Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Təxliyyə yollarına dair yanğın təhlükəsizliyi tələbləri



Yüklə 458,42 Kb.
səhifə5/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   2   3   4   5   6   7   8   9   ...   112
TTT — копия

5. Təxliyyə yollarına dair yanğın təhlükəsizliyi tələbləri

5.1. Təxliyyə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin tə`min olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır.

5.2. Təxliyyə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər.

5.3. Təxliyyə çıxışlarında aşağıdakılar qadağan olunur:

- təxliyyə yollarında (5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi;

- keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləcə də köçürmə çıxışlarının qapısının mismarlanması;

- təxliyyə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması;

- pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbit (fiksasiya) etmək və ya çıxartmaq.

5.4. Kütləvi şəkildə adamlar olan otaqlarda xalça, xalça zolaqları və digər döşəmə örtükləri döşəməyə möhkəm bərkidilməlidir.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə