Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sabah qrupları



Yüklə 45,85 Kb.
tarix24.05.2020
ölçüsü45,85 Kb.
növüMühazirə
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

SABAH qrupları


050628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və

050608 – “Elektroenergetika mühəndisliyi” ixtisasları üzrə

bakalavr hazırlığı üçün
LAYİHƏ MENECMENTİ” fənninin
SİLLABUSU

Kurs . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 4

Semestr. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 7

Tədrisə ayrılan ümumi saatlar . . . . . . . . . . . . . . . . . 120

O cümlədən:

Mühazirə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 30

Məşğələ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 15

Kreditlərin sayı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 4


Əyani şöbə üzrə tələbələrin auditoriyadan kənar sərbəst işlərinə ayrılan saatların miqdarı 90 saatdır. 7-ci semestdə imtahan nəzərdə tutulmuşdur. Sillabus (işçi proqram) ADNSU-da 2016-cı il tarixdə təsdiq olunmuş 050628 – Proseslərin avtomatlaşdırılması mühəndisliyi və 050608 – “Elektroenergetika mühəndisliyi” ixtisaslarının tədris planına uyğun tərtib olunmuşdur.

Sillabus “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasının iclasında (protokol № 6, 08 fevral 2019-cu il) müzakirə olunmuşdur.

Kafedra müdiri dos. Ağayev F.H.

Sillabusu tərtib etmişdir prof. Həsənov Q.S.

dos. Mehdiyeva A.M.

Layihə menecmenti” fənni üzrə sillabusun strukturu


I. Fənnin təsviri.

II. Fənnin hədəf və məqsədi.

III. Fənnin qısa məzmunu.

IV. Fənnin təsvirinin növləri və müddəti.

V. Tələbənin təqdimatı üçün tapşırıq və onun yerinə yetirilmə müddəti, məsləhət saatları.

VI. Müəllim haqqında məlumat.

VII. Müəllimin tələbləri.

VIII. Cari biliyin qiymətləndirmə meyarları, aralıq qiymətləndirmə cədvəli.

IX. İstifadə olunan ədəbiyyat.

I. Fənnin təsviri
“Layihə menecmenti” fənni müasir dövrün tələblərinə müvafiq olaraq layihələrin idarə edilməsinin baza anlayışını, layihələrin planlaşdırılmasının və idarə edilməsinin əsas prinsiplərini öyrədir.
II. Fənnin hədəfı və məqsədi
Fənnin tədrisi tələbələrə neft sənayesində müxtəlif fəaliyyət növləri ilə əlaqədar həyata keçirilən müxtəlif xarakterli (texniki, texnoloji, sosial, idarəetmə və s.) layihələr, bu layihələri xarakterizə edən əsas göstəricilər, layihələrin menecmentinin komponentləri, menecment metodları, layihə menecerlərinin etik kodeksləri, layihənin ofisinin təşkili və s. haqqında biliklər verməkdir. Belə biliklər tələbələrə layihə kollektivinin, maliyyə vəsaitlərinin, maddi-texniki ehtiyatların, risklərin, müddətin, keyfiyyətin və s. idarə edilməsində təcrübə qazanmasına imkan yaradacaqdır. Layihə üzrə məsuliyyət daşıyan bir menecer «idarəetmənin qeyri-formal metodlarından» istifadə etməklə öz işinin öhdəsindən tam şəkildə gələ bilər. Ancaq tez-tez dəyişən mühitdə həyata keçirilən, çoxlu iştirakçı və predmetlərin sayının inteqrasiya olunmasını tələb edən, özündə dəyişmə imkanı yaradan böyük və mürəkkəb layihələri həyata keçirərkən layihələrin idarə edilməsi metodlarından istifadə edilir. Beləliklə, layihələrin idarə edilməsi üzrə peşəkar metodları tətbiq etmək layihə məqsədlərinə müəyyənləşdirilən vaxt çərçivəsində, konkret büdcə daxilində və layihə iştirakçılarını təmin edən keyfiyyətə nail olmaq üçün layihənin idarə edilməsi deməkdir. Fənnin tədrisinin məqsədi göstərilənləri aşılamaqdan ibarətdir.

III. Fənnin qısa məzmunu

Fənn tədrisinə aşağıdakı mövzular daxildir:



  1. Layihə anlayışı və əsas əlamətləri. Layihənin məqsədi

  2. Layihənin təsnifatı və növləri. Layihənin mühiti

  3. Layihənin həyat dövrü. Layihənin fazaları

  4. Layihənin strukturu. Layihənin elementləri və xüsusiyyətləri

  5. Layihənin əsas xarakteristikaları. Layihənin idarə edilməsində müasir sistemli yanaşmalar

  6. Layihələrin idarə edilməsi üzrə əsas biliklər. Layihənin predment sahəsinin idarə edilməsi

  7. Keyfiyyətin idarə edilməsi. Müddətin idarə edilməsi

  8. Dəyərin idarə edilməsi. Risklərin idarə edilməsi

  9. Layihələrdə biliklərin idarə edilməsi metodu və modeli. Layihələrdə biliklərin idarə edilməsinin şlüz modeli

  10. Layihələrin idarə edilməsində intellektual sistemlər

  11. Layihə iştirakçıları(“Stakeholders”) və onların əsas funksiyaları. Layihənin təşkilatı strukturunun yaradılmasında rəhbərin vəzifəsi

  12. Layihələrdə münaqişələrin növləri. Münaqişələrin idarə edilməsi modelləri

  13. Keyfiyyət sistemi. Layihələrin idarə edilməsi metodologiyası

  14. Layihə ofisi və idarə edilməsi. Layihə ofisinin yaradılması. İdarəetmə standartları və metodları

  15. Kommunikasiya


IV. Fənnin tədrisinin növləri və müddəti
050628-“Proseslərin avtomatlaşdırılmasımühəndisliyi“ və 050608-“Elektroenergetika mühən­disliyi” ixtisasları üzrə fənnin tədrisində mühazirə və məşğələ dərslərinin aparılması nəzərdə tutulur.

İxtisas üzrə tədris planında nəzərdə tutulmuş dərs növləri və saatları cədvəl l-də, mövzular üzrə ayrılan saatlar cədvəl 2-də, mühazirə dərslərinin məzmunu cədvəl 3-də, məşğələ dərslərinin məzmunu isə cədvəl 4-də göstərilmişdir.



V. Tələbənin təqdimatı üçün tapşırıqlar və onların yerinə

yetirilmə müddəti, məsləhət saatları
Fənnin tələbələr tərəfindən semestr ərzində ardıcıl mənimsənilməsi üçün 1 təqdimatın yerinə yetirilməsi nəzərdə tutulur. Təqdimatın tapşıriqları tələbələrin buraxılış işlərinə uyğun müəllim tərəfindən verilir. Fənn üzrə hazırlanmış təqdimat buraxılış işinin yerinə yetirilməsinə töhfə verməlidir. Tələbələr keçilən mühazirə və laboratoriya dərslərinin, eləcə də mövcud ədəbiyyatın əsasında verilən tapşıriqları sərbəst yerinə yetirir. Təqdimatın tapşırıqları cədvəl 6-da verilmişdir.

Yerinə yetirilmiş təqdimat nəticəsi 1 - 20 balla qiymətləndirilir.


Vl. Müəllim haqqında məlumat


Müəllimin

a.s.a.


Elmi adı,

dərəcəsi


Mühazirə

otağı


Tələbələrə auditoriyadan kənar məsləhət vaxtları

Məsləhət üçün otaq

Həsənov Qəhrəman Söyün oğlu

Mehdiyeva Almaz Mobil qızı



professor, texnika elmləri doktoru

dosent, texnika üzrə fəlsəfə doktoru



1629

1641


dərsdən əlavə vaxtlar

dərsdən əlavə vaxtlar



1629

(1623)
1641

(1625)



VII. Müəllimin tələbləri

Müəllimin tələblərinə aşağıdakı meyarlar daxildir:



  1. Dərslərdə tələbələrin müntəzəm iştirak etmələri;

  2. Mühazirə, məşğələ və laboratoriya dərslərində keçilmiş materialları müntəzəm öyrənmək;

  3. Təklif olunan ədəbiyyatlarla sərbəst işləmək;

  4. Dərslərdə aktiv iştirak etmək, aydın olmayan məsələlərlə bağlı müəllimə suallar vermək;

  5. Fənnin tədrisinə ayrılmış ümumi saatın 83%-ni auditoriyadan kənar sərbəst işləmək üçün fəaliyyət göstərmək və onun 17% -ni müəllimlə birgə işləmək;

  6. Semestr ərzində hər dərsdə cari biliyin yoxlanılmasının aparılması və nəticəsinin qrup jurnalında qeyd olunması;

  7. Laboratoriya dərslərində aktiv iştirak etmək, aparılan təcrübələrin nəticələri barədə hesabatları vaxtında təhvil vermək, təqdimatı vaxtında tələb olunan səviyyədə hazırlamaq;

  8. Fənnin dərindən mənimsənilməsi ilə bağlı müəllimə qarşı tələbkarlıq göstərmək;

  9. Tələbələr tərəfindən semestr ərzində fənnin mənimsənilməsi ilə bağlı nəzərdə tutulmuş maksimum 50 balın qazanılması üçün ciddi cəhd göstərmək.

VIII. Cari biliyin qiymətləndirmə meyarları, aralıq qiymətləndirmə cədvəli

Tələbələr tərəfindən fənnin mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədilə mühazirə və laboratoriya dərslərində cari biliyin qiymətləndirilməsi aparılır. Bunlardan əlavə semestr ərzində 2 dəfə aralıq imtahan (quiz) mexanizmi əsasında sessiyalararası yoxlamalar keçirilir. Aralıq imtahanlar 5, 13-cü həftələrdə aparılır. Aparılan yoxlamaların nəticələri qrup jurnalında qeyd olunur, semestr ərzində fənni mənimsəmə qiyməti müəyyənləşdirilir və tələbələrin semestr ərzində fənn üzrə qazandığı balların tərkibinə daxil edilir. I quiz 5 balla, II quiz 25 balla qiymətləndirilir

Biliyin qiymətləndirilməsi çoxballı sistem əsasında aparılır. Fənn üzrə tələbələrin topladığı maksimum balın həddi 100-dür. Bunun 50 balı imtahanda, 50 balı isə semestr müddətində qazanılır.

Semestr ərzində toplanılacaq maksimum 50 balın tədris göstəriciləri üzrə paylanması “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətlən­diril­məsi haqqında” ADNSU-nun Elmi Şurasının 30.01.2019-cu il tarixli qərarına əsasən aparılır.

050628 və 050608 ixtisasları üzrə:

-20 bal tələbənin təqdimatına görə;

-30 bal aralıq imtahanların nəticələrinə görə (I quiz 5 bal, II quiz 25 bal).


IX. İstifadə olunan ədəbiyyat


  1. Babanlı M.B., Mehdiyeva A.M. Layihələrin idarə olunması. ADNSU-nun nəşri, 2018. 364 s.

  2. Babanlı M.B., Əhmədov N.Ə., Mehdiyeva A.M. Layihə menecmenti. ADNSU. 2017. 239 s.

  3. Babanlı M.B., Mehdiyeva A.M. Layihələrin idarə olunması. ADNSU. 2017. 176 s.

  4. Babayev İ.A. Layihələrin idarə edilməsi /Milli kompotensiyanın əsasları/ Peşəkar biliklərin əsasları /Milli sertifikatlaşdırma sistemi/, NCV(az) – Bakı, Çaşıoğlu, 2002, 214 s.

  5. Hümbətov R.T. Layihə menecmenti; Mühazirələr konspekti, ADNA-nın nəşri, 2010, 206 səh.

  6. Бабаев И.А. Основы профессиональных знаний по управлению проектами. Баку, Элм, 2004.

Cədvəl 1



Fənn üzrə nəzərdə tutulmuş saatlar

050628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası

050608 – “Elektroenergetika mühəndisliyi” ixtisası



Cəmi

Mühazirə

Məşğələ

Kredit

Semestr

45

30

15

4

7

Cədvəl 2


Fənn proqramının mövzularının nömrələri

Mövzular


Fənnin tədrisinə ayrılan saatlar


Cəmi

Müh.

Məş.



Layihə anlayışı və əsas əlamətləri. Layihənin məqsədi

3

2

1



Layihənin təsnifatı və növləri. Layihənin mühiti

3

2

1



Layihənin həyat dövrü. Layihənin fazaları

3

2

1



Layihənin strukturu. Layihənin elementləri və xüsusiyyətləri

3

2

1



Layihənin əsas xarakteristikaları. Layihənin idarə edilməsində müasir sistemli yanaşmalar

3

2

1



Layihələrin idarə edilməsi üzrə əsas biliklər. Layihənin predment sahəsinin idarə edilməsi

3

2

1



Keyfiyyətin idarə edilməsi. Müddətin idarə edilməsi

3

2

1



Dəyərin idarə edilməsi. Risklərin idarə edilməsi

3

2

1



Layihələrdə biliklərin idarə edilməsi metodu və modeli. Layihələrdə biliklərin idarə edilməsinin şlüz modeli

3

2

1



Layihələrin idarə edilməsində intellektual sistemlər

3

2

1



Layihə iştirakçıları(“Stakeholders”) və onların əsas funksiyaları. Layihənin təşkilatı strukturunun yaradılmasında rəhbərin vəzifəsi

3

2

1



Layihələrdə münaqişələrin növləri. Münaqişələrin idarə edilməsi modelləri

3

2

1



Keyfiyyət sistemi. Layihələrin idarə edilməsi metodologiyası

3

2

1



Layihə ofisi və idarə edilməsi. Layihə ofisinin yaradılmasıİdarəetmə standartları və metodları

3

2

1




Kommunikasiya

3

2

1

Cəmi

45

30

15

Cədvəl 3





Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu

Saat



Layihə anlayışı və əsas əlamətləri. Layihənin məqsədi

2



Layihənin təsnifatı və növləri. Layihənin mühiti

2



Layihənin həyat dövrü. Layihənin fazaları

2



Layihənin strukturu. Layihənin elementləri və xüsusiyyətləri

2

Cədvəl 3-ün davamı




Layihənin əsas xarakteristikaları. Layihənin idarə edilməsində müasir sistemli yanaşmalar

2



Layihələrin idarə edilməsi üzrə əsas biliklər. Layihənin predment sahəsinin idarə edilməsi

2



Keyfiyyətin idarə edilməsi. Müddətin idarə edilməsi

2



Dəyərin idarə edilməsi. Risklərin idarə edilməsi

2



Layihələrdə biliklərin idarə edilməsi metodu və modeli. Layihələrdə biliklərin idarə edilməsinin şlüz modeli

2



Layihələrin idarə edilməsində intellektual sistemlər

2



Layihə iştirakçıları(“Stakeholders”) və onların əsas funksiyaları. Layihənin təşkilatı strukturunun yaradılmasında rəhbərin vəzifəsi

2



Layihələrdə münaqişələrin növləri. Münaqişələrin idarə edilməsi modelləri

2



Keyfiyyət sistemi. Layihələrin idarə edilməsi metodologiyası

2



Layihə ofisi və idarə edilməsi. Layihə ofisinin yaradılmasıİdarəetmə standartları və metodları

2




Kommunikasiya

2

Cəmi

30

Cədvəl 4





Məşğələ dərslərində müzakirə olunan mövzuların məzmunu

Saat



MS Project. Tapşırıqların tərtib edilməsi

1



İşçi vaxt təqviminin müəyyən edilməsi

1



Tapşırıqların vaxt məhdudiyyətlərinin daxil edilməsi

1



“Milestone” və faza (Phase) tipli tapşırıqların təyin olunması

1



Tapşırıqların prioriteti, əlaqələndirilməsi

1



Resursların planlaşdırılması

1



Əmək və maddi resurslar

1



Resursun mümkünlük həddini aşmasının meydana gəlməsi səbəbləri

1



Təkrarlanan tapşırıqlar

1



İş planının təhlili və optimallaşdırılması

1



“Base line”ın təyin edilməsi (cari vəziyyətin təyin olunması)

1



Təkrar nəzarət-yoxlama üçün “Base line”ın təyin edilməsi

1



Layihənin kritik yolu

1



Statistik vəziyyətin yoxlanılması

1



Hesabatın hazırlanması

1

Cəmi

15

Cədvəl 5





Təqdimatın tapşırığı

Başlanma

tarixi (həftə ilə)



Yerinə yetirilib, təhvil verilmə tarixi (həftə ilə)

1

Buraxılış işinin mövzusuna uyğun

II

V - XIV

Məsləhət saatları həftənin I-V günləri saat 900-dan 1700-dək

Yüklə 45,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə