Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 11 mart 2013-cü il tarixli



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü2,57 Mb.
#4086

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 11 mart 2013-cü il tarixli 

08 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

 

 

FİZİOLOJİ HAMİLƏLİYİ OLAN QADINLARA 

ANTENATAL QULLUQ ÜZRƏ  

KLİNİK PROTOKOL 

(2-ci nəşr, yeniləşdirilmiş) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2013 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

57.16 


F 57 

 

 



 

 

 



 

 

 



 

 

 



F 57   Fizioloji  hamiləliyi olan qadınlara antenatal qulluq üzrə 

klinik protokol (2-ci nəşr, yeniləşdirilmiş), 2013. – 24 səh. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 



kollegiyasının 28 noyabr 2008-ci il tarixli 28 saylı qərarı ilə 

təsdiq edilmiş “Fizioloji hamiləliyi olan qadınlara antenatal 

qulluq üzrə klinik protokol”un yeniləşdirilmiş variantıdır.  

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



  3 

 

 



Redaktor:  

C.Məmmədov  

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar  

 

Mərkəzinin direktoru, t.f.d. 



Tərtibçilər: 

F.Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu,    

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun direktoru, dosent, t.f.d., RS/AP üzrə 

Milli Koordinator 

O.Akçurina Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun həkim mama-ginekoloqu 

F.Qəhrəmanlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

 

İnstitutunun həkim mama-ginekoloqu 



L.Məmmədova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

 

İnstitutunun elmi katibi 



G.Rzayeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutunun Ambulator-diaqnostika şöbəsinin  



 müdiri 

S.İsmayılova 7 

saylı Qadın məsləhətxanasının baş həkimi 

G.Rzayeva 8 

saylı Qadın məsləhətxanasının baş həkimi 

D.Zeynalova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

 

İnstitutunun həkim-neonatoloqu 



Ş.İsmayılova Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

 

Mərkəzinin Tibbi Keyfiyyət standartları 



 

şöbəsinin həkim-metodisti 



Rəyçi: 

H.Bağırova Azərbaycan Tibb Universitetinin II Mamalıq-

ginekologiya kafedrasının müdiri, professor, t.e.d. 

 

 

 

 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



  5 

 

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 



icmalı  və ya nəticələri uyğun populyasiyaya şamil 

edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 

Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 



yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə  şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 



Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



  6 

 

İxtisarların siyahısı 



BKİ 

 

bədən kütlə indeksi 



CYYİ   

cinsi yolla yoluxan infeksiyalar 



ETMGİ 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 



HBV    

hepatit B virusu 



XBT-10   

Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) 



İgG  

immunoqlobulin 



İİV  

insanın imunçatışmazlığı virusu 



KTQ 

 kardiotokoqrafiya 



RS/AP   reproduktiv 

sağlamlıq və ailə planlaşdırılması  



USM  ultrasəs müayinə 

ÜST  Ümumdünya 

Səhiyyə Təşkilatı 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



  7 

 

Protokol  mama-ginekoloqlar, ailə  həkimləri və mamalar üçün 

nəzərdə tutlmuşdur. 

Pasiyent qrupu: fizioloji hamiləliyi olan qadınlar. 

Protokol  fizioloji hamiləliyin gedişi üzərində müşahidənin və 

müayinənin düzgün aparılması  və bununla da hamiləliyin 

ağırlaşmalarının qarşısının alınması, hamiləliklə bağlı patoloji 

vəziyyətlərin vaxtında aşkarlanması üzrə sübutlu təbabətə əsaslanan 

müasir metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.  

XBT-10 ÜZRƏ TƏSNİFAT 

Z34 

Normal hamiləliyin gedişi üzərində müşahidə 



Z34.0   Normal birinci hamiləliyin gedişi üzərində müşahidə 

Z34.8 Digər normal hamiləliyin gedişi üzərində müşahidə 

Z34.9  Dəqiqləşdirilməmiş normal hamiləliyin gedişi üzərində  

 müşahidə 



ÜMUMİ MÜDDƏALAR 

Antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə 

qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının 

qorunması, ailəyə valideynliyə hazırlanmaqda kömək etməkdir. 

Antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik 

tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə 

qadının və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə 

məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və 

sosial dəstəyinin səviyyəsi, hamiləliyin gedişinə nəzarət və antenatal 

qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu 

səbəbdən əsas rol məlumatı düzgün formalaşdırıb təqdim edə bilən, 

hamiləyə dərk edilmiş doğru seçim etməyə imkan verən təlim keçmiş 

tibb personalına ayrılır. 



Perinatal səhiyyənin prinsipləri: 

 



normal hamiləlik və doğuş zamanı qulluq demedikalizə edilmiş 

olmalıdır, əsassız həkim müdaxilələri minimuma endirilməlidir 

 

qulluq uyğun texnologiyanın istifadəsinə əsaslanmalıdır 



 

qulluq regionlaşdırılmağa  əsaslanmalıdır – tibb müəssisələrinin 



səviyyəsinə görə müəyyən olunmalıdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



  8 

 



 

qulluq elmi sübutlara əsaslanmalıdır 

 

qulluğa, lazım gəldikdə, müxtəlif ixtisaslı tibb işçiləri cəlb 



olunmalıdırlar 

 



qulluq tam olmalıdır 

 



qulluqda ailənin dəstəyinə geniş yer ayrılmalıdır 

 



qulluq cəmiyyətin mədəni  ənənələri ilə ziddiyyət təşkil 

etməməlidir 

 

hamilə qadın ona göstəriləcək yardımla bağlı  qərar qəbul 



edilərkən bu prosesdə iştirak etməlidir 

Bütün hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında 

olması məqsədəuyğundur. 

Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb 

müəssisəsinə 7 gəlişi (hamiləliyin 12-ci həftəsinə  qədər, 18-20-ci, 

26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci, 40-cı həftəsində) tövsiyə olunur (B)

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



  9 

 

HAMİLƏ QADININ GƏLİŞLƏRİNİN CƏDVƏLİ 



I gəliş (12-ci həftəyə qədər) 

 



məsləhətvermə (həkim hamilə qadına hamiləliyin fizioloji 

gedişi haqqında məlumat verir, anamnez toplayır, ona 

"Hamilənin ev kartası"nı təqdim edərək kartanın doldurulma 

qaydalarını başa salır) (С) (Əlavə 1, 3) 

 

arterial təzyiqin ölçülməsi, nəbzin sayılması (С) (Əlavə 2) 



 

axırıncı aybaşı tarixinə əsasən doğuşun güman edilən vaxtının təyini 



 

bədən kütləsi indeksinin təyini (BKİ) = kütlə (kq) / boy



2

 (m


2

). 


BKİ-nin yol verilən sərhədləri 18-dən 30-a qədərdir.          

BKİ >30 və ya <18 olduqda hamilə qadına müvafiq pəhriz 

tövsiyə olunur və müayinə aparılır (BKİ-nin göstəriciləri 

normal olduqda qadının bədən kütləsinin artmasına xüsusi 

diqqət edilməməli və  məhdudlaşdırıcı  pəhriz təyin 

olunmamalıdır) (B) 

 

qanın klinik analizinin (hemoqlobin) aparılması (B) 



 

sidiyin ümumi analizi – proteinuriya (C), bakteriuriya (A) 



 

qanda şəkərin təyini 



 

qan qrupu, rezus faktorun, əgər qadın Rh (-), partnyoru isə  



Rh (+) olarsa rezus anticisimlərinin təyini (B) 

 



Hepatit B (A), sifilis (B) testlərinin aparılması  

 



İİV (A). Risk qruplarından olan qadınlarda İİV-ə müayinənin 

təkrar aparılması. Qadın və ya onun partnyorunda İİV-ə 

yoluxma risk faktorları olduğu zaman təkrar müayinənin bir 

aydan sonra keçirilməsini tövsiyə olunur 



Risk faktorları: 

 



risk qrupuna daxil olan cinsi partnyorlar 

 



inyeksion narkotiklərdən istifadə edən şəxslər  

 



seks xidmətləri göstərən şəxslər  

 



məhbuslar 

 



miqrantlar 

 



İİV-ə yoluxmuş pasiyentlərin qanı və digər biosubstratları 

ilə professional təması olan şəxslər 

 

donor qan, toxuma və orqanlarının resipiyentləri. 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 10 

 



 

epidimioloji vəziyyət (fertil yaş dövründə olan qadınlar 

arasında İİV-in yüksək yayılması) 

 



Rubella (İgG) skrininqi. Hamilə qadın seroneqativ olduqda 

xəstəliyin kəskin formasına müayinə aparılmalı  və 

hamiləliyin II, III trimestrlərində dinamik müayinə 

aparılmalıdır (B) 

 

uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi (yaxma 



götürülən zaman uşaqlıq boynunun müayinəsi aparılmalıdır) 

 



USM (A) 

 



hamiləliyin 12-ci həftəsinə 

qədər fol turşusunun               

(400 mkq/gündə) təyini  (A). Fol turşusunun (400 mkq/gündə) 

mayalanmadan bir neçə  həftə öncə  və hamiləliyin ilk 3 ayı 

müddətində  təyini döldə sinir borusunun qüsurlarının inkişaf 

tezliyini azaldır. Bu məqsədlə multi-vitaminlərin təyininin isə 

hər hansı əlavə profilaktik effekti yoxdur 

7-10 gün sonra hamilə qadın müayinələrin nəticələri ilə  təkrar 

həkimin qəbuluna gəlməlidir. 

II gəliş (18-20-ci həftədə) 

 



məsləhətvermə (C) (Əlavə 1) 

 



arterial təzyiqin ölçülməsi, nəbzin sayılması (C) (Əlavə 2) 

 



uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqram) (A) 

(Əlavə 4) 

 



sidiyin ümumi analizi – proteinuriya (C), bakteriuriya (A) 

 



USM (A) 

III gəliş (26-28-ci həftədə) 

 



məsləhətvermə (C) (Əlavə 1) 

 



arterial təzyiqin ölçülməsi, nəbzin sayılması (C) (Əlavə 2) 

 



uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqram) (A) 

(Əlavə 4) 

 



auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması (D) 

 



qanın klinik analizi (hemoqlobin) (B) 

 



sidiyin ümumi analizi – proteinuriya (C), bakteriuriya (A) 

 



antirezus immunoqlobulininin rezus-mənfi immunizasiya 

olmamış qadına yeridilməsi 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 11 

 

IV gəliş (30-32-ci həftədə) 

 

məsləhətvermə (C) (Əlavə 1



 

arterial təzyiqin ölçülməsi, nəbzin sayılması (C) (Əlavə 2) 



 

uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqram) (A) 



(Əlavə 4) 

 



auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması (D) 

 



qanın klinik analizi (hemoqlobin) 

 



sidiyin ümumi analizi – proteinuriya (C), bakteriuriya (A) 

V gəliş (34-36-cı həftədə) 

 



məsləhətvermə (C) (Əlavə 1)  

 



arterial təzyiqin ölçülməsi, nəbzin sayılması (C) (Əlavə 2) 

 



uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqram) (A) 

(Əlavə 4) 

 



auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması (D) 

 



sidiyin ümumi analizi – proteinuriya (C), bakteriuriya (A) 

 



Hepatit B, sifilis testləri (B) 

 



uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi 

 



USM 

VI gəliş (38-ci həftədə) 

 



məsləhətvermə (C) (Əlavə 1) 

 



arterial təzyiqin ölçülməsi, nəbzin sayılması (C) (Əlavə 2) 

 



uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqram) (A) 

(Əlavə 4) 

 



dölün vəziyyətinin və  gələcək hissəsinin təyini üçün qarının 

palpasiyası. Dölün çanaq gəlişi zamanı doğuşun aparılma 

taktikasının müəyyən olunması (mamalıq vəziyyətindən asılı 

olaraq hamiləliyin cərrahi və ya təbii yolla başa 

çatdırılmasının proqnozlaşdırılması) (Əlavə 4) 

 



auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması (D) 

 



sidiyin ümumi analizi – proteinuriya (C), bakteriuriya (A) 

 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 12 

 

VII gəliş (40-cı həftədə) 

 

məsləhətvermə (C) (Əlavə 1) 



 

arterial təzyiqin ölçülməsi, nəbzin sayılması (C) (Əlavə 2) 



 

uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqram) (A) 



(Əlavə 4) 

 



auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması (D) 

 



sidiyin ümumi analizi – proteinuriya (C), bakteriuriya (A) 

Əgər bu müddətdə doğuş baş verməyibsə, növbəti gəliş               

1 həftədən sonraya təyin olunur. 42-ci həftədə hamilə qadın doğuşun 

induksiyası üçün stasionara göndərilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 13 

 

Əlavə 1 



Antenatal xidmət müəssisələrində tibb işçilərinin  

məsləhətvermə səriştəsi 

Məsləhətvermə dedikdə, məsləhət üçün müraciət edən  şəxsin 

hislərini, hissiyyatını, tələblərini və ehtiyaclarını  nəzərə almaqla onun 

məlumatlı qərar qəbul etməsinə yönəldilmiş ünsiyyət nəzərdə tutulur. 

Məsləhətvermə  fərdi olaraq bir şəxslə  və ya qrupla aparıla bilər. 

Qərarı tibb işçisi deyil, ailə cütlüyü qəbul etməlidir. Ailəyə 

məsləhətvermə fərdi məsləhətvermənin bir növüdür. 

Tibb işçisi ünsiyyət qurmaq və  məsləhətvermə bacarığına malik 

olmalıdır. Ünsiyyət davranışın pozitiv dəyişmə prosesinin vacib 

komponentidir.  

Məsləhətvermə zamanı  qərarı qadının özü qəbul edir və bu qərar 

onun məlumatlılığına əsaslanır. 

Tibb işçisi qadına düzgün məlumatı tam şəkildə çatdırmalı, qadının 

əvəzinə bu və ya digər xidmət və ya müayinə metoduna üstünlük 

verməklə seçim etməməlidir. Seçim qadının özü tərəfindən edilməlidir. 

Məsləhətvermənin aparılması (C) 

 



Məsləhətvermə təlim keçmiş tibb işçisi tərəfindən aparılır 

 



Birinci gəlişdən başlayaraq qadına heç olmazsa, bir dəfə 

partnyoru və ya ailə üzvü ilə birlikdə  məsləhətə  gəlməyin 

məqsədəuyğun olduğunu başa salmaq lazımdır (A) 

 



Tibb işçisi  

 



ayağa qalxır, hamilə qadını  və onu müşayiət edən  şəxsləri 

qarşılayaraq onları salamlayır 

 

özünü təqdim edir: S.A.A., vəzifəsi 



 

hamilə qadına onun məsləhət alması üçün rahat yer təşkil edir 



 

hamilə qadına məlumatı onun anlaya biləcəyi şəkildə çatdırır 



 

söhbəti qadının üzünə baxaraq aparır, eyni zamanda qadının 



ümumi vəziyyətini qiymətləndirir 

 



baxışı xəlvəti şəraitdə aparır və konfidensiallığa riayət edir 

 



aparılacaq müayinələrlə bağlı qadının məlumatlı seçimini 

nəzərə alır,  əvvəlcədən bu müayinə metodlarının məqsədi, 

müayinə aparılarkən qadının keçirə biləcəyi hissiyyat və 

proqnostik nəticələr barədə məlumat verir 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 14 

 



 

söhbət əsnasında dəyərləndirici sözlərdən istifadə etmir və qəti 

fikir söyləmir 

İlk məsləhətvermə 30-40 dəqiqə müddətində aparılır. 

Məsləhətvermə zamanı: 

 



Anamnez toplanır 

 



həyat anamnezi – keçirilmiş  xəstəliklərə xüsusi diqqət yetirilir 

(hipertenziya, psixi xəstəliklər, onkoloji xəstəliklər, şəkərli diabet, 

autoimmun xəstəliklər, irsi xəstəliklər, cərrahi müdaxilələr). Ailə 

anamnezi 

 

ginekoloji anamnez – menarxe, axırıncı aybaşı vaxtı,  əvvəlki 



hamiləliklərin, doğuşların sayı, gedişi (preeklampsiya, 3 və ya 

daha artıq özbaşına düşük, gec düşük), mamalıq  əməliyyatları, 

doğuş zamanı  və doğuşdan sonrakı dövrdə qanaxma, uşaqlıq 

yolunun III dərəcəli cırığı, qıcolma, ölüdoğulma və ya 

yenidoğulmuşun doğulduqdan sonra birinci gündə ölümü, əvvəlki 

hamiləliklər, doğuş  və doğuşdansonrakı dövrdə psixoz, uşaqda 

anadangəlmə inkişaf qüsurları, bətndaxili inkişafın ləngiməsi 

 



zərərli vərdişlərin mövcudluğu və qadının  əmək fəaliyyətinin 

növü barədə məlumat – sosial-iqtisadi amillər 

 

Rubella, IİV, hepatit B, sifilis aşkar etmək məqsədilə 



müayinələrin aparılması barədə məlumat 

 



Birinci gəliş zamanı qadına hamiləliyin fizioloji gedişi və 

hamiləlik dövründə orqanizmdə gedən dəyişikliklər barədə 

məlumat verilir. Hamilənin ev kartası  və onun doldurulma 

qaydaları ilə hamiləni tanış etmək lazımdır. 

 

Axırıncı aybaşı tarixinə əsasən doğuşun güman edilən vaxtı təyin 



olunur.  Əgər sonuncu aybaşının tarixi məlum deyilsə, hamilə 

qadından dölün ilk tərpənməsini nə vaxt hiss etdiyini soruşmaq 

və  uşaqlıq dibinin hündürlüyünü ölçmək lazımdır (hamiləliyin 

16-18-ci həftəsinə  qədər USM hestasiya müddətini dəqiqləşdirə 

bilər). Hamilə qadına doğuşun güman edilən vaxtının təxmini 

olduğu barədə məlumat vermək lazımdır. 

 

Növbəti gəlişin vaxtı  və hansı hallarda təxirə salmadan tibb 



müəssisəsinə müraciət etməyin vacib olduğu barədə  məlumat 

vermək. 


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 15 

 

Aşağıdakı hallarda təxirə salmadan tibb müəssisəsinə müraciət 



etmək lazımdır: 

 



uşaqlıq yolundan qanaxma 

 



qıcolma tutması 

 



görmənin pozğunluğu ilə müşayiət olunan güclü baş ağrıları (D) 

 



yüksək hərarət və ya üşütmə 

 



qarın nahiyəsində intensiv ağrı 

 



epiqastral və ya sağ qabırğaaltı nahiyədə ağrı 

 



təngnəfəslik və ya çətinləşmiş tənəffüs 

 



sidik ifrazının azalması (gün ərzində 400 ml-dən az) 

 



dölün hərəkət aktivliyinin kəskin dəyişməsi 

 



qəflətən meydana çıxan ödemlər, xüsusilə üz və oma 

nahiyəsində (D) 

 

Risk qrupuna daxil olan hamilələrə  fərdi protokol üzrə  əlavə 



qulluq tələb olunur. Risk qrupuna daxildir: 

I. Sosial-bioloji faktorlar: 

 



yaşı 18-dən aşağı, 40-dan yuxarı olan hamilələr 

 



atanın yaşı 40-dan yuxarı 

 



BKİ <18, BKİ >30 

 



zərərli vərdişlər (B) 

II. Mama-ginekoloji anamnez: 

 



doğuşların sayı 4 və daha çox olan hamilə qadınlar 

 



təkrari və ya fəsadlaşmış abortlar 

 



uşaqlığın inkişaf qüsuru olan hamilə qadınlar 

 



sonsuzluq 

 



induksiya olunmuş hamiləlik 

 



uşaqlıq və artımlarda cərrahi müdaxilə 

 



inkişafdan qalmış hamiləlik 

 



vaxtından qabaq doğuş 

 



anamnezində Keysəriyyə kəsiyi əməliyyatı olan hamilələr 

 



anamnezdə preeklampsiya, eklampsiya 

 



anamnezində 3 və ya daha çox özbaşına düşük olan hamilələr 

 



əvvəlki hamiləliklər, doğuş və doğuşdansonrakı dövrdə psixoz 

 



anamnezdə ölüdoğulma və ya yenidoğulmuşun neonatal 

dövrdə ölümü 

 

əvvəlki hamiləliklərdə dölün anadangəlmə inkişaf qüsuru 



 

əvvəlki hamiləliklərdə dölün bətndaxili inkişafının ləngiməsi 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 16 

 



 

ailədə genetik xəstəliklər 



III. Ekstragenital xəstəliklər: 

 



hipertenziya, ürək-damar sisteminin xəstəlikləri, qan 

xəstəlikləri, hemostaz pozuntular, sidik-ifrazat sisteminin 

xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, psixi 

xəstəliklər, epilepsiya, endokrinopatiya, autoimmun 

xəstəliklər, onkoloji xəstəliklər, kəskin və xronik infeksiyaları 

olan hamilələr, İİV infeksiyalı hamilələr 



Növbəti gəlişlərin hər birində: 

 



hamilə qadının ümumi fiziki və psixoloji durumu qiymətləndirilir 

 



hamilə qadının problemləri dinlənilir, sualları cavablandırılır 

 



hamilə qadına düzgün qidalanma haqda məlumat verilir 

 



hamilə qadına toksoplazmoz infeksiyasından qorunma haqqında 

məlumat verilir (yeməkdən əvvəl əlləri, tərəvəz və meyvələri mütləq 

yumaq, ət məhsullarını mütləq yaxşı bişirmək, pişiklərlə təmasda olmamaq) 

 



hamiləliyin müddəti təyin edilir  

 



hamilənin ev kartasına baxılır 

Hamilə qadına aşağıdakı suallarla müraciət edilir: 

 



Axırıncı  gəlişdən etibarən indiki vaxta qədər uşaqlıq yolundan 

qanlı ifrazat qeyd olunubmu? 

 

Hamiləliyin 4-cü ayından başlayaraq dölün tərpənməsini hiss 



edirsinizmi?  

 



Dölün hərəkət aktivliyində hər hansı dəyişiklik qeyd etmisinizmi? 

 



Hər hansı əlavə sualları müzakirə etmək istəyirsinizmi? 

 



Doğuş üçün hansı tibb müəssisəsinə müraciət etməyi planlaşdırırsınız? 

 



Doğuş planı müzakirə edilir 

 



Doğuşun başlandığını göstərən  əlamətlər və hamilənin doğum 

evinə özü ilə nə götürməli olduğu barədə məlumat verilir 

 

Alınan nəticələr və hamilənin ev kartında apardığı qeydlər təhlil olunur 



 

Səhiyyə sisteminin hansı pilləsinin bu hamiləliyin gedişinə 



nəzarət və doğuşun aparılması üçün daha məqsədəuyğun olması 

müəyyən olunur 

 

Ailə planlaşdırılması barədə məlumat verilir 



Məsləhətvermə zamanı hamilə qadına təklif olunan müayinələr, 

onların məqsədəuyğunluğu və bu müayinələrin necə aparılacağı 

barədə məlumat verilir. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 17 

 

Əlavə 2 



Arterial təzyiqin ölçülməsi texnikası 

Arterial təzyiq – qan-damar sisteminin fəaliyyətini 

səciyyələndirən  ən vacib parametrlərdən biridir. Qan təzyiqi zaman 

vahidi  ərzində ürəyin vurduğu qanın həcmi və damarların 

müqaviməti ilə müəyyən olunur. 

Avadanlıq: 

 

tonometr (müxtəlif ölçülü manjetlərlə) 



 

fonendoskop 



 

saniyəölçən 



Arterial təzyiqi ölçərkən hamilə qadının psixoemosional 

vəziyyəti nəzərə alınmalıdır. 

Aşağıdakı vəziyyətlərdə aparıla bilər: 

 



oturaq vəziyyətdə 

 



kürəyi ilə yastığa söykənmiş  və bir qədər sola meyilli 

yarıuzanmış vəziyyətdə 

Arterial təzyiqi ölçərkən: 

 



qolda manjet ürək səviyyəsində yerləşməlidir 

 



hər iş gününün əvvəlində arterial təzyiqi ölçən cihazın 

düzgün işləməsi yoxlanmalıdır 

 

arterial təzyiqi ölçməzdən öncə tibb işçisi hamilə qadına 



prosedurun məqsədini başa salır, onu sakitləşdirir və lazımi 

vəziyyəti almağı təklif edir 

 

arterial təzyiqi ölçmək üçün dəqiq işləyən cihazlardan istifadə 



edilir 

 



uyğun ölçüdə olan manjetdən istifadə edilir (manjetin 

minimum 80% qolun ətrafında olmalıdır). Beləliklə, 

ölçmənin yanlış nəticələrinin minimallaşmasına nail olunur 

 



sfiqmomonometr yastı  səthi ilə qadının ürək səviyyəsində 

yerləşdirilir (sfiqmomonometrin səthi arterial təzyiqi ölçən 

şəxsin baxış oxuna perpendikulyar olmalıdır) 

 



fonendoskop düzgün istifadə olunmalıdır: qulaqcıqların səs 

ötürücüsünün oxu eşitmə kanalının oxu ilə eyni səviyyədə 

olmalıdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 18 

 



 

fonendoskopun membranı dirsək büküşünün daxili səthində 

yaxşı hiss edilən pulsasiya sahəsinə qoyulur 

 



manjetə hava 2-3 mm/san sürətlə doldurulur (hava 20-30 saniyə 

ərzində vurulmalıdır) 

 

ölçülmənin nəticələri 2 mm.c.süt.-na qədər dəqiqliklə qeyd 



olunur 

 



diastolik təzyiqin ölçülməsi üçün Korotkovun 5-ci tonu 

nəzərə alınır (ürək tonlarının itməsi), belə ki, bu tonun 

qeydiyyatı 4-cü tona (ürək tonlarının karlaşması) nisbətən 

daha asandır. Hamilələrin 15%-də diastolik təzyiq ürək 

tonlarının itməsi qeyd olunandan öncə 0 səviyyəsinə  qədər 

enir. Bu halda 4-cü və 5-ci tonlarda qeyd edilmiş  təzyiq 

göstəricilərini hesaba almaq lazımdır (məsələn, 148/84/0) 

 



təkrar ölçülmələr aparılarkən aşağı göstəriciləri deyil, orta 

göstəriciləri qeyd etmək lazımdır 

 

yekun nəticə olaraq bir neçə ölçülmənin nəticəsi nəzərə alınır 



(minimum 30 dəqiqə, maksimum 4 saat müddətində). 

Ölçmənin nəticələri barədə mütləq hamilə qadına məlumat verilir 

və onun vəziyyəti qiymətləndirilir. 

 YADDA 

SAXLAYIN! 

 Heç 

vaxt 

hamilə qadının arterial təzyiqi onun beli üstə 

uzandığı  vəziyyətdə ölçülməməlidir. Bu, yanlış  və  aşağı 

göstəricilərin alınmasına, huşun itməsinə, hipertenziyanın 

proqressivləşməsinə  və dölün vəziyyətinin ağırlaşmasına gətirə 

bilər. Ölçmənin nəticələrini müəyyən edərkən tibb personalı hamilə 

qadını  və onu müşayiət edən  şəxsləri həyəcanlandırmamaq üçün 

sakitliyə riayət etməlidir. Tonometrin kalibrinin yoxlanılması, 

mexaniki zədələnmələrinin olub-olmamasının yoxlanılması 

müntəzəm olaraq aparılmalı, zədəsi olmayan fonendoskopdan 

istifadə olunmalıdır. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 19 

 

Əlavə 3 



HAMİLƏNİN EV KARTASI 

( n ü m u n ə )  

 

Soyadı, adı, atasının adı:   



Doğum tarixi: 

 

Ünvan, telefon:   



 

 

İş yeri/tədris müəssisəsi: 



 

Əvvəlki doğuşların sayı: 

 

Hamiləlik (sayca neçənci):   



Ekstragenital xəstəliklər (diaqnoz):   

 

 



Hazırkı hamiləliyin ağırlaşmaları: 

 

 



 

Axırıncı aybaşının tarixi: 

 

Doğuşun güman edilən vaxtı:  



Hamiləlik axırıncı aybaşının birinci günündən orta hesabla 280 gün və ya 10 

mamalıq ayı (mamalıq ayı 28 günə bərabərdir, 10 mamalıq ayı 40 həftədir) 

davam edir. Bu müddət  ərzində mayalanmış yumurta hüceyrədən bətndən 

xaricdə yaşamaq qabiliyyətinə malik yetkin döl inkişaf edir. Hamiləlik 

dövründə qadının bütün orqan və sistemlərinin funksiyasında dəyişikliklər 

baş verir, bu da qadının özünü hiss etməsində (subyektiv xarakterli) əks 

olunur və obyektiv müəyyən oluna bilən əlamətlərlə müşayiət olunur: 

- aybaşının kəsilməsi  

- ürəkbulanma, qusma (xüsusilə səhərlər), iştahanın dəyişməsi (ətə, balığa 

və s. qarşı ikrah hissi) 

- qoxu hissiyyatının dəyişməsi (ətirlərə, tütün tüstüsünə və s. qarşı ikrah hissi)  

- sinir sisteminin funksiyasının pozulması (yuxululuq, halsızlıq, qıcıqlılıq, 

başgicəllənmə, əhvalın tez-tez dəyişməsi və s.) 

- üzdə, qarının ağ xətti boyu, döş gilələri ətrafında piqmentasiya 



Qadın məsləhətxanasının telefonu: 

 

Həkimin telefonu:   

İstirahət günləri ____№-li doğum evinə müraciət edə bilərsiniz. 

Ünvan: 


 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



20 

Göstəricilər 

Tarix / Hamiləlik müddəti 

1. Arterial təzyiq 



  

  

  



  

  

  



  

  

2. Qanın klinik analizi (hemoqlobin)    



  

  

  



  

  

  



  

3. Sidiyin ümumi analizi  

(proteinuriya, bakteriuruya) 

  

  

  



  

  

  



  

  

Aşağıdakı əlamətlər qeyd edilərsə, 



təxirə salmadan həkimə müraciət 

edilməlidir 

Tarix 

1. Uşaqlıq yolundan qanlı ifrazat 



  

  

  



  

  

  



  

  

2. Baş ağrısı 



  

  

  



  

  

  



  

  

3. Dölün hərəkət aktivliyinin 



dəyişməsi 

  

  

  



  

  

  



  

  

4. Görmədə dəyişikliklər  



(dumanlı görmə, görmədə 

bulanıqlıq)  

  

  

  



  

  

  



  

  

5. Hərarət və ya üşütmə 



  

  

  



  

  

  



  

  

6. Sidik ifrazı zamanı ağrı 



  

  

  



  

  

  



  

  

7. Sidik ifrazının azalması  



(gün ərzində 400 ml-dən az) 

  

  



  

  

  



  

  

  



8. Epiqastral nahiyədə, sağ 

qabırğaaltı nahiyədə ağrı 

  

  

  



  

  

  



  

  

9. Uşaqlığın daimi yığılmaları  



(əgər yığılmalar keçmirsə)  

  

  



  

  

  



  

  

  



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Əlavə 4 

Xarici mamalıq müayinəsinin texnikası. 

Qravidoqram 

Bu müayinənin aparılması üçün təlim keçmiş tibb personalı, taxt, 

santimetr lenti olmalıdır. 

1.

 



Uşaqlıq dibinin hündürlüyünün dinamikada ölçülməsi testi, 

düzgün aparıldıqda, dölün bətndaxili inkişafının ləngiməsinin 

vaxtında aşkarlanması üçün yüksək informativliyə malikdir. 

2.

 



Hamiləliyin 36-cı  həftəsinə  qədər rutin olaraq qarının 

palpasiyasını aparmağa və dölün vəziyyətini təyin etməyə ehtiyac 

yoxdur (C). Təlim keçmiş tibb personalı  

 



hestasiyanın müddətini 

 



dölyanı suların miqdarını 

 



dölün vəziyyətini və  gələcək hissəsini təyin etmək üçün 

qarının palpasiyası texnikasına malik olmalıdır. 

Fizikal müayinənin aparılma şərtləri: 

 



konfidensiallığa riayət olunması 

 



uşaqlıq dibinin hündürlüyünün ölçülməsi 

Qravidoqram 

 

21 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 22 

 

Ölçmə qasıq sümüyünün yuxarı  sərhədindən uşaqlıq dibinin 



zirvəsinə  qədər aparılır. Ölçmənin nəticəsi ilə hamiləliyin müddəti 

arasında uyğunsuzluq olduqda təkrar ölçmə aparılmalıdır. Nəticələr 

şübhəli olduqda əlavə müayinələr (USM, dopplerometriya) aparılır. 

Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi eyni tibb personalı 

tərəfindən aparılmalı  və göstəricilər qravidoqrama qeyd edilməlidir. 

Alınmış nəticələr hamilənin ev kartasına qeyd edilmək üçün hamilə 

qadına təqdim olunmalıdır. 

Hamiləliyin gedişində  uşaqlıq dibinin hündürlüyünün eyni tibb 

işçisi tərəfindən ölçülməsi məqsədəuyğundur. Uşaqlıq dibinin 

hündürlüyünü ölçü lentindən istifadə etməklə aparmaq daha dəqiq 

nəticə almağa imkan verir. Lentin başlanğıc hissəsini qasıq 

bitişməsinin yuxarı nahiyəsinə qoymaqla uşaqlıq dibinə  qədər olan 

məsafəni ölçmək lazımdır. Normal bir döllü hamiləlikdə hamiləliyin 

24-cü həftəsindən başlayaraq uşaqlıq dibinin hündürlüyü (sm. ilə) 

təxminən hestasiya müddətinə uyğun gəlir. Qravidoqramda 

hamiləliyin normal gedişinə uyğun gələn uşaqlıq dibinin 

hündürlüyünü səciyyələndirən 3 xəttə fikir verilir. Hər dəfə  uşaqlıq 

dibinin hündürlüyü ölçüldükdə alınmış göstərici qravidoqramda 

nöqtə  şəklində qeyd edilir və bu nöqtələr öz aralarında xətlə 

birləşdirilir. Orta səviyyədə yerləşən xətt populyasiya üçün daha 

səciyyəvi olan xətdir. Alınan xətt qravidoqramda göstərilən ən yuxarı 

xətdən yuxarı olarsa, bu, iri dölə, çoxsululuğa, çoxdöllülüyə, aşağı 

xətdən aşağı olarsa, bu, dölün bətndaxili inkişafının ləngiməsinə, 

azsululuğa dəlalət edir ki, bu da digər müayinə metodlarının (USM, 

KTQ, dopplerometriya) aparılmasını tələb edir. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 23 

 

Ədəbiyyat: 

1.

 

Məmmədov C., Əliyeva F., Akçurina O., İsmayılova S., 



Qəhrəmanlı F., Məmmədova L., Rzayeva G., Rzayeva G., 

Zeynalova D., Hüseynova G. Fizioloji hamiləliyi olan qadınlara 

antenatal qulluq üzrə klinik protokol. –  Bakı, 2008. - 20 səh. 

2.

 



Antenatal care. Routine care for the healthy pregnant woman: 

NICE clinical guideline 6 / National Institute for Clinical 

Excellence. – London.: Abba Litho Sales Limited, October 2003. 

- 41 p. – Available at: 

http://www.nice.org.uk/nicemedia/pdf/cg6_anc_niceguideline.pdf 

(26.02.2013) 

3.

 

Antiretroviral drugs for treating pregnant women and preventing 



HIV infection in infants: recommendations for a public health 

approach. – France.: WHO, 2010 version. - 105p.  

4.

 

Delivering HIV test results and messages for re-testing and 



counselling in adults. – Geneva.: WHO, 2010. - 36p. 

5.

 



Gooch A, et al. Guideline for blood grouping and antibody 

testing in pregnancy / British Committee for Standards in 

Haematology Professional Association // Transfusion Medicine. 

– 2007. - Volume 17. - Issue 4. - p 252-262. 

6.

 

Horvath T, et al. Interventions for preventing late postnatal 



mother-to-child transmission of HIV. - Issue 1. – USA.: 

JohnWiley & Sons, 2009 Jan 21. - 36 p. 

7.

 

Management of suspected bacterial urinary tract infection in 



adults: A national clinical guideline-88/ Scottish Intercollegiate 

Guidelines Network. – 2006. - 40 p. 

8.

 

Management of НIV in pregnancy: Guideline 39 / Royal College 



of Obstetricians and Gynecologists; Medical Specialty Society. – 

London, 2004. - 12 p. 

9.

 

Pickering TG, et al. Recommendations for blood pressure 



measurement in humans and experimental animals // Circulation.- 

2005 Feb 8. - 111(5). – p 697-716.  

10.

 

Revised Guidelines for HIV Counseling, Testing, and Referral 



and Revised Recommendations for HIV Screening of Pregnant 

Women / U.S. DEPARTMENT OF HEALTH AND HUMAN 

SERVICES Centers for Disease Control and Prevention (CDC). – 

Atlanta, GA., 2001 November 9. - 110 p. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 24 

 

11.



 

Villar J, et al. Patterns of routine antenatal care for low-risk 

pregnancy // Cochrane Database of Systematic Reviews. – 2001. 

- Issue 4. 

12.

 

Региональная стратегия ВОЗ в области охраны сексуального 



и  репродуктивного  здоровья:  Программа  “Репродуктивное 

здоровье и беременность”.– Дания, 2001. - 35 с. - Available at: 

http://www.euro.who.int/__data/assets/pdf_file/0005/69530/E745

58R.pdf (26.02.2013)  

13.

 

Энкин  М,  и  др.  Руководство  по  эффективной  помощи  при 



беременности и рождении ребенка / Под ред. А.В.Михайлова. 

- Пер. с англ. – СПб.: Петрополис, 2003. - 480 с. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış



r. 



Document Outline

  • Без имени

Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin