında və büdcəyə nəzarətdə Dövlət
Xəzinədarlıq Agentliyi Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri həyata keçirir.
Tə dqiqatın mə qsə di. Tədqiqatın məqsədi hazırki qeyri-stabil qlobal iqtisadi
şə
raitdə dövlət büdcəsinin idarə edilməsinin effektiv metodlarının təyin edilməsi
və Xəzinədarlıq Agnetliyinin bu metodların təkmilləşdirilməsində rolunun
müəyyən edilməsi, eyni zamanda təkliflərin hazırlanmasından ibarətdir.
5
Tədqiqatın obyekti; Dövlət büdcəsi və Dövlət Xəznədarlıq Agentliyi
Tə dqiqatın predmeti; Müasir qeyri-stabil iqtisadi şəraitdə Dövlət Büdcəsinin
idarə edilməsində Xəzinədarlıq tərəfindən həyata keçirilən işlər və tətbiq edilən
metodlarındakı dəyişikliklər.
Tədqiqatın nəzəri və metodoloji əsasları. Tədqiqatın nəzəri əsası kimi
müxtəlif
Azərbaycan və dünya alimlərinin bu mövzu üzrə elmi araşdırmaları çıxış etmişdir.
Mövzunun hazırlanması zamanı tədqiqatın ümum elmi metod və üsullarından
istifadə edilmişdir; sistem, struktur-funksional təhlil, eləcə də sosioloji, iqtisadi və
iqtisadi-sosioloji yanaşmalar.
Dissertasiya iş inin informasiya bazasını ASK-nin və Maliyyə Nazirliyinin
statistik məlumatları təşkil edir.
Metodoloji informasiya və metodoloji baza qismində isə müxtəlif təşkilatların
(Beynəlxalq valyuta fondu, Dünya Bakı və s. ) məlumatları, dövrü qəzet və jurnal
buraxılışlarının materialları, internet şəbəkəsi resursları, eləcə də AR Mərkəzi
Bankının, Maliyyə Nazirliyinin və qtisadi inkişaf Nazirliyinin statistik
materialları çıxış etmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işində alınan nəticə və təkliflər
Dövlət Büdcəsinin idarə edilməsində Xəzinədarlıq Agentliyinin təcrübəsinin və
mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün dövlət hakimiyyəti orqanları
tərəfindən istifadə edilə bilər.
Dissertasiyanın strukturu. Dissertasiyanın hazırlanması üçün qarşıya
qoyulmuş məqsədlər onun məntiqini və strukturunu müəyyən etmişdir. O
girişdən, üç fəsildən,nəticə və təkliflərdən, ədəbiyyat siyahısından ibarətdir.
Elmi yenilik: Dövlət kreditinin və büdcə kəsrinin istifadə və idarə olunmasının
səmərəliliyinin artırılması məqsədilə xəzinədarlıq sistemində nəzarət sisteminin
yaradılması.
6
FƏS L
1.
DÖVLƏ T
BÜDCƏ S N N
DARƏ
OLUNMASINDA
XƏ Z NƏ DARLIĞ IN NƏ ZƏ R VƏ METODOLOJ Ə SASLARI
1.1 Dövlə t büdcə sinin nə zə ri ə sasları
Digər subyektlər kimi dövlət də bu və ya digər məqsədləri həyata keçirmək
üçün öz büdcəsindən istifadə edir. Dövlət büdcəsini əmələ gətirən amillər
çoxşaxəli olduğundan büdcə anlayışı da müxtəlif ədəbiyyatlarda fərqli izah
olunur. Bir qisim mütəxəssislər tərəfindən dövlət büdcəsinə dövlət gəlirlərinin
toplumu forması kimi, yəni dövlətin xəzinəsi baxımından yanaşılır. Digər qisim
isə dövlət büdcəsi dedikdə, höküməti müxtəlif ehtiyaclarını ödəmək üçün bir
vasitə kimi nəzərdə tuturlar. “Dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikasının qanununda verilən tərif isə aşağıdakı kimidir:
“Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və
özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və
funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə
olunması üçün əsas maliyyə sənədidir.”
“Dövlət büdcəsi” anlayışının mahiyyətinə gəldikdə isə burada da fərqli
yanaşmalar mövcüddur. Bir qrup mənbələrdə dövlət büdcəsi vəsaitlərin vaxtli-
vaxtında və tam həcmdə toplanmasl kimi, digərlərində isəyalnız dövlət büdcə
xərclərinin qarşılanması kimi izah olunur. Qədim və müasir iqtisadi
ə
dəbiyyatlarda dövlət büdcəsinin metodları və prinsipləri, eyni zamanda burada
səmərililik meyarlarının izahı sübut edir ki, “dövlət büdcəsi”anlayışı daha geniş
mənanı ifadə edir. Yəni, bura dövlət büdcə münasibətlərinin bütün mərhələləri
daxildir. Beleliklə, sözügedən anlayışa aşağıdakı kimi tərif verə bilərik:
“Dövlət
büdcəsi
–
uyğun
büdcə
mənbələrinin
tapılması,
toplanmışvəsaitlərin səmərəli istifadə olunması, büdcə kəsirinin ödənilməsi
məqsədilə pul fondlarının və ya vəsaitlərinin səfərbər edilməsindən ibarət
tədbirlər kompleksidir.”
7
Dövlət büdcəsinin nəzəri əsaslarının tədqiqində klassik və müasir məktəblərin
baxışları kifayət qədər fərqlənir. Bu məktəblərin dövlətin büdcə siyasətinə, o
cümlədən ölkə iqtisadiyyatına büdcə xərcləmələrinin səmərəliliyinə münasibəti
fərqlidir.
Büdcə haqqında klassik iqtisadi nəzəriyyənin banilərindən biri A.Smitin
“Xalqların sərvətlərinin təbiəti və onların səbəbləri haqqında tədqiqat” adlı
ə
sərində yer alır. Bununla müəllif hələ o dövr üçün də aktuallıq daşıyan, hətta,
müasir dövrdə hər bir dövlətin maliyyə siyasətinin ayrılmaz hissəsi olan dövlət
büdcəsi haqqında klassik baxışın əsasını qoymuşdur.
Müxtəlif dövrlərdə dövlət büdcəsinə və büdcə sisteminə fərqli baxışlar olsa
da, hər bir dövlətin konkret tarixi şəraitindən asılı olaraq, mövcüd şəraitdə
optimal olan funksiyaları yerinə yetirən, yəni dövləti maliyyə vəsaiti ilə təmin
etmək üçün formalaşmış dövlət büdcəsi olmalıdır. Dövlət özünün iqtisadi, sosial
və siyasi vəzifələrini, funksiyalarını yerinə yetirmək üçün mərkəzləşdirilmiş pul
vəsaiti fonduna malik olmalıdır. ctimai – iqtisadi formasiyalar hətta dəyişiləndə
belə dövlətin mühüm elementləri olan vergilər, istiqrazlar və dövlətə xas olan
xərclər kimi kateqoriyalar obyektiv surətdə zəruri olur. Məhz bu cəhətlər dövlət
büdcəsinin obyektiv bir iqtisadi kateqoriya kimi zəruri olmasını şərtləndirir.
Bütün dövlətlərin iqtisadi və dövlət quruluşuna xas olan büdcə sistemi
təşəkkül tapmış və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə,
onun dövlət quruluşuna xas olan büdcə sistemi yaranmışdır.
Büdcə sisteminin qurulması və onun bütün növləri arasında qarşılıqlı
ə
laqələr büdcə quruluşu adlanır.
Büdcə sistemində birləşdirilən ayrı-ayrı müstəqil büdcələrin məcmusu
dövlətin büdcə sistemini təşkil edir. Büdcə sistemi bütün büdcə növlərinin
məcmusunu özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları dövlətin
Konstitusiyasında və büdcə sistemi haqqında qanunlarda əks olunur. Büdcə
sisteminin təşkili müəyyən prinsiplərə əsaslanır ki, bu prinsiplər də ölkənin
iqtisadi, siyasi və sosial əsasların üzərində qurulmuşdur.
8
Büdcə sistemi dövlətin inzibati ərazi vahidinin bütün büdcələrinin
məcmusunu özündə birləşdirdiyinə görə onlar arasında qarşılıqlı münasibətlər
qanunvericiliklə tənzimlənir. Büdcə sisteminin xarakteri ölkənin ictimai-iqtisadi
və siyasi quruluşu ilə müəyyən olunur. Büdcə sisteminin təşkilati quruluşu və
onların qarşılıqlı əlaqələri dövlətin iqtisadi və siyasi təşkili əsasında müəyyən
olunur.
nkişaf etmiş ölkələrlə (unitar dövlətlərdə) məsələn, Böyük Britaniyada,
Fransa və s. kimi ölkələrdə büdcə sistemi dövlətin mərkəzi büdcəsindən və yerli
özünüidarə orqanlarının, yerli bələdiyyələrin büdcələrindən ibarətdir. Federal
dövlətlərin büdcə sistemi üç halqadan, yəni mərkəzi federal büdcədən,
federasiyaya daxil olan subyektlərin büdcələrindən və yerli orqanların
büdcələrindən ibarətdir. Məsələn, ABŞ-da, Rusiyada, Almaniya Federativ
Respublikasında və s. büdcə sistemi üç həlqədən ibarətdir. ABŞ-da federal büdcə,
ş
tatların büdcələri, Rusiyada respublikaların, vilayətlərin büdcələri və mərkəzi
federasiyasının büdcəsindən ibarətdir.
Azərbaycan Respublikasının büdcə sistemi mərkəzi büdcədən, yəni
respublika büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli
hakimiyyət orqanlarının, o cümlədən, bələdiyyələrin büdcələrindən ibarətdir.
Bütün büdcə növləri arasında qarşılıqlı maliyyə münasibətləri Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyən olunmuşdur. Bununla yanaşı
Azərbaycanın büdcə sistemi «Dövlət büdcəsi haqqında» Azərbaycan
Respublikasının qanunu ilə tənzimlənir.
9
Azərbaycan Respublikasının
büdcə sistemi
Azə rbaycan
Respublikasının
Dövlə t büdcə si
(mə rkə zi büdcə )
Naxçıvan
MR-nın
büdcə si
Yerli
büdcə lə r
Respublika
tabeçiliyində olan
şəhərlərlərin
büdcəsi
Rayonların
büdcələri
Bələdiyyələrin
büdcələri
Azərbaycan Respublikasının büdcə quruluşunu aşağıda sxem formasında
göstərmək olar:
Deməli, Azərbaycan Respublikasının büdcə sistemi Dövlət büdcəsindən,
yəni mərkəzi büdcədən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli
büdcələrdən ibarətdir. Yerli büdcələr respublika tabeçiliyində olan şəhərlərin
büdcələrindən, rayonların büdcələrindən və bələdiyyələrin büdcələrindən
ibarətdir.
Azərbaycan Respublikasının büdcə sistemi aşağıdakı mühüm prinsiplər
ə
sasında qurulmuşdur:
1. Büdcə sisteminin vahidliyi
2. Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi.
3. Gəlirəlin və xərclərin büdcələr arasında bölüşdürülməsi.
4. Büdcələrin gəlirləri və xərclərinin, büdcədənkənar dövlət fondlarının həmin
büdcələrdə tam əks olunması.
5. Büdcələrin balanslaşdırılması
10
6. Büdcə vəsaitinin istifadə edilməsində səmərəlilik və qənaət rejiminə əməl
olunması.
7. Büdcələrin aşkarlığı
8. Büdcələrin həqiqiliyi (reallağı)
9. Büdcə vəsaitinin ünvanlı və məqsədli istifadəsi
Həmin prinsipləri nəzərdən keçirək.
1. Büdcə sisteminin vahidliyi onu ifadə edir ki, bütün büdcə həlqələri
Azərbaycan Respublikasının vahid büdcə sistemində birləşdirməklə onların
gəlirləri və xərcləri vahid büdcə təsnifatı əsasında qurulur. Həm də gəlirlərin və
xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi Respublikanın ali
qanunvericiliyinə əsaslanır. Bütün büdcələr gəlirlər və xərclər haqqında
məlumatları, büdcələrin tərtibi və icrasını büdcə təsnifatı üzrə aparırlar.
2. Büdcə lə rin müstə qillik prinsipi onda ifadə olunur ki, Azərbaycan
Respublikasının Ali qanunvericiliyi (Milli Məclis) əsasında hər bir büdcə
həlqəsinin müstəqil gəlir mənbəyi təyin edilir və büdcə vəsaitinin xərclənməsində
müstəqil olmaqla onların hüquqları qanunla tənzimlənir. Büdcələrin müstəqil
fəaliyyət göstərməsi bütün dövlət hakimiyyəti və idarə orqanlarının hüquq və
səlahiyyətlərinə müvafiq olaraq zəruri gəlir mənbələri və buna müvafiq xərclərlə
təmin edilirlər. Azərbaycan Respublikasının Ali qanunvericiliyi (Milli Məclis)
tərəfindən hər maliyyə iliüçün Respublikanın Dövlət büdcəsi müzakirə edilib
təsdiq olunarkən Respublika dövlət büdcəsinin və eləcə də Naxçıvan Muxtar
Respublikasının büdcəsi və yerli büdcələr üçün tənzimləyici gəlirlər də təyin
edilir. Bununla yanaşı Naxçıvan MR və yerli hakimiyyət orqanları öz büdcələrini
tərtib və təsdiq edərkən öz gəlir mənbələrini artırmaqda və ondan istifadə etməkdə
qanun dairəsində tam müstəqiliyə malikdirlər. Həm də Respublikanın Ali
Qanunvericiliyi ilə yerli orqanları verilmiş səlahiyyət dairəsində onlar əlavə gəlir
mənbələri aşkar edə və buna müvafiq xərcləri maliyyələşdirə bilərlər. Büdcə
haqqında qanun icra edilərkən əlavə əldə edilmiş gəlirlər, habelə gəlirlərin
11
xərclərdən artıq olan məbləği və büdcə xərclərinə edilmiş qənaət məbləği yuxarı
büdcələrə alına bilməz.
3. Gəlirlərin və xərclərin büdcələr arasında bölüşdürülməsi prinsipi onu
nəzərdə tutur ki, hər bir dövlət hakimiyyət və dövlət idarəsi orqanları üçün
müəyyən gəlir mənbələri təyin edilir və xərcləri maliyyələşdirmək səlahiyyəti
verilir.
4. Büdcələrin gəlirləri və xərclərinin, dövlət büdcədənkənar fondunun tam
ə
ks olunması prinsipi ondan ibarətdir ki, büdcələrin və büdcədənkənar dövlət
fondlarının bütün gəlirləri və xərcləri həmin büdcələrdə icbari qaydadad tam əks
olunmalıdır. Bütün dövlət və bələdiyyə xərcləri büdcə vəsaiti hesabına,
büdcədənkənar dövlət fondlarının vəsait hesabüna maliyyələşdirilməlidir.
5. Büdcə lə rin balanslaş dırılması prinsipinə görə hər bir büdcə növü
balanslaşdırılmalıdır. Bu o deməkdir ki, büdcələrdə nəzərdə tutulan xərclərin
həcmi həmin büdcənin gəlirlərinin həcminə uyğun olmalıdır (büdcənin kəsirini
ödəmək üçün nəzərdə tutulan mənbələrdən daxil olan vəsaitlər də daxil olmaqla).
6. Büdcə və saitinin sə mə rə li və qə naə tlə istifadə edilmə si prinsipi onu ifadə
edir ki, əvvəlki dövrdə buraxılmış büdcə vəsaiti iş və xidmətlərin səviyyəsinə
uyğun olmalı və qənaət rejiminə ciddi əməl olunmalıdır.
7. Büdcələrin aşkarlığı prinsipi o deməkdir ki, təsdiq edilmiş büdcələrin və
onların icarəsı haqqında hesabatların açıq mətbuatda dərc edilməsi icbaridir,
büdcənin icrasının gedişi haqqında məlumatlar, büdcələrin tərtibi və icrası üzrə
dövlət hakimiyyəti və idarəsi orqanlarının bütün qərar və sərəncamları kütləvi
informasiya vasitələri vasitəsilə cəmiyyətin nəzərinə açıq bildirilməlidir.
8. Büdcələrin həqiqilik prinsipi onu ifadə edir ki, hər bir büdcə növünün
göstəriciləri müvafiq inzibati-ərazi vahidinin iqtisadi – sosial inkişaf proqramının
göstəricilərinə uyğun tərtib ediləklə büdcənin gəlirləri və xərclərinin reallığı təmin
edilməlidir.
Dostları ilə paylaş: |