NƏ T CƏ VƏ TƏ KL FLƏ R
Büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülsə də bu
sahədə müəyyən problemlər mövcuddur. Bu problemləri həll etmək üçün dövlət bir sıra
iqtisadi qanunlar qəbul etməklə iqtisadi inkişafa zəmin yaradır. Bu qanunların
ə
ksəriyyəti o cümlədən büdcə sistemi haqqında qanun xüsusi əhəmiyyət kəsb edir. Bu
da öz əksini dövlətin əsas maliyyə planı olan dövlət büdcəsində tapır.
Dövlət büdcəsinin tənzimlənməsi və büdcə kəsirinin aradan qaldırılması üçün
vahid büdcənin idarə edilməsi siyasətinin aparılmasına böyük ehtiyac vardır. Büdcənin
icarsı və idarə edilməsi siyasətində, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmaqla
yanaşı, milli, regional prinsiplər nəzərə alınmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi
büdcənin idarə edilməsində əsas rol oynayan Dövlət Xəzinədarlıq Agentliyinin xüsusi
çəkisinin son illərdə artması istisna edilmir. Uzunmüddətli perspektivdə ölkənin
dayanıqlı iqtisadi inkişafını təmin etmək baxımından Xəzinədarlığın büdcədan
maliyyələşən təşkilatlar üzrə nəzarətinin gücləndirilməsi istiqamətində məqsədyönlü,
uğurlu tədbirlər davam etdirilir. Bu da öz müsbət nəticəsini göstərir və nikbin
proqnozlara əsas verir.
Araşdırılmalar göstərir ki, Respublikamızda Xəzinədarlığın işinin təşkilində
təkmilləşmə naminə mühüm addımlar atılır, böyük nailiyyətlər əldə edilir. Aşağıda
sadalanan təkliflərin həyata keçirilməsinin də bu istiqamətdə öz töhvəsini verəcəyi
fikrindəyik:
1. Büdcə təşkilatlarının və idarəetmə orqanlarının sayının azaldılması, bu
özlüyündə büdcənin idarə edilməsini asanlaşdıracaq və optimallığın təmin edilməsinə
gətirib çıxaracaqdır;
2. Yerli Xəzinədarlıq orqanlarının inkişaf etdirilməsi üçün yerlərdə (paytaxtdan
uzaq rayonlarda və şəhərlərdə) büdcədən maliyyələşən istehsal və emal sahələrinin
yaradılmasının təşkili;
3. Dövlət büdcəsi xərclərində sahəvi inkişaf meyllərinin artırılması;
77
4. Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcə
layihələrinin göstəricilərinin tamlığına nəzarətin artırılması
5. Əvvəlki illərin (ən azı iki ilin) müvafiq proqnoz və ya icra göstəricilərinin
növbəti ilin büdcə layihəsində nəzərdə tutulan göstəricilərlə qarşılıqlı müqayisəsinin
aparılması
6. Xəzinədarlığın məlumat bazasının daim genişləndirilməsi;
7. Hesabatlılığın aşağı olduğu büdcə təşkilatlarında düzgün hesabatların vaxtında
verilməməsi hallarına qarşı mübarizənin daha da gücləndirilməsi;
8. Həyata keçirilən təhlil, araşdırma, əsaslandırma və qiymətləndirmələr rəsmi
məlumatlarla uyğunluq təşkil etməklə obyektiv və qərəzsiz olmalı, əldə edilmiş nəticə
və təkliflər əsaslandırılmalıdır
Sonda qeyd etmək istəyirik ki, Azərbaycan hər cəhətdən gələcəyi parlaq olan bir
ölkədir. Belə gələcəyə qovuşmanı tezləşdirməkdə isə bugünədək büdcə siyasəti dövlətin
1 nömrəli köməkçisi olmuşdur və bugündən sonrada olacağına heç bir şübhəmiz
yoxdur.
78
Ə
DƏ B YYAT S YAHISI
1.
"Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan
Respublikasının Qanunu
2.
"Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
3.
“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında”
Azərbaycan Respublikasının Qanunu
4.
Maliyyə Nazirliyi 2015-cü il dövlət büdcəsi təqdimatı/pdf
5.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
haqqında Əsasnamə
6.
Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. Dərslik, Bakı,
7.
N.Novruzov - “Maliyyə”
8.
The Dima Declaration of Guidelines on Auditing Precepts.http://www.intosai.org
9.
С.В.Степашин, Государственный Аудити экономик будшего, Москва,
Наука
. 2008,стр.208-210
10.
Ник Меннинг и Нил Парисон.Реферма Государственного управления
международный
опыт. Москва.2003,стр.496
11.
The Public Finance Act(1989)
12.
Government
Performance
and
Results
Act
/
19993-
http://whitehouse.gov./omb/mgmt.gpra/gplow2m.html
13.
Ussher C.,Kibblewhite A.,Outcomes and management in New Zealand-A
background Paper(new Zeland Treasury),2001
14.
A.Smit- qtisadiyyatın əlifbası Eamon Butler,Bakı-2008,ingilis dilindən tərcümə
15.
Z.Vəliyev,Dövlət Büdcəsi məlumat sorğu kitabı,Bakı-2006
16.
www.budget.az
17.
www.maliyye.gov.az
18.
www.taxes.gov.az
79
19.
https://portal.dxa.gov.az/
20.
https://cert.dxa.gov.az
21.
http://vergijurnali.az/
80
XÜLASƏ
Azərbaycan Respublikasında xəzinədarlıq sisteminin qurulması nəticəsində
büdcə gəlirlərinin və xərclərinin kassa icrasının bütünlüklə dövlət xəzinədarlığı
vasitəsilə həyata keçirilməsinə başlanması büdcənin icrası prosesinin digər
mərhələlərində də, o cümlədən, büdcədən maliyyələşən kredit təşkilatlarında (bundan
sonra büdcə təşkilatları) debitor-kreditor borclarının yaradılması və faktiki xərclərin
aparılması üzərində xəzinə nəzarətini təmin edə biləcək icra mexanizmlərinin təşkilini
mümkün etmişdir.
Xəzinədarlıq sisteminin tətbiqi, Dövlət Büdcəsinin idarə edilməsində açılan
maliyyələşmə ilə vəsaitlərdən istifadə müddəti arasında məsafəni azaltmağa, maliyyə
resursu olmadan mövcud kassa vəsaitləri hesabına manevr etməklə maliyyələşmə
dövrünü minimuma endirməyə imkan verir ki, bu da büdcənin icrası üzrə prioritet
sahələrin müəyyən edilməsi və dövlətin maliyyə vəsaitlərinin səmərəli istifadə
olunması üçün zəmin yaradır.
Mövzunun hazırlanması zamanı tədqiqatın ümum elmi metod və üsullarından
istifadə edilmişdir; sistem, struktur-funksional təhlil, eləcə də sosioloji, iqtisadi və
iqtisadi-sosioloji yanaşmalar.
Dövlət büdcəsinin idarə edilməsində Xəzinədarlığın rolunun artırılması
istiqamətində görülən tədbirlərin ən başlıcası kimi Dövlət Xəzinədarlıq Agentliyinin
hesabtalrın təqdim edilməsi sisteminin elektronlaşdırılması və vahid baza sisteminin
yaranması əsas perspetiv göstəricilərdəndir.
Tədqiqatın nəzəri əsası kimi müxtəlif Azərbaycan və dünya alimlərinin bu mövzu
üzrə elmi araşdırmaları çıxış etmişdir.
81
SUMMARY
Treasury system in Azerbaijan as a result of the implementation of the overall
budget revenues and expenditures through the state treasury cash to start the
implementation of the other phases of the execution of the budget process, including
credit organizations financed from the budget (the budget) on the conduct of the debtor,
creditors and the actual costs of treasure the organization has to be able to ensure the
implementation mechanisms.
Treasury system, which opened in the management of state budget funding to
reduce the distance between the duration of use of funds, cash funds available without
the financial resources to minimize the exercise period of the financing that will allow
you to identify priority areas for the implementation of the budget and the efficient use
of financial resources In order to set the stage.
During the preparation of the general subject of scientific research methods and
techniques have been used; The system, structural-functional analysis, as well as social,
economic, sociological and economic approaches.
Treasury's role in the management of the state budget as the most important
measures to improve the presentation of the State Treasury Agency of hesabtalrın
digitalization and the creation of a single database of key indicators perspetiv.
The theoretical basis for the study of a variety of scientific research on this topic
has given scientists the world.
82
РЕЗЮМЕ
Казначейская
система в Азербайджане в результате реализации общих
доходов
бюджета и расходов через Государственное казначейство наличными,
чтобы
начать реализацию других этапах выполнения бюджетного процесса, в том
числе
кредитных организаций, финансируемых из бюджета (бюджета) о
проведении
должника, кредиторов и фактических затрат на сокровища
организация
должна быть в состоянии обеспечить механизмы реализации.
Казначейская
система, которая открылась в управлении государственного
бюджета
финансирования
,
чтобы
уменьшить
расстояние
между
продолжительностью
использования средств, имеющихся денежных средств без
финансовых
ресурсов
,
чтобы
минимизировать
упражнений
период
финансирования
, что позволит вам определить приоритетные области для
исполнения
бюджета и эффективного использования финансовых ресурсов Для
того
, чтобы подготовить почву.
В
ходе подготовки общей теме научных методов и приемов были
использованы
исследования; Система, структурно-функциональный анализ, а
также
социальные, экономические, социологические и экономические подходы.
Роль
Министерства финансов в управлении государственного бюджета как
наиболее
важных мер для улучшения представления Государственного
казначейства
агентства hesabtalrın цифровизации и создание единой базы данных
ключевых
показателей perspetiv.
Теоретической
основой
для
изучения
разнообразных
научных
исследований
по этой теме дал ученым мира.
83
Azərbaycan Dövlət qtisad Universitetinin «Magistratura Mərkəzi» nin magistrı
Rüstə mova Günay Süleyman qızının «Dövlə t büdcə sinin idarə olunmasında
xə zinə darlığ ın rolunun artırılması» mövzusunda yerinə yetirdiyi magistr
dissertasiyasının
REFERATI
Mövzunun aktuallığ ı. Müasir dünya iqtisadiyyatında qlobal meyillərin
dərinləşdiyi bir dövrdə dövlətin milli maraqlarının və möqeyinin möhkəmlənməsinə
təsir gostərən əsas faktorlardan biri düzgün dövlət büdcə siyasətidir. Müstəqilliyin ilk
illərindən başlayaraq Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların mühüm
istiqaməti
ölkə
iqtisadiyyatının
fiskal
siyasətinin
prioritetlərinin
müəyyənləşdirilməsindən ibarətdir. Keçid iqtisadiyyatlı ölkələrdə dövlət büdcəsi sosial
problemlərin həllinə və nəticə etibarı ilə sosial ədalətin bərpasına yönəldiyi üçün dövlət
büdcəsinin idarə edilməsi və son illərdə Xəzinədarlıq Agentliyinin büdcə idarə
etməsinin təkmilləşdirilməsində rolunu öyrənmək müasir dövrdə obyektiv zərurətdən
irəli gəlir.
Mövzunun öyrənilmə səviyyəsi. Dövlət büdcəsinin idarə edilməsi məsələsinin
öyrənilməsi çox qədim tarixə malikdir. Bu məsələnin tədqiqatı
ilə A.Smit, D.Rikardo, C.Keyns və digər iqtisadçılar məşğul olmuşlar. Qeyd olunan
alimlərin tədqiqatları şübhəsiz boyük elmi dəyərə malikdir, amma onu da nəzərə almaq
lazımdır ki, müasir maliyyə bazarları çox mürəkkəb və dəyişkəndirlər,buna görə də
sürətlə dəyişən iqtisadi mühitə adekvat olaraq uyğun təhlillərin aparılması elmi
nəzəriyyənin daimi yenilənməsini və təkmilləşdirilməsini tələb edir.
Bir sıra ölkələrdə dövlətin agentlik və institutları büdcə siyasətinə birbaşa təsir
etmək iqtidarına malikdirlər.
Azərbaycan Respublikasının büdcəsinin icrasında və büdcəyə nəzarətdə Dövlət
Xəzinədarlıq Agentliyi Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri
həyata keçirir.
Tə dqiqatın mə qsə di. Tədqiqatın məqsədi hazırki qeyri-stabil qlobal iqtisadi
84
şə
raitdə dövlət büdcəsinin idarə edilməsinin effektiv metodlarının təyin edilməsi və
Xəzinədarlıq Agnetliyinin bu metodların təkmilləşdirilməsində rolunun müəyyən
edilməsi, eyni zamanda təkliflərin hazırlanmasından ibarətdir.
Tədqiqatın obyekti; Dövlət büdcəsi və Dövlət Xəznədarlıq Agentliyi
Tədqiqatın predmeti; Müasir qeyri-stabil iqtisadi şəraitdə Dövlət Büdcəsinin
idarə edilməsində Xəzinədarlıq tərəfindən həyata keçirilən işlər və tətbiq edilən
metodlarındakı dəyişikliklər.
Tədqiqatın nəzəri və metodoloji əsasları. Tədqiqatın nəzəri əsası kimi müxtəlif
Azərbaycan və dünya alimlərinin bu mövzu üzrə elmi araşdırmaları çıxış etmişdir.
Metodoloji informasiya və metodoloji baza qismində isə müxtəlif təşkilatların
(Beynəlxalq valyuta fondu, Dünya Bakı və s. ) məlumatları, dövrü qəzet və jurnal
buraxılışlarının materialları, internet şəbəkəsi resursları, eləcə də AR Mərkəzi Bankının,
Maliyyə Nazirliyinin və qtisadi inkişaf Nazirliyinin statistik materialları çıxış etmişdir.
Mövzunun hazırlanması zamanı tədqiqatın ümum elmi metod və üsullarından
istifadə edilmişdir; sistem, struktur-funksional təhlil, eləcə də sosioloji, iqtisadi və
iqtisadi-sosioloji yanaşmalar.
Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işində alınan nəticə və təkliflər
Dövlət Büdcəsinin idarə edilməsində Xəzinədarlıq Agentliyinin təcrübəsinin və
mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün dövlət hakimiyyəti orqanları
tərəfindən istifadə edilə bilər.
Dissertasiya ş inin informasiya bazasını ASK-nin və Maliyyə Nazirliyinin
statistic məlumatları təşkil edir.
Dissertasiyanın strukturu. Dissertasiyanın hazırlanması üçün qarşıya qoyulmuş
məqsədlər onun məntiqini və strukturunu müəyyən etmişdir. O girişdən, üç
fəsildən,nəticə və təkliflərdən, ədəbiyyat siyahısından ibarətdir.
Büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülsə də bu
sahədə müəyyən problemlər mövcuddur. Bu problemləri həll etmək üçün dövlət bir sıra
iqtisadi qanunlar qəbul etməklə iqtisadi inkişafa zəmin yaradır. Bu qanunların
85
ə
ksəriyyəti o cümlədən büdcə sistemi haqqında qanun xüsusi əhəmiyyət kəsb edir. Bu
da öz əksini dövlətin əsas maliyyə planı olan dövlət büdcəsində tapır.
Dövlət büdcəsinin tənzimlənməsi və büdcə kəsirinin aradan qaldırılması üçün
vahid büdcənin idarə edilməsi siyasətinin aparılmasına böyük ehtiyac vardır. Büdcənin
icarsı və idarə edilməsi siyasətində, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmaqla
yanaşı, milli, regional prinsiplər nəzərə alınmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi
büdcənin idarə edilməsində əsas rol oynayan Dövlət Xəzinədarlıq Agentliyinin xüsusi
çəkisinin son illərdə artması istisna edilmir. Uzunmüddətli perspektivdə ölkənin
dayanıqlı iqtisadi inkişafını təmin etmək baxımından Xəzinədarlığın büdcədan
maliyyələşən təşkilatlar üzrə nəzarətinin gücləndirilməsi istiqamətində məqsədyönlü,
uğurlu tədbirlər davam etdirilir. Bu da öz müsbət nəticəsini göstərir və nikbin
proqnozlara əsas verir.
Araşdırılmalar göstərir ki, Respublikamızda Xəzinədarlığın işinin təşkilində
təkmilləşmə naminə mühüm addımlar atılır, böyük nailiyyətlər əldə edilir. Aşağıda
sadalanan təkliflərin həyata keçirilməsinin də bu istiqamətdə öz töhvəsini verəcəyi
fikrindəyik:
1. Büdcə təşkilatlarının təsnifat kodlarının online rejimdə yoxlanılması üçün yeni
sistemin yaradılması;
2. Məlumatların daha operativ uçotunun qurulması;
3. Xəzinədarlıq Agentliyinin Uçotuna yalnız həmin ildə icra edilmiş xərclər və
gəlirlərin daxil edilməsi;
4. Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcə
layihələrinin göstəricilərinin tamlığına nəzarətin artırılması
5. Əvvəlki illərin (ən azı iki ilin) müvafiq proqnoz və ya icra göstəricilərinin
növbəti ilin büdcə layihəsində nəzərdə tutulan göstəricilərlə qarşılıqlı müqayisəsinin
aparılması
6. Dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik emal edilməsi işinin inkişaf
etdirilməsi;
86
7. Hesabatlılığın aşağı olduğu büdcə təşkilatlarında düzgün hesabatların vaxtında
verilməməsi hallarına qarşı mübarizənin daha da gücləndirilməsi;
8. Həyata keçirilən təhlil, araşdırma, əsaslandırma və qiymətləndirmələr rəsmi
məlumatlarla uyğunluq təşkil etməklə obyektiv və qərəzsiz olmalı, əldə edilmiş nəticə
və təkliflər əsaslandırılmalıdır
Sonda qeyd etmək istəyirik ki, Azərbaycan hər cəhətdən gələcəyi parlaq olan bir
ölkədir. Belə gələcəyə qovuşmanı tezləşdirməkdə isə bugünədək büdcə siyasəti dövlətin
1 nömrəli köməkçisi olmuşdur və bugündən sonrada olacağına heç bir şübhəmiz
yoxdur.
Dostları ilə paylaş: |