AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix09.12.2016
ölçüsü0,55 Mb.
1   2   3   4   5   6   7

3.2 Dövlət büdcəsinin xərclərinin idarə olunması prosesində Xəzinədarlıq 

Agentliyinn işinin səmərəliliyinin artırılması 

 

Beynəlxalq  təcrübə  və  respublikamızda  formalaşan  maliyyə  sistemi  mövcud 

vəziyyətdə  Dövlət  büdcəsinin  xərclərinin  idarə  olunması  prosesində  Xəzinədarlıq 

Agentliyinn  işinin  səmərəliliyinin  artırılması  məsələsinin  düzgün  və  beynəlxalq 

standartlara uyğun aparılması üçün müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini və 

praktiki olaraq alternativi olmayan qərarın verilməsi Maliyyə Nazirliyinin yeni tədbirlər 

planı həyata keçirməsini tələb edir.  

Bazar  iqtisadiyyatının  mövcud olduğu  bütün  sivil dünya  ölkələrində xəzinədarlıq 

sistemi  dövlət  maliyyəsinin  əsas  elementlərindən  biri  kimi  çoxdan  formalaşmış  və 

səmərəli fəaliyyət göstərir. Hər bir ölkənin konkret inkişaf səviyyəsindən və idarəetmə 

prinsiplərindən  asılı  olaraq,  xəzinədarlıq  sisteminin  yerinə  yetirdiyi  funksiyalar 

çoxşaxəli  olub  bir-birindən  kəskin  surətdə  fərqlənir.  Eyni  zamanda  yerinə  yetirdiyi 

funksiyalarla şərtlənən xəzinədarlıq-maliyyə sisteminin əsas tərkib elementlərindən biri 

kimi büdcənin icrası üzrə ən vacib iqtisadi qurumların fəaliyyətini əlaqələndirməyə və 

dövlətin malik olduğu maliyyə vəsaitlərini optimal idarə etməyə imkan verir.  

Dövlət xəzinədarlığının yaradılmasında əsas məqsəd – dövlət maliyyə vəsaitlərinin 

optimal  idarəetməsinə  şərait  yaratmışdır.  Bu  isə  təbii  ki,  xəzinədarlığa  aşağıda 

göstərilən  müvafiq  normativ  hüquqi  aktlarda  təsbit  olunmuş  geniş  vəzifə  və 

funksiyaların tapşırılmasını tələb edir: 

-  müvafiq  qanunvericiliyə  uyğun  olaraq,  büdcə  və  büdcədənkənar  daxilolmaların 

mədaxil edilməsi, bölüşdürülməsi və paylanması əməliyyatlarının həyata keçirilməsi; 

- büdcə daxilolmaların vəziyyətindən asılı olaraq, təsdiq edilmiş dövlət büdcəsində 

nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsinin həyata keçirilməsi; 

- dövlət büdcəsi vəsaitlərinin idarə edilməsi. O cümlədən mərkəzləşdirilmiş xərclər 

üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə 

maliyyə planlaşdırılmasının həyata keçirilməsi; 



62 

 

-  ehtiyat  fondundan  və  investisiya  xərclərindən  vəsaitlərin  hökumətin  müəyyən 



etdiyi təyinatlar üzrə yönəldilməsinin təmin edilməsi; 

-  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  xərclər  üzrə  dövlət  öhdəliklrinin  qəbul 

edilməsi,  büdcə  təşkilatları  tərəfindən  alınan  malların  qəbul  edilən  iş  xidmətlərinin 

uçotu  üzrə  tədbirlərin  həyata  keçirilməsi  və  büdcə  xərclərinin  kassa  icrasının  yerinə 

yetirilməsi; 

-  dövlət  büdcəsində  büdcə  kəsirinin  ötürülməsi  üçün  nəzərdə  tutulmuş 

maliyyələşmə mənbələrindən istifadə edilməsi; 

- büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin və məqsədli büdcə fondlarının 

gəlir və xərclərinin kassa icrasının həyata keçirilməsi; 

- xəzinə hesabları üzrə əməliyyatların həyata keçirilməsi və onların uçotunun təşkil 

edilməsi; 

-  dövlət  büdcəsindən  ayrılan  vəsitlərdən  təyinatı  üzrə  istifadə  olunmasına,  büdcə 

təşkilatlarının büdcədənkənar vəsaitlərinin maliyyə orqanları ilə razılaşdırılmış qaydada 

təsdiq edilmiş smetalara uyğun istiafdəsində ümumi nəzarətin təşkil edilməsi və s.  

Respublikamızda xəzinədarlıq sisteminin yaradılmasına nisbətən gec başlanmasına 

baxmayaraq  ölkə  rəhbərliyinin  bilavasitə  qayğısı  və  köməkliyi  ilə  bu  sistemin 

formalaşdırılması  və  təşəkkül  tapması  üçün  çox  işlər  görülmüş,  sistemin  bütün 

elementləri  qısa  müddətdə  uğurla  həyata  keçirilmiş  və  əldə  olunmuş  nəticələr 

beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətlindirilmişdir.  

Müasir  dövrün  tələblərinə  uyğun  olaraq  büdcə  vəsaitlərinin  xərclənməsi 

mərkəzləşdirilmiş  qaydada  Baş  Dövlət  Xəzinədarlığı tərəfindən  həyata  keçirilir ki, bu 

da  ödənişlər  üzrə  borcların  əmələ  gəlməsinin  qarşısını  almağa,  büdcə  təşkilatlarını 

resursla  müntəzəm  təmin  etməyə  və  zəruri  dövlət  ödənişlərini  vaxtında  həyata 

keçirməy, büdcə vəsaitlərinin səmərəli xərclənməsi üzərində cari nəzarəti etməyə imkan 

verir. 

Hazırda  respublikamızda  beynəlxalq  standartlara  uyğun  xəzinədarlıq  sistemi 



yaradılmış,  dövlətə  məxsus  maliyyə  vəsaitlərinin  vahid  mərkəzdən  idarə  olunması 

təmin  olunmuş,  bu  vəsaitlərin  daxil  olması  və  xərclənməsi  üzərində  dövlət  nəzarəti 



63 

 

yaradılmış, dövlət borclarının çevik idarə olunması, lüzumsuz borcların yaradılmasının 



qarşısının  alınması  əsasən  təmin  olunmuş,  respublikada  dövlət  qiymətli  kağızlar 

bazarının yaradılması sürətləndirilmişdir.  

Xəzinədarlıq  sisteminin  yaradılması  ilə  əlaqədar  olaraq  5  mindən  çox  büdcə 

təşkilatının  8  mindən  çox  bank  hesabı  bağlanmış  və  həmin  dövrdə  təşkilatların 

hesabında sərbəst büdcə qalığı kimi  mövcud olan 34,0 mln.manat vəsait vahid xəzinə 

hesabına cəmləşdirərək əmək haqqına və sosial müdafiə üzrə ayırmaların ödənilməsinə 

yönəldilmişdir.  

Məhz  bu  tədbirlər  nəticəsində  respublikanın  bütün  büdcə  təşkilatlarında  əmək 

haqlarını  tamamilə  ödəmək,  Dövlət  Sosial  Müdafiə  Fonduna  büdcə  təşkilatları  üzrə 

borc problemlərini aradan qaldırmaq və xeyli miqdarda büdcə vəsaitlərinə qənaət etmək 

mümkün olmuşdu.  

Bəzən  ölkələrdən  fərqli  olaraq  respublikamızda  yaradılmış  xəzinədarlıq  sistemi 

dövlət vəsaitlərinin idarə  edilməsində  aktiv  rola  malikdir.  Belə  ki, büdcə vəsaitlərinin 

hərəkətinin  tam  xəzinə  uçotunun  aparılması  ilə  yanaşı  dəqiq  müəyyən  olunmuş  və 

mövcud  qanunvericilklə  təsbit  edilmiş  prosedurlara  uyğun  olaraq  xəzinədarlıq 

tərəfindən  büdcə  təşkilatlarının  bütün  xərclərinin  icrası  və  ona  nəzarət  prosesi  həyata 

keçirilir.  Başqa  sözlə,  xəzinədarlıq  respublikamızda  büdcənin  kassa  icrasını  həyata 

keçirən,  büdcə  və  büdcədənkənar  vəsaitlərin  hərəkəti  haqqında  dolğun  və  hərtərəfli 

informasiyaya  malik  olan  yeganə  orqan  kimi  çıxış  edir.  stənilən  dövlətin  uğurlu 

iqtisadi inkişafı, hər şeydən əvvəl onun malik olduğu maliyyə və maddi ehtiyatlarının 

vəziyyəti  haqqında  dürüst  və  operativ  məlumata  malik  olmasından,  habela  onların 

effektiv  idarə  edilməsi  imkanından  asılıdır.  Yaranmış  hər  hansı  vəziyyətin  real 

qiymətləndirilməsi  və  qəbul  ediləcək  qərarın  keyfiyyəti,  məhz  əldə  edilmiş  ilkin 

informasiyanın etibarlılığından asılıdır. Dövlət vəsaitlərinin effektiv idarə edilməsi, cari 

vəzifələrin  yerinə  yetirilməsi  üçün  tələb  olunan  vəsaitlərin  proqnozlaşdırılmasıvə  baş 

kredit sərəncamçılarına veriləcək xərc limitlərinin müəyyən edilməsi üçün tələb olunan 

məlumat mənbəyi kimi hazırda xəzinədarlıq çıxış edir. Xəzinədarlığın həyata keçirdiyi 

xəzinə  uçotu  və  hesabatı  kredit  sərəncamçıları  tərəfindən  büdcə  vəsaitlərinin  istifadə 



64 

 

vəziyyəti,  təşkilatlar  tərəfindən  istifadə  olunmayan  və  lüzumsuz  yaradılan  ehtiyat 



vəsaitlərin aşkar edilərək, onların dövriyyəyə cəlb edilməsi, büdcə təxsisatları ilə kassa 

xərcləri  arasında  müddətin  maksimum  qısaldılması  üçün  tədbirlərin  görülməsi, 

büdcədənkənar  vəsaitlərin  daha  çox  prioritet  tədbirlərin  maliyyələşdirilməsinə 

yönəldilməsi barədə dolğun məlumatın əldə edilməsi və son nəticədə, dövlət vəsaitlərin 

səmərəli idarə edilməsi üçün zəruri baza yaradır.  

Büdcə  təşkilatlarının  nə  vaxt  və  hansı  xərcləri  həyata  keçirəcəyi  barədə 

məlumatlara malik olmaqla, xəzinədarlıq, vahid hesabın köməyi ilə təşkilatların istifadə 

olunmayan  və  sərbəst  olan  qalıq  büdcə  vəsaiti  hesabına  digər  mənbələrdən  qısa 

müddətə vəsait cəlb olunması barədə özünün hazırladığı proqnozlara düzəlişlər etmək 

və  kassa  kənarlaşmalarını  aradan  qaldırmaq  və  ya  onun  təsirini  minimuma  endirmək 

imkanına  malikdir.  Xəzinədarlığın  vahid  hesaba  malik  olması  –  onun  iqtisadiyyatın 

digər  sahələrində  baş  verə  biləcək  hər  hansı  neqativ  proseslərdən  qorunmasını  təmin 

edir.  Bununla  yanaşı  vahid  hesabın  yaradılması  büdcədə  nəzərdə  tutulmuş  vəsaitlərin 

kredit  sərəncamçıları  tərəfndən  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  istifadə 

edilməsində  məhdudiyyətlər  yaratmır.  Əksinə,  xəzinədarlıq  tərəfindən  vəsaitlərin 

birbaşa son istifadəçilərə çatdırılması ayrılmış vəsaitlərdən büdcə sistemi üzrə mövcud 

qanunvericiliyin  tələblərinə  uyğun  istifadə  etməklə  büdcə  təşkilatına  öz  funksional 

vəzifələrini daha effektiv yerinə yetiriməyə imkan verir. 

Maliyyə  vəsaitlərinin  səmərəli  istifadə  eliməsi  ilə  yanaşı  onların  xərcləməsinin 

bütün  mərhələlərində  xəzinədarlıq  istənilən  səviyyədə  büdcənin  icrasına  ilkin  nəzarət 

funksiyasını  da  həyata  keçirir.  Yalnız  bununla  dövlət  maliyyəsinin  vahidliyi  və 

onlardan istifadə edilməsi təmin edilə bilər. 

Respublikamızda xəzinədarlıq sisteminin yaradılmasının ilkin mərhələsində (1997-

1998-ci illər) xəzinə orqanları tərəfindən büdcə təşkilatlarının həyata keçirdikləri yalnız 

kassa xərcinə nəzarət olurdusa, sonradan bu nəzarət vəsaitlərin kassa xərcindən əvvəlki 

mərhələlərinə də tətbiq olunurdu. Bu mexanizm vəsaitlərin məqsədli istifadəsini təmin 

edən  daha  effektiv  vasitəyə  çevrildi.  1999-cu  ildə  dövlət  büdcəsinin  xərcləri  üzrə 

öhdəliklərin  qəbul  edilməsi,  2000-ci  ildə  isə  büdcədən  maliyyələşən  kredit 



65 

 

sərəncamçıları  tərəfindən  alınan  malların,  qəbul  edilən  iş  və  xidmətlərin  xəzinə  uçotu 



mərhələləri  tətbiq  edilirdi.  Eyni  zamanda  dövlət  vəsaitlərinin  səmərəli  idarə 

edilməsində  mühüm  əhəmiyyət  kəsb  edən  aşağıdakı  müddəalar  «Büdcə  sistem 

haqqında» Azərbaycan Respublikası Qanununda təsbit edilirdi: 

-  dövlət  büdcəsinə  bütün  daxilolmaların  və  ödəmələrin,  büdcədənkənar  haqların 

(ödənişlərin), 

büdcədənkənar 

dövlət 

fondlarının 



maliyyə 

ə

məliyyatlarının 



qanunvericiliklə  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  dövlət  xəzinədarlığı 

vasitəsilə icra edilməsi; 

- büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət 

xəzinədarlığı  tərəfindən  qabaqcadan  dövlət  (büdcə)  öhdəliklərinin  götürülməsi  və  bu 

öhdəliklər  çərçivəsində  satınalmalardan  yaranan  kreditor  borcların  xəzinədarlıq 

tərəfindən ödənilməsi.  

Qeyd etmək lazımdır ki, birinci  müddəa – dövlətin malik olacağı və vahid hesaba 

daxil  olacaq  bütün  vəsaitlərin,  büdcə  vəsaitləri  hesabına  aparılacaq  bütün  xərclərin 

xəzinədarlıq  vasitəsilə  icra  edilməsini  və  beləliklə,  bu  əməliyyatları  icmal  büdcə 

balansının tərkib elementinə çevirməklə büdcənin konsolidiyası zamanı kənarlaşdırılan 

aradan  qaldırılmasını  təmin  edir.  kinci  müddəa  isə  dövlət  vəsaitlərinin  büdcədə 

nəzərdə  tutulmuş  təyinat  və  məqsədlərə  yönəldilməsini  təmin  etməklə  yanaşı  büdcə 

təşkilatları  tərəfindən  alınan  malları  (iş  və  xidmətləri)  əvvəlcədən  yaradılmış  öhdəlik 

çərçivəsində  xəzinə  uçotuna  qəbul  etməklə,  lüzumsuz  kreditor  borclarının 

yaradılmasının qarşısını alır. Məhz bu mərhələlərin tətbiqindən sonra keçid iqtisadiyyatı 

üçün  xarakterik  olan  və  iqtisadiyyatın  inkişafına  mənfi  təsir  göstərən  ödəməmələr 

problemi  büdcə  təşkilatları  üçün  demək  olar  ki,  aradan  qalxmış,  son  zamanlar  bu 

təşkilatlar tərəfindən mövcud tələblər çərçivəsində yaradılan kreditor borcların məbləği 

isə kəskin surətdə – on dəfələrlə azalmışdır.  

Dövlət  büdcəsindən  maliyyələşən  təşkilatların  büdcə  və  büdcədənkənar  vəsaitləri 

üzrə  maliyyə  əməliyyatlarına  xəzinədarlıq  tərəfindən  müəyyən  olunmuş  qaydada 

funksional  və  iqtisadi  təsnifata  uyğun  surətdə  nəzarət  edilməsi  dövlət  satınalmaları 

zamanı  rəqabət  və  təminatlı  satışın  formalaşmasına,  büdcə  vəsaitlərindən  sui-istifadə 


66 

 

olunmasının  qarşısının  alınmasına,  ən  zəruri  xərclərin  digər  xərclərlə  müqayisədə 



faktiki  yaranmış  borcların  səviyyəsinə  uyğun  ödənilməsinə  və  büdcə  təşkilatlarının 

kommunal  xidmətlər  üzrə  yaranmış  borcların  vaxtında  və  tam  ödənilməsinə  imkan 

vermişdir.  

Xəzinədarlıq  sisteminin  tətbiqi,  açılan  maliyyələşmə  ilə  vəsaitlərdən  istifadə 

müddəti  arasında  məsafəni  azaltmağa,  maliyyə  resursu  olmadan  mövcud  kassa 

vəsaitləri hesabına manevr etməklə maliyyələşmə dövrünü minimuma endirməyə imkan 

verir  ki,  bu  da  büdcənin  icrası  üzrə  prioritet  sahələrin  müəyyən  edilməsi  və  dövlətin 

maliyyə vəsaitlərinin səmərəli istifadə olunması üçün zəmin yaradır.  

Eyni  zamanda,  xəzinədarlığın  tətbiqi    hesabına  dövlət  vəsaitlərindən  istifadənin 

səmərəliliyini  artırmaq  üçün  büdcənin  səmərəsiz  xərclərdən  təmizlənərək 

təkmilləşdirilməsinə, büdcənin icrasında zəruri şəffaflığın təmin olunmasına, kvazifikal 

xərclərin  aradan  qaldırılmasına  və  dolayı  subsidiyaların  büdcə  vasitəsilə 

tənzimlənməsinə nail olmuşdur.  

Bütün bu qeyd edilənlər son nəticədə, büdcə vəsaitlərinin yalnız xəzinə hesabları 

vasitəsilə  istifadə  olunmasını,  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  vəsaitlərin  birbaşa 

son  təyinatına  çatdırılmasını,  dövlət  xərclərinin  yalnız  xəzinədarlıq  tərəfindən  qəbul 

edilmiş  öhdəliklər  çərçivəsində  yaranan  borcların  ödənilməsinə  yönəldilməsini,  büdcə 

təşkilatları  tərəfindən  maliyyə  intizamına  əməl  edilməklə  və  təsdiq  edilmiş  xərc 

smetalarında  nəzərdə  tutulmuş  limitlər  gözlənilməklə  vəsaitlərdən  məqsədyönlü  və 

təyinatına görə istifadə olunmasına zəruri nəzarətin həyata keçirilməsini təmin etmişdir.  

Bu  istiqamətdə  nəzarəti  daha  da  gücləndirmək,  dövlət  vəsaitlərindən  səmərəli  və 

qənaətlə istifadə edilməsi üzərində təsirli cari nəzarəti təmin etmək, debitor və kreditor 

borclarını  daha  çevik  idarə  etmək,  xəzinə  işlərinin  keyfiyyətini  daha  da  artırmaq 

məqsədilə  xəzinədarlıq  sisteminin  kompüterləşdirilməsi,  bütün  maliyyə  qurumlarını 

ə

hatə  edən  lokal  şəbəkələrin  yaradılması  üçün  Maliyyə  Nazirliyi  tərəfindən  müvafiq 



işlər həyata keçirilir.  

Son  illərdə  Azərbaycanda  informasiya  və  kommunikasiya  texnologiyalarından 

istifadə  sahəsində  müəyyən  addımlar  atılmış  və  bu  istiqamət  –  dövlət  siyasətinin 


67 

 

prioritetlərindən  birinə  çevrilmişdir.  Bu  özünü  –  maliyyə  sisteminin  idarəedilməsində 



ə

yani şəkildə nümayiş etdirir. Belə ki, maliyyənin idarəedilməsi olduqca böyük həcmli 

informasiya  kütləsinin emal olunması ilə müşayiət olunur. Dövlətin iqtisadi siyasətinin 

ə

sas strateji məsələsi olan büdcə prosesinin həyata keçirilməsi, maliyyə sisteminin idarə 



edilməsində  xüsusi  çəkiyə  malik  komponentdir.  Bu  zaman  nəzərə  almaq  lazımdır  ki, 

dövlət  büdcəsi  və  icmal  tətbiqi  ilə  mərhələləlrlə  həll  edilərkən,  informasiyaların 

işlənməsinin  riyazi-prqoram  təminatı  yaradılması  məsələnin  digər  texniki  tərəfləri 

ümumi  sistemin  tərkib  hissəsi  kimi  vəhdətdə  nəzərdən  keçirilməlidir.  Bu  yanaşmanın 

məntiqi nəticəsi olaraq, qeyd olunan prinsip keyfiyyət və zaman baxımından nəzarətdə 

saxlanılmalıdır. Göstərilən amillər daxilində məsələnin həlli üçün Maliyyə Nazirliyində 

ilk  addımlar  atılmış,  büdcə  prosesinə  uyğun  informasiya  sistemin  idarəedilməsinin 

riyazi-proqram  təminatı  yaradılmışdır.  Bu  da  imkan  verir  ki,  büdcə  informasiya 

axınlarının  tənzimlənməsi  operativ  həllini  tapsın.  «Büdcə  sistemi  haqqında»  Qanunun 

tələblərinə,  eyni  zamanda  yeni  yaradılmış  dövlət  büdcəsi  təsnifatının  iyearxik 

tələblərinə,  həmçinin  büdcənin  tərtibi  zamanı  yaranan  çoxsaylı  sorğulara 

uyğunlaşdırılması  və  onun  bütün  göstəriciləri  səviyyəsində  kəsişmə  parametrlərinə 

uyğun  həll  alqoritmi  proqram  təminatında  nəzərdə  tutulur  və  yekun  paketin  formaları 

ə

vvəlcədən müəyyənləşdirilir.  



Xəzinədarlıq  yaradılandan  sonra  dövlət  maliyyə-informasiya  sisteminin 

yaradılması  maliyyənin  idarə  edilməsi  baxımından  son  dərəcə  önəmil  bir  tədbirdir. 

Çünki  bunun  sayəsində,  vahid  hesablama  sisteminin  mövcudluğunun  əsasını 

qoymuşdur.  Ona  görə  də  ayrı-ayrı  büdcə  vahidlərinin  özlərinin  fərdi  qaydada 

hesablaşma  hesablarının  olması  aradan  qaldırılmışdır.  Bundan  başqa,  bütün  dövlət 

gəlirləri  vahid  bir  hesabda  saxlanılmalı,  depon  olunmalı  və  eyni  zamanda 

kreditləşmənin  özü  də  vahid  hesab  qaydasında  aparılmalıdır.  Vahid  hesab  qaydası 

gəlirlə  aə  xərclər  haqqında  operativ  qaydada  maliyyə  informasiyası  əldə  etməyə  və 

bunun əsasında maliyyə resurslarının operativ qaydada idarə etməyə imkan verir. 

nformasiya  və  kommunikasiya  texnologiyalarının  ( KT)  tətbiqinin  üstünlüyü 

ondan ibarətdir ki, iqtisadi sistem kəsilməz olsa da, proqnozlaşdırmanın mahiyyəti cari, 


68 

 

gələcək  vəziyyətin  müqayisə  faktorlarının  analitik  təhlili  üçün  geniş  imkanlar  yaranır 



ki, bu isə maliyyənin idarəolunmasının – operativ, tənzimləmə, nəzarət mərhələlərində 

baş  verə  biləcək  bütün  böhranlı  situasiyaların  və  kataklizmlərin  qarşısının  alınmasını 

asanlaşdırır. Mövcud praktika göstərir ki, informasiya texnologiyalarının tətbiqi ölkənin 

iqtisadi inkişafına müsbət təsir göstərir və sosial sabitlik gətirir. 

Maliyyə Nazirliyində növbəti büdcə ili üçün dövlət büdcəsinin tərkib hissəsi olan – 

gəlir  və  xərclərin  layihələri  hazırlanarkən  təsnifatın  funksional,  iqtisadi  və  təşkilatı 

təsnifatların  paraqrafları  səviyyəsində  informasiya  axınının  avtomatlaşdırılması 

nəticəsində  cari  ilin  dövlət  büdcəsinin  gözlənilən  icrasına  dair  məlumat,  həmçinin 

növbəti  büdcə  ili  üzrə  gəlirlərin  ötən  ilin  faktiki  və  cari  ilin  gözlənilən  nəticələri, 

habeləxərclərin  funksional,  iqtisadi  və  təşkilati  təsnifatlar  üzrə  müqaisəsi  və  digər 

informasiyalar əldə etmək mümkündür. 

Dövlət və icmal büdcə layihəsinin hazırlanması kimi ölkə miqyaslı məsələnin həlli 

metodologiyası  KT-nin  tətbiqi  –  maliyyənin  idarəedilməsində  proqnozlaşdırma  və 

digər  ehtimalların  reallaşdırılmasının  sınaq  mərhələlərini  şərtləndirməklə  yanaşı, 

dövlətin  sosial-siyasət,  əhalinin  sosial  müdafiə  sisteminin  möhkəmləndirilməsində 

mühüm rol oynayır.  

 

 


69 

 

3.3 Dövlət Büdcəsinin idarə edilməsində yeni texnologiyaların tətbiqi 



 

  

Müasir  dünyanın  intensiv  inkişaf  mərhələsinə  daxil  olduğu  XXI  əsrdə 



informasiya-kommunikasiya  texnologiyalarının  ( KT)  geniş  tətbiqi  sosial-iqtisadi 

münasibətlərin təkmilləşməsinə, innovasiya fəaliyyətinin təhsil, səhiyyə, məşğulluq və 

iqtisadiyyat  sahələrində  əhəmiyyətli  dərəcədə  irəliləyişlər  əldə  olunmasına  gətirib 

çıxarmışdır.  KT  iqtisadiyyatın  rəqabət  qabiliyyətliliyini  artıraraq,  onun  dünya 

təsərrüfat  sisteminə  inteqrasiya  imkanlarının  yüksəlməsinə,  dövlət  idarəçiliyinin  və 

yerli  idarəetmə  sisteminin  səmərə-  liliyinin  artmasına  zəmin  yaradır.  nformasiya 

texnologiyalarının inkişafı nəticə etibarı ilə cəmiyyəti keyfiyyətcə yeni bir mərhələyə - 

informasiya  cəmiyyətinə  keçidinin  təmin  olunmasına  təkan  verir.  Müasir  qloballaşma 

dövründə  informasiya  cəmiyyətinə  keçid  bu  cəmiyyətə  xas  olan  dövlət  idarəçiliyinin 

formalaşmasını-elektron  hökumətin  yaradılmasını  tələb  edir.  E-hökumət 

KT 

imkanlarına  və  vətəndaş  cəmiyyəti  dəyərlərinə  əsaslanaraq  dövlət  idarəetməsinin 



səmərəliliyini  artırır,  istehlakçılara  bilavasitə  müxtəlif  xidmətlər  göstərir,  dövlət 

orqanlarının fəaliyyəti barədə vətəndaşlara müntəzəm olaraq məlumatlar verir. Müasir 

dünyada  gedən  qloballaşma,  modernləşmə  və  informasiyalaşma  prosesləri  sıx  əlaqəli 

olub,  biri  digərini  şərtləndirir.  Hazırda  informasiya  inqilabı  dövrünü  yaşayan 

Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  XXI  əsrdə  davamlı  iqtisadi 

inkişaf  mərhələsinə  qədəm  qoymuşdur.  Ölkəmizin  iqtisadiyyatının  dünya  təsərrüfat 

sisteminə  daxil  olması  müasir  dövrdə  dövlət  idarəçiliyində  mükəmməl 

texnologiyalardan istifadə edilməsini obyektiv zərurətə çevirir. Siyasi və sosial-iqtisadi 

proseslərin  idarə  olunmasının  Sovet  dövründən  miras  qalmış  üsul  və  vasitələrinin 

cəmiyyətdə ictimai münasibətlərin müasir inkişafı meyilləri ilə uyğun gəlməməsi dövlət 

idarəçiliyində müasir dövrün reallıqlarının nəzərə alınmasını tələb edir. 

Müstəqillik  dövründə  respublikamızda  maliyyə  sistemində  böyük  nailiyyətlər 

qazanılmışdır.   Dövlət  müstəqilliyinin ilk illərində  yaradılmış xəzinədarlıq sistemi  hal-

hazırda  uğurla  inkişaf  edir.    Azərbaycan  Respublikasının  Prezidentinin  04  oktyabr 

1995-ci il tarixli “Azərbaycanda dövlət xəzinədarlığının yaradılması haqqında” Fərmanı 


70 

 

ilə  ölkəmizin malik olduğu maliyyə resurslarından düzgün istifadə edilməsi məqsədilə 



maliyyə  sistemində  xəzinədarlıqın  tətbiqinin  hüquqi  bazası  yaradılmış,  bünövrəsi 

qoyulmuşdur.  Bundan  sonra  ardıcıl  olaraq  müxtəlif   mərhələlərlə  xəzinədarlığın  bütün 

respublikanı  əhatə  etməsi  üçün  məqsədyönlü  fəaliyyətə  başlanıldı.  Fərmanın  icrası 

olaraq  01  yanvar  1997-ci  il  tarixdən  respublikada  Xəzinədarlıq  sisteminin  I  mərhələsi 

tətbiq edildi. Bu mərhələdə maliyyə vəsaitlərinin hərəkəti və uçotu büdcə təşkilatlarının 

malik olduqları bank hesabları ilə yanaşı paralel olaraq xəzinə hesabları vasitəsi ilə də 

aparılırdı. 

 

Azərbaycan  Respublikası  Prezidentinin  16  may  1997-ci  il  tarixli  568  saylı 



“Azərbaycan  Respublikasında  dövlət  xəzinədarlığının  fəaliyyətinin  tənzimlənməsi  

haqqında” Sərəncamına uyğun olaraq Xəzinədarlıq sisteminin II mərhələsi respublikada 

tətbiq  olunmağa  başladı,  zəruri  tədbirlər  həyata  keçirildikdən  sonra  Sərəncamda 

qoyulmuş  vəzifələri  yerinə  yetirmək  məqsədi  ilə   Maliyyə  Nazirliyi  mərhələlərlə 

Xəzinədarlıq sisteminin tətbiq edilməsi 01 iyun 1997- ci il tarixdən  xəzinədarlıq rəsmi 

maliyyə sistemi kimi respublikada başladı və    1997-ci ilin noyabr ayında respublikanın 

bütün  ərazisində  Xəzinədarlığın  II  mərhələsinin  tətbiqi  başa  çatdırıldı.  Bu  mərhələnin 

mahiyyəti  dövlət  maliyyə  vəsaitlərindən  istifadə  olunmasının  səmərəli  mexanizmini 

formalaşdırmaq,  bu  vəsaitlərin  birbaşa  son  təyinatına  çatdırılmasını  və  bununla  bağlı 

maliyyə əməliyyatlarının yalnız vahid xəzinə hesabı vasitəsilə aparılmasını təmin etmək 

idi. 

 

 Maliyyə  Nazirliyi  əldə  edilmiş  nailiyyətlərin  daha  da  möhkəmləndirilməsi, 



Xəzinədarlıq  sisteminin  təkmilləşdirilməsi,  məxaric  əməliyyatlarının  fasiləsiz 

maliyyələşdirilməsi,  büdcə  təşkilatlarında  öhdəliklər  əsasında  faktiki  xərclərə  nəzarət 

edilməsini  təmin  etmək  məqsədilə  01  yanvar  1999-cu  il  tarixdən  respublikamızda 

Xəzinədarlıq 

sisteminin 

III 


mərhələsinin 

tətbiqinə  

başladı. 

Respublikamızda yaradılan xəzinədarlıq sistemində büdcənin icrası prosesinin yuxarıda 

qeyd olunan mərhələlərində nəzarət mexanizminin yaradılması həm də büdcə prosesində 

borclanmanın daha mükəmməl idarə edilməsi, maliyyə resurslarından səmərəli istifadə 

etməklə ən vacib dövlət ödənişlərinin müvəffəqiyyətlə həyata keçirilməsini şərtləndirir. 


71 

 

Məhz  qeyd  olunan  məqsədə  çatmaq  üçün  01  avqust  2000-ci  il  tarixdən  xəzinədarlıq 



sisteminin  IV  mərhələsi-  büdcə  təşkilatları  tərəfindən  alınmış  malların  (iş  və 

xidmətlərin) xəzinə uçotunun qurulması tətbiq 

edilmişdir. 

 

nformasiya  Texnologiyaları  sahəsində  ölkəmizdə  aparılan  ardıcıl  və 



məqsədyönlü  siyasətin,  bu  sahədə  əldə  olunan  nəticələrə  uyğun  olaraq  Xəzinədarlıq 

vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın 

artırılması, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, büdcə 

daxilolmalarının  daha  səmərəli  istifadə  edilməsinin  təmin  edilməsi,  məlumatların  daha 

operativ  emal  edilməsi  məqsədilə  Xəzinədarlığın  darəedilməsinin  nformasiya 

Sisteminin  yaradılması  layihəsi 

həyata 

keçirilir. 



2006-cı  ildən  isə  Binəqədi,  Xətai,  Gəncə  və  Xaçmaz  Yerli  Xəzinədarlıq  Orqanları 

üzrəəməliyyatlar  X S  vasitəsilə 

həyata 

keçirilir.  



 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  fəaliyyətinin  təkmilləşdirilməsi 

məqsədilə Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli 

Fərmanı  ilə  Dövlət  büdcəsinin  kassa  icrasını  həyata  keçirən  və  həmin  maliyyə 

ə

məliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları 



qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə 

vəsaitlərinin  vahid  mərkəzdən  idarə  edilməsi,  bu  vəsaitlərin  daxil  olması  və 

məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı 

kimi  fəaliyyət  göstərən  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət 

Xəzinədarlığı 

Agentliyi 

yaradılmışdır.  

 

Yeni  yaradılmış  qurumun  fəaliyyətinin  əsas  ptioritetlərindən  biri  də  göstərilən 



xidmətin  maksimal  dərəcədə  avtomatlaşdırılması  və  elektron  hökumət  çərçivəsində 

digər  dövlət  qurumları  ilə  inteqrasiya  edilməsidir.  X S-in  tətbiqi  Azərbaycan 

Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı  Agentliyi  tərəfindən  həyata 

keçirilən  maliyyə  islahatlarının  ən  vacib  tərkib  elementlərindən  biridir  və  burada  ən 

başlıca məqsəd real vaxt rejimində əməliyyatların vahid xəzinə hesabı vasitəsilə icrasını 

təmin etməkdir. 

 

Hal-hazırda Bakı şəhəri üzrə 5 saylı (keçmiş Qaradağ) xəzinədarlıq idarəsi istisna 



72 

 

olmaqla  bütün  xəzinədarlıq  idarələri,  Gəncə,  Xaçmaz  və  Abşeron  Yerli  Xəzinədarlıq 



Orqanları  xəzinə  əməliyyatlarını  real  vaxt  rejimində  həyata  keçirir  və  bu  da  Dövlət 

büdcəsinin  icrasının 

80-85%-ni  təşkil  edir. 

 

Eyni  zamanda,  2011-ci  ilin  iyul  ayından  Bakı  şəhəri  üzrə  bütün  vergi  daxil 



olmalarının  avtomatik  emalı  məqsədilə  Mərkəzi  Bankın  Xırda  Ödənişlər  üzrə 

Hesablaşma Klirinq Sistemi X S-lə inteqrasiya olunmuş, hər iş gününün sonunda bütün 

vergi  daxilolmaları  elektron  şəkildə  qəbul  olunur,  avtomatik  emal  edilərək  Vergilər 

Nazirliyinə  ötürülür.  Yaxın  gələcəkdə  bütün  büdcə  və  büdcədənkənar  daxilolmaların 

avtomatik  emalı nəzərdə 

tutulur. 

 

nformasiya  Sisteminin  tətbiqi  maliyyə  əməliyyatlarının  avtomatlaşdırılmasına, 



risklərin və pul vəsaitlərinin səmərəli idarə olunması ilə yanaşı, həm də şəffaflığın təmin 

olunmasına  və  neqativ  hallara  şərait  yaradan  amillərin  aradan  qaldırılmasına  kömək 

olacaqdır.  X S-in  bütün  respublika  üzrə  yayılmasının  növbəti  ildə  başa  çatdırılması 

nəzərdə tutlmuşdur.     Eyni zamanda,  Dövlət Xəzinədarlığı Agentliyi dövlət büdcəsinin 

icrası  barədə  məlumatların  beynəlxalq  standartlara  uyğun  emal  olunması  və  təhlili 

sahəsində işləri həyata keçirir. Belə ki, büdcədən ayrılan vəsaitlər üzrə hesabatlar yeni 

təsdiq 

olunmuş 


milli 

hesabat 


standartlarına 

uyğun 


işlənilir.  

 

Ölkənin  maliyyə  resurslarından  düzgün  istifadə  edilməsi  məqsədilə  maliyyə 



sistemində  xəzinədarlığın  tətbiqinin  hüquqi  bazası  yaradılıb.  Dövlət  maliyyə 

vəsaitlərindən  istifadə  olunmasının  səmərəli  mexanizmi  formalaşdırılıb,  bu  vəsaitlərin 

birbaşa  son  təyinatına  çatdırılması  və  bununla  bağlı  maliyyə  əməliyyatlarının  yalnız 

vahid xəzinə hesabı vasitəsilə aparılması təmin edilib.  

Dövlət  büdcəsindən  maliyyələşən  büdcə  təşkilatlarının,  büdcədənkənar  dövlət 

fondlarının və dövlət büdcəsindən maliyyə yardımları alan digər təşkilatların rüblük və 

illik hesabatlarının, habelə illik maliyyə hesabatlarının Dövlət Xəzinədarlığı Agentliyinə 

elektron  sənəd  formasında  göndərilməsi  üçün  Mərkəzləşdirilmiş  hesabat  sisteminin 

elektron  forması  yaradılmışdır.  Hesabatlarının  Maliyyə  Nazirliyinin  rəsmi  internet 

səhifəsi  (

www.maliyye.gov.az

)  vasitəsilə  elektron  sənəd  formasında  qəbul  olunması 

məqsədilə  hazırlanmış  proqram  təşkilatlara  istifadəçi  kodunun  verilməsi  üçün  ilkin 


73 

 

olaraq  müqavilə  imzalanmalıdır.  Təşkilat  tərəfindən  müqavilə  imzalanaraq  Dövlət 



Xəzinədarlığı Agentliyinə məktubla ünvanlanır. Müraciətdə hesabatların elektron sənəd 

formasında  təqdim  olunması  üzrə  məsul  şəxsin  elektron  poçtu  göstərilməlidir.  Dövlət 

Xəzinədarlığı  Agentliyi  öz  tərəfindən  müqaviləni  imzalayaraq  təşkilata  istifadəçi  kodu 

ilə birlikdə həmin sənədin bir nüsxəsini qaytarır.  

Hesabatların  elektron  sənəd  formasında  qəbul  olunması  məqsədilə  hazırlanmış 

proqram təminatında təşkilatların giriş izni üçün isifadəçi girişi mövcuddur. 

Təşkilatların  Mərkəzləşdirilmiş  hesabat  sistemi  interfeysinə  daxil  olan  sahələr 

aşağıdakılardır: 

1. Göndərilənlər 

2. Hesabat göndər 

3. Akt göndər 

4.Hesabat formaları 

5. Əlaqə 

Hesabatlarının elektron sənəd formasında qəbulu üç mərhələli nəzarət mexanizmi 

ilə  həyata  keçirilir  və  hər  növbəti  mərhələyə  keçdikdə  hesabatların  statusunun  rəngi 

dəyişir: 



1-ci mərhələ  

- hesabat daxil olunmuşdur     (status-  

); 

2-ci mərhələ  

- hesabat baxılır                       (status- 

); 

3-cü mərhələ 

- hesabat qəbul olunmuşdur    (status- 

). 

Yradılmış elektron hesabatların təqdim edilməsi proqramı vasitəsi ilə həm məlumatların 



təhlükəsizliyinin  təmin  edilməsi,  təşkilarlar  tərəfindən  hesabatların  təqdim  edilməsinə 

sərf edilnən zamanın qısaldılması və hesabatın təqdim edilmıninin optimalaşdırılmasına 

nail  olunmuşdur.  Elektron  siostem  vasitəsi  ilə  təşkilatlar  həm  periodik  olara  öz 

hesabatlarının statusunu, qəbul edilib edilmədiyini yoxlaya bilərlər. 

Müasir  sistem  həm  məlumatların  vahid  bir  bazada  yerləşməsini,  həmçinin  büdcə 

təşkilatlarının hesabatlarına elektron nəzarətə şərait yaratmışdır. 



74 

 

Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlıq  Agentliyi  istifadəçilərin  işini 



asanlaşdırmaq  üçün  elektron  xidmətlərin  göstərilməsi  istiqamətində  növbəti  addımı 

   “Asan  mza”  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlıq  Agentliyinin  Xəzinədarlığın 

nformasiya  darəetmə Portalına inteqrasiya edilməsidir. Belə ki, 2015-ci ilin fevralın 1-

dən   etibarən  “Asan  mza”  mobil  elektron  imza  xidməti  Azərbaycan  Respublikası 

Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlıq  Agentliyinin  “https://portal.dxa.gov.az” 

ünvanında  yerləşən  Xəzinədarlığın  nformasiya  darəetmə  Portalı  vasitəsilə  əhalinin 

istifadəsinə  təqdim 

olunub. 


  

 

Dövlət  Xəzinədarlıq  Agentliyi  bildirir  ki,  bundan  sonra  büdcə  təşkilatları 



xəzinədarlıq  orqanına  sənədləri  elektron  üsulla  təqdim  edərkən  göndərilən  sənədləri 

“Asan  mza”  mobil  elektron  imza  xidməti  vasitəsilə  “AsanDoc”  proqram  təminatında 

imzalaya və beləliklə də imzalanmış sənədləri Dövlət Xəzinədarlıq Agentliyinə göndərə

 

bilərlər. 



  

Həmçini  istifadəçilərə  yardım  məqsədilə  Xəzinədarlığın  nformasiya  darəetmə 

Portalında  mobil  elektron  imza  ilə  sənədlərin  imzalanmasına  və  portala  yüklənməsinə 

dair müvafiq təlimat və video çarx yerləşdirilib.  

Yaranmış hər hansı vəziyyətin real qiymətləndirilməsi və qəbul ediləcək qərarın 

keyfiyyəti,  məhz əldə edilmiş ilkin informasiyanın etibarlılığından asılıdır. Dövlət və- 

saitlərinin effektiv idarə edilməsi, cari vəzifələrin yerinə yetirilməsi üçün tələb olunan 

vəsaitlərin  proqnozlaşdırılması  və  baş  kredit  sərəncamçılarına  veriləcək  xərc 

limitlərinin  müəyyən  edilməsi  üçün  tələb  olunan  məlumat  mənbəyi  kimi  hazırda 

xəzinədarlıq çıxış edir . 

Xəzinədarlığın  həyata  keçirdiyi  xəzinə  uçotu  və  hesabatı  kredit  sərəncamçıları 

tərəfindən  büdcə  vəsaitlərinin  istifadə  vəziyyəti,  təşkilatlar  tərəfindən  istifadə 

olunmayan və lüzumsuz yaradılan ehtiyat vəsaitlərin aşkar edilərək, onların dövriyyəyə 

cəlb  edilməsi,  büdcə  təsisatları  ilə  kassa  xərcləri  arasında  müddətin  maksimum 

qısaldılması  üçün  tədbirlərin  görülməsi,  büdcədənkənar  vəsaitlərin  daha  çox  prioritet 

tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi barədə dolğun məlumatın əldə edilməsi 

və son nəticədə, dövlət  vəsaitlərinin səmərəli idarə  edilməsi üçün zəruri baza  yaradır. 


75 

 

Büdcə  təşkilatlarının  nə  vaxt  və  hansı  xərcləri  həyata  keçirəcəyi  barədə  məlumatlara 



malik olmaqla, xəzinədarlıq, vahid hesabın köməyi ilə təşkilatların istifadə olunmayan 

və sərbəst olan qalıq büdcə vəsaiti hesabına digər mənbələrdən qısa müddətə vəsait cəlb 

olunması  barədə  özünün  hazırladığı  proqnozlara  düzəlişlər  etmək  və  kassa 

kənarlaşmalarını  aradan  qaldırmaq  və  ya  onun  təsirini  minimuma  endirmək  imkanına 

malikdir.  

Xəzinədarlığın vahid hesaba malik olması - onun iqtisadiyyatın digər sahələrində 

baş verə biləcək hər hansı neqativ proseslərdən qorunmasını təmin edir. Bununla yanaşı 

vahid  hesabın  yaradılması  büdcədə  nəzərdə  tutulmuş  vəsaitlərin  kredit  sərəncamçıları 

tərəfindən  mü-  əyyən  edilmiş  qaydalara  uyğun  olaraq  istifadə  edilməsində 

məhdudiyyətlər  yaratmır.  Əksinə  xəzinədarlıq  tərəfindən  vəsaitlərin  birbaşa  son 

istifadəçilərə  çatdırılması  ayrılmış  vəsaitlərdən  büdcə  sistemi  üzrə  mövcud 

qanunvericiliyin  tələblərinə  uyğun  istifadə  etməklə  büdcə  təşkilatına  öz  funksional 

vəzifələrini daha effektiv yerinə yetirməyə imkan verir. Maliyyə vəsaitlərinin səmərəli 

istifadə  edilməsi  ilə  yanaşı  onların  xərclənməsinin  bütün  mərhələlərində  xəzinədarlıq 

istənilən  səviyyədə  büdcənin  icrasına  ilkin  nəzarət  funksiyasını  da  həyata  keçirir. 

Yalnız bununla dövlət maliyyəsinin vahidliyi və ondan səmərəli istifadə edilməsi təmin 

edilə bilər. 

 

 


1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə