Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Kollegiyasının 3 fevral 2009-cu il tarixli
3 saylı qərarı ilə təsdiq edilmişdir
DÖŞ QƏFƏSİNDƏ AĞRININ
DİFFERENSİAL DİAQNOSTİKASI ÜZRƏ
KLİNİK PROTOKOL
1
Bakı - 2009
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
54.1
D 83
D 83 Döş qəfəsində ağrının differensial diaqnostikası üzrə
klinik protokol – 36 səh.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai
səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı
əsasında tərtib və çap edilmişdir.
2
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
3
Klinik protokolun redaktoru:
C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin direktoru
Klinik protokolun tərtibçilər heyəti:
F.Qasımova – Ə. Əliyev adına ADHTİ-nin I Daxili xəstəliklər
kafedrasının dosenti, t.e.n.
F.Məmmədbəyov – ATU-nun Nevrologiya və tibbi genetika
kafedrasının dosenti, t.e.n.
R.Qabulova – ATU-nun Daxili xəstəliklərin propedevtikası
kafedrasının assistenti, t.e.n.
Ə.Abdullayev – Mərkəzi Neftçilər Xəstəxanasının
pulmonologiya şöbəsinin müdiri, t.e.n.
Ü.Rəhimov – Mərkəzi Klinik Xəstəxananın kardiologiya
şöbəsi, həkim-kardioloq
R.Məmmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
yüksək texnologiyalı tibbi yardım şöbəsi, həkim
Rəyçi:
F.Quliyev – Ə.Əliyev adına ADHTİ-nin I Daxili xəstəliklər
kafedrasının müdiri, t.e.d, professor
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
4
İxtisarların siyahısı:
AATE
– ağ ciyər arteriyasının tromboemboliyası
ALA –
aortanın laylanan anevrizması
AT
– arterial təzyiq
AH
– arterial hipertoniya
DVT
– dərin venaların trombozu
EKQ
– elektrokardioqrafiya
ExoKQ
– exokardioqrafiya
KKS
– kəskin koronar sindrom
KT
– kompüter tomoqrafiya
KFK MB – kreatinfosfokinazanın MB fraksiyası
QSS
– qeyri-sabit stenokardiya
RA
– risk amilləri
RKT
– randomizasiya olunmuş klinik tədqiqatlar
STQMİ – ST seqment qalxması olan miokard infarktı
STQOMİ – ST seqment qalxması olmayan miokard infarktı
USM
– ultrasəs müayinəsi
ÜİX
– ürəyin işemik xəstəliyi
ÜD
– ürək-damar
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya randomizasiya
olunmuş klinik tədqiqatlardan (RKT) alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən,
randomizasiya olunmamış tədqiqatdan alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-eksperimental
tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, korrelyasion
tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların
etibarlılıq dərəcəsi
A
•
RKT-lərin yüksək keyfiyyətli meta-analizi,
sistematik icmalı və ya nəticələri uyğun
populyasiyaya şamil edilə bilən, sistematik səhv
ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.
•
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
•
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
•
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
•
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
•
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
•
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və
ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
•
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil
edilə bilməyən, sistematik səhv riski çox aşağı olan
və ya yüksək olmayan (++ və ya +) RKT.
•
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
•
Klinik hallar seriyasının təsviri, yaxud
•
Nəzarət edilməyən tədqiqat, yaxud
•
Ekspertlərin rəyi.
•
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
•
Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
6
Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan təcili
yardım həkimləri, terapevtlər, ailə həkimləri üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: döş qəfəsində ağrısı olan böyük yaşlı şəxslər.
Protokolun məqsədləri:
►
Döş qəfəsində ağrı sindromunun mümkün səbəblərinin
araşdırılması;
►
Diaqnozun tez müəyyənləşdirilməsinin zəruriliyini həkimlərin
nəzərinə çatdırmaqla arzuolunmaz nəticələrin qarşısının alınması;
►
Tibb müəssisəsinə müraciət etmiş xəstələrə ilkin mərhələdə
aparılacaq müayinə və ilk yardım sxeminin, müayinə və
təxirəsalınmaz yardım taktikasının təklif olunması.
ÜMUMİ MÜDDƏALAR
Döş qəfəsində ağrı sindromu gündəlik tibbi təcrübədə ən çox rast
gəlinən hadisələrdəndir. Bu sindromun (xüsusən ürək nahiyəsində
ağrının) differensial diaqnostikası müəyyən çətinliklərlə bağlı olsa da,
xəstələrə vaxtında və adekvat ilk yardımın göstərilməsi, lazımi müayinə
və müalicə taktikasının seçilməsində mühüm əhəmiyyət kəsb edir.
Epidemiologiya
Döş qəfəsində ağrı, əsas şikayət kimi ambulator müraciətlərin
demək olar ki, 1-2%-ində təsadüf olunur. Bu sindromun səbəbi əksər
hallarda kardioloji patologiya ilə bağlı olmasa da, nəzərə alınmalıdır
ki, ürək-damar xəstəlikləri inkişaf etmiş ölkələrdə ölümün əsas səbə-
bini təşkil edir
5
. Məhz buna görə də döş qəfəsində ağrının ciddi və ya
qeyri-ciddi səbəbdən meydana çıxmasını araşdırmaq olduqca
mühümdür, bunun üçün isə diaqnostik və proqnostik sualların
aydınlaşdırılması zəruridir.
Döş qəfəsində ağrı sindromunun epidemiologiyası ambulator və
təxirəsalınmaz yardım şəraitindən asılı olaraq fərqlidir.
Təxirəsalınmaz yardım şöbələrinə döş qəfəsində ağrı ilə müraciət
etmiş xəstələrin 50%-ində miokard infarktı (Mİ), qeyri-sabit
stenokardiya, ağ ciyər arteriyasının tromboemboliyası (AATE) və
ürək çatışmazlığı kimi kardioloji vəziyyətlər aşkar edilir. Lakin
ambulator şəraitdə bu şikayətlə müraciət etmiş xəstələrdə əksər
hallarda əzələ-sümük patologiyaları, mədə-bağırsaq xəstəlikləri,
gərginlik stenokardiyası, panik pozulmalar və ya digər psixiatrik
vəziyyətlər, ağ ciyər xəstəlikləri aşkar edilir
5
.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Təsnifat
Döş qəfəsində ağrı aşağıdakı patologiyalar zamanı meydana çıxa
bilər
4
:
A. İntratorakal patologiyalar
1. Ürək mənşəli
Ürəyin işemik xəstəliyi (anginoz tutma)
Ürəyin qapaq xəstəlikləri
Miokardın xəstəlikləri (hipertrofik kardiomiopatiya, sağ
mədəciyin təzyiqlə yüklənməsi)
Perikardit
Miokardit
2. Damar mənşəli
Aortanın laylanması, aorta anevrizması, aorta koarktasiyası
Ağciyər hipertenziyası və ağciyər tromboemboliyası
3. Ağciyər-bronx mənşəli
Traxeobronxit
Pnevmoniya
Plevrit
Pnevmotoraks
Şiş xəstəlikləri
4. Divararalığı xəstəlikləri
Mediastenit, mediastenal emfizema
Ezofageal spazm
Reflüks ezofagit
Diafraqmanın qida borusu dəliyinin yırtığı
B. Ekstratorakal patologiyalar
Döş qəfəsi divarının patologiyaları
Onurğa sütunu patologiyaları
Herpes Zoster
Döş qəfəsi divarı törəmələri
Süd vəzisi xəstəlikləri
C. Subdiafraqmal orqanların patologiyaları
Mədə xorası
Xolesistit
Pankreatit
D. Funksional və ya psixogen səbəblər
Panik pozulmalar, depressiya, hiperventilyasiya
Mitral qapaq prolapsı sindromu
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
DİAQNOSTİKA
Anamnez
Ağrının başlanğıcı və inkişafı haqqında təfsilatlı məlumatın
toplanması mühüm əhəmiyyət kəsb edir. Bu zaman ağrının
lokalizasiyası, xarakteri, davametmə müddəti, irradiasiyası, ağrını
meydana çıxaran, ağırlaşdıran və yüngülləşdirən amillərə, onu
müşayiət edən əlamətlərə (bayılma – Mİ, AATE, aortanın laylanan
anevrizması); tənəffüs aktı ilə əlaqəsi (nəfəsalma zamanı ağrının
artması – plevrit, perikardit, pnevmotoraks, əzələ, sümük-oynaq
xəstəlikləri), təngnəfəslik, öskürək, boğulma, qanhayxırma (ürək, ağ
ciyər patologiyası), ürəkbulanma, qusma, disfagiya, requrgitasiya
(mədə-bağırsaq patologiyası), həyəcan, tərləmə, hiperventilyasiya,
zəiflik (psixi patologiya) və s.) xüsusi diqqət verilməlidir.
Xəstənin vəziyyətinin proqnostik cəhətdən qiymətləndirilməsində
ağrıların işemik və qeyri-işemik xarakterinin müəyyənləşdirməsinin
mühüm əhəmiyyəti vardır.
Keçirilmiş və hazırda mövcud olan xəstəliklər (arterial
hipertenziya (AH), Marfan sindromu, anemiya, sistem qırmızı qurd
eşənəyi və s.) haqda məlumat toplanılmalıdır.
Residivləşən və ya davamlı ağrı sindromu zamanı
provokasiyaedici amillər (məs. bədənin düzgün olmayan vəziyyəti ilə
əlaqədar olması və s.) aşkar edilməlidir. Ağrının əmələ gəlməsinin
şəraitini aydınlaşdırmaq lazımdır. Bu, travmalar, üzün müddətli
antifizioloji vəziyyət, xüsusən xəstənin professional fəaliyyəti ilə
əlaqədar meydana çıxan vəziyyətlər (ağırlıq qaldırması, uzun müddət
avtomobil idarə etmə və s.), o cümlədən uzun müddətli, adət
edilməmiş fiziki gərginlik, ağır yükün daşınması, kəskin hərəkətlər,
ümumi və yerli soyuqlama ola bilər. Trigger nöqtələrinin blokadaları,
qeyri-steroid iltihab əleyhinə maddələrin qəbulunun effekti nəzərə
alınmalıdır.
Ağrının əmələ gəlməsində psixi amillərin (keçirilmiş emosional
stresslər, panika, həyəcan, qorxu hissi, apatiya) rolu nəzərə
alınmalıdır. Yaş və cins kimi amillərin nəzərə alınması mühüm
əhəmiyyət kəsb edir (kürək nahiyəsində ağrıların qadınlarda
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
9
osteoporoz mənşəli, kişilərdə onkoloji xəstəliklər nəticəsində
meydana gəlməsi mümkündür).
Fizikal müayinələr:
►
Xəstənin emosional vəziyyəti nəzərə alınmalıdır.
►
Vizual müayinə zamanı döş qəfəsi, onurğa sütunu və süd vəziləri
nəzərdən keçirilir; aterosklerozun xarici əlamətlərinin olub-
olmaması (ksantomalar, ksantelazmalar, buynuz qişada senil
həlqə, arteriyaların sərtləşməsi və qalınlaşması), herpetik
səpgilərin olması və s., aşağı ətraflarda venaların varikoz
genəlmələrinin olub-olmaması müəyyənləşdirilir.
►
Nəbz bud və mil arteriyalarında, arterial təzyiq (AT) aşağı və
yuxarı ətraflarda təyin olunur.
►
Bədən hərarəti ölçülür.
►
Döş qəfəsinin palpasiyası (ağrılı (trigger) nöqtələrin, qabırğa
sınıqlarının, onurğa xəstəliklərinin təyini) və perkussiyası aparılır.
►
Ürəyin və döş qəfəsinin auskultasiyası (ürək tonlarının dəyişməsi,
əlavə ürək tonları, küylərin – əlavə tənəffüs küylərinin, məs.
plevranın sürtünmə küyünün – aşkar olunması) aparılır.
►
Döş qəfəsinin, yuxarı ətrafların palpasiyası: əzələlərdə zəiflik,
atrofiyalar, gərginlik, hissiyyatın pozulması, lokal ağrılılığın
olması qiymətləndirilir.
Laborator-instrumental müayinələr:
►
İnstrumental müayinə üsulları (elektrokardioqrafiya, döş qəfəsi
və mədə-bağırsaq sisteminin rentgenoqrafiyası, exokardioqrafiya,
qastroezofaqoskopiya, kompüter tomoqrafiya və s.), laborator
müayinə üsulları (qanın ümumi analizi, troponinlər,
kreatinfosfokinazanın MB fraksiyası, d-Dimer (AATE
diaqnostikasında istifadə olunur), qanın qaz tərkibinin təyini,
spirografiya və s.) diaqnozun dəqiqləşdirilməsində mühüm,
bəzən isə həlledici rol oynayır.
►
Anamnez və fizikal müayinələrin nəticələrinə əsasən döş
qəfəsində ağrının həyat üçün təhlükəli səbəbi aşkar olunmadıqda
belə, əksər yaşlı şəxslərə ən azı EKQ və döş qəfəsinin
rentgenoqrafiyası müayinələri aparılmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
10
MÜXTƏLİF PATOLOGİYALARDA MEYDANA ÇIXAN
AĞRI SİNDROMUNUN XÜSUSİYYƏTLƏRİ
Ürək-damar xəstəlikləri
Gərginlik stenokardiyası
Tipik anginoz tutmanın 4 əsas xüsusiyyəti mövcuddur:
1. Lokalizasiya və irradiasiyası:
Anginoz tutma tipik olaraq döş sümüyü arxasında meydana
çıxır (nəzərə alınmalıdır ki, həmin nahiyədə ağrının olmaması
işemiyanı inkar etmir)
Hər iki qola (ən çox sol qola), boyuna və alt çənəyə, bəzən də
kürəyə yayıla bilər
Bəzən ağrılar irradiasiya nahiyəsində meydana çıxa bilər
Tipik anginoz tutma lokal bir təzyiq şəklində və ya geniş bir
sahədə də təzahür edə bilər.
2. Fiziki gərginliklə əlaqəsi:
Xəstələrin əksəriyyətində ağrılar fiziki gərginliklə başlayır,
istirahətlə və nitroqliserin qəbulu ilə keçir. Adətən, eyni
gərginlik zamanı meydana çıxır, lakin soyuq havada və
yeməkdən sonra daha az fiziki gərginliklə yarana bilər
Emosional gərginlik anginoz tutmanı ən çox provokasiya
edən faktordur.
3. Xarakteri:
Anginoz ağrı, adətən kəskin ağrı olmayıb, sıxılma, təzyiq,
yanma, göynəmə, ağırlıq, boğazda sıxılma hissi kimi təsvir
olunur
Bütün ürək mənşəli ağrılar kimi səthi deyil.
4. Müddəti:
Fiziki gərginlikdən meydana gələn ağrı 1-3 dəqiqə, bəzən 10
dəqiqəyə qədər davam edə bilər (onun 20-30 dəqiqədən artıq
davam etməsi kəskin koronar sindrom diaqnozunun
qoyulmasına əsas verir)
Emosional gərginlikdən sonra ağrılar daha uzun müddət
davam edə bilər
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
Ağrının – 1) döş sümüyünün arxasında olması; 2) gərginliklə
əlaqəsi; 3) sakitlik və ya nitroqliserinlə keçməsi, onun tipik anginal
(hər 3 xüsusiyyəti varsa), atipik (yalnız 2 xüsusiyyəti varsa) anginal
və ya qeyri-anginal (yalnız 1 xüsusiyyət varsa) olmasını
müəyyənləşdirməyə yardım edir
5
.
Döş qəfəsində anginal ağrılar bütün yaş qruplarında ÜİX üçün
yuxarı risk təşkil edir. Atipik ağrılar 50 yaşdan yuxarı qadınlar və bütün
kişilərdə ÜİX üçün orta risk təşkil edir. Qeyri-anginal ağrılar 60 yaşdan
yuxarı qadınlar və 40 yaşdan yuxarı kişilərdə ÜİX üçün orta dərəcəli
risk təşkil edir.
Aşağı risk səviyyəsi olan xəstələrin ailələrində və anamnezlərində
ÜİX ehtimalını artıran digər risk amilləri yoxdursa, sonrakı sınaqların
aparılmasına ehtiyac yoxdur. Orta risk səviyyəsi olan xəstələrdə
elektrokardioqrafik dəyişikliklər stress EKQ vasitəsilə aşkar oluna bilər
(əgər xəstə fiziki sınağı həyata keçirə bilirsə, sol Hiss dəstəsinin
blokadası və sakitlik EKQ-də nəzərəçarpacaq ST depressiyası
yoxdursa). Sakitlik EKQ-də dəyişiklik olan xəstələrdə perfuzion
ssintiqrafiya stress EKQ ilə bərabər aparılır, əgər xəstə fiziki yük sınağı
aparmaq iqtidarında deyilsə, farmakoloji sınaqlar vasitəsilə
qiymətləndirilir. ÜİX-nin risk səviyyəsi yüksək olan, başqa testləri
qeyri-informativ olmuş və revaskulyarizasiyanın nəticələri faydalı ola
biləcək xəstələr birbaşa angioqrafiyaya göndərilməlidir.
Kəskin koronar sindrom
Qeyri-sabit stenokardiya (QSS), ST seqment qalxması olan
miokard infarktı (STQMİ), ST seqment qalxması olmayan miokard
infarktı (STQOMİ) zamanı ağrının aşağıdakı xüsusiyyətləri vardır:
►
Tipik halda Status anginosus müşahidə olunur – anginoz ağrı
nisbətən daha intensiv, uzunmüddətlidir.
►
Fiziki gərginliklə əlaqədar olmaya bilər.
►
Mİ diaqnozu ehtimalını artıran əlamətlər
5
:
-
anginoz ağrının hər iki qola irradiasiya etməsi,
-
təzyiqedici xarakterli olması,
-
hipotenziya,
-
profuz tərləmə,
-
auskultasiyada S
3
çapma ritmi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
12
►
Anginoz ağrı həmçinin halsızlıq, təngnəfəslik və ölüm qorxusu
ilə müşayiət oluna bilər.
►
Ürək-damar (ÜD) risk amillərinin (kişi cinsi, 60 yaşdan yuxarı
yaş, diabet, hiperlipidemiya) mövcudluğu, anamnezdə ÜİX və
ürək çatışmazlığının olması, hətta qeyri-işemik xarakterli ağrısı
olan xəstələrin nəzarətdə saxlanılmasına əsas verir (belə ki, belə
xəstələrin 3%-ə qədərində ağrının meydana çıxmasından 30 gün
ərzində Mİ və ya ölüm baş verir).
Nəzərə alınmalıdır ki, bəzi hallarda xəstəlik atipik klinika ilə
təzahür edir:
-
döş qəfəsində ağrı plevral tipli olur,
-
lokalizasiyası bəzən epiqastral nahiyədə olur ( status gastralgicus)
-
ürəkbulanma, qusma ilə müşayiət olunur,
-
təngnəfəslik və boğulma ( status asthmaticus),
-
ağır ritm pozulmaları, bayılmalar meydana çıxır.
Atipik şikayətlər daha cavan (25-40 yaş), daha yaşlı (>75 yaş)
xəstələrdə, qadınlarda, şəkərli diabet, xronik böyrək çatışmazlığı və
demensiyalı xəstələrdə müşahidə olunur.
Laborator-instrumental müayinələr:
►
EKQ ilk tibbi təmasda 10 dəqiqə ərzində çəkilməlidir
-
ST seqmentinin qalxması və ya Hiss dəstəsi sol ayaqcığının
yeni əmələ gəlmiş blokadası STQMİ diaqnozunu təsdiq edir
-
anginoz tutma fonunda ST seqmentinin horizontal depressiyası
STQOMİ diaqnozunu təsdiqləyir
-
Q dişciyi, yeni meydana çıxmış T-dişciyinin dərin simmetrik
inversiyası Mİ ehtimalını həmçinin artırır
-
Sağ mədəcik Mİ-yə şübhə olduqda (aşağı divarın Mİ olan
xəstələrdə hipotenziya, ağciyərlər üzərində patoloji tənəffüsün
olmaması və vidaci venada təzyiqin artması) EKQ sağ döş
aparmalarında çəkilir
-
Normal və ya şübhəli EKQ olduğu hallarda, EKQ qeydləri
təkrar alınmalıdır və əvvəlkilərlə müqayisə edilməlidir.
-
ExoKQ ilə sağ mədəcik infarktı diaqnozu təsdiqlənə bilər.
Qeyd etmək lazımdır ki, normal EKQ KKS olmadığını istisna etmir.
Bir sıra tədqiqatlarda təcili yardım şöbəsində normal EKQ ilə evə yazılan
xəstələrin 5%-də son nəticədə kəskin Mİ və ya QSS aşkar olunmuşdur.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
13
►
Miokardial zədələnmənin ən geniş yayılmış markerləri KFK MB
izoenzimi, troponin T və İ -dir.
KFK MB səviyyəsi təcili tibbi yardım üçün müraciətin 9 saatı
ərzində 6,0 ng/ml (6,0 mkg/l) olarsa, sonrakı 30 gün ərzində Mİ və
ölüm ehtimalının mötədil artmasına səbəb olur. Müraciətdən ən azı 8
saat sonra troponin T (2 ng/ml), 6 saat sonra troponin İ (1 ng/ml)
səviyyələrinin artması Mİ və kəskin koronar sindrom diaqnozunu
təsdiq edir və 30 gün ərzində Mİ residivi və ölüm ehtimalını artırır
Dostları ilə paylaş: |