Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dövlət İqtisad Universitetinin nəzdində Qida və



Yüklə 149,42 Kb.
səhifə1/3
tarix21.01.2023
ölçüsü149,42 Kb.
#80027
  1   2   3
2247(10)


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Dövlət İqtisad Universitetinin nəzdində Qida və


Sənaye kolleci

Sərbəst iş


Fənn-Müasir analitik nəzarət metodları


Qrup-İME221
Mövzu-Elektrokimyəvi analiz üsulları,onların təsnifatı
Tələbə-Verdiyev Zahir
Müəllim-Əmiraslanova Könül

Elektrokimyəvi analiz metodlarının nəzəri əsasları
PLAN

  1. Elektrokimyəvi analiz

  2. Elektrokimyəvi analiz metodları

  3. Kimyəvi reaksiyanın xüsusiyyətləri

Elektrokimyəvi analiz metodları elektrodların səthində və ya elektrodlar arası sahədə baş verən elektrokimyəvi proseslərin öyrənilməsinə əsaslanır. Bu metodlarda analitik siqnal kimi analiz olunan maddənin daxil olduğu sistemin elektrik parametrlərindən istifadə olunur. Elektrik parametrlərinə sistemin elektrik hərəkət qüvvəsi (e.h.q.), elektrod potensialı, elektrik cərəyanının gücü, elektrik yükü miqdarı və s. aiddir. Elektrokimyəvi analiz metodlarında istifadə olunan bu parametrlər təyin olunan maddənin təbiəti və qatılığı ilə funskional əlaqədə olur.
Elektrokimyəvi analiz metodları birbaşa və dolayı metodlar olmaqla iki yerə bölünür. Birbaşa elektrokimyəvi analiz metodları təyin olunan maddənin təbiətindən və qatılığından asılı olaraq birbaşa elektrik parametrinin ölçülməsinə əsaslanır. Yəni bu metodlarda elektrik parametri ölçülür və onun qiymətinə əsasən maddənin vəsfi və miqdari təyinatı aparılır. Dolayı metodlarda isə təyinat analiz olunan maddənin seçilmiş standart məhlulla titrlənməsinə əsaslanır. Bu zaman elektrik parametrindən titrləmənin ekvivalent nöqtəsinin təyini üçün istifadə olunur. Başqa sözlə dolayı elektrokimyəvi analiz metodlarında analiz olunan nümunə məhlulu standart məhlulla titrlənərək elektrik parametrinin standart məhlulun həcmindən asılılığı öyrənilir.
Ümumiyyətlə daha geniş istifadə olunan elektrikomyəvi analiz metodları aşağıdakılardır.

Yüklə 149,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin