Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Humanitar Kolleci



Yüklə 27,09 Kb.
tarix02.01.2022
ölçüsü27,09 Kb.
#41128
referat 6155


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Lənkəran Dövlət Humanitar Kolleci

Fənn: Mühasibat uçotu və audit

Mövzu: Audit fəaliyyətinin tənzimlənməsinə dair dövlət nəzarəti

Şöbə: Humanitar

Kurs: III

Qrup: C

Tələbə: Səfərli Nərmin

Sərbəst iş № 1

1.Auditin mahiyyəti, əhəmiyyəti və vəzifələri

2.Audit fəaliyyətinin tənzimlənməsinə dair dövlət nəzarəti

1

Giriş



Auditor ixtisasının bir neçə yüz illərdən artıq inkişaf tarixi vardır. Hələ bizım eradan əvvəl, təxminən 200-cü ildə Rim imperiyasi dövründə maliyyə və məhkəmə işlərini aparan vəzifəIi şəxslər dövlət mühasiblərinin fəaliyyəti üzərində nəzarət edirdilər.

Nəzarət xidmətini yerinə yetirən vəzifəli şəxsiərin hesabatları Rimə göndərilıir və dinlənilirdi. Belə təcrübə ilə əlaqədar olaraq «auditor» termini yaranmışdır ki, bu da latinca «dinləyici» mənasını ifadə edir.

Auditor haqqında ilk sənəd Avropanın digər məkanında müəyyən olun­muşdur. İngilisdilli ölkələr içərisində auditor fəaliyyətinə aid olan məlumatlar, alimlərin müəyyən etdiyinə görə 1130-cu ildə İngiltərə və Şotlandiyanin «Xəzinə» adlanan arxivində saxlanılan sənədlər içərisində aşkar edilmişdir.

Müasir dövrdə idarəetmə sistemində nəzarət elə bir sahədir ki, ondan ge­niş istifadə edilməsi əsasında ölkə iqtisadiyyatının hansı sahəsindən asılı ol­ma­ya­raq, istər müəyyən müəssisə və şirkətin təsərrüfat-maliyyə fəaliyyətinə aid ol­sun, istərsə də dövlət quruluşu və iqtisadiyyatı ilə əlaqədar məsələlər olsun, on­dan istifadə olunması ilə mövcud fakt və dəqiq vəziyyət araşdırıla və öy­rə­ni­lə bilir, fəaliyyətin daha da inkişafı, təkmilləşməsinə dair düzgün, real qərarlar qəbul edilməsinə əsas verir.

Ümumiyyətlə, dünya öikələrində audit fəaliyyətinin əsaslı inkişafı audit üz­rə transmilli şirkət və firmaların yaradılmasına, onların fillallarının təşkilinə im­kan vermişdir. Firmaların auditor xidmətləri çox yüksək səviyyədə qiymət­lən­dirılır. Bunun nəticəsidir ki, 1988-ci ildə dünya ölkələrində olan auditor firmalarının gəliri 6,5 milyon ABŞ dolları həcmində olmuşdur.

Azərbaycan Respublikası iqtisadiyyatının hazırkı inkişaf mərhələsi nəza­rət sisteminin daha da genişlənməsi və onun bütün imkanlarından tam istifadə edilməsini qarşıya qoyur. Respublikamızda ixtisaslaşdırılmış müstəqil nəzarət funksiyasını yerinə yetirən audit xidmətindən daha geniş və səmərəli istifadə olunmalıdır.

2

1.Auditin mahiyyəti, əhəmiyyəti və vəzifələri



Audit aktivlərin,öhdəliklərin,xüsusi vəsatilərin və maliyyə nəticələrinin düzgün,bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi obyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanılmasını nəzərdə tutur.Auditin əsasını dövlətin,müəssisənin müdriyyətinin və onun sahiblərinin qarşılıqlı marağı təşkil edir.Bir sıra ölkələrdə audit dedikdə,müəssisənin müstəqil yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Azərbaycan Respublikasında bazar iqtisadiyyatının formalaşması,müxtəlif növ mülkiyyət formalı müəsssisə və təşkilatların yaradılması və ölkəmizin dünya dövlətlərinin birgə yaşayış tərzinə inteqrasiya olunması,idarəetmə sahəsində və eləcədə nəzarət sisteminin təşkili,onun metodoloji məsələlərinin həlli və bütövlükdə bu mexanizmin fəaliyyət göstərməsi sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini tələb etdi.Belə bir şəraitdə daxili və müstəqil xarici,həm də dövlət nəzarətinə alternativ ola biləcək bir nəzarətin yaradılıb inkişaf etdirilməsinə son dərəcə böyük ehtiyac yarandı.Bütün bunlar isə birgə müəssisələrdə xarici investorlarda,kiçik biznesdə və s bu kimi sahələrdə xarici ölkələrin iş adamlarında etibarsızlığın,şübhələrin yaranmasına səbəb oldu.

Audit dedikdə maliyyə(mühasibat)hesabatının müstəqil yoxlanılması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var. “Audit” sözü latın mənşəlidir və o “audio” sözündən götürülmüşdür.“Audio” sözünün hərfi mənası- “eşidən yaxud dinləyən”deməkdir. Auditin meydana gəlməsi bilavasitə şirkətləri idarə edənlərin(müdriyyətin,menecer) və onların fəliyyətinə pul qoyanların(mülkiyyətçilərin,səhmdarların,investorların)mənafelərinin ayrılması ilə bağlıdır. Müxtəlif şirkətlərin tez-tez müflisləşməsi,müdriyyət tərəfindən aldadılma halları maliyyə qoyuluşları riskini xeyli artırır.Səhmdarlar əmin olmaq istərdilər ki,onları aldatmırlar,müdriyyətin təqdim etdiyi hesabat şirkətin həqiqi maliyyə vəziyyətini tam əks etdirir.Maliyyə informasiyasının düzgünlüyünü tam yoxlamaq və maliyyə hesabatını təqdim etmək üçün auditorlar dəvət olunur,səhmdarların fikrincə onlara etibar etmək olar.Belə bir

3

fakt çox əhəmiyyətlidir ki,müəssisənin, təşkilatın heasabatının düzgünlüyünün,qüvvədə olan qanunvericiliyə əməl edilməsinin yoxlanılması və bu məsələ üzrə auditor rəyinin tərtib edilməsi sərbəst auditor tərəfindən yerinə yetirilir.Bu baxımdan auditorlar da öz müştərisini(sifarişçisini)diqqətlə dinləməli,onun müəssisəsi haqqında verdiyi informasiyalara qulaq asmalı və zəruri halda ona lazımi köməklik göstərməlidir.



Auditor isə-bilavasitə audit yoxlamalarını aparan səlahiyyətli şəxsə deyilir.Qeyd etmək lazımdır ki,müəssisən hesabat məlumatlarının düzgünlüyünü və qüvvədə olan qanunçuluğa əməl olunma vəziyyətini auditor müstəqil qaydada yoxlayır və bu kimi məsələlərə dair auditor rəyini o özü təqdim edir.

Auditorun müstəqilliyi aşağıdakılara əsasən müəyyən edilir.

a)auditorun,auditor firmasının təsərrüfat firmasını müstəqil seçməsi;

b)auditorla müştəri arasında müqavilə münasibətinin olması.Bu hal auditora öz müştərisini özünün seçməsinə şərait yaradır və onu dövlətin hər hansı bir orqanından asılı etmir;

c)aşkar olunmuş nöqsan və çatışmamazlıqlar aradan qaldırılmayana qədər auditor rəy verməkdən imtina etməyə şərait yaradır.

ç)yoxlanılan iqtisadi subyektin rəhbərliyi ilə qohumluq və ya işbirliyi əlaqəsi olduğu halda auditorun auditor yoxlamasını aparmasının mümkünsüzlüyü və s.

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində auditin və auditor xidmətinin konkret təsviri verilmişdir. “Auditor xidməti haqqında ” Azərbaycan Respublikası qanununun II maddəsində müəyyənləşdirilmişdir ki,audit-əmtəə istehsalı və satışı,xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektində mühasibat uçotunun dəqiq və düzgün aparılması, maliyyə mühasibat hesabatlarının müstəqil yoxlanılmasıdır.

Həmin Qanunun III maddəsində auditor xidməti təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama,ekspertiza,təhlil aparılması və yazılı rəy verilməsi,mühasibat uçotunun qurulması,hesabat göstəricilərinin dürüstlüyünün təsdiq edilməsi və auditorun peşə fəaliyyətinə(auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq

4

maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətlər göstərilməsi kimi müəyyənləşdirilmişdir.



2.Audit fəaliyyətinin tənzimlənməsinə dair dövlət nəzarəti

Auditorlar Palatası auditor təşkilatlarını maliyyə-təsərrüfat fəaliyyətinin qanunun müdəalarına uyğunluğunu yoxlayır və onların işinə nəzarət edir.


Auditor fəaliyyətinin tənzimlənməsi “Auditor xidməti haqqında ” AR Qanunu ilə yanaşı, auditə dair digər qanunvericilik aktlarında, o cümlədən, “Xarici investi-siyanın qorunması haqqında”, “Sığorta haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Purokurorluq haqqında”, “Məh-dud məsuliyyətli müəssisələr haqqında”, “Ətraf mühitin mühavizəsi haqqında”, “İnvestisiya fondları haqqında” Qanunlarda, bank qanunvericiliyində və mülki, cinayət, vergi məcəllələrində öz əksini tapmışdır. Mülki məcəlləyə əsasən, auditor yoxlamasının naticələri haqqında yazılı hesabat tərtib etməlidir.
Auditor yoxlamaları nəticələrinin iqtisadi inkişafında mühüm rol oynadığını nəzərə alaraq, bir çox dövlətlərdə auditor xidməti qanunvericiliklə təşkil olunur və beynəlxalq standartlara uyğun tənzimlənir.
Beynəlxalq təcrübə və dünya praktikası göstərir ki, auditin dövlət tənzimlənməsini təşkil etmək, bu xidmətin inkişafını və təkmilləşdirilməsini təmin etmək, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini qorumaq, bu sahədə qanunvericilik və normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək məqsədi ilə auditorların ali qurumları yaradılır. Onlar palata, federasiya, assosiasiya, komitə və digər təşkilat kimi fəaliyyət göstərirlər.
Sahibkarlıq fəaliyyətinin bir növü olan audit bazar münasibətləri istiqamətində inkişaf edən ölkə iqtisadiyyatının yeni sturukturu kimi, əsasən iki formada həyata keçirilir:
Sərbəst auditorlar və auditor təşkilatlar.
Bunlar haqqında yuxarıda məlumat verilmişdir.
“Sahibkarlıq fəaliyyəti haqqında” və “Auditor xidməti haqqında ” AR Qanunlarına, AR Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 saylı Fərmanı ilə təsdiq edilmiş “Bəzi  sahibkarliq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” AR Prezidentinin 1997-ci

5

il 4 oktyabr tarixli 637 saylı Fərmanına və AR Nazirlər Komitəsinin 1998-ci il 13 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş “AR-nın ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”na müvafiq olaraq auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Auditorlar Palatasına həvalə edilmişdir.


Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya almaq üçün ərizəçi Auditorlar Palatasına aşağıdakıları təqdim etməlidir:
a) lisenziya almaq üçün ərizə;
b) müəssisənin təsisi sənədlərinin surəti;
c) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
ç) lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:
a) Nəzərdə tutlmuş sənədlər təqdim edilmədikdə;
b) ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;
c) auditor fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş zəruri şərtlər təmin olunmadıqda (ixtisas hazırlığı, təhsil, staj və s.)
ç) ərizəçi, əvvəllər auditor fəaliyyəti göstərmək üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;
d) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Auditorlar Palatası həyata keçirir.
Auditorlar Palatası lisenziyanın fəaliyyəti dayandırıldığı haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi orqanlarına yazılı şəkildə məlumat verir. Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dayişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər.
Beynəlxalq təcrübədə auditorların peşə etikası məcəlləsi auditorların davranış normalarını və ümumi məqsədlərə nail olmaq üçün auditorlar tərəfindən riayət edilməli olan fundamental prinsipləri müəyyən edir.
Auditor peşəsinin məqsədi camiyyətin tələbatının ödənilməsinə yönəldilmiş əməyin maksimum səmərəliliyinin əldə edilməsi üçün yüksək peşə səviyyəsini təmin etməkdir. Bunun üçün aşağıdakı dörd əsas tələbat yerinə yetirilməlidir:

6

mötəbərlik, peşəkarlıq, xidmətlərin keyfiyyəti, etimad.


Auditor qarşısında duran məqsədlərə nail olmaq üçün o, auditor etikasının aşağıdakı prinsiplərini yerinə yetirməlidir: düzgünlük, obyektivlik, məxfilik, peşə davranışı, peşə normaları.
Auditorlar düzgünlük, obyektivlik və müsəqilliklə bir araya sığmayan hər hansı maraqdan uzaq olmalıdır.
Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətinin keyfiyyətinə nəzarətin mahiyyətini, növlərini, onun həyata keçirilməsinin əsas prinsiplərini və formalarını müəyyən edmək məqsədi ilə “Auditor xidməti haqqında”, AR Qanununa va “Auditin keyfiyyətinə nəzarət” beynəlxalq audit standartlarına uyğun olaraq “Auditin keyfiyyətinə nəzarət” milli audit standartı işləyib hazırlanmışdır.
Keyfiyyətə nəzarətin iki növü mövcuddur: daxili nəzarət; kənar nəzarət.
Auditin keyfiyyətinə daxili nəzarət auditor təşkilatının rəhbərliyi və sərbəst auditorlar auditin planlaşdırılmasının, audit qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyin və audit standartlarının tələblərinə uyğunluğunu və onlara riayət olunmasına təmin etməkdən ibarətdir.
Daxili nəzarət iki formada həyata keçirilir: ümumi nəzarət, ayrı-ayrı audit prosedurları üzrə nəzarət.
Daxili nəzarət müvafiq auditor təşkilatının rəhbərliyi və sərbəst auditorların özləri tərəfindən həyata keçirilir.
Daxili nəzarət qaydaları auditor təşkilatı tərəfindən təsdiq edilir. Bu zaman aşağıdakılar nəzərə alınır: peşəkarlıq tələbləri, səriştəlilik, təyin etmə, səlahiyyətlər, məsləhətlər, sifarişçilər və onlarla əlaqə saxlanılması, yoxlama.
Auditin keyfiyyətinə kənar nəzarət auditor təşkilatı və əsrbəst auditor tərəfindən göstərilən auditor xidmətlərininkeyfiyyətininvə daxili nəzarət sisteminin qiymətləndirilməsindən ibarətdir.
Kənar nəzarət AR Auditorlar Palatası tərəfindən həyata keçirilir. O, iki formada aparılır.
- auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi;
- auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə nəzarət.
Kənar nəzarətin həyata keçirilməsinin metod və üsulları Auditorlar Palatası tərəfindən təsdiq edilmiş proqram və təlimatlar ilə tənzimlənir.
Azərbaycan Respublikasında auditor xidmətinin dövlət tənzinlənməsini təşkil

7

etmək, bu sahədə olan və AR-da auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmişnormatıv aktların layihələrini, tədbirlər sistemini hazırlamaq, dövlətin təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək, öz fəaliyyətində “Auditor xidməti haqqında” Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələbləri auditorlar (auditor təşkilatları) tərəfindən riayət olunmasına nəzarət etmək məqsədilə AR-nın Auditor Palatası yaradılmışdır. Auditor Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir.


“Azərbaycan Respublikasının Auditor Palatası haqqında” Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 saylı qərarı ilə təsdiq edilmişdir.
Auditor fəaliyyətinin əsas vəzifəsi, mülkiyyət formasından asılı olmayaraq, bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və düzgün aparılmasını təmin etmək məqsədi ilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.
Palatanın sədrini və sədr müavininin AR-nın Milli Məclisi təyin edir. Cari işlərin aparılması və əməli xidməti funksiyaların yerinə yetirilməsi üçün Palatada idarəetmə orqanı – şura yaradılır.
Auditor apardığı auditə və onun nəticəsinə dair verdiyi rəyə görə məsuliyyət daşıyır.
Auditor fəaliyyəti ilə bağlı auditorun daşıdığı məsuliyyəti, onun növlərinin, dərəcəsini və yaranma şərtlərini müəyyənləşdirmək məqsədi ilə AR-nın Auditorlar Palatası tərəfindən “Auditorun məsuliyyəti” milli audit standartı hazırlanmışdır.
Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yernə yetirmədikdə qanunvericiliyə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər.
Auditorun məsuliyyətinə iki mövqedən baxıla bilər:
a) qəbul edilmiş hüquqi və normativ aktların tələblərinin pozulmasına görə;
b) audit standartlarına müvafiq olaraq audit aparılan zaman lazımi peşəkarlıq göstərilməməsinə görə.
Dövlət qarşısında məsuliyyət qanunvericiliklə müəyyən edilmiş cəza və cərimələrlə, sifarişçi qarşısında məsuliyyət isə müqavilənin şərtlərinə görə müəyyən edilir.
Auditorun məsuliyyətinin növləri aşağıdakılardır:

8

a) intizam məsuliyyəti; b) mülki məsuliyyət; c) cinayət məsuliyyəti.


Auditorun intizam məsuliyyəti Auditorlar Palatası tərəfindən, mülki və cinayət məsuliyyətləri isə məhkəmə orqanları tərəfindən AR-nın müvafiq qanunvericilik və normativ-hüquqi aktlarına əsasən müəyyən edilir.
Auditorun məsuliyyəti müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
a) sifarişçiyə zərər dəyib-dəyməməsi; b) auditorun öz vəzifə borcunu yerinə yetirərkən səriştəsizliyə, diqqətsizliyə, səhlənkarlığa yol verib-verməməsi.
Auditi aparılmasına dair müqavilənin “Tərəflərin məsuliyyəti” bölməsində hər birinin daşııdğı məsiliyyətin şərtləri əks etdirilir. Burada məsuliyyətin yaranmasına səbəb olan şərtlər, məsuliyyətin növü və həcmi nəzərdə tutlur.
Sifarişçilərin maliyyə vəziyyəti barəsində yalnış fikir nəticəsində vurulan zərərin ödənilməsi üçün yalnız onun mülkiyyətçisi deyil, həm də üçüncü şəxslər: yoxlanılan müəssisənin kreditorları, yoxlanılan müəssisə ilə işgüzar münasibətdə olan banklar, sığorta taşkilatları digər hüquqi və fiziki şəxslər auditora qarşı əmlak iddası qaldıra bilərlər. Mötəbər olmayan auditor rəyi illik mühasibat hesabatında olan informasiyanın istifadəçisi kimi üçüncü şəxsləri aldada və onların özlərinə mühüm zərər vura bilən iş görməyə sövq edə bilər.
Tərəflər bağlanmış müqavilənin mövcudluğunu, məzmunu və müqavilənin bağlanması üçün zəruri olan sənədləri məxfi saxlamaqla tərəf müqabilinin rəsmi razılığı olmadan üçüncü tərəfə heç bir məlulat vermirlər.
Auditorda saxlanılan məxfi xarakterli sənədlərin və digər məlumatların hüquq mühavizə orqanları tərəfindən auditor yoxlamasından keçirilən sənədlərin sahibləri olan şəxslərə qarşı müəyyə olunmuş qaydada cinayət işi qaldırıldıqdan sonra məhkəmənin qərarına əsasən yol verilir.
Məxfiliyə dair tələblər auditorun və auditor təşkilatlarının fəaliyyətinin “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə müvafiq olaraq yoxlanılması hallarına şamil edilmir.

9

Çıxış



Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçməsi sahibkarlığın sürətli inkişafı, müəssisələrin yeni taşkilati-hüquqi formalarının və müxtəlif mülkiyyət növlərinin yaranması, ölkənin dünya birliyinə inteqrasiyası idarəetmədə əsaslı dəyişikliklər aparılmasını, nəzarətin təşkili metodologiyası və həyata keçirilməsi sisteminin yenidən qurulmasını tələb edirdi.
Bazar iqtisadiyyatına keçid şəraitində yeni bir defisit növü yaranmış və özünü getdikcə daha artıq hiss etdirməyə başlamışdır. Bu və ya başqa konkret müəssisənin işgüzar nüfuzu haqqında mötəbər informasiya yox idi: müəssisənin yen kommersiya banklarının, birjaların və digər bazar strukturlarının təsisçisi olmaq istəməsi qanuna uyğundurmu; müəssisə şok vəziyyətindən özünə gəlibmi və hissə-hissə oğurlamaqla artır müəssisənin axırına çıxmayıblarki; nəhayət o yaşamağa qabildirmi.
Başqa sözlə, təsisçilər və səhmdarlar, müvafiq emitetlərin; qiymətli kağızlarının sahibləri və kreditorlar təşkilatların maliyyə vəziyyəti və ödəmə qabiliyyəti barədə düzgün məlumat, cari və perspektiv dövlət üçün əsaslandırılmış rəylər almaqla maraqlı idilər. Məhz bu şəraitdə dövlət nəzarətinə alternativ olan bir qurumu – bazar iqtisadiyyatı infrasturukturunun ayrılmaz ünsürlərindən biri kimi, müstəqil auditin inkişaf etdirilməsinə çox böyük zərurət yarandı.
Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.
Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onon maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür.
Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfondən müstəqil öyrənilməsi deməkdir.”
Qanuna əsasən ABŞ-da səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar camiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir.

İstifadə Olunan Ədəbiyyat Siyahısı:



  • Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu. Bakı,      2004;

  • Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” Qanunu. Bakı 1994;

  • Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu. Bakı, 2007

  • Azərbaycan Respublikasının Milli Məclisi. Bakı, Hüquq ədəbiyyatı, 2000;

İmza: Nərmin Səfərli
Yüklə 27,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin