9. Büdcə vəsaitinin ünvanlı və məqsədli istitfadə edilməsi prinsipi onu göstərir
ki, büdcə vəsaiti olan hər bir subyekt onun sərəncamına daxil olan vəsaiti konkret
məqsədli təyinatına uyğun istifadə etməlidir.
Büdcə ölkənin maliyyə sisteminin mərkəzi həlqəsi olduğuna görə maliyyə
kateqoriyasına ail olan bütün keyfiyyət cəhətlərini özündə əks etdirir. Həmçinin,
bir iqtisadi kateqoriya olmaqla müəyyən funksiyaları yerinə yetirir və bu
funksiyaların məzmunun açmaqla «büdcənin» dövlət büdcəsinin sosial-iqtisadi
məzmununu aydınlaşdırmaq olar. Bir çox iqtisadçı alimlər bu və ya digər iqtisadi
kateqoriyanın mahiyyətini açarkən onun yerinə yetirdiyi funksiyaların əsas meyar
olduğunu göstərirlər. Büdcə kateqoriyası da geniş ictimai münasibətlər sistemini
ə
ks etdirməyinə görə maliyyəyə aid olan bütün funksiyaları özündə əks etdirir.
Lakin büdcənin spesifik cəhətlərini də ümumi maliyyə münasibətlərindən
ayırmaq olar. Belə ki, ən əvvəl büdcəyə maliyyə münasibətlərinin tərkib hissəsi
kimi baxmalıyıq, ikinci, büdcə maliyyə planı kimi səciyyələnməlidir, üçüncü,
büdcə mərkəzləşdirilmiş pul vəsaiti fondudur. Bu cür xarakterik cəhətlərini nəzərə
almaqla görürük ki, büdcə kateqoriyası müəyyən konkret istiqamətlər üzrə
xarakterizə olunur. Bunlar aşağıdakılardır:
1) büdcə fondunun yaranması (yəni büdcənin gəlirlərinin əmələ gəlməsi)
2) büdcə fondunun istifadə olunması (yəni büdcənin xərclərinin
maliyyələşdirilməsi).
3)büdcənin gəlirləri və xərclərinin formalaşması üzərində nəzarət.
Büdcənin gəlirləri dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və
yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti başa
düşülür. Dövlət büdcəsinin gəlirləri dövlətin maliyyə bazasını təşkil edir.
Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində dövlətlə
müəssisə, təşkilat və əhali arasında əmələ gələn iqtisadi münasibətləri ifadə edir.
Büdcənin xərcləri də onun gəlirləri kimi müəyyən şərtlərə əsaslanır. Lakin
gəlirlərə nisbətən xərclərin istiqamətinin, quruluşunun dəyişilməsi daha çevikdir.
13
qtisadi və siyasi vəziyyət dəyişəndə, büdcə xərcləri hərbi, sosial, iqtisadi-siyasi
məqsədlərin mənafeyinə uyğun dəyişir.Belə ki, büdcənin xərclərinin hərbi və
sosial məqsədlərə bölünməsi nisbətləri ayrı-ayrı hallarda kəskin dəyişə
bilər.iqtisadi böhranlar, hərbi münaqişələr zamanı büdcə xərcləri hərbi ehtiyacları
ödəmək üçün daha çoz dəyişilir.
Büdcənin nəzarət funksiyası da mövcud vəziyyətdən asılı olaraq müxtəlif
istiqamətlərdə həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, büdcənin nəzarət
funksiyası həm gəlirlərin formalaşması zamanı, həm də onun xərclərinin
maliyyələşdirilməsi zamanı həyata keçirilir.Bununla belə, büdcənin nəzarət
funksiyası iqtisadi proseslərə təsir etməklə pul vəsaiti fondlarının düzgün
formalaşması və məqsədli istifadəsi üçün şərait yaradır.Lakin nəzarət funksiyası
həm ümumi maliyyə nəzarəti kimi, həm də maliyyə orqanlarının nəzarət vəzifəsi
kimi qarşılıqlı vəhdətdə aparılır. Büdcənin nəzarət funksiyası maliyyənin nəzarət
funksiyasının tərkib hissəsidir. Büdcənin iqtisadi-sosial məzmunu həm də onun
geniş təkrar istehsaldakı rolu ilə də müəyyən edilir. Dövlət büdcə fondundan
ölkənin ümumi mənafeyinə xidmət edən mütərəqqi təsərrüfat sahələrinin inkişaf
etdirilməsi üçün istifadə edir. Ən mühüm sahələrin inkişaf etdirmək, ölkənin
perspektiv iqtisadi inkişafı mənafeyi üçün büdcə vasitəsilə dövlət ümumi daxili
məhsulu bölüşdürür və yenidən bölüşdürür. Büdcə vəsaiti hesabına qeyri-istehsal
sahələrinin maliyyə vəsaitinə olan tələbatı ödənilir. Büdcə vəsaitilə ümumi daxili
məhsul ölkənin iqtisadi rayonları, ayrı-ayrı regionları arasında bölüşdürülür və
yenidən bölüşdürülür. Ayrı-ayrı iqtisadi rayonlarda iqtisadi inkişaf etdirmək,
məhsuldar qüvvələrin inkişafına nail olmaq və ölkə ərazisində infrastrukturasını
inkişaf etdirmək və s. məqsədlər üçün büdcədən iqtisadi bir alət kimi istifadə
olunur.
Konkret olaraq isə Dövlət büdcəsi aşağıdakı vəzifələri yerinə yetirir:
- ctimai məhsulun və milli gəlirin yenidən bölgüsü;
- qtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi və stabilləşdirilməsi;
- Sosial siyasətin maliyyə təminatı;
14
- Mərkəzləşdirilmiş pul vəsait fondunun yaradılması və istifadəsinə nəzarət.
Dövlət büdcəsi öz vəzifələrini bölgü və nəzarət funksiyası vasitəsilə həyata
keçirir.
Bölgü funksiyası vasitəsilə pul vəsaitlərinin dövlətin əlində cəmləşdirilməsi
və ümumdövlət mənafeyinə istifadəsi həyata keçirilir. Bu funksiyanın məzmunu
ictimai istehsalın müxtəlif sahələri arasında maliyyə ehtiyatlarının yenidən
bölgüsü ilə müəyyən olunur. Maliyyənin digər həlqələrindən heç biri vəsaitlərin
yenidən bölgüsünü büdcə kimi çoxçeşidli (sahələrarası, ərazilərarası və s.) və
çoxsəviyyəli (respublika, şəhər və s.) həyata keçirmir. Büdcə daxilolmaları və
xərc təyinatlı göstəricilərlə müvafiq olaraq öz əksini tapan büdcə vəsaitlərinin
hərəkəti bölgü funksiyasının əsasını təşkil edir.
Nəzarət funksiyası maliyyə vəsaitlərinin dövlətin xəzinəsinə vaxtında və tam
şə
kildə daxil olmasını, büdcə vəsaitlərinin bölgüsünün düzgün aparılmasını və
səmərəli istifadəsini öyrənməyə imkan verir.
Büdcənin nəzarət funksiyasına hədd qoymaq və ya məhdudlaşdırma prinsipinə
ə
saslanır ki, bu da iki baxımdan həyata keçirilir:
a) zaman baxımından məhdudlaşdırma;
b) məbləğ və qiymət baxımından məhdudlaşdırma;
Bu o deməkdir ki, dövlət büdcəsi müəyyən bir müddətdə mədudlaşar. Bir
qayda olaraq, büdcə müddəti bir il müəyyən edilir. Buna bəzən maliyyə ili də
deyilir.
15
1.2 Dövlə t büdcə sinin idarə olunmasının ə nə nə vi metodları
Azərbaycan Respublikasında büdcə ili, büdcə icrası prosesi yanvarın 1-dən
dekabrın 31-dək olan 12 aylıq dövrdür. Büdcə prosesinin uzunluğu (müddəti)
büdcə ilindən çoxdur, belə ki, büdcə prosesinə büdcə proqnozlaşdırılmasına,
sonradan, büdcə nəzarətinə və digər proseslərə ayrılan vaxt daxildir.
Büdcənin idarə edilməsinin də ənənəvi metodları məhz proqnozlaşdırma və
nəzarətdən ibarət olub büdcənin icrası prosesi ilə sıx bağlılıq təşkil edir.
Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması büdcə prosesinin mühüm
tərkib hissələrindən biri olmaqla, büdcə-vergi siyasətinin formalaşdırılması və
qiymətləndirilməsində mühüm rol oynayır. Dövlət büdcəsi gəlirlərinin
proqnozları iqtisadi və sosial inkişafın makroiqtisadi proqnozları, iqtisadiyyatın
ayrı-ayrı sahələrinin iqtisadi göstəricilərinin qiymətləndirilməsinə əsaslanmaqla,
səmərəli orta müddətli proqnozlaşmanın əsasını təşkil edir. Rəsmi və şəffaf tərzdə
proqnozlaşma proseslərinin olması gəlirlərin toplanması prosesi və inzibatçılıqda
hesabatlılığın yaradılması baxımından əsasdır. Dövlət büdcəsi gəlirlərinin
proqnozlarının arzuolunan xüsusiyyətlərinə şəffaflıq, rəsmilik və təşkilati
baxımdan sadəlik aiddir. Çox az sayda ölkələr büdcə prosesinin tərkib hissəsi
kimi proqnozlaşdırma prosesini təsvir edən rəsmi qaydada təlimatlara malikdirlər.
Bu metodologiyada mərkəzi icra hakimiyyəti orqanlarının büdcə gəlirlərinin
proqnozlaşdırılmasında istifadə etdiyi metodlar göstərilməklə yanaşı, Maliyyə
Nazirliyinin dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar ilə daxilolmaların
təhlili, hesablanmış gəlirlərin yığımı və vergi siyasəti dəyişikliklərində
səmərəliliyin qiymətləndirilməsi təsvir olunur. Vergi daxilolmalarının real artımı,
inflyasiya, vergi siyasəti tədbirləri və vergi yığımları kimi müxtəlif mənbələrə
görə məlumatların əldə olunması Maliyyə Nazirliyinə vergi sistemi fəaliyyətinin
qiymətləndirilməsi imkanını verir. Nəhayət, xam neftin qiymətlərində olan
dəyişikliklərə olan həssaslığın əsas vergilərə təsirinin hesablanmasında istifadə
16
olunan model təsvir olunur. Ölkə iqtisadiyyatı dünyada xam neftin qiymətlərinin
dəyişməsinə son dərəcə həssas olduğundan xam neftin qiymətlərində olan
dəyişiklik korporativ və istehlaka əsaslanan vergilərə əhəmiyyətli dərəcədə təsir
göstərir.
Müxtəlif ölkələrdə gəlirlərin proqnozlaşdırması və hesablama modellərinin bir
çox növləri vardır. Gəlirlərin proqnozlaşdırılması maliyyə resurslarının gələcək
axınının hesablamalarını yaratmaq üçün analitik üsulların istifadəsinə istinad edir.
Gəlirlərin proqnozlaşdırmasına müvafiq tarixi məlumatların toplanması, əsas gəlir
mənbələri üzrə ehtimalların dəqiqləşdirilməsi və onların yığımlarının təhlil
edilməsi daxildir. Bu modellərin əsasını sosial-iqtisadi dəyişənlərdən, vergi
bazaları və yığımlar barədə məlumatlardan ibarət məlumat bazası təşkil edir.
Vergi bazalarını hesablamaq və proqnozlaşdırmaq məqsədilə müxtəlif
mənbələrdən sosial-iqtisadi məlumatların toplanması, emalı və təhlil edilməsi
vacibdir. Vergi bazası kimi istifadə olunan məlumat mənbələrinə hesabat və
statistik məlumatlar daxildir. Vergi bəyannamələri üzrə olan məlumatlar da vergi
ödəyicilərinin vergi davranışı barədə məlumatları təmin edir. Lakin, bu
mənbədən əldə olunan məlumatlar vergilərin hesablanması məqsədləri üçün tam
istifadə olunmur.
lk növbədə, gəlirlərin proqnozlaşdırılması prosesinə rəsmiləşdirilmiş və daima
informasiya bazasının yeniləşdirilməsi mümkün olan model daxil olmalıdır.
kincisi, xüsusilə proqnozlaşdırma modeli sadə olmalıdır. Üçüncüsü,
proqnozlaşdırma prosesi şəffaf olmalıdır.
Alternativ modellər və metodologiyalar müxtəlif ölkələrdə maliyyə orqanları
tərəfindən vergi gəlirlərinin hesablanması və proqnozlaşdırılmasında tətbiq
olunur. Məlumatların mövcudluğu və onların təhlilinin təcrübəsindən asılı olaraq
gəlirlərin proqnozlaşdırılması üçün bir sıra modellər tətbiq edilə bilər. Gəlirlərin
proqnozlaşdırılmasında ekonometrik proqnozlaşdırma, reqressiya təhlili, vaxt
silsiləsi təhlili və təmayül təhlili kimi statistik üsullardan istifadə etməklə gələcək
mədaxil yığımlarını qiymətləndirmək mümkündür. Vaxt silsiləli gəlirlərin
17
proqnozlaşdırılması modeli sadəcə modelləşdirilən vergi daxilolmaları üçün tarixi
məlumatların olmasını tələb edir. Digər tərəfdən, mikrosimulyasiya modelində
fiziki şəxslərin gəlir vergisi və ya hüquqi şəxslərin mənfəət vergisi müəyyən qrup
mülkiyyət növlərinə dair məlumatların olmasını tələb edir. Bu modelin əsas
məqsədi dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması üçün bütün mövcud
modellərə geniş surətdə baxılmasını tələb edir. Təcrübədə geniş istifadə olunan
modellərdən qısaca aşağıdakıları qeyd etmək olar:
a)
Ekonometrik modellər: (vaxt silsiləsi və struktur modellərlə birlikdə gəlirlərin
proqnozlaşdırılması);
b)
Hesablama;
c)
Mikrosimulyasiya modelləri;
o
Fiziki şəxslərin gəlir vergisi üzrə;
o
Hüquqi şəxslərin mənfəət vergisi üzrə;
o
Dolayı vergilər üzrə (ƏDV və aksizlər);
d)
Hesablanan Ümumi balans modelləri (CGE).
Əksər inkişaf etməkdə olan ölkələr (təxminən 80%) inflyasiya və iqtisadi artım
faktoru ilə artan vergi bazasının proqnozuna tətbiq edilən effektiv vergi dərəcəsi
ə
sasında gəlirlərin hesablanması üzrə bəzi metodlardan istifadə edirlər. nkişaf
etmiş ölkələrin təcrübəsində ekonometrik modellər artan mikrosimulyasiya və
Hesablanan Ümumi balans modelləri (CGE) əsasında qurulur. Hazırda Maliyyə
Nazirliyi dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması üçün ETR və
ekonometrik modellərdən istifadə edir. ETR modelləri bəzi vergilər, həmçinin
ekonometrik modellərin ardıcıllıq baxımından nəzarəti üçün istifadə olunur.
Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması üzrə modelləri təsvir
olunmamışdan əvvəl yuxarıdakı siyahıda qeyd olunan daha geniş istifadə olunan
modellər göstərilir.
Büdcənin inkişaf proqnozunun tərtibi zamanı müxtəlif üsullardan istifadə
edilə bilər:
18
Ekstropolyasiya üsulu
- əvvəlki dövrün təcrübəsindən (göstəricilərindən)
istifadə etməklə proqnozun tərtibidir. Bu üsuldan az-çox sabit olan dövlət
büdcəsinin gəlir və xərcləri üzrə br sıra maddələrin proqnozlaşdırılmasında
istifadə edilə bilər;
Ekspert qiymə tlə ndirilmə si üsulu
- elmin və təsərrüfatın müxtəlif sahələrinin
mütəxəssisləri tərəfindən aparılan və əsaslandırılan qiymətləndirmə bazasında
proqnozun tərtibidir. Lakin bu üsul subyektivizm elementinə malikdir;
Eyni vaxtda hə r iki üsuldan istifadə edilir
. Bu zaman həm inkişafın
obyektiv meyli və həm də mütəxəssislərin fikri nəzərə alınır.
Ə
sas maliyyə qanunauyğunluğunun ekstropolyasiya üsullarından biri
reqressiya xə tti
ola bilər. Bu halda büdcə proqnozu üzərində işləyərkən büdcənin
yaradılmasına təsir edən amillərin araşdırılmasından və öyrənilməsindən
başlamaq lazımdır. Bu amillərə ölkənin məhsuldar qüvvələrinin inkişafı və
ümumdövlət maliyyə ehtiyatlarının mövcudluğu, demoqrafik dəyişiklik, təsərrüfat
sahələrinin inkişafı və b. aiddir.
Perspektiv üçün büdcə vəsaitləri həcminin proqnozlaşdırılması zamanı
dərin iqtisadi və statistik tə hlildə n istifadə edilir və bu müəyyən dərəcədə bir çox
amillərin göstəricilərə təsirinin araşdırılmasına imkan verir. Təhlil göstərir ki,
büdcə vəsaitlərinin müəyyən edilməsinin statistik üsulu perspektiv üçün
hesablanan göstəricilərin dolğunluğunu əks etdirir.
Yuxarıda qeyd olunan iki dəyişənli kəmiyyəti olan reqressiya tənliyi aşağıdakı
xətti halda olar:
U=a
0
+ a
1
x
Burada, u- dövlət büdcəsi vəsaitinin həcmi;
x- 1)iqtisadiyyatın sahələrində istehsal edilən məhsul,
2)milli gəlir;
a
0,
a
1-
ilkin məlumatlar əsasında müəyyən edilən reqressiya xətti əmsalı.
Bu üsulların tərtibi zamanı proqnozlaşdırılan dövrdən asılı olmayan
kəmiyyətlərin qiymətlərinin tapılması (milli gəlir və istehsal olunmuş məhsul)
19
problemi sərbəst problem kimi meydana çıxır. Onların müəyyən edilməsi üçün
qeyd olunan ümumi göstəricilərin proqnoz hesablanmasından istifadə edilir.
qtisadi təhlil tədqiq edilən göstəricilərin inkişaf tempinin öyrənilməsi, onların
qarşılıqlı münasibəti,tədqiq olunan hadisələrin illər üzrə orta illik tempinin
hesablanması ilə tamamlanır. Belə təhlil ona görə vacibdir ki, dövlət büdcəsi real
iqtisadi vəziyyət ilə əlaqədədir və təsərrüfatda baş verən hər bir dəyişikliyə
reaksiya verir, əhalinin sosial müdafiəsi sahəsində siyasətlə, dövlətin əsas
xərclərinin maliyyələşdirilməsi üsullarının dəyişilməsi ilə əlaqədardır.
Büdcə proqnozlaşdırılmasının növbəti mərhələsi- büdcə layihəsinin tərtibi
prosesidir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi dövlət hakimiyyəti orqanı və
yerli özünüidarəetmə orqanları üzərinə qoyulmuş funksiyaların dövlət və yerli
özünüidarəetmənin iqtisadi və sosial proqnozlaşdırmasında nəzərdə tutulan
tədbirlərin maliyyə təminatının həyata keçirilməsi məqsədilə büdcədə
mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir.
Büdcə layihəsinin tərtib edilməsi üçün Azərbaycan Respublikasının,
Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin və iqtisadiyyatın müxtəlif
sahələrinin sosial-iqtisadi inkişaf proqnozları işlənib hazırlanır. Icra hakimiyyəti
orqanlarında büdcə layihəsinin işlənməsi üçün əsas sayılan icmal maliyyə balansı
hazırlanır.
Büdcə layihəsinin tərtib edilməsi Azərbaycan Respublikası hökumətinin,
Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının, müvafiq
icra hakimiyyəti orqanlarının mühüm vəzifəsidir.
Büdcə layihəsinin tərtib edilməsini bilavasitə Azərbaycan Respublikası
Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və
bələdiyyələrin maliyyə orqanları həyata keçirirlər.
Proqnoz-plan əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
növbəti maliyyə ilinə dövlət büdcəsinin gəlirlər və xərclər üzrə əsas
göstəricilərinin layihələrini hazırlayır. Azərbaycan Respublikası dövlət büdcəsi
xərclərinin funksional təsnifatına uyğun olaraq növbəti maliyyə ili üçün dövlət
20
büdcəsi xərclərinin bölgüsünü müəyyən edir. Eyni zamanda Azərbaycan
Respublikasının hökuməti növbəti maliyyə ilində vəzifə maaşlarının,
pensiyaların, müavinətlərin və digər ödənişlərin minimum həddinin artırılması
haqında təklifləri nəzərə alır.
Növbəti maliyyə ilinə dövlət büdcəsi xərclərinin bölgüsü Azərbaycan
Respublikasının hökuməti tərəfindən qəbul edildiyi gündən sonra iki həftə ərzində
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
Dövlət büdcəsi vəsaitinin büdcədən maliyyələşən təşkilatlar arasında
bölüşdürülməsi üçün büdcə layihəsini mərkəzi icra hakimiyyəti orqanlarına
göndərir;
Növbəti maliyyə ilinə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilən orta müddətli perspektivə Azərbaycan Respublikası hökumətinin
Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanına münasibətini bildirir.
Dövlət büdcəsinin formalaşmasının ikinci mərhələsində mərkəzi icra hakimiyyəti
orqanları tərəfindən büdcə vəsaitinin büdcə təsnifatına uyğun olaraq
bölüşdürülməsi, həmçinin büdcə vəsaitinin sərəncamçılar arasında ünvanlı
maliyyələşdirilməsi nəzərdə tutulur.
Dövlət büdcəsinin səmərəli idarə edilməsində gəlirlərin proqnozlaşdırılması
kimi büdcə xərclərinə nəzarət mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi dövlət tərəfindən iqtisadiyyatın birbaşa tənzimlənməsi
büdcə-vergi siyasəti alətləri vasitəsilə həyata keçirilir. Bu siyasətin son məhsulu
kimi dövlət büdcəsi və onun xərcləri həmişə sosial iqtisadi maraqların daşıyıcıları
olan müxtəlif təbəqələr arasında tarazlığı əks etdirir. qtisadiyyatın inkiçaf
səviyyəsindən və onun mövcud imkanlarından asılı olmayaraq istənilən ölkədə
büdcə xərclərinin səmərəli idarəolunması bütün dövrlərdə ən vacib probemlərdən
biri hesab edilir. Bu hər şeydən əvvəl ölkənin sosial həyatının və ayrı-ayrı
sahələrin fəaliyyəti və inkiçafının dövlət tərəfindən maliyyələşdirilməsi üçün
ayrılan vəsaitlərin real tələbata uyğun olmaması ilə bağlıdır. Ona görə də
xərclərin idarəedilməsi bütövlükdə dövlətin, o cümlədən dövlət büdcəsinin
21
qarşısında duran vəzifələrə uyğun həyata keçirilməlidir. Büdcə xərcləri dedikdə
dövlətin və yerli özünüidarəetmə orqanlarının vəzifə və funksiyalarının yerinə
yetirilməsinə yönəldilən pul vəsaiti başa düşülür. Müasir şəraitdə ümumi xərc
həcminin
müəyyən
edilməsindən
onların
bölüşdürülməsi
və
maliyyələşdirilməsinədək bütün mərhələlərdə idarəetmə qərarlarının qəbul
edilməsi üçün lazım olan resursların məhudluğu üzündən xərclərin idarəedilməsi
prosesi daha da mürəkkəbləşmişdir.
Ümumiyyətlə xərclərin idarəedilməsi prosesi aşağıdakı mərhələləri əhatə
etməlidir:
Ə
saslandırılmış büdcə siyasətinin və onun ali məqsədinin, habelə onların
reallaşdırılması üçün lazım olan resursların müəyyən edilməsi;
Büdcə siyasətinin səmərəli həllini təmin etmək məqsədilə resursların
optimal bölüşdürülməsi;
Konkret məsələlərin daha effektiv üsullarla həllinin təşkil edilməsi.
Praktikada bu məsələlər büdcənin tərtibi və icrası prosesində və ya digər
səviyyədə nəzərə alınır. Eyni zamanda xərclərin idarə edilməsi mədaxil və
məxaric üzrə imkanların nəzərə alınması, dövlətin malik olduğu resursların
bölüşdürülməsi, onlardan səmərəli istifadə edilməsi, vacib idarəetmə qərarlarının
qəbul edilməsini təmin edəcək informasiya sisteminin yaradılması kimi
məsələlərin həll olunduğu proses kimi də baxmaq olar.
Azərbaycan Respublikasında xəzinədarlıq sisteminin yaradıldığı dövrdən
ödənişlər mərhələsində xərclər üzərində nəzarət əsasən təmin edilmişdir. Lakin
xərclər üzərində daha səmərəli nəzarətin həyata keçirilməsi bu nəzarət
mexanizminin öhdəliklər mərhələsində yaradılmasını tələb edir. Belə nəzarət
mexanizminin tətbiqi büdcə təşkilatları tərəfindən yaradılmış kreditor borclarının
səmərəli idarə edilməsinə, büdcə təşkilatlarını resurslarla müntəzəm təmin etməyə
və ən zəruri dövlət ödənişlərini vaxtında həyata keçirməyə imkan verir.
Öhdəlik—malların (iş və xidmətlərin) alınması və bununla əlaqədar
müəyyən şərtlərin yerinə yetirilməsi ilə bağlı büdcə təşkilatlarının gələcək
22
xərclərinin icrası ilə əlaqədar dövlətin öz üzərinə götürdüyü təəhhüddür. Dövlət
xərcləri prosesində öhdəlik mühüm mərhələ hesab edilərək, proqnozlaşdırılmış
xərc maddələrinə qarşı mal (iş və xidmətlərin) alışı və bu alışlar əsasında
aparılacaq kassa xərclərinə qədər götürülür və Xəzinədarlıqda uçota alınır.
Dövlət büdcəsi xərclərinin tənzimlənməsinin ən vacib istiqamətlərindən biri
də onun sahələr üzrə, həmçinin cari və əsaslı xərclər üzrə bölüşdürülməsidir ki,
ölkədə mövcud olan makroiqtisadi sabitlik daha çox bu xərclərin nisbətindən
asılıdır.
Qeyd etmək lazımdır ki, bütün ölkələrdə büdcə xərcləri siyasəti öz
mühafizəkarlığı ilə seçilir. Bir qayda olaraq cəmiyyətin sosial inkişafı gəlirlə
müqayisədə xərclərin daha sürətli artmasını tələb edir ki, bu da gəlir, xərc və
büdcə kəsirinin daha uzun müddətə planlaşdırılmasına səbəb olur.
Xərc siyasətinin reallaşdırılması elementlərindən biri də institutsional
büdcə
maliyyələşdirilməsinin
məqsədyönlülüyü
və
strukturunun
qiymətləndirilməsidir. Keçid dövrünü yaşayan bütün MDB ölkələrində tamamilə
büdcə vəsaiti hesabına fəaliyyət göstərən çoxsaylı büdcə təşkilatları şəbəkəsi
mövcuddur ki, onların bir çoxunun fəaliyyətində məqsəd heç də ictimai məhsul və
xidmətin yaradılmasına yönəldilməmişdir, başqa sözlə bu qurumların sayı əsassız
olaraq şişirdilmişdir. Ona görə də maliyyələşmələrin və dövlət vəsaitlərindən
istifadənin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üçün büdcə
təşkilatlarının inventarizasiyası aparılmalı, dövlət funksiyalarının səmərəli icrasını
təmin edəcək sistemə nail olmaq məqsədilə büdcə təşkilatlarının sayı optimal
səviyyəyə endirilməlidir.
Bundan başqa xərclərin xarakterinə uyğun olaraq mərkəzi hökumətin
funksiyalarına xas olmayan bir çox səmərəsiz xərclərdən təmizləməklə və onların
bələdiyyə səviyyəsinə endirilməsinə nail olmaqla dövlət büdcəsinin makroiqtisadi
göstəricilərə təsir səviyyəsini daha da artırmaq mümkündür. Bu zaman dövlətin
iqtisadi siyasətinin həyata keçirilməsi ilə bağlı xərlərin strukturu və
məqsədyönlülüyü xüsusi əhəmiyyət kəsb edir. Real sektorun inkişafı üçün dövlət
23
vəsaitlərinin ayrılması dövlət sektorunun həcmindən asılı olaraq kəskin surətdə
dəyişir. Məsələn, Qərbi Avropa ölkələrində bu sektorun xüsusi çəkisi çox olduğu
üçün dövlət büdcəsi xərclərinin çox hissəsi subsidiya şəklində milliləşdirilmiş
müəssisələrin saxlanmasına və inkişafına yönəldilirdi, birbaşa investisiya
qoyuluşları isə ümumi investisiyanın 10-20%-ni təşkil edirdi. Son zamanlar
milliləşdirilmiş müəssisələrin özəlləşdirilməsi təsərrüfatlara kapital qoyuluşunu
və dövlət müəssisələrinə verilən subsidiyaların həcmini kəskin surətdə azaltmağa
imkan vermişdir.
Qeyd etmək lazımdır ki, təsərrüfat məqsədləri üçün ayrılan xərclərin
içərisində aqrar sektor daha çox seçilir. Heç bir dövlət fermerlərin və kəndlilərin
müflisləşməsində maraqlı deyildir. Şəraitdən asılı olaraq bəzi hallarda dövlət
himayədarlıq funksiyasını yerinə yetirməkdən uzaqlaşaraq daxili bazara külli
miqdarda xarici kənd təsərrüfatı məhsullarının idxal olunmasına imkan verməsinə
baxmayaraq, adətən hökumət öz ölkəsində orta və iri fermer təsərrüfatlarının
formalaşmasında daha çox maraqlı olur.
Daxili dövlət borcuna xidmət xərcləri, kənd təsərrüfatı tədbirlərinin
maliyyləşdirilməsinə çəkilən xərclər, dövlət və özəl müəssisələrə ayrılan kredit və
subsidiyalar, infrastruktura obyektlərinin yaradılması və təkmilləşdirilməsi
xərcləri büdcə tənzimlənməsinin dəyişən məqsədinə xidmət edir. Bu xərclərin
həcmi investisiya qoyuluşunun səviyyəsinə çox ciddi təsir göstərir. Adətən böhran
və tənəzzül dövrlərində təsərrüfat məqsədinə dövlət xərclərinin həcmi bir qayda
olaraq artır, iqtisadiyyatda dirçəliş meylləri gücləndikcə əksinə azalır.
xracın kreditləşməsinə, onların siğortalanmasına çəkilən büdcə xərcləri
ixracı stimullaşdırır və uzunmüddətli dövrdə tədiyyə balansını yaxşılaşdırır,
iqtisadiyyat üçün yeni xarici bazarların əldə olunmasına imkan verir, milli
valyutanın möhkəmlənməsinə kömək edir, xaricdən daxili bazara yalnız zəruri
malların gətirilməsini təmin edir. Bunlar dövlət büdcəsi xərclərinin xarici iqtisadi
yönümünü müəyyən edir.
24
Dövlət xərclərinin səmərəli idarəedilməsi və onun keyfiyyətcə yeni
səviyyəyə yüksəldilməsi büdcə vəsaitlərindən istifadənin effektivliyinin
artırılmasını, sosialyönümlü xərclərin keyfiyyətinin yüksəldilməsini büdcə
subsidiyaları və dotasiyalarının optimallaşdırılmasını nəzərdə tutur. əsas məsələ
dövlətin büdcə siyasətinin reallaşdırılmasına imkan verən dövlət borcu və faiz
ödənişlərindən başqa digər büdcə xərclərinin xüsusi çəkisinin artırılmasıdır.
Büdcə xərclərinin optimallaşdırılması üzrə görülən tədbirlərin səmərəliliyi
son nəticə kimi vəsaitlərdən məqsədyönlü istifadənin səviyyəsi ilə, başqa sözlə
xərc edilən dövlət vəsaitinin hər bir vahidinin istifadə effektivliyi ilə müəyyən
olunur ki, bu da dövlətin malik olduğu məhdud resursların ilk növbədə strateji
məqsəd və vəzifələrin yerinə yetirilməsini şərtləndirir.
|