«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə»nin və «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
2. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri» təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün geyim formasının və fərqləndirmə nişanlarının təchizat normasını müəyyən etsin.
4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Dostları ilə paylaş: |