Müqavilələr və hüquqi baza
1 yanvar 2010-cu il tarixdən imzalanmış sazişlər:
1. Stavropol vilayəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti
arasında imzalanmış ticari-iqtisadi, elmi-texniki və mədəni əmədaşlıq haqqında
Saziş (28 aprel 2010-cu il).
2. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanmış
dövlət sərhəddi haqqında Saziş (3 sentyabr 2010-cu il).
3. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti
arasında imzalanmış transsərhəd Samur çayının rasional istifadəsi, su ehtiyatlarının
mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş (3 sentyabr 2010-cu il).
4. Rusiya Federasiyası narkotik vasitələrin dövriyyəsinə nəzarət üzrə Federal
xitmətləri və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi arasında
bağlanmış narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının
qeyri qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş (13 yanar 2011-
ci il)
5. Rusiya Federasiyası Daxili şlər Nazirliyi və Azərbaycan Respublikası
Daxili şlər Nazirliyi arasında əməkdaşlıq haqqında müqavilə (28 iyun 2011-ci il)
6. Həştərxan vilayəti hökuməti (Rusiya Federasiyası) və Azərbaycan
Respublikası Hökuməti arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq
haqqında saziş (8 sentyabr 2011-ci il).
7. Dağıstan Respublikası Hökuməti (Rusiya Federasiyası) və Azərbaycan
Respublikası Hökuməti arasında ticari-siyasi, elmi-texniki, mədəni və hümanitar
ə
məkdaşlıq haqqında imzalanmış müqavilə (4 oktyabr 2011-ci il)
52
52
8. nquşetiya Respublikası Hökuməti (Rusiya Federasiyası) və Azərbaycan
Respublikası Hökuməti arasında ticari-siyasi, elmi-texniki, mədəni və hümanitar
ə
məkdaşlıq haqqında imzalanmış müqavilə (4 oktyabr 2011-ci il)
9. Qaraçay-Çərkəz Respublikası Hökuməti (Rusiya Federasiyası) və
Azərbaycan Respublikası Hökuməti arasında ticari-siyasi, elmi-texniki, mədəni və
hümanitar əməkdaşlıq haqqında imzalanmış müqavilə (4 oktyabr 2011-ci il)
10. Stavropol vilayəti Nevinnomısk şəhəri Administrasiyası (Rusiya
Federasiyası) və Sumqayıt şəhəri cra Hakimiyyəti (Azərbaycan Respublikası)
arasında əməkdaşlıq və qardaş əlaqələrin qurulması haqqında imzalanmış müqavilə
(4 oktyabr 2011-ci il)
2011-ci ilin mart ayında Tatarstanın Prezidenti R.N.Minnixanov Bakıya işçi
səfər etmişdir. Görüşlər zamanı qeyd olunmuşdu ki, Azərbaycan və Tatarstan neft-
kimya və neft emalı sahələrində faydalı əməkdaşlıq yarada bilərlər. Bu sahədə
Tatarstan böyük təcrübəyə malikdir: neftqazkimya kompleksinin inkişafının
üçüncü mərhələsi müvəffəqiyyətlə reallaşır, Nijnekamsk şəhərində iri neftayırma
kompleksi inşa olunur.
2011-ci ildə Həştərxan vilayəti ilə əlaqələr canlanmağa başladı. 2011-ci ilin
may ayında Həştərxan şəhərində ikinci Rusiya-Azərbaycan regionlararası forum
keçirildi. 2011-ci ilin sentyabr ayında Bakıya Həştərxan vilayətinin gubernatoru
A.A.Jilkinin səfəri oldu. Səfər zamanı ticari-iqtisadi, elmi-texniki, mədəni
sahələrdə əməkdaşlıq haqqında yeni Saziş imzalandı, vilayətin iqtisadi və sərməyə
potensialının təqdimatı olmaqla biznes-forum keçirildi.
Azərbaycanda Tatarstanın və Dağıstanın nümayəndəlikləri, “Torgovıy dom
Ural” QSC, “Torgovıy dom Tatarstan” MMC, Rusiyanın reqional aviaşitkətlərin
(“Başkirskiye avialinii”, “Permskiye avialinii”, “Pulkovskie avialinii”,
“Samarskiye avialinii”, “Uralskiye avialinii” v. s) fəaliyyət göstərirlər.
VTB qrupu Azərbaycan bazarında fəaliyyətə başlamışdır. 2012-ci iln
noyabrin 23-də Bakıda VTB Bankı ASC-nin törəmə şirkəti olan VTB Bank
Azərbaycan ASC-nin ofisi fəaliyyətə başlamışdır.
53
53
2009-cu ilin noyabrın 1-nə olan məlumata görə, VTB Bank Azərbaycan
ASC-nin aktivləri 16,06 milyon manat (20,0 milyon ABŞ dolları), nizamnamə
kapitalı isə - 7,815 milyon manat (9,7 milyon ABŞ dolları) təşkil edib.
VTB Bank Azərbaycan ASC-nin səhm kapitalı Bank VTB ASC (səhmlərin
51%-i), «AtaHoldinq» ASC (48,99%) və bir fiziki şəxs (0,01%) arasında
bölüşdürülüb.
VTB Bank Azərbaycan ASC geniş spektr bank xidmətləri təklif edən
universal bank kimi inkişaf etmək niyyətindədir.
lkin mərhələdə Bank işini korporativ müştərilərə xidmət göstərilməsinə və xarici
ticarət əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində quracaq.
2003-cü ildə fəaliyyətə başlamış «AtaHoldinq» ASC iqtisadiyyatın müxtəlif
sahələrinə, maliyyə və intellektual resurslara, o cümlədən investisiyalar hesabına
ə
mələ gəlmiş qeyri-rezidentlərin resurslarına sərmayə qoyuluşu həyata keçirir və
fəaliyyəti əsasən maliyyə, sənaye, telekommunikasiya və T, xidmətlərinin,
tikintinin və turizm sahələrinin inkişafına yönəlib. «AtaHoldinq» ASC sosial
proqramlarda, xeyriyyə tədbirlərində iştirak edir, habelə mədəniyyət və incəsənətin
inkişafı, təhsil səviyyəsinin yüksəldilməsi layihələrini dəstəkləyir. 2009-cu ilin
sentyabrın 30-na olan məlumata görə «AtaHoldinq» ASC-nin aktivlərinin həcmi
308,8 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 39,0 milyon
manat və ya 39% çoxdur.
Həmin tarixdə «AtaHoldinq» ASC-nin maliyyə yatırımlarının həcmi 116,1
milyon manat bərabər olub. «AtaHoldinq» ASC-nin ödənilmiş kapitalının həcmi
isə 69,8 milyon manat təşkil edir.
Gələcəkdə VTB qrupu Azərbaycanda biznesin pərakəndə, sərmayə qoyuluşu
və digər istiqamətlərini də inkişaf etdirmək niyyətindədir.
Bank VTB ASC-nin darə Heyətinin Prezident-Sədri Andrey Kostin acılış
mərasimdə xüsusi olaraq bəyan emişdir ki, «Azərbaycanın çox böyük sənaye və
ticarət potensialına malikdir və bu, regionu investisiyalar üçün cəlbedici edir.
MDB ölkələri VTB qrupu üçün prioritet bazardır. Azərbaycan bazarına çıxış –
54
54
məntiqi addımdır və bu addım VTB qrupuna MDB ölkələrinin inkişaf nöqteyi-
nəzərindən daha perspektivli bazarlarını əhatə etməyə imkan verəcək».
VTB qrupu Rusiyanın aparıcı maliyyə qruplarından biridir. Qrup Rusiya və
MDB ölkələrində zəngin iş təcrübəsinə və 20-dən artıq ölkədə nümayəndəliklərə
malikdir. VTB-nin əsas səhmdarı 85,5%-lik payla – RF Hökumətidi. Digər
səhmdarların nizamnamə kapitalında payı 7,01%-lik qlobal depozit təqsimlərinin
sahiblər də daxil olmaqla, cəmi 14,5%-dir [50].
Şə
kil 6. MDB və Gürcüstanda qarş ılıqlı birbaş a investisiyaların xə ritə si
Qeyd etmək lazımdır ki, VTB qrupu Azərbaycanın bank bazarına 2008-ci
ilin sonunda, daha sonra isə 2009-cu ilin martın 11-də çıxıb [23].
VTB Rusiyada, bəzi MDB ölkələrində, Qərbi Avropa, Asiya və Afrika
ölkələrində geniş spektr korporativ, pərakəndə və sərmayə bank xidmətləri təklif
edir.
55
55
2009-cu ilin iyunun 30-na olan məlumata görə, VTB qrupu aktivlər (3 637,3
mlrd. rubl) və müştəri vəsaitləri üzrə (1 561,8 mlrd. rubl) Rusiyanın ikinci iri
maliyyə qrupu olub [50].
VTB-nin Rusiyada, MDB və Avropada regional şəbəkəsi 966 satış
nöqtəsindən ibarətdir ki, bunun sayəsində də qrup Rusiyanın Ən iri pərakəndə
banklar üçlüyünə daxildir.
VTB-nin 2008-ci ildə əsası qoyulmuş nvestisiya biznesi çərçivəsində
Moskva, London, Sinqapur və Dubayda əməliyyatlar həyata keçirilir.
56
56
III FƏ S L. AZƏ RBAYCAN IN MDB REGIONU DÖVLƏ TLƏ R LƏ
INVESTISIYA Ə MƏ KDAŞ LIGININ PERSPEKT VLƏ R
3.1. Azə rbaycanın iqtisadi inkiş af strategiyasi və birbaş a investisiya
ə
laqələri
Azərbaycanda müasir iqtisadi inkişaf modeli və investisiya siyasəti.
Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycan davamlı iqtisadi artıma
malik ölkə kimi qiymətləndirilir. Son 8 il ərzində orta illik artım tempi 15,2 %
təşkil edir. Azərbaycanda diversifikasiya problemlərinə müasir mərhələdə yüksək
diqqət yetirilməsi və həllının aktuallıgı tam bir sıra səbəblrlə baglıdır:
- Azərbaycan iqtisadiyyatının xammal yönümlüyu;
- Ixracın monostrukturunun aradan galdırılmasına imkan verə biləcək işlək vasitə
və mexanızmlərin axtarışı;
- Qlobal iqtisadi məkanın rəqabətqabiliyyətli iştirakçısına çevrilməyə imkan verə
biləcək Milli Innovasiya Sisteminin formalaşdırılması zəruriliyi;
- Iqtisadi artımın yeni amillərin, xüsusilə investisiya-innovasiya və elmtutumlu
mənbələrin üstunluyü hesabına təmin olunması.
- Yeni «Bilik iqtisadiyyatı» modeli quruculuğu.
Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyalar dinamik bir meyllər kəsb edir
ki, müasir dövrün realliqları baxımından yeni üstünlüklər əldə etmək imkanları
yaradir (cədvəl 11).
Cədvəl 11
Ölkə iqtisadiyyatına yönə ldilmiş investisiyalar (mln. ABŞ dolları)
57
57
2005
2006
2007
2008
2009
2010
2011
2012
1995-
2012
Cə mi
investisiyalar
7118.5 8300.4 12066.1 16222.0 13033.6 17591.4 21588.9 25777.3 144421.0
Daxili
investisiyalar
2225.3 3247.6
5391.8
9374.6
7565
9343.6
12915.0 15463.3
71182.8
Neft sektoru
577.8
695.6
1114.7
1234.7
1048.8
1342.5
1489.0
1782.8
10855.0
Qeyri-neft
sektoru
1647.5 2552.0
4277.1
8139.9
6516.2
8001.1
11426.0 13680.5
60327.8
Xarici
investisiyalar 4893,2 5052,8
6674,3
6847,4
5468,6
8247,8
8673,9
10314
73238,2
Neft sektoru
1
4088.8 3714.0
4231.9
3359.0
2490.7
3624.9
4124.6
4584.8
43464.6
Qeyri-neft
sektoru
2
804.4
1338.8
2442.4
3488.4
2977.9
4622.9
4549.3
5729.2
29773.6
Azərbaycan Respublikası DSK
1
Neft sektoruna daxildir: Birbaşa nvestisiyalar (Neft Sektoru), Neft Bonusu, Neft sektoruna
kreditlər.
2
Qeyri-neft sektoruna daxildir: Birbaşa nvestisiyalar (Qeyri-neft Sektoru), Portfel nvestisiyalar,
Maliyyə Kreditləri (Neft sektoruna kreditləri çıxmaq şərti ilə), Digər nvestiyalar
Azərbaycanda diversifikasiya modelinin reallaşması aşagıdakı yanaşmalar əsasında
nəzərdən keçirilə bilər:
A. Diversifikasiya məqsəd kimi - davamlı inkişaf, risklərin azaldılmasıdir.
B. Diversifikasiya çoxölçülü proses kimi – bir neçə istehsal növünün inkişafı,
istehsal olunan mal və xidmətlərin çeşidinin genişlənməsidir.
C. Diversifikasiya siyasət kımı - iqtisadi fəaliyyətin universal “inkisaf” formasıdır.
D. Diversifikasiya strategiya kimi – yeni biznes sferalarına cıxış strategiyasıdır.
Qlobal iqtisadi inkişafın müasir mənzərəsi baxımından, Azərbaycanın
diversifikasiya modelinin reallaşdirilması və onun perspektivliyi regionda yeni
geoiqtisadi münasibətin üç elementinin qarşılıqlı əlaqəsı, təsiri və dialektik
vəhtədində mümkündür.
58
58
nvestisiyalar MDB-də diversifikasiya siyasətinin əsas amili kimi rolu
böyükdür. Dövlət strategiyası konteksində bir sıra MDB ölkələri Rusiya,
Qazaxstan, Belarus, Azərbaycan, Qırğızstan öz modelini reallaşdırmaqdadır.
Məsələn, Azərbaycanda milli inkişafın strateji hədəfləri vahid konsepsiya və bir
sıra dövlət proqramlarında öz əksini tapmışdir:
- «AZƏRBAYCAN-2020: Gələcəyə baxış konsepsiyası»;
- Regionların inkişaf programı;
- Insan kapitalinin rolundan istifadə - Azərbaycanlı gənclərin dunyanın
qabaqcıl universitetlərində təhsilə yönləndirilməsi üzrə Dövlət Programları;
- Ayrı-ayrı sektorların inkişafının stimullaşdırılması üzrə tədbirlər paketi.
qtisadi diversifikasiya siyasətinin həyata keçirilməsi prosesi institutların
rolunun genişləndirilməsini tələb edir. Bu baxımdan Azərbayçanda aşagıdakı
institutsional mexanizmlərin fəaliyyətini və rolunu qeyd etmək olar:
- Azəbaycan nvestisiya Şirkəti (A Ş);
- Sahibkarlıga dəstək Milli Fondu;
- Aqrar sahədə “Aqrolizinq” kompaniyası və s.
nnovasiya inkişafının hərtərəfli stimullaşdırilması, iqtisadiyyatın texnoloji
səviyyəsinin yüksəldilməsı, ixracyönlü məhsul istehsalı, aqrar, turizm və KT
sahələrinin inkişafı üzrə zəruri tədbirlər qeyri-neft sektorunun inkişafı üçün
ə
lverişli şərait yaratmışdir. Bunlar igtisadi artımın keyfiyyəti üçün əsas amillərdən
hesab olunur. Son 8 ildə DSK –nin məlumatlarına əsasən, Azərbaycanda ÜDM 3
dəfə, qeyri-neft ÜDM 2,2 dəfə, sənaye 2,7 dəfə, k-t 1,3 dəfə, tikinti 3,2 dəfə, KT
6,4 dəfə artmışdır.
Azərbaycanda diversifikasiya prosesləri neftlə zəngin ölkələrlə müqayisədə
bir sira cəhətlərə malikdir. Azərbaycan dünyanın bir sira neft hasil edən ölkələri ilə
müqayisədə neft maşıngayırma sənayesinə malikdir. Lakin getdikcə hasilatın
qurudan dəniz şelfinə çəkilməsi və yeni texnoloji tələblərin qarşıya qoyulması
getdikcə müasir qabaqçıl texnologiyalara tələbi artirmışdir. Həmçinin, qeyd etmək
59
59
lazımdir ki, müasir dünya iqtisadiyyatında neft hasilatcı ölkələrin diversifikasiya
modeli və neft qiymətlərindən asılılıq səviyyəsi kifayət qədər fərqlidir.
Şə
kil 7. 2003-2012-çi illər ərzində Azərbaycan iqtisadiyyatına yönəldilmış
daxili və xarıcı investisiyaların müqayisə lı inkiş afı
60
60
Dünya neft bazarında 2005-ci ildən sonra qərarlaşan konyuktur meyllər və
dünya neft qiymətlərinin «tarixi maksimumu»nun böyük təsiri altında baş verən
2008-ci il qlobal iqtisadi böhranı bu fərqləri daha qabariq surətdə göstərdi. Dünya
neft qiymətləri ilə qlobal iqtisadi artım arasında əlaqə baxımından dunyada əsas
neft istehlakcıları və neft ixracatçılarının iqtisai vəziyyəti artan qiymətlərin mənfi
təsirlərinə məruz qalır. Belə bir təsir əlaqəsi iqtisadi diversifikasiya siyasətinin
ə
həmiyyətini dünyada və regionda bir daha göstərir.
Azərbaycanda iqtisadi siyasət ilk növbədə neft sektorundan asılılıgın
azalmasına və qeyri-neft sektorunun dinamik inkişafına yönəlmişdir [1]. Belə bir
siyasət çərçivəsində müasir kimya, neft-kimya, metallurgiya, maşıngayırma
kompleksləri, hərbi sənaye kompleksləri, tikinti sahələrinə geniş diqqət verilir.
Azərbaycanın beynəxalq ticarət mövqeyində bir sira məhsullar üzrə ixrac
imkanları yaranmaqdadır. Son illərdə bəzi Avropa ttifaqı ölkələri də daxil
olmaqla, Azərbaycanın iki tərəfli təşəbbüsləri genişlənməkdədir. Lakin hələlik neft
məhsullarının ixracınin birmənalı üstünlüyü şəraitində beynəlxalq ticarət
mövqeyinin yaxşılaşdırılması rəqabətqabilliyyətli məhsul istehsalına nail olmanı
və ixracın strukturca diversifikasiyası ilə yanaşı ixrac bazarlarının
genişləndirilmasini tələb edir.
61
61
Diaqram 3. Azə rbaycan iqtisadiyyatina yönə ldilmiş xarici
investisiyaların strukturu %
Hələlik xarici fəaliyyətin cöğrafi genişlənməsi istigamətində Azərbaycanda
daha miqyaslı fəaliyyət Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir. ARDNŞ
xarici investisiyaları və investisiyalaşdırılan obyektləri yaxın qonşu ölkələri və
üzaq region ölkələrini əhatə edir.
Bü göstəricilər ARDNŞ beynəlxalq əhəmiyyətli transmilli sirkətə cevrilmə
prosesini xarakterizə edir. ARDNŞ-in belə bir fəaliyyət miqyası daha yeni
Azərbaycan şirkətlərinin xaricı iqtisadi fəaliyyəti ücün yeni potensial kimi
qiymətləndirilə bilər. Burada söhbət hər şeydən əvvəl Azərbaycan
mütəxəssislərinin, ölkənin elmi və iqtisadi resurslarının cəlb edilməsi ilə yeni
innovasiya firmalarının yaradılmasına nail olmaqdan gedə bilər.
62
62
Diaqram 4. Azə rbaycanın investisiya siyasə tində neft və qeyri-neft
sekroru üzrə inkiş af meyllə ri
Azərbaycanın diversifikasiya siyasətində yeni prioritetlər : Texnoloji parklar,
kosmik məkanın mənimsənılməsi, müasir turizm kompleksləri, beynəlxalq tranzit
koridorlar.
Qeyri-neft sənayesində innovasiyalı məhsul istehsalının artırılması məqsədilə
Sumqayıt Texnoloji Parkı yaradılmışdır. Burada 15 müasir zavod fəaliyyət göstərir
və yeni bir necə müəssisənin tikintisi aparılır. stehsal məhsulları yüksək
keyfiyyətə malikdir və xarici bazarlara ixrac edilir: günəş panelləri,
transformatorlar, LED- lampalar və alternativ energetikada istifadə olunan digər
məhsullar.
Sənaye Parkları həmçinin Balaxanı, Qaradağ və Gəncədə planlaşdırılır.
Burada əsas məqsəd qeyri-neft sektorunun inkişafı üçün ölkəyə investisiyalar və
texnologiyalar cəlb etmək, innovativ lahiyələri stimullaşdırmagdır. Yaradılan
müəssisələr energetik resurslara tələbatı artırır. Bu tələbatın ödənılməsi məqsədilə
ölkədə 11 yeni elektik stansiyası tikilmişdir. Həmçinin alternativ və bərpa olunan
energi mənbələri üzrə də geniş miqyaslı işlər həyata keçirilməkdədir. Günəş
63
63
batareyalarının istehsalına başlanılmışdır. qtisadiyyatın diversifikasiyasında əsas
üstünlük KT sektoruna verilmişdir. Bu istigamətdə əsas tədbirlər kimi e-
hökümətin formalaşdırılması; 2013-çü ildə sputnikin orbitə buraxılması; IKT
sektorunun yaxın on illik ərzində neft sektorundan sonra ikinci gəlir mənbəyinə
cevrilməsi və s. qeyd etmək olar.
Azə rbaycan Respublikasının tə diyə balansı. 2013-cü ildən başlayaraq
tədiyə balansı Beynəlxalq Valyuta Fondunun Yeni (6-cı nəşr) Təlimatının
tələblərinə uyğun formatda tərtib edilmişdir. Yeni Təlimatda dəyişikliklər əsasən
tədiyə balansının struktur komponentlərini əhatə edir. Belə ki, balansın
strukturunda Kapital və Maliyyə hesabında əməliyyatların əvvəlki kimi
kredit/debet formatında deyil, “xalis maliyyə aktivləri” və “xalis maliyyə
öhdəlikləri” kimi qeyd edilməsi tövsiyə olunur. Bundan əlavə yeni Təlimatda bir
sıra digər dəyişikliklər də əksini tapmışdır.
2013-cü ildə ölkənin əlverişli xarici mövqeyi qorunmuş, tədiyə balansı
müsbət saldoya malik olmuşdur. l ərzində xarici iqtisadi əməliyyatların müsbət
saldosunun əldə olunmasında neft-qaz sektoru mühüm rol oynamışdır. Neft-qaz
sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora
cəlb edilən xarici kapitalın hesabına formalaşır.
Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını,
avadanlıqların və xidmətlərin idxalını əks etdirir. 2013-cü ildə neft-qaz sektoru
üzrə yaranmış ümumi müsbət saldo 22.4 mlrd. $ olmuşdur.
Kapitalın və maliyyənin hərəkəti hesabının kəsiri cari hesabın profisiti ilə
tam örtülür və hazırda ümumi balansda ÜDM-in 1/6 hissəsi qədər profisit
mövcuddur
2013-cü ildə ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi
dövriyyəsi 6.2 mlrd. $-a çatmışdır. Bunun 83.3%-ni (5.1 mlrd. $) Azərbaycandan
ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (4.1 mlrd. $) beynəlxalq neft-
qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası
64
64
(əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqqları (222.9 mln.
$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (419.3 mln. $) təşkil edir.
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 3.3
mlrd. $ məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 50.1%-ni ölkəyə
daxilolmalar təşkil edir.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 95.8%-ni xarici ölkələrdən fiziki
şə
xslərin pul baratları, 1.9%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri,
2.3%-ni isə digər daxilolmalar təşkil edir.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 6.7 mln. $
təşkil etmişdir. l ərzində xalis maliyyə aktivlərimiz 11.8 mlrd. $ təşkil etmişdir.
Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (1477.9 mln. $),
portfel investisiyaları (322.8 mln. $) və digər investisiyalar (9958.6 mln. $)
hesabına formalaşmışdır.
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin
ümumi məbləği 6.3 mlrd.$ olmuşdur. Bu investisiyaların strukturunda neftqaz
sektorunun xüsusi çəkisi 82.4% təşkil etmişdir.
Dostları ilə paylaş: |