AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİNİN İCTİMAİ SƏHİYYƏ VƏ İslahatlar məRKƏZİ



Yüklə 279,7 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix05.05.2017
ölçüsü279,7 Kb.
1   2

DDA-

nın Venn diaqramı 

AzMQS  2013-

ə  əsasən,  uşaqların  yaşı  nə  qədər kiçik olarsa, 

anemiya


nın  rast gəlmə  tezliyi bir o qədər yüksək olur, belə  ki, 

6-11 aylar 

arasında  olan  uşaqlarda  anemiya  39,5%, 12-23 aylar 

arasında olan uşaqlarda 33,4%, 24-35 aylar arasında olan uşaqlarda 

is

ə 23,8% olmuşdur. 



Səkil  3-də  Azərbaycanda  hamilə  olmayan  qadınlarda  anemiya, 

dəmir çatışmazlığı və DDA-nın üst-üstə düşməsi göstərilmişdir.  

  Anemiya 

   24,4% 

D

əmir 


  

çatışmazlığı 

  15,4% 

D

əmir 



çatışmazlığından 

yaranan anemiya 

6,5% 

15 


Şəkil 3. Azərbaycanda hamilə olmayan qadınlarda anemiya, dəmir 

çatışmazlığı və DDA-ya dair Venn diaqramı 

DDA probleminin həlli yolları 

Qidanın və unun zənginləşdirilməsi 

UNİCEF-in  mikroelementlər  üzrə  Təşəbbüs  qrupunun  gəldiyi 

qənaətə  görə,  qidada  vitamin  və  mineralların  çatışmazlığı  dünya 

əhalisinin 

 

hissəsinin  sağlamlığına  zərər  vurur.  Müalicə  üçün 



dərman vasitələrinin geniş seçimi, diaqnostikada yeni nailiyyətlər DDA 

ilə  xəstələrin  sayının  azalmasına  səbəb  olmur  və  bu  problemin  həlli 

yollarının  axtarılmasını  tələb  edir.  İctimai  sağlamlığın  yaxşılaşdırıl-

masının  ən səmərəli  üsullarından biri tez-tez istifadə  edilən  ərzaqların 

zənginləşdirilməsidir.  Qidanı  zənginləşdirmək  və  onun  qida  tərkibini 

yaxşılaşdırmaq  üçün  gündəlik  istifadə  edilən  ərzağa  əsas  vitamin  və 

minerallar 

(dəmir, fol turşusu, yod, Vitamin A, B) əlavə edilməlidir. 



Qidanın zənginləşdirilməsi əhalinin sağlamlığının 

yaxşılaşdırılmasının təhlükəsiz və səmərəli yoludur! 

Hazırda  qida  məhsullarının  bir  hissəsi  texnoloji  işlənmə 

nəticəsində  öz  faydalı  xüsusiyyətlərini  itirir.  Onların  bərpasının 

uyğun  yolu  qida  məhsullarının  vitamin  və  mikroelementlərlə 

zənginləşdirilməsidir. Qidanın zənginləşdirilməsi dünya təcrübəsində 

1920-


ci  illərdən  bəri  istifadə  olunur.  Zənginləşdirilən  əsasən  duz, 

buğda və qarğıdalı unları, şəkər, tərəvəz yağı və düyü kimi gündəlik 

qidalar olur. Hazırda dünyanın 78 ölkəsində ən azı bir dənli bitkinin 

zənginləşdirliməsi  nəzərdə  tutulan  qanunvericilik  mövcuddur.  Ən 

çox zənginləşdirilən qida məhsulu buğda unudur. Belə ki, 77 ölkənin 

qanunvericiliyi 

(o cümlədən ABŞ, Kanada, Böyük Britaniya) buğda 

ununun  dəmir  və  ya  fol  turşusu  ilə  zənginləşdirilməsini  tələb  edir. 

  Anemiya 

  38,2% 


D

əmir 


  

çatışmazlığı 

  34,1% 

D

əmir 



çatışmazlığından 

yaranan anemiya 

23,8% 

16 


BMT-nin 

Baş  Assambleyasının  2002-ci  ildə  verdiyi  qərara  əsasən, 

yerli  səhiyyə  sistemi  rəhbərləri  anemiyaların  azaldılmasına 

yönəldilən  yerli  şəraitə  uyğunlaşdırılmış  tədbirlər  kompleksinin 

işlənilməsi və həyata keçirilməsinə dəstək olmalıdırlar. Bu tədbirlər 

sübutlu təbabətin prinsiplərinə müvafiq olmalıdır. 

Dəmir  çatışmazlığı  anemiya  ilə  müşayiət  edildiyi  üçün  əhalinin 

qanındakı  dəmirin  səviyyəsinin  yüksəldilməsi  və  gələcəkdə  dəmir 

çatışmazlığının qarşısının alınması məqsədilə qida zənginləşdirilməsi 

proqramının  bir  hissəsi olan  buğda  ununun  zənginləşdirilməsi  üçün 

daha  ciddi  səylər  göstərilməlidir.  Dəmirin  lazımi  qaydada 

mənimsənilməsinin  (sorulmasının)  təmin  edilməsi  üçün  ÜST-nin 

buğda unu ilə bağlı tövsiyələrinə əməl edilməlidir.  

Mikronutrientlərlə  zəngin  olan  qabığından  təmizlənən  taxıldan 

hazırlanan  əla  və  birinci  növ  unun  zənginləşdirilməsi  aparılmalıdır. 

Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş komponentləri 

bərpa  edir.  Zənginləşdirilmiş  unun  istifadəsi  orqanizmə  mənfi  təsir 

göstərmir. Unun zənginləşdirilməsinin icbari olduğu ölkələrin əhalisi 

2,2 milyarddır. Ərzaqlara əlavə edilən dəmir və vitaminlərin miqdarı 

dövlət  qanunları  ilə  tənzimlənir,  qablaşdırmada  qeyd  edilir, 

istehsalçılar və dövlət nəzarət orqanları tərəfindən ciddi yoxlanılır. 

Unun  dəmirlə  zənginləşdirilməsindən  başqa  DDA-nın  aradan 



qaldırılmasının digər yolları da vardır. Bunlar aşağıdakılardır: 

 



Ana südü 

ilə  qidalanma.  Ana südünün (AS) bütün 

komponentlərinin  tərkibi  və  nisbətinin  körpənin  mədə-bağırsaq 

sisteminin  funksional  imkanlarına  müvafiq  olması,  həmçinin, 

fermentlərin  (amilaza,  lipaza,  fosfataza,  proteaza)  və  daşıyıcı 

zülalların  mövcudluğu  AS-nın körpə  tərəfindən  asanlıqla 

mənimsənilməsinə  şərait  yaradır.  Süni  qidalarda  dəmirin 

miqdarının daha  yüksək olmasına baxmayaraq AS-də olan dəmir 

güclü  bioloji  mənimsənilməsi  (50-70%)  ilə  səciyyələnir,  süni 

qidaların tərkibindəki dəmir isə daha az mənimsənilir (cəmi 10%). 

 



Dəmirlə  zəngin  ərzaqlarla qidalanma.  Dəmirin  ən  yaxşı 

mənbələri ətin yağsız növləri, xüsusən də qaraciyər və böyrəkdir. 

Bəzi  tərəvəz  növləri  də  (məsələn,  yaşıl  yarpaqlı  tərəvəzlər, 

bişirilmiş lobya və noxud) dəmirin yaxşı mənbəyi hesab olunur. 

Tərəvəzlərin tərkibində olan dəmiri daha yaxşı mənimsəmək üçün 

17 


eyni  zamanda  vitamin  C  ilə  zəngin  olan  və  ya  turş  məhsulları 

(məsələn, meyvə, meyvə və tərəvəz şirələri, şirin bibər, pomidor, 

qatıq və başqa qıcqırdılmış məhsullar) qəbul etmək lazımdır.  



Dəmirin  saplementasiyası.  Qidada  dəmir  çatışmazlığının

qarşısını  almaq  üçün  anemiyanın  inkişafı  riski  olan  əhali  qrupu

tərəfindən 

dəmir 

tərkibli 



vitaminlərin, 

mikro 


makroelementlərin əlavə qəbuludur.



Qidanın  zənginləşdirilməsinin  fayda  və  rentabelliyi.  Dünya

Bankının  məlumatlarına  görə  qidada  vitamin  və  mineralların

birgə  defisiti  Ümumi  Milli  Məhsulun  (ÜMM)  5%  azalmasına

səbəb olur. Bu baxımdan qidanın zənginləşdirilməsi prosesi həm

də  ictimai  səhiyyənin  gücləndirilməsinin  maliyyə  baxımından

sərfəli  və  rentabelli  yolu  hesab  olunur.  İlkin  sərmayə,  əsasən

vitamin,  mineral  və  texniki  avadanlığın  alınması  üçün  tələb

olunur.  Hətta  xərclər  bazarla  tənzimləndikdən  sonra  belə  malın

dəyərində artım təqribən 1-2% olur. Təxmini hesablamalara görə

milli  səviyyədə  zənginləşdirmə  proqramlarının  xərci  əhali

sayından,  zənginləşdirilən  qida  (buğda,  duz,  buğda  və  qarğıdalı

un

ları,  şəkər  və  s.)  və  əlavə  olunan  vitamin  və  minerallardan



(

dəmir, fol turşusu, yod, vitamin A, B) asılı olaraq 250-500 min

dollar  arasında  dəyişir  və  təqribən  əhalinin  2/3  hissəsini  əhatə

etmiş olur. Qidanın zənginləşdirilməsi üzrə müxtəlif proqramlar

ildə orta hesabla adambaşına 0,26 dollara başa gəlir. Daha dəqiq

hesablamaya  görə  hər  100  min  dollara  384,600-ə  yaxın  əhalini

müxtəlif növ zənginləşdirilmiş qida ilə təmin etmək mümkündür.

Dünya  təcrübəsi  göstərir  ki,  qidanın  zənginləşdirilməsi,

qidalanma  səbəbli  bir  sıra  xəstəliklərin  aradan  qaldırılmasında

özünü  doğruldur.  Məsələn,  Çində  soya  yağına  dəmirin  əlavə

olunması  anemiya  hallarının  1/3  hissəsinin  azalmasına  gətirib

çıxarmışdır. Çilidə isə buğda ununa fol turşusu əlavə edildikdən

sonra  bir  il  ərzində  onurğa  kanalının  tam  bitişməməsi  hallarına

(spina bifida) rast gəlmə 51% azalmışdır. Hindistanın Karnataka

ştatında duzun dəmirlə zənginləşdirilməsi 10 ay ərzində məktəbli

uşaqlar  arasında  anemiya  hallarını  2  dəfə  (16,8%-dən  7,7%-ə)

azaltmışdır.  San-Paulu  şəhərində  (Braziliya)  vitamin  A,  D  və

dəmir ilə zənginləşdirilmiş südün istifadəsi nəticəsində anemiya

62,3%-

dən 26,4%-ə enmişdir.



18 

Asiya  İnkişaf  Bankının  (AİB)  dəstəyi  ilə  2004-cü  ildən 

başlayaraq  Mərkəzi  Asiya  (Qazaxıstan,  Özbəkistan,  Qırğızıstan, 

Tacikistan  və  Monqolustan)  ölkələrində  davamlı  qida  zəngin-

ləşdirilməsi  proqramı  həyata  keçirilməyə  başlanmışdır.  Proqramın 

tərkib  hissəsi  olan  unun  zənginləşdirilməsi  nəticəsində  artıq          

2010-


cu ildə iştirakçı dövlətlərdə bir sıra müsbət dəyişikliklər nəzərə 

çarpmışdır.  Belə  ki,  ümumi  anemiya  qadınlarda  42%-dən  34%-ə, 

uşaqlarda 35%-dən 22%-ə düşmüşdür. Uşaq və qadınlarda ferritinin 

səviyyəsi artmış, hər ikisində dəmirin və fol turşusunun göstəriciləri 

yüksəlmişdir. Ağır fol turşusu çatışmazlığı uşaqlarda 39%-dən 2%-ə, 

qadınlarda  13%-dən  2%-ə  enmişdir.  Qidanın  zənginləşdirilməsi 

proqramı  bir  sıra  xəstəliklərin  qarşısını  alaraq  səhiyyə  sisteminin 

işinin  bir  qədər  azalmasına  kömək  edir.  Bu  cür  tədbirlər  həm  də 

iqtisadi  artıma  öz  töhfəsini  verə  bilir.  Bəzi  təxmini  hesablamalara 

görə  dəmir  və  yod  ilə  zənginləşdirməyə  xərclənən  hər  1  dollar         

9 dollara qədər iqtisadi fayda verə bilər. 

Aşağıdakı  şəkildə  dünya  üzrə  unun  zənginləşdirilməsi  barədə 

məlumat verir.  

Şəkil 4. Dünya üzrə buğda ununun zənginləşdirilməsinə dair infoqrafika 

19 


Unun zənginləşdirilməsi 

Yuxarıda  qeyd  olunduğu  kimi  zənginləşdirmə  üçün  bir  çox 

gündəlik  qidalardan  istifadə  oluna  bilər.  Ərzaq  cəmiyyətin  qida 

rasioununa  uyğun  seçilə  bilər.  Azərbaycanda  aparılan  bir  sıra 

tədqiqatlar  göstərir  ki,  bir  çox  dünya  ölkələrində  olduğu  kimi 

ölkəmizdə də zənginləşdirilmək üçün ən uyğun qida buğda unudur. 

Bu, problemin tam həlli deyil. Lakin anemiya hallarının əsasən dəmir 

çatışmazlığından  baş  verdiyini  nəzərə  alsaq,  bu  yolla  anemiya 

hallarının qarşısını böyük ölçüdə almaq mümkündür. 

Ümumilikdə  unun  zənginləşdirilməsinin  bir  sıra  üstünlükləri 

vardır: 

1.

Geniş istifadə olunur və ucuz başa gəlir. Azərbaycanda əhalinin



bütün  təbəqələri  gündəlik  olaraq  çörək  və  un  məmulatlarından

istifadə  edir.  Buğda  ununa  müəyyən  miqdarda  dəmirin  əlavə

olunmasının ümumi adambaşına düşən xərci nisbətən az olur.

2.

Qida davranışında (vərdişlərində) minimum dəyişiklik tələb edir.



Zənginləşdirilmiş  qidadan  istifadə  etməyə  insanlarda  təşəbbüs

yaratmaq  üçün  onları  maarifləndirmək  lazımdır.  Lakin  un  artıq

onların  gündəlik  qida  rasionunun  tərkib  hissəsi  olduğu  üçün

davranış və vərdişlərində xüsusi dəyişiklik tələb etmir.

3.

Zəginləşdirilmiş  unun  istehsalı,  adətən,  mərkəzləşmiş  və



təhlükəsiz  olur.  Proses,  adətən,  iri  dəyirmanlarda  baş  verir  və

məhsul ölkənin bütün regionlarına asanlıqla paylana bilər. Dəmir

müəyyən  edilmiş  qaydada,  az  dozalarla  əlavə  olunmalıdır.

Zənginləşdirmə  düzgün  aparıldıqda  unun  dadına,  rənginə  və

görünüşünə heç bir təsir göstərmir.

4.

Unun  zənginləşdirilməsi  aşağı  xərc  tələb  edən  bazar



strategiyasıdır. Bir çox hallarda lazım olan texnologiya sadədir və

avada


nlıq  unun  üyüdülməsi  prosesinə  inteqrasiya  olunub.

Zənginləşdirmənin texniki avadanlığı üçün tələb olunan xərc də

azdır və tərəfdaşlar tərəfindən asanlıqla qarşılana bilər.

5.

Unun  zənginləşdirilməsi  milli  iqtisadiyyatın  möhkəmlənməsinə



xidmət  edir.  Əhalinin  sağlamlığının  qorunması  əmək

məhsuldarlığının artmasına səbəb olur.

6. Un üyü

dən  dəyirmanlar  unu  zənginləşdirməklə  onun  key-

fiyyətinin  yüksəlməsində  müsbət  rol oynayırlar.  Belə  ki,  unun

20 


texnoloji  emalı  zamanı  itirilən  və  insan  orqanizmi  üçün  vacib 

olan  maddələr  (məsələn,  dəmir,  fol  turşusu)  zənginləşdirmə 

nəticəsində bərpa olunur. Onlar az məsrəflə yüksək keyfiyyətli un 

istehsal edə bilərlər. 



Unun zənginləşdirilməsinin risk amilləri 

Orqanizmdə dəmirin yığılması (izafiliyi) irsi olaraq metabolizmi 

pozulmuş və bununla əlaqədar dəmir sorulması dəyişilmiş insanlarda 

bir  sıra  daxili  orqanların  toxumalarının  zədələnməsinə  səbəb  ola 

bilər.  Dəmirin  izafiliyi  ilə  əlaqəli  ən  geniş  yayılmış  xəstəlik  HFE 

geninin 


mutasiyasıdır və irsi hemoxromatoz geni ilə bağlıdır. Bundan 

başqa,  talassemiya, piruvatkinaza  və  qlükoza-6-fosfatdehidrogenaza 

çatışmazlığı  kimi  digər  hallar  da  dəmirin  sorulması  proseslərinin 

pozulması ilə əlaqələndirilir. 

Buna baxmayaraq, h

ematoloqlar  unun  zənginləşdirilməsini 

məsləhət bilirlər, çünki: 

1. Z


ənginləşdirmək üçün una əlavə olunan dəmirin miqdarı azdır;

2. Z


ənginləşdirilmiş  undan  istehsal  olunan  hər  bir  məhsulun

qablaşdırılmasında  bu  barədə  müvafiq  məlumatlar  qeyd

olunacaq;

3. Talassemiya

lı  xəstələr  dəmirlə  zəngin  olan  digər  ərzaqlardan

istifadə edirlər (ət) və onlar dəmiri bədəndən ixrac edən dərman

vasitələri qəbul edirlər;

4. T


alassemiyalı  xəstələri  çox olan  ölkələrdə  də  unu  dəmirlə

zənginləşdirirlər (İtaliya).

ÜST-ni

n  bu  barədə  yekun  fikri  də  yuxarıda  qeyd  olunanları



təsdiqləyir:  “Unun  zənginləşdirilməsinin  talassemiyalı  xəstələrə 

böyük  mənfi  təsir  göstərəcəyi  barədə  düşünməyə  heç  bir  səbəb 

yoxdur”. 

Oxşar proqramlar 

1999-


cu  ildə  Azərbaycanda  keçirilən  sorğu  nəticəsində  yod 

çatışmazlığının  geniş  yayılması  aşkar  edildikdən  sonra  Azərbaycan 

hökuməti bu problemin həlli ilə bağlı səylərini artırdı. 2003-cü ildən 

Azərbaycan Respublikasının ərazisində qida və yem məqsədləri üçün 

yodlaşdırılmamış duzun idxalı, satışı və istehsalı qadağan edilmişdir. 

21 


Nəticədə  2006  və  2011-ci illərdə  keçirilən  “Demoqrafiya  və 

Sağlamlıq  Sorğuları”nın  göstəricilərinə  əsasən  ölkə  üzrə  ev 

təsərrüfatlarında  adekvat  şəkildə  yodlaşdırılmış  duzdan  istifadə 

əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2006-cı ildə ölkə üzrə cəmi 

53,8% olan 

bu göstərici 2011-ci ildə 79,4% təşkil etmişdir.  

AİB-nin yuxarıda adı çəkilən Mərkəzi Asiya proqramının tərkib 

hissəsi olaraq Azərbaycanda da unun zənginləşdirilməsi pilot layihəsi 

həyata keçirilmişdir. Azərbaycanda fəaliyyət göstərən altı dəyirman 

layihədə  iştirak  etmişdir.  Pilot  layihənin  təhlili  nəticəsində  məlum 

o

lmuşdur  ki,  unun  zənginləşdirilməsi  çox  səmərəlidir  və  bir  il 



ərzində ardıcıl qaydada zənginləşdirilmiş undan istifadə reproduktiv 

yaşda  olan  qadınlar  arasında  anemiyanın  səviyyəsinin         

69%-

dən  50%-ə,  dəmir  çatışmazlığının  səviyyəsinin  isə 



50%-

dən  20%-ə  enməsinə  səbəb  olmuşdur.  Əslində  bu  pilot  layihə 

çərçivəsində DDA-nın qarşısının alınması və unun zənginləşdirilməsi 

istiqamətində  UNICEF  və  Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyi birlikdə bir sıra vacib işlər görmüşlər. Belə ki, digər dövlət 

orqanları  və  maraqlı  tərəflərin  iştirakı  ilə  işçi  qrup  yaradılmış, 

DDA-

nın  qarşısının  alınması  üçün  məlumat  paketi  hazırlanmış  və 



43 rayonda 

paylanmış, dövlət oqranları və digər tərəfdaşların iştirakı 

ilə  milli  seminarlar  və  yekun  konfrans  keçirilmişdir.  Hətta  “Dəmir 

defisitli  anemiyanın  qarşısının  alınması  və  buğda  ununun 

zənginləşdirilməsi  üzrə”  qanun  layihəsi  2005-ci ilin oktyabrında 

Milli Məclisin işçi qrupuna təqdim edilmişdir. Göründüyü kimi DDA 

problemi  və  unun  zənginləşdirilməsi  dövlət  üçün  yeni  bir  mövzu 

deyil. 


Tərəfdaşlar 

Qidanın  zənginləşdirilməsi  yalnız  siyasi  iradə  ilə  həll  olunacaq 

bir  məsələ  deyil.  Hər  hansı  bir  qurumun  təkbaşına  qidanın 

zənginləşdirilməsi proqramını həyata keçirməsi qeyri-mümkündür. 

Davamlı qida zənginləşdirilməsinə nail olmaq üçün əsas maraqlı 

tərəflər  (stakeholders)  arasında  strateji  əməkdaşlığın  qurulması  çox 

vacibdir. Bu dörd maraqlı tərəf aşağıdakılardır: 

 E


lmi icma (universitet və elmi araşdırma mərkəzləri),

 D


övlət qurumları,

22 


 

B



eynəlxalq və yerli təşkilatlar, 

 



Q

ida sənayesi. 

Bu  cür  əməkdaşlıq  ittifaqı  yalnız  tərəflərin  prosesdə  iştirakını 

təmin etmir, həm də tərəflərin bir-birilərindən faydalanaraq, davamlı 

qida  zənginləşdirilməsi  siyasətinə  gətirib  çıxarır.  Duzun 

yodl


aşdırılması  üzrə  Azərbaycan  da  daxil  olmaqla,  bir çox dünya 

təcrübəsi  göstərir  ki,  prosesi  uğurla  başa  çatdırmaq  üçün  tərəflər 

arasında  daha  sıx  əməkdaşlığı  əks  etdirən  yanaşma  lazımdır.  Bu 

əməkdaşlıq  şəraitində  qida  sənayesinin  (özəl  sektor)  əsas  rolu 

rəqabətə  dözümlü  qiymət  müəyyən  etməklə,  zənginləşdirilmiş 

keyfi


yyətli  məhsul  istehsal  etmək,  yaymaq  və  satmaqdır.  İdealda 

qidanın zənginləşdirilməsi: 

 

malın qiymətini bir neçə qəpikdən çox bahalaşdırmamalı, 



 

malın keyfiyyətinə mənfi təsir göstərməməli və 



 

rəqabətli biznes mühitində qeyri-bərabərlik yaratmamalıdır. 



İctimai  sektor  (elmi  icma,  hökumət  qurumları,  yerli  və 

beynəlxalq  təşkilatlar)  öz  növbəsində  özəl  sektora  qidanın 

zənginləşdirməsinə  kapital  qoymağa  lazımi  şərait  yaratmalıdır. 

Yaradılan şərait bahalaşmış zəngin qidanın aşağı keyfiyyətli və daha 

ucuz mallarla qeyri-

sağlam  rəqabətini  minimuma  endirməlidir. 

Qidanın  zənginləşdirilməsində  dövlətin  və  ictimai  sektorun  vacib 

roluna  baxmayaraq,  nəticədə  əhaliyə  zənginləşdirilmiş  qida  təqdim 

edəcək  tərəf  özəl  sektordur.  Buna  görə  qidanın  zənginləşdirilməsi 

ictimai  və  özəl  sektorun  müştərək  imkan  və  məsuliyyəti  kimi 

qiymətləndirilməlidir. 

Növbəti  bölmələrdə  qidanın  zənginləşdirilməsinin  bir  elementi 

olan  unun  zənginləşdirilməsi  üçün  tərəflərin  üzərinə  düşən 

məsuliyyətdən ayrılıqda söz açılır. 



Dövlət qurumları 

Azərbaycanda  unun  zənginləşdirilməsi  ilə  bağlı  ilkin  və  ən 

başlıca  məsələ  onu  ölkənin  siyasi  gündəminə  gətirmək  və  milli 

prioritet  etməkdir.  Bu  cür  təşəbbüsün  arxasında  duran  əsas 

hərəkətverici  qüvvə  hökumət  olmalıdır.  Çünki  yalnız  hökumət 

bununla  əlaqəli  qaydaları  və  standartları  qəbul  və  tətbiq  edə  bilər. 

23 


Bundan  başqa  yalnız  dövlət  vergi  və  digər  müvafiq  sahələrdə 

qanunları  və  qaydaları  dəyişməklə  və  ya  hər  hansı  digər  müvafiq 

addımlarla özəl sektorun bu prosesdə səfərbərliyinə nail ola bilər. 

Unun  zənginləşdirilməsi  milli  sağlamlıq  və  qida  siyasətində 

qoyulan  məqsədlərə  çatmaq  yolunda  məhsuldar  bir  imkandır.  İlk 

mərhələdə  çəkiləcək  xərclərə  baxmayaraq,  tədricən  xərcləri  bazara 

ötürüb,  prosesin  böyük  hissəsinin  özəl  sektor  tərəfindən 

maliyyələşdirilməsinə  nail  olmaq  olar.  Bundan  başqa,  bu  yolla 

uzunmüddətli prioritetdə dəmir, sink çatışmazlığı, anemiya və qeyri-

adekvat qidalanma nəticəsində yaranan xəstəliklərə dövlət tərəfindən 

çəkilən  xərcləri  əhəmiyyətli  dərəcədə  azaltmaq  mümkündür. 

Zənginləşdirilmiş qidanın uşaqların idrak bacarıqlarına müsbət təsiri 

təhsildə daha yaxşı nəticələr əldə etmələrinə gətirib çıxara bilir. Bu 

da  daha  sağlam  və  təhsilli  gənclik  deməkdir.  Bunu  və  müvafiq 

nəzarət səviyyəsini təmin etmək üçün dövlətin əlində olan əsas alət 

və vasitələr qida ilə bağlı qanunverici aktlar və ümumi qida nəzarəti 

sisteminin  tətbiqidir.  Bu  baxımdan  ayrı-ayrı  dövlət  qurumlarının 

unun zənginləşdirilməsi ilə bağlı görə biləcəyi fəaliyyətlər aşağıdakı 

kimidir: 

 

Az



ərbaycan  Respublikası  Prezidentinin  Administrasiyası  – 

u

nun  zənginləşdirilməsi  üzrə  Milli  Alyans  yaratmaq.  Bu  alyansa 



səhiyyə,  kənd  təsərrüfatı,  maliyyə,  iqtisadi  inkişaf,  qidaya  nəzarət 

siyasəti  həyata  keçirən  dövlət  idarələrinin  nümayəndələri,  yerli və 

beynəlxalq  təşkilatların,  donorların,  QHT-lərin,  elmi  icmanın 

nüm


ayəndələri,  özəl  sektorun,  xüsusilə  də  qida  sənayesinin 

nümayəndələri  daxil  olmalıdırlar.  Milli  alyans  və  onun 

nümayəndələri  qidanın  zənginləşdirilməsi  üzrə  dövlət  proqramında 

planlaşdırma mərhələsindən başlayaraq icra mərhələsinə kimi iştirak 

etməlidirlər. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  –  unun  icbari 

zənginləşdirilməsi  ilə  bağlı  qanun  layihəsini müzakirə  çıxarmaq  və 

qəbul etmək.  

Az

ərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  –  yerli və 

beynəlxalq 

standartlara 

əsasən 


qidaya 

əlavə 


olunacaq 

mikronutrientlərin  siyahısını  və  miqdarını  müəyyən  etməli, 

standartlar  hazırlamalı,  unun  hazırlanmış  standartlara  uyğun 

24 


zənginləşdirilməsinə  nəzarət  etməli  (Səhiyyə  Nazirliyi  Respublika 

Gigiyena  və  Epidemiologiya  Mərkəzi),  sağlam  qidalanma  və 

zənginləşdirilmiş  qidanın  faydaları  barədə  əhali  arasında 

maarifləndirmə işi aparmalıdır (Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzi İSİM). 

Az

ərbaycan  Respublikası  Standartlaşdırma,  Metrologiya  və 

Pate

nt üzrə Dövlət Komitəsi – digər müvafiq hökümət orqanları ilə 

əməkdaşlıq çərçivəsində unun zənginləşdirilməsi ilə bağlı standartlar 

hazırlamaq və qəbul etmək. 

Az

ərbaycan Respublikası Nazirlər Kabineti – müxtəlif dövlət 

və qeyri-dövlət qurumları arasında unun zənginləşdirilməsinin həyata 

keçirilməsi  istiqamətində  aparılan  fəaliyyətləri  koordinasiya  etmək. 

Unun zənginləşdirilməsi ilə bağlı hazırlanacaq qayda və standartları 

təxirə salmadan təsdiq etmək.  

Az

ərbaycan  Respublikası  İqtisadiyyat  Nazirliyi  –  qida 

s

ənayesinə iqtisadi və texniki dəstək göstərmək. Xüsusilə, dəyirman 



sahiblərinə,  xırda  və  orta  sahibkarlara  əlavə  dəstək  göstərmək.  Bu 

dəstək  texniki  dəstək,  avadanlıqların  yenilənməsi  üçün  güzəştli  və 

faizsiz  kreditlərin  verilməsi,  zənginləşdirilmiş  qidanın marketinq 

strategiyalarına  dair  (məsələn,  qablaşdırma,  etiket  vurma)  bilik  və 

bacarıqların artırılması formasında ola bilər. 

Az

ərbaycan  Respublikası  Vergilər  Nazirliyi  –  unun 

zənginləşdirilməsi ilə məşğul olacaq qida sənayesinə ən azı xərcləri 

bazara tam 

ötürənədək vergi güzəştləri tətbiq etmək. 



Az

ərbaycan Respublikası Dövlət Gömrük Komitəsi – müvafiq 

qanun  qəbul  edildikdən  sonra  ölkəyə  yalnız  zənginləşdirilmiş  un 

məhsullarının idxalını təmin etmək.  

Az

ərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi   

re

gionlarda  dəyirman  sahiblərinə  unun  zənginləşdirilməsi  üzrə 



müvafiq texniki dəstək göstərmək.  

25 


Elmi icma 

Əsasən  universitet  və  elmi-tədqiqat  mərkəzlərinin  təmsil  etdiyi 

elmi  icma  qidanın  zənginləşdirilməsində  vasitəçilərdən  biri  rolunu 

oynayır.  Çox  vaxt  elmi  icmanı  təmsil  edən  mütəxəssislər  həm  özəl 

sektorda,  həm  də  dövlət  sektorunda  təcrübəyə  malik  olmuş  olurlar. 

Qidanın  zənginləşdirilməsi  proqramı  zamanı  bu  mütəxəssislərin 

məsləhətçi  kimi  cəlb  olunmalar  proqramın  uğurunu  artırır. 

Universitet  və  araşdırma  mərkəzləri  əsasən  5  geniş  istiqamətdə 

qidanın zənginləşdirilməsi prosesinə öz töhfələr verə bilirlər: 

 



Vitamin və mikronutrient çatışmazlığı üzrə zəruri tədqiqatlar, 

 



Çatdırılma  sistemləri  və  monitorinqin  aparılması  işləri  üzrə 

tədqiqatlar, 

 

Qidanın  zənginləşdirilməsi  ehtiyacını  və  bu  sahədə  ictimai 



vəkilliyi dəstəkləyəcək sosial-iqtisadi tədqiqatlar, 

 



Unun zənginləşdirilməsi üzrə aparılmış pilot təşəbbüsləri və digər 

dövlət proqramlarını təhlil etmək, çatışmazlıqları, üstün tərəfləri 

müəyyən  etmək,  yerli  şəraitə  uyğunluğu  araşıdırmaq,  bu 

istiqamətdə lazımi tövsiyələr vermək, 

 

Əhalinin maarifləndirilməsi. 



Elmi  mərkəzlər  yuxarıda  qeyd  olunan  fəaliyyətlərə  cəlb 

olunmaqla  ölkənin  milli  strategiyasına  öz  töhfələrini verirlər  və 

əhalinin  sağlamlığında  maraqlı  tərəflərdən  biri  olduqlarını  sübut 

edir


lər. Bundan başqa bir araşdırma mərkəzi kimi təcrübəsini və elmi 

icmada imicini 

artırmış olur. 

Beynəlxalq və yerli təşkilatlar 

Unun  zənginləşdirilməsində  maraqlı  tərəflərdən  biri  kimi  çıxış 

edə  biləcək  təşkilatları  missiya  və  fəaliyyət  tiplərinə  görə  ayırmaq 

lazımdır.  Bunlar  icma  səviyyəsində  işləyən  təşkilatlardan  tutmuş, 

regional,  milli  və  beynəlxalq,  elmi-texniki  təşkilatlar  ola  bilər. 

Təşkilatların  fəaliyyət  tipləri  onların  qidanın  zənginləşdirilməsi 

strategiyasında oynayacaqlar rolu müəyyən edir. Məsələn, daha çox 

icma  səviyyəsində  işləyən  yerli  QHT-lərin  rolu  milli  və  icma 

səviyyəsində  sosial  səfərbərlik,  qidanın  zənginləşdirilməsi  ilə  bağlı 

ictimai vəkillik, proqramın hazırlanmasında və icrasında iştirak, icma 

üzvlərinin  və  dövlət  idarələri  işçilərinin  bacarıqlarının  artırılması      

26 


və s. ola bilər. Bundan başqa ölkə QHT-lərini birləşdirən hər hansı 

bir  şəbəkə  və  ya  alyans  qidanın  zənginləşdirilməsi  təşəbbüsünün 

beynəlxalq  və  milli  səviyyədə  vəkilliyini  apara  bilər.  Əsasən 

beynəlxalq  təşkilatların  təmsil  etdiyi  elmi-texniki  təşkilatlar  isə 

qidanın  zənginləşdirilməsi  strategiyasının  milli  səviyyədə 

formalaşmasına və onun istiqamət və komponentlərinə təsir etməyə 

daha çox qadirdirlər. Bu, proqramın hazırlanmasında texniki dəstəyin 

göstərilməsi,  beynəlxalq  ekspert  təminatı,  əlavə  vəsaitin  və 

donorların cəlbi vasitəsilə baş verir. QHT və beynəlxalq təşkilatların 

rolu aşağdakı kimi ümumiləşdirilə bilər: 

► Unun zənginləşdirilməsinin ictimai vəkilliyiƏsas məqsəd bunun

vacibliyi

ni vurğulayaraq, məsələni milli prioritet halına gətirmək

və qanun layihəsinin qəbuluna nail olmaqdır.

► Unun  zənginləşdirilməsi  üçün  hökumət  və  özəl  sektor  arasında

məhsuldar və effektiv dialoqun qurulmasında vasitəçi olmaq.

► Qida  sənayesi,  xüsusilə  dəyirmançı  və  çörəkbişirənlər  arasında

anemiya  və  unun  zənginləşdirilməsinə  dair  maarifləndirmə  işi

aparmaq.

► Qidanın zənginləşdirilməsinin fayda və zəruriliyi barədə müxtəlif

seminarlar, konfranslar təşkil etmək.

► Hökumətə  unun  zənginləşdirilməsini  milli  səviyyədə  həyata

keçirmək üçün texniki dəstək göstərmək.

Qida sənayesi 

Özəl  sektor  üçün  bu,  ilk  növbədə  malın  keyfiyyətini  artırmaq 

imkanıdır. İkincisi, bu istiqamətdə səylər şirkətlərin ictimai məsələyə 

olan  məsuliyyətinin  sübutudur.  Bu  da  öz  növbəsində  korporativ 

sosial  məsuliyyətin  bir  tərkib  hissəsi  hesab  oluna  və  təqdim  edilə 

bilər.  Təbii  ki,  malın  neçə  qəpik  bahalaşması  malın  bazar  dəyərinə 

zərbə  vura  bilər.  Zərəri  minimallaşdırmaq  üçün  şirkətlər  sosial 

marketinq texnikalarından istifadə etməlidirlər. 

Belə texnikalardan düzgün istifadə hətta əvvəlkinə nisbətdə satış 

artımına  gətirib  çıxara  da  bilir.  Şimali  Amerika  və  Avropa 

ölkələrinin  belə  təcrübələri  buna  yaxşı  nümunədir.  Əlavə  olaraq, 

qidanın  zənginləşdirilməsi  üçün  lazım  olan  texniki  təchizat xərcləri 

əvvəl şirkətləri qorxuda bilər. Lakin bu cür məsələlərin həllində özəl 

sektor dövlət dəstəyinə arxalana bilər. Əhalini zənginləşdirilmiş qida 

27 


ilə  təmin  etməklə  müsbət  ictimai  imic  yaratmaq  və  dövlətlə  daha 

yaxşı  əlaqələr  qurmaqla  biznesə  öz  müsbət  təsirini  göstərə  bilər. 

Aşağıda  göstərilənlər  Qida  sənayesinin  bu  prosesdə  iştirakı  üçün 

səmərəli addımlardır:  

 

Əhaliyə  zənginləşdirilmiş  qidanı  sata  bilmək  üçün  sosial 



marketinqin 

texnikalarından istifadə etmək. 

 

Sosial marketinqin tərkib hissəsi olaraq bazar tədqiqatları həyata 



keçirmək. 

 



Unun zənginləşdirilməsinə dair milli dialoqda və Milli alyansda 

fəal iştirak etmək. 

 

Unun zənginləşdirilməsi üzrə dəyirmanların və çörəkbişirənlərin 



müstəqil  Assosiasiyasını  yaratmaq.  Bu,  unun  zənginləşdirilmə-

sinin təbliğatında,  genişləndirilməsində və effektiv koordinasiya 

işində mühüm rol oynayır. 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 5. İctimai və özəl sektor arasında əməkdaşlıq modeli 



 

Nə etmək lazımdır (icradan əvvəl tövsiyələr):  

1.

 



Qidalanma  xüsusiyyətləri  yaxın  olan  ölkələrdə  (Məsələn, 

Özbəkistan,  Qazaxıstan)  DDA  ilə  mübarizə  məqsədi  ilə  istifadə 

edilmiş unun zənginləşdirilməsi strategiyasının təhlili. 

2.

 



Azərbaycanda  uğurla  həyata  keçirilən  duzun  yodlaşdırılması 

proqramının və 2004-2005-ci illərdə AİB-nin maliyyə dəstəyi ilə 

həyata  keçirilmiş  unun  zənginləşdirilməsi  üzrə  pilot  layihənin 

ətraflı təhlili. 

3.

 

Unun zənginləşdirilməsi proqramının həyata keçirilməsində əsas 



təşkilatların,  nazirliklərin  və  tənzimləyici  dövlət  orqanlarının 

 

  



Qida  

sənayesi  

QHT və 

beynəlxalq 



təşkilatlar 

Universitet və 

a

raşdırma 



mərkəzləri 

Dövlət  


qurumları  

Hədəf  

əhali qrupu 

 

28 


(GEM,  Az

ərbaycan  Respublikası  Standartlaşdırma,  Metrologiya 

və Patent üzrə Dövlət Komitəsi) rolunun təyini edilməsi. 

4.

Buğda  ununun  dəmirlə  zənginləşdirilməsinin  monitorinqinin  və



qiymətləndirilməsinin dayanıqlı sisteminin təklif edilməsi.

5.

Əvvəldə  qeyd  edilən  vəzifələrin  yerinə  yetirilməsi  nəticəsində



əldə  edilən  məlumatlara  əsasən  Azərbaycanda  anemiyanın

profilaktikasının təkmilləşdirilməsi üçün əsas istiqamətlərin təyin

e

dilməsi.


29 

Əlavə 1 

Əhalinin anemiya ilə xəstələnməsi

5

 

2000 

2005 

2007 

2008 

2009 

2010 

2011 

2012 

2013 

2014 

İlk dəfə qoyulmuş 

diaqnozla qeydə 

alınmış xəstələr 

(

əhalinin hər 100 000 

nəfərinə )  

276,7  360,5  439,6  415,5  434,5  433,2  401,6  381,9  402,7  464,5 



Müalicə - profilaktika 

müəssisələrində 

qeydiyyatda olan 

xəstələrin sayı, nəfər 

28 780  37 807  39 294  40 069  40 564  40 156  39 304  38 385  40 903  42 984 



Müalicə - profilaktika 

müəssisələrində 

qeydiyyatda olan 

xəstələrin sayı, 

(əhalinin hər 100 000 

nəfərinə) 

360,0  448,3  453,7  456,5  456,9  446,6  431,1  415,6  437,1  453,8 



2000-ci ild

ən 2014-cü  ilədək olan Dövlət  Statistika  Komitəsinin  göstəricilərinə  əsasən  Əhalinin 

anemiya il

ə xəstələnməsi göstəriciləri 2 dəfə artıb.  

18 yaşadək uşaqların anemiya, yod, A vitamini çatışmazlığı, boyatmanın ləngiməsi və zəiflik ilə 

x

əstələnməsi

5

İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstə 

uşaqların sayı-cəmi, nəfər: 

2010 

2011 

2012 

2013 

2014 

anemiya 


21 565  20 425  20 045  20 302  24 769 

yod çatışmazlığı 

462 

240 


144 

176 


409 

vitamini çatışmazlığı 



308 

341 


51 

44 


46 

boyatmanın ləngiməsi və zəiflik 

1 024 

580 


558 

733 


731 

Əhalinin hər 100 000 nəfərinə: 

anemiya 


845,2 

803,6 


789,3 

798,1 


969,2 

yod çatışmazlığı 

18,1 

9,4 


5,7 

6,9 


16,0 

vitamini çatışmazlığı 



12,1 

13,4 


2,0 

1,7 


1,8 

boyatmanın ləngiməsi və zəiflik 

40,1 

22,8 


22,0 

28,8 


28,6 

Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan 

xəstə uşaqların ümumi sayından: 

2010 

2011 

2012 

2013 

2014 

anemiya 


23 063  22 448  21 515  22 172  23 398 

yod çatışmazlığı 

1 041 

251 


149 

253 


517 

vitamini çatışmazlığı 



684 

782 


70 

54 


49 

boyatmanın ləngiməsi və zəiflik 

965 

390 


473 

529 


598 

Əhalinin hər 100 000 nəfərinə: 

anemiya 


906,8 

883,9 


847,1 

870,1 


913,0 

yod çatışmazlığı 

40,9 

9,9 


5,9 

9,9 


20,2 

vitamini çatışmazlığı 



26,9 

30,8 


2,8 

2,1 


1,9 

boyatmanın ləngiməsi və zəiflik 

37,9 

15,4 


18,6 

20,8 


23,3 

Əlavə 2 

2011-ci ild

ə dünya ölkələri üzrə anemiyanın göstəriciləri 

6-

59 aylıq uşaqlarda anemiya göstəriciləri

14

 

Ölk

ə 

Hemoqlobinin qanda 

konsentrasiyası 

Qandakı 

konsentrasiyası  

110 q/l-d

ən kiçik 

olanların faizi 

Qandakı 

konsentrasiyası 

70 q/l-d

ən kiçik 

olanların faizi 

İctimai 

saglamlığın 

s

əviyyəsi 

Orta 

göst

ərici  İnterval

 

Orta 

göst

ərici  İnterval

 

Orta 

göst

ərici  İnterval

 

Az

ərbaycan 



114 

107-121 


35 

16-57 


0,3 

0,1-1,1 


Orta 

Türkiy


ə 

117 


105-125 

30 


9-64 

0,4 


0-1,8 

Orta 


Qazax

ıstan 


116 

107-124 


30 

9-59 


0,5 

0,0-2,4 


Orta 

Türkm


ənistan 

116 


106-124 

32 


11-60 

0,4 


0,0-1,7 

Orta 


Ukrayna 

117 


107-125 

27 


8-56 

0,2 


0,0-1,3 

Orta 


Gürcüstan 

118 


107-125 

26 


8-59 

0,4 


0,0-2,1 

Orta 


Erm

ənistan 


115 

106-122 


34 

15-59 


0,8 

0,1-3,7 


Orta 

33 


15-

49 yaşlar arası hamilə olmayan qadınlarda anemiya göstəriciləri

14

 

Ölk

ə 

Hemoqlobinin qanda 

konsentrasiyası 

Qandakı 

konsentrasiyası  

110 q/l-d

ən kiçik 

olanlar

ın faizi 

Qandakı 

konsentrasiyası 

70 q/l-d

ən kiçik 

olanların faizi 

İctimai 

sağlamlığın 

s

əviyyəsi 

Orta 

n

əticə 

İnterval 

Orta 

göst

ərici  İnterval

 

Orta 

n

əticə 

İnterval 

Az

ərbaycan 



124 

118-130 


33 

17-51 


1,2 

0,3-3,0 


Orta 

Türkiy


ə 

127 


118-135 

29 


10-54 

1,0 


0,1-3,6 

Orta 


Qazax

ıstan 


126 

119-133 


30 

13-51 


0,9 

0,1-3,1 


Orta 

Türkm


ənistan 

125 


116-133 

32 


13-57 

1,2 


0,2-3,8 

Orta 


Ukrayna 

128 


120-134 

23 


9-49 

0,6 


0,0-2,3 

Orta 


Gürcüstan 

127 


120-132 

28 


13-47 

0,8 


0,2-2,4 

Orta 


Erm

ənistan 


127 

120-133 


26 

12-48 


0,7 

0,1-2,2 


Orta 

15-

49 yaşlar arası hamilə qadınlarda anemiya göstəriciləri

14

 

Ölk

ə 

Hemoqlobinin 

qanda 

konsentrasiyası 

Qandakı 

konsentrasiyası  

110 q/l-d

ən kiçik 

olanların faizi 

Qandakı 

konsentrasiyası 

70 q/l-d

ən kiçik 

olanların faizi 

İctimai 

sağlamlığın 

s

əviyyəsi 

Orta 

göst

ərici  İnterval

 

Orta 

göst

ərici  İnterval

 

Orta 

göst

ərici  İnterval

 

Az

ərbaycan 



116 

110-123 


31 

18-48 


0,4 

0,1-1,1 


Orta 

Türkiy


ə 

118 


109-127 

28 


12-53 

0,3 


0,0-1,2 

Orta 


Qazax

ıstan 


118 

11-125 


27 

14-48 


0,3 

0,0-1,1 


Orta 

Türkm


ənistan 

117 


108-125 

29 


13-54 

0,4 


0,1-1,2 

Orta 


Ukrayna 

119 


111-127 

24 


10-47 

0,3 


0,0-1,1 

Orta 


Erm

ənistan 


118 

110-125 


28 

14-50 


0,3 

0,0-0,9 


Orta 

Gürcüstan 

119 

112-125 


25 

13-43 


0,3 

0,1-0,9 


Orta 

15-

49 yaşlar arası ölkələr üzrə bütün qadınlarda anemiya göstəriciləri

14

 

Ölk

ə 

Hemoqlobinin qanda 

konsentrasiyası 

Qandakı 

konsentrasiyası  

110 q/l-d

ən kiçik 

olanların faizi 

Qandakı 

konsentrasiyası 

70 q/l-d

ən kiçik 

olanların faizi 

İctimai 

sağlamlığın 

s

əviyyəsi 

Otra 

göst

ərici  İnterval

 

Orta 

göst

ərici  İnterval

 

Orta 

göst

ərici  İnterval

 

Az

ərbaycan 



124 

118-129 


33 

17-50 


1,1 

0,3-2,9 


Orta 

Türkiy


ə 

126 


118-135 

29 


11-53 

0,9 


0,1-3,5 

Orta 


Qazax

ıstan 


126 

119-132 


30 

13-50 


0,9 

0,1-3,0 


Orta 

Ukrayna 


128 

120-134 


23 

9-48 


0,5 

0,1-2,3 


Orta 

Gürcüstan 

126 

120-132 


28 

13-46 


0,8 

0,2-2,3 


Orta 

Türkm


ənistan 

125 


116-132 

32 


13-56 

1,2 


0,2-3,7 

Orta 


Erm

ənistan 


127 

120-133 


26 

12-47 


0,7 

0,1-2,2 


Orta 

Əlavə 3 

Az

ərbaycanda anemiya regionlar üzrə 

Regionlar üzr

ə qadınlarda anemiya göstəriciləri

4

 

İqtisadi rayon 

Hemoqlobinin s

əviyyəsi üzrə anemiya statusu 

Yüngül 

Orta 

Ağır 

H

ər hansı 

anemiya 

Qadınların 

sayı 

Bakı 


40,3 

9,0 


0,5 

49,8 


2245 

Abşeron 


35,1 

13,1 


0,9 

49,0 


537 

G

əncə-Qazax 



16,3 

2,1 


0,2 

18,7 


1330 

Şəki-Zaqatala 

33,0 

10,7 


1,5 

45,3 


681 

L

ənkəran 



36,7 

11,9 


1,1 

49,7 


892 

Quba-Xaçmaz 

26,4 

9,2 


0,9 

36,6 


669 

Aran 


36,9 

14,1 


1,0 

52,1 


2125 

Yuxarı-Qarabağ 

35,3 

16,2 


1,1 

52,6 


258 

Dağlıq Şirvan 

35,5 

12,3 


1,5 

49,3 


300 

Qadınlarda rayonlar üzrə hər hansı bir anemiyanın yayılması iqtisadi rayonlar üzrə fərqlidir: Gəncə-

Qazaxda 18,7%, 

Yuxarı  Qarabağda  52,6%.  DSS-2011 və  DSS-2006-nın  məlumatlarının  müqayisəsi 

göst

ərir ki, 15-49 yaşlı qadınlarda anemiyanın yayılması son 5 il ərzində 7,4% artmışdır. 

Regionlar üzr

ə uşaqlarda anemiya göstəriciləri

4

 

İqtisadi rayon 

Hemoqlobinin s

əviyyəsi üzrə anemiya statusu 

Uşaqların sayı 

Yüngül 

Orta 

Ağır 

H

ər hansı anemiya 

Bakı 


23,4 

15,4 


0,1 

38,9 


472 

Abşeron 


36,0 

16,2 


0,0 

52,3 


129 

G

əncə-Qazax 



21,3 

7,2 


0,2 

28,7 


347 

Şəki-Zaqatala 

22,0 

16,5 


0,0 

38,5 


153 

L

ənkəran 



22,3 

27,1 


1,8 

51,3 


214 

Quba-Xaçmaz 

20,1 

27,1 


1,7 

48,9 


160 

Aran 


23,7 

27,8 


0,5 

52,0 


496 

Yu

xarı-Qarabağ 



28,3 

43,9 


1,4 

73,7 


55 

Dağlıq-Şirvan 

23,9 

29,1 


0,0 

53,0 


79 

Regional  baxımdan  Yuxarı  Qarabağ  iqtisadi  rayonunda  uşaqlar  arasında  anemiya  daha  çox  (73,7%), 

G

əncə-Qazax iqtisadi rayonunda isə daha az (28,7) yayılmışdır. 

Ədəbiyyat 

1.

Azərbaycan üzrə Milli Qidalanma Sorğusu (AzMQS). - BMT-nin



Uşaq  Fondu  (UNİCEF),  Azərbaycan  Respublikası  Səhiyyə

Nazirliyi,  Amerika  Birləşmiş  Ştatlarının  Beynəlxalq  İnkişaf

Agentliyi (USAİD) və Dünya Bankı (WB). - 2013.

2.

Dəmir  defisitli  anemiyanın  diaqnostika  və  malicəsi  üzrə  klinik



protokol.  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi.  -  Bakı,

2009. 


3.

Reproduktiv sağlamlıq sorğusu Azərbaycan, 2001 yekun hesabat

/  F.  Serbanesku,  L.  Morris,  Ş.  Rəhimova,  P.  Stapp  P.  -  Bakı,

2003. 


4.

Demoqrafiya  və  Sağlamlıq  Sorğusu,  2011.  Səhiyyə  Nazirliyi,

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM). - Bakı, 2013.

5.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi [Elektron



resurs]. - http://www.stat.gov.az/source/healthcare/ (11.12.16)

6. Eradication of iron deficiency anemia through food fortification:

the role of the private sector / Mehansho, Haile // The Journal of

nutrition. 132.4 (2002): 831S833S.

7. Flour Fortification Initiative Nourishing smarter, stronger,

healthier lives [Electronic resource] / H. Pachon, R. Spohrer et al.

Evidence of the Effectiveness of Flour Fortification Programs on

Iron Status and Anemia: A Systematic Review // The FASEB

Journal.  -  2015.  -  29 (1 Supplement) p. 72-94.  -  Available at:

http://www.cdc.gov/immpact/projects/initiatives/flour.html

(14.01.2016).

8. Guidelines on food fortification with micronutrients / L.H. Allen,

B. De Benoist, O. Dary and R. Hurrell. - WHO. - 2006.

9. Heba Ali. Communication and Social Mobilization Strategy to

Address Iron Deficiency Anemia in Azerbaijan. -  UNICEF.  -

2005. 


10. Musa Aijanov. National Strategy And Plan Of Action On

Elimination Of Iron Deficiency Anemia In Azerbaijan. - Unicef,

2005. 

39

39 



11. Project Health Children (PHC). Why food fortification

[Electronic resource].  -  Available at:  http://projecthealthy

children.org/why-food-fortification/ (29.01.2016).

12. Satisfying Hidden Hunger. Addressing Micronutrient

Deficiencies in Central Asia. Asian Development Bank. - 2010.

13. The Global Alliance for Improved Nutrition [Electronic resource]

Stakeholder Perception Analysis: Ten years strategy for

ereductionof vitaminan and mineral deficiencies. -  2006.  -

Available at http:  //www.gainhealth.org/wp-content/uploads/2014

/05/9.-Stakeholder-Perception-Analysis.-Ten-year-strategy-for-the-

reduction-of-vitamin-and-mineral-deficiencies.pdf (21.01.2016).

14. The global prevalence of anaemia in 2011. - WHO. - Geneva, 2015.

15. Wheat flour fortification with iron for reducing anaemia and

improving iron status in populations / M.S. Field, B.J. Burford

and L.M. De‐ Regil. - The Cochrane Library, 2014.

16. Worldwide prevalence of anaemia, WHO vitamin and mineral

nutrition information system, 1993-2005 / E. McLean, M.

Cogswell,  et al. //  Public health nutrition.  -  2009.  -  12(04).  -  p.

444-454.

17. Working in partnership to beat undernutrition [Electronic

resource]. Vanessa Boas GHA France and Anna Gelderd

RESULTS UK. -  Available at:

 

http://www.results.org.uk/sites/



default/files/Anemia%20Infographic%203.jpg (26.01.2016).

18.


Концентрации  гемоглобина  для  диагностики  анемии  и

оценки ее тяжести. Всемирная организация здравоохранения

[Электронный  ресурс].  -  2011  г.  -  Режим  доступа:

http://www.who.int/vmnis/indicators/haemoglobin_ru.pdf (18.01.2016).

19.

Руководство  по  обогашению  муки  для  зернопере-



рабатывающих  предприятий.  Ресурсы  для  планирования,

производства  и  маркетинга  высококачественной  муки,

фортифицированной  витаминами  и  минералами  Русская

бета-версия  презентации  [Электронный  ресурс]  /  Авадил

Сапарбеков  -  Режим  доступа:  http://www.ffinetwork.org/

implement/documents/RussianToolKit.pdf (26.01.2016).



40 

Document Outline

  • Əlavə 3


Yüklə 279,7 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə