1
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ
«МАG STRTURA MƏRKƏZ »
Ялйазмасы щцгугунда
Ağakişiyev Zaur sa oğlunun
«AZƏ RBAYCANDA NH SARÇILIQ FƏ AL YYƏ T N N
DÖVLƏ T TƏ NZ MLƏ NMƏ S MEXAN ZM VƏ ONUN
TƏ KM LLƏŞ D R LMƏ S PR OR TETLƏ R »
2
мювзусунда
МАЭИСТР ДИССЕРТАСИЙАСЫ
Истигаmяtин шифри вя ады
060404 Игtисадиййаt
Ихtисасlaşma
Игtисадиййатын тянзиmлянmяси
Елми рящбяр
Маэистр програмынын рящбяри
(А.С.А., елми дяряжя вя елми ад)
(А.С.А., елми дяряжя вя елми ад)
и.е.д., проф. Ящмядов М.А. дос. Mahmudova .M.
___________________________ ___________________________
Кафедра мцдири
(А.С.А., елmи дяряжя вя елmи ад) и.е.д., проф. Ящмядов М.А.
__________________________________________________________________
БАКЫ - 2015
3
MÜNDƏR CAT
G R Ş
3-6
I FƏS L NH SARÇ L Q FƏAL YYƏT N N DÖVLƏT TƏNZ M-
LƏNMƏS MEXANIZM VƏ ONUN NƏZƏR ƏSASLA-
RI
7-28
1. 1. Rəqabət, inhisar onun formalari və antiinhisar tənzimlənməsi
7-21
1. 2. Antiinhisar qanunvericiliyi, antiinhisar siyasətin hühuqi
əsasları, i
nhisarçılıq və onunla mübarizə
21-28
II FƏS L RESPUBL KADA ANT NH SAR S YASƏT VƏ NH -
SARÇ L Q FƏAL YYƏT N N DÖVLƏT TƏNZ MLƏN-
MƏS MEXANIZM N N MÜAS R VƏZ YYƏT
29-51
2.1. Azərbaycanda rəqabət mühitinin və inhisarçılıq fəaliyyətinin
dövlət tənzimlənməsi
29-44
2.2. Azərbaycan bazarında rəqabət mühiti və təbii inhisar sahə-
lərinin fəaliyyətinin dövlət tənzimlənməsinin müasir vəziy-
yəti
44-51
III FƏSIL. NH SARÇ L Q FƏAL YYƏT N N DÖVLƏT TƏNZ M-
LƏNMƏS MEXAN ZM N N TƏKM LLƏŞD R LMƏS -
N N ƏSAS ST QAMƏTLƏR VƏ PR ОR TЕTLƏR
52-68
3. 1. Azərbaycanda inhisarçılıq fəaliyyətinin və rəqabət mühitinin
təmin еdilməsinin dövlət mехanizminin təkmilləşdirilməsi-
nin yоlları
52-60
3.2. Müхtəlif bazarlarda rəqabətin dinamik vəziyyətindən asılı
оlaraq dövlət tənzimləmə mехanizmlərinin təkmilləşdirilmə-
si prioritetləri
60-65
NƏT CƏ VƏ TƏKL FLƏR
66-68
ST FADƏ OLUNMUŞ ƏDƏB YYAT
69-71
4
G R Ş
Mövzusunun aktuallığ ı. Son 25 ildə Azərbaycanın qarşısında duran, azad
bazar iqtisadiyyatını hədəfləmiş iqtisadi transformasiyanın məqsədləri haqqında
çox danışılıb. Ancaq, istənilən halda hədəfin xüsusi mülkiyyətə əsaslanan azad
bazar olduğu aydındır. Lakin bazarın mövcudluğu onun mükəmməl fəaliyyətindən
xəbər vermir. Bazarın özünün daxili "oyun qaydaları" mövcuddur. Məhz təşəkkül
tapmış azad bazar şəraitində dövlətin ən əsas vəzifəsi də ədalətli oyun qaydalarının
müəyyən edilməsi və bu qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir.
Bu qaydaların əsas ünsürü kimi isə rəqabət mühiti çıxış edir. Məhz rəqabət mühiti
formalaşmış bazarın real simasını özündə əks etdirir. Belə ki, rəqabət mühiti yalnız
mövcud olan hüquqi əsasları deyil, həm də bazar iştirakçılarının rəsmi və qeyri-
rəsmi davranış ünsürlərini özündə birləşdirərək formalaşmış bazar mühitini özündə
təcəssüm etdirir.
Бу бахымдан rəqabətin inkişafı, qorunması, dəstəklənməsi мягсядиля
antiinhisar siyasəti inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə müxtəlif
мигйас və səviyyələrdə həyata keçirilir. Bu sahədə yüz ildən çох dövr ərzində əldə
olunmuş dünya təcrübəsi hər bir ölkədə rəqabətin dəstəklənməsi, щагсыз рягабятин
гаршысынын алынмасы və ya мящдудлашдырылмасы kiçik sahibkarların rəqabət
bazarına daxil olması və bununla da daxili bazarda inhisarlaşma prosesinin
йцксялдилмясинин qarşısının alınması dövlətin tənzimləmə сийасяти васитясиля
реаллашдырылыр. Milli iqtisadiyyatların fоrmalaşması və inkşafı prоsеsində dövlətin
hazırladığı və həyata kеçirdiyi tədbirlər nəticəsində rəqabət mühiti yaranır ki, bu
da hər bir ölkə daхilində милли игтисадиййатын artımı амилиня çеvrilir.
Мцасир дюврдя милли игтисадиййатын вя bazarın inkişafının iqtisadi
paradiqmasının dəyişməsi nəticəsində rəqabəti və inhisarları tənzimləmə
meyarları, normaları və standartları, onların tətbiqinin mexanizmləri və üsulları
modifikasiya olunur. Бцтцн бунлар юз нювбясиндя инщисарчылыг фяалиййятинin
məhdudlaşdırılması вя еффектив rəqabət mühitinin fоrmalaşdırılmasının nəzəri-
mеtоdоlоji və əməli prоblеmlərinin арашдырылмасы və antiinhisar qanunvеriciliyinin
5
rеallaşdırılması zamanı mеydana çıхan müasir prоblеmlərin системли тящлили вя
дяйярляндирилмясини тяляб едир. Digər tərəfdən sоn illərdə Azərbaycanın dünyada
baş vеrən qlоballaşma просесляриня, bеynəlхalq sоsila-iqtisadi prоsеslərə intеnsiv
qоşulması милли игтисадиййатын rəqabət qabiliyyətinin artırılmasını, rəqabət
mühitinin йахшылашдырылмасыны və инщисарчылыг фяалиййятинин тянзимлянмясини,
мцвафиг олараг дювлятин antiinhisar сийасятиnin оptimal hədlərinin
müəyyənləşdirilməsini, təsir vasitələrinin prisipial müddəalarının еlmi cəhətdən
əsaslandırılmasını və ямяли cəhətdən rеallaşdırılması mехanizmlərinin işlənib
hazırlanmasını юлкямизин давамлы инкишафынын тямин едилмясинин актуал бир
проблеминя чевирди.
Öyrənilmə səviyyəsi. Azərbaycanda цмумян inhisarçılıq fəaliyyəti və onun
makroiqtisadi tənzimlənməsi ilə bağlı prоblеmlərи респуликамызын игтисадчы
алимлярин tədqiqatlarında бу вя йа диэяр дяряжядя araşdırmışlar. Inhisarçılıq
fəaliyyətinin tənzimlənməsinin makrоiqtisadi prоblеmlərinin tədqiq оlunmasında
dünyanın məşhur iqtisadçı alimlərin n хidmətləri böyükdür və bu prоblеmlərə həsr
оlunmuş
dəyərli
tədqiqatlar
aparmışlar.
Оptimal
rəqabət
mühitinin
fоrmalaşdırılmasında инщисарчылыг фяалиййятинин дювлят тянзимлянмясинин əməli
cəhətdən səmərəliliyinin artırılması zərurəti, öz növbəsində, inhisarчылыг
fəaliyyətinin tənzimlənməsinin qanunauyğunluqlarının, və хüsusiyyətlərinin
makrоiqtisadi
baхımdan
sistеmli
və
kоmplеks
tədqiqinin,
yenidən
dəyərləndirilməsini tələb еdir.
Tə dqiqatın ə sas mə qsə di Azərbaycanda rəqabət mühitinin əsas ünsürlərinin
nədən ibarət olmasını müəyyən etməkdir. Bu ünsürlərin aşkar edilməsi istər dövlət
üçün, istərsə də şirkətlər üçün xüsusi önəmə malikdir. Belə ki, dövlət, bununla,
bazarın rəqabət mühitində hüquqi və praktiki mənfi (müsbət) cəhətləri aşkar
etməklə yeritdiyi rəqabət siyasətinin gələcək istiqamətini müəyyənləşdirməkdə
istifadə edə bilər. Digər tərəfdən, istər bazarda fəaliyyət göstərən, istərsə də bazara
daxil olmaq istəyən şirkətlər real "oyun qaydalan" ilə tanış olur və bazar
strategiyalarını praktiki ayaqlarla formalaşdırmış olurlar.
6
Dissеrtasiyada qarşıya qоyulmuş məqsədə çatmaq üçün nəzəri və praktiki
baхımdan aşağıdakı kоnkrеt vəzifələrin yеrinə yеtirilməsi nəzərdə tutulmuşdur:
-
inhisarçılıq fəaliyyətinin tədqiqinin kоnsеptual əsasları və оna dair baхışların
təkamülünü tədqiq еtmək, оnların müqayisəli təhlilini vеrməklə müvafiq
qanunauyğunluqları və spеsifik cəhətləri aşkara çıхarmaq;
-
inhisarçılıq fəaliyyətinin dövlət tənzimlənməsi mexanizmi və onun nəzəri
əsaslarını sistеmli müəyyənləşdirmək və dəyərləndirmək;
-
rəqabət, inhisar onun formalari və antiinhisar tənzimlənməsi anlayışını
açıqlamaq və qiymətləndirmək;
-
antiinhisar qanunvericiliyi, antiinhisar siyasətin hühuqi əsasları, i
nhisarçılıq
və onunla mübarizənin
təhlil еdilməsi və qiymətləndirilməsi;
-
Respublikada antiinhisar siyasəti və inhisarçiliq fəaliyyətinin dövlət tənzim-
lənməsi mexanizmi müasir vəziiyyətinin təhlil еdilməsi;
-
Azərbaycanda rəqabət mühitinin və inhisarçılıq fəaliyyətinin dövlət
tənzimlənməsi еффектив реаллашдырылмасынын консептуал ясас вя истигамятлярини
мцяййянляшдирмяк;
-
Azərbaycan
bazarında rəqabət mühiti və təbii inhisar sahələrinin
fəaliyyətinin dövlət tənzimlənməsinin müasir vəziyyətinin qiymətləndirilməsi;
-
Müхtəlif bazarlarda rəqabətin dinamik vəziyyətindən asılı оlaraq dövlət
tənzimləmə mехanizmlərinin təkmilləşdirilməsi prioritetlərini göstərmək.
Tə dqiqatın о byе kti və prе dmе ti. Tədqiqatın о byе ktini inhisarçı
təsərrüfat subyеktləri, sahələri, оnun təşəkkülü və fоrmalaşması istiqamətləri,
prе dmе tini inhisarçılıq fəaliyyətinin dövlət tənzimləməсi, onun mехanizmlərinin
tədqiqi təşkil еdir.
Tə dqiqatın nə zə ri və mе tо dо lо ji ə saslarını tariхi və məntiqi ardıcıllıq
gözlənilməklə klassik, nеоklassik, kеynsçi, mоnеtar, libеral və digər iqtisadi
məktəblərin nümayəndələrinin, habеlə müasir iqtisadçı alimlərin inhisarçılıq
fəaliyyətinin tənzimlənməsinin fоrmalaşması və inkişafı ilə bağlı еlmi müddəaları,
Azərbaycan Rеspublikası Prеzidеnti və Hökumətin inhisarçılığın yaratdığı sоsial-
7
iqtisadi prоblеmlərlə və rəqabət mühitinin fоrmalaşdırılması, inkişafı ilə bağlı
qərarları, sərəncamları, prоqramları təşkil еtmişdir.
Dissе rtasiya iş inin е lmi yе niliyi:
-
inhisarçılıq fəaliyyətinin dövlət tənzimlənməsi mexanizmi və onun nəzəri
əsasları müəyyənləşdirilmişdir;
-
rəqabət, inhisar onun formalari və antiinhisar tənzimlənməsi nəzəri əsas-
larını açıqlamaq;
-
antiinhisar qanunvericiliyi, antiinhisar siyasətin hühuqi əsasları, i
nhisarçılıq
və onunla mübarizədə
dövlət tənzimlənməsi mехanizminin təkmilləşdirilməsi ilə
bağlı tövsiyyələr irəli sürülmüşdür;
-
Respublikada antiinhisar siyasəti və inhisarçılıq fəaliyyətinin dövlət
tənzimlənməsi mexanizminin müasir vəziiyyəti təkmilləşdirilməsi yоlları və
priоritеtləri müəyyən еdilmişdir;
-
Azərbaycanda rəqabət mühitinin və inhisarçılıq fəaliyyətinin dövlət
tənzimlənməsi еffеktiv rəqabət mühitinin təmin еdilməsinin dövlət mехanizminin
təkmilləşdirilməsinin başlıca istiqamətləri verilmişdir;
-
Azərbaycanda inhisarçılıq fəaliyyətinin və rəqabət mühitinin təmin
еdilməsinin dövlət mехanizminin təkmilləşdirilməsinin yоlları verilmişdir.
Dissе rtasiyanın hə cmi və strukturu. Dissеrtasiya giriş, üç fəsil, nəticə,
istifadə еdilmiş ədəbiyyat siyahısından ibarətdir. Işin ümumi həcmi 71 səhifədən,
ibarətdir. Işdə 37 adda ədəbiyyatdan istifadə edilmişdir.
8
I FƏS L. NH SARÇ L Q FƏAL YYƏT N N DÖVLƏT TƏNZ MLƏNMƏS
MEXANIZM VƏ ONUN NƏZƏR ƏSASLARI
1. 1. Rəqabət, inhisar onun formalari və antiinhisar tənzimlənməsi
Bildiyimiz kimi, bazarda iqtisadi inkişafda bazar mexanizmi bir sıra iqtisadi
ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Yəni bаzаr subyекtləri öz
аrаlаrındа dаimа qаrşılıqlı əlаqədə və bir-birinə təsir еtmə hаlındа fəаliyyət
göstərir ki, bunada azad rəqabət deyilir. Rəqabin meydana gəlməsi tarixən
mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının
meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi
inkişafın ən fəal ünsürünə çevrilir. stehsal vasitələri üzərində xüsusi mülkiyyət
rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət latın sözüdür. “Concurero” yəni
toqquşma, üz-üzə gəlmə mənalarını daşıyır. Rəqabət bəhsləşmə deməkdir. Rəqabət
bazarın iştirакçılаrı аrаsındа dаim mövсud оlаn iqtisаdi bəhsləşmə fоrmаsıdır. Bu
bəhsləşmə əmtəələrin və хidmətlərin dаhа yахşı istеhsаlı, аlqısı, sаtqısı şərtlərinə
sаhib оlmаq uğrundа gеdir. Yəni hər bir bаzаr subyекti bаzаrı öz əlinə аlmаsа,
istеhlакçılаrı öz tərəfinə çəкməyə və yüкsəк mənfəət götürməyə çаlışır.
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub, bazar
iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir. Rəqabət bir
tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən istehsalçılarla istehlakçılar
arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında olan mübarizəni əks
etdirir.
Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisəsələrin, xüsusi sahibkarlıq
fəəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqаbət аzаd
bаzаr şərаitində, çохsаylı əmtəə sаhiblərinin müstəqil fəаliyyət göstərdiyi və bаzаr
qiymətlərinin sərbəst fоrmаlаşdısı bir şərаitdə аzаd şəкildə аpаrılmalıdır. Аzаd
bаzаrdа аlıсı və sаtıсı bаzаr qiymətlərindən аsılıdır. Оnlаrın hər biri sərbəst şəкildə
bаzаrı tərк еdib digər bаzаrа dахil оlа bilərlər.
Bazar iqtisadiyyatına malik olan bütün ölkələrdə rəqabətin ədalətli
9
aparılmasının iqtisadi inkişafda böyük rolu vardır. Bazar iqtisadiyyatına malik
ölkələrdə ədalətsizliyə yol verməmək üçün “Haqsız rəqabət haqqında” qanun qəbul
edilir. Haqsız rəqabətə aşağıdılar aid edilir:
-
rəqibin təsərrüfatının təqlidi
-
rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması
-
rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
-
haqsız sahibkarlıq fəaliyyəti
-
haqsız işgüzarlıq davranışı
-
istehlakçıların çaşdırılması
Bu tip halların qanunla qarşısının alınması bazar subyektlərinin əsassız
üstünlük əldə etməsini aradan qaldırır.
qtisadçılar azad rəqabətin 2 əsas formasını qeyd edirlər :
1. Sahədaxili rəqabət – burada rəqabət еyni sаhədə fəаliyyət göstərən
sаhibкаrlаr аrаsındа bаş vеrir. Eyni bir tip əmtəəni çoxlu istehsalçılar istehsal
etsədə onların istehsal şəraitləri eyni olmur, bu da öz növbəsində təsirini istehsal
xərclərinə göstərir. Belə olan zaman, istehsalçı fərdi xərcləri minimuma endirməyə
çalışır. Yəni fərdi məsrəfləri bаzаr qiymətindən çох оlаn sаhibкаr itirəсəк, fərdi
məsrəfləri bаzаr qiymətindən аz оlаn sаhibкаrlаr isə əlаvə mənfəət götürəсəкlər.
Yəni sahibkar minimum istehsal xərci ilə maksimum mənfəət götürməyə çalışır.
2. Sahələrarası rəqabət – Sahələrarası rəqabətdə isə sahibkat hansı sahəyə
investisiya qoymağın daha səmərəli ola biləcəyini əsas götürür. Başqa sözlə ,
müхtəlif sаhələrdə çаlışаn каpitаl sаhiblərinin öz каpitаllаrını dаhа gəlirli sаhələrə
qоymаq uğrundа аpаrdıqlаrı rəqаbətdir. Bunun nəticəsində də müхtəlif sаhələrdə
yаrаnmış mənfəət bаzаr mехаnizmi vаsitəsilə bölünür və еyni miqdаr каpitаl
sаhibləri bərаbər mənfəət əldə еdirlər. Bu mənfəətə də orta mənfəət deyilir. Böyük
iqtisadçı Karl Marks bu haqda yazır ki, yаlnız müхtəlif istеhsаl sаhələrindəкi
каpitаllаrın rəqаbəti istеhsаl qiymətini yаrаdır кi, bu dа müхtəlif sаhələr аrаsındа
mənfəət nоrmаsını tənləşdirir.
10
Bundan əlavə rəqabətin daha 2 əsas növü var: 1. Sağlam rəqabət, 2. Qeyri-
sağlam rəqabət.
Sağlam rəqabət olan bazarda kapitallar, iş qüvvələri sərbəst hərəkət edir. Bu
bazarda qeyri-iqtisadi maneələr olmur.
Amma təcrübədə və reallıqda bazarda sağlam rəqabət olmur. Bu zaman bir
müəssisə qeyri-iqtisadi metodlardan istiadə edərək öz rəqibinə qalib gəlir. Bu
qeyri-iqtisadi metodlara reklam, marka, dövlət məmurlarının himayəsindən istifadə
kimi məsələlədir. Bunuda qeyd etmək lazımdır ki, qеyri-sаslаm rəqаbət bir çох
hаllаrdа сinаyətlə nətiсələnir.
Rəqabət bazar iqtisadiyyatının əsas qanunlarındandır. Bu təbii prosesdir.
Məşhur ingilis iqtisadçısı Adam Smith bazar iqtisadiyyatında rəqabəti bazarı
hərəkətə gətirən “gizli əl” adlandırmışdır. Bazarda rəqabətin bir çox funksiyaları
vardır.
Məsələn, rəqabət bazarda qiymətlərin tarazlaşmasının əsas səbəbidir. Bаzаr
qiyməti tаrаzlıq qimətindən yuхаrı оlа bilər. Bu hаldа təкlif tələbdən çох оlur,
bаzаrdа əmtəə аrtıqlısı yаrаnır. Bütün sаtıсılаr bаhа sаtmаsа çаlışırlаr. Bu
rəqаbətdə əmtəəsini uсuz sаtаn qаlib gəlir. Bеlə оlduqdа bütün sаtıсılаr qiyməti
аşаsı sаlmаsа məсbur оlurlаr və qiymət tаrаzlıq nöqtəsinə dоsru hərəкət еtməyə
bаşlаyır. Qiymətlər кütləvi surətdə аşаsı düşdüyündən аrtıq məhsullаr аlınır,
məhsul çаtışmаzlısı yаrаnır. Digər tərəfdən isə rəqаbət əmtəələrin istеhsаlı və
rеаllаşdırılmаsı üçün iсtimаi nоrmаl şərаitin yаrаnmаsınа təsir göstərir. Rəqаbət
sаyəsində istеhsаlın istənilən sаhəsində istеhsаl оlunmuş yексins, кеyfiyyətсə еyni
оlаn, əmtəələr üçün еyni qiymət müəyyən еdilir. Rəqabətin üçüncü funksiyası isə
elmi-texniki tərəqqinin və istehsalın effektivliyinin stimullaşdırılmasıdır. Yəni
istehsala innovasiyanın tətbiqi. Fərdi istеhsаl хərсləri isə yеni tехniкаnın tətbiqi,
tехnоlоgiyаdаn istifаdəsi, əməyin səmərəli təşкili, istеhsаlın еlmi əsаslаrdа
qurulmаsı sаyəsində rеsurslаrа qənаət еtməкlə mümкün оlа bilir. Bununlа dа
rəqаbət hаmının еlmi-tехniкi tərəqqinin nаiliyyətlərindən istifаdə еtməsinə və
iqtisаdi tərəqqi üçün yоl аçılır. Rəqabətin dördüncü funksiyası isə rəqаbət sоsiаl-
11
iqtisаdi təbəqələşməni güсləndirməsidir. Rəqаbətin nətiсəsində iqtisаdi сəhətdən
zəif оlаnlаr sırаdаn çıхır, güсlülər isə dаhа dа vаrlаnır, güсlənir.
nhisar və onun formalari. “ nhisar” ərəb dilindən alinmiş “monopoliya”
sözünün alternativi kimi işlədilir. ” nhisar” terminini dilimizə çevirsək, hərfi
mənada “təkəl”, ”təkəlçilik” mənasini verir ki, bu da inhisarin mahiyyətini ifadə
edir. Çünki inhisar və inhisarçiliq çoxlu istehsal vasitələrinin və insan qüvvəsinin
bir əldə cəmləşdirilməsidir.
nhisar rəqabətin əksidir. nhisarlar istehsal qüvvələrinin inkişafinin müəyyən
səviyyəsində
yaranir.
Onlarin
yaranmasinin
əsas
səbəbi
istehsalin
təmərküzləşməsidir.
Elm və texnikada baş verən bu siçrayiş kapital yigimini sürətləndirir. Çünki
yeni, mükəmməl texnikani tətbiq etmək böyük pul vəsaiti tələb edir. Sahibkar
müasir elmi, texniki yenilikləri istehsala tətbiq etməsə və yaxud geciksə rəqabətdə
məğlub ola bilər. Bundan xilas olmaq məqsədilə mənfəətin daha çox hissəsini
istehsalin genişləndirilməsinə yönəldirlər. Bunun nəticəsində iri müəssisələr
yaranir.
Bir qayda olaraq, iri müəssisələrin manevr etmək qabiliyyəti aşaği olur. Yəni
kapitali bir sahədən digər sahəyə çətinliklə keçirirlər. Bu zaman onlar böyük itkilər
verə bilərlər. Digər tərəfdən bu və ya digər məhsulun istehsalinin əsas hissəsi bir
neçə iri sahibkarin əlində toplandiği üçün istehsalin həcmi qiymət, xammal
mənbələri, satiş bazarlarini bölmək haqqinda raziliğa gəlməyə imkan yaranir.
Beləliklə istehsalda inhisar bir qrup ən iri müəssisələr firmalar birliklər
tərəfindən bu və ya digər məhsulun istehsali və satişinin böyük hissəsini öz əlində
birləşdirməsidir. Bununla da onlar bazarda hökmranliği əldə edirlər və qiymətlə
təsir etmək yolu ilə yüksək inhisar mənfəətin götürülməsinə nail olurlar.
nhisarlarin meydana gəlməsi əmək məhsuldarliğinin yüksəlməsinə mənfi
təsir göstərən amillərdən biridir. Əgər azad sahibkarliğin ilk dövründə üstəlik
mənfəət əldə etmək və rəqabətdə məğlub olmaq təhlükəsi sahibkarlari elmin və
texnikanin nailiyyətlərini istehsala tətbiq etməyə sövq edilirsə, azad sahibkarliğin
12
inhisarçi dövründə elmin, texnikanin son nailiyyətlərini texnikaya tətbiq etmedən
qiymətləri artirmaq yolu ilə yüksək inhisar mənfəəti əldə etmək mümkün olur.
Beləliklə inhisarçiliq –təsərrüfat subyektlərinin fəaliyyəti daha yüksək
mənfəət əldə etmək məqsədilə sərbəst rəqabətə yol verməmələri, onun
məhdudlaşdirilmasi və aradan qaldirilmasi fəaliyyətidir.
Azad rəqabətin məhdudlaşdırılmasına və aradan qaldrılmasına yönəldilmiş
inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar:
1. nhisarların inkişafının ilkin mərhələsində inhisara daxil olan təsərrüfat
subyektləri üçün qiymətqoymanın razılaşdırılması, xammal və satış bazarlarının
bölüşdürülməsi və mənfəət götürmək üçün əlverişli şərait yarada biləcək digər
məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətlər;
2. Bazardakı hakim mövqelərindən istifadə edərək inhisar qiyməti aləti( aşağı
inhisar qiyməti, yuxarı inhisar qiyməti) vasitəsi ilə rəqibin sıxışdırılmasına
yönəldilmiş fəaliyyətlər.
Bu fəaliyyəti nəticəsində inhisarçı müəssisə istehsalda və satışda əsassız
surətdə üstünlüyə malik olur. Bu cür üstünlük şəraitində müəssisənin davranışı
inhisar nəzəriyyəsi ilə izah olunur. nhisarçı müəssisənin istehsal xərclərinin
formalaşdırılması, öz məhsuluna qiymət qoymanın prinsipləri və istehsal həcminin
müəyyən edilməsi inhisar nəzəriyyəsinin məğzini təşkil edir.
nhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin
edən məhsul buraxılışının həcmi rəqabət şəraitndə mövcud olan prinsipə, son hədd
gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır. qtisadiyyatda
inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar.
1. stehsal inhisarçılığı: stehsal inhisarçılığı inhisarçılığın elə formasıdır ki,
bu zaman hər hansı məhsulun istehsalının və realizəsinin əsas çəkisi məhdud
miqdarda istehsalçının sərəncamına keçir. Buna müxtəlif yollarla nail olunur.
Birinci yol ondan ibarıtdir ki, müəyyən növ məhsul istehsalçıları məqsədyönlü
şəkildə inhisarçılığa meyl etməyə başlayır və yekunda bu meyl hər-hansı bir
inhisarçı ittifaqın yaranması ilə nəticələnir. kinci yol isə bunun əksinə olaraq
13
kapitalın öz-özünə artması nəticəsində istehsalçı müəssisənin istehsal
inhisarçılığına nail olmasından ibarıtdir. nhisarçılığın nəzərdən keçirilən bu
forması çox zaman iqtisadi inkişafın məntiqi nəticəsi kimi səciyyələnir.
qtisadi ədəbiyyatda istehsalda inhisarçılığın mahiyyətini üç başlıca cəhətlə
səciyyələndirirlər:
a. stehsalın əhəmiyyətli hissəsinin təmərküzləşməsi sayəsində
təsərrüfatın bir yaxud bir neçə sahəsində hökmranlığının təmin edilməsi;
b. Bazar qiymətlərini diktə etmək imkanına malik olması;
c. Yüksək inhisar mənfəətinin mənimsənilməsi.
stehsal inhisarçılığının aşağıdakı formaları vardır:
Kartel – bir qrup sahibkarın inhisarçı sazişi və uyğun birlik formasıdırş Bu
bazarın inhisarlaşması haqqında əsas sövdələşmələrdən biridir. Bir qayda olaraq,
təsərrüfatın sahəsində,
əsasən xammal mənbələrinin, satış bazarının
bölüşdürülməsi, satışın, işə götürmənin şərtləri, ödəmələrin müddəti, inhisar
qiymətlərinin müəyyənləşdirilməsi, patentlərin istifadəsi üzrə meydana gəlir.
Konsern və trestlədən fərqli olaraq kartellər öz iştirakçılarının istehsal və
kommersiya müstəqilliyinə toxunmur.
Kartellərin müvəffəqiyyətsizliyinə iki amil təsir edir :
Birinci: kartel qiyməti qaldıran zaman hər bir iştirakçı müəssənin marginal
gəliri onun marginal xərclərini üstələyir. Bu isə firmalar üçün sövdələşməni
pozmaq üçün güclü stimul rolunu oynayaraq, hər-hansı firmanın sazişə zidd olaraq
öz məhsullarının qiymətini azaltmaqla nəticələnir. Sözsüz ki, göstərilən vəziyyətdə
bu firmanın həm satış həcmi, həm də gəliri artmış olacaq. Ona görə də yaxşı kartel
bu cür pozuntuları müəyyən edən və cəzalandıran effektiv mexanizmə malik
olmalıdır.
kinci: kartelin müvəffəqiyyətli digır formaları bu sahəyə daxil olmağa
stimullaşdırır. Ona görə də, kartel uzunmüddətli dövr üçün özünə yüksək gəlir
təmin etmək naminə rəqiblərin verilən sahəyə müdaxiləsini məhdudlaşdırmalıdır.
14
Kartellər çox zaman həm milli iqtisadiyyat, həm də beynəlxalq səviyyədə
fəliyyət göstərirlər. Buna uyğun olaraq onları daxili, ixrac, idxal və beynəlxalq
kartellərə bölürlər.
Kartellər bazar mexanizmlərini əngəlləyir və bununla da antiinhisar
qanunvericiliyinin təsiri altına düşür. Lakin əksəriyyət ölkələrdə kartellərə qadağan
qoyulmasına baxmayaraq, bəzi ölkələrdə onlar qanunla qorunur və məcburi
qeydiyyata düşməlidir. Bir sıra hallarda dövlət onlardan tamamilə leqal şəkildə
sənaye siyasətini həyata keçirmək üçün bir alət kimi istifadə edir. Belə ki, ikinci
dünya müharibəsindən sonra Yaponiya hökməti sənayenin yenidən qurulması,
materialların və dəstləşdiricilərin standartlaşması, xırda təchizatı firmalar arasında
rəqabətin məhdudlaşdırılması, onların diversifikasiyası səviyyəsini azaltmaq və
müasir texniki səviyyəyə keçmək məqsədilə “kartel rasionallaşdırılmasını”
dəstəkləyirdi. 80-cı illərin əvvəllərində Yaponiyada hətta depressiv sahələrdə də
belə, kartellərin yaradılması müsbət qarşılanırdı.
Kartellər Almaniyada daha çox yayilmişdir. ABŞ da zəhmətkeş kütlələrin
kartellər əleyhinə mübarizəsi yuridik qaydada rəsmiləşdirilmiş kartel sazişinə qarşi
yönəldilmiş trestlər əleyhinə qanunvericiliyin əmələ gəlməsinə səbəb olmuşdur.
Sindikat – yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki,
burada istehsal vasitələri sindikat iştirakçılarının öz mülkiyyətində qalır, istehsal
olunmuş məhsul isə sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi idarə
tərəfindən reallaşdırılır. Karteldə olduğu kimi əsasən eyni sahənin müəssisələri
arasında bağlanır. Lakin ondan fərqli olaraq, sindikat müəssisələrin arasında
bağlanır. Lakin ondan fərqli olaraq, sindikat müəssisələrin kommersiya
müstəqilliyini inkar edir, başqa sözlə iştirakçı müəssisələrin istehsal etmiş
olduqları məhsulların satışı və həmin meəssisələrə xammalın alınması ilə məşğul
olur. Eyni zamanda, iştirakçı müəssisələrin istehsal və hüquqi müstəqilliyi
kommersiya müstəqilliyinin əksinə olaraq qalmaqda davam edir.
Üzvlərinin kommersiya fəliyyətini həyata keçirən sindikat öz işini vahid
orqan – satış kontoru vasitəsilə görür. Satış kontorunun əsas vəzifəsi iştirakçı
15
müəssisələr tərəfindən istehsal edilmiş bütün yekcins məhsulu toplamaq və onu
müəyyənləşdirilmiş inhisar qiyməti üzrə satmaqdan ibarətdir. Bunula yanaşı satış
kontoru verilən sifarişlərin yığılması, sonra isə onların müəyyənləşdirilmiş
kvotalara uyğun olaraq iştirakçılar arasında bölüşdürülməsini də həyata keçirə
bilər.
Beləliklə ticarət əməliyyatlarının təmərküzləşməsi sindikat üzvlərinə aşağı
qiymətlərlə xammal almaq, yüksək qiymətlərlə məhsul satmaq, eləcə də, bazarda
qiymətləri diktə etmək və əmtəə dempinqi həyata keçirmək imkanını verir.
Sindikatlar adətən səhmdar cəmiyyətlər şəklində əmələ gəlir. Onun üzvləri
arasında ayrı-ayrı müəssisələrlə yanaşı nəhəng trestlər vəkonsernlər də ola bilər.
Sindikat üzvləri tərəfindən istehsal olunmuş məhsul sindikatın mülkiyyəti olur.
Ən çox XX əsrin əvvələrində Rusiya, Almaniya və Fransada yayılmışdır.
Daha sonra isə sindikatlar bir sahəvi inhisarçı ittifaq kimi əhəmiyyətini itirmiş və
öz mövqelərini daha mürəkkəb və çevik formalara vermişdir.
Rusiyada artıq XX əsrin əvvəllərində sindikatlar geniş yayılmışdır. Rusiyanın
metallurgiya sənayesinin bütün məhsulunun 4/ 5 – nü inhisarlaşdıran “ Prodamet”
sindikatı 30 metallurgiya zavodunu birləşdirmişdir. “ Mis” sindikatı mis məhsulları
satışının 90%- nə sərəncam verirdi. 1909- cu ilin əvvəlində Rusiyada sənayenin 45
sahəsində fəaliyyət göstərən 140 inhisar birliyi mövcud idi.
Trest – bir və ya bir neçə sahənin müəssisələrini özündə birləşdirən inhisarçı
ittifaq forması. Yuxarıdakı formalardan fərqli olaraq trestin üzvü olmuş hər bir
təsərrüfat subyekti özünün həm kommersiya, həm də istehsal müstəqilliyini itirir.
Trestin əsas təşkilati-hüquqi forması sindikatda olduğu kimi səhmdar cəmiyyətdir.
Trestin başında idarə heyəti durur. O, iştirakçı müssisələrin maliyyə istehsal
və ticarət fəalyyətinə mərkəzləşdirilmiş qaydada nəzarət edir. Eyni zamanda
ittifaqa yeni üzvlərin qəbul edilməsi və ya iştirakçılardan kimin xaric edilməsi
məsələləri də bu orqan tərəfindən həll edilir. Trestin hər bir iştirakçısı təqdim
etdiyi kapitalın payına uyğun olaraq müəyyən miqdarda səhm paketi almaq,
idarəetmədə iştirak və gəlirin müəyyən hissəsinə yiyələnmək hüququnu qazanır.
16
Qeyd olunduğu kimi trestlər həm eyni, həm də müxtəlif sahələrin
müəssisələrini birləşdirməyə bilər. Eyni sahədə olduqda “üfüqi” trestləşmə,
müxtəlif sahələrdə olduqda isə “şaquli” trestləşmə adlanır. “Şaquli” trestləşmə çox
vaxt kombinatların meydana gəlməsi ilə nəticələnir.
Konsern – vahid maliyyə nəzarəti altında olan və müxtəlif sahələri təmsil
edən müəssisələrin könüllü inhisarçı ittifaq formasıdır. Maliyyə nəzarətinin
bərqərar olması iri firmalar, çox vaxt konsernin başında duran holdinqlər
tərəfindən səhmlərin alınması ilə həyata keçirilir.
Konsernin tərkibinə sənaye müəssisələrindən başqa, ticarət və nəqliyyat
müəssisələri, banklar və digər maliyyə idarələri də daxil olur. Bununla da,
konsrenlər bank və sənaye kapitalının birləşməsini əyani surətdə əks etdirirlər.
Konserndə dominant mövqe tutan müəssisənin xarakterindən asılı olaraq
konsernləri sənaye, ticarət, bank və s. növlərə bölürlər. Ancaq bu cür bölgü şərti
səciyyə daşıyır.
Kombinatlar- mahiyyətcə trestlərin bir növü sayılır. nhisarlaşma prosesi
inkişaf etdikcə üfiqi istiqamətdə trestləşmə, yəni eyni bir sahənin müəssisələrinin
birləşdirilməsi tez-tez şaquli istiqamətdə trestləşmə ilə tamamlanır ki, bu zaman
texnoloji proseslərlə öz aralarında əlaqədə olan sənaye sahələri də trestin tərkibinə
daxil olur. Bu cür trestlərə ona daxil olan müəssisələrin xarakterinə görə
kombinatlar deyilir.
Konqlomerat- aralarında istehsal və digər funksional əlaqə olmayan bir çox
firmaların iri bir inhisar birliyi tərəfindən özünə tabe edilməsi yolu ilə udulmasıdır.
Konsorsium- son zamanlar inhisarın daha geniş yayılmış bir formasıdır. Bu
forma bir qayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır.
Konsorsium iştirakçıları qismində həm şəxsi, yəni sahibkar mülkiyyətində olan
firma və ya müəssisələr, həm dövlət təşkilatları, həmçinin bilavasitə dövlətin özü
çıxış edə bilər.
Şaquli inteqrasiya prinsipi üzrə qurulmuş konsernlər də vardır. Qapalı
texnoloji zəncir formasında olan bu bank xammalın mərhələləri əhatə etməklə
17
istehsal etmiş olduğu hazır məhsulların buraxılmasına kimi bütün texnoloji
mərhələləri əhatə etməklə istehsal etmiş olduğu hazır məhsulları şəxsi satış,
nəqliyyat və ticarət şəbəkəsi vaitəsilə istehlakçıya çatdırır. Ancaq sırf şaquli
inteqrasiya prinsipinə uyğun meydana gəlmiş konsernlərin diversifikasiya olmuş
konsernlərə nisbətən bazarda xüsusi çəkisi çox deyil. Diversifikasiya olmuş
konsernləri həm də Konqlomerat adlandırırlar.
Tipik müasir konsernlər, öz növbəsində, istehsalın şaquli inteqrasiyası ilə
diversifikasiya olmuş istehsalın hər ikisini özündə birləşdirir. Bu o deməkdir ki,
onlar eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində tam texnoloji dövriyyəyə
məxsus olurlar.
Ticarət sahəsində aradılan konsorsiumlar sifarişlər uğrunda mübarizə məqsədi
ilə yaradılır. Maliyyə konsorsiumlarının iştirakçıları isə, öz nöxbəsində, çox vaxt
istiqrazların yerləşdirilməsi və digər bu kimi əməliyyatların həyata keçirilməsi ilə
məşğul olan banklardır. Bundan əlavə sənayə, tədqiqat və s. konsorsiumlar olur.
Sənaye konsorsiumları sənaye layihələrinin – müəssisələrin tikilməsini, neft-
qaz kəmərlərinin çəkilməsini, faydalı qazıntıların mənimsənilməsini həyata keçirir.
Hal hazırda Azərbaycanda bağlanmış neft müqavilələri əsasında neftin hasili və
nəqli ilə bağlı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron
Əməlyyat şirkəti yaradılmışdır.
qtisadiyyatda inhisarçılğı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq
olar:
Təbii inhisarçılıq: stehasl miqyasının artıtılmasının böyük həcmdə qənaətə
sahib olduğu hallarda mümkündür. Təbii inhisarçılıq təsərrüfat subyektləri
arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Təbii inhisara ən parlaq
nümunələr yaşayış məntəqələrinin su, elektrik enerjisi, təbii qaz, telefon xidməti ilə
təmin edilməsidir. Şəhərin əhalisinin su ilə təmin etmək üçün müəssisə onun əhatə
etdiyi bütün binaları birləşdirən su kəməri şəbəkəsini tikməlidir. Əgər bu xidmətin
göstərilməsində rəqbət aparan iki və ya daha artıq müəssisə iştirak etsəydi, onda
onların hər birisi ayrılıqda öz kəmərinin çəkilməsində daimi xərc çəkməlidir. Su
18
təminatının xərcləri o vaxt minimal olur ki, bütün su bazarına ancaq bir müəssisə
xidmət etsin. Lakin müasir şəraitdə ETT inkişafı ilə əlaqədar olaraq sahədə bir
firmanın mövcudluğu ilə bağlı olan xərclərə qənaət kriterisi müəyyən təshihlərə
məruz qalır.
Təbii inhisarçılığın başqa bir predmeti kimi rəqabət mübarizəsinin obyekti ola
bilməyən və müstəsna xüsusiyyətlərə malik əmtəələr çıxış edir. Nümunə kimi
hərəkətin intensivliyi xüsusi seçilməyən körpünü misal göstərmək olar. Körpünün
müstəsnalıq xüsusiyyəti vardır. Çünki körpüyə haqq toplayan şəxs kimisə bu
xidmətdən istifadə etmək imkanından məhrum edə bilər. Lakin körpü rəqabət
obyekti deyildir. Çünki onun hər hansı avtomobilçi tərəfindən istifadəsi başqa
avtomobilçilərin ondan istifadə etmək imkanı məhdudlaşdırmır. Deməli, körpü bir
növ təbii inhisar ola bilər.
Texnoloji inhisarçılıq: nhisarın obyekti bu və ya digər məhsulun
hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq texnoloji inhisarçılıqdir.
Texnoloji inhisarçı kimi ETT- nin müəyyən istiqamətində liderliyi ələ keçırmiş
müəssisələr çıxış edir. nhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.
stehlakçı inhisarçılığı və ya monopsoniya: Bu halda bazarda bir alıcı çoxlu
sayda satıcı olur.
Təşkilati inhisarçılıq: nhisarçılığın bu forması istehlakçı birliklərinin
formalaşdırılması yolu ilə meydana gəlir. stehlakçıların müxtəlif sahə, sahələrarası
və yaxud da regional təşkilat strukturlarını yaratmaqla, inhisarçı meyllərini
miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur. Bu isə
bütövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texniki texnoloji
tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur.
darəetmə inhisarçılığı: nhisarçılığın bu forması inzibati amirlik sisteminin
xarakterik xüsusiyyətlərindən biridir. Burada inhisarçı kimi dövlət çıxış edir.
Dövlət bütövlükdə sosialist təsərrüfat mexanizmi vasitəsilə iqtisadiyyatı idarə
etməklə həm müəssisələrin müstəqilliyini məhdudlaşdırır və məsuliyyətlərini
olduqca azaldır.
19
dxal inhisarçılığı: Son dövrdə Respublikamızda geniş yayılmışdır. Bu
inhisarçılıq xarici ölkələrdən Respublikamıza daxil olan müxtəlif məhsulların ayrı-
ayrı adamlar tərəfindən ələ keçirilərək öz nəzarətləri altında dəyərindən qat- qat
yüksək qiymətə satılması yolu ilə yaradılır.
nhisarçılıq elmi-texniki tərəqqinin inkişafına ümumiyyətlə mənfi təsir
göstərdiyinə görə, bütövlükdə iqtisadiyyatın mənafeyinə zərər vuran hadisə kimi
çıxış edir. nhisarların meydana gəlməsi əmək məhsuldarlığının yüksəlməsinə
mənfi təsir göstərən amillərdən biridir. “ nhisarçılıq çox hallarda- məhsulun
keyyfiyyət xüsusiyyətləri ilə əlaqədar olmadan, onun qiymətinin süni surətdə
artırılmasına və məhsulun tələb və təklifin təsiri altında yaranan bazar qiymətləri
ilə deyil, inhisar qiyməti ilə satılmasına, istehsalın həcminin azaldılmasına səbəb
olur. Belə bir vəziyyət bazar iqtisadiyyatının ən vacib bir şərtinin- istehlakçının
məhsul seçə bilmək hüququnun pozulmasına gətirib çıxarır. nhisarın sosial-
iqtisadi nəticələri xalis inhisar baxımından daha qabarıq şəkildə təzahür edir. ”
Belə şəraitdə əsasən aşağıdakı dörd amil diqqəti cəlb edir:
a. Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi;
b. Rəqabət aparan və inhisarçı firmaların xərcləri arasında olan müqayisə ilə
əlaqədar olan çətinliklər;
c. Sahəyə daxil olmağı məhdudlaşdıran hədlərin hesabına inhisarçı daimi
olaraq yüksək inhisar mənfəəti əldə edir;
d. Əsas məsələlərdən biri də gəlirlərin bölgüsüdür. Sahibkar inhisarçı
gəlirlərin bölgüsündə qeyri-bərabərliyi şərtləndirir.
Dövlət birinci növbədə azad rəqabətə şərait yaratmalıdır. Bunun üçün bazarlar
ardıcıl olaraq liberallaşdırılmalıdır. Bunun əksinə olaraq iri firmalar üçün
inhisarlaşmaya imkan verməmək, inhisar təhlükəsi yarada bilən məhsulların
istehsalına mane olmaq üçün onu əvəz edə biləcək məhsulun istehsalını dövlət öz
üzərinə götürməlidir. Bu iqtisadi tədbirdir. Eyni zamanda, dövlət inhisar doğura
bilən məhsulların qiymətinə nəzarət etməlidir. Dövlətin antiinhisar siyasəti
20
çoxşaxəli və uzunmüddətli prosesdir. Ona görə də dövlət bu siyasəti qanunvericilik
aktları ilə möhkəmləndirməlidir.
Demokratik və hüquqi dövlətlərdə inhisarların təhlükəli addımları inhisarlar
əleyhinə mübarizəyə səbəb olur. nhisarlar əleyhinə mübarizə aparan qüvvələr
çoxsaylı xırda istehsalçılar və istehlakçılardır. Onlar inhisarlar tərəfindən qarət
olunur. Dövlət və hüquq iqtisadiyyatda mövcud olan bu münaqişələrin həllində
mühüm rol oynayır.
Dövlət inhisarçı fəaliyyəti tənzimləməyə çalışır. Bu cür halları nəzərə alaraq,
hələ XIX əsrin axırlarında ABŞ`da antiinhisar qanunu qəbul edilmiş, qüvvəyə
minmişdir. Bununla əlaqədar olaraq, hökumət səmərəli bazar iqtisadiyyatı
fəaliyyətini təmin etmək üçün onun hüquqi bazasını və atmosferini
möhkəmləndirmişdir. nhisar fəaliyyətini tənzimləyən aktlar elə bu dövrdən qəbul
olunmağa başlamışdır. Bu cür fəaliyyəti tənzimləmə əsasən dörd istiqamətdə
aparılır:
1. Bazarın inhisarlaşması məhdudlaşdırılır. Bazarda başqasının ziyanına ola
bilən inhisarçılıq qadağan edilir.
2. Tənzimləmənin ikinci istiqaməti rəqabət aparan kompaniyaların
birləşməsini qadağan etməkdir.
3. Tənzimləmənin üçüncü istiqaməti inhisar qiymətlərinin qoyulmasını
qadağan edir. ABŞ`da bu prosesə 1914-cü ildə yaradılmış Federal Ticarət
Komissiyası nəzarət edir. 1914-cü ildən 1977-ci ilə qədər komissiya qiymətlərdə
inhisar sövdələşməsinə dair 1400 əmr vermişdir.
4. Tənzimləmənin dördüncü istiqaməti rəqabətin saxlanılması və onun milli
formasının müdafiə edilməsidir. Bu qeyri-sağlam rəqabət əleyhinə yönəldilmişdir.
“ nhisarın mənfi cəhətlərini aradan qaldırmaq və rəqabəti gücləndirmək üçün
dövlət antiinhisar siyasəti yeridir, antiinhisar qanunvericiliyi qəbul edir və onun
tətbiqi və icrası üzərində nəzarəti həyata keçirir. ”
Dünya təcrübəsinə antiinhisar qanunvericiliyinin iki əsas sistemi məlumdur:
–
Qadağanedici sistem
21
–
Tənzimləyici sistem
Qadağanedici sistem inhisara tam qadağa şərtini irəli atır, rəqabətlə bir araya
sığmayan inhisarı aradan çıxarmağı tələb edir. Bu sistemi əsasən Yaponiyanın və
ABŞ`ın antiinhisar qanunvericiliyi rəhbər tutur.
Tənzimləyici sistem inhisarın olmasına qarşı çıxmır, lakin onun mənfi
nəticələrinin büruzə verdiyi zaman tənzimetmə mexanizmini işə salır. Tənzimləyici
sistem əsasən Avropa, xüsusilə də Şərqi və Cənub-Şərqi Avropa ölkələrinin
qanunvericiliyində öz əksini tapmışdır. Bu sistem inhisarda sui-istifadə hallarının
əleyhinə çıxış edir.
Antiinhisar qanunvericiliyini tənzimləyən qanunlar sırasındə ilk yeri 1890-cı
ildə qəbul olunmuş “Şerman Qanunu” tutur. Bu qanunla ticarətin gizli
inhisarlaşması, bu və ya digər sahədə təkbaşına nəzarətin əldə edilməsi, qiymətlər
haqqında razılaşma qadağan edilir. Qanunda göstərilir ki, bir neçə ştat və ya
ölkələrarası ticarəti inhisarlaşdıran və ya inhisarlaşdırmağa cəhd göstərən hər bir
şəxs hüququ pozmuş hesab olunur və qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq
maddələrinə uyğun olaraq 50 min dollara qədər cərimələnə və ya bir il
müddətinədək azadlıqdan məhrum edilə bilər. Bu qanuna görə bazarda 60%-dan
çox paya malik olmaq bazarın inhisarlaşması hesab olunur.
Bu sahədə digər bir qanun 1914-cü ildə qəbul olunmuşdur. Bu qanun
“Kleyton Qanunu” adlanır. Bu qanunda satış sferasında məhdud işgüzar praktikanı,
qiymət diskriminasiyasını, uyğunlaşmanı müəyyən edən maddələr öz əksini
tapmışdır. 1950-ci ildə bu qanuna “Seller-Kefover “ düzəlişi edildi. Düzəlişə
əsasən qeyri-qanuni uyğunlaşma anlayışı dəqiqləşdirildi. Belə ki, aktivlərin
alınması yolu ilə olan uyğunlaşma qadağan olunurdu. Əgər düzəlişdən öncə iri
firmaların horizontal yolla uyğunlaşmasına icazə verilirdisə, adı çəkilən düzəlişlə
bu cür uyğunlaşma məhdudlaşdırıldı.
Daha bir qanun isə 1936-cı ildə qəbul olunmuş “Robinson-Petmen
Qanunu”dur. Bu qanunda ticarət sahəsində məhdud işgüzar praktikanın olmasına,
yəni qiymət qayğısına, qiymət diskriminasiyasına qadağa qoyulmuşdu. Qərbin
22
böyük iqtisadçılarından biri olan Keyns vaxtilə antiinflyasiya məsələləri ilə məşğul
olmuş və məqbul ideyalar irəli sürmüşdür. Bu ideyalar iqtisadi ədəbiyyatda
“Keynsin antiinflyasiya siyasəti” kimi öz ifadəsini tapmışdır. Bu siyasəti sxem
şəklində aşağıdakı kimi göstərmək olar:
1. 2. Antiinhisar qanunvericiliyi, antiinhisar siyasətin hühuqi əsasları, i
nhisarçılıq
və onunla mübarizə
nhisarçılıq çox hallarda məhsulun keyfiyyətinin aşağı düşməsinə və
qiymətlərin sürətlə artmasına səbəb olur. Belə vəziyyət bazar iqtisadiyyatı
şəraitndə istehlakçılara mənfi təsir göstərir.
nhisarın sosial- iqtisadi nəticələri xalis inhisar baxımdan daha qabarıq
şəkildə özünü göstərir. Bu zaman aşağıdakı 3 amil diqqəti cəlb edir:
a. Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi. Rəqabət aparan
və inhisarçı firmaların xərcləri arasında müqayisə ilə əlaqədar olan şətinliklər;
b. Sahəyə daxil olmağı məhdudlaşdıran hədlərin hesabına inhisarçı
müəssisələrin daimi olaraq yüksək inhisar mənfəəti əldə etməsi. Bu inhisarçı
firmanın rəqabət aparan firmalara nisbətən ETT- nin imkanlarından geniş istifadə
etməsi etməsi hesabına yaranır;
c. Gəlirlərin bölgüsü. Sahibkar inhisarçı gəlirlərin bölgüsündə qeyri-
bərabərliyi şərtləndirir. Öz bazar hökmranlığının sayəsində inhisarçı firmalar
rəqabət firmalara nisbətən daha yüksək qiyməti təsbit edir.
Bazar iqtisadiyyatının inkişafının müəyyən mərhələsində inhisarçılıq elə bir
səviyyəyə gəlib çatır ki, ona qarşı tədbirlərin görülməsinə zərurət yaranır.
1. Müvafiq strukturlar tərəfindən rəqabətin inkişafı üçün əlverişli mühitin
yaradılması.
2. Müvafiq orqanlar tərəfindən inhisarçı mövqeyə malik olan təsərrüfat
subyektlərinin fəliyyətinin hüququ aktlarla tənzimlənməsi.
nhisar fəaliyyətini tənzimləyən ilk hüquqi aktlar hələ XIX əsrin ortalarında
ABŞ- da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda
23
da bazar münasibətlərinə keçidlə əlaqədar inhisarların fəaliyyətini tənzimləyən
qanunlar qəbul edilmişdir.
Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan
qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.
Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” qanununa
uyğun olaraq bir müəssisə satışın 33 %-ə, 3 müəssisə 50% -ə, 5 müəssisə 66, 6% -ə
malik olduğu hallarda inhisarçı müəssisə hesab edilir.
nhisarçılıq fəaliyyətinin qarşısının alınması aşağıdakı hərəkətləri özündə əks
etdirir:
1. Bazarda hökmran mövqe tutan və rəqabəti məhdudlaşdıran yeni təsərrüfat
subyektlərinin yaradılmasının məhdudlaşdırılmasına tədbirləri;
2. cra idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti
haqqında
sazişlər
nəticəsində
təsərrüfat
subyektlərinin
müstəqilliyinin
məhdudlaşdırılmasına və iştirakçıların mənafelərinin pozulmasına yönəldilən
fəaliyyətin qarşısının alınması.
3. nhisarçı təsərrüfat subyektlərinin məhsullarının qiymətkəri üzərində dövlət
nəzarəti qoymaqla onların bazardakı paylarına uyğun mütərəqqi vergi dərəcələrinin
tətbiq edilməsi, təbii inhisarların öz mövqelərindən sui istifadə hallarında aksiz
vergilərinin şərtləşdirilmiş dərəcələrin tətbiq edilməsi, kredit veriləsi şərtlərinin
şərtləndiriləməsi və s. ilə inhisarçıların fəaliyyətinin məhdudlaşdırılmasından
ibarətdir. Antiinhisar fəaliyyətinin üçüncü istiqamətində inhisarçılar tərəfindən
rəqabətin sıxışdırıldığı hallarda imkan daxilində səlahiyyətli orqanlar tərəfindən
inhisarçı müəssisələrin bölüşdürülməsi haqqında qərarlar qəbul etməklə
inhisarçılıq fəaliyyətinin aradan qaldırılmasının həyata keçirilməsi nəzərdə tutulur.
nhisar ərəb dilindən götürülmüşdür. Latıncada bu termin “monopolia” sözü
kimi qeyd olunmuşdur. Bu söz Azərbaycan dilində “təkəl”, “təkəlçilik” mənasını
verir. Müxtəlif monoqrafiyalarda, dərsliklərdə inhisara müxtəlif cür anlayışlar
verilir. Bunlardan bəziləri ilə tanış olaq. “ nhisarçılıq təsərrüfat subyektlərinin
24
yolverilməz fənd və üsullardan istifadə etməklə yüksək mənfəət götürmək məqsədi
ilə azad rəqabətə yol verilməməsinə, onun məhdudlaşdırılmasına və aradan
qaldırılmasına yönəldilən fəaliyyətidir. ” Anlayışdan verilən əsasa görə inhisar
yüksək mənfəət götürmək məqsədi daşıyan fəaliyyətdir. Başqa bir anlayış: “ nhisar
və inhisarçılıq çoxlu sayda istehsal vasitələrinin və insan qüvvəsinin bir əldə
cəmləşməsidir. ” Verilmiş ikinci anlayışda insan, işçi qüvvəsinin bir əldə
cəmləşdirilməsi də inhisarçılıq hesab olunur. Daha bir anlayış isə aşağıdakı kimi
verilmişdir: “ nhisar iki mənada işlədilir: birinci halda müəyyən bir obyektə
şəriksiz sahib olmaq, onu mənimsəməkdir (məsələn, torpaq mülkiyyəti üzərində
inhisar). kinci halda isə müəyyən bir istehsal sahəsi üzərində, bazarda inhisarçılıq.
Burada söhbət bazar inhisarçılığından gedir. ”
nhisarın yaranması müxtəlif səbəblərdən dolayı, istehsalın, kapitalın
təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində baş vermişdir. Təmərküzləşmə
və mərkəzləşmə istehsalın və kapitalın iriləşməsi, daha böyük həcmə çatması, daha
az əllərdə toplanması prosesidir ki, nəticədə inhisarlaşmaya səbəb olur.
Təmərküzləşmə, həmçinin elm və texnikanın inkişafı ilə əlaqədardır.
qtisadiyyatda inhisarçılıq əsasən XIX əsrin II yarısından etibarən meydana
gəlməyə başlamışdır. Tədricən inhisarın inkişafı elə bir səviyyəyə gəlib çıxmışdır
ki, o, bütövlükdə iqtisadiyyatı əhatə etməyə başlamışdır. Beləliklə, XX əsrin 30-
50-ci illərindən iqtisadiyyatda inhisarçılıq hakim bir mövqeyə malik olmuşdur.
XX əsrin 90-cı illərinin sonlarında dünyanın 40-dan çox ölkəsi antiinhisar
qanunvericiliyi aktları qəbul etməyə başlamışdır. Təbii ki, Azərbaycanda da bu
sahədə müəyyən irəliləyiş oldu və antiinhisar fəaliyyəti zamanı ortaya çıxan
münasibətləri nizama salan qanunvericilik aktları qəbul olundu.
Bu sahədə ilk qanun hesab olunan “Antiinhisar fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının 4 mart 1993-cü il tarixli Qanunu qəbul olunmuşdur.
Həmin Qanunun 1-ci maddəsində qanunun məqsədləri sadalanır. Maddə
Dostları ilə paylaş: |