Cəlb olunmuş vəsaitlərin vaxtında qaytarılmasını təmin etmək məqsədilə müvafiq
icra hakimiyyəti orqanı bu Qanunun 8.1-ci maddəsində göstərilən şəxslər barəsində
Azərbaycan Respublikasının qanunvericiliyinə və onlarla bağlanmış müqavilələrə
uyğun olaraq müvafiq tədbirlər görür. Göstərilən şəxslərin təşkilati-hüquqi forması
dəyişdikdə, onlar yenidən təşkil edildikdə və ya ləğv olunduqda, onların borc
öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi
ilə tənzimlənir.
Dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə
nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Büdcə kəsiri və maliyyələşmə də daxil olmaqla büdcə və xüsusi vəsaitlərin icrası
haqqında aylıq hesabat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət
Xəzinədarlığı Agentliyi tərəfindən tərtib olunur. Xəzinədarlıq tərəfindən hesabatda
Gəlirlər və rəsmi qaydada alınan vəsaitlər, Vergilərdən daxilolmalar, Ümumi dövlət
xidmətləri xərcləri, Ümumi xərclər və xalis maliyyələşmə, Maliyyələşmənin digər
mənbələri kimi məlumatlar göstərilir. Büdcə kəsri və onun maliyyələşməsi haqqında
illik hesabat dövlət büdcəsi üzrə hazırlanır. Bununla yanaşı Naxçıvan MR üçün belə
hesabat forması hazırlanır və illik hesabata daxil edilir. Büdcə kəsiri yalnız bütün
3,70%
44,40%
51,90%
2015-ci il üzrə dövlət büdcəsinin xərclərinin
strukturu ( faizlə)
cari xərcrlər
əsaslıxərclər
dövlət borcuna xidmətlə bağlı
xərclər
49
hesabatların icmallaşdırılmasından sonra məlum olur. Maliyyələşmə üzrə informasiya
təsnifata uyğun olaraq aşağıdakı mənbələrdən alınmalıdır:
Respublika büdcəsinin kəsiri—Dövlət Xəzinədarlıq Agentliyi (birbaşa əməliyyatlar)
tərəfindən, çünki bu məlumatı Yerli Xəzinədarlıq Orqanlarından almaq qeyri-
mümkündür
Yerli büdcənin kəsiri—bütün Yerli Xəzinədarlıq Orqanlarından
Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən Respublika büdcəsi, yerli büdcə və xüsusi
vəsaitlərin icrasına dair aylıq hesabat hazırlanır. Bu hesabat özündə dövlət büdcəsindən
maliyyələşməni və onun kəsirini əks etdirir.
Büdcə kəsrinin idarə olunmasında səmərəliliyin artırılması məqsədi ilə Dövlət
Xəzinədarlıq Agentliyi tərəfindən tərtib olunan və büdcənin icrası zamanı reallaşdırılan
gəlirlər və xərclər üzrə illik hesabatlar nəzarət funsiyasını gücləndirir. Respublika
büdcəsi (Respublika və Yerli) və büdcədənkənar resursların
icrası üzrə
cmal
Hesabat, Hesabat ilində Respublika/Yerli büdcənin icrası haqqında müfəssəl hesabat,
Hesabat ilində xüsusi vəsaitlərin icrası haqqında müfəssəl hesabat, Hesabat ilinin 31
dekabr vəziyyətinə Dövlət borcları üzrə hesabat Dövlət Xəzinədarlıq Agentliyi
tərəfindən illik tərtib olunur və büdcə kəsrinin və onun maliyyələşdirilməsinin
yekunlaşdırılmış məlumatlarını özündə əks etdiri.
Büdcəni tarazlaşdırmaq üçün müvafiq hakimiyyət orqanları büdcə kəsirinin son
həddini müəyyən edir. Əgər büdcənin icrası prosesində kəsir müəyyən edilmiş son
həddən çox olarsa və ya büdcə gəlirlərinin daxilolmalarının xeyli azalması baş verərsə,
qanunvericiliklə müəyyən edilmiş qaydada xərclərin ixtisar edilməsi üsulu tətbiq edilir.
Büdcələrin kəsirinin örtülməsi dövlət istiqrazlarının buraxılması və ya kredit
resurslarından, büdcə ssudalarından istifadə edilməsi, dövlət və bələdiyyə əmlakının
satışından daxilolmalar hesabına həyata keçirilir.
cmal büdcədə, dövlət büdcəsinin xərcləri isə 20 milyard 63 milyon manat,
Naxçıvan MR-nin büdcəsinin xərcləri 350,5 milyon manat, Dövlət Neft Fondunun
büdcəsinin xərcləri 11 milyard 291 milyon 800 min manat, Dövlət Sosial Müdafiə
Fondunun büdcəsinin xərcləri 2 milyard 928 milyon 500 min manat, xarici kreditlər
50
hesabına maliyyələşdirilən layihələr üzrə xərclər 1 milyard 114 milyon 200 min manat
nəzərdə tutulub.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 2013-cü illə müqayisədə 2 milyard
307 milyon 500 min manat və ya 17,0 faiz az, 2012-ci ilin faktiki icra göstəricisinə
nisbətən isə 1 milyard 742 milyon 300 min manat və ya 18,2 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2013-cü illə müqayisədə
295,8 milyon manat və ya 11,2 faiz çoxdur.
Xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclər 2013-cü ilə nisbətən
185,8 milyon manat və ya 14,3 faiz az, 2012-ci ilin icrasına nisbətən 383,5 milyon
manat və ya 52,5 faiz çoxdur.
Bu göstəriciləri nəzərə almaqla 2012-2014-cü illər əzrindəki büdcə kəsrinin
dinamikasını aşağıdakı diaqramdan görə bilərik.
Büdcə kəsrinin idarə olunmasında səmərəliliyin artırılması və düzgün
maliyyələşmənin təmin edilməsinə nəzarəti həyata küçirmək üçün maliyyə
ə
məliyyatlarının bütün respublika ərazisində həyata keçirilməsini təmin etmək
məqsədilə Dövlət Xəzinədarlıq AgentliyiMaliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş
0
200
400
600
800
1000
1200
1400
1600
1800
2012
2013
2014
Büdcə kəsrinin dinamikası 2012-2014 (fakt)
Büdcə kəsrinin dinamikası 2012-
2014 (fakt)
51
müvəkkil banklardan hər hansı birini seçərək Agent Bank kimi təyin edir. Hər bir Yerli
Xəzinədarlıq Orqanları təyin olunmuş Agent Bank ilə həmin bankda açılmış və
Xəzinədarlığın Tranzit hesabı adlanan bank hesabı ilə işləyir. Təyin olunmuş Agent
Banklar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
üçün müəyyən edilmiş səlahiyyət dairəsində fəaliyyət göstərirlər. Agent Banklar bütün
dövlət əməliyyatlarını (respublika və yerli gəlirləri, büdcə və büdcədənkənar ödənişləri
və s.) qeydə alırlar. Xəzinədarlığın Tranzit hesablarının fərqli cəhəti ondan ibarətdir ki,
bu hesablar Xəzinədarlığın Cari Hesabının subhesablarıdırlar. Artıq daxilolmalar və ya
ödənişlər hər gün Xəzinədarlığın Tranzit Hesablarından Xəzinədarlığın Cari Hesabına
köçürülərək sıfıra endirilir. Bu o deməkdir ki, əvvəllər qüvvədə olan dövlət maliyyə
resurslarının qabaqcadan Agent Banklara verilməsi praktikası gündəlik hesablaşmalar
sistemi ilə əvəz olunur.
52
FƏS L
3.
DÖVLƏ T
BÜDCƏ S N N
DARƏ
OLUNMASINDA
XƏ Z NƏ DARLIĞ IN ROLUNUN ARTIRILMASI ST QAMƏ TLƏ R
3.1 Dövlə t Büdcə sində n maliyyə ləşə n bütün təş kilatlar üzrə maliyyə
ə
məliyyatlarının müvafiq uçot qaydalarının təkmilləşdirilməsi
Azərbaycan Respublikasında xəzinədarlıq sisteminin qurulması nəticəsində
büdcə gəlirlərinin və xərclərinin kassa icrasının bütünlüklə dövlət xəzinədarlığı
vasitəsilə həyata keçirilməsinə başlanması büdcənin icrası prosesinin digər
mərhələlərində də, o cümlədən, büdcədən maliyyələşən kredit təşkilatlarında debitor-
kreditor borclarının yaradılması və faktiki xərclərin aparılması üzərində xəzinə
nəzarətini təmin edə biləcək icra mexanizmlərinin təşkilini mümkün etmişdir.
Xəzinədarlıq sisteminin 1 mərhələsində uçot işini qurmaq üçün ilkin olaraq bütün
banklardan rayon, şəhər, qəsəbə büdcələrinin, respublika və yerli büdcə təşkilatlarının,
respublika və yerli xüsusi vəsaitlərin bank hesablarının ayın əvvəlinə qalıqları əks
etdirən çıxarışını almaq lazımdır.
Rayon, şəhər, qəsəbə, respublika büdcə təşkilatlarının, yerli büdcə təşkilatlarının,
respublika xüsusi vəsaitlərin və yerli xüsusi vəsaitlərin bank çıxarışındakı qalıqları baş
kitabın balansında göstərilən təsnifat qrupları üzrə «Agent-Bank» XHK-nın balans
(qalıq) qrafasında qeyd olunur.
Bundan sonra rayon, şəhər, qəsəbə, kənd büdcələrinin, respublika və yerli xüsusi
vəsaitlərin qalıqları «Gəlir» XHK-nın balans (qalıq) qrafasında göstərilir. «Gəlir» XHK
hər gün sıfır balansla (qalıqla) bağlandığı üçün kitabın balans (qalıq) qrafasındakı
məbləğ debet qrafasında da qeyd olunur. «Gəlir» XHK-nın debet qrafasında göstərilən
qalıq məbləği rayon, şəhər, kənd büdcələrinin hər biri üçün ayrıca nəzərdə tutulmuş
«Yerli bölüşdürülməyən» XHK-nın (büdcə kitabı), respublika və yerli xüsusi vəsaitlərin
hər biri üçün açılmış «Respublika xüsusi vəsait» və «Yerli xüsusi vəsait» XHK-nın
balans (qalıq) qrafasında qeyd olunur.
53
Respublika və yerli büdcə təşkilatlarının bank çıxarışındakı qalıqları hər bir
təşkilatın «Respublika bölüşdürülən» (xərc) XHK və «Yerli bölüşdürülən» (xərc)
XHK-nın balans (qalıq) qrafasında göstərilir.
«Gəlir» XHK-da yalnız rayon, şəhər, qəsəbə, kənd, respublika və yerli xüsusi
vəsaitlərin qalıqları qeyd olunur.Xəzinədarlıq sistemində büdcə icrasının yuxarıda
göstərilən mərhələlərində nəzarət mexanizmlərinin yaradılması həm də büdcə
prosesində borclanmanın daha mükəmməl idarə edilməsi, maliyyə resurslarından
səmərəli istifadə etməklə ən vacib dövlət ödənişlərinin müvəffəqiyyətlə həyata
keçirilməsini şərtləndirir. Bu baxımdan hazırkı təlimatla tənzimlənən büdcə təşkilatları
tərəfindən alınmış malların (iş və xidmətlərin) xəzinə uçotunun qurulması mühüm
ə
həmiyyət kəsb edir.Məhz alışlar üzərində Xəzinədarlıq tərəfindən qurulan bu cür uçot,
qəbul edilmiş öhdəliklər çərçivəsində yaranan real borclar haqqında vaxtında, tam
məlumat əldə etməyə və bu borcların səmərəli idarə edilməsinə şərait yaradır.
Alışların Xəzinədarlıqda uçota qəbul edilməsi büdcə təşkilatlarına malların tam
çatdırılmasının, xidmətlərin göstərilməsinin və işlərin görülüb başa çatdırılmasının
dövlət tərəfindən qəbul edilməsi deməkdir və gələcəkdə ödəniş üçün məcburi dövlət
öhdəliyi hesab olunur.
Büdcənin bütün gəlirləri büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri,
büdcənin xərcləri ,həmçinin büdcənin icrası prosesində həyata keçirilən əməliyyatlar
vahid heablar planına əsaslanmaqla büdcə uçotuna alınır. Dövlət büdcəsinin bütün
gəlirləri, dövlət büdcəsi kəsirinin maliyyələşmə mənbələrindən daxilolmalar, dövlət
büdcəsinin xərcləri, dövlət büdcəsinin kəsiri, dövlət büdcəsinin artıqlığı, həmçinin
dövlət büdcəsinin vəsaitləri ilə bütün əməliyyatlar Azərbaycan Respublikası Maliyyə
Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı tərəfindən müvafiq uçot reqistrlərində əks
etdirilir. Büdcənin icra edilməsi barədə hesabat operativ, rüblük, yarımillik və illik
tərtib edilir.Büdcənin icrası haqqında hesabatın yığılması, icmallaşdırılması, tərtib
edilməsi və təqdim edilməsi müvəkkil icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.Bödcənin icra edilməsi barədə hesabatın vahid metodologiyasını Azərbaycan
Respublikasının höküməti müəyyən edir və təsdiq edir.Azərbaycan Respublikasının
54
Perzdenti və ya onun tapşırığına əsasən Azərbaycan Respublikasının höküməti dövlət
büdcəsinin icrası haqqında rüblük və illik hesabatları Milli Məclisə təqdim edir.Bu
Hesabatların bir nüsxəsi Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim
edilir.
Bələdiyyələr yerli büdcələrin icra edilməsi barədə məlumatı müəyyən olunmuş
qaydada Dövlət Statistika komitəsinə təqdim edirlər.Dövlət büdcəsinin kassa icrası
dekabrın 31 – də başa çatır və büdcə öhdəliklərinin limitləri öz qüvvəsini itirir.Dekabrın
31 – dək Azərbaycan Respublikası Maliyyə Nazirliyi təsdiq edilmiş büdcə öhdəliklərini
ödəməlidir.Başa çatmış ildə qəbul edilmiş büdcə öhdəlikləri üzrə əməliyyatlar başa
çatdırıldıqdan sonra dövlət büdcəsinin vahid hesabında olan vəsait qalığı daxil olan
maliyyə ilinin dövlət büdcəsinin gəlirlərində vəsait qalığı kimi uçota alınır. “ Büdcə
sistemi haqqında ” Azərbaycan Respublikası Qanununun 20 – ci maddəsində nəzərdə
tutulduğu kimi, Azərbaycan Respublikasının dövlət büdcəsinin icrası barədə illik
hesabat və müvafiq qanun lahiyəsi növbəti ilin may ayının 15 – 7 dən gec olmayaraq
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının Milli məclisinə təqdim olunur. Azərbaycan Respublikasının Milli
Məclisi təqdim olunmuş sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət
büdcəsinin icrası barədə qanunu təsdiq edir.
Malların (iş və xidmətlərin) alışının xəzinə uçotunun əsas prinsipləri
aşağıdakəlardan ibarətdir:
1. Büdcə təşkilatları tərəfindən malların (iş və xidmətlərin) alışının Xəzinədarlıqlarda
uçotunun təşkili mərhələsi 2000-ci il 1 avqust tarixdən Azərbaycan Respublikasının
bütün ərazisində həyata keçirilir.
2. Xəzinədarlıq sisteminin II mərhələsində büdcə vəsaitlərinin uçotunu aparmaq
məqsədilə yeni XHK-lar açılmalıdır. YXO və DXA-lərdə aparılan XHK-lar birlikdə
Baş Kitabı təşkil edirlər.Bu kitab bütün maliyyə əməliyyatlarının nəticələrini özündə
ə
ks etdirir.Xəzinədarlıq işçilərinin hamısı, xüsusilə XHK-ları işləyən xəzinə işçiləri
mühasibat yazılarının tam düzgünlüyünü təmin etmək məqsədilə mütəmadi olaraq Plan-
hesablardan istifadə etməlidirlər.
55
Xəzinədarlıq idarəetmə sistemini həyata keçirən xəzinədarlığın müvafiq işçiləri
aşağıdakı əsas prinsiplərin gözlənilməsini təmin etməlidirlər:
(1) Xəzinədarlığa dair hesabatlar və ya digər məlumatlar hazırlanarkən XHK-dakı
yazılışlar əsas kimi götürülməlidir. Məhz buna görə XHK-dakı yazılışlar mühüm
ə
həmiyyət kəsb edir.XHK-lar işlənərkən xəzinədar əmin olmalıdır ki, yazılışlar
təlimatlara cavab verir.XHK-larda təlimata uyğun olmayan yazılışlar aparan işçilər
buraxılan səhvlərə görə inzibati məsuliyyət daşıyırlar.
(2) Gəlirlərin müxtəlif səviyyəli büdcələr arasında bölünməsi xəzinədarlığın vəzifəsinə
aid edilir. Əvvəllər bu mühüm vəzifəni banklar yerinə yetirirdilər.Vəsaitlərin düzgün
bölünməməsinə görə xəzinədarlıq işçiləri ciddi məsuliyyət daşıyırlar.
(3) Büdcədənkənar vəsaitlər də xəzinədarlığın nəzarəti altında olur. Ləğv olunmuş
büdcədənkənar bank hesablarının hər birinin əvəzinə xəzinədarlıqda bir XHK
açılır.Beləliklə, büdcədənkənar vəsaitlərin ayrıca bank hesablarına köçürülməsinə
ehtiyac qalmır.Bütün büdcə və büdcədənkənar daxilolmalar xəzinədarlığa daxil olur və
müvafiq XHK-da öz əksini tapır.BT büdcədənkənar vəsaitlərin daxil olmasının uçotunu
aparır.BT malik olduğu depozitlər haqqında siyahını YXO-ya təqdim edir və onların
büdcədənkənar vəsait olduğunu əsaslandırır.Hüquqi cəhətdən əsaslandırıldıqdan sonra
1) vəsaitin XHK-ya depozit olunmasını və 2) «Gəlirlər» XHK-da müvafiq yazılış
olduğunu yoxladıqdan sonra YXO XHK vasitəsilə vəsaiti «Gəlirlər» XHK-dan
«Büdcədənkənar vəsaitlər» XHK-ya köçürür.Büdcədənkənar vəsaitlərin xərclənməsinə
xəzinədarlıq nəzarəti büdcə vəsaitlərinə tətbiq olunan qaydada həyata keçirir.Əgər
müvafiq XHK-da kredit qalığı olmazsa, xərcin icrası YXO tərəfindən qadağan
edilir.Lakin büdcədənkənar vəsaitlər Dövlət büdcəsinə daxil olmadığına görə onların
xərclənməsinə büdcə smetaları üzrə dəqiq nəzarəti həyata keçirmək mümkün olmur.
Büdcədənkənar vəsaitlərin xərclənməsi zamanı büdcə vəsaitləri üçün nəzərdə
tutulan təsnifatdan istifadə edilir.
(4) XHK-larda kredit qalığının təmin edilməsi YXO rəhbərinin ən əsas vəzifələrindən
biridir.
56
(5) XHK-larda yazılışlar aşağıdakı sənədlər əsasında aparılmalıdır: 1) gündəlik
ə
məliyyatlar haqqında bank çıxarışları; 2) Xəzinə daxilində vəsaitlərin köçürülməsi
haqqında Xəzinədarlığın köçürmə sərəncamı (XKS); 3) Xəzinələr arasında vəsaitlərin
köçürülməsi haqqında Xəzinəarası köçürmə sərəncamı (XAKS). XHK-ların yazılışı
üçün digər heç bir sənəd istifadə edilməməlidir.
(6) Qalıqları çıxarılmaqla bütün XHK-lar gündəlik bağlanılmalı və onların əsasında Baş
Kitabın cmal Hesabat Balansı tərtib edilməlidir.
(7) Bütün mühasibat hesabatları yalnız XHK-lar əsasında hazırlanmalıdır.
(8) Büdcənin icrası və xərclərə nəzarət üçün əsas vasitə xərc XHK-larıdır. Xərclər
üzərində nəzarətin səmərəli təşkilinə yalnız xərclər XHK-nı düzgün aparmaqla nail
olmaq mümkündür.
3. Xəzinə orqanları «Malların (iş və xidmətlərin) alışı sənədi»nin düzgün tərtib
edilməsinə, alış sənədində göstərilən məbləğin qəbul edilmiş öhdəlik limitinə
uyğunluğunun təmin edilməsinə məsuliyyət daşıyırlar.
Büdcə təşkilatları isə alınmış mal-material dəyərlilərinin, görülmüş iş və xidmətlərin
təqdim edilmiş ilkin sənəd formalarında göstərildiyi kimi və mövcud qaydalara tam
riayət etməklə mədaxil (qəbul) olunmasına, onların təyinatı üzrə istifadə edilməsinə,
həmçinin uçotunun və hərəkətinin düzgün qurulmasına birbaşa məsuliyyət daşıyırlar.
4. Öhdəliklərin qəbulunda olduğu kimi malların (iş və xidmətlərin) alışının uçotu da hər
bir xərc maddəsi üzrə ayrı-ayrılıqda aparılmalıdır.
5. «Malların (iş və xidmətlərin) alışı sənədi»nin hazırlanması və Xəzinədarlıq
tərəfindən uçota alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
Büdcə təşkilatı qabaqcadan Xəzinədarlıq tərəfindən qeydiyyata alınmış
öhdəliklərə uyğun (yəni ondan çox olmamaqla) qəbul etdiyi mal, iş və xidmətlərə görə
ə
məliyyatın baş verdiyi ay daxilində «Malların (iş və xidmətlərin) alışı sənədi»ni
hazırlır və təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təqdim edir. Bundan başqa, bu
qaydaların 2 bəndində göstərilən şərtlərə istisna halları da nəzərdə tutulur.Mövcud
reallıqları nəzərə alaraq ilkin mərhələdə malların (iş və xidmətlərin) alışı olmadan
qabaqcadan ödəniş aparıla bilər. Mal alınmasına, iş və xidmət göstərilməsinə dair
57
tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə qabaqcadan ödəniş halları
nəzərdə tutularsa, bu ödənişlər «Malların (iş və xidmətlərin) alışı sənədi"
hazırlanmadan həyata keçirilir. Qabaqcadan ödənilmiş vəsaitə görə büdcə təşkilatına
təhvil verilən dəyərlilər «Malların (iş və xidmətlərin) alışı sənədi»ndə xüsusi qrafada
göstərilir (Əlavə 1) və Xəzinə hesab Kitablarına müvafiq qaydada işlənilir.
«Malların (iş və xidmətlərin) alışı sənədi» yoxlanılaraq uçota alınmaq üçün
təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təhvil verilir.Təsdiqedici sənədlər
Xəzinədarlıqda yoxlanılır və «Xəzinədarlıq» ştampı ilə təsdiqlənərək geri qaytarılır.Bu
halda şübhə doğuran məsələlər üzrə Xəzinədarlıq tərəfindən əlavə yoxlama təşkil edilə
bilər. cra olunmamış öhdəlik qalığından çox olmayan məbləğ və bu qaydaların bütün
tələblərinə uyğun hazırlanmış «Malların (iş və xidmətlərin) alışı sənədi» uçota qəbul
edilir və bunun nəticəsində yaranmış kreditor borcu dövlət borcu hesab olunaraq kassa
icrası üçün əsas sayılır.Haqqı qabaqcadan ödənilmiş mal (iş və xidmətlər) daxil olduqda
həmin dəyərlilərin uçotunun qurulması ilə yanaşı, Xəzinə Hesab Kitabında
«Qabaqcadan ödəniş» müvafiq məbləğlərdə azaldılır.
6. Malların (iş və xidmətlərin) alışının xəzinə uçotu mərhələsinin tətbiq edilməyə
başlanması kassa xərcləri üçün indiyədək istifadə olunan «Sifariş»lərdə müəyyən
dəyişikliklər aparılmasını zəruri edir (Əlavə 2).
7. Öhdəlik, alış və kassa xərci mərhələləri bir-birilə nə qədər sıx əlaqədə olsa belə,
onların baş vermə və sənədləşdirmə anları müxtəlifdir. 4 saylı əlavədə bu
ə
məliyyatların hansı ardıcıllıqla baş verməsi geniş qeyd edilir.
8. Beləliklə, «Malların (iş və xidmətlərin) alışı sənədi»nin Xəzinədarlıq tərəfindən
qəbulu aşağıdakı üç əsas şərti nəzərdə tutur:
birincisi, «Malların (iş və xidmətlərin) alışı sənədi» bundan əvvəl
xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəlik sənədindən sonra hazırlana bilər;
ikincisi, "Malların (iş və xidmətlərin) alışı sənədi" malların (iş və
xidmətlərin) alındığı hesabat ayı daxilində hazırlana və uçota alına bilər;
üçüncüsü, «Malların (iş və xidmətlərin) alışı sənədi»nin məbləği həmin an
üçün yaranmış öhdəlik qalığından artıq ola bilməz.
58
9. Bu mərhələnin tətbiqi zamanı həmin dövrədək büdcə təşkilatlarının cari ilin
ə
vvəlindən artan yekunla debitor borclarının (qabaqcadan ödənişlərin) və mal, iş və
xidmətlər üzrə həyata keçirilmiş alışların cəmi məbləğləri ayrı-ayrı xərc maddələri üzrə
XHK-ların müvafiq sütununda göstərilməlidir.
Büdcə təşkilatlarında mal, iş və xidmətlərin dövlət öhdəlikləri çərçivəsində
alışlarının xəzinə uçotunu təşkil etmək üçün xərc Xəzinə Hesab Kitablarında (XHK)
müvafiq dəyişikliklər edilir. Xərc XHK-larının təkmilləşdirilmiş forması 4 saylı əlavədə
verilir.
Büdcə təşkilatları tərəfindən alınan malların (iş və xidmətlərin) Xəzinədarlıq
tərəfindən Xəzinə Hesab Kitablarında uçota alınması prosesi büdcənin icrası haqqında
dövrü hesabatlarda öz əksini tapır.Bununla əlaqədar olaraq Xəzinədarlığın ilkin
mərhələsində istifadə olunan hesabat formaları 5 saylı əlavədə göstərildiyi kimi
dəyişdirilərək təkmilləşdirilir.
Hesabat formalarına əlavə edilmiş «Malların (iş və xidmətlərin) alışı» və
«qabaqcadan ödəniş» sütunlarında büdcə təşkilatları tərəfindən hesabat ayı ərzində
alınmış malların (iş və xidmətlərin) və qabaqcadan ödənilmiş vəsaitlərin büdcə təsnifatı
üzrə aylıq dövriyyələri göstərilir.
Malların (iş və xidmətlərin) alışının və qabaqcadan ödənişlərin uçotu, xərc
maddələri üzrə büdcə təşkilatları tərəfindən yaradılmış debitor və kreditor borclarının
müəyyən edilməsinə imkan verir.Xəzinə Hesab Kitabının «qabaqcadan ödəniş»
sütununun artan yekunla dövriyyəsi müvafiq xərc maddəsi üzrə yaradılmış debitor
borcu hesab olunur. XHK-nın «mal alışı» sütununun artan yekunla məbləğin «debet»
sütununda dövriyyənin qabaqcadan ödəniş məbləği qədər azaldılmış hissəsinə olan
fərqi, müvafiq xərc maddəsi üzrə yaradılmış kreditor borcunu göstərir.
lin sonunda XHK-lar bağlanaraq yuxarıda göstərilən şəkildə hesablanmış
debitor və kreditor borcları növbəti ilə keçirilir və yeni açılmış müvafiq XHK-larda
«ilin əvvəlinə qalıq» adı ilə ayrıca sətirdə işlənilir.Eyni ilə, «Öhdəlik» sütununda
kreditor borcuna bərabər məbləğlərdə öhdəlik qalıqları yazılır.
59
Azərbaycan hökumətinin HP-nın auditi və rəyi ilə parlamentə gedən illik büdcə
icrası üzrə hesabat IPSAS beynəlxalq mühasibat uçotu standartları ilə
uzlaşmır.Mühasibat uçotu haqqında qanunun 4-cü maddəsi ‘mühasibat uçotunun
tənzimlənməsinə’ aiddir və IPSAS-ı mərkəzi hökumətin maliyyə hesabatlarının
hazırlanmasında münasib standart olaraq müəyyən edir.IPSAS-a əsaslanan NASBO
dövlət büdcə təşkilatlarına tətbiq olunur.Hazırda Milli Məclisə təqdim edilən illik
maliyyə hesabatı mühasibatlıq sistemində hazırlanmır, lakin sistemdən götürülmüş
məlumat əsasında Maliyyə Nazirliyi tərəfindən hazırlanır.FARAB layihəsi
çərçivəsində gözlənilən dəyişiklik maliyyə hesabatlarının mühasibatlıq sistemindən
hazırlanması, o cümlədən, icmal və vahid büdcənin, mühasibatlıq hesabatlarının da
hazırlanmasına şərait yaradacaqdır.
llik maliyyə hesabatları budcə təsnifatına uyğun olan formatdan istifadə etməklə
büdcə nöqteyi nəzərindən hazırlanır. Onlar zaman keçdikcə ardıcıl formatdatəqdim
olunmuşdur. 2004-cü ilin mühasibat üzrə qanunu 2009-cu ilin IPSAS-a əsaslanan
NASBO ilə müvafiqliyi tələb edir.Lakin illik maliyyə hesabatları tam olaraq NASBO
standartına uyğun hazırlanmır.FARAB layihəsi çərçivəsində mühasibat uçotuna dair
prosedur və sistemlər yenilənir, məqsəd isə NASBO tələblərinin tam olaraq həyata
keçirilməsidir.
cmal hökumət maliyyə hesabatı illik olaraq hazırlanır və gəlir, xərc, borclar
və zəmanətlər üzrə məlumatı əhatə edir. Maliyyə vəsaitlərinin əksər mənbələri illik
hesabatda əks olunur, bir qismi isə digər yerdə əks olunur.
Ə
məliyyatların nəzarət və uçotunun aparılması üçün aydın və effektiv qaydalar
mövcuddur. Xəzinədarlıq DXA daxilində X S vasitəsilə ödənişlərlə əlaqədar bütün
ə
məliyyatlari həyata keçirir.Öhdəliklərə nəzarət və vəsaitlərin idarə edilməsi səmərəli
qarşılıqlı əlaqəyə əsaslanır və daxili maliyyə nəzarəti ilə bağlı irəliləyişlər qaydalara və
normalara yüksək səviyyədə riayət olunmasını təmin edir. Daxili nəzarət sistemi
bəzilərinin zəruri olmaya biləcəyi çoxsaylı nəzarət səviyyələrinəəsaslanır.Xidmət
strukturları, rayon və nazirlik səviyyəsində, o cümlədən Maliyyə Nazirliyi nəzdində
nəzarət mexanizmləri fəaliyyət göstərir.Eyni nəzarət mexanizmlərinin əksəriyyəti tətbiq
60
edilir.Bu əslində xəzinədarlığın işini asanlaşdırır, çünki əməliyyatlar xəzinədarlığa
ötürülməzdən əvvəl lazımi qaydada yoxlanılır, buna görə də, eyni yoxlanışların bir neçə
dəfə həyata keçirilməsi təkrarçılığa səbəb olur.Yoxlama dövründə sadələşmiş və təcili
prosedurlardan sui- istifadə hallarına rast gəlinməmişdir.
|