AZƏrbaycan respublikasi adindan q ə t n a m ə



Yüklə 176,69 Kb.
Pdf görüntüsü
tarix10.06.2017
ölçüsü176,69 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə T N A M Ə

AZƏRBAYCAN RESPUBLİKASI

SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

08 avqust 2016-cı il

№ 2(105)-1996/2016

Sumqayıt şəhərində

Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi,

Hakimlər Azər Qəmbər oğlu Hüseynov və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə,

Zümrüd Ruslan qızı Abbaslının katibliyi,

İddiaçı: Elvin Sərdar oğlu Tağıyev,

İddiaçının nümayəndəsi: Əli Bayram oğlu Məmmədov,

Cavabdehin nümayəndəsi: Nəsir Vahid oğlu Əhmədovun iştirakları ilə,

İddiaçı Tağıyev Elvin Sərdar oğlunun cavabdeh «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə qarşı

elektrik enerjisindən istifadəyə görə yaranmış əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə

Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş

apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq

M Ü Ə Y Y Ə N E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov)

iddia tələbi qismən təmin edilməsi, iddiaçı Tağıyev Elvin Sərdar oğluna məxsus Sumqayıt şəhəri, 2-ci

mikrorayonda yerləşən, 29/69A saylı evin, 3 saylı mənzilinə cavabdeh «Azərişıq» ASC tərəfindən

elektrik enerjisindən istifadəyə görə hesablanmış 570,40 manat məbləğində borcun silinməsi qət

edilmişdir.



İ Ş İ N H A L L A R I:

İddiaçı Tağıyev Elvin Sərdar oğlu cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-

hazırda mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 29\69A saylı evin, 3

saylı mənzilində yaranmış elektrik enerjisindən istifadəyə görə 637 (altı yüz otuz yeddi) manat

borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbini onunla əsaslandırmışdır ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz

əmlakın Dövlət Reyestirindən 09.01.2009-cu il tarixli seriya MH 0028671 nömrəli Çıxanşa əsasən

Sumqayıt şəhəri 2-ci mikrorayonda istifadəsində olan 29/69 A nömrəli binanın 3 nömrəli mənzil tam

mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu mənzilin ondan əvvəlki mülkiyyətçisi onun atasının

anası Tağıyeva Xanmana Əlirza qızına olmuşdur. O, 18 dekabr 2014-cü ildə ölmüşdür. Bu ərizəyə

əlavə edilən elektrik enerjisindən istifadəyə görə abunə haqqında məlumat cədvəlindən göründüyü

kimi bu borclar 2004-cü ilin mənzilin onun mülkiyyətinə keçənə qədər yaranan borclardır. Daha

doğrusu 18 dekabr 2014-cü il tarixdə vəfat getmiş X.Ə.Tağıyevanın yaşadığı dövründəki borclardır.

Bu borcların silinməsi ilə əlaqədar cavabdehin ünvanına yazdığı ərizələr təmin edilməmişdir.

Cavabdeh tərəfindən onun ərizələrinə verilən bu cavabları əsassız cavablar hesab edir. Belə ki,

Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin tələbinə görə vaxtaşırı icra edilməli

öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin son müddəti 3 (üç) ildir. Digər tərəfdən bu

borclar mənzilin əvvəlki mülkiyyətçisi olmuş X.Ə.Tağıyevanın mülkiyyətçisi olduğu mənzilin

elektrik enerjisindən istifadəsi dövründə yaranmış borclardır. Ona görə də, məhkəməyə müraciət

etmişdir.

Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

VƏ TƏRƏFLƏRİN İZAHATLARI:

Cavabdehin nümayəndəsi N.Əhmədov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,

qətnamə əsassız və qanunsuzdur. Çünki, sözügedən qətnamə işin faktiki hallarına uyğun deyildir,


həmçinin onun əsaslandırıcı hissəsində cavabdeh tərəfindən təqdim edilmiş etirazda istinad edilmiş

hüquq normalarına münasibət bildirməmiş və onların rədd edilməsi üçün gətirilmiş dəlillər

göstərilməmişdir. Məhkəmə onlar tərəfindən məhkəməyə təqdim edilmiş abunə haqqında çıxarışda

iddiaçıya məxsus mənzilə 30 sentyabr 2002-ci il tarixdən 09 mart 2004-cü il tarixədək işlədicilərin

gücünə görə orta sərfiyyat əsasında 67,63 manat, 09 mart 2004-cü il tarixində abonentin evinə sayğıc

quraşdırıldıqdan sonra 02 mart 2016-cı il tarixinədən 1418,49 manat hesablandığı, abonentin

sayğacsız dövr üçün 2 manat, sayğac quraşdırıldıqdan sonra 846,46 manat məbləğdə ödəniş etdiyi və

hal-hazırda isə 637,66 manat debitor borcu qaldığı məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin

birinci instansiya məhkəməsi 570,40 manat borcun işlədicilərin gücünə görə orta sərfiyyata əsasən

hesablanmış borc olduğunu qeyd edərək həmin borcun silinməsi barədə qətnamə qət etmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2016-cı il tarixli 2(060)-2801/2016 saylı qətnaməsini ləğv

edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə

qəbul edilməsini məhkəmədən xahiş

etmişdir.

Cavabdehin nümayəndəsi N.Əhmədov apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat

verdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi.

İddiaçı E.S.Tağıyev və nümayəndəsi Ə.B.Məmmədov apellyasiya şikayətinin dəlillərini qəbul

etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin

dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər.

Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin

dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara

görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir.



H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:

İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən,

cavabdeh tərəfindən iddiaçıya borcun düzgün sayılmamasına istinad etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və

əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur.

Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı

ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə

yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən

mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya

şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət

etməsini yoxlayır.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi N.Əhmədovun

apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya

şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz

olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci

instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün

riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə

yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin

Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq

olunmuş sübutlarla əsaslandırır.

İş materiallarında olan DƏDR-i tərəfindən verilmiş 09.01.2009-cu il tarixli, MH seriyalı,

0028671 nömrəli Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən,

29\69A saylı evin, 3 saylı mənzil mülkiyyət hüququ əsasında E.S.Tağıyevə məxsusdur.

İşdə olan abunə haqqında arayışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən,

29\69A saylı evin, 3 saylı mənzilə 28.04.2008-cü il tarixədə sayğac quraşdırılmış və hazırda həmin

mənzilə 637,66 manat borc hesablanmışdır.

İş materiallarında olan məhkəmə tərəfindən verilmiş 2(060)-2801/2016 saylı sorğuya cavabdeh

«Azərişıq» ASC-nin nümayəndəsi A.T.Musayevin cavabından görünür ki, iddiaçı E.Tağıyevə məxsus

Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 29\69A saylı evin, 3 saylı mənzilə 09.03.2004-cü il

2


tarixdən 09.01.2009-cu il tarixə kimi elektrik enerjisindən istifadəyə görə hesablanmış 580,40

manatdan, 10 manat ödənilmişdir. Hal-hazırda 09.03.2004-cü il tarixdən 09.01.2009-cu il tarixə kimi

olan dövr üçün 570,40 manat debitor borc qalmışdır.

Belə ki, iş materiallarında olan elektirik enerjisindən istifadəyə görə ödənilmiş abonentin

invoysundan da görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 29\69A saylı evin, 3 saylı

mənzildə 28.04.2008-ci il tarixdə isə sözügedən ünvana elektrik sayğacı quraşdırılmışdır. Sayğac

quraşdırıldıqdan sonra isə iddiaçı E.S.Tağıyev mütamadi olaraq istifadə etdiyi elektirik enerjisinin

haqqını ödəmiş, lakin cavabdehin nümayəndəsinin də etiraf etdiyi kimi iddia tələbində silinməsi xahiş

olunan 637 manatın 570,40 manatı elektrik enerjisinin işlədicilərin gücünə görə orta sərfiyyat

əsasında hesablanmış debitor borcdur. Cavabdehin 28 aprel 2008-ci il tarixdən əvvəlki illər üçün

elektrik enerjisinin işlədicilərin gücünə görə orta sərfiyyat əsasında hesablanmasına heç bir əsas

yoxdur. Çünki iddiaçı məişət abonenti hesab olunduğundan hesablaşma əvvəlki dövr üçün müəyyən

olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparıla bilməz. Belə ki, Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş

«Elektrik Enerjisindən İstifadə Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində,

yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün

elektrik enerjisindən istifadə edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin

Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik

sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş

orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun

hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal

davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan

qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik

sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək

davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı

müəssisəsi istehlakçıya verdiyi elektirik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən

tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi

tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji

təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.Fiziki şəxs olan

istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı

müəssisəsinin hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq

edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə

hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda

olaraq hesablaşma dövrü bir ay qəbul olunur.

Həmin Qaydaların 8.4-cü maddəsinə müvafiq olaraq Enerjitəchizatı müəssisəsi istehlakçıdan

yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır.

Məhkəmə kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki,

cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlil işin faktiki halları ilə tam uyğunluq təşkil etmədiyi

üçün birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir.

Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də

araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni

və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və

ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən,

apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1,

392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun apellyasiya şikayəti təmin edilməsin.

Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 25 aprel 2016-cı il tarixli 2(060)-2801/2016 saylı

qətnaməsi dəyişdirilmədən saxlanılsın.

3


Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi

gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi

vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə

bilər.

Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür,

Sədrlik edən

Gülnarə Tağızadə

4


Sədrlik edən

Gülnarə Tağızadə

Hakimlər

Azər Hüseynov

Telman Quliyev

5


6

7

8

9

10

11

12

13

14

15


Yüklə 176,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə