Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu il tarixli



Yüklə 5,09 Mb.
Pdf görüntüsü
tarix23.11.2019
ölçüsü5,09 Mb.
#29675
20 Pneumonia


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 4 aprel 2009-cu il tarixli  

10 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

 

 



 

 

XƏSTƏXANADAN KƏNAR 



PNEVMONİYANIN  

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 

 

 



 

 

 



 

 

 

 

1

Bakı - 2009 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

54.12 


X 52 

 

 



 

 

 



 

 

 



 

 

X 52    Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və  



müalicəsi üzrə klinik protokol – 28 səh. 

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə  Tədbirlər proqramı 

əsasında tərtib və çap edilmişdir. 

 

2



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

İ.Mustafayev – ET Ağ Ciyər Xəstəlikləri İnstitutu, 

pulmonologiya elmi bölməsinin rəhbəri, t.e.n. 

Ə.Sadıqov – ATU-nun Ağ ciyər xəstəlikləri kafedrası, t.e.d. 

A.Hüseynova – ET Ağ Ciyər Xəstəlikləri İnstitutu,  

I pulmonologiya şöbəsi, həkim-pulmonoloq 

G.Əliyeva – ET Ağ Ciyər Xəstəlikləri İnstitutu, allerqoloq-

pulmonoloq 

G.Hüseynova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin həkim-metodisti 

Ə.Abdullayev – “Antibiotiklərin səmərəli istifadəsi” İctimai 

Birliyi, t.e.n. 

K.Süleymanova – Abt Associates, İlkin Səhiyyənin 

Gücləndirilməsi Layihəsi, həkim   

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən 



rəy verilmişdir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri                          

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası



 

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

•  RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi Ia. 



•  Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

•  Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

•  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

•  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

•  Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 

edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi IIb. 

•  Klinik hallar seriyasının təsviri, yaxud  

•  Nəzarət edilməyən tədqiqat, yaxud  

•  Ekspertlərin rəyi.  

•  Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

•  Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

6

İxtisarların siyahısı 



AB 

antibakterial preparatlar 



ACXOX 

– ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi 



DÜÇ 

– durğunluq ürək çatışmazlığı 



ExoKQ 

– exokardioqrafiya 



EKQ 

– elektrokardioqrafiya 



Hb 

– hemoqlobin 



XBT-10 

– Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) 



XKP 

– xəstəxanadan kənar pnevmoniya 



İİÇ 

– insan immun çatışmazlığı 



QİÇS 

– qazanılmış immun çatışmazlığı sindromu 



KT 

– kompüter tomoqrafiyası 



SPR 

– Streptococcus pneumoniae qarşı rezistentlik 



ŞD 

– şəkərli diabet 



TMP/SMX  – trimetoprim/sulfametaksozol 

TS 

– tənəffüsün sayı 



USM 

– ultrasəs müayinəsi  



ÜÇ 

– ürək çatışmazlığı 



ÜDS 

– ürək döyüntülərinin sayı 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

7

 Protokol  ilkin  səhiyyə xidmətləri səviyyəsində çalışan 



terapevtlər, ailə və ümumi praktika həkimləri, pulmonoloqlar  üçün 

nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: pnevmoniya xəstəliyi olan böyük yaşlı şəxslər. 

 

Protokol aşağıdakı pasiyent qruplarına şamil edilmir: 



► 

16 yaşdan kiçik pasiyentlər 

► 

İmmun sistemi zəifləmiş şəxslər 



► 

Xəstəxanada yoluxmuş şəxslər 

► 

Aspirasiyalı pnevmoniyası olan pasiyentlər 



► 

Mukovissidoz və ya vərəmli pasiyentlər 

► 

Hamilələr 



 

Protokolun məqsədləri: 

► 

Pnevmoniyanın klinik diaqnostikasını yaxşılaşdırmaq 



► 

Pnevmoniyanın laborator və rentgenoloji diaqnostikasını 

optimallaşdırmaq 

► 

Böyüklərdə  xəstəxanadan kənar pnevmoniyanın antibiotiklərlə 



müalicəsini səmərəliləşdirmək 

► 

Pnevmoniya ilə xəstələnmə və ölüm hallarını azaltmaq 



 

ÜMUMİ MÜDDƏALAR 

Pnevmoniya pulmonar parenximanın kəskin infeksiyasıdır və 

aşağıdakı vəziyyətlərlə müşayiət olunur: 

► 

Aşağıda göstərilən simptomlardan ən azı ikisi – 



9  qızdırma, üşütmə, bəlğəmli və ya bəlğəmsiz olan yeni 

öskürəyin  əmələ  gəlməsi, yaxud bəlğəm rənginin dəyişməsi 

ilə müşayiət olunan xroniki öskürək, döş  qəfəsində plevral 

ağrılar, təngnəfəslik     VƏ 

► 

Pnevmoniyaya uyğun auskultativ dəyişikliklər (lokallaşmış 



xırıltılar, krepitasiya, bronxial tənəffüs, zədələnmiş nahiyədə 

tənəffüsün zəifləməsi və ya keçirilməməsi)     VƏ 

► 

Rentgen müayinəsi zamanı yeni kölgənin aşkar olunması 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

8

Xəstəxanadan kənar yoluxmuş pnevmoniya 

Aşağıdakı hallarda pnevmoniya xəstəxanadan kənar yoluxmuş 

hesab olunur: 

► 

Pasiyent simptomların başlanmasından  əvvəl 14 gün ərzində 



xəstəxanada olmamışdır    VƏ YA  

► 

Pasiyent simptomların başlanmasından  əvvəl 4 gündən az 



müddətdə xəstəxanaya yerləşdirilmişdir. 

Epidemiologiya 

Pnevmoniya dünya üzrə infeksion xəstəliklər nəticəsində baş 

vermiş ölüm səbəblərinə görə birinci, ümumi ölüm səbəblərinə görə 

isə 6-cı yeri tutur. 

Xəstəlik halları  qış aylarında artır. Xəstələrin 80%-i ambulator 

şəraitdə müalicə olunur. Ambulator şəraitdə müalicə olunan 

xəstələrdə ölüm hadisələri 1%-dən aşağı, xəstəxanada isə orta 

hesabla 14% təşkil edir. Bütün pnevmoniya hallarının 50%-i və 

pnevmoniya nəticəsində ölüm hallarının 90%-i 65 yaşdan yuxarı 

şəxslərdə baş verir. 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

J12  Başqa rubrikalarda təsnif edilməyən, virus mənşəli, 

pnevmoniya 

J12.0 Adenovirus 

mənşəli pnevmoniya 

J12.1  Respirator sinsitial virus tərəfindən törədilən 

pnevmoniya 

J12.2  Paraqrip virusu tərəfindən törədilən pnevmoniya  

J12.8 Digər virus mənşəli pnevmoniya 

J12.9 Dəqiqləşdirilməmiş virus mənşəli pnevmoniya 

J13 

Streptococcus pneumoniae tərəfindən törədilən pnevmoniya 

J14 

Haemophilus influenzae (Afanasyev- Pfeyffer çöpü)  

tərəfindən törədilən pnevmoniya 



J15 

Başqa rubrikalarda təsnif edilməyən bakterial pnevmoniya 

J15.0  Klebsiella pneumoniae tərəfindən törədilən 

pnevmoniya 

J15.1  Pseudomonas tərəfindən törədilən pnevmoniya 

J15.2 Stafilokokk tərəfindən törədilən pnevmoniya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

9

J15.3  Bir qrup streptokokk tərəfindən törədilən pnevmoniya 



J15.4 Digər streptokokklar tərəfindən törədilən pnevmoniya 

J15.5  Escherichia coli tərəfindən törədilən pnevmoniya 

J15.6 Digər aerob, qram-mənfi bakteriyalar tərəfindən 

törədilən pnevmoniya 

J15.7  Mycoplasma pneumoniae tərəfindən törədilən 

pnevmoniya 

J15.8 Digər bakterial pnevmoniyalar 

J15.9 Dəqiqləşdirilməmiş bakterial pnevmoniyalar 



J16 

Başqa rubrikalarda təsnif edilməyən, digər infeksion amillər 

tərəfindən törədilən pnevmoniya 

J16.0 Xlamidiyalar tərəfindən törədilən pnevmoniya 

J16.8 Digər dəqiqləşdirilməmiş infeksion amillər tərəfindən 

törədilən pnevmoniya 



J17*  Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı rast 

gəlinən pnevmoniyalar 

J17.0* Başqa rubrikalarda təsnif edilən bakterial xəstəliklər 

zamanı rast gəlinən pnevmoniya 

J17.1* Başqa rubrikalarda təsnif edilən virus xəstəlikləri 

zamanı rast gəlinən pnevmoniya 

J17.2* Mikozlar zamanı pnevmoniya 

J17.3 Parazitar xəstəliklər zamanı pnevmoniya 

J17.8* Başqa rubrikalarda təsnif edilən digər xəstəliklər 

zamanı rast gəlinən pnevmoniya 



J18 

Pnevmoniya, törədici dəqiqləşdirilmədən 

J18.0 Dəqiqləşdirilməmiş bronxopnevrnoniya 

J18.1 Dəqiqləşdirilməmiş paylı (lobulyar) pnevmoniya 

J18.2 Dəqiqləşdirilməmiş hipostatik pnevmoniya 

J18.8 Törədicisi müəyyən olunmamış digər pnevmoniya 

J18.9 Dəqiqləşdirilməmiş pnevmoniya 

KLİNİK TƏSNİFAT 

► 

Xəstəxanadan kənar pnevmoniya (tibb müəssisəsindən kənar 



yerdə yoluxmuşdur) 

► 

Xəstəxana daxili (yoluxmuş) pnevmoniya (nazokomial, tibb 



müəssisəsində yoluxmuşdur) 

► 

İmmun sistemi zədələnmiş pasiyentlərdə olan pnevmoniya 



► 

Aspirasiya nəticəsində əmələ gələn pnevmoniya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 10

Ağırlıq dərəcəsinə görə  xəstəxanadan kənar pnevmoniyalar 

aşağıdakı kimi bölünürlər  (etioloji və antibakterial müalicənin 

xüsusiyyətlərini nəzərə almaqla): 

► 

60 yaşdan gənc şəxslərdə ağır olmayan  pnevmoniya 



► 

Yaşı 60-dan çox və/və ya daxili orqanların yanaşı  xəstəlikləri 

olan şəxslərdə ağır olmayan pnevmoniya 

► 

Ağır pnevmoniyalar 



Diaqnozun formalaşdırılması üzrə nümunələr: 

► 

Əsas diaqnoz: Pnevmoniya, Qram müsbət, sağ  ağ ciyərin aşağı 



payında, yüngül gedişli. 

► 

Əsas diaqnoz: Pnevmoniya, pnevmokokk mənşəli, sağ ağ ciyərin 



aşağı payında, yüngül gedişli. Əsas xəstəliyin fəsadı: ekssudativ 

plevrit. Yanaşı gedən xəstəlik: ACXOX. Yanaşı gedən xəstəliyin 

fəsadı: tənəffüs çatışmazlığı III dərəcə, xroniki ağ ciyər ürəyi, 

ÜÇ III dərəcə. 

► 

Əsas diaqnoz: Aspirasiya nəticəsində pnevmoniya, hər iki ağ 



ciyərin aşağı payında, ağır gedişli. 

Səbəbləri: 

Rast gəlinən halların yarısında etioloji faktoru təyin etmək 

mümkün olmur. 

Streptococcus pneumoniae (S. pneumoniae) XKP-nin ən çox rast 

gəlinən səbəblərindəndir və  təsadüf edilən halların 50%-ni təşkil 

edir. 

Streptococcus pneumoniae qarşı rezistentliyin yaranmasında 

aşağıdakı risk faktorları rol oynayır: 

9  Son 3 ay ərzində beta-laktamin/makrolid/xinolonlardan 

istifadə 

9  Alkoqolizm 

9  Yaşın 60-dan yuxarı olması 

9  İmmunosupressiv vəziyyət 

9  Uşaq müəssisələri ilə əlaqə 

9  Uzun müddətli qayğı göstərən müəssisələr (qocalar evi və s.) 

Penisillinə qarşı rezistentliyi olan Streptococcus pneumoniae 

eyni zamanda  digər antibakterial preparatlara, xüsusilə  də, daxilə 

qəbul olunan sefalosporinlərə, makrolidlərə  və TMP/SMX qarşı 

rezistentlik nümayiş etdirir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 11

Viruslar (məs. qrip A, B, paraqrip, adenovirus) böyüklərdə 

xəstələnmə hallarının 2-15%-ni təşkil edir. Respirator sintisial virus 

gənc yaşlı populyasiya ilə  bərabər, böyüklərdə  də pnevmoniyaya 

səbəb ola bilər.  

Anaerob floranın az rast gəlməsinə baxmayaraq, həmin 

törədicilər yaşlılarda, alkoqoliklərdə, inyeksion narkomanlarda, 

nevroloji dəyişiklikləri olanlarda, ağız boşluğunun gigiyenasına 

riayət etməyənlərdə polimikrob aspirasiya sindromuna səbəb ola 

bilərlər.  

 

Tez-tez rast gəlinən patogenlər 

Ambulator şəraitdə müalicə alan pasiyentlərdə 

Yanaşı xəstəliklər olduğu halda 

Streptococcus pneumoniae 

Micoplazma. pneumoniae 

Chlamidia. pneumoniae 

Klebsiella pneumonia

 

Yanaşı xəstəliklər olmayan halda  



S. pneumoniae 

H. influenzae 

S. aureus 

M. catarrhalis 

Enterobacteriaceae 

C. pneumoniae

 

Xəstəxanaya yerləşdirilmiş pasiyentlərdə  



Orta ağır/ ağır xəstələr  

S. pneumoniae 

H. influenzae 

S. aureus 

Group A streptococci 

Enterobacteriaceae 

C. pneumoniae 

Legionella (nadir hallarda)

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 12

DİAQNOSTİKA 

Pnevmoniyanın diaqnostikası  xəstənin anamnezi, fizikal 

müayinə nəticələri və döş qəfəsinin rentgenoqrafiyasına əsaslanır.  

Yaş artdıqca, xəstəliyin  əlamətləri daha sönük, fizikal 

müayinənin nəticələri isə azalmış olur. Bu qrup xəstələrdə qızdırma 

daha az, delirium əlamətləri isə daha qabarıq olur.  



Anamnez 

► 

Qızdırma +/- titrətmə 



► 

Yeni öskürəyin əmələ gəlməsi (produktiv və ya qeyri-produktiv 

ola bilər) 

► 

Döş qəfəsində plevral ağrıların olması 



► 

Yorğunluq, baş ağrısı, ürək bulanması, qarın ağrısı, mialgiya 



Risk faktorlarının aşkarlanması 

9  Siqaret çəkmə 

9  Yanaşı  vəziyyətlər: astma, ağ ciyər xərçəngi, ağ ciyərlərin 

obstruktiv xəstəliyi (ACXOX), şəkərli diabet, alkoqolizm,  

qara ciyər və böyrək çatışmazlığı, durğunluq ürək 

çatışmazlığı, kortikosteroidlərin uzunmüddətli istifadəsi, 

qidalanmanın pozulması  və ya bədən çəkisinin kəskin 

azalması (

>5%), İİÇ virusu ilə yoluxma 

9  Yaxın zamanlarda (3 ay müddətində) antibiotiklərdən istifadə  

9  Son üç ay müddətində xəstəxanaya yerləşdirmə  

9  Soyuqlama  

9  Respirator virus xəstəlikləri 

9  Stress  

9  Yaş (5-dən aşağı, 60-dan yuxarı) 

Fizikal müayinə 

► 

Hərarətin 37.8°C-dən yuxarı olması 



► 

Tənəffüs sayının artması  (

≥25/dəqiqədə) (tənəffüsün sayı tam 

dəqiqə ərzində hesablanmalıdır) 

► 

Ağ ciyər parenximasının bərkiməsi  əlamətləri: döş  qəfəsinin 



hərəkətliliyinin azalması, səs titrəməsinin artması, perkutor səsin 

kütləşməsi, havanın daxil olmasının azalması, bronxial 

tənəffüsün olması, lokal kiçik qabarcıqlı yaş  xırıltılar, 

krepitasiyalar, plevranın sürtünmə küyü 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 13

Laborator-instrumental müayinələr: 

Bütün xəstələrdə 

► 

Döş qəfəsinin rentgenoqrafiyası (hər iki proyeksiyada) (B) 



dəfə:  

1-ci: xəstəliyin ikinci günündən gec olmayaraq,  

2-ci: 14 -16-cı gün  

İnfiltratın lokalizasiyası və mənşəyi təyin olunmalıdır. 

► 

Qanın ümumi analizi (geniş) 2 dəfə: 



1-ci: xəstəliyin ikinci günündən gec olmayaraq,  

2-ci: 14 -16-cı gün  

 

Xəstəxanaya yerləşdirilən pasiyentlərdə 



► 

Produktiv öskürək zamanı – bəlğəmin Qram metodu ilə 

boyanması və əkilməsi 

► 

Anamnezində yüksək hərarət və titrətmə olan pasiyentlərdə 



qanın  əkilməsi (antibiotik müalicəsindən  əvvəl yerinə yetirmək 

tövsiyə olunur). Eyni zamanda 3 flakona qan nümunələri 

götürülür: bir tərəfdən – aerob flora (1 flakon), anaerob flora (1 

flakon) + digər tərəfdən – aerob flora (1 flakon) 

► 

Qanın biokimyəvi analizi: qlükoza, elektrolitlər, kreatinin, ALT, 



C-reaktiv zülal  

► 

Pulsoksimetriya 



► 

Arterial qanda qazların ölçülməsi, əgər: 

9  Sat O

2

 



< 90%  

9  Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi olarsa 

9  Pasiyent uzun müddət oksigen alarsa (O

2

-nin



 

ilkin 


göstəricilərini nəzərə almaqla) 

► 

Plevral eksudatın həcmi çox olan xəstələrdə torakosentezi 



nəzərdən keçirmək lazımdır 

► 

Seroloji müayinələrin aparılması adətən tövsiyə olunmur 



► 

İntubasiya olunan pasiyentlərdə endotraxeal aspiratın yaxması 

götürülməlidir (C) 

► 

Ağır və aydın olmayan hallarda pulmonoloqun (həmçinin 



bronxoskopiya və bronxial lavajın aparılması, xüsusilə 

inmmunodepressiv xəstələrdə) və infeksionistin konsultasiyası. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 14

Pnevmoniyanın ağırlığının meyarları 

Ağırlıq dərəcəsi 

Əlamətlər 

Yüngül Orta 

ağır Ağır Çox 

ağır 

Öskürək, 

bəlğəm ifrazı 

İlk gün 


ərzində az 

produktiv, 

2-4 gün 

ərzində 


selikli-

irinlidir  

“Paxır” 

rəngində 

olması 

mümkündür 



“Paxır” 

rəngində olması 

mümkündür 

Tənəffüs 

əzələlərinin 

yorğunluğu 

nəticəsində 

öskürək zəifləyə 

bilər 

İntoksikasiya  Azdır  

Orta 


dərəcədədir: 

zəiflik, 

tərləmə, 

iştahanın 

azalması 

İntoksikasiyanın 

nəzərə çarpan 

əlamətləri: 

adinamiya, 

tərləmə, 

iştahanın 

azalması, 

danışığın 

qarışıq olması 

İntoksikasiyanın 

ağır əlamətləri: 

huşun komatoz 

və ya dolaşıq 

olması, qusma 

(“paxır” 

rəngində 

bəlğəmin 

olması 

mümkündür) 



Döş 

qəfəsində 

ağrı 

Adətən 


olmur 

Tənəffüslə 

əlaqəli lokal 

ağrı 


Tənəffüslə 

əlaqəli lokal 

ağrı 

Tənəffüslə 



əlaqəli lokal 

ağrı 


Hərarət 

38°C-yə 


qədər 

38-39°C 39°C-dən çox 

39°C-dən çox 

TS 

Dəqiqədə 

25-ə 

qədər 


Dəqiqədə 

25-dən çox 

30-40 

40-dan çox səthi 



tənəffüs 

ÜDS 

<90 

90-100 


 

>100 ≤120 

>120 

AT 

N Yuxarı və 

ya 

hipotoniya 



Diastolik 

<60 

80/50-dən aşağı, 

təyin olunmaya 

bilər 


Sianoz 

Adətən 


olmur 

Dodaqların 

sianozu 

Akrosianoz  

Diffuz sianoz 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 15

Qanın 

analizi 

Mötədil 


leykositoz

Leykositoz 

(sola 

meyllilik) 



Leykositoz 

(sola meyllilik) 

Anemiya 

Leykositoz 

(sola meyllilik) 

Anemiya 


Leykopeniyanın 

əmələ gəlməsi 

pis proqnostik 

əlamət kimi 

qiymətləndirilir  

Rentgenoloji 

müayinə 

1 payın 1 

seqmenti 

seqmentdən 



1 paya 

qədər 


Birtərəfli 

zədələnmədə: 1 

və daha çox 

pay. 


İkitərəfli 

zədələnmədə: 

hər tərəfdən 2 

seqmentdən çox 

Ağ ciyər 

toxumasının 

total və ya 

subtotal 

zədələnməsi  

 

DİFERENSİAL DİAQNOSTİKA 



 

Diferensiasiya aparılan 

xəstəlik 

Əlamətlər 

Ağ ciyər xərçəngi 

Ağ ciyərlərin rentgen müayinəsi və/və ya 

KT  

Bəlğəm və plevral ekssudatda  atipik 



hüceyrələrin müayinəsi 

Biopsiyanın aparılması ilə bronxoskopiya 

Periferik limfa vəzlərinin biopsiyası   

Ağ ciyərlərdə metastazların 

olması 

Ağ ciyərlərin rentgen müayinəsi və/və ya 

KT  

Plevral ekssudatda  atipik hüceyrələrin 



müayinəsi 

Xərçəngin ilkin lokalizasiyasının diaqnostik 

araşdırılması 

Periferik limfa vəzlərinin biopsiyası 

Daxili orqanların USM-i 

Ağ ciyərlərin biopsiyası 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 16

Ağ ciyərin vərəmi 

Ağ ciyərlərin rentgen müayinəsi və/və ya 

KT  

Bəlğəmin vərəm mikobakteriyasına görə 



yoxlanması (flotasiya metodu daxil olmaqla) 

Bəlğəmin vərəm mikobakteriyasına görə 

əkilməsi  

Plevral ekssudatın müayinəsi 

Bronxun vərəminə şübhə olduqda biopsiya 

ilə diaqnostik bronxoskopiyanın aparılması 

Mantu testinin aparılması 

Ağ ciyər arteriyasının 

tromboemboliyası 

Ağ ciyərlərin rentgen müayinəsi və/və ya 

KT  

Qanda qazların və turşu-qələvi 



müvazinətinin müayinəsi 

Hemostazın müayinəsi 

EKQ 

ExoKQ 


Angiopulmonoqrafiya  

Alveolitlər 

Ağ ciyərlərin rentgen müayinəsi və/və ya 

KT  

Ağ ciyərlərin ventilyasiya və diffuz 



funksiyalarının müayinəsi 

Qanda qazların və turşu-qələvi 

müvazinətinin müayinəsi 

Ağ ciyərlərin biopsiyası 



MÜALİCƏ  

Müalicənin ümumi prinsipləri 

► 

Adekvat hidratasiya təmin edilməlidir 



► 

Ağrını  və yüksək hərarəti azaltmaq üçün adekvat analgeziya 

tədbirləri aparılmalıdır 

► 

Öskürək supressorlarından istifadə adətən tövsiyə olunmur. 



► 

Həcmi çox olan plevral ekssudat (lateral dekubitusda) drenaj 

olunmalıdır. 

► 

Empiyema olarsa, drenaj olunmalıdır 



► 

Hipoksemiya hallarında oksigenlə müalicə tövsiyə olunur  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 17

Antibakterial terapiya 

Əksər hallarda törədicinin verifikasiyasının aparılması mümkün 

olmur. Bu səbəbdən pnevmoniyanın fiziki əlamətləri və döş 

qəfəsinin rentgen müayinəsində yeni infiltratlar aşkar olunduğu 

halda empirik terapiya aparılmalıdır.  

XKP-ın ambulator müalicəsində empirik antibiotik terapiya 



S.pneumoniae   M. Pneumoniae, C. pneumoniae  kimi 

hüceyrədaxili patogenlərə təsir etməlidir.  

Antibakterial preparatlar parenteral yolla  ağır gedişli 

pnevmoniya zamanı  və ya xəstəliyin gedişini ağırlaşdıra bilən risk 

faktorları (şəkərli diabet, ürək və ya böyrək çatışmazlığı, yaşın çox 

olması və s.) olduğu halda təyin edilir. 



Klinik vəziyyətlər və ehtimal olunan törədicilər 

Klinik vəziyyətlər 

Ehtimal olunan törədicilər 

Yaşın 25-dən aşağı olması  

Mikoplazma, 

xlamidiya, 

pnevmokokk 

Yaşın 60-dan yuxarı olması Pnevmokokk, 

hemofilus 

ACXOX 


Hemofilus influenza, Pseudomonas 

aerugenosa, moraksella, 

pnevmokokk,  Legionella, 

Chlamidophylla pneumaniae 

Qrip epidemiyası Qrip 

virusu, 


mikoplazma, 

vərəm MB  

Ailədə qrip halları  

Virus, mikoplazma, xlamidiya 

Alkoqolizm Klebsiella, 

pnevmokokk, 

vərəm MB 

Narkomaniya Stafilokokk, 

pnevmosistlər, vərəm 

MB 


İİÇ-infeksiyası Pnevmosistlər, vərəm MB, Qram (-) 

çöplər 


Aspirasiya, torakoabdominal 

müdaxilə 

Qram (-) çöplər, anaeroblar 

Koma, yataq yaraları, kəllə-beyin 

travmaları 

Qram (-) çöplər, stafilokokklar 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 18

Uzun müddətli: hospitalizasiya, 

süni tənəffüsün verilməsi, kimyəvi 

terapiya 

Qram (-) çöplər (o cümlədən göy 

irin çöpü), rezistent stafilokokklar, 

göbələklər 

Ağ ciyər absesi  

Oral anaeroblar, atipik 

mikobakteriayalar, vərəm 

mikobakteriayaları, göbələk mənşəli 

pnevmoniya, anaeroblar, metisillin 

rezistent stafillokokklar 

Quşlarla kontaktın olması 

Chlamidophila psittaci, Avian 

influenza  

2 həftədən çox davam edən spastik 

və qusma ilə nəticələnən öskürək 

Bordetella pertussis 

 

Ambulator şəraitdə müalicə 



Əvvəl sağlam olmuş  və  Streptococcus pneumoniae qarşı 

rezistentlik (SPR) riski olmayan pasiyentlər 

► 

Makrolidlər (azitromisin, klaritromisin) (A) 



 və ya  

► 

Beta-laktamlar (amoksisillin 0.5-1q 3 dəfə/sutkada) 



 

Yanaşı xəstəlikləri olan pasiyentlər (ürək, ağ ciyər, qara ciyər 

və ya böyrəyin xroniki xəstəlikləri;  şəkərli diabet, alkoqolizm, bəd 

xassəli  şişlər, aspleniya, immun sisteminin zəifləməsi və ya 

immunsupressiv dərmanladan istifadə, son 3 ay ərzində AB 

preparatlardan istifadə) və ya SPR infeksiyasının digər risk amili 

olanlar  

► 

Beta-laktamlar + makrolidlər  (A)  [amoksisilinə yüksək dozada 



(1 q gündə 3 dəfə) və ya amoksisillin klavulanata (2 q gündə 2 

dəfə) üstünlük verilir, alternativ preparatlar: seftriakson, 

sefpodoksim və sefuroksim 500 mq gündə 2 dəfə]  

və ya   


► 

Respirator ftorxinolonlar [moksifloksasin, gemifloksasin və ya 

levofloksasin (750 mq)] (A) 

Xəstəxana şəraitində müalicə 

► 

Beta-laktamlar + makrolidlər  (A)  (üstünlük verilən beta-



laktamlar – sefotaksim, seftriakson və amoksisillin klavulanat; 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 19

ertapenem – bəzi hallarda).  Penisillinə qarşı allergiyası olan 

pasiyentlərdə respirator ftorxinolonlar istifadə olunmalıdır.  

və ya  


► 

Respirator ftorxinolonlar (A) 



İntensiv terapiya şöbəsində müalicə 

► 

Beta-laktamlar (sefotaksim, seftriakson və ampisillin-sulbaktam) 



+ azitromisin (C)  və ya  ftorxinolonlar  (A).  Penisilinə  qarşı 

allergiyası olanlara respirator ftorxinolonlar və aztreonam 

tövsiyə olunur. 

Xüsusi hallar 

Pseudomonas  infeksiyasına qarşı antipnevmokokk, 

antipsevdomonal beta-laktamlardan istifadə etmək tövsiyə olunur: 

► 

(Piperasillin-tazobaktam, sefepim, imipenem və ya 



meropenem+SEFTAZİDİM) + siprofloksasin və ya 

levofloksasin (750 mq) 

və ya  

► 

Yuxarıda göstərilmiş beta-laktamlar + aminoqlikozidlər  



və ya  

► 

Yuxarıda göstərilmiş beta-laktamlar + aminoqlikozidlər və 



antipnevmokokk ftorxinolonlar. Penisillinə qarşı allergiyası 

olanlarda beta-laktamları aztreonamla əvəz etmək olar (C).  

Xəstəxanadan kənar yoluxmuş metisillin-rezistentli 

Staphylococcus aureus infeksiyası zamanı:  

► 

Vankomisin və lizenolid əlavə edilir (C).  



Epidemioloji vəziyyətdən asılı olan müalicə 

Həkim mövcud epidemioloji vəziyyətdən və risk amillərindən 

xəbərdar olmalı və ehtiyac olduqda  spesifik və alternativ 

antibiotikləri əlavə etməlidir.  



Patogen müəyyən olunduğu halda müalicə 

Pnevmoniyanın etiologiyası etibarlı mikrobioloji metodlarla  

müəyyən olunduğu halda antibakterial müalicə etioloji faktora 

uyğun seçilməlidir. (D) 

A tipli qrip zamanı oseltamivir və zanamivirlə erkən (ilk 48 saat 

ərzində) müalicə tövsiyə olunur. (A) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 20

Daha gec müddətdə (48 saatdan çox)  oseltamivir və zanamivirlə 

müalicə tövsiyə olunmur, lakin xəstəxanada virusun yayılması və 

qrip virusunun törətdiyi pnevmoniyanın əlamətlərini azaltmaq 

məqsədilə istifadə oluna bilər. 

Antibakterial müalicənin müddəti 

Xəstəxanadan kənar pnevmoniyası olan pasiyent minimum 5 gün 

ərzində müalicə almalı  (A), 48-72 saat ərzində afebril olmalı  və 

müalicəni dayandırmazdan əvvəl xəstədə 1-dən çox XKP ilə əlaqəli 

klinik qeyri-stabillik əlaməti olmamalıdır (B).  

İlkin terapiya aşkar olunan patogenə qarşı aktiv olmadıqda, 

yaxud xəstəlik meningit və ya endokardit kimi ekstrapulmonar 

patologiya ilə fəsadlaşdığı halda müalicə daha uzun müddət davam 

edə bilər (D)

 

Klinik stabillik meyarları 

► 

Hərarət  



≤37.8°C 

► 

ÜDS 



≤ 100/dəq 

► 

TS  



≤ 24/dəq 

► 

Sistolik arterial təzyiq 



≥ 90 mm.c.s. 

► 

Sat O



2

 

≥ 90% və ya pO



2

≥60 mm. c.s. otaq havasında 

► 

Xəstənin preparatları daxilə qəbul edə bilməsi 



► 

Normal psixi status 



Müalicə uğursuz olduğu halda tədbirlər 

Müəyyən olunması: 

► 

Hemodinamik dəyişikliklər vardır, 



və ya  

► 

Antibakerial terapiyanın başlanmasından 72 saat sonra klinik 



vəziyyət pisləşir,  

və ya  


► 

Antibakterail terapiya bitdikdən sonra yaxşılaşma yoxdur. 

 

Aşağıdakıları nəzərdən keçirin: 



► 

Xəstə ilə əlaqəli faktorlar  

9  Qeyri-infeksion ağ ciyər patologiyası 

9  İmmunsupressiv vəziyyət 

► 

Mikroorqanizmlə əlaqəli faktorlar: 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 21

9  Antibiotikə qarşı rezistentlik 

9  Qeyri-bakterial səbəb faktoru 

Viruslar 

Mikobakteriya 

Göbələklər 

► 

Dərman preparatı ilə əlaqəli faktorlar: 



9  Qəbul qaydasına riayət olunmaması 

9  Absorbsiyanın pozulması 

9  Dərmanların qarşılıqlı təsiri 

9  Dərman qəbulu nəticəsində əmələ gəlmiş qızdırma  

 

HOSPİTALİZASİYA ÜÇÜN GÖSTƏRİŞLƏR 

► 

Ağır gedişli pnevmoniyalar. Xallar CURB-65 və ya CRB-65 



cədvəlləri üzrə hesablana bilər [huşun pozulması, qanda sidik 

cövhəri azotunun artması 

≥19 mq/dL, tənəffüs sayının yüksək 

olması 


≥30, qan təzyiqinin enməsi (sistolik AT<90, diastolik 

AT

≤60mm.c.s.),  yaşın 65 və daha yuxarı olması] (A) (Əlavə 3 – 



CURB-65 meyarları) 

► 

3 gün ərzində aparılan ambulator müalicənin təsirsiz olması 



(bədən hərarətinin yüksək qalması  və düşməyə tendensiyanın 

olmaması, intoksikasiya əlamətləri) 

► 

Pis sosial mühit və tənha xəstələr 



► 

Ağ ciyərin bir neçə seqmentinin zədələnməsi və ya ikitərəfli 

zədələnmə 

► 

Abses əlamətlərinin olması (pis iyli irinli bəlğəm, qan hayxırma,  



ağ ciyərin zədələnmiş sahəsinin destruksiyası) 

► 

Ehtimal olunan aspirasiya  



► 

Plevral ekssudatın olması 

► 

Anemiya (Hb 



<90 q/l) 

► 

Leykopeniya və ya leykositoz (



<4x10

9

 /l və ya 16x10



9

 /l) 


► 

Yanaşı gedən  əlilləşdirən xəstəliklər (ACXOX, hipertoniya 

xəstəliyinin kəskinləşməsi, DUÇ, şəkərli diabet, xroniki 

qaraciyər və böyrək çatışmazlığı, alkoqolizm, narkomaniya, 

QİÇS daxil olmaqla immundefisitli vəziyyətlər) 

► 

Təcili rentgenoloji müayinənin aparılmasının mümkün olmaması 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 22

İNTENSİV TERAPİYA BLOKUNDA 

 MÜALİCƏYƏ GÖSTƏRİŞLƏR  

 

► 

Vazopressorlarla müalicəyə ehtiyacı olan septik şok vəziyyətində 



olan pasiyentlər və intubasiya və mexaniki ventilyasiyaya 

ehtiyacı olan kəskin tənəffüs çatışmazlığı olan pasiyentlər (B) 

► 

Ağır pnevmoniyanın 3 “kiçik meyarları” olan pasiyentlər  (C) 



 

Ağır XKP-nin meyarları 

 

Kiçik meyarlar

Tənəffüs sayı



**

 

≥ 30 



PaO


2

/FiO


2

 nisbəti


**

 

≤ 250 (nəfəsalmada oksigenin 



         fraksiyası) 

Bir neçə payın zədələnməsi 



Huşun pozulması / dezorientasiya 

Qanda sidik cövhəri azotunun artması 



≥20mq/dL 

Leykopeniya



***

 (

< 4000 mm

3





Trombositopeniya (

<100 000 mm

3



Hipotermiya  

Hipotenziya (maye bərpasını tələb edən) 



 

Böyük meyarlar 

İnvaziv mexaniki ventilyasiya 



Vazopressorlarla müalicəyə ehtiyac olan septik şok  

         vəziyyəti 

 

 



*

  

digər meyarlar da nəzərdə saxlanılmalıdır: hipoqlikemiya (ŞD olmayan 

xəstələrdə), kəskin alkoqolizm, hiponatriemiya, səbəbi aydın olmayan 

metabolik asidoz və ya laktatların səviyyəsinin artması, sirroz, dalağın 

olmaması 

**

  



geyri-invaziv ventilyasiyaya göstəriş ola bilər 

***


  

infeksiyanın nəticəsi   

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 23

PNEVMONİYANIN FƏSADLARI 

► 

Kəskin damar çatışmazlığı 



► 

Kəskin ürək çatışmazlığı 

► 

Septik şok 



► 

Pnevmoniyanın uzun müddət davam etməsi (4 həftədən çox) 

► 

Absesin əmələ gəlməsi 



► 

Ekssudativ plevrit 



NƏZARƏT 

Hospitalizasiyaya göstərişi olmayan, ağır pnevmoniyası olmayan 

pasiyentin ambulator şəraitdə aparılması: 

 

1-ci gəliş 2-ci 



gəliş 3-cü 

gəliş 4-cü 

gəliş 

Müraciət olunduqda 

diaqnozun 

qoyulması (klinik), 

xəstəliyin 

ağırlığının müəyyən 

olunması, ambulator 

müalicəyə 

göstərişlərin təyin 

olunması 

AB ilə 

terapiyanın 



başlanmasından 

3-4 gün sonra: 

müalicənin klinik 

effektivliyinin 

təyin olunması. 

Rentgenoloji 

müayinənin və qan 

analizinin 

qiymətləndirilməsi 

7-10 gün AB 

ilə 

terapiyadan 



sonra 

müalicəni 

dayandırmaq 

qərarı 


verilməsi 

üçün  


14-16-cı 

gün (əmək 

qabiliyyə-

tinin 


qiymətlən

dirilməsi) 



PROFİLAKTİKA 

► 

Aktiv və passiv siqaret çəkmənin dayandırılması (C) 



► 

Gigiyenik prosedurlara əməl etməklə  (əllərin yuyulması, 

maskadan istifadə) ambulator müəssisələrdə virus 

infeksiyalarının yayılmasının qarşısının alınması (D) 

► 

Yüksək riskli pasiyentlərdə qrip əleyhinə vaksinasiyanın 



aparılması (A) 

► 

Yüksək riskli pasiyentlərdə pnevmokok infeksiyası  əleyhinə 



vaksinasiyanın aparılması tövsiyə olunur (B) 

► 

Reabilitasiya və qidalanma proqramlarının həyata keçirilməsi



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



ƏLAVƏ №1 

Ağ ciyər vərəminin pnevmoniya ilə diferensial diaqnostikası 

ALQORİTMİ 

 

Anamnez 



Klinik müayinə 

Döş qəfəsinin rentgenoqrafiyası 

Yaxmanın mikroskopiyası vasitəsilə 3 ardıcıl gün ərzində  

3 bəlğəm nümunəsinin yoxlanması  

(boyama Sil-Nilson üsulu ilə aparılır) 

Müsbət nəticə 

Mənfi nəticə 

Vərəm əleyhinə 

müəssisədə müalicənin 

aparılması 

Antibakterial 

terapiya 

2 həftədən sonra

Döş qəfəsinin rentgenoqrafiyasını təkrarlamaq 

Yaxmanın mikroskopiyası vasitəsilə 3 ardıcıl gün ərzində 3 

bəlğəm nümunəsinin yoxlanmasını təkrarlamaq  

(boyama Sil-Nilson üsulu ilə aparılır) 

 24


Pnevmoniyanın 

müalicəsinin davam 

etdirilməsi 

Biopsiya ilə bronxoskopiyanın 

aparılması 

Sitoloji müayinə 

Vərəm mikobakteriyasına görə

bioptatın boyanması

Mənfi nəticə 

Müsbət nəticə 

Vərəm əleyhinə 

müəssisədə müalicənin 

aparılması 

Mənfi nəticə 

Müsbət nəticə 

Vərəm əleyhinə 

müəssisədə müalicənin 

aparılması 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



ƏLAVƏ №2 

Pnevmoniyalı xəstəyə yanaşma 

 

 

Pnevmoniya ehtimalı olan xəstə 



 

 

 

Döş qəfəsinin rentgen 



 

Klinik müayinə 



 

Döş qəfəsinin rentgenoqrafiyası 



 

Yaxmanın mikroskopiyası vasitəsilə 3 ardıcıl gün 

ərzində 3 bəlğəm nümunəsinin yoxlanması (boyama Sil-

Nilson üsulu ilə aparılır) 



 

 

 

 

Hospitalizasiya haqqında qərarın 

verilməsi 

 

 

 25


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AB ilə empirik 

müalicə 

Xəstəxanada 

müalicə

Evdə müalicə 



Bəlğəmin 

müayinəsi 

(öskürək zamanı 

bəlğəm ifraz 

olunursa) 

Bəlğəm əldə 

olunmadı

Bəlğəmin 

Qram üsulu ilə 

boyanması 

Törədicinin 

müəyyən 


olunması üçün 

testin aparılması

Müəyyən 

olunmuş 


törədicinin AB 

ilə müalicəsi

AB ilə empirik 

müalicə 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 26

ƏLAVƏ №3 

Xəstəxanadan kənar pnevmoniya üçün CURB-65 və CRB-65 

xallarının hesablanması 

 

Klinik faktor 

Xallar 

Huşun pozulması 

Qanda sidik cövhəri azotunun 



artması 

>19 mq/dL 

Tənəffüs tezliyinin yüksək olması 



(

≥30), 

Qan təzyiqinin enməsi  



Sistolik AT

<90 mm.c.s.   

Diastolik AT

≤60 mm.c.s.   

Yaşın 65 və daha yuxarı olması 





Ümumi xalların sayı:  

 

CURB-65  xallarının sayı Tövsiyələr 



Aşağı risk, müalicə evdə aparıla 

bilər 


2 Qısa müddətli hospitalizasiya və 

ya ciddi həkim nəzarəti altında 

ambulator müalicə 

4 və ya 5 



Ağır pnevmoniya; pasiyent 

xəstəxanaya yerləşdirilməli, 

intensiv müalicə blokuna 

yerləşdirilməsi nəzərdən 

keçirilməlidir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 27

CRB-65 xallarının sayı Tövsiyələr 



Ölüm riski aşağıdır, adətən 

hospitalizasiyaya ehtiyac olmur  

Ölüm riski artır, hospitalizasiyanı 



nəzərdən keçirin 

3 və ya 4 

Yüksək ölüm riski, təcili 

hospitalizasiya aparılmalıdır 



 

CURB-65 – huşun pozulması, qanda sidik cövhərinin azotu, tənəffüs 

tezliyi, qan təzyiqi,  yaşın 65 və daha  yuxarı olması 

CURB-65 – Confusion, Urea nitrogen, Respiratory rate, Blood pressure, 65 years 

of age and older  

 

CRB-65 – huşun pozulması, tənəffüs tezliyi, qan təzyiqi,  yaşın 65 və daha  



yuxarı olması 

CURB-65 – Confusion, Respiratory rate, Blood pressure, 65 years of age and 

older 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 28

Ədəbiyyat: 

 

1. 


Mandell LA, Wunderink RG, Anzueto A, Bartlett JG, 

Campbell GD, Dean NC, Dowell SF, File TM Jr, Musher DM, 

Niederman MS, Torres A, Whitney CG. Infectious Diseases 

Society of America/American Thoracic Society consensus 

guidelines on the management of community-acquired 

pneumonia in adults. Clin Infect Dis 2007 Mar 1; 44 Suppl 

2:S27-72.   

2. 


Empiric Therapy of Community-Acquired Pneumonia: 

Guidelines for the Perplexed?  Burke A. Cunha Chest 

2004;125;1913-1919 DOI 10.1378/chest.125.5.1913  

3. 


Guideline for The Diagnosis and Management of Community 

Acquired Pneumonia: Adults. Canadian guidelines for the 

initial management of community acquired pneumonia 2008 

Update.  Administered by the Alberta Medical Association 

4. 

Внебольничные пневмонии. Ассосиация врачей общей 



практики. Москва, Медиасфера, 2004 

5. 


Клинические рекомендации, основанные на доказательной 

медицине: Пер. с английского/ под ред. Ю.Л. Шевченко, 

И.Н. Денисова, В.И. Кулакова, Р.М. Хаитова. – 2-е 

издание, испр. – М.: ГЕОТАР-МЕД, 2002. – 1248с.:ил  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

 

 



 

 

 



 

 

 



Klinik protokolla bağlı  təklif və iradlarınızı 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai 

Səhiyyə və İslahatlar Mərkəzinə göndərə bilərsiniz. 

 

Ünvan:  Bakı, H.Zərdabi küç., 96 

Tel: 431-60-88 

Faks: 430-52-85 

Email: office@isim.az 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • Oblojka Pneumonia.pdf
  • Pneumonia_A5 for Web.pdf
  • Klinik protokolla baqli.pdf

Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin