AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix09.12.2016
ölçüsü0,55 Mb.
1   2   3   4   5   6   7

2.2 Dövlət büdcəsinin icrasında Xəzinədarlıq Agentliyinin fəaliyyəti 

 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı 

Agentliyi  dövlət  büdcəsinin  kassa  icrasını  həyata  keçirən  və  həmin  maliyyə 

ə

məliyyatlarının  uçotunu  aparan,  büdcə  xərcləri  üzrə  dövlətin  adından  büdcə 



təşkilatları  qarşısında  öhdəlikləri  qəbul  edən,  Azərbaycan  Respublikasında 

dövlətə  məxsus  maliyyə  vəsaitlərinin  vahid  mərkəzdən  idarə  edilməsi,  bu 

vəsaitlərin  daxil  olması  və  məqsədyönlü  xərclənməsi  sahəsində  cari  nəzarəti 

həyata keçirir. 

Agentlik  vəzifə  və  hüquqlarını  Azərbaycan  Respublikasının  bütün 

ə

razisində  bilavasitə  rayon  və  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin 



xəzinədarlıq  strukturları  və  regional  (zona)  xəzinədarlıq  orqanları  vasitəsilə 

həyata keçirir. 

Bir  çox  dövlətlərdə  ölkənin  iqtisadi  vəziyyətindən,  tarixi  və  mədəni 

amillərdən,  iqtisadiyyatın  idarəedilməsi  məsələləri  üçün  məsuliyyət  daşıyan 

qurumun imkan və qabiliyyətindən asılı olaraq xəzinədarlığa büdcə və maliyyənin 

idarə  edilməsinin  ümumi  makroiqtisadi  siyasət  həddində  büdcə  və  vergi 

siyasətinin  hazırlanması,  büdcənin  tərtib  edilməsi,  büdcənin  icrası,  büdcənin 

icrası ilə əlaqədar olan maliyyə əməliyyatları, büdcənin icrası üzrə əməliyyatların 

uçotu  və  maliyyə  informasiya  sistemi,  auditor  xidməti  kimi  əsas  funksiyaları 

həvalə edilir. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı 

Agentliyi  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  aşağıdakı  vəzifələri  həyata 

keçirir: 

–  hər  il  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin  və  icmal  büdcənin 

layihələrinin  və  sonrakı  üç  il  üçün  icmal  büdcənin  göstəricilərinin 

hazırlanmasında  iştirak  etmək,  büdcənin  icrasına  dair  hesabat  sənədlərini 

hazırlamaq və dövlət büdcəsinin kassa icrasını həyata keçirmək; 


38 

 

– dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı 



işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək; 

–  dövlət  büdcəsinə  bütün  daxilolmalar,  büdcədənkənar  haqlar  (ödənişlər), 

büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun 

gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında 

vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla), məqsədli büdcə fondları, 

dövlət büdcəsinin kəsirinin bağlanması üçün dövlət təminatı ilə alınmış kreditlər 

üzrə  maliyyə  əməliyyatlarını  və  digər  dövlət  maliyyə  əməliyyatlarını 

qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmək; 

– büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə 

alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət 

büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək; 

– dövlət büdcəsi vəsaitinin idarə edilməsinin, o cümlədən mərkəzləşdirilmiş 

xərclər  üzrə  nəzərdə  tutulmuş  resurslardan  istifadənin  səmərəliliyinin  təmin 

edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirmək; 

–  müəyyən  olunmuş  qaydada,  lakin  dövlət  büdcəsinin  təsdiq  olunmuş 

göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə 

təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış 

mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq; 

–  ehtiyat  fondlarından  vəsaitin  Azərbaycan  Respublikası  Prezidentinin  və 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  təyinatlar  üzrə 

yönəldilməsini təmin etmək; 

–  dövlət  büdcəsindən  maliyyələşən  təşkilatların  sifarişi  və  məxaric 

cədvəllərinə  əsasən  onların  xərc  smetalarında  nəzərdə  tutulmuş  vəsait  həddində 

maliyyələşməsini həyata keçirmək; 

–  dövlət  büdcəsində  büdcə  kəsirinin  örtülməsi  üçün  nəzərdə  tutulmuş 

maliyyələşmə mənbələrindən istifadə etmək; 



39 

 

– dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət 



büdcəsindən  maliyyələşən  bütün  idarə,  müəssisə  və  təşkilatlar  üzrə  maliyyə 

ə

məliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparmaq; 



–  dövlət  büdcəsinin  icrasına  dair  hesabatın  layihəsini  və  icmal  hesabatı 

hazırlamaq; 

– dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üzrə ayrılan 

vəsaitlərdən  təyinatı  üzrə  istifadə  olunmasına,  habelə  büdcədənkənar  vəsaitlərin 

təsdiq  edilmiş  smetaya  uyğun  istifadəsinə  dövlət  büdcəsinin  kassa  icrası 

prosesində cari nəzarəti həyata keçirmək; 

–  rayon,  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 

strukturlarında  və  regional  (zona)  xəzinədarlıq  orqanlarında  xəzinə  işlərinin 

müvafiq  qaydalara  uyğun  qurulmasına,  büdcə  vəsaitinin  hərəkətinin  xəzinə 

hesablarında  düzgün  əks  etdirilməsinə,  mövcud  kredit  resursu  və  büdcə  limiti 

həddinin  gözlənilməsi  prinsipinə  əməl  edilməsinə,  ödəniş  üçün  əsas  olan 

təsdiqedici  sənədlərin  mövcud  qanunvericiliyə  uyğunluğuna  operativ  nəzarəti 

təmin etmək; 

–  xəzinə  işlərinin  normativ  sənədlərin  tələblərinə  uyğun  təşkilinin  və 

aparılmasının icra vəziyyətini yoxlamaq; 

–  qabaqcıl  beynəlxalq  təcrübə  nəzərə  alınmaqla,  Agentliyin  fəaliyyətində  elmi-

texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək; 

–  Agentlik  tərəfindən  xidmət  göstərilən  büdcə  təşkilatları  ilə  rayon,  şəhər  üzrə 

maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq  strukturları  və  regional  (zona) 

xəzinədarlıq  orqanları  arasında  hərəkət  edən  maliyyə  resurslarının  dövri 

üzləşdirilməsini həyata keçirmək; 

–  qanunvericiliyə  uyğun  olaraq  dövlət  sirrinin  və  məxfilik  rejiminin  qorunması 

üçün  zəruri  tədbirlər,  habelə  fəaliyyət  istiqamətlərinə  uyğun  təhlükəsizlik 

tədbirlərini görmək; 



40 

 

–  rayon,  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 



strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının proqram vasitələri ilə 

təmin olunmasına əməli köməklik göstərmək; 

–  büdcə  təşkilatları  tərəfindən  alınan  mal,  iş  və  xidmətləri  xəzinə  hesab 

kitablarında uçota almaq; 

– dövlət xəzinədarlığının idarəedilməsi sahəsində normativ tənzimləmənin həyata 

keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 

təkliflər vermək. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı 

Agentliyi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 

–  mərkəzləşdirilmiş  xərclərin  kassa  icrası  prosesində  öz  səlahiyyətləri  daxilində 

cari nəzarətin həyata keçirilməsi, maliyyə planlaşdırılması və dövlət büdcəsindən 

xərclərin maliyyələşdirilməsi üçün büdcə təşkilatlarından zəruri sənədləri almaq; 

–  dövlət  büdcəsinin  icrası  ilə  əlaqədar  olaraq  yerli  və  ya  mərkəzləşdirilmiş 

xərclərdən  maliyyələşən  nazirlik,  komitə,  şirkət,  baş  idarə  və  idarələrdən 

hesabatların vaxtında təqdim edilməsini tələb etmək və onları icmallaşdırmaq; 

–  rayon,  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 

strukturlarının 

və 


regional 

(zona) 


xəzinədarlıq 

orqanlarının 

xəzinə 

ə

məliyyatlarının  aparılmasına  bank  xidməti  göstərilməsi  üçün  müvafiq  qaydada 



seçilmiş Agent- Banklarda tranzit hesabları açmaq; 

–  ayrılmış  büdcə  vəsaitinin  təyinatı  üzrə  xərclənməməsi  aşkar  olunduğu,  habelə 

vəsaitin  xərclənməsinə  dair  müvafiq  hesabatlar  təqdim  edilmədiyi  hallarda 

müvafiq  büdcə  təşkilatının  rəhbərliyini  xəbərdar  etməklə,  həmin  təşkilatın 

maliyyələşdirilməsinin  məhdudlaşdırılması  üçün  Azərbaycan  Respublikasının 

Maliyyə Nazirliyinə təkliflər vermək; 

–  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məhkəmə  qərarlarına  və  hüquq- 

mühafizə  orqanlarının  müraciətlərinə  əsasən  idarə,  müəssisə  və  təşkilatlarda 

aparılan  təftiş  və  yoxlamalarda,  habelə  bu  təşkilatların  maliyyə  təsərrüfat 

fəaliyyətinin təhlilində iştirak etmək; 



41 

 

–  dövlət  büdcəsindən  və  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən 



maliyyələşən təşkilatlara bank hesabı açmaq və ya belə hesabdan istifadə etmək 

üçün yazılı icazə vermək, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada 

ə

vvəllər verdiyi icazəni geri çağırmaq; 



–  büdcə  təşkilatlarından  və  dövlət  büdcəsindən  maliyyə  yardımları  alan  digər 

təşkilatlardan  həmin  vəsaitlərdən  istifadə  barədə,  müəyyən  olunmuş  qaydada, 

aylıq,  rüblük  və  ilin  əvvəlindən  artan  yekunla  funksional,  iqtisadi  və  təşkilati 

təsnifat üzrə hesabatlar almaq; 

– fəaliyyət göstərdiyi sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fıziki 

və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan 

belə məlumatları (sənədləri) almaq; 

Büdcə  təşkilatı  qabaqcadan  Xəzinədarlıq  tərəfindən  qeydiyyata  alınmış 

öhdəliklərə uyğun (yəni ondan çox olmamaqla) qəbul etdiyi mal, iş və xidmətlərə 

görə  əməliyyatın  baş  verdiyi  ay  daxilində  “Malların  (iş  və  xidmətlərin)  alışı 

sənədi”ni hazırlayır və təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təqdim edir. 

Bundan  başqa,  göstərilən  şərtlərdə  istisna  hallar  da  nəzərdə  tutulur.  Mövcud 

reallıqları nəzərə alaraq ilkin mərhələdə malların (iş və xidmətlərin) alışı olmadan 

qabaqcadan ödəniş aparıla bilər. Mal alınmasına, iş və xidmət göstərilməsinə dair 

tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə qabaqcadan ödəniş halları 

nəzərdə  tutularsa,  bu  ödənişlər  “Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi” 

hazırlanmadan  həyata  keçirilir.  Qabaqcadan  ödənilmiş  vəsaitə  görə  büdcə 

təşkilatına təhvil verilən dəyərlilər “Malların (iş və xidmətlərin) alışı sənədi”ndə 

xüsusi qrafada göstərilir və Xəzinə Hesab Kitablarına müvafiq qaydada işlənilir. 

“Malların (iş və xidmətlərin) alışı sənədi” yoxlanılaraq uçota alınmaq üçün 

təsdiqedici  sənədlərlə  birlikdə  Xəzinədarlığa  təhvil  verilir.  Təsdiqedici  sənədlər 

Xəzinədarlıqda  yoxlanılır  və  “Xəzinədarlıq”  ştampı  ilə  təsdiqlənərək  geri 

qaytarılır. Bu halda şübhə doğuran  məsələlər üzrə  Xəzinədarlıq  tərəfindən əlavə 

yoxlama  təşkil  edilə  bilər.  cra  olunmamış  öhdəlik  qalığından  çox  olmayan 

məbləğ  və  bu  qaydaların  bütün  tələblərinə  uyğun  hazırlanmış  “Malların  (iş  və 


42 

 

xidmətlərin)  alışı  sənədi”  uçotu  qəbul  edilir  və  bunun  nəticəsində  yaranmış 



kreditor borcu dövlət borcu hesab olunaraq kassa icrası üçün əsas sayılır. Haqqı 

qabaqcadan  ödənilmiş  mal  (iş  və  xidmətlər)  daxil  olduqda  həmin  dəyərlilərin 

uçotunun  qurulması  ilə  yanaşı  Xəzinə  Hesab  Kitabında  “Qabaqcadan  ödəniş” 

müvafiq məbləğlərdə azaldılır. 

Malların  (iş  və  xidmətlərin)  alışının  xəzinə  uçotu  mərhələsinin  tətbiq 

edilməyə başlanması kassa xərcləri üçün indiyədək istifadə olunan “Sifariş”lərdə 

müəyyən dəyişikliklər aparılmasını zəruri edir. 

Öhdəlik, alış və kassa xərci mərhələləri bir-birilə nə qədər sıx əlaqədə olsa 

belə, onların başvermə, sənədləşdirmə anları müxtəlifdir. 

Beləliklə,  “Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi”nin  Xəzinədarlıq 

tərəfindən qəbulu aşağıdakı üç əsas şərti nəzərdə tutur. 

Birincisi,  “Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi”  bundan  əvvəl 

xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəlik sənədindən sonra hazırlana bilər; 

kincisi,  “Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi”  malların  (iş  və 

xidmətlərin) alındığı hesabat ayı daxilində hazırlana və uçota alına bilər; 

Üçüncüsü, “Malların (iş və xidmətlərin) alışı sənədi”nin məbləği həmin an 

üçün yaranmış öhdəlik qalığından artıq ola bilməz. 

Bu mərhələnin tətbiqi zamanı həmin dövrədək büdcə təşkilatlarının cari ilin 

ə

vvəlindən artan yekunla debitor valyutaların (qabaqcadan ödənişlərin) və mal, iş 



və xidmətlər üzrə həyata keçirilmiş alışların cəmi məbləğləri ayrı-ayrı maddələri 

üzrə XHK-ların müvafiq sütununda göstərilməlidir. 

Büdcə təşkilatlarında mal, iş və xidmətlərin dövlət öhdəlikləri çərçivəsində 

alışlarının xəzinə uçotunu təşkil etmək üçün xərc Xəzinə Hesab Kitablarında 

(XHK) müvafiq dəyişikliklər edilir. 

Büdcə  Təşkilatları  tərəfindən  alınan  malların  (iş  və  xidmətlərin) 

Xəzinədarlıq  tərəfindən  Xəzinə  Hesab  Kitablarında  uçota  alınması  prosesi 

büdcənin icrası haqqında dövri hesabatlarda öz əksini tapır. 



43 

 

Hesabat  formalarına  əlavə  edilmiş  “Malların  (iş  və  xidmətlərin)  alışı”  və 



“qabaqcadan  ödəniş”  sütunlarında  büdcə  təşkilatları  tərəfindən  hesabat  ayı 

ə

rzində alınmış malların (iş və xidmətlərin) və qabaqcadan ödənilmiş vəsaitlərin 



büdcə təsnifatı üzrə aylıq dövriyyələri göstərilir. 

Malların (iş və xidmətlərin) alışının və qabaqcadan ödənişlərin uçotu, xərc 

maddələri  üzrə  büdcə  təşkilatları  tərəfindən  yaradılmış  debitor  və  kreditor 

borclarının  müəyyən  edilməsinə  imkan  verir.  Xəzinə  Hesab  Kitabının 

“qabaqcadan ödəniş” sütununun artan yekunla dövriyyəsi müvafiq xərc maddəsi 

üzrə yaradılmış debitor borcu hesab olunur. XHK-nın “mal alışı” sütununun artan 

yekunla  məbləğin  “debet”  sütununda  dövriyyənin  qabaqcadan  ödəniş  məbləği 

qədər  azaldılması  hissəsinə  olan  fərqi,  müvafiq  xərc  maddəsi  üzrə  yaradılması 

kreditor borcunu göstərir. 

lin  sonunda  XHK-lar  bağlanaraq  yuxarıda  göstərilən  hesablanmış  debitor 

və  kreditor  borcları  növbəti  keçirilir  və  yeni  açılmış  müvafiq  XHK-larda  “ilin 

ə

vvəlinə qalıq” adı ilə ayrıca sətirdə işlənilir. Eyni ilə, sütununda kreditor borcuna 



bərabər məbləğlərdə öhdəlik qalıqları yazılır. 

 

 



 

 


44 

 

2.3 Dövlət kreditinin və büdcə kəsrinin istifadə və idarə olunmasının 



səmərəliliyinin artırılması məqsədilə xəzinədarlıq sistemində nəzarə

sisteminin fəaliyyətinin təhlili 

 

Dövlət Xəzinədarlıq Agentliyinin Nazirlər Kabinetinin 6 noyabr 2000-ci il 



tarixli  qərarına  əsaslanan  funksiyalarından  biri  də  dövlət  büdcəsində  büdcə 

kəsirinin  örtülməsi  üçün  nəzərdə  tutulmuş  maliyyələşmə  mənbələrindən  istifadə 

edilməsi  olub  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  haqqında  qanunla  müəyyən 

edilən  dövlət  büdcəsi  kəsirinin  məbləğinin  maliyyələşməsində  dövlət  borcu, 

kredit  və  digər  mənbələr  hesabına  həyata  keçirilməsinə  nəzarəti  həyata 

keçirməkdir. 

Büdcə  siyasətinin  təmin  olunması  məqsədi  ilə  hər  büdcə  ilində  gəlirlər, 

xərclər və büdcə kəsri üzrə tədbirlərin həyata keçirilməsi proqnozları hazırlanır. 

Büdcə kəsiri üzrə: 

  Iqtisadi  sabitliyi  qorumaq  məqsədilə  dövlət  büdcəsi  kəsrinin  ÜDM-yə  nisbətən 

tədricən azaldılmasına nail olmaq; 

  Büdcə kəsrini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək; 

  Kəsrin  maliyyələşdirmə  mənbələrini  təkmilləşdirmək  məqsədilə  investisiya  və 

daxilolmaların maksimum artırılmasına yönəldilən aktiv özəlləşdirmə proqramını 

həyata keçirmək; 

  Dövlətin qısamüddətli istiqraz vərəqələri bazarını daha da inkişaf etdirmək, dövlət 

qiymətli kağızlar bazarında investorların iştirakını genişləndirməklə bu kağızlara 

olan tələbatı artırmaq və faiz dərəcələrinin aşağı salınamsına nail olmaq; 

  Dövlət qiymətli kağızlarının təkrar bazarını yaratmaq; 

  Əhalidə olan sərbəst pul vəsaitlərinin dövriyyəyə daha səmərəli cəlb edilməsini və 

dövlətin  qiymətli  kağızlar  bazarında  iştirakının  artırılmasını  təmin  etmək  üçün 

dövlət daxili uduşlu istiqraz vərəqələrinin buraxılmasını genişləndirmək. 

Ölkənin  ortamüddətli  iqtisadi  və  sosial  inkişaf  proqnozuna  uyğun  olaraq, 

maliyyə siyasətinin həyata keçirilməsi üçün 2015-ci ildə büdcə-vergi siyasəti üzrə 



45 

 

dövlət büdcəsi kəsirinin idarə olunan səviyyədə saxlanılmasına nail olunmasının 



reallaşdırılması da nəzərdə tutulur. 

Ölkə  iqtisadiyyatında  mühüm  maliyyə  təminatı  rolunu  oynayan  dövlət 

büdcəsində  risklərin  qarşısının  alınması,  aparılan  iqtisadi  islahatların  nəticəsi 

olaraq  ölkə  iqtisadiyyatında  qeyri-neft  sektorundan  daxilolmaların  artırılması 

istiqmətində tədbirlərin görülməsi 2015-ci ildə qarşıda duran vəzifələrdəndir. 

Dövlət  büdcəsinin  gəlirlərinin  yığım  əmsalının  artırılması,  mülkiyyət  və  yol 

vergilərinin  dərəcələrinin  optimallaşdırılması,  əməkhaqqından  gəlir  vergisinin 

vergi  tutulmayan  məbləğinin  yaşayış  minimumuna  yaxınlaşdırılması,  müxtəlif 

vergi  növləri  üzrə  vergi  bazasının  genişləndirilməsi  və  vergidən  yayınmaların 

qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcəkdir. 

2015-ci  ildə  dövlət  büdcəsinin  gəlirləri  ümumi  daxili  məhsulun  32,5  faizi 

həcmində  olmaqla,  nominal  ifadədə  19  438,0  mln.  manat,  dövlət  büdcəsinin 

xərcləri  isə  ümumi  daxili  məhsulun  35,3  faizini  təşkil  etməklə  21  100,0  mln. 

manat həcmində proqnozlaşdırılır. 



 

2013-2015-ci illər üzrə dövlət büdcəsinin göstəriciləri (mln. manat) 

 

 



  

  

  



  

2015-ci ilinmüqayisəsi 

  

2013 


fakt 

2014  


fakt 

2015 


proqnoz 

2013-cü illinfaktıilə 

2014-cü illin faktı ilə 

  

fərq (+;-) 



faiz 

fərq (+;-) 

faiz 

Gəlirlər 



19496,3 

18384,0 


19438,0  -58,3 

-0,3 


1054,0 

5,7 


Xərclər 

19143,5 


20063,0 

21100,0  1956,5 

10,2 

1037,0 


5,2 

Büdcəkəsiri - / 

profisiti 

352,8 


-1679,0 

-1662,0  -2014,8 

 

17,0 


 

46 

 

2015-ci  il  dövlət  büdcəsinin  kəsirinin  maliyyələşdirilməsi  üçün  1662,0  mln. 



Manat  vəsait  nəzərdə  tutulmuşdurki,  bu  da  2014-cü  illə  müqayisədə  17,0  mln. 

Manat və ya 1,0 faiz azdır. 

Dövlət  büdcəsi  kəsirinin  maliyyələşdirilməsi  qiymətli  kağızların 

yerləşdirilməsindən,  özəlləşdirmədən  daxilolmalar,  xarici  qrantlar  və  dövlət 

büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcəkdir. 2015-ci 

ildə dövlət 

 büdcəsi 

kəsirinin 

ÜDM-ə 

nisbəti 


2,8  faiz  təşkil 

edəcəkdir.  2006–2012-ci  illər  arasında  real  məzənnə  46.3  faiz  bahalaşmışdır. 

2011-ci ildən 2013-cü ilə dək olan dövrdə büdcə artıqlığı azalmışdır, 2013-cü ildə 

isə  icmal  büdcə  kəsiri  ÜDM-un  1.8  faizini  təşkil  etmişdir.  2014-cü  ildə  icmal 

büdcə kəsirin ÜDM-da payının 4 faiz olduğu planlaşdırılaraq, kreditlər vasitəsilə 

maliyyələşəcəkdir. 



Cədvəl3:Büdcə2011-2013(AZNmilyon) 

 

 

 



 

 

 



 

 

2014-cü  ilin  Büdcə  sənədləri  büdcə  kəsiri  və  maliyyə  aktivlərinin 



təfərrüatları  istisna  olmaqla  bütün  standartlara  cavab  verir.  Büdcə  kəsirinə 

xərclərdəki  borc  ödənişləri  də  daxil  olduğundan,  büdcə  kəsirinin  hesablanması 

DVS və ya digər beynəlxalq standarta uyğun aparılmır. 

Büdcə  kəsrinin  bağlanması  və  dövlət  kreditinin  maliyyələşdirilməsi 

məqsədi ilə Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan 



2011

 

2012

 

2013

 

cmalbüdcəsiningəlirləri 



23226 

22338 


23223 

Dövlətbüdcəsiningəlirləri 

15701 

17282 


19496 

ARDNF-dantransferlər 

9000 

9905 


11350 

Vergidaxilolmaları 

5472 

6026 


6664 

Neftsektoru 

2592 

2735 


2906 

Qeyri-neftsektoru 

2880 

3291 


3764 

GömrükKomitəsindəndaxiolmalar 

1142 

1208 


1383 

NMR-nınbüdcəgəlirləri* 

49 

60 


65 

ARDNŞ-dandaxiolmalar** 

6628 

4023 


2537 

DSMF-dandaxiolmalar*** 

765 

975 


1125 

47 

 

Respublikasının  dövlətə  məxsus  aktivləri,  onun  beynəlxalq  ehtiyatları  və 



gələcəkdə yarana biləcək aktivləri dövlət borcu və ya dövlət tərəfindən zəmanət 

verilmiş borc üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı məqsədi ilə girov 

qoyula  bilməz.  Dövlət  zəmanəti  verilmiş  hallar  istisna  olmaqla,  Azərbaycan 

Respublikası dövlət müəssisələrinin borcalmalar üzrə öhdəlikləri üçün məsuliyyət 

daşımır.  

Dövlət  borcalmaları  ölkənin  sosial-iqtisadi  inkişafına  yönəldilmiş 

proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, 

dövlət  investisiyalarını  maliyyələşdirmək  məqsədi  ilə  həyata  keçirilir.Dövlət 

borcalmaları  və  ya  dövlət  zəmanəti  yolu  ilə  cəlb  olunan  vəsaitdən  istifadə  edən 

şə

xs  kreditorla  bağladığı  müqavilə  və  ya  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 



bağladığı təkrar müqavilə üzrə aldığı vəsaitlərin bölüşdürülməsini, istifadəsini və 

qaytarılmasını  təmin  etməlidir.  Bu  zaman  əsas  və  təkrar  borcalan  cəlb  olunmuş 

vəsaitin  istifadəsi  və  qaytarılması  (istifadəçiyə  şamil  olunmur),  öz  bank 

hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları müvafiq 

icra hakimiyyəti orqanına təqdim edir. 

Dövlət  borcuna  xidmətlə  bağlı  xərclərə  ümumi  xərclərin  3,7  faizi 

həcmində,  mütləq ifadədə  isə 776,2  mln. manat  vəsait  yönəldiləcəkdir ki, bu da 

2014-cü illə müqayisədə 4,3 mln. manat və yaxud 0,6 faiz azdır. 

 

1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə