Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 28 noyabr 2008-ci il tarixli



Yüklə 155,42 Kb.
Pdf görüntüsü
tarix13.03.2017
ölçüsü155,42 Kb.
#10997

- 1 - 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 28 noyabr 2008-ci il tarixli  

28 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 



 

YUXARI TƏNƏFFÜS YOLLARININ 

KƏSKİN RESPİRATOR İNFEKSİYALARI 

VƏ QRİP ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı - 2008 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

55.142 


Y 85 

 

 



 

 

 



 

 

 



 

 

 



Y  85   Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları 

və qrip üzrə klinik protokol – 24 səh. 

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə tədbirlər proqramı 

əsasında tərtib və çap edilmişdir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

K.Hacıyev – ATU-nun II Uşaq xəstəlikləri kafedrasının 

professoru, t.e.d. 

T.Tağı-zadə – ATU-nun I Uşaq xəstəlikləri kafedrasının 

assistenti, t.e.n.  

A.Əhmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin müdiri 

G.Hüseynova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin həkimi 

K.Süleymanova – Abt Associates, İlkin Səhiyyənin 

Gücləndirilməsi Layihəsi, həkim 

 

Rəyçilər:  

Y.Qurbanov – Səhiyyə Nazirliyinin baş terapevti, ATU-nun 

I Daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri, 

professor, t.e.d. 

V.Əsgərov – ATU-nun Uşaq yoluxucu xəstəlikləri 

kafedrasının müdiri, Rusiya TEA-nın akademiki, professor 

A.Əsədova – V.Axundov adına Milli ETTPİ-nin Qrip və 

digər kəskin respirator virus infeksiyaları laboratoriyasının 

müdiri, t.e.n., dosent 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 





İxtisarların siyahısı:

 

 

CBS – Cilian-Barr Sindromu 

DNT – dezoksiribonuklein turşusu 

HATR – hemaqlutinasiyanın tormozlanma reaksiyası 

XBT-10 – Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) 

İFA – immun-fluoressensiya analizi 

KBR – komplementin birləşmə reaksiyası  

KRİ – kəskin respirator İnfeksiya 

QDİFR – qeyri-düz immun-fluoressensiya reaksiyası  

RKT – randomizasiya olunmuş klinik tədqiqat 

RNT – ribonuklein turşusu 

 

Sübutların etibarlılıq dərəcəsi  



və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan 

(RKT) alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası

 

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Protokol ilkin səhiyyə xidmətləri göstərən həkimlər üçün 

nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: böyüklər və böyük yaş qrupundan olan 

uşaqlar. 

Protokolun məqsədləri:  

 



KRİ və qripin müalicə və profilaktikası üçün mövcud 

etibarlı elmi tədqiqatlar əsasında hazırlanmış standart 

effektiv müdaxilələrin tətbiq edilməsi 

 



KRİ və qrip zamanı antibiotiklərdən əsassız və səmərəsiz 

istifadənin qarşısının alınması 

 

Rezistent ştammların əmələ gəlməsinin azaldılması 



 

Tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması 



 

ÜMUMİ MÜDDƏALAR 

Kəskin respirator infeksiyalar (KRİ) – əsasən hava-damcı 

yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və 

orta dərəcəli intoksikasiya ilə  səciyyələnən, klinikası oxşar 

olan bir neçə  kəskin infeksiyanın ümumi adıdır. KRİ-lərin 

etiologiyası  əksər hallarda virus mənşəlidir, bəzən isə onlar 

bakteriya və ibtidailər tərəfindən törədilə bilərlər. 

Qrip – hava-damcı yolu ilə yayılan, A, B və C tipli RNT-

tərkibli pnevmotrop virusla törədilən, hərarətin yüksəlməsi, 

intoksikasiya simptomları  və  tənəffüs yollarının selikli 

qişasının iltihabı ilə səciyyələnən, yoluxuculuğu yüksək olan 

kəskin xəstəlikdir.  

Kəskin respirator infeksiya və qrip halları bütün digər 

infeksion xəstəliklərdən sayca üstünlük təşkil edərək, böyüklər 

və uşaqlar arasında tənəffüs yollarının xəstəlikləri strukturunda 

birinci yeri tutur və sahə həkimlərinə müraciətlərin əsas səbəbi 

hesab olunur. 

Səhiyyə  xərcləri artır: həkim gəlişləri və hospitalizasiya 

sayının kəskin artması, alınan dərmanların miqdarının artması 

müşahidə olunur. Həmçinin, səhiyyəyə dolayı  xərclər də artır 

ki, bura əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı itkilər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


daxildir (istehsal edilən məhsulun həcminin azalması,  əmək 

qabiliyyətinin itirilməsi ilə əlaqədar vəsaitin verilməsi və s.).  

KRİ  və qripin geniş yayılmasına baxmayaraq, onların 

gedişinə  və proqnozuna əhəmiyyətli dərəcədə  təsir edə bilən 

müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və 

qripin müalicəsində üstünlük əsasən simptomatik terapiyaya 

verilir. 



ETİOLOGİYA

 

KRİ-lər iki yüzdən artıq müxtəlif mikroorqanizmlər 



tərəfindən törədilir: A, B, C tipli qrip virusları, digər RNT və 

DNT tərkibli viruslar, bakteriyalar, virus və bakteriyaların 

assosiasiyaları, ibtidailər. 

Hər il baş verən qrip epidemiyalarına A və B virusları 

səbəb olur. C qrip virusu geniş epidemiyalar törətmir, lakin 

lokal və sporadik xəstəlik hallarının səbəbi ola bilər. 

Epidemiyalar payız-qış mövsümlərində baş verir.  

Qrip viruslarının genetik strukturları daima dəyişir. Bu 

dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, 

əhalinin onlara qarşı immuniteti olmur. KRİ-lərin müxtəlif 

törədicilər tərəfindən törədilməsi onların diferensial 

diaqnostikasını, genetik dəyişkənliyi isə onların etiotrop 

müalicəsini çətinləşdirir. Nəticədə, bu infeksiyalar az nəzarət 

olunan infeksiyalar sırasına daxil edilirlər.  



RİSK QRUPLARI 

 



Yaşın 65-dən yuxarı və 1-dən aşağı olması 

 



Ağ ciyərlərin, ürək-damar sisteminin xroniki 

xəstəlikləri, şəkərli diabet, immundefisitli 

vəziyyətlərin olması 

 



Hamiləlik  

 



Anamnezdə KRİ və qripin fəsadlı gedişinin olması 

 



Kənar şəxslərin qayğısına ehtiyacı olanlar 

 



Tənhalıq (xüsusilə yaşlılar arasında) 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

 

J00 

kəskin nazofaringit (zökəm) 



J01 

kəskin sinusit 



J02 

kəskin faringit 



J03 

kəskin tonzillit 



J04 

kəskin laringit və traxeit 



J05 

kəskin obstruktiv laringit (inaq) və epiglotit  



J06 yuxarı tənəffüs yollarının çox və dəqiqləşdirilməmiş 

lokalizasiyalı kəskin infeksiyaları 



J10 müəyyən edilmiş qrip virusları tərəfindən törədilən 

qrip 


J11 virusu 

müəyyən edilməyən qrip 



SİMPTOMLAR 

KRİ  və qripin klinikası çox oxşardır və bir neçə 

simptomun kombinasiyası ilə səciyyələnir. 

 



Ümumi intoksikasiya (hərarətin yüksəlməsi, üşütmə, 

titrətmə, zəiflik, tərləmə, baş ağrısı, əzələ ağrısı, febril 

qıcolmalar, işıqdanqorxma, ürəkbulanma, qusma) 

 



Tənəffüs yollarının müxtəlif səviyyələrdə zədələnməsi: 

zökəm (rinit), boğaz ağrısı (faringit, tonzillit), səsin 

batması (laringit), öskürək (traxeit, bronxit) 

 



Kataral simptomlar (yumşaq damaq və udlağın arxa 

divarının hiperemiyası) 

 

Əlavə simptomlar: limfadenit, qaraciyərin böyüməsi, 



konyunktivit, ekzantema 

XƏSTƏLİYİN GEDİŞİ 

Xəstəlik adətən kəskin başlayır.  İnkubasiya dövrü bir 

gündən beş günə qədər çəkə bilər. Xəstəliyin ağırlığı ümumi 

sağlamlıq statusundan, xəstənin yaşından, virusun tipindən və 

bu tipə qarşı  xəstədə immunitetin olub-olmamasından 

asılıdır. Qrip xəstəliyi zamanı intoksikasiya simptomları 

digər KRİ-lərə nisbətən daha kəskin şəkildə qeyd olunur.  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 



Qripin yüngül formasında (xəstəliyin silinmiş və subklinik 

formaları daxil olmaqla), bədənin hərarəti normal qala bilər 

və ya 38°С-dən yuxarı qalxmır, intoksikasiya simptomları 

az qeyd olunur və ya olmur. 

 

Qripin  orta dərəcəli formasında  bədən hərarəti 38,5 - 



39,5°С-yə qalxır və  xəstəliyin klassik simptomları 

müşahidə olunur. 

 

Qripin  ağır formasında  bədən hərarəti 40°С-yə qalxır. 



Ensefalopatiya əlamətləri (psixotik vəziyyətlər, qıcolmalar, 

hallyusinasiyalar), damar zədələnmələri (burun 

qanaxmaları, yumşaq damaqda nöqtəvi qansızmalar) və 

qusma əmələ gəlir. 

 

Qripin hipertoksik formasında yuxarıda qeyd olunan 



əlamətlərdən başqa hipertermik sindrom, meningizm 

(beynin yumşaq qişalarının iltihabını təsdiqləyən əlamətlər 

olmadığı halda, tək-tək və ya kombinə olunmuş meningeal 

əlamətlərin olması), uşaqlarda ensefalopatiya simptomları 

ilə bərabər hemodinamik pozulmaların olması, hemorragik 

ödem sindromu, müxtəlif dərəcəli tənəffüs çatışmazlığı 

sindromunun  əmələ  gəlməsi, ayrı-ayrı  xəstələrdə beyin 

ödeminin əmələ gəlməsi.  

Əgər qrip fəsadsız keçərsə, titrətmə dövrü 2-4 gün davam 

edir və  xəstəlik 5-10 gün ərzində müalicəsiz keçib gedir (bu 

xüsusiyyətinə görə qrip öz-özünə sağalan  xəstəlik hesab 

olunur), buna baxmayaraq KRİ-nin simptomları 1 gündən 33 

günə  qədər davam edə bilər və  əlamətlər müxtəlif müddətdə 

aradan qalxa bilərlər.  

Bədən hərarətinin təkrar yüksəlməsi müşahidə edilə bilər 

ki, bu da bakterial və digər virus infeksiyasının qoşulması ilə 

əlaqədardır. Qrip  keçirdikdən 2-3 həftə sonra yorğunluq, 

zəiflik, baş ağrısı, əsəbilik, yuxusuzluq və s. kimi postinfeksion 

asteniya əlamətləri qeyd oluna bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


10 

DİAQNOSTİKA 

 

Diaqnoz adətən klinik əlamətlər əsasında qoyulur. 



KLİNİK DİAQNOSTİKA 

 



Yüngül hallarda qrip və digər viruslarla törədilən KRİ-lərin 

əlamətləri oxşardır. Qrip və müxtəlif KRİ-lərin xəstəliyin 

başlaması, intoksikasiya simptomları, hərarətin xüsusiyyətləri, 

kataral  əlamətlər və  fəsadların növlərinə görə  dəqiq 

diferensiasiyasının aparılması problematikdir, çünki 

diferensial diaqnostika üçün səciyyəvi klinik simptomların 

spesifikliyi və həssaslığı dəqiq təyin olunmayıb.  

 



Klinik diaqnoz laborator analizlərin nəticələri ilə  təsdiq 

oluna bilər, lakin bunun səmərəli olması haqqında sübutlar 

yoxdur, çünki xəstələrin  əksər hissəsində, hətta bütün 

mümkün olan testlərdən istifadə etdikdə belə, törədicini 

aşkarlamaq mümkün olmur. 

 



Ən çox klinik əhəmiyyət daşıyan simptomların 

kombinasiyası: üşütmə, tərləmə, 3 gün ərzində  hərarətin 

artması.  

 



Malyariyaya yüksək ehtimalı olan endemik zonalarda 

Səhiyyə Nazirliyinin müvafiq sərəncamına əsasən tədbirlər 

görmək lazımdır.  

LABORATOR DİAQNOSTİKA 

 

Virusoloji və seroloji laborator diaqnostik metodlar yalnız 



epidemioloji nöqteyi-nəzərdən əhəmiyyət daşıyır: virusoloji 

metodlar – epidemiyanın mənşəyini təyin etməkdən ötrü, 

seroloji metodlar (HATR – hemaqlutinasiyanın tormozlanma 

reaksiyası, KBR – komplementin birləşmə reaksiyası) isə 

retrospektiv qiymətləndirmənin aparılması üçün. 

 



Ekspress diaqnostika metodları (QDİFR – qeyri-düz 

immun-fluoressensiya reaksiyası  və  İFA – immun-

fluoressensiya analizi) burunun aşağı hissəsinin selikli 

qişasından götürülmüş yaxmada virusa qarşı antigenləri 

aşkar edir. Lakin həssaslığının aşağı olmasına görə (65-

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


11 

70%), aparılan tədqiqatlar onların qeyri-səmərəliliyini 

göstərir, həmçinin ekspress diaqnostika metodlarının mənfi 

nəticəsi xəstəliyin olmadığını istisna etmir.  

 

 

TÖVSİYƏ: 

 

Ekspress metodların geniş istifadə olunması tövsiyə 



olunmur, çünki düzgün diaqnozun qoyulması ehtimalı 

aşağıdır, mənfi nəticə  xəstəliyi istisna etmir, xəstələrin 

çoxunda isə törədicini aşkar etmək mümkün olmur (C). 

 

Xəstənin müayinəsi ümumi terapevtik müayinədən ibarət 



olmalıdır (D). 

 

Fəsadlaşmamış hallarda laborator (qanın və sidiyin 



ümumi analizi daxil olmaqla) və instrumental müayinə 

metodlarının aparılması səmərəli deyil (D). 

 

MÜALİCƏ 

MÜALİCƏ TAKTİKASI 

 

Vəziyyətin ağırlığını qiymətləndirmək 



 

Antibakterial terapiyaya olan ehtiyacı müəyyən etmək 



(bakterial infeksiyanın əlavə olunması) 

 



Fəsadları vaxtında aşkarlamaq 

 



Pasiyentin xəstəxanaya göndərilməsi üçün meyarları  təyin 

etmək 


 

Ətrafdakıları infeksiyadan qorumaq  



 

KRİ  və qripin müalicəsində  aşağıdakı preparatlardan 

istifadə olunur: 

 



Virus əleyhinə preparatlar 

 



Antibakterial preparatlar 

 



İltihab əleyhinə və qızdırmanı salan preparatlar 

 

KRİ  və qripin müalicəsində simptomatik terapiya əsas rol 



oynayır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


12 

VİRUS ƏLEYHİNƏ PREPARATLAR 

Təsiri sübuta yetirilmiş etiotrop preparatlar yalnız qrip üçün 

mövcuddur. Virusun aşkarlanması üçün dəqiq metodika 

olmadıqda, spesifik virus əleyhinə preparatlardan istifadənin 

səmərəli olub-olmayacağı haqqında qərar qəbul etmək 

lazımdır. 

 

Qripin etiotrop müalicəsi üçün aşağıdakı 



preparatlardan istifadə oluna bilər: 

 



Adamantan törəmələri (amantadin) 

 



Neyraminidaza inhibitorları (oseltamivir, zanamivir) 

 

Sübut olunmuşdur ki, amantadin A tipli qripin, 



neyraminidaza inhibitorları isə A və B tipli qripin 

simptomlarının müddətini azaldır  (A)  (əgər müalicə 

simptomatik dövrün ilk iki günü ərzində başlamışdırsa, 

preparatlar yüksək hərarət dövrünü orta hesabla bir gün azaldır 

və simptomların kəskinliyini aşağı salır). 

 

12 yaşdan yuxarı şəxslərə:  

 

Oseltamivir (kapsul) – 75 mq x gündə 2 dəfə 



 

Zanamivir (inhalyasiya) – 10 mq (2 nəfəsalma) x gündə 2 dəfə  



 

Tövsiyə olunan müalicə müddəti 5 gündür.  

Amantadinin təsir spektri az və yanaşı  təsirləri çox 

olduğundan effektivliyi və istifadəsi məhduddur.  

Bütün virus əleyhinə preparatların bir sıra yanaşı təsirləri 

vardır: mədə-bağırsaq pozğunluqları, bronxospazm, tənəffüs 

yollarının yanaşı gedən xəstəliklərinin kəskinləşməsi, nevroloji 

dəyişikliklər. 

ANTİBİOTİKLƏR 

Yuxarı  tənəffüs yollarının kəskin respirator xəstəliklərinin 

əksəriyyətinin viruslar tərəfindən törədildiyini nəzərə alaraq, 

müalicə məqsədilə antibiotiklərin təyin olunması əsassızdır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



13 

Antibakterial terapiyanın tətbiqi üçün göstəriş bakterial 

infeksiyanın qoşulmasıdır.  Əgər KRİ-li xəstədə 7-10 gün 

aparılan simptomatik müalicədən sonra simptomların kəskinliyi 

azalmır və ya simptomlar proqressiv şəkildə pisləşirsə, bakterial 

infeksiyanın qoşulması haqqında fikirləşmək lazımdır.  

 

Antibakterial terapiyaya göstəriş olan hallar beta-hemolitik 



streptokokla törədilən tonzillit və bakterial sinusitdir.  

 

Beta-hemolitik streptokokla törədilən tonzillit 

 

Beta-hemolitik streptokokla törədilən tonzillitin mövcud-



luğunun yüksək ehtimalı haqqında aşağıda göstərilən 

əlamətlərdən 3-4-nün olması  xəbər verir (həssaslıq və 

spesifiklik 75%):  

 



Titrətmə 

 



Öskürəyin olmaması 

 



Limfadenopatiya (boyun limfa vəzlərinin böyüməsi, ağrılı 

və hərəkətli olması) 

 

Badamcıqların üzərində ağ-sarımtıl eksudatın olması 



 

Boğaz ağrısı 



 

Ölkədə ekspress-diaqnostika metodları mövcud 

olmadığından aşağıdakı tədbirlər səmərəli hesab olunur:  

 



Streptokok mənşəli tonzillitin 3-4 meyarı olduqda 

antibakterial müalicə təyin etmək (A)  

 

2 meyar olduqda – qərarı epidemioloji vəziyyəti və 



fəsadların  əmələ  gəlmə ehtimalını (streptokok etiologiyalı 

tonzilliti sübuta yetirilmiş xəstə ilə kontaktın olması, regionda 

və ya məktəblilər, hərbiçilər və d. arasında streptokok 

infeksiyalarının geniş yayılması) nəzərə almaqla qəbul etmək  



 

Beta-hemolitik streptokokla törədilən tonzillitin müalicəsi 

Birinci sıra dərmanlar: 

 



Fenoksimetilpenisillin 500 mq x gündə 2-4 dəfə (10 gün) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


14 

 



Penisillinlərə qarşı allergiya olduqda: Eritromisin 500 mq x 

gündə 2 dəfə və ya 250 mq х gündə 4 dəfə – 10 gün (daha 

az yanaşı təsir verir) 

10 günlük müalicə infeksiyanın eradikasiyasına zəmanət 

verir. 

Amoksisillin və digər geniş spektrli penisillinlər həssaslıq 



təyin olunmadan istifadə edilməməlidir.  

Bakterial rinosinusit 

Bakterial rinosinusit KRİ ilə  xəstələrin 2%-də rast gəlir. 

Rentgenoqramda burunətrafı sinusların selikli qişasının 

dəyişilməsi və burundan selikli-irinli ifrazatın gəlməsi 

antibiotikoterapiyaya göstəriş deyil.  

 

Sinusitin müalicəsində antibiotiklərdən istifadə özünü 



yalnız o zaman doğruldur ki, aşağıda göstərilən simptomlar 7 

gündən artıq davam etmiş olsun: burundan irinli ifrazatın 

gəlməsi, titrətmə, baş  ağrısı, sinuslar ətrafında ağrının və 

dartılma hissinin olması (C).  



Bakterial rinosinusitin müalicəsi 

Birinci sıra dərmanlar: 

 



Amoksisillin – 500 mq x gündə 3 dəfə (7 gün) və ya 

 



Fenoksimetilpenisillin – 250 mq x gündə 4 dəfə və ya 500 

mq x gündə 2 dəfə (7 gün) və ya 

 

Doksisiklin – 200 mq 1-ci gün bir dəfəyə, sonrakı 6 gün 



ərzində 100 mq x gündə 1 dəfə (cəmi 7 gün) və ya  

 



Oksitetrasiklin – 250 mq x gündə 4 dəfə (7 gün) və ya  

 



Eritromisin – 250 mq x gündə 4 dəfə və ya 500 mq x gündə 

2 dəfə (7 gün)  



İkinci sıra dərmanlar:  

 



Ko-amoksiklav – 625 mq x gündə 3 dəfə 7 gün və ya 

 



Siprofloksasin – 250-500 mq x gündə 2 dəfə + 

metronidazol 400 mq x 2-3 dəfə (7 gün ) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



15 

 

 

TÖVSİYƏ: 

 

Qrip və KRİ-lərin müalicəsi və profilaktikası üçün 



antibiotiklərdən istifadə tövsiyə olunmur (A).  Faringit, 

rinosinusit və bronxit əlamətləri KRİ-lər üçün tipik hesab 

olunur və bakterial mənşəli fəsadların yüksək ehtimalını 

göstərən  əlavə simptomlar olmadan antibiotiklərlə 

müalicəyə göstəriş hesab edilmirlər (А). 

 

İLTİHAB ƏLEYHİNƏ VƏ QIZDIRMANI SALAN  

DƏRMAN PREPARATLARI 

 

 

TÖVSİYƏ: 

 

Bədən hərarəti 38,5°C-dən yuxarı qalxdıqda və  ağrılar 



olduqda, qəbulu üçün əks-göstəriş olmadığı halda 

qızdırma salan və qeyri-steroid iltihab əleyhinə 

preparatların təyini tövsiyə edilir (C). 

 

Uşaqların müalicəsi üçün nisbətən effektiv və  təhlükəsiz 



olduqlarına görə parasetamol və ibuprofenin təyin 

edilməsi məqsədəuyğun hesab olunur (C). 

 

Hamilələrdə yüksək hərarət olduqda, nisbətən effektiv və 



təhlükəsiz olduğu üçün parasetamolun təyin edilməsi 

məqsədəuyğun hesab olunur (C). 

 

KRİ VƏ QRİPİN MÜALİCƏSİ ÜÇÜN İSTİFADƏ OLUNAN 

DİGƏR VASİTƏLƏR 

 



Vitamin C və burun tutulmasına qarşı preparatlar 

(dekongestantlar simptomların yüngülləşdirilməsi 

məqsədilə  qısa müddət istifadə üçün nəzərdə tutulub, bu 

preparatlarla uzun müddətli müalicə  məsləhət görülmür) 

effektivliyi ehtimal olunan müdaxilələrə daxildirlər. 

 



Exinaseya və digər bitki tərkibli dərmanların KRİ və qripin 

müalicəsinə təsiri təsdiq olunmayıb (A).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



16 

FƏSADLAR 

KRİ və qrip zamanı fəsadlaşma halları 20-60% təşkil edir. 

Fəsadlar  ən çox uşaqlar və 65 yaşdan yuxarı böyüklərdə 

meydana çıxır.  Ən çox rast gəlinən fəsadlar otitlər, ikincili 

bakterial və virus (daha az) etiologiyalı pnevmoniya, tənəffüs 

çatışmazlığı, bakterial sinusitlərdir.  

 

Pnevmoniya və xroniki xəstəliklərin kəskinləşməsi ölümlə 



nəticələnə bilər (ölüm hallarının 90%-i qoca yaşlı şəxslərdə baş 

verir). Hal-hazırda uşaqlarda qrip zamanı mənfi proqnozun risk 

faktorlarını müəyyən etmək üçün kifayət qədər məlumat 

yoxdur.  



HOSPİTALİZASİYA ÜÇÜN GÖSTƏRİŞLƏR

 

Xəstəxanaya göndəriş üçün aşağıdakıları  nəzərə almaq 

vacibdir: 

 



Vəziyyətin ağırlığı 

 



Fəsadların əmələ gəlmə riski  

 



Fəsadlaşma riski yüksək olan orta ağır və  ağır 

vəziyyətli xəstələrə adekvat qulluğun təşkil edilməsinin 

mümkün olmaması (məsələn, tək yaşayan ahıl və 

qocalar) 



Xəstəliyin ağırlığının əlamətləri aşağıdakılardır: 

 



Tənəffüs çatışmazlığı  

 



Qıcolmalar (ilk dəfə baş vermiş) və ya nevroloji 

simptomlar 

 

Hemorragik simptom 



 

Parenteral rehidratasiya tələb edən susuzlaşma və ya 



damar daxili terapiya tələb olunan digər vəziyyət 

 



Ağ ciyərlərin və ürək-damar sisteminin xroniki 

xəstəliklərinin dekompensasiyası 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



17 

PROFİLAKTİKA

 

Qrip əleyhinə vaksin, onun hazırlanmasında istifadə olunan 

virusların antigen strukturu ilə oxşar olan viruslara qarşı 

yüksək həssaslığa malikdir, lakin digər tipdən olan viruslara 

təsir etmir.  

Növbəti mövsüm hansı virusun sirkulyasiya edəcəyinə dair 

Ümumdünya Səhiyyə  Təşkilatının hər il apardığı  tədqiqatlar 

əsasında verilən proqnozlara uyğun olaraq, viruslardan 

maksimal müdafiəni təmin etmək üçün vaksinlərin tərkibi hər il 

dəyişdirilir. Qrip viruslarının antigen dəyişkənliyi vaksinlər 

vasitəsilə tam müdafiəni təmin etməyə imkan vermir.  

Qripə qarşı vaksinasiya qripin fəsadlarına maksimal 

riski olanlar və onlarla sıx kontaktda olanlara tövsiyə 

olunur (B): 

 



6 aydan 5 yaşa qədər olan uşaqlar 

 



Hamilələr 

 



50 və daha yuxarı yaş qrupundan olan şəxslər 

 



Ağır xroniki xəstəlikləri olan insanlar (astma, diabet, ürək 

xəstəlikləri) 

 

Xroniki xəstəlikləri olan pasiyentlərə qulluq edən 



müəssisələrin personalı (qocalar evi, uşaq evləri, palliativ 

müəssisələr) 

 

Risk qrupundan olan şəxslərlə və onlara qulluq edənlərlə 



yaşayan insanlar 

 



6 aydan kiçik uşaqlarla yaşayanlar və onlara qulluq edənlər 

(dayələr, tibb işçiləri) 

 

Tibb işçiləri  



Vaksinasiyanın əks-göstəriş olduğu şəxslər: 

 



Toyuq yumurtasına ağır allergiyası olan şəxslər 

 



Keçmişdə vaksinə qarşı ağır reaksiyası olanlar 

 



Vaksinasiyadan 6 həftə sonra Cilian-Barr sindromu olanlar 

(CBS – kəskin proqressiv formalı iltihabı polineyropatiya. 

Əzələ  zəifliyi və distal hissiyyatın orta dərəcəli itməsi ilə 

müşayiət olunur. Əksər hallarda infeksiya, cərrahi 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



18 

əməliyyat və ya vaksinasiyadan 5 gün - 6 həftədən sonra 

başlayır.) 

 



6 aydan kiçik uşaqlar 

 



Yüksək hərarətlə müşayiət olunan orta və  ağır dərəcəli 

xəstəliyi olanlar sağaldıqdan sonra vaksinasiya 

olunmalıdırlar.  

Profilaktikanın digər vasitələri 

Virus  əleyhinə preparatlarla profilaktika vaksinlə 

profilaktikanı  əvəz etmir. Buna baxmayaraq, bu preparatlar 

qripin qarşısının alınmasında və ona nəzarət olunmasında əlavə 

vasitələr hesab olunur.  

Qrip  əleyhinə preparatların qəbul tezliyini və müddətini 

təyin edərkən onların qiymətini, münasibliyini və  əlavə 

təsirlərini nəzərə almaq lazımdır. Maksimal effekt əldə etmək 

üçün preparat virusun aktivliyi davam edən dövrdə  hər gün 

qəbul edilməlidir.  

Hal-hazırda oseltamivir qripin kimyəvi profilaktikası üçün 

tövsiyə olunan virus əleyhinə preparatdır.  

Koxran əməkdaşlığının sistematik icmalında qeyd edilir ki, 

KRİ-lərin və qripin profilaktikasında vitamin C az təsirlidir. Bu 

təsir fiziki gərgin iş görənlərə və soyuğa məruz qalan şəxslərə 

göstərilir.  

Şəxsi gigiyenaya riayət olunması da profilaktika metodu 

hesab olunur (əlləri tez-tez sabunla yumaq, öskürmə  və 

asqırma zamanı  ağzı örtmək, çox adam olan yerlərdən uzaq 

olmaq, ev əşyalarını dezinfeksiya etmək və s.). 



NƏTİCƏLƏR 

 

KRİ-lər polietioloji xəstəliklər qrupudur (200-dən artıq 



mikroorqanizm tərəfindən törədilir). 

 

Yüngül hallarda KRİ və qripin klinikası oxşardır. 



 

Konkret xəstədə  xəstəliyin etiologiyasını  təyin etmək 

çətinlik törədir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


19 

 

Qriplə digər etiologiyalı KRİ-nin diferensial diaqnostikası 



əsasən regiondakı epidemioloji situasiyaya və  xəstənin 

vəziyyətinin ağırlığına görə aparılır (intoksikasiya 

dərəcəsi).  

 

İlkin səhiyyə  səviyyəsində ekspress diaqnostika çox 



hallarda səhv nəticə verir. 

 

Uşaqlar KRİ və qriplə xəstələnməyə əsas risk qrupu hesab 



olunurlar. 

 

Ciddi fəsadlar və ölüm halları  ən çox 65 yaşdan yuxarı 



şəxslərdə və ağır xronik xəstələrdə baş verir. 

 

Virus əleyhinə preparatlar A tipli qripə (amantadin), və ya 



A və B tipli qripə qarşı  təsirlidirlər (neyraminidaza 

inhibitorları), lakin digər törədicilər tərəfindən törədilən 

başqa KRİ-lərə  təsir etmirlər və ciddi yanaşı  təsirlərə 

malikdirlər. 

 

Antibiotiklər KRİ  və qrip zamanı effektiv deyillər, 



həmçinin onların ciddi yanaşı  təsirləri vardır; onlardan 

istifadə yalnız bakterial mənşəli fəsadlaşmalar zamanı 

özünü doğruldur.  

 

KRİ və qripin simptomlarını yüngülləşdirmək üçün iltihab 



əleyhinə  və  qızdırma salan preparatlar, həmçinin qısa 

müddət ərzində istifadə olunan dekongestantlar effekt verir; 

ehtimal olunur ki, vitamin C və antihistamin preparatları da 

müəyyən təsir göstərə bilərlər. 

 

Epidemiya zamanı qripin profilaktikası  məqsədilə 



vaksinlərdən istifadə effektiv ola bilər (əgər vaksin 

epidemiyaya səbəb olan virusların antigenləri ilə oxşar olan 

viruslardan hazırlanmışdırsa). Vaksinasiya digər KRİ-

lərdən qorumur. 

 

Virus  əleyhinə preparatlar da qripin qarşısının alınması 



üçün effektivdirlər, lakin yanaşı  təsirlərinə görə onların 

profilaktika məqsədilə istifadəsi məhduddur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



KRİ-li XƏSTƏNİN APARILMASI ALQORİTMİ

 

Bu şikayətlərlə olan xəstə: 

 

Zökəm; 



 

Asqırma; 



 

Öskürək; 



 

Boğazda ağrı; 



 

Hərarətin qalxması 



Ümumi baxış; 

Vəziyyətin ağırlığının 

qiymətləndirilməsi

Fəsadlaşmalar var? 

Vəziyyətin ağır olmasının 

əlamətləri var?



* 

Xəstəxanaya yerləşdirmə 

Əlavə müayinələr; 

Fəsadların müalicəsi 

Risk faktoru var?

** 

Xəstənin 

məlumatlandırılması

*** 

Simptomatik terapiyanın 

təyin olunması 

Xəstənin 

məlumatlandırılması

*** 

Simptomatik terapiyanın 

təyin olunması; 

3 gündən sonra kontrol 

müayinə

Mütəxəssisin yanına 



göndərmə

 

hə 



hə 

yox 

hə 

yox 

yox 

 

*     

Ehtiyac olduqda, xəstənin əmək qabiliyyətini müvəqqəti itirməsini 

təsdiqləyən sənədlər tərtib edilir. 

**  

Xəstəni gələcəkdə qrip əleyhinə vaksinasiyanın səmərəliliyi haqqında 

məlumatlandırırlar. 

*** 

Xəstəni simptomatik terapiya vasitələrinin müsbət və ya yanaşı təsirləri 

haqqında məlumatlandırmaq və simptomların kəskinliyini nəzərə almaqla 

onların təyininin məqsədəuyğun olub-olmamasını müəyyənləşdirmək 

lazımdır. 

20 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



21 

PASİYENT ÜÇÜN MƏLUMAT

 

QRİP VƏ KƏSKİN RESPİRATOR İNFEKSİYALAR 

Qrip və  kəskin respirator infeksiyaların (KRİ)  əlamətləri 

eyni ola bilər, lakin qrip adətən daha ağır keçir.  

Qrip və KRİ-lərin  əlamətləri aşağıdakılardır: pis əhval-

ruhiyyə (yorğunluq,  əzələ  ağrısı, baş  ağrısı), zökəm, öskürək, 

boğaz ağrısı, asqırma. Bədən hərarəti yüksəlmiş və ya normal 

ola bilər.  

Qrip kəskin başlayır, qrip zamanı  xəstənin vəziyyəti 

soyuqdəyməyə nisbətən daha çox dəyişir və sağalmağa daha 

çox vaxt tələb olunur.   

Qrip viruslar tərəfindən törədilir. KRİ-lər həmçinin  əksər 

hallarda virus mənşəli olur. Onlar 200-dən artıq mikroorqanizm 

tərəfindən törədilir və  bəzən xəstəliyin hansı virus tərəfindən 

törədildiyini müəyyən etmək olmur. Bu səbəbdən KRİ-lərə 

qarşı vaksinasiya aparılmır.  

Qrip və KRİ-lərə qarşı xüsusi effektiv müalicə yoxdur. 

Bütün müalicə vasitələri yalnız xəstənin vəziyyətinin 

yüngülləşdirilməsinə kömək edir. Antibiotiklər viruslu 

xəstəliklərdə yardım etmir. 

Vəziyyətinizi necə yüngülləşdirə bilərsiniz: 

 



Əgər özünüzü pis hiss edirsinizsə – evdə qalın, yataq 

rejiminə riayət edin 

 

Çoxlu maye qəbul edin 



 

Spirtli içkilərdən və siqaret çəkməkdən çəkinin 



Xəstəliyin  əlamətlərini yüngülləşdirən bir sıra dərmanlar 

mövcuddur ki, onları aptekdən reseptsiz almaq olar. Əgər 

hərarət 38,5°С-dən yüksəkdirsə, qızdırma salan dərmanlardan 

(parasetamol) istifadə etmək olar. 

Boğaz ağrısını azaltmaqdan ötrü bunun üçün nəzərdə 

tutulan sprey və həblərdən, baş ağrısını aradan qaldırmaq üçün 

ağrıkəsicilərdən istifadə etmək məqsədəuyğundur. Burun 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


22 

tutulmasını azaltmaq məqsədilə  qısa müddət  ərzində burun 

damcıları və spreylərdən istifadə etmək mümkündür.  

 



Həkimlə  məsləhətləşməmiş  uşaqlara dərman verməkdən 

çəkinin.  

 

Heç bir zaman 16 yaşdan kiçik olan uşaqlara aspirin 



vermək olmaz! Bu Rey sindromuna səbəb ola bilər 

(ildırımvari ensefalit). 

Hal-hazırda virus əleyhinə dərman preparatları mövcuddur 

və  əgər epidemiya bu dərmanlara qarşı  həssas viruslar 

tərəfindən törədilibsə, onlar qrip zamanı kömək edə bilərlər 

(həmin preparatlar soyuqdəyməyə  təsir etmirlər!).  Bu 



preparatlar yalnız həkim tərəfindən təyin olunmalıdır!  

QRİP ZAMANI ANTİBİOTİK QƏBUL ETMƏYİN VƏ 

UŞAQLARINIZA ANTİBİOTİK VERMƏYİN! 

 

ANTİBİOTİKLƏR QRİP VƏ KƏSKİN RESPİRATOR 

XƏSTƏLİKLƏR ZAMANI KÖMƏK ETMİR VƏ 

ONLARIN CİDDİ YANAŞI TƏSİRLƏRİ VAR! 

Əgər sizdə qripdən və ya soyuqdəymədən sonra fəsadlaşma 

baş veribsə, həkim sizə antibiotik təyin edə bilər.  

Qripə qarşı  bəzi preparatlar inhalyasiya formasında 

buraxılır. Əgər sizdə bronxial astma və ya xroniki bronxit varsa

bu barədə  həkimə  məlumat verin – belə hallarda inhalyasiyaların 

xoşagəlməz fəsadları ola bilər.  

 Əgər sizdə aşağıdakı əlamətlər baş verərsə, mütləq həkimə 

müraciət edin: 

 



Soyuqdəymə əlamətləri bir həftədən çox davam edir 

 



Qulaqda ağrı və ifrazatın əmələ gəlməsi 

 



Şiddətli baş ağrısının əmələ gəlməsi  

 



Hərarətin 39,5°С və daha yuxarı qalxması 

 



Təngnəfəsliyin və xırıltılı tənəffüsün əmələ gəlməsi 

 



Boğazda ağrılar və ya öskürəyin bir həftədən çox davam 

etməsi (və ya ağrıların və öskürəyin həddindən artıq güclü 

olması) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


23 

Ədəbiyyat: 

1.

 



Острые респираторные заболевания и грипп. 

Клинические рекомендации для врачей общей 

практики (семейных врачей). Ассоциация врачей 

общей практики (семейных врачей) Российской 

Федерации – 2004 

http://familymedicine.ru/content/view/23/32/   

2.

 

Mark L. Levy, Monica Fletcher, David B. Price, Thomas 



Hausen, Ron J. Halbert, Barbara P. Yawn. International 

Primary Care Respiratory Group (IPCRG) Guidelines: 

Diagnosis of respiratory diseases in primary care. Primary 

Care Respiratory Journal (2006) 15, 20-34 

3.

 

CDC 2007-08 Influenza Prevention & Control 



recommendations of the Advisory  Committee on 

Immunization Practices (ACIP) 

4.

 

Guidance on the use of oseltamivir and amantadine for the 



prophylaxis of influenza. National Institute for Clinical 

Excellence, Issue date: September 2003, Review date: 

August 2006 

5.

 



Guidance on the use of zanamivir, oseltamivir and 

amantadine for the treatment of influenza. National 

Institute for Clinical Excellence, Issue date: February 2003, 

Review date: September 2005 

6.

 

Jefferson T, Rivetti A, Harnden A, Di Pietrantonj C, 



Demicheli V. Vaccines for preventing influenza in healthy 

children. Cochrane Database of Systematic Reviews 2008, 

Issue 2. Art. No.: CD004879. 

DOI:10.1002/14651858.CD004879.pub3. 

7.

 

Health Protection Agency: “Antibiotic Guidance and 



References. Management of infection guidance for primary 

care for consultation and local adaptation” 2008  

8.

 

Clinical summary: indications for admitting? Reffering or 



seeking specialist advice 2008 www.prodigy.nhs.uk 

9.

 



British National Formulary (BNF) 54 September 2007, 

Publisher: Pharmaceutical Press 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

24 



Klinik protokolla bağlı  təklif və iradlarınızı 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai 

Səhiyyə və İslahatlar Mərkəzinə göndərə bilərsiniz. 

 

Ünvan:  Bakı, H.Zərdabi küç., 96 

Tel: 431-60-88 

Faks: 430-52-85 

Email: office@isim.az 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  •  
  • Bakı - 2008 
    •  
    • ÜMUMİ MÜDDƏALAR 
    • KLİNİK DİAQNOSTİKA 
    • ► Yüngül hallarda qrip və digər viruslarla törədilən KRİ-lərin əlamətləri oxşardır. Qrip və müxtəlif KRİ-lərin xəstəliyin başlaması, intoksikasiya simptomları, hərarətin xüsusiyyətləri, kataral əlamətlər və fəsadların növlərinə görə dəqiq diferensiasiyasının aparılması problematikdir, çünki diferensial diaqnostika üçün səciyyəvi klinik simptomların spesifikliyi və həssaslığı dəqiq təyin olunmayıb.  
      • LABORATOR DİAQNOSTİKA 
      • MÜALİCƏ TAKTİKASI 
      • ANTİBİOTİKLƏR 
      • İLTİHAB ƏLEYHİNƏ VƏ QIZDIRMANI SALAN  
      • DƏRMAN PREPARATLARI 
        •  PROFİLAKTİKA 
      • Profilaktikanın digər vasitələri 
    • NƏTİCƏLƏR 
      • Vəziyyətinizi necə yüngülləşdirə bilərsiniz: 

Yüklə 155,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin