Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix09.06.2022
ölçüsü0,6 Mb.
#61118
  1   2   3   4   5   6   7   8   9   ...   29
258 mmmetodiki tovsiyye



AZƏRBAYCAN RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRLİYİ 
 
POLİS AKADEMİYASI
 
 
 
 
 
 
 
“ M Ü L K İ M Ü D A F İ Ə ” 
 fənnindən 
Tədris-metodiki vəsait 
 
 
(Polis Akademiyasının kursantları üçün)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2018 
 
 



AZƏRBAYCAN RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRLİYİ 
 
POLİS AKADEMİYASI
 
 
 
 
“ M Ü L K İ M Ü D A F İ Ə ” 
 fəninndən 
Tədris-metodiki vəsait
 

(Polis Akademiyasının kursantları üçün)
 
 
 
 
 
Praktikum vəsaiti DİN-in Polis 
Akademiyasının Elmi Şurasının 22 
fevral 2018 ci il tarixli 6 nömrəli
protokolu ilə çap olunmasına
icazə verilmişdir.

 
 
 
 
BAKI – 2018 
 
 
 



Elmi redaktorlar:

 
Polis Akademiyasının rəisi, 
polis general-mayoru

hüquq
elmləri üzrə fəlsəfə doktoru, dosent
Nazim Əliyev
Polis Akademiyası rəisinin
tədris və elmi işlər üzrə müavini,
polis polkovniki
hüquq elmləri
doktoru,əməkdar müəllim, professor,
Mahir Əhmədov
 
Tərtib edənlər:
Polis Akademiyası rəisinin, 
döyüş və xidməti hazırlıq üzrə 
müavini, polis polkovniki
İlyas
 
İsayev
Hərbi kafedranın baş müəllimi,
polis polkovnik-leytenantı
Elxan Quliyev 
Hərbi kafedranın baş müəllimi,
polis polkovnik-leytenantı
Elşən Hacıyev 
Hərbi kafedranın müəllimi
polis polkovniki
Eyvaz Nurməmmədov
 
Rəyçilər: 
Azərbaycan Respubilkası Daxili İşlər
Nazirliyinin Polis Akademiyasinin
Hərbi kafedrasının rəisi, pоlis pоlkоvniki Hacı Aslanov 
Azərbaycan Respubilkası Daxili İşlər
Nazirliyinin səfərbərlik işləri üzrə və
Mülki müdafiə şöbəsinin rəisi,
pоlis pоlkоvniki
Yusif Mehdiyev
 
 
 



 
Metodik tövsiyələr: 
“Mülki müdafiə” fənni üzrə Tədris-metodiki vəsait 
mühazirələrdə əldə edilən biliklərin dərinləşdirilməsi üçün 
nəzərdə tutulmuş və 7 mövzudan ibarətdir. Tədris-metodiki 
vəsait seminar (praktiki) dərslərinin planları, özünüyoxlama 
sualları, kursant və dinləyiciyə kömək edə bilən normativ-
hüquqi aktlar və xüsusi ədəbiyyat siyahısı, fənnin hər bir 
mövzusu üzrə suallar, o cümlədən terminoloji və yazılı 
tapşırıqlar təsbit olunmuşdur. 
Tədris-metodiki vəsaitin əsas vəzifələrinə bu və ya digər 
mübahisəli məsələlərə dair öz fikirlərinin formalaşdırılmasında 
kursant və dinləyicilərə köməkliyin göstərilməsidir. 
Fənn proqramı 45 saat həcmində tədris etmək üçün 
nəzərdə tutulmuşdur. Onlardan 14 saat mühazirələrə, 28 saat 
seminar və 3 saat təcrübi dərs məşğələlərinə ayrılmışdır.
“Mülki müdafiə” fənni Azərbaycan Respublikası DİN-in 
Polis Akademiyası kursantlarinin peşəkar kadr hazırlığında 
özünəməxsus yer tutur.
Mülki müdafiənin rolu, quruluşu, məqsəd və vəzifələri 
haqqında danışdıqda, ilk öncə qeyd edək ki, mülki müdafiə 
(MM) fənni insanın ətraf mühitdə təhlükəsizliyi və 
sağlamlığının qorunması 
haqqında elmdir. İnsanların
təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu 
ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son 
dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, 
təbii fəlakətlərin sayı xeyli artmışdır.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir 
silahların tətbiqi zamanı istehsalatda və gündəlik həyatda 
insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini tə-
min etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir. 
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. 
Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra 
hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat 



fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə 
planlaşdırılır və yerinə yetirilir.
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun 
hissələrindən, 
ştatlı 
qəza-xilasetmə 
dəstələrindən, 
hərbiləşməmiş 
mülki müdafiə dəstələrindən, həmçinin 
nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının 
tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin 
yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, 
təşkilatlardan və idarələrdən ibarətdir.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin