Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında


XIX fəsil. Vətənin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların məzarlarına və abidələrinə əklillər qoyulması



Yüklə 0,9 Mb.
səhifə10/13
tarix26.11.2016
ölçüsü0,9 Mb.
#224
1   ...   5   6   7   8   9   10   11   12   13

XIX fəsil.

Vətənin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların məzarlarına və abidələrinə əklillər qoyulması

 

351. Vətənimizin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların məzarlarına və abidələrinə Azərbaycan Respublikasının Dövlət bayramları günlərində və Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə başqa günlərdə hərbi hissələrin nümayəndə heyəti tərəfindən əklillər qoyulur.



352. Bakı şəhərində və «şəhidlər xiyabanı» olan digər yerlərdə dövlət, hökumət və ya hərbi nümayəndə heyəti tərəfindən əklillər qoyulduqda, qarnizon rəisinin sərəncamı ilə qarnizon hərbi hissələrinin bir və ya bir neçə Döyüş Bayrağı ilə silahlı fəxri qarovul və orkestr təyin edilir.

Fəxri qarovul və orkestr parad, əklil qoymaqda iştirak edən hərbi qulluqçuları isə parad-bayram geyim formasında olurlar.

353. Abidələrə (məzarlara) əklillər qoymazdan qabaq müəyyən edilmiş vaxtda fəxri qarovulun tərkibindən oraya bir-iki cüt saatdar qoyulur. Saatdarlar karabinləri «ayaqda» (avtomatları «döşdə») saxlamaqla «farağat» vəziyyətində dururlar.

Fəxri qarovul (abidənin, yaxud məzarın yerləşməsindən asılı olaraq) abidənin (məzarın) önündə üzü, yaxud sağ cinahı ona çevrilməklə ikicərgə düzülür, döyüş bayraqları fəxri qarovulun sağ cinahında qoyulur. Orkestr bayraqlardan sağda düzülür.

354. Əklillə gəlmiş nümayəndə heyəti müəyyən edilmiş yerdə düzülür və fəxri qarovulun sırası qarşısından keçərək abidəyə (məzara) tərəf gedir. Nümayəndə heyətinin önündə hərbi komendant, yaxud fəxri qarovulun zabiti gedir. Onun arxasınca iki-üç addımlıqda iki adam bir əklil tutmaqla əklili gətirənlər və onların arxasınca həmin distansiyada nümayəndə heyəti üç-üç, dörd-dörd kolonla gedir. Nümayəndə heyətinin fəxri qarovula çatmasına 40-50 addım qalarkən, qarovul rəisi karabinlərlə silahlanmış qarovula «Qarovul, DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan) qarşılamaq üçün, qarovula — AL», avtomatları «döşdə» vəziyyətində olan qarovula isə «Qarovul — DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA)» komandaları verir.

Fəxri qarovul komandanı yerinə yetirib, əklil gətirmiş nümayəndə heyətini başlarını döndərərək, nəzərləri ilə müşayiət edir.

Orkestr təntənəli matəm melodiyaları ifa edir. Döyüş Bayrağı endirilir.

355. Nümayəndə heyəti abidəyə (məzara) çatıb əklilləri qoyur və həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edir. Orkestr musiqini kəsir.

Bir dəqiqəlik sükutdan sonra orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir. Himn ifa edilib qurtardıqdan sonra əklil qoymuş nümayəndə heyəti abidədən (məzardan) aralanır və üzü qarovulun keçəcəyi tərəfə düzülür, fəxri qarovul isə qarovul rəisinin komandası ilə yenidən səfər kolonuna düzülür, abidənin (məzarın) və əklil qoymuş nümayəndə heyətinin önündən təntənəli marşla keçir.

356. Əklilləri xarici dövlət və hökumət başçıları, dövlət nümayəndəlikləri, eləcə də müdafiə nazirləri və rəsmi hərbi nümayəndələr qoyduqda 352-355-ci maddələrdə göstərilmiş qaydalara riayət edilir. Bu halda təntənəli matəm melodiyası ancaq nümayəndə heyətinin başçısı ilə razılaşdırılıb ifa olunur.

Bir dəqiqəlik sükutdan sonra əklil qoyan nümayəndə heyətinin dövlət himni və Azərbaycan Respublikasının Dövlət Himni (hərəsindən bir bənd) ifa edilir.

Başqa xarici nümayəndə heyəti tərəfindən abidə və məzarlara əklillər qoyularkən fəxri qarovul və orkestr təyin edilmir. Bu halda abidənin (məzarın) yanına qarnizon rəisinin, yaxud komendantın sərəncamı ilə bir-iki cüt saatdar qoyulur və zərurət olduqda, əklilləri onların qoyulacağı yerə aparmaq üçün bir zabit və iki nəfər hərbi qulluqçu ayrılır.

357. Xarici hərbi nümayəndə heyəti abidə və məzarlara əklil qoyarkən, onları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi və hərbi komendant müşayiət edir.

358. Abidə və məzarlar yanına qoyulmuş saatdarlar əklillər qoyulduqdan sonra qarnizon rəisinin müəyyən etdiyi vaxtda götürülürlər.

 

XX fəsil.

Qoşunların yanğınlarla və təbii fəlakətlərlə mübarizəyə cəlb edilməsi

 

359. Qoşunlar yanğınlarla və təbii fəlakətlərlə (daşqınlarla, zəlzələnin nəticələri ilə, uçqunlarla, qar yığınları ilə) mübarizəyə, yaxud yanğından və ya təbii fəlakətdən zərər çəkmiş mülki əhaliyə kömək etmək üçün Müdafiə Nazirinin sərəncamı ilə cəlb olunurlar. Müstəsna hallarda, icazə almağa vaxt olmadıqda, qonşuları qarnizon rəisi öz qərarı ilə cəlb edir və bu barədə müdafiə nazirinə dərhal məlumat verir.



360. Yanğınlarla və təbii fəlakətlərlə mübarizə, yaxud əhaliyə kömək üçün ayrılmış qoşunlara qarnizon rəisi tapşırıq verərkən göstərir:

hansı hərbi hissə (bölmə) hansı komandirin (rəisin) sərəncamına keçir;

hərəkət qaydası;

əlavə verilən texniki vasitələr;

tapşırığın yerinə yetirilməsi müddəti;

silah;


geyim forması;

ərzaqla təminat qaydası.

361. Hərbi hissə (bölmə) komandirləri təyin edilmiş yerə çatdıqda dərhal sərəncamına göndərildikləri şəxsin yanına gəlib məlumat verir və onun sərəncamı ilə verilmiş tapşırığın yerinə yetirilməsini təşkil edirlər. Əgər yanğın, yaxud təbii fəlakət yerində sərəncamına gəldikləri şəxs olmasa, hərbi hissə komandirləri sərbəst surətdə yerli hakimiyyət orqanları və onların sərəncamı ilə ayrılmış qüvvələrlə öz fəaliyyətini uyğunlaşdıraraq verilmiş tapşırığı yerinə yetirməyə başlayırlar.

Verilmiş tapşırığın yerinə yetirilməsi haqqında hərbi hissə (bölmə) komandirləri qarnizon rəisinə və özlərinin bilavasitə rəislərinə məlumat verirlər.

362. Yanğın, yaxud təbii fəlakətlə mübarizə üçün ayrılmış hərbi hissənin (bölmənin) komandirinin sərəncamı ilə əmlakı mühafizə etmək üçün müvəqqəti qarovullar təyin edilir. Bu qarovullar tərkibində olduqları hərbi hissənin komandirinə, qarnizon rəisinə və qarnizon hərbi komendantına, qarovullar (hərbi hissə) növbətçisinə tabe olur və ümumi əsaslarla xidmət edirlər.

363. Hərbi hissələri, bölmələri və komandaları yerli hakimiyyət orqanlarının nümayəndələrinə tabe etmək qadağandır.

 

Əlavələr
1 saylı əlavə



MƏXFİDİR

 

 



 

 

 



 

2 saylı əlavə

MƏXFİDİR

 

 



 

 

3 saylı əlavə



 

«Təsdiq edirəm»

Qarnizon rəisi (hərbi hissə komandiri)

______________________________________________

( hərbi rütbəsi, imzası)

«_______»_______________199_____il


 

 

__________№-li _________________________________________________________qarovulun

(qarnizon, daxili)

 

Postlar tabeli

 

qarovulun heyəti və postların sayı

dəyişdiricilərin və onların postlarının nömrələri

postların nömrələri və mühafizə olunan obyektlər

saatdarların xüsusi vəzifələri

1

2

3

4

Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi)

 

______________________________________________

(hərbi rütbəsi, imzası)



 

Qeydlər:

1.

1-ci sütunda qarovulun bütün heyəti sadalanır, məs: qarovul rəisi (zabit, gizir, miçman, çavuş) — 1, qarovul rəisinin köməkçiləri — 1, dəyişdiricilər — 3 və s. Sonra üçnövbəli, ikinövbəli postların və qarovul itləri postlarının sayı göstərilir.

 

2.

3-cü sütunda obyektlərin adı və onların hansı möhürlə möhürləndiyi, neçə möhür və plomb olduğu sadalanır. Əgər post Döyüş Bayrağını mühafizə edirsə, bayraqda neçə orden, hansı ordenlər və orden lentləri olduğu göstərilir.

 

3.

4-cü sütunda hər bir postun mühafizə və müdafiə şəraitinə müvafiq saatdarın xüsusi vəzifələri, silah işlətmə və qarovul rəisi ilə rabitə qaydaları göstərilir.

 

4 saylı əlavə

Hauptvaxt haqqında

 

Ümumi müddəalar

 

1. Hərbi qulluqçuları həbsdə saxlamaq üçün xüsusi yer — hauptvaxt hazırlanır. Qarnizon (ümumlager), yaxud hərbi hissə hauptvaxtı ola bilər.



2. Həbsə alınmış matroslar və miçmanlar gəmi karserində, yaxud hauptvaxtda saxlanıla bilərlər.

3. Hauptvaxtda intizam qaydasında və cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular saxlanılırlar (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdən çox olmamaqla).

4. Qarnizon hauptvaxtında boş yer olmadıqda, intizam qaydası ilə həbs edilmiş müddətindən artıq xidmət çavuşları, gizirlər (miçmanlar) və zabitlər qarnizon hərbi komendantlığında (hərbi hissədə) ayrı otaqda, (gəmidə isə ayrı kayutda) hərbi komendantın növbətçi köməkçisinin, yaxud qarovullar (hərbi hissə, gəmi) növbətçisinin nəzarəti altında saxlanıla bilərlər. Belə halda müddətindən artıq xidmət çavuşları həbs edilmiş gizirlərdən (miçmanlardan) və onlar da zabitlərdən ayrı saxlanılırlar.

5. Hərbi hissə hauptvaxtı qarnizon hauptvaxtında lazımi qədər yer olmadıqda və ancaq həbsə alınmış əsgərləri (matrosları) və çavuşları saxlamaq üçün qarnizon hauptvaxtına uyğun olaraq hazırlanır.

Hərbi hissə hauptvaxtı qarnizon rəisinin (birləşmə komandirinin) əmri ilə istifadəyə verilir.

5-1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qarnizon hauptvaxtlarına daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, qarnizon hauptvaxtlarının rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin qarnizon hauptvaxtlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.[12]

 

Həbs edilənlərin hauptvaxta göndərilməsi və onların konvoy nəfərləri ilə müşayiət edilməsi

 

6. İntizam qaydasında həbs edilmiş hərbi qulluqçular hauptvaxta həbs kağızı ilə göndərilirlər.



Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular hauptvaxta həmin orqanın qərarı ilə göndərilirlər.

Hər hansı bir cinayət etməkdə şübhəli olan hərbi qulluqçular hauptvaxta istintaq orqanının, yaxud müstəntiqin qərarı ilə göndərilirlər.

7. İşi məhkəmədə olan, cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular hauptvaxta, prokurorluğa, məhkəməyə və s. ştat silahı ilə silahlanmış konvoy nəfərlərinin müşayiəti ilə göndərilirlər.

8. İntizam qaydasında həbs edilmiş 5 nəfərdən artıq əsgəri (matrosu) piyada sırasında hauptvaxta göndərmək qadağandır. Həbs edilənlər bir-bir kolonla getməlidirlər. Mühafizə üçün bir konvoy nəfəri təyin edilir ki, o, həbs edilənlərdən iki-üç addım geridə sağdan (soldan) gedərək, silahını «qayışda» vəziyyətində aparmalıdır. Silah ancaq mühafizəni təyin etmiş rəisin göstərişi ilə bu Nizamnamənin 106 və 107-ci maddələrinin tələblərinə uyğun doldurulur.

9. Böyük şəhərlərdə və yaşayış məntəqələrində bazarın içi ilə, küçə səkiləri ilə həbs edilənləri müşayiət etmək, eləcə də onları ictimai nəqliyyatda aparmaq qadağandır.

10. İntizam qaydasında həbs edilmiş çavuşları hauptvaxta göndərmək üçün onlardan rütbəsinə görə böyük, yaxud onlara bərabər rütbəli müşayiətçi çavuş təyin edilir. Hər üç, ya daha az həbs edilmişə bir nəfər hesabı ilə silahsız müşayiətçi təyin edilir. Müşayiətçi həbs edilmişin (edilmişlərin) yanında sağdan (soldan) gedir.

İntizam qaydasında həbs edilmiş zabitlər və gizirlər (miçmanlar) hauptvaxta özləri gəlirlər.

Həbs edilmişləri qarnizon hauptvaxtına göndərmək üçün qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) sərəncamı ilə nəqliyyat vasitəsi ayrılır.

Avtomobildə silahlı müşayiət vaxtı həbs edilənləri üzvləri hərəkətə əks istiqamətdə oturdurlar; onlara qalxmaq və hərəkət istiqamətinə tərəf dönmək qadağandır. Silahlı konvoy nəfərləri kuzovun qabaq hissəsində elə yerləşirlər ki, həbs edilənləri daim müşahidə edə bilsinlər.

11. Cinayət prosesini həyata keçirən orqan tərəfindən həbs edilmiş, məhkum olunmuş və şəxsiyyəti müəyyən edilənədək tutulub saxlanmış hərbi qulluqçuların silahlı müşayiətini, eləcə də konvoyun tərkibini və konvoy nəfərlərinin vəzifələrini qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) hər bir hal üçün ayrıca müəyyən edir.

12. Konvoy nəfəri bu Nizamnamənin 183-cü maddəsinin göstərişinə əsasən silah tətbiq etməlidir.

 

Həbs edilənlərin hauptvaxta qəbulu

 

13. Həbs edilənlər qarnizon hauptvaxtına hauptvaxt rəisi, o olmadıqda qarovul rəisi tərəfindən, hərbi hissə hauptvaxtına isə hərbi hissə növbətçisi tərəfindən qəbul edilirlər.



14. Hauptvaxt rəisi (hərbi hissə növbətçisi) həbs edilmiş əsgər (matros) və çavuşları qəbul edərkən, onlarda olmalı əşyaların olub-olmadığını yoxlayır, şəxsi axtarış aparır, bel qayışını, kamerada saxlamağa icazə verilməyən əşyalarını və qiymətli şeylərini, eləcə də bütün xidməti sənədlərini saxlamaq üçün alır, həbs kağızında (cinayət prosesini həyata keçirən orqanın qərarında) olan və başqa lazımi məlumatları hauptvaxtda saxlananlar kitabına və həbs edilənlərin ad siyahısına yazır.

Həbs kağızında yazılmış əşyaların qarnizon hauptvaxtına göndərilmiş hərbi qulluqçuların üstündə olub-olmamasını hauptvaxt rəisi şəxsən həbs edilənin qəbulu haqqında qəbzin arxasında qeyd edir və imzalayır.

Tapılmış xidmət sənədləri müvafiq komandirə göndərilmək üçün qarnizon hərbi komendantına (hərbi hissə qərargahı rəisinə) verilir.

İntizam qaydasında həbs edilənlər şəxsi sənədlərini özlərində saxlayırlar, yaxud saxlamaq üçün hauptvaxt rəisinə (hərbi hissə növbətçisinə) təhvil verirlər.

Hauptvaxt rəisi alınmış və qəbul edilmiş əşyaları, sənədləri və pulun məbləğini həbs edilənin yanında hauptvaxtda saxlananlar kitabına yazır və onların qəbulu haqqında ona qəbz verir, bundan sonra həbs edilmiş şəxs həbs kağızı ilə kameraya salınmaq üçün qarovul rəisinin yanına göndərilir.

 

Hauptvaxtda saxlananlar kitabı

 

199_____il üçün



Sıra

-si



Vəzifəsi, hərbi rütbəsi, adı, atasının adı və soyadı

Hansı hərbi hissədəndir (hərbi hissənin şərti adı)

Kim həbs edib

Həbsin səbəbi

Hansı müddətə və hansı kamerada saxlanmalıdır

Qəbul edilmiş əşya, sənəd və pulun məbləti

Həbsə qəbul edildiyi vaxt

Həbs müddəti nə vaxt qurtarır

Tibbi müayinə və hamamda çimmə vaxtı haqqında qeyd

Azad edilmə haqqında qeyd

Həbs vaxtı qurtarandan sonra əşya, sənəd və pulun alınması haqqında imza

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd:

«Kim həbs edib» sütununda cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş şəxslər üçün cinayət prosesini həyata keçirən orqanın adı və müvafiq qərarı qəbul edən şəxsin adı, soyadı və vəzifəsi yazılır.











































 

 

 



  Həbs edilənin qəbulu haqqında qəbz

 


Həbs edilən____________________________________________________________________________________

(hərbi hissəsi, bölməsi, rütbəsi

______________________________________________________________________________________________

adı, atasının adı və soyadı)

_____________sutkalığa __________dan__________________kimi _______________hauptvaxta qəbul edilib,

 ____________________________________________kamerada saxlanmalıdır.

 

___________________________________________________________199______il



tarix, ay, saat, dəqiqə

hauptvaxt rəisi (hərbi hissə növbətçisi) ___________________________________________________________

                                           (hərbi rütbəsi, imzası)

Qəbzin arxasında yazılır

Həbs edilənin əşyalarının hamısı yerindədir

(filan şey artıqdır, filan şey çatmır)

 

Hauptvaxt rəisi (hərbi hissə növbətçisi)___________________________________________________________



                                            (hərbi rütbəsi, imzası)

Qarnizon hauptvaxtında həbs ediləni qarovul rəisi qəbul edirsə, o, həbs edilənə əşyalarını qəbul etməsi haqqında qəbz verir. Siyahı ilə əşyaları və həbs kağızını həbsxana rəisinə təqdim edir.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin