AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 4,24 Mb.
səhifə1/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
  1   2   3   4   5   6   7   8   9   ...   53
AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİNİN

KOLLEGİYASI

QƏRAR

 

№ 04



 

Bakı şəhəri                                                         “13” avqust 2015-ci il

 

Su təchizatı. Xarici şəbəkə və qurğular” və “Kanalizasiya. Xarici şəbəkə və qurğular”ın təsdiq edilməsi haqqında



 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara alır:

 

1. Aşağıda qeyd olunan texniki normativ hüquqi aktlar təsdiq edilsin:



1.1 “Su təchizatı. Xarici şəbəkə və qurğular” (əlavə olunur);

1.2 “Kanalizasiya. Xarici şəbəkə və qurğular” (əlavə olunur).

 

2. Ümumi şöbəyə (S. Məmmədov) və Hüquq sektoruna (N.Mehtiyev) tapşırılsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş texniki normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.



3. Bu qərarla təsdiq olunmuş texniki normativ hüquqi aktlar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərarın 1.1-ci hissəsi ilə təsdiq edilən texniki normativ hüquqi aktlar qüvvəyə mindiyi tarixdən SSRİ Dövlət Tikinti Komitəsinin 1984-cü il 27 iyul tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП 2.04.02-84 “Водоснабжение. Наружные сети cооружения” və SSRİ Dövlət Tikinti Komitəsinin 1985-ci il 21 may tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП 2.04.02-84 “Канализация. Наружные сети cооружения” normativ sənədlərinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi dayandırılsın.

5. Qərarın icrasına nəzarət Aparatın rəhbəri E. Hüseynzadəyə həvalə edilsin.

 


Kollegiyanın sədri

Abbas Ələsgərov

 

 

Kollegiyanın katibi

Oqtay Salamov

 

 


 

Azərbaycan Respublikası

Dövlət Şəhərsalma və Arxitektura

Komitəsinin Kollegiyasının

13 avqust 2015-ci il tarixli 04 №-li

qərarı ilə təsdiq edilmişdir.


 

SU TƏCHİZATI. XARİCİ ŞƏBƏKƏ VƏ QURĞULAR

 

1. Tətbiq sahəsi

 

Bu normalar yaşayış məntəqələrinin, kənd təsərrüfatı və sənaye obyektlərinin tikilən və yenidən qurulan xarici su təchizatı sistemlərinin layihələndirilməsinə dair tələbləri müəyyən edir.



Su təchizatı layihələri işlənərkən Azərbaycan Respublikasının Su haqqında qanunları, həmçinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə dair tələblər nəzərə alınmalıdır.

Bu normaların yanğın əleyhinə tələbləri partlayıcı maddələrin istehsal və istifadə olunduğu və ya saxlanıldığı müəssisələrin, tutumu 10 min m3-dən çox olan ağac materialları anbarlarının, neft-qazçıxarma və neft emalı sənaye obyektlərinin su kəmərlərinə şamil edilmir. Bu obyektlərin yanğın əleyhinə tələbləri müvafiq normativ sənədlərlə müəyyən edilir.



2. Normativ istinadlar

Bu normalarda aşağıda göstərilən normativ sənədlərə istinad edilib:



Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2011-ci il tarixli, 23 nömrəli Qərar.






AzDTN 1.6-1*

Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları

AzDTN 2.6.1

Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması

AzDTN 2.3-1

Seysmik rayonlarda tikinti

MSN 2.02-01-97

Bina və qurğuların yanğın təhlükəsizliyi

MSN 2.04-05-95

Təbii və süni işıqlandırma

MSN 3.02-01-2002

İstehsalat binaları

MSN 3.04-01

Hidrotexniki qurğular. Əsas müddəalar

TNvəQ 2.01.01-82

İnşaat iqlimşünaslığı və geofizikası

TNvəQ 2.01.09-91

İşlənilən ərazilər və çökən qruntlardakı bina və qurğular

TNvəQ 2.02.01-83*

Bina və qurğuların binövrələri

TNvəQ 2.03.11-85

İnşaat konstruksiyalarının korroziyadan müdafiəsi

TNvəQ 2.04.01-85*

Binaların daxili su kəməri və kanalizasiyası

TNvəQ 2.04.02-84*

Su təchizatı. Xarici şəbəkə və qurğular

TNvəQ 2.04.05-91*

İsitmə, ventilyasiya və kondisionerləşdirmə

TNvəQ 2.04.09-84

Bina və qurğuların yanğın avtomatikası

TNvəQ 2.06.04-82*

Hidrotexniki qurğulara düşən yüklər və təsirlər (dalğalardan, buzlardan və su nəqliyyatından)

TNvəQ 2.06.15-85

Ərazilərin daşqın və su basmalardan mühəndis müdafiəsi

TNvəQ 2.09.04-87*

İnzibati və məişət binaları

TNvəQ II-89-80

Sənaye müəssisələrinin baş planları

TNvəQ 3.05.04-85*

Xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğular

DÜİST 9.015-74

Köhnəlmə və korroziyadan vahid müdafiə sistemi.Yeraltı qurğular. Ümumi texniki tələblər

DÜİST 17.1.1.04

Təbiətin mühafizəsi. Hidrosfera. Yeraltı suların təsnifatı

DÜİST 2874

İçməli su

DÜİST 8220-85

Yeraltı texniki yanğın hidrantları

DÜİST 13015-2012

Tikinti üçün beton və dəmir beton məmulatlar

PUE-76

Elektrik qurğularının qurulması Qaydaları

3. Əsas anlayışlar

Bu Tikinti Norma və Qaydalarında aşağıdakı terminlərdən və ixtisarlardan istifadə edilmişdir:



doza

suyun təmizlənməsi, yaxud emalında 1 litrinə, yaxud 1 metr kubuna daxil edilən kimyəvi reagentlərin milliqram, yaxudqramla miqdarı.

dozalayıcı

vahid su həcminə vahid zamanda müəyyən edilmiş miqdarda kimyəvi reagent, yaxud digər bir maddə daxil edən qurğu.

əhalinin orta sutkalıq su sərfi

bir nəfər sakinin il ərzində sərf etdiyi su miqdarının (l-lə) ilin günlərinin sayına nisbətinin nəticəsi.

flokulyant

suyun durulma prosesini sürətləndirən kimyəvi reagent.

hidravlik irilik

axmaz suyun 100C temperaturunda hissəciyin onda çökmə sürəti olub mm/s ilə ölçülür.

koaqulyant

suyun duruldulmasında istifadə edilən kimyəvi reagent.

qarışdırıcı

 


suya daxil edilən kimyəvi reagentlər və ya maddələrin onun bütün həcmində bərabər paylanmasını təmin edən şaquli, yaxud üfüqi konstruksiyalı qurğu.

qeyri-müntəzəmlik əmsalı

suyun gün, yaxud saat ərzində qeyri-müntəzəm sərf edilməsini göstərən parametr.

reagent təsərrüfatı

suyun təmizlənməsində istifadə edilən reagentləri saxlamaq üçün anbar, məhlul və sərf çənləri, həmçinin dozalayıcı qurğulardan ibarət kompleks.

reaksiya kamerası

koaqulyant daxil edildikdən sonra suda gözlə görünən lopaların yaranmasını təmin edən qurğu.

rezervuar

su (maye məhsullar) ehtiyatı toplamaq üçün həcmli mühəndis qurğusu.

sanitariya-mühafizə zonası

suqəbuledicilər, sutəmizləyici qurğular, əsas sudaşıyıcı borular və onlar üzərində olan qurğuları qorumaq üçün yaradılmış xüsusi istifadə şərtlərinə malik ərazi və ya akvatoriya.

süzgəcin süzmə sürəti

m2 süzücü yük sahəsindən 1st-da keçən suyun m3-la miqdarı olub m/st-la ölçülür.

sərbəst basqı

sudaşıyıcı və paylayıcı boruların istənilən nöqtələrindəki manometrik basqı.

su sərfi norması

bir nəfər sakinin bir gündə istehlak etdiyi, yaxud vahid məhsul istehsalına sərf olunan su miqdarı, litrlə.

su təchizatı sistemləri

suyu mənbədən götürən, onun keyfiyyət göstəricilərini təyinatına uyğun səviyyədə yaxşılaşdıran, tələb olunan miqdar və basqı altında istehlak obyektinə nəql edən, bu obyekt ərazisində paylayan və istehlakçılara çatdıran mühəndis qurğuları kompleksi.

şaxtalı quyu

yer səthinə yaxın birinci, 30 m-ə qədər dərinlikdə yerləşmiş, yumşaq süxurlardan ibarət basqısız laylardan su götürmək üçün inşa edilən quyu.

şüavarı suqəbuledicilər

tavanı yer səthindən 15-20 m-ə qədər dərində yerləşən və hündürlüyü 20 m-dən çox olmayan sudaşıyıcı laylardan su götürmək üçün inşa edilən, planda dairəvi çənli və suqəbuledici deşikli boruları şüalar şəklində sudaşıyıcı laya yeridilmiş qurğu.

tranzit sərf

yol boyu sərf edilmədən müəyyən obyektə nəql etdirilən su miqdarı.

üfüqi suqəbuledici

mümkün qədər yerüstü axınlara yaxın və 8 m-ə qədər dərinlikdə yerləşmiş basqısız sudaşıyıcı laylardan su götürmək üçün qırma daşdan düzəldilmiş, yaxud borulu drenaj, su toplayan dəhliz, yaxud lağım şəklində inşa edilən qurğu.

yanğın hidrantı

səyyar yanğın texnikası ilə su kəməri şəbəkəsindən suyun götürülməsinə xidmət edən texniki vasitə.

yeraltı su təchizatı mənbələri

bulaqlar, basqılı və basqısız sudaşıyıcı laylar

yeraltı suqəbuledicilər

şaxtalı, borulu (artezian, subartezian), üfüqi (keçilən və keçilməyən), şüavarı və infiltrasiyalı suqəbuledicilər, bulaq sularını toplayan kameralar (kaptajlar) və kəhrizlər.

yerüstü suqəbuledicilər

məcra, sahil, göbələkvarı hərəkət edən, üzən suqəbuledici qurğular.

yerüstü su təchizatı mənbələri

çaylar, göllər, su anbarları, kanallar və dənizlər.

AzSPETİ

Azərbaycan Su Problemləri Elmi Tədqiqat İnstitutu.

AZS

Azərbaycan standartı

HES

Hidroelektrik stansiya.

NÖC

Nəzarət-ölçü cihazları.

SFM

Səthi fəal maddələr.

TP AİO

Texnoloji proseslərin avtomatik idarə olunması

4. Ümumi müddəalar

4.1. Obyektlərin su təchizatı sənaye sahələri və kənd təsərrüfatının inkişafı və yerləşməsinin təsdiq olunmuş sxemləri, məhsuldar qüvvələrin respublikanın regionları üzrə inkişafı və yerləşmə sxemləri, həmçinin su ehtiyatlarının mühafizəsi və kompleks səmərəli istifadə edilməsinin baş, hövzə və ərazi sxemləri, şəhər və kənd yaşayış məntəqələrinin həmçinin, sənaye qovşaqlarının baş planları əsasında layihələndirilməlidir.

Layihələndirmə zamanı obyektlərin su təchizatı sistemlərinin bu obyektlərin mənsubiyyətindən asılı olmayaraq kooperasiya edilməsinin məqsədə uyğunluluğuna diqqət yetirilməlidir.

Obyektlərin su təchizatı layihələri mütləq su tələbatı və yaranmış tullantı sularının balansı təhlil edilərək bu obyektlərin kanalizasiya layihələri ilə paralel işlənməlidir.

4.2. Təsərrüfat-içməli və birləşmiş istehsalat-içməli su kəmərlərinin layihələrində su təchizatı mənbələrinin, su kəməri qurğularının və magistral sudaşıyıcı boruların ətrafında sanitariya-mühafizə zonaları nəzərdə tutulmalıdır.

4.3. Təsərrüfat-içməli ehtiyaclarını ödəmək üçün verilən suyun keyfiyyəti bu sahədə Azərbaycan Respublikasında qüvvədə olan DÜİST 2874 standartının tələblərinə cavab verməlidir.

Təsərrüfat-içməli məqsədləri üçün istifadə edilən su təmizləndikdə, nəql edildikdə və rezervuarlarda saxlanıldıqda insan sağlamlığına zərər verməyən, Dövlət sanitariya-epidemioloji xidmətin tələblərinə cavab verən reagentlərdən, korroziya əleyhinə örtüklərdən, həmçinin süzücü materiallardan istifadə edilməlidir.

İstehsalat ehtiyaclarını ödəməyə verilən suyun keyfiyyəti texnoloji reqlamentin tələblərinə cavab verməli və istismar heyəti üçün əlverişli sanitariya-gigiyena şəraiti təmin etməlidir.

Müstəqil suvarma, yaxud istehsalat su kəmərlərindən suvarmaya verilən suyun keyfiyyəti sanitariya-gigiyena və aqrotexniki tələblərə cavab verməlidir.



4.4. Layihələrdə qəbul edilən əsas texniki həllər və onların reallaşdırılmasının növbəliliyi mümkün variantların göstəricilərinin müqayisəsinə əsaslanmalıdır. Texniki-iqtisadi hesablamalar müsbət və mənfi cəhətləri hesabatsız təyin edilə bilməyən variantlar üçün yerinə yetirilir.

Optimal variant kimi içməli suyun maya dəyəri və birdəfəlik xərclərin cəminin normativ səmərəlilik əmsalının köməyilə eyni ölçü vahidinə gətirilmiş qiymətinin az olanı seçilir



4.5. Su təchizatı sistemləri layihələndirildikdə bu sahədə mövcud olan mütərəqqi texnoloji sxemlər, qurğu və avadanlıqlardan istifadə olunması, əmək tutumlu işlərin mexanikləşdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması və kompüterlə idarə olunması nəzərdə tutulmalıdır.

5. Hesabi sərflər və sərbəst basqılar

5.1. Suyun hesabi sərfləri

5.1.1. Yaşayış məntəqələrinin su təchizatı sistemləri layihələndirildikdə əhalinin təsərrüfat-içməli su ehtiyaclarının ödənilməsinə il ərzində xüsusi orta sutkalıq su tələbatı cədvəl 1-ə əsasən qəbul edilməlidir.

5.1.2. Yaşayış məntəqəsində təsərrüfat-içməli su ehtiyaclarına il ərzində hesabi orta sutkalıq su sərfi (1) düsturu ilə hesablanmalıdır:

 

burada qə - yaşayış rayonlarındakı binaların abadlıq dərəcəsindən asılı olaraq bir nəfər sakin üçün il ərzində orta sutkalıq su tələbatı, l/sut (cədvəl 1-ə əsasən götürülür);

Nə - müxtəlif abadlıq dərəcəsinə malik yaşayış rayonlarında əhalinin hesabi sayıdır, nəfərlə.

Cədvəl 1. Əhalinin təsərrüfat-içməli ehtiyaclarının ödənilməsinə il ərzində xüsusi orta sutkalıq su tələbatı normaları



 

Yaşayış rayonlarındakı binaların abadlıq dərəcəsi

Bir nəfər sakinə il ərzində xüsusi orta sutkalıq su tələbatı, l/sut

1

2

Daxili su təchizatı və kanalizasiya sistemləri olan binalar:

 

vannasız

125 - 160

yerli su qızdırıcıları və vannası olan

160 - 230

mərkəzləşdirilmiş isti su təchizatı olan

230- 350

Q e y d:

1. Küçə suayrıcı kolonkalardan su götürülən yaşayış rayonlarında bir nəfərə il ərzində xüsusi orta sutkalıq su tələbatı 30-50 l/sut qəbul edilməlidir.

2. Xüsusi su tələbatına, su sərfi TNvəQ 2.04.01 və texnoloji göstəricilərə görə qəbul edilən istirahət evləri, sanatoriya-turist kompleksləri və uşaq-sağlamlıq düşərgələri istisna olmaqla,TNvəQ 2.08.02-də qəbul edilmiş təsnifata görə ictimai binalarda təsərrüfat-içməli və məişət ehtiyaclarına su sərfi daxil olur.

3. Xüsusi su tələbatının 1-ci cədvəldə gəstərilən hədlərdə qəbul edilməsi rayonun iqlim şəraiti, su təchizatı mənbəyinin gücü və suyun keyfiyyəti, binaların abadlıq dərəcəsi, mərtəbələrin sayı və yerli şəraitdən asılı olaraq təyin edilməlidir.

4. Əhalini ərzaq məhsulları ilə təchiz edən sənaye müəssisələrinin su tələbatı, eləcə də qeydə alınmamış su sərfləri, müvafiq əsaslandırma olduqda yaşayış rayonunun sutkalıq təsərrüfat-içməli su ehtiyaclarını ödəmək üçün verilən su sərfləri cəminin10-20%-i qədər qəbul edilməsinə yol verilir.

5. Mərkəzləşdirilmiş isti su təchizatı sistemi olan rayonlarda (mikrorayonlarda) təsərrüfat-içməli məqsədlərə ümumi su sərfinin

40%-i və maksimal sərf olan saatda – bu sərfin 55% miqdarda isti su birbaşa istilik sistemindən götürülə bilər. Qarışıq tikililəri olan rayonlarda qeyd olunan binalarda yaşayan əhalinin sayı nəzərə alınmalıdır.

6. Əhalisinin sayı 1 milyondan çox olan yaşayış rayonlarında xüsusi su tələbatı hər bir konkret halda əsaslandırıldıqdan və dövlət orqanları ilə razılaşdırıldıqdan sonra artırıla bilər.

7. Yaşayış və ictimai binalarda təsərrüfat-içməli, yerli sənaye, küçə və yaşıllıqların suvarılmasına su sərfləri xüsusi su tələbatına daxildir.

8. İqlimdən, digər yerli şəraitlərdən və abadlıq dərəcəsindən asili olaraq xüsusi su tələbatını ± 10-20% dəyişmək olar.

9. Rayonların su təsərrüfatı balansında yaşıllıqların və həyətyanı sahələrin suvarılmasını arx sistemlərindən həyata keçirmək üçün əlavə sərf nəzərdə tutmaq lazımdır.

10. Sənayenin inkişafı haqqında məlumat olmadıqda yaşayış rayonunun təsərrüfat-içməli su kəmərindən qidalanan müəssisələr üçün əhalinin xüsusi su tələbatına əsasən təyin edilmiş miqdarın 25%-i qədər əlavə su göturülməsinə yol verilir.




 

Ən çox və ən az su tələbatı olan günlərdə hesabi su sərfləri (2) düsturları ilə hesablanmalıdır.



Əhalinin həyat tərzi, müəssisələrin iş rejimi, binaların abadlıq dərəcəsi, ilin fəsillərindən və həftənin günlərindən asılı olaraq su tələbatının dəyişməsini nəzərə alansutkalıq su tələbatının qeyri müntəzəmlik əmsalının, Ksut maksimum və minimum qiymətləri aşağıda göstərilən həddə qəbul edilməlidir.



Saatlıq hesabi su sərfləri (3) düsturları ilə hesablanmalıdır:



Saatlıq qeyri müntəzəmlik əmsallarının qiymətləri (4) düsturları ilə hesablanmalıdır:



burada - binaların abadlıq dərəcəsini, müəssisələrin iş rejimini və digər yerli şəraitləri nəzərə alan əmsaldır və uyğun olaraq və qəbul edilir;



- yaşayış məntəqəsindəki əhalinin sayını nəzərə alan əmsal olub qiyməti cədvəl 2-ə əsasən qəbul edilir.

Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin