AZƏ RBAYCAN RESPUBLIKASI TƏ HS L NAZ RL Y
AZƏ RBAYCAN DÖVLƏ T QTISAD UN VERS TET
MAGISTRATURA MƏ RKƏ ZI
Ə
lyazması hüququnda
Ə
M ROV VÜQAR ŞAH N OĞLUNUN
« MDB REGIONUNDA BEYNƏLXALQ NVEST S YA
Ə
MƏKDAŞLIĞININ NK ŞAF MEY LLƏR » MÖVZUSUNDA
MAG STR D SSERTAS YASI
stiqamə tin ş ifri və adı: Beynə lxalq iqtisadi münasibə tlə r
xtisasın ş ifri və adı: 060401 Dünya qtisadiyyatı
Elmi rə hbə r: Magistr proqramının rə hbə ri:
dos. Quliyev M.Y dos. Cə milov M.R.
Kafedra müdiri: prof. Hacıyev Ş .H.
BAKI - 2014
3
3
Referat
Mövzunun aktuallıgı. Müasir dövrdə beynəlxalq investisiya əməkdaşlığı
sferası yeni inkişaf meylləri kəsb edir, rəqabət və innovasiya amillərinin rolunun
atması ilə xarakterizə olunur. Bu baxımdan MDB regionu dövlətlərinin müasir
inkişafı və iqtisadi münasibətləri beynəlxalq investisiya əlaqələrinin rolundan
daha yüksək dərəcədə asılıdır. Regionun təbii resurslarla
ə
həmiyyətli dərəcədə
zəngin ölkələri eyni zamanda geoiqtisadi cəhətdən mühüm mövgeyə malikdir. Belə
bir üstünlüklər və yeni geosiyasi konfliktlər və sanksiyalar kontekstində qarşılıqlı
ə
məkdaşlıq münasibətlərinin genişləndirilməsi və yeni investisiya lahiyələrinin
həyata keçirilməsi cətin, lakin əhəmiyyətli dərəcədə aktualdır. Region ölkələri
üçün beynəlxalq investisiya əlaqələri müasir dövrdə infrastruktur inkişafın əsasını
təşkil edır. A və Rusiya ilə investisiya əlaqələrinin genişləndirilməsi region
cərcivəsində əməkdaşlığın mühüm prioritetidir.
Dissertasiya iş ində mə qsə d və və zifə lə r. Regional və qlobal səviyyədə
birbaşa xarici investisiyalar sahəsində
iqtisadi əməkdaşlıgının inkişaf
istiqamətlərinin
müəyyənləşdirilməsi,
sanksiyalar
şə
raitində
investisiya
ə
laqələrinin problemlərinin və potensiallarının araşdırılması və istifadə
imkanlarının qiymətləndirilməsi, investisiya əlaqələri hesabına energi və iqtisadi
təhlükəsizliyinin təmin olunmasında qarşılıqlı maraqların təminatı, eləcə də
qabaqcıl texnologiyaları tətbiq etməyə imkan verən əlaqələrin genişləndirilməsi
yollarının müəyyənləşdirilməsi, infrastruktur sistemlərin müasir tələblər
səviyyəsində inkişaf etdirilməsi və s. magistr dissertasiyası işində əsas məqsədlər
kimi müəyyənləşdirilmişdir.
Tədqiqatda xüsusilə, Azərbaycanın bu sahədə əməkdaşlıq potensiallarının
qiymətləndirilməsi qarşısıyaa qoyulan başlıca məqsədlərdən biridir. Tədqiqatın bu
kimi
məqsədlərınə
müvafiq
olaraq
bir
sıra
konkret
vəzifələr
müəyyənləşdirilmisdir:
4
4
o
MDB regionu dövlətlərində yeni geosiyasi situasiyanın doğurduğu
amilləri təhlil etmək;
o
Regionda beynəlxalq birbaşa xarici investisiya qoyuluşlarının dinamikası
və meyllərinin araşdırılması;
o
Region ölkələri ilə Azərbaycanın investisiya əlaqələrinin təhlili;
o
Investisiya əlaqələrinin müasir durumunun və sahəvı vəziyyətinin
öyrənilməsi;
o
Inkisaf etmiş investor ölkələrlə beynəlxalq birbaşa xarici investisiya
qoyuluşları sahəsində əlaqələrin müqayisəli təhlili;
o
Regional və beynəlxalq lahiyə və proqramlar çərçivəsində investisiya
fəaliyyəti göstəricilərinin giymətləndirilməsi;
o
Qarşılıqli ticarət və infrastruktur əlaqələrinin təkmilləşdirilməsi
kontekstində investisiya proseslərinin araşdırılması;
o
Beynəlxalq investisiya əməkdaşlığı proseslərinin regional əhəmiyyətinin
və rolunun qiymətləndirilməsi;
o
Beynəlxalq şirkətlərin birbaşa investisiyalarının və iqtisadi siyasətinin
region miqyasında müqayisəlı təhlılı və s.
Dissertasiya tədgigatının elmi yeniliyi. Dissertasiya işində tədgigatın əsas
elmi yeniliyini aşagıdakılar təşkil edir:
Trans milli kapitalın MDB regionunda beynəlxalq inteqrasiya proseslərinə
təsiri qiymətləndirilmişdir;
Rusiyaya qarşı iqtisadi sanksiyaların beynəlxalq investisiya mühitinə təsiri
təhlil edilmişdir
Beynəlxalq ınvestisiyaların «Rekonstruksiya», «iqtisadi genişlənmə» tipli
ə
məkdaşlıq modelləri tənlil edilmişdir;
Elm, informasiya, təhsil istiqamətləri əhatə edən investisiya lahiyələrinin
perspektivləri əsaslandırılmışdır;
5
5
Sanksiyalara qədərki dövr ərzində Rusiyanın Ukraynada neft-qaz nəqli və
polad istehsalı sahəsində investisiya resursları və üstünlükləri struktur
cəhətdən qiymətləndirilmışdir;
Müasir xidmət sahələrinin yaradılmasında A , Rusiya və digər ölkələrin
investisiya fəaliyyətinin MDB çərcivəsində effektləri təhlil edilmışdir;
qtisadi və geosiyasi cəhətdən investisiya əlaqələrinin potensial imkanları və
təmayüulləri araşdırılmışdır;
Bank və maliyyə sektorunun MDB çərçivəsində iqtisadi əlaqələrin ivtensiv
inkişafi baxımından investisiya əməkdaşlıöında rolu qiymətləndirilmişdir;
Birbaşa xarıcı ınvestisiyaların perspspektivlərinin təmin edilməsində
regionda investisiya mühitinin yaxşılaşdırılması yolları göstərilmişdir;
Azərbaycanın müasir iqtisadi üstünlükləri əsasında Rusiya ilə və MDB
regionunda yeni ınvestisiya əməkdaşlığı istiqamətləri təklıf olumuşdur.
Dissertasiya isinin informasiya bazası. Dissertasiya işinin informasiya
bazasını Rusiya FSK VƏ Azərbaycan Respublikası DSK-nın məlumatları,
Avrostatın və MDB Hökümətlərarası Statistika Komitəsinin, BMT nkisaf
Proqramının və Dünya Bankının hesabat materialları, Avrasiya nkişaf Bankının və
Asiya inkişaf Bankının məlumatları, Azər
baycan Respublikası Xarici şlər
Nazirliyinin normativ- hüquqi müqavilə münasibətləri üzrə vəlumatları və s. təşkil
edir.
Dissertasiya isinin nə zə ri və praktiki ə hə miyyə ti.
Dissertasiya tədqiqatinin
nəticələri nəzəri və praktiki əhəmiyyətə malikdir. MDB regionu dövlətlərinin
birbaşa xarici investisiyalar sahəsində
iqtisadi əməkdaşlıgının
sistemli təhlilinin
nəticələrinin ümümiləşdirilməsi və beynəlxalq institutların analitik informasiya
mənbləriidən geniş istifadə əsasında alınan nəticələrin əsaslandırılması baxımından
dissertasiya tədgigatı
nəzəri və praktiki əhəmiyyət daşıyır.
Azərbaycanın və MDB
regionu dövlətlərinin birbaşa xarici investisiya əlaqələrinin inkişaf proseslərinin
təmayülləri ilə bilavasitə əlagədar magistr tədgigatlarında, elmi məruzələrin
hazırlanmasında istifadə dissertasiya işinin praktiki əhəmiyyətını təşkil edə bilər.
6
6
Dissertasiya iş inin strukturu.
Dissertasiya işi üç fəsildən ibarətdir:
Dissertasiya işinin birinci fəslində MDB regionu dövlətlərinin beynəlxalq
iqtisadi münasibətlərində investisiya amilinin rolu tədqiq edilmişdir.
Dissertasiya işinin ikinci fəslində MDB regionunda birbaşa xarici investisiya
ə
laqələrinin inkişafinin muasir vəziyyəti və meylləri sistemli təhlil edilmişdir.
Dissertasiya işinin ücüncü fəslində Azərbaycanın region dövlətləri ilə
investisiya əməkdaşliginin perspektivləri tədqiq edilmişdir.
Dissertasiya iş inin hə cmi. Dissertasiya işi 90 kompyuter capı vərəgi
həcmində yerinə yetirilmişdir (Times New Roman 14).
7
7
M Ü N D Ə R C A T
Referat
Giriş..........................................................................................................................8
I FƏ SIL. MDB REGIONU DÖVLƏ TLƏ RININ BEYNƏ LXALQ IQTISADI
MÜNASIBƏ TLƏ RINDƏ INVESTISIYA AMILI
1.1. Birbaşa xarici investisiyaların iqtisadi inkişafda rolu və nəzəri əsasları.......11
1.2. Birbaşa investisiyalar MDB regionu dövlətlərinin beynəlxalq ticarət və
inteqrasiya əlaqələrinin inkişaf amili kimi ...................................................25
1.3. Ukraynada geoiqtisadi proseslər və Rusiyaya qarşı sanksiyalar şəraitində
beynəlxalq investisiya əməkadaşlıgı mühiti .................................................32
II FƏS L. MDB REG ONUNDA B RBAŞA XAR C NVEST S YA
Ə
LAQƏLƏR N N NK ŞAFININ MUAS R VƏZ YYƏTI
2.1. MDB regionunda birbaşa xarici investisiyaların dinamikasının təhlili...........37
2.2. Rusiyanın xarici siyasəti və MDB məkanında əsas investor ölkə kimi
mövqeyi...........................................................................................................43
2.3. Rusiya və Azərbaycan arasında investisiya əməkdaşlığının prioritet sahələri və
inkişaf prosesləri...........................................................................................48
III FƏ S L. AZƏ RBAYCAN IN MDB REGIONU DÖVLƏ TLƏ R LƏ
INVESTISIYA Ə MƏ KDAŞ LIGININ PERSPEKT VLƏ R
3.1. Azərbaycanın iqtisadi inkişaf strategiyası və birbaşa investisiya əlaqələri.....56
3.2. Azərbaycanın MDB regionu ölkələri ilə investisiya əməkdaşlığının inkişaf
perspektivlərı ..................................................................................................69
3.3. Beynəlxalq və regional əməkdaşlıq proqramları cərcivəsində investisiya
ə
laqələrinin inkişafı ........................................................................................75
Nə ticə və tə kliflə r ..................................................................................................82
Ə
dəbiyyat siyahısı .................................................................................................87
Annotasiya .............................................................................................................90
8
8
Giriş
MDB regionunda birbaşa xarici investisiyalar və əməkdaşlıq prosesləri
perspektivləri yeni inkişaf təmayülləri ilə xarakterizə olunur.
Müstəqil Dövlətlər Birliyi Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR
rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində "Müstəqil Dövlətlər Birliyinin
yaradılması haqqında Saziş"in imzalanması vasitəsilə təsis edilmişdir. Preambula
və 14 maddədən ibarət sənəd SSR -nin beynəlxalq hüquq və geosiyasi reallığın
subyekti kimi ləğv olunmasını bəyan edirdi. Lakin millətlərin tarixi birliyini,
onların arasında əlaqələri, ikitərəfli sazişləri nəzərə alaraq tərəflər Müstəqil
Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəlmişlər. 1991-ci il 21 dekabr
tarixində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova,
Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata
deklarasiyasını imzalamışdır. Deklarasiya SSR -nin ləğv olunaraq, MDB-nin
yaradılmasını qeyd edir, həmçinin MDB-nin məqsəd və prinsiplərini özündə əks
etdirirdi. Təşkilati mərhələ 1993-cü ilin 22 yanvar tarixində Minsk şəhərində
təşkilatın başlıca sənədi olan Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsinin qəbul
edilməsi ilə başa çatdırılmışdır.
Üzv ölkələr. Azərbaycan, Özbəkistan, Türkmənistan, Tacikistan, Rusiya,
Moldova, Qırğızıstan, Qazaxıstan, Belorus, Ermənistan, Ukrayna.
Mə qsə di. Keçmiş SSR ölkələri arasında dövlətlərarası münasibətlərin
qorunub saxlanılması məqsədi ilə yaradılmış bu təşkilat çərçivəsində əməkdaşlıq
daha çox üzv ölkələr arasında iqtisadi inteqrasiyanın istiqamətlərinin
müəyyənləşdirilməsinə yönəlmişdir.
Azə rbaycan ilə ə mə kdaş lıq. Azərbaycan Respublikası bütün MDB ölkələri
(Ermənistandan başqa) ilə azad ticarət rejimini yaratmış, sərbəst sərmayə üçün
hüquqi baza tərtib olunmuşdur. Ötən il MDB çərçivəsində "Azad ticarət zonası
haqqında Saziş" imzalanmışdır, hal-hazırda Azərbaycan Respublikasının Sazişə
qoşulması ilə bağlı danışıqlar aparılmaqdadır. Bununla yanaşı, MDB-nin 2020-ci
9
9
ilədək qtisadi nkişaf Strategiyasının ikinci mərhələsinin (2012-2015-ci illər)
həyata keçirilməsi üzrə Tədbirlər Planı layihəsi işlənib hazırlanmış, MDB
Hökumət Başçıları Şurasının 18 oktyabr 2011-ci il tarixli Qərarı ilə sözügedən
Tədbirlər
Planı
təsdiq
olunmuşdur.
2011-ci ilin 28 iyun – 3 iyul tarixində Moskvada Ümumrusiya Sərgi Mərkəzində
Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyinə həsr olunan Dövlətlərarası Sərgidə
MDB-yə üzv ölkələrdən rəsmi şəxslərlə yanaşı, Azərbaycanda müxtəlif sahələrdə
fəaliyyət göstərən iş adamları iştirak etmişdir. Sərgidə 40-a yaxın Azərbaycan
ş
irkətinin 250 çeşiddən çox məhsulları nümayiş olunmuşdur. Azərbaycanın milli
pavilyonunda sənaye, kənd təsərrüfatı, yanacaq-energetika, informasiya
texnologiyaları, mədəniyyət, turizm və digər sahələrə dair stendlər təşkil
edilmişdir.
28 sentyabr 2012-ci il tarixində Yalta şəhərində MDB-nin Hökumət
Başçıları Şurasının növbəti iclası keçirilmişdir.
5 dekabr 2012-ci il tarixində Aşqabad şəhərində MDB-nin Dövlət Başçıları
Ş
urasının növbəti iclası keçirilmişdir.
Bakıda 16-17 aprel 2013-cü il tarixində
"MDB müsəlmanları sülh və stabil inkişaf
tərəfdarıdırlar" mövzusunda Beynəlxalq Konfrans
keçirilmişdir.
MDB məkanında milyonlarla müsəlman yaşayır, onlar cəmiyyətin inkişafına
mühüm töhfə verir və aktiv dialoq aparır. Digər konfesiyaların nümayəndələri ilə
tələb olunmuş humanitar, maarifləndirici layihələri həyata keçirirlər. Bu cür
fəaliyyət ölkələrimizin inkişaf maraqlarına tam şəkildə cavab verir, cəmiyyətin
konsolidasiyasına xidmət edir, MDB məkanında inteqrasiya prosesləri üçün
mühüm əsas rolunu oynayır.
Qeyd edək ki, konfransın gündəliyində mənəvi və mədəni dəyərlərin,
vətəndaşların dini hisslərinin qorunması, dövlət və müsəlmən təşkilatlarının
ekstremizmə və radikalizmə qarşı mübarizədə qarşılıqlı əlaqələr kimi məsələlər yer
alıb. Ardıcıl şəkildə dini fanatizmin inkar edilməsi atmosferi formalaşdırmaq
10
10
zəruridir. Çünki dini fanatizm mərhəmət, qarşılıqlı yardım və dözümlülük
prinsiplərinə əsaslanan islamın mənəvi tarixini təhrif etməyə çalışır.
Bu baxımdan konfransın Bakıda keçirilməsi praktiki və məzmunlu danışıq
avrasiya məkanında əsrlərlə ənənəyə çevrilmiş dostluq və əməkdaşlıq
münasibətlərin inkişafına, MDB və uzaq xaricin islam cəmiyyətlərinin arasında
mənəvi əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər.
MDB çərçivəsində qarşılıqlı əlaqələrin inkişafının humanıtar aspektləri
kifayət qədər əhəmiyyət kəsb edir. nsan resurslarının inkişafı baxımından regional
ə
məkdaşlıq dil, mədəniyyət və iqtisadi cəhətdən öz rolunu saxlamaqdadır.
Müasir mərhələdə MDB regionunda əlaqələrin tarixən yaranan
münasibətlət kontekstində əhəmiyyətini insan resurslarının istiqamətlənməsi amili
ə
sasında nəzərdən keçirmək olar. MDB amilinin rolunu MDB- də insan
resurslarının, iqtisadı və investisiya əlaqələrinin postsovet məkanına, Qərbə və
Şə
rgə istigamətlənməsinın müqayisəsində daha aydın görmək mümkündür.
11
11
I FƏ SIL. MDB REGIONU DÖVLƏ TLƏ RININ BEYNƏ LXALQ IQTISADI
MÜNASIBƏ TLƏ RINDƏ INVESTISIYA AMILI
1.1. Birbaş a xarici investisiyaların iqtisadi inkiş afda rolu və nə zə ri ə sasları
Birbaşa xarici investisiyalar kapitalın beynəlxalq hərəkəti formaları arasında
xüsusiyer tutur. Əmtəənin beynəlxalq hərəkəti ilə yanaşı, tarixi inkişafda istehsal
amilləri, ilk növbədə isə birbaşa investisiyalar formasında kapitalın hərəkəti
meydana gəlmişdir.
Birbaşa xarici investisiyaların əsas əlamətlərindən biri ondan ibarətdir ki,
onların əsasında müəssisələr arasında uzunmüddətli işgüzar əlaqələr yaranır,
investor vəsaitini qoyduğu müəssisədə qərarların qəbul edilməsində əhəmiyyətli
rol oynamağa başlayır.
Birbaşa xarici investisiyaların ixracı və idxalının səbəbləri kifayət qədər
müxtəlifdir. Əsas səbəblər kimi kapitalı maksimum gəlir gətirəcək ölkədə
yerləşdirməyə, vergi ödəmələrinin səviyyəsinin azaldılmasına və risqlərin
diversifikasiyasına göstərilən səylər çıxış edir. BMT-nin iqtisadi qurumlarının
rəhbərliyi altında keçirilən çoxsaylı tədqiqatlar göstərir ki, birbaşa investisiyaların
ixracı və idxalının spesifik səbəbləri əhəmiyyətli dərəcədə üst-üstə düşür, lakin
onların nisbi rolu müxtəlifdir [2].
Birbaşa investisiyaların ixracının səbəbləri kimi aşağıdakıları göstərmək olar:
Texnoloji liderlik. Şirkətin satış həcmində elmi tədqiqatlara çəkilən xərclər nə
qədər yüksəkdirsə onun birbaşa xarici investisiyalarının həcmi bir o qədər çox olur.
Ə
ksinə çəkilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların həcmi də
bir o qədər az olacaq. Xaricə birbaşa investisiya ixrac etməklə müəssisələr onlara
məxsus olan və onların rəqabətli üstünlüyünü təmin edən texnologiya üzərində
nəzarəti əldə saxlamağa çalışırlar.
12
12
şçi qüvvəsinin ixtisas səviyyəsində olan üstünlük. xtisas səviyyəsi adətən
işçilərin əməyinin ödənilməsinin orta səviyyəsi ilə ölçülür. Şirkətdə əməyin
ödənilməsi səviyyəsi nə qədər yüksəkdirsə (aşağıdırsa), onun birbaşa investisiya
ixracı bir o qədər çox (az) olacaq .
Reklamda olan üstünlük. Bu üstünlük beynəlxalq marketinq üzrə toplanmış
təcrübəni əks etdirir. Şirkətin satış həcmində reklama çəkilən xərclərin payı nə
qədər yüksək (aşağı) olarsa, onun birbaşa investisiya ixracı bir o qədər çox (az)
olar.
Miqyas effekti . Şirkətin daxili bazara yönəlmiş istehsal həcmi nə qədər
çoxdursa (azdırsa), birbaşa investisiyaların ixrac həcmi də bir o qədər çox (az)
olur.Şirkətlərin əksəriyyəti ölkə xaricinə investisiya qoymazdan əvvəl daxili bazar
çərçivəsində masştab iqtisadiyyatının imkanlarından tam istifadə edirlər.
Şirkətin ölçüsü. Şirkətin ölçüsü böyük olduqca birbaşa xarici investisiyaların da
həcmi çox olur.
Istehsalın təmərküzləşmə dərəcəsi. Şirkət çərçivəsində müəyyən əmtəə istehsalı
üzrə təmərküzləşmə səviyyəsi yüksək olduqca şirkətin birbaşa xarici
investisiyalarının həcmi də artır.
Təbii resurslara çıxışla təmin edilmə. Şirkətin müəyyən təbii resursa ehtiyacı nə
qədər çox (az) olarsa şirkətin bu resursun olduğu ölkəyə birbaşa investisiyası bir o
qədər çox (az) olar.
Digər səbəblər: istehlakçının bilavasitə yaxınlığında müəssisə yaradılması
iləəmtəənin istehlakçıya çatdırılması üçün çəkilən nəqliyyat xərclərinin aşağı
salınması; ölkə ərazisində müəssisə yaradılması ilə ölkə tərəfindən tətbiq edilən
idxal maneələrinin aradan qaldırılması.
Birbaşa investisiyaların idxalının səbəbləri kimi isə aşağıdakıları göstərmək olar:
Texnoloji liderlik. Şirkətin satış həcmində elmi tədqiqatlara çəkilən xərclər nə
qədəryüksəkdirsə onun xaricdən birbaşa investisiyalar idxalı bir o qədər çox olur.
Ə
ksinə çəkilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların idxalı da
13
13
bir o qədər az olacaq. Birbaşa investisiyalar adətən ən yeni xarici texnologiyalar
idxalı ilə əlaqədardır.
şçi qüvvəsinin ixtisas səviyyəsi. Şirkətdə əməyin ödənilməsi səviyyəsi nə qədər
yüksəkdirsə (aşağıdırsa), onun birbaşa investisiya idxalı bir o qədər çox (az)
olacaq.
Reklamda olan üstünlük. Şirkətin satış həcmində reklama çəkilən xərclərin payı
nəqədər yüksək (aşağı) olarsa, onun birbaşa investisiya idxalı bir o qədər çox (az)
olar.
Miqyas effekti. Şirkətin daxili bazara yönəlmiş istehsal həcmi nə qədər
çoxdursa (azdırsa), adətən birbaşa investisiyaların idxal həcmi də bir o qədər az
(çox) olur.
Şirkətin ölçüsü. Şirkətin ölçüsü böyük olduqca birbaşa xarici investisiyaların
idxal həcmi də çox olur.
Istehsalın təmərküzləşmə dərəcəsi. Şirkət çərçivəsində müəyyən əmtəə istehsalı
üzrə təmərküzləşmə səviyyəsi yüksək olduqca şirkətin birbaşa xarici investisiya
idxalının həcmi azalır.
Kapitala olan ehtiyac. Şirkətin kapitala olan ehtiyacı nə qədər böyük (kiçik)
olursa, onun birbaşa investisiya idxalı bir o qədər çox (az) olar.
Milli filialların sayı. Şirkət ölkə daxilində nə qədər çox (az) filiala malikdirsə,
onun investisiya idxalı bir o qədər çoxdur (azdır).
stehsal xərcləri. Kapitalı qəbul edən ölkədə istehsal xərcləri nə qədər aşağıdırsa
(yüksəkdirsə), onun investisiya idxalının həcmi bir o qədər çoxdur (azdır).
Daxili əmtəə bazarının müdafiə səviyyəsi. Kapital idxalı əmtəə idxalının
alternative kimi çıxış etdiyindən ölkənin daxili əmtəə bazarının gömrük və digər
müdafiə səviyyəsi nə qədər yüksəkdirsə (aşağıdırsa), birbaşa investisiya idxalı bir
o qədər çoxdur (azdır).
Bazarın ölçüsü. Ölkənin daxili bazarının ölçüsü böyül olduqca investisiya idxalı
da çox olur.
Digər amillər: xarici birbaşa investisiyalar hesabına yaradılan sənayenin
14
14
ixracyönümlülüyü; hökumətin iqtisadi inkişaf proqramlarının mövcudluğu.
Göründüyü kimi, birbaşa investisiyaların ixracını və idxalını müəyyən edən amillər
bir çox hallarda üst-üstə düşür ki, bu da kəsişən investisiyalara gətirib çıxarır.
Texnoloji liderlik, işçi qüvvəsinin ixtisas səviyyəsi, beynəlxalq marketinqdə
yığılmış təcrübəni əks etdirən reklamda üstünlük və şirkətin ölçüsü eyni zamanda
həm ixrac, həm də idxal amilləri kimi çıxış edirlər. Masştab iqtisadiyyatı, istehsalın
təmərküzləşməsinin yüksək dərəcəsi və təbii resurslara olan ehtiyac birbaşa
investisiyaların ancaq ixrac amilləridir. Kapitala olan ehtiyac, çoxsaylı milli
filiallar, daha aşağı istehsal xərcləri, daxili bazarın yüksək müdafiə səviyyəsi və
daxili bazarın böyük ölçüsü birbaşa xarici investisiyaların ancaq idxal səbəbləridir.
Ümumilikdə isə birbaşa xarici investisiyaların yerləşdirilməsinin əsas motivi
kimi satış bazarının genişlənməsini, ucuz resurslara çıxış imkanının yaranmasını,
mülkiyyətin əldə edilməsini göstərmək olar.
Bazarın genişləndirilməsi məqsədilə birbaşa xarici investisiyaların həyata
keçirilməsini aşağıdakılar şərtləndirir:
milli istehsal gücünün olmaması;
əmtəələrin nəqliyyat xərclərinin yüksək olması və bunun da onların ixracının
qeyri-mənfəətli olmasına gətirib çıxarması;
idxalatçı-ölkədə ticarət məhdudiyyətləri;
miqyas effektiǁndən istifadəyə can atma;
müştərilərin
arxasınca
getməǁ
(avtomobil
ş
inlərinin
istehsalçıları
avtomobilistehsalçılarının arxasınca hərəkət edirlər);
rəqibləri “təqib etmə” getməǁ;
yerli istehsalçıların məhsullarına üstünlük verən xarici alıcıların əldə edilməsi;
müqayisəli xərclərdə gözlənilən dəyişikliklər və s.
Ucuz istehsal amilləri mənbələri əldə etmək baxımından birbaşa xarici
investisiyaların həyata keçirilməsinə aşağıdakılar təkan verir:
xərclərin aşağı salınması məqsədilə istehsalın ölkələrarası rasionallaşdırılması;
15
15
kapitalı qəbul edən ölkədə xarici investisiyaların dövlət tərəfindən
stimullaşdırılması;
kapitalı ixrac edən ölkənin özünü strateji resurslara təmin etməyi qarşısına
məqsəd kimi qoyması.
Xaricdə mülkiyyətin əldə edilməsi və ya yeni tikintinin həyata keçirilməsi
aşağıdakılarla izah edilir:
ayrı-ayrı resursların xarici müəssisəyə ötürülməsi çətinlikləri;208
tanınmış firmanın reputasiyasını, ticarət markasını öz mülkiyyətinə keçirmək
imkanı (françayzinq müəssisəsinin alınması zamanı);
risqlərin, xərclərin aşağı salınması və s.
Çox zaman birbaşa xarici investisiyalar yuxarıda sadalanan səbəblərdən biri
ilə əlahiddə surətdə deyil, həmin səbəblərin müəyyən dərəcədə əlaqəlı istifadə
etməklə izah edilir.
BMT-nin transmilli şirkətlər üzrə Mərkəzi xarici ölkədə əmtəə və xidmət
istehsalının təşkil edilməsi ilə birbaşa kapital qoyuluşlarının dörd əsas səbəbdən
baş verdiyini göstərir:
1) birbaşa xarici investisiyalar ona görə həyata keçirilir ki, bir sıra əmtəə və
xidmətlərin xarici ölkəyə idxalı müxtəlif məhdudiyyətlər və ya əmtəələrin, xüsusilə
də xidmətlərin özünəməxsus cəhətləri səbəbindən qeyri-mümkündür və ya çox
çətindir;
2) əmtəə və xidmətlərin yerində istehsalı həmin xarici bazara xidmət göstərilməsi
üçün daha ucuz və səmərəli üsuldur (məsələn, nəqliyyat xərclərinə qənaət
etməklə);
3) sahibkar kapitalını qəbul edən ölkə, əmtəə və xidmətlərin sonradan onların
dünya bazarlarına (kapitalı ixrac edən ölkələrin bazarları da daxil olmaqla)
çıxarılması şərti ilə istehsalı üçün daha ucuz yer kimi çıxış edir;
4) bir sıra məhsullar, xüsusilə də texniki cəhətdən mürəkkəb olanlar üçün satışdan
sonra xidmət, məsləhət və digər xidmətlər tələb edir ki, bu da istehsalçının bazarda
olmasını zəruri edir; bu halda xarici ölkədə istehsalı təşkil etmək orada ancaq satış
16
16
firmasını təşkil etməkdən daha faydalı olur.
Birbaş a xarici investisiyalar üzrə iş lə nmiş nə zə riyyə lə rin icmalı
(cədvəl 1.)
göstərir ki, iki əsas yanaşmadan istifadə edilmişdir [2]:
• transmilli şirkətlərin digər firmala qarşısında rəqabət üstünlüklərini təmin
edən xarakteristikaları müəyyən edən və birbaşa xarici investisiyaların nə
üçün həyata keçirildiyi sualına cavab verən nəzəriyyələr;
• kapitalın beynəlxalq axın istiqamətlərini izah edən nəzəriyyəsi.
Dostları ilə paylaş: |