AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 4,21 Mb.
səhifə1/5
tarix21.01.2017
ölçüsü4,21 Mb.
#6169
  1   2   3   4   5

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ


Əlyazması hüququnda



Bağırlı Nərmin Akif qızı

Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii layihələndirilməsində texnoloji ardıcıllığın tərtibi” mövzusunda


MAGİSTR DİSSERTASİYASI

Ixtisasin şifri və adi: 060643 – “Çoxişlənən malların

texnologiyası mühəndisliyi”

İxtisaslaşma: “Tikiş məmulatlarının texnologiyası”
Elmi rəhbər: Magistr proqramının rəhbəri:

t.e.n.,dos.H.Ə.Hacıbalayev t.e.n.,dos.H.Ə.Hacıbalayev


Kafedra müdiri:s.ü.f.d. Məmmədova Lalə Hamlet qızı



BAKI-2016

MÜNDƏRİCAT

Səh

Giriş..........................................................................................................................3
FƏSİL I.Tikiş məmulatlarının hazırlanmasının əsas mərhələləri haqqında

    1. Tikiş məmulatlarının keyfiyyət göstəriciləri...................................................5

    2. Qadın geyimlərinin bədii təribatının analizi....................................................8

    3. Modanın dəyişməsindən asılı olaraq dizayn elementlərinin analizi..............18


FƏSİL II.Müəssisənin əsas sexlərinin ilkin hesabatları və əsaslandırılması

2.1. Əsas material sərfi............................................................................................28

2.2.Müasir texnologiya ilə hazırlanan qadın paltosunun ardıcıl yığımı..................36

2.3. Müasir texnologiya ilə hazırlanan qadın paltosunun texniki-iqtisadi

göstəriciləri..............................................................................................................43


FƏSİL III.Modeldən asılı olaraq konstruksiya edilmənin işlənməsi

3.1. Qadın bədən ölçülərinin çıxarılmasının müasir qaydaları................................45

3.2. Ekspert məmulatlarının işlənməsi və onların uzlaşmalarının

qiymətləndirilməsi..................................................................................................60



3.3. Siluetdən və modanın istiqamətindən asılı olaraq yeni

baza konstruksiyasının qurulması...........................................................................61


NƏTICƏ VƏ TƏKLIFLƏR.................................................................................74

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI............................................. 75

XÜLASƏ.................................................................................................................77

РЕЗЮМЕ……………………………………………………………...................78

SUMMARY……………………………………………………………................79
Giriş
Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltolar öz formasından asılı olaraq geyim malları içərisində, eyni zamanda tikili mallar daxilində mühüm yer tutan mal qrupudur.

Müasir yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltolarda estetik xassə göstəriciləri daha çox tələb olunur.



Mövzunun aktuallığı - Müasir dövrümüzdə hər yaş qrupuna ,çox təyinatlı geyim ,yeniyetmələr üçün hər təyinatlı geyimlərin yarandığı bir vaxtda ,yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltoların bədii tərtibatı və bədii layihələndiriməsində müasir modaya və hər zövqə uyğun tikili,tikiş sektorunda çalışan mütəxəssislərin qarşısında duran aktual problemlərdəndir.

Tədqiqatın predmet və obyekti - Dissertasiya işində ,tikiş məmulatlarının hazırlanması,yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii layihələndirilməsində müəssisələrin əsas sexlərinin əsas material sərfi və model və bədən ölçülərindənasılı olaraq konstruksiya edilmənin işləməsi (geniş şəkildə)tədqiq edilmişdir.

Tədqiqatın əsas məqsəd və vəzifələri - Bu dissertasiya işimin əsas məqsədi istehlak bazarına daxil olacaq yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii layihələndirilməsində texnoloji ardıcıllığın tərtibinin öyrənilməsindən ibarətdir.

Təqdiqatın informasiya bazası və işlənməsi metodları - Nəzərdən keçirilən mövzunun məlumat bazası,moda və tikiş sahəsinə aid olan internet saytları və portalları,tikiş sənayesinə aid xarici və yerli ədəbiyyat materiallarından ibarətdir.İşimin yazılmasında bazar iqtisadiyyatına keçid şəraitində respublikanın daxili bazarında yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltoların müasir vəziyyətinə aid materiallardan və s. istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi-Magistr dissertasiya işinin elmi yeniliyi,yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii layihələndirilməsində texnoloji ardıcıllığın tərtibinin müasir üsul və vasitələrlə,müasir bədən ölçmə metod və müasir texnologiya ilə paltonun ardıcıl yığımının və yeni baza konstruksiyasının təkmilləşdirilməsidir.

Tədqiqatın təcrübi əhəmiyyəti - Dissertasiyada araşdırılan xəz yaxalıqlı paltonun bədii layihələndirilməsinin texnoloji ardıcıllığı və bu kimi bir çox toxunulan məsələlər,müasir qaydalarla konstruksiya edilmə ,əsas baza konstruksiyasının qurulması və müasir qaydalarla qadın bədən ölçülərinini çıxardılması tikiş sahəsi və sənayesində çalışan mütəxəssislər tərəfindən istifadə edilə bilər.

FƏSİL I.TİKİŞ MƏMULATLARININ HAZIRLANMASININ ƏSAS MƏRHƏLƏLƏRİ HAQQINDA

    1. Tikiş məmulatlarının keyfiyyət göstəriciləri

Keyfiyyət nədir? Keyfiyyət məmulatın dünya bazarında rəqabət qiymətinin ən obyektiv texniki tərəqqinin estetik mədəniyyətini yüksəltmək üçün bir varlıqdır.Keyfiyyət məhsulun elə bir meyarıdır ki,onun sahəsində məhsulun inkişaf etdirilməsində mühüm rol oyanayır.İstənilən istehsal sahələrinin hamısında nəinki kəmiyyət miqdarı əsasdır,hətta keyfiyyətlə əlaqədar olmalıdır.

Məmulatın keyfiyyətinə,onun dünya bazarında rəqabət qiyməti,ən obyektiv elmi-texniki tərəqqinin ümumi göstəricilərini əhatə edən istehsalın təkmilləşməsinini səviyyəsinin, mədəniyyəti, büruzə verən bir varlıq kimi baxırıq.Məmulatın keyfiyyətinin yüksəldilməsinin problemləri texniki-sosial–iqtisadi və siyasi əhəmiyyət kəsb edir.

Geyimin keyfiyyətinə olan əsas tələbat onun emalının ilk mərhələlərində daha son mərhələlərinə qədər olan dövr nəzərdə tutulur,keyfiyyətli məhsul əhalinin artmaqda olan tələbatını daha geniş tərzdə ödəməlidir.

Keyfiyyətə ölçülərin sayı da təsir edir,müəssisə çalışır ki,ölçülərin sayını azaltsın,istehlakçılar isə geyimin daha dəqiq keyfiyyətli alınması üçün ölçülərin sayının artmasına çalışırlar.Ümumiyyətlə ölçü tipologiyasında müxtəlif ölçü əlamətləri fəaliyyət göstərir.

Bunlar iki, əsas ölçüdən ibarətdir.

1.Əsas aparıcı ölçü əlamətləri

2.Köməkçi ölçü əlamətləri.Əsas ölçü əlamətlərinə uzunluq ölçüləri ,çevrə ölçüləri və eninə ölçülər aiddir.

Köməkçi əlamətlərinə isə diametrik və proyeksiyalı ölçü əlamətləri daxildir.

Məs;aşağıda P-boy uzunluğu ilə ölçü sayından asılı olaraq tam qrafiki göstərilmişdir.

Buradan görünür ki,nömrə yeni ölçülər artdıqca boy uzunluğu da artır.

Sxem1.Boy uzunluğunun ölçüdən asılılığı
Tikiş məmulatlarının keyfiyyət səviyyəsini qiymətləndirilməsində əsasən orqonoleptik və ölçü üsullarından istifadə olunur.

Tikiş məmulatlarının xarici görkəminin keyfyyəti insan qamətinə necə oturması və ütülənməsi səviyyəsi ilə müəyyən edilir.Bunu isə müqavvaya geyindirməklə insan qamətini,boyunu xatırladan görkəmlə qiymətləndirmək olar.

Məmulatın keyfiyyətinin xarakterizə edən əlamətləri geyimin silueti,proporsiyası,cizgilərinin konstruksiya həlli,qovşaq hissələri,istifadə olunan materialının tərtibatı aiddir ki,bu əlamətlər isə nümunə etalon və normativ texniki sənədlərin tələblərinə uyğun olmalıdır.Bu məsələlərlə bağlı son 15-20 il ərzində xeyli sayda elmi tədqiqat işləri də aparılmalıdır.Təcrübədə bu məqsəd üçün orqonoleptik və ölçmə amillərindən istfadə edilir. Yaxann uclarının qatlanması xətləri təsdiq edilmiş nümunə-etalonun normalarından kənarlaşmamalıdır. Bunun təyini metodu orqonoleptik və ölçü metodudur.Yoxlama zamanı məmulatın üz və astarlı materialları xarici görkəmini nəzərdən keçirilir və standartların norması və xətlərinə uyğun oaraq hazır məmulatlatrın sortlaşdırıması prinsipinə cavab verməlidir.Yoxlama vəsaiti kimi nümunə-etalon,xətkeş,sm-ə bürnmüş lent,lupa istifadə edilir.Daha sonra məmulatın ayrı-ayrı qovşaqları və hissələrinin hazırlanması keyfiyyəti nəzərdən keçirilir.İlk məqamda qoşa detalların forması və yerləşməsi simmetrikliyi yoxlanılmalıdır.

Yoxlama vasitəsi kimi nümunə-etalon,müqavva,xətkeş,sm-ə bürünmüş lent,üçbucaq,transportir kimi ölçə alətlərindən istifadə edilir.

Ciblərin simmetrikliyini çiynin və boğazının tikişi xəttinin birləşdiyi küncündən,yaxud da cibin ön tərəflərinin ortasından qabaq küncünə qədər məsafəni ölçməklə təyin edirlər.

Məmulatda əmələ gətirilmiş qatlanmaların,relyef bəzək işlərinin yerləşməsi düzgünlüyü məmulatın kənarlarından ölçməklə və yaxu da qatlanma və relyef işlərin arasındakı məsafəni ölçməklə təyin edirlər.

Keyfiyyəti xarakterizə edən amillər məmulatın detallarının konstruksiya ölçülərinin nümunə etalona uyğun gəlməsi,detalların qıraqlarının kontur cizgilərinini pozulmamalı və əyilməməlidir.

Qeyd etmək lazımdır ki,tikiş mallarının istehsalında müxtəlif naxış tərtibatına malik olan parça materiallarından istifadə edilir.Bu zaman orqanoleptik və ölçmə metodundan istifadə olunur.

Məmulatın xarici görünüşünə baxmaqla ciblərin qapağının,üstündəın qoyulan ciblərin,yaxanın uclarının,şalvarın manjentinini və s.vəziyyəti müəyyən edilir. Tikiş məmulatlarının keyfiyyətinin qiymətləndirilməsində tikiş və sırıqların vəziyyəti də nəzərdən keçirilmişdir.Tikiş yerlərində sapların dartılması vəziyyətini baxmaqla müəyyənləşdirirlər.Yoxlama ərəfəsində xətkeşdən,sm-ə bürünmüş lentdən,parçsa üçün olan lupadan istifadə olunur.

Tikiş məmulatının keyfiyyət səviyyəsini xarakterizə edən əlamətləri: tikiş addımlarının buraxılmaması,material və tikiş saplarınını nə həddən çox dartılması və nə də zəif dartılması hallarınını olmaması,tikiş xətlərinin detaklları kənarlarından da məsafədə yerləşməsi vəziyyəti,tikiş addımlarınını sayı və tikiş xəttinin eni tikiş xəttinin qurtardığı yerlərdə bərkidilməmənin olub-olmaması,sapların rəngi və dəstinin sayı aiddir. Bütün bunları qüvvədə olan normativ-texniki sənədlərinn tələblərinə müvafiq qaydada yoxlanılmalıdır.

Düzbucaqlı formasya malik olan ilgəklərin düzbucaqlı üçbucağa qoymaqla,köndələn qoyulmuş ilgəkləri isə transporterlə yoxlayıb nöqsanın olub-olmamasını təyin edir.İlgəklərin kənarlarının əyilməsini,furnitura detallarının bərkidilməsini xarici görünüşünə baxmaqla və tikişlərin sayına görə təyin edirlər.

Yoxlanma vəsaiti kimi materiala aid xətkeş,sm-ə bölünmüş lent və parça üçün lupadan istifadə olunur.

Yoxlanma zamanı aralıq detallarıın olub-olmaması da nəzərdəmn keçirilir.Bunu orqanoleptik yolla ,geyimin üz,astarlıq və aralıq qatlarının əllə bir-birlərinin üzərində hərəkət etdirməklə təyin etmək olar.Əsas əlamət isə normativ-texniki sənədlərin tələblərinə uyğun edilməsidir.


    1. Qadın geyimlərinin bədii tərtibatının analizi

Geyim insan həyatında əsas vacib əşyadır və o insanın şəxsi istifadəsində olmalıdır.Geyim insan bədəninin hər hansı bir hissəsini və ya bütün hissəsini örtür.Geyim anlayışına həmçinin baş örtükləri,ayaqqabı,əlcək və s.də daxildir.Geyim müxtəlif bəzək əşyaları ilə dolğunlaşdırılır.Alt geyim dərinin üzərindən,üst geyim isə,alt geyimin üzərindən geyilir.

Geyimin əsas funksiyası insan bədənini xarici mühitdən qorumaq və estetik gözəl göstərməkdir.

Hal-hazırda bütün ölkələrdə müasir geyimin əsasını avropa üslubu təşkil edir. Geyimin inkişafı ilə yanaşı ona olan tələbat da artır.Bu tələbatlar aşağıdakılardır:

Estetik tələbat –geyimdən gözəl,zövqlü,müasir modaya uyğun olmağı tələb edir.

Gigiyenik tələbat-geyimdən gigiyenik olmağı tələb edir.Belə ki,geyim insan bədəninin 80%-ni örtdüyünə görə orqanizmin fəaliyyətinin yaxşılaşdırılması üçün sünimikro-mühit yaradır.İnsan bədənini ətraf mühitdən qoruyur(soyuqdan,istidən,günəş şüalarından,yağışdan və s.) orqanizmin normal fəaliyyətini təmin edir (dərinin nəfəs almasını,tərin ifrazını və s.) istilik balansının saxlanılmasını (bədəndə stabil hərarət ) hiqroskopikliyini tənzimləyir.

Erqonometrik tələbat geyimin insan bədəninə uyğun olmasını,rahatlığını,hərəkət zamanı sərbəstliyini təmin edir.

Texnoloji tələbatda-geyimin hazırlanması zamanı müasir texnika və texnolohiyadan istifadə etməklə yeni hazırlanma metodikası müəyyənləşdirilir. İqtisadi tələbat – geyimin hazırlanmasına sərf olunan vaxt,geyimin keyfiyyəti və s.daxildir.


Sxem 2.Geyimin funksiyası
Geyimlər aşağıdakı siniflərə bölünür.

Məişət geyimləri-məişətdə istifadə edilən bütün geyimlər (gündəlik,gəzinti,istirahət üçün və s.)daxildir.

Xüsusi geyimlər-xüsusi işlərdə insan bədəninin qorunması üçün istifadə edilən geyimlər (yanğın söndürənlərin,neftçilərin və s.)daxildir.

İstehsalat geyimləri – istehsalatda işçilərin geyimlərinin qorunması üçün istifadə edilən geyimlər(xalatlar,önlüklər,kombinezonlar və s.)daxildir.

Mülki geyimlər – hərbiçilərin,dəniz donanması işçilərinin,polislərin təyyarəçilərin və s. geyimləri daxildir.

Geyimlər görünüşlərinə görə - qış,yay və mövsümü,təyinatına görə isə ziyafət üçün,gündəlik,istirahət və idman üçün olur.

Geyimlər çiyinli və kəmərli məmulatlara bölünürlər.Çiyinli məmulatlara paltar,palto,pencək,jaket və s.kəmərli məmulatlara isə şalvar,yubkavə s.daxildir.

Mütəxəssislər geyimin meydana gəlməsinin üç əsas amilini qeyd edirlər:

- Təbiətin iqlim təsirlərindən qorumaq zərurəti ilə;

- Etik normalara əməl edilməsi məqsədilə;

- İnsanların zamn keçdikcə inkişaf edən estetik zövqlərini təmin etmək məqsədilə.

Geyimin konstruksiyasının qurulmasında əsas məqsəd stil və modanın istiqamətlərinə uyğun olan bədii modellərin tərtib edilməsindən ibarətdir.

Stil-obraz sisteminin ümumiliyini,bədii ifadə üslubunu və ideya tərkibini özündə birləşdirən bir anlayışdır.

İdman stilində olan məmulatların əksəriyyətinə xas olan xassələrdən təmiz utilitar detalların olması,istismar edilməsinin rahatlığı və çox funksionallığını göstərmək olar.

Romantik stildə hazırlanmış modellərin əksəriyyəti dekorativ detallı və bəzəkli olur.

Məmulatların bədii modelləşdirilməsində yeni stil həllinin axtarışı modanın perspektivli istiqamətinə əsasən həyata keçirilir.Stildən fərqli olaraq modanın dəyişməsi qısa vaxt ərzində məmulatın xarici formasının səthi dəyişməsi ilə xarakterizə olunur.Modanın proqnozlaşdırılması yüksək tələbatı olan məmulat çeşidinin formalaşmasına kömək edir.

Müasir modanı xarakterizə edən əsas kriterilər məmulatın komplektliliyi,çoxsaylı funksionallığı və səmərəli olmasıdır.

Məmulatın komplektliliyi geyim ansamblına uyğun gələn,vahid stildə modelləşdirilməsi deməkdir.

Məmulatın çoxfunksionallığı və onun modelinin bir neçə geyim ansambılları ilə uyğunluğu və bu məqsədlə müxtəlif məqamlarda istifadə edilməsinin mümkün olmadırı.

Məmulatın səmərəliliyini onun utilitar funksiyası ilə müəyyən edirlər.Səmərlilik məmulatın əsas və köməkçi materiallarının qənaətlə istifadə edilməsidir.

Texniki tapşırıqlarda yeni tərtib edilən məmulata verilən texniki tələbləri iqtisadi göstəricilər və tərtib edilmə mərhələləri konkretləşdirir.

Hazırda istehlakçıların yüksək səviyyəli tələbləri,yeni çeşidin tərtib edilməsi üçün texniki tapşırığın birinci dərəcəli əhəmiyyəti vardır.Texniki tapşırığın obyektivliyi yalnız müasir üsullardan istifadə edilməsi sayəsində təmin oluna bilər.Texniki tapşırığın tərtib edilməsi üçün əvvəlcədən modanın perspektivli istiqamətini,istehsalın material-texniki təminatını,bazarın konyukturunu və məmulata olan tələbata dair tədqiqat işləri aparılır.

Perspektivdə məmulatların bədii modelləşdirilməsi və istehsal edilməsi məqsədilə avtomatik layihələndirilmə sistemindən (ALS) istifadə edilə bilər.

Texniki tapşırıq rəssamı müəyyən məmulatın tərtib edilməsi üçün onun fikrinin bu məsələnin həll edilmısinə istiqamət verən əsas mənbədir.

Modelin eskizində məmulat modelinin bədii tərtibi,onun xarici görünüşünü əks etdirən (tənasüblük,forma,dekar,faktura,material)əsas elementləri göstərilir.

Eskizin yerinə yetirilməsi texnikası üçün qrafik,bədii,aplikasiya və s. sərbəst üsullardan istifadə edilə bilər.Eskizi maştab üzrə və ya təbii ölçüdə tərtib etmək olar.

Eskizin tərtib edilməəsi yaradıcı prosesdir.Modelçi-rəssam məmulatın geyimin ansamlında tutduğu rolu və məmulatın bədii tərtibatının əsaslarını yaxşı dərk etməsidir.

Eskizin ən yaxşı tərtib variantı 1:1 miqyasında,iki və ya üç proyeskiyalarda və ya izametriyada çəkilməsi məqsədə uyğun hesab edilir.Belə tərtib edilmə sayəsində məmulatın konstruktiv elementləri,detallarının forma və ölçüləri nisbətən yaxşı və dəqiq əks olunur.

Rəssam tərəfindən tərtib edilən eskizdə məmulatın ölçülərinə əməl edilməsi məqsədilə əsas və köməkçi (uzunluq,en,hündürlük) ölçülər göstərilir.

Tamamlanmış,sonuncu eskizin tərtibin tərtib edilməsi üçün onun yeni forması olan modul torundan istifadə edirlər.

Funksiya nöqteyi-nəzərincə eskizlər müxtəlif ola bilər.Hər hansı bədii vasitəsilə çəkilmiş qaralama eskizləri-foreskizlərindən formanın yaradılma prosesində istifadə olunur.Foreskizdən eskizə keçid birdən-birə olmur.Bunun üçün çoxlu ideyanı tam aydınlaşdırmaq,çoxlu sayda foreskizlər çəkmək lazımdır.

Tapşırıqdan asılı olaraq eskizdə layihənin funksional tərəfləri müəyyənləşdirilə bilər.Belə ki,əgər eskiz məmulatın hazırlanmasına xidmət edirsə,onda rəssam xətti-konstruktor tərəfinə xüsusi fikir verməli,yəni,fikrini modelin daxili siluetinə yönəltməlidir.Bu eskiz işçi eskiz sayılır və modelin konstruksiyasını,onun ayrı-ayrı detallarını əks etdirir.

Bəzi eskizləri yeni nümunələrin aşkar edilməsi,axtarılması məqsədilə tərtib edirlər.Bu halda eskizlər rəngli olur və bunun ifadəli olması üçün qrafiki qaydalardan istifadə edirlər.Nəyahət,reklam funksiyasını daşıyan,qrafiki yollarla yerinə yetirilən eskizlərdən istifadə edilə bilər.

Eskiz üzərində işlənməsi müəyyən ardıcllığı olan mərhələlərdən ibarətdir.Formanın axtarışı müxtəlif yollarla həyata keçirilə bilər.Lakin bu eskizin əvvəlində qarşıya qoyulan ideyadan asılı olaraq həll olunmalıdır.

Tərtibatçı məmulatın tərtibatına başlamazdan əvvəl görülənişlərin əsas istiqamətini müəyyən etməlidir.Etalon axtarışlarını bir çox eskizlərdə,sxemlərdə əks etdirərək modelin obrazını,bunlardan ən yaxşısını onun üzərində gələcəkdə işləmək üçün seçib ayırır.

Axtarışlar iki istiqamətdə aparılır.Bunlardan biri funksional(funksiya təhlili) və forma nöqteyi-nəzərincə(formanın təhlili)aparılır.Funksiyanın təhlilinin məqsədi məmulatın təyinatının uyğunluğu və onun funksiyasının müəyyən edilməsinə imkan verir. Burada məmulatın həcminin fəzada quruluşu,mütənasibliyi,miqyası təhlil edilir.

Məmulatın tərtibatından əvvəl rəssam-konstruktor tapşırığa əsasən məmulatın dünya bazarına çıxarılması üçün analoji məmulatın yeni formasını,onun istismar xassəsinin yaxşılaşdırılmasını,əmək və material sərfinin aşağı salınmasını göstərməlidir.

Bu məsələlərin həlli üçün məmulatın xassəsi hərtərəfli təhlil olunmalıdır.Təhlil nəticəsində ölkəmizdən və xarici dövlətlərdən texniki və iqtisadi cəhətdən fərqli olan,konstruksiyasının informasiyalarından istifadə edilməlidir.

İnformasiyanın öyrənilməsi,onun yalnız mexaniki olaraq qeydə alınması deil,həm də yaradıcılıq fikrini formalaşdıran bir əsas kimi qəbul edilməlidir.İnformasiyanın öyrənilmə mərhələsindən sonra analoji məmulatın xassələri analitik təhlil edilməlidir. Bu təhlil mərhələsində bədii tərtibat prosesinbin mahiyyətindən irəli gələn,məmulatın funksional–texniki xassələri müəyyən edilir.

Bədii tərtibatın müxtəlif mərhələlərində layihəçi-rəssam mühəndis-konstruktorla,texnoloqla və iqtisadiyyatçı ilə sıx əlaqədə olmalıdır.Bu əlaqə modelin qarşısında qoyulan bütün məsələrin həll edilməsində kimi davam etdirilməlidir.

Bədii tərtibatın tamamlama mərhələsində məmulatın təcrübə nümunəsinə uyğun olmasına nəzarət edilməlidir.

İstehlakçı tərəfindən müasir geyimə,ayaqqabıya və digər çox işlənən istehlak predmetlərinə getdikcə yüksək tələblər verildiyindən bunlar gözəlliyi və yüksək dərəcədə rahatlıqları ilə seçilməlidir.Sənayedə kütləvi istehsal edilən məmulatların keyfiyyətinin yaxşılaşdırılmasına,çeşidinin genişləndirilməsinə,tərtib edilmə vaxtının qısqaldılmadına,əhalinin bu məmulatlara olan tələbatlatınn ödənilməsinə dair mühüm işlər görülür.

Hazırda bədii tərtibat sənaye məmulatlarının keyfiyyətini təmin edən üsul kimi öz geniş tətbiqini tapmışdır.

Dizayndan bütün predmet aləminin tərtibatfəaliyyətində istifadə edilir.Tərtibatçının əsas vəzifəsi predmetləri ardıcıl qaydasına salmaq,bunları nisbətən yüngülləşdirmək və istifadəsinin rahatlılığını təmin etmək üçün,maşın və avadanlıqların idarə edilməsini yüngülləşdirmək,ətraf mühit ilə estetik təsirini təmin edilməsindən ibarətdir.Bununla əlaqədər olaraq sənaye istehsalı layihəçi-rəssamın şəxsiyyətini ön plana çəkir.

Dizayn məhsullarının yaradılmasında istehlak və istehsal ənənəainin öz yeri vardır.Hər iki fəaliyyət növündə texniki və bədiiyaradıcıclıq hökmranlıq edir.Sənayeyə tətbiq edilən bədii tərtibat üsulunun yeni əhatə sahəsi özünə mıxsus dəsti xətti vardır.Bu dəsti xətti sənaye məmulatlarının səmərəli layihələndirilməsinin ümumilikdə vahid prosesini əmələ gətirən texniki və bədii tərtibatının ümumilikdə vahid prosesini əmələ gətirən texniki və bədii tərtibatı ilə izah etmək olar.Bu kompleks prosesdə texniki tərtibat predmetin məqsədəuyğunluğunu əmələ gətirir.Bədii tərtibatda isə əsas predmet rahat və gözəl etməklə ictimai təkibini tamamlayır.

Geyimin bədii tərtibatı layihə qabağı təhlildən başlayır.Layihəqabağı təhlil ölkə və xaricdə istehsal edilən geyim nümunələrinin ən yaxşısının öyrənilməsi məqsədi ilə təhlil edilir.Burada nümunənin ictimai zərurəti,yəni,bunların sosioloji keyfiyyəti qiymətləndirilir.Həm də ictimai tələblərin öyrənilməsi üçün məmulatın buraxılışının həcmi müəyyən edilir.

Bu problemin həll edilməsinə ictimaiyyətin rəyi kömək edir,bunun üçün sənaye modelləri istehsala tətbiq edilməzdən əvvəl geniş təhlil olunmalıdır.Tələblərə ən çox uyğun gələn kütləvi istehlakçıda moda haqqında ümumiləşdirilmiş təsəvvürə uyğun olur.

Müasir tərtibat prosesinin xüsusiyyəti hər bir predmetin,eyni zamanda geyimin iki ictimai dəyəri (aksioloji )və morfoloji tərəflərindən baxılmalıdır.

Göstərilən hər bir modelləşdirmə üsulu ilə bağlıdır.Birinci üsul A aksioloji sahənin istifadə edilməsi ilə bağlıdır,yəni çox sayda ictimai dəyərlərin elementləri ilə təyinatı,funksiyası,əhəmiyyətliliyi,dəyəri,bu və ya digər morfoloji kombinasiya ilə bağlıdır.

İkinci üsul M morfoloji sahənin istifadə edilməsi ilə bağlıdır,yəni əşyanın maddi-fəza aləminin təşkilinə aid olan çox sayda müxtəlif elementləri daxildir.A və M elementlərinin sahələri ya uyğun dəlillərlə və ya tədqiq edilən strukturlarda,çertyojlarda,sxemlərdə,qrafikalarda dizayner tərtibinin xəyalən abstraksiyasıdır,yəni analoji vəziyyətlərdə müəyyən məlumat və obraz haqqında təsəvvür alınmasından ibarətdir.Bu abstraksiyalar layihəsinin predmet dünyasının əhatəsində olan spesifik münasibətlərinə əsasən yaranır.

Tərtibatçı fəaliyyətinin sferasına nə düşürsə bunlar polyarizasiyaya məruz qalaraq iki hissəyə bölünür.Bunların biri məmulatın faydalı funksiyası və sosial dəyəridir.Dəyər hissəs dəyərin maddi-fəza substraktını – məmulatın M morfologiyasını ifadə edir.

Belə əşyalardan olan geyim təhlil edilir,sonra isə yalnız xüsusi layihə vasitələrindən istifadə edilməsi sayəsində sintez edilə bilər;A tipli abstraksiyaya-təyinata uyğun,texniki tərəqqi,istifadədə rahatlığı,erqonomik tələblərə uyğun və digər dəyərlərini göstərmək olar.

M tipində olan abstraksiyaya – material,konstruksiya və digər qeyri-dəyərli xassəsi olanları göstərmək olar.

Tərtibatçı bir tərəfdən aksioloji sahənin elementləri ilə əməliyyat apararaq müxtəlif nümunələri yarada bilər.Məsələn,geyimin optimal forması və bunların uzunluğu,qolluğun qol dibi ilə optimal birləşdirilməsi,materialla məmulatın rənginin optimal həlli və b. Aksioloji sahədən alınmış bu bütöv nümunələr a “aksiolojimlər” adlanır.

Obyektin birinci tərtibat mərhələsinin qarşısında duran əsas məqsəd əvvəlki çıxış vəziyyətinin hansı tipoloji tərtibat qrupuna aid olduğunu,bunların hansı elementlərə və əməliyyatlara daxil olmasını,bu əməliyyatların necə yerinə yetirilməsini,istehlak tələblərinə uyğun gəlməsi nöqteyi-nəzərincə bunların qiymətləndirilməsini müəyyən edir.

Belə təhlilin məqsədi tərtibatın sintezləşdirmə mərhələsində real vəziyyətin “müavini” kimi iştirak edən,vəziyyəti ilə fəaliyyətli tanış olmaq və onun modelinin qurulmasından ibarətdir.

Ümumi dəlillər (məsələn, fəaliyyətdə olan məmulat əyinə rahat deyildir) tərtibatçıya lazımi qədər məlumat verilə bilməz. O,ilk növbədə müəyyən etməlidir ki,söhbət geyimin hansı tipi haqqında gedir,bununla əlaqədar olaraq məmulatın strukturu,funksiyası,konstruksiyası haqqında lazım olan bütün dəlilləri dəqiqləşdirməli,istismar proseslərini,həm də morfoloji strukturunun,funksional proseslərinin və dəyərlərinin məlumat toplusu olmalıdır.Bundan əlavə tipləşdirilmiş çıxış(əvvəlki)vəziyyətini qiymətləndirmək üçün situasiyasının əhəmiyyətinə görə sırasını təyin etmək lazımdır.

Əvvəlki vəziyyəti,məsələn paltonu etalonla müqayisə edərək tərtibatçı bir tərəfdən bunun nümunədən pis və ya yaxşı olmasını,digər tərəfdən isə onun forma və tipinin xüsusiyyətlərini müəyyən edir.

Nəticədə,müəyyən edilir ki,xəz palto köhnəldiyinə görə istehsaldan çıxarılaraq istismar üçün nisbətən rahat,istehsal edilməsi sadə olan yenisi ilə əvəz olunmalıdır.Bununla belə tərtibatçı yaxşı nümunə formaları və kompozisiyaları haqqında məlumat əldə edərək istismarın komfortluğunu və rahatlığını təmin edir.

Tərtibatçı obyektin layihələndirilməsini (əvvəlki vəziyyəti modelləşdirilməsini)məmulata iki müxtəlif vaxtdan asılı olaraq iki üsulla yerinə yetirilir:birincidə hərəkəti funksiyadan (mənfəət) formaya (morfologiyaya)doğru təsbit edir.Bu metodiki gedişin hər birinin öz xüsusiyyəti və üstünlüyü də vardır.

Bədii tərtibat prosesində tərtibatçının özünəməxsus təfəkkürü aşkar olunur.

Tərtibatçının qabiliyyəti nəticəsində obyektin strukturunun təşkilindən ,bunların uyğun formalara və obyektin ictimai-dəyəri səviyyəsinə və əksinə verilən funksiyalardan və faydalılıq dərəcəsindən predmetin əyani formalarına sərbəst keçmək qabiliyyətinə malikdir.

Tərtibatçı yaradcılıq prosesində hər bir predmetə uyğun səviyyədə yanaşaraq gözəllik qanununa əsasən ətraf mühiti formalaşdırmaq qabiliyyətinə malikdir.

Rəssam perspektivli modanın istiqamətinə uyğun geyimi,ayaqqabını,akssesuarların yaradılmasında sənaye məmulatının keyfiyyətinin qiymətləndirilməsi üçün obyektiv əsas olan bir neçə prinsipləri nəzərə almalıdır.

a) Utilitar keyfiyyətlərin formalaşdırılmasının effektivliyi(işləmə qabiliyyəti,etibarlılığı),erqonomikliyi (insanla əşya arasındakı qarşılıqlı əlaqəsi rahatlığı,insan orqanizminə və bədənə uyğunluğu,rəftar edilməsini yüngülləşdirə bilən konstruksiyasının sadəliyi),texnolojililiyi(səmərəli emal üsulunun seçilməsi),konstruktivliyi(konstruksiya ilə materialın forma təşkilinin qaydaları ilə qarşılıqlı əlaqələrinə doğru yönəlmişdir);

b) Estetik keyfiyyətlərin formalaşdırma prinsipləri(bədii formanın əmələ gəlməsi),obrazlıq (formanın bədii tərkibinə uyğunluğu),kommunikativliyi (formanın insanın mənəvi və istehlak tələblərinə uyğunluğu),plastikliyi (formanın materiallarla qarşılıqlı qarşılıqlı əlaqəsi),tektonikliyi(formanınn texnologiya ilə qarşılıqlı əlaqəsi),təşkilliyi (formanın materialın fəza üsulunun təşkilinin qaydaları ilə qarşılıqlı əlaqəsi –kompozisiyası ilə);

c) Bədii tərtibat üçün spesifik olan məzmunu (itilitar və estetik funksiyaların vahidliyi),tektonikliyi(konstruksiya ilə formanın vahidliyi),iki keyfiyyətin birləşməsi,nümunələr tirajının artırılması,nəzərə alınan bütün keyfiyyətlər bütövlükdə məmulatın bədii-estetik keyfiyyətlərini yaradır.Bu keyfiyyətlər modelin ifadəlik göstəricilərinin struktur sxeminə kifayət qədər ətraflı daxil edilməlidir.

Tərtibatçı yaradıcılıq prosesində hər bir predmetə uyğun səviyyədə yanaşaraq gözəllik qanununa əsasən ətraf mühiti formalaşdırmaq qabiliyyətinə malikdir.




Yüklə 4,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin